Məhkəmə qərarları › İş №1(011)-23/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-23/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-23/2021 17.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, tərcüməçilər – X5 və X13, Təqsirləndirilən şəxs2 və müdafiəçiləri – 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, 18 saylı Vəkil Bürosunun vəkili X22 və fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2, təqsirləndirilən şəxs X43 və müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və müdafiəçiləri – 18 saylı Vəkil Bürosunun vəkili X22 və fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1979-cu ildə Zəngilan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, X54 Akademiyasının Yunan-Roma güləş ixtisası üzrə Məşqçi fakultəsinin azərbaycan bölməsinin tələbəsi, subay, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X43 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayonu Aşıq Qurban küçəsi 19 ünvanında yerləşən yaşayış binasının həyətində, dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsi üzərində qoyulmuş və mülkiyyət hüququ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeydiyyata alınmamış dəmir köşkü pulla aldığını səbəb gətirərək həmin köşkün yerində daşdan gözəllik salonu inşa etdirmək istəyərkən qonşuların, o cümlədən Aşıq Qurban küçəsi bina 19 mənzil 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 tikinti ilə bağlı haqlı narazılığını cüzi səbəb qəbul edərək 08 sentyabr 2018-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri Xətai rayonu Aşıq Qurban küçəsi 19 ünvanında, ictimai yer olan həyətdə, çoxsaylı qonşuların gözü qarşısında vətəndaşların narahatlıq hissi keçirmələrinə səbəb olmuş hərəkətlər edib mübahisə salmaqla insanlar arasında bərqərar olmuş davranış qaydalarını, bununla ictimai qaydanı kobud surətdə pozan, Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr səsləndirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək əli ilə Zərərçəkmiş şəxs1 sinəsindən qəsdən vurub «sağ süd vəzinin yumşaq toxumasının qançırları» kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayonu Aşıq Qurban küçəsi 19 ünvanında yerləşən yaşayış binasının həyətində, dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsi üzərində qoyulmuş və mülkiyyət hüququ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeydiyyata alınmamış dəmir köşkü pulla aldığını səbəb gətirərək həmin köşkün üzərində mişar daşı ilə hörgü işi apardığından qonşuların, o cümlədən Aşıq Qurban küçəsi bina 19 mənzil 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 tikinti ilə bağlı səlahiyyətli dövlət orqanlarına haqlı narazılığından sonra Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən hörgünün sökülməsini cüzi səbəb qəbul edərək 26 sentyabr 2018-ci il tarixdə saat 17:00-dan başlayaraq bir neçə saat ərzində davamlı olaraq Bakı şəhəri Xətai rayonu Aşıq Qurban küçəsi 19 ünvanında, ictimai yer olan həyətdə, çoxsaylı qonşuların, Xətai Rayon İcra Hakimiyyətinin, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının və yoldan keçən şəxslərin gözü qarşısında vətəndaşların narahatlıq hissi keçirmələrinə səbəb olmuş hərəkətlər edib mübahisə salmaqla insanlar arasında bərqərar olmuş davranış qaydalarını, bununla ictimai qaydanı kobud surətdə pozan, Zərərçəkmiş şəxs1 və tikinti ilə bağlı haqlı narazılığını bildirən digər qonşuların ünvanına nalayiq ifadələr səsləndirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs1 mülkiyyətində olan «Samsung Galaxy Not4» markalı SM-N910C modelli mobil telefon aparatı ilə onun qanunsuz hərəkətlərinin çəkilişini apardığını görüb mobil telefonu əlindən alaraq həmin mobil telefonla sifət nahiyəsinə zərbə endirdikdən sonra mobil telefonu yerə çırpmış, yerdən götürdüyü və silah qismində istifadə olunan əşya hesab edilən daş parçası ilə həmin mobil telefonu və ehtiyat hissəsi olan enerji blokunu əzib yararsız vəziyyətə salaraq özgə əmlakını məhv edib Zərərçəkmiş şəxs1 800 manat maddi ziyan vurmuş, hüquqazidd hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 əli ilə bədənindən qəsdən vurub döyərək «sol əlin 4-cü barmağının dırnaq falanqasının yerdəyişməyən qapalı sınığı və sol əlin İİİ və İV əl barmaqlarının yumşaq toxumalarının qançırları, üst çənədə mərkəzdən solda İ kəsici dişin tac hissəsinin kiçik ölçülü qopması və həmin səviyyədə üst və alt dodağın selikli qişasının qansızması, sol bazu nahiyəsinin qançırı, boyunun ön səthinin, sol saidin və sağ baldırın sıyrıqları» kimi dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, qızı Zərərçəkmiş şəxs1 döyülməsinin qarşısını almaq üçün müdaxilə etmək istəyən və bununla ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 müqavimət göstərməklə sillə ilə sifətindən qəsdən vurub “sol qaş qövsü nahiyəsində sıyrıq” kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə təkrarən xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 oğulları Təqsirləndirilən şəxs1 və X57 ilə bir qrup şəxs halında birləşərək Bakı şəhəri Xətai rayonu Aşıq Qurban küçəsi 19 ünvanında yerləşən yaşayış binasının həyətində, dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsi üzərində qoyulmuş və mülkiyyət hüququ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeydiyyata alınmamış dəmir köşkün üzərində mişar daşı ilə apardığı hörgünün Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülməsi prosesini mobil telefonu ilə çəkmiş qonşu binanın sakini Zərərçəkmiş şəxs4 həmin çəkilişi “Youtube” səhifəsində yerləşdirdiyini cüzi səbəb qəbul edərək 11 noyabr 2018-ci il tarixdə saat 17:45 radələrində ünvan 4 ünvanında yerləşən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin qarşısında, ictimai yer olan avtomobil yolunda, çoxsaylı avtomobil və piyadaların, yaxınlıqdakı yaşayış binalarının sakinlərinin və həmin binaların qeyri-yaşayış sahələrində işləyən şəxslərin gözü qarşısında vətəndaşların narahatlıq hissi keçirmələrinə səbəb olmuş hərəkətlər edib mübahisə salmaqla insanlar arasında bərqərar olmuş davranış qaydalarını, bununla ictimai qaydanı kobud surətdə pozan, izahat vermək üçün 37-ci PŞ-yə gəlmiş Zərərçəkmiş şəxs4, onu müşayiət edən atası Zərərçəkmiş şəxs3 və qonşusu Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr səsləndirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Təqsirləndirilən şəxs1 təpiklə və əllə Zərərçəkmiş şəxs4 bədənindən qəsdən vurub «sol əlin baş barmağı nahiyəsində iki ədəd sıyrıq» kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri, X57 əli ilə Zərərçəkmiş şəxs3 bədənindən qəsdən vurub «başın sol nahiyəsində zəif ifadə olunan şişkinlik üzərində sıyrıq, burun, sol mil-bilək oynağı, sol əlin yan və arxa səthləri, sol diz oynağının ön və yan səthlərində sıyrıqlar, sol diz oynağı nahiyəsində qançırlar» kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs4 döyülməsinin qarşısını almaq üçün müdaxilə etmək istəyən və bununla ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə əli ilə bədənindən, X57 isə müqavimət göstərməklə əli ilə sifətinin sağ tərəfindən qəsdən vurub «başın alın, sol qaşüstü, burun, sol gözün üst qapağı, sol gözaltı, sol yanaq, üst dodaq, alt çənə, sağ dirsək oynağı nahiyələrində sıyrıqlar, sağ yanaq, sağ süd vəzisi, sağ bazu və sağ əlin arxa səthi nahiyələrində qançırlar» kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə təkrarən xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. X57, qardaşı Təqsirləndirilən şəxs1 və anası Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək Bakı şəhəri Xətai rayonu Aşıq Qurban küçəsi 19 ünvanında yerləşən yaşayış binasının həyətində, dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsi üzərində qoyulmuş və mülkiyyət hüququ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeydiyyata alınmamış dəmir köşkün üzərində Təqsirləndirilən şəxs2 mişar daşı ilə apardığı hörgünün Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülməsi prosesini mobil telefonu ilə çəkmiş qonşu binanın sakini Zərərçəkmiş şəxs4 həmin çəkilişi “Youtube” səhifəsində yerləşdirdiyini cüzi səbəb qəbul edərək 11 noyabr 2018-ci il tarixdə saat 17:45 radələrində ünvan 4 ünvanında yerləşən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin qarşısında, ictimai yer olan avtomobil yolunda, çoxsaylı avtomobil və piyadaların, yaxınlıqdakı yaşayış binalarının sakinlərinin və həmin binaların qeyri-yaşayış sahələrində işləyən şəxslərin gözü qarşısında vətəndaşların narahatlıq hissi keçirmələrinə səbəb olmuş hərəkətlər edib mübahisə salmaqla insanlar arasında bərqərar olmuş davranış qaydalarını, bununla ictimai qaydanı kobud surətdə pozan, izahat vermək üçün 37-ci PŞ-yə gəlmiş Zərərçəkmiş şəxs4, onu müşayiət edən atası Zərərçəkmiş şəxs3 və qonşusu Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr səsləndirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Təqsirləndirilən şəxs1 təpiklə və əllə Zərərçəkmiş şəxs4 bədənindən qəsdən vurub «sol əlin baş barmağı nahiyəsində iki ədəd sıyrıq» kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri, X57 əli ilə Zərərçəkmiş şəxs3 bədənindən qəsdən vurub «başın sol nahiyəsində zəif ifadə olunan şişkinlik üzərində sıyrıq, burun, sol mil-bilək oynağı, sol əlin yan və arxa səthləri, sol diz oynağının ön və yan səthlərində sıyrıqlar, sol diz oynağı nahiyəsində qançırlar» kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs4 döyülməsinin qarşısını almaq üçün müdaxilə etmək istəyən və bununla ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə əli ilə bədənindən, X57 isə müqavimət göstərməklə əli ilə sifətinin sağ tərəfindən qəsdən vurub «başın alın, sol qaşüstü, burun, sol gözün üst qapağı, sol gözaltı, sol yanaq, üst dodaq, alt çənə, sağ dirsək oynağı nahiyələrində sıyrıqlar, sağ yanaq, sağ süd vəzisi, sağ bazu və sağ əlin arxa səthi nahiyələrində qançırlar» kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə X57 Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1, qardaşı X57 və anası Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək Bakı şəhəri Xətai rayonu Aşıq Qurban küçəsi 19 ünvanında yerləşən yaşayış binasının həyətində, dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsi üzərində qoyulmuş və mülkiyyət hüququ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeydiyyata alınmamış dəmir köşkün üzərində Təqsirləndirilən şəxs2 mişar daşı ilə apardığı hörgünün Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülməsi prosesini mobil telefonu ilə çəkmiş qonşu binanın sakini Zərərçəkmiş şəxs4 həmin çəkilişi “Youtube” səhifəsində yerləşdirdiyini cüzi səbəb qəbul edərək 11 noyabr 2018-ci il tarixdə saat 17:45 radələrində ünvan 4 ünvanında yerləşən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin qarşısında, ictimai yer olan avtomobil yolunda, çoxsaylı avtomobil və piyadaların, yaxınlıqdakı yaşayış binalarının sakinlərinin və həmin binaların qeyri-yaşayış sahələrində işləyən şəxslərin gözü qarşısında vətəndaşların narahatlıq hissi keçirmələrinə səbəb olmuş hərəkətlər edib mübahisə salmaqla insanlar arasında bərqərar olmuş davranış qaydalarını, bununla ictimai qaydanı kobud surətdə pozan, izahat vermək üçün 37-ci PŞ-yə gəlmiş Zərərçəkmiş şəxs4, onu müşayiət edən atası Zərərçəkmiş şəxs3 və qonşusu Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr səsləndirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək təpiklə və əllə Zərərçəkmiş şəxs4 bədənindən qəsdən vurub «sol əlin baş barmağı nahiyəsində iki ədəd sıyrıq» kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri, X57 əli ilə Zərərçəkmiş şəxs3 bədənindən qəsdən vurub «başın sol nahiyəsində zəif ifadə olunan şişkinlik üzərində sıyrıq, burun, sol mil-bilək oynağı, sol əlin yan və arxa səthləri, sol diz oynağının ön və yan səthlərində sıyrıqlar, sol diz oynağı nahiyəsində qançırlar» kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs4 döyülməsinin qarşısını almaq üçün müdaxilə etmək istəyən və bununla ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə əli ilə bədənindən, X57 isə müqavimət göstərməklə əli ilə sifətinin sağ tərəfindən qəsdən vurub «başın alın, sol qaşüstü, burun, sol gözün üst qapağı, sol gözaltı, sol yanaq, üst dodaq, alt çənə, sağ dirsək oynağı nahiyələrində sıyrıqlar, sağ yanaq, sağ süd vəzisi, sağ bazu və sağ əlin arxa səthi nahiyələrində qançırlar» kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, yaşadığı bina 3 mərtəbəlidir. O və valideynləri birinci mərtəbədə yerləşən mənzildə yaşayırlar. Təqsirləndirilən şəxs2 2018-ci ilin avqust ayından tanıyır. Belə ki, yaşadığı binanın həyətində boş sahə vardır. Həmin sahədə bir neçə tikili, o cümlədən bir ədəd dəmir köşk vardır. Həyətdə bina sakinləri oturur, uşaqlar oynayır, böyüklər çıxıb gəzişirlər. Aparılan tikililərlə bağlı həyətdə darısqaqlıq yaranmış, odur ki, qonşularla birlikdə qanunsuz tikililərlə bağlı hələ 2017-ci ildən rayon icra hakimiyyətinə müraciət etmişlər. Son dövrlərdə aparılan tikililərlə bağlı onlara bəlli olmuşdur ki, dəmir köşkün yerinə Təqsirləndirilən şəxs2 gözəlik salonu tikdirir. Bununla bağlı da onlar Xətai rayonu icra hakimiyyətinə müraciət etmişlər. 2018-ci ilin avqust ayında yaşadığı evdə olarkən Pərvanə gəlmiş, binanın qarşısındakı dəmir köşkü aldığını söyləmiş və bildirmişdir ki, dəmir köşkün yerində daşdan gözəllik salonu tikmək istəyir. Bununla bağlı ona pul da təklif etmişdir. Lakin o, buna etiraz etmiş, demişdir ki, orada tikinti aparılmasına qonşuların razılığı yoxdur. Pərvanə ondan narazı qalmış və demişdir ki, onsuz da tikintini davam etdirəcək. Bundan sonra rayon icra hakimiyyətinin nümayəndələri tərəfindən həmin dəmir köşkün mişar daşı ilə əvəz olunmasının qarşısı alınmışdır. Pərvanə tikintiyə icazə verilmədiyini görüb onlara müxtəlif təzyiqlər etməyə başlamışdır. Bir neçə dəfə Pərvanə öz oğlanları və yaxınları ilə birlikdə məhəlləyə gəlib tikinti aparmaq istədikdə onların rayon icra hakimiyyətinə olan müraciətinə görə tikintiyə icazə verilməmişdir. Pərvanə bundan daha da qıcıqlanmış və aralarında müxtəlif mübahisələr olmuşdur. 2018-ci ilin sentyabr ayının 8-də artıq bu kimi mübahisələri dava dalaşlara çevrilmişdir. Belə ki, 08.09.2018-ci il tarixdə saat 11:30 radələrində X16 həyətdə tikinti aparmaq istədiyi üçün aralarında mübahisə olmuş, Pərvanə həyətə bir Kamaz markalı avtomobildə mişar daşı və sement gətizdirib dəmir köşkün yanında yerə boşaltdırmışdır. Bunu görən qonşular və o, həyətə çıxıb öz narazılıqlarını bildirib polisə və Rayon İcra Hakimiyyətinə zəng vurub belə bir hadisə barədə məlumat vermişlər. O, ərazinin sahə müvəkkili Şahin Əliyevə zəng vurub məlumat verərək həyətə gəlməsini xahiş etmiş, Şahin müəllim bildirmişdir ki, bir neçə saata gələcəkdir, çünki növbədən sonradır, işdə deyil, gözləməyi tapşırmışdır. Qonşu ərazinin sahə müvəkkili Rəşad müəllim də ora gəlmişdir. Sonra Şahin müəllim gəlib onların yanında Pərvanəyə bildirmişdir ki, qonşular tikinti aparmağa icazə vermirlər. Buna cavab olaraq Pərvanə bildirmişdir ki, həmin köşkün sənədləri vardır, köşkü Yaqub və Vəzir adlı şəxslərdən 6000 manat pula almışdır. Şahin müəllim isə bildirmişdir ki, Yaqubla danışacaqdır ki, pulunu ondan geri alsın. Pərvanə tikintiyə icazə vermədikləri üçün yenidən narazılığını bildirəndə, o, Pərvanəyə demişdir ki, bəsdir, hərənin bir işi vardır, onların vaxtını alır, buna görə də, yəni etirazını bildirdiyi üçün Pərvanə açıq əli ilə onu sinəsindən itələmiş və polis aralarına girdiyi üçün bundan başqa ona heç nə etməmişdir. Həmin hadisə baş verəndə digər ərazinin sahə müvəkkili olan Rəşad müəllim artıq çıxıb getmiş, orada qonşuları, ərazinin sahə rəisi Şahin Əliyev və polis serjantı Natiq adlı şəxs olmuşlar ki, məhz Natiq onunla Pərvanənin arasına girib Pərvanənin onu döyməsinə imkan verməmişdir. Bundan başqa, 25 sentyabr 2018-ci il tarixdə yenidən həyətdə onların arasında sözlə mübahisə olmuşdur. Pərvanə demişdir ki, heç kim qarşısını ala bilməyəcəkdir, onsuz da tikintini tamamlayacaqdır. Ertəsi gün, yəni 26 sentyabr 2018-ci il tarixdə o və qonşular səhər saatlarında Prezident Administrasiyasının qarşısına getmiş, qəbul şöbəsindən onlara deyilmişdir ki, həyətə qayıdanadək həmin dəmir köşk oradan götürüləcəkdir. Oradan Xətai rayon İcra Hakimiyyətinə yola düşmüşlər, icra başçısının müavini onları qəbul edib bildirmişdir ki, oradan birlikdə həyətə gedəcəklər və dəmir köşk onların gözü qarşısında götürüləcəkdir. Beləliklə, onlar, icra başçısının müavini Etibar müəllim, şöbə rəisi Pənah müəllim, sair səlahiyyətli şəxslər həyətə gəlmişlər. Həyətə çatanda saat 17-18 radələri olardı. Pərvanə də orada olmuşdur. Söküntü aparıldığı müddətdə Pərvanə onun və digər qonşuların ünvanına atmacalı və nalayiq ifadələr səsləndirməyə başlamışdır. Həmin vaxt qonşu ərazinin sahə müvəkkili Rəşad müəllim də orada olmuşdur. Onlar həm İcra Hakimiyyətinin işçilərinə, həm də ki, Rəşad müəllimə bununla bağlı etiraz etmiş, lakin bir faydası olmamışdır. Sonra Pərvanə mobil telefonla çəkilişini apardığını görüb ona yaxınlaşaraq itələmək istəmiş, lakin alınmamış, çünki ətrafında qonşu kişilər olmuş və ona toxuna bilməmişdir. Bir neçə dəqiqə sonra, hava artıq qaranlıq olmuş, o, həyətdəki dəmir besedkanın (çardağın) yanında dayanıb telefonuna baxarkən Pərvanə ona yaxınlaşıb əlindən ona məxsus və 800 manat pula aldığı Samsung markalı mobil telefonu alaraq həmin telefonla onu dodaq nahiyəsindən vurmuş, əli ilə onu arxaya doğru itələmiş, o, arxasından keçən Azad adlı şəxsin üstünə yıxılmış, Azad da yerə yıxılmışdır. Pərvanə onun mobil telefonunu yerə atıb təpikləməyə başlamış, sonra yerdən daş götürüb telefonunun üstünə ataraq sındırmışdır. Polis əməkdaşı Rəşad müəllim qonşulara demişdir ki, onu Pərvanənin yanına buraxmasınlar, bu səbəbdən mobil telefonunu ala bilməmişdir. Qonşulardan kimsə telefonu yerdən götürüb ona vermiş, baxıb görmüşdür ki, telefonun enerji doldurucusu yerində yoxdur və Pərvanədən tələb edəndə sonuncu enerji doldurucusunu ona tərəf atmış, enerji doldurucusu qonşu Marinanın qaşına dəymişdir. Pərvanə yenə ona tərəf hücum çəkəndə atası qarşısına çıxdığı üçün Pərvanə öz mobil telefonu ilə onun atasının qaşından vurub xəsarət yetirmişdir. Polis nəfərlərindən biri Pərvanəni tutub kənara çəkmiş və bununla dava-dalaş başa çatmışdır. Hadisə, yəni dava-dalaş olanda İcra Hakimiyyətinin işçiləri də orada olmuş, Rəşad müəllim və 3-4 nəfər PPX əməkdaşı, qonşular da orada olmuşdur. Hətta Pəvanənin anası da orada olmuş və Pərvanə ilə birlikdə onun atasını sinəsindən yumruqla vurub xəsarət yetirmişlər. Təqsirləndirilən şəxs2 onun telefonunu qəsdən vurub sındıraraq maddi ziyan vurmaqla yanaşı, hadisə zamanı qolunda olan qızıl qolbaq sınaraq yoxa çıxmışdır. Həmin qızıl qolbağın qiyməti təxminən 2000 manat, Pərvanənin sındırdığı mobil telefonunun qiyməti isə 800 manatdır. Pərvanə ona xəsarət yetirməklə yanaşı 2800 manat maddi ziyan vurmuşdur. Bundan başqa, 2018-ci ilin noyabr ayının 11-də evdə olarkən qonşu Zərərçəkmiş şəxs4 ona zəng edərək demişdir ki, Pərvanə onun barəsində Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edib ki, guya onun videosunu “You Tube”yə yerləşdiriblər. Asim demişdir ki, bununla bağlı Xətai RPİ-nin 37-ci PŞ-dən çağırılır və xahiş etmişdir ki, birlikdə şöbəyə getsinlər, sonuncu ilə razılaşmışdır. Bundan sonra o, Asim və Asimin atası Rasim birlikdə 11 noyabr 2018-ci il tarixdə Asimin maşını ilə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə getmişlər. Şöbəyə çatanda artıq hava qaralmış, saat 18 radələri olmuşdur. Maşını şöbənin yaxınlığında saxlamaq istəyəndə Asim demişdir ki, Pərvanəgilin də maşını oradadır. O, Asimə demişdir ki, maşını elə yerdə saxlasın ki, üz-üzə gəlməsinlər. Bundan sonra maşını bir kənarda saxlamışlar. O, Asim və Rasim maşından düşüb Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin binasına tərəf gedəndə Pərvanəgilin şöbədən çıxdıqlarını görmüşlər. Həmin vaxt orada Pərvanə, anası, iki oğlu və yanlarında bir nəfər tanımadığı qadın olmuşdur. O, heç fikirləşməzdir ki, Pərvanə, onun anası, və oğlanları bu qədər azğınlaşıb polis şöbəsinin qarşısında onlara hücum edib döysünlər. Buna görə də o, Asim və Asimin atası Rasim yavaş-yavaş Xətai RPİ-nin 37-ci Polis şöbəsinin qarşısına yaxınlaşarkən Pərvanəgil hücuma keçib qışqıraraq onların üstünə gəlmişlər. O, dərhal şöbənin həyətinin kənarından çəkilmiş hasarın dibinə tərəf sıxılmış, çünki onu əvvəldən döymüşdülər və hələ özünü yaxşı hiss etmirdi. Pərvanənin böyük oğlu onların üstünə gəlmək istəyəndə Pərvanə və anası, əvvəlcə oğlanın üstünə qışqırmışlar, lakin buna baxmayaraq Pərvanənin böyük oğlu, balaca qardaşına qışqırmışdır ki, “oğlu mənim” “atası sənin”. Pərvanənin böyük oğlu Asimin üstünə gedib üstünə tullanaraq küçədə Asimi sinəsindən təpiklə vurmuş, Asim yerə yıxılmış və qalxa bilməmişdir. Həmin vaxt Pərvanənin X70 atası Rasimin üstünə gəlmiş, sifətindən vurmuş, Rasim də yerə yıxılmış, Rasimi hər iki yumruğu ilə təpiyi ilə vurmağa başlamışdır. O, qışqıraraq kənardakıları köməyə çağırmış, Pərvanəyə demişdir ki, yaxınlaşmasın. Dava-dalaş polis şöbəsinin qarşısında küçədə baş vermişdir. Bu zaman Asim ayağa qalxmaq istəmiş, o, Asimə kömək edib vurulmağının qarşısını almaq istəmiş, lakin Pərvanə və anası buna imkan verməmiş və Asimə yaxınlaşıb Asimin asfaltın üstündə yıxılmış vəziyyətində olmağından istifadə edərək ayaqlarındakı ayaqqabıları ilə Asimin başından təpiklə vurmuşlar. Pərvanə və anası, onun onlara yaxınlaşmaq istədiyini görüb ikisi də onun üstünə hücum edib əlləri ilə saçından yapışmışlar. Sifətinə əl atıb üz-gözünü cırmışlar, saçından yolaraq başından yumruqla vurmuşlar. O, aşağı əyilmiş, əlləri ilə sifətini tutmuşdur. Bu zaman Pərvanə və anası onu təpiklə, əlləri ilə vurmuşlar. O, əlini sifətinə tutub üz gözünün dağılmağının qarşısını almaq istəyəndə Pərvanənin balaca oğlu Fuad kənardan onun üstünə hücum etmiş və yumruğu ilə sağ gözünün altından, sifətindən, sağ qulağından vurmağa başlamışdır. Onların yanlarında olan qadın isə heç nə etməmiş və kənarda dayanaraq bəzən ayırmağa çalışmışdır. Bu zaman Polis Şöbəsindən polis işçiləri bayıra çıxmış, müdaxilə etmişlər. Onlar sakitləşib polis bölməsinə getmişlər. Sonra təcili tibbi yardım çağırmışlar. Dava-dalaş zamanı yolla maşınlar keçmiş, sakinlər olmuş, hadisə küçədə baş vermiş və təxminən 5 dəqiqə davam etmişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəyən zərər ödənilməmiş, onlarla barışmamışdır. Şikayətçidir, onlara ağır cəza verilməsini məhkəmədən xahiş edir. Verilən suallara cavab olaraq, Pərvan Novruzovanın yanına getmədiyini, Pərvanənin onun qapısına gələrək təhqir etdiyini, dava zamanı onu vurduğunu, mübahisənin tikinti və onun milliyyəti ilə bağlı olduğunu, tikinti aparılması barədə Ramin adlı qonşunun ona məlumat verdiyini, o isə polis gələndə çıxacağını dediyini, hadisə zamanı xeyli sayda qonşular və 2-3 nəfər fəhlənin həyətdə olduğunu, polisə və icra hakimiyyətinə zəng etdiyini, polis əməkdaşı Şahin Əliyev gələnədək tikinti gedən yerə yaxınlaşmadığını, telefon vasitəsilə Təqsirləndirilən şəxs2 deyil, öz həyətini və tikinti aparılan yeri çəkdiyini, həmin yerə əvvəlcə Natiq sonra Rəşad Hacıyev adlı polis əməkdaşlarının gəldiyini, həmin tikiləcək gözəllik salonunun onun pəncərəsinə baxdığını, arada 25-30 metr məsafə olduğunu, digər tikililərin onun pəncərəsinin qarşısında olmadığından etiraz etmədiyini, həmin butkanın təxminən 15 ildir ki, həyətdə olduğunu, soyuducu təmir edildiyini, heç kəsi narahat etmədiyini, orada yaşlı kişinin işlədiyini, qonşular qanunsuz tikilidən bezdiyini, 2017-ci ildən qanunsuz tikili ilə bağlı müxtəlif orqanlara şikayətlər etdiklərini, etiraz etməyə hüququnun olduğunu, Azərbaycan Respublikası Prezidentinin qərarlarında vətandaşların qanunsuz tikiliyə etiraz etmələrinin göstərildiyini, Təqsirləndirilən şəxs2 onu ağır söyüşlərlə təhqir etdiyini, onu ölümlə hədələdiyini, ona sonsuz və əxlaqsız dediyini, Pərvanənin polisdən qorxmadığını bildirdiyini, hüquq-mühafizə orqanlarının Pərvanədən qorxduğunu, mübahisənin 15 dəqiqə davam etdiyini, Pərvanənin onu dayandığı yerdə yumruqla sinəsindən vurduğunu, hansı əli ilə vurduğunu xatırlamadığını, yaxınlıqda olan bərbər salonunda işləyənlərin sakit işləyərək heç kəsi narahat etmədiklərini, 37-ci PŞ-nə onu dəvət etmədiklərini, Asimin valideynlərinin xahişi ilə getdiyini, bunun onun konstitusion hüququ olduğunu, ərazi üzrə icra hakimiyyətinə, polis bölməsinə, MKİS-nə dəfələrlə müraciət etdiyini, hətta binanın sakinləri ilə kollektiv müraciət etdiklərini, 1-ci dəfə sağ sinə nahiyəsindən xəsarət aldığını, 37-ci PŞ-nin qarşısında Pərvanə, anası, oğulları, Asim, Rasim və onun olduğunu, kameraların hamısının işlədiyini, Pərvanə və oğlullarının orada onları döydüyünü, daha sonra polis əməkdaşlarının çölə çıxdığını, mübahisənin təxminən 5 dəqiqə davam etdiyini, 37-ci PŞ-nin rəisi Lətif müəllimin Pərvanənin və oğullarının saxlanıldığını, görüntüləri polis idarəsinə göndərəcəyini bildirdiyini, oraya təcili tibbi yardım əməkdaşlarının çağırıldığını, Fəridin xəsarət almadığını, Pərvanəyə və oğullarına hər hansı xəsarət yetirmədiyini, Pərvanənin orada onların ünvanına küçə söyüşləri söydüyünü, bunu polislərin və ətrafda olan adamların eşitdiyini bildirmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, qeydiyyatda olduğu ünvanda həyat yoldaşı və qızı Zərərçəkmiş şəxs1 ilə birgə yaşayır. Təqsirləndirilən şəxs2 2018-ci ilin avqust-sentyabr aylarından tanıyır, həmin vaxta kimi tanışlığı, düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, yaşadığı binanın həyətində boş sahə vardır. Əksər qonşu həyətlər tikillərlə dolu olduğu halda onların həyətinin qonşuları həyətdə tikinti aparmağa icazə vermirlər. Buna baxmayaraq, həyətdə az sayda tikili vardır, o cümlədən bir ədəd dəmir köşk vardır ki, təxminən 15 il olar ki, ora qoyulmuşdur. Həyətdə bina sakinləri oturur, uşaqlar oynayır, böyüklər çıxıb gəzişirlər və asudə vaxt keçirmək üçün darısqallıq yaranmışdır, bu səbəbdən də qonşular qərara gəlmişlər ki, həyətdə aparılan qanunsuz tikililərlə bağlı Xətai rayon İcra Hakimiyyətinə müraciət etsinlər. Buna görə də, hələ 2017-ci ildən qonşularla birlikdə Xətai rayon İcra Hakimiyyətinə müraciət etmişlər. 2018-ci ilin avqust ayında yaşadığı mənzildə olarkən Təqsirləndirilən şəxs2 gəlib qapını döymüş, həmin vaxt o, qızı Natalya da mənzildə olmuş, qapını o açmış, Pərvanə qızı Natalyanı soruşmuş, ona qızının evdə olduğunu demiş və içəri dəvət etmişdir. Məhz həmin gün ilk dəfə olaraq Pərvanəni görüb tanımışdır. Pərvanə bildirmişdir ki, dəmir köşkün yerində daşdan gözəllik salonu tikmək istəyir, əlavə etmişdir ki, iki azyaşlı oğlu vardır, onların böyüdülməsi üçün dolanışıq yeri kimi özünə gözəllik salonu tikdirib işləmək istəyir, qızı Natalyadan xahiş etmişdir ki, orada tikinti aparmağa narazı olmasın, hətta qızına da bir qədər pul verəcəyini söyləmiş, lakin qızı buna etiraz edib demişdir ki, orada tikinti aparmağa bütün qonşuların razılığı yoxdur, həmin dəmir köşk onların pəncərəsinin qarşısına düşür, tikinti aparılanda da mənzilin içərisi görünəcək. Bunun üçün heç bir pul lazım olmadığını və bu işin pulla həll olunmadığını Pərvanəyə demişdir. Pərvanə narazı qalmış və demişdir ki, onsuz da tikintini davam etdirəcək. Bundan sonra qonşular həmin tikinti ilə bağlı rayon icra hakimiyyəti, o cümlədən müxtəlif instansiyalara müraciət etməyə başlamışlar. Sonra rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən həmin dəmir köşkün mişar daşı ilə əvəz olunmasının qarşısı alınmışdır. Pərvanə qoşular tərəfindən tikintiyə icazə verilmədiyi üçün onlara müxtəlif təzyiqlər göstərməyə başlamışdır. Bununla aralarında narazılıq yaranmışdır. Bir neçə dəfə Pərvanə həyətə gəlib tikinti aparmaq istəyəndə Xətai rayon İcra Hakimiyyətinə müraciət etmələrinə görə İcra Hakimiyyətinin nümayəndələri məhəlləyə gəlib tikinti aparmağa icazə verməmişlər. Pərvanə bundan daha da qıcıqlanmış, qonşularla, xüsusən də qızı Natalya ilə Pərvanə arasında bununla bağlı dəfələrlə sözlə mübahisələr olmuşdur. 2018-ci ilin avqust ayının sonlarından, sentyabr ayının əvvəllərindən etibarən artıq ciddi mübahisələr başlamışdır. İlk dəfə 08 sentyabr 2018-ci il tarixdə Pərvanə onun qızını həyətdə sinəsindən vurub xəsarət yetirmişdir. Belə ki, həmin tarixdə, yəni 08.09.2018-ci il tarixdə, günorta saatlarında X16 həyətdə tikinti aparmaq istədiyi üçün mübahisə olmuş, Pərvanə həyətə bir Kamaz markalı avtomobildə mişar daşı və sement gətizdirib dəmir köşkün yanında yerə boşaltdırmışdır. Bunu görən qonşular, qızı və o həyətə çıxmış və öz narazılığını bildirib polisə və rayon İcra Hakimiyyətinə zəng vurub belə bir hadisə barədə məlumat vermişlər. Onun qızı ərazinin sahə müvəkkili Şahin Əliyevə zəng vurub məlumat verərək həyətə gəlməsini xahiş etmişdir. Şahin müəllim bildirmişdir ki, bir neçə saata gələcək. Qonşu ərazinin sahə müvəkkili Rəşad müəllim də ora gəlmişdir. Pərvanə də orada olmuşdur. Sonra Şahin müəllim gəlmiş və onların yanında Pərvanəyə bildirmişdir ki, qonşular, yəni onlar tikinti aparmağa icazə vermirlər. Buna cavab olaraq Pərvanə bildirmişdir ki, həmin köşkün sənədləri vardır, köşkü 6000 manata almışdır. Şahin müəllim isə bildirmişdir ki, danışacaqdır ki, pulunu geri alsın. Pərvanə tikintiyə icazə vermədikləri üçün narazılığını bildirmiş, qızı Natalya etiraz edəndə Pərvanə əli ilə qızını sinəsindən vurmuş, qızına xəsarət yetirmiş, polis əməkdaşı Natiq müdaxilə edib onları aralamışdır. 26 sentyabr 2018ci il tarixdə bir çox qonşular, o cümlədən qızı Natalya səhər saatlarında Prezident Administrasiyasının qarşısına getmişlər, çünki Pərvanə iddiasından əl çəkmirdi. Həmin gün təxminən saat 17-18 radələri olardı ki, onlar həyətə qayıtmışlar və o gəldiklərini görüb həyətə çıxmışdır. Görmüşdür ki, Xətai rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri, polis əməkdaşları, qonşular həyətdədir, Pərvanə və anası da həyətdə idilər. Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin göstərişi ilə dəmir köşkün üstündəki 2 mişar daşı hündürlüyündə hörgü sökülmüş və söküntü aparıldığı müddətdə Pərvanə orada olub qonşuların ünvanına atmacalı və nalayiq ifadələr səsləndirmişdir. Həmin vaxt qonşu ərazinin sahə müvəkkili Rəşad müəllim də orada olmuşdur. Qızı Natalya özünün mobil telefonu ilə baş verənləri çəkməyə başlamışdır. Pərvanə bunu görüb etirazını bildirmiş və qızına yaxınlaşaraq itələmək istəmiş, lakin alınmamış, çünki ətrafında qonşu kişilər olduğundan qızına tam yaxınlaşa bilməmiş, qonşular imkan verməmişdir. Hava artıq qaranlıq olmuş, söküntü başa çatmış, lakin qonşular həyətdə olmuş, Pərvanə və anası da orada olmuş, çıxıb getməmişlər. Qızı Natalya həyətdəki dəmir besedkanın (çardağın) yanında dayanıb öz telefonuna baxarkən görmüşdür ki, Pərvanənin anası qonşu Şahid1 yaxınlaşıb təpiklə ayağından vurmuşdur. Daha sonra Pərvanə qızı Natalyaya yaxınlaşıb əlindən qızının mobil telefonunu almağa çalışmış, qızı telefonu vermək istəməmiş və dartışma zamanı qızı əlindən xəsarət almış, qolundakı bilərzik sınıb düşmüş, tapa bilməmişlər, Pərvanə isə mobil telefonu qızının əlindən almağa müvəffəq olmuş, qızını arxaya doğru itələmiş, qızı da arxasınca keçən Azad adlı şəxsin üstünə yıxılmış, Azad yerə yıxılmışdır. Pərvanə qızının mobil telefonunu yerə çırpmış, telefonu təpikləməyə başlamış, sonra arxasını açıb enerji doldurucusunu çıxartmış və sındırmağa çalışmış, yerdən daş götürüb enerji doldurucusunu daşla sındırmağa başlamış, telefonu və enerji doldurucusunu fərqli yerlərə tullayanda enerji doldurucusu digər qonşu Marinanın sifətinə dəymişdir. Pərvanə sakitləşməyib qızının üstünə gedəndə o qarşısını kəsmiş və Pərvanə sillə ilə onu sifətindən vurmuş, qaşından xəsarət almışdır. Həmin an polis əməkdaşları müdaxilə edib Pərvanəni onlardan aralamışlar. Dava olanda İcra Hakimiyyətinin işçiləri də orada olmuş, Rəşad müəllim və 3-4 nəfər PPX əməkdaşı, qonşular da orada olmuşlar. Dava-dalaş təxminən 2-3 dəqiqə vaxt çəkmişdir. Pəvanədən başqa onu vuran şəxs olmamışdır. Hadisə vaxtı Pərvanə onların ünvanına hamının gözü qarşısında nalayiq ifadələr səsləndirmişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəyən zərər ödənilməmiş, onlarla barışmamışdır. Şikayətçidir, onlara ağır cəza verilməsini məhkəmədən xahiş edir. Verilən suallara cavab olaraq, Pərvanənin özünün onların qapısına gəldiyini, onları təhqir etdiyini, onların tikintiyə müdaxilə etmədiyini, hadisənin nə qədər müddət çəkməsini bilmədiyini, o və qızı Natalyanın Pərvanəni videoya çəkmədiyini, Pərvanənin telefonla və yumruqla qızını vurduğunu, telefonla onun qaşından vurduğunu, istintaq zamanı telefonla onun qaşından vurmasını dediyini, bunu məhkəmə iclasında da dediyini, bütün qonşuların tikintiyə narazılıq etdiyini, tikintinin qanunsuz olduğunu və bu barədə dəfələrlə aidiyyəti qurumlara müraciət edildiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onunla üzbəüz binada birinci mərtəbədə yaşayır, binaların həyəti eynidir, qarşısında ümumi bir meydança vardır. Yaşadıqları binanın həyətində boş sahə vardır ki, bir neçə tikili, o cümlədən bir ədəd dəmir köşk yerləşir. Həyətdə bina sakinləri oturur, uşaqlar oynayır, böyüklər çıxıb gəzişirlər. Həyətdə gedən tikililərlə bağlı darısqallıq yaranmış, odur ki, qonşular aparılan qanunsuz tikililərlə bağlı rayon icra hakimiyyətinə müraciət etmişlər. Son dövrlərdə gedən tikililərlə bağlı onlara bəlli olmuşdur ki, dəmir köşkün yerinə Təqsirləndirilən şəxs2 adlı bir qadın tərəfindən gözəllik salonu tikilir. Bununla bağlı rayon icra hakimiyyətinə müraciət etmişlər, nümayəndələri və polis Pərvanəyə tikinti aparmağa icazə verməyəndə 2018-ci ilin avqust ayında Pərvanə onlara təziqlər etməyə başlamış, onsuz da tikintini davam etdirəcəyini bildirmişdir. Onların rayon icra hakimiyyətinə müraciətindən sonra həmin dəmir köşkün mişar daşı ilə əvəz olunmasının qarşısı alınmışdır. 2018-ci ilin avqust ayının sonlarından, sentyabr ayının əvvəllərindən etibarən onların mübahisələri başlamışdır. 2018-ci ilin sentyabr ayının 8-də artıq bu kimi mübahisələr dava dalaşlara çevrilmişdir. Birinci dəfə 2018-ci ilin sentyabr ayının 08-də Pərvanə qonşularla dalaşmış və qonşular Xətai RPİ-nə müraciət etmişlər. Həmin dava-dalaş Pərvanə ilə Natalya arasında olmuşdur. Belə ki, 08 sentyabr 2018-ci ildə saat 11:30 radələrində yaşadığı həyətdə olduğu zaman X16 onların həyətində yerləşən sahədə özbaşına qanunsuz tikinti aparmaq istədiyi üçün Natalya ilə aralarında münaqişə yaranmış, bu zaman Pərvanə qonşuların yanında və şahidliyi ilə həyətin ortasında təhlükəsizlik kamerasının altında sağ əli ilə Natalyanı sinəsindən zərbə ilə vurmuş, Natalya xasarət almışdır. Bundan sonra, 2018-ci ilin sentyabr ayının 26-da yenidən Pərvanə öz yaxınları ilə birlikdə həyətə gəlib yenə tikinti aparmaq istəyəndə orada yenə dava-dalaş salmışdır. Bununla bağlı da onlar yenə Xətai RPİ-nə müraciət etmişlər. Belə ki, 26 sentyabr 2018-ci il tarixdə saat 17 radələrində yaşadıqları evin həyətində qonşu Natalya ilə Pərvanə arasında qanunsuz tikinti ilə bağlı yaranmış münaqişə zamanı Pərvanə qonşuların yanında və şahidliyi ilə nalayiq ifadələr işlədib ayağı ilə Şahid1 zərbə vurmuş, sonra Natalyanın üzərinə cumub əlindən Samsung markalı mobil telefonunu zorla alıb həmin telefonla Natalyanın sifətinin üst çənəsinin sol hissəsinə zərbə vurmuş, Natalyanın dişi sınmış və dodağı iç tərəfdən zədələnmişdir. X39 barmağını arxaya qatlamış, barmağına xəsarət yetirilmişdir. Bundan sonra Pərvanə Natayanı itələmiş, Natalya həmin vaxt orada olan qonşu X6 üzərinə yıxılmış və xəsarətlər almışdır. Pərvanə zorla aldığı mobil telefonu yerə çırpmış, ayaqları ilə telefonu tapdalamış, yerdən daş parçası götürüb telefonun üzərinə çırpıb tam yararsız vəziyyətə salmışdır. Bundan sonra yerdə sındırdığı telefonun batareykasını yerdən götürüb qonşu olan X1 sifətinə çırpmışdır. Batareyka Marinanın alın nahiyəsinə dəymiş və xəsarət almışdır. Bundan sonra qonşu Əzizə telefonu yerdən götürüb Natalyaya vermiş, Natalya telefona baxdığı zaman onların səsinə arxaya çevrilərkən Pərvanə arxadan yenə də vurmaq üçün üzərinə gəldiyini görmüşdür. X21 Pərvanəni sakitləşdirmək istəyərkən Pərvanə əlində olan öz telefonu ilə X11 alın hissəsinə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt orada olan Pərvanənin anası da Vyaçeslavın üzərinə gəlmiş və əli ilə vurmuşdur. Həmin hadisə də ictimai yerdə baş vermişdir. Pərvanənin nalayiq danışıqlarının, söyüşlərinin dözülməz həddə çatdığını görüb qərara almışlar ki, hərəkətlərini qeydə alsınlar, video çəkiliş aparsınlar. 2018-ci ilin noyabr ayının 11-də oğlu Asim ona zəng edərək demişdir ki, Pərvanə barəsində Xətai RPİ-nin 37ci Polis Şöbəsinə müraciət edib ki, guya onu “You Tube”yə yerləşdiriblər. Asim demişdir ki, bununla bağlı Xətai RPİ-nin 37-ci PŞ-nə çağırılır və o demişdir ki, birlikdə getsinlər. Saat 17 radələri olardı ki, evdən çıxıb Xətai RPİ-nin 37-ci PŞ-nə gedəndə bu söhbəti Natalya da bilib öz işi ilə maraqlanmaq üçün onlarla getmişdir. Onlar Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə çatanda saat 18 radələri olardı, artıq hava qaralmışdır. Maşını şöbənin yaxınlığında saxlamaq istəyəndə Asim demişdir ki, Pərvanəgilin də maşını oradadır, buna görə Asimə demişdir ki, maşını elə yerdə saxlasın ki, üz-üzə gəlməsinlər. Bundan sonra maşını bir kənarda saxlamış və o, Asim və Natalya maşından düşüb Xətai RPİ-nin 37-ci PŞ-nə tərəf gedib əvvəlcə kənarda dayanmışlar, Pərvanəgilin harada olduğuna diqqət yetirəndə Pərvanə, anası, oğlanları Fuad və Fəridin şöbədən çıxdıqlarını görüb hər üçü yavaş-yavaş şöbəyə tərəf getmişlər. Bu zaman onların yaxınlaşdığını kənardan görüb Pərvanə və iki oğlu hücuma keçib qışqıraraq onların üstünə gəlmiş, Natalya şöbənin divarının kənarına sıxılmışdır. Pərvanənin böyük oğlu onların üstünə gəlmək istəyəndə Pərvanə və anası əvvəlcə qışqıraraq yaxınlaşmamasını istəmiş, buna baxmayaraq Pərvanənin böyük oğlu Fərid balaca qardaşına qışqırmışdır ki, “atası sənin, balası mənim”. Pərvanənin böyük oğlu Fərid Asimin üstünə gedib tullanaraq küçədə Asimi sinəsindən təpiklə vurmuş, Asim yerə yıxılmışdır. Balaca oğlu isə onun üstünə cumub yumruğu ilə gözündən möhkəm zərbə ilə vurmuş, onun sifətindən, başından, alnından, gözlərindən zərbələr endirib onu yerə yıxmışdır. Zərbədən o da yerə yıxılmışdır. Pərvanə və anası isə araya girib oğlanlarını kənara çəkmək üçün qışqırırdılar. Dava-dalaş Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin qarşısında küçədə baş vermişdir. Bu zaman Asim ayağa qalxmaq istəmiş, Natalya ona və Asimə kömək etmək istəyəndə davaya Pərvanə və anası da müdaxilə edib Natalyanın üstünə hücum etmişlər. Həmin vaxt ona ikinci dəfə zərbə vuran yenə də Pərvanənin balaca oğlu Fuad olmuşdur. Dava-dalaş zamanı Pərvanə və anası Natalyanın qışqırdığını görüb ikisi də Natalyanın saçından yapışmış, sifətinə əl atıb üz-gözünü cırmışlar. Pərvanənin balaca oğlu onun sifətindən yumruqla vurmuşdur. Yerə yıxılandan sonra yerdə də, Fuad asfaltın üzərində onun sifət və başına zərbələr endirmişdir. Pərvanəgilin yanında olmuş qadın isə heç nə etməmişdir. Onu vuran Pərvanənin kiçik oğlu Fuad, oğlu Asimi vuran isə böyük oğlu Fərid olmuşdur. Həmin vaxt oradan, küçədən tanımadığı şəxslər keçmiş, ətrafda çoxlu maşınlar, sakinlər olmuşdur. Pərvanəgil onları nalayiq söyüşlərlə söyə-söyə vurmuşlar. O, qışqıraraq kömək istəyəndə polis şöbəsindən çıxan tanımadığı iki nəfər polis əməkdaşları onlara tərəf qaçıb kənara çəkmiş və şöbəyə aparmışlar. Bundan sonra oraya təcili tibbi yardım maşını gəlmişdir. Bu hadisə küçədə baş vermiş və 5 dəqiqə davam etmişdir. Görüntü sahəsinin sağ tərəfinə düşən uzununa daş hasarın yanı ilə hərəkət edən 3 nəfər şəxsdən öndə gedən oğlu Asim, sonra gələn o, ondan sonra hərəkət edən isə qonşu Nataya İorinadır. Onlar ora gələndə maşını görüntü sahəsinin sol tərəfində, yəni 37-ci PŞ-nin girişində quraşdırılmış şlaqbaumdan sol tərəfdə, işıqforun altında saxlamışlar. Görüntüdə onlarla üz-üzə gələn, yəni 37-ci PŞ-nin girişində quraşdırılmış şlaqbaumdan sağ tərəfindən onlara doğru yaxınlaşan 5 nəfər şəxs içərisində soldan birinci, yəni görüntüyə əsasən açıq rəngli şalvar və açıq rəngli köynək geyinmiş şəxs Təqsirləndirilən şəxs1dir, ondan sağda hərəkət edən nənəsi Gülarə, ondan sağda hərəkət edən və qara rəngli paltar geyinmiş şəxs Pərvanə, ondan sonra hərəkət edən və tünd rəngli şalvarla açıq rəngli köynək geyinmiş şəxs Fuad Əliyev, ondan sonra, yəni sağda birinci hərəkət edən qadını isə tanımır və kim olduğunu bilmir. Həmin görüntüdən də görünür ki, Gülarə və Pərvanə öncə Fəridə maneçilik törədərək onlara yaxınlaşmasının və dava-dalaş etməsinin qarşısını almaq istəyirlər, lakin bu alınmır. İlk əvvəl Fərid oğlu Asimə hücum çəkib hasarın yanındakı işıq dirəyinin altında təpiklə zərbə vuraraq yerə yıxır və vurmağa başlayır. Sonra Fuad bir qədər yolun hərəkət hissəsinin içində yumruqla onun sifətindən vuraraq yerə yıxır və üstünə oturaraq yumruqla sifət və baş nahiyəsinə zərbələr vurur. Fərid oğlu Asimi işıq dirəyinin altında döyür, Fuad isə onu yolun hərəkət hissəsinin içində döyür. X46 əllə döyməyə başlayır. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəyən zərər ödənilməmiş, onlarla barışmamışdır. Şikayətçidir, onlara ağır cəza verilməsini məhkəmədən xahiş edir. Verilən suallara cavab olaraq, hazırda barışıq olmadığını, mübahisədən əvvəl tikintinin dayandırılması ilə bağlı dəfələrlə aidiyyəti qurumları müraciətlər olunduğunu, polis əməkdaşlarının yanında Natalyanın döyüldüyünü, onların tikintiyə müdaxilə etmədiklərini, Təqsirləndirilən şəxs2 şifahi formada tikinti aparmasının qanunsuz olduğunu dediyini, evi ilə tikinti arasında təxminən 50 metr məsafə olduğunu, həmin butkanın uzun illərdir orada olduğunu, yanındakı kişi salonunun heç bir narahatçılıq törətmədiyini, tikinti aparılmasını videoya çəkməkdən başqa əllərindən nəsə gəlmədiyini, oğlu Asimin “Youtube” kanalına video qoymadığını, Pərvanənin Natalyanı yumruqla sinəsindən vurduğunu, Natalyanın yıxıldığını görmədiyini, 37-ci PŞ-nə oğlu Asimin “Youtube” kanalına video qoyması məlumatına əsasən çağırıldığını, oradakı davanın təxminən 2 dəqiqə çəkdiyini, kameraların işlədiyini, dava zamanı Pərvanə və oğullarının onları döydüyünü, Pərvanənin və anasının Natalyanı döydüyünü bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onunla üzbəüz binada birinci mərtəbədə yaşayır, binaların həyəti eynidir, qarşısında ümumi bir meydança vardır. Yaşadıqları binanın həyətində boş sahə vardır ki, bir neçə tikili, o cümlədən bir ədəd dəmir köşk yerləşir. Həyətdə bina sakinləri oturur, uşaqlar oynayır, böyüklər çıxıb gəzişirlər. Həyətdə gedən tikililərlə bağlı darısqallıq yaranmışdır. Odur ki, qonşular aparılan qanunsuz tikililərlə bağlı rayon icra hakimiyyətinə müraciət etmişlər. Son dövrlərdə gedən tikililərlə bağlı onlara bəlli olmuşdur ki, dəmir köşkün yerinə Təqsirləndirilən şəxs2 adlı bir qadın tərəfindən gözəllik salonu tikilir. Bununla bağlı rayon icra hakimiyyətinə müraciət etmişlər, nümayəndələri və polis Pərvanəyə tikinti aparmağa icazə verməyəndə 2018-ci ilin avqust ayında Pərvanə onlara təziqlər etməyə başlamış, onsuz da tikintini davam etdirəcəyini bildirmişdir. Onların rayon icra hakimiyyətinə müraciətindən sonra həmin dəmir köşkün mişar daşı ilə əvəz olunmasının qarşısı alınmışdır. 2018-ci ilin avqust ayının sonlarından, sentyabr ayının əvvəllərindən etibarən onların mübahisələri başlamışdır. 2018-ci ilin sentyabr ayının 8-də artıq bu kimi mübahisələr dava dalaşlara çevrilmişdir. Birinci dəfə 2018-ci ilin sentyabr ayının 08-də Pərvanə qonşularla dalaşmış və qonşular Xətai RPİ-nə müraciət etmişlər. Həmin dava-dalaş Pərvanə ilə Natalya arasında olmuşdur. Belə ki, 08 sentyabr 2018-ci ildə saat 11:30 radələrində yaşadığı həyətdə olduğu zaman X16 onların həyətində yerləşən sahədə özbaşına qanunsuz tikinti aparmaq istədiyi üçün Natalya ilə aralarında münaqişə yaranmış, bu zaman Pərvanə qonşuların yanında və şahidliyi ilə həyətin ortasında təhlükəsizlik kamerasının altında sağ əli ilə Natalyanı sinəsindən zərbə ilə vurmuş, Natalya xasarət almışdır. Bundan sonra, 2018-ci ilin sentyabr ayının 26-da yenidən Pərvanə öz yaxınları ilə birlikdə həyətə gəlib yenə tikinti aparmaq istəyəndə orada yenə dava-dalaş salmışdır. Bununla bağlı da onlar yenə Xətai RPİ-nə müraciət etmişlər. Belə ki, 26 sentyabr 2018-ci il tarixdə saat 17 radələrində yaşadıqları evin həyətində qonşu Natalya ilə Pərvanə arasında qanunsuz tikinti ilə bağlı yaranmış münaqişə zamanı Pərvanə qonşuların yanında və şahidliyi ilə nalayiq ifadələr işlədib ayağı ilə Şahid1 zərbə vurmuş, sonra Natalyanın üzərinə cumub əlindən Samsung markalı mobil telefonunu zorla alıb həmin telefonla Natalyanın sifətinin üst çənəsinin sol hissəsinə zərbə vurmuş, Natalyanın dişi sınmış və dodağı iç tərəfdən zədələnmişdir. X39 barmağını qatlamış, Natalyanın barmağına xəsarət yetirilmişdir. Bundan sonra Pərvanə Natayanı itələmiş, Natalya həmin vaxt orada olan qonşu X6 üzərinə yıxılmış və xəsarətlər almışdır. Pərvanə zorla aldığı mobil telefonu yerə çırpmış, ayaqları ilə telefonu tapdalamış, yerdən daş parçası götürüb telefonun üzərinə çırpıb tam yararsız vəziyyətə salmışdır. Bundan sonra, yerdə sındırdığı telefonun batareykasını yerdən götürüb qonşu olan X1 sifətinə çırpmışdır. Batareyka Marinanın alın nahiyəsinə dəymiş və xəsarət almışdır. Bundan sonra, qonşu Əzizə telefonu yerdən götürüb Natalyaya vermiş, Natalya telefona baxdığı zaman onların səsinə arxaya çevrilərkən Pərvanə arxadan yenə də vurmaq üçün üzərinə gəldiyini görmüşdür. X32 sakitləşdirmək istəyəndə Pərvanə əlində olan öz telefonu ilə X11 alın hissəsinə vuraraq sol qaş qövsü nahiyəsinə sıyrıq xəsarəti yetirmişdir. Həmin vaxt orada olan Pərvanənin anası da Vyaçeslavın üzərinə gəlmiş və əli ilə vurmuşdur. Həmin hadisə də ictimai yerdə sakinlərin gözü qarşısında baş vermişdir. Pərvanənin nalayiq danışıqlarının, söyüşlərinin dözülməz həddə çatdığını görüb qərara almışlar ki, hərəkətlərini qeydə alsınlar, video çəkiliş aparsınlar. 2018-ci ilin noyabr ayının 11-də o, evdə olan vaxt zəng gəlmiş, zəng edən onu Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə dəvət etmiş və bildirmişdir ki, Pərvanə ondan şikayət edib ki, guya o, Pərvanəni “You Tube”yə yerləşdirmişdir. O, atası Rasimə zəng edib polisə çağırıldığını demiş, atası birlikdə gedəcəklərini demişdir. Hər ikisi birlikdə təxminən saat 17 radələrində evdən çıxıb Xətai RPİ-nin 37-ci PŞ-nə getmişlər. Bu söhbəti Natalya da bilib onlarla getmək istəmiş, demişdir ki, öz işi ilə maraqlanar. Onlar Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə çatanda saat 18 radələri olmuş, artıq hava qaralmışdır. Maşını şöbənin yaxınlığında saxlamaq istəyəndə Pərvanəgilin maşınını görmüş və bu barədə atasıgilə demişdir. Həmin vaxtı maşında da kimsə olmuşdur. Atasıgil demişdir ki, maşını elə yerdə saxlasın ki, üz-üzə gəlməsinlər. Bundan sonra maşını bir kənarda saxlamışdır. O, atası Rasim və qonşu Natalya maşından düşüb Xətai RPİ-nin 37-ci PŞ-nə tərəf getmişlər. Əvvəlcə kənarda dayanıb Pərvanəgilin harada olduğuna diqqət yetirmişlər. Həmin vaxt Pərvanə, anası, iki oğlu şöbədən çıxmışlar. Bunu görüb o, atası Rasim və Natalya yavaş-yavaş şöbəyə tərəf gedəndə onların yaxınlaşdığını kənardan görüb Pərvanə və iki oğlu hücuma keçib qışqıraraq onların üstünə gəlmişlər. Natalya şöbənin divarının kənarına sıxılmışdır. Pərvanənin böyük oğlu onların üstünə gəlmək istəyəndə Pərvanə və anası, əvvəlcə qışqırmışlar ki, yaxınlaşmasın. Amma buna baxmayaraq, Pərvanənin böyük oğlu balaca qardaşına qışqırmışdır ki, “atası sənin, balası mənim”. Pərvanənin böyük oğlu onun üstünə gəlib üzərinə tullanaraq küçədə onun sinəsindən təpiklə vurmuşdur. Balaca oğlu isə atası Rasimin üstünə cumub yumruğu ilə atasının gözündən möhkəm zərbə ilə vurmuş, atasının sifətindən, başından, alnından, gözlərindən zərbələr endirib yerə yıxmışdır. Atasına kömək etmək istəsə də bu mümkün olmamışdır. Pərvanənin böyük oğlu onun üstünə atılıb əli və ayağı ilə onun sinəsindən vurub yerə yıxmışdır. Pərvanə və anası isə araya girib oğlanlarını kənara çəkmək üçün qışqırırdılar. Dava-dalaş Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin qarşısında, küçədə baş vermişdir. O, yerdən qalxmaq istəyəndə Pərvanənin böyük oğlu onu yenə vurmuşdur. Dava-dalaş zamanı Pərvanə və anası Natalyanın qışqırdığını görüb ikisi də Natalyanın üstünə hücum edib əlləri ilə saçından yapışıb sifətinə əl atıb üz gözünü cırmışlar. Yerə yıxılandan sonra yerdə də, asfaltın üzərində Fuad onun atasına, Fərid isə ona zərbələr endirmişdir. Pərvanə və anasının yanında olan digər qadın isə heç nə etməmişdir. Davadalaş zamanı küçədən tanımadığı şəxslər keçir, ətrafda çoxlu maşınlar, sakinlər olmuşdur. Pərvanəgil onları nalayiq söyüşlərlə söyə-söyə vururdular. O, qışqıraraq kömək istəmiş, bu zaman polis şöbəsindən çıxan tanımadığı iki nəfər polis əməkdaşları onlara tərəf qaçıb kənara çəkmiş və şöbəyə aparmışlar. Bundan sonra oraya təcili tibbi yardım maşını gəlmişdir. 11 noyabr 2018-ci il tarixdə onu vuran, xəsarətlər yetirən və söyüb təhqir edən Pərvanənin böyük oğlu Fərid olmuşdur. Hadisə 5 dəqiqə davam etmişdir. 11.11.2018-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin inzibati binasının qarşısında baş vermiş hadisənin video görüntüləri vardır. Görüntü sahəsinin sağ tərəfinə düşən uzununa daş hasarın yanı ilə hərəkət edən 3 nəfər şəxsdən öndə gedən o, sonra atası Rasim, ondan sonra hərəkət edən isə Nataya İorinadır. Qeyd etdiyi kimi, o maşını görüntü sahəsinin sol tərəfində, yəni 37-ci PŞ-nin girişində quraşdırılmış şlaqbaumdan sol tərəfdə, işıqforun altında saxlamışdır. Onlarla üz-üzə gələn, yəni 37-ci PŞ-nin girişində quraşdırılmış şlaqbaumdan sağ tərəfindən onlara doğru yaxınlaşan 5 nəfər şəxs içərisində soldan birinci, yəni görüntüyə əsasən açıq rəngli şalvar və açıq rəngli köynək geyinmiş şəxs Təqsirləndirilən şəxs1dir, ondan sağda hərəkət edən nənəsi Gülarə, ondan sağda hərəkət edən və qara rəngli paltar geyinmiş şəxs isə Pərvanədir. Həmin görüntüdən də görünür ki, Gülarə və Pərvanə öncə Fəridə maneçilik törədərək onlara yaxınlaşmasının və dava-dalaş etməsinin qarşısını almaq istəyirlər. Həmin 5 nəfər şəxs içərisində soldan 4-cü hərəkət edən və tünd rəngli şalvarla açıq rəngli köynək geyinmiş şəxs Fuad Əliyevdir, ondan sağda hərəkət edən qadını isə o, tanımır və kim olduğunu bilmir. İlk əvvəl Fərid ona hücum çəkib hasarın yanındakı işıq dirəyinin altında ona təpiklə zərbə vuraraq yerə yıxır və vurmağa başlayır. Sonra Fuad bir qədər yolun hərəkət hissəsinin içində yumruqla atasının sifətindən vuraraq onu yerə yıxır və üstünə oturaraq əli ilə sifət və baş nahiyəsinə zərbələr vurur. Fərid onu işıq dirəyinin altında döyür, Fuad isə atasını yolun hərəkət hissəsinin içində döyür. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəyən zərər ödənilməmiş, onlarla barışmamışdır. Şikayətçidir, onlara ağır cəza verilməsini məhkəmədən xahiş edir. Verilən suallara cavab olaraq, 37-ci PŞ-nin qarşısında Fəridin onu vurduğunu, yerə yıxıldığını, yerdə də onu vurduqlarını, şikayət ərizəsini geri götürməsi üçün Pərvanənin onlara təzyiqlər etdiyini, 08 sentyabrda evdə olduğunu, qonşuların səsinə çölə çıxdığını, Təqsirləndirilən şəxs2 onları təhqir etdiyini, qonşuların polis çağırdığını, qonşuların tikintiyə etiraz etdiyini, təxminən 30-40 nəfər qonşunun oraya toplaşdığını, həmin vaxt Pərvanənin Natalyanı və Vyaçeslavı vurduğunu, hüquq mühafizə orqanlarına tikinti ilə bağlı müraciət etdiklərini, tikintiyə özlərinin müdaxilə etmədiklərini, şifahi formada fəhlələrə etiraz etdiklərini, fəhlələrin Pərvanəni oraya çağırdıqlarını, Pərvanənin hər kəsi təhqir etdiyini, heç kimdən qorxmadığını bildirdiyini, telefonla çəkiliş etdiyini, Pərvanəni deyil həyətdə baş verənləri çəkdiyini, Pərvanənin əli ilə və telefonla Natalyanı dodağından, sinəsindən vurduğunu, Natalyanın özünü müdafiə edə bilmədiyini, Natalyanın Pərvanəni vurmadığını, 37-ci PŞ-nin qarşısındaki davanın təxminən 2-3 dəqiqə, maksimum 5 dəqiqə davam etdiyini, orada Pərvanə və oğullarının onları döydüyünü, Natalyanın xəsarətləri barədə danışılanda eşitdiyini, 26-sı baş verən hadisə zamanı çəkiliş etmədiyini, “YouTube”yə hər hansı video yerləşdirmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, həyətlərində dəmir butka olmuş, iki nəfər şəxs gələrək orada tikinti aparmaq istəmiş, həmin şəxslərə sakinlərin tikintiyə etiraz edəcəklərini demişdir. Sonra Pərvanə adlı xanım gəlmiş, oranı 6000 manata aldığını bildirmiş və tikinti işləri aparacağını demişdir. Təxminən 68 qonşu tikilinin aparılmasına etiraz etmiş və bu barədə müraciət ünvanlamışlar. 08 sentyabr 2018ci ildə yaşadığı həyətdə olduğu zaman X16 həyətdə yerləşən sahədə qanunsuz olaraq tikinti tikmək istədiyi üçün qonşular etiraz etmiş, Pərvanə səs-küy yaratmış, bütün qonşuların ünvanına söyüşlər söymüş, polisə zəng edərək bu barədə məlumat verilmişdir. Münaqişə zamanı Pərvanə qonşuların yanında və şahidliyi ilə həyətin ortasında sağ əli ilə Natalyanın sinəsinə zərbə vurmuş, bu zaman Natalya xasarət almışdır. Həmin hadisə binanın qarışında ora toplaşmış insanların gözü qarşısında baş vermişdir. 26 sentyabr 2018-ci il tarixdə saat təxminən 17 radələrində həyətdə qonşu Natalya ilə aralarında yenə də Pərvanənin qanunsuz olaraq tikmək istədiyi gözəllik salonunun tikintisi ilə bağlı yaranmış münaqişədə Pərvanə qonşuların yanında və şahidlikləri ilə nalayiq ifadələr işlədib ayağı ilə onun sağ ayağına zərbə vurmuşdur. O, həmin zərbələrdən xəsarət almamışdır. Bununla bağlı şikayəti və ya tələbi yoxdur. Pərvanə Natalyanın üzərinə cumub əlindən Samsung markalı mobil telefonunu zorla almış, həmin telefonla Natalyanın sifətinin çənə hissəsinə bir zərbə vurmuşdur. Həmin zərbədən Natalyanın dişi qopmuş və dodağı iç tərəfdən yaralanmışdır. Bundan X39 barmağını arxaya qatlamış, bu zaman Natalyanın barmağına xəsarət yetirilmiş, daha sonra Natayanı itələmiş, bu zaman Natalya həmin vaxt orada olan qonşu X6 üzərinə yıxılmış və xəsarətlər almışdır. Pərvanə zorla aldığı mobil telefonu yerə çırpmış, ayaqları ilə telefonu tapdalamış, yerdən daş parçası götürüb telefonun üzərinə çırpıb tam yararsız vəziyyətə salmışdır. Bundan sonra yerdə sındırdığı telefonun batareykasını yerdən götürüb qonşu Marina Talışinskayanın sifətinə çırpmış, batareyka Marinanın alın nahiyəsinə dəymiş və xəsarət almışdır. Sonra qonşu Əzizə telefonu yerdən götürüb Natalyaya vermiş, Natalya telefona baxdığı zaman onların səsinə arxaya çevrildiyi zaman Pərvanə arxadan yenə də vurmaq üçün üzərinə gəldiyini görmüş, Pərvanə yaxınlaşanda əlində olan öz telefonu ilə atası X11 alın hissəsinə vuraraq ona da xəsarəti yetirmişdir. Həmin vaxt orada olan Pərvanənin anası da Vyaçeslavın üzərinə gəlmiş və əli ilə vurmuşdur. Verilən suallara cavab olaraq, Pərvanə birinci davada Natalyanı sinəsindən əli ilə vurduğunu, ikinci davada sillə və yumruqla, həmçinin telefonla sinəsindən və dodağından vurduğunu, Natalyanın üzündə qan olduğunu, həmçinin Pərvanənin və anasının Vyaçislavı da vurduğunu, onun da üzündə qan olduğunu, Natalyanın Pərvanəni telefonla çəkmədiyini və vurmadığını, Pərvanənin hər kəsi təhqir etdiyini, birinci davada Pərvanənin tək, ikinci davada anası ilə birlikdə olduğunu, 8-i baş verən hadisədə xeyli qonşular olduğunu, polis əməkdaşlarının olduğunu, Pərvanənin Natalyaya neçə zərbə vurduğunu, sağ və ya sol əli vurduğunu dəqiq xatırlamadığını, Pərvanənin səbəbsiz yerə onları təhqir etdiyini, Pərvanədən əvvəldə orada tikinti olanda etiraz etdiklərini, Natalyanın xəsarətlərini anasının gördüynü və ona dediyini, Biriliyant xanımın hadisə baş verən zaman orada olduğunu, 26sı günü çəkiliş aparıldığını görmədiyini, Firuzə, Solmaz, Əhməd adlı qonşuların orada olmadığını, Pərvanənin ona təzyiq etmədiyini, tikintiyə hər kəsin etiraz etdiyini, mübahisənin 5-10 dəqiqə çəkdiyini, orada əvvəllər tikilmiş obyektlərin olduğunu, lakin Pərvanənin tikilisinin qonşuları narahat etdiyini, Xətai polisində veridiyi ifadəsinin düzgün olduğunu, Pərvanənin barışıq üçün ona zəng vurduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, həyətlərində dəmir butka olmuş, Pərvanə xanım orada tikinti aparmaq istəmiş, sakinlər tikintiyə etiraz edəcəklərini demişdir. Qonşular tikilinin aparılmasına etiraz etmiş və bu barədə müraciət ünvanlamışlar. 08 sentyabr 2018-ci ildə Pərvanə xanım tikinti aparmaq üçün həyətə tikinti materialları tökmüş, qonşular buna etiraz etmiş, Pərvanə isə tikəcəyini demişdir. Polis əməkdaşı Şahin adlı şəxs orada olmuş, Pərvanəyə qonşuların tikintiyə etiraz etdiklərini demiş, Pərvanə isə butkanı 6000 manata aldığını, heç kimin ona mane ola bilməyəcəyini demişdir. Pərvanə ora toplaşmış sakinləri təhqir etmiş, həmçinin onun yoldaşını da söymüş, Natalyanı söyərək üstünə hücm çəkmiş, Natalyanın sinəsinə yumruq vurmuş, sonradan Natalyanın sinəsinin göyərdiyini görmüşdür. Pərvanə ikinci dəfə Natalyanı vurmaq istəmiş, polis əməkdaşları imkan verməmişlər. 26-sı qonşularla birlikdə tikintiyə etiraz üçün Prezident Aparatına getmişlər, oradan tikintini çəkmələrini demişlər. Həmin gün icra hakimiyyətinin nümayəndələri və polislər də həyətlərində olmuş, Pərvanə yenə də söyüşlər söyməyə başlamış, su butulkasını Natalyaya atmış, Çingizi təpiklə vurmuş, benzin gətirərək butkaya girmiş və özünü yandıracağını demişdir. Natalya telefona baxan zaman Pərvanə onun üzərinə hücm etmiş, telefonu zorla əlindən almış, telefonla Natalyanın ağız nahiyəsindən vurmuş, Natalyanı itələmiş, Natalya setkanın yanında olan kişiyə dəymiş, Pərvanə Natalyanın telefonunu yerə vuraraq sındırmış, telefonun batarekasını isə daşla sındırmışdır. Sonra telefonun batarekasını atmış, həmin batareka qonşuları Marinaya dəymişdir. Pərvanə Natalyanı yenidən vurmaq istəyəndə Vyaçeslav qarşısına keçmiş, Pərvanə telefonla Vyaçeslavı da vurmuşdur. Verilən suallara cavab olaraq, Firuzə, Solmaz, Əhməd adlı qonşuların dava zamanı orada olmadığını, Pərvanənin ərinə zəng edərək qıraqda dayanmasını, oğullarını Ədliyyə Nazirliyinə işə düzəltmək istədiyini, şikayət etmələrini dediyini, Pərvanədən əvvəl həmin butkada tikinti aparılmadığını, tikintiyə və ustalara heç kimin fiziki müdaxilə etmədiyini, sadəcə sözlə etiraz edildiyini, 26-sı olan mübahisə təxminən saat 5 radələrində olduğunu, ilk olaraq Pərvanənin onları təhqir etdiyini, Natalyanın Pərvanəni vurmadığını, Pərvanəni polis Natiqin bir təhər Natalyadan ayırdığını, ayın 8-i ətrafda təxminən 10-12 nəfər adamın olduğunu, başqa tikililərin onlara aidiyyətinin olmadığından həmin tikililərə etiraz etmədiklərini, 102 xidmətinə zəng etdiklərini və icra hakimiyyətinə şikayət etdiklərini, 26-sı olan mübahisədə Pərvanə və anasının olduğunu, Natalyanın çəkiliş apardığını görmədiyini, 26-sı fiziki davanın 5-6 dəqiqə çəkdiyini, Pərvanənin özünü şəhid bacısı kimi bildirdiyini, Pərvanənin güya Natalyanın polis Şahinlə gəzdiyini, tikintini qonşulardan heç kimin istəmədiyini, X40 adlı şəxsin tikintini çəkmələrini onlara dediyini, 8-i davanın 4-5 dəqiqə çəkdiyini, butkanın içəridən tikildiyini, Biriliyant xanımın hadisə baş verən zaman orada olduğunu, 8-i Pərvanənin Natalyanın sinəsinin sağ hissəsindən vurduğunu, xəsarət izini gördüyünü və xəsarətin göyərdiyini, xəsarətin elmi adını müstəntiqdən soruşduğunu, sonuncunun dediyini, bu səbəbdən ifadəsində qeyd edilən şəkildə yazdığını, ekspert rəyində yazılanları Natalya da ona dediyini, hadisənin gözünün qarşısında baş verdiyini, Natalyanın qolbağının itdiyini və onu axtardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, Pərvanə adlı şəxs həyətlərində olan butkada tikinti aparmaq istəmiş, sakinlər tikintiyə etiraz edəcəklərini demişdir. Qonşular tikilinin aparılmasına etiraz etmiş və bu barədə müraciət ünvanlamışlar. 08 sentyabr 2018-ci ildə Pərvanə xanım tikinti aparmaq üçün həyətə tikinti materialları tökmüş, qonşular buna etiraz etmiş, Pərvanə isə tikəcəyini demişdir. Pərvanə ora toplaşmış sakinləri təhqir etmiş, Natalyanı söyərək üstünə hücm çəkmiş, Natalyanın sinəsinə yumruq vurmuşdur. 26-sı qonşularla tikintiyə etiraz üçün Prezident Aparatına getmiş, oradan tikintini çəkmələrini demişlər. Həmin gün icra hakimiyyətinin nümayəndələri və polislər də həyətlərində olmuş, Pərvanə yenə də söyüşlər söyməyə başlamışdır. Natalya telefona baxan zaman Pərvanə onun üzərinə hücum etmiş, telefonu əlindən almış, telefonla Natalyanın ağız nahiyəsindən vurmuş, Natalyanı itələmiş, Natalya setkanın yanında olan kişiyə dəymiş, Pərvanə Natalyanın telefonunu yerə vuraraq sındırmış, telefonun batareykasını isə daşla sındırmışdır. 11 noyabrda oğlu 37-ci PŞ-nə çağırılmış, oğlu, atası və Natalya ilə birlikdə getmiş, 37-ci PŞ-nin qarşısında Pərvanənin böyük oğlu balaca qardaşına qışqırmışdır ki, “atası sənin, balası mənim”. Pərvanə, anası və oğulları orada oğlunu, ərini və Natalyanı döymüş, bu barədə ona telefonla demiş, Rasimin vəziyyəti pis olduğundan semaşkaya aparmışlar. Orada Rasimin qalıb müalicə olunmalı olduğunu desələr də, Rasim özü qalmaq istəməmişdir. Verilən suallara cavab olaraq, tikinti ilə bağlı müxtəlif orqanlara şikayət etdiklərini, tikintiyə və ustalara heç kimin fiziki müdaxilə etmədiyini, sadəcə sözlə etiraz edildiyini, 8-i günü hadisə yerinə təxminən 10-12 nəfər qonşu yığıldığını, həmin gün ora bir az gec çıxdığını, davanı gördüyünü, davanın təxminən bir neçə dəqiqə davam etdiyini, Pərvanənin Natalyaya əxlaqsız sözlər dediyini, 26-sı baş verən hadisədə də orada olduğunu, Pərvanə Natalyanın telefonunu zorla alaraq yerə vuraraq sındırdığını, telefonun batarekasını isə daşla sındırdığını, telefonun batarekasını atdığını, həmin batarekanın qonşuları Marinaya dəydiyini, Pərvanə Natalyanı yenidən vurmaq istəyəndə Vyaçeslavın qarşısına keçdiyini, Pərvanənin Vyaçeslavı da vurduğunu, Pərvanənin onun iş yerinə gəldiyini, barışmaq istədiyini bildirdiyini, Vaqif Əsədov adlı şəxsin gəldiyini və onları barışdırmaq istədiyini, məqsədlərinin tikintini dayandırmaq olduğunu, 102 xidmətinə zəng etdiklərini və icra hakimiyyətinə şikayət etdiklərini, əvvəllər Pərvanəni tanımadığını, Natalyanın çəkiliş apardığını görmədiyini, Natalyanın Pərvanəni vurmadığını, səhv etmirsə Pərvanənin sağ əli ilə Natalyanın sinəsinə vurduğunu, hadisədən iki ildən çox keçdiyindən bəzi xırdalıqları unutduğunu, Pərvanənin Natalyanı vurduğunu birbaşa gördüyünü, səhv etmirsə 8-i həftənin 6-cı günü, 26-sı isə iş günü olduğunu, işdən adətən saat 6-da çıxdığını, kollektiv müraciətə imza etdiyini, tikintinin onların və uşaqların istirahətinə mane olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, hadisə 3-4 il bundan qabaq baş verdiyindən və koronavirusa yoluxduğundan hadisənin çox hissəsini unutmuşdur. Verilən suallara cavab olaraq istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, Natalyanın və digərilərinin ona təsir etmədiyini, məktəbi Azərbaycan dilində oxuduğunu, Azərbaycan dilində sərbəst yazıb-oxuduğunu, istintaq zamanı ifadəsini oxuyub imza etdiyini, ifadəsi alınarkən səhv etmirsə tərcüməçinin olduğunu və onu dinlədiyini, hadisə olanda orada olduğunu, dava olduğunu və qonşuların orada olduğunu, kimin-kimi vurduğunu xatırlamadığını, Fuad və Fəridin orada olduğunu xatırlamadığını, qışqırıq və səs-küy eşitdiyini, orada xeyli adamların olduğunu və onların bir-biri ilə dalaşdığını, davaya çox da yaxın olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 66 saylı MKİSnin rəisidir, Pərvanə və Natalya xanım onun sakinləridir. Pərvanə kimdənsə dəmir butka almış və orada tikinti işəri aparmaq istəmiş, Natalya və digər qonşular buna etiraz etmişdir. O, polis əməkdaşları, icra hakimiyyətinin nümayəndələri oraya getmiş, butkada olan tikinti sökülmüş, hazırda da butka həmin vəziyyətdə qalmaqdadır. Verilən suallara cavab olaraq orada sözlə dava olduğunu, başqa heç nə görmədiyini, Natalyanın tikinti ilə bağlı müxtəlif orqanlara şikayət etdiyini, həmin ərazidə bir dəfə olduğunu, rayon icra hakimiyyətinin göstərişi ilə tikilinin söküldüyünü, söküntü zamanı sözlə mübahisə olduğunu, zərərçəkmiş şəxslərdən ancaq Natalyanı tanıdığını, təqsirləndirilən şəxsin söyüş söyməsi barədə eşitmədiyini, butkanın orada 40 il olar ki, olduğunu, tikintinin butkanın içərisindən olduğunu, həmin tikintinin heç nəyə mane olmadığını, butkanın Pərvanəyə satıldığını və ya hədiyyə olunduğunu, Natalyanın yaşadığı evlə butka arasında təxminən 30 metr məsafə olduğunu, davanın dəqiq hansı tarixdə olmasını xatırlamadığını, icra başçısının təxminən saat 2-də ora gəldiyini, söküntünün saat 4-5-də aparıldığını, söküntü zamanı ətrafda adamların çox olduğunu, fikrinə görə adamlar çox olduğundan davaya imkan verilə bilmədiyini, saat 6, 7-nin yarısına kimi tərəflərin orada olduğunu, söküntüdən sonra oradan getdiyini, toplanan insanların içərisində ola bilər ki, kiminsə kimi vurduğunu, amma bunu görmədiyini, Briliyant xanımı tanımadığını, Natalyanın Pərvanəni telefonla çəkdiyini görmədiyini, Natalya ilə Pərvanə arasında qarşılıqlı sözlə mübahisə olduğunu, Natalya ilə Pərvanə arasında dava olması barədə onlara hər hansı məlumat daxil olmadığını, söküntünün 1-2 saat davam etdiyini, Natalyanı və Pərvanəni hadisə zamanı izləmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci PŞ-nin polis sahə rəisi polis mayoru Şahid6 bildirmişdir ki, hadisənin tarixi dəqiq yadında deyil, həmin vaxt əməliyyat qrupunun rəhbəri olmuşdur. 37-ci PŞ-nin qarşısında Təqsirləndirilən şəxs2 kiçik oğlu Fuadın sudurqası tutmuş, onun üzündə, gözündə xəsarət olmuşdur. Verilən suallara cavab olaraq, zərər çəkmiş şəxslərdə xəsarət görmədiyini, hadisə zamanı Rasimin, Asimin və Natalyanın orada olduğunu, təhqiqatçının kamera görüntülərinə baxdığını, əməkdaşlardan eşitdiyinə görə uşağın anasına söydükləri üçün mübahisə baş veridiyini dediyini, müşahidə kamerasının səs yazmadığını, 08-26 sentyabr tarixlərində hadisə yerində olmadığını, Fuadın şöbədə vəziyətinin pis olduğunu, güclə danışdığını, Natalya və digər şəxslərin onu döydüyünü dediyini, Fuada yardım edəndə Pərvanənin orada olmadığını, sonradan gəldiyini, Pərvanənin digər oğlunu orada görmədiyini, gələndə Fuadın artıq növbətçi hissədə olduğunu, Asim və Rasimin bölmənin çölündə olduğunu, Natalyanın sonradan gəlib xəsarəti olduğunu dediyini, ancaq hər hansı xəsarət görmədiyini, Pərvanə ilə bacarmadığını demədiyini, Fəridin yerə yıxıldığını, ona görə həkim çağırıldığını, Fəridin növbətçi otaqda yıxıldığını, barmaqlığın arxasında deyil otaqda oturduğunu, Fuadın orada olmadığını, Asimi və Rasimi tutmadıqlarını, çünki araşdırma getdiyini, araşdırmanı təhqiqatçının etdiyini, şöbədə kameraların olduğunu və işlədiyini, həkimi məsul növbətçinin çağırdığını, təcili tibbi yardımın Natalya, Asim və Rasimə kömək etdiklərini görmədiyini, Fəridin qaçmasını görmədiyini, Asim və Rasimdə hər hansı xəsarət görmədiyini, Əkbərdən başqa Emin Abbasov və digər 4-cü polis əməkdaşının olduğunu, Əkbərin ona qarşılıqlı mübahisə olmasını dediyini, əvvəl verdiyi ifadəsini oxumadan imza etdiyini, tərəflərin şöbədə izahat verib-vermədiklərini görmədiyini, zərərçəkmişləri və digərlərini maşınla yola salmadığını, zərərçəkmişlər getdikdən sonra Fərid, Pərvanə və onun anası Gülərin şöbədə qaldığını, sonra onları Bakı şəhəri Baş Polis İdarəsinə dəvət etdiklərini, Rasimin, Asimin və Natalyanın orada olduğunu və onları şöbəyə dəvət etdiklərini, Şahid7 ərizə yazmaqlarını təklif etdiyini, zərərçəkmişlərin ərizə yazmaqdan imtina etdiklərini, məhkəmədə verdiyi ifadənin həqiqəti əks etdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı polis mayoru Şahid7 bildirmişdir ki, hadisənin tarixi dəqiq yadında deyildir. Təqsirləndirilən şəxs2 102 xidmətinə zəng edib “Yutube”-ya video yerləşdirilməsi barədə şikayət etmiş, bununla bağlı Pərvanə və oğlanları dəvət edilib ərizələr alınmışdır. Onların zərərçəkmiş şəxslərlə harada qarşılaşmasını və baş vermiş hadisəni görməmişdir. Verilən suallara cavab olaraq, Pərvanənin oğlunun halının pis olduğunu, təcili tibbi yardım gəldiyini, bundan sonra şöbədən getdiyini və nə baş veridyini maraqlanmadığını, bayırda nə olması barədə ona məlumat verilmədiyini, Pərvanənin ərizəsini aldığını, oğlunun ərizəsini almadığını, sonra qarşı tərəfi çağırdığını, Pərvanə və oğlunda xəsarət görmədiyini, videogörüntüləri izləmədiyini, ərizənin daxil olduğu günü xatırlamadığını, səhv etmirsə hadisə günü daxil olduğunu, Asimi Pərvanənin verdiyi nömrə əsasında yığdığını, Pərvanənin ona konkret sübut təqdim etmədiyini, Asimin 15 dəqiqəyə gələcəyini dediyini, Pərvanəni qəbul etdiyini, başqa heç kimi qəbul etmədiyini, Pərvanənin oğlu Fuadı növbətçi hissədə gördüyünü, ondan başqa Pərvanənin anasının orada olduğunu, başqa heç kimi görmədiyini, şöbəyə ancaq Asimi çağırdığını, kimi-kimin vurduğunu görmədiyini, Natalyanın sifətində qan olmasını xatırlamadığını, təcili tibbi yardımın onun otağına gəlmədiyini, hadisədən bir neçə saat sonra Bakı şəhəri Baş Polis İdarəsinə getdiyini, orada Natalya və Rasimi gördüyünü, polis əməkdaşı Bərxudarın da orada olduğunu, kameraların işləyib-işləmədiyini bilmədiyini, Natalyanı ərizə yazmağa dəvət etdiyini, lakin sonuncunun 37-ci PŞ-nə ərizə yazmayacağını dediyini, Natalyanın üzərində qan ləkəsi, nəzərəçarpaçaq bir şey görmədiyini, Fuadın növbətçi hissənin qarşısında oturduğunu və qusduğunu, Bakı şəhəri Baş Polis İdarəsində Rasimin üzərində nəzərəçarpaçaq bir şey görmədiyini, Natalyanı videoya görə şöbəyə dəvət etmədiyini, Pərvanənin neçə dəfə yanında olmasından xəbərinin olmadığını, Pərvanə video silinməsə özünü yandıracağını dediyini, videonun silinməsindən xəbərinin olmadığını, zərərçəkmiş şəxslərdə ola bilər ki, xəsarət olmuş, lakin qan izi və açıq görsənən xəsarət görmədiyini, Fəridin şöbədən qaçmasını görmədiyini, istintaq zamanı bu barədə demədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2018-ci ilin yaz-yay aylarında tanışı Natiq adlı şəxsdən ünvan 6 ünvanın qarşısında, həyətində olan, sahəsi 12 kv. metr təşkil edən köhnə dəmir köşkü 6000 manata almışdır. Həmin köşk orada 22 ildir ki, olmuşdur. 2018-ci ilin sentyabr ayında həmin köşkdə təmir işlərinə başlamışdır. Köşkün təmiri ətrafda yaşayan bir neçə sakinin etirazına səbəb olmuş, halbuki təmir işləri ətrafda yaşayan sakinlərə heç bir narahatçılıq törətməmişdir. Sonradan ona məlum olmuşdur ki, bir neçə şəxs birləşib ona qarşı qərəzli hərəkət edirlər. Orada yaşayan bəzi qonşular ona Natalya adlı qadının həmin köşkü işlətməsinə imkan verməyəcəyini demişlər. Onun köşkünə yaxın Sevgilim kafesi var və Natalya həmin kafenin müdiri ilə birləşib orada iş görmək istəyən şəxslərdən pul almışlar. Ona Natalya və Ramil adlı şəxslərlə danışmaq lazım olduğunu demişlər. Bu səbəbdən Natalyanın evinə getmiş, qapını döymüş, atası Vyaçislav çıxmış, sonra Natalya gəlmiş, sonuncuya köşkü gözəllik salonu kimi təmir edib işlətmək istədiyini, bu işə onun baxdığını demişdir. Natalya qonşuların buna razılıq vermələrinin lazım olduğunu demiş, bir-iki qonşu ilə maraqlanmış, qonşular oranı gözəllik salonu kimi təmir edib işlətməsinə etiraz etməmişlər. Tikinti ilə bağlı icra hakimiyyətinə də getmiş, orada Xalid müəllim Natalyanın tikinti aparmağa qoymayacağını demişdir. O, tikintini köşkün içərisindən aparmağı planlaşdırmışdır. Ramil adlı şəxs ona yaxınlaşaraq onunla söhbəti olduğunu demiş, Natalyanın tikinti aparmağa qoymayacağını demiş, tikintiyə razılıq üçün 4000 manat istəmişdir. Bu hal onda qıcıq yaratmış, şəhid qardaşının dostları və müharibə veteranları ona kənara çəkilməsini və Natalyanın problem yaradacağını demişlər. Elə vəziyyət yaranmışdır ki, Natalya bütün günü onu telefonla çəkmiş, köşkə verdiyi pulu ala bilmədiyindən tikintini aparmaq qərarına gəlmişdir. Gecə 4-də həmin yerə adam gətirmiş, kimsə ora daş atmış və fəhlənin başı yarılmışdır. Bunlarla bacarmayacağını başa düşmüş, 1-2 gün sonra polis əməkdaşı Şahin zəng edərək butkanın sahibinin gəldiyini demiş, onu da ora dəvət etmişdir. Butkanın qabağına çatanda Natalya, atası Vyaçislav, Əli adlı şəxs və müəllimə orada olmuş, onlara butkanı gözəllik salonu etmək istədiyini demiş, əvvəl butkanın sahibi ona “Allah xeyir versin” demiş, Natalya onu təhqir etmiş, şəhidini söymüş, o, da cavab qaytarmışdır. Natalyanı vurmamış, ona əli dəyməmişdir. Bu hadisə 08 sentyabr 2018-ci il tarixdə olmuş, onu və qonşular polisə çağırılmış, öz təsdiqini tapmadığından cinayət işi rədd edilmişdir. 26 sentyabr 2018-ci il tarixdə yenidən Natalyanın şikayətinə görə polis, icra hakimiyyətinin nümayəndələri gəlmiş, icra başçısına butkanı gözəllik salonu etmək istədiyini demiş, icra başçısı ondan haralı olmasını soruşmuş, Zəngilanlı olduğunu, qardaşının şəhid olduğunu demiş, icra başçısı ona butkanı götürməyə gəlmədiyini, Natalya və qonşuların yolu kəsdiyi üçün gəldiyini demişdir. Bundan sonra 2-3 ay butkaya tərəf getməmişdir. Oğlu ona onu yutuba qoyduqlarını demiş, bundan şoka düşmüş, həmin videoda o, təhqir edilmiş, pis hala düşmüş, yutuba baxanda 150 baxış sayı olduğunu görmüşdür. Oğlu Fuad bölməyə gedib ərizə yazmalarını demiş, bölməyə getmiş və ərizə yazmışdır. Bölmədə Əkbər müəllim Asimi çağırmış, Asim gəlməmiş, Əkbər müəllim Asimi məcburi gətiriləcəyini demişdir. Bundan sonra evə getmiş, özünü pis hiss etmiş, biyabır olduğundan bu ona pis təsir etmişdir. Sonra bölməyə getmiş, səs-küy salaraq Asimin gəlməsini tələb etmiş, bölmədən çıxanda Asim, Rasim və Natalyanın gəldiyini görmüşdür. Asim söyüş söymüş, oğlu Asimə cavab qaytarmışdır. Natalya onun saçından yapışmış, anası onu Natalyanın əlində ala bilməmiş, oğlunu isə yerə yıxmışlar. X47 saçından tutmuş, Natalya isə onun saçından tutmuşdur. Hadisədən Fuadın vəziyyəti pis olmuş, ona dərman içirmiş və təcili tibbi yardım gəlmişdir. Fuad xəstəxanada yatmış və 1-2 ay müalicə olunmuşdur. Bir neçə gün sonra müstəntiq Rəhman müəllim zəng etmiş, onu dəvət etmiş, barışmalarını təklif etmiş, oğluna və uşağına görə barışmaq istəmişdir. Sonra Tofiq müəllim bir dəfə də telefonla döyülmə məsələsinə görə istintaqa çağırılmış, ona Natalyanı döydüyünü və qolbağını sındırdığını demişlər. Sonra şahidlər gəlmiş, izahat vermiş, təsdiqini tapmadığından iş xitam olunmuşdur. Bir neçə gün sonra marketdən çıxanda şahid Əzizəni görmüş, gözünün altı qaralmış vəziyyətdə olmuş, onu əri döymüş, lakin Əzizə işdə yalandan şahidlik etmişdir. Bir müddə sonra butkanı bir nəfər şəxs işlətmək istəmiş, Natalya onu da qoymamış, butkada olan komputeri dağıtmış, komputer qızının üzərinə düşmüş, 17 il ər-arvad kimi birlikdə yaşadığı Vüqar gələrək Natalyanın cavabını vermişdir. Bundan bir müddət keçmiş onu Bakı şəhəri Baş Polis İdarəsinə dəvət etmişlər. Orada müstəntiq Rüfət müəllim ona təcili gəlməsini demiş, Rüfət müəllimə oğluna həri apardığını demiş, lakin Rüfət müəllim mütləq gəlməli olduğunu demiş, həriyə getmək üçün geyindiyi paltar və qızıllarla ora getmiş, orada Natalyanı görmüşdür. Müstəntiq Rüfət onları barışdıracağını, sənədlər qol çəkməsini demiş, oxumaq istəsə də, Rüfət imkan verməmiş, inandığından sənədlərə qol çəkmişdir. Sonra oğullarını da Bakı şəhəri Baş Polis İdarəsinə dəvət etmişlər, oğulları ilə birlikdə getmiş, orada Asim və Rasimi görmüşdür. Bundan şübhələnmiş, vəkil tutacağının demiş, müstəntiq dövlət hesabına vəkilinin olduğunu demişdir. Bundan sonra, vəkil tutmuş, vəkil Mirzə müəllim idarədən çıxanda oğlanlarını tutulmağa qoymadığını demişdir. Səhər gün yenə Bakı şəhəri Baş Polis İdarəsinə çağırılmış, oğlanlarının hərəsi bir otağa aparılmış, müstəntiq Rüfət anası Gülarəyə cəza veriləcəyini, ona və oğlanlarına münasibətdə işin xitam olunacağını demişdir. Sənədlərə baxanda 221.3-cü maddəni görmüş, etiraz etmiş, Yasin müəllimin qəbuluna getmiş, orada barəsində iş qaldırıldığını bilmişdir. Rüfət və Yasin müəllim anasını məsuliyyətdən azad edəcəklərini təklif etmişlər. Özünü pis hiss etmiş, burnundan qan açılmış, polislər kömək etmişdir. Oğlu özünü öldürmək istəmiş, ona ədalətli hakimlərin olduğunu bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Verilən suallara cavab olaraq məhəllə köçəndən sonra Natalyanı tanıdığını, onunla münasibəti olmadığını, Natalyanın ona yaxınlaşmadığını, Afət, Natalya və digər qonşuların şikayət etdiyini, Natalyanın yaşadığı ev ilə butkanın arasında 500 metr məsafə olduğunu, Natalyanın evinə gedib-gələn olduğunu, Natalyanın özünün ondan pul istəmədiyini, Ramil adlı şəxsi göndərdiyini, Natalyagilə gedəndə Natalya Azərbaycan dilində anasının xəstə olduğunu və ona pul lazım olduğunu dediyini, Natalya ondan pul istəyəndə Ramil adlı şəxsində orada olduğunu, Firuzənin, Afətin ona tikinti üçün Natalya ilə danışmasını və razılaşmasını dediyini, Natalyanın atasının sərxoş videosunu yutubda gördüyünü, butkanı almasının rəsmi sənədlərinin olmadığını, şahid və aktla 6000 manat pul verib butkanı aldığını, ona tikinti aparmaq üçün icazə alınmalı olduğunun deyilmədiyini, icazənin ancaq Natalyadan alınmalı olduğunu, ora gələn müharibə veteranların adını bilmədiyini, Xalid müəllimə və heç kimə rüşvət vermədiyini, imkan vermədiklərindən və onu çəkdiklərindən tikintini gecə aparmaq qərarına gəldiyini, gözəllik salonu olduğunu və kiçik olduğundan qeyd edilən butkanı alaraq oranı işlətmək istədiyini, tikintini butkanın içərisindən apardığını, Natalya onu söydüyündən ona söyüşlə cavab verdiyini, butkanın sahibinin ona halallıq verdiyini, 8-i günü qonşuların yanında və polislərin yanında Natalya ona söydüyündən ona cavab verdiyini və ona söydüyünü, 8-i hadisənin 2-3 dəqiqə çəkdiyini, 8i Əli, Şalələ, Natalya, Natalyanın atası, Çingiz və Əzizənin orada olduğunu, Biriliyantın orada olmadığını, Firuzə və Solmaz adlı qonşuların da orada olduğunu, 26-sı sentyabrda dava olmadığını, qaçqın olmadığını, məcburi köçkün olduğunu, qardaşının itkin düşdüyünü, daha sonra məhkəmə qətnaməsi ilə şəhid statusu aldığını, Ermənistana gedəcəyi barədə demədiyini, 26-sı icra hakimiyyətinin nümayəndələri olsa da onları tanımadığını, Rasim Məmmədovun 26-sı orada olduğunu, 26-sı Natalyaya cavab qaytardığını, Natalya onu və ailəsini söydüyündən o, da Natalyanı və ailəsini söydüyünü, Natalyaya butulka atmadığını və vurmadığını, 26-sı icra hakimiyyətinin nümayəndələrinin nə qədər orada qalmasını dəqiq xatırlamadığını, amma günorta olduğunu, polis rəisi Muradəli Babayevin və Rasim Məmmədovun butkanın götürülməsi barədə göstəriş vermədiklərini, iki sıra daş hörüldüyünü onu götürmələrini dediklərini, 26-sı telefonla Natalyanı vurmadığını, Natalyanın telefonla onu çəkdiyini, onu çəkməməsi üçün əli ilə telefonu itələdiyini, telefonun yerə düşdüyünü, telefonun batareyasının ayrıldığını, telefonla Natalyanı vurmadığını, daşla telefonu vurmadığını, kamera görüntülərinə baxılması üçün müraciət etdiyini, yəqin ki, kamera görüntülərinə baxdıqdan sonra işin rədd edildiyini, Natalyanın qolunda qolbağ olmadığını, Natalyanın atasını vurmadığını, atası Gülarənin Natalyanın atasını vurmasını bilmədiyini, 26-sı Natalyaya yaxın getmədiyini, aralarında mübahisə olmadığını, icra hakimiyyətinin işçiləri İsmayıl müəllim və s. gedən kimi onlarla getdiyini, Xalid müəllimin günorta orada olduğunu, 26-sı günündən sonra 2 ay ora getmədiyini, butkanı icarəyə verdiyini, yutuba qoyduqlarını oğlunun tələbə yoldaşının dediyini, həmin videonun onda olduğunu, videonun Asim tərəfindən yerləşdirildiyini ehtimal etmiş, çünki dava düşəndən dərhal sonra videonun silindiyini, Tatyana və Luliya adlı qonşuların evinə getmədiyini və videoya görə onlarla mübahisə etmədiyini, rusların bu ölkədən getməsi barədə heç nə demədiyini, Şahid7 barəsində olan videonu təqdim etmədiyini, lakin, Şahid7 özünün videoya baxdığını, sonradan həmin videonu Şahid7 təqdim etdiyini, bölməyə balaca oğlu ilə getdiyini, qapıdan çıxan zaman isə böyük oğlunun gəldiyini, rəfiqəsinin olmadığını, gələndə taksi ilə gəldiyini, gedəndə isə təcili yardım və oğlunun maşını ilə getdiklərini, Zərərçəkmiş şəxs4 bölməyə gəlməsini və videonu silməsini tələb etdiyini, bölmədən çıxanda Asim, Rasim və Natalyanın gəldiyini gördüyünü, Natalyanın qabaqda, Asim və Rasimin onun arxası ilə gəldiyini, 37-ci bölmədən çıxanda Natalya və Asimin söyüş söydüyünü, aralarındakı məsafənin az olduğunu, birinci mübahisənin başlamasının səbəbi Asim və Natalyanın söyüş söyməsinin olduğunu, oğlu Fuadın yanında olduğunu, digər oğlu Fəridin sonra gəldiyini, Fuadın Asim və Rasimə yaxınlaşmadığını və onları vurmadığını, Natalya boynunun arxasından saçından tutduğunu, anasının zorla onu Natalyanın əlindən aldığını, mübahisə zamanı Natalyanın onu saçından, anası Gülarənin isə Natalyanın saçından tutduğunu, anası Gülərənin Natalyanın saçından tutaraq silkələdikdən sonra Natalyanın onun saçını buraxdığını, mübahisənin bir saniyə çəkmədiyini, heç kimi vurmadığını, Fuadın Natalyaya yaxınlaşmadığını və vurmadığını, Fuadın Asimə yaxınlaşdığını, Fuadın halı pis olduğundan mübahisənin dayandığını, onları heç kimin ayırmadığını, Natalyanın ancaq saçından tutduğunu, onu vurmadığını, Natalyanın ona yaxınlaşdığını, oğlu Fuadın paltarından yapışmadığını, tibbi təhsili olmadığını, sadəcə oğlunun vəziyyətinin pis olduğunu hiss etdiyini, özünün qarnından xəsarət aldığını, Natalyanın anası Gülarəyə xəsarət yetirdiyini, ekspertizadan keçdiklərini, rəydə nə yazdıqlarını bilmədiyini, 11-i mübahisəni polislərin dayandırmadığını, Fuadın 37-ci PŞ-də otaqda deyil dəhlizdə olduğunu, təcili tibbi yardımın Fuada iynə vurduğunu və sonra xəstəxanaya aparılmalı olduğunu dediklərini, Fuada hansı otaqda iynə vurulmasını xatırlamadığını, təcili tibbi yardımın oğlunu bölmənin həyətindən götürdüyünü, anasının təcili tibbi yardımla getdiyini, oğlunun təcili yardımla aparılması barədə onda arayış olmadığını, oğlu təcili tibbi yardımın həyətinə aparıldığını, orada nə qədər qaldıqlarını xatırlamadığını, Fuadın vəziyyəti pis olan kimi Natalya, Asim və Rasimin getdiklərini, amma necə getdiklərini bilmədiyini, təcili tibbi yardım gələndə onların olmadığını, Rasim və Asimin üzərində hər hansı xəsarət və qan ləkəsinin olduğunu görmədiyini, polisin özünün araşdıracağına ümid edib döyülmələri ilə bağlı ərizə yazmadıqlarını, istintaqı aparan Rəhman müəllimin ona şikayət etməmələrini və barışmalarını dediyini, oğlu sağaldığından şikayət etmədiyini, barışıqla bağlı Biriliyant xanıma yaxınlaşmadığını, sonradan Biriliyant xanımın iş yerinə getdiyini, Ramilin ondan 4000 manat pul istədiyini, lakin vermədiyini, onun təşəbbüsü ilə Vaqif Əsədovun barışıq üçün Natalyagilə getdiyini, butkanı Natalyagilə verməyə razı olduğunu, barışıq üçün tərəfindən Natalyaya pul və ya telefon təklif edilmədiyini, Asimi hədələmədiyini, video çəkilən vaxtı ola bilər ki, sms göndərdiyini, anasının Natalyanı öldürmək istəməsini demədiyini, Natalyanın onun butkasına 200 metrdən yaxınlaşdığı halda onu öldürəcəyini demədiyini, Asim və Birilyant xanıma göndərdiyi sms-lərdə Natalyanı təhqir etmədiyini, 8-i heç kimə xəsarət yetirmədiyini, sadəcə sözlə mübahisə olduğunu, 26-sı telefonla heç kimə xəsarət yetirmədiyini və telefonu daşla əzmədiyini, 26-sı Rəşad və Şahin adlı polisin, Firuzə Əsədovanın, Esmira Binnətovanın, Yeganə Bayramovanın, Yusif Abbasovun, Yaqub Quliyevin, Şəfayət Cavadovanın, Rəhilə Niftəliyevanın, Azad Ramazanovun, Mübariz Rüsrəmovun orada olduğunu, Fərid gələndə təcili tibbi yardımla oranı tərk etdiklərini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 2018-ci ilin yaz-yay aylarında tanışı Natiq adlı şəxsdən ünvan 7 ünvanın qarşısında, həyətində olan, sahəsi 12 kv. metr təşkil edən köhnə dəmir köşkü 6000 manata almışdır. Həmin köşk orada 22 ildir ki, dayanır. 2018-ci ilin sentyabr ayında həmin köşkdə təmir işlərinə başlamışdır. Köşkün təmiri ətrafda yaşayan bir neçə sakinin etirazına səbəb olmuş, halbuki təmir işləri ətrafda yaşayan sakinlərə heç bir narahatçılıq törətmirdi. Sonradan ona məlum olmuşdur ki, bir neçə şəxs birləşib ona qarşı qərəzli hərəkət edirlər. Belə ki, 08 sentyabr 2018-ci il tarixdə saat 17 radələrində o köşkün təmiri üçün tikinti materialları gətizdirmiş və köşkün yanında yerə boşaltdırmışdır. Həmin vaxt ətrafda yaşayan Zərərçəkmiş şəxs1, atası Zərərçəkmiş şəxs2, Əli adlı şəxs və bir neçə tanımadığı digər qonşular köşkün qarşısına gəlib onunla sözlə mübahisə etməyə başlamışlar. Həmin vaxt onunla Zərərçəkmiş şəxs1 arasında sözlə mübahisə olmuş, birbirinin ünvanına nalayiq ifadələr işlətmişlər və tutaşmaq istəyərkən orada olmuş polis əməkdaşı aralarına girmişdir, ola bilsin ki, o Zərərçəkmiş şəxs1 sinəsindən yüngül toxunuş etmişdir, lakin vurmamışdır, Natalya da onu vurmamışdır, polis əməkdaşı onları ayırmışdır. Bundan başqa 26.09.2018-ci il tarixdə təxminən saat 18 radələrində həmin köşkdə olan zaman Xətai Rayon İcra Hakimiyyətinin çoxsayda əməkdaşları, polis əməkdaşları həmin köşkə gəlib ətrafda yaşayan və həyətə çıxıb narazılıqlarını bildirən qonşuların köşkün təmirinə narazılıq etdiklərini bildirmiş və ona köşkün yuxarı hissəsində ustalara 2 mişar daşı hündürlüyündə tikdirdiyi hörgünü sökməyi demişlər. Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşlarının sözlərindən dərhal sonra o həmin hörgünü sökdürmüşdür. Söküntü gedən müddətdə və bundan sonra ətrafda yaşayan bir neçə sakinlər, yəni Zərərçəkmiş şəxs1, atası Zərərçəkmiş şəxs2 və digər şəxslər köşkün qarşısına gəlib səs-küy salmağa başlamışlar və ünvanına qıcıqlandırıcı sözlər deyirdilər. Hətta Natalya və qonşluqda yaşayan Asim adlı cavan oğlan onu mobil telefonla çəkərək videogörüntüləri «Youtube»a qoyacaqlarını deyirdilər. Sonra Natalya onun anası Gülarənin üstünə hücum edib yaxasında tutmuşdur. Həmin vaxt Natalyanın əlində olan mobil telefonu yerə düşmüş və zərbədən mobil telefonun arxa qutusu əsas çərçivədən ayrılaraq batareyası mobil telefondan aralanmışdır. O, bunu görən kimi həmin batareyanı öncə ayağı ilə əzmiş, sonra isə yerdən daş parçasını götürərək həmin daş parçası ilə batareyanı əzib yararsız hala salmışdır ki, Natalya bir daha onu mobil telefonla çəkə bilməsin. Hadisə vaxtı orada ərazinin sahə inspektoru polis kapitanı Rəşad adlı əməkdaş da olmuşdur. Natalya və yanında olan digər şəxslər onu dalaşmaya təhrik etməyə çalışırdılar, lakin o bunu başa düşüb özünü təmkinli aparırdı. 26.09.2018-ci il tarixdə Natalya, atası Vyaçislav, Marina və digər şəxslərlə onun yalnız sözlə mübahisəsi olmuşdur. O, heç kimi orada vurmamışdır və heç kimə xəsarət yetirməmişdir. Bunu orada yaşayan digər sakinlər də təsdiq edə bilərlər. Barəsində yazılan şikayət ərizələrdə göstərilənlər yalan və böhtandır. Həmin şəxslər məqsədli şəkildə ondan polisə şikayət ediblər ki, o köşkdən imtina etsin. Belə ki, o köşkdə təmir işlərinə başlayanda ətrafda yaşayan Ramil adlı şəxs ondan 4000 manat pul istəmişdir, pulu verməyəcəyi təqdirdə isə ətrafda yaşayan qonşuları onun üstünə qaldıracağını demişdir. Ramilin sözlərinə görə 4000 manat puldan 1000 manat Natalyaya çatmalıydı, 3000 manat isə özünə qalmalıydı. Lakin o Ramilə qəti şəkildə pul verməyəcəyini bildirmişdir. Odur ki, ondan polisə şikayət edən şəxslərin arxasında Ramil adlı şəxs dayanıb. Bundan başqa, 11 noyabr 2018-ci il tarixdə, təxminən günorta saatlarında yaşadığı evin altındakı işlədiyi gözəllik salonunda idi. Yanına müştəri qadın gəlmişdir. O, xidmət göstərib saçını düzəldirdi. Saçını düzəltdiyi müştəri ona demişdir ki, “xəbərin var, səni «You Tube» səhifələrinə yerləşdiriblər?” O, bu xəbərdən çox pis olmuşdur. Bilmişdir ki, Asim adlı qonşu 26.09.2018-ci il tarixdə olan söküntü ilə bağlı onu «You Tube» səhifələrinə yerləşdiribdir. Dərhal «You Tube» səhifəsinə baxanda görmüşdür ki, həmin söküntünün çəkilişini ediblər və onu internet səhifəsinə yerləşdiriblər, bundan qıcıqlanmışdır. Artıq bu işin oğlanlarının möhkəm acığına gələcəyinə və dava-dalaş olacağını bilmişdir. Bu səbəbdən dərhal kiçik oğlu X51 zəng edib yanına çağırmışdır. Oğlu Fuad onun yanına gəlmiş və o bu barədə məlumat vermişdir. Həmin vaxt oğluna başqa bir yoldaşı da zəng edib demişdir ki, “ananı internet səhifələrinə yerləşdiriblər”. Qərara almışdır ki, bununla bağlı ərazi üzrə 37-ci Polis Şöbəsinə məlumat versin ki, Asimin barəsində qanuni ölçü götürülsün. Odur ki, anası Gülarəni də götürmüş, tanışı olan bir nəfər qadın da onlara qoşulmuş və onlar 4 nəfər olmaqla Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə getmişlər. Orada bu barədə rəsmi olaraq ərizə yazmışdır və araşdırma aparılmasını xahiş etmişdir. Araşdırma təhqiqatçı Əkbər müəllimə həvalə edilmişdir. Bununla bağlı təhqiqatçı Əkbər müəllimin yanında olub ondan və oğlu Fuaddan izahatlar alınmışdır. Əkbər müəllim Asimi çağıracağını və bu məsələni tam həll edib ölçü götürəcəyini demişdir. Sonradan artıq bu işlərin böyüdüyünü görüb Asimgil tərəfindən «You Tube» səhifələrinə yerləşdirilmiş həmin video görüntülər silinmişdir. 37-ci Polis Şöbəsinin təhqiqatçısı Əkbər müəllimin yanında baş verənləri danışandan sonra onlar Polis Şöbəsindən çıxmışlar. Həmin vaxt artıq hava qaralmışdır, saat 17:45 radələri olardı. Onlar maşını Şöbənin çıxışında, sol tərəfdə saxlamışlar və Şöbədən çıxandan sonra gəldikləri ona məxsus və özünün idarə etdiyi maşını saxladığı istiqamət üzrə hərəkət edib maşının yanında dayanıb söhbət edərkən əks tərəfdən, yəni Şöbənin çıxışının sağ tərəfindən, daş hasarın yanı ilə Şöbəyə tərəf Zərərçəkmiş şəxs1, qonşusu Rasim və oğlu Asimin gəldiklərini görmüşlər. O, Natalyanın orada hansı səbəbdən olduğunu və nə üçün Şöbəyə gəldiyini soruşmaq istəmişdir, çünki şikayəti Natalya ilə bağlı olmamışdır, bu səbəbdən də onlara tərəf hərəkət etməyə başlamışdır, oğlu, anası və tanışı da onunla gəlmişlər. Həmin vaxt onların yanında bir nəfər başqa oğlan da olmuşdur, ola bilsin ki, taksi sürücüsü olmuşdur, kim olduğunu bilmir. Natalya onu görəndə ünvanına nalayiq ifadə işlətmiş və birinci olaraq onu söyüb üstünə cumub saçından yapışaraq yolmuşdur. Dava dalaş belə başlamışdır. Bu zaman Asim arxadan onun üstünə cumub təpiklə vurmuş və ünvanına nalayiq ifadə işlədərək demişdir ki, “məni polisə verən sənsən?” Həmin vaxt Asimin atası Rasim də onlara cumanda onun oğlu Fuad davaya müdaxilə etmişdir. X60 vurduğunu görüb Asimin üstünə gedib itələmişdir. Bu zaman Asimin atası Rasim də oğluna kömək etmiş X71 onun oğlu Fuadın üstünə cumub oğlunu vurmuşlar. Oğlu Fuad yerə yıxılmışdır. Asim, oğlu Fuadı yerdə də təpikləmişdir. Anası Gülarə isə Natalyanın onu vurduğunu və saçından yapışdığını görüb Natalyanın saçından yapışmış və sonra Natalya onun saçını buraxmışdır. Həmin hadisə Xətai RPİ-nin 37-ci PŞ-nin qarşısında, küçədə baş vermişdir. Onlara bayırda olan tanımadığı polislər yaxınlaşmış və sakitləşdirmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən oraya təcili tibbi yardım çağırılmışdır. Təcili tibbi yardım onlara ilkin yardım edib getmişdir. Sonra oğlunun vəziyyətinin yaxşı olmadığını görüb 3 saylı Şəhər Kliniki Xəstəxanasına göndərmiş, iki gün xəstəxanada müalicə almış və sonra evə buraxılmışdır. Həmin dava-dalaş yekunlaşandan sonra böyük oğlu Təqsirləndirilən şəxs1 ora gəlmiş və dava-dalaş zamanı orada olmamışdır, mübahisə, dava-dalaşda iştirak etməmişdir. Sadəcə olaraq oğlu Fərid şəhərdən evə qayıdanda yoldan Fuada zəng edəndə bilmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin qarşındadırlar və bunu biləndən sonra şöbəyə gəlmişdir. Fərid artıq şöbəyə gələndə dava-dalaş qurtarmışdır. Hadisə zamanı onun əynində idman şalvarı və cins gödəkçə var idi ki, gödəkçə tünd qara-boz rəngdə idi, gödəkçənin arxa bel hissəsində biserli şəkil olmuşdur. Anası uzun jaket geyinmişdir. Oğlu Fuad isə qara rəngli yay üçün qolu açıq maykada idi. Fuadın da köynəyi və alt maykası dava-dalaş zamanı cırılmışdır. Dava zamanı o böyründən və saçından xəsarət almışdır. Aldığı xəsarətlərlə bağlı hər hansı tibbi müəssisədə stasionar müalicədə olmamışdır, yalnız təcili tibbi yardım müayinə edib kömək etmişdir. Onun saçından yolan Natalya olmuşdur. Sol böyründə olan xəsarəti isə ona Asim təpiyi ilə vurub yetimişdir. Onu döyən və xəsarət yetirən Asim və Natalya olmuşlar. Dava zamanı Asimin atası Rasim də oğluna kömək etmiş və onun oğlu Fuadı bir yerdə vurmuşlar. Cinayət işinin materiallarına əlavə edilmiş, 11 noyabr 2018-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin inzibati binasının qarşısında baş vermiş hadisənin video görüntüsü ilə tanış olaraq bildirmişdir ki, görüntü sahəsinin sağ tərəfinə düşən uzununa daş hasarın yanı ilə hərəkət edən Nataya İorina, Asim və atası Rasimdir. Görüntü sahəsinə düşən digər 5 nəfər şəxsdən solda olan açıq rəngli şalvar və köynək geyinmiş cavan oğlan onun kiçik oğlu Fuad Əliyevdir, ondan sağda anası Gülarə, ondan sağda qara rəngli şalvar və köynək geyinmiş onun özüdür. Onların arxasınca gələn isə onun tanışı qadın və cins şalvarla açıq köynək geyinmiş şəxs tanımadığı cavan oğlandır ki, onun oğlu Fərid deyil, başqa oğlandır, ola bisin ki, onları ora gətirmiş taksi sürücüsüdür. Görüntüdəki cins şalvar və ağ rəngli köynək geyinmiş şəxsin taksi sürücüsü olduğu halda tanımadığı insanlara hücum çəkməsinin səbəbi soruşulduqda bildirmişdir ki, bu barədə heç nə deyə bilmir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs X57 ona Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadə verməkdən və suallara cavab verməkdən imtina etmiş, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyindən onun məhkəməyədək icraat zamanı ifadəsi elan olunmuşdur. Təqsirləndirilən şəxs X57 həmin ifadəsində bildirmişdir ki, 2018-ci ilin yay aylarında anası Təqsirləndirilən şəxs2 Natiq adlı şəxsdən pulla Xətai rayonu Aşıq Qurban küçəsi 21 və 19 nömrəli binaların arasında yerləşən dəmir köşkü almışdır. Köşkün olduğu yer onların yaşadıqları evdən bir-iki küçə aralıdır. Yaşadıqları evlə həmin köşkün arasında bir bina vardır. Sonra anası həmin köşkü daşla hörüb normal görünüş yaratmaq və oranı gözəllik salonu kimi işlətmək istəyirdi. Buna görə orada tikinti işi aparmaq istəyəndə eşitmişdir ki, qonşular bir az narazılıq edib, mübahisəli məsələ yaranıb və icra hakimiyyətinin də nümayəndələri ora gəlib çıxıblar. Köşkün yenidən mişar daşla tikilməsində narazılıq yaranmış, icra hakimiyyətinin nümayəndələri bildirmişlər ki, qonşular tərəfindən, sakinlər tərəfindən narazılıq vardır. Anası da narazılıq olduğundan icra hakimiyyətinin xahişini nəzərə alıb tikintini dayandırıb tikintinin daşlarını da sökdürmüşdür. Amma bu işlə anası Təqsirləndirilən şəxs2 özü məşğul idi, nə o, nə qardaşı Təqsirləndirilən şəxs1 həmin köşk olan yerə belə getmirdilər. 11 noyabr 2018-ci il tarixdə günorta saatları olardı, o, evdə idi. Anası Pərvanə ona zəng edib yanına çağırmışdır. Həmin vaxt anası evlərinin altında yerləşən gözəllik salonunda idi, orada saç ustası işləyirdi. Anasının yanına bir müştəri qadın gəlmişdir və anası həmin müştərinin saçını düzəldirdi. Həmin qadın müştəri anasına demişdir ki, «xəbərin var, səni «You Tube» səhifələrinə yerləşdiriblər?» Bu xəbərdən onlar pis olmuşlar. Anası demişdir ki, yəqin qonşu Asim «You Tube» səhifəsinə yerləşdirib, çünki 26.09.2018-ci il tarixdə söküntü olanda qonşu Asim kənardan dayanıb telefonla çəkiliş aparırdı. Dərhal «YouTube» səhifəsinə baxanda görmüşlər ki, həmin söküntünün çəkilişini ediblər və internet səhifəsinə yerləşdiriblər. Anası demişdir ki, gedib polis şöbəsinə məlumat verməlidirlər ki, aydınlaşdırılsın, bir ölçü götürülsün. Bundan sonra o, anası Pərvanə və nənəsi Gülarə birlikdə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə getmişlər. Orada rəsmi ərizə yazmışlar ki, bu barədə araşdırma aparılsın. Araşdırma təhqiqatçı Əkbər müəllimə həvalə edilmişdir. Bununla bağlı təhqiqatçı Əkbər müəllimin yanında olmuşlar, ərizə üzrə araşdırmaya başlanmışdır. Anası demişdir ki, həmin videonu çox güman ki, Asim yerləşdiribdir, çünki həmin vaxt çəkilişi Asim aparırdı. Əkbər müəllim Asimi çağıracağını və bu məsələni tam həll edib ölçü götürəcəyini demişdir. Təhqiqatçıya izahat verəndən sonra anası Pərvanə və nənəsi Gülarə ilə birlikdə Xətai RPİ-nin 37-ci Polis Şöbəsindən çıxmışlar. Artıq hava qaralmışdır, saat təxminən 17-18 radələri olardı. Qabaqda o və nənəsi Gülarə çıxmışlar. Arxalarınca da anası Pərvanə gəlirdi. O, anası Pərvanə və nənəsi Gülarə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin binasından bayıra, ümumi küçəyə çıxıb sol tərəfə getmişlər. Sonra görmüşlər ki, Asim, atası Rasim və Zərərçəkmiş şəxs1 adlı qadın əks tərəfdən Polis Şöbəsinə tərəf gəlirlər. Onlara tərəf hərəkət etmişlər ki, anası Natalyanın nəyə görə gəldiyini soruşsun. Belə ki, anasın nə də onların Natalya barəsində heç bir şikayəti olmamışdır, şikayəti anası Asimdən etmişdir, ərizəsində də Asimin adını yazmışdır, çünki anasını «You Tube» səhifələrinə yəqin ki, Asim yerləşdirmişdir. Həmin günə qədər də Natalyanın anasından bir neçə şikayətləri olmuşdur, odur ki, Natalya onlardan əl çəkmirdi. Amma həmin gün anasının yenə də Natalyadan heç bir şikayəti olmamışdır. Buna baxmayaraq, Natalya yenə də gəlmişdir və yenə anasından şikayətini dayandırmırdı. Anası nəyə görə Natalyadan gəldiyini soruşanda Natalya anasını nalayiq formada söymüşdür. Birinci olaraq anasını söyüb üstünə cumub saçından yapışaraq yolmuşdur. Dava-dalaş belə başlamışdır. Anası demişdir ki, barəsində polisə şikayət etməyib, Natalya isə anasının üstünə hucum edib saçını yolan kimi Asim də arxadan üstünə atılıb anasını təpiklə vurmağa və nalayiq ifadələr işlədərək «məni polisə verən sənsən?» deməyə başlamışdır. O, davaya müdaxilə etmiş və Asimin üstünə getmişdir. Bu zaman Asimin atası Rasim də onların üstünə cummuş, o, Asimin üstünə gedib kənara itələmişdir. Bir anlıq fikirləşmişdir ki, əgər Asimi vursa sonra onun barəsində şikayət edər, tələbədir. Ona görə də vurmayıb itələmişdir ki, anasını təkrar vurmasın. Bu zaman Asimin atası Rasim də oğluna kömək etmiş və hər ikisi onun üstünə cumub qəflətən onu yumruqla vurmuşlar. Həmin vaxt o müvazinətini itirib zərbədən yerə yıxılmışdır, çünki gözləmirdi ki, Asim və Rasim onu vurarlar. Fikirləşmişdir ki, arvadların davasıdır, hərəsi bir tərəfdən ayırarlar. Asim onu yerdə də təpikləmişdir. Nənəsi də araya girmiş, Natalyanın anasını vurduğunu görüb Natalyanın saçından yapışmışdır. Bundan sonra Natalya kənara çəkilmişdir. Həmin hadisə Xətai RPİ-nin 37-ci PŞ-nin qarşısında küçədə baş vermişdir. Onlara polislər yaxınlaşıb sakitləşdirmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən oraya təcili tibbi yardım çağrılmışdır. Onun vəziyyətinin yaxşı olmadığını görüb 3 saylı ŞKX-na göndərmişlər. İki gün müalicə almışdır. Həmin hadisə ilə bağlı o, anası Pərvanə və nənəsi Gülarə döyülmüşlər. Qardaşı Fərid dava-dalaş qurtarandan sonra gəlib oraya çıxmışdır. Fərid oraya gələndə artıq dava-dalaş qurtarmışdır və mübahisəni, dava-dalaşı görməmişdir. Belə ki, qardaşı Fərid ona hələ mübahisə başlamamışdan qabaq zəng edib harada olduqlarını soruşanda o, bölməyə getdiklərini demişdir. Odur ki, qardaşı bilirdi ki, onlar Xətai RPİ-nin 37-ci PŞ-də olacaqlar. Bu səbəbdən gəlib oraya çıxmışdır. Hadisə vaxtı anasının əynində idman şalvarı və cins gödəkçə var idi, gödəkçə tünd qara-boz rəngdə idi, gödəkçənin arxa bel hissəsində biserli şəkil var idi. Nənəsi uzun jaket geyinmişdir. O isə qara rəngli yay üçün qolu açıq maykada idi. Hadisə zamanı onun köynəyi, alt maykası cırılmışdır. Dava-dalaş zamanı onu vurub xəsarət yetirən Asim və atası Rasim olmuşlar. Asimi və Rasimi həmin günədək yaxşı tanıyırdı, Asim və Rasim də onları yaxşı tanıyırlar. Asim KTV-də işləyirdi, bir neçə dəfə onların evinin televizor antenasını da düzəltmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, 11 noyabr 2018-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin inzibati binasının qarşısında baş vermiş hadisənin video görüntüsündə olan şəxslərdən o, anası Pərvanə və nənəsi Gülarəni tanıyır, digər iki nəfər şəxsin kim olduqlarını bilmir. Onlar görüntüdə olan və bir yerdə hərəkət edən 5 nəfər şəxsin içindədirlər. Həmin görüntüdə onun 5 nəfər şəxs içərisində hansı yerdə durduğunu, sağ və sol tərəfində kimlərin olduğunu dəqiq deyə bilmir, çünki görüntüdə olan şəxslərin sifət cizgiləri görünmür, özü də həmin hadisə vaxtı harada durduğunu xatırlamır. Qardaşı Təqsirləndirilən şəxs1 həmin görüntüdə yoxdur. Görüntüdə 5 nəfər şəxs içərisində qara paltar geyinmiş şəxs anası Pərvanədir, solunda olan qadın isə nənəsi Gülarədir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMin 221.2.1 və 221.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadə verməkdən və suallara cavab verməkdən imtina imtina etmiş, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyindən onun məhkəməyədək icraat zamanı ifadəsi elan olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin ifadəsində bildirmişdir ki, 11 noyabr 2018-ci il tarixdə günorta saatlarında şəxsi işləri ilə əlaqədar olaraq şəhərə getmişdir. Təxminən saat 18 radələri olardı ki, o, şəhərdə olanda artıq işlərini yekunlaşdırana yaxın qardaşı Fuadla telefonla əlaqə saxlamışdır. Qardaşı ona demişdir ki, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gəliblər. Həmçinin telefonda ona demişdir ki, Natalya, Asim və Rasim onları döyüblər. Bundan sonra o, dərhal Xətai RPi-nin 37-ci PŞ-nə getmişdir. O, Xətai RPİ-nin 37-ci PŞ-nə çatıb qardaşı Fuad, anası Təqsirləndirilən şəxs2 və nənəsi Gülarəni görüb onlardan nə baş verdiyini soruşanda ona demişlər ki, Asimgil anasını «YouTube»yə yerləşdiriməsi ilə əlaqadər olaraq anasıgil Xətai RPİ-nin 37-ci PŞ-yə gəlib ərizə vermiş və Polis Şöbəsinin qarşısında Natalya, Asim və Rasim anasıgillə üz-üzə gələndə anasıgilin üzərinə hücum çəkib anasını, qardaşı Fuadı və nənəsini vurub döymüşlər. O özü həmin hadisənin şahidi olmamışdır. Şəxsən kimin kimi vurmasını görməmişdir. Həmin vaxt özü orada olmamışdır. Belə ki, anası, nənəsi və qardaşı Fuad Xətai RPİ-nin 37-ci PŞ-nə gedəndə o, onlarla getməmişdir. O, polisə gələndə Asimgil orada yox idi. O, heç kəsi vurmamış, heç kəslə dalaşmamış, nə Natalya, nə Asim, nə də Rasimi vurmamışdır, xəsarət yetirməmişdir. Amma Polis şöbəsinə gələndən sonra anasında, nənəsi Gülarədə və qardaşı Fuadda xəsarətlər olduğunu görmüşdür, bilinirdi ki, döyülüblər. Asimi və Rasimi həmin günədək yaxşı tanıyırdı. Asim KTV-də işləyirdi və bir neçə dəfə onların evinin televizor antenasını da düzəltmişdir, yəni bir-birini yaxşı tanıyırlar. Natalyanı isə anasından şikayət etməyə başlayandan sonra tanımışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, 11 noyabr 2018ci il tarixdə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin inzibati binasının qarşısında baş vermiş hadisənin video görüntüləri ilə tanış olaraq bildirmişdir ki, görüntüdə olan şəxslərin sifət cizgiləri görünmədiyi üçün kim olduqlarını bilmir. O, həmin görüntüdə düşməmişdir, çünki qeyd etdiyi kimi həmin hadisə vaxtı orada olmamış, heç kimi vurmamış, xəsarət yetirməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 14 dekabr 2018-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır ( İ cild, i.v. 1-2); Xətai RPİ-yə ünvanlanan 13.11.2018-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 11.11.2018-ci il tarixdə evdə olan zaman ona tanışlarından biri zəng edərək onun barəsində Youtube də rüsvayedici materialların yerləşdirildiyini bildirmişdir. Həmin hadisə olan zaman aparılan araşdırmanın hal-hazırda Xətai RPİ-nin İŞ-də araşdırma davam etdirilir. Vətəndaş Təqsirləndirilən şəxs2 ərizə və izahatında qeyd etmişdir ki, həmin materialları çəkilişini həmin vaxt Asim adlı şəxs həyata keçirdiyi üçün ondan şübhələndiyini bildirmişdir. Zərərçəkmiş şəxs4 37-ci PŞ-ə izahat verməyə atası Rasim və qonşusu Natella adlı şəxslə gələn zaman qarşılaşmışlar və bir-birlərini təhqir edərək aralarında dava-dalaş hadisəsi baş vermişdir ( İ cild, i.v. 4); Xətai RPİ-nin 37-ci PŞ-ə ünvanlanan 11.11.2018-ci il tarixli məlumatından görünür ki, 11.11.2018-ci il tarixdə, saat 17:59 radələrində DİN-in 102 XZM-dən daxil olmuş 18323233 saylı məlumatda göstərilir ki, Zərərçəkmiş şəxs1 qonşusu Pərvanə onun oğlu və anası tərəfindən döyülmüşdür ( İ cild, i.v. 8); Xətai RPİ-nin 37-ci PŞ-ə ünvanlanan 11.11.2018-ci il tarixli məlumatından görünür ki, 11.11.2018-ci il tarixdə, saat 18:01 radələrində DİN-in 102 XZM-dən daxil olmuş 18323237 saylı məlumatda göstərilir ki, Zərərçəkmiş şəxs1 qonşusu Təqsirləndirilən şəxs2 onun 2 oğlu və anası tərəfindən döyülməsinə baxmayaraq hadisənin şahidi olan polis əməkdaşlarının heç bir tədbir görməmələrindən narazılıq etmişdir (İ cild, i.v. 9); Xətai RPİ-nin 37-ci PŞ-ə ünvanlanan 11.11.2018-ci il tarixli məlumatından görünür ki, 11.11.2018-ci il tarixdə, saat 20:33 radələrində DİN-in 102 XZM-dən daxil olmuş məlumatda göstərilir ki, Xətai RPİ-nin MN Ramin Əhmədov telefonla məlumat verib bildirdi ki, BŞ BPİ giriş qapısında mübahisə var ( İ cild, i.v.26); Xətai RPİ-nin 37-ci PŞ-ə ünvanlanan 11.11.2018-ci il tarixli məlumatından görünür ki, 11.11.2018-ci il tarixdə, saat 21:47 radələrində KTM məntəqəsindən (xəstəxanasından) həkim (tibb bacısı və ya kordinator) Məmmədova ***-**-** telefonla məlumat verərək bildirmişdir ki, Bakı şəhər Xətai rayonu Y.Səfərov küçəsi 12 ev 7-də yaşayan Zərərçəkmiş şəxs3 döş qəfəsinin və alının hematoması bədən xəsarəti ilə müraciət etmişdir ( İ cild, i.v. 27); Xətai RPİ-nin 37-ci PŞ-ə ünvanlanan 11.11.2018-ci il tarixli məlumatından görünür ki, 11.11.2018-ci il tarixdə, saat 21:48 radələrində KTM məntəqəsindən (xəstəxanasından) həkim (tibb bacısı və ya kordinator) Məmmədova ***-**-** telefonla məlumat verərək bildirmişdir ki, ünvan 9 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 sol əlin 4-cü bayrağının sıyrığı bədən xəsarəti ilə onlara müraciət etmişdir ( İ cild, i.v. 28); Xətai RPİ-nin 37-ci PŞ-ə ünvanlanan 11.11.2018-ci il tarixli məlumatından görünür ki, 11.11.2018-ci il tarixdə, saat 22:30 radələrində 3 saylı Sabunçu xəstəxanasından tibb bacısı Musayeva *** ** ** telefonla məlumat verərək bildirmişdir ki, ünvan 10 ünvanında yaşayan X18-beyin travması bədən xəsarəti ilə müraciət etmişdir ( İ cild, i.v. 29); Xətai RPİ-nin 37-ci PŞ-ə ünvanlanan 12.11.2018-ci il tarixli məlumatından görünür ki, 12.11.2018-ci il tarixdə, saat 07:00 radələrində KTM xəstəxanasından tibb bacısı Məmmədova *** ** ** telefonla məlumat verərək bildirmişdir ki, ünvan 11 ünvanında yaşayan X34 37-ci PŞ-in qarşısında Pərvanəgilin dava-dalaşında sol əlin 5-ci barmağın əziyi bədən xəsarəti ilə müraciət etmişdir ( İ cild, i.v. 32); Zərərçəkmiş şəxs1 Xətai RPİ-nin İŞ-in baş müstəntiqi polis polkovnik leytenantı Rəhman Kərimova verilən izahatından görünür ki, Zərərçəkmiş şəxs1 izahatında qeyd etmişdir ki, Pərvanənin böyük oğlu onların üstünə gəlmək istəyəndə Pərvanə və onun anası, əvvəlcə oğlanın üstünə qışqırdılar ki, yaxına gəlməsin. Amma buna baxmayaraq, Pərvanənin böyük oğlu bala qardaşına qışqırdı ki, oğlu mənim, atası sənin. Pərvanənin böyük oğlu Asimin üstünə gəlib onun üstünə tullanaraq küçədə Asimi sinəsindən təpiklə vurdu. Zərbədən Asim yerə yıxıldı. Və ayağa qalxa bilmədi. Bu zaman onun balaca oğlu da, yəni sonradan adının Fuad olduğunu bildiyi oğlu isə Rasimin, yəni Asimin atasının üstünə hücum edib Rasimi yumruğu ilə təpiyi ilə vurdu. O, qışqıraraq kənardakıları köməyə çağırdı. Dava-dalaş, mübahisə şöbənin qarşısında küçədə baş verdi. Pərvanə və anası onun onlara yaxınlaşmaq istədiyini görüb ikisi də-həm Pərvanə, həm də onun anası onun üstünə hücum edib əlləri ilə saçından yapışdılar. Sifətinə əl atıb üz-gözünü cırdılar. Saçından yolaraq başından yumruqla vurdular. O, aşağı əyildi. Əlləri ilə sifətini tutdu. Və onlar onu təpiklə vurdular, sifətinə vurdular. Bu zaman Pərvanə və onun anası onun təpiklə, əlləri ilə vururdular (İ cild, i.v. 38-42); Təqsirləndirilən şəxs2 Xətai RPİ-nin İŞ-in baş müstəntiqi polis polkovnik leytenantı Rəhman Kərimova verilən izahatından görünür ki, Təqsirləndirilən şəxs2 həmin izahatında qeyd etmişdir ki, o, söküntü zamanı kənardan qonşuların, o cümlədən həmin köşkün arxasındakı binada yaşayan Asimin mobil telefonla çəkiliş apardığını görüb buna etiraz etdi. Beləliklə orda sözlə mübahisə oldu. Bu hadisə 26 sentyabr 2018-ci il tarixdə baş verdi. Bununla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılmışdır. Həmin araşdırma zamanı materiallar toplanıldı və nəticəsi olaraq 09.10.2018-ci il tarixdə materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra 11 noyabr 2018-ci il tarixdə o, təxminən günorta saatlarında yaşadığı evin altındakı işlədiyi gözəllik salonunda idi. Yanına müştəri qadın gəlmişdir. O ona xidmət göstərib saçını düzəldirdi. Saçını düzəltdiyi müştəri dedi ki, xəbəri var, səni “You Tube” səhifəsində yerləşdiriblər. O, xəbərdən çox pis oldu. Bildi ki, Asim 26.09.2018-ci il tarixdə olan söküntü ilə bağlı onu “You Tube” səhifələrində yerləşdirib. Dərhal “You Tube”yə baxanda gördü ki, həmin söküntünün çəkilişini ediblər və onu internet səhifəsinə yerləşdiriblər. O bundan qıcıqlandı. Artıq bu işin oğlanlarının möhkəm acığına gələcəyinə və dava-dalaş olacağını bildi. Bu səbəbdən dərhal oğlu X51 zəng edib yanına çağırdı. Oğlu Fuad onun yanına gəldi. Və o, ona bu barədə dedi. Həmin vaxtı oğluna başqa bir yoldaşı da zəng edib dedi ki, ananı internet səhifələrinə yerləşdiriblər. Qərara aldı ki, bununla bağlı polis şöbəsinə məlumat versin, bununla bağlı Asim barəsində bir ölçü götürsünlər. Odur ki, anası Gülarəni də götürdü. Anası Gülarə, oğlu Fuad Əliyevlə birlikdə Xətai RPİ- nin 37-ci Polis Şöbəsinə getdi. Orada bu barədə rəsmi olaraq ərizə yazdı. Ərizə üzrə araşdırma aparılmasını xahiş etdi. Ərizəsi üzrə araşdırma təhqiqatçı Əkbər müəllimə həvalə edildi. Bununla bağlı təhqiqatçı Əkbər müəllimin yanında oldu və ərizəsi üzrə araşdırmaya başlandı. Əkbər müəllim Asimi çağıracağını və bu məsələni tam həll edib, ölçü götürəcəyini dedi. O, təhqiqatçı Əkbər müəllimə dedi ki, əgər qısa zaman ərzində o, internet səhifəsindən silinməsə və bu barədə ölçü götürülməsə o, özünü öldürəcək. Onu da qeyd etdi ki, sonradan artıq bu işlərin böyüdüyünü görüb Asimgil tərəfindən «You Tube» səhifələrinə yerləşdirilmiş həmin video görüntülər silinmişdir. Amma o, həmin videogörüntünü özü izləmişdir. 37-ci PŞ-in təhqiqatçısı Əkbər müəllimin yanında baş verənləri danışandan sonra o, anası ilə birlikdə Polis Şöbəsindən çıxdı. Həmin vaxtı artıq hava qaralmışdı. Təxminən saat 17 radələri idi. Qarşıda anası Gülarə və oğlu Fuad bayıra çıxdılar. Onlardan iki üç dəqiqə sonra isə o, bayıra çıxdı. O, anası Gülarə və oğlu Fuad Xətai RPİnin 37-ci polis şöbəsinin binasından bayıra, ümumi küçəyə çıxanda gördü ki, Asim, onun atası Rasim və Zərərçəkmiş şəxs1 adlı qadın polis şöbəsinin qabağındadır və artıq gəliblər. O, Natalyanın orada hansı səbəbdən olduğunu soruşdu. Belə ki, onun orada Natalya barəsində şikayəti yox idi. O, şikayətini Asim barəsində etmişdir və ərizədə Asimin adını yazmışdır. Çünki onu «You Tube» səhifələrinə Asim yerləşdirmişdi. Natalya həmin dəmir köşk olan ərazidə Aşıq Qurban küçəsində yerləşən binada yaşayır. Onun da məndən həmin gündən əvvəlki günə qədər olan zaman əsassız şikayəti olmuşdu ki, guya onun telefonunu sındırmışdır. Odur ki, Natalya ondan narazı idi və onların arasında həmin günədək narazılıqları davam etməkdə idi. Natalya onu polis şöbəsindən çıxan görəndə onun ünvanına nalayiq ifadə işlətdi. Və birinci olaraq onu söyüb onun üstümə cumdu, onun saçından yapışdı və saçını yoldu. Dava dalaş belə başladı. Amma o, ona dedim ki, o, onun barəsində polisə şikayət etməmişdir. Bu zaman Asim arxadan onun üstümə cumub onu təpiklə vurdu və onun ünvanına nalayiq ifadə işlədərək dedi ki, onu polisə verən sənsən? Həmin vaxtı Asimin atası Rasim də onların üstünə cumdu və onun oğlu Fuad da davaya müdaxilə etdi. X60 vurduğunu görüb Asimin üstünə gedib onu itələdi. Bu zaman Asimin atası Rasim də oğluna kömək etdi. X19 üstünə cumub oğlunu vurdular. Oğlu Fuad yerə yıxıldı. Asim, oğlu Fuadı yerdə də təpiklədi. Anası Gülarə isə Natalyanın onu vurduğunu və saçından yapışdığını görüb Natalyanın saçından yapışdı. Bundan sonra Natalya onun saçımı buraxdı. Həmin hadisə Xətai RPİ-nin 37-ci PŞ-nin qarşısında küçədə baş verdi. Onlara bayırda olan tanımadığı polislər yaxınlaşdılar və sakitləşdirdilər. Bundan sonra polis əməkdaşları tərəfindən oraya təcili tibbi yardım çağrıldı (İ cild, i.v.51-53); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 16.11.2018-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 Nizami Rayon Məhkəməsinin 06.11.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək şərti maliyyə vahidinin 150 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23.02.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 186.1, 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmiş, AR Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarına əsasən təyin olunmuş cəzadan azad edilmişdir (İ cild, i.v. 54-56); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X48- Təcrübi və Tədris Birliyinin 157 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilmiş xəsarətlər- başın alın, sol qaşüstü, burun, sol gözün üst qapağı, sol gözaltı, sol yanaq, üst dodaq, alt çənə, sağ dirsək oynağı, sol əlin arxa səthi, sol əlin V barmağı və sol diz oynağı nahiyələrində sıyrıqlar, sağ yanaq, sağ süd vəzisi, sağ bazu və sağ əlin arxa səthi nahiyələrində qançırlar küt əşyanın (əşyaların) yerli təsirindən törənmişlər, müddəti qərarın təsviri hissəsində göstərilən 11.11.2018-ci il tarixə uyğun gəlir, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin əmələ gəlmə şəraitini təyin məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyil, lakin vət. Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlər küt əşyanın (əşyaların) yerli təsirindən yetirilmiş, qərarda göstərildiyi kimi ayaqla yetirilə bilərdi. Vət. Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir ( İ cild, i.v. 72-73); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X48- Təcrübi və Tədris Birliyinin 1052 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarətlər- başın sol alın nahiyəsində zəif ifadə olunan şişkinlik üzərində sıyrıq, burun, sol mil-bilək oynağı, sol əlin yan və arxa səthləri, sol diz oynağının ön və yan səthləri nahiyələrində sıyrıqlar və sol diz oynağı nahiyəsində qançırlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 11.11.2018ci il tarixdə əmələ gələ bilər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin əmələ gəlmə şəraitin təyini məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir. Vət. Zərərçəkmiş şəxs3 bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özüözünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir ( İ cild, 74-75); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X48- Təcrübi və Tədris Birliyinin 1058 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs4 bədənində- sol əlin baş barmağı nahiyəsində iki ədəd sıyrıq aşkar edilmişdir. Bu xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarın təsviri hissəsində göstərilən 11.11.2018-ci il tarixdə əmələ gələ bilər, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin əmələ gəlmə şəraitin təyini məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir. Vət. Zərərçəkmiş şəxs4 bədənində müəyyən edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir ( İ cild, 76-77); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X48- Təcrübi və Tədris Birliyinin 1060 nömrəli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs2 bədənində aşkar edilmiş xəsarətlər- sol bud-çanaq sıyrığı nahiyəsində qançır küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 11.11.2018-ci il tarixdə əmələ gələ bilər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətin əmələ gəlmə şəraitin təyini məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyil. Vət. Təqsirləndirilən şəxs2 bədənində müəyyən edilmiş xəsarətin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir ( İ cild, 78-79); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X48- Təcrübi və Tədris Birliyinin 1059 nömrəli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs1 almış olduğu xəsarətlər-sol təpə-gicgah nahiyəsində dətialtı hematoma və baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, boyun və sağ mil-bilək oynağı nahiyələrində qançırlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti tibbi sənəddə və qərarın nahiyəsində dərialtı hematoma və baş beyin silkələnməsi ilə müyiət olunan qapalı kəllə-beyin travması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, qançırlar isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Vət. Təqsirləndirilən şəxs1 bədənində müəyyən edilmiş xəsarətin əmələ gəlmə şəraitin təyini məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyil. Vət. Təqsirləndirilən şəxs1 bədənində müəyyən edilmiş xəsarətin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir ( İ cild, 80-82); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X48- Təcrübi və Tədris Birliyinin 1048 nömrəli rəyindən görünür ki, vət. G.A.Mahmudovanın bədənində aşkar edilmiş xəsarətlər-sol qasıq nahyiyəsində qançır küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 11.11.2018-ci il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Xəsarətin əmələ gəlmə şəraitin təyini məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyil. Vət. G.A.Mahmudovanın bədənində müəyyən edilmiş xəsarətin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir ( İ cild, 83-84); Zərərçəkmiş şəxs3 Xətai RPİ-nin İŞ-in baş müstəntiqi polis polkovnik leytenantı Rəhman Kərimova verilən izahatından görünür ki, Zərərçəkmiş şəxs3 həmin izahatında qeyd etmişdir ki, o, heç fikirləşməzdi ki, Pərvanə, onun anası və oğlanları, onların üzərinə hətta polis şöbəsinin qarşısında hücum edə bilərlər. Buna görə də onlar üçü, o, Asim və Natalya yavaş-yavaş Xətai RPİ-nin 37-ci Polis şöbəsinin qarşısına yaxınlaşdılar. Bu zaman onların yaxınlaşmağını kənardan görüb Pərvanə və onun iki oğlu hücuma keçib qışqıraraq onların üstünə gəldilər. Natalya şöbənin divarının kənarına sıxıldı. Həmin vaxtı onu keçən dəfədən necə döymüşdürlərsə hələ də sağalmamışdı. Pərvanənin böyük oğlu onların üstünə gəlmək istəyəndə Pərvanə və onun anası, əvvəlcə oğlunun üstünə qışqırdı ki,yaxına gəlmə. Amma buna baxmayaraq, Pərvanənin böyük oğlu balaca qardaşına qışqırdı ki, atası sənin, balası mənim. Pərvanənin böyük oğlu Asimin üstünə gedib onun üstünə tullanaraq küçədə Asimi sinəsindən təpiklə vurdu. Balaca oğlu isə onun üstünə cumub onu yumruğu ilə gözündən möhkəm zərbə ilə vurdu. Və ona sifətindən başından, alnından, gözlərindən zərbələr endirib onu yıxdı. Həmin günədək Pərvanənin oğlanlarını dəfələrlə görmüşdü. Ona görə də dəqiq tanıyır. Və dəqiqliyi ilə deyir ki, onu birinci vuran Pərvanənin balaca oğlu Fuad, oğlu Asimi isə birinci vuran Pərvanənin böyük oğlu idi. Zərbədən o da, Asim də yerə yıxıldılar. Pərvanə və onun anası isə araya girib oğlanlarını kənara çəkmək üçün qışqırırdılar. Dava-dalaş mübahisə, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin qarşısında küçədə baş verdi. Bu zaman Asim ayağa qalxmaq istədi. Natalya ona və Asimə kömək etmək istədi. Bu məqsədlə ona və Asimə yaxınlaşıb onlara kömək edəndə davaya Pərvanə də, onun anası da müdaxilə edib Natalyanın üstünə cumdular. Həmin vaxtı ona ilk zərbəni vuran Pərvanənin balaca oğlu oldu, onun adı Fuaddır ( İ cild, i.v. 86-90); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 20.12.2018-ci il tarixli cavabından görünür ki, X43 məhkumluğu barədə məlumat yoxdur ( İ cild, i.v. 102); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 20.12.2018-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur ( İ cild, i.v. 103); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X48- Təcrübi və Tədris Birliyinin T 378/2018 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 başın sol alın nahiyəsində zəif ifadə olunan şişkinlik üzərində sıyrıq, burun, sol milbilək oynağı, sol əlin yan və arxa səthləri, sol diz oynağının ön və yan səthlərində sıyrıqlar, sol diz oynağı nahiyəsində qançırlar olmuşdur. Qeyd edilən xəsarətlər küt əşyanın təsirindən törənmiş, yumruq və təpiklə yetirilə bilərdi, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 11.11.2018-ci ilə uyğun gəlir, istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs3 bədən səthində olan xəsarətlərin onun öz boyu hündürlüyündən yıxılması nəticəsində yaranması və özü-özünə yetirməsi inandırıcı deyildir ( İ cild, i.v. 123-125); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 13.09.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 Xanbala zərərçəkmiş şəxs qismində tanınmışdır ( İ cild, i.v. 174-175); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 13.09.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İ cild, i.v. 188- 189); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 13.09.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İ cild, i.v. 208- 209); Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında 13 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsi hadisə yerində yoxlanılarkən o, öz ifadələrini hadisə yerində eynilə təsdiq etmiş və bu barədə fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (İ cild i.v. 1-5); Video yazıya baxış keçirilməsi haqqında 13 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, hal şahidləri X14, X27 iştiraklar ilə Xətai RPİ-nin inzibati binasında xidməti otaqda HP markalı komputer vasitəsilə video görüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, CD diskdə 1 ədəd video fayl vardır. Həmin faylda 11 noyabr 2018-ci il tarixdə, saat 17:45-də ünvan 12 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-in inzibati binasının qarşısında yolda Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs2, X28, X57, Təqsirləndirilən şəxs1 aralarında baş vermiş dava dalaşı özündə əks etdirir. Belə ki, video görünütüdə görünür ki, 2 nəfər cavan idman cüssəli şəxslər divarın dibi ilə gələn 2 kimi cinsli, 1 ədəd qadın cinsinə mənsub şəxslərin üzərinə gedib onları döyürlər. Həmin cavan oğlanların yanında isə 3 qadın vardır. Qadınlar həmin şəxslərin ilkin olaraq dalaşmamalarına çalışsalar da, buna müvəffəq ola bilmirlər. Daha sonra isə həmin qadınlardan 2-i dava dalaşa qarışır və onlar da qarşı tərəfdə olan şəxsləri döyməyə başlayırlar. Həmin şəxslərin yanında olan digər 1 nəfər qadın isə yalnız həmin şəxsləri aralamağa çalışır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 bildirdilər ki, video görüntüdə görünən şəxslər onları döymüş Təqsirləndirilən şəxs2, onun oğlanları X57, Təqsirləndirilən şəxs1 və anası X17r. Onların yanında olan qadın isə Pərvanənin rəfiqəsi X7r ( İİ cild, i.v. 16-17); X23 ifadəsindən görünür ki, o, Xətai RPİ-nin 37-ci PŞ-si ilə üzbəüz yerləşən HAİRPOİNT gözəllik salonunu icarə əsasında işlədir. 2018-ci ilin noyabar ayının 11-də axşam saatlarında saat təxminən 17:45 radələrində işdə olduğu zaman salonun bayırından yoldan Xətai RPİ-nin 37-ci PŞ-nin giriş qapısının qarşısından səs-küy gəldiyini eşitmişdir. Bundan sonra o pəncərədən bayıra baxanda oradan cavan cüssəli, kök bədən quruluşlu bir kişi cinsli şəxsin 37-ci PŞ-nin qarşısındakı şlaqbaumun üzərindən adlayaraq qaçdığını, arxası ilə isə polislərin qaçdığını görmüşdür. Həmin yerdə bir neçə qadınların, cavan bir oğlanın olduğunu görmüşdür. Daha sonra 37-ci PŞ-nin əməkdaşları bayıra hadisə yerinə gəlmişlər. Onları sakitləşdirib oradan aparmışlar. Sonra o obyekti bağlayıb evinə getmişdir. Sonraki proseslərdən xəbəri yoxdur. Bundan bir neçə gün sonra o yenə də işdə olduğu zaman özünü Natayla kimi təqdim edən qadın salona gəlmişdir, həqiqətən də döyülmüş vəziyyətdə idi, üz başı xəsarətli idi, hadisə zaman qonşuları Pərvanə adlı şəxslə hansısa tikili üzərində mübahisələri olduğunu, həmin hadisə zamanı Pərvanə, anası və 2 oğlanları tərəfindən özünün və qonşularının döyüldüklərini bildirmişdir. Obyektin kamerasını soruşmuşdur. Həmin vaxt kameralar işləmədiyi üçün hadisənin kamera görüntülərini təqdim edə bilməmişdir ( İİ cild, i.v. 19-21); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X48- Təcrübi və X26 məhkəmə-tibbi ekspertizasının 538A nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 sol əlin baş barmağı nahiyəsində iki ədəd sıyrıq müəyyən edildi. Nu xəsarət bərk küt (küt kənarlı) əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə, yəni 11.11.2018-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Qeyd edilən xəsarətlərin xarakterini, xüsusiyyətlərini və lokalizasını nəzərə alaraq demək olar ki, bu xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil ( İİ cild, i.v. 39-41); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X48- Təcrübi və X26 məhkəmə-tibbi ekspertizasının 550 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 yetirilmiş xəsarətlər başın sol alın nahiyəsində zəif ifadə olunan şişkinlik üzərində sıyrıq, burun, sol mil-bilək oynağı, sol əlin yan və arxa səthləri, sol diz oynağının ön və yan səthlərində sıyrıqlar, sol diz oynağı nahiyəsində qançırlar-bərk küt (küt kənarlı) əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, əmələ gəlmə müddəti qərarda göstərilən tarixə, yəni 11.11.2018-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətlərin xarakterini, xüsusiyyətlərini və lokalizasını nəzərə alaraq demək olar ki, bu xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil ( İİ cild, i.v. 43-45); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X48- Təcrübi və X26 məhkəmə-tibbi ekspertizasının 538A nömrəli rəyindən görünür ki, X9 bədənində başın alın, sol qaşüstü, burun, sol gözün üst qapağı, sol gözaltı, sol yanaq, üst dodaq, alt çənə, sağ dirsək oynağı nahiyələrində sıyrıqlar, sağ yanaq, sağ süd vəzisi, sağ bazu və sağ əlin arxa səthi nahiyələrində qançırlar müəyyən edilmişdir. Bu xəsarətlər bərk küt (küt kənarlı) əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə, yəni 11.11.2018-ci il tarixə uyğun gələ bilərlər və dərəcələrinə görə istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Qeyd edilən xəsarətlərin xarakterini, xüsusiyyətlərini və lokalizasını nəzərə alaraq demək olar ki, bu xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil ( İİ cild, i.v. 50-52); Cinayət əməlinin tövsif edilməsi haqqında 08 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsindən həmin məcəllənin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir ( İİ cild, i.v. 93); X8 Xətai RPİ-nin 37-ci PŞ-nə ünvanlanan 26.09.2018-ci il tarixli ərizəsindən görünür ki, 26.09.2018-ci ildə axşam radələrində NZS qəsəbəsi A.Qurban küçəsi ilə keçib evinə gedirdi. Həyətdə insan toplusu görmüşdür. Yoluna davam edirdi ki, bir qadının digərini vurduğunu gördü. Qadının başı onun ağzına dəydi. O da müvazinətini saxlaya bilməyib dəmir reşotqaya dəydi. Nəticədə, o da bədən xəsarəti aldı. Almış olduğu xəsarətlə bağlı məhkəmə tibb ekspertizasının müayinəsindən keçmək üçün göndəriş verilməsini və həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (İİ cild, i.v. 124); X10 Xətai RPİ-nin İŞ-nə verdiyi izahatından görünür ki, o, ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Təqsirləndirilən şəxs2 tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Zərərçəkmiş şəxs1, atası Vyaçeslavı, Marinanı tanıyır. Həmin şəxslər yaxınlıqda yerləşən Aşıq Qurban küçəsi 19 saylı binanın sakinləridir. Onları da uzun müddətdir ki, tanıyır, onlarla heç bir düşmənçilik və ədavəti yoxdur. Aşıq Qurban küçəsində 21 və 19 saylı binaların arasında olan həyətdə qarajların yanında bir köşk var. Həmin köşk 22 ildir ki, oradadır. Təxminən 2018-ci ilin sentyabr ayında Pərvanə həmin köşkdə təmir işlərinə başladı, belə ki, Pərvanənin sözlərinə görə o, həmin köşkü 6000 manata Natiq adlı şəxsdən almışdır. Köşkün təmiri Aşıq Qurbar küçəsində yerləşən 19 saylı binanın bir neçə sakinin etirazına səbəb oldu, halbuki təmir işləri ətrafda yaşayan sakinlərə heç bir narahatçılıq törətmirdi. O özü də qonşuluqda yaşayır və həmin köşkdə aparılan təmir işləri ona və qonşularına heç bir narahatçılıq törətməyib. 26.09.2018-ci il tarixdə saat 18 radələrində Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları həmin köşkə gəlib onun yuxarı hissəsini sökdürdülər. Həmin vaxt Aşıq Qurban küçəsi 19 saylı binanın sakinləri olan Natalya, atası Vyaçeslav, Marina və tanımadığı bir neçə şəxs köşkün qarşısına gəlib əsassız olaraq səs-küy salmağa başladılar və orada olan Pərvanənin ünvanına qıcıqlandırıcı sözlər deyirdilər. X50 mobil telefonla çəkərək videogörüntüləri «Youtube»a qoyacağını deyirdi. X42 anası Gülarənin üstünə hücum edərək onun yaxasından tutdu. Həmin vaxtı Natalyanın mobil telefonu əlindən yerə düşdü və zərbədən mobil telefonun batareyası mobil telefondan aralandı. Pərvanə bunu görən kimi həmin batareyanı ayağı ilə əzdi ki, Natalya bir daha mobil telefonla onu çəkə bilməsin. Onu da qeyd edir ki, hadisə vaxtı orada ərazinin sahə inspektoru polis kapitanı Rəşad adlı əməkdaş var idi. Natalya və onun yanında olan digər şəxslər Pərvanəni dalaşmaya təhrik etməyə çalışırdılar, lakin Pərvanə özünü təmkinli aparırdı. Həmin vaxt Pərvanə Natalya ilə onun atası Vyaçeslavla, Marina adlı qadınla və digər şəxslərlə yalnız sözlə mübahisə edirdi. Pərvanə heç kimi orada vurmamış və heç kimə xəsarət yetirməmişdir. Onu da qeyd edir ki, həmin gün axşam saat 20 radələrində qonşusu Vüsal idarə etdiyi avtomobili Natalyanın yaşadığı binanın həyətində saxladığı üçün, Natalya digər qonşularla birləşib Vüsalla mübahisə etmişdir. Natalya və Marina orada heç kimlə yola getmirlər, digər qonşulara narahatçılıq yaradırlar. Natalyanın atası Vyaçeslav isə tüfeyli həyat tərzi sürür. Natalya və Marina qonşusu olan Raminin göstərişi ilə Pərvanədən yalandan olaraq polisə şikayət ediblər. Bildiyinə görə, buna səbəb Pərvanənin Raminə köşklə bağlı 4000 manat pul verməməsi olmuşdur. Halbuki həmin köşkün Raminə heç bir aidiyyəti yoxdur ( İİ cild, i.v. 146); X24 Xətai RPİ-nin İŞ-nə verdiyi izahatından görünür ki, o, ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Təqsirləndirilən şəxs2 tanıyır, onunla heç bir düşmənçilik və ədavəti yoxdur. Zərərçəkmiş şəxs1, atası Vyaçeslavı, Marinanı tanıyır. Həmin şəxslər yaxınlıqda edəşən Aşıq Qurban küçəsi 19 saylı binanın sakinləridir. Onları da uzun müddətdir ki, tanıyır, onlarla heç bir düşmənçilik və ədavəti yoxdur. Aşıq Qurban küçəsində 21 və 19 saylı binaların arasında olan həyətdə qarajların yanında bir köşk var. Həmin köşk 22 ildir ki, oradadır. Təxminən 2018-ci ilin sentyabr ayında Pərvanə həmin köşkdə təmir işlərinə başladı, belə ki, Pərvanənin sözlərinə görə o, həmin köşkü 6000 manata Natiq adlı şəxsdən almışdır. Köşkün təmiri Aşıq Qurban küçəsində yerləşən 19 saylı binanın bir neçə sakinin etirazına səbəb oldu, halbuki təmir işləri ətrafda yaşayan sakinlərə heç bir narahatçılıq törətmirdi. O özü də qonşuluqda yaşayır və həmin köşkdə aparılan təmir işləri ona və qonşularına heç bir narahatçılıq törətməyib. 26.09.2018-ci il tarixdə saat 18 radələrində Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları həmin köşkə gəlib onun yuxarı hissəsini sökdürdülər. Həmin vaxt Aşıq Qurban küçəsi 19 saylı binanın sakinləri olan Natalya, atası Vyaçeslav, Marina və tanımadığı bir neçə şəxs köşkün qarşısına gəlib əsassız olaraq səs-küy salmağa başladılar və orada olan Pərvanənin ünvanına qıcıqlandırıcı sözlər deyirdilər. X50 mobil telefonla çəkərək videogörüntüləri «Youtube»a qoyacağını deyirdi. X42 anası Gülarənin üstünə hücum edərək onun yaxasından tutdu. Həmin vaxtı Natalyanın mobil telefonu əlindən yerə düşdü və zərbədən mobil telefonun batareyası mobil telefondan aralandı. Pərvanə bunu görən kimi həmin batareyanı ayağı ilə əzdi ki, Natalya bir daha mobil telefonla onu çəkə bilməsin. Onu da qeyd edir ki, hadisə vaxtı orada ərazinin sahə inspektoru polis kapitanı Rəşad adlı əməkdaş var idi. Natalya və onun yanında olan digər şəxslər Pərvanəni dalaşmaya təhrik etməyə çalışırdılar, lakin Pərvanə özünü təmkinli aparırdı. Həmin vaxt Pərvanə Natalya ilə onun atası Vyaçeslavla, Marina adlı qadınla və digər şəxslərlə yalnız sözlə mübahisə edirdi. Pərvanə heç kimi orada vurmamış və heç kimə xəsarət yetirməmişdir. Onu da qeyd edir ki, həmin gün axşam saat 20 radələrində qonşusu Vüsal idarə etdiyi avtomobili Natalyanın yaşadığı binanın həyətində saxladığı üçün Natalya digər qonşularla birləşib Vüsalla mübahisə etmişdir. Natalya və Marina orada heç kimlə yola getmirlər, digər qonşulara narahatçılıq yaradırlar. Natalyanın atası Vyaçeslav isə tüfeyli həyat sərzi sürür. Natalya və Marina qonşusu olan Raminin göstərişi ilə Pərvanədən yalandan olaraq polisə şikayət ediblər. Bildiyinə görə, buna səbəb Pərvanənin Raminə köşklə bağlı 4000 manat pulun verməməsi olmuşdur. Halbuki həmin köşkün Raminə heç bir aidiyyəti yoxdur (İİ cild, i.v. 148); X25 Xətai RPİ-nin İŞ-nə verdiyi izahatından görünür ki, o, ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. 12.1 saylı inzibati ərazinin sahə inspektorudur. Xətai rayonu Aşıq Qurban küçəsində yerləşən 21 və 19 saylı binalar sahə rəisi polis mayoru Şahin Əliyevin inzibati ərazisinə daxildir. 26.09.2018-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları Aşıq Qurban küçəsi 21 ə 19 saylı binaların arasında həyətdə yerləşən sahəsi 12 kv. metr olan köşkə baxış keçirməliydilər. Bu səbəbdən o, 37-ci PŞ-nin rəisinin göstərişi ilə həmin ünvana getdi, belə ki, sahə rəisi polis mayoru Şahin Əliyev hospitalda müalicə alırdı. İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə yuxarıda təyd etdiyi köşkün sahibi Təqsirləndirilən şəxs2 köşkün yenicə təmir olunmuş damını fəhlələrə sökdürürdü. Həmin vaxt Aşıq Qurban küçəsi 19 saylı binanın sakini olan Zərərçəkmiş şəxs1 yaşadağı ünvanın qarşısında dayanıb köşkün damının sökülməsini öz mobil telefonu ilə videoya çəkirdi. Natalya Pərvanənin buna reaksiya vermədiyini görüb Pərvanəni qıcıqlandırmaq üçün mobil telefonla videoçəkiliş apara-apara köşkə yaxınlaşdı. Həmin vaxt Pərvanənin anası Zərərçəkmiş şəxs1 videoçəkiliş apardığına görə irad bildirdi və onların arasında sözlə mübahisə yarandı. O və PPX əməkdaşları həmin qadınları sakitləşdirməyə başladılar və onları araladılar ki, dalaşmasınlar. Həmin vaxt Pərvanənin əlinə daş götürüb yerdə olan bir əşyanın üstünə çırpdığını gördü. Sonradan ona məlum oldu ki, Pərvanə daşla Natalyaya məxsus mobil telefonun batareyasını zədələmişdir. Bundan sonra Natalya bir neçə şəxslə birlikdə 37-ci PŞ-ə gedib Pərvanədən şikayət etmişlər. Hadisə vaxtı orada heç bir dalaşma olmamışdır və Təqsirləndirilən şəxs2 heç kimi orada vurmamış və heç kimə orada xəsarət yetirməmişdir. Orada yalnız sözlə mübahisə olmuşdur, Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, Pərvanə ilə ədavət aparır və çalışır ki, qonşularını da Pərvanəyə qarşı yönəltsin. Belə ki, 26.09.2018-ci il tarixdə Azad, Marina və Çinqiz adlı şəxslər Zərərçəkmiş şəxs1 təhriki ilə Təqsirləndirilən şəxs2 əsassız olaraq 37-ci PŞ-ə şikayət etmişlər (İİ cild, i.v. 152); X10 izahatından görünür ki, o, Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi A.Qurban küçəsi ev 21 mənzil 12-də yaşayır. Özü hazırda heç yerdə işləmir. 08 sentyabr 2018-ci il tarixdə təxminən saat 1 radələrində o, yaşadığı evin qarşısında oturacaqda oturub hava qəbul edən zaman gördüm ki, Pərvanə adlı qadın köşkün yaxınlığına gəldi və orada sahə rəisi Şahinin köməkçisi Natiq dedi ki, gəl bura köşkün əvvəlki sahibi gəlibdi. Pərvanə də həmin yerə gəldi. Ora gələn zaman gördü ki, orada Ramin, arvadı, Əzizə, Natalya, köşkün adını bilmədiyi əvvəlki sahibi, Əlizadə orada dayanıb Pərvanəni gözləyirlər. Pərvanə ora yaxınlaşan zaman Əlizadə adlı şəxs ona dedi ki, köşkü sən almısansa xeyirli olsun. Pərvanə də dedi ki, bəli o, köşkü pulu ilə almışdır. Həmin vaxt Ramin Pərvanəyə dedi ki, köşk buradan götürüləcəkdir. Həmin vaxt sahə rəisi Şahin müəllim dedi ki, Pərvanə köşkü qanunu yolla almışdır. Bu zaman Natalya Pərvanyə dedi ki, köşk buradan götürülməlidir. Natalya başladı Pərvanəni orada sözlə təhqir etməyə, ona dedi ki, köşkün təmir olunmasına icazə verməyəcək. Həmin vaxtı orada olan sahə rəisinin köməkçisi Natiq onların arasına girdi və orada heç bir dava-dalaş olmadı. Bu zaman Ramin dedi ki, Pərvanəyə köşkün təmirinə icazə verməyəcəkdir. Daha sonra hamı çıxıb öz evinə getdi. Sonradan bildi ki, Natalya Pərvanədən 37-ci PŞ-nə şikayət ərizəsi yazıb ki, guya ki, Pərvanə onu döyüb xəsarət yetirmişdir. Ancaq həmin vaxt Pərvanə onu döyməmiş, ona heç əli də dəyməyib. Bunu orada olmuş sahə rəisi Şahin, onun köməkçisi Natiq olmuş, onlar özləri təsdiq edə bilərlər ki, Pərvanənin həmin vaxt Natalyaya heç əli də dəyməyibdir. Natalya həmin vaxt sözlə Pərvanəni təhqir edib, Pərvanə də sözlə ona cavab vermişdir. Natalya yalan danışır. Pərvanənin heç ona əli də dəyməyib. Bunu polislər Şahin və Natiq təsdiq edə bilər ( İİ cild, i.v. 242); X24 izahatından görünür ki, o, Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi A.Qurban küçəsi ev 21 mənzil 8-də yaşayır. Özü hazırda təqaüddədir. 08 sentyabr 2018-ci il tarixdə təxminən saat 15 radələrində o, yaşadığı binanın qarşısında oturacaqda oturub hava qəbul edən zaman gördüm ki, Pərvanə adlı qadın köşkün yaxınlığına gəldi və orada sahə rəisi Şahinin köməkçisi Natiq dedi ki, gəl bura köşkün əvvəlki sahibi gəlibdi. Pərvanə də həmin yerə gəldi. Ora gələn zaman gördü ki, orada Ramin, arvadı, Əzizə, Natalya, köşkün adını bilmədiyi əvvəlki sahibi, Əlizadə orada dayanıb Pərvanəni gözləyirlər. Pərvanə ora yaxınlaşan zaman Əlizadə adlı şəxs ona dedi ki, köşkü sən almısansa xeyirli olsun. Pərvanə də dedi ki, bəli o, köşkü pulu ilə almış. Həmin vaxt Ramin Pərvanəyə dedi ki, köşk buradan götürüləcəkdir. Həmin vaxt sahə rəisi Şahin müəllim dedi ki, Pərvanə köşkü qanunu yolla almışdır. Bu zaman Natalya Pərvanyə dedi ki, köşk buradan götürülməlidir. Natalya başladı Pərvanəni orada sözlə təhqir etməyə, ona dedi ki, köşkün təmir olunmasına icazə verməyəcək. Həmin vaxtı orada olan sahə rəisinin köməkçisi Natiq onların arasına girdi və orada heç bir dava dalaş olmadı.Bu zaman Ramin dedi ki, Pərvanəyə köşkün təmirinə icazə verməyəcəkdir.Daha sonra hamı çıxıb öz evinə getdi.Sonradan bildi ki, Natalya Pərvanədən 37-ci PŞ-nə şikayət ərizəsi yazıb ki, guya ki, Pərvanə onu döyüb xəsarət yetirmişdir. Ancaq həmin vaxt Pərvanə onu döyməmiş, ona heç əli də dəyməyibdir. Bunu orada olmuş sahə rəisi Şahin, onun köməkçisi Natiq olmuş, onlar özləri təsdiq edə bilərlər ki, Pərvanənin həmin vaxt Natalyaya heç əli də dəyməyibdir. Natalya həmin vaxtı sözlə Pərvanəni təhqir edib, Pərvanə də sözlə ona cavab vermişdir ( İİ cild, i.v. 244); X29 Xətai RPİ-nin İŞ-nə verdiyi izahatından görünür ki, o, anket məlumatlarında qeyd edilən ünvanda yaşayır və Xətai RPİ-nin 37-ci PŞ-də polis rəisi vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirir ki, 08 sentyabr 2018-ci ildə saat 15 radələrində ərazidə xidmət aparan zaman A.Qurban küçəsi 19-da yaşayan Zərərçəkmiş şəxs1 102 xidmətinə zəng edərək həmin ünvanın qarşısında olan köşkdə Pərvanə adlı qadının qanunsuz olaraq tikinti aparması barədə məlumat verdi. O da qeyri-rəsmi köməkçi olan Natiqlə birlikdə həmin ünvana gəldilər. Məlum oldu ki, orda heç bir qanunsuz tikinti işləri aparılmır. Natalya və onun tərəftarları olan qonşular oradadırlar. Həmin yerə onlar yaxınlaşaraq köşkün kimə məxsus olmasını maraqlandılar. Onlar da dedilər ki, A.Qurban küçəsi 7-də yaşayan şəxsə məxsusdur. O soruşdu ki, köşkün sənədi varmı? Onlar dedilər ki, məlumatları yoxdur. Sonra Pərvanə gəldi. Onlar köşkün qanuni olub-olmamasını soruşdular. Məlum oldu ki, Pərvanə həmin köşkü Natiqdən almışdır ( İİ cild, i.v. 246-247); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X48- Təcrübi və Tədris Birliyinin 921 nömrəli rəyindən görünür ki, vətəndaş vət. X3 başın alın nahiyəsinin sağ yan səthinin sıyrıq və qançırı müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 26.09.2018-ci il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. ( İİ cild, i.v. 131- 132); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X48- Təcrübi və Tədris Birliyinin 922 nömrəli rəyindən görünür ki, vət. V.Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilmiş, xəsarət-sol qaş qövsü nahiyəsində sıyrıq küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 26.09.2018-ci il tarixdə və şəraitdə əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. ( İİ cild, i.v. 133-134); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X48- Təcrübi və Tədris Birliyinin 923 nömrəli rəyindən görünür ki, vət. A.B.Ramazanovun bədənində aşkar edilmiş xəsarətlər-üst dodağın selikli qişasında qansızma və sağ baz nahiyəsində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 26.09.2018-ci il tarixə və şəraitdə uyğun gəlir, ümumilikdə və ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. ( İİ cild, i.v. 135-136); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X48- Təcrübi və Tədris Birliyinin 920 nömrəli rəyindən görünür ki, vət. X12 sol əlin 4-cü barmağının dırnaq falanqasının yerdəyişməyən qapalı sınığı və sol əlin İİİ və İV əl barmaqlarının yumşaq toxumalarının qançırları; üst çənədə mərkəzdən solda İ kəsici dişin tac hissəsinin kiçik ölçülü qopması və həmin səviyyədə üst və alt dodağın selikli qişasının qansızması; sol bazu nahiyəsinin qançırı; boyunun ön səthinin, sol sidin və sağ baldırın sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 26.09.2018-ci il tarixə uyğun gəlir, dərəcəsinə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir ( İİ cild, 137-139); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X48- Təcrübi və Tədris Birliyinin 862 nömrəli rəyindən görünür ki, vət. X12 sağ süd vəzinin yumşaq toxumasınınqançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 08.09.2018-ci il tarixə uyğun gəlir, sağlamığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir ( İİ cild, 197-199); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2020-ci il tarixli, 2851 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd “X66 4” markalı arxa tərəfindəki markirovka göstəricisinə görə “SM-N910C” modelli “355025/06/122387/9”imei kodlu mobil (smartfon) telefon olmaqla, hal-hazırda işlək vəziyyətdə deyildir ( İİİ cild, i.v. 71-74); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2020-ci il tarixli, 2852 nömrəli ekspert rəyindən görünür ki, aparılmış tədqiqatın nəticəsində “SAMSUNG” şirkətinin Azərbaycandakı rəsmi distribyutoru olan “İNTEGRAL” firmasının məlumatı və Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və köhnə işlənmiş mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilmiş bir ədəd “X66 4” markalı SM-N910C modelli mobil satış qiyməti təxminən 80,00 manat müəyyən edilir ( İİİ cild, i.v. 75-79); İbtidai istintaq müddətini uzadılması barədə 02 mart 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhər Pİ-nin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay olmaqla 5 ayadək, yəni 21 may 2020-ci il tarixə kimi uzadılmışdır ( İİİ cild, i.v. 84-85); Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında 08.09.2018-ci il, 26.09.2018-ci il və 11.11.2018-ci il tarixlərində baş vermiş hadisələrlə bağlı üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edib Təqsirləndirilən şəxs2 üzünə səsləndirmiş, Təqsirləndirilən şəxs2 26.09.2018-ci il tarixdə baş vermiş hadisə vaxtı Zərərçəkmiş şəxs1 ilə əlbəyaxa olduğunu, dartışdıqlarını və bu zaman mobil telefonunun yerə düşüb zərbədən mobil telefonun enerji blokunun mobil telefondan aralandığını, bunu görən kimi həmin enerji blokunu öncə ayağı ilə, daha sonra isə yerdən götürdüyü daş parçası ilə əzdiyini etiraf edərək digər xüsusatlarla bağlı əvvəlki ifadələrini təsdiq etmişdir ( İİİ cild, i.v. 105-110); protokoldan görünür ki, 01 ədəd CD diskə baxış keçilərkən müəyyən edilmişdir ki, video çəkiliş Xətai RPİ-nin 37-ci Polis Şöbəsi ilə üzbəüz nisbətən hündür məsafədə quraşdırılmış video kamera vasitəsilə aparılmışdır və video kameranın görüntü spektoruna Xətai RPİ-nin 37-ci PŞ-nin girişi (piyada və avtomobillərin daxil olması üçün şlaqbaumlu giriş) və sol tərəfdəki yol ayırıcına qədər olan sahə daxildir. Video görüntünün yuxarı tərəfindəki yazıya əsasən həmin görüntü 11.11.2018-ci il saat 17:45:22-dən başlayır və saat 17:46:24-də başa çatır, beləliklə 1 dəqiqə 2 saniyyə vaxtı əhatə edir. Görüntü vaxtının 12-ci saniyyəsində, yəni saat 17:45:34-də 37-ci PŞ-nin girişinin sol tərəfində, səkinin kənarında park edilmiş qara rəngli Universal tipli avtomobilin arxa tərəfindən çıxmış 3 nəfər şəxslər, onlardan 2 nəfər kişi və 1 nəfər kürən saçlı qadın cinsli şəxslər video kameranın görüntü spektoruna düşürlər(Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3). Belə ki, 2 nəfər kişi cinsli şəxslər öndə, bir-birinin arxası ilə hərəkət edirlər, axırda isə 1 nəfər kürən saçlı qadın cinsli şəxs hərəkət edir. Həmin vaxt 37-ci PŞ-nin girişinin sağ tərəfində, səkinin kənarında park edilmiş rəngi, markası və modeli görünməyən avtomobilin arxa tərəfindən 5 nəfər şəxslər yolun hərəkət hissəsinə çıxmaqla video kameranın görüntü spektoruna düşürlər(Təqsirləndirilən şəxs2, G.Mahmudova, Təqsirləndirilən şəxs1, Fuad Əliyev və şəxsiyyəti istintaqa məlum olmayan qadın). 2 nəfər kişi və 1 nəfər kürən saçlı qadın cinsindən olan ümumilikdə 3 nəfər şəxslər əks tərəfdən onlara 2 nəfər kişi və 3 nəfər qadın cinsindən olan ümumilikdə 5 nəfər şəxslərin yaxınlaşdığını görüb dayanırlar. Qeyd olunan 5 nəfər şəxsdən soldan birinci hərəkət edən açıq rəngli köynək və şalvar geyinmiş kişi cinsli şəxs, ondan sağda açıq rəngli paltar geyinmiş qadın cinsli şəxs, ondan sağda qara rəngli paltar geyinmiş qadın cinsli şəxs, ondan sağda tünd rəngli şalvar və açıq rəngli köynək geyinmiş kişi cinsli şəxs və ondan sağda açıq rəngli şalvar və köynək geyinmiş qadın cinsli şəxslərdir. Həmin 5 nəfər şəxslərdən soldan ikinci olan qadın cinsli şəxs soldan birinci hərəkət edən kişi cinsli şəxsi dayandırmağa çalışsa da buna müvəffəq ola bilmir və hamısı göstərilən 3 nəfər şəxsin üstünə doğru hərəkətini davam etdirirlər. Daha sonra həmin 5 nəfər şəxslərdən soldan 2-ci və 3-cü yerdə olan qadın cinsli şəxslər (açıq və qara paltar geyinmiş qadınlar) soldan birinci olan kişi cinsli şəxsi saxlamağa, soldan 5-ci olan qadın cinsli şəxs isə soldan dördüncü olan kişi cinsli şəxsi saxlamağa çalışırlar, lakin buna nail ola bilmirlər. Daha sonra həmin 5 nəfər şəxslərdən açıq rəngli şalvar və köynək geyinmiş şəxs (soldan 1-ci şəxs) qaçaraq 3 nəfər şəxslərdən biri olan kişi cinsli şəxsi təpiklə bədənindən vurur, tünd rəngli şalvar və açıq rəngli köynək geyinmiş şəxs (soldan 4-cü şəxs) isə 3 nəfər şəxslərdən digər kişi cinsli şəxsi əli ilə vuraraq hərəkət hissəsinin mərkəzinə doğru qaçırdır, orada əli ilə vuraraq yerə yıxır və üstünə əyləşib bir neçə dəfə baş nahiyəsinə zərbələr endirir. Həmin vaxt açıq rəngli şalvar və köynək geyinmiş şəxs (soldan 1-ci şəxs) 37-ci PŞ-nin daş hasarının kənarındakı işıq dirəyinin altında 3 nəfər şəxslərdən biri olan kişi cinsli şəxsi yerə yıxıb vurmaqda davam edir. Göstərilən hadisənin baş verdiyi müddətdə yolla hərəkət edən avtomobillər hərəkət sürətini aşağı salıb baş verən hadisəni izləyirlər, lakin müdaxilə edən olmur. Görüntü vaxtının 17:46:05 dəqiqəsindən isə 5 nəfər şəxslərdən qara rəngli paltar geyinmiş qadın cinsli şəxs göstərilən 3 nəfər şəxslərdən kürən saçlı qadın cinsli şəxsə hücum çəkib onu əllə vurmağa və üz nahiyəsinə zərbələr endirməyə başlayır. Bundan sonra 37-ci PŞ-dən çıxmış şəxslər onları aralayır və kənara çəkir. Bununla görüntü başa çatır. Məzmununda cinayət təqibi üçün əhəmiyyət kəsb edən və 11.11.2018-ci il tarixdə saat 17:45-də ünvan 17 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nin inzibatı binasının qarşısında, avtomobil yolunda baş vermiş dava-dalaşın görüntüləri olan 01 ədəd CD disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılır ( İİİ cild, i.v. 112); Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 11.11.2018-ci il tarixdə baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs1 onu əllə və təpiklə döydüyünü üzünə bildirmiş, Təqsirləndirilən şəxs1 isə üzünə deyilənlərin doğru olmadığını bildirmişdir ( İİİ cild, i.v. 128- 131); Zərərçəkmiş şəxs3 ilə X57 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 11.11.2018-ci il tarixdə baş vermiş hadisə zamanı Fuad Əliyevin onu əllə döydüyünü üzünə bildirmiş, Fuad Əliyev isə üzünə deyilənlərin doğru olmadığını bildirmişdir ( İİİ cild, i.v. 132-135); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 may 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs kimi tanınmışdır ( İİİ cild, i.v. 139); sübutların qiymətləndirilməsi haqqında 01 iyun 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 221.2.1, 221.2.2 və 221.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə, X57 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ittiham elan edilmiş, X15 barəsində Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə cinayət təqibinin başlanması əməlində həmin cinayətin tərkibi olmadığından CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, X6 bədən xəsarətləri alması xüsusatı ilə bağlı Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə cinayət təqibinin başlanması əməlində həmin cinayətin tərkibi olmadığından CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, A.Ramazanov zərərçəkmiş şəxs qismində tanınmamış, X2 bədən xəsarəti alması xüsusatı ilə bağlı Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə cinayət təqibinin başlanması əməlində həmin cinayətin tərkibi olmadığından CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, M.Talışınskaya zərərçəkmiş şəxs qismində tanınmamış, Şahid1 təpiklə ayağından vurulması xüsusatı üzrə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə cinayət təqibinin başlanması göstərilən faktı sübuta yetirmək mümkün olmadığından CPM-in 39.2-ci maddəsinə əsasən rədd edilmiş, Şahid1 zərərçəkmiş şəxs qismində tanınmamış, 26.09.2018-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Aşıq Qurban küçəsi 19 ünvanının həyətində baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 silah qismində istifadə olunan əşya hesab edilən mobil telefon və ya başqa predmetlə deyil, sillə ilə vurması xüsusatı ilə bağlı Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə cinayət təqibinin başlanması əməlində həmin cinayətin tərkibi olmadığından CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, 26.09.2018-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Aşıq Qurban küçəsi 19 ünvanının həyətində baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan əşya kimi daş parçası ilə Zərərçəkmiş şəxs1 məxsus dəyəri 800 manat təşkil edən “Samsung Galaxy Not4” markalı SM-N910C modelli mobil telefon aparatını və ehtiyat hissəsi olan enerji blokunu qəsdən əzib yararsız vəziyyətə salaraq özgə əmlakını məhv etməsi xüsusatı ilə bağlı Zərərçəkmiş şəxs1 800 manat maddi ziyan vurulduğundan, həmçinin Təqsirləndirilən şəxs2 bu hərəkətləri Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə əhatə olunduğundan barəsində CM-in 186-cı maddəsi ilə cinayət təqibinin başlanması əməlində həmin cinayətin tərkibi olmadığından CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, 26.09.2018-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Aşıq Qurban küçəsi 19 ünvanının həyətində baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs1 qolunda olmuş özünün deməsinə görə 2000 manat dəyərində qızıl qolbağın sınaraq düşüb itməsi xüsusatı ilə bağlı Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan Azərbaycan Respublikası CM-in 186 və 187-ci maddələri ilə cinayət məsuliyyətinin yaranması üçün yetərli olmadığından həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibinin başlanması əməlində həmin cinayətlərin tərkibi olmadığından CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Zərərçəkmiş şəxs1 əmlakının itməsi ilə bağlı Bakı Şəhər BPİ-nin Tapıntılar Bürosuna müraciət etməsi izah edilmiş, Təqsirləndirilən şəxs2, X28, X57 və Təqsirləndirilən şəxs1 istintaqın gedişində verdikləri ifadələri məsuliyyətdən boyun qaçırmaq və cinayət əməllərini ört-basdır etməyə yönəldiyindən, digər sübutlar və mötəbər dəlillərlə təkzib olunduğundan həmin ifadələr sübut hesab edilməmiş, Təqsirləndirilən şəxs2 “sol bud-çanaq oynağı nahiyəsində qançır” kimi sağlamlığa zərərvurmayan bədən xəsarətini, X57 “sol təpə-gicgah nahiyəsində dərialtı hematoma və baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, boyun və sağ mil-bilək oynağı nahiyələrində qançırlar” kimi sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətlərini özlərinin hüquqazidd hərəkətləri nəticəsində, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 qəsdən döyərkən aldıqlarından, X28 isə “sol qasıq nahiyəsində qançır” kimi sağlamlığa zərərvurmayan bədən xəsarətini nəvələri Təqsirləndirilən şəxs1 və Fuad Əliyevi aralayarkən və dava-dalaş etmələrinə maneə yaratmaq istəyərkən aldığından həmin xüsusatlarla bağlı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və qeyrilərinin barələrində Azərbaycan Respublikası CM-in 128 və 221-ci maddələri ilə cinayət təqibinin başlanması əməllərində həmin cinayətlərin tərkibi olmadığından CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayonu Aşıq Qurban küçəsi 19-da yerləşən dəmir köşkdə özbaşına tikinti işləri aparsa da insanların həyat və sağlamlığı üçün real təhlükə yaranmadığından, tikinti qısa zamanda söküldüyündən həmin xüsusatla bağlı barəsində Azərbaycan Respublikası CM-in 222-1-ci maddəsi ilə cinayət təqibinin başlanması əməlində həmin cinayətin tərkibi olmadığından CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, 11.11.2018-ci il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nin qarşısında baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs2 ilə ora getmiş şəxsiyyəti istintaqa məlum olmayan qadının barəsində Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə cinayət təqibinin başlanması əməlində cinayət tərkibi olmadığından CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs2 26.09.2018-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Aşıq Qurban küçəsi 19 ünvanında Zərərçəkmiş şəxs1 əlindən mülkiyyətində olan “Samsung Galaxy Not4” markalı SM-N910C modelli mobil telefon aparatını alaraq həmin mobil telefonla Zərərçəkmiş şəxs1 dodağından qəsdən vurub “üst çənədə mərkəzdən solda İ kəsici dişin tac hissəsinin kiçik ölçülü qopması və həmin səviyyədə üst və alt dodağın selikli qişasının qansızması” kimi bədən xəsarətləri yetirməsi, daha sonra isə həmin mobil telefon aparatını və ehtiyat hissəsi olan enerji blokunu daşla əzərək məhv etməsi xüsusatı ilə bağlı “Samsung Galaxy Not4” markalı, SM-N910C modelli “355025/06/122387/9” imei kodlu smartfon tipli mobil telefon aparatı və ehtiyat hissəsi olan enerji bloku iş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Bakı Şəhər BPİ-nin Təchizat Şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs2 26.09.2018-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Aşıq Qurban küçəsi 19 ünvanında Zərərçəkmiş şəxs1 əlindən alıb yerə atdığı “Samsung Galaxy Not4” markalı, SM-N910C modelli mobil telefon aparatını və ehtiyat hissəsi kimi enerji blokunu əzib yararsız vəziyyətdə salaraq özgə əmlakını məhv etməsində silah qismində istifadə etdiyi daş parçasının müəyyən edilməməsi nəzərə alınmış, məzmununda cinayət təqibi üçün əhəmiyyət kəsb edən və 11.11.2018-ci il tarixdə saat 17:45-də ünvan 12 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nin inzibatı binasının qarşısında, avtomobil yolunda baş vermiş dava-dalaşın görüntüləri olan 01 ədəd CD disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarında saxlanılmış, məhkəmə-tibbi ekspertizasının 1057 nömrəli rəyi sübutlar siyahısından çıxarılmış, 1052 və 1058 nömrəli, təkrar məhkəmə-tibbi ekspertizasının T378/2018 nömrəli, komisyon məhkəmə-tibbi ekspertizasının 550, 538A və 539A nömrəli, məhkəmətibbi ekspertizasının 862, 920 və 922 nömrəli, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 2852 və məhkəmə-kompüter texniki ekspertizasının 2851 nömrəli rəyləri cinayət işi üzrə toplanmış digər mötəbər sübutlar məcmusu ilə təsdiqini tapdığından ittihamedici sübut hesab edilmiş, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 cinayət prosesində şahidin nümayəndəsi qismində iştirakına xitam verilmiş, Təqsirləndirilən şəxs2 ərizələrində Natalya və Ramil adlı şəxslərin ona məxsus köşkdə ona hücum edərək təmizlik işləri aparmasına mane olmaları, 17.09.2018-ci il tarixdə saat 01 radələrində Ramil, Natalya və tanımadığı bir oğlanın köşkü təmir edən ustaya hücum edib daş və kəsəklə xəsarət yetirərək köşkün damını yararsız hala salmaları, ifadəsində isə Ramil və Natalyanın köşkdə təmir işləri aparmaq üçün ondan 4000 manat pul tələb etmələrini bildirməsi ilə bağlı həmin xüsusatları təsdiq edən mötəbər sübutlar məcmusu olmadığından, xəsarət aldığını qeyd etdiyi ustanın ümumiyyətlə müraciəti olmadığından, xəsarət alıb-almadığı müəyyən edilmədiyindən Natalya və Ramil adlı şəxslərin barəsində cinayət təqibinin başlanması CPM-in 39.2-ci maddəsinə əsasən rədd edilmiş, qərarın surəti və cinayət təqibinin başlanması rədd edilmiş faktlarla bağlı hazırki cinayət işindən material ayrılaraq Bakı Şəhər Prokurorluğuna göndərilmişdir ( İİİ cild, i.v. 143-170); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir ( İİİ cild, i.v. 180-182); Qətimkan tədbirinin seçilməsi haqqında 02 iyun 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir ( İİİ cild, i.v. 199-201); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 iyun 2020-ci il tarixli qərardan görünür ki, X57 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir ( İİİ cild, i.v. 207-208); Qətimkan tədbirinin seçilməsi haqqında 02 iyun 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X43 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir ( İİİ cild, i.v. 224-225); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 221.2.1 maddəsi ilə ittiham elan edilmişdir ( İİİ cild, i.v. 232-233); Qətimkan tədbirinin seçilməsi haqqında 02 iyun 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 221.2.1 maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir ( İİİ cild, i.v. 248-249); İş materiallarında olan 16 may 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surəti 37-ci PŞ-nə gönərilmişdir. Azərbaycan Respublikası Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının Zəngilan İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 218 nömrəli, 05 may 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Zəngilan şəhərində daimi qeydiyyatda olmaqla məcburi köçkündür. Təqsirləndirilən şəxs2 qardaşı X35 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən İ Qarabağ müharibəsində şəhid olmuşdur. Məhkəmə iclasında tərəflərin iştirakı ilə cinayət işinin materiallarında olan, həmçinin, ittiham və müdafiə tərəfinin təqdim etdikləri disklərə baxış keçirilmiş və həmin görüntülər tədqiq edilmişdir. Görüntülərdən iş üzrə əhəmiyyətli olan, cinayət işi üzrə maddi sübut kimi tanınmış və 11 noyabr 2018-ci il tarixdə baş verən hadisəni özündə əks etdirən görüntüdən müəyyən edilmişdir ki, görüntü 11.11.2018-ci il saat 17:45:22-dən başlayır və saat 17:46:24-də başa çatır, 1 dəqiqə 2 saniyyə vaxtı əhatə edir. Görüntü vaxtının 12-ci saniyyəsində, yəni saat 17:45:34-də 37-ci PŞ-nin girişinin sol tərəfində, səkinin kənarında park edilmiş qara rəngli Universal tipli avtomobilin arxa tərəfindən çıxmış 3 nəfər şəxslər, onlardan 2 nəfər kişi və 1 nəfər kürən saçlı qadın cinsli şəxslər video kameranın görüntü spektoruna düşürlər (Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3). 2 nəfər kişi cinsli şəxslər öndə, bir-birinin arxası ilə hərəkət edirlər, axırda isə 1 nəfər kürən saçlı qadın cinsli şəxs hərəkət edir. Həmin vaxt 37-ci PŞ-nin girişinin sağ tərəfində, səkinin kənarında park edilmiş rəngi, markası və modeli görünməyən avtomobilin arxa tərəfindən 5 nəfər şəxslər yolun hərəkət hissəsinə çıxmaqla video kameranın görüntü spektoruna düşürlər (Təqsirləndirilən şəxs2, G.Mahmudova, Təqsirləndirilən şəxs1, Fuad Əliyev və digər qadın). 2 nəfər kişi və 1 nəfər kürən saçlı qadın cinsindən olan ümumilikdə 3 nəfər şəxslər əks tərəfdən onlara 2 nəfər kişi və 3 nəfər qadın cinsindən olan ümumilikdə 5 nəfər şəxslərin yaxınlaşdığını görüb dayanırlar. Qeyd olunan 5 nəfər şəxsdən soldan birinci hərəkət edən açıq rəngli köynək və şalvar geyinmiş kişi cinsli şəxs, ondan sağda açıq rəngli paltar geyinmiş qadın cinsli şəxs, ondan sağda qara rəngli paltar geyinmiş qadın cinsli şəxs, ondan sağda tünd rəngli şalvar və açıq rəngli köynək geyinmiş kişi cinsli şəxs və ondan sağda açıq rəngli şalvar və köynək geyinmiş qadın cinsli şəxslərdir. Həmin 5 nəfər şəxslərdən soldan ikinci olan qadın cinsli şəxs soldan birinci hərəkət edən kişi cinsli şəxsi dayandırmağa çalışsa da buna müvəffəq ola bilmir və hamısı göstərilən 3 nəfər şəxsin üstünə doğru hərəkətini davam etdirirlər. Daha sonra həmin 5 nəfər şəxslərdən soldan 2-ci və 3-cü yerdə olan qadın cinsli şəxslər (açıq və qara paltar geyinmiş qadınlar) soldan birinci olan kişi cinsli şəxsi saxlamağa, soldan 5-ci olan qadın cinsli şəxs isə soldan dördüncü olan kişi cinsli şəxsi saxlamağa çalışırlar, lakin buna nail ola bilmirlər. Daha sonra həmin 5 nəfər şəxslərdən açıq rəngli şalvar və köynək geyinmiş şəxs (soldan 1-ci şəxs) qaçaraq 3 nəfər şəxslərdən biri olan kişi cinsli şəxsi təpiklə bədənindən vurur, tünd rəngli şalvar və açıq rəngli köynək geyinmiş şəxs (soldan 4-cü şəxs) isə 3 nəfər şəxslərdən digər kişi cinsli şəxsi əli ilə vuraraq hərəkət hissəsinin mərkəzinə doğru qaçırdır, orada əli ilə vuraraq yerə yıxır və üstünə əyləşib bir neçə dəfə baş nahiyəsinə zərbələr endirir. Həmin vaxt açıq rəngli şalvar və köynək geyinmiş şəxs (soldan 1-ci şəxs) 37-ci PŞ-nin daş hasarının kənarındakı işıq dirəyinin altında 3 nəfər şəxslərdən biri olan kişi cinsli şəxsi yerə yıxıb vurmaqda davam edir. Göstərilən hadisənin baş verdiyi müddətdə yolla hərəkət edən avtomobillər hərəkət sürətini aşağı salıb baş verən hadisəni izləyirlər, lakin müdaxilə edən olmur. Görüntü vaxtının 17:46:05 dəqiqəsindən isə 5 nəfər şəxslərdən qara rəngli paltar geyinmiş qadın cinsli şəxs göstərilən 3 nəfər şəxslərdən kürən saçlı qadın cinsli şəxsə hücum çəkib onu əllə vurmağa və üz nahiyəsinə zərbələr endirməyə başlayır. Bundan sonra 37-ci PŞ-dən çıxmış şəxslər onları aralayır və kənara çəkir. Bununla görüntü başa çatır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 bildirdilər ki, video görüntüdə görünən şəxslər onları döymüş Təqsirləndirilən şəxs2, onun oğlanları X57, Təqsirləndirilən şəxs1 və anası X17r. Onların yanında olan qadın isə Pərvanənin rəfiqəsi X7r. Təqsirləndirilən şəxslər videogörüntünün tam olmadığını və kəsildiyini, hadisənin görüntüdə olduğu şəkildə baş vermədiyini bildirmişlər. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi, X43 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.2.1-ci maddəsinə əsasən eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.2.2-ci maddəsinə əsasən eyni əməllər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.3-cü maddəsinə əsasən Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 11-ci bəndində göstərilir ki, «Xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə tövsif olunmalıdır. Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə, xuliqanlığın tövsifedici əlamətlərinin mövcudluğundan asılı olaraq, hər biri müstəqil cinayət kimi tövsif olunmalıdır». Məhkəmə, təqsirləndirilən şəxslərin xuliqanlıq etməmələri, zərərçəkmiş şəxslərə xəsarət yetirməmələri barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, zərərçəkmiş şəxslərə və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, zərərçəkmiş şəxslərin, şahidərin ibtidai istintaq dövründə və məhkəmə iclasında vermiş olduqları ifadələri ilə təqsirləndirilən şəxslərin ifadələri təkzib edilmişdir. Məhkəmə, zərərçəkmiş şəxsərə və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ciddi ziddiyət olmamasını, təqsirləndirilən şəxslərə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxslərin yalan ifadə verməyə görə məsuliyyət daşımamalarını nəzərə alaraq zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə nəzərə alır ki, şahidlər təqsirləndirilən şəxslər və zərərçəkmiş şəxslərlə qohumluq münasibətində olmayan şahidlərdir, iş üzrə hər hansı maraqları yoxdur. Ona görə də onların ifadələri daha inandırıcı və mötəbər hesab olunmalıdır. Baş vermiş hadisələr ictimai yerdə - 08 sentyabr və 26 sentyabr 2018-ci il tarixlərdə yaşayış binasının qarşısında, 11 noyabr 2018-ci il tarixdə isə 37-ci Polis Şöbəsinin qarşısında baş vermiş, kiminsə evində yatdığı, istirahət etdiyi və ya yaşayış sahəsinin həyətində açıq havada istirahət etdiyi saatlarda ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydaları qərəzli surətdə pozulmuş, binada yaşayan insanların dincliyi pozulmuş, təqsirkarlar ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafeylərinə toxunan hərəkətlər edilmişdir. Mübahisənin zərərçəkən şəxslərin təşəbbüsü ilə başlanması müəyyən edilməmişdir. Əksinə şahid ifadələri ilə hadisənin məhz təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 təşəbbüsü ilə başlanması müəyyən edilmişdir. Məhkəmə nəzərə alır ki, mübahisələr şəxsi münasibətlər zəminində başlasa belə təqsirləndirilən şəxsin hərəkətləri sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevirildiyindən xuliqanlıq kimi qiymətləndirilməsi düzgün olmuşdur. Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2 çəkərək görüntüsünü sosial şəbəkədə yayması halı müəyyən edilməmişdir. Məhkəmə şahidlər Şahid6 və Şahid7 ifadələri ilə bağlı qeyd edir ki, qeyd edilən şahidər 11 noyabr 2018-ci il tarixdə baş verən hadisə ilə bağlı dindirilmiş, ifadələrində də, onlar, hadisə baş verən an orada olmadıqlarını və davanı bilavasitə görmədiklərini göstəmişlər. Onların ifadələri hadisə bitdikdən sonrakı xüsusatları özündə əks etdirmişdir. Təqsirləndirilən şəxs1 11 noyabr 2018-ci il tarixdə baş verən hadisə zamanı orada olmaması, sonradan gəlməsi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd olunan hal zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ifadələri ilə təkzib edilir. Həmçinin, həmin tarixdə baş vermiş hadisəni özündə əks etdirən videogörüntüdə bir nəfər deyil iki nəfər kişi cinsinə məxsus şəxs olduğu görünür və zərərçəkmiş şəxslər video görüntüdə görünən iki nəfər kişi cinsinə məxsus şəxsin X57 və Təqsirləndirilən şəxs1 olmasını bildirmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şıxslərin ifadələri mövcud olan digər sübutlarla bağdaşmayana qədər həqiqətdən uzaq qəbul edilməlidir. Təqsirləndirilən şəxs2 təhqiqat və istintaq zamanı bir neçə izahat və ifadəsi olmuşdur. Məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifaələr arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur. Onun ifadələri arasındakı uyğunsuzluq və ziddiyyətlər onun mötəbərliyini və sübuti əhəmiyyətini şübhə altına alır. Məhkəmə nəzərə alır ki, zərərçəkmiş şəxslərin həm təhqiqat və istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr oxşar olmaqla ziddiyətli olmamışdır. Həmçinin, ekspert rəylərində zərərçəkmiş şəxslərin xəsarətlərinin şəxsin özü tərəfindən yetirilməsinin inandırıcı olmadığı, xəsarətin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik olmadığı qeyd edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs2, X57 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 məcburi köçkün olmasını, qardaşının şəhid olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə X43 gənc olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM- 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs X43 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 gənc olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran haların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X57 Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran haların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, X57 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xətai rayonu Yavər Səfərov küçəsi ev 8/7 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli X57 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində X51 elektron nəzarət vasitəsi tətbiq edilməli, X51 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, X51 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran haların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xətai rayonu Yavər Səfərov küçəsi ev 8/7 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut – CD və DVD disklər iş materiallarında saxlanılmalıdır İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Samsung Galaxy Not4” markalı SM- N910C modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X57 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X57 yaşadığı Bakı şəhəri Xətai rayonu Yavər Səfərov küçəsi ev 8/7 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. X43 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X43 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. X43 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X43 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Xətai rayonu Yavər Səfərov küçəsi ev 8/7 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut –Bakı şəhəri BPİ-nin Təchizat şöbəsində saxlanılan 1 ədəd “Samsung Galaxy Not4” markalı SM-N910C modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə maddi sübut – CD və DVD disklər iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 134,94 (bir yüz otuz dörd, doxsan dörd) manat Təqsirləndirilən şəxs2, X57 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar