Məhkəmə qərarları › İş №1(011)-228/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-228/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-228/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və mülki cavabdehin müdafiəçisi Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi Yusifbəyli və Partnyorları vəkil bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMCnin direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 143E ünvanında yerləşən, sahəsi 0,0503 ha olan ona məxsus torpaq sahəsində ümumilikdə 128.000 manat müqabilində iki mərtəbəli, 270 kv.metr sahəyə malik fərdi yaşayış evi inşa edib tam təmirli vəziyyətdə təhvil verəcəyinə dair yalan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün təsisçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 09 iyun 2022-ci il tarixdə ünvan 4 ünvanında fəaliyyət göstərən “Çıraq Plaza” yaşayış kompleksinin 4-cü mərtəbəsində yerləşən ofisində Zərərçəkmiş şəxsla “Podrat müqaviləsi” bağlayaraq müqavilə üzrə öhdəliyi yerinə yetirmə niyyəti olmadan həmin tarixdə ondan 50.000 (əlli min) manat məbləğində pul alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, o, uzun müddətdir ki "xxxx" və "xxxx" MMC-lərinə rəhbərlik edir, "xxxx" MMC-nin fəaliyyəti tikinti işlərinin həyata keçirilməsindən, "xxxx" MMC-nin fəaliyyəti isə təmir işlərinin həyata keçirilməsindən ibarətdir. Həmin şirkətlərdə ödənişlər həm nağd, həm də hissə-hissə şəklində olmuşdur. 2022-ci ilin iyun ayının əvvəlində Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq Mərdəkan qəsəbəsində yerləşən özünə məxsus torpaq sahəsində tikinti işlərinin aparılması şərtləri və xərcləri ilə maraqlanımş, daha sonra atası Şahid1la birlikdə MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən ”Çıraq Plaza”-daki ofisdə görüşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs dostuna məxsus olduğunu bildirdiyi tikinti lahiyəsini ona təqdim edərək onun üçün hazırlanmış lahiyənin də eyni formada olmasını istədiyini bildirmişdir. O, sonuncu tərəfindən təqdim edilmiş lahiyə əsasında hesablama aparmış və həmin lahiyə əsasında tikiləcək evin 128.000 (bir yüz iyirmi səkkiz min) manata yekunlaşacağını bildirmişdir. Ödənişlə bağlı qeyd edilən məbləğdən 50.000 (əlli min) manatın əvvəldən, qalan hissəsinin isə sonradan ödənilməsi barədə razılığa gəlmişlər. Qeyd edilən şərtlərlə müqavilə hazırlanmış, həmçinin həmin vaxt Emin torpaq sahəsinin ətrafında hasar tikintisinin də onun tərəfindən həyata keçirilməsini və xərclərinin ümumi borca əlavə hesablanmasını təklif etmiş, müqavilə bağlayanda hər bir müştəri kimi onlara da lahiyənin hazırlanması və memarlıq xərclərinin özünün qarşıladığını, lakin lahiyənin icra hakimiyyətində təsdiqlənməsinin şirkətin işinin olmadığını, həmin məsələyə qarışmadıqlarını bildirmişdir. O, heç vaxt icra hakimiyyətində lahiyə təsdiq elətdirməmiş, bu öhdəlik həmişə müştərilər tərəfindən icra edilmişdir. 09 iyun 2023-cü il tarixdə tərəflər arasında podrat müqaviləsi bağlanıldıqdan sonra Zərərçəkmiş şəxs tərəfindən 50.000 (əlli min) manat şirkətin hesabına ödənilmiş və lahiyə təsdiq edildikdən sonra tikinti işlərinə başlanılacağı barədə razılığa gəlinmişdir. Bundan sonra Eminin gətirdiyi lahiyə əsasında şirkətin əməkdaşı olan Əfsanə xanım cızma-qara edərək lahiyə işlərini həvalə etdiklərindən Nurlana göndərmişdir. Həmin vaxt Nurlan ilə daimi iş gördüyündən sonuncu ona lahiyələri münasib qiymətə hazırlamış, bununla yanaşı o, daima digər müştərilərə, həmçinin Eminə əvvəldən Nurlan tərəfindən lahiyə üzərində əlavə iş görüldüyü təqdirdə bu məsələyə qarışmayacağını, əlavə işin ödənişinin müştəri tərəfindən edilməli olduğunu bildirmişdir. Nurlan lahiyənin hazırlanması üçün torpaq sahəsinə aid sənədləri istəmiş, həmin sənədlər verildikdən sonra lahiyə hazırlanmış və Emin tərəfindən icra hakimiyyətinə göndərilmişdir. O həmin vaxt ərzində boş dayanmamış, tikinti işləri üçün lazım olan müxtəlif tikinti materiallarını həmin torpaq sahəsinə göndərmişdir. O, Eminə lahiyə təsdiq edilən zaman ərzində həm vaxt itirməmək, həm də torpaq sahəsində olan tikinti materiallarının oğurlanmasının qarşısını almaq üçün əvvəldən danışdıqları hasarın tikintisinə başlamağı təklif etmiş, Emin buna etiraz etməmiş, bu səbəbdən o, hasarın tikintisinə başlamış, tikinti gedən dövrdə Emin torpaq sahəsinə gələrək tikintiyə baxmış, o, hasarı beton və daşdan istifadə edərək tikmişdir. Daha sonra Nurlan ona zəng edərək icra hakimiyyəti tərəfindən lahiyənin təsdiq edilməsindən imtina edildiyini, bu səbəbdən lahiyəni yenidən hazırlanmalı olduğunu, bunun üçün də əlavə ödəniş edilməli olduğunu bildirmişdir. O, bu barədə Emin ilə danışmasını, lahiyənin yenidən hazırlanması xərclərini ona deməsini bildirmişdir. Bundan sonra Emin onunla əlaqə saxlayaraq lahiyənin təsdiq edilmədiyini, yeni lahiyənin hazırlanması üçün Nurlanın ondan 1000 (bir min) manat tələb etdiyini bildirmiş, həmin vaxt o, öhdəliyinə düşən işi artıq gördüyünü, lahiyəni hazırlatdıraraq icazənin alınması üçün icra hakimiyyətinə göndərdildiyini, lahiyənin bundan sonrakı xərclərinin onun tərəfindən qarşılanmalı olduğunu bildirmiş, Emin buna etiraz edərək lahiyə üçün əlavə verəcək pulunun olmadığını demiş, buna baxmayaraq o işin davam etdirilməsi üçün Eminin ona verməli olduğu 75.000 (yetmiş beş min) manatdan 1000 (bir min) manatını lahiyənin yenidən hazırlanması üçün Nurlana verməsini təklif edərək, evin tikilməsi üçün gətirdiyi tikinti materiallarının hasar üçün istifadə edilməsinin ona ziyan vurduğunu bildirmiş, Emin isə ona atasının razı olmadığını, bir manat belə verməyəcəyini bildirmişdir. Lahiyənin təsdiq edilməməsinə səbəb Eminin dostuna məxsus hazır lahiyə gətirməsi və həmin lahiyənin Eminə məxsus olan torpaq sahəsinə uyğun gəlməməsi olmuşdur. Bundan başqa tikinti işlərinin dayanmasına səbəb Eminin lahiyə üçün əlavə ödəniş etməkdən imtina etməsi olmuşdur. Daha sonra Eminin atası Şahid1 onu sözügedən torpaq sahəsinə çağırmış, o, onlara gülərüzlə yaxınlaşmasına baxmayaraq həmin vaxt Hüsaməddin ona nalayiq söz işlədərək kobud şəkildə əşyalarını da oradan götürüb getməsini tələb etmişdir. Aralarında narazılıq yarandığından o da inad etmiş, onlara sabah ofisə gəlmələrini, məsələni ofisdə həll edəcəyini demişdir. Həmin hadisədən sonra o Eminə zəng edərək onunla işləmək istəmədikləri təqdirdə məqsədləri ev tikməkdirsə onlara ödəniş etdikləri məbləğ dəyərində tikinti materialı göndərməyi və ya həmin məbləğ dəyərində iş gördükdən sonra getməyi təklif edərək hazırda orada iş gördüyünü, ustalar işləyə-işləyə onu qovduqlarını, onun məqsədinin iş görmək olduğunu, artıq memara və Nurlana pul verdiyini, bunlar üçün pul xərclədiyini, hazırda faktiki olaraq ən azı 5000 (beş min) manat xərclədiyini bildirmişdir. Emin ev tikmək məqsədi yoxmuş kimi yalnız pulunun qaytarılmasını istəmiş, o, Eminə cibində 50.000 (əlli min) manat məbləğində pulun olmadığını, şirkətə edilmiş ödənişləri tikinti materiallarına, ustaların ödənişlərinə, ofis xərclərinə və digər xərclərə verdiyini, şirkətin büdcəsinin ümumi olduğunu, ödənilmiş məbləğlərin şirkətin ümumi xərclərinə xərcləndiyini bildirmişdir. O, Eminə görüşərək pul məsələsini aralarında həll etməyi təklif etsə də, sonuncu razılaşmayaraq onunla görüşməyəcəyini, polislə danışmalı olacağını bildirmişdir. Bundan sonra Yasamal Rayon Polis İdarəsindən Orxan adında polis əməkdaşı onu çağırmış, həmin vaxt o, gördüyü işin pulunu Emin tərəfindən edilmiş ödənişdən çıxdıqdan sonra bir həftə ərzində 10.000 (on min) manat ödəniş etməyi, qalan məbləği isə daha sonra verməyi təklif etmişdir. Emin onun şərti ilə razılaşmış, lakin daha sonra isə Orxan ona zəng edərək Eminin fikrini dəyişdiyini, pulunun tam şəkildə qaytarılmasını istədiyini bildirmişdir. O, orada hasarın tikintisi üçün həm tikinti materiallarına, həm ustalara pul xərcləmiş, lakin Emin ondan ödəniş etdiyi 50.000 (əlli min) manatın hamısının qaytarılmasını tələb etmişdir. O, Bakı şəhərində çox saylı ev tikmiş, ilk dəfədir belə hal baş vermişdir. Zərərçəkmiş şəxsla müqavilə bağlanılarkən "xxxx" MMC-nin adından bağlanmış, lakin masanın üzərində "xxxx" MMC-nin möhürü olduğundan müqaviləyə həmin möhürü vurmuş, müqavilə bağlanılarkən fəlaiyyətinin dondurulmasından məlumatı olmamışdır. Zərərçəkmiş şəxs ümumilikdə 15.000 (on beş min) manat pulu geri qaytarmış, 30.000 (otuz min) manatını tikinti materialı üçün depozit kimi ödəmiş, onlara ödəniş etdikləri məbləğ dəyərində material göndərməyi təklif etmiş, lakin Emin onunla razılaşmamışdır. Tikinti materialları üçün ödəniş etdiyi mağaza ilə on ildir ki, əməkdaşlıq edir, elə vaxt olur, onun həmin mağazaya borcu qalır, elə vaxt olur ki, mağazada onun depoziti qalır. Onların arasındakı razılaşmaya görə depozitə qoyulmuş məbləği geri istəyə bilməzdi. Bu səbəbdən Eminə borclu qaldığı məbləği hissə-hissə qaytarmaq üçün təkliflər etmiş, lakin sonuncu onunla yenə də razılaşmamışdır. O, daim telefon zənglərinə cavab vermiş, şirkətinin yerləşdiyi ofisin ünvanını dəyişdikdən sonra keçmiş ünvana gələn şəxsləri yeni ünvana istiqamətləndirilmişdir. Bundan əlavə onun heç kəsi aldatmaq fikri olmamış, dələduzluq niyyəti olsaydı, heç hasarın tikintisini həyata keçirtməzdi, tikinti işlərinin dayandırılması onun nöqsanları ucbatından baş verməmiş, o, üzərinə düşən öhdəlikləri icra etməyə hazır olmuş, hazırki vaxtadək çoxsaylı tikinti işləri həyata keçirtmişdir, barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, 2022-ci ilin iyun ayında Xəzər rayonu, Mərdəkan qəsəbəsində özünə məxsus olan torpaq sahəsində fərdi yaşayış evi tikdirmək qərarına gəlmiş, həmin tikintinin xərclərini qarşılamaq üçün yaşadığı mənzili sataraq icarəyə ev tapmış, daha sonra tikinti işlərini sərfəli şərtlərlə həyata keçirtmək üçün tikinti şirkəti axtarmağa başlamışdır. Bu məqsədlə “İnstagram” sosial şəbəkəsində fərdi yaşayış evlərinin tikintisinə dair elan yerləşdirmiş "xxxx" MMC adlı səhifədəki telefon nömrəsi ilə əlaqə saxlamış, ona cavab verən şəxs "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs olduğunu bildirərək şərtlərlə tanış olması üçün onu Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən ”Çıraq Plaza”-da olan ofisinə dəvət etmişdir. Bundan sonra o, 05 iyun 2022-ci il tarixdə atası Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs ofisinə getmişlər, görüş zamanı Zahir onun verdiyi lahiyəyə uyğun olaraq tikinti işlərinin aparılması üçün ümumilikdə 128.000 (bir yüz iyirmi səkkiz min) manat məbləğində xərc hesablamış, həmin məbləğdən ilkin olaraq 50.000 (əlli min) manatın ödənildiyi təqdirdə qalan məbləğin hissə-hissə ödənilməsi barədə onlar razılığa gəlmişlər və Zahir onlara qeyd edilən məbləğin ödənildiyi günün səhəri işə başlanılacağını bildirmişdir. Bundan sonra 09 iyun 2023-cü il tarixdə onlar arasında podrat müqaviləsi bağlanılmış və həmin tarixdə 50.000 (əlli min) manatı şirkətin hesabına ödəmiş, səhəri gün Zahirə zəng edərək işə nə zaman başlayacağını soruşmuş, Zahir ona müqavilədə qeyd edildiyi kimi lahiyənin onlar tərəfindən hazırlandığını, hazır olduqdan sonra işə başlayacağını bildirmişdir. Lahiyənin hansı qaydada hazırlanmasından və nə qədər vaxta hazır olduğundan məlumatsız olduğundan bir müddət gözləmiş, daha sonra Zahir ona Nurlan adlı şəxsə yaxınlaşmasını bildirmiş, o, Nurlan adlı şəxslə görüşmüş, həmin vaxt sonuncuya lahiyədə olan ölçülərin qanunun tələblərinə uyğun olmasını, sonradan ona problem yaratmamasını tələb etmişdir. Lahiyə hazır olduqdan sonra Nurlandan götürərək sonuncunun dediyi qaydada təsdiq edilməsi üçün Xəzər Rayon İcra Hakimiyyətinə aparmışdır. Lahiyənin təsdiq edilməsi barədə cavab gözlədikləri zaman Zahir ona torpaq sahəsindəki tikinti materiallarının oğurlana biləcəyini, bu səbəbdən hasarın tikilməli olduğunu bildirmiş, o, sonuncuya istər tiksin, istər tikməsin, işin sonunda tam hazır formada təhvil verməli olduğunu bildirmiş, bundan sonra Zahir öz istəyi ilə müqavilədən kənar əlavə olaraq hasarı tikmiş, həmin hasardan başqa müqavilə əsasında heç bir qazıntı, beton və ya digər tikinti işləri görülməmiş, torpaq örtüyü olduğu kimi qalmışdır. Lahiyə göndərildikdən on gün sonra lahiyənin torpaq ölçüsünə uyğun olmaması ilə bağlı təsdiq edilməsindən imtina edildiyi barədə məktub almışdır. Bundan sonra o, lahiyəni hazırlayan şirkətin rəhbəri Nurlana zəng edərək lahiyənin düzəldilməli olduğunu bildirmiş, bu zaman Nurlan ona ya icra hakimiyyətinə 3000 (üç min) manat ödəniş etməli olduğunu ya da bu məsələni 1000 (bir min) manat qarşılığında həll edə biləcəyini bildirmişdir. O Nurlana lahiyənin qanuni formada olmağını istədiyini, əlavə verəcək bir pulunun olmadığını bildirərək ölçüləri kiçiltməsini tələb etmişdir. Nurlan ona hər bir işin öz qiymətinin olduğunu dedikdə o, lahiyənin hazırlanmasının şirkətin öhdəliyi olduğunu, bu səbəbdən Zahirlə danışacağını bildirmişdir. Zahirə mobil telefon vasitəsi ilə zəng edərək baş verənlər barədə danışmış, sonuncu ona əlavə işin ödənişini Nurlana etməli olduğunu bildirdikdə o bundan imtina etmiş, bu səbəbdən Zahirlə tikinti aparılmalı torpaq sahəsində görüşmək qərarına gəlmişlər. O, atası ilə birlikdə 25 iyul 2022-ci il tarixdə həmin torpaq sahəsində Zahirlə görüşmüşlər, söhbət zamanı Zahirdən hansı səbəbdən tikinti işlərinə hələ də başlamadığını soruşmuş, sonuncu ona lahiyə təsdiq edilmədiyindən tikinti işlərinə başlaya bilmədiyini demiş, o, həmin vaxt Zahirə narahat olmamasını, tikinti işlərinə lahiyəsiz başlamasını təklif etmiş, Zahir buna etiraz edərək lahiyə təsdiq edilmədiyi təqdirdə tikintiyə başlaya bilməyəcəyini, sabah şirkətə gedib ilkin ödəniş etdiyi pulu götürməyini demiş, aralarında narazılıq yarandığından o, bununla razılaşmışdır. Səhəri gün Zahirlə şirkətdə görüşmüşlər, söhbət zamanı Zahir ona tikinti işləri üçün etdiyi ödənişi başqa tikinti işlərinə xərclədiyini, pulun qaytarılması üçün möhlət verilməsini xahiş etmiş, o, buna etiraz etməyərək ona bir ay müddətinə möhlət vermişdir. Həmin vaxt keçdikdən sonra Zahir ona Gəncə şəhərinə getdiyini, orada almalı olduğunu pulların olduğunu, bir qədər də gözləməyini xahiş etmiş, bir müddət sonra Zahir ümumiyyətlə onun telefon zənglərinə cavab verməməyə başlamış, sonuncunun ofisinin yerləşdiyi ünvana getsə də, artıq ofisin boşaldıldığını görmüş, o bir müddət Zahir ilə əlaqə saxlaya bilməmişdir. Daha sonra Zahir onunla danışaraq borcunu ödəyəcəyini bildirsə də, hər dəfə bir ay - bir ay müddətinə möhlət istəmişdir. O, pulunun qaytarmadığını gördüyündən məcbur qalaraq bu barədə polisə şikayət etmişdir. Şikayət edildikdən sonra ona vurulmuş zərərdən 15.000 (on beş min) manat Zahir tərəfindən ödənilmiş, qalan zərər isə hazırki vaxtadək ödənilməmişdir. Zahir ona həmin məbləğin əvəzində tikinti materiallarının göndərilməsini təklif etmiş, o tikinti materiallarının digər tikinti işlərində istifadə etməsini, ona isə nağd şəkildə pulunu verməsini tələb etmişdir. Həmçinin o bu müddət ərzində məcbur qalaraq müqavilə əsasında icarəyə götürdüyü mənzilə alyıq ödəniş etmişdir. Əlavə olaraq ona dəymiş zərərə görə verdiyi mülki iddianın təmin edilməsini, Təqsirləndirilən şəxsla barışmadığını, ona cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, oğlu Zərərçəkmiş şəxs evini satdıqdan sonra ona ev tikdirmək istədiyini, münasib qiymətə olan bir tikinti şirkəti tapdığını bildirmiş, o buna etiraz etməmiş, daha sonra özünü "xxxx" MMC-nin rəhbəri kimi təqdim edən Zahir adlı şəxslə tanış olmuşlar, müqavilə bağlandıqdan sonra ilkin ödəniş kimi 50.000 (əlli min) manat məbləğ ödənilmişdir. Daha sonra oğlu ona tikinti işlərinin başlanılmadığını bildirdiyindən o Zahirə şifahi qaydada narazılığını bildirərək tikinti işlərinə 2022-ci ilin iyun ayında başlamalı olduğu demişdir. Həmin ilin iyul ayında oğlu ona tikinti işlərinin aparılmalı olduğu torpaq sahəsində Zahir ilə görüşəcəklərini və tikinti işlərinin gecikdirilməsi ilə bağlı söhbət edəcəklərini, bu səbəbdən onunla birlikdə getməyini xahiş etmişdir. Görüş zamanı Zahir onlara lahiyə təsdiq edilmədiyindən tikinti işlərinə başlaya bilmədiyini bildirmiş, müqavilədə lahiyənin hazırlanması və təsdiq edilməsi şirkətin öhdəliyi kimi qeyd edilməsinə baxmayaraq, Zahir lahiyənin Emin tərəfindən təsdiq edilməli olduğunu bildirmişdir. Həmin vaxt o, Zahirə lahiyənin təsdiq edilməsinin onun öhdəliyi olduğunu, qeyd etdiklərinin tikintinin başlanılmamasına səbəb ola bilməyəciyini bildirərək, tikintiyə hansı tarixdə başlayacağını soruşmuş, Zahir lahiyə olmadığına görə işə başlaya bilməyəcəyini bildirərək, səhər şirkətə gedərək ilkin ödəniş kimi etdiyi pulları götürmələrini demişdir. Bu səbəbdən onlar səhəri gün oğlu Emin ilə birlikdə şirkətə getmişlər, həmin gündən sonra bir daha Zahiri görməmişdir. Bundan sonra olanlar barədə zərərçəkmiş şəxs Emin vasitəsi ilə məlumat almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, onun fəaliyyət sahəsi lahiyə işləri ilə bağlıdır və "xxxx" MMC-nin fəaliyyəti sırf bundan ibarətdir. Təqsirləndirilən şəxsla da lahiyə işləri ilə bağlı tanışlıqları yaranmış, sonuncu ona müştərilər göndərmiş, o da müştərilər üçün lahiyələr hazırlamışdır. Belə işlər təxminən beş və ya altı dəfə olmuşdur. Zahir ilə birlikdə əməkdaşlıq etdiyi son sifariş Zərərçəkmiş şəxs məxsus olmuşdur. Belə ki, Zahir lahiyə formasını ona göndərmiş və həmin formada lahiyənin hazırlanmalı olduğu bildirilmişdir. Bu məqsədlə o, torpaq sahəsinin sənədlərini istəmiş, Emin torpaq sahəsinin sənədlərini gətirmiş, bundan sonra onların istədiyi formada lahiyə hazırlanmış, Emin lahiyəni götürərək adiyyatı üzrə yerli icra hakimiyyətinə göndərmişdir. Bir müddət sonra Emin ona zəng edərək icra hakimiyyətindən lahiyənin təsdiq edilməsindən imtina edilməsi barədə məktubun göndərildiyini bildirmiş, həmin vaxt o Eminə lahiyənin təsdiq edilməsinə köməklik edə biləcəyini bildirmiş, köməklik dedikdə imtina məktubunda göstərilmiş nöqsanların aradan qaldırılaraq lahiyənin yenidən hazırlanmasını nəzərdə tutmuşdur. Lahiyənin yenidən hazırlanması üçün Emindən əlavə olaraq 1000 (bir min) manat ödəniş istəmiş, məsələnin həll yolunu izah edərək bunun üçün əlavə ödəniş etməli olduğunu bildirmiş, Emin əlavə ödəniş etmək üçün pulunun olmadığını, lahiyənin hazırlanması müqavilə əsasında Zahirin öhdəliyi olduğunu, Zahir ilə özünün danışacağını bildirmişdir. Sonuncu dəfə Emin ilə bu məzmunda danışıqları olmuşdur. Lahiyə onlar tərəfindən hazırlanarkən bütün tələblərə əməl edilmiş, hətta lahiyənin ilkin forması Emin tərəfindən verilmiş, onlar da sonuncu tərəfindən təqdim edilmiş lahiyə əsasında yeni lahiyə hazırlamışlar. O, icra hakimiyyətinin lahiyənin təsdiq edilməsindən imtina edilməsi barədə məktubunu görmədiyindən imtinanın dəqiq səbəbləri barədə məlumatsız olmuş, daha sonra Zahir ilə Emin arasındakı razılığın pozulduğunu, lahiyənin həmin formada qaldığını və heç bir iş görülmədiyi barədə məlumat almışdır. Bundan başqa onların lahiyə ilə bağlı heç bir danışığı olmamış, bir müddət sonra bu məsələ ilə bağlı cinayət işinin başlanıldığı bildirilərək onu Xətai rayon Polis İdarəsinə dəvət etmişlər, həmin vaxt o, polis idarəsinə gedərək ifadə vermişdir. Həmçinin Təqsirləndirilən şəxsla əməkdaşlıq etdiyi digər tikinti işlərinin sahiblərindən sonuncu barəsində heç bir şikayət eşitməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs müqavilə əsasında mənzil təmir elətdirmişdir. Həmin müqavilə üç ay müddətinə 20 may 2022-ci il tarixdə bağlanılmış, 30 avqust 2022-ci il tarixdə mənzilini təhvil almışdır. Tikinti işləri üçün hissə-hissə olmaqla ümumilikdə 42.000 (qırx iki min) manat ödəniş etmişdir. Zahir ilə aralarında hər hansı anlaşılmazlıq olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Təqsirləndirilən şəxs rəhbərlik etdiyi tikinti şirkətini 2022-ci ildə internət vasitəsi ilə tapmış, daha sonra ofisə yaxınlaşaraq altmış bir kvadrat metrlik təmir işlərinin görülməsi üçün müqavilə bağlamışlar. Təmir işləri üçün hissə-hissə olmaqla ümumilikdə 12.000 (on iki min) manat ödəniş etmişdir. Zahir ilə aralarında heç bir problem olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs (sifarişçi) ilə Təqsirləndirilən şəxs (podratçı) arasında bağlanmış 09 iyun 2022-ci il tarixli, 14152 nömrəli podrat müqaviləsindən görünür ki, qeyd olunan müqavilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bağlanılmış, ümumi dəyəri 128.000 (bir yüz iyirmi səkkiz min) manat təşkil etmişdir (cild İ, i.v 32-35); 09 iyun 2022-ci il tarixli 000003 nömrəli kassa məxaric orderindən görünür ki, Zərərçəkmiş şəxs 50.000 (əlli min) manatı "xxxx" MMC-nin hesabına ödənilmişdir (cild İ, i.v 36); 21 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində həmin tarixdə, saat 17:00-da tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 16:10-dan hesablanmışdır (cild İ, i.v 87-88); 23 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qohumu X4 Zərərçəkmiş şəxs ödənilməsi üçün 15.000 (on beş min) manat məbləğində pulu istintaqa təqdim etmişdir (cild İ, i.v 106); 24 dekabr 2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 15.000 (on beş min) manat pulu Xətai RPİ İŞ-nin müstəntiqi Rəhman Cəfərovdan qəbul etmişdir (cild İ, i.v 107); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır (cild İ, i.v 130); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild İ, i.v 131); Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, "D" yaşayış sahəsi, ev 98, mənzil 71 (giriş 3) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir, həmçinin bildirir ki, Təqsirləndirilən şəxs adına ümumi birgə payda Sabirabad rayonu, Qalağayın kəndində yerləşən 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-131 nömrəli xx.xx.1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Təqsirləndirilən şəxs adına respublikanın digər ərazi idarələrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.(cild İ, i.v 139) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vergi ödəyicisinin reyestri məlumatlarına əsasən "A-Zirvə İnşaat” MMC-nin (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatından keçərək vergi uçotuna alınması, hüquqi ünvanının AZ1040, ünvan 5quqi şəxsin rəhbərinin Təqsirləndirilən şəxs olması barədə məlumat mövcuddur. Eyni zamanda vergi orqanının uçot baza məlumatlarında "A-Zirvə İnşaat” MMC-nin (VÖEN: **********) əsas fəaliyyət növünun "Yaşayış və qeyri-yaşayış binalarının tikintisi üzrə layihələrin işlənməsi" (4110001) olması, fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılması, xx.xx.2022-ci il tarixdə bərpa olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2057-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. "xxxx" MMC-nin (VOEN: **********) şəxsi hesab vərəqəsi üzrə məlumatlarına əsasən xx.xx.2023-cü il tarixə (bundan sonra-cari tarixə) dövlət büdcəsinə ödənilməmiş vergi borcu habelə, cari tarixə məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları üzrə və İcbari tibbi sığorta haqları üzrə borcu müəyyən edilməmişdir. "A-Zirvə İnşaat MMC-nin (VÖEN: **********) cari tarixə sadələşdirilmiş vergi üzrə 2021-ci ilin İİ, İİİ, 2022-ci ilin İ, İV ve Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə üzrə isə 2021-ci ilin İİ, 2022-ci ilin İ, İV-cü rübü təqdim edilməmiş bəyannamələri aşkar edilmişdir (cild İ, i.v 141-142); Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (VÖEN: **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması və "xxxx" (VÖEN: **********) və "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətlərinin rəhbəri olması barədə məlumat mövcuddur (cild İ, i.v 147); 25 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi, maddi sübut kimi tanıma və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi, onunla "A-Zirvə İnşaat” MMC arasında bağlanmış 14152 saylı, xx.xx.2022-ci il tarixli "Podrat" müqaviləsi və Zərərçəkmiş şəxs 50.000 (əlli min) manat pulu ödəməsinə dair tərtib edilmiş "Kassa-mǝxaric orderi" iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild İ, i.v 148- 153); 01 aprel 2022-ci il tarixli, 15233 nömrəli podrat müqaviləsindən görünür ki, X5 (sifarişçi) ilə Təqsirləndirilən şəxs (podratçı) arasında podrat müqaviləsi bağlanmışdır. 09 avqust 2022-ci il tarixli, 1312 nömrəli podrat müqaviləsindən görünür ki, X6 (sifarişçi) ilə Təqsirləndirilən şəxs (podratçı) arasında podrat müqaviləsi bağlanmışdır. 17 iyun 2022-ci il tarixli, 1101 nömrəli podrat müqaviləsindən görünür ki, X7 (sifarişçi) ilə Təqsirləndirilən şəxs (podratçı) arasında podrat müqaviləsi bağlanmışdır. 30 mart 2022-ci il tarixli, 1001 nömrəli podrat müqaviləsindən görünür ki, X3 (sifarişçi) ilə Təqsirləndirilən şəxs (podratçı) arasında podrat müqaviləsi bağlanmışdır. 20 may 2022-ci il tarixli, 10033 nömrəli podrat müqaviləsindən görünür ki, Şahid4 (sifarişçi) ilə Təqsirləndirilən şəxs (podratçı) arasında podrat müqaviləsi bağlanmışdır. 23 aprel 2022-ci il tarixli, 14141 nömrəli podrat müqaviləsindən görünür ki, X8 (sifarişçi) ilə Təqsirləndirilən şəxs (podratçı) arasında podrat müqaviləsi bağlanmışdır. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş kirayə müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə Zərərçəkmiş şəxs ələ keçirdiyi 50.000 manat pul vəsaitindən qalan 35.000 manat hissəsinin, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər kirayə haqqı olaraq ödənilən 6000 manatın, dövlət rüsumu qismində ödənilmiş 213 manatın, cəmi 41.213 manat pul vəsaitinin cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barəsində qərar qəbul edilməsi xahiş olunmuşdur. “Turac-A.F” firmasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 6 ünvanında yerləşən 16 mərtəbəli, 2 bloklu binanın 2-ci blokunun 7-ci mərtəbəsinda yerləşən 91 saylı 3 otaqlı mənzili xx.xx.2016-cı il tarixində 213600 (iki yüz on üç min altı yüz) azn-ə almışdır. xx.xx.2022-ci il tarixində Zərərçəkmiş şəxs aldığı mənzili "Turac-A.F." firmasına geri qaytarmış və 213600 (iki yüz on üç min altı yüz) azn-i firmadan geri almışdır. “AECS” qiymətləndirmə xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış təhlil və hesablamalar nəticəsində Xəzər rayonu, Merdekan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi üzərindəki "Z-ZİRVƏ İNŞAAT” MMC tərəfindən inşa edilmiş yarımtikili hasara çəkilmiş xərcin miqdan 4 233,68 (dörd min iki yüz otuz üç manat, altmış səkkiz qəpik) manat müəyyən edilmişdir. 28 aprel 2022-ci il tarixli, 374405 nömrəli kassa mədaxil orderindən görünür ki, X5 tərəfindən müqavilə üçün avans olaraq 3.600 manat ödənilmişdir 20 may 2022-ci il tarixli, 374406 nömrəli kassa mədaxil orderindən görünür ki, Şahid4 tərəfindən müqavilə üçün avans olaraq 13.000 manat pul ödənilmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, bir çox fərqli ünvanlarda mənzillər tam təmir olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam və hərtərəfli baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin mövcudluğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, onun tərəfindən həmin cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmuşdur və təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin arasındakı hadisə mülki xarakter daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Dələduzluq cinayətinin dizpozisiyasında qeyd olunur ki, dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan suiistifadə yolu ilə dələduzluq. Burada aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması (aktiv aldatma), həm də həqiqət haqqında susma (passiv aldatma) başa düşülür. Həqiqətin təhrif edilməsi dedikdə, təqsirkarın müəyyən faktların movcud olması və ya olmaması barədə yalan məlumat verməklə zərərçəkmişi aldadaraq ondan əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Həqiqət barədə susma dedikdə təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmişə bildirməklə onu aldadaraq əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Həqiqət barədə susma dedikdə təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmişə bildirməklə onu aldadaraq əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Bu baxımdan əgər məlumatların saxtalaşdırılmasının və ya xəbər verilməsi zəruri olan məlumatların gizlədilməsinin təqsirkar tərəfindən qabaqcadan düşünülərək edilməsi müəyyən olunmazsa, onda dələduzluq cinayəti olmayacaqdır. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə müəyyən edilir ki, zərərçəkmiş şəxsin 50.000 (əlli min) manat məbləğində etdiyi ödəniş "xxxx" MMC-nin hesabına ödənilmiş, həmin məbləğ ödənilməmişdən əvvəl təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı dələduzluq etmək niyyəti olmamışdır. Qeyd edilənlərə əsasən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasından yaranmış mübahisə mülki münasibətlərdən irəli gələn məsələdir. Belə ki, məhkəmədə öz təsdiqini tapan hallardan birincisi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 50.000 manatı aldığı və xx.xx.2022-ci il tarixdə rəsmi olaraq fəaliyyəti dayandırılsa da vergi ödəyicisi kimi xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin (VÖEN: **********) kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatından keçərək vergi uçotuna alınması, təqdim edilmiş podrat müqavilələri və məhkəmə zalında dindirilmiş şahidlərin ifadələrinə əsasən onun həqiqətən də mənzillərin tikintisi və təmiri ilə məşğul olması müəyyən edilmişdir. Digər təkzibolunmaz sübut, Təqsirləndirilən şəxs müqavilə bağlandıqdan sonra ondan asılı olmayan səbəblərdən layihə üzrə tikinti işlərinə başlanılmasına icazə verilməməsinə görə həmin evin tikintisinin aparıla bilməməsi, bununla belə qeyd olunan torpaq sahəsində hasar tikməsi, həmçinin dəymiş zərəri qismən ödəməsi, zərərçəkmiş şəxsə dəfələrlə ödəmiş olduğu 50.000 manatın qarşılığında aldığı tikinti materillarının göndərilməsini təklif etmiş olsa belə, zərərçəkmiş şəxs tərəfindən qəbul edilməməsi, onun dələduzluq yolu ilə özgənin əmlakını ələ keçirmək niyyətinin olmadığını müəyyən etmişdir. Məhkəmə tərəflərin arasında yaranmış münasibətlərin mülki xarakter daşıdığını bir daha vurğulayaraq qeyd edir ki, həmin münasibətlər məhz Azərbaycan Respublikasının mülki qanunvericiliyinin müddəaları ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2, 6.2, 14.2, 14.2.1, 324.1-324.2, 324.4, 752.1-752.3, 753.1-753.4, 754.1 və 754.2-ci maddələrinin müddəalarından göründüyü kimi, tərəflərin arasında podrat müqaviləsinə dair mülki münasibətlər yaranmışdır. “Dələduzluq işləri üzrə” Ali Məhkəmnin plenum qərarında da qeyd olunduğu kimi təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olmalıdır. Həm cinayət işi materillarından, həm də məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 50.000 manat pulu ələ keçirməmişdən əvvəl özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək niyyəti olmamışdır. Belə ki, Azərbaycan Respublikaıs Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispoziyasından dələduzluq cinayətinin tərkib əlamətləri kimi “etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə” göstərilmişdir. Təqsirləndirilən şəxsin belə niyyəti müəyyən olunmamış, əksinə təqdim olunmuş və kassa mədaxil orderlərindən və fotoşəkillərdən onun mənzillərin tikintisi ilə məşğul olduğu və qeyd olunan işi dəfələrlə görməsi, hazırkı vaxtdək bu barədə barəsində hər hansısa şikayət və ya ibtidai araşdırma aparılmadığı, qeyd olunan işləri müqavilə əsasında sifarişçilərə təqdim etməsi müəyyən olunmuşdur. Bundan əlavə təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən podrat müqaviləsi bağlanmamışdan əvvəl hər bir müştəri kimi Zərərçəkmiş şəxs da lahiyənin hazırlanması ilə bağlı əlavə görüləcək işlərin ödənişlərinin onun (sifarişçinin) tərəfindən ödənilməli olduğunu bildirdiyini qeyd etmiş, həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 lahiyə ilə bağlı əlavə və dəyişikliklərin ödənişinin daima tikinti işlərini sifariş vermiş şəxs tərəfindən ödənildiyini qeyd etmişdir. Bununla yanaşı tərəflər arasında bağlanılmış müqavilədə lahiyə təkrar hazırlandıqda, üzərində dəyişiklik və ya əlavələr edildikdə lahiyə xərclərinin təqsirləndirilən şəxs tərəfindən ödəniləcəyi ilə bağlı bənd qeyd edilməmişdir. Eyni zamanda lahiyənin təsdiq edilməsindən imtina edildikdən sonra təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə yeni lahiyənin hazırlanması üçün ödəniş etdikdən və lahiyə təsdiq edildikdən sonra tikinti işlərinə davam edəcəyi bildirilmiş, lakin zərərçəkmiş şəxs bununla razılaşmamış, qeyd olunan halda məhkəmə iclas zalında zərərçəkmiş şəxs tərəfindən təsdiq edilmişdir. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclas zalında zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxs ondan aldığı pulun qarşılığında aldığı tikinti materiallarını ona verməyi təklif etmiş, lakin zərərçəkmiş onunla razılaşmayaraq ödəniş etdiyi məbləği nağd şəkildə istəmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki ittihamla bağlı tərəflərin arasında yaranmış mübahisə mülki münasibətlərdən, podrat müqaviləsi öhdəliklərindən irəli gəlir və hazırki ittihamla bağlı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibi mövcud deyildir və tərəflər arasında yaranmış mübahisə mülki xarakter dayışır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası CPM-in cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası CPM-nin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər. 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün bir neçə hallar mövcuddur ki, həmin hallardan da ən azı birinin mövcud olması bəraət hökmü çıxarılması üçün əsasdır. 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. 42.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda məhkəmə bəraət hökmü çıxarır. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 124.1-ci maddəsinə görə, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 134.1-ci maddəsinə əsasən, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. 134.2-ci maddəsinin 134.2.11 və 134.2.13 bəndlərinə görə, cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəlləyə müvafiq tərtib edilmiş aşağıdakı istintaq hərəkətlərinin protokolları sübut kimi istifadə oluna bilər: dindirmə, üzləşdirmə və ifadəni yerində yoxlama; istintaq eksperimenti. 138.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən,şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 349.5.1-ci maddəsinə əsasən, məhkəmə yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları X1 presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, «əsaslı şübhə yeri qoymayan» sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, «ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir» («Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı).Bu baxımdan məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 2-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə təhqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən, iş üzrə toplanılan, lakin məhkəmə iclasında təhqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Müttəhimin, zərərçəkmişin, şahidlərin təhqiqat, ibtidai istintaq və ya başqa məhkəmə iclasında verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisəli şəkildə təqiq edilmiş olsun. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A (İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Həmin Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Həmin Bəyannamənin 9-cu maddəsinə görə, heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən,məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham üzrə, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından və tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddiasına münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-cimaddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1, 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 74-cü hissəsinin ikinci abzasına görə bəraət hökmü Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Hazırki cinayət işi üzrə cinayət hadisəsinin, yəni dələduzluq cinayətinin baş verməsi müəyyən olunmadığından, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar ziyanın vurulması istisna olunur və bu baxımdan verilmiş mülki iddia cinayət mühakimə icraatında həll oluna bilməz. Buna görə də məhkəmə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılmalı və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən baxılmadan saxlanılmış mülki iddianın sonradan mülki mühakimə icraatı qaydasında verilə bilməsi hüququnun olması Zərərçəkmiş şəxs izah ediməldir. iş üzrə maddi sübut – tərəflər arasında bağlanmış 14152 saylı, xx.xx.2022-ci il tarixli "Podrat" müqaviləsi və Zərərçəkmiş şəxs 50.000 (əlli min) manat pulun ödəməsinə dair tərtib edilmiş "Kassa-mǝxaric orderi" iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 42.2.2, 344-350, 352-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri Azərbaycan Respublikası CPM-nin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsinə dair mülki iddiası baxılmamış saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Tərəflər arasında bağlanmış 14152 saylı, xx.xx.2022-ci il tarixli "Podrat" müqaviləsi və Zərərçəkmiş şəxs 50.000 (əlli min) manat pulun ödəməsinə dair tərtib edilmiş "Kassamǝxaric orderi" iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar