Məhkəmə qərarları › İş №1(011)-229/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-229/2023

02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-229/2023 02.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru X6, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1984-cü ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 9, mənzil 34-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 104 C, mənzil 20-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş ittihama əsasən o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 xarici ölkədən “Mersedes E Class” markalı avtomobil gətirmək adı ilə yalandan vəd edərək aldadıb 16 aprel 2021-ci il tarixdə kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 309 ünvanının qarşısında Zərərçəkmiş şəxs2 məxsus “Opel Astra” markalı avtomobili ondan götürərək 11.800 manata satmış, həmin puldan 3000 manatı avtomobilin kredit borcunun ödənilməsinə vermiş, 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pulu isə ələ keçirməklə əmlak sahibi Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının İpoteka və Zəmanət Fondunun “Fəxri” adlı yüksək vəzifəli şəxsinə rüşvət verməyə təhrik edərək, yəni həmin vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 güzəştli şərtlərlə ev alması üçün İpoteka və Zəmanət Fondundan pul ayrılmasında köməklik edəcəyini yalandan vəd edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan xx.xx.2021-ci il tarixdə Bakı Metropoliteninin Nəriman Nərimanov stansiyasının yaxınlığındakı parkda 600 manat, xx.xx.2021-ci il tarixdə özünün istifadəsində olan 4169 7413 7765 3900 nömrəli "xxxx" plastik kartına köçürmə yolu ilə 237 manat, xx.xx.2021-ci il tarixdə özünün istifadəsində olan 4169 7413 7765 3900 nömrəli "xxxx" plastik kartına köçürmə yolu ilə 118 manat, xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Gənclik Mall” Ticarət Mərkəzinin avtomobil parklama yerində 2088 manat, xx.xx.2021-ci il tarixdə özünün istifadəsində olan 4169 7413 7765 3900 nömrəli "xxxx" plastik kartına köçürmə yolu ilə 300 manat, xx.xx.2021-ci il tarixdə özünün istifadəsində olan 4169 7413 7765 3900 nömrəli "xxxx" plastik kartına köçürmə yolu ilə 50 manat, xx.xx.2021-ci il tarixdə özünün istifadəsində olan 4169 7413 7765 3900 nömrəli "xxxx" plastik kartına köçürmə yolu ilə 200 manat, xx.xx.2021-ci il tarixdə özünün istifadəsində olan 4169 7413 7765 3900 nömrəli "xxxx" plastik kartına köçürmə yolu ilə 115 manat və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Esra Plaza”-nın qarşısında 1000 manat məbləğində olmaqla, ümumilikdə 4708 (dörd min yeddi yüz səkkiz) manat məbləğində pul almaqla əmlak sahibi Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyindəki X4 publik hüquqi şəxs tərəfindən hərracları keçirilən dövlətə məxsus idarə, müəssisə və təşkilatların balansında olan istismara yararsız və istismar müddətləri bitmiş nəqliyyat vasitələrinin ucuz qiymətə alınmasında köməklik edəcəyini yalandan vəd edərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mirzəağa Əliyev küçəsində 2205 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində 600 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində 560 manat, xx.xx.2022-ci il tarixdə özünün istifadəsində olan 4169 7413 7765 3900 nömrəli "xxxx" plastik kartına köçürmə yolu ilə 110 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tolstoy küçəsi ilə Zərgərpalan küçələrinin kəsişməsində yerləşən ofisdə 1900 manat, xx.xx.2022-ci il tarixdə Xətai metrostansiyasının yaxınlığında 400 manat, xx.xx.2022-ci il tarixdə özünün istifadəsində olan 4169 7413 7765 3900 nömrəli "xxxx" plastik kartına köçürmə yolu ilə 140 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsində avtomobilin içərisində 5300 manat, xx.xx.2022-ci il tarixdə, ünvan 2 ünvanında yerləşən “Bravo” marketdə quraşdırılmış “e-manat” terminalı vasitəsilə özünün istifadəsində olan 5243 7544 1088 5543 nömrəli “UniBank” plastik kartına köçürmə yolu ilə 1000 manat, ümumilikdə 12215 (on iki min iki yüz on beş) manat məbləğində pul almaqla əmlak sahibi Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, qeyri-rəsmi nikah münasibətində olduğu arvadı Şahid1 ilə birlikdə yaşayır. Onun ilk evliliyindən olan iki övladı vəfat etmişdir. Lütfiyyənin isə ilk evliliyindən olan iki övladı isə hazırda onlarla birlikdə yaşayırlar. Şahid1 11 oktyabr 2021-ci il tarixdə öz qohumu Zərərçəkmiş şəxs1 ilə telefonla danışaraq, onun vasitəsi ilə Zərərçəkmiş şəxs1 “X7” güzəştli şərtlərlə ev alınması üçün pul ayrılmasında köməklik edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 Lütfiyyəyə inanıb razılıq vermişdir. Bir neçə gün sonra o, arvadı Lütfiyyə, Zərərçəkmiş şəxs1 və sonuncunun arvadı Şahid3 birlikdə Bakı Metropoliteninin Nəriman Nərimanov adlı metrostansiyasının yaxınlığındakı parkda görüşmüşdürlər. Həmin görüş zamanı Zərərçəkmiş şəxs1 “X7” güzəştli şərtlərlə ev alınması üçün ona ilkin olaraq 600 manat nağd pul və arvadı Zöhrənin şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Timur özü Türkmənistan vətəndaşı olduğu üçün ona “X7” güzəştli şərtlərlə ev verilə bilməzdi, ona görə də arvadı Zöhrənin adına ev alınmasını istəmişdir. Şahid3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sosial ev verilməsi üçün ərizə yazmışdır. Həmin görüş zamanı Timura bildirmişdir ki, X10 Zaur Təhməzov adında tanışı işləyir və Zaur həmin fondun sədri Fəxri müəllimi də tanıyır. Timur ödənişlə bağlı onunla razılaşdığı üçün hissə-hissə olmaqla xx.xx.2021-ci il tarixdə onun "xxxx" kartına 237 manat, xx.xx.2021-ci il tarixdə isə 118 manat pul göndərmişdir. Bundan sonra o, Timurla əlaqə saxlayaraq sosial evin sığorta xərcləri ilə bağlı pul lazım olduğunu bildirmiş və onlar xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Gənclik Mall” Ticarət mərkəzinin qarşısında görüşmüşdürlər. Orada Timur ona 2088 manat pul vermişdir. Pulu aldıqdan sonra Timuru arxayın etmişdir ki, hazırda X3 ev ayrılması ilə bağlı işlər gedir, yaxında bu barədə xəbər veriləcəkdir. Daha sonra isə Timur ona məxsus "xxxx" ASC bank kartının hesabına xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 50 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə isə 115 manat pul göndərmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə isə Timurla Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Esra” plazanın qarşısında görüşmüşlər və o, Zərərçəkmiş şəxs1 X7 gəlib seçəcəyi evin qiymətləndirilməsini aparacaq şəxslərə vermək adı ilə 1000 manat pul almışdır. Həmin görüş zamanı da onlar tək olmuşdurlar, yanlarında heç kim olmamışdır. Timurdan aldığı bütün pulları Zaur Təhməzova vermişdir. Zaur isə ona demişdir ki, yaxın vaxtlarda sosial evlərinin satışı ilə bağlı onlayn satış keçiriləcək və onlar evləri ala biləcəklər. İlk onlayn satışda sistem donduğu üçün yarış baş tutmamış, növbəti yarış keçirilməmişdən əvvəl Zaur Təhməzovla əlaqəsi kəsilmiş və ona verdiyi pulların aqibətini öyrənə bilməmişdir. Hazıra kimi Zaurla əlaqə saxlaya bilməmişdir. Daha sonra o, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 mesaj yazaraq bildirmişdir ki, Əmlak Məsələləri Üzrə Dövlət Xidmətinə məxsus işlənmiş avtomobillər hərraca çıxarılır, əgər istəsə həmin avtomobillərdən ucuz qiymətə almaqda Timura kömək edə bilər. Timur həmin avtomobillərin marka və modelini soruşduqda ona qeyd etdiyi avtomobillərin adları yazılmış bir siyahı göndərmişdir. Timur öz dostu Şahid2 da bu barədə məlumat vermişdir. Ceyhun da həmin siyahıda olan maşınlara baxdıqdan sonra onlar siyahıdan 2 avtomobil seçmişdirlər. Belə ki, Timur almaq üçün 2 ədəd “Skoda Superb” 2012-ci il, Ceyhun isə 01 ədəd “Fiat Doblo” 2011-ci il və 01 ədəd “Nissan Maxima” 2004-cü il model avtomobil seçmişdir. Bu avtomobillərə görə Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, Mirzəağa Əliyev küçəsində Qış parkı ilə üzbəüz onunla görüşüb ona ümumilikdə 2205 manat pul vermişdir. Bundan sonra isə xx.xx.2022-ci il tarixdə o, yenidən Timura mesaj yazaraq demişdir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin balansında olan və yararsız kimi satışa çıxarılan iki ədəd “Hyundai Grandeur” və “Toyota Camry” markalı avtomobillər vardır. Timur da bu barədə dostu Ceyhuna məlumat verdikdən sonra onlar həmin avtomobilləri də almaq qərarına gəlmişdirlər. O, Timura demişdir ki, həmin avtomobillərin qiyməti hərəsi 2500 manat olsa da, beh kimi ikisinə 600 manat pul çatdırmaq lazımdır. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən “Xətai Estetik klinikasının” yaxınlığında Timur onunla təkbətək görüşüb ona 600 manat pul vermişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə isə 2 ədəd “Skoda Superb”, “Fiat doblo”, “Nissan Maxima” markalı avtomobillərin qeydiyyat şəhadətnaməsi və nömrələrinə görə Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində Timurla görüşmüşdürlər və orada Timur ona 560 manat pul vermişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixdə Timur onun "xxxx" kartına 110 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə isə Timura zəng vurub Dövlət Təhlükəsizliyi Xidmətində 4 ədəd “Pajero” 2013-cü il model avtomobillərinin satışa çıxarıldığını bildirmişdir. xx.xx.2022-ci il tarixində iki ədəd “Pajero” avtomobili üçün Yasamal rayonu, Tolstoy küçəsi ilə Zərgərpalan küçəsinin kesişməsində Timur dostu Ceyhunun yanında onunla görüşüb beh olaraq ona 1900 manat pul vermişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Xətai metrostansiyasının yanında Timur ona Meydan adlı taksi sürücüsü vasitəsilə 2 ədəd “Pajero”, “Hyundai”, və “Toyota” markalı avtomobillərin texniki pasport və nömrə xərclərinə görə 400 manat pul göndərmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Timur onun "xxxx" kartına 140 manat göndərmişdir. Bir müddət sonra yəni, xx.xx.2022-ci il tarixdə Timura zəng vurub demişdir ki, avtomobillərin qalan pulu da bu gün çatmalıdır. Timurla şəhərdə görüşmüşdürlə və birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsinə getmişlər, orada Timur tanımadığı şəxsə məxsus evdən pul götürərək, avtomobilin içərisində ona 5300 manat pul vermişdir. Bundan sonra Timurdan şəxsi ehtiyyacları üçün borc pul istəmiş və Timur sonuncu dəfə xx.xx.2022-ci il tarixdə onun “UNİBANK”-a məxsus (5243 7544 1088 5543) kartına 1000 manat pulu borc kimi göndərmişdir. Qeyd etmişdir ki, Əmlak Məsələləri Üzrə Dövlət Xidmətinin və Dövlət Təhlükəsizlik Xidmətinin satışa çıxardığı avtomobilləri ucuz qiymətə almaq adı ilə Zərərçəkmiş şəxs1 aldığı ümumilikdə 12215 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin, X7 sosial ev almaq adı ilə Zərərçəkmiş şəxs1 almış olduğu ümumilikdə 4708 manat pulu X10 yüksək vəzifəli şəxslərlə tanışlıq əlaqələrinin olması barədə ona məlumat vermiş Zaur Təhməzova ödəmişdir. X8 əlaqəsi kəsildiyi üçün sonuncuya verdiyi pulların kimə ödənilməsi barədə məlumatı olmamışdır. Hazırda da Zaur Təhməzovla əlaqə saxlaya bilmir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zaur Təhməzovun anket məlumatlarını və ya telefon nömrəsini bilmir. Yasamal RPİ-nin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işinin materiallarına əsasən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 xarici ölkədən “Mersedes E Class” markalı avtomobil gətirmək adı ilə onu aldadaraq 16 aprel 2021-ci il tarixdə onun kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 309 ünvanının qarşısında sonuncudan 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul alaraq əmlak sahibinə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi barədə göstərmişdir ki, həmin məbləğ 8800 manat olmamışdır. Zərərçəkmiş şəxs2 özünə məxsus “Opel Astra” markalı avtomobilini satmaq üçün ona vermiş, həmin avtomobili 6300 manata satmışdır. Həmin puldan avtomobilin kredit borcunun bağlanması üçün 3000 manat pul vermiş, qalan 3300 manat pulu və Zülfiqarın ona əlavə olaraq verdiyi 1000 manat pulu, yəni ümumilikdə 4300 manat pulu öz şəxsi ehtiyaclarına sərf etməklə Zülfiqara qaytarmayaraq dələduzluq yolu ilə ələ keçirmişdir. 4300 manat puldan 800 manatını Zülfiqara geri qaytarmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 11 oktyabr 2021-ci il tarixdə həmkəndlisi və uzaq qohumu olan Şahid1 ona zəng edərək yaxın tanışı vasitəsi ilə “X7” ona güzəştli şərtlərlə ev almağı üçün pul ayrılmasında köməklik edildiyini, onun da imkanı zəif olduğu üçün həmin tanışının bu işdə ona köməklik edə biləcəyini demişdir. O, Lütfiyyədən həmin şəxsin kim olmasını və harada işləməsini soruşduqda sonuncu ona həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bildirib onun Xüsusi Dövlət Mühafizə Xidmətində çalışdığını qeyd etmişdir. Onlara inanıb bu işin görülməsinə razılıq vermişdir. Bu zaman Lütfiyyə ona demişdir ki, 600 manat nağd pul, özünün və arvadının şəxsiyyət vəsiqələrini götürüb onunla görüşsün. Elə həmin gün axşamçağı onlar Bakı Metropoliteninin Nəriman Nərimanov adına Metrostansiyasının yanındakı parkda görüşmüşdürlər. Görüşdə o, həyat yoldaşı Şahid3, Lütfiyyə və Təqsirləndirilən şəxs iştirak etmişdir. Orada Rəşad özünü onlara Xüsusi Dövlət Mühafizə Xidmətində işləyən bir şəxs kimi təqdim etmişdir. Lakin bu barədə onlara hər hansı bir sənəd göstərməmişdir. Görüş zamanı Rəşad bildirmişdir ki, X10 Zaur Təhməzov adında yaxın dostu işləyir və həmin fondun sədri Fəxri müəllimi də tanıyır. Həmçinin Təqsirləndirilən şəxs orada ona bildirmişdir ki, bu işlərin başlaması yəni ilkin sənədləşmə üçün 600 manat məbləğində pul lazım olacaq. O da Rəşadla razılaşdıqdan sonra orada arvadı Şahid3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara sosial (kirayə) ev verilməsi barədə ərizə yazdırmış və orada Rəşad onlardan 600 manat pul almışdır. Bundan sonra Rəşad ona “Whatsapp” proqramı vasitəsi ilə bank kartının şəklini çəkib ataraq həmin hesaba onun üçün təşkil edəcəyi sosial evin xərcləri ilə bağlı müxtəlif məbləğlərdə pul göndərməyini bildirmişdir. O da razılaşaraq xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs "xxxx" kartına 237 manat, xx.xx.2021 tarixdə isə 118 manat pul göndərmişdir. Bundan sonra Rəşad onunla əlaqə saxlayaraq onun üçün düzəldəcəyi evin sığorta xərcləri ilə bağlı pul lazım olduğunu bildirmiş və onlar xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Gənclik Mall” Ticarət mərkəzinin qarşısında ikilikdə görüşmüşlər. Orada Təqsirləndirilən şəxs 2088 manat pul vermişdir. Rəşad pulu alaraq ona bildirmişdir ki, hazırda X3 pul ayrılması ilə bağlı işlər gedir, yaxında bu barədə ona xəbər verəcəklər, bundan sonra yenə də Təqsirləndirilən şəxs istəyi ilə ona vəd verdiyi evin işlərinin xərci olaraq Rəşadın göndərdiyi "xxxx" ASC-yə məxsus bank kartının hesabına xx.xx.2021-ci il tarixdə 300 azn, xx.xx.2021-ci il tarixdə 50 azn, xx.xx.2021-ci il tarixdə 200 azn, xx.xx.2021-ci il tarixdə isə 115 manat pul göndərmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə isə Rəşad onunla Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Esra” plazanın qarşısında görüşmüş və ondan X7 gəlib seçəcəyi evin qiymətləndirilməsini aparacaq şəxslərə vermək adı ilə 1000 manat pul almışdır. Həmin görüş zamanı da onlar ikisi olmuş, yanlarında heç kim olmamışdır. Daha sonra o, Rəşadın ona X7 ev alması üçün pul ayırmasını gözlədiyi ərəfələrdə, yəni xx.xx.2022-ci il tarixdə Rəşad ona mesaj yazaraq bildirmişdir ki, Əmlak Məsələləri Üzrə Dövlət Xidmətinin Hərrac İdarəsində hərraca avtomobillər çıxarılır, əgər istəsə həmin avtomobillərdən ucuz qiymətə almaqda ona kömək edə bilər, o, Rəşaddan həmin avtomobillərin marka və modelini soruşduqda Rəşad ona qeyd etdiyi avtomobillərin adları yazılmış bir siyahı göndərmişdir. Həmin siyahının üzərində Əmlak Məsələləri Üzrə Dövlət Xidmətinin gerbli peçatı olduğu üçün Rəşada inanmışdır. Bundan sonra dostu Şahid2 bu barədə məlumat vermişdir. Ceyhun da həmin siyahıda olan avtomobillərə baxdıqdan sonra onlar siyahıdan hərəsi 2 avtomobil seçmişdir. Belə ki, o, almaq üçün 2 ədəd “Skoda Superb” 2012-ci il, Ceyhun isə 01 ədəd “Fiat Doblo” 2011-ci il və 01 ədəd “Nissan Maxima” 2004-cü il modelli avtomobilləri seçmişdir. Bu avtomobillərə görə o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mirzəağa Əliyev küçəsində Qış parkı ilə üzbə-üz yerdə Rəşadla görüşüb ona 2205 manat pul vermişdir. Bundan sonra isə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən ona mesaj yazaraq demişdir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin balansında olan və yararsız kimi satışa çıxarılan iki ədəd “Hyundai Grandeur” və “Toyota Camry” markalı avtomobillər vardır. O da bu barədə dostu Şahid2 məlumat verdikdən sonra onlar həmin avtomobilləri də almaq qərarına gəlmişdir. Rəşad onlara demişdir ki, həmin avtomobillərin qiyməti hərəsi 2500 manat olsa da, beh kimi ikisinə 600 manat pul çatdıraq lazımdır. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən “Xətai Estetik klinikasının” yaxınlığında Rəşadla təkbətək görüşüb ona 600 manat pul vermişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə isə 2 ədəd “Skoda Superb”, “Fiat doblo” 2011, “Nissan Maxima” markalı avtomobillərin qeydiyyat şəhadətnaməsi və nömrələrinə görə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində görüşmüşlər və orada Rəşada 560 manat pul vermişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs "xxxx" kartına 110 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə isə Rəşad ona zəng vurub Dövlət Təhlükəsizliyi Xidmətində 4 ədəd “Mitsubishi Pajero” 2013 avtomobilinin satışa çıxarıldığını bildirmişdir. O, Rəşadla danışıqlar zamanı Rəşada demişdir ki, “Mitsubishi Pajero” markalı avtomobildən xoşu gəlir. Rəşad da həmin söhbət zamanı guya ona görə öz rəisinə deyib və həmin avtomobildən birini 1600 manata saxlatdırmışdır. O, Rəşaddan soruşmuşdur ki, əgər imkan varsa dostuna da həmin avtomobildən birini düzəltsin. Rəşad demişdir ki, özü üçün aldığı “Pajero” markalı avtomobilin üstünə 1000 manat qoyub Ceyhun üçün 2600 manata təşkil edə bilər. xx.xx.2022-ci il tarixində iki ədəd “Pajero” avtomobili üçün Yasamal rayonu, Tolstoy küçəsi ilə Zərgərpalan küçələrinin kəsişməsində yerləşən ofisdə Təqsirləndirilən şəxslə görüşüb dostu Ceyhunun yanında Rəşada beh olaraq 1900 manat pul vermişdir. Bundan sonra xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs göndərdiyi Meydan adlı şəxslə Bakı Metropoliteninin Xətai metrostansiyasının yanında görüşüb 2 ədəd “Pajero”, “Hyundai”, və “Toyota” markalı avtomobillərin texniki pasport və nömrə xərclərinə görə ona 400 manat pul vermişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs "xxxx" kartına 140 manat pul göndərmişdir. Bir müddət sonra yəni, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs zəng vurub demişdir ki, avtomobillərin qalan pulu da bu gün çatmalıdır. O da dostu Ceyhunla görüşüb ondan borc olaraq pul götürüb sənədlərlə birlikdə Rəşadla zəngləşib “Gənclik Mall” Ticarət Mərkəzinin qarşısında onunla görüşmüşdür. Avtomobilin sənədləşdirməsi üçün Ceyhunun şəxsiyyət vəsiqəsi tələb olunduğu üçün maşınla gedib Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən Ceyhunun şəxsiyyət vəsiqəsini götürmüş, sonra Rəşadla Yasamal rayonu, X12 küçəsində yerləşən “Ağ Çiçəyim” şadlıq sarayın önündə görüşərək orada sonuncuya 5300 manat pul vermişdir. Bundan sonra isə avtomobillərin pulunun qalığı kimi Rəşada sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 69 B ünvanında yerləşən “Bravo” marketdə quraşdırılmış “e-manat” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs “UNİBANK”-a məxsus (5243 7544 1088 5543) hesab kartına 1000 manat pul göndərmişdir. Bundan sonra Rəşadla əlaqə saxlayan zaman sonuncu, pulun onun kartına çatdığını bildirmişdir. 2022-ci ilin yanvar ayının sonlarından etibarən başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldadır. Belə ki, Rəşad telefon zənglərinə cavab verməmiş, cavab verdikdə də, yalandan demişdir ki, guya qısa müddət ərzində məsələlər öz həllini tapacaq. Rəşada inanmadığı üçün onun barəsində xx.xx.2022-ci il tarixdə Yasamal RPİnə ərizə ilə müraciət etmiş, həmin idarənin İstintaq şöbəsində toplanmış material daha sonra Xətai RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs barəsində Xətai rayon prokurorluğunda cinayət işi başlanmışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumu Şahid1 vasitəsi ilə tanımışdır. Rəşadla əvvəllər aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs ondan ev alması üçün X7 pul ayırtdıracağı adı ilə hissəhissə olmaqla 4708 manat, Əmlak Məsələləri Üzrə Dövlət Xidmətinin və Dövlət Təhlükəsizlik Xidmətinin satışa çıxardığı avtomobilləri ucuz qiymətə almaq adı ilə isə hissə-hissə olmaqla 12215 manat, ümumilikdə isə 16923 manat pulunu alaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Bu günə kimi Təqsirləndirilən şəxs nə verdiyi vədlərə əməl etmiş, nə də ki, ondan müxtəlif adlarla aldığı pulları geri qaytarmamışdır. Hal-hazıradək ona dəymiş ziyan tam ödənilməmişdir. Odur ki, iş üzrə mülki iddiasının təmin olunmasını və Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Kamran Namazova verdiyi ifadəmi qismən təsdiq edir və həmin ifadəsinə düzəliş etmək istəyir. 14 mart 2022-ci ildən hazıradək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi vəzifəsində işləyir. Mayor rütbəsindədir. Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayından etibarən tanıyır. Belə ki, X5 adlı əsgər onun həmin vaxt xidmət etdiyi N saylı hərbi hissədə xidmət etmişdir. Təqsirləndirilən şəxs özünü ona həmin əsgərin yaxın qohumu kimi təqdim etmişdir. Təqsirləndirilən şəxslə bir neçə dəfə əsgər Rüfət Mustafayevlə əlaqədar görüşdükdən sonra aralarında tanışlıq yaranmışdır. Həmin vaxt idarə etdiyi, özünə məxsus olan “Opel Astra” markalı avtomobil tez-tez sıradan çıxdığı üçün Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, həmin avtomobili satıb əvəzində ona xarici ölkədən “Mersedes E Class” markalı avtomobil gətirsin. O da Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış və 16 aprel 2021-ci ildə Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 309 ünvanının qarşısında “Opel Astra” markalı avtomobilin açarını Rəşada təhvil vermişdir ki, sonuncu, onu satıb əvəzində ona xarici ölkədən “Mersedes” markalı avtomobil gətirsin. “Opel Astra” markalı avtomobilin 3000 manat kredit borcu olmuşdur. Bir neçə gün sonra Rəşadla telefonla əlaqə saxlayarkən Rəşad ona demişdir ki, “Opel Astra” markalı avtomobili 11800 manata satmış, 3000 manatı avtomobilin kredit borcunun ödənilməsi üçün vermiş, qalan 8800 manat Rəşadın özündədir və həmin pula da onun üçün “Mersedes” markalı avtomobil gətirəcəkdir. Həmin danışıqdan bir neçə ay keçsə də, Təqsirləndirilən şəxs vədinə əməl etməyərək ona xarici ölkədən hər hansı avtomobil gətirməmiş, 8800 manat pulunu da geri qaytarmamışdır. Rəşadla hər dəfə telefonla danışarkən Rəşad müxtəlif bəhanələr gətirərək guya işin yubandığını, qısa müddət ərzində məsələnin həll olunacağını deyərək vaxt udmağa çalışmışdır. Nəhayət, Rəşadın onu aldatdığını görüb onun barəsində Yasamal RPİ-nə ərizə ilə müraciət etmişdir. Rəşad barəsində Yasamal RPİ-də araşdırma aparılmağa başlandıqda, Rəşad əməlini etiraf edib dələduzluq yolu ilə ələ keçirdiyi pulu geri qaytaracağına söz versə də, bugünə kimi ona heç bir ödəniş etməmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs onun 8800 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərdiklərinin yalan olduğunu bildirmiş və qeyd etmişdir ki, Rəşad ona məxsus avtomobili 11800 manata satmış, həmin puldan 3000 manatı avtomobilin kredit borcunun ödənilməsinə vermiş, 8800 manat isə onun özündə qalmışdır. Bundan əlavə o, Rəşada 800 manat məbləğində borc pul vermişdir. Rəşad ona borc olaraq verdiyi 800 manat pulu geri qaytarmışdır. Rəşadın ona 8800 manat məbləğində borcu olduğunu təsdiq edən və onun öz xətti ilə yazılmış və imzalanmış kağız parçası iş materiallarına əlavə edilmişdir. Həmin kağızda Rəşad 8800 manat pulu 30 oktyabr 2021-ci il tarixdə qardaşı Rəsul Quliyevə qaytaracağına dair söz vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun dostudur. Belə ki, onlar 6 ildən çox müddətdə özəl şirkətdə birlikdə işləmişdirlər. Zərərçəkmiş şəxs1lə söhbətləri zamanı sonuncu, ona demişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs “X13” vasitəsilə Timura güzəştli şərtlərlə sosial ev almaq işində köməklik edir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, Timura ev almasında köməklik edən Təqsirləndirilən şəxs köməkliyi ilə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Hərrac idarəsində satışa çıxarılan avtomobillərdən almaq istəyir və bu işdə onun da iştirak etməyini təklif etmişdir. O da bir dost kimi Timurun həmin təklifini qəbul edib həmin şəxsin kim olmasını soruşduqda, Timur demişdir ki, Rəşad ona yaxın olan bir şəxsdir. Sonradan öyrənmişdir ki, Rəşad özünü Timur və onun ailəsinə dövlət orqanının işçisi kimi təqdim etmişdir. O, Timurun təklifi ilə razılaşdıqdan sonra Timur ona avtomobillərin siyahısını və qiymətlərini göndərmişdir. Həmin siyahını haradan əldə etdiyini Timurdan soruşduqda Timur demişdir ki, siyahını ona Rəşad göndərmişdir. O, həmin siyahıya baxıb oradan 2 ədəd “Fiat Doblo” 2011-ci il və “Nissan Maxima” 2004-cü il buraxılışlı avtomobilləri seçmişdir. Bu avtomobillərə görə həmin gün Zərərçəkmiş şəxs1 1205 manat pul vermiş, Timur da ondan aldığı pulu sonradan Rəşada vermişdir. Bundan sonra onları hərraca çağıracaqlarını düşünsə də, çağıran olmamışdır. Onda artıq şübhələr yaranmağa başladığı üçün Timura öz narahatlığını ifadə etsə də, Rəşad onları özünə inandırmağı bacardığı üçün ondan şübhə etməmişdirlər. Bir müddət sonra Rəşad onlara Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin möhürü ilə möhürlənmiş avtomobillərin siyahısını və həmin siyahıda seçdikləri avtomobillərin qarşısında adları olan bir vərəq vermişdir. Bu sənədin verilməsi onları Rəşada daha da inanmağa vadar etmişdir. Sonra fərqli tarixlərdə dostu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs verməsi üçün 8900 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1lə birlikdə iki ədəd “Mitsubishi Pajero” avtomobili üçün Bakı şəhəri, Yasamal rayonu, Tolstoy küçəsi və Zərgərpalan küçəsinin kəsişməsində Təqsirləndirilən şəxslə ofisində görüşmüşdürlər. Orada Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs seçdiyi avtomobillər üçün beh olaraq 1900 manat pul vermişdir. Bir müddət keçdikdən sonra Rəşadın verdiyi vədlərə əməl etməyərək Timurdan aldığı pulların müqabilində avtomobilləri onlara vermədiyi üçün Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs barəsində Yasamal RPİ-nə şikayət etmişdir. Verilmiş suala cavab olaraq göstərmişdir ki, o, dostu Zərərçəkmiş şəxs1 Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin satışa çıxardığı avtomobilləri ucuz qiymətə almaq adı ilə ümumilikdə 10515 manat borc pul vermişdir. Timur öz ifadəsində ona dəymiş maddi ziyanın içərisində həmin borc olaraq verilmiş məbləği də göstərmişdir. Lakin, bu onların öz aralarında olan məsələsidir. Odur ki, onun dostu Timurdan şikayəti yoxdur. Təqsirləndirilən şəxs isə bugünə kimi nə verdiyi vədlərə əməl etməmiş, nə də ki Timurdan müxtəlif adlar altında aldığı pulları geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 11 oktyabr 2021-ci il tarixdə o, evdə olan zaman əri Zərərçəkmiş şəxs1 evə gələrək qohumu Şahid1 ona zəng edərək yaxın tanışı vasitəsi ilə “X13”ndan Lütfiyyəyə güzəştli şərtlərlə ev almağı üçün pul ayrılmasında köməklik etdiyini, onların da imkanları zəif olduğu üçün həmin tanışının bu işdə onlara kömək edə biləcəyini bildirmişdir. Əri Zərərçəkmiş şəxs1 Lütfiyyənin dediyi şəxsin kim olmasını soruşduqda Zərərçəkmiş şəxs1 demişdir ki, Lütfiyyənin deməsinə görə həmin şəxsin adı Təqsirləndirilən şəxsdur və o, Xüsusi Dövlət Mühafizə Xidmətində çalışır. Bundan sonra onlar Rəşad və Lütfiyyəyə inanmışdırlar. Timur ona demişdir ki, Lütfiyyə bu işin alınması üçün ilkin olaraq Rəşada 600 manat nağd pul və onların şəxsiyyət vəsiqələrinin surətinin lazım olduğunu bildirmişdir. Elə həmin gün axşamçağı onlar X1 yaxınlığında olan parkda görüşmüşdürlər. Görüşdə o, həyat yoldaşı Zərərçəkmiş şəxs1, Şahid1 və Təqsirləndirilən şəxs iştirak etmişdir. Orada Rəşad özünü onlara Xüsusi Dövlət Mühafizə Xidmətində işləyən bir şəxs kimi təqdim etmişdir. Lakin bu barədə onlara hər hansı bir sənəd göstərməmişdir. Görüş zamanı Rəşad bildirmişdir ki, “X13”nda Zaur Təhməzov adında yaxın dostu işləyir və həmin fondun sədri Fəxri müəllimi də tanıyır. Həmçinin Təqsirləndirilən şəxs orada onlara bildirmişdir ki, bu işlərin başlanması, yəni ilkin sənədləşmə üçün 600 manat pul lazım olacaq. Onlar da Rəşadla razılaşdıqdan sonra orada Rəşad ona sosial (kirayə) ev verilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə yazdırmış və onun yanında əri Zərərçəkmiş şəxs1 600 manat pul almışdır. Bundan sonra onlar razılaşıb ayrılmışdırlar. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 “Whatsapp” proqramı vasitəsi ilə bank kartının şəklini çəkib göndərərək həmin hesaba onlar üçün təşkil edəcəyi sosial evin xərcləri ilə bağlı o istədikcə müxtəlif məbləğlərdə pul göndərməsini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 onunla razılaşaraq xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs "xxxx" kartına 237 manat, xx.xx.2021-ci il tarixdə isə 118 manat pul göndərmişdir. Bu barədə Timur ona həmişə sonradan xəbər vermişdir. Bundan sonra Rəşad onlarla əlaqə saxlayaraq onlar üçün düzəldəcəyi evin sığorta xərcləri ilə bağlı pul lazım olduğunu bildirərək Timurla xx.xx.2021-ci il tarixdə Nərimanov rayonunda yerləşən “Gənclik Mall” ticarət mərkəzini qarşısında görüşüb Timurdan 2088 manat pul almışdır. Bununla yanaşı Rəşad mütəmadi olaraq Timurdan onlar üçün X9 ev almaq məqsədi ilə ayrılacaq pulla bağlı xərclər olduğunu bildirib özünə məxsus "xxxx" ASC-yə məxsus bank kartının hesabına pullar göndərilməsini istəmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 Rəşada aid həmin bank kartının hesabına xx.xx.2021-ci il tarixdə 300 azn, xx.xx.2021-ci il tarixində 50 azn, xx.xx.2021-ci il tarixdə 200 azn, xx.xx.2021-ci il tarixində isə 115 manat pul göndərmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə isə Rəşad Timurla Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Esra” plazanın qarşısında görüşüb Timurdan X7 gəlib seçəcəyi evin qiymətləndirilməsini aparacaq şəxslərə vermək adı ilə 1000 manat pul almışdır. Həmin ərəfələrdə Timur bildirmişdir ki, Rəşad hərracda ucuz avtomobil alıb baha satmaq barədə ona iş təklif etmiş və həmin işdə Timura köməklik edə biləcəyini bildirmişdir. Timur da Rəşada inandığı üçün bu barədə biz söz deməsə də, sonrakı vaxtlarda həmin avtomobil işi ilə bağlı Timurun Rəşadla danışdığını və buna görə Rəşada hazırda xatırlamasa da müxtəlif məbləğlərdə pullar verdiyini bilmişdir. Timur Rəşadın ona göndərdiyi, üzərində Əmlak Məsələləri Üzrə Dövlət Xidmətinin gerbli peçatı olan və içərisində bir neçə avtomobil adları yazılmış siyahı da göstərmişdir. Sonradan öyrənmişdir ki, Timur həmin siyahıda olan avtomobillər barədə dostu Ceyhuna da məlumat vermiş və o da Timur kimi həmin avtomobillərdən almaq qərarına gəlmişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda Rəşada əlbə-əl olaraq və ya kart hesabına göndərməklə həmin avtomobillərə görə xeyli miqdarda pullar ödəmişdir. Sonuncu dəfə isə Timur avtomobil işi ilə bağlı Rəşada xx.xx.2022-ci il tarixində Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 69 B ünvanında yerləşən “Bravo” marketdə quraşdırılmış “e-manat” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs “UNİBANK”-a məxsus (5243 7544 1088 5543) kartına 1000 manat pul göndərmişdir. Lakin bir müddət keçsə də, Təqsirləndirilən şəxs onlara ev almağına görə pul ayrılması və əri Timurla dostu Ceyhunun hərracda ucuz qiymətə avtomobil almaları barədə vermiş olduğu vədlərə əməl etmədiyini görüb məcbur qalaraq hüquq mühafizə orqanlarına şikayət etmişdirlər. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs1 qohumu Şahid1 vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxslə əvvəllər aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs1 onların ev alması üçün X7 pul ayrılması adı ilə 4708 manat, daha sonra Əmlak Məsələləri Üzrə Dövlət Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin satışa çıxardığı avtomobilləri ucuz qiymətə almaq adı ilə 12215 manat pulunu alaraq aldatmışdır. Bu günə kimi Təqsirləndirilən şəxs nə verdiyi vədlərə əməl etmiş, nədə ki onlardan müxtəlif adlarla aldığı pulları geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda ilk evliliyindən olan 2 övladı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs təxminən 2021-ci ildən etibarən tanıyır. Təqsirləndirilən şəxslə aralarında yaxın münasibət yarandığı üçün onlar dini kəbinlə, yəni qeyri-rəsmi olaraq birlikdə yaşamağa başlamışdırlar. Təqsirləndirilən şəxs əvvəl bir dəfə evli olmuş, həmin qadından boşanmış və ilk evliliyindən olan Sevinc və Rəşid adlı iki övladı olmuşdur. Rəşadın hər iki övladı Türkiyə Respublikasında olarkən xəstəlik və avtomobil qəzası nəticəsində vəfat etmişdir. Onlar Rəşadla birlikdə yaşadıqları vaxtlarda onun ilk evliliyindən olan iki övladı da onlarla birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs1 müraciəti ilə əlaqədar bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun anasının dayısı nəvəsidir. 11 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1lə ilə telefonla danışaraq, Timura demişdir ki, sosial ev almaq üçün “X13”nda ev növbəsinə dayanmışdır, əgər ehtiyacı varsa, Timur da gəlib növbəyə dayana bilər. Timur razılıq verdiyi üçün onlar bu məsələni qohum kimi danışıb söhbət etmək üçün Bakı şəhəri, X1 yaxınlığındakı parkda görüşmüşdürlər. Həmin görüşdə o, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Timurun həyat yoldaşı Şahid3 iştirak etmişdir. Timur Rəşadla sosial ev barədə söhbət etdikdən sonra bir-birlərinin nömrələrini almışlar və onlar ayrılmışdırlar. Daha sonra Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs arasında hansı söhbətlərin aparılması və Timurun Rəşada hansı məqsədlə nə qədər pul verməsi barədə məlumatı olmamışdır. 2022-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs1 ona zəng edərək demişdir ki, Təqsirləndirilən şəxs verdiyi 17000 manat pulunu geri istəyir, əgər Rəşad qaytarmasa ondan şikayət edəcəkdir. Timur sosial ev üçün verdiyi puldan əlavə dövlət orqanları tərəfindən hərraca çıxarılan avtomobillərin alınması üçün də Rəşada pul verdiyini demişdir. O, avtomobil alqı-satqısına görə Timurun Rəşada pul verdiyini ilk dəfə həmin vaxt eşitmişdir. Timura demişdir ki, onlar qohumdurlar, bir müddət gözləsin, Rəşad ona pulunu geri qaytaracaqdır. Timur bir müddət gözləsə də, yenidən şikayət etməyə başlamışdır. Zərərçəkmiş şəxs1 Yasamal RPİ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə pulunun ələ keçirildiyini bildirmiş, həmin müraciət əsasında araşdırma aparıldıqdan sonra toplanmış material Xətai RPİ-nə, daha sonra Xətai rayon prokurorluğuna göndərilmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Zaur Təhməzov adlı şəxsi tanımır. Lakin, Rəşad ona demişdir ki, Zərərçəkmiş şəxs1 sosial mənzilin alınması üçün aldığı pulu “X13”nda işləyən Zaur Təhməzov adlı şəxsə vermişdir. Rəşadın Timurdan bu məqsədlə hansı məbləğdə pul almasını bilmir. Bundan başqa, onun Rəşadın hərraca çıxarılmış avtomobilləri ucuz qiymətə almaq adı ilə Zərərçəkmiş şəxs1 12215 manat məbləğində pul alması və həmin pulu dələduzluq yolu ilə ələ keçirməsi barədə məlumatı olmamışdır. Bu məsələ onların öz aralarında olmuşdur. Bundan başqa, Rəşad ona demişdir ki, Zərərçəkmiş şəxs2 adlı şəxs özünə məxsus avtomobili satmaq və əvəzində xaricdən başqa avtomobil gətirmək üçün Rəşada vermiş, Rəşad onun avtomobilini satdıqdan sonra avtomobilin kredit borcunun bağlamış, lakin əlindəki nağd pul az olduğu üçün xaricdən avtomobil gətirdə bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixdə Yasamal rayon prokuroru tərəfindən Yasamal RPİ-nin İstintaq şöbəsində toplanmış araşdırma materialı üzrə fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ.v. 161-162). xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən həmin tarixdə onun barəsində axtarış elan edilərək tutulması barədə qərar qəbul edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (İ.v. 200-203). xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin İstintaq şöbəsində toplanmış material üzrə Xətai rayon prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 32.4, 312.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılmışdır(İ.v. 1-101). xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs ittiham elan etmək üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş və ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır(İ.v. 131-135). xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Həmin tarixdə Xətai rayon prokurorluğunda Azərbaycan Respublikası CMnin 32.4, 312.1 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün ərazi aidiyyəti üzrə ********* nömrəli cinayət işinin göndərilməsi haqqında qərar qəbul edilmişdir (İ.v. 208-211) xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat Azərbaycan Respublikası CPM-nin 53.6-cı maddəsinə əsasən təzələnmişdir (İ.v. 137). xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4, 312.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (İ.v. 138-139). 14 fevral 2023-cü il tarixdə tərəfimdən cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmiş, Yasamal RPİ-nin İstintaq şöbəsində istintaq olunan olan ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmişdir. Cinayət işinin ibtidai istintaqı ********* nömrəsi ilə davam etdirilmişdir (İ.v. 216). 15 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai rayon məhkəməsinə təqdimat verilmişdir (İ.v. 216-218,220-222, 230-235). xx.xx.2023-cü il tarixdə Xətai Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barəsində əvvəli 13 fevral 2023-cü il tarixdən hesablanmaqla 01 ay, 16 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İ.v. 241-247). Zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri təsdiq edən, iş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Whatsapp” sosial şəbəkəsindəki yazışmaların əks olunduğu sənədlər və pul vəsaitlərinin köçürülmələrinə dair qəbzlərin surətləri (İ.v. 83-100). Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondundan rayon prokurorluğuna daxil olmuş 03 mart 2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Zaur Təhməzov adlı şəxs Fondda işləməmişdir. Odur ki, Təqsirləndirilən şəxs buna dair ifadələri onun məsuliyyətdən yaxa qurtarması məqsədi ilə özünü müdafiə kimi qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 8800 manat məbləğində borcu olduğunu təsdiq edən və Təqsirləndirilən şəxs öz xətti ilə yazılmış və imzalanmış kağız parçasından görünür ki, sonuncu, 30 oktyabr 2021-ci il tarixdə 8800 manat pulu Zərərçəkmiş şəxs2 qardaşı Rəsul Quliyevə qaytaracağına dair söz vermişdir. Odur ki, Təqsirləndirilən şəxs buna dair ifadələri də onun məsuliyyətdən yaxa qurtarması məqsədi ilə özünü müdafiə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 17 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinərək 2800 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə dələduzluq cinayətini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 66.3, 66.5 və 68.2-ci maddələrinə əsasən 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 2800 manat cərimə cəzalarına məhkum edilmiş və Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə tövsif edilib, xx.xx.2015-ci il tarixli hökmdən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi xaric edilib, cəza müddəti 06 ay azaldılmış, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən, CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayəti böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən, cinayətlərin residivinin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin 28 yanvar 2022-ci il tarixli qərarından görünür ki, “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərində olan 2800 manat cərimə cəzasının 1961 (min doqquz yüz altmış bir) manat 60 (altmış) qəpik ödənilməmiş hissəsindən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri ilə, “whatsapp” sosial şəbəkəsindəki yazışmalar və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yanaşı həmin Məcəlləsinin 32.4, 213.1-ci maddələri ilə də ittiham vermişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri əlavə olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddələri ilə tövsif etməkdə səhvə yol vermişdir Bununla əlaqədar məhkəmə bildirir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair hissədə mövcud sübutların məcmusuna və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2023-cü il 17 aprel tarixli Qərardadını, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarını və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il Qərarının tələblərinə əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın məzmunundan vəzifəli şəxsə rüşvət verməyə təhrik edərək cinayət törədilməsi ilə bağlı bənd və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarını və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il Qərarında qeyd olunur ki, Dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də təqsirkarın əməli CM-in 178-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmçinin məhkəmə həmin maddələr ilə əlaqədar bəraət verilməsi deyil, məhz ittihamdan qeyd olunan maddələrin çıxarılmasını ona görə doğru sayır ki, istinad olunan maddələr müstəqil deyil və özü-özlüyündə eyni bir əmələ verilən ümumi cinayət hüquqi qiymətin ayrıca bəndidir və CPM-nin 318.1-ci maddəsinə istinad edərək təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartma kimi qiymətləndirilə bilər. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsaslanmaqla, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamlardan vəzifəli şəxsə rüşvət verməyə təhrik edərək cinayət törədilməsi ilə bağlı bəndin - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddələrinin çıxarılmasını əsaslı hesab edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şəxsin bilavasitə tutulduğu tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - cinayət işinin materiallarına əlavə edilmiş “Whatsapp” sosial şəbəkəsindəki yazışmaların əks olunduğu sənədlər cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 13 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - cinayət işinin materiallarına əlavə edilmiş “Whatsapp” sosial şəbəkəsindəki yazışmaların əks olunduğu sənədlər cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 16923 (on altı min doqquz yüz iyirmi üç) manat və ödənilmiş dövlət rüsumu 141 (yüz qırx bir) manat məbləğində pul tutularaq, Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar