Məhkəmə qərarları › İş №1(011)-227/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-227/2021

07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-227/2021 07.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçiləri – 13 saylı Vəkil Bürosunun vəkili X4 və “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 4 nömrəli yataqxana 78 nömrəli otaqda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə və xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ev 63 A-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını talama məqsədi ilə 16.01.2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 1 ünvana qapının açıq olmasından istifadə edərək qanunsuz daxil olub qonaq otağında olan şkafın içərisindəki üzərinə GİVENCHY sözləri yazılmış ağ rəngli qutunun içərisindən qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 18700 manat dəyərində 11000 ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 619,56 (altı yüz on doqquz manat əlli altı qəpik) 300 avro pul vəsaitini, həmçinin dəyəri 230 manat olan Fransa istehsalı, üzərində "Meliora" yazısı olan 1 ədəd 75 ml qadın ətri, dəyəri 15 manat olan üzərində "Casio WR 20 BAR" yazılmış 1 ədəd qol saatını, 120 manat dəyərində üzərində "Porschedesingdiver" p 6780 yazılmış bir ədəd kişi qol saatını, 60 manat dəyərində Rusiya istehsalı, qızılı-qara rəngdə, üzərində "Baıgıs" 5m/1000m yazılmış, bir ədəd binokl (çexol üzlük qabı ilə birlikdə), 20 manat dəyərində olan təzə vəziyyətdə bir ədəd qulaqcığı, 7 manat dəyərində olan istifadə olunmuş bir ədəd qulaqcığı, 10 manat dəyərində üzərində "CELİNE" yazısı olan bir ədəd qara rəngli, qara şüşəli qadın üçün eynəyi, 10 manat dəyərində bir ədəd yaşıl şüşəli qadın üçün eynəyi, 10 manat dəyərində bir ədəd qırmızı şüşəli qadın üçün eynəyi, 110 manat dəyərində Tailand istehsalı, açıq boz rəngli, üzərində "İnstax mini 9" yazılmış, "instax" yazılı çantası ilə birlikdə bir ədəd fotoaparatı, 40 manat dəyərində Çin istehsalı, qara rəngli, üzərində "5x Samsung 4,9-24,5 mm PL20" yazılmış bir ədəd fotoaparatı, 1 manat dəyərində qızılı rəngli 6 sm x 9 sm ölçüdə bir ədəd dəmir qutunu, 5 manat dəyərində bir ədəd qızılı rəngli zəncirvari boyunbağını, 2 manat dəyərində Çin istehsalı, üzərində "Xiomi" "MDY-08-EO" yazılmış bir ədəd adapteri, 20 manat dəyərində üzərində "Philips" yazılmış bir ədəd ağ rəngli qadın üçün tük təmizləyən cihaz (üzərində Philips yazısı olan cərəyan qidalandırıcı cihazla birlikdə), 50 manat dəyərində üzərində "BECCA SKİN LOVE" yazılmış bir ədəd 35 ml tonal kremi, 3 manat dəyərində bir ədəd gümüşü rəngli ötürücü naqili, 10 manat dəyərində bir ədəd qızılı rəngdə, üzərində "MANGO" yazısı olan 9x20 sm ölçüdə çoxcibli zəncirbəndlə bağlanan pul kisəsini gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 20042,56 (iyirmi min qırx iki manat, əlli altı qəpik) manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını talama məqsədi ilə 16.01.2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 1 ünvana qapının açıq olmasından istifadə edərək qanunsuz daxil olub qonaq otağında olan şkafın içərisindəki üzərinə GİVENCHY sözləri yazılmış ağ rəngli qutunun içərisindən qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 18700 manat dəyərində 11000 ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 619,56 (altı yüz on doqquz manat əlli altı qəpik) 300 avro pul vəsaitini, həmçinin dəyəri 230 manat olan Fransa istehsalı, üzərində "Meliora" yazısı olan 1 ədəd 75 ml qadın ətri, dəyəri 15 manat olan üzərində "Casio WR 20 BAR" yazılmış 1 ədəd qol saatını, 120 manat dəyərində üzərində "Porschedesingdiver" p 6780 yazılmış bir ədəd kişi qol saatını, 60 manat dəyərində Rusiya istehsalı, qızılı-qara rəngdə, üzərində "Baıgıs" 5m/1000m yazılmış, bir ədəd binokl (çexol üzlük qabı ilə birlikdə), 20 manat dəyərində olan təzə vəziyyətdə bir ədəd qulaqcığı, 7 manat dəyərində olan istifadə olunmuş bir ədəd qulaqcığı, 10 manat dəyərində üzərində "CELİNE" yazısı olan bir ədəd qara rəngli, qara şüşəli qadın üçün eynəyi, 10 manat dəyərində bir ədəd yaşıl şüşəli qadın üçün eynəyi, 10 manat dəyərində bir ədəd qırmızı şüşəli qadın üçün eynəyi, 110 manat dəyərində Tailand istehsalı, açıq boz rəngli, üzərində "İnstax mini 9" yazılmış, "instax" yazılı çantası ilə birlikdə bir ədəd fotoaparatı, 40 manat dəyərində Çin istehsalı, qara rəngli, üzərində "5x Samsung 4,9-24,5 mm PL20" yazılmış bir ədəd fotoaparatı, 1 manat dəyərində qızılı rəngli 6 sm x 9 sm ölçüdə bir ədəd dəmir qutunu, 5 manat dəyərində bir ədəd qızılı rəngli zəncirvari boyunbağını, 2 manat dəyərində Çin istehsalı, üzərində "Xiomi" "MDY-08-EO" yazılmış bir ədəd adapteri, 20 manat dəyərində üzərində "Philips" yazılmış bir ədəd ağ rəngli qadın üçün tük təmizləyən cihaz (üzərində Philips yazısı olan cərəyan qidalandırıcı cihazla birlikdə), 50 manat dəyərində üzərində "BECCA SKİN LOVE" yazılmış bir ədəd 35 ml tonal kremi, 3 manat dəyərində bir ədəd gümüşü rəngli ötürücü naqili, 10 manat dəyərində bir ədəd qızılı rəngdə, üzərində "MANGO" yazısı olan 9x20 sm ölçüdə çoxcibli zəncirbəndlə bağlanan pul kisəsini gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 20042,56 (iyirmi min qırx iki manat, əlli altı qəpik) manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib törətdiyi cinayət əməlini etiraf edərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Xocalı rayonu Kərkicahan kəndində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 4 nömrəli yataqxanada yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Atası birinci Qarabağ döyüşlərində şəhid olmuş, həbs olunana qədər anası X7 və xalası Şahid2 ilə birlikdə yaşamışdır. Uzun müddət işsiz olduğuna görə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etməyi planlaşdırmışlar. Belə ki, o, 2021-ci ilin yanvar ayının 15-də istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan xatırlamadığı nömrənin “whatsapp” sosial şəbəkəsinə sms yazaraq maddi çətinlik çəkdikləri üçün oğurluq etməyi təklif etmiş, Təqsirləndirilən şəxs2 isə onunla razılaşmışdır. Bu məqsədlə onlar həmin gün axşam tərəfi görüşüb oğurluq etmək üçün yaşadıqları ərazidən uzaqda bir ünvan tapmağı və oradan oğurluq etməyi planlaşdırmışlar. Beləcə 2021-ci ilin yanvar ayının 16-da, saat 01 radələrində yaşadıqları Binəqədi rayonundan çıxıb şəhərin mərkəzinə doğru getmiş, orada A.Cəlilov küçəsindəki binalardan birinə daxil olmuşlar. Elə birinci mənzilin qabağına çatan zaman mənzilin qapısının qıfılının sınıq, açarının isə yerdə olduğunu görmüşlər. Ona görə də həmin qapını açıb evdə heç kimin olmamasına əmin olduqdan sonra bir qədər mənzilin girişində dayanmış, sonra isə Təqsirləndirilən şəxs2 ilə birlikdə mənzilə daxil olub içəridə ilk götürə biləcəkləri və dəyərli hesab etdikləri əşyaları yığıb bir neçə dəqiqədən sonra evdən çıxıb 28 may metrostansiyasına tərəf, oradan isə tanımadıqları taksi ilə yaşadıqları Binəqədi rayonuna getmişlər. O, yaşadığı binanın yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurladıqları əşyalara baxan zaman üzərində GİVENCHY sözləri yazılmış ağ ətir qutusunu açıb içərisinə baxan zaman orada pul olduğunu görmüşlər. Qutunun içərisində olan pulları Tural saymış və qutunun içərisində 11000 ABŞ dolları və 300 avro pul olduğunu görmüşlər. Həmin pulları aralarında bölən zaman onun payına 4000 ABŞ dolları və 200 avro pul düşmüş, qalan pulu isə Tural özünə götürmüşdür. Həmçinin oğurluq yolu ilə əldə etdikləri bir ədəd Meliora adlı qadın ətiri, iki ədəd: biri qırmızı, biri göy rəngli olan qol saatları, bir ədəd binokl, bir ədəd qadın əl çantası, iki ədəd qulaqcıq, üç ədəd eynək, iki ədəd fotoaparat, bir ədəd dəmir siqaret qutusu, bir ədəd qızılı rəngli boyunbağı, bir ədəd adaptr başlığı və bir ədəd qadın üçün aparat onun payına düşmüş, qalan bir-iki əşya isə Turalın payına düşmüşdür. Əldə etdiyi pulun 350 ABŞ dollarını qeyri-rəsmi ailəsinə, 250 ABŞ dollarını yaşadığı evə bazarlıq etmiş, 400 ABŞ dollarını avtomobilinə xərcləmiş, 400 ABŞ dollarını iki nəfər qadınla münasibətdə olmağa, digər pulları isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin oğurluq yolu ilə əldə etdiyi puldan 1300 ABŞ dolları və 200 avro pulu özündə qalmış və polis əməkdaşları onu tutan zaman pulun onda olduğunu bildirmiş və könüllü olaraq təqdim etmişdir. Oğurluq yolu ilə əldə etdiyi əşyaları yaşadığı Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 4 nömrəli yataqxanada yaşadığı mənzildə divanın altına gizlətmişdir. Həmçinin o, törətmiş olduğu oğurluq barədə nə ailə üzvlərinə, nə də başqa bir şəxsə məlumat verməmişdir. Əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərəri tam ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, atasının, əmisinin və dayısının şəhid olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamla özünü təqsirli bilib törətdiyi cinayət əməlini etiraf etmiş və ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə yəni atası, anası ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu İ.Hacıyev küçəsi ev 63 A-da yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. 2021-ci ilin yanvar ayının 16-da axşam saatlarında tanışı Təqsirləndirilən şəxs1 ilə yaşadıqları Binəqədi rayonunda görüşüb söhbət etdikdən sonra bir qədər gəzişmək fikrinə düşmüşlər. Beləcə onlar söhbət edərək birlikdə Bakı şəhəri Xətai rayonu A.Cəlilov küçəsinə gəlmişlər. Həmin küçədə bir həyətə daxil olub su içdikdə orada yerləşən binalardan birindən oğurluq etmək qərarına gəlmişlər. Həmin binaların birinin blokuna daxil olub ikinci mərtəbəyə qalxmış, ikinci mərtəbədə Sənan evin qapısının açarının qırılmış vəziyyətdə yerdə olduğunu görüb ona evdə heç kimin olmadığını demişdir. Eyni zamanda Sənan qapını açıb bir qədər gözləmiş və evdə heç kəsin olmadığını dəqiqləşdirmişdir. Daha sonra Sənanla birlikdə mənzilə daxil olub içəridə bir qədər axtarış etməyə başlamışlar. Sənan bir ədəd qırmızı rəngli sellofan torbaya oğurladıqları əşyaları yığıb özü ilə götürmüşdür. Mənzildə başqa məişət əşyaları olsa da onların məqsədi pul oğurlamaq olduğundan, digər əşyaları oğurlamamışlar. Sənanla birlikdə mənzildə əllərinə keçən, dəyərli hesab etdikləri əşyaları götürüb evdən çıxmışlar. Daha sonra piyada 28 may metrosunun yaxınlığına gedib oradan tanımadıqları taksi ilə yaşadıqları Binəqədi rayonuna getmişlər. Həyətdə olan zaman oğurladıqları əşyaları bölmək üçün əşyaları seçən zaman üstünə GİVENCHY sözləri yazılmış ağ ətir qutusunu açıb içərisinə baxan zaman orada pul olduğunu görmüşlər. Sənan həmin pulu saymış, qutunun içərisində 40 ədəd 100 ABŞ dolları əskinazlarından ibarət 4000 ABŞ dolları və 300 avro olduğunu ona demişdir. Sənan pulları və əşyaları götürüb oradan getmiş və ona sonra görüşəcəklərini demişdir. İki gün Sənanın telefonuna zəng çatmamış, iki gündən sonra isə Sənanla görüşüb ondan 100 ABŞ dolları almışdır. Qalan pul və əşyaları isə Sənan özünə götürmüşdür. Həmin oğurluqda Sənanla ikisi iştirak etmiş, başqa şəxs olmamış, bu oğurluq barədə ailə üzvlərinə və ya yaxınlarından kiməsə məlumat verməmişdir. Əməlindən peşmandır, zərərin ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Məhərrəmovna məhkəmə iclasının yeri və vaxtı barədə məlumatladırılmasına baxmayaraq, o, məhkəmənin baxış iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, maddi və mənəvi zərərlə bağlı onların heç birinə qarşı heç bir tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, ailə üzvlərilə birlikdə Qax şəhəri Ü.Hacıbəyov küçəsi ev 6A mənzil 8-də qeydiyyatda olmaqla Bakı şəhəri Xətai rayonu A.Cəlilov 14/12də yaşayır, subaydır, hüquqşünasdır, rəsmi olaraq Deloitte şirkətində hüquqşünas işləyir. Təxminən 4 ildir ki, Bakı şəhəri Xətai rayonu A.Cəlilov 14/12 mənzil 6-da qardaşı Şahid1 Məhməmmədoviç, anası X17 və atası Kavuzov Məhəmmədlə birlikdə kirayədə yaşayırlar. O və qardaşı işləyirlər deyə əsasən gündüz vaxtı evdə olmurlar, anası isə yeni il münasibətilə yaşadıqları Qax rayonuna getmiş, karantinlə əlaqədar Qax rayonunda qalmışdır. Ona görə də yaşadıqları evdə qardaşı Ceyhunla o qalmışdır. 2021-ci ilin yanvar ayının 16-da təxminən saat 02-də o bir gün əvvəl instaqram sosial şəbəkəsində tanış olduğu bir xanımla görüşmək üçün yaşadığı evdən düşüb həyətə getmiş, sonra isə həmin xanımla bir qədər həyətdə söhbət etdikdən sonra Ağ şəhər bulvarına getmişlər. Bir qədər də orada gəzişdikdən sonra o, qardaşının evdə olduğunu bəhanə edib həmin şəxsə evlərinə getmək istədiyini bildirmiş və sağollaşdıqdan sonra özü təkcə evinə getmişdir. Mənzilə daxil olan zaman yataq otağının dağınıq vəziyyətdə olduğunu görüb oğurluq olmasını ehtimal etmiş və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət etmişdir. Bir qədər sonra polis əməkdaşları onun yaşadığı evə gəlmiş, ilkin olaraq o, polis əməkdaşlarına dəyərli heç bir şeyin oğurlanmadığını demiş, lakin sonradan polis əməkdaşlarından kimsə ona pulunun olub-olmadığını soruşmuş, ona görə də o, pulunu qoyduğu yerə baxan zaman 11000 ABŞ dolları, 300 avro pulunun oğurlandığını aşkar etmişdir. Həmçinin digər otaqlardan onlara məxsus bir ədəd “Meliora” markalı qadın ətri, biri qırmızı, biri göy rəngli iki ədəd qol saatı, bir ədəd binokl, bir ədəd qadın əl çantası, iki ədəd qulaqcıq, üç ədəd eynək, iki ədəd fotoaparat, bir ədəd dəmir siqaret qutusu, bir ədəd qızılı rəngli boyunbağı, bir ədəd yükləyici cihaz və bir ədəd qadın üçün tük təmizləyən cihazın naməlum şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun bacısı Güllünün oğludur, o ailəsi olmadığı üçün bacısı Güllü və bacısı oğlu Sənanla birlikdə yaşayır. 2021-ci il tarixdə ona polis əməkdaşları zəng edib yaşadıqları evə baxış keçirməli olduğunu bildirmiş, həmçinin Təqsirləndirilən şəxs1 oğurluq etdiyini bildirmişlər. Onun etirazının olmadığını dəqiqləşdirdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi kimi qonaq otağında olan divanın altından qırmızı rəngli torbadan bir sıra əşyalar götürmüşlər. Həmin vaxt o, bu əşyaların oğurluq olduğunu bilmişdir. Onun bacısı oğlu Təqsirləndirilən şəxs1 oğurluq etməsindən heç bir məlumatı olmamışdır. Şahid1 Məhəmməd oğlu məhkəmə iclasının yeri və vaxtı barədə məlumatladırılmasına baxmayaraq, o, məhkəmənin baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbi barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, Bakı şəhəri Xətai rayonu A.Cəlilov 14/12 mənzil 6-da kirayədə anası X17, atası Kavuzov Məhəmmədlə və bacısı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. 2021-ci ilin yanvar ayının 16-da o, dostunun evində qalmış, təxminən gecə saat 04 radələrində bacısı Bahar ona zəng edib evlərinə naməlum şəxslərin daxil olaraq 11000 ABŞ dollar və 300 avro pullarını, eləcə də bir sıra məişət əşyalarını oğurladıqlarını bildirmişdir. Ona görə də o, tez evlərinə gəlib həqiqətən də naməlum şəxs və ya şəxslərin evinə qapının açıq olmasından istifadə edərək qanunsuz daxil olub 11000 ABŞ dollar və 300 EURO pullarını eləcə də bir sıra məişət əşyalarını oğurladıqlarını görmüşdür. Həmçinin o, kirayədə yaşadığı evə gələn zaman artıq polis əməkdaşları gəlib evə baxış keçirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 yanvar 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 1); yaşayış evinə baxış keçirilməsi haqqında 16 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs, hal şahidləri X1, X10 iştirakları ilə Zərərçəkmiş şəxs kirayə yaşadığı Bakı şəhəri Xətai rayonu A.Cəlilov küçəsi ev 14/12 mənzil 6-ya baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl istintaq hərəkətinin iştirakçılarına hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs kirayədə yaşadığı ev Bakı şəhəri Xətai rayonu A.Cəlilov küçəsi ev 14/12 binanın 2-ci mərtəbəsində 6-cı mənzil olduğu, mənzilə boz rəngli dəmir qapıdan daxil olunduğu, qapıdan içəri daxil olanda dəhliz yerləşdiyi, dəhlizdən sağ və sol tərəfdə yataq otağı olduğu, qarşı tərəfdə isə qonaq otağında sol tərəfdə divan, sağ tərəfdə televizor və şkaf yerləşdiyi, otağın sol tərəfində həmçinin şkaf yerləşdiyi, qonaq otağı səliqəsi pozulmuş vəziyyətdə olduğu, qonaq otağının sol tərəfində yənə dəhliz yerləşdiyi, dəhlizin sağ tərəfindən sanitar qovşağı və mətbəx yerləşdiyi, mətbəxə daxil olanda stul və mətbəx mebeli olması, həmçinin hamamla üzbəüz otaqda şkaf və həmin şkafın dağınıq vəziyyətdə olması, həmin otağın sağ tərəfində şkaf olması və həmin şkafın içərisində olan ağ rəngli qutunun içərisində oğurluq olmamışdan əvvəl 11000 ABŞ dolları və 300 Euro pul olması müəyyən edilmiş, Zərərçəkmiş şəxs oğurluq zamanı həmin qututda olan pulları naməlum şəxs və ya şəxslərin oğurladığını, həmçinin yataq otağından ümumi dəyərləri təxmini 200 manat olan eynək, qulaqcıq və saatların oğurlandığını qeyd etmişdir (i.v. 8-12); zərərçəkmiş şəxs kimi tanınma haqqında 18 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır (i.v. 14); baxış və götürmə aparılması haqqında 21 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus oğurladığı 11000 ABŞ dolları və 300 avro pulun 1300 ABŞ dolları və 200 avro hissəsi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülməsi qərara alınmışdır (i.v. 22); baxış və götürmə keçirilməsi haqqında 21 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs1, hal şahidləri X6, X14 iştirakları ilə ********* nömrəli cinayət işi üzrə “Götürmə aparılması barədə” 21 yanvar 2021-ci il tarixli qərarın icrası ilə əlaqədar Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1300 ABŞ doları və 200 Euro pula götürmə və baxış keçirilməsi istintaq hərəkətlərinə başlanılmış, götürmə həyata keçirilməzdən əvvəl proses iştirakçılarına hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs evindən oğurladığı 13 ədəd 100-lük əskinazlardan ibarət MG4662123B, MG46621239B, LD17860341D, MB62320449S, MF35293933D, LA77831575B, LB42216699M, MF56703763B, LB42216651M, LB42216650M, LB42216660M, LB42216699M, MG46621237B seriyalı 1300 ABŞ dolları və 2 ədəd EA********** və UD********** seyilayı 100-lük əskinazlardan ibarət Euro müvafiq qaydada götürülmüş, bununla da baxış və götürmə istintaq hərəkəti başa çatmışdır (i.v.22A); şübhəli şəxsin tutulması haqqında 21 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 18:30-da Xətai RPİnin İŞ-də tutulmuşdur (i.v. 30-31); götürmə aparılması haqqında 21 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, X3, Şahid2, hal şahidləri X8, X2 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 16.01.2021ci il tarixdə tanışı Tural adlı şəxslə qanunsuz olaraq daxil olub oğurluq etdikləri Zərərçəkmiş şəxs məxsus əşyaları götürmək üçün yaşadığı evə götürmə istintaq hərəkəti keçirməyə başlanıldı. Götürmə aparılmazdan əvvəl proses iştirakçılarına hüquq və vəzifələri izah olunmuş, götürmə zamanı Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 4 nömrəli yataqxana 8-ci mərtəbədə yerləşən 78-ci otaqda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus evdən oğurladığı əşyalar götürməyə başlanılmış, götürmə Təqsirləndirilən şəxs1 birlikdə yaşadığı xalası Şahid2, hal şahidlərinin iştirakı ilə həyata keçirilmişdir. Yaşayış evinə daxil olan zaman qonaq otağında olan divanın altında qırmızı rəngli sellofan torbanın içərisində bir ədəd Meliora adlı ətir, Skin love yazılmış krem, bir ədəd üzərinə Mongo yazılmış qadın əl çantası, iki ədəd qulaqcıq, bir ədəd qızılı rəngli boyunbağı, üç ədəd eynək, bir ədəd elektron paylayıcı, iki ədəd saat, bir ədəd instak markalı fotoaparat, bir ədəd siqaret qutusu dəmirdən, bir ədəd samsunq markalı fotoaparat, bir ədəd “Philips” yazılmış tük təmizləyən aparat, bir ədəd Rusiya istehsalı olan binokl müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (i.v. 42-43); cinayət əməlinin tövsif edilməsi haqqında 22 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v. 46); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 59); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-25/2021 saylı, 23.01.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 02 (ki) ay həddində müəyyən edilmiş, həbsdə olma müddətinin əvvəli 21 yanvar 2021-ci il tarixdən hesablanmışdır (i.v. 79-82); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X23 58 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 sağ yanağın, sağ bazu oynağı nahiyəsinin və sağ diz oynağı nahiyəsinin bayır səthinin qançırları müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 21.01.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlər müxtəlif şəraitdə törənə bilərdi, eləcədə yıxılaraq alınması da inkar olunmur (i.v. 96-97); Azərbaycan Respublikası Qamqınların və X13 üzrə Dövlət Komitəsi Bakı şəhər Binəqədi rayonu sektorunun 905 nömrəli, 01.02.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Xocalı rayonundan məcburi köçkün kimi 7-ci mikrorayon F.Məlikov küçəsi BSU 4 yataqxanada qeydiyyatdadır (i.v. 102); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 24.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (i.v. 107-108); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2021-ci il tarixli, 9/652 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 18 adda malların 2021-ci ilin yanvar ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri təxminən 723,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir (i.v. 110-113); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 25 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 117-118); Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması haqqında 25 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək hadisənin baş verdiyi yeri göstərmişdir (i.v. 129); axtarşda olan şəxsin könüllü gəlməsi haqqında 06 mart 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs2 həmin gün istintaq orqanına gələrək, tutulmaqdan qorxduğu üçün axtarışda olduğu müddətdə Polis İdarəsinə gəlmədiyini, lakin polis əməkdaşlarının təkidindən sonra könüllü olaraq istintaq orqanına gəlib təhvil olmasını bildirmişdir (i.v. 132); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-89/2021 saylı, 06.03.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 01 (bir) ay 10 (on) gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 06 mart 2021-ci il tarixdən hesablanmışdır (i.v. 167-171); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-105/2021 saylı, 18.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 16 aprel 2021-ci il tarixinədək uzadılmışdır (i.v. 186-190); Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-464/15 saylı, 09 iyul 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.1, 29, 177.2.2, 29.177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 27 mart 2014-cü il tarixdən hesab edilməsi hökm edilmişdir (i.v. 193-212); sübutların qiymətləndirilməsi haqqında 23 mart 2021-ci il tarixli qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunmuş, Təqsirləndirilən şəxs1 25.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs2 06.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, əşyanın tanınması, üzləşdirmə, götürmə, ifadənin yerində yoxlanması istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilmiş və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs1 tutularkən 21.01.2021-ci il tarixdə üzərindən aşkar edilmiş 1300 ABŞ dolları və 200 avro pul əskinazları, həmçinin 22.01.2021-ci il tarixdə yaşadığı evdən aşkar edilərək götürülmüş Fransa istehsalı, üzərində "Meliora" yazısı olan 1 ədəd 75 ml qadın ətri, üzərində "Casio WR 20 BAR" yazılmış 1 ədəd qol saatı, üzərində "Porschedesingdiver" p 6780 yazılmış bir ədəd kişi qol saatı, Rusiya istehsalı, qızılı-qara rəngdə, üzərində "Baıgıs" 5m/1000m yazılmış çexol üzlük qabı ilə birlikdə bir ədəd binokl, iki ədəd qulaqcıq, üç ədəd eynəklər, Tailand istehsalı, açıq boz rəngli, üzərində "İnstax mini 9" yazılmış, "instax" yazılı çantası ilə birlikdə bir ədəd-fotoaparat, üzərində "5x Samsung 4,9-24,5 mm PL20" yazılmış bir ədəd fotoaparat, qızılı rəngli 6sm x 9sm ölçüdə bir ədəd dəmir qutu, bir ədəd qızılı rəngli zəncirvari boyunbağı, üzərində "Xiomi" "MDY-08-EO" yazılmış bir ədəd adapter, üzərində "Philips" yazılmış bir ədəd ağ rəngli qadın üçün tük təmizləyən cihaz(üzərində Philips yazısı olan cərəyan qidalandırıcı cihazla birlikdə), üzərində "BECCA SKİN LOYE yazılmış bir ədəd 35 ml.tonal kremi, bir ədəd gümüşü rəngli ötürücü naqil, bir ədəd qızılı rəngdə üzərində "MANGO" yazısı olan 9x20 sm ölçüdə çoxcibli zəncirbəndlə bağlanan pul kisəsi iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilmiş, zərərçəkən şəxs və təqsirləndirilən şəxslər iş materialları ilə tanış olduqdan sonra Zərərçəkmiş şəxs qaytarılmış, Təqsirləndirilən şəxs1 tutularkən üzərindən aşkar edilmiş, özünə məxsus olan 1 ədəd “İphone” markalı və 1 ədəd “Samsung” markalı və 1 ədəd “Samsung” markalı mobil telefonlar iş üzrə heç bir sübut əhəmiyyəti kəsb etmədiyindən anası X5 təhvil verilmiş, Zərərçəkmiş şəxs Məmmədovnanın yaşadığı 20 manat pulun da oğurlanması barədə qeyd etdiyi özünün ifadəsi və iş materialları ilə sübuta yetirilmədiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin məbləğə görə ittiham elan olunmaması nəzərə alınmış, Təqsirləndirilən şəxs1 yıxılması nəticəsində bədən səthində aşkar edilmiş xəsarətlərin araşdırılması və müvafiq qərarın qəbul edilməsi məqsədi ilə hazırkı cinayət işindən material ayrılmış və aidiyyatı üzrə Xətai rayon prokurorluğuna göndərilmiş, Azərbaycan Respublikası Baş prokurorunun "İşin təşkili qaydalarının" 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilmişdir (i.v. 213-221); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 07.04.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 09.07.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.1, 29, 177.2.2, 29.177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 mart 2017-ci ildə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 100 saylı Mənzil Kommunal İstismar Sahəsinin 19.02.2021-ci il tarixli, 56 nömrəli arayışından görünür ki, X7 15.10.2014-cü il tarixdən Binəqədi rayon MKTB-nin 106 saylı MKİS-də dalandar vəzifəsində çalışır. vəsiqənin surətindən görünür ki, X7 müdətsiz İİ qrup əlildir. ölüm haqqında şəhadətnamədən görünür ki, X9 3 noyabr 1993-cü ildə Şuşanın işğalı zamanı həlak olmuşdur. Zərərçəkmiş şəxs tərəfindən verilmiş və notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 Şahverən oğlu və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Maddi və mənəvi zərərlə bağlı onların heç birinə qarşı heç bir tələbi yoxdur. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Şahverən oğlu və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Şahverən oğlunun və Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, atasının Şuşa şəhəri uğrunda döyüşlərdə şəhid olmasını, anasının İİ qrup əlil olmasını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ya aradan qaldırılmasını (CM-nin 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və ya aradan qaldırılmasını (CM-nin 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 4 nömrəli yataqxana otaq 78 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci 50 (əli) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Təqsirləndirilən şəxs1 tutularkən üzərindən aşkar edilmiş və maddi sübut kimi tanınmış 1300 ABŞ dolları və 200 avro pul əskinazlarının, həmçinin 22.01.2021 -ci il tarixdə yaşadığı evdən aşkar edilərək götürülmüş Fransa istehsalı, üzərində "Meliora" yazısı olan 1 ədəd 75 ml qadın ətrinin, üzərində "Casio WR 20 BAR" yazılmış 1 ədəd qol saatı, üzərində "Porschedesingdiver" p 6780 yazılmış bir ədəd kişi qol saatının, Rusiya istehsalı, qızılı-qara rəngdə, üzərində "Baıgıs" 5m/1000m yazılmış çexol üzlük qabı ilə birlikdə bir ədəd binokl, iki ədəd qulaqcığın, üç ədəd eynəklərin, Tailand istehsalı, açıq boz rəngli, üzərində "İnstax mini 9" yazılmış, "instax" yazılı çantası ilə birlikdə bir ədəd fotoaparatın, üzərində "5x Samsung 4,9-24,5 mm PL20" yazılmış bir ədəd fotoaparatın, qızılı rəngli 6sm x 9sm ölçüdə bir ədəd dəmir qutunun, bir ədəd qızılı rəngli zəncirvari boyunbağının, üzərində "Xiomi" "MDY-08-EO" yazılmış bir ədəd adapterin, üzərində "Philips" yazılmış bir ədəd ağ rəngli qadın üçün tük təmizləyən cihazın (üzərində Philips yazısı olan cərəyan qidalandırıcı cihazla birlikdə), üzərində "BECCA SKİN LOVE" yazılmış bir ədəd 35 ml.tonal kremin, bir ədəd gümüşü rəngli ötürücü naqilin, bir ədəd qızılı rəngdə, üzərində "MANGO" yazısı olan 9x20 sm ölçüdə çoxcibli zəncirbəndlə bağlanan pul kisəsinin iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 21 yanvar 2021-ci il tarixdən 07 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 16 (on altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 4 nömrəli yataqxana otaq 78 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 06 mart 2021-ci il tarixdən 07 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (il) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1300 ABŞ dolları və 200 avro pul əskinazlarının, Fransa istehsalı, üzərində "Meliora" yazısı olan 1 ədəd 75 ml qadın ətrin, üzərində "Casio WR 20 BAR" yazılmış 1 ədəd qol saatının, üzərində "Porschedesingdiver" p 6780 yazılmış bir ədəd kişi qol saatının, Rusiya istehsalı, qızılı-qara rəngdə, üzərində "Baıgıs" 5m/1000m yazılmış çexol üzlük qabı ilə birlikdə bir ədəd binoklun, iki ədəd qulaqcığın, üç ədəd eynəyin, Tailand istehsalı, açıq boz rəngli, üzərində "İnstax mini 9" yazılmış, "instax" yazılı çantası ilə birlikdə bir ədəd fotoaparatın, üzərində "5x Samsung 4,9-24,5 mm PL20" yazılmış bir ədəd fotoaparatın, qızılı rəngli 6sm x 9sm ölçüdə bir ədəd dəmir qutunun, bir ədəd qızılı rəngli zəncirvari boyunbağının, üzərində "Xiomi" "MDY-08-EO" yazılmış bir ədəd adapter, üzərində "Philips" yazılmış bir ədəd ağ rəngli qadın üçün tük təmizləyən cihazın (üzərində Philips yazısı olan cərəyan qidalandırıcı cihazla birlikdə), üzərində "BECCA SKİN LOVE" yazılmış bir ədəd 35 ml.tonal kremin, bir ədəd gümüşü rəngli ötürücü naqilin, bir ədəd qızılı rəngdə, üzərində "MANGO" yazısı olan 9x20 sm ölçüdə çoxcibli zəncirbəndlə bağlanan pul kisəsinin iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar