Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-235/2020 04.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, X5katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və onun müdafiəçisi - Bakı şəhər 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayəti təkrar törətdiyi üçün onun cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayəti təkrar törətdiyi üçün onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X8 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdırlar ki, X12 2016-cı ilin mart ayından ondan əsassız olaraq pul tələb etməyə başlamışdır. O, sonunda xx.xx.2017-ci il tarixdə Nərimanov RPİ-nin 17-ci Polis bölməsinə müraciət etmişdir. Sonra İlqarın ona 7.500 manat borcunun olmasını xatırlatmışdır. O borcu verməmiş və onu ölümlə və üstünə rekert göndərib, ondan tələb etdiyi 32.000 ABŞ dolları məbləğini 3 qat alacağı ilə hədələmişdir. Həmin dövrdə telefonuna hədə qorxu mövzusunda bir neçə sms yazmaqla qanunsuz əməllərindən əl çəkməmiş, sonra o, 7500 manat pul borcunun İlqardan alınıb ona verilməsi ilə bağlı xx.xx.2017-ci il tarixdə Nərimanov RPİ-nə müraciət etmişdir. Nərimanov RPİ-si rədd qərarı qəbul etmişdir. 2017-ci il oktyabr ayında İlqar Qurbanov 7500 manat borcu qaytarmaq əvəzinə, güya birgə iş qurub gələcəkdə şərik olub pul qazanmaq adı ilə ona 125.000 manat pul borcu olduğu barədə Qaradağ rayon polis şöbəsinə müraciət etmiş və güya həmin obyektin harada olacağını bilməmişdir. xx.xx.2017-ci il tarixdə Qaradağ RPİ-si bu barədə rədd qərarı qəbul etmişdir. Yenə 2017-ci il 04 noyabr tarixində Qaradağ polis və prokurorluğuna əsasız olaraq yalandan onun vaxtı ilə maşınından qohumuna məxsus pul oğurladığı üçün qovduğu Rəşad adlı sürücüsü ilə təkrar şikayət etmiş, güya X10 5.000 manat pulu İlqar Qurbanovdan borc alıb ona verdiyi barədə izahat yazmışdır. Nəticədə xx.xx.2017-ci ildə Qaradağ RPİ-si bu barədə rədd qərarı qəbul etmişdir. Qaradağ rayon polis şöbəsində izahatında onu dələduz adlandırmışdır. O, heç vaxt İlqar Qurbanovla hər hansı bir iş qurub qazanc əldə etməyi barədə ondan nə 125.000 manat pul almış, nədə ki, sürücüsü Rəşad vasitəsi ilə 5.000 manat borc pul almamışdır. Bu ona atılan şər, böhtan və təhqirdir. Bundan sonra mənim şikayəti əsasında Bakı şəhər prokurorluğu araşdırma aparmış, sonra isə 2018-ci ildə rədd qərarı qəbul edilmişdir. X12 dəfələrlə şikayətlər etdikdə, mən ağır xəstəliklə əlaqədar həm xaricdə, həm ölkəmizdə ağır göz xəstəliyi, ağır ürək xəstəliyi, şəkər, hipertoniya o cümlədən onkoloji xəstəlikdən müalicə olduğu vaxtlar hüquq mühafizə orqanlarının çağırışına gəlmək üçün müalicəni yarımçıq qoymuş və yenidən əlavə külli miqdarda xərci çıxmış, xərclə bərabər onun psixoloji gərginlik keçirərək İlqarın əsassız hədə qorxu ilə pul, ölüm, üstünə rekert göndərmək hədələrinə məruz qalmışdır. Dəfələrlə o və vəkili ona başa salmışdır ki, əgər ona borcu varsa məhkəmədə iddia qaldırsın və pulunu tələb etsin, lakin İlqar Qurbanov onu reketlə hədələmişdir. Sonunda Bakı şəhər Prokurorluğunda istintaq başa çatmamış, xx.xx.2018-ci ildə İlqar Qurbanov tərəfindən Xətai rayonu ərazisində yerləşən (X15 3-cü mərtəbə.tel:***-***-**-**) Virtualaz:org saytına onun həqiqətə uyğun olmayan görüntüləri təqdim olunmuş və həmin görüntülər kütləvi şəkildə sosial şəbəkələrdə surətlə yayılmışdır. Bunula əlaqədar olaraq araşdırma aparıldığı üçün sözü gedən həqiqətə uyğun olmayan və montaj olunmuş görüntünün video çəkilişinin həqiqətə uyğun olub olmaması barədə Məhkəmə Ekspertizası Mərkəzinə video çəkiliş göndərilmiş və “Audio və videoyazıların məhkəmə ekspertizası”nın xx xxx 2018-ci il tarixli 03C-034/18 saylı material üzrə 8804 nömrəli rəyinə əsasən həmin çəkilişin montaj olması müəyyən olunmuşdur. İlqar Qurbanov onu cinayət məcəlləsinin 178-ci maddəsi ilə öz mülahizəsinə əsasən günahlandırır ki, buda ağır ittihamdır. X11 bilə-bilə yalan məlumatları və montaj olunmuş video görüntünü yaymaqla onun şərəf və ləyaqətinə işgüzar nufuzuna xələl gətirmişdir. Hesab edir ki X12 bu hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddəsinin tələblərini pozmaqla onu ağır və ya xüsusilə ağır cinayətdə ittiaham etməklə ona qarşı böhtan cinayəti törətmişdir. Yəni həmin maddənin 1-ci hissəsində göstərilmişdir ki, böhtan, yəni yalan olduğunun bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, KİV-də və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma məsələləri üçün cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddənin 2-ci hissəsində ağır və xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayəti üçün 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzanəzərdə tutulmuşdur. Belə ki, iddia edilən görüntüdəki məbləğ 125.000 manat olduğu üçün qanunvericiliyin tələblərinə görə bu məbləğin ələ keçirilməsi ağır cinayət hesab olunur. Daha dəqiq desək 125.000 manat məbləği dələduzluqla mənimsəmə cinayəti öz xarakterinə və ictimai təhlükəliliyinə görə ağır cinayət hesab olunur və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin təsiri altına düşür. Digər tərəfdən isə yalan olduğunu bilə-bilə o görüntünü yaymaqla ona böhtan atmışdır və artıq özünü təhqir olunmuş hiss edir. Ona görə də İlqar Qurbanov onu ağır və ya xüsusi ilə ağır cinayət törətməkdə ittiham etmişdir. Həmin görüntünü izlədikdə halı xarab olmuş və bununla əlaqədar olaraq xx.xx.2018-ci il tarixdə xarici ölkəyə müalicə üçün avia bilet almışdır. O, Azərbaycan Dəmir Yolları QSC-də işləyərkən, 2016-cı ilin əvvələrinədək tapşırılan işlərə görə və vaxtından əvvəl yerinə yetirdiyimə görə AR-nın prezidenti cənab İlham Əliyev məni Tərəqqi və Əməkdar mühəndis orden medalı ilə təltif etmişdir. X12 bu hərəkətləri ilə cəmiyyətdə olan işgüzar nüfuzuna xələl gətirmişdir. Ən sonda isə kütləvi informasiya vasitələrində yalan olduğunu bilə bilə onun barəsində yalan məlumat yaymışdır. Həmin məlumatı xx.xx.2018-ci il tarixədək 8000 nəfərdən çox insan izləmişdir. Sonda mən xx.xx.2018-ci il tarixdə xüsusi ittiham qaydasında Xətai rayon Məhkəməsinə müraciət etdim. Xətai rayon Məhkəməsi X6 CM-nin 147.1,147.2,148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmişdir. Lakin xx.xx.2018-ci il tarixdə ondan üzr istədiyi üçün elə həmin gün CPM-nin 39.1.9., 43.1.2. və 321-ci maddələri ilə xitam verilmişdir. Artıq illər keçdikdən sonra qanunsuz olarqaq evinin, bağının, maşınlarının şəkilini çəkib müxtəlif adamlara göstərib bir növ cinayətə hazırlıq gördükdən sonra Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, ev 12 ünvanında yerləşən mənzilinin yerini izləyib tapmış, xx.xx.2020-ci ildə bir qrup şəxslə, daha dəqiq desək özü ilə birlikdə 6 nəfər olmaqla dövlət qeydiyyat nişanları olmayan 2 ədəd avtomobillərlə evinin həyətinə gəlmişdir. Baş verən hadisələrdən uzun-uzadı məhkəmə proseslərindən polis və prokurorluq araşdırmalarında X12 islah olunmamış və əksinə daha da pula meyllikdən əl çəkməyib onu öyrədən adamlarla birləşib yenidən xx.xx.2020-ci il tarixdə bir qrup şəxsi yalan olduğunu bilə-bilə böhtanla yenidən evinə basqın etmiş, 2 il əvvəlki iddiasında güya iş birliyi qurmaq ücün 125.000 manat verdiyi halda, 2020-ci ilin iyun ayında isə güya ona tikinti materiallarından borcu qalığını deməklə nömrəsiz maşında 5-6 nəfər ilə qapıya gələrək, yanında gətirdiyi adamlara guya ona 125.000 manat material pulu borcu olduğunu demiş və özündə olan montaj etdiyi görüntünün saxta olduğunu bilə-bilə onları aldadıb qapısına gətirməsilə şərəf ləyaqətini böhtanla yalanla təhqir etmiş həyətində bağban işləyən X2 borcu olduğunu demişdir. Bundan dərhal sonra onun halı pisləşmiş, üzərində Təcili Tibbi yardım briqadası işləmiş, elə həmin vaxt DİN-nin 102 xidmətinə müraciət etmiş və Binəqədi RPİ-nin 4-cü Polis Bölməsində araşdırma başlamışdır. Araşdırma nəticəsində qapısına nömrəsiz maşınla gələn 5-6 nəfər barəsində tədbir görülmək əvəzində cinayət işinin başlanılması barədə rədd qərarı qəbul edilmişdir. Binəqədi RPİ-nin 4-cü Polis Bölməsində araşdırma zamanı müəyyən edilmişdir ki, Sərxan, İlqar və digər şəxslər həqiqətə uyğun olmayan yəni X3 X9 125.000 manat borc pulun olması barədə məlumatı X12 tərəfindən nümayiş etdirilən saxta görüntülərdən bilmişlər. Bu da əsas verir ki, xx.xx.2018-ci il tarixdə barəsində xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilən şəxs tərəfindən təkrar olaraq islah olunmaq əvəzinə xx.xx.2020ci il tarixdə həqiqətə uyğun olmayan saxta görüntüləri bir və ya neçə şəxsə yaymaqla ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 148-ci maddələri ilə nəzərdə tutulmuş böhtan və təhqir cinayətlərini təkrar olaraq törətmişdir. Əlavə olaraq bildirmək istəyirəm ki, X12 böhtan və təhqir cinayətlərini törətdiyinə görə Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1(011)-381\2018 saylı qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri sübuta yetirilmiş, lakin təqsirləndirilən şəxsin öz günahlarını etiraf etməsini, həyatında məhkumluğun yaranmaması üçün xüsusi ittihamçı tərəfindən bağışlandığını və gələcəkdə bir də böhtan və təhqir cinayətini törətməyəcəyi barədə verdiyi sözlərə nəzərə alaraq həmin işə xitam verilmişdir. Bundan başqa şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il 7№-li qərarında göstərilimşdir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Hesab edir ki, onu öldürmək üçün evinə qədər gələn X12 və qeyriləri barəsində təkrar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 148-ci maddələri ilə cinayət işi üzrə xüsusi ittiham qaydasında iş açılmalı və təqsirləndirilən şəxs qismində cəlb edilməklə qanuni cəzalandırılmalıdır. İlqar Qurbanovun təkrar cinayəti təhqiqatçının qərarında subuta yetirilmişdir. Qeyd olunanları nəzərə alaraq, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayəti təkrar törətdiyi üçün onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi2 xüsusi ittiham qaydasında X3 verdiyi şikayət ərizəsində göstərilənləri müdafiə edərək, şikayət ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 və onun müdafiəçisi Müdafiəçi1 hər biri ayrı-ayrılıqda X3 xüsusi ittiham qaydasında verilmiş şikayətinin əsassız olduğundan və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib edilmədiyindən məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 məhkəməyə gəlməmişdir. Məhkəmə, hazırlıq iclasının xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalniz zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 132-134. 142.1, 149.1, 150.1, 151, 156-158, 163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Həmin Məcəllənin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Həmin Məcəllənin 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Halbuki Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi, X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsində şikayətin verildiyi yer göstərilməmişdir. Bundan başqa, xüsusi ittihamçı X1 İlqar Azər oğlunun məhz hansı ağır və ya xüsusilə ağır cinayətin törədilməsində (cinayət qanununun hansı maddələri ilə) ittiham etməsini də ərizələrində əks etdirməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayət vermiş X8 onu böhtan və təhqir cinayətlərində ittiham etməklə şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 3 № li qərarının 12 bəndinə əsasən, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Bununla da, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1,8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.8-ci maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayəti təkrar törətdiyi üçün onun cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında verilmiş şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1,7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayəti təkrar törətdiyi üçün onun cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında verilmiş şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirini) gün müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-235/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-235/2020
04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver