Məhkəmə qərarları › İş №1(011)-229/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-229/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-229/2025 08.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Mədinə Saleh qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 Mədinə Saleh qızı ilə xx.xx.2006-ci ildə ailə qurmuş və bu nigahdan 1 uşaqları X8 dünyaya gəlmişdir. xx.xx.2014-ci ildə nigahlarına xitam verilmiş və uşaq anasının yanında saxlanılmışdır. 01.0.2014-cü ildən aliment ödənilməsi öhdəliyi onun üzərinə qoyulmuşdur. O 2014-cü ildən başlayan aşağı ətrafının xəstəliyindən dolayı xx.xx.2016-cı ildə Norveçdə əməliyyat olunmuş, xx.xx.2016-ci il tarixində birdəfəlik Azərbaycana gəlmişdir 2016-cı ilin oktyabr ayına qədər alimenti qismən ödəmişdim. xx.xx.2016-ci ilə qədər yığılan aliment borcunu kredit borcu alaraq tam ödəmişdir. Dəfələrlə o haqlı olaraq 1 uşağa görə 500 manat məbləğində olan alimentin azaldılması üçün məhkəməyə müraciət etsədə, qarşı tərəf hər dəfə böhtan yazaraq etiraz etmiş və bunu nəticəsində iddiası qanunsuz olaraq rədd edilmişdir. O, Azərbaycana qayıtdıqdan sonra mütəmadi yataq xəstəsi olmuş, heç bir yerdə işləməmiş, xx.xx.2017-ci il tarixindən əlillik pensiyası alır. Xəstəliyi ağırlaşdığına görə sol dizindən 3 dəfə cərrahi əməliyyat olunmuşdur. xx.xx.2019-cu il tarixindən müddətsiz 1-ci qrup əlillik verilib. Xəstə və əlil olmağına, ümumi gəlirinin 50-120 manat pensiya almağına baxmayaraq, ona qanunsuz və əsassız olaraq 1 uşağa görə hər ay 500 manat aliment qərarı çıxarılmış, o isə uşağına hər ay qismən 100 manat məbləğində aliment ödəyə bilmişdim. xx.xx.2014-cü ildən indiyə qədər yəni 132 ay ərzində mən bir uşağa görə təxminən 23000 manatdan artıq aliment ödəmiş və 26000 manat borclu vəziyyətə düşmüşdür. Hazırda Ali Məhkəmənin xx.xx.2021-ci il 2(102)-2743/2021 tarixli qərarına görə bir uşağa görə məndən 170 manat, böhtan atılaraq, xəstə olduğum müddətdə yığılan borcun ödənilməsinə görə isə 160 manat, cəmi 330 manat, yəni 470 manat ümumi gəlirim olan pensiyamın 70%-ni aliment və borcun ödənilməsinə yönəldilmişdir. Azərbaycan Respublikası AM-də 1 uşağa görə aliment öhdəliyi olan valideyinin ümumi gəlirindən 5 dəfə artıq pul ödəmək tələbi yoxdur. Belə hal ittiham olunan şəxsin mənə böhtan atması nəticəsində baş vermişdir. Alimentin miqdarınınn müəyyən edilməsi böhtana istinad edilmədən Azərbaycan Respublikası Ailə Məcəlləsində qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilməli idi. O xx.xx.2022-ci il tarixində üzürlü səbəbdən yığılan aliment borcunun ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası AM-nin 107.2-ci maddəsinə əsasən Xətai Rayon Məhkəməsində iddia qaldırmışdır. Nurullayeva Mədinə yenidən onun iddiasına etiraz olaraq, tamamilə böhtan, ona heç bir aidiyyəti olmayan, təhqiramiz yalanlarla dolu ərizəsini hakim Pərviz Zamanlıya təqdim etmişdir. Məhkəməyə sədrlik edən hakim Pərviz Zamanlı mənim 102 səhifədən ibarət olan xəstəlik sənədlərimi 2(011)- 2966/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməyə salmamış, qarşı tərəfin "iddiaya etiraz ərizəsini" qətnaməyə salaraq, ona istinad edərək qətnamə çıxarmışdır və mənim iddiamı rədd etmişdir. Hakimin qətnaməsində yazılan bu böhtana o laqeyd qala bilmir. Bu işlərdə hakimlər düzgün qərar versəydi 1000 manatdan başlayan və sonda 170 manatla bitən qanunsuz və əsassız aliment qərar və qətnamələri olmazdı. Bu böhtanda onun bacı və qardaşlarımın da adı keçir. Öz mənafeyimi müdafiə etmək üçün məhkəmədən bu işləri araşdırıb ədalətli hüquqi qiymət verməsini tələb edir və məhkəmənin ədalətli qərarına qədər şikayətim davam edəcək. Bu təhqir və böhtanlar nəinki mənim şərəf və ləyaqətimi alçaltmış, hətta mənə maddi-mənəvi ziyan vurmaqla yanaşı sağlamlığima da ziyan vurmuşdur. Belə ki, xəstəliyim dövründə icra məmurlarının təqibinə görə keyfiyyətli müalicə, dərmanlarla təhciz olunmamışam və nəticədə də xəstəliyimin daha da ağırlaşmasına səbəb olaraq məndə qüsur yaratmışdir. Bundan başqa mənim ailəmin və himayəmizdə olan iki azyaşlı uşaqlarımızında təminatına ciddi ziyan vurmuşdur.Həmin təhqir və böhtanlar aşağıdakılardan ibarətdir. 1) X2 hər ay böyük miqdarda müavinət almışdır. 2) Xəsarət Norveçdə işləyərkən iş yerində olduğundan oradan iddiaçıya külli miqdarda əmək müavinəti və pensiya ödənilir 3) Həmin məbləğ iddiaçının Norveç Banklarının birində açılmış hesaba köçürülür. 4) İddiaçının qeyd etdiyi kimi 1-ci qrup əlilliyin alınması və məhkəməyə təqdim olunması da müəmmalıdır. 5) İddiaçı 1-ci qrup əlillik almaqda Norveç dövlətindən hər ay əlavə vəsait əldə etmək niyyəti güdmüşdür. 6) İddiaçı Norveçdə yaşadığı müddətdə biznes fəaliyyəti ilə məşğul olur. Bununla bağlı tərəfimizdən aliment tələbi ilə məhkəməyə müraciət etdikdə müvafiq sənədlər də təqdim edilmişdir. 7) Həmçinin iddiaçı Mehman Mirzəyev bacı qardaşlarının adına avtomobillər və evlər alıb. Kirayə verərək əlavə gəlirlər əldə edir. Göstərilən bütün bunlarla bağlı istər Prokurorluq istərsə də Polis orqanlarına müraciət etmişəm və ən sonda Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən yazılı şəkildə aidiyyəti üzrə Məhkəməyə müraciət edilməsi bildirilmişdir. Göründüyü kimi rəsmi sənəddə mənə qarşı istər böhtan istərsə də şərəf və ləyaqətimi alçaldan təhqirlər yazaraq, qərəzli şəkildə məhkəməyə etiraz ərizəsi göndərmişdir. Bunun da nəticəsində hazirda ona 26000 manat borc hesablanmış və borclu vəziyyətə düşmüşdür. Onun cəmiyyət içində, məhkəmə və icra orqanlarında nüfuzuma xələl gətirmiş mənim şərəf və ləyaqətimə toxunan əməllər törətmişdir və bir sözlə məni maddı-mənəvi terrora məruz qoymaqda davam edir. Məhkəmə yuxarda sadalanan böhtanlara sübutlar tələb etməli faktiki hallar araşdırılmalıdır. Belə ki, onun xarici ölkədə bank hesabı yoxdur, heç bir qohuna ev və ya maşın almamış, xarici ölkədə biznesi olmamışdır. xx.xx.2014-ci il tarixində onların nigahına xitam verilərkən 2(011)-4290/2014 saylı qətnamədə onların mal-mülk varlığı olmamışdır. Xəstə olduğu müddətdə də onun bu qədər mal-mülk sahibi olma imkanı mümkünsüzdür. Heç yerdə xəsarət almamış və epikrizlərimdən göründüyü kimi əlillyə səbəb ümumi xəstəliklə bağlıdır. İttiham olunan şəxsin yazdıqlqrı hamısı böhtandır. Bundan başqa üçtərəfli bağlanmış AKT-da həmin illərdə ona borclu olmadığı halda böhtan ataraq borclu olduğunu yazmışdır. Digər tərəfdən əlilliyinin olmasını müəmmalı hesab edərək, onu təhqir etmişdir. İttiham olunan şəxsin ona atdığı böhtanla əsas məqsədi əsassız varlanmaq, xüsusi qərəzindən dolayı onun sağlamlığına daha cox ziyan vurmaqdır. Onun ümumi gəliri aylıq 2017-ci ildə 55 manat, 2018-ci ildə 65 manat, 2019-ci ildə 120-150 manat, 2020-ci ildə 180 manat, 2021-ci ildə 250 manat, 2022-ci ildə 330manat, 2023-ci il tarixindən 470 manat olub. Bu illər ərzində isə bir uşağa görə faktlara deyil böhtanlara istinad edilərək, əsassız və qanunsuz olaraq hakimlər ondan 500 manat orta statistik Azərbaycan vətəndaşının aylıq maaşı qədər alıment tutulması barədə qərarlar və qətnamələr çıxarmışdır. Onun aşağıda təqdim edəcəyim sübutlar ittiham olunan şəxsin ona böhtan atdığını tamamilə ifşa edir. İttiham olunan şəxsin ona qarşı yazdığı "etiraz ərizəsinin" və "kassasiya şikayətinin" qoşma hissəsində iddialarını sübut edən heç bir dəlil, sübut yoxdur. Ona qarşı bilərəkdən dəfələrlə qəbuledilməz böhtan ataraq, maddi-mənəvi ziyan vurduğuna görə ittiham olunan X4 Azərbaycan Respublikası CM-nın 147.1 və 147.2 maddəsinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir və islah olunmalıdır. Onun bu hərəkətləri həm də cəmiyyəti üçün cox təhlükəli ola bilər. Ona atdığı böhtanlardan cəsarətlənərək, başqalarınada belə böhtanlar ata bilər. Göründüyü kimi "iddiaya etiraz ərizəsini" indiyə qədər onlarla vəkil, ailəm, bacı və qardaşlarım, polis və prokurorluq orqanları oxumuş, nədən söhbət getdiyinə bələd olmuşlar. Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində qeyd edilir: Ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma-- iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığdan məhrum etmə ilə cəzalandırılır. Buradan görünür ki, ittiham olunan şəxsin iddialarına nəzər salsaq məni ağır cinayətdə ittiham edir. Sanki mənım külli miqdarda gəlirim olduğu halda onu bəyan etməkdən yayınıram. Bu belə görünür: 1.Qəsdən gəlirimi gizlətmədə, 2.Qəsdən vegidən yayınmada, 3.Qəsdən aliment və aliment borcunu ödəməmədə, 4.Qəsdən ailəmin sosial yardım almasında saxtakarlığda 5.Bacı və qardaşlarıma böhtan atma Buradan görünür ki, ittiham olunan şəxsin əməlində böhtan, yəni Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2 maddəsinin tərkibi vardır. İttiham olunan şəxsin məqsədi mülki iş üzrə mənim iddiama kölgə salmaq, hakimə əsassız və yalan məlumatlar çatdırmaqla mənim iddiamın rədd edilməsinə nail olmaqdır. İttiham olunan şəxs bir tərəfdən yalan və əsassız məlumatları hakimə təqdim etməklə onu borclandırır, digər tərəfdən isə icra məmurları vasitəsilə borcu ödəməməyə görə onun cəzalanmağını tələb edir. Azərbaycan Respublikası qanunvericiliyinə görə konkret olaraq barəsində xüsusi ittiham olunan şəxsin yuxarıda sadalanan iddialarına sübutlar tələb olunsun ki, yazdığı iddiaların böhtan olmadığı sübut olunsun. Əks halda onun iddiaları mənə qarşı böhtan olaraq qəbul olunmalı AR CM-nin 147.1 və 147.2 maddəsinə görə məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətinin məzmununa uyğun izahat verərək şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 hazırki xüsusi ittiham qaydasında vermiş olduğu şikayətdə qeyd etdiyi xüsusatlar üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçının dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 5-ci bəndində qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əsk olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Bundan əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin məcəllənin 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansi əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Sözü gedən məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin məcəllənin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin məcəllənin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqdaxüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin məcəllənin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar