Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-23/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, daimi iş yeri olmayan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədilə 15 may 2022-ci il tarixdə saat 01:00 radələrində ünvan 3 binanın zirzəmisindən keçərək Zərərçəkmiş şəxs saxlanc yeri kimi istifadə etdiyi, həmin binanın 2-ci girişinin 1-ci mərtəbəsində pilləkənin altında yerləşən anbarın divarındakı mişar daşlarını özü ilə gətirdiyi dəmir materialından hazırlanmış linglə söküb çıxarmış, divarda yaranmış yarıqdan qanunsuz olaraq anbara daxil olmuş, oradan R. Məlikova məxsus 01 ədəd 30 manat dəyərində «Pioneer» markalı «DEH-135 MP» maqnitafonu, 01 ədəd 25 manat dəyərində üzərində markalanma göstəriciləri olmayan DVD oxuducusunu, 01 ədəd 180 manat dəyərində üzərində markalanma göstəriciləri olmayan səsgücləndiricini, hər birinin dəyəri 35 manat olan, ümumi dəyəri 140 manat təşkil edən 04 ədəd «Pioneer» markalı səsgücləndiriciləri, 01 ədəd 60 manat dəyərində «Phiolent» markalı perferatoru, 01 ədəd 70 manat dəyərində üzərində markalanma göstəriciləri olmayan perferatoru, hər birinin dəyəri 150 manat olan, ümumi dəyəri 300 manat təşkil edən 2 ədəd deşici alətləri, hər birinin dəyəri 50 manat olan,ümumi dəyəri 300 manat təşkil edən, hər birinin içərisində 100 m uzunluğunda 6 mm-lik kabel yerləşən cəmi 06 ədəd bağlama kabeli, hər birinin dəyəri 4 manat olan, ümumi dəyəri 288 manat təşkil edən cəmi 72 ədəd radiator başlıqlarını, hər birinin dəyəri 3 manat olan, ümumi dəyəri 360 manat təşkil edən 120 ədəd 3 tərəfli rezbalı boru birləşdiricilərini, hər birinin dəyəri 30 qəpik olan, ümumi dəyəri 72 manat təşkil edən 240 ədəd 3 tərəfli rezbasız boru birləşdiricilərini, hər birinin dəyəri 20 qəpik olan, ümumi dəyəri 24 manat təşkil edən 120 ədəd 2 tərəfli boru birləşdiricilərini, hər birinin dəyəri 180 manat olan, ümumi dəyəri 360 manat təşkil edən 2 ədəd su matorlarını, 01 ədəd «BMW» markalı avtomobilə məxsus 15 manat dəyərində «dayan» xəbərdarlıq nişanını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 2.224 (iki min iki yüz iyirmi dörd) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə özünü tam təqsirli bildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, 2 azyaşlı övladı vardır, əvvəllər fərdi usta kimi işləmişdir, son vaxtlar səhhəti ilə əlaqədar işləyə bilmədiyindən oğurluq etmək qərarına gəlmişdir. Qonşusu Zərərçəkmiş şəxs binaya girişdə pilləkənlərin altında saxlanc yeri kimi istifadə etdiyi anbarda alət və avadanlıqlar saxladığını bildiyindən oğurluğu oradan etməyi planlaşdırmış, anbarın taxta qapısınının qıfılını sındırıb içəri girsə, ifşa olunacağından qorxub anbara binanın zirzəmisindən girməyi qərara almışdır. Əvvəldən zirzəmidə olarkən Rəşadın saxlanc yerinə oradan divarı deşməklə girməyin mümkün olduğunu başa düşdüyündən 15 may 2022-ci il tarixdə gecə saat 01 radələrində özü ilə ling götürüb binanın zirzəmisinə düşmüş, Rəşadın saxlanc yerinin divarının yanına gəlmiş, linglə saxlanc yerinin divarının bir neçə mişar daşını yerindən çıxarıb kənara qoymaqla əmələ gəlmiş deşikdən anbara girmişdir. Hissə-hissə olaraq Rəşadın anbarından 2 ədəd avtomobil maqnitafonu, 1 ədəd səsgücləndirici, 1 cüt avtomobil maqnitafonu səsgücləndiriciləri, 2 ədəd preferatorlar, 2 ədəd deşici alətlər, bir neçə bağlamada kabel, bir neçə qutu radiator kranları, 4 qutuda boru yapışdırıcıları, 2 ədəd su motorları,1 ədəd avtomobil üçün stop qurğusunu anbardan zirzəmiyə çıxarıb oradan yaşadığı evin yaxınlığındakı gizlin bir yerə aparmışdır. Səhəri günü oğurladığı əşyalardan 1 deşici alət, 1 perferator, 2 ədəd avtomobil maqnitafonu və 1 ədəd stop cihazını qonşusu Rəhman adlı şəxsə cəmi 45 manata satmış, Rəhmana əşyaların özünə məxsus olduğunu demişdir. Ourladığı qalan əşyaları yığıb «8-ci km bazarı» adlanan yerə aparmış, orada tanımadığı və xarici görünüşlərini xatırlamadığı şəxslərə sataraq 80 manat pul əldə etmişdir. Daha sonra əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, anasının xəstə olmasını, zərəri hissə-hissə ödəyə biləcəyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır, yaşadığı mənzilin altında saxlanc yeri kimi istifadə etdiyi anbar vardır, özünə məxsus təsərrüfat mallarını, usta alətlərini və digər əşyaları həmin ambarda saxlayır. 17 may 2022-ci il tarixdə saat 13 radələrində əşya götürmək məqsədilə həmin anbara düşərkən anbarın dağınıq vəziyyətdə olmasını aşkar etmiş, anbardakı mallarını yerində olub-olmamasını yoxladıqda 30 manat dəyərində «Pioneer» markalı «DEH-135 MP» maqnitafon, 25 manat dəyərində üzərində markalanma göstəriciləri olmayan DVD oxuducu, 180 manat dəyərində səsgücləndirici, ümumi dəyəri 140 manat olan 4 ədəd «Pioneer» markalı səsgücləndiricilər, 60 manat dəyərində «Phiolent» markalı preferator, 70 manat dəyərində üzərində markalanma göstəriciləri olmayan preferator, ümumi dəyəri 300 manat olan 2 ədəd deşici alətlər, ümumi dəyəri 300 manat olan 6 bağlamada 100 m uzunluğunda 6 mm-lik kabel, ümumi dəyəri 288 manat olan hər birində 24 ədəd radiator başlığı olan 3 qutu radiator başlıqları, içərisində hər biri 3 manat dəyərində 120 ədəd 3 tərəfli rezbalı boru birləşdirici olan 1 qutu, içərisində hər biri 30 qəpik dəyərində 120 ədəd 3 tərəfli rezbasız boru birləşdirici olan 2 qutu, içərisində hər biri 20 qəpik dəyərində 120 ədəd 2 tərəfli boru birləşdirici olan 1 qutu boru birləşdiriciləri, ümumi dəyəri 400 manat olan 4 qutu plastik boru yapışdırıcıları, hər bir 180 manat dəyərində 2 ədəd su matorları, «BMW» markalı avtomobilə məxsus 15 manat dəyərində «dayan(stop)» xəbərdarlıq nişanının yerində olmadığını gördükdə həmin mallarının oğurlandığını başa düşmüşdür. Oğurluğun törədilməsində qonşusu Təqsirləndirilən şəxs şübhələnmiş, onun mənzilinə gedib qapını döymüş, Samir qapını açıb onu gördükdə özünü şübhəli apardığından mallarını həqiqətən Samirin oğurladığını başa düşmüş, Samir özü də oğurluq etdiyini etiraf etmişdir. Samirə 1 saat ərzində mallarını qaytarmasa polisə bildirəcəyini demiş, Samir malları qaytarmadığından hadisə barədə polisə məlumat vermişdir. Dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslə barışmadığını cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı ilə bir binada qonşudurlar, Samiri oradan tanıyır. Bu ilin may ayının əvvəllərində Samirlə rastlaşarkən Samir maddi vəziyyətinin yaxşı olmadığını bildirib ona dəmirkəsən alət tapmasını xahiş etmiş, özündə bu alətdən olduğundan Samirə vermişdir ki, işlədib çörəkpulu qazansın. Təxminən 10 gün keçdikdən sonra alət özünə lazım olduğundan Samirlə görüşüb aləti istəmiş, Samir isə ona 1 ədəd deşici alət, 1 ədəd perferator, 1 ədəd avtomobil maqnitafonu, 1 ədəd DVD oxuducu və 1 ədəd avtomobil «dayan (stop)» xəbərdarlıq nişanı gətirib vermiş, onun dəmir kəsən alətini qaytarana kimi bu əşya və alətləri özündə saxlamasını xahiş etmiş, onun dəmir kəsən alətini qaytaranda həmin şeyləri götürəcəyini bildirmişdir. Bir neçə gün sonra Samirin həmin əşyaları oğurladığını eşitmiş, qarajında saxladığı həmin alət və əşyaları polisə təqdim etmişdir. İş materiallarında olan 01 iyun 2022-ci il tarixli əşyanın təqdim edilməsi və götürülməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində PB-nə gətirilmiş Təqsirləndirilən şəxs oğurladığı və mənzilində saxladığı 32 ədəd plastik turba yapışdırıcısını istintaqa təqdim etmişdir. İş materiallarında olan 02 iyun 2022-ci il tarixli əşyanın təqdim edilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Şahid 01 ədəd drel, 01 ədəd preferator, 02 ədəd avtomobil maqnitafonu və 01 ədəd stop cihazını təqdim edərək həmin əşyaları cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmış tanışı Təqsirləndirilən şəxs saxlamaq üçün ona verdiyini bildirərək, yaşadığı məhəllənin həyətində yerləşən qarajdan götürərək istintaqa təqdim etmişdir. İş materiallarında olan 05 avqust 2022-ci il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd olunan ünvan 3 ünvanda yerləşən zirzəmiyə qanunsuz daxil olub, 02 ədəd avtomobil maqnitafonu, 01 ədəd səsgücləndirici, 01 cüt avtomobil maqnitafonu səsgücləndiriciləri, 02 ədəd preferatorlar, 02 ədəd deşici alətlər, bir neçə bağlamada kabel, bir neçə qutu radiator kranları, 04 qutuda boru yapışdırıcıları, 02 ədəd su motorları, 01 ədəd avtomobil üçün stop qurğusunu oğurladığını göstərərək ifadəsini təsdiq etmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 avqust 2022-ci il tarixli 9/5685 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş «Pioneer» markalı «DEH-1350MP» maqnitafonun hazırkı dəyəri 30 manat, üzərində markalanma göstəriciləri olmayan istifadədə olmuş DVD oxuducusunun hazırkı dəyəri 25 manat, 10 ədəd rezbalı üçtərəfli boru birləşdiricisinin hər biri 3 manat olmaqla cəmi 30 manat, 3 ədəd rezbasız üçtərəfli boru birləşdiricisinin hər biri 30 qəpik olmaqla cəmi 90 qəpik, 19 ədəd 2 tərəfli boru birləşdiricisinin hər biri 20 qəpik olmaqla cəmi 3 manat 80 qəpik, istifadədə olmuş «Phiolent» markalı perferatorun hazırkı dəyəri 60 manat, qırmızı rəngli xəbərdarlıq nişanının dəyəri 15 manat, istifadədə olmuş üzərində markalanma göstəriciləri olmayan perferatorun hazırkı dəyəri 70 manat təşkil edir. Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 234 manat 70 qəpik müəyyən olunur. İş materiallarında olan 01 iyun 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlandığı Xətai RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan 03 iyun 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsin məcburi gətirilmə haqqında qərar çıxarılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Penitensiar Xitdmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, xx/xx-8167 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 18 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, «DEH-1350MP» maqnitafon, üzərində markalanma göstəriciləri olmayan istifadədə olmuş DVD oxuducusu, 10 ədəd rezbalı üçtərəfli boru birləşdiricisi, 03 ədəd rezbasız üçtərəfli boru birləşdiricisi, 19 ədəd 2 tərəfli boru birləşdiricisi istifadə də olmuş «Phiolent» markalı perferator, qırmızı rəngli “dayan” xəbərdarlıq nişanı, istifadə də olmuş üzərində markalanma göstəriciləri olmayan perferator maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, «DEH-1350MP» maqnitafon, üzərində markalanma göstəriciləri olmayan istifadədə olmuş DVD oxuducusu, 10 ədəd rezbalı üçtərəfli boru birləşdiricisi, 03 ədəd rezbasız üçtərəfli boru birləşdiricisi, 19 ədəd 2 tərəfli boru birləşdiricisi istifadə də olmuş «Phiolent» markalı perferator, qırmızı rəngli “dayan” xəbərdarlıq nişanı, istifadə də olmuş üzərində markalanma göstəriciləri olmayan perferatoru təhvil almışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı vardir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidin istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri ilə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müsəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi 01 iyun 2022-ci il tarixdən saxlanılmış, 03 iyun 2022-ci il tarixdə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə iclasında üzrsüz səbəbdən iştirak etməyərək təyin olunmuş məhkəmə prosesinə gəlmədiyindən xx.xx.2022-ci il tarixdə məcburi gətirilmə haqqında qərar çıxarılmış, xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs verilmiş «DEH-1350MP» maqnitafon, üzərində markalanma göstəriciləri olmayan istifadədə olmuş DVD oxuducusu, 10 ədəd rezbalı üçtərəfli boru birləşdiricisi, 03 ədəd rezbasız üçtərəfli boru birləşdiricisi, 19 ədəd 2 tərəfli boru birləşdiricisi istifadə də olmuş «Phiolent» markalı perferator, qırmızı rəngli “dayan” xəbərdarlıq nişanı, istifadə də olmuş üzərində markalanma göstəriciləri olmayan perferator hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının ümumi dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu 13 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs verilmiş «DEH-1350MP» maqnitafon, üzərində markalanma göstəriciləri olmayan istifadədə olmuş DVD oxuducusu, 10 ədəd rezbalı üçtərəfli boru birləşdiricisi, 03 ədəd rezbasız üçtərəfli boru birləşdiricisi, 19 ədəd 2 tərəfli boru birləşdiricisi istifadə də olmuş «Phiolent» markalı perferator, qırmızı rəngli “dayan” xəbərdarlıq nişanı, istifadə də olmuş üzərində markalanma göstəriciləri olmayan perferator hökm qanuni qüvvəyə mindikdən sonra onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının ümumi dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-23/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-23/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver