Məhkəmə qərarları › İş №1(011)-229/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-229/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-229/2022 26.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyatda olmaqla, ünvan 2rəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı, natamam döyüş sursatı hesab edilən bir ədəd M75 tipli əl qumbarasının gövdəsini və bir ədəd M75 tipli əl qumbarasının alışdırıcı partladıcısını istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə yaşadığı ünvan 3 ünvanına daşıyaraq saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 14:54-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına özünün razılığı və iştirakı ilə baxış keçirilərkən zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı, natamam döyüş sursatı hesab edilən bir ədəd M75 tipli əl qumbarasının gövdəsi və bir ədəd M75 tipli əl qumbarasının alışdırıcı partladıcısı, hansı ki, həmin əl qumbarasının gövdəsi ilə alışdırıcı partlayıcısı komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş M75 tipli qəlpəli, döyüş sursatı hesab edilən, hərbi qüvvələrdə istifadə olunan, tamlığı pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlı döyüş sursatı olan əl qumbarası yataq otağındakı masanın üzərindən bir ədəd plastik qabın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, subaydır, rəsmi olaraq heç yerdə işləmir. Tutulmamışdan təxminən 01 ay əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Böyükşor Gölü” adlanan yerin yaxınlığında əvvəllər bir neçə dəfə gördüyü Vətən Müharibəsinin qazisi kimi tanıdığı “İsmət" adlı şəxslə qarşılaşmış, onunla söhbət zamanı İsmət ona özündə 01 ədəd qumbaranın olduğunu demiş və ona verərək qumbaranı saxlamağını xahiş etmişdir. O razılaşmış və ondan polietilen torbanın içərisində 01 ədəd qara rəngli qumbara və 01 ədəd alışdırıcını alıb yaşadığı evə aparmışdır. Evdə qumbaranı masanın üzərində olan qabın içərisinə qoymuş və bu barədə heç kimə məlumat verməmişdir. Məqsədi qumbaranı bir müddət saxladıqdan sonra insanların olmadığı yerə atmaq və ya polisə könüllü təqdim etmək olmuşdur. 07 fevral 2022-ci il tarixdə saat 11:35 radələrində yaşadığı evdən çıxıb bir qədər getdikdən sonra bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bu zaman həmin şəxslər özlərini təqdim edərək DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını, onda partlayıcı əşyalar olması barədə onlarda məlumat olduğunu bildirərək BMCMİ-nə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və BMCMİ-nə gəlmişdir. Baş İdarədə xidməti iş otağında olan zaman təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə onun istəyi ilə Vəkil Bürosundan vəkil Səfər Hüseynov dəvət etmişdir. Vəkil gəldikdən sonra ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, o da etiraz etmədən razılaşmışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyalarını təqdim etməyini xahiş etmişdir. Üzərində hər hansı qanunsuz əşya olmadığını bildirib üzərindən mobil telefonu və evinin açarlarını təqdim etmişdir. Bundan başqa üzərində qanunsuz əşya olmadığını, lakin yaşadığı ünvan 3 ünvanında 01 ədəd əl qumbarasının olduğunu və onları təqdim edə biləcəyini bildirmişdir. Daha sonra onunla bərabər digər iştirakçılara da həmin videoçəkiliş nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün bütün iştirakçılarla birlikdə protokola imza etmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyinə dair ərizə yazmış və evi istiqamətində getməyə başlamışlar. Yaşadığı evin yolunu polis əməkdaşlarına göstərmiş və həmin ünvana gedib çatan zaman evini polislərə göstərmiş və baxışın evinin içərisindən keçirilməsini xahiş etmişdir. Bundan sonra evin qapısını açmış və polisləri evin içərisinə dəvət etmişdir. Evin içərisinə daxil olduqdan sonra videoçəkiliş başlanılmış və təhqiqatçı şifahi formada evinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuş, etiraz etmədiyini bildirmişdir. Bundan sonra videoçəkiliş başlanılmış, təhqiqatçı evində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmiş, evində qumbara olduğunu demiş və evin yataq otağına getmişdir. Orada masanın üzərində olan plastik qabın içərisindən 01 ədəd qumbarasını və onun alışdırıcısını təqdim etmişdir. Həmin əşyalar qablaşdırılaraq götürülmüş, sorğu zamanı həmin əşyanı tanışı “İsmət" adlı qazidən 01 ay əvvəl aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 07 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, məlumat rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa o, şöbənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 daxil olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı mənzilin yaxınlığında olması barədə məlumat daxil olduqdan sonra həmin gün saat 11:35-də ünvan 4 ünvanının yaxınlığında olan zaman xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq adını və soyadını soruşduqda, o, Təqsirləndirilən şəxs olduğunu bildirmiş, həmin şəxsə üzərində qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr daşıması və saxlaması barədə məlumat daxil olduğunu deyərək onu BMCMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə BMCMİ-nə getməyə razılaşmışdır. Baş İdarədə Təqsirləndirilən şəxs İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyevin xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkil dəvət edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs vəkilə etiraz etmədiyini bildirmiş, bundan sonra sonuncuya video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış aparılacağı izah olunmuş, Təqsirləndirilən şəxs buna etiraz etmədən razılaşmış və üzərində hər hansı qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən özünə məxsus olan bir ədəd “Xiaomi" markalı mobil telefonu və açarları çıxararaq masanın üzərinə qoymaqla təqdim etmiş, üzərinə baxış keçirilsə də, qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon götürülsə də, açarlar onun özünə geri qaytarılmış, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olmadığını, lakin yaşadığı evdə 01 ədəd qumbara saxladığını bildirərək onu təqdim edə biləcəyini və yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını qeyd etmişdir. Bundan sonra şəxsi axtarış dayandırılmışdır. Bundan sonra şəxsi axtarışda iştirak edən şəxslərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına getmişlər. Yolda olan zaman Təqsirləndirilən şəxs evlərinin yolunu göstərmiş və onun dediyi yolla gedib bir evin qarşısına çatmışlar. Oraya çatan zaman Təqsirləndirilən şəxs həmin evdə yaşadığını demiş, avtomobildən düşmüşlər və sonuncu evin qapısını özündə olan açarla açıb onları evin içərisinə dəvət etmişdir. Orada olan zaman videoçəkilişdən baxış keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs onları evin yataq otağına dəvət edərək 01 ədəd qumbaranı orada masanın üzərində saxladığını bildirmişdir. Masanın üzərində olan 01 ədəd plastik qabın içərisindən qumbara aşkar olunmuş, şifahi sorğu zamanı sonuncu aşkar olunan qumbaranın ona məxsus olduğunu, onu “İsmət" adlı tanışının ona saxlaması üçün verdiyini, “İsmət" adlı şəxsin həmin qumbaranı İkinci Qarabağ döyüşləri zamanı gətirməsi barədə ona məlumat verdiyini bildirmişdir. Bundan sonra qumbara qablaşdırılaraq möhürlənmiş, Təqsirləndirilən şəxs qablaşmanın üzərinə imza etmiş, bundan sonra sonuncunun evinə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı bir başqa əşya aşkar edilməmişdir. Bundan sonra onlar birlikdə Baş İdarəyə gəlmişlər, orada protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 hər biri ayrı-ayrılıqda Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 07 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:35 radələrində Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 07 fevral 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş sursatı və partlayıcı maddələr, o cümlədən digər qanunla qadağan edilmiş əşya və predmetlər olmadığını bildirmiş, əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd “Redmi” markalı mobil telefonu, əynində olan həmin şalvarının sağ yan cibindən yaşadığı evin açarını çıxarıb təqdim etmişdir. 01 ədəd “Redmi” markalı mobil telefon tərəfindən götürülmüş və evin açarı Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında 01 ədəd qumbara saxladığını və həmin ünvana gedildiyi halda qumbaranı təqdim edə biləcəyini və yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (i.v. 32-33); baxış keçirilməsi və əşyaların götürülməsi aparılması haqqında 07 fevral 2022-ci il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah, döyüş sursatı və partlayıcı maddələr, o cümlədən digər qanunla qadağan edilmiş əşya və predmetləri gizlətdiyi təqdirdə könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yataq otağında 01 ədəd plastik qutunun içərisində 01 ədəd qumbara olduğunu bildirmişdir. Həmin plastik qutunun içərisinə baxış zamanı 01 ədəd qara rəngli qumbara tipli predmet və həmin predmetin üzərində «CPБ», «БР.М75» hərf və rəqəmlərinin və 01 ədəd alışdırıcı tipli predmet və həmin predmetin üzərində «8623» rəqəmlərinin qeyd edildiyi aşkar edilmişdir. 01 ədəd qumbara tipli və 01 ədəd alışdırıcı tipli predmet cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd ağ kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin qumbaranı və alışdırıcı hissəsini bir aydan çox müddət tanıdığı əslən Füzuli rayonundan olan “İsmət” adlı şəxsdən əldə etdiyini, həmin qumbaranı “İsmət” adlı şəxsin İkinci Qarabağ döyüşlərində əldə etdiyini və hədiyyə olaraq İsmət adlı şəxs tərəfindən verildiyini bildirmişdir (i.v. 37-39); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 07 fevral 2022-ci il tarixli, 22/116R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı M75 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya M75 tipli əl qumbarasının alışdırıcı partladıcısıdır. Həmin 01 ədəd M75 tipli əl qumbarasının gövdəsi ilə 01 ədəd həmin alışdırıcı partlayıcını komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş M75 tipli qəlpəli əl qumbarasıdır, döyüş sursatıdır, hərbi qüvvələrdə istifadə olunur, tamlığının pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlıdır (i.v. 50-55); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 08 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (i.v. 69-70); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.02.2022-ci il tarixli 4(005)-148/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 07.02.2022-ci il tarixdən hesablanmışdır (i.v. 88-92); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 24.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin 24.12.2014cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 322.2, 178.1, 66.3, 69.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay 27 gün müddətinə islah işləri cəzasına (15%) məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 05.04.2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və CM-nin 69.4cü maddəsi tətbiq edilməklə 1300 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və 26.12.2019-cu il tarixdə cəzasını tam olaraq çəkib qurtarmışdır (i.v. 124-126); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 04 mart 2022-ci il tarixli 19/51-4020 saylı sorğuya cavab məktubundan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 98 ünvanında yaşayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində qeydiyyatda olmamışdır (i.v. 128); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 04.04.2022-ci il tarixli 817 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittihma olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (i.v. 142-143); Cəbrayıl Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2013-cü ildə X1 bitirmişdir və texnikomda oxuduğu zaman barəsində cinayət işi olmuşdur (i.v. 147); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 05.04.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, 07.02.2022-ci il tarixli 22/116R saylı və 04.04.2022-ci il tarixli 817 saylı rəylər, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokollar sübut növü kimi qiymətləndirilmiş, 01 ədəd ədəd qəlpəli M75 tipli əl qumbarasının gövdəsi və 01 ədəd M75 tipli əl qumbarasının alışdırıcı partladıcısı maddi sübut kimi tanınmış, döyüş sursatının əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır (i.v. 148-153); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 05 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (i.v. 160-161). Cəbrayıl rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 28 aprel 2022-ci il tarixli 109/2022-60-1 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin 24.12.2014-cü il tarixli hökmü ilə ona təyin edilmiş islah işləri cəzasını 23.02.2016-cı il tarixdə çəkib qurtarmışdır. Həmçinin, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 05.04.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş cərimə cəzasını 26.12.2019-cu il tarixdə çəkib qurtarmışdır. Məhkəmə istintaqı zamanı 1 ədəd “CD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş sursatı və partlayıcı maddələr, o cümlədən digər qanunla qadağan edilmiş əşya və predmetlər olmadığını bildirir, əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd “Redmi” markalı mobil telefonu və əynində olan həmin şalvarının sağ yan cibindən yaşadığı evin açarını çıxarıb təqdim edir. 01 ədəd “Redmi” markalı mobil telefon əməkdaşlar tərəfindən götürülür və evin açarı Təqsirləndirilən şəxs geri qaytarılır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında 01 ədəd qumbara saxladığını və həmin ünvana gedildiyi halda qumbaranı təqdim edə biləcəyini və yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirir. Məhkəmə istintaqı zamanı 1 ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilir, baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında 01 ədəd plastik qutunun içərisində 01 ədəd qumbara olduğunu bildirir. Həmin plastik qutunun içərisinə baxış zamanı 01 ədəd qara rəngli qumbara tipli predmet və həmin predmetin üzərində «CPБ», «БР.М75» hərf və rəqəmlərinin, 01 ədəd alışdırıcı tipli predmet və həmin predmetin üzərində «8623» rəqəmlərinin qeyd edildiyi aşkar edilir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin qumbaranı və alışdırıcı hissəsini bir aydan çox müddət tanıdığı əslən Füzuli rayonundan olan “İsmət” adlı şəxsdən əldə etdiyini, həmin qumbaranı “İsmət” adlı şəxsin İkinci Qarabağ döyüşlərində əldə etdiyini və hədiyyə olaraq İsmət adlı şəxs tərəfindən verildiyini bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə — iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24.12.2014-cü il və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05.04.2017-ci tarixli hökmləri üzrə olan məhkumluqları azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar olduqlarından və bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənildiklərindən Azərbaycan Respublikası CM-nin 18.4.3 və 18.4.4-cü maddələrinə əsasən cinayətin residivi kimi nəzərə alına bilməzlər. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd qəlpəli M75 tipli əl qumbarasının gövdəsi və 01 ədəd M75 tipli əl qumbarasının alışdırıcı partladıcısı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 1 ədəd “CD-R” və 1 ədəd “DVD-R” formatlı disklərin cinayət işinin materiallarında saxlanılmaları nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd qəlpəli M75 tipli əl qumbarasının gövdəsi və 01 ədəd M75 tipli əl qumbarasının alışdırıcı partladıcısı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, 1 ədəd “CD-R” və 1 ədəd “DVD-R” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar