Məhkəmə qərarları › İş №1(011)-233/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-233/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-233/2025 26.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 12 avqust 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 1.655 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 03 fevral 2025-ci il tarixdə, saat 22:58-də Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1.655 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddətdir narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. 03 fevral 2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nizami rayonu «Neftçilər» metrostansiyasının yaxınlığında olan zaman tanımadığı şəxsdən 20 manat müqabilində bir ədəd şəffaf sellofana bükülmüş «kakos» kimi tanıdığı narkotik vasitə alaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamışdır. Həmin gün saat 23 radələrində Xətai rayonu, Telnov küçəsi 23/47 ünvanı ilə piyada hərəkət edən zaman 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və xidməti vəsiqələrini göstərməklə polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra elə həmin yerdə polis əməkdaşları üzərində qanunla qadağan olunmuş əşya olub- olmamasını, əgər varsa təqdim etməsini demişlər. Bu zaman o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı şəffaf sellofana bükülmüş içərisində «kakos» kimi tanıdığı narkotik vasitə olan bükümü və tütün bükmək üçün nəzərdə tutulmuş kağız parçaları olan qutunu təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki qutu «PallMalİ» markalı siqaret, bir ədəd qara rəngli pul kisəsi, iki manat pul, bir ədəd daxilində ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan «Samsung 7582» markalı mobil telefon, həmin pul kisəsinin içərisində Dövlət Sosial Sığorta şəhadətnaməsi, həmin gödəkçənin sol yan cibindən içərisində siqaret dənələri olan «Keno» markalı siqaret qutusu aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin bükümün çəkisi elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bütün bunlar mobil telefon vasitəsi ilə videolentə alınmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə getmişlər. Polis Şöbəsində olan zaman təhqiqatçı tərəfindən müvafiq sənədləşmə işləri aparılmış və həmin hərəkətlər də videokamera vasitəsi ilə videolentə alınmışdır. Bundan sonra təqdim etdiyi büküm və bir ədəd daxilində ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan «Samsung 7582» markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüş, digər əşyalar isə sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə geri qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Məhərrəm oğlu bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin Xətai rayonu ərazisində narkotik vasitələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 03 fevral 2025-ci il tarixdə 34-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 03 fevral 2025-ci il tarixdə, saat 22:58-də Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman müəyyən olunmuş və sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsini demişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı şəffaf sellofana bükülmüş bükümü və tütün bükmək üçün nəzərdə tutulmuş kağız parçaları olan qutunu təqdim etmişdir. Bundan sonra onlar tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt sonuncunun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki qutu «PallMalİ» markalı siqaret, bir ədəd qara rəngli pul kisəsi, iki manat pul, bir ədəd daxilində ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan «Samsung 7582» markalı mobil telefon, həmin pul kisəsinin içərisində Dövlət Sosial Sığorta şəhadətnaməsi, həmin gödəkçənin sol yan cibindən içərisində siqaret dənələri olan «Keno» markalı siqaret qutusu aşkar edilərək götürülmüşdür. Lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tütün bükmək üçün nəzərdə tutulmuş kağız parçaları olan qutu, iki qutu «PallMalİ» markalı siqaret, bir ədəd qara rəngli pul kisəsi, pul kisəsinin içərisindəki Dövlət Sosial Sığorta şəhadətnaməsi, iki manat pul və içərisində siqaret dənələri olan «Keno» markalı siqaret qutusu iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən özünə caytarılmışdır. Sorğu zamanı Rəhman Məmmədzadə bildirmişdir ki, həmin bükümün içərisində «kakos» kimi tanıdığı narkotik vasitə vardır. Bundan sonra həmin bükümün miqdarı onlar tərəfindən elektron çəkidə çəkildikdən sonra zərfə qablaşdırılaraq möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilən içərisində narkotik vasitə olan bir ədəd büküm və bir ədəd daxilində ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan «Samsung 7582» markalı mobil telefonla birlikdə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə aparılaraq X3ə təhvil verilmişdir. X3 tərəfindən lentə alınmış əməliyyat çəkilişinə baxış keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri və baxış barədə protokollar tərtib olunaraq imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 Məhərrəm oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək onunla oxşar məzmunlu ifadə vermişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (i.v. 01); şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsinə dair 03 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli kütlə olan bükümü və tütün bükmək üçün nəzərdə tutulmuş kağız parçaları olan qutunu təqdim etdi. Bundan sonra tərəfimizdən onun üzərinə şəxsi axtarış keçirildi, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki qutu «PallMall» markalı siqaret, bir ədəd qara rəngli pul kisəsi, iki manat pul, bir ədəd daxilində ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan «Samsung 7582» markalı mobil telefon, həmin pul kisəsinin İçərisində Dövlət Sosial Sığorta şəhadətnaməsi, həmin gödəkçənin sol yan cibindən içərisində siqaret dənələri olan “Keno” markalı siqaret qutusu aşkar edilərək götürüldü. Daha sonra toz şəkilli narkotik vasitəyə bənzəyən maddə elektron tərəzidə çəkilir, çəkisi 1.82 qram olması müəyyən edilir həmin kütlə tərəfimizdən qablaşdırıldı, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalandı və götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitə hesab edilən heroini tanımadığı şəxsdən əldə etdiyini və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Protoloka 01 (bir) ədəd CD disk əlavə olundu (i.v. 13-15); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında 03 fevral 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli tozşəkilli narkotik maddəyə bənzər maddə aşkar olundu və "Çin" istehsallı elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 1.82 qram olduğu müəyyən edildi, sonra hadisə zamanı mobil telefon vasitəsi ilə çəkilmiş video çəkilişə baxış keçirildi. Mobil telefonda olan video görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapmışdır. Protoloka 01 (bir) ədəd DVD əlavə olundu (i.v. 18-19); şübhəli şəxsin tutulması haqqında 03 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:30-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/471 nömrəli 04 fevral 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs (imza).." yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1.655 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir (i.v. 41-44); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 55-56); “DVD-R” diskə baxış keçirilməsi haqqında 05 fevral 2025-ci il tarixli protokollardan görünür ki, iki ədəd “DVD-R” diskdə olan görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 03 fevral 2025-ci il tarixli protokolara uyğun olmuşdur (i.v. 69-71); mobil telefona baxış keçirilməsi haqqında 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxssu “Samsung 7582” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, telefonun ekran hissəsi sensorlu olmaqla ağ rənglidir, arxa qapağı yoxdur, arxa hissəsi sınmış və əridilmiş vəziyyətdədir. Telefonun sağ yan hissəsində yerləşən düyməcik vasitəsi ilə onu işlək vəziyyətə gətirdikdə telefonun «Samsung Galaxy S Duos GT-S7582» sözü əks olunma videofraqment ekrana gəldikdən sonra telefonun «iş masası» ekranda görünür. İş masası üzərində yerləşən «SMS» bölməsinə, həmçinin digər mobil tətbiq və qovluqlara daxil olduqda orada iş üçün əhəmiyyət kəsb edən hər hansı yazışma, fotoşəkil və ya vidoefraqment aşkar edilmədi (i.v. 72); Bak şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-57/2025 saylı xx.xx.2025-ci il tarixli qərardından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03 fevral 2025-ci il tarixdən hesablanmışdır (i.v. 82-85); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ tərəfindən verilmiş 08 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (i.v. 92); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 13 fevral 2025-ci il tarixli tələbnamədən və qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə başlanmış cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-94/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303-cü maddəsinə əsasən xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır (i.v. 93-107); “CD” diskə baxış keçirilməsi haqqında 31 mart 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmiş, lakin onun narkotik vasitələrin satışı ilə məşğul olması və iş üzrə sübut əhəmiyyəti kəsb edən digər hər hansı məlumatlar müəyyən edilməmişdir. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 099 ***-**-** saylı GSM nömrənin antenn dairəsi sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 22:23:58-də Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsini göstərir. Təqsirləndirilən şəxs isə həmin gün saat 22:58-də Xətai rayonu, Telnov küçəsi 23/47 ünvanında saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs həmin müddət ərzində qeyd olunan ünvana qədər piyada hərəkət edə bilərdi (i.v. 121-148); “CD” diskə baxış keçirilməsi haqqında 31 mart 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmiş, lakin onun narkotik vasitələrin satışı ilə məşğul olması və iş üzrə sübut əhəmiyyəti kəsb edən digər hər hansı məlumatlar müəyyən edilməmişdir (i.v. 150-182); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin 03 fevral 2025-ci il tarixli, 1233 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 183-184); Suraxanı rayon prokurorunun müavini, ədliyyə müşaviri X5 tərəfindən 09 aprel 2025ci il tarixdə qəbul edilmiş qərardan görünür ki, Suraxanı RPİ-də istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il, xx.xx.2024-cü il və 09 aprel 2024-cü il tarixli qərarlar qanunsuz və əsassız olduğundan ləğv edilmişdir (i.v. 185-189); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin 03 fevral 2025-ci il tarixli, 1233 saylı rəyi sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1.655 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.555 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 02 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 190-196); Təqsirləndirilən şəxs bacısı X1 tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, o, qardaşı Təqsirləndirilən şəxs məxsus olan “Samsung 7582” markalı mobil telefonu təhvil almışdır (i.v. 199); “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Məmməd-zadə Ağamurad Rəhman oğlu və xx.xx.2020-ci il təvəllüdlü Məmməd-zadə Xanım Rəhman qızı adlı övladları vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 1.655 qram olan narkotik vasitə - heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM 59.2), himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını (CM 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlar Suraxanı rayon prokuroru tərəfindən ləğv edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmiş və əvvəllər məhkum olunmamış şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 03 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 1.655 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.555 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 03 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, təmiz çəkisi 1.655 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.555 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar