Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-228/2021 03.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Mirzəyeva Ünsiyyət Hacımehdi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxx 1998-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Cahangirbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, eyni tərkibli narkotik vasitə heroin və iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş eyni tərkibli psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 19 yanvar 2021-ci il tarixdə, saat 06:30-da Xətai RPİ-nin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən 24 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq, Xətai RPİ-nin 35-ci Polis Bölməsinə aparılmış və orada hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki bir ədəd göy rəngli “Vinçestr" markalı siqaret qutusunun içərisindən həmin iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,350 qram və 0,338 qram olmaqla, ümumi təmiz çəkisi 0,688 qram olan qəhvəyi rəngli toz hissəciklərindən ibarət kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə heroin və iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,180 qram və 0,240 qram olmaqla, ümumi təmiz çəkisi 0,420 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, bir müddətdir ki, narkotik vasitələrə aludə olmuş və ara-sıra oz şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən pul müqabilində narkotik vasitə alıb istifadə etmişdir. Sonuncu dəfə 17 yanvar 2021-ci il tarixdə, saat təxminən 13 radələrində Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən ümumilikdə 25 manat pul müqabilində iki büküm heroin və iki büküm metamfetamin olmaqla, dörd büküm narkotik vasitəni öz səxsi istifadəsi üçün almışdır. Bir miqdarını həmin gün, bir miqdarını isə səhəri gün, yəni 18 yanvar 2021-ci il tarixdə istifadə edib, həmin gün gecəni dostugilin evində keçirmişdir. Səhər tezdən, yəni 19 yanvar 2021-ci il tarixdə, səhər saat 06 radələrində dostugildən çıxıb evinə gedərkən, Xətai rayonu, Mehmandarov küçəsində yerləşən 24 saylı orta məktəbin yanında piyada hərəkətdə olarkən, iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq nə üçün tibbi maskadan istifadə etmədiyini ondan soruşanda, o maskasının olmadığını demişdir. Narkotik vasitənin təsirində olduğu üçün polis əməkdaşları ondan şübhələnmişlər və onu 35-cİ Polis Bölməsinə dəvət etmişlər. Bölmədə olarkən, hüquqlarının müdafiəsindən ötrü bölməyə vəkil dəvət etmiş və təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçiriləcəyi ona elan edilmişdir. Daha sonra vıdeoçəkilişdən istifadə edilməklə, üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, polis əməkdaşları tərəfindən əvvəlcə ona təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra o, əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd göy rəngli “Vinçestr” markalı siqaret qutusunu çıxardıb masanın üzərinə qoymuşdur. Siqaret qutusunun içərisindən iki ədəd siqaret kağızına bükülmüş narkotik vasitə heroin və iki ədəd siqaret kağızına bükülmüş, içərisində kristal şəkilli güclü təsiredici maddə hesab edilən metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bükümlərin içərisində olan maddələr barədə ona sual verilərkən, həmin maddələrin narkotik vasitə hesab edilən heroin və metamfetamin olduğunu, həmin maddələri köhnə Günəşli qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin maddələrin təxmini çəkisinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzi ilə çəkilərkən, siqaretin gümüşü rəngli kağızına bükülmüş dörd ədəd bükümlərin ümumi çəkisinin təxminən bir qram olması müəyyən edilmişdir. Daha sonra, üzərində şəxsi axtarış davam etdirilən zaman, əynindəki cins şalvarın arxa cibindən bir ədəd boz-qara rəngli, ‘‘Samsung S4” markalı mobil telefon aşkar olunmuşdur. Bundan başqa, şəxsi axtarış davam etdirilən zaman üzərindən iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi iki ədəd narkotik vasitə hesab edilən heroin və iki ədəd psixotrop maddə olan metamfetamin təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Həmçinin, üzərində şəxsi axtarış aparılan zaman, əynindəki cins şalvarın arxa cibindən aşkar edilmiş bir ədəd “Samsung S4” markalı mobil telefon ona geri qaytarılmışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin Post Patrul Xidmətinin polis nəfəri vəzifəsində işləyir. 19 yanvar 2021-ci il tarixdə iş yoldaşı, polis nəfəri Şahid2la birlikdə xidmətdə olarkən, saat 06:30-da ünvan 4 ünvanında yerləşən 24 saylı tam orta məktəbin yaxınlığında, bir nəfər şəxsin tibbi maskadan istifadə etmədiyini görüb, həmin şəxsə yaxınlaşmaq istədikdə, həmin şəxs onları görüb həyəcanlanaraq, özünü şübhəli aparmağa başlamışdır. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və tibbi maska ilə bağlı həmin şəxsə irad və tövsiyyələrini verdikləri vaxt, həmin şəxsin halsız vəziyyətdə və özündə olmadığını, narkotik vasitələrin təsiri altında olması ehtimalını nəzərə alıb həmin şəxsi saxlayaraq, Xətai RPİ-nin 35-ci Polis Bölməsinə aparmışlar. Polis bölməsində həmin şəxsin anket məlumatları yoxlanılan zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.1998-ci il təvəllüdlü, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, ev 15, mənzil 138-də yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, bölməyə vəkil dəvət olunmuşdur. Xidməti otaqların birində, videoçəkilişdən istifadə edilməklə vəkilin iştirakı ilə Xətai RPİ-nin 35-ci Polis Bölməsinin təhqiqatçısı Hüseyn Novruzlu tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı, əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya olduğu təqdirdə könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd göy rəngli “Vinçestr" markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusuna təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı siqaret qutusunun içərisindən iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə hesab olunan heroinə bənzər və iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində kristal şəkilli, ağ rəngli, spesifik iyli güclü təsiredici maddə hesab edilən metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bükümlərin içərisində olan maddələr barədə Təqsirləndirilən şəxs sual verilərkən, həmin maddələrin narkotik vasitə hesab edilən heroin və psixotrop maddə hesab edilən metamfetamin olduğunu, həmin maddələri köhnə Günəşli qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin maddələrin təxmini çəkisinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzi ilə çəkilən zaman, siqaretin gümüşü rəngli kağızına bükülmüş dörd ədəd bükümlərin ümumi çəkisinin 1,67 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilən zaman, əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd boz-qara rəngli, “Samsung S4” markalı mobil telefon aşkar olunmuşdur. Bundan başqa, şəxsi axtarış davam etdirilən zaman, iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman, aşkar edilmiş bir ədəd “Samsung S4” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və videogörüntüdən görünür ki, 19 yanvar 2021-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə saxlanılan şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd göy rəngli “Vinçestr” markalı siqaret qutusunu çıxardıb masanın üzərinə qoymuşdur. Baxış zamanı, siqaret qutusunun içərisindən iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli, tozşəkilli spesifik iyli narkotik vasitə hesab olunan heroinə bənzər və iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində kristal şəkilli, ağ rəngli, spesifik iyli güclü təsiredici maddə hesab edilən metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin bükümdəki maddələr elektron tərəzidə çəkildi, siqaretin gümüşü rəngli kağızına bükülmüş dörd ədəd bükümlərin ümumi çəkisi 1,67 qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxsdan həmin maddəni nə vaxt və haradan alması soruşulduqda, o, Köhnə Günəşli qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 25 (iyirmi beş) manata aldığını bildirmişdir. Təqdim olunmuş iki ədəd bükümdə olan narkotik vasitə hesab edilən heroin və iki ədəd güclü təsiredici vasitə hesab olunan metamfetaminə bənzır maddələr kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2021-ci il tarixli, 6/238 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,350 qr., 0,338 qr., ümumi təmiz çəkisi 0,688 qram olan qəhvəyi rəngli, tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə heroindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,180 qr., 0,240 qr., ümumi təmiz çəkisi 0,420 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Tədqiqatdan sonra heroinin qalığı - 0,588 qram, metamfetaminin qalığı - 0,320 qramdır. İş materiallarından görünür ki, 0,588 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,320 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd CD formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 27 yanvar 2021-ci il tarixli, 207 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 20 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-331/2021 nömrəli, 18 iyul 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Raciv Almazovun vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin edilərək, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 01 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zəngilan rayonundan məcburi köçkündür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və onun məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 19 yanvar 2021-ci il tarixdən 20 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 03 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, onun barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-331/2021 nömrəli, 18 iyul 2021-ci il tarixli qərarı ilə seçilmiş “həbs” növündə qətimkan tədbiri nəzərə alınmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,588 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,320 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd “CD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 yanvar 2021-ci il tarixdən 20 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-331/2021 nömrəli, 18 iyul 2021-ci il tarixli qərarı ilə seçilmiş “həbs” növündə qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,588 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,320 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd “CD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-228/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-228/2021
03.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver