Məhkəmə qərarları › İş №1(011)-234/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-234/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-234/2021 04.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan və barəsində “ev dustağlığı” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 3,001 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 21 yanvar 2021-ci il tarixdə saat 21:10-da Xətai rayonu M.Hadi küçəsi 21 ünvanında yerləşən “333” adlı kafenin qarşısında Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) büküm ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olduğuna görə narkotik vasitə olan metamfetamindən istifadə edir. Narkotik vasitə qəbul etmək istədikdə onu whatsapp sosial şəbəkəsi vasitəsi ilə onlayn şəkildə almışdır. Belə ki, o, xatırlamadığı nömrəyə “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazmış, sonra alacağı narkotik vasitənin müqabilində verməli olduğu pulu həmin nömrədən göndərilmiş hal-hazırda xatırlamadığı kart hesabına Milliön və ya Paypoint vasitəsi ilə onlayn şəkildə pul göndərmiş, pulu göndərdiyinə dair çeki həmin nömrəyə göndərdikdən sonra həmin şəxs ona narkotik vasitənin olduğu yerin fotoşəkilini göndərmiş və o, da həmin yerdən gedərək narkotik vasitəni götürmüşdür. 21.01.2021-ci il tarixdə saat təxminən 20-21 radələrində o, yenidən narkotik vasitə qəbul etmək istədiyi üçün yuxarıda yazdığı qaydada həmin nömrə ilə əlaqə saxlayaraq narkotik vasitə metamfetamin əldə etmək istədiyini bildirmişdir. Həmin şəxsin ona verdiyi bank hesabına 100 manat pul göndərdikdən sonra həmin şəxs ona Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən 333 saylı kafenin pilləkənlərində narkotik vasitə metamfetaminin olduğunu bildirmişdir. Bundan sonra o, əvvəllər tanımadığı taksiyə əyləşərək həmin ünvana doğru hərəkət etmişdir. O, deyilən ünvana çatdıqdan sonra taksi sürücüsünə onu gözləməyini 2-3 dəqiqəyə geri qayıdacağını bildirmişdir. Həmin yerdən narkotik vasitəni götürüb taksiyə doğru hərəkət etmək istəyən zaman polis əməkdaşları onu saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirirək onu Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nin inzibati binasına dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis əməkdaşları ona hüquqlarını izah etməklə hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 13 saylı vəkil bürosundan müdafiəçi dəvət etmişlər. Bundan sonra ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif olunmuşdur. Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən o, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli “Şüşə” adlanan metamfetamin adlı narkotik maddəni təqdim etmişdir. Daha sonra həmin narkotik vasitəyə baxış keçirilmişdir. Həmin büküm açıldıqda 01 ədəd şəffaf rəngli sellofan bükümdən ağ rəngli kristal hissəciklərdən ibarət maddə aşkar edilmişdir. Ona aşkar edilmiş bükülünün içərisindəki maddələrin nədən ibarət olması barədə sual verilərkən bildirmişdir ki, həmin narkotik vasitə metamfetamindir öz şəxsi istifadəsi üçün onlayn şəkildə əldə etmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və DİN-nin zərflər üçün olan 169 saylı möhürü ilə möhürlənmiş və o da daxil olmaqla zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi cinayət əməlindən peşmandır, bunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 oğlu ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Şahid1 ilə birlikdə məlumat əsasında saat 21 radələrində ünvan 4 ünvanına gəlmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra Təqsirləndirilən şəxs PŞnə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Elxan Qəribova təhvil vermişlər. Elxan Qəribov Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükülmüş ağ rəngli kristal formasında olan maddənin metamfetamin adlanan narkotik vasitə olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin maddəni onlayn vasitə ilə əvvəllər tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 yanvar 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 21 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 21 yanvar 2021-ci il tarixdə, saat 21:40-da Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında tutulmuşdur (i.v. 19); şəxsi axtarış və götürmə aparılması haqqında 21 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin NBM-in baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Xətai RPİnin NBM-in əməliyyat müvəkkili, polis mayoru Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılması barədə istintaq hərəkəti keçirilmiş, müvafiq protokol tərtib edilmişdir. Barəsində şəxsi axtarış və götürmə aparılan hüquqi şəxs Təqsirləndirilən şəxs CPM-də nəzərdə tutulan hüquq və vəzifələri izah edildi. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Xiaomi” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edildi. İştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmadı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisində 01 ədəd şəffaf sellofona bükülmüş ağ rəngli, kristal formasında narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirdi ki, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən çıxan, şəffaf rəngli sellofana bükülmüş, kristal formasında olan maddə “Şüşə” adlanan narkotik vasitədir (i.v. 29-30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 yanvar 2021-ci il tarixli, 6/277 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində : “Təqsirləndirilən şəxs” yazısı olan zərflərdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,001 qr ağ rəngli kristall şəkilli addə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir (i.v. 40-44); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 51); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-24/2021 saylı, 23.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, o dərhal məhkəmə iclas zalından azad edilmiş və barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 71-73); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 06 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 04.08.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsi nəzərə alınmaqla 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Qaxaz Rayon Məhkəməsinin 11.04.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsi nəzərə alınmaqla 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. 31.01.2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 20.10.2017-ci il tarixli qanunu tətbiq olunaraq cəzası azaldılaraq 02 (iki) il 02 (iki) ay saxlanılmış və cəzasını çəkib qurtardığından azad edilmişdir (i.v. 86-87); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-283/2018 saylı, 31 yanvar 2018-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilmiş, Qazax Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 1(bir) il 10 (on) ay azadlmış və üzərində 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 04 avqust 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş və ödənilməmiş 3000 manat cərimə cəzası Qazax Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş və hazırkı qərarla müəyyən edilmiş cəzaya tamamilə birləşdirilərək üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç) min manat cərimə cəzası müəyyən edilmiş, Təqsirləndirilən şəxs 13 noyabr 2015-ci il tarixdən 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarması nəzərə alınaraq cəzadan azad edilmişdir (i.v. 102-103); Qazax Rayon Məhkəməsinin 1(023)-84/2016 saylı, 28 noyabr 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qazax rayon məhkəməsinin 04 avqust 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təyin edilmiş və ödənilməmiş 3000 manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilərək qəti cəza 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə və 3000 manat miqdarında cərimə cəzası təyin edilmiş, cəzasının əvvəli 13 noyabr 2015-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir (i.v. 105-121); CD diskə baxış keçirilməsi haqqında 12 mart 2021-ci il tarixli protokoldan görünür ki, hal şahidləri X4, X2 iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsində olmuş ***-***-**-** saylı «xxxx» MMC-yə məxsus kart nömrələrinə 01.01.2020-ci il tarixdən 21.01.2021-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms-lər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları 22.02.2021-ci il tarixdə “xxxx” MMC-dən götürülmüş 101- 3650-1221 rəqəmi ilə nömrələnmiş 01 ədəd “CD” diskinə “FEP” markalı kompüterdə baxış keçirilmiş və müvafiq protokol tərtib olunmuşdur. Baxış keçirilməzdən əvvəl iştirak edən hal şahidlərinə hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı müəyyən edildi ki, bir ədəd “CD” fomatlı diskin üzərində qələmlə 101-3650-1221 rəqəmi yazılmış yazılar mövcuddur. Həmin disk Xətai RPİ-nin İŞ-nin 210 saylı xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01 ədəd “10948” adlı fayl aşkar olundu, həmin fayl açıldıqda içərisində 01 ədəd “SMS-Tarixçəsi-**********0011- 702603196” adlı, 01 ədəd “SMS-Tarixçəsi- **********0***-*******96” adlı, 01 ədəd “Zənglərin-Detallaşması-**********2***-*******96” adlı, 01 ədəd “Zənglərin-Detallaşması-**********2***-*******96” adlı, 01 ədəd “Zənglərin-Məxsusluq- Tarixçələri-**********5***-*******96-NAR” adlı PDF formatlı fayllar aşkar olundu. PDF formatlı 01 ədəd “SMS-Tarixçəsi-**********0***-*******96” fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 01/01/2020 00:00:00 - 21/01/2021 00:00:0-ə kimi çıxan mesajların mətnləri göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. İkinci 01 ədəd “SMS-Tarixçəsi- **********0***-*******96” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 01/01/2020 00:00:00 - 21/01/2021 00:00:0-ə kimi daxil olan mesajların mətnləri göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. Üçüncü 01 ədəd “Zənglərin-Detallaşması-**********2***- *******96” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş 070-260- 31- 96 saylı mobil nömrəsinə 01/01/2020 00:00:00 - 21/01/2021 00:00:0-ə kimi daxil olan və çıxan zənglərin siyahısı və anten dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. Dördüncü 01 ədəd “Zənglərin- Detallaşması-**********2***-*******96” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olmuş 070-260- 31-96 saylı mobil nömrəsinə 01/01/2020 00:00:00 - 21/01/2021 00:00:0-ə kimi daxil olan və çıxan zənglərin siyahısı və anten dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır (i.v. 123- 124); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qazax Rayon İcra və Probasiya Şöbəsinin 17 mart 2021-ci il tarixli, 251 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12.04.2018-ci il tarixdə cərimə pulunu tam olaraq dövlət büdcəsinə ödəmişdir (i.v. 125); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 27.01.2021-ci il tarixli, 248 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 126-127); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 29 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və həmin tarixdə barəsində Xətai rayon məhkəməsi tərəfindən seçilmiş ev dustağlığı qətimkan tədbiri qüvvədə saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının 22.01.2021-ci il tarixli, 6/277 saylı və məhkəmə-narkaloji ekspertizasının 27.01.2021-ci il tarixli, 248 saylı rəyləri sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.3-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 3,001 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,901 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanmanaraq saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilərək üzərinə şəxsi axtarış aparılacağını gördükdən sonra psixotrop maddə olan metramfetamini polis əməkdaşlarına təqdim etməsi könüllü təqdimetmə kimi qiymətləndirilməmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD farmatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmiş, iş üzrə “xxxx” MMC-dən götürülmüş 1 ədəd “CD” disk iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi psixotrop maddə olan metamfetaminin mənbəyinin və 333 saylı kafenin qarşısına gəldiyi taksi avtomobilinin dövlət qeydiyyat nişanını və həmin avtomobilin sürücüsünün şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmaqla icraata qəbul edilmiş və qərarın surəti əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsindən ötrü Xətai RPİ-nin 34-cü PŞnə göndərilmiş, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən o əvvəllər məhkum edilməmiş şəxs hesab edilmiş və onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməmişdir (i.v 130-139); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclası keçirilənədək uzadılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 3,001 qram olan metamfetamin külli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını, himayəsində xəstə atasının olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi isə şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilməli (CPM 158.2.2), Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 2,901 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut – 01 ədəd “DVD” disk və 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 21 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 2,901 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk və 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Həbs qətimkan tədbirinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy Taboruna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar