Məhkəmə qərarları › İş №1(011)-233/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-233/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-233/2023 04.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1988-ci il tarixdə Masallı rayonu, Şatıroba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Türkoba Ə/D, Şatıroba kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Qatar qızına özünü işgüzar şəxs kimi təqdim edib hüquq mühafizə orqanlarında çalışan tanışlarının olmasını bildirərək Zərərçəkmiş şəxs1 əri olan Sultan Əliyevi cinayət məsuliyyətindən tezliklə azad elətdirəcəyinə dair yalan vəd verməklə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla ilk dəfə 2019-cu ilin sentyabr ayının4-də yaşadığı ünvan 2 ünvanında avtomobilin içərisində 4500 (dörd min beş yüz) manat pulu, 2019-cu ilin sentyabr ayının 19-da yaşadığı ünvan 2 ünvanında 3500 (üç min beş yüz) manat pulu, 2019-cu ilin oktyabr ayının 28-də yaşadığı ünvan 2 ünvanında 2500 (iki min beş yüz) manat pulu, 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyul ayının 16dək olan müddətdə yaşadığı ünvan 2 ünvanında hissə-hissə olmaqla 4620 (dörd min altı yüz iyirmi) manat pul vəsaitini ələ keçirib heç bir iş görməmiş bütün pulları öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 15120 (on beş min yüz iyirmi) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir (epizod İ). Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 özünü işgüzar şəxs kimi təqdim edib hüquq mühafizə orqanlarında çalışan tanışlarının olmasını bildirərək Zərərçəkmiş şəxs2 oğlu olan İlkin Əliyevi cinayət məsuliyyətindən tezliklə azad elətdirəcəyinə dair yalan vəd verməklə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla ilk dəfə 2019-cu ilin noyabr ayının ortalarında yaşadığı ünvan 3 ünvanda 1200 (min iki yüz) manat pulu, 2019-cu ilin noyabr ayının sonlarına yaxın Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən C.Naxçıvanski adına Hərbi liseyin yaxınlığında olan dairənin yaxınlığında 1800 (min səkkiz yüz) manat pul vəsaitini ələ keçirib heç bir iş görməmiş, bütün pulları öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 (üç min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir (epizod İİ). Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 ilə arasında olan şifahi razılaşmaya əsasən ona özünü işgüzar və ticarətlə məşğul olan şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs5 ilə ticarət qurub rayonlardan hind quşlarını ucuz qiymətə alıb restoranlara baha qiymətə sataraq qazanc əldə edəcəyinə dair yalan vəd verməklə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə ilk dəfə 2019-cu ilin dekabr ayının 19-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 338 ünvanında “Anatolia” restoranının yaxınlığında 2100 (iki min yüz) manat pulu, 2020-ci ilin yanvar ayının 13-dən mart ayının 5-dək olan müddətdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 338 ünvanında “Anatolia” restoranının yaxınlığında 25300 (iyimi beş min üç yüz) manat pul vəsaitini ələ keçirib heç bir iş görməmiş, bütün pulları öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 27400 (iyimi yeddi min dörd yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir (epizod İİİ). Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünü işgüzar şəxs kimi təqdim edib onu gəmidə 2000 manat maaşı olan fəhlə işinə düzəldəcəyinə dair yalan vəd verməklə aldadaraq, 2020-ci ilin mart ayının 15-də yaşadığı ünvan 5 ünvanında 900 (doqquz yüz) manat pul vəsaitini ələ keçirib heç bir iş görməmiş, bütün pulları öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs3 900 (doqquz yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir (epizod İV). Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 ilə arasında olan şifahi razılaşmaya əsasən ona özünü işgüzar şəxs kimi təqdim edib ondan almış olduğu pulları geri qaytarmaq məqsədi ilə ona hədiyyə edilmiş “Lexus470” markalı avtomobilin olmasını, həmin avtomobili bankdan girovdan çıxarıb satmaqla bu zamana qədər almış olduğu pulları geri qaytaracağına dair yalan vəd verməklə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla 2020-ci ilin sentyabr ayından 2020-ci ilin noyabr ayınadək olan müddətdə ünvan 6 ünvanında 5000 (beş min) manat pul vəsaitini ələ keçirib heç bir iş görməmiş, bütün pulları öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 5000 (beş min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir (epizod V). Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 özünü işgüzar şəxs kimi təqdim edib onun işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “EuroHome” tikinti materialları satılan bazardakı mağazadan pulunu sonradan verəcəyinə dair yalan vəd verməklə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla ilk dəfə 2022-ci ilin iyun ayının 10-da ünvan 7 ünvanın yaxınlığında 1657 (min altı yüz əlli yeddi) manat məbləğində tikinti materiallarını, 2022-ci ilin avqust ayının 30-da ünvan 7 ünvanın yaxınlığında 1417 (min dörd yüz on yeddi) manat məbləğində tikinti materiallarını, 2022-ci ilin sentyabr ayının 16-da ünvan 7 ünvanın yaxınlığında 828 (səkkiz yüz iyirmi səkkiz) manat məbləğində tikinti materiallarını ələ keçirib tikinti materiallarının pulunu qaytarmamış, Zərərçəkmiş şəxs4 ümumilikdə 3902 (üç min doqquz yüz iki) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir (epizod Vİ). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü bütün epizodlar üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayında, xatırlamadığı tarixdə ailəsi ilə birlikdə ünvan 8 ünvanda Elman adlı şəxsin evində 220 manat müqabilində kirayə yaşamışdır. Həmin zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3lə tanış olmuş və aralarında normal münasibətlər yaranmışdır. 2020-ci ilin mart ayının ortalarında dəqiq xatırlamadığı tarixdə Namiqlə münasibətlərindən, onun işsiz olduğundan onu şirnikləndirmək üçün və ona qarşı dələduzluq etmək üçün Namiqə atasının gəmidə işlədiyini, yüksək maaş aldığını və xarici ölkələrə mütəmadi olaraq gedib gəldiyini söyləmiş və ona da gəmidə yüksək maaşla işə düzəlməyə köməklik edə biləcəyini təklif etmişdir. Namiq inandığı üçün onu da atasının işlədiyi gəmidə işə düzəltməyi xahiş etmişdir. Bundan sonra ona köməklik edə biləcəyini söyləyərək bu işin düzəldilməsi üçün 2000 (iki min) manat pulun lazım olduğunu söyləmişdir. Lakin Namiq həmin məbləğin olmadığını, hazırda 900 (doqquz yüz) manat pulunun olduğunu, digər qalan hissəni isə işə düzəldikdən sonra ilk maaş günü verə biləcəyini bildirmişdir. Namiqi aldatdığı üçün və məqsədi Namiqi aldadaraq pulunu ələ keçirmək olduğu üçün razılaşmış və 900 (doqquz yüz) manat pulu Namiqdən almış və həmin 900 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Daha sonra müxtəlif bəhanələr gətirərək vəd verdiyi işin düzəlmədiyini və tezliklə pulu qaytaracağı yalanı ilə müddəti uzatmışdır. Bundan başqa o, bildirmişdir ki, ünvan 8 ünvanında Elman adlı şəxsin evində kirayədə yaşadığı müddətdə həyat yoldası Nişanə də işlədiyi üçün azyaşlı övladını yaxınlıqda yaşayan dayə “Kəklik” adı ilə tanıdığı Kəyli xanımın yanında qoymuş və ona əmək haqqı vermişlər. Kəklik xanımla söhbət zamanı həyat yoldaşı Sultanın bir qrup şəxslə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr gətirərək satılmasını təşkil edən zaman Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən saxlanıldığını, həmin cinayət işinin həmin zaman artıq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini demiş və cinayət işində həyat yoldaşına köməklik etmək üçün tanış axtardığını bildirmişdir. Bu zaman Kəklik xanımın ona inanmasından istifadə edib aldadaraq bacardığı qədər çox pul ələ keçirmək fikri yaranmışdır. Həmin zaman Lənkəran Ağır Cinayətlər Məhkəməsi artıq Sultana 8 il azadlıqdan məhrum etmə cəzası vermişdir. Çıxarılmış hokmdən apellyasiya şikayəti verməyə hazırlaşmışlar. O, X17 Apellyasiya Məhkəməsində yaxın tanışının olmasını, onun vasitəsi ilə həyat yoldaşı Sultanın məsuliyyətdən azad edilməsinə köməklik edə biləcəyini demişdir. Onun məqsədi Kəylini aldadaraq pulu ələ keçirmək olmuşdur. İlkin olaraq guya Şirvan Apellyasiya Məhkəməsinin hakiminin köməkçisi ilə danışdığını və həyat yoldaşı Sultanın məsuliyyətdən azad olunması üçün 10000 (on min) manat pulun lazım olduğunu söyləmişdir. Kəklik Əliyeva da ona inanmış və ilkin olaraq 2019-cu ilin sentyabr ayının 4-də 4500 (dörd min beş yüz) manat pulu Xətai rayonu, Gəncə prospektində yerləşən “Xəzər” univermağının yaxınlığında, işlədiyi yerin yanında ona vermiş və geridə qalan verməli olduğu 5500 manat pulu isə bir həftə ərzində kredit götürərək ona verəcəyini bildirmişdir. Həmin 4500 manat pulu götürərək, tezliklə Sultanın cinayət məsuliyyətindən azad edilməsinə köməklik edəcəyinin vədini vermişdir. Lakin daha sonra isə o, vədinə əməl etməyərək, Sultanın cinayət məsuliyyətindən azad olunması yönümündə heç bir iş görməyərək həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. 2019-cu ilin sentyabr ayının 17-də Kəklik Əliyevanın yaşadığı ünvan 9 ünvanında onunla görüşərək 8000 (səkkiz min) manat pulu yaşadığı evdə Kəklik Əliyevadan almışdır. Yenədə özünə inandırmaq istəmişdir ki, guya Sultanı cinayət məsuliyyətindən azad olunmasında köməklik edəcəkmiş və guya hakim köməkçisi ilə danışmışdır. O, həmin müddətdə bir neçə dəfə də Şirvan şəhərinə gedib gələrək özünü Kəklik xanıma inandırmağa çalışmış, Şirvan Apellyasiya Məhkəməsi yerli məhkəmənin qərarını qüvvədə saxladıqdan sonra o, Kəklik xanıma yeni bir şikayətlə Ali məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bunun üçün də ondan 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyul ayınadək olan müddətdə onun yaşadığı ünvanda hər dəfəsində 500 manat olmaqla ümumilikdə 2500 manat pul almışdır. Lakin həmin pulu da öz ehtiyacları üçün xərcləmişdir. X6 aldadaraq ona qarşı dələduzluq etdiyini anlayaraq pulunu geri tələb etdikdə o, vaxt qazanmaq üçün müxtəlif bəhanələr gətirmişdir. Bundan başqa o, bildirmişdir ki, Kəklik Əliyevanı aldadıb pulunu ələ keçirərək guya həyat yoldaşı X5 Məhkəməsi vasitəsi ilə məsuliyyətdən azad olunmasında köməklik edəcəyi görüntüsü yaradan zaman təxminən 2019-cu ilin noyabr ayında Şirvan Apellyasiya Məhkəməsində olarkən Sultanla birlikdə həbs olunmuş İlkin adlı şəxsin anası Zərərçəkmiş şəxs2 görmüş və çarəsiz şəkildə oğluna kömək etmək istədiyini anlamışdır. Həmin zaman onu da aldadaraq pul ələ keçirmək qərarına gəlmiş və Zərərçəkmiş şəxs2 Sultanın işini qısa müddətdə həll edərək məsuliyyətdən azad olunmasında köməklik edəcəyini söyləmişdir. Zərərçəkmiş şəxs2 da onunla razılaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 oğlu X8 Məhkəməsində guya hakim köməkçisi ilə danışdığını və ona işin həli olunması üçün 3000 (üç min) manat vermək lazım olduğunu bildirərək aldatmışdır. Zərərçəkmiş şəxs2 da inanaraq qısa müddət ərzində həmin məbləği toplayaraq verə biləcəyini bildirmişdir. 2019cu ilin noyabr ayının ortalarında dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs2 zəng edərək ilkin olaraq 1200 (min iki yüz) manat pulu hazır etdiyini söyləmiş və hazırda yaşadığı Hovsan qəsəbəsində olduğunu bildirmişdir. O da Zərərçəkmiş şəxs2 yaşadığı ünvana gedərək 1200 manat pulu ondan almışdır. Zərərçəkmiş şəxs2 qalan məbləği isə bir neçə gündən sonra verəcəyini söyləmişdir. Təxminən 3 gündən sonra yenidən Zərərçəkmiş şəxs2 zəng edərək danışılmış 3000 manat pulun digər qalan hissəsi yəni 1800 manat pulu da hazır etdiyini bildirmiş və onlar Xətai rayonu ərazisində yerləşən Naxçıvanski dairəsində onunla görüşmüş və 1800 manat pulu ondan alaraq oğlu İlkinin tezliklə məsuliyyətdən azad olacağı vədini vermişdir. Zərərçəkmiş şəxs2 oğlu İlkinin həbsdən azad olunması adı ilə vəd verərək aldadıb ələ keçirdiyi 3000 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Sonradan Zərərçəkmiş şəxs2 onu aldatdığını anladıqda müxtəlil bəhanələr gətirərək vaxtı uzatmışdır. Bundan başqa o, bildirmişdir ki, 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək Zərərçəkmiş şəxs5 məxsus ünvan 10 ünvanında kirayə yaşadığı dövrdə Zərərçəkmiş şəxs5la münasibətləri yaranmış və Elmandan bir neçə dəfə borc alaraq qaytarmışdır. Məqsədi isə Elmanın yanında etibar qazanaraq ondan pul alıb ələ keçirmək olmuşdur. Belə ki, 2019-cu ilin noyabr ayında Elmanın xalası Kəklik xanıma qarşı dələduzluq edərək onun pulunu ələ keçirmiş və məqsədi Elmana qarşı da dələduzluq etmək olmuşdur. 2019-cu ilin dekabr ayında Elmanla söhbət zamanı ona Masallı və Cəlilabad rayonlarında Hind quşlarını ucuz qiymətə alaraq Bakıda restoranlara baha qiymətə satdığını və gəlir əldə etdiyini bildirərək Elmana pul lazım olduğunu bildirmişdir. Bunun əvəzində Elmana əldə olunmuş gəlirdən pul verəcəyini söyləmişdir. Elman da onunla razılaşmış və 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək ayrı-ayrı vaxtlarda Nizami rayonu ərazisində olmaqla ümumilikdə Elmandan 25000 (iyirmi beş min) manat pul alıb ələ keçirmişdir. Həmin ələ keçirdiyi məbləği isə öz ehtiyacları üçün xərcləmişdir. Lakin onun yanında olan zaman özünü işgüzar şəxs kimi göstərib mütəmadi olaraq telefonda uca səslə guya kimlərdənsə sifariş götürdüyünü göstərmişdir. Bir müddət keçdikdən sonra Elman pulunu geri tələb etdikdə pulunu ona verəcəyini bildirmişdir. Buna baxmayaraq pulu olmadığından və ona yalandan bankda adına “Lexus 470” markalı avtomobil olduğunu, həmin avtomobilin girovda olmasını, bazar qiymətinin 37000 manat olmasını, ona 3000 manat verəcəyi halda həmin maşını bankda olan girovdan çıxarıb satacağını, həmin vermiş olduğu pulla birlikdə ona 31000 manat qaytaracağını söyləmişdir. Elman yenə də ona inanıb heç bir problemin olmadığını söyləmiş və 3000 manat pulu ona hissə-hissə olmaqla 2020-ci ilin sentyabr ayından noyabr ayının əvvəlinədək vermişdir. Ondan həmin 3000 manat pulu müxtəlif ünvanlarda almış, sonuncu dəfə 600 (altı yüz) manat pulu Xətai rayonu ərazisində yerləşən Həzi Aslanov metrosunun yaxınlığında Elmanla görüşərək ondan alıb ələ keçirmişdir. Həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Elmanla görüşləri zamanı ona müxtəlif bəhanələr gətirərək borcunu tezliklə qaytaracağını bildirmişdir. Bundan başqa o, bildirmişdir ki, Zərərçəkmiş şəxs4 ilə münasibəti 2022-ci ilin aprel ayından onun işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən tikinti materiallarının satıldığı mağazada yaranmış və ondan 2 ay ərzində müxtəlif tikinti avadanlıqlarını sifariş verib Bakı şəhəri, Xətai rayonu, Nargilə dairəsinin yaxınlığına gətirməsini istəmişdir. Belə olan halda o, tikinti materiallarını çatdırdıqdan sonra onun təqdim etdiyi karta dediyi məbləğləri özünə geri qaytarmışdır. 2022-ci ilin iyun ayından isə Zərərçəkmiş şəxs4lə olan danışığına uyğun olaraq Zərərçəkmiş şəxs4 həmin ünvana tikinti materiallarını göndərmişdir. 2022-ci ilin oktyabr ayında təmir elətdirdiyi mənzili satıb Zərərçəkmiş şəxs4 pulunu qaytarmalı idi, lakin Suraxanı RPİ tərəfindən həbs olunduğu üçün ondan almış olduğu ümumilikdə 3902 manat dəyərində tikinti materiallarının pulunu ödəyə bilməmişdir, lakin ona qarşı heç bir dələduzluq əməli törətməmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 ilə barışmışdır, ona dəymiş ziyanı tam olaraq ödəmişdir və sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Habelə o, ona qarşı irəli sürülmüş ittihamda qeyd edilən bəzi cinayət epizodları ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, həmin epizodlar üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2019-cu ilin mart ayında işdən evə gələn zaman evdə yad bir uşaq olduğunu görmüş, gəlini Şahid2 uşağın kim olduğunu soruşmuş, Şahid2 uşağın valideynlərinin Elmangildə kirayədə qalmalarını, anasının uşağa baxa bilmədiyinə görə onu 300 manat müqabilində uşağa baxmaq üçün dayə tutduqlarını bildirmişdir. Həmin uşağı bir gün atası, bir anası gəlib götürürdülər, səhər saat 9-da gətirib, axşam saat 6-da aparırdılar. Bu qaydada 1 ilə yaxın uşağa gəlini dayəlik etmişdir. Pərvinin arvadı, yəni uşağın anası Nişanə onlara gəlib gedərkən bir dəfə onları kefsiz görmüş və vəziyyəti soruşmuşdur. O, Nişanəyə həyat yoldaşı X3 AR CM-nin 234.4.1, 234.4.3 və 206-cı madddələri ilə 2018-ci il noyabr ayında tutulduğunu və məhkəməsi olacağını söyləmişdir. Həmin günün səhəri Nişanə həyat yoldaşı Pərvin ilə birlikdə onlara gəlmişlər və Pərvin ona Masallı rayonundan olmasını, işin onlar tərəfdə olmasını və onun bu işi həll etmək üçün hər cür imkanlarının olmasını bildirmişdir. Pərvin Səid adlı tanışının olmasını onun bu işləri həll edə biləcəyini bildirmişdir. Pərvinlə olan danışığı zamanı ona məhkəməyə getməli olduğunu, məhkəmənin vaxtının 3-4 gündən sonra olacağını bildirmişdir. Pərvində öz maşını ilə apara biləcəyini, çünki özünün də oraya gedəcəyini bildirmişdir. Məhkəmə iclası olan günü, o, Nişanə və Pərvin birlikdə Pərvinin maşını ilə Lənkərana getmişlər. O, yoldaşı Əliyev Soltanın məhkəməsi olan iclas zalına daxil olmuş, Pərvin isə məhkəmədə tanış adamlar olmasını onlarla görüşüb gələcəyini söyləmiş, o, zala daxil olduqdan bir qədər sonra Pərvin zala daxil olmuş və gəlib onun yanında əyləşmişdir, iclas qurtarandan sonra onlar Pərvinlə ayrılmışlar. Pərvin Nişanə ilə Masallıya, o isə Bakıya gəlmişdir. 3 gündən sonra Pərvin Bakıya gəlmiş və işi dostu Səidin vasitəsi ilə edəcəyini bildirmişdir. Pərvin məhkəmələrə məktub apardığını ona görə də hamını yaxşı tanımasını bildirmişdir. Bu işləri ona Səidin tapşırdığını, onun dediyi işləri yerinə yetirdiyini söyləmişdir. Pərvin, bu təklifi etsə də ona bu barədə hər hansı bir fikri olduğunu bildirməmişdir. Beləliklə 2019-cu ilin avqustun 25-də hökm oxunmuş və yoldaşına Lənkəran Ağır Cinayətlər Məhkəməsi 7 il cəza vermişdir. Bundan sonra Pərvin yoldaşına cəza verildiyini eşitdikdən sonra onlara gəlmiş və Apellyasiya şikayəti vermək istədiklərini bildirmiş və onlara Şirvan Apellyasiya Məhkəməsində tanıdığı adamların olmasını, orada bu işi həll edə biləcəyini bildirmişdir. Bu işin həll olunması, yəni yoldaşının tamamilə cəzadan azad edilməsi üçün 9000 (doqquz min) manat pulun lazım olduğunu bildirmişdir. O da razılaşmış və Pərvin apellyasiya şikayətini vermək üçün vəkil tutduğunu bildirmişdir. Sentyabr ayının 4-də Pərvindən ona zəng gəlmiş və təcili olaraq bəri başdan 4500 (dörd min beş yüz) manat pul istənildiyini Pərvin bildirmiş, iş ünvanını soruşmuş, o da iş ünvanını bildirmişdir. Pərvin qısa müddət sonra iş yerində olduğunu demiş, o da icazə alıb çıxmışdır. Pərvin ona saat 11-ə qədər onu gözlədiklərini və onun həmin vaxta qədər pulu çatdırmalı olduğunu söyləmişdir. Pərvinlə birlikdə evə gəlmiş, pulu götürmüş və gəlib maşında sayaraq 4500 (dörd min beş yüz) manatı vermişdir. Pərvin pulu götürmüş 3-4 gündən sonra yoxa çıxmışdır. Sonra yoldaşı Nişanə ilə olan danışığı zamanı Pərvinin hərəkətindən narazılığını bildirəndə Nişanə, ona qarşı aqressivləşərək Pərvinə zəng etmiş və Pərvini yaşadıqları ünvana çağırmış, az müddətdən sonra Pərvin gəlmiş, onu borclu çıxararaq, hələ az pul dediyini gərək 12000 (on iki min) manat deyəcəyi halda onunla belə danışmayacaqlarını bildirmişdir. Əlacsız qaldığından Pərvinin təkliflərini qəbul etmək məcburiyyətində qalmışdır. Sonra Pərvin qalan pulu da istəmiş və heç bir narahatçılığın olmadığını söyləmişdir. Sentyabrın 17-də Pərvinə baldızı Mirvarinin, onun yoldaşı Akifin iştirakı ilə 3500 manat əlavə pul vermişdir. Pərvin pulu alan kimi, sabah Naxçıvana gedəcəyini bildirmiş, Akif ondan işlə necə məşğul olduğunu, bir halda ki, Naxçıvana getdiyini soruşduqda Pərvin yenə də narahat olmamağı demiş və çıxıb getmişdir. Bundan sonra o, Pərvinlə yaşadığı evdə görüşüb 2500 manat pulu vermişdir. Təxminən oktyabr ayının ortalarında Şirvan Apellyasiya Məhkəməsində yoldaşının işi təyin olunmuş, sentyabrın 14-dən oktyabrın ortasına qədər Pərvin hər dəfə bu işlə bağlı heç bir narahatçılıq olmamasını bildirmişdir. Oktyabrda proses zamanı Şirvan Apellyasiya Məhkəməsində olmuş və getdiyi zaman artıq Pərvin zalda olmuşdur. Ona proses zamanı narahat olmamağı, hakimində xeyirlərinə danışmasını və onlara yaxın adam olmasını bildirmişdir. Sonra yoldaşını Şüvəlana gətirmişlər. Sonra onlar X10 görüşmüşlər, o, Sultana narahat olmamasını, hakimə tapşırılmasını, məhkəmə olan günü artıq çıxacağını bildirmisdir. X13 ailə vəziyyətini bildirmiş, inanmağa çalışmışdır. Sonra onlar ayrılmışlar və baş tutmuş 3-cü proses zamanı işə görə narahat olmamağı bildirmişdir. Bir müddət sonra X13 zəng etmiş, ona hökm oxunmasını və qərarın qüvvədə qalmasını bildirmişdir. Bundan sonra Pərvinə heç bir iş görmədiyini bildirən zaman Pərvin Apellyasiyada işin alınmadığını, Ali Məhkəməyə vermək lazım olduğunu bildirmişdir. Ona görə əlavə olaraq 2500 manat da lazım olacağını bildirmişdir. O, narahatçılığını bildirəndə Pərvin Apellyasiyaya görə verilmiş olan pulların başqa bir şəxs tərəfindən yeyilməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs bundan sonra hissə-hissə 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyul ayının 16-dək olan 3-4 ay müddətdə 4620 manatda əlavə vermişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə 15120 manat pulunu ələ keçirmişdir. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, 15120 manat pulu hissəhissə olmaqla ilkin olaraq 2019-cu ilin sentyabr ayının 4-də 4500 manat pulu Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 35/5 ünvanında avtomobilin içərisində vermiş, 2019cu ilin sentyabr ayının 17-də 3500 manat pulu yaşadığı Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 35/5 ünvanında həyətdə qohumları olan Akif və Mirvarinin iştirakı ilə vermiş, 28 oktyabr 2019-cu il tarixdə 2500 manat pulu yaşadığı Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 35/5 ünvanında evdə gəlini Təhminənin yanında vermiş, qalan 4620 manatı isə hissə-hissə olmaqla yaşadığı Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 35/5 ünvanında 2019-cu ilin noyabr ayından etibarən 2020-ci ilin iyul 16-dək olan müddətdə vermişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir və təqsirləndirilən şəxsin barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, oğlu X14 2018-ci ilin noyabr ayında AR CM-nin 234.4.1, 234.4.3 və 206-cı maddələri ilə tutulmuş və 2019-cu ilin avqust ayında ona 8 il 6 ay müddətinə cəza təyin edilmişdir. 2019-cu ilin noyabr ayında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin həmin hökmündən Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdirlər. Şirvan Apellyasiya Məhkəməsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı qüvvədə qalmış 8 il 6 ay müddəti dəyişmədən oğlunun üzərində qalmışdır. X19 Məhkəməsində iclas qurtarandan sonra dəhlizdə bacısı Nərminə Baxşıyeva ilə dayanan zaman bir nəfər şəxs ona yaxınlaşaraq adının Pərvin olduğunu bildirərək məhkəmə sistemində geniş əlaqələrinin olduğunu, oğluyla birlikdə tutulmuş Sultan adlı şəxsin də cəzasını azaltmaq üçün iş gördüyünü bildirmişdir. Pərvin adlı həmin şəxs işlə bağlı ondan soruşmuş və ona işlə bağlı məlumatlar vermişdir. Bu zaman Pərvin vəkilin zəif olduğunu, ona görə də bir iş görə bilmədiyini bildirmişdir. Pərvin, onları inandırmaq üçün oğlu İlkinlə həmin işdə tutulmuş şəxslərdən olan Sultanın işi ilə məşğul olduğunu bildirmiş və bu yaxınlarda Sultanın işinin tam həll olacağını və Sultanın azadlığa çıxacağını söyləmişdir. O da həmin zaman oğlu İlkinlə birlikdə tutulmuş Sultanın həyat yoldaşı Kəklik xanımdan maraqlandıqda Kəklik xanım Pərvinin Sultanın həbsdən azad olması ilə bağlı hazırda köməklik etdiyini söyləmiş və o, bundan sonra Pərvinə inanmışdır. Pərvinlə söhbət zamanı Pərvin İlkinin cinayət məsuliyyətdən azad olunması üçün hakim köməkçisi ilə danışdığını və bunun üçün 3000 (üç min) manat lazım olduğunu bildirmişdir. O da Pərvinə razılıq verib qısa müddətdə istədiyi 3000 manat pulu toplayıb verə biləcəyini söyləmiş və onlar Bakı şəhərinə gəlmişlər. 2019-cu ilin noyabr ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə ilk olaraq 1200 manat pulu topladığı üçün Pərvinə zəng edərək onu görüşə dəvət etmiş və hazırda Hövsan qəsəbəsində olduğunu bildirmişdir. Pərvin onun Hövsan qəsəbəsində yaşadığı ünvana gələrək 1200 (min iki yüz) manat pulu alaraq, İlkini cinayət məsuliyyətindən azad etməkdə köməklik edəcəyini bildirmişdir. Təxminən 3 gündən sonra o yenə də Pərvinlə əlaqə saxlayaraq geridə qalan məbləği, yəni 1800 manat pulu da topladığını və ona verə biləcəyini demiş və onlar Pərvinlə Xətai rayonu ərazisində yerləşən Naxçıvanski adlanan dairədə onunla görüşərək 1800 manat pulu Pərvinə vermişdir. Pərvin artıq İlkinin işinin danışıldığını, qısa müddətdə cinayət məsuliyyətindən azad olacağını deyərək onu inandırmışdır. X16 Məhkəməsi də Lənkəran Rayon Məhkəməsinin hökmünü qüvvədə saxladıqda o, başa düşmüşdür ki, Pərvin onu aldadaraq 3000 manat pulunu ələ keçirmişdir. O, Pərvindən vermiş olduğu 3000 manat pulu geri istədikdə Pərvin müxtəlif bəhanələr gətirərək müddət uzatmağa başlamışdır. Bundan sonra o, ərizə ilə polisə müraciət etmişdir. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs oğlu İlkinin cinayət məsuliyyətindən azad olunmasında köməklik göstərməsi üçün 3000 manat pulu hissə-hissə olmaqla ilk olaraq 2019-cu ilin noyabr ayının ortalarında yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi kooperativ 3-də bacısı Nərminənin yanında 1200 manat pulu, bundan 3 gün sonra isə 1800 manat pulu Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən C.Naxçıvanski adına Hərbi Liseyin yaxınlığında bacısı Nərminənin yanında vermişdir. O, keçən məhkəmə prosesində təqsirləndirilən şəxslə barışıq əldə etməsi ilə bağlı ərizə təqdim etmişdir, çünki Təqsirləndirilən şəxs məhkəmə prosesindən sonra borcu tam ödəməyi söz versə də, buna əməl etməmişdir, buna görə də təqsirləndirilən şəxslə barışmamışdır, ona qarşı şikayətçidir, ona dəymiş ziyandan yalnız 900 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 2020-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs qonşuluqda Elman adlı şəxsin mənzilində yaşamışdır. Elman həmin mənzili satışa qoymuş və onun da məlumatı olmuşdur ki, Elman həmin mənzili 45000 manata satır. Pərvin həmin mənzilə gəldikdən sonra Elmandan mənzili aldığını bildirmişdir. Məhəllədə Pərvinlə görüşüb söhbət edən zaman o, atasının gəmidə işlədiyini, mütəmadi olaraq xarici ölkələrə getdiyini demiş və ona da gəmidə işləməyi təklif etmiş, daha sonra əmək haqqının 2000 manat olacağını bildirmişdir. Pərvindən işlə bağlı nə lazım olduğunu soruşduqda, Pərvin yanında zəng edərək maraqlanmış və telefonla danışdıqdan sonra onu da gəmidə işə düzəldə biləcəyini söyləmiş və bunun müqabilində 2000 manat pul lazım olacağını bildirmişdir. O, etiraz edərək o qədər məbləğin olmadığını, günəmuzd işlədiyini bildirmişdir. Lakin Pərvinə işinin alınacağı halda ilk əmək haqqını ona verə biləcəyini bildirmişdir. Pərvin razılaşmış və sənədlərin yığılması və məbləğin yarı faizinin verilməsi üçün 1000 manat pul istəmişdir. 900 manat pulunun olduğunu bildirdikdə, Pərvin razılaşmış və həmin pulu ona verməyini istəmişdir. 15 mart 2020-ci il tarixdə saat 14 radələrində Pərvinlə onun yaşadığı ünvan 5 ünvanda görüşmüşdür. Həmin zaman Pərvin onu atasının işlədiyi gəmidə fəhlə kimi 2000 manat əmək haqqı müqabilində işə düzəldəcəyinə vəd vermiş və bunun müqabilində ona sənədləşdirmə aparılması üçün ilkin olaraq 900 (doqquz yüz) manat pul vermişdir. Pərvin bir həftə ərzində işin düzələcəyini bildirsədə razılaşdırılmış müddət çatsada gəmidə işə düzəlməyi alınmamışdır. Pərvindən vermiş olduğu 900 manat pulu geri istədikdə, Pərvin müxtəlif bəhanələr gətirərək 900 manat pulu öz ehtiyacları üçün xərclədiyini, qısa müddət ərzində qaytaracağını bildirmişdir. Lakin sonradan isə müxtəlif bəhanələr gətirərək müddəti uzatmağa, pulunu verməməyə davam etmişdir. O, məcburiyyət qarşısında qalaraq polisə ərizə ilə müraciət etmişdir. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində 900 (doqquz yüz) manat pulu, onu gəmidə yüksək maaşlı işə düzəldəcəyini vədini vermiş Təqsirləndirilən şəxs ilkin sənədləşməni aparsın deyə onun yaşadığı ünvan 5 ünvanda heç kimin iştirakı olmadan vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir tələb və şikayəti yocdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 2019-cu ilin mart ayından 2020-ci ilin aprel ayınadək Təqsirləndirilən şəxs, ailəsi ilə birlikdə ona məxsus ünvan 12 ünvanında kirayə yaşamışdır. 2019-cu ilin mart ayından etibarən o, Pərvini tanımış və o, özünü vəkil kimi təqdim etmişdir. Bir gün söhbət zamanı Pərvin Masallı və Cəlilabad rayonlarından hind quşu gətirərək Bakıda restoranlara verib gəlir əldə etdiyini bildirmişdir. 2019-cu ilin dekabr ayında Pərvin ona müraciət edərək hazırda hind quşu üçün sifarişlərin olduğunu bildirmiş və borc olaraq pul istəmiş, yeni il bayramından sonra qaytaracağına söz vermişdir. O da razılaşaraq 2019-cu ilin dekabr ayının 19-də Nizami rayonu, Q.Qarayev prospekti 338 ünvanında “Neftçilər” metrosunun yaxınlığında yerləşən “Anatolia” restoranının yaxınlığında 2100 manat pulu Pərvinə vermişdir. Yeni il bayramı bitdikdən sonra Pərvin borclu olduğu 2100 manat puldan 1100 manat pulu gətirib qaytarmalı olduğu halda kimlərəsə zəng edərək səs gücləndirici vasitəsi ilə danışaraq sifarişlərin çox olduğunu göstərmiş və xahiş etmişdir ki, həmin 1100 manat pulu ona qaytarıb işləsin daha da artırsın və ona pulunu geri qaytarsın. Bu zaman o, təklif etmişdir ki, artıq onunla bir yerdə işlədikdə və ona pulu qaytaran zaman həmin pulu gəliri ilə birlikdə versin. O da Pərvinə inanaraq razılaşmış və ona vermiş olduğu 2100 manat puldan ona qaytardığı 1100 manat pulu geri ona qaytarmışdır. Bununla da aralarında şifahi razılaşma əldə edilmiş və Pərvinin hind quşu biznesinə qoşulmuşdur. Bu müddət ərzində görüşləri zamanı Pərvin yanında telefonun səs gücləndiricisi vasitəsi ilə guya restoran sahibləri ilə danışmış və çoxlu sifarişlər qəbul etmişdir. Sonradan başa düşmüşdür ki, məqsəd onu şirnikləndirərək bacardığı qədər pul almaq imiş. 2020-ci ilin yanvar ayının 13-dən 2020-ci ilin mart ayının 5-dək Pərvin hind quşlarının rayonlardan ucuza alınıb Bakıda restoranlara sataraq gəlir əldə edəcəyini və həmin gəlirdən ona da mükafat qismində pul verəcəyini vəd verərək Nizami rayonu, Q.Qarayev prospekti 338 ünvanında “Neftçilər” metrosunun yaxınlığında yerləşən “Anatolia” restoranının yaxınlığında görüşüb 25300 manat pul almışdır. Bununlada Pərvin ondan 27400 (iyirmi yeddi min dörd yüz) manat pul almışdır. Hər dəfə işlərin necə getdiyini soruşduqda onu əmin edirmiş ki, işlər öz qaydasında gedir narahat olmağa heç bir əsas yoxdur. Həmin zaman onda pul artıq tükəndiyindən Pərvin yenə də pul istədikdə artıq pulunun olmadığını, yaxın qohumlarına artıq çox borclandığını bildirmişdir. Belə ki, həmin ticarətin görülməsi üçün özündə pul olmayan zaman bu məsələ ilə bağlı tanışlarından borc alıb Pərvinə vermişdir. Ona həmin vaxta qədər vermiş olduğu 27400 manat pulun bir hissəsini daha dəqiqliklə 19400 manat hissəsini də tanışı olan Yusubov Marifdən borca almışdır. Marifə gördüyü iş barəsində məlumat vermiş o da borca pul vermişdir. O da artıq həmin ticarətdən iki aydan artıq müddət keçməsinə baxmayaraq gəlir əldə etmədiyi üçün Pərvindən pullarını geri istədikdə sonuncu müxtəlif bəhanələr gətirməyə başlamış və həmin pulu qaytarmağı üçün ona vaxt verməyini istəmişdir. Bundan sonra Pərvinlə söhbət zamanı nağd pulunun olmadığını sadəcə 5000 manat dəyərində qızıl-zinət əşyalarının olduğunu söyləmişdir. 2020-ci ilin mart ayında məlum Covid-19 pandemiyası başladığından Pərvin rayonda olduğunu, Bakı şəhərinə gələ bilmədiyini bildirərək bir az gözləməyini xahiş etmişdir. Ona inandığı üçün onu gözləmişdir. 2020-ci ilin sentyabr ayında dəqiq xatırlamadığı tarixdə Pərvin Masallı rayonunda hind quşu aldığı ferma sahibi Əminağa adlı şəxsin ona hind quşlarının əvəzində ona “Lexus 470” markalı avtomobil verdiyini, lakin həmin avtomobilin 5000 (beş min) manat girov borcunun olduğunu və həmin pulu ödəsə avtomobili girovdan çıxararaq 37000 (manata) sata biləcəyini və həmin zaman da pulunu qaytara biləcəyini söyləmişdir. Həmin avtomobilin onun tərəfindən bir neçə dəfə sürüldüyünü gördüyündən qiyməti ilə maraqlanmış və qiymətinin 37000 manat olmasını dəqiqləşdirdikdən sonra Pərvinə inanaraq həyat yoldaşına məxsus qızılzinət əşyalarını Neftçilər metrosunun yaxınlığında olan Lombarda girov qoyaraq 2100 manat götürmüş, 2020-ci ilin sentyabr ayından etibarən 2020-ci ilin noyabr ayınadək olan müddətdə ümumilikdə 5000 manat pulu Xətai rayonu, M.Hadi küçəsi 277 ünvanında Həzi Aslanov metrosunun yaxınlığında Pərvinə vermişdir. Bir müddətdən sonra Pərvin artıq onunla görüşdən yayınmış və müxtəlif bəhanələr gətirərək, guya həmin “Lexus 470” markalı avtomobili sataraq mənzil alıb həmin mənzili təmir edib daha baha qiymətə sataraq ona pulunu qaytaracağını bildirmişdir. Daha sonra məlumat almışdır ki, Pərvin bir neçə şəxslərə müxtəlif bəhanələr gətirərək dələduzluq edib külli miqdarlarda pullar ələ keçirib, bu səbəbdən də artıq ona inamı itdiyi üçün o da polisə müraciət etmək qərarına gəlmişdir. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, Masallı və Cəlilabad rayonlarından hind quşlarını ucuz qiymətə alaraq Bakı şəhərində müxtəlif restoranlara baha qiymətə sataraq gəlir əldə edəcəyini və həmin gəlirdən mükafat olaraq ona da pul verəcəyini vəd verərək 2019-cu ilin dekabr ayının 19-da 2100 (iki min yüz) manat pulu Nizami rayonu, Q.Qarayev prospekti 338 ünvanında “Neftçilər” metrosunun yaxınlığında yerləşən “Anatolia” restoranının yaxınlığında, 2020-ci ilin yanvar ayının 13-dən mart ayının 5-dək olan müddət ərzində yenədə Nizami rayonu, Q.Qarayev prospekti 338 ünvanında “Neftçilər” metrosunun yaxınlığında yerləşən “Anatolia” restoranının yaxınlığında 25300 (iyirmi beş min üç yüz) manat, daha sonra isə guya ona hədiyyə olan “Lexus 470” markalı avtomobili sataraq ona olan borcunu qaytaracağını vəd verərək, avtomobili girovdan çıxarmaq üçün lazım olan 5000 manat pulu isə Xətai rayonu, M.Hadi küçəsi 277 ünvanında Həzi Aslanov metrosunun yaxınlığında vermişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir və təqsirləndirilən şəxsin barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi təxminən avqust ayında tanımışdır. O, gəlib dükanından tikinti materialları almışdır. Tikinti materiallarını ilk dəfə alanda pulunu ödəmişdir, sonradan aldığı malların pulunu isə ödəməmişdir, bildirmişdir ki, evi təmir edir, pulu isə oktyabr ayının sonunda ödəyəcəkdir. Sonra sentyabr ayında Pərvin tutulmuş və onlar istintaq orqanı tərəfindən çağırılmışlar. Orada isə o, Pərvinə hansı malları verməsi barədə qaimələri təqdim etmişdir. O, Pərvindən şikayət etməmişdir. Pərvin söz vermişdir ki, oktyabr ayında ona olan borcunu ödəyəcək. Pərvin ondan 3 dəfə mal almış və pulunu ödəmişdir, 3 dəfə isə alıb ödəməmişdir. Onun ona 3902 manat borcu olmuş, daha sonra 400 manatını ödəmişdir. O, ondan malları alanda pulunu ödəmişdir, təmiri yarımçıq qaldığından digər malların pulunu evi satandan sonra oktyabr ayının sonunda ödəyəcəyini bildirmişdir. Sentyabr ayında isə Pərvin tutulandan sonra ona olan borcu qalmışdır. Onun Pərvindən şikayəti yoxdur, düşünmür ki, onun etdiyi cinayət əməlidir. Hal-hazırda Pərvinin ona borcu var, borcunu tam olaraq ödəməmişdir. Evin təmir olunduğunu özü görməmişdir, lakin iş üzrə şahid görmüşdür. Pərvin ondan malları alandan sonra da əlaqələri olmuş, o, gizlənməmiş və telefon zənglərinə cavab vermişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ümumi maddi ziyandan əlavə olaraq 1000 manat ödəniş edildiyini, hal-hazırda 2502 manat borcu qaldığını qeyd etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun doğma bacısıdır. Onun oğlu X14 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası CM-nin 234.4.1; 234.4.3 və 206-cı maddələri ilə tutulmuş və 2019-cu ilin avqust ayında ona 8 il 6 ay müddətinə cəza təyin edilmişdir. 2019-cu ilin noyabr ayında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin həmin hökmündən Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdirlər. Şirvan Apellyasiya Məhkəməsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı qüvvədə qalaraq 8 il 6 ay müddəti dəyişmədən onun oğlunun üzərində qalmışdır. X19 Məhkəməsində iclas qurtarandan sonra dəhlizdə bacısıyla dayanan zaman bir nəfər şəxs onlara yaxınlaşaraq adının Pərvin olduğunu bildirmiş, məhkəmə sistemində geniş əlaqələrinin olduğunu, İlkinlə birlikdə tutulmuş Sultan adlı şəxsin də cəzasını azaltmaq üçün iş görüdüyünü bildirmişdir. Pərvin adlı həmin şəxs, işlə onlardan maraqlanmış və ona məlumatlar vermişdirlər. Bu zaman o, vəkillərinin zəif olmasını, ona görə də işi həll edə bilmədiyini söyləmişdir. Onları inandırmaq üçün İlkinlə həmin işdə tutulmuş şəxslərdən olan Sultanın işi ilə məşğul olduğunu bildirmiş və bu yaxınlarda Sultanın işinin tam həll olacağını və Sultanın azadlığa çıxacağını söyləmişdir. Onlar həmin zaman İlkinlə birlikdə tutulmuş Sultanın həyat yoldaşı Kəklik xanımdan maraqlandıqda Kəklik xanım Pərvinin Sultanın həbsdən azad olması ilə bağlı hazırda köməklik etdiyini söyləmişdir. Pərvinlə söhbət zamanı Pərvin İlkinin cinayət məsuliyyətdən azad olunması üçün hakim köməkçisi ilə danışdığını və bunun üçün 3000 (üç min) manat lazım olduğunu bildirmişdir. Bacısı Arzu ona razılıq verib qısa müddətdə istədiyi 3000 manat pulu toplayıb verə biləcəyini söyləmiş və onlar Bakı şəhərinə gəlmişlər. 2019-cu ilin noyabr ayının ortalarında bacısı ilk olaraq 1200 manat pulu topladığı üçün Pərvinə zəng edərək onu görüşə dəvət etmiş və hazırda Hövsan qəsəbəsində olduğunu bildirmişdir. Pərvin Hövsan qəsəbəsində yaşadıqları ünvana gələrək bacısı Arzudan 1200 (min iki yüz) manat pulu onun yanında alaraq, İlkini cinayət məsuliyyətindən azad etməkdə köməklik edəcəyini vəd vermişdir. Təxminən 3 gündən sonra bacısı Arzu yenə də Pərvinlə əlaqə saxlayaraq geridə qalan məbləği, yəni 1800 manat pulu da topladığını və ona verə biləcəyini demiş və onlar yəni o və bacısı X26 rayonu ərazisində yerləşən Naxçıvanski adlanan dairədə onunla görüşərək və 1800 manat pulu bacısı Arzu Pərvinə vermişdir. Pərvin artıq İlkinin işinin danışıldığını, qısa müddətdə cinayət məsuliyyətindən azad olacağını deyərək onları inandırmışdır. X16 Məhkəməsi də Lənkəran Rayon Məhkəməsinin hökmünü qüvvədə saxladıqda onlar Pərvinin dələduzluq edib 3000 manat pulu ələ keçirməsini başa düşmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təxminən iki ildən artıq müddətdir ki, taksi sürücüsü kimi “EvroHome” tikinti materialları bazarında özünə məxsus olan “Ford Tranzit” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə fəaliyyət göstərirmiş. İşinin mahiyyəti bazarda satılan yüklərin avtomobillə ünvanlara pul qarşılığında çatdırılmasından ibarət olmuşdur. Zərərçəkmiş şəxs4 bazarda işlədiyi vaxtdan bəri tanımışdır. Zərərçəkmiş şəxs4 müəyyən vaxtlarda verdiyi sifarişləri çatdırıb ondan pulunu almışdır. Həmin sifarişlər Təqsirləndirilən şəxs adına yollanmışdır. Belə ki, o, Zərərçəkmiş şəxs4 onun avtomobili ilə göndərmiş olduğu malları sifarişin təyinatı üzrə xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Xətai rayonu, Nargilə dairəsinin yaxınlığına daha dəqiq deyilsə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 7 ünvanının yaxınlığında ona çatdırmış, Təqsirləndirilən şəxs həmin malları orada qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun qaynanasıdır. Kəylinin əri, yəni qaynatası X9 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 206-cı maddələri ilə tutulmuş və 2019-cu ilin avqust ayında ona 7 il müddətinə cəza təyin edilmişdir. Əmisinin işinin tez həll olunması və günahsız olmasının sübuta yetirilməsi üçün tanışları olan Pərvin adlı şəxs qaynanası olan Zərərçəkmiş şəxs1 ona köməklik göstərəcəyinə inandırmış və ondan ümumilikdə 15120 manat pulu dələduzluq edib alıb mənimsəmişdir. Belə ki o, 15120 manat pulu hissə-hissə olmaqla ilkin olaraq 2019-cu ilin sentyabr ayının 4-də yaşadıqları ünvanda Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 35/5 ünvanında Zərərçəkmiş şəxs1 avtomobilin içərisində 4500 manat pulu, 2019-cu ilin sentyabr ayının 17-də yaşadıqları Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 35/5 ünvanında həyətdə qohumları olan Akif və Mirvarinin iştirakı ilə 3500 manat pulu, 28 oktyabr 2019-cu il tarixdə yaşadıqları Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 35/5 ünvanında evdə onun yanında 2500 manat pulu almış, qalan 4620 manatı isə hissə-hissə olmaqla yaşadıqları Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi 35/5 ünvanında 2019-cu ilin noyabr ayından etibarən 2020-ci ilin iyul 16-dək olan müddətdə almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 1, i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 pulu verdiyi Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrosunun yanına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 14-16); cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 iyul 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir (cild 1, i.v. 18); cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir (cild 1, i.v. 19); 220100958 saylı cinayət işinin ********* saylı cinayət işinə birləşdirilməsi haqqında 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və cinayət təqibi ********* nömrəsi altında davam etdirilmişdir (cild 1, i.v. 21-22); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 iyun 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 1, i.v. 27); zərərçəkmiş şəxs qismində tanınma haqqında 18 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 44-45); zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 51-52); zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 58-59); cinayət işinin icraatının dayandırılması haqqında 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (cild 1, i.v. 67); cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında 04 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilərək istintaq aparılmışdır (cild 1, i.v. 70); ifadənin yerində yoxlanılması haqqında 04 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin təfərrüatlarını yerində göstərmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 77-78); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 04 oktyabr 2022-ci il tarixli qərardan, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 1, i.v. 79-80); şübhəli şəxsin tutulması haqqında 04 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 96); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur (cild 1, i.v. 102-103); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(010)-592/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 04 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 117- 121); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə 22100958 nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaq aparılmışdır (cild 1, i.v. 162); cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 29 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* saylı cinayət işi CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmiş və cinayət işi ********* nömrəsi altında istintaqı davam etdirilmişdir (cild 1, i.v. 166-167); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(010)-686/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs seçilmiş həbs qətimkan tədbirinin müddəti 04 fevral 2023-cü il tarixinədək uzadılmışdır (cild 1, i.v. 178-181); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 182-183); 22 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 1, i.v. 190-193); təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur (cild 1, i.v. 197-198); ifadənin yerində yoxlanılması haqqında 25 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin təfərrüatlarını yerində göstərmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 201-204); "xxxx" MMC tərəfindən verilmiş 01118, 09560 və 09721 nömrəli qaimələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 1657.50 manat, xx.xx.2022-ci il tarixdə 1417 manat və xx.xx.2022-ci il tarixdə 828 manat məbləğində tikinti materialları satılmışdır (cild 1, i.v. 242-243); qətimkan tədbirinin seçilməsi haqqında 04 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 2, i.v. 1-2); 05 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 2, i.v. 10-11); 05 fevral 2023-cü il tarixli təkrar üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 2, i.v. 12-13); 05 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 2, i.v. 14-15); 05 fevral 2023-cü il tarixli təkrar üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 2, i.v. 16-17); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 18-19); hadisə yerinə baxış keçirilməsi haqqında 06 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 7 saylı binanın qarşısına baş vermiş dələduzluq hadisəsi ilə əlaqədar baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 2, i.v. 32-36); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Rəhimov X7 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən cəza növü dəyişdirilərək ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə xx.xx.2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə xx.xx.2012-ci il tarixli hökmdən verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilmişdir, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır, Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır; Neftçala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına zərərçəkmiş şəxslə barışıq əldə olunduğuna görə və dəymiş ziyan ödənildiyinə görə həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam verilmişdir; Təqsirləndirilən şəxs barəsində Nizami RPİ-nin İŞ-də CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işinə xx.xx.2022-ci il tarixdə CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir (cild 2, i.v. 37-39); 09 fevral 2023-cü il tarixli təkrar üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 2, i.v. 54-60); sübutların qiymətləndirilməsi haqqında 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihama dəyişikliklər edilərək ona yeni məzmunlu ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 178.3.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, baxış keçirilməsinə və ifadənin yerində yoxlanılmasına dair protokollar sübut növü kimi qiymətləndirilmişlər (cild 2, i.v. 76-91); təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavə və dəyişikliklər olunaraq ona yenidən ittiham elan edilməsi haqqında 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur (cild 2, i.v. 93-95); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X28 İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Rəhimov X7 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 1(049)-40/2012 saylı hökmünə əsasən Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Vət. Təqsirləndirilən şəxs 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti xx.xx.2017-ci ildə, nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə müddəti isə xx.xx.2019-cu ildə bitmişdir. Məlumat üçün bildiririk ki, vət. Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törədən zaman sürücülük vəsiqəsi olmadığı halda nəqliyyat vasitəsini idarə emişdir; Zərərçəkmiş şəxs2 Bakı şəhəri 31 saylı notariat ofisində verdiyi **********917 saylı xx.xx.2023-cü il tarixli ərizəsindən və məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tam şəkildə ödədiyini, ona qarşı heç bir iddia, tələb və şikayətinin olmadığını, barışdıqlarını, gələcəkdə də heç bir iddia, tələb və şikayətinin olmayacağını qeyd etmişdir; Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, məhkəmə prosesində təqsirləndirilən şəxslə barışıq əldə etməsi ilə bağlı ərizə təqdim etdiyini, çünki Təqsirləndirilən şəxs məhkəmə prosesindən sonra borcu tam ödəməyi söz versə də, buna əməl etmədiyini, buna görə də təqsirləndirilən şəxslə barışmadığını, ona qarşı şikayətçi olduğunu, ona dəymiş ziyandan 900 manat ödəniş edildiyini qeyd etmişdir; Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ümumi maddi ziyandan 1000 manat ödəniş edildiyini, hal-hazırda 2502 manat borcu qaldığını qeyd etmişdir; Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini qeyd etmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-233/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, tutulduğu təqdirdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-233/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir; Masallı rayon İHB-nın Türkoba ərazi üzrə nümayəndəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 818739 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2017-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X4r; Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 133040 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2018-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X1r. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 özünü işgüzar şəxs kimi təqdim edib hüquq mühafizə orqanlarında çalışan tanışlarının olmasını bildirərək Zərərçəkmiş şəxs2 oğlu olan İlkin Əliyevi cinayət məsuliyyətindən tezliklə azad elətdirəcəyinə dair yalan vəd verməklə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 3000 (üç min) manat məbləğində pulunu ələ keçirdiyi İİ epizod üzrə, həmçinin Zərərçəkmiş şəxs3 özünü işgüzar şəxs kimi təqdim edib onu gəmidə 2000 manat maaşı olan fəhlə işinə düzəldəcəyinə dair yalan vəd verməklə aldadaraq, 2020-ci ilin mart ayının 15-də yaşadığı ünvan 5 ünvanında 900 (doqquz yüz) manat məbləğində pulunu ələ keçirdiyi İV epizod üzrə, habelə Zərərçəkmiş şəxs5 ilə arasında olan şifahi razılaşmaya əsasən ona özünü işgüzar şəxs kimi təqdim edib ondan almış olduğu pulları geri qaytarmaq məqsədi ilə ona hədiyyə edilmiş “Lexus470” markalı avtomobilin olmasını, həmin avtomobili bankdan girovdan çıxarıb satmaqla bu zamana qədər almış olduğu pulları geri qaytaracağına dair yalan vəd verməklə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5000 (beş min) manat məbləğində pulunu ələ keçirdiyi V epizod üzrə əməllərinin hər biri ayrıayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Həmçinin, məhkəmə, ittiham aktında qeyd olunan İİ, İV və V epizodlar üzrə cinayət əməllərinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmalarını, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 02 (iki) il nəzərdə tutulmasını, həmin epizodlar üzrə cinayət əməllərinin 2019-cu ilin noyabr, 2020-ci ilin mart və noyabr aylarında baş verməsini, Təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan müvafiq əməllər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbilə həmin epizodlar üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs barəsində həmin epizodlar üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 özünü işgüzar şəxs kimi təqdim edib onun işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “EuroHome” tikinti materialları satılan bazardakı mağazadan pulunu sonradan verəcəyinə dair yalan vəd verməklə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla ilk dəfə 2022-ci ilin iyun ayının 10-da ünvan 7 ünvanın yaxınlığında 1657 (min altı yüz əlli yeddi) manat məbləğində tikinti materiallarını, 2022-ci ilin avqust ayının 30-da ünvan 7 ünvanın yaxınlığında 1417 (min dörd yüz on yeddi) manat məbləğində tikinti materiallarını, 2022-ci ilin sentyabr ayının 16-da ünvan 7 ünvanın yaxınlığında 828 (səkkiz yüz iyirmi səkkiz) manat məbləğində tikinti materiallarını ələ keçirib tikinti materiallarının pulunu qaytarmaması və bununlada Zərərçəkmiş şəxs4 ümumilikdə 3902 (üç min doqquz yüz iki) manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi qənaətinə gəlinmişdir (epizod Vİ). Lakin, nəzərə çatdırılmalıdır ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq - şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Maddənin dispozisiyasının mənasına görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir (yəni əmlak ələ keçirilir, qarşılığında isə heç nə vəd edilmir). Dələduzluq - cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Odur ki, əmlakı sahibliyinə keçirərkən (məsələn, razılaşmaya əsasən, müqaviləyə əsasən) şəxsdə aldatma, etibardan sui-istifadə etməklə əmlakı əvəzsiz olaraq ələ keçirmə kimi niyyətlərin olmaması, sonrakı dövrdə əmlak, yaxud əmlakın əvəzi hər hansı bir səbəbdən mülkiyyətçiyə qaytarılmadıqda şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki hüquqi pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin subyektindən dələduza çevirmir. Şəxsin özgə əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyəti olmadığı halda həmin əmlak barəsində sahibkarla sövdələşmə zamanı onu bu cür razılaşmanı bağlamağa sövq etmək üçün yalandan istifadə etməsi də şəxsin əməlində dələduzluq cinayətinin tərkibinin olmasına dəlalət etmir. Çünki belə vəziyyətdə şəxs sahibkarı əmlakdan məhrum etmək niyyətində olmadığından, onun istifadə etdiyi yalan əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə deyil, müstəsna olaraq sövdələşmənin baş tutmasına yönəlmiş olur və yalnız bu məqsədə xidmət edir. Həmçinin, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsindən görünür ki, təqsirləndirilən şəxs gəlib onun dükanından tikinti materialları almışdır. Tikinti materiallarını ilk dəfə alanda pulunu ödəmişdir, sonradan aldığı malların pulunu isə ödəməmişdir, bildirmişdir ki, evi təmir edir, pulu isə oktyabr ayının sonunda ödəyəcəkdir. Sonra sentyabr ayında Pərvin tutulmuş və onlar istintaq orqanı tərəfindən çağırılmışlar. Orada isə o, Pərvinə hansı malları verməsi barədə qaimələri təqdim etmişdir. O, Pərvindən şikayət etməmişdir. Pərvin söz vermişdir ki, oktyabr ayında ona olan borcunu ödəyəcək. Pərvin ondan 3 dəfə mal almış və pulunu ödəmişdir, 3 dəfə isə alıb ödəməmişdir. Onun ona 3902 manat borcu olmuş, daha sonra 400 manatını ödəmişdir. O, ondan malları alanda pulunu ödəmişdir, təmiri yarımçıq qaldığından digər malların pulunu evi satandan sonra oktyabr ayının sonunda ödəyəcəyini bildirmişdir. Sentyabr ayında isə Pərvin tutulandan sonra ona olan borcu qalmışdır. Onun Pərvindən şikayəti yoxdur, düşünmür ki, onun etdiyi cinayət əməlidir. Həmçinin, məhkəmənin gedişatında da Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ümumi maddi ziyandan əlavə olaraq 1000 manat ödəniş edilmiş, hal-hazırda 2502 manat ödənilməmiş borcu qalmışdır. Bundan başqa, cinayət işinin 1-ci cildinin 242-243 saylı vərəqələrinə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 01118, 09560 və 09721 nömrəli qaimələrdən də məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 1657.50 manat, xx.xx.2022-ci il tarixdə 1417 manat və xx.xx.2022-ci il tarixdə 828 manat məbləğində tikinti materialları satılmışdır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Beləliklə, təqsirləndirilən şəxsin Vİ epizod üzrə, yəni Zərərçəkmiş şəxs4 münasibətdə aldatma, etibardan sui-istifadə etməklə əmlakını əvəzsiz olaraq ələ keçirmə kimi niyyətinin olması hazırkı iş materialları ilə müəyyən edilmədiyindən və tərəflər arasındakı münasibətlər mülki xarakterli olduqlarından həmin epizod ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olmasını (CM- 59.1.4), törətdiyi əməli etiraf eməsini və səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs3 ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödəməsini (CM-59.1.12-59.1.13), digər zərərçəkmiş şəxslərə dəymiş ziyandan qismən ödənişlər etməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü üzrə olan məhkumluğu ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkumluq olduğundan, həmçinin ödənildiyindən cinayətin residivini yaratmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini və onlaraa dəymiş ziyanı tamamilə ödəməməsini, təqsirləndirilən şəxsin əməllərinin çox epizodlu olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 04 oktyabr 2022-ci il tarixdən 04 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), ittiham aktında qeyd olunan İİ, İV və V epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 39.1.3-cü maddəsinə əsasən həmin hissədə başlanılmış cinayət işi üzrə icraata xitam verilməli, onun Zərərçəkmiş şəxs4 qarşı törətdiyi əməl dələduzluq cinayəti hesab edilmədiyindən və mülki xarakterli olduğundan ittihamdan Vİ epizod xaric edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 41, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 oktyabr 2022-ci il tarixdən 04 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 özünü işgüzar şəxs kimi təqdim edib hüquq mühafizə orqanlarında çalışan tanışlarının olmasını bildirərək Zərərçəkmiş şəxs2 oğlu olan İlkin Əliyevi cinayət məsuliyyətindən tezliklə azad elətdirəcəyinə dair yalan vəd verməklə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla ilk dəfə 2019-cu ilin noyabr ayının ortalarında yaşadığı ünvan 3 ünvanda 1200 (min iki yüz) manat pul, 2019-cu ilin noyabr ayının sonlarına yaxın Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən C.Naxçıvanski adına Hərbi liseyin yaxınlığında olan dairənin yaxınlığında 1800 (min səkkiz yüz) manat pul olmaqla, ümumilikdə 3000 (üç min) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etməsi (İİ epizod), Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 özünü işgüzar şəxs kimi təqdim edib onu gəmidə 2000 manat maaşı olan fəhlə işinə düzəldəcəyinə dair yalan vəd verməklə aldadaraq, 2020-ci ilin mart ayının 15-də yaşadığı ünvan 5 ünvanında 900 (doqquz yüz) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etməsi (İV epizod) və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 ilə arasında olan şifahi razılaşmaya əsasən ona özünü işgüzar şəxs kimi təqdim edib ondan almış olduğu pulları geri qaytarmaq məqsədi ilə ona hədiyyə edilmiş “Lexus470” markalı avtomobilin olmasını, həmin avtomobili bankdan girovdan çıxarıb satmaqla bu zamana qədər almış olduğu pulları geri qaytaracağına dair yalan vəd verməklə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla 2020-ci ilin sentyabr ayından 2020-ci ilin noyabr ayınadək olan müddətdə ünvan 6 ünvanında 5000 (beş min) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etməsi (V epizod) ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizodlar üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 qarşı törətdiyi əməl dələduzluq cinayəti hesab edilmədiyindən və mülki xarakterli olduğundan ittihamdan Vİ epizod xaric edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 vurulmuş ziyanın ödənilməsinə dair mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar