Məhkəmə qərarları › İş №1(011)-233/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-233/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-233/2022 19.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanıdığı Zərərçəkmiş şəxs oğlu Nurlan Avnilovun hərbi xidmətə yararsız olduğunu bildikdən sonra özünün əlaqələrindən istifadə edərək sonuncuya hərbi bilet alacağına dair yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla ilk dəfə 20 avqust 2021-ci il tarixdə saat 17:19 dəqiqədə ünvan 2 ünvanda yerləşən “Bizim market” adlı mağazada olan “Milliön” ödəmə terminalı vasitəsilə Şahid məxsus "xxxx" ASC tərəfindən verilmiş 4168 7414 9986 4138 nömrəli bank kartına Zərərçəkmiş şəxs köçürdüyü 2.000 manat və 26 avqust 2021-ci il tarixdə saat 10:18 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (keçmiş Nobel) prospekti 23 ünvanda yerləşən “İran Milli” bankda olan “Miliön” ödəmə terminalı vasitəsilə Şahid məxsus "xxxx" ASC tərəfindən verilmiş 4168 7414 9986 4138 nömrəli bank kartına Zərərçəkmiş şəxs köçürdüyü 2.000 manat pul vəsaitini alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 4.000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2021-ci ilin aprel ayında tanış olmuşdur. Belə ki, Aynurədən avtomobil icarəyə görmüşdür və bu səbəbdən tanış olmuşlar. Avtomobilə görə ilkin ödəniş 700 manat, aylıq ödəniş 830 manatdan 36 ay müddətinə razılaşmışlar. Aynurə xanım avtomobilin idarə olunması üçün etibarnamə vermişdir. Bundan sonra mütəmadi olaraq onlar əlaqə saxlamış və telefonla danışmışlar. Avtomobil üçün hər ay ödənişlər etməyə başlamışdır. Aynurə xanıma ödənişləri edən zaman onun oğlunun səhhəti ilə əlaqədar problemi olmasını görmüşdür. Aynurə xanımdan oğlunun səhhəti barədə soruşduqda sonuncu bildirmişdir ki, oğlu hərbi xidmət üçün tam yararlı deyil, lakin hərbi biletini ala bilmir. Bu zaman Zərərçəkmiş şəxs yalandan demişdir ki, oğluna hərbi bilet ala bilər. Aynurə xanımın inanması üçün sonuncunu aldatmaq məqsədilə yüksək vəzifədə işləyən tanışlarının olduğunu demişdir. Aynurə inanmış və ona kömək etməyini xahiş etmişdir. Əslində isə Zərərçəkmiş şəxs aldadıb pulunu ələ keçirmək niyyətində olmuşdur. Zərərçəkmiş şəxs həmin işi görülməsi üçün 4.000 manat pul lazım olmasını bildirmişdir. Zərərçəkmiş şəxs da razılaşmış və iki dəfəyə həmin pulu verəcəyini demişdir. 20 avqust 2021-ci il tarixdə tanıdığı Şahid ilə birlikdə olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs ilə danışmış və sonuncu 2.000 manat pulu vermək istədiyini demişdir. Yanında olan Şahid kartı olub-olmamasını soruşmuş, sonuncu da kartı olduğunu dedikdən sonra Fəxriyə yalandan dostunun 2.000 manat pul göndərməli olduğunu və kartının üzərində olmadığını bildirib xahiş etmişdir ki, pul kartına göndərilsin. Fəxri də razılaşmış və kartını vermişdir. Mobil telefonu ilə Fəxrinin "xxxx" ASC tərəfindən verilmiş plastik kartın fotoşəkilini çəkərək “WhatsApp” vasitəsilə Zərərçəkmiş şəxs göndərmiş və ona pulu həmin karta köçürməsini demişdir. Zərərçəkmiş şəxs da həmin günü Fəxrinin kartına 2.000 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs qalan 2.000 manat pul da çatdırmasını bildirmişdir. Zərərçəkmiş şəxs da tezliklə çatdıracağını demişdir. Fəxridən xahiş etmişdir ki, pul müvəqqəti olaraq onun kartında qalsın, telefonuna “Birbank” proqramı yüklədikdən sonra xəbər etdikdə pulu kartına köçürsün. Fəxri də razılaşmışdır. 23 avqust 2021-ci il tarixdə Fəxriyə zəng edərək bildirmişdir ki, pulu kart hesabına köçürsün. Kartı barədə məlumatları Fəxriyə bildirdikdən sonra sonuncu 2.000 manat pulu kartına köçürmüşdür. 7 gün keçdikdən sonra Zərərçəkmiş şəxs zəng edərək 2.000 manat pulun təcili olaraq çatdırılmasını xahiş etmişdir. Aynurə də həmin günü pulu düzəldib xəbər vermişdir. Yenə də Fəxri Ələsgərlinin "xxxx" kartının həmin fotoşəkilini Zərərçəkmiş şəxs göndərmiş və pulu həmin karta köçürməyini demişdir. 26 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Fəxrinin kartına 2.000 manat pul köçürmüş və xəbər vermişdir. Fəxriyə zəng edərək xahiş etmişdir ki, kartına 2.000 manat pul köçürülmüş və həmin pulu kartına köçürsün. Bundan sonra həmin günü Fəxri kartına 1.980 manat pul köçürmüşdür. Belə ki, 20 manat faiz tutulmuşdur. Aynurənin aldatdıqdan sonra telefonlarına cavab verməmişdir. Əldə etdiyi 4.000 manat pulu isə hissə-hissə olmaqla öz şəxsi məqsədləri üçün kartdan çıxarmaqla xərcləmişdir. Zərərçəkmiş şəxs oğluna hərbi bilet alınması üçün heç bir iş görməmişdir. X4 Avnilovanı aldatmağından xəbəri olmamışdır. Fəxriyə heç bir məbləğdə pul verməmiş və sonuncuya göndərilən pulun dostu tərəfindən köçürülməsini bildirmişdir. Daha sonra Aynurə ondan polisə şikayət etmişdir. Bu yaxınlarda vurduğu ziyandan cəmi 400 manat Aynurəyə qaytarmışdır. Son sözündə əməlindən peşman olduğunu, vurduğu ziyanı qaytaracağını söz verərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, evlidir və bir yetkinlik yaşına çatmış oğlu vardır. Özünə məxsus “Toyata Prius” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə vermək üçün 2021-ci ilin aprel ayının ortalarında sosial şəbəkədə elan yerləşdirmişdir. Həmin gündən bir neçə gün sonra ***- ***-**-** saylı nömrədən zəng gəlmiş, zəng edən şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və avtomobili icarəyə götürmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə ünvan 4 ünvanda görüşmüşlər. Ruslan avtomobilə baxmış və bəyənmişdir. Həmin günü avtomobili Ruslana vermiş və sonuncuya avtomobili idarə etməsindən ötrü etibarnamə vermişdir. Bundan sonra mütəmadi olaraq Ruslan ilə əlaqə saxlamış və telefonla danışmışlar. Ruslan yüksək vəzifədə işləməsini və yüksək vəzifədə işləyən tanışlarının olmasını demişdir. Ruslana avtomobili verdikdən sonra o, hər ay ödənişlər etməyə başlamışdır. Həmin ərəfələrdə 03.08.2003-cü il təvəllüdlü oğlu X1 ilə problemləri olmuş və buna görə o, hərbi xidmətə aparılmamışdır. Belə ki, həkim komissiyasından keçən zaman oğlunun hərbi xidmətə yararız olduğu müəyyən edilmişdir. Lakin oğlunun hərbi biletini almaq istəmişdir. Ruslan oğlunu gördüyü üçün tanımış və problemini bilmişdir. Ruslan təklif etmişdir ki, oğlunun hərbi xidmətə getməməsi üçün onun sənədlərini həll etsin. Ruslana inanmış və razılaşmışdır. Ruslan demişdir ki, həmin işi görməsi üçün 4.000 manat pul lazımdır. Onunla razılaşmışdır. 20 avqust 2021-ci il tarixdə Ruslan "xxxx" plastik kartının fotoşəkilini atmış və pulu həmin karta köçürməyini demişdir. Həmin günü Nizami rayonu, B.Nuriyev küçəsi 23/85 ünvanda yerləşən “Bizim market” adlı mağazada olan “Milliön” ödəmə terminalı vasitəsilə həmin karta 2.000 manat pul köçürmüşdür. Sonra Ruslana zəng edərək pulu köçürməyini demişdir. Ruslan qalan 2.000 manat pulu da tezliklə verməsini bildirmişdir. 7 gün keçdikdən sonra Ruslan zəng edərək 2.000 manat pulu da təcili ona çatdırmağını demişdir. 2021-ci ilin avqust ayının ortalarında Xətai rayonu, 8 Noyabr (keçmiş Nobel) prospekti 23 ünvanda yerləşən “Amay” ticarət mərkəzinin yaxınlığında “İran” adlı bankdan Ruslanın göndərdiyi karta 2.000 manat pul köçürmüş və qəbzi götürüb özündə saxlamışdır. Karta pul köçürən zaman kartın Şahid olmasını görmüşdür. Həmin şəxsin hesab nömrəsi ********************-dir. Bundan sonra mütəmadi olaraq Ruslan ilə əlaqə saxlamış və ondan oğlunun hərbi işi ilə əlaqədar maraqlanmış, sonuncu da hər dəfəsində məüxtəlif bəhanələr gətirib vaxtı uzatmışdır. Sonunda məlum olmuşdur ki, Ruslan onu aldatmamış və pulunu ələ keçirmişdir. Ruslanın aldatmasını başa düşüb 03 noyabr 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. İstintaqın sonunda Ruslan vurduğu ziyandan cəmi 400 manat ödəniş etmişdir. Ruslanın vurduğu ziyan səbəbindən ağır duruma düşmüşdür. Çıxışında zərərçəkmiş təqsirləndirilən şəxsin yalançı olduğunu, vurduğu ziyanı ödəmədiyini bu səbəbdən onu bağışlamadığını qeyd edərək ona ağır cəza verilməsini məhkəmədən xahiş etmiş və bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı, şahidin teleqramı nəzərə alınaraq Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi təqsirləndirilən şəxsin ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. Bununla da işin yuxarıda araşdırılan xüsusatları bir daha öz təsdiqini tapmışdır. Cinayət işinə əlavə edilmiş (iş vərəqi 17) “Miliön” ödəmə terminalının 20 avqust 2021ci il tarixli qəbzindən görünür ki, ünvan 5 ünvanda yerləşən “Bizim market” adlı mağazadan Şahid "xxxx" kartına 2.000 manat pul köçürülmüşdür. Cinayət işində olan “eManat” ödəmə terminalının 26 avqust 2021-ci il tarixli qəbzindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nobel prospekti 23 ünvanda yerləşən “İran Milli Bank”ından Şahid "xxxx" kartına 2.000 manat pul köçürülmüşdür. İş materialından məlum olur ki, "xxxx" ASC tərəfindən verilmiş Şahid məxsus 4169 7414 9986 4138 nömrəli kartın 22.08.2022-ci il tarixdə istifadə olunması barədə məlumatların olduğu bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 50 ədəd fotoşəkil vardır, fotoşəkillər bankomatdan pul çıxarılan zaman çəkilmiş, fotoşəkildə bir nəfər şəxs bankomatdan pul çəkmiş, həmin şəxsin yanında bir nəfər şəxs vardır, həmin şəxs bankomatın qarşısında dayanmış, bankomata kartın şifrələrini daxil etmiş və müəyyən məbləğdə pul çıxarmışdır. Həmin fotoşəkillərdə tarix 22.08.2022-ci il tarix qeyd edilmişdir. Şahid məxsus 4169 7414 9986 4138 nömrəli kartın istifadə olunmasına dair siyahıya baxış keçirilən zaman müəyyən edilmişdir ki, karta müxtəlif tarixdə müxtəlif vaxtlarda köçürmələr olmuş, həmin köçürmələrdən iş üçün əhəmiyyət kəsb edəni 20.08.2021 və 26.08.2021-ci il tarixlərdə edilmiş köçürmələrdir. Belə ki 20.08.2021-ci il tarixdə 2.000 manat pul daxil olması və 23.08.2021-ci il tarixdə kartdan 2.000 manat pulun Təqsirləndirilən şəxs məxsus karta köçürülməsi və 70 manat faiz tutulması, 26.08.2021-ci il tarixdə 2.000 manat pul daxil olması və 26.08.2021-ci il tarixdə kartdan 2.000 manat pulun Təqsirləndirilən şəxs məxsus karta köçürülməsi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fotoşəkildə olan şəxsin tanışı Şahid olmasını bildirmişdir. İş materiallarında olan 26 mart 2022-ci il tarixli qərardan (iş vərəqi 94) məlum olur ki, Təqsirləndirilən şəxs oğlu barəsində “polisin nəzarəti altına vermə” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs 22 may 2019-cu il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmişdir. 19.11.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu hal-hazırda ödənilməmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Ədalətli cəza cinayətə uyğun olduğu və təqsirləndirilən şəxsə törətdiyi cinayətin səbəb olduğu nəticələrinə uyğun hökm oxunduğu zaman bərpa olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsin ziyanının ödənilməməsini, onun şikayətçi olmasını, əvvəllər oxşar cinayətə görə məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, çəkdiyi cəzadan nəticə çıxarmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində minimum həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsdairə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar