Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-227/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 24 yanvar 2022-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanında yaşayan riyaziyyat fənni üzrə müəllim olan və şagirdləri ali məktəbə evində hazırlayan Zərərçəkmiş şəxs evinin qapısını döyərək guya ali məktəbə hazırlanmaq üçün gəldiyini deyib içəri daxil olduqdan sonra evdə hazırlıqda olan yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Şahid1 yanında sevdiyi qız Şahid5 2016-cı ildə Zərərçəkmiş şəxs yanında hazırlıqda olan zaman sonuncunun ona əxlaqsız hərəkətlər etməsini bəhanə edərək heç bir səbəb olmadan nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etməklə, üzərində olan oyuncaq tipli tapançanı silah qismində istifadə edib tapançanın arxası ilə Zərərçəkmiş şəxs baş, yumruq zərbəsi ilə isə ağız və sifət nahiyəsindən bir neçə dəfə vuraraq ona burun nahiyəsindəki qançır, üst dodağın selikli qişa nahiyəsində qansızma ilə nəticələnən dərəcəsi təyin edilməyən, hər iki göz orbitası və gözaltı nahiyələrində hematomalar ilə müşayiət olunan hər iki göz almasının ağlı qişasına qansızmalar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, əmisi Elman Əfəndiyevə məxsus ünvan 2 ünvanında yaşamışdır. 2018-2020-ci il tarixədək olan müddət ərzində hərbi xidmətdə olmuşdur. 2020-ci ilin sentyabr ayının 29da könüllü olaraq torpaqların azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Ağdaş rayon komissarlığından yola düşərək Füzuli və Qubadlı və digər rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Qubadlı rayonunun azad edilməsi istiqamətində gedən döyüşlərdə hər iki ayağından ağır yaralanmış və kontuziya almışdır. Həmçinin o qeyd etmişdir ki, Qubadlı və Cəbrayılın azad olunmasına görə medallarla təltif edilmişdir. Bakı şəhəri 1 nömrəli dispanserdə müalicə almışdır. Həmin vaxt orada Şahid5 ilə tanış olmuş və onların arasında sevgi münasibəti yaranmışdır. 2021-ci ilin dekabr ayının ortalarında Gülçin ona 2016-cı il tarixdə Riyaziyyat fənnindən yanına hazırlığa getdiyi Zərərçəkmiş şəxs adlı müəllimin ona qarşı əxlaqsız hərəkətlər edərək əlinə və sinəsinə toxunduğunu bildirmişdir. Bu hərəkətlərindən sonra o, Zərərçəkmiş şəxs müəllimin yanından hazırlıqdan çıxmışdır. O, Gülçindən Zərərçəkmiş şəxs yaşadığı ünvanı istəsə də, Gülçin Zərərçəkmiş şəxs yaşadığı ünvanı ona deməmişdir. Buna baxmayaraq o, Famil müəllimi cəzalandırmaq üçün Familin yaşadığı ünvanı və mobil nömrəsini axtarmağa başlamışdır. Bir müddət sonra 21 yanvar 2022-ci il tarixdə Ağdaş rayonundan çıxaraq Bakı şəhərinə gəlmiş və soraqlaşaraq Familin ***-***-**-** saylı mobil nömrəsini işlətdiyini müəyyənləşdirmişdir. O, Bakı şəhərində yaşasa da, tez-tez Ağdaş rayonuna gedib gəlmişdir. Bundan sonra istifadə etdiyi ***-***-**-** mobil nömrədən Familin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə yazaraq, ona bildirmişdir ki, Zərərçəkmiş şəxs savadlı müəllim olduğunu eşitmiş, onda həll etmək üçün misallar olduğunu və misalları həll etməkdə ona köməklik etməsi üçün Zərərçəkmiş şəxs yaşadığı ünvana gələrək görüşmək istədiyini bildirmiş, Zərərçəkmiş şəxs isə razılaşmamışdr. Zərərçəkmiş şəxs ondan kim olduğunu soruşan zaman o, Zərərçəkmiş şəxs səs yazısı ataraq onu tanımadığını, həll edilməli çətin misallar olduğunu, evdə tələbə yoxdursa gəlmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs isə səs yazısı ataraq misalları göndərməsini bildirmiş, o, özündən bir neçə misal yazaraq Zərərçəkmiş şəxs göndərmişdir. Zərərçəkmiş şəxs həmin misalları həll edərək ona göndərsə də, o, Zərərçəkmiş şəxs misalların həllini başa düşmədiyini bildirərək üz-üzə başa salmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmamış və görüntülü yığaraq misalların həllini başa salacağını bildirmişdir. Bundan sonra o, bir neçə dəfə yığsa da, Zərərçəkmiş şəxs ona cavab verməmişdir. Gülçinin bacısı Zeynəb Famil müəllimin yanına riyaziyyat fənnindən hazırlığa getmişdir. Buna görə də, o, gizlin olaraq Zeynəbi izləyərək Familin yaşadığı ünvan 3 ünvanını tapmışdır. 24 yanvar 2022-ci il tarixdə 12 radələrində Zərərçəkmiş şəxs yaşadığı yerə gedərək mənzilin qapısını döymüşdür. Həmin vaxt qapını Zərərçəkmiş şəxs açmışdır. O, Zərərçəkmiş şəxs şübhə yaratmamaq üçün onunla görüşüb hazırlaşmaq üçün yanına gəldiyini, imtahan vermək üçün hazırlaşmaq istəyini, əvvəllər bir dəfə imtahan verib ödənişli təhsilə düşdüyünü, yenidən hazırlaşaraq imtahan vermək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs isə artıq gec olduğunu, mart ayında imtahan olacağını bildirmişdir. Buna baxmayaraq o, israr edərək hazırlaşmaq istədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onu yoxlamaq məqsədi ilə yaşadığı mənzilə dəvət etmiş və o, Zərərçəkmiş şəxs dərs keçdiyi otağa daxil olan zaman mənzildə bir nəfər qız uşağının da hazırlığa gəldiyini görmüşdür. Zərərçəkmiş şəxs onun bilik səviyyəsini yoxlamaq üçün bir neçə test verərək həll etməyini tapşırmışdır. Testlərdən bəzilərini həll etsə də, Zərərçəkmiş şəxs ona zəif olduğunu demişdir. Zəif olduğuna görə başqa müəllimi məsləhət görmüşdür. O Zərərçəkmiş şəxs yaxınlaşıb özündə olan oyuncaq tipli tapançanı belindən çıxarıb Zərərçəkmiş şəxs tuşlamışdır. Zərərçəkmiş şəxs həqiqi silah olduğunu düşünüb qorxusundan səsini çıxartmamışdır. O, Zərərçəkmiş şəxs nə üçün yanına hazırlığa gələn qızlara əl ataraq əxlaqsız hərəkətlər etdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs ondan hansı qıza belə bir hərəkət etdiyini soruşmuşdur. O, heç bir söz deməyib Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək əlində olan tapança ilə bir neçə dəfə onun başından vurmuş, daha sonra tapançanı belinə qoymuşdur. Sonra o yumruq zərbəsi ilə onun ağız və sifət nahiyəsindən vurmuş və Zərərçəkmiş şəxs ağzından qan gəlmişdir. Həmin vaxt mənzildə hazırlığa gəlmiş qız qorxub qışqırmışdır. Həmin qız mobil telefonunu götürüb kiməsə zəng etmək istəmişdir. O da öz növbəsində qızın mobil telefonunu əlindən almışdır. Hadisə zamanı həmin qız heç bir xəsarət almamışdır.Sonra o, Zərərçəkmiş şəxs cəzalandırmaq üçün mobil telefonunu çıxarıb Familin ünvanına nalayiq ifadələr işlədərək video çəkiliş aparmağa başlamışdır. Bir müddət sonra blokdan səs-küy gəldiyini eşidib mənzilin giriş qapısına doğru getmiş və həmin qızın mobil telefonunu qaytarıb mənzili tərk etmişdir. Sonra Zərərçəkmiş şəxs video görüntüsünü tanışı İlkinə göndərib Zərərçəkmiş şəxs Gülçinə qarşı etdiyi əxlaqsız hərəkətə görə cəzalandırdığını bildirmişdir. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Onun məqsədi Famili qorxutmaq olmuşdur. Başqa məqsədi olmamışdır. Məqsədi Famili cəzalandırmaq olmuşdur. Beləliklə o, törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Uzun müddətdir ki, riyaziyyat müəllimidir. Yaşadığı mənzildə riyaziyyat fənnindən ali məktəbə imtahan vermək istəyən şagirdləri hazırlayır. xx.xx.2021-ci il tarixdə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” proqramına ***-***-**-** saylı nömrədən mesaj gəlmişdir. Həmin mesajı yazan şəxs onun savadlı müəllim olduğunu, həmin şəxsdə həll etmək üçün misallar olduğunu və misalları həll etməkdə ona köməklik etməyi üçün yaşadığı ünvanın yerini “Whatsap” tətbiqi vasitəsilə ona göndərməsini xahiş etmişdir. O da həmin şəxsdən kim olduğunu soruşmuşdur. Həmin mesajı yazan şəxs ona səs yazısı ataraq onu tanımadığını, onun tələbəsi olmadığını, çətin misallar olduğunu, evə onun yanına gəlmək istədiyini bildirmişdir. O, həmin şəxsə səs yazısı ataraq misalları ona göndərməsini istəsə də, həmin şəxs ona cavab yazaraq bildirmişdir ki, sualları həll etmək üçün tanışına verdiyini, misalları götürənə kimi yaşadığı mənzilə gələrək onunla görüşmək istədiyini bildirmişdir. O çöx təkid etdikdən sonra həmin şəxs misalları ona göndərmiş, o da öz növbəsində həmin misalları həll edərək həmin şəxsə geri göndərmişdir. Bundan sonra həmin şəxs mesaj göndərərək misalların həllini başa düşmədiyini, misalların həllini ona başa salmaq üçün yaşadığı ünvana gəlmək istədiyini bildirmiş, o isə ünvanı deməmişdir. Həmin şəxs ona bir neçə dəfə yazsa da, həmin şəxsə yaşadığı mənzilin ünvanını deməmişdir. 24 yanvar 2021-ci il tarixdə saat 12 radələrində onun yanına tanış adam tərəfindən Şahid1 gəlmiş, həmin şəxs riyaziyyat fənnindən onun yanında hazırlaşacaqmış. Onlar dərslə məşğul olan zaman yaşadığı mənzilin qapısı döyülmüşdür. Buna görə də, o, Ayanı dərs keçdiyi otaqda qoyaraq mənzilin qapısına yaxınlaşıb qapını açmışdır. Həmin vaxt qapını döyən bir nəfər cavan oğlan olduğunu görmüşdür. Həmin cavan oğlan irəli gəlib onda yaxşı təəssürat və inam yaratmaq üçün iki əlli görüşmüş və qeyd etmişdir ki onun yanına hazırlığa gəlmək istiyir. O, həmin şəxsə artıq gec olduğunu, mart ayında imtahan olacağını bildirmişdir. Buna baxmayaraq həmin şəxsin çox israr etdiyi üçün sonuncunu yaşadığı mənzilə dəvət edərək bilik səviyyəsini yoxlamaq üçün bir neçə misal vermişdir. Adının sonradan Fərid olduğunu öyrəndiyi şəxs həmin misalları həll edə bilməmiş və o başa düşmüşdür ki, Fərid riyaziyyat fənnindən çox zəifdir. Həmçinin o, Fəridə şəkər xəstəsi olduğunu və istirahət etmək üçün vaxtı qalmadığını bildirmişdir. O, Fəridə demişdir ki, onunla fərdi qaydada məşğul olmaq üçün müəllim lazımdı, onun isə bü qədər vaxtı yoxdur. Həmçinin o, Fəridə onu başqa müəllim yanına göndərə biləcəyini demişdir. Həmin vaxt Fərid ona yaxınlaşaraq əlini bel nahiyəsinə ataraq orada gizlətdiyi qara rəngli tapançanı çıxarıb ona tərəf tutmuş və ona “siz kimsiz ki, mən istədiyim qıza söz demisiniz” sözlərini demişdir. O, Fəriddən həmin qızın kim olduğunu soruşsa da, Fərid ona həmin qızın adını deməmişdir. Bundan sonra Fərid onun ünvanına nalayiq ifadələr işlədərək əlində olan tapança ilə bir neçə dəfə başından vurmuş, sonra əlində olan tapançanı belinə qoymuşdur. Daha sonra isə yumruq zərbəsi ilə onun ağız və sifət nahiyəsindən vurmağa başlamışdır. Zərbədən onun ağzından qan gəlmişdir. Sonra Fərid nəsə cibindən çıxarıb onun ünvanına nalayiq ifadələr işlədərək video çəkiliş aparmağa başlamış çəkiliş zamanı nalayiq ifadələr işlətmişdir. Bundan sonra Fərid blokdan səs-küy gəldiyini eşidib tez mənzili tərk etmişdir. O DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları yaşadığı mənzilə gələrək baxış keçirtmişlər və baş vermiş hadisə barədə polis əməkdaşlarına ətraflı məlumat vermişdir. İlkin olaraq məsələnin yayılmasından ehtiyyat etmiş və 102 xidmətinə zəng vuraraq ərizəsini geri götürmüşdür, lakin 2 saatdan sonra ona məlumat verilmişdir ki, Fərid çəkdiyi videonu sosial şəbəkələrdə yaymışdır. Buna görə o yenidən polisə müraciət etmişdir. Yekun olaraq o bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmamışdır, və onun qanunamüvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla valideynləri ilə birlikdə yaşayır. O, gələcəkdə ali məktəbə qəbul olunmaq üçün riyaziyyat fənnindən Zərərçəkmiş şəxs yanında onun yaşadığı ünvan 3 ünvanında hazırlaşır. 24 yanvar 2021-ci il tarixdə saat 12-13 radələrində Zərərçəkmiş şəxs mənzilində hazırlıqda olarkən mənzilin qapısı döyülmüş, həmin vaxtı mənzilin çöl qapısı kilidli olmamışdır. Famil müəllim otaqdan çıxaraq qapını açmaq üçün getmişdir. Həmin vaxt o, mənzildə olan otaqda olsa da, Famil müəllimin qapını döyən şəxslə danışığını eşitmişdir. Famil müəllimlə danışan şəxs Famil müəllimin yanına hazırlığa gəlmək istədiyini bildirmişdir. Famil müəllim həmin şəxsə mart ayında imtahan olacağını, nə üçün gec gəldiyini, təhsil proqramını mart ayına kimi çatdırmağın mümkün olmadığını bildirmişdir. Bundan sonra Famil müəllim adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsi onunla dərs keçdiyi otağa dəvət etmişdir. Famil müəllim Fəridin bilik səviyyəsinin zəif olduöunu müəyyənləşdirdikdən sonra ona demişdir ki, o fərdi məşğul olmalıdır, ona görə də başqa müəllimin yanına getməlidir. Bundan sonra Famil müəllim Fəridə hazırlaşmaq üçün müəllim nömrəsi vermək istədikdə, Fərid əsəbi qaydada əlini bel nahiyəsinə ataraq orada gizlətdiyi qara rəngli tapançanı çıxarıb Famil müəllimə tərəf tutaraq “sən niyə məni götürmürsən, necə yəni sən məni hazırlaşdırmırsan” sözlərini demişdir. Bundan sonra Fərid Famil müəllimin ünvanına nalayiq ifadələr işlətmiş və əlində olan tapança ilə bir neçə dəfə Famil müəllimin başından vurduqdan sonra əlində olan tapançanı belinə qoymuşdur. Sonra Fərid öz mobil telefonunu çıxarıb Famil müəllimin video görüntüsünü çəkmişdir. Fəridin hərəkətlərindən qorxduğu üçün qışqırıb tez mobil telefonunu götürüb atasına zəng vurmaq istəmişdir. Bunu görən Fərid polisə məlumat verəcəyini düşünüb onun mobil telefonunu əlindən almışdır. O Fəriddən telefonu geri verməsini tələb etmişdir. Fərid daha sonra blokdan səs-küy eşidib çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir və təqaüdçüdür. Zərərçəkmiş şəxs onlarla bir binada, ikinci mərtəbədə üzbəüz mənzildə yaşayır. 24 yanvar 2022-ci il tarixdə saat 13 radələrində nəvəsi Əlini oxuduğu Bakı şəhəri Xətai rayonu, 204 saylı tam orta məktəbə aparıb qoyaraq yaşadığı mənzilə qayıtmışdır. Həmin vaxt o, qonşusu olan Famil müəllimin yaşadığı mənzilin giriş qapısında bir oğlanın Famil müəllimlə riyaziyyat fənnindən hazırlaşmaq istəməsi barədə söhbət etdiyini görmüşdür. Bir müddət sonra yaşadığı mənzildə olan zaman Famil müəllimin mənzilindən səs-küy gəldiyini eşitmişdir. İlk öncə o, buna əhəmiyyət verməsə də, sonradan səs-küyün çox olduğunu görüb Famil müəllimin yaşadığı mənziə getmiş, qapını döymüş, açdıqda isə görmüşdür ki, Famil müəllimin üz gözü qan içindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. İngilis dili müəlliməsidir, hazırda təqaüdə çıxmışdır. Zərərçəkmiş şəxs onunla bir binada yaşayır. O, yaşadığı binanın üçüncü mərtəbəsində, Famil müəllimin isə yaşadığı mənzil ikinci mərtəbədə yerləşir. 24 yanvar 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı mənzildə olan zaman aşağıdan səs-küy gəldiyini eşitmişdir. İlk öncə o, buna əhəmiyyət verməsə də, sonradan səs-küyün çox olduğunu görüb yaşadığı mənzildən çıxaraq ikinci mərtəbəyə düşmüşdür. O, ikinci mərtəbəyə düşən zaman Famil müəllimin yaşadığı mənzilin qapısında 3 polis əməkdaşı görmüş, həmçinin Famil müəllimin dəhlizdə olduğunu, ağzının qanadığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hazırda 1 saylı Respublika Psixiatriya xəstəxanasında sosial işçi kimi işləyir. 2021-ci il tarixdə işlədiyi xəstəxanada müalicə alan Təqsirləndirilən şəxs ilə münasibət qurmuşlar. Bir gün onlar Fəridlə görüşən zaman Fərid onun əlinə toxunanda o, qorxub diksinmişdir. Fərid ona nə üçün qorxduğunu soruşanda o, Fəridə Riyaziyyat fənni üzrə Famil müəllimin yanına hazırlığa getdiyi vaxt, dərs keçən zaman bir dəfə Famil müəllim əli ilə onun əlinə toxunması nəticəsində çox qorxduğunu bildirmişdir. Fərid isə ona müəllimin ona başqa hansı hərəkətlər etməsini soruşduqda o, Fəridə başqa heç bir hərəkət etmədiyini bildirmişdir. Fərid ondan israrla həmin müəllimin adını, soyadını və yaşadığı ünvanı soruşsa da, o, Fəridə heç bir şey deməmişdir. Artıq bir neçə vaxt olmuşdur ki, o, Fəridlə danışmamışdır. Sadəcə ümumilikdə Fərid əsəbi adamdır və o, Fəridlə münasibətinin baş tutmayacağını görüb sonuncudan uzaqlaşmışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən İfadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir və təqaüdçüdür. Zərərçəkmiş şəxs onlarla bir binada, ikinci mərtəbədə üzbəüz mənzildə yaşayır. Famil riyaziyyat müəllimidir və “Heydər Əliyev” adına liseydə işləmişdir. Təxminən bir ay olar ki, Famil təqaüdə çıxmışdır. Onların arasında bir qonşu kimi çox yaxşı münasibət vardır. Famil müəllim həmçinin yaşadığı mənzildə riyaziyyat fənnindən hazırlığa gələn uşaqlara dərs demişdir. 24 yanvar 2022-ci il tarixdə saat 13 radələrində arvadı Gülnar nəvələri Əlini oxuduğu Bakı şəhəri Xətai rayonu, 204 saylı tam orta məktəbə aparıb qoyaraq yaşadığı mənzilə qayıtmışdır. Bundan təxminən 20- 25 dəqiqə sonra yaşadığı mənzildə olan zaman Gülnar ona Famil müəllimin mənzilindən səs-küy gəldiyini eşitdiyini bildirmişdir. İlk öncə onlar buna əhəmiyyət verməsələr də, sonradan səs-küy çox olduğu üçün arvadı nə baş verdiyini öyrənmək üçün yaşadıqları mənzildən dəhlizə çıxmışdır. Təxminən 10-15 dəqiqə sonra o, Gülnarın yaşadıqları mənzilə qayıtmadığını görüb mənzildən dəhlizə çıxan zaman Famil müəllimin yaşadığı mənzilin qarşısında polis əməkdaşlarının olduğunu görmüşdür. Həmin vaxt arvadı Gülnar Famil müəllimin yaşadığı mənzildən çıxaraq ona yaxınlaşmışdır. O, Gülnardan nə baş verdiyini soruşan zaman sonuncu ona Famil müəllimin yaşadığı mənzilə tələbə kimi hazırlaşmaq adı ilə gələn cavan oğlanın Familin üzərinə tapança çıxardığını, həmin silahla Familin baş nahiyəsindən, həmçinin yumruqla ağız və sifət nahiyəsindən vurub xəsarət yetirdiyini bildirmişdir. Həmçinin Gülnar ona nəvəsi Əlini məktəbə qoyub qayıdan zaman Famil müəllimin yaşadığı mənzilin giriş qapısında arıq bədən quruluşlu oğlanın Famil müəllimlə riyaziyyat fənnindən hazırlaşmaq istəməsi barədə söhbət etdiyini gördüyünü demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 25 yanvar 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında 24 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən evə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 10-11); təqdim etmə və götürmə haqqında 24 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd tapança və 1 ədəd “İphone X” markalı mobil telefon iş üzrə sübut əhəmiyyət kəsb etdiklərindən istintaq orqanı tərəfindən götürülmüşlər (i.v. 12-14); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsinin 19 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdə “Azərbaycan Respublikasında Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunlarının müvafiq maddələrinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi xidmətə cəlb edilmiş və müvafiq hərbi hissəyə göndərilmiş, Cəbrayıl və Qubadlı istiqamətində xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə baş tuşlayıcı vəzifəsində Vətən müharibəsində iştirak edərək xx.xx.2021-ci il tarixdə ehtiyyata buraxılmışdır (i.v. 17-18); Azərbaycan Vətən Müharibəsi X1 74572 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi X1 Ağdaş rayon şöbəsində üzv kimi qeydiyyatdadır; Azərbaycan Respublikası Medalının İ-5615 və İ-3549 nömrəli vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur; Azərbaycan Respublikası MN Mərkəzi Hərbi Poliklinikasının xəstəlik haqqında 24278 nömrəli şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, retroqrad amneziya, depressiv sindrom diaqnozu qoyulmuşdur (i.v. 19); zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 41); şübhəli şəxsin tutulması haqqında 25 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:20-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 62-63); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 25 yanvar 2022-ci il tarixli 99 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - hər iki göz orbitası və gözaltı nahiyələrdə hematomalar ilə müşayət olunan hər iki göz almasının ağlı qişalarında qansızmalara, burun nahiyəsində qançır, üst dodağın sellikli qişası nahiyəsində qansızma və üzərində əzilmiş yara və alt dodağın sellikli qişası nahiyəsində qansızma küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022ci il tarixə və şəraitə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi, qeyd olunan xəsarətlərdən hər iki göz orbitası və gözaltı nahiyələrdə hematomalar ilə müşayət olunan hər iki göz almasının ağlı qişalarında qansızmalar və üst dodağın sellikli qişası nahiyəsində qansızma və üzərində əzilmiş yara ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər, burun nahiyəsindəki qançır və alt dodağın sellikli qişası nahiyəsindəki qansızma isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü - özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir. Zədə yetirən əşya (əşyaların) fərdi xüsusiyyətləri xəsarətlərdə əks olunmadığından əşya (əşyalar) barədə daha dəqiq fikir söyləmək mümkün deyildir. Vət. Zərərçəkmiş şəxs bədənindəki xəsarətlər qısa müddət ərzindən yetirildiyinə görə xəsarətlərin ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün deyildir (i.v. 94-95); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 96-97); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-45/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (i.v. 119-122); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 141-142); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2022-ci il tarixli 3/211-3/223 saylı məhkəmə ballistik və atəş izləri haqqında ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd tapança formalı predmet, kustar üsulla hazırlanmış yaylı-porşenli iş prinsipinə malik olan, 6 mm diametrli plastmas kürəciklər atan oyuncaq tapançadır, saz vəziyyətdədir, odlu silah, qaz silahı və soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır (i.v. 144-146); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsinin 21 fevral 2022-ci il tarixli 437 saylı məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu ictimai təhlükəli əməli törətdiyi zaman o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual inkişafına görə hadisə zamanı etdiyi hərəkətlərin mahiyyətini tam dərk etmək, xarakter və mənasını anlamaq iqtidarında olmuşdur (i.v. 148-151); 29 mart 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 01 ədəd «İphone X» markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı “Fotoqraflar” bölməsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirən zaman mobil telefonla çəkdiyi video görüntü aşkar edilmişdir. Həmin video faylda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək vurması və sonuncunun ağzından qan axması aşkar edilmişdir (i.v. 157-161); sübutların qiymətləndirilməsi haqqında 29 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 21 fevral 2022-ci il tarixli, 437 saylı, məhkəmə-tibbi ekspertizasının 25 yanvar 2022-ci il tarixli, 99 saylı, məhkəmə-ballistik ekspertizasının 03 mart 2022-ci il tarixli, 3/211-3/223 saylı rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, 01 ədəd oyuncaq tapança və 01 ədəd “İphone X” markalı mobil telefon maddi sübut kimi tanınmış və Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (i.v. 162-180); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs evinə silahlı basqın edərək əsassız olaraq onu döymüş, xəsarətlər yetirmiş, şərəf və ləyaqətini alçaldan nalayiq sözlərlə təhqir edərək ona fiziki, maddi və mənəvi zərbə vurmuşdur. Təqsirləndirilən şəxs ona qarşı törətdiyi cinayət əməlini, verdiyi işgəncəni videolentə alaraq onu ictimaiyyətdə nüfuzdan salmaq məqsədi ilə onu sosial şəbəkələrdə yayaraq onu və onun şəxsində bütün Azərbaycan müəllimlərini təhqir etmişdir. Odur ki o, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə uyğun Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuş cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl CM-nin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Həmin qərarın 8-ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini, Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini, Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tаriхli qərаrının 2-ci bəndində nəzərdə tutulаn “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsаsən məhkəmələrə tövsiyə еdilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığnda olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə bахışı zаmаnı müəyyən еdilmişdir ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdən tutularaq həbsdə sахlаnılmışdır. Qеyd оlunаnlаrа əsаsən məhkəmə bеlə nəticəyə gəlir ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs bаrəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı mаddəsinin tələbləri (məhkəməyədək, hаbеlə birinci və аpеllyаsiyа instаnsiyаsı məhkəmələrində həbsdə və yа еv dustаqlığndа sахlаnılаn müddətin cəzа müddətinə dахil еdilməsi) tətbiq еdilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından azad olunmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – bir ədəd oyuncaq tapança hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “İphone X” markalı mobil telefon sahibinə geri qaytarılmalı (CPM-132), 128 (yüz iyirmi səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd oyuncaq tapança hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “İphone X” markalı mobil telefon Təqsirləndirilən şəxs geri qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-227/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-227/2022
16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver