Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-233/2021 07.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, saxtalaşdırmaqla qanunsuz hazırlamış hüquq verən rəsmi sənədlərdən istifadə edərək “xxxx” ASC-nin Əhmədli fılialından 4000 manat kredit götürmək məqsədilə X2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qrup üzvləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşları olmadıqları halda, o, 10 may 2019-cu il tarixdə şəxsiyyəti istintaqla araşdırlan şəxslər tərəfindən saxtalaşdırmaqla qanunsuz hazırlamış Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid möhür əksləri olan onun hərbi geyim formasında fotoşəkili, N saylı hərbi hissədə 3-cü taborun 1-ci bölməsinin tağım komandiri vəzifəsində xidmət etməsi, «baş leytenant» hərbi rütbəsində olması barədə həqiqətə uyğun olmayan məzmunlu məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd hesab edilən saxta “MN 0061234” nömrəli hərbiçinin şəxsi vəsiqəsini, habelə üzərində “xxxx”-ın Yasamal filialına aid ştamp əksləri olan, “xxxx”-dan əmək haqqı almasına dair həqiqətə uyğun olmayan məzmunlu məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd hesab edilən saxta 416974******3890 nömrəli ödəniş kartı üzrə çıxarışı, qrupun digər üzvü İntiqam Mahmudzadə pul kreditin götürülməsi üçün ona zamin qismində çıxış edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid möhür əksləri olan hərbi geyim formasında fotoşəkili, N saylı hərbi hissədə 1-ci taborun 2-ci xüsusi kəşfıyyat bölməsində 1-ci tağım komandiri vəzifəsində xidmət etməsi, «leytenant» hərbi rütbəsində olması barədə həqiqətə uyğun olmayan məzmunlu məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd hesab edilən saxta “MN 9300902” nömrəli hərbiçinin şəxsi vəsiqəsini, habelə üzərində “xxxx”-ın Binəqədi filialına aid ştamp əksləri olan, “xxxx”-dan əmək haqqı almasına dair həqiqətə uyğun olmayan məzmunlu məlumatlar daxil edilmiş hüquq verən rəsmi sənəd hesab edilən saxta 416974******2977 nömrəli ödəniş kartı üzrə çıxarışı 10.05.2019-cu il tarixdə ünvan 2 ünvanda yerləşən “xxxx” ASC-nin Əhmədli fılialına təqdim edib, ASC-nin Əhmədli filialı ilə 10.05.2019-cu il tarixli 009CASA191300006 nömrəli kredit müqaviləsi və həmin tarixli 009FİZAM72156501 nömrəli zaminlik müqaviləsi bağlayaraq 4000 manat nağd istehlak krediti götürmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 10 may 2019-cu il tarixdə səhər saatlarında tanışları ilə görüşmək məqsədi ilə metronun “Əhmədli” stansiyası yaxınlığına gəlmiş, həmin ünvana gəldikdə, metrostansiya yaxınlığında yerləşən çay evlərinin birinə daxil olub, tanışlarının gəlişini gözləməyə başlamış, həmin ərəfədə mobil telefonda tanışlarının hər hansı biri ilə söhbət apararaq, anasının xəstəliyi ilə əlaqədar borc pul verməsini xahiş etmiş, telefonla danışığını bitirdikdən sonra, çay evində olan hazırda adlarını və xarici görünüşlərini xatırlamadığı 2 nəfər şəxs ona yaxınlaşaraq, bankdan pul kreditinin götrülməsində köməklik edə biləcəklərini demiş, həmin vaxt o, heç bir yerdə işləmədiyini, rəsmi olaraq aylıq əmək haqqı almadığını, buna görə də bankdan pul kreditinin götürülməsinin mükünsüz olduğunu dedikdə, onlar adına saxta sənədlər hazırlamaq yolu ilə bu məsələni həll edə biləcəklərini demiş, eyni zamanda götürüləcək pul krediti vaxtlı-vaxtında ödəniləcəyi təqdirdə bank tərəfində hər hansı problemlə üzləşməyəcəyini bildirmiş, həmin ərəfədə anası qaraciyər, şəkər və nevroz kimi xəstəliklərdən əziyyət çəkdiyi üçün pula ehtiyyacı olmuş, eyni zamanda aparılan tikinti işlərində fərdi qaydada fəhlə kimi işləyib, müəyyən məbləğdə əmək haqqı aldığı üçün götürəcək olduğu kredit borcunu ödəyə biləcəyini fikirləşmiş, buna görə də, tanımadığı şəxslərin təklifinə etiraz etməmiş, belə olan halda, onlar adına saxta Azərbaycan Respblikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 3-cü taborun 1-ci bölməsinində tağım komandiri vəzifəsində xidmət etməsi, “baş leytenant” rütbəsində olması haqqında hərbiçinin şəxsi vəsiqəsini və “xxxx” ASC-nin Yasamal rayon filialından əmək haqqı alması barədə saxta çıxarışı hazırlayaraq ona təqdim edəcəklərini, onun da banka gedib, həmin sənədlər əsasında 4000 manat pul krediti götürə biləcəyini demiş, eyni zamanda bankdan 4000 manat pul krediti götürəcəyi halda, gördükləri iş müqabilində pulun 1800 manatını onlara verməli olduğunu bildirmiş, bundan sonra tanımadığı şəxslər pul kreditinin götürülməsi üçün ona bir nəfər zamin də, lazım olacağını demiş, o isə kredit götürülməsi üçün zamin duracaq tanışının olmadığını dedikdə, onlar zamin duracaq şəxs də, tapacaqlarını, lakin həmin şəxsin zaminliyi müqabilində ona 200 manat pul verməli olacağını demiş, o, razılaşıqdan sonra, tanımadığı şəxslər ondan şəxsiyyət vəsəqisini istəmiş, o şəxsiyyət vəsiqəsini verdikdən sonra, onlar vəsiqəsini götürüb, çay evində onları gözləməsini, belə ki, təxminən 1 saat ərzində dedikləri sənədləri hazırlayıb, geriyə qayıdacaqlarını demiş, o, razılaşıb, həmin şəxsləri gözləməyə başlamış, təxminən 1 saat sonra həmin şəxslər geri qayıtdıqda, onun hərbi formada fotoşəkili, ad, soyad və ata adı əks olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 3-cü taborun 1-ci bölməsinində tağım komandiri vəzifəsində xidmət etməsi, “baş leytenant” rütbəsində olması haqqında şəxsi vəsiqəni və “xxxx” ASC-nin Yasamal rayon filialından əmək haqqı alması barədə saxta çıxarışı ona təqdim etməklə, banka daxil olub, kerdit sifarişi zamanı onu qəbul edəcək mütəxəssisə şəxsi vəsiqədə qeyd edilənlər barədə, həmçinin aylıq 1298 manat əmək haqqı alması barədə məlumatları verib, pul krediti sifariş edə biləcəyini qeyd etmiş, danışıqları zamanı sonradan adını öyrəndiyi İntiqam adlı şəxs də, çay evinə gəlmiş, tanımadığı şəxslər İntiqamı ona təqdim etməklə, məhz həmin şəxsin ona zamin duracağını, pul krediti götürüldükdən sonra pulun 200 manatını da, ona verməli olacağını bildirmiş, ardınca həmin tanımadığı şəxslər ona təqdim etdikləri saxta hərbiçinin şəxsi vəsiqəsindən və həmçinin saxta bank çıxarışından oxşarlarını İntiqama təqdim etmiş, bundan sonra onlar çay evindən çıxıb, birgə Əhmədli metrostasiyası yaxınlığında yerləşən “xxxx” ASC-nin Əhmədli filialına yaxınlaşmış, banka yaxınlaşdıqları zaman tanımadığı şəxslər banka daxil olaraq kredit sifariş vermələrini, özlərinin isə bank yaxınlığında onları gözləyəcəklərini demiş, bundan sonra o, İntiqam adlı şəxslə birgə banka daxil olmuş, bankdan pul krediti götürmək üçün nömrə götürüb, gözləməyə başlamış, artıq növbələri gəlikdə, bankda işləyən tanımadığı kredit mütəxəssisinə yaxınlaşıb, saxta sənədləri ona təqdim etməklə, 4000 manat pul krediti götürmək istədiyini demiş, həmçinin İntiqam da, özündə olan saxta sənədləri təqdim etməklə, ona zamin olduğunu demiş, bank əməkdaşı təqdim etdikləri sənədlərə vizual olaraq nəzər yetirdikdən sonra, krediti hansı səbəbə götürməyi ilə maraqlanmış, o, krediti xeyr işi ilə bağlı götürdüyünü bildirmiş, bundan osonra bank əmkdaşı ona 09 ay müddətinə 4000 manat nağd istehlak krediti ayrıla biləcəyini demiş, o, razılaşdıqda, bankla aralarında kredit müqaviləsi bağlanmış, müqavilə imzaladıqdan sonra, ona ödəniş cədvəli və müvafiq qəbz təqdim edilmiş, həmin qəbz əsasında bankın kassasına yaxınlaşıb, çeki verməklə, kassadan 4000 manatı götürüb, İntiqamla birgə bankı tərk etmiş, bankdan çıxdıqdan dərhal sonra danışılan kimi, tanımadığı şəxslərlə görüşüb, saxta sənədlər əsasında kredit götrüməsini təşkil etdikləri üçün, pulun 1800 manatını onlara verdim. Saxta sənədlər əsasında zaminliyə görə isə İntiqam adlı şəxsə 200 manat pul vermiş, eyni zamanda tanımadığı şəxslər o, həmçinin İntiqama kredit götürülməsi üçün təqdim etdirkləri saxta sənədləri yəni, saxta hərbiçinin şəxsi vəsiqələrini onlardan alaraq, uzaqlaşmış, bundan sonra o, oradan kənarlaşıb, yaşadığı evə gəlmiş, təxminən bir ay müddət ərzində götürdüyü puldan ona qalmış 2000 manatı anasının müalicəsinə sərf etmiş, fəhlə kimi işlədiyi üçün ödəniş cədvəlinə uyğun olaraq 3 ay 490 manat olmaqla, 1 ay 400 manatdan olmaqla ümumilikdə 4 ay kredit ödənişlərini həyata keçirə bilmiş, lakin həminn ərəfədə ölkə ərazisində “COVİD-19” pandemiyasının yayılması ilə əlaqədar karantin rejimi tətbiq edildiyindən işində müəyyən çətinlikləri yaranmağa başlamış, bu səbəbdən götürdüyü pul kreditini ödəməkdə çətinlik çəkmiş, bu minvalla ödənişi gecikdirdiyi üçün, banka gedərək, ona aylıq ödənişi aşağı olacaq yeni cədvəl verilməsini xahiş etmiş, bu minvalla ona aylıq ödənişi 120 manat təşkil edəcək yeni ödəniş cədvəli tərtib edilməklə təqdim edilmiş, həmin cədvəl əsasında aylıq 120 manat olmaqla 2 ay ərzində kredit ödənişlərini həyata keçirmiş, lakin daha sonra işdən çıxarıldığı üçün, kredit ödənişlərini həyata keçirə bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ASC-də aparıcı hüquqşünas vəzifəsində işləyir, “xxxx” 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyətə başlamış, uzun illər ərzində Azərbaycanın öndə olan banklarından birinə çevirilmiş, bankın mühüm məqsədlərindən biri müştəri xidməti keyfiyyətinin daimi olaraq artırmaq, göstərilən xidmətləri genişləndirmək və şərtlərini yaxşılaşdırmaqdan ibarət olmuş, hazırda xxxx tərəfindən müştərilərə hesablaşma-kassa xidməti, kreditlər, əmanətlər, plastik kartlar, pul köçürmələri, rəqəmsal bankçılıq və bank seyfləri kimi müxtəlif növ bank xidmətləri göstərilir. Bank tərəfindən bütün fərdi kredit məhsulları fiziki şəxslərin müxtəlif maliyyə və istehlak ehtiyaclarının qarşılanması məqsədilə verilir və müxtəlif növlərə ayrılır. Nağd istehlak krediti bankın təklif etdiyi xidmətlərindəndir. Həmin növ krediti götürmək istəyən hər bir vətəndaşdan kredit ödənişinin təminatı kimi müəyyən sənədlər tələb olunur. Belə ki, həmin sənədlər əsasında kredit risklərinin qiymətləndirilməsi üçün borcalanın ödəmə qabiliyyəti qiymətləndirilir. Bu zaman borcalanın borcun gəlirlərə nisbəti əmsalı, borcalanın yaşı və iş təcrübəsi; kreditin məqsədi və onun ödənilməsi mənbəyi, borcalanın kredit tarixçəsi; kreditin təminata olan nisbəti əmsalı (kredit üzrə təminat olduqda); borcalanın əsas gəlirlərinin azalması halında borcun ödənilməsinin alternativ yolları; borcalanın xərclərinin səviyyəsi; habelə kreditin ödəmə müddətində borcalanın xərclərinin artması və ya azalması ehtimalları; borcalanın təminat qismində təqdim etmədiyi əmanətləri və digər aktivləri nəzərə alınır. Banka təqdim ediləcək həmin sədənlərə - kredit alışı üçün müraciət ərizəsi, müştərinin şəxsiyyət vəsiqəsi, gəliri təsdiq edən sənədlər yəni, iş yerindən arayış, habelə maaş kartından çıxarış daxildir. Kredit riskini azaltmaq məqsədi ilə 3000 manat və ya ondan artıq məbləğdə kredit üçün müraciət etmiş şəxsə zamin tələb olunur. Zamin duracaq şəxsdən həmçinin şəxsiyyət vəsiqəsi, habelə gəliri təsdiq edən sənədlər tələb edilir. Kreditin alışı üçün müraciət etmiş şəxs tərəfindən təqdim edilmiş sənədlər bankın məsul əməkdaşları tərəfindən vizual olaraq tədqiq olunduqdan sonra, şəxsə nağd istehlak krediti ayrılmış olur. Bu minvalla 2020-ci ilin may ayının əvəllərində ünvan 3 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs “xxxx” ASC-nin Əhmədli filialına müraciət edərək, 4000 manat nağd istehlak krediti sifariş vermiş, bununla əlaqədar şəxsiyyət vəsiqəsini, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 3-cü taborun 1-ci bölməsinində tağım komandiri vəzifəsində xidmət etməsi, “baş leytenant” rütbəsində olması haqqında hərbiçinin şəxsi vəsiqəsini və “xxxx” ASC-nin Yasamal rayon filialından əmək haqqı alması barədə çıxarışı təqdim etmişdir. Həmçinin kreditin alınmasında X2 ona zamin götürülmüş, zaminliyi ilə əlaqədar İntiqam Mahmudzadə banka Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 1-ci taborun 2-ci xüsusi kəşfiyyat bölməsində 1-ci tağım komandiri vəzifəsində xidmət etməsi, “leytenant” rütbəsində olması haqqında hərbiçinin şəxsi vəsiqəsini və “xxxx” ASC-nin Binəqədi rayon filialından əmək haqqı alması barədə çıxarışı təqdim etmiş, təqdim edilən sənədlər istehlak krediti üzrə mütəxəssis Şahid2 Shib oğlu tərəfindən toplandıqdan sonra, bankda kredit risklərinin qiymətləndirilməsi funksiyasını həyata keçirən struktur bölməyə təqdim edilmiş, həmin bölmə tərəfindən qiymətləndirmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs 4000 manat nağd istehlak kreditin ayrılması məqsədəmüvafiq hesab edilmiş, bundan sonra “xxxx” ASC-nin Əhmədli filialı ilə Təqsirləndirilən şəxs arasında kredit müqaviləsi imzalanmış, müqaviləyə əsasən ona 09 ay müddətinə, illik 22% olmaqla 4000 manat nağd istehlak krediti ayrılmış, kredit müqaviləsi imzalandıqdan sonra Təqsirləndirilən şəxs bankın kassasından 4000 manatı manatı götürməklə bankı tərk etmiş, bundan sonrakı vaxtlarda Təqsirləndirilən şəxs tərəfindən hissə-hissə olmaqla banka ümumilikdə 1636 manat pul ödənilmiş, kredit borcunun qalan hissəsi isə ödənilməmiş qalmış, kredit ödənişlərinin həyata keçirilməməsi ilə bağlı bank daxili araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs tərəfindən nağd istehlak kreditinin götürülməsi məqsədi ilə banka təqdim edilmiş Azərbaycan Respblikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 3-cü taborun 1-ci bölməsinində tağım komandiri vəzifəsində xidmət etməsi, “baş leytenant” rütbəsində olması haqqında hərbiçinin şəxsi vəsiqəsinin, “xxxx” ASC-nin Yasamal rayon filialından əmək haqqı alması barədə çıxarışın, habelə ona zamin durmuş İntiqam Mahmudzadə tərəfindən banka təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 1-ci taborun 2-ci xüsusi kəşfiyyat bölməsində 1-ci tağım komandiri vəzifəsində xidmət etməsi, “leytenant” rütbəsində olması haqqında hərbiçinin şəxsi vəsiqəsinin və “xxxx” ASC-nin Binəqədi rayon filialından əmək haqqı alması barədə çıxarışın həqiqətə uyğun olmaması, belə ki, adları qeyd edilən şəxslərin həmin hərbi hissələrdə işləməmələri, bununla bağlı xxxxdan hər hansı məvacib almamaları aşkar edilmiş, bir sözlə dəsək təqdim edilən sözgedən sənədlərin saxta olması aşkar edilmiş, buna aydınlıq gətirilməsindən ötrü ilk əvvəl Təqsirləndirilən şəxs və İntiqam Mahmudzadə ilə əlaqə yaradılmağa çalışılmış, lakin bu mümkün olmadığından Təqsirləndirilən şəxs anası Esmira Ağayeva ilə əlaqə yaradılmış, şifahi danışıq zamanı E.Ağayeva oğlunun hərbiçi olmadığını, götürdüyü pul kreditindən özü və ailə üzvlərinin məlumatlı olmadığını bildirmiş, həmçinin banka ai, vəsaitin qısa zamanda qaytarılacağına dair vəd vermiş, bundan sonra da kredit ödənişi həyata keçirilmədiyindən, bank tərəfindən daxili araşdırma zamanı aşkar edilən xüsusatlarla bağlı polisə müraciət edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda “xxxx” ASC-nin Əhmədli filialında istehlak kreditləri üzrə mütəxəssis işləyir, mütəxəssis kimi vəzifəsi banka müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək; kredit portfelini formalaşdırmaq və idarə etmək; mütəmadi yeni müştərilərin tapılması istiqamətində addımların həyata keçirmək; müştərilərə bank məhsullarının təqdim olunması və çarpaz satışların aparılmaq; daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq; müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək; kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək; kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etməkdən ibarət olmuş, bu minvalla 10 may 2019-cu il tarixdə ünvan 3 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs nağd istehlak kreditinin götürülməsi məqsədi ilə “xxxx” ASC-nin Əhmədli filialına müraciət etmiş, həmin müştərinin müraciəti ona yönləndirildiyindən, müştərini qəbul etmiş, Təqsirləndirilən şəxs 4000 manat nağd istehlak krediti sifariş verib, krediti ödəmə qabiliyyətinin olması ilə əlaqədar özü ilə gətirdiyi şəxsiyyət vəsiqəsini, Azərbaycan Respblikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 3-cü taborun 1-ci bölməsinində tağım komandiri vəzifəsində xidmət etməsi, “baş leytenant” rütbəsində olması haqqında hərbiçinin şəxsi vəsiqəsini və “xxxx” ASC-nin Yasamal rayon filialından əmək haqqı alması barədə çıxarışı təqdim etmiş, kredit riskini azaltmaq məqsədi ilə 3000 manat və ya ondan artıq məbləğdə kredit üçün müraciət etmiş şəxsə zamin tələb olunduğu üçün, onunla birgə banka gəlmiş X2 ona zamin qismində çıxış edərək, həmçinin özü ilə gətirdiyi şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 1-ci taborun 2-ci xüsusi kəşfiyyat bölməsində 1-ci tağım komandiri vəzifəsində xidmət etməsi, “leytenant” rütbəsində olması haqqında hərbiçinin şəxsi vəsiqəsini və “xxxx” ASC-nin Binəqədi rayon filialından əmək haqqı alması barədə çıxarışı təqdim etmiş, təqdim edilən sənədləri vizual olaraq yoxlayıb, sənədlərdə məsul şəxslərin imza və möhürlərinin olmasını müəyyən etdikdən sonra, təqdim edilmiş sənədlərdən yalnız bank çıxarışlarının əsillərini, digər sənədlərin isə surətlərini götürüb, toplayaraq bankda kredit risklərinin qiymətləndirilməsi funksiyasını həyata keçirən struktur bölməyə təqdim etmiş, həmin bölmə tərəfindən qiymətləndirmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs 4000 manat nağd istehlak kreditin ayrılması məqsədə müvafiq hesab edilmiş, bundan sonra Təqsirləndirilən şəxslə kredit müqaviləsi, İntiqam Mahmudzadə ilə isə zaminlik müqaviləsi tərtib edilmiş, həmin müqavilələr imzalandıqdan sonra Təqsirləndirilən şəxs 09 ay müddətinə, illik 22% olmaqla 4000 manat nağd istehlak krediti ayrılmış, Təqsirləndirilən şəxs təqdim edilmiş qəbz əsasında bankın kassasından 4000 manatı manatı götürməklə bankı tərk etmiş, bundan sonrakı vaxtlarda Təqsirləndirilən şəxs müqavilə üzrə öhdəliyini icra edib 3 ay 490 manatdan olmaqla, bir ay 400 manatdan olmaqla ümumilkdə 1870 manat kredit ödənişlərini həyata keçirmiş, lakin sonradan kredit müqaviləsinin şərtlərinə əməl etməyərək banka heç bir ödəniş etməmiş, bununla bağlı Təqsirləndirilən şəxs edilən bir neçə müraciətdən sonra, o banka gəlib, kredit ödənişlərini həyata keçirməkdə çətinlik çəkdiyini bildirməklə, aylıq ödəniş məbləğinin aşağı salınmasını xahiş etmiş, bank tərəfindən razılıq verildiyindən, Təqsirləndirilən şəxs aylıq 120 manatdan olmaqla, daha 2 ay banka ümumilikdə 240 manat ödəniş həyata keçirmiş, bundan sonra isə banka ödənişlərini həyata keçirməyib, yayınmış, Təqsirləndirilən şəxs müqavilə üzrə banka ödəniş etməli olması ilə əlaqədar dəfərlərlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu müraciətləri nəticəsiz qalmış, kredit ödənişlərinin həyata keçirilməməsi ilə bağlı bank daxili araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs tərəfindən nağd istehlak kreditinin götürülməsi məqsədi ilə banka təqdim edilmiş Azərbaycan Respblikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 3-cü taborun 1-ci bölməsinində tağım komandiri vəzifəsində xidmət etməsi, “baş leytenant” rütbəsində olması haqqında hərbiçinin şəxsi vəsiqəsinin, “xxxx” ASC-nin Yasamal rayon filialından əmək haqqı alması barədə çıxarışın, habelə ona zamin olmuş İntiqam Mahmudzadə tərəfindən banka təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 1-ci taborun 2-ci xüsusi kəşfiyyat bölməsində 1-ci tağım komandiri vəzifəsində xidmət etməsi, “leytenant” rütbəsində olması haqqında hərbiçinin şəxsi vəsiqəsinin və “xxxx” ASC-nin Binəqədi rayon filialından əmək haqqı alması barədə çıxarışların saxta olmaları, belə ki, adları qeyd edilən şəxslərin həmin hərbi hissələrdə işləməmələri, bununla bağlı xxxxdan hər hansı məvacib almamaları müəyyən edilmiş, bundan sonra aşkar edilən xüsusatlarla bağlı polisə müraciət edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında qərardan görünür ki, 03.09.2020-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələri ilə cinayət işi başlanılmışdır (i.v.01); iş materiallarında olan 009CASA191300006 saylı 10.05.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs 09 ay müddətinə illik 22 faizlə kreditdən istifadəyə görə haqq hesablanmaqla 4000 manat məbləğində nağd istehlak krediti verilmişdir(i.v.21-24); iş materiallarında olan zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 1009CASA191300006 saylı 10.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bankla X2 arasında 009FİZAM72156501 saylı 10.05.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır(i.v.25-26); iş matreiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 06.07.2020-ci il tarixli 2051 nömrəli məktubdan görünür ki, X1 N nömrəli hərbi hissədə xidmət etməsi barədə heç bir məlumat yoxdur(i.v.66); iş matreiallarında olan “xxxx” ASC-nin 25.08.2020-ci il tarixli 157000/2-3139 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bankın “Yasamal” filialında, X1 Bankın “Binəqədi” filialında əmək haqqı kartı aşkar olunmamışdır(i.v.73); iş matreiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 20.07.2020-ci il tarixli 3297 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etməsi barədə heç bir məlumat yoxdur(i.v.75); şübhəli şəxsin tutulması və barəsində axtarış elan olnması haqqında 10.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir(i.v.99); cinayət təqibi üzrə icraatın dayandırılması haqqında 10.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaqa təhvil verilənədək icraat Cinayət- Prosessual Məcəllənin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v.101); axtarışda olan şəxsin tutulması haqqında 15.02.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tutulmuşdur(i.v.106); cinayət təqibi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, icraat təzələnərək ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir(i.v.107); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 17.02.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs və X1 əməli Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 320.1-ci maddəsindən həmin məcəllənin 320.2-ci maddəsinə tövsif edilmişdir(i.v.134-136); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, 17.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.138-139); qətimkan tədbirinin seçilməsi haqqında 17.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.155-156); sənədlərin məhkəmə-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 19 mart 2021-ci il tarixli, 5/199 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına MN ******* nömrəli və X1 adına MN ******* nömrəli şəxsi vəsiqələrinin 1,2,3,4-cü səhifələrinin surətləri elektrofotoqrafik çoxladıcı qurğuda çap edilmişdir. - Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və X1 adına 10 may 2019-cu il tarixli ödəniş kartı üzrə çıxarışların çap mətni və üzərindəki ştamp əksləri axınlı printerdə çap edilmişdir(i.v.167-170); məhkəmə-xətşünaslıq ekpertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 31 mart 2021-ci il tarixli 4/243 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X1 adına olan 10 may 2019-cu il tarixli ödəniş kartı üzrə çıxarışın 4-cü vərəqinin aşağı sağ tərəfində “1080” rəqəmlərinin qarşısındakı “AZN” yazıları və Təqsirləndirilən şəxs adına olan 10 may 2019-cu il tarixli ödəniş kartı üzrə çıxarışın 7-ci vərəqinin aşağı sağ tərəfində “1247” rəqəmlərinin qarşısındakı “AZN” yazıları öz aralarında - eyni bir şəxs tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, X1 adına olan 10 may 2019-cu il tarixli ödəniş kartı üzrə çıxarışın 1-4-cü vərəqlərində “xxxx” yazıları olan ştamp üzərindəki imzalar və Təqsirləndirilən şəxs adına olan 10 may 2019-cu il tarixli ödəniş kartı üzrə çıxarışın 1-7-ci vərəqlərində “xxxx" yazıları olan ştamp üzərindəki imzalar - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, X1 adına olan 10 may 2019-cu il tarixli ödəniş kartı üzrə çıxarışın 1-4-cü vərəqlərində “xxxx” yazıları olan ştamp üzərindəki imzaları və Təqsirləndirilən şəxs adına olan 10 may 2019-cu il tarixli ödəniş kartı üzrə çıxarışın 1-7-ci vərəqlərində “xxxx” yazıları olan ştamp üzərindəki imzaları - tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. - Ekspertizaya təqdim edilmiş, X1 adına olan 10 may 2019-cu il tarixli ödəniş kartı üzrə çıxarışın 4-cü vərəqinin aşağı sağ tərəfində “1080” rəqəmləri və Təqsirləndirilən şəxs adına olan 10 may 2019-cu il tarixli ödəniş kartı üzrə çıxarışın 7-ci vərəqinin aşağı sağ tərəfində “1247” rəqəmləri - tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. - Ekspertizaya təqdim edilmiş, X1 adına olan MN ******* nömrəli şəxsi vəsiqənin kserosurətində və X3 adına olan MN ******* nömrəli şəxsi vəsiqənin kserosurətində əks olunmuş imazlar, “Şəxsi imza” və “Polkovnik” qrafalarında əks olunmuş imzalar tədqiqi hissədə göstərilən səbəblərə görə tədiqat üçün yarasız olduğundan, Azərbaycan Respublikasl CPM-in 97.4.2-ci və “Məhkəmə ekspertizası fəaliyyəti haqında” Azərbaycan Respublikasi qanunun 12-ci maddələrinə əsasən bildiririk ki, həmin əlyazmaların və imzaların Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmaması haqqında rəy vermək mümkün deyildir(i.v.171-175); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır(i.v. 165); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 31 mart 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs adına olan MN ******* nömrəli və X1 adına olan MN ******* nömrəli şəxsi vəsiqələrin surətləri, habelə sonuncuların adlarına olan 10 may 2019cu il tarixli ödəniş kartı üzrə çıxarışlar maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (i.v. 202-214); 31 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işinin materiallarından X2 barəsində barəsində Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır(i.v.215-216); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Belə ki, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma CM-nin 320.1-ci maddəsi ilə cinayət hesab edilir. CM-nin 320.2-ci maddəsinə əsasən həmin Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini CM-nin 59.2 maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutularaq saxlanıldığı iki gün, yəni 15.02.2021-ci il tarixdən 17.02.2021-ci il tarixədək olan müddət nəzərə alınmaqla təyin edilmiş cəza yüngülləşdirilməli, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs adına olan MN ******* nömrəli və X1 adına olan MN ******* nömrəli şəxsi vəsiqələrin surətləri, habelə onların adlarına olan 10 may 2019-cu il tarixli ödəniş kartı üzrə çıxarışların cinayət iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur, məhkəmə məsrəfi olan 171.52 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 fevral 2021-ci il tarixdən 17 fevral 2021-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla təyin edilmiş 1500 (min beş yüz) manat cərimə cəzası yüngülləşdirilərək üzərində 1300 (min üç yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar Təqsirləndirilən şəxs adına olan MN ******* nömrəli və X1 adına olan MN ******* nömrəli şəxsi vəsiqələrin surətləri, habelə onların adlarına olan 10 may 2019-cu il tarixli ödəniş kartı üzrə çıxarışlar cinayət iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan 171.52 (yüz yetmiş bir manat əlli iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-233/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-233/2021
07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver