Məhkəmə qərarları › İş №1(011)-234/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-234/2025

27.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-234/2025 27.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Ağstafa rayonunda anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Ağstafa rayonu, Vurğun kəndində qeydiyyatda olan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penilensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 10 avqust 2024-cü il tarixdə saat 19:45-dən başlayaraq 19:58-dək bir neçə dəfə ünvan 1 ünvanında "xxxx"-ə müştəri qismində daxil olmaqla satıcının kassada müştərilərlə məşğul olub diqqətinin yayınmasından istifadə edərək vitrindən cəmi dəyəri 45 manat olan 10 qutu "Sobraniye" ksss bluee markalı siqareti cəmi dəyəri 45 manat olan 10 qutu "Sobraniye" ksss black, cəmi dəyəri 45 manat olan 10 qutu "Sobraniye" ks white, cəmi dəyəri 90 manat olan 20 qutu "Sobraniye" ks caster, cəmi dəyəri 45 manat olan 10 qutu "Sobraniye" ksss caster, cəmi dəyəri 80 manat olan 20 qutu "Winston" xstyle caster, dəyəri 4 manat olan 1 qutu "Winston" xs silver, cəmi dəyəri 42 manat olan 10 qutu "Kent 4", cəmi dəyəri 42 manat olan 10 qutu "Kent 8", cəmi dəyəri 45 manat olan 10 qutu "Sobraniye" ks blue markalı siqaretləri, cəmi dəyəri 33.27 manat olan 3 ədəd 500 ml "Black jack" viskilərini, cəmi dəyəri 34.20 manat olan 19 ədəd 75 qr "Snickers" şokoladlarını vahid qəsdlə əhatə olunan niyyətlə gizli olaraq talayıb, zərərçəkmiş şəxs "xxxx" MMC-yə ümumilikdə 550.47 (beş yüz ǝlli) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 11 avqust 2024-cü il tarixdə saat 08:24-dən başlayaraq 08:32-dək bir neçə dəfə ünvan 2 ünvanında "xxxx"-ə müştəri qismində daxil olub satıcının kassada müştərilərlə məşğul olub diqqətinin yayınmasından istifadə edərək vitrindən cəmi dəyəri 80 manat olan 20 qutu "Winston" xstyle caster markalı siqareti, cəmi dəyəri 40 manat olan 10 qutu "Winston" xs silver, cəmi dəyəri 90 manat olan 20 qutu "Sobraniye" ksss blue, cəmi dəyəri 90 manat olan 20 qutu "Sobraniye" ks white, cəmi dəyəri 31 manat olan 10 qutu "Pallmall" silver, cəmi dəyəri 29 manat olan 10 qutu "West" və cəmi dəyəri 40 manat olan 10 qutu "Winston" xs blue markalı siqaretləri vahid qəsdlə əhatə olunan niyyətlə gizli olaraq talayıb zərərçəkmiş şəxs "xxxx" MMC-yə ümumilikdə 400 (dörd yüz) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 13 avqust 2024-cü il tarixdə saat 20:25-dən başlayaraq 20:48-dək bir neçə dəfə ünvan 3 ünvanında "xxxx"-ə müştəri qismində daxil olub satıcının kassada müştərilərlə məşğul olub diqqətinin yayınmasından istifadə edərək dəyəri 22.50 qəpik olan 1 ədəd "West" gold 82.5% 1 kg kərə yağını, dəyəri 21.50 qəpik olan 1 ədəd "xxxx" 82.5% 1 kg kərə yağını, həmçinin MMC-nin adminstrator otağına açıq qapıdan qanunsuz daxil olub stolun siyirtməsindən aşkar etdiyi açarla saxlanc yeri hesab edilən seyfin qapısını açıb oradan da cəmi dəyəri 45 manat olan 10 qutu "Sobraniye" ksss bluee markalı siqareti, cəmi dəyəri 45 manat olan 10 qutu "Sobraniye" ksss black, cəmi dəyəri 45 manat olan 10 qutu "Sobraniye" kss white, cəmi dəyəri 90 manat olan 20 qutu "Sobraniye" kss caster, cəmi dəyəri 45 manat olan 10 qutu "Sobraniye" ksss caster, cəmi dəyəri 80 manat olan 20 qutu "Winston" xstyle caster, dəyəri 4 manat olan 1 qutu "Winston" xs silver, cəmi dəyəri 42 manat olan 10 qutu "Kent 4", cəmi dəyəri 42 manat olan 10 qutu "Kent 8", cəmi dəyəri 25.20 qəpik olan 6 qutu "Kent nano 1", cəmi dəyəri 180 manat olan 50 qutu "LD club ksss platinum", cəmi dəyəri 34 manat olan 10 qutu "LD" compakt white, cəmi dəyəri 31 manat olan 10 qutu "Pall mall" nano silver, cəmi dəyəri 31 manat olan 10 qutu "Pall mall am nights qarağat" markalı siqaretləri və 73 manat nağd pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə gizli olaraq talayıb, zərərçəkmiş şəxs "xxxx" MMC-yə 856 (səkkiz yüz əlli altı) manat 20 (iyirmi) qəpik miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Məhkəmə istintaqı zamanı ilkin olaraq ifadəsi alınmış zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, o işdə olmadığı zaman mağazada olan əməkdaşlar ona zəng edərək şübhəli vəziyyət olduğunu bildirmiş, özü mağazaya gəldikdə mağazanı tərk etməkdə olan bir nəfər şəxslə üzbəüz gəlmişdir. Daha sonra həmin şəxsin mağazadan oğurluq edən şəxs olduğunu müəyyən etmişdir. Həmin şəxsin sarışın və uzunsaç olduğunu, Təqsirləndirilən şəxs oxşamadığını bildirmişdir. Məhkəmə istintaqı təzələndikdən sonra keçirilmiş məhkəmə iclasında yenidən ifadəsi alınmış zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən çox vaxt keçdiyindən mağazadan oğurluq edən şəxslə təqsirləndirilən şəxsi eyniləşdirə bilmir. Azərbaycan Respublikası CPM-nin 330.1-ci maddəsinə görə zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində göstərilən qaydada yol verilir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, 10 avqust 2024-cü il tarixdə saat 20:28-də DİN-18 nin 102 zəng mərkəzinə və həmin günü Xətai RPİ-nin 35-ci PB-nə etdiyim müraciətim ilə bağlı Xətai RPİ-nin İŞ-də dəvət olunaraq oğurluq faktı ilə bağlı başlanmış cinayət işi ilə tanış oldum. Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı sərbəst bilirəm, ifadəmin müstəntiq tərəfindən kompyuter vasitəsilə latın əlifbası ilə yazılmasına etiraz etmirəm. İşin mahiyyəti üzrə bildirirəm ki, 10 may 2024-cü ilin tarixdən "xxxx" MMC-yə satıcı kimi işə qəbul olunsamda lakin 02 avqust 2024-cü il tarixdə adminstrator vəzifəsinə təyin olunmuşam. Mənim adminstrator kimi işlədiyim ünvan 4 ünvanında yerləşən "xxxx" market mağazası saat 07:00-dan 22:00-dək işləyir. Mən mağazaya saat 07:00-da gəldiyim üçün saat 16:00da iş vaxtım bitdiyinə görə işdən çıxıram. 10 avqust 2024-cü il tarixdə saat 19:45-də satıcıkassir Şahid1 mənim mobil nömrəmə zəng edərək bir nəfər şəxsin ona şokolad sifariş etdiyini, Cavidin mağazanın soyuducu olan hissəsindən şokolad çəkməyə gedib qayıdarkən həmin şəxsin təkrar yenədə şokolad istədiyini bildirib satıcını şokolad gətirməyə göndərir. Satıcı şokoladı çəkib kassaya yaxınlaşdıqda həmin şəxs yalandan müxtəlif bəhanələrlə satıcını aldadır. Bir neçə dəfə aldatdıqdan sonra sonda 3 manatlıq şokolad alaraq mağazanı tərk edir. Satıcı mənə bir nəfər şəxsin özünü şübhəli aparmasını bildirdikdə mən dərhal kamera görüntülərinə baxmasını bildirdim. Cavid kameralara baxdıqdan sonra mənə həmin şəxsin kassanın arxa hissəsində yerləşən siqaretləri, soyuducudan viski və şokoladlar oğurlayaraq üzərində gəzdirdiyi əl çantasına yığmasını bildirdi. Mən mağazaya qayıdaraq kamera görüntüləri baxdıqdan həqiqətəndə təxminən 35-40 yaşında olan boz rəngli şalvar və köynək geyinmiş ağ saçları çiynində əl çantası olan naməlum şəxsin müştəri qismində mağazaya daxil olmasını daha sonra isə satıcının fikirini yayındırmaq üçün şokolad sifariş etdiyini, satıcının kassada olmamasında istifadə edərək oğurluq etdiyini aşkar etdim. Bundan sonra mən siqaret, viski və şokolad olan hissələrə baxış keçirdən zaman müəyyən olundu ki, həmin şəxs mağazadan hissə hissə olmaqla ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KSSS Bluee markalı siqareti, ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KSSS Black markalı siqareti, ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KS White markalı siqareti, ümumi qiyməti 90 manat olan 20 qutu Sobraniye KS CASTER markalı siqareti, ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KSSS CASTER markalı siqareti, ümumi qiyməti 80 manat olan 20 qutu Winston XSTYLE CASTER markalı siqareti, ümumi qiyməti 4 manat olan 1 qutu Winston XS SİLVER markalı siqareti, ümumi qiyməti 42 manat olan 10 qutu KENT 4 markalı siqareti, ümumi qiyməti 42 manat olan 10 qutu KENT 8 markalı siqareti, ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KS BLUE markalı siqareti, ümumi qiyməti 33.27 manat olan 3 ədəd Black jack viski 500 ml markalı viskini, ümumi qiyməti 34.20 manat olan 19 ədəd 75 qr Snickers şokoladlarını oğurlamaqla ümumilikdə OBA market MMC-yə 550.47 manat maddi ziyan vurmuşdur. Mən bu video müşahidə kameralarına baxıb mağazada oğurlanan siqaretlərin, viski və şokoladların dəyərini müəyyən etdikdən sonra DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat verdim. Bundan sonra polis əməkdaşları marketə gələrək ərizə alıb araşdırmağa başladılar. Həmin şəxs mağazadan satıcının fikirini yayındıraraq eyni anda iki üç dəfə oğurluq edərək üzərində gəzdirdiyi çantasına yığıb satıcının fikirinin yayındırmaq üçün 3 manatlıq şokolad alır (i.v 28-30). Məhkəmə istintaqı zamanı ilkin olaraq ifadəsi alınmış zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, o, mağazadan oğurluq edən şəxsi canlı olaraq yox, görüntülərdən görmüşdür. Mağaza əməkdaşı ona zəng edərək bir nəfər müştərinin pendir istədiyini, lakin özünü şübhəli apardığını bildirmiş, işçi pendir gətirərkən həmin şəxs pulun maşında olduğunu bildirərək götürməyə getmişdir. Görüntülərdəki şəxslə təqsirləndirilən şəxs fərqli insanlardır. Azərbaycan Respublikası CPM-nin 330.1-ci maddəsinə görə zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində göstərilən qaydada yol verilir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərmişdir ki, 11 avqust 2024-cü il tarixdə DİN-nin 102 zəng mərkəzinə və həmin günü Xətai RPİ-nin 35-ci PB-nə etdiyim müraciətim ilə bağlı Xətai RPİ-nin İŞ-də dəvət olunaraq oğurluq faktı ilə bağlı başlanmış cinayət işi ilə tanış oldum. Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı sərbəst bilirəm, ifadəmin müstəntiq tərəfindən kompyuter vasitəsilə latın əlifbası ilə yazılmasına etiraz etmirəm. İşin mahiyyəti üzrə bildirirəm ki, 2022-cü ildən "xxxx" MMCyə satıcı kimi işə qəbul olunsamda lakin 26 oktyabr 2023-cü il tarixdə adminstrator vəzifəsinə təyin olunmuşam. Mənim adminstrator kimi işlədiyim ünvan 5 ünvanında yerləşən "xxxx" market mağazası səhər saat 07:00-dan 22:00-dək işləyir. Mən mağazaya saat 07:00-da gəldiyim üçün saat 17:00-da iş vaxtım bitdiyinə görə işdən çıxıram. 11 avqust 2024-cü il tarixdə saat 07:10-da satıcı-kassir Şahid2 mənim mobil nömrəmə zəng edərək bir nəfər şəxsin ona pendir sifariş etdiyini, Nigarənin mağazanın soyuducu olan hissəsindən pendir çəkməyə gedib qayıdarkən həmin şəxsin təkrar yenədə pendir istədiyini bildirib satıcını pendir çəkməyə göndərir. Satıcı pendiri çəkib kassaya yaxınlaşdıqda həmin şəxs yalandan pulunun avtomobildə qalmasını bildirib pul götürmək məqsədi ilə mağazadan çıxır. Mən Nigarəyə dərhal kamera görüntülərinə baxmasını bildirdim. Nigarə kameralara baxdıqdan sonra mənə həmin şəxsin kassanın arxa hissəsində yerləşən siqaretlər olan yerdən siqaretləri oğurlayaraq üzərində gəzdirdiyi əl çantasına yığmasını bildirdi. Mən mağazaya gəldikdən sonra kamera görüntüləri baxdıqdan həqiqətəndə təxminən 35-40 yaşında olan boz rəngli şalvar və köynək geyinmiş ağ saçları ciynində əl çantası olan naməlum şəxsin müştəri qismində mağazaya daxil olmasını daha sonra isə satıcının fikirini yayındırmaq üçün pendir sifariş etdiyini, satıcının kassada olmamasında istifadə edərək oğurluq etdiyini aşkar etdim. Bundan sonra mən siqaret olan hissəyə baxış keçirdən zaman müəyyən olundu ki, həmin şəxs maağazadan ümumi qiyməti 80 manat olan 20 qutu Winston XSTYLE CASTER markalı siqaret, ümumi qiyməti 40 manat olan 10 qutu Winston XS Silver markalı siqaret, ümumi qiyməti 90 manat olan 20 qutu Sobraniye KSSS Blue markalı siqaret, ümumi qiyməti 90 manat olan 20 qutu Sobraniye KS White markalı siqaret, ümumi qiyməti 31 manat olan 10 qutu Pallmall Silver markalı siqaret, ümumi qiyməti 29 manat olan 10 qutu West markalı siqaret, ümumi qiyməti 40 manat olan 10 qutu Winston XS Blue markalı siqaretlər oğurlamaqla ümumilikdə OBA market MMC-yə 400 manat maddi ziyan vurmuşdur. Mən bu video müşahidə kameralarına baxıb mağazada oğurlanan siqaretlərin dəyərini müəyyən etdikdən sonra DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat verdim. Bundan sonra polis əməkdaşları marketə gələrək ərizə alıb araşdırmağa başladılar. Həmin şəxs mağazadan xx.xx.2024-cü il tarixdə neçə dəfə oğurluq etmişdir. Həmin şəxs mağazadan satıcının fikirini yayındıraraq eyni anda iki dəfə 20 blok siqaretləri oğurlayaraq üzərində gəzdirdiyi çantasına yığıb satıcının fikirinin yayındırmaq üçün kofeləri götürüb kassaya qoyur həmçinin pendir sifariş edir. Lakin onların heç birini almayaraq pulunun avtomobildə qalmasını bildirir (i.v 84-85). Məhkəmə istintaqı zamanı ilkin olaraq ifadəsi alınmış zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə3 ifadəsində göstərmişdir ki, hadisə ünvan 3 ünvanında yerləşən "xxxx" marketdə 13 avqust 2024-cü il tarixdə baş verib. İşçi ona zəng vurduqdan sonra o, mağazaya getmişdir. Oğurluq edən şəxs 4 dəfə mağazaya daxil olub oğurluq edərək maşına aparıb yükləmişdir. Görüntülərdə olan oğurluq edən şəxslə Təqsirləndirilən şəxs oxşadır. Azərbaycan Respublikası CPM-nin 330.1-ci maddəsinə görə zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində göstərilən qaydada yol verilir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə3 ifadəsində göstərmişdir ki, 11 avqust 2024-cü il tarixdə DİN-nin 102 zəng mərkəzinə və həmin günü Xətai RPİ-nin 35-ci PB-nə etdiyim müraciətim ilə bağlı Xətai RPİ-nin İŞ-də dəvət olunaraq oğurluq faktı ilə bağlı başlanmış cinayət işi ilə tanış oldum. Azərbaycan dilində latın qrafikası ilə vasitəsilə latın əlifbası ilə yazılmasına etiraz etmirəm. İşin mahiyyəti üzrə yazmağı və oxumağı sərbəst bilirəm, ifadəmin müstəntiq tərəfindən kompyuter bildirirəm ki, 2023-cü ilin avqust ayından "xxxx" MMC-yə satıcı kimi işə qəbul olunsamda lakin 03 noyabr 2023-cü il tarixdə adminstrator vəzifəsinə təyin olunmuşam. Mənim adminstrator kimi işlədiyim ünvan 6 ünvanında yerləşən "xxxx" market mağazası səhər saat 07:00-dan 22:00-dək işləyir. Mən mağazaya saat 07:00-da gəldiyim üçün saat 17:00-da iş vaxtım bitdiyinə görə işdən çıxıram. 13 avqust 2024-cü il tarixdə saat 21 radələrində satıcı-kassir Şahid3 müdir otağına siqaret götürmək məqsədi ilə daxil olarkən otaqda olan dəmir seyfin açıq olduğunu və içəsinin dağınıq vəziyyətdə siqaretlərin oğurlandığını aşkar edərək dərhal mənə məlumat verdi. Mən dərhal marketə qayıdaraq həqiqətəndə seyfin açarla açıldığını və siqaretlərin oğurlandığını aşkar etdim. Bundan sonra marketdə olan video müşahidə kameralarına baxdıqda müəyyən olundu ki, həmin günü saat 20:31-da təxminən 35-40 yaşında olan ağ saçları ciynində əl çantası olan naməlum şəxs mağazanın vitrinindən qiyməti 22.50 qəpik olan 1 kq 1 ədəd WEST GOLD 82.5% kərə yağını və qiyməti 21.50 qəpik olan 1 kq 1 ədəd GOLDEN GROWN 82.5% kərə yağını əl çantasına qoyub satıcı kassirin yerində olmadığından istifadə edərək oradan 2-3 qutu siqaret götürdükdən sonra müdir otağının qapısının açıq olduğunu görüb müdirin iş masasının siyirtməsində olan seyfin açarını götürərək masanın yan hissəsində yerləşən dəmir seyfin açaraq bir neçə qutu siqareti əl çantasına yığaraq otaqdan çıxıb iz itirmək məqsədi ilə 1 ədəd vafili və 1 ədəd dondurma götürərək kassaya yaxınlaşıb vafli və dondurmanın pulunu verərək mağazanı tərk edir. Bundan sonra həmin günü saat 20:42-də həmin şəxs yenidən marketə daxil olaraq müdir otağına daxil olub yenidən seyfdə olan bir neçə blok siqaretləri əl çanyasına qoyub yenidən iz itirmək məqsədi ilə satıcıdan məhsulların qiymətini soruşub çölə çıxır. Yenidən həmin şəxs saat 20:47-də marketə daxil olaraq ətrafa nəzər yetirdikdən sonra müdir otağına daxil olub seyfdən siqaret bloklarını əl çantasına yığıb seyfdə olan 73 manat kağız pul əskinazlarını götürüb iz itirmək məqsədi ilə 1 ədəd günəbaxan tumunu götürüb kassaya yaxınlaşaraq satıcıya günəbaxa tumunu pulunu ödəyib mağazanı tərk edir. Mən bu video müşahidə kameralarına baxıb oğurluq olduğunu aşkar etdikdən sonra DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat verdim. Bundan sonra polis əməkdaşları marketə gələrək ərizə alıb araşdırmağa başladılar. Bundan sonra mağazada baş vermiş oğurluq hadisəsi nəticəsində naməlum şəxsin mağazadan oğurluq etdiyi məhsulların siyahısını çıxarkən müəyyən oldu ki, həmin şəxs maağazadan ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KSSS BLUEE markalı siqaret, ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KSSS BLACK markalı siqaret, ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KSS WHİTE markalı siqaret, ümumi qiyməti 90 manat olan 20 qutu, Sobraniye KSS CASTER markalı siqaret, ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KSSS CASTER markalı siqaret, ümumi qiyməti 80 manat olan 20 qutu Winston XSTYLE CASTER markalı siqaret, ümumi qiyməti 4 manat olan 1 qutu Winston XS SİLVER markalı siqaret, ümumi qiyməti 42 manat olan 10 qutu KENT 4 markalı siqaret, ümumi qiyməti 42 manat olan 10 qutu KENT 8 markalı siqaret, ümumi qiyməti 25.20 qəpik olan 6 qutu KENT NANO 1 markalı siqaret, ümumi qiyməti 180 manat olan 50 qutu LD club KSSS PLATİNUM markalı siqaret, ümumi qiyməti 34 manat olan 10 qutu LD compakt white markalı siqaret, ümumi qiyməti 31 manat olan 10 qutu PALL MALL nano SİLVER markalı siqaret, ümumi qiyməti 31 manat olan 10 qutu PALL MALL AM nights QARAĞAT markalı siqaret, qiyməti 22.50 qəpik olan 1 ədəd WEST GOLD 82.5% 1 kg kərə yağını, qiyməti 21.50 qəpik olan 1 ədəd GOLDEN GROWN 82.5% 1 kg kərə yağını və şirkətə məxsus müdir otağından nağd olaraq 73 manat pulu oğurlamaqla ümumilikdə OBA market MMCyə 856 manat maddi ziyan vurmuşdur (i.v 97-99). Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə istintaqı təzələndikdən sonra məhkəmə iclasında iştirakı təmin edilməmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 avqust 2024-cü il tarixdə saat 20:28-də DİN-nin 102 zəng mərkəzinə və həmin günü Xətai RPİ-nin 35-ci PB-nə "xxxx"-də adminstrator vəzifəsində işləyən Nümayəndə1 müraciəti ilə bağlı Xətai RPİ-nin İŞ-də dəvət olunaraq oğurluq faktı ilə bağlı başlanmış cinayət işi ilə tanış oldum. 30 dekabr 2023-cü il tarixdən "xxxx" MMC-yə satıcı kimi işə qəbul olunmuşam. ünvan 4 ünvanında yerləşən "OВА" market mağazasında işləyirəm həmin mağaza saat 07:00-dan 22:00-dək işləyir. Nümayəndə1 mağazaya saat 07:00-da gəldiyi üçün saat 16:00-da iş vaxtı bitdiyinə görə işdən çıxır. 10 avqust 2024-cü il tarixdə saat 19:45-də mağazada bir nəfər şəxs özünü şübhəli aparırdı. Hətta mənə bir neçə dəfə şokolad çəkməyi sifariş etdi. Mən şokoladı çəkdikdən sonra o, az olduğunu bildirib təkrar sifariş edirdi. Şokolad olan hissə mağazanın qarşı tərəfində olduğu üçün mən hər dəfə onun sifarişini yetirmək üçün şokolad çəkməyə gedirdim. Həmin şəxs məndən çübhəli formada 3 manatlıq şokolad aldıqdan sonra mağazanı tərk etdi. Mən onun hərəkətlərindən şübhələndiyim üçün Nümayəndə1 mobil nömrəsinə zəng edərək bir nəfər şəxsin şokolad sifariş etdiyini, mənim mağazanın soyuducu olan hissəsindən şokolad çəkməyə gedib qayıdarkən həmin şəxsin təkrar yenədə şokolad istədiyini bildirdim. Şahsuvar dərhal kamera görüntülərinə baxmağımı bildirdi. Mən kameralara baxdıqdan həmin şəxsin kassanın arxa hissəsində yerləşən siqaretləri, soyuducudan viski və şokoladları oğurlayaraq üzərində gəzdirdiyi əl çantasına yığmasını müşahidə etdim. Bu barədə şahsuvara bildirdikdə sonuncu mağazaya qayıdaraq kamera görüntülərinə baxdıqdan həqiqətəndə təxminən 35-40 yaşında olan boz rəngli şalvar və köynək geyinmiş ağ saçları çiynində əl çantası olan naməlum şəxsin müştəri qismində mağazaya daxil olmasını daha sonra isə mənim fikirimi yayındırmaq üçün şokolad sifariş etdiyini, mənim kassada olmamaqımdan istifadə edərək oğurluq etdiyini aşkar etdi. Bundan sonra birlikdə siqaret, viski və şokolad olan hissələrə baxış keçirdən zaman müəyyən olundu ki, naməlum şəxs mağazadan hissə hissə olmaqla ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KSSS Bluee markalı siqareti, ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KSSS Black markalı siqareti, ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KS White markalı siqareti, ümumi qiyməti 90 manat olan 20 qutu Sobraniye KS CASTER markalı siqareti, ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KSSS CASTER markalı siqareti, ümumi qiyməti 80 manat olan 20 qutu Winston XSTYLE CASTER markalı siqareti, ümumi qiyməti 4 manat olan 1 qutu Winston XS SİLVER markalı siqareti, ümumi qiyməti 42 manat olan 10 qutu KENT 4 markalı siqareti, ümumi qiyməti 42 manat olan 10 qutu KENT 8 markalı siqareti, ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KS BLUE markalı siqareti, ümumi qiyməti 33.27 manat olan 3 ədəd Black jack viski 500 ml markalı viskini, ümumi qiyməti 34.20 manat olan 19 ədəd 75 qr Snickers şokoladlarını oğurlamaqla ümumilikdə OBA market MMC-yə 550.47 manat maddi ziyan vurmuşdur. Şahsuvar video müşahidə kameralarına baxıb mağazada oğurlanan siqaretlərin, viski və şokoladların dəyərini müəyyən etdikdən sonra DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat verdi. Bundan sonra polis əməkdaşları marketə gələrək ərizə alıb araşdırmağa başladılar. Həmin şəxs mağazadan mənim fikirimi yayındıraraq eyni anda iki üç dəfə oğurluq edərək üzərində gəzdirdiyi əl çantasına malları yığıb 3 manatlıq şokolad alaraq mağazanı tərk edir (i.v 31- 32). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün o, işdə tək olmuş, lal bir müştəri ona pendir çəkilməsini istəmiş, o da həmin müştərini yola salmaq üçün kassadan uzaqlaşmışdır. Daha sonra müdirin otağına getdikdə kassanın dağıldığını görmüşdür. Videogörüntülərə baxış zamanı oğurluq hadisəsinin olduğunu müəyyən edərək müdirə zəng edərək xəbər vermişdir. Təqsirləndirilən şəxslə hadisəni törədən şəxs eyni şəxs deyildir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 02 oktyabr 2023-cü il tarixdən "xxxx" MMC-yə satıcı-kassir kimi işə qəbul olunmuşam. ünvan 6 ünvanında yerləşən "xxxx" market mağazası səhər saat 07:00-dan 22:00-dək işləyir. 13 avqust 2024-cü il tarixdə saat 21 radələrində müdir otağına siqaret götürmək məqsədi ilə daxil olarkən otaqda olan dəmir seyfın açıq olduğunu və içəsinin dağınıq vəziyyətdə siqaretlərin oğurlandığını aşkar edərək dərhal Nümayəndə3 məlumat verdim. Nümayəndə3 dərhal marketə qayıdaraq həqiqətəndə seyfin açarla açıldığını və siqaretlərin oğurlandığını aşkar etdi. Bundan sonra marketdə olan video müşahidə kameralarına baxdıqda müəyyən olundu ki, həmin günü saat 20:31-da təxminən 35-40 yaşında olan ağ saçları ciynində əl çantası olan naməlum şəxs mağazanın vitrinindən qiyməti 22.50 qəpik olan 1 kq 1 ədəd WEST GOLD 82.5% kərə yağını və qiyməti 21.50 qəpik olan 1 kq 1 ədəd GOLDEN GROWN 82.5% kərə yağını əl çantasına qoyub mənim yerimdə olmadığımdan istifadə edərək oradan 2-3 qutu siqaret götürdükdən sonra müdir otağının qapısının açıq olduğunu görüb müdirin iş masasının siyirtməsində olan seyfin açarını götürərək masanın yan hissəsində yerləşən dəmir seyfin açaraq bir neçə qutu siqareti əl çantasına yığaraq otaqdan çıxıb iz itirmək məqsədi ilə 1 ədəd vafili və 1 ədəd dondurma götürərək mənə yaxınlaşıb vafli və dondurmanın pulunu verərək mağazanı tərk edir. Bundan sonra həmin günü saat 20:42-də həmin şəxs yenidən marketə daxil olaraq müdir otağına daxil olub yenidən seyfdə olan bir neçə blok siqaretləri əl çanyasına qoyub yenidən iz itirmək məqsədi ilə məndən məhsulların qiymətini soruşub alış veriş etmədən çölə çıxır. Yenidən həmin şəxs saat 20:47-də marketə daxil olaraq ətrafa nəzər yetirdikdən sonra müdir otağına daxil olub seyfdən siqaret bloklarını əl çantasına yığıb seyfdə olan 73 manat kağız pul əskinazlarını götürüb iz itirmək məqsədi ilə 1 ədəd günəbaxan tumunu götürüb mənə yaxınlaşaraq günəbaxa tumunu pulunu ödəyib mağazanı tərk edir. Video müşahidə kameralarına baxıb oğurluq olduğunu aşkar etdikdən sonra DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat verdik. Bundan sonra polis əməkdaşları marketə gələrək ərizə alıb araşdırmağa başladılar. Mağazada baş vermiş oğurluq hadisəsi nəticəsində naməlum şəxsin mağazadan oğurluq etdiyi məhsulların siyahısını çıxarkən müəyyən oldu ki, həmin şəxs mağazadan ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KSSS BLUEE markalı siqaret, ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KSSS BLACK markalı siqaret, ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KSS WHİTE markalı siqaret, ümumi qiyməti 90 manat olan 20 qutu Sobraniye KSS CASTER markalı siqaret, ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KSSS CASTER markalı siqaret, ümumi qiyməti 80 manat olan 20 qutu Winston XSTYLE CASTER markalı siqaret, ümumi qiyməti 4 manat olan 1 qutu Winston XS SİLVER markalı siqaret, ümumi qiyməti 42 manat olan 10 qutu KENT 4 markalı siqaret, ümumi qiyməti 42 manat olan 10 qutu KENT 8 markalı siqaret, ümumi qiyməti 25.20 qəpik olan 6 qutu KENT NANO 1 markalı siqaret, ümumi qiyməti 180 manat olan 50 qutu LD club KSSS PLATİNUM markalı siqaret, ümumi qiyməti 34 manat olan 10 qutu LD compakt white markalı siqaret, ümumi qiyməti 31 manat olan 10 qutu PALL MALL nano SİLVER markalı siqaret, ümumi qiyməti 31 manat olan 10 qutu PALL MALL AM nights QARAĞAT markalı siqaret, qiyməti 22.50 qəpik olan 1 ədəd WEST GOLD 82.5 % 1 kg kərə yağını, qiyməti 21.50 qəpik olan 1 ədəd GOLDEN GROWN 82.5% 1 kg kərə yağını və şirkətə məxsus müdir otağından nağd olaraq 73 manat pulu oğurlamaqla ümumilikdə OBA market MMCyə 856 manat maddi ziyan vurmuşdur (i.v 102-105). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, hadisə günü mağazada tək olmuş, müştərinin tələbi ilə ona pendir çəkmək üçün kassadan uzaqlaşmış, müştəri pulunun maşında qaldığını bildirərək mağazadan çıxaraq qayıtmamışdır. Lakin gedərkən nəyəsə toxunduğundan üzərindən siqaret yerə düşmüş, o da şübhələndiyi üçün mağaza rəhbərliyinə məlumat vermişdir. Həmin şəxslə üzbəüz təmasda olmadığı və hadisənin üzərindən çox vaxt keçdiyi üçün həmin şəxsi xatırlamır. Hazırda məhkəmə iclas zalında olan şəxs oğurluq edən şəxsə çox az bənzəyir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 26 oktyabr 2023-cü il tarixdən "OBA market” MMC-yə satıcıkassir kimi işə qəbul olunmuşam. ünvan 5 ünvanında yerləşən "xxxx" market mağazası səhər saat 07:00-dan 22:00-dək işləyir. 11 avqust 2024-cü il tarixdə saat 07:00-da bir nəfər təxminən 35-40 yaşında boz rəngli şalvar və köynək geyinmiş ağ saçlı, çiynində əl çantası olan şəxs müştəri qismində yaxınlaşaraq yarım kq pendir sifariş etdi. Mən mağazanın soyuducu olan hissəsindən pendir çəkməyə gedib qayıdarkən həmin şəxsin təkrar yenədə həmin pendirdən 300 qram çəkməyimi istədiyini bildirdikdə mən təkrar pendir çəkməyə getdim. Mən pendiri çəkib kassaya yaxınlaşdıqda həmin şəxs pulunun avtomobilində qalmasını bildirib pul götürmək məqsədi ilə mağazadan çıxdı. Mən onun arxasınca çıxıb baxdıqda başqa istiqamətə getdiyini gördüm. Həmin şəxsin hərəkətləri məndə şübhə yaratdığı üçün bu barədə Nümayəndə2 zəng edərək məlumat verdim. Ramil dərhal kamera görüntülərinə baxmağımı bildirdi. Mən kamera görüntülərinə baxdıqdan sonra Ramilə həmin şəxsin kassanın arxa hissəsində yerləşən siqaretlər olan yerdən siqaretləri oğurlayaraq üzərində gəzdirdiyi əl çantasına yığmasını bildirdim. Nümayəndə2 mağazaya gəldikdən sonra kamera görüntülərinə baxdıqda həqiqətəndə naməlum şəxsin müştəri qismində mağazaya daxil olmasını daha sonra isə mənim fikirimi yayındıraraq oğurluq etdiyini aşkar etdi. Bundan sonra Nümayəndə2 siqaret olan hissəyə baxış keçirdərək müəyyən etdi ki, həmin şəxs maağazadan ümumi qiyməti 80 manat olan 20 qutu Winston XSTYLE CASTER markalı siqareti, ümumi qiyməti 40 manat olan 10 qutu Winston XS Silver markalı siqareti, ümumi qiyməti 90 manat olan 20 qutu Sobraniye KSSS Blue markalı siqareti, ümumi qiyməti 90 manat olan 20 qutu Sobraniye KS White markalı siqareti, ümumi qiyməti 31 manat olan 10 qutu Pallmall Silver markalı siqareti, ümumi qiyməti 29 manat olan 10 qutu West markalı siqareti, ümumi qiyməti 40 manat olan 10 qutu Winston XS Blue markalı siqaretləri oğurlamaqla ümumilikdə "xxxx" market MMC-yə 400 manat maddi ziyan vurmuşdur. Video müşahidə kameralarına baxıb mağazada oğurlanan siqaretlərin dəyərini müəyyən etdikdən sonra Nümayəndə2 DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat verdi. Bundan sonra polis əməkdaşları marketə gələrək ərizə alıb araşdırmağa başladılar. Həmin şəxs mağazadan mənim fikirimi yayındıraraq eyni anda iki dəfə 20 blok siqaretləri oğurlayaraq üzərində gəzdirdiyi çantasına yığıb mənim fikirimin yayındırmaq üçün kofeləri götürüb kassaya qoyur həmçinin pendir sifariş edir. Lakin onların heç birini almayaraq pulunun avtomobildə qalmasını bildirərək mağazanı tərk edir. Həmin şəxs ilə ünsiyyətdə olduğum üçün onu şəkil ilə görsəm tanıyaram (i.v 88-89). Məhkəmə iclasında iş materiallarının 91-ci səhifəsində yerləşən fotocədvəldəki şəxslərin fotoşəkilləri tanınmaya təqdim edilmiş və Şahid2 ibtidai istintaqda olduğu kimi həmin cədvəldə 3-cü yerdə olan fotoşəkli göstərərək oğurluq edən şəxsin həmin şəxs olduğunu bildirmişdir. Həmin fotoşəkillər Təqsirləndirilən şəxs təqdim edilmiş, verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs 3-cü sırada olan şəxsin özü olduğunu təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilərək cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Nümayəndə1 müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış material üzrə Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı Ramil İbrahimov tərəfindən qəbul edilmiş 17 avqust 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ləğv edilib fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 01-02); 10 avqust 2024-cü il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, istintaq zamanı Nümayəndə1 təhqiqat orqanına təqdim etdiyi ünvan 1 ünvanında yerləşən "xxxx" marketə quraşdırılmış videomüşahidə kameralarında oğurluq hadisəsini özündə əks etdirən görüntülərin yazıldığı 01 ədəd CD disk götürülmüşdür (i.v. 08-09); 17 avqust 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (i.v. 11); 24 yanvar 2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır (i.v. 16); X4 1 (107) filialında baş vermiş oğurluq aktından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:00-21:00 radələrində mağazada baş vermiş oğurluq hadisəsi nəticəsində cəmi dəyəri 45 manat olan 10 qutu "Sobraniye" ksss bluee markalı siqaret, cəmi dəyəri 45 manat olan 10 qutu "Sobraniye" ksss black, cəmi dəyəri 45 manat olan 10 qutu "Sobraniye" ks white, cəmi dəyəri 90 manat olan 20 qutu "Sobraniye" ks caster, cəmi dəyəri 45 manat olan 10 qutu "Sobraniye" ksss caster, cəmi dəyəri 80 manat olan 20 qutu "Winston" xstyle caster, dəyəri 4 manat olan 1 qutu "Winston" xs silver, cəmi dəyəri 42 manat olan 10 qutu "Kent 4", cəmi dəyəri 42 manat olan 10 qutu "Kent 8", cəmi dəyəri 45 manat olan 10 qutu "Sobraniye" ks blue markalı siqaretlər, cəmi dəyəri 33.27 manat olan 3 ədəd 500 ml "Black jack" viskilər oğurlanmışdır. Ümumi oğurlanmış məbləğ 550.47 manatdır (i.v. 22); 28 yanvar 2025-ci il tarixli zərərçəkmiş hüquqi şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 23); 28 yanvar 2025-ci il tarixli zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Nümayəndə1 zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır (i.v. 25); 28 yanvar 2025-ci il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, tanınmalı olan şəxs Təqsirləndirilən şəxs fotoşəkili tanınmada istifadə edilən masa üzərinə düzülmüş oxşar 4 şəxsin fotoşəkillərinin arasında 1-ci yerdə qoyuldu. Daha sonra tanıyan şəxs tanıma keçirilən yerə dəvət olundu. Bundan sonra tanıyan şəxs Şahid1 ifadəsində kimi göstərdiyi şəxsin fotoşəkilini təqdim olunan şəxslərin fotoşəkilləri arasından tanıması təklif olundu. Tanıyan şəxs Şahid1 təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirərək bildirdi ki, 10 avqust 2024-cü il tarixdə saat 19:45-də ünvan 1 ünvanında yerləşən "xxxx" marketə müştəri qismində daxil olaraq onun kassada olmasından istifadə edərək vitrindən ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KSSS Bluee markalı siqareti, ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KSSS Black markalı siqareti, ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KS White markalı siqareti, ümumi qiyməti 90 manat olan 20 qutu Sobraniye KS CASTER markalı siqareti, ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KSSS CASTER markalı siqareti, ümumi qiyməti 80 manat olan 20 qutu Winston XSTYLE CASTER markalı siqareti, ümumi qiyməti 4 manat olan 1 qutu Winston XS SİLVER markalı siqareti, ümumi qiyməti 42 manat olan 10 qutu KENT 4 markalı siqareti, ümumi qiyməti 42 manat olan 10 qutu KENT 8 markalı siqareti, ümumi qiyməti 45 manat olan 10 qutu Sobraniye KS BLUE markalı siqareti, ümumi qiyməti 33.27 manat olan 3 ədəd Black jack viski 500 ml markalı viskini, ümumi qiyməti 34.20 manat olan 19 ədəd 75 qr Snickers şokoladlarını oğurlayan şəxsin 1ci sırada şəkili tanınmaya təqdim edən şəxs göstərərək həmin şəxs olduğunu göstərdi (i.v. 36-37); 31 yanvar 2025-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işləri üzrə icraat Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraatla birləşdirilmiş və cinayət işi üzrə istintaq ********* nömrə altında davam etdirilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (i.v. 38-39); 09 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakt üzrə AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olnaraq ibtidai istintaqı aparılmışdır (i.v. 42); 11 avqust 2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx"ə hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.49-54); 11 avqust 2024-cü il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, istintaq zamanı Nümayəndə2 təhqiqat orqanına təqdim etdiyi ünvan 2 ünvanında yerləşən "xxxx" marketə quraşdırılmış videomüşahidə kameralarında oğurluq hadisəsini özündə əks etdirən görüntülərin yazıldığı 01 ədəd CD disk götürülmüşdür (i.v. 56-57); 14 avqust 2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 3 ünvanında yerləşən "xxxx"ə hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.64-65); 14 avqust 2024-cü il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, istintaq zamanı Nümayəndə3 təhqiqat orqanına təqdim etdiyi ünvan 3 ünvanında yerləşən "xxxx" marketə quraşdırılmış videomüşahidə kameralarında oğurluq hadisəsini özündə əks etdirən görüntülərin yazıldığı 01 ədəd CD disk götürülmüşdür (i.v. 67-68); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-295/2024 saylı 07 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir (i.v. 72-74); 21 avqust 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00-da saxlanılmışdır (i.v. 75); 13 sentyabr 2024-cü il tarixli təhqiqat materialının istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, toplanmış material aidiyyəti üzrə Xətai RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 76); 10 oktyabr 2024-cü il tarixli zərərçəkmiş hüquqi şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 79); 10 oktyabr 2024-cü il tarixli zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Nümayəndə2 zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır (i.v. 81); 12 oktyabr 2024-cü il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, tanınmalı olan şəxs Təqsirləndirilən şəxs fotoşəkili tanınmada istifadə edilən masa üzərinə düzülmüş oxşar 4 şəxsin fotoşəkillərinin arasında 3-cü yerdə qoyuldu. Daha sonra tanıyan şəxs tanıma keçirilən yerə dəvət olundu. Bundan sonra tanıyan şəxs Şahid2 ifadəsində kimi göstərdiyi şəxsin fotoşəkilini təqdim olunan şəxslərin fotoşəkilləri arasından tanıması təklif olundu. Tanıyan şəxs Şahid2 təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirərək bildirdi ki, 11 avqust 2024-cü il tarixdə saat 08 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" marketə müştəri qismində daxil olaraq 20 blok müxtəlif növ siqaretləri oğurlayan şəxsin 3-cü sırada şəkili tanınmaya təqdim edən şəxsi göstərərək həmin şəxs olduğunu göstərdi (i.v. 90-91); 14 oktyabr 2024-cü il tarixli zərərçəkmiş hüquqi şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 92); 14 oktyabr 2024-cü il tarixli zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Nümayəndə3 zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır (i.v. 94); X4 12 (707) filialında baş vermiş oğurluq aktından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:00-21:00 radələrində mağazada baş vermiş oğurluq hadisəsi nəticəsində dəyəri 22.50 qəpik olan 1 ədəd "West" gold 82.5% 1 kg kərə yağını, dəyəri 21.50 qəpik olan 1 ədəd "xxxx" 82.5% 1 kg kərə yağı, saxlanc yeri hesab edilən seyfin qapısını açıb oradan da cəmi dəyəri 45 manat olan 10 qutu "Sobraniye" ksss bluee markalı siqareti, cəmi dəyəri 45 manat olan 10 qutu "Sobraniye" ksss black, cəmi dəyəri 45 manat olan 10 qutu "Sobraniye" kss white, cəmi dəyəri 90 manat olan 20 qutu "Sobraniye" kss caster, cəmi dəyəri 45 manat olan 10 qutu "Sobraniye" ksss caster, cəmi dəyəri 80 manat olan 20 qutu "Winston" xstyle caster, dəyəri 4 manat olan 1 qutu "Winston" xs silver, cəmi dəyəri 42 manat olan 10 qutu "Kent 4", cəmi dəyəri 42 manat olan 10 qutu "Kent 8", cəmi dəyəri 25.20 qəpik olan 6 qutu "Kent nano 1", cəmi dəyəri 180 manat olan 50 qutu "LD club ksss platinum", cəmi dəyəri 34 manat olan 10 qutu "LD" compakt white, cəmi dəyəri 31 manat olan 10 qutu "Pall mall" nano silver, cəmi dəyəri 31 manat olan 10 qutu "Pall mall am nights qarağat" markalı siqaretləri və 73 manat nağd pul vəsaiti oğurlanmışdır. Ümumi oğurlanmış məbləğ 856.20 manatdır (i.v. 100); 17 oktyabr 2024-cü il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, tanınmalı olan şəxs Təqsirləndirilən şəxs fotoşəkili tanınmada istifadə edilən masa üzərinə düzülmüş oxşar 4 şəxsin fotoşəkillərinin arasında 2-ci yerdə qoyuldu. Daha sonra tanıyan şəxs tanıma keçirilən yerə dəvət olundu. Bundan sonra tanıyan şəxs Şahid3 ifadəsində kimi göstərdiyi şəxsin fotoşəkilini təqdim olunan şəxslərin fotoşəkilləri arasından tanıması təklif olundu. Tanıyan şəxs Şahid3 təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirərək bildirdi ki, 13 avqust 2024-cü il tarixdə saat 20 radələrində ünvan 3 ünvanında yerləşən "xxxx"-ǝ müştəri qismində daxil olaraq vitrindən 1 ədəd Golden Crovn və 1 ədəd Vestgold yağları, müdir otağında seyfin açarını iş masasının siyirtməsindən götürərək seyfi açmaqla 6 blok müxtəlif növ siqaret, bundan sonra iki dəfə yenidən marketə daxil olaraq seyfdən 73 manat nəğd pul və 12 blok müxtəlif növ siqaretləri oğurlayan şəxsin 2-ci sırada şəkili tanınmaya təqdim edən şəxsi göstərərək həmin şəxs olduğunu göstərdi (i.v. 106-107); 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 117); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-295/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (26-27 mart 2024-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə mülki iddianın tam təmin edilməsi, maddi ziyana görə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 2300 (iki min üç yüz) manat məbləğində dəymiş zərərin və 43 (qırx üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2343 (iki min üç yüz qırx üç) manat məbləğin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi hökm edilmişdir (i.v. 119-126); 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 128); 07 yanvar 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 1 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə hadisə yerindən götürülmüş özündə videogörüntüləri əks etdirən iki ədəd DVD diskə tərəfimdən baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, disklərin içərisində 03 ədəd fotoşəkil və 03 ədəd videogörüntü vardır, həmin fotoşəkillərdə İnqilab İsmayılov və Neapol küçələrində yerləşən "xxxx" marketin görüntüləridir. Birinci videogörüntü 50 saniyədən ibarətdir, həmin görüntüdə ünvan 9 ünvanında yerləşən "xxxx" marketə 11 avqust 2024-cü il tarixdə saat 07:02-də boz kofta və boz şalvar geyinmiş saçları ağ rəngli arıq bədən qurluşlu qəhvəyi rəngli əl çantasını boyun nahiyəsindən asmış şəxsin kassanın araxa hissəsində olan vitirindən gizli olaraq oğurluq edib siqaret qutularını əl çantasına qoyması, təkrar oğurluq etmək istəyən zaman satıcının müştəri ilə kassaya yaxınlaşdığını gördükdə mağazanın içərisinə doğru hərəkət etdiyi dah sonra həmin şəxsin kassaya yaxınlaşaraq əlində kassaya hansısa əşyanı qoyub giriş qapıdan çölə çıxması satıcının isə həmin şəxsin arxasınca baxması müşahisə olunur. ikinci videogörüntü 38 saniyədən ibarətdir. həmin videgörüntüdə mağazanın digər kamerasından çəkilmiş görüntüdür. Həmin şəxs mağazanın içərisində kassa tərəfdən oğurluq edərək siqaretləri çantasına qoyduqdan sonra satıcının şübhələnməməsi üçün iki ədəd kofeni satıcıya təqdim edir. Bundan başqa ünvan 10 ünvanında olan "OВА" market mağazasından olan görüntüdür. Həmin görüntü 6 dəqiqə 19 saniyədən ibarətdir, həmin görüntüdə 13 avqust 2024-cü il tarixdə saat 21:31 dəqiqədə İnqilab İsmayılov küçəsi 6 ünvanında yerləşən "xxxx" marketə bir nəfər şəxs daxil olaraq satıcı kassirin kassada olmasından istifadə edərək ciynində boz rəngli dəridən olan qəhvəyi rəngli əl çantasına şüşəli vitirin soyuducudan 1 ədəd WEST GOLD kərə yağını qoyur, daha sonra ətrafa baxaraq yenidən həmin soyuducudan 1 ədəd GOLDEN GROWN kərə yağını əl çantasina qoyub satıcı kassirin yerində olmadığından istifadə edərək oradan 2- 3 qutu siqaret götürdükdən sonra müdir otağının qapısının açıq olduğunu görüb müdirin iş masasının siyirtməsində olan seyf açarını götürərək masanın yan hissəsində yerləşən dəmir seyfi açarla açaraq bir neçə qutu siqareti əl çantasina yığaraq otaqdan çıxıb 1 ədəd vafili və 1 ədəd dondurma götürərək kassaya yaxınlaşıb vafli və dondurmanın pulunu verərək mağazanı tərk edir. Oğurladığı məhsulları mağazanın çöl hissəsində olan otluq sahədə gizlədərək yenidən mağazaya qayıdır. Mağazada satıcının müştərilərə başının qarışıq olmasını görüb müdir otağında olan seyfdən bir neçə ədəd müxtəlif markalı siqaretləri iki dəfəyə oğurlayaraq mağazadan çıxır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin şəxsin özü olmasını və "xxxx" marketlər mağazasından oğurluq edən şəxs özünün olduğunu bildirdi. Baxış zamanı iki ədəd diskin içərisində olan üç ədəd fayıllara baxıldıqdan sonra tərtib olunmuş protokola əlavə olundu (i.v. 134); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il, 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-60/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(005)-57/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-60/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının cəkilməmiş qalan 24 (iyirmi dörd) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır (i.v. 135-137); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-295/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. 09 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 156-157); 09 yanvar 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin hakimi X2 xx.xx.2024-cü il tarixli 1(005)-295/2024 nömrəli hökmü ilə 1 (bir) il müddətinə həbs qətimkan tədbirinin seçilməsi və hazırda onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılması nəzərə alınmışdır (i.v. 172); 18 mart 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələr ilə ittiham elan edilmiş, Nərimanov Rayon Məhkəməsinin hakimi X2 xx.xx.2024cü il tarixli 1(005)-295/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.1ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və onun hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı Bakı İstintaq Təcridxanasi saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlləri toplanmış sübutların məcmusi ilə təqsdiq edildiyindən zərərçəkmiş şəxslərin nümayəndələri Nümayəndə1. Nümayəndə2, Nümayəndə3 ifadələri, şahidlər Şahid1, Şahid3, Şahid2 ifadələri, 11 avqust 2024-cü il və 14 avqust 2024-cü il tarixli hadisə yerlərinə baxış keçrililməsi haqqında protokollar, 07 yanvar 2025-ci il və 17 mart 2025-ci il tarixli disklərə baxış keçirilməsi haqqında protokollar və 12 oktyabr 2024-cü il, 17 oktyabr 2024-cü il, 30 yanvar 2025-ci il, tarixli şəxsin foto şəkillərini tanınmaya təqdim edilməsi protokolları iş üzrə sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan əvvəllər məhkum edilmiş şəxs hesab edilmiş və cəzası residiv kimi qiymətləndirilməmiş, Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkum edilməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmış, Təqsirləndirilən şəxs 29 sentyabr 2023-cü il tarixdən 07 oktyabr 2023-cü il tarixədək ünvan 11 ünvanda Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət törətməsi və Nərimanov rayon məhkəməsi tərəfindən həmin cinayətə görə məhkum olunduğundan bu xusasata üzrə barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə icraata xitam verilmiş, hadisə yerindən götürülmüş özündə videogörünütləri əks etdirən üç ədəd DVD disk sübut kimi tanınmışdır (i.v. 204-213); 18 mart 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri yenidən ittiham elan edilmişdir (i.v. 215-216); 18 mart 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə hadisə yerindən götürülmüş özündə videogörüntüləri əks etdirən 1 ədəd DVD diskə tərəfimdən baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, disklərin içərisində 01 ədəd WhatsApp Video 2025-02-27 at 12.32.42 adlı videogörüntü vardır, həmin görüntü Neapol küçəsi 24a ünvanında yerləşən "xxxx" marketin görüntüləridir. Videogörüntü 01 dəqiqə 37 saniyədən ibarətdir, həmin görüntüdə ünvan 12 ünvanında yerləşən "xxxx" marketə 10 avqust 2024-cü il tarixdə saat 19:45-də qara şalvar yaşıl rəngli kofta geyinmiş "xxxx" marketin satıcısı mağazanın digər hissəsinə gedərək yenidən kassaya qayıdır. Satıcı yenidən kassaya yaxınlaşaraq əlində A4 vərəqində sənəd götürərək kassadan uzaqlaşır. Yen Yenidən satıcı kassaya yaxınlaşdıqda 3 nəfər müştəri kassaya yaxınlaşır. Həmin şəxslərdən saçları ağ rəngli arıq bədən qurluşlu qəhvəyi rəngli əl çantasını boyun nahiyəsindən asmış Təqsirləndirilən şəxs oxşar şəxsdə kassaya yaxınlaşaraq yenidən kassirin gəldiyini görüb uzaqlaşır. Təqsirləndirilən şəxs kassir Şahid1 sifariş edərək kassir mağazanın digər hissəsinə keçərkən Təqsirləndirilən şəxs vitrinin arxa hissəsinə keçərək oradan məhsulları əl çantasına yığarkən kassirin gəldiyini görüb kassaya yaxınlaşaraq satıcının fikirini yayındırır. Bundan sonra görüntü normal sürətə qoyularaq təkrar baxılır. Həmin görüntülərdə Təqsirləndirilən şəxs oğurluq etməsi faktı aşkar görünür. Baxış zamanı Təqsirləndirilən şəxs həmin şəxsin özü olmasını və "xxxx" marketlər mağazasından oğurluq edən şəxs özünün olduğunu bildirdi (i.v. 226); 18 mart 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin hakimi X2 xx.xx.2024-cü il tarixli 1(005)-295/2024 nömrəli hökmü ilə 1 (bir) il müddətinə həbs qətimkan tədbirinin seçilməsi və hazırda onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılması nəzərə alınmışdır (i.v. 227-228); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(011)-234/2025 saylı qərarı ilə dövlət ittihamçısının vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin hazırkı cinayət işi üzrə hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, həbsetmənin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(011)-234/2025 saylı qərarı ilə iş üzrə videogörüntülərin texniki ekspertizası təyin edilmiş və iş materialları rəy verilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3/1007 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş "WhatsApp Video 2025-02-27 at 12.32.42", "WhatsApp Video 2024-09-13 at "WhatsApp 11.39.58", "WhatsApp Video 2024-09-13 at 11.39.59" və "VİD_20240905_110819" adlı videogörüntülərdə əks olunmuş istintaq üçün zəruri şəxsin xarici görünüşünün anatomik elementləri - sifət cizgilərinin, qaşların, gözlərin, burunüstü hissənin, ağzının, dodaqların, çənəsinin, göz qapaqlarının, burun əsası və yanaqları əks olunmadığı, sifətlərinin ümumi konfiqurasiyası isə tam və aydın əks olunmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır (Ekspertiza tədqiqatının dəyəri 320 manat təşkil edir). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndələrinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaqda, həm də məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina etməsinə tənqidi yanaşır və hesab edir ki, onun ifadə verməkdən imtina etməsi özünü cinayət məsuliyyətindən kənarda qoymaq niyyətinə dəlalət edir. Belə ki, məhkəmə iclasında aparılmış istintaq hərəkətləri və şahidlərin verdikləri ifadələrlə Təqsirləndirilən şəxs təqsirsizliyi təkzib edilmişdir. Məhkəmə isitnaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinin və şahidlərin təqsirləndirilən şəxsi tanımamları və ya əməli törətməmələri ilə bağlı ifadələri ilə bağlı qeyd edir ki, şəxslərin bu cür ifadə verməsi hadisənin baş verdiyi vaxtdan uzun müddət keçməsi ilə əlaqədardır. Habelə həmin şəxslərin hadisədən dərhal sonra izahat və ifadələrinin alınması, şəxsin fotoşəkillərə əsasən tanınması istintaq hərəkəti keçirilərkən həmin şəxsi tanımaları ilə bağlı istintaq hərəkətləri mötəbər sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hakim tərəfindən verilmiş suala cavabında da göstərmişdir ki, iş materiallarında şahidlərin tanınmasına təqdim olunan fotoşəkil ona məxsusdur. Təqsirləndirilən şəxsə verilən bütün epizodlar üzrə qeyd edilməlidir ki, cinayət işi materiallarında hadisənin görüntülərinə baxış keçirilərkən hər 3 əməlin eyni şəxs tərəfindən törədilməsi tam sübut olunmuşdur. Məhkəmə hesab edir ki, zərərçəmiş hüquqi şəxslərin nümayəndələri və şahidlərin əməllərində bilə-bilə yalan ifadə vermə cinayət əməlinin tərkibi əlamətləri olmadığından prokurorluğa məlumat göndərilməsi məqsədə müvafiq hesab edilməməlidir. Təqsirləndirilən şəxsin ifadə verməməsi ilə qeyd olunmlıdır ki, göstərilən hal onun özünü cinayət məsuliyyətindən kənarda qoymaq niyyətinə dəlalət edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin nümayəndələrinin ə şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 (təkrar törədildikdə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-60/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş(az ağır cinayət), Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(005)-57/2023 saylı qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-60/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzasının cəkilməmiş qalan 24 (iyirmi dörd) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasından şərti azad olunduğu xx.xx.2023-cü il tarixdən 02 il müddət keçmədən yenidən az ağır cinayət törətdiyindən o, məhkumluğu ödənilməmiş və götürülməmiş şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal cinayətin residivi (CM 61.1.1) müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halın olmaması və ağırlaşdıran halın olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmaması və ağırlaşdıran halın müəyyən edilməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-295/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən təyin edilmiş cəza hazırkı cəza ilə qismən toplanmalı və qəti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzasının əvvəli 21 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 03 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 320 (üç yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir (CPM-198.1.). İş üzrə müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 43 (qırx üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-295/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılsın və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılan 1(005)-295/2024 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlanıldığı 02 (iki) gün (26-27 mart 2024-cü il) ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 03 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 320 (üç yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxsa 43 (qırx üç) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 473 (dörd yüz yetmiş üç) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar