Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-235/2021 16.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs8, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1974-cü ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə, öz qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, o, “xxxx” MMC-nin rəhbəri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 qardaşı oğlu X14 5000 manat müqabilində altı ay müddətində Bakı şəhərində fəaliyyət göstərən dövlət ali məktəblərinin birinin hər hansı bir fakültəsinin qiyabi şöbəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib əslində isə vədinə əməl etməməklə aldadıb 2014-cü ilin aprel ayının ortalarında ünvan 3 ünvanın qarşısında 2000 manat, bundan bir neçə gün sonra həmin ünvanın qarşısında eyni məqsədlə 1000 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, “xxxx” MMC-nin rəhbəri vəzifəsində işləyərkən təkrarən, qulluq mövqeyindən istifadə edib, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs9 1500 manat müqabilində 15 gün müddətində Türkiyə Respublikasında fəaliyyət göstərən “Marmara” universitetinin doktoranturasına qəbul etdirəcəyinə dair yalan vəd verib əslində isə vədinə əməl etməməklə aldadıb 2015-ci ilin iyul ayının ortalarında Bakı şəhəri Nərimanov rayonu “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən parkda onun cinayətkar niyyətindən xəbərsiz olan Zərərçəkmiş şəxs9 qardaşı Şahid2 vasitəsilə 1000 manat, təxminən 5 gün sonra həmin yerdə Şahid2 vasitəsilə 500 manat pulu Zərərçəkmiş şəxs9 vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs9 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, “xxxx” MMC-nin rəhbəri vəzifəsində işləyərkən təkrarən, qulluq mövqeyindən istifadə edib, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 2500 manat müqabilində iki ay müddətində ikinci ali təhsil almaq məqsədilə Türkiyə Respublikasında fəaliyyət göstərən universitetlərin birinin «Stomatologiya» fakültəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib əslində isə vədinə əməl etməməklə aldadıb 2015-ci ilin iyul ayının sonunda Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi 31 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs7 2500 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 2500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, “xxxx” MMC-nin rəhbəri vəzifəsində işləyərkən təkrarən, qulluq mövqeyindən istifadə edib, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 nəvəsi X15 1600 manat müqabilində 15 gün müddətində Türkiyə Respublikasının Sakariya Universitetinin “İqtisadiyyat” fakültəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib əslində isə vədinə əməl etməməklə aldadıb 09 sentyabr 2015-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi 31 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs6 1600 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 1600 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, “xxxx” MMC-nin rəhbəri vəzifəsində işləyərkən təkrarən, qulluq mövqeyindən istifadə edib, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 oğlu Məmməd Əliyevi 20000 ABŞ dolları müqabilində Türkiyə Respublikasında fəaliyyət göstərən ali məktəblərin birinin tibb fakültəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib əslində isə vədinə əməl etməməklə aldadıb 15.01.2017ci il tarixdə ünvan 4 ünvanında yerləşən Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında Zərərçəkmiş şəxs1 ilkin ödəniş kimi 8933,5 manat pula bərabər olan 5000 ABŞ dolları pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdar hesab edilən 8933,5 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, “xxxx” MMC-nin rəhbəri vəzifəsində işləyərkən təkrarən, qulluq mövqeyindən istifadə edib, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 2000 manat müqabilində üç ay müddətində Polşa Respublikasının hər hansı bir şəhərində işlə təmin etdirəcəyinə, iş vizası alacağına və həmin ölkədə yaşayış yeri ilə təmin etdirəcəyinə dair yalan vəd verib əslində isə vədinə əməl etməməklə aldadıb 06 dekabr 2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən “Azure” biznes mərkəzinin 12-ci mərtəbəsində olan ofisdə ilkin ödəniş kimi Zərərçəkmiş şəxs3 1000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, “xxxx” MMC-nin rəhbəri vəzifəsində işləyərkən təkrarən, qulluq mövqeyindən istifadə edib, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 X65ni 10000 ABŞ dolları müqabilində Türkiyə Respublikasının Ankara şəhərində yerləşən “Gazi” universitetinin Tibb fakültəsinə diş həkimi ixtisası üzrə qəbul etdirəcəyinə dair yalan vəd verib əslində isə vədinə əməl etməməklə aldadıb 15 fevral 2019-cu il tarixdə ünvan 5 ünvanında yerləşən “Gülüstan” restoranında ilkin ödəniş kimi Zərərçəkmiş şəxs5 8500 manata bərabər olan 5000 ABŞ dollar pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdar hesab edilən 8500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, “xxxx” MMC-nin rəhbəri vəzifəsində işləyərkən təkrarən, qulluq mövqeyindən istifadə edib, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 10000 ABŞ dollar müqabilində üç ay müddətində Kanada dövlətinin hər hansı bir şəhərində satış meneceri vəzifəsinə işə qəbul etdirəcəyinə, iş vizası alacağına və həmin ölkədə bir aylıq yaşayış yeri ilə təmin etdirəcəyinə dair yalan vəd verib əslində isə vədinə əməl etməməklə aldadıb 14 mart 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən “Azure” biznes mərkəzinin 12-ci mərtəbəsində olan ofisdə ilkin ödəniş kimi Zərərçəkmiş şəxs2 6000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdar hesab edilən 6000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, “xxxx” MMC-nin rəhbəri vəzifəsində işləyərkən təkrarən, qulluq mövqeyindən istifadə edib, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 və sonuncunun arvadı X16 15000 ABŞ dollar müqabilində üç ay müddətində Kanada dövlətinin hər hansı bir şəhərində satış meneceri vəzifəsinə işə qəbul etdirəcəyinə, iş vizaları alacağına və həmin ölkədə bir aylıq yaşayış yeri ilə təmin etdirəcəyinə dair yalan vəd verib əslində isə vədinə əməl etməməklə aldadıb 14 mart 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən “Azure” biznes mərkəzinin 12-ci mərtəbəsində olan ofisdə ilkin ödəniş kimi Zərərçəkmiş şəxs4 9700 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdar hesab edilən 9700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü ilin aprel ayında Afiq adlı tanışının vasitəsilə Bakı şəhəri Xətai rayonu Həzi Aslanov qəsəbəsində fəaliyyət göstərən marketlərin birində satıcı işləyən Sadət adlı qadınla tanış olmuşdur. Sadət qardaşı oğlu Xəzəri Rusiya Federasiyasında fəaliyyət göstərən dövlət universitetlərin birinin Hüquq fakültəsinə qəbul etdirməyi xahiş etmişdir. Sadətə bu işi 5000 manat müqabilində görə biləcəyini və ali təhsil almaq üçün tələb olunan sənədlərin lazım olduğun bildirmişdir. Lakin Sadət maddi imkanın zəif olduğunu, 3000 manat verə biləcəyini bildirmişdir. Sadətlə razılaşaraq bildirmişdir ki, Xəzər ali təhsil müəssisəsinə qəbul olunduqdan sonra əlavə olaraq 2000 manat verməlidir. Sadət razılaşmış və 2014-cü ilin aprel ayında işlədiyi mağazanın qarşısında birinci dəfə 2000 manat, təxminən 10 gün sonra isə həmin yerdə 1000 manat pul vermişdir. Afiq onu Sadətlə tanış etdiyi üçün Afiqə hörmət olaraq 500 manat pul vermişdir. Sadətdən aldığı pulları şəxsi ehtiyaclarına xərcləmiş və verdiyi vədə əməl etməmişdir. Sadət pulunu geri tələb etsə də, sonuncunun pulunu qaytara bilməmişdir. 2016-cı ilin mart ayında Sadətə çatdırmaq üçün Afiqə girov kimi 2000 manatlıq qızıl vermişdir. Belə ki, Sadət həmin vaxt xəstə olmuş və bu işi Afiqə həvalə etmişdir. Fikirləşmişdir ki, 3000 manat pulu Sadətə qaytarıb qızıllarını geri götürər. 24 mart 2016-cı il tarixdə Afiqin yanına gəlib sonuncuya 1000 manat gətirdiyini bildirmiş və girov kimi qoyduğu qızılları geri istəmiş, lakin Afiq Sadətin müalicəsi üçün pulun lazım olduğunu bildirib həmin qızılları Əhmədli metrostansiyasının yaxınlığında fəaliyyət göstərən lombarda girov qoyaraq 500 ABŞ dollar pul götürdüyünü demişdir. Dərhal Afiqlə birilkdə həmin lombarda getmişdir. Lombardın əməkdaşı Afiqin sözlərini təsdiq etmişdir. Həmin gün gecə X52 mobil nömrəsi ilə zəng edərək Afiqin sözlərini təsdiq etmiş və Afiqin lombarddan götürdüyü 500 ABŞ dollar pulu Sadətin müalicəsi üçün xərclədiyini demişdir. 2016-cı ilin aprel ayında iki dəfəyə lombarda əsas borc olan 500 ABŞ dollar və faiz borcunu ödəyib Afiqin vasitəsilə qızılları lombarddan götürmüşdür. Sadətə borclu olduğu 1650 manat pulu isə Sadətə 2017-ci ilin may ayında Nərimanov RPİ-də baş müstəntq Gülnarə Sarıyevanın iştirakı ilə ödəmişdir. Sadətin 1350 manat borclu olmağı ilə bağlı göstərdiyi xüsusatla razılaşmır - Sadətə hazırda heç bir borcu qalmayıb. Zərərçəkmiş şəxs9 qardaşı Ruslan tələbə yoldaşı olmuşdur, Bakı Dövlət Universitetində bir yerdə oxumuşlar. 2015-ci ilin iyul ayının əvvəllərində Ruslanla görüşdükdə, sonuncu qardaşı Pərvizin İstanbul Universitetinin Filologiya fakültəsinin doktoranturasına qəbul olunmaq istədiyi bildirmiş və bu işdə köməklik etməyi xahiş etmişdir. Sonra Ruslan onu qardaşı Pərvizlə görüşdürmüş, onlara Türkiyədəki ali məktəblər və qəbul qaydaları barədə məlumat vermişdir. Həmin işin düzəldilməsi üçün Zərərçəkmiş şəxs9 2000 manat pul istəsə də, sonuncu 1500 manat pula gücü çatdığını bildirmiş, Pərvizlə razılaşmışdır. Pərviz üzərində pulun olmadığını bildirib, bir neçə gündən sonra, pulu qardaşı Ruslanın vasitəsilə göndərəcəyini demişdir. Getməmişdən öncə Pərviz sənədlərini tərcümə etdirmək üçün 70 manat pul vermişdir. Bir neçə gündən sonra Ruslan zəng edərək, Pərvizin 1000 manat göndərdiyini bildirmiş və görüşməyi təklif etmişdir. 2015-ci ilin iyul ayında Ruslanla Nərimanov parkında görüşüb, sonuncudan 1000 manat, təxminən bir həftədən sonra isə eyni yerdə görüşüb ondan 500 manat pul almışdır. Lakin, sonradan Pərvizin işi alınmamış və bir müddətdən sonra sonuncunun pulunu qaytarmışdır. 2015-ci ilin iyul ayında ünvan 6 ünvanında yerləşən ofisində olan zaman Zərərçəkmiş şəxs7 adlı şəxs gəlmişdir. Kamran Türkiyə Respublikasında fəaliyyət göstərən universitetlərə keçirilmiş qəbul imtahanlarında az bal topladığını bildirərək ona universitetə qəbul olunmasında köməklik göstərməyi xahiş etmişdir. Kamrana xarici ölkələrdə olan təhsil sistemi ilə bağlı məlumat verərək bildirmişdir ki, ödənişli əsaslarla xaricdə təhsil almağa köməklik edə bilər. Kamran Türkiyə Respublikası ərazisində fəaliyyət göstərən tibb universitetlərindən birinə qəbul olunmaq istədyini bildirmişdir. Zərərçəkmiş şəxs7 9000 manat müqabilində Türkiyə Respublikası ərazisində fəaliyyət göstərən universitetlərin birinin Stomatologiya fakültəsinə qəbul etdirə biləcəyini demişdir. Kamran razılaşaraq ilkin ödəniş kimi 2015-ci ilin iyul ayının sonunda ofisdə ona 2500 manat pul vermişdir. 2015-ci ilin sentyabr ayının sonunda Türkiyə Respublikasının Sakariya şəhərinə getmişdir. Orada olduğu müddət ərzində həmin şəhərdə yerləşən Sakariya Universitetinin Stomatologiya fakültəsinə xarici ölkə vətəndaşlarının qəbulunun olmadığını öyrənmişdir. Sonra Bakıya qayıdıb Zərərçəkmiş şəxs7 digər üniversitetlərdə təhsil almağı təklif etsə də Zərərçəkmiş şəxs7 bundan imtina etmişdir. Kamran vermiş olduğu 2500 manat pulu geri istəmişdir. Həmin pulu şəxsi ehtiyacları üçün xərclədiyindən Kamrana qaytara bilməmişdir. Sonra Kamran dəfələrlə ona zəng vursa da sonuncunun zənglərinə cavab verməmişdir. Kamranın 2500 manat pulunu imkan edib ona 2017-ci ilin yanvar ayında tam şəkildə qaytarmışdır. 2015-ci ilin sentyabr ayında icarəyə götürdüyü ünvan 7 ünvanında yerləşən ofisdə olan zaman Zərərçəkmiş şəxs6 ofisə gələrək nəvəsi X15 Türkiyə Respublikası ərazisində yerləşən ali təhsil müəssisələrindən birinə qəbul olunmasında köməklik etməyi xahiş etmişdir. Zərərçəkmiş şəxs6 1600 manat müqabilində nəvəsi X45 Respublikasının Sakariya Universitetinin iqtisadiyyat fakültəsinə qəbul etdirməyi təklif etmişdir. Zərərçəkmiş şəxs6 razılaşaraq 2015-ci ilin sentyabr ayında 1600 manat pul ofisində ona vermişdir. 2015-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs6 nəvəsi X37 Respublikasının Sakariya şəhərinə getmişdir. Orada bir müddət qaldıqdan sonra Sakariya üniversiteti ilə maraqlandıqda öyrənmişdir ki, orada «iqtisadiyyat» ixtisas üzrə tələbə qəbulu yoxdur. Sonra tək Azərbaycana qayıtmışdır. Zərərçəkmiş şəxs6 aldığı 1600 manat pulu şəxsi ehtiyacları üçün xərclədiyindən həmin pulu qaytara bilməmişdir. 2016-cı ilin yanvar ayında Zərərçəkmiş şəxs6 1600 manat pulunu tam şəkildə qaytarmışdır. Zərərçəkmiş şəxs1lə 2016-cı ilin dekabr ayında tanışı Allahverdi Musayevin vasitəsilə tanış olmuşdur. Araz oğlu Məmmədi Türkiyə Respublikasında fəaliyyət göstərən nüfuzlu universitetlərin birinin tibb fakültəsinə qəbul olunmasında köməklik göstərməyi xahiş etmişdir. Araza bu işi 20000 ABŞ dolları müqabilində görə biləcəyini demişdir. Araz razılaşmış və 2016-cı ilin dekabr ayında «Gənclik» metrostansiyasının yaxınlığında xidmət müqaviləsi bağlamışlar. Aralarında olan danışığa əsasən Zərərçəkmiş şəxs1 ilkin olaraq 5000 ABŞ dollar, oğlu Universitetə qəbul olunduqdan sonra isə qalan 15000 ABŞ dollar ödəyir. 15.01.2017-ci il tarixdə «Gənclik» metrostansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında Zərərçəkmiş şəxs1lə görüşmüş və Araz orada ona 5000 ABŞ dollar pul vermişdir. Təxminən 2017-ci ilin fevral ayının sonlarında Araz oğlunun Türkiyədə oxumaq istəmədiyini bildirərək verdiyi 5000 ABŞ dollar pulu geri istəmiş, lakin həmin pulu şəxsi ehtiyaclarına xərclədiyi üçün qaytara bilməmişdir. Zərərçəkmiş şəxs3 təxminən 2018-ci ilin dekabr ayının əvvəlində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 nömrəli ünvanda yerləşən «Azure» biznes mərkəzinin 12-ci mərtəbəsindəki ofisə gəlib Polşaya getmək istədiyini bildirmişdir. Orxana 2000 manat müqabilində 90 gün müddətində Polşada iş tapacağını, yaşayış yeri ilə təmin edəcəyini, işəgötürən şirkətin ona iş müqaviləsi göndərəcəyini və həmin iş müqaviləsini Polşanın Azərbaycandakı səfirliyinə təqdim edib bir illik iş vizası alacağını yalandan bildirmişdir. Həmçinin Orxana ilkin ödəniş kimi 1000 manat ödəməli olduğunu, viza hazır olduqdan sonra isə qalan 1000 manat pulu ödəməli olduğunu demişdir. Orxan fikirləşəcəyini deyib getmişdir. Təxminən iki gündən sonra Orxan ofisə gəlib ilkin ödəniş kimi 1000 manat pul vermişdir. Pulu götürəndən sonra Orxanla formal olaraq direktoru olduğu «xxxx» MMC-nin adından müqavilə bağlamış və Orxana ödənişi təsdiq edən kassa mədaxil orderinin qəbzini vermişdir. Orxan arabir ona zəng edib işi ilə maraqlananda sonuncuya yalandan hər şeyin qaydasında olduğunu demişdir. Danışılan 90 gündən sonra Orxan zəng edib 1000 manat pulunu geri tələb etmişdir. Müxtəlif bəhanələr gətirərək sonuncuya yalandan pulunu verəcəyini demişdir. Sonra Orxan ona bir neçə dəfə zəng etsə də, sonuncunun zənglərinə cavab verməmiş və görüşməkdən yayınmağa başlamışdır. Zərərçəkmiş şəxs5 təxminən 2018-ci ilin dekabr ayında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 nömrəli ünvanda yerləşən «Azure» biznes mərkəzinin 12-ci mərtəbəsindəki ofisə gəlib oğlu X46 Respublikasının dövlət universitetlərinin birinin tibb fakültəsinə qəbul etdirmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs5 Türkiyədə fəaliyyət göstərən universitetlərin siyahısını göstərmiş və həmin universitetlərə qəbul olunmaq üçün direktoru olduğu MMC-yə ödəniləcək xidmət haqları barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs5 siyahıdan Ankara şəhərində yerləşən «Gazi» universitetini, İzmir şəhərində yerləşən «Ege» universitetini və Antalya şəhərində yerləşən Tibb Universitetini seçib onlardan birinə oğlunun qəbul olunmasını istədiyini bildirmişdir. Sonra isə Zərərçəkmiş şəxs5 oğlunun «Gazi» Universitetinə qəbul olunmasını istəmişdir. Zərərçəkmiş şəxs5 10000 ABŞ dollar müqabilində X65ni «Gazi» Universitetinin Tibb fakültəsinə diş həkimi ixtisası üzrə qəbul etdirəcəyini yalandan bildirmişdir. Aralarında olan danışığa əsasən Elman Səfərli ilkin ödəniş kimi MMC-yə 5000 ABŞ dollar pul ödəyir, Anar Səfərli universitetə qəbul olunandan sonra isə Elman qalan 5000 ABŞ dollar pulu ödəyir. Elman təkliflə razılaşmışdır. 2019-cu ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs5 onu Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Gülüstan» restoranına dəvət etmişdir. Həmin görüşə Samir adlı tanışı ilə getmişdir. Samirin bu məsələyə heç bir aidiyyəti yoxdur. Özü ilə hazır müqavilə də gətirmişdir ki, həmin müqaviləni Zərərçəkmiş şəxs5 restoranda imzalasın. Zərərçəkmiş şəxs5 müqaviləni oxuyandan sonra imzalamış və 5000 ABŞ dollar pul vermişdir. Pulu götürəndən sonra Zərərçəkmiş şəxs5 kassa mədaxil orderinin qəbzini vermişdir. Qəbzdə xidmət haqqı kimi Zərərçəkmiş şəxs5 «xxxx» MMC-yə 5000 ABŞ dollarına bərabər olan 8500 manat pulunu ödənilməsi göstərilmişdir. Aralarında olan danışığa əsasən X13 16.05.2019-cu il tarixdə imtahan verməlidir, bir ay sonra isə Türkiyə Respublikasına getməlidir. 16 may 2019-cu il tarixdə Anar imtahan verəndən sonra sonuncunun atası Zərərçəkmiş şəxs5 narahat olmamağını və oğlunun yığdığı balı yüksəldəcəyini yalandan bildirmişdir. Anar Səfərli kifayət qədər bal toplamadığı üçün Zərərçəkmiş şəxs5 zəng etməyə başlamışdır. Başa düşmüşdür ki, Elman pulunu geri tələb edəcək, bu səbəbdən sonuncunun zənglərinə cavab verməmiş və görüşməkdən yayınmağa başlamışdır. Həmin vaxtlar aldatdığı şəxslərdən bir neçəsi onu axtarmış, ona görə də ofisə də getməmişdir. Təxminən 2019-cu ilin mart ayının əvvəlində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 adlı şəxslər Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 nömrəli ünvanda yerləşən «Azure» biznes mərkəzinin 12-ci mərtəbəsindəki ofisə gəlmişlər. Zərərçəkmiş şəxs2 Polşaya işləmək üçün getmək istədiyini bildirmiş, Aqşinə 1300 manat müqabilində Polşada ona iş tapacağını və həmin ölkəyə getmək üçün iş vizası alacağını yalandan bildirmişdir. Zərərçəkmiş şəxs4 isə Kanadaya işləmək üçün getmək istədiyini deyəndə sonuncuya bir nəfər üçün bu xidmətin qiymətinin 10000 ABŞ dollar olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 Kanadaya arvadı ilə getmək istədiyini demiş, sonuncuya iki nəfərə görə xidmət haqqının 15000 ABŞ dollar olduğunu bildirmiş və yalandan demişdir ki, bu qiymətə üç ay müddətində Kanada dövlətininin bir neçə şəhərlərindən birində işlə təmin olunma, vizanın alınması və bir aylıq yaşayış yeri ilə təmin olunma daxildir. Sözlərindən sonra Aqşin da Kanadaya getmək istədiyini demişdir. Uşaqlara ilkin ödəniş kimi danışılan məbləğin yarısını ödəməli olduqlarını, qalan məbləği isə Kanadadan iş təklifi gələndən sonra ödəyəcəklərini demiş, yəni Aqşin ilkin ödəniş kimi 5000 ABŞ dollar, Xanrza isə 7500 ABŞ dollar ödəməliydi. Lakin Aqşin ilkin ödəniş kimi 6000 manat, Xanrza isə 9700 manat ödəyə biləcəyini demişdir. Buna etiraz etməmişdir. Uşaqlar fikirləşmək üçün bir az vaxt istəmişlər. Təxminən 5-6 gündən sonra onlar ofisə gəlmişlər. Ofisdə Aqşin ona 6000 manat, Xanrza isə ona 9700 manat pul vermişdir. Aqşin və Xanrza ilə ayrı-ayrılıqda formal olaraq direktoru olduğu «xxxx» MMC-nin adından müqavilə bağlamış və uşaqlara 2019-cu ilin aprel ayının sonunda Kanadadan iş təkliflərinin gələcəyini yalandan bildirib seçim etmək üçün onları aprel ayının sonunda ofisə dəvət edəcəyini demişdir. Həmçinin onlara ödənişlərini təsdiq edən kassa mədaxil orderlərinin qəbzlərini də vermişdir. Onları inandırmaq üçün onlara ingilis dilini öyrənməli olduqlarını və direktoru olduğu MMC-nin hesabına onları ingilis dili kurslarına göndərəcəyini demiş və bir neçə gündən sonra onların hər birinə kursun bir aylıq ödənişi olan 100 manat pul vermişdir. 2019-cu ilin aprel ayının sonunda bir vərəqdə guya Kanadadan gələn iş vakansiyalarının siyahısını qələmlə yazıb onlara zəng etmiş və onları «28 may» metrostansiyasının yaxınlığında yerləşən bir kafeyə dəvət etmişdir. Kafedə onlarla görüşüb onlara yazdığı siyahını göstərərək həmin siyahıda Kanadada olan iş vakansiyalarının olduğunu yalandan bildirmişdir. Uşaqlar rəsmi sənəd istəmiş, növbəti gün elektron poçtuna Kanadadan iş təkliflərinin siyahısının göndəriləcəyini və həmin siyahını onlara verəcəyini yalandan demişdir. Lakin növbəti gün telefonunu söndürmüşdür ki, onlar onunla əlaqəyə çıxa bilməsinlər. Sonra ona «WhatsApp» ani mesajlaşma proqramı vasitəsilə mesaj yazıb görüşmək istədiklərini bildirmişlər, lakin müxtəlif bəhanələr gətirərək onlarla görüşməkdən yayınmışdır. Əməlindən səmimi peşmandır. Bütün zərərçəkmiş şəxslərə dəyən zərəri tam ödəmiş, onlarla barışıq əldə etmişdir. Vətən müharibəsi başlayan zaman zabit kimi müharibəyə getmiş, döyüşlərdə iştirak etmişdir. Cəbrayıl və Zəngilan rayonunun işğaldan azad olunmasında fəaliyyətinə, yüksək intizamına, bacarığına və vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə təltif edilmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2019cu ilin mart ayında Polşaya gedib orada işləmək istəmişdir. Bu səbəbdən internet vasitəsilə Polşada iş təklif edə biləcək şirkətlərlə maraqlanmışdır. 2019-cu ilin mart ayının əvvəlində «Facebook» sosial şəbəkəsində «xxxx» MMC-nin saytına rast gəlmişdir. Həmin saytda MMC-nin Polşaya getmək istəyən şəxslərə vizaların alınması və işlə təmin edilməsi xidmətlərin göstərilməsi qeyd olunmuşdur. Saytda əlaqə saxlamaq üçün qeyd edilmiş mobil nömrəyə zəng etmişdir. Mehriban adlı bir xanım cavab vermişdir. Həmin xanım «xxxx» MMC-nin fəaliyyəti haqda məlumat verərək daha ətraflı məlumatın alınması üçün onu ünvan 9 ünvanda yerləşən «Azure» biznes mərkəzinin 12-ci mərtəbəsindəki ofisə dəvət etmişdir. Təxminən bir həftə sonra – 09 mart 2019-cu il tarixdə yenidən həmin şirkətlə əlaqə saxlamış və həmin gün dostu Xanrza ilə birlikdə şirkətin ofisinə getmişdir. Belə ki, Xanrza da Kanadaya getmək istəmişdir. Ofisdə onları yuxarıda qeyd etdiyi Mehriban adlı qız qarşılamış və onları adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxsə yönəltmişdir. Təqsirləndirilən şəxs ona 1300 manat müqabilində Polşaya getmək üçün iş vizası alacağını və orada ona iş tapacağını demişdir. X53 İmanova Kanadaya getmək istədiyini deyəndə Təqsirləndirilən şəxs Kanadaya da vətəndaşları işləmək üçün göndərdiyini bildirərək bu xidmətin qiymətinin 10000 ABŞ dollar olduğunu bildirmişdir. Xanrza arvadı ilə getmək istədiyini demiş, Zərbalı isə iki nəfərə görə ödənişin 15000 ABŞ dollar olduğunu demişdir. Zərbalının sözlərinə görə bu qiymətə üç ay müddətində Kanada dövlətininin bir neçə şəhərlərindən birində işlə təmin olunması, vizanın alınması və bir aylıq yaşayış yeri ilə təmin olunması daxil olmuşdur. Kanadaya marağı yarandığı üçün Zərbalıya Kanadaya getmək istədiyini demişdir. Təqsirləndirilən şəxs ilkin ödəniş kimi danışılan məbləğin yarısını, yəni 5000 ABŞ dollar pulu ödəmək lazım olduğunu, qalan məbləği isə Kanadadan iş təklifi gələndən sonra ödəmək lazım olduğunu bildirmişdir. Xanrzada isə bu məbləğ 7500 ABŞ dollar olmuşdur. Zərbalıya 5000 ABŞ dollar ödəmək imkanında olmadığını və ilkin ödəniş kimi yalnız 6000 manat ödəyə biləcəyini demişdir. Xanrza isə Zərbalıya 9700 manat ödəyə biləcəyini demişdir. Zərbalı razılaşmışdır. Dördbeş gün fikirləşəndən sonra Zərbalının təklifini qəbul etmişlər və səhv etmirsə 14 mart 2019-cu il tarixdə Zərbalının ofisinə gedib sonuncu ilə görüşmüşlər. Zərbalıya 6000 manat vermiş, Xanrza isə Zərbalıya 9700 manat pul vermişdir. Təqsirləndirilən şəxs isə onunla və Xanrza ilə ayrı-ayrılıqda müqavilə bağlamış və pulların ödənilməsi ilə bağlı onlara kassa mədaxil orderlərini vermişdir. Onu da qeyd etmişdir ki, müqavilədə Təqsirləndirilən şəxs «xxxx» MMC-nin rəhbəri kimi qeyd edilmişdir. Halbuki «xxxx» MMC tərəfindən Kanadaya göndəriləcəklərini fikirləşmişlər. Bu haqda Zərbalıya deyəndə, sonuncu vətəndaşların Kanadaya göndərilməsi ilə məhz onun rəhbəri olduğu «xxxx» MMC-nin məşğul olduğunu bildirmişdir. Müqaviləni imzaladıqdan sonra Təqsirləndirilən şəxs aprel ayının sonuna qədər Kanadadan iş təkliflərinin gələcəyini və seçim etmək üçün onları ofisə dəvət edəcəyini bildirmişdir. Hətta Zərbalı fərdi qaydada ingilis dilini öyrənmək lazım olduğunu və bunun rəhbəri olduğu MMC-nin hesabına edəcəklərini demişdir. Sonradan Zərbalı ona və Xanrzaya kursun bir aylıq ödənişini – hər birinə 100 manat pul vermişdir. 2019-cu ilin aprel ayının sonunda Təqsirləndirilən şəxs ona və dostu Xanrzaya zəng edərək onları «28 may» metrostansiyasının girişinin yaxınlığında yerləşən kafeyə dəvət etmişdir. Həmin kafedə Zərbalı ona və Xanrzaya guya Kanadadan göndərilmiş iş təkliflərinin siyahısını göstərmişdir. Həmin siyahı əllə yazılmışdır. Zərbalıdan rəsmi sənəd göstərməyi tələb etmişlər, Zərbalı isə növbəti gün elektron poçt vasitəsilə iş təkliflərinin siyahısının göndəriləcəyini demişdir. Növbəti gün Zərbalıya bir neçə dəfə zəng etsələr də, sonuncuya zənglər çatmamışdır. Sonra Xanrza «WhatsApp» ani mesajlaşma proqramı vasitəsilə Zərbalı ilə əlaqə saxlamış, Zərbalı cavab yazaraq xaricdən qonaqlarının gəldiyini və əlaqə saxlayacağını demişdir. Lakin sonradan Zərbalı ümumiyyətlə mobil telefonunu söndürmüş, onunla əlaqə yarada bilməmişlər. Sonra Zərbalının işlədiyi ofisə getmişlər. Məlum olmuşdur ki, həmin ofisdə bir neçə MMC fəaliyyət göstərir. Orada onları «xxxx» MMC-nin direktoru Fuad Hacıyev qəbul edərək ofisində Zərbalıya icarəyə yer verdiyini, Zərbalının ona pul borclu olduğunu və Zərbalının Kanada ilə məşğul olmadığını və köməklik edəcəyini bildirmişdir. Bir neçə gün gözləyəndən sonra yenidən Fuad Hacıyevin ofisinə getmişlər. Bu dəfə Fuad Hacıyev onlara Zərbalı ilə danışdığını və Zərbalının pulu tez bir zamanda çatdıracağını bildirmişdir. Bir müddət gözləyəndən sonra yenidən Fuad Hacıyevin ofisinə getmişlər. Bu dəfə Fuad onlara Kanadaya getməklə bağlı işi yekunlaşdıra biləcəyini və bunun müqabilində qalan ödənişi ona vermək lazım olduğunu demişdir. Fuadın təklifini qəbul etmişlər və ona ümumvətəndaşlıq pasportlarını vermişlər. Fuad qalan pulu istəmiş, lakin sonuncuya işə başlamağı, prosesə baxacaqlarını və ödənişi sonra edəcəklərini bildirmişlər. Fuad etiraz etməmiş və doldurmaq üçün hər birinə 7-8 vərəqdən ibarət anket gətirib vermişdir. Anketləri ofisdə doldurub Fuada qaytarmışlar. Bir neçə gündən sonra Fuada zəng edərək işlərinin nə yerdə qaldığını soruşmuş, Fuad isə ödəniş etmək lazım olduğunu demiş, ödənişi iş prosesinin sonunda edəcəklərini deyəndə Fuad buna razı olmamış və işlərinin alınmayacağını demişdir. Fuaddan sonuncuya verdikləri ümumvətəndaşlıq pasportlarını geri tələb etmişdir. Fuad ofisə gəlib pasportları götürə biləcəklərini demişdir. Bundan sonra Xanrza ilə birlikdə Fuadın ofisinə gedib pasportlarını oradan götürmüşlər. Artıq Təqsirləndirilən şəxs tərəfindən aldadıldıqlarını görüb 37-ci PŞ-ə şikayət etmişlər. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslə barışmamışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 digər Zərərçəkmiş şəxs2 göstərdiyi xüsusatları təsdiq edərək, oxşar ifadə vermiş, ona dəymiş zərərin ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, X34 onun qardaşı oğludur, lakin Xəzəri uşaqlıqdan özü saxlamış və böyütmüşdür. Təqsirləndirilən şəxsla 2014-cü ilin aprel ayında tanışı Afiqin vasitəsilə tanış olmuşdur. Belə ki, həmin vaxt qardaşı oğlu Xəzəri Bakı şəhərində fəaliyyət göstərən dövlət ali məktəblərinin birinin hər hansı bir fakültəsinin qiyabi şöbəsinə qəbul etdirmək istəmişdir. Xəzər həmin vaxt Azərbaycan Respublikası DİN-in Daxili Qoşunların NZS qəsəbəsində yerləşən N saylı hərbi hissəsində MAXE işləmişdir. Afiq bu işdə qonşusu olan Təqsirləndirilən şəxs adlı şəxsin kömək edə biləcəyini demiş və əlaqə saxlamaq üçün Zərbalının işlətdiyi telefon nömrəsini vermişdir. 2014-cü ilin aprel ayında Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayıb onu «Asiman» şadlıq evinin yaxınlığında ünvan 10 ünvanında yerləşən işlədiyi mağazaya dəvət etmiş və onunla söhbət etmişdir. Zərbalı 5000 manat müqabilində qardaşı oğlu Xəzəri Bakı şəhərində fəaliyyət göstərən dövlət ali məktəblərinin birinin hər hansı bir fakültəsinin qiyabi şöbəsinə qəbul etdirə biləcəyini demişdir. Aralarında olan danışığa əsasən ilkin ödəniş kimi Zərbalıya 3000 manat pul verir, Xəzər ali məktəbə qəbul olunandan sonra isə qalan 2000 manatı Zərbalıya verir. Zərbalının təklifini qəbul etmiş və təxminən 2014-cü ilin aprel ayının ortalarında İlqar Abbasov küçəsi 10 saylı ünvanın qarşısında Zərbalıya 2000 manat, bundan bir neçə gün sonra isə Zərbalıya həmin ünvanın qarşısında 1000 manat pul vermişdir. Zərbalı 2014-cü ilin sentyabr ayına qədər Xəzəri ali məktəbə qəbul etdirəcəyini və Xəzərin 2014-cü ilin sentyabr ayında təhsilə başlayacağını bildirmişdir. Zərbalıya inanmışdır. Lakin Zərbalı verdiyi vədə əməl etməmiş və aldatmışdır. Dəfələrlə Zərbalıdan pulunu geri istəsə də, Zərbalı müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan imtina etmişdir. Bundan sonra Zərbalıdan polisə şikayət etmişdir. Hazırda ona dəyən ziyan tam ödənilmişdir. O, Təqsirləndirilən şəxs bağışlayır. Ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Anar Səfərli oğludur. 2019-cu ildə X65 orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul olmaq üçün hazırlaşmış, ancaq 300-350 bal toplamışdır. X65 Tibb Universitetinə daxil olmaq istəmiş, ancaq uyğun balı toplaya bilməmişdir. Oğlunu başqa universitetə yönəltsə də sonuncu Türkiyə Respublikasının Tibb Universitetində oxumaq istəmişdir. 2018-ci ilin dekabr ayında sosial şəbəkə vasitəsi ilə “xxxx” saytına daxil olub orada olan nömrəyə zəng vurub əlaqə saxlamış, Xətai rayonunda yerləşən “Azure” biznes mərkəzinin 12-ci mərtəbəsində olan ofisə dəvət olunmuşdur. Həmin ünvana getmiş və orada olan qeydiyyatçı xanım onu Təqsirləndirilən şəxs yönəltmişdir. Həmin vaxt bir otaqda 4 masa olmuş, həmin masalardan ikisi boş olmuş, bir masanın arxasında 2-3 nəfər oturub danışmış, bir masada sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs əyləşmişdir. Zərbalıya yaxınlaşıb oğlu X38 Respublikasında Tibb Universitetlərin birinə qəbul olması barədə danışmışdır. Təqsirləndirilən şəxs Türkiyə Respublikasında fəaliyyət göstərən universitetlərinin siyahısını göstərmiş və həmin universitetlərə qəbul olmaq üçün qiymətlərlə tanış etmişdir. Bundan sonra həmin siyahıda olan universitetlərdən Ankara şəhərində yeləşən «Gazi» Universitetini, İzmir şəhərində yerləşən «Ege» Universitetini və Antalya şəhərində yerləşən Ələdin Keyqubad adına olan Tibb Universitetini seçmişdir. Təqsirləndirilən şəxs növbəti gün zəngləşib görüşməyi təklif etmişdir. 15 fevral 2019-cu il tarixdə Təqsirləndirilən şəxs zəng edib Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən “Gülüstan” ailəvi restorana gəlməyi və orada müqavilə bağlamağı təklif etmişdir. Həmin gün saat 15 radələrində həmin restorana gəlib Təqsirləndirilən şəxsla görüşmüş, həmin vaxt Təqsirləndirilən şəxs yanında bir nəfər orta yaşlı şəxs də olmuşdur. Təqsirləndirilən şəxs həmin şəxsi tələbə yoldaşı kimi təqdim edərək adının Samir olduğunu bildirmişdir. Həmin vaxt orada yemək yemiş və Təqsirləndirilən şəxs hazır gətirdiyi 14 fevral 2019-cu il tarixli müqaviləni oxuyub razılaşdıqdan sonra imzalamışlar. Samir adlı şəxsin yanında Təqsirləndirilən şəxs 5000 ABŞ dolları vermiş, Təqsirləndirilən şəxs isə pulu alıb “xxxx” MMC-yə məxsus 692895 nömrəli mədaxil qəbzini yazıb imza etmiş və möhürü ilə təsdiq etmişdir. Aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs Anar Səfərlini «Gazi» universitetinin tibb fakültəsinin stomatologiya ixtisasına qəbul etdirir və Anara orada universitet yataqxanasında qalmağa yer alır. Razılaşmışlar ki, Anar Ankara şəhərində yerləşən «Gazi» universitetinə qəbul olunmaq üçün 16 may 2019-cu ildə imtahan verməlidir, 16 iyun 2019-cu il tarixdə isə Türkiyə Respublikasına getməlidir. 16 may 2019-cu ildə X65 “Avrasiya” universitetində qəbul imtahanı vermiş və Təqsirləndirilən şəxs söz vermişdir ki, imtahanların cavabı 20 günə gələcək, kömək edib Anarın balını yüksəldəcək ki, Anar «Gazi» universitetinə qəbul oluna bilsin. 15-16 gündən sonra X65nin imtahan cavabları gəlmiş və məlum olmuşdur ki, X65 35-36 bal toplayıbdır, bu bal isə «Gazi» universitetinə qəbul olmaq üçün çox azdır. Bundan sonar bir neçə dəfə Təqsirləndirilən şəxs zəng etmiş, lakin Zərbalı cavab verməmişdir. Zərbalı tərəfindən aldanıldığını görüb 13-cü Polis bölməsinə Zərbalıdan şikayət etmişdir. Hadisə nəticəsində ona 5000 ABŞ məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəyən ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş zəririn tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan yekunlaşdırılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. X5 həmin ifadəsində göstərmişdir ki, Norveç Krallığına getmək istədiyi üçün özünə Şengen vizasını almaq istəmişdir. 2018-ci ilin dekabr ayında internetdə Polşada işə qəbulla bağlı elana rast gəlmişdir. Elanda göstərilmiş mobil nömrəyə zəng etmişdir. Bir qız cavab vermişdir. Həmin qıza Polşada işlə maraqlanmaq istədiyini demişdir. Həmin qızı mobil nömrəsini götürüb əlaqə saxlanılacağını demişdir. Həmin gün başqa bir nömrədən bir nəfər şəxs zəng edərək özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və Nobel prospektində yerləşən «Azure» biznes mərkəzinin 12-ci mərtəbəsində fəaliyyət göstərən ofisinə dəvət etmişdir. Həmin gün Zərbalının ofisinə gəlmişdir. Zərbalının ofisi böyük bir otaqda yerləşmişdir. Həmin otaqda bir neçə şirkət fəaliyyət göstərmişdir. Zərbalı ofisdə qəbul edərək rəhbəri olduğu «xxxx» MMC-nin fəaliyyəti haqda məlumat vermişdir. Təqsirləndirilən şəxs 2000 manat müqabilində 90 gün ərzində bir illik Şengen işçi vizasını alacağını demişdir. Zərbalı ilikin ödəniş kimi 1000 manat, viza hazır olduqdan sonra isə qalan 1000 manat pulu ona ödəməli olduğunu demişdir. Zərbalı Polşada iş tapacağını, işəgötürən şirkətin ona iş müqaviləsini göndərəcəyini, həmin iş müqaviləsini Polşanın Azərbaycandakı səfirliyinə təqdim edib bir illik iş vizası alacağını bildirmişdir. Onu da qeyd etmişdir ki, X39 daxil olduğu üçün fikirləşmişdir ki, iş vizasını alıb Polşaya gedər, orada Zərbalının tapacağı iş xoşuna gəlsə qalıb işləyər, pis iş olsa, Polşadan Norveçə gedər. Təxminən iki gün fikirləşəndən sonra Zərbalının təklifini qəbul etmiş və 06 dekabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs ofisinə gedərək orada sonuncuya ilkin ödəniş kimi 1000 manat pul vermişdir. Zərbalı pulu götürəndən sonra müqavilə bağlamışdır. Müqaviləyə əsasən Təqsirləndirilən şəxs rəhbəri olduğu «xxxx» MMC Polşada işləmək üçün iş vizasının alınmasını, Polşada işlə və yaşayış yeri ilə təmin etməni öz üzərinə götürmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs 1000 manat pulun ödənilməsi ilə bağlı mədaxil qəbzi vermişdir. Bundan sonra bir neçə dəfə Təqsirləndirilən şəxs zəng edib işi ilə maraqlanmış, Zərbalı isə hər dəfə narahat olmamağı və işlərin yaxşı getdiyini demişdir. 90 gün bitəndən sonra Zərbalıya zəng edib pulunu geri istəmiş, Zərbalı isə pulu qaytaracağını deyib əlaqəni kəsmişdir. Həmin zəngdən sonra bir neçə dəfə Zərbalıya zəng etmiş, lakin Zərbalı zənglərinə cavab verməmiş, sonra isə nömrəni qara siyahıya salmışdır. Artıq başa düşmüşdür ki, Zərbalı onu aldadaraq 1000 manat pulu ələ keçirmişdir. Ona görə də 12.11.2019-cu il tarixdə ərizə ilə Xətai RPİ-nin 37-ci PŞ-ə müraciət etmişdir. Zərərçəkmiş şəxs7 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş zəririn tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan yekunlaşdırılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs7 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs7 həmin ifadəsində göstərmişdir ki, ünvan 11 ünvanında yaşayır. Təqsirləndirilən şəxs ona ikinci ali təhsil almaq üçün Türkiyə Respublikasında olan universitetlərin birinə qəbul etdirə biləcəyini demişdir. Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşıb 2015-ci ilin iyul ayının sonunda atası İlqar və yaxın qohumu X17 ilə birlikdə Zərbalının işlədiyi ünvan 12 ünvanında yerləşən ofsinə getmişlər. Orada Zərbalı ilə görüşmüş və ona 2500 manat pul vermişdir. Zərbalı həmin pulu götürməsi ilə əlaqədar qəbz vermişdir. Zərbalı oktyabr ayının əvvəlinə qədər məsələnin öz həllini tapacağını bildirmişdir. Lakin dediyi vaxtdan da bir müddət keşməsinə baxmayaraq Zərbalı vaxt uzadaraq ali təhsil müəssisəsinə qəbul olunmaq məsələsini həll etməmiş, nə də ki, pulu geri qaytarmamışdır. Zərərçəkmiş şəxs6 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş zəririn tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan yekunlaşdırılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs6 həmin ifadəsində göstərmişdir ki, ünvan 13 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Mingəçevir şəhərində yaşayan nəvəsi X35 otra məktəbi başa vurub universitetə imtahan vermiş, lakin topladığı bal az olduğu üçün qəbul oluna bilməmişdir. Televizora baxan zaman oradaki elan diqqətini cəlb etmişdir. Elanda az bal toplayan uşaqların digər ölkələrdə fəaliyyət göstərən universitetlərə qəbul etdirmək mükün olması haqda məlumat olmuşdur. Həmin elanda göstərilən ünvana gəlmişdir. Həmin ünvanda "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Zərbalıya istəyini bildirmiş, sonuncu isə nəvəsini istədiyi xarici ölkələrin birində universitetlərin birinə qəbul etdirə biləcəyini demişdir. Zərbalı bir neçə ölkənin adını çəkmiş, onları içərisindən Türkiyə Respublikasını seçmişdir. Razılıq əldə etdikdən sonra Təqsirləndirilən şəxs əlaqə saxlayacağını bildirmişdir. Bir müddət keçdikdən sonra Zərbalı telefon vasitəsi ilə əlaqə saxlayıb 1600 manat pul və sənədlərlə birlikdə ofisinə gəlməyi demişdir. Bu barədə yeznəsi İlqara bildirmiş, İlqar da Mingəçevir şəhərindən Bakıya gəlmiş və birlikdə Zərbalının iş yerinə getmişlər. 09.09.2015-ci il tarixdə yeznəsi İlqarın yanında 1600 manat pulu Zərbalıya sonuncunun işlədiyi ünvan 15 ünvanında yerləşən ofisdə sayıb vermiş, Zərbalı bu barədə möhürlü qəbz vermiş və təxminən 15 gündən sonra bu məsələnin öz həllini tapacağını bildirmişdir. 15 gündən artıq vaxt keçməsinə baxmayaraq Zərbalıdan heç bir xəbər gəlməmiş, məcbur olub Zərbalı ilə telefon əlaqəsi saxlamış və hətta bir dəfə də yanına getmişdir. Zərbalı yenə də vəd verərək məsələnin həll olunacağını bildirmişdir. 13.10.2015-ci il tarixdə Zərbalı əlaqə saxlayıb bildirmşidir ki, «məsələ öz həllini tapıb, biz artıq Türkiyəyə getməliyik, uşağı hazırlayın avtobusla gedəcəyik, uşağı gətirsinlər gecə saat 03 radələrində «stansiya Mingəçevir» adlanan əraziyə, oradan keçəndə uşağı da götürərik. Bu barədə İlqara zəng vuraraq demişdir. İlqar da uşağı özü ilə götürüb deyilən yerə gedəcəyini bildirmişdir. Razılıq əldə olunduqdan sonra onlar birlikdə avtobusla Türkiyə Respublikasının Balı Kəsik şəhərinə getmişlər. İlqarın deməsinə görə oraya çatdıqdan sonra Zərbalı ona bildirmişdir ki, «sən uşağın üçün kirayə ev tap, mən də gedim universitet məsələsini həllə edim». İlqar usaq üçün ev tapıb sonuncunu yerləşdirdikdən sonra Zərbalı yanına gələrək İlqara məsələnin həll olunduğunu və narahat olmamağı bildirmişdir. Zərbalı İlqara Azərbaycana qayıtmağı məsləhət görmüş və Türkiyədə qalıb əlavə pul xərcləməyin lüzumsuz olduğunu bildirmişdir. İlqar da Zərbalının sözü ilə razılaşıb Muradı Türkiyədə qoyaraq Azərbaycana qayıtmışdır. İlqar qayıtdıqdan iki gün sonra Murad evdəkilərlə əlaqə saxlayaraq bildirmişdir ki, «biz Zərbalının dediyi unuveristetə getdik, bizi orada qəbul etmədilər və bizə bildirdilər ki, siz bura qəbul olunmamısınız». Murad Zərbalı ilə əlaqə saxlaya bilmədiklərini demişdir. Murad da avtobusda Türkiyəyə gedərkən yolda təsadüfən bir neçə özünün həmyaşıdı olan oxumağa gedən uşaqlarla tanış olmuşdur. Həmin uşaqların vasitəsi ilə orada bir türk müəllim tapmış, həmin müəllimin vasitəsi ilə başqa bir şəhərdə, yəni Nev şəhərində universitetə imtahan verərərk qəbul olunmuşdur. Zərərçəkmiş şəxs9 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram vuraraq məhkəmə iclasında iştirak edə bilmədiyini, verdiyi ifadəsini təsdiq etdiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin olmadığını və onunla barışdığını bildirmişdir. Zərərçəkmiş şəxs9 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs9 həmin ifadəsində göstərmişdir ki, Zərdab rayonunun Xanmmədli kəndində orta ümumtəhsil məktəbində müəllim işləyir. 2015-ci ildə Türkiyə Respublikasında doktoranturada təhsil almaq istəmişdir. 24.08.2015-ci il tarixdə qardaşı Ruslan Bəşirli ilə birlikdə ünvan 16-də yerləşən “xxxx” MMC-yə getmişdir. Həmin şirkətin təsisçisi, qardaşı Ruslan Bəşirlinin əvvəllər BDU-dan tanıdığı Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs Türkiyə Respublikasında fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsi barədə məlumat verərək ali təhsil barədə olan diplomu və digər sənədləri istəmişdir. Təqsirləndirilən şəxs sənədlərin tərcüməsi üçün 70 manat pul istəmiş, onunla razılaşaraq 70 manat nağd pul vermişdir. Təqsirləndirilən şəxs Türkiyə Respublikasında təhsil almaq üçün 2000 manat pul lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs 1500 manat nağd pulu verməyə imkanının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs razılaşaraq 1500 manat pulu tez bir zamanda ona vermək lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qardaşı Ruslan Bəşirli vasitəsi ilə istədiyi 1500 manat pulu göndərəcəyini bildirmişdir. Həmin gün yaşadığı Zərdab rayonuna qayıtmış və 2015-ci ilin iyul ayının ortalarında qardaşı Ruslan Bəşirliyə 1000 manat nağd pul göndərərək qalıq qalan 500 manatı qısa zaman ərzində göndərəcəyini bildirmişdir. Təxminən 10 gün sonra yenidən 500 manat nağd pulu qardaşına göndərərək Təqsirləndirilən şəxs verməsini xahiş etmişdir. Həmin gün qardaşı Ruslan Bəşirli ilə telefon əlaqəsi saxlamış, Ruslan 1500 manatı Təqsirləndirilən şəxs verdiyini, sonuncunun 15 gün müddətinə onu Türkiyə Respublikasının Marmara Universitetinə qəbul etdirəcəyini bildirmişdir. Bir neçə gün keçdikdən sonra qardaşı ilə əlaqə saxlamışdır. Qardaşı Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrələri söndürdüyünü bildirmişdir. Sonralar dəfələrlə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrələrə zəng vursa da həmin şəxsin telefonu əhatə dairəsində olmuşdur. Sonra ünvan 16 ünvanında yerləşən Təqsirləndirilən şəxs ofisinə getsə də orada “xxxx” MMC adlı şirkətin fəaliyyət göstərmədiyini aşkar etmişdir. Həmin vaxtdan sonra bir daha Təqsirləndirilən şəxs tapa bilməmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs1 həmin ifadəsində göstərmişdir ki, 2016-cı ilin dekabr ayında həmin vaxt 11-ci sinifdə oxuyan oğlu Məmmədi orta məktəbi bitirəndən sonra ali təhsil almaq üçün Türkiyə Respublikasına göndərmək istəmişdir. Bir tanışının vasitəsilə Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Zərbalı xaricdə təhsil almaq istəyən abituriyentlərə xidmət göstərmiş, MMC direktoru olmuşdur. Zərbalı ilə ilk dəfə 2016-cı ilin dekabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Hüseyn Cavid» parkında görüşmüş və sonuncuya oğlunu Türkiyədə fəaliyyət göstərən yaxşı bir universitetin tibb fakültəsinə qəbul etdirmək istədiyini bildirmişdir. Zərbalı konkret universitet adı demədən bu işi 20000 ABŞ dolları müqabilində görə biləcəyini demişdir. Etiraz etməmişdir. Bir müddət sonra isə Zərbalı «WhatsApp» ani mesajlaşma proqramı vasitəsilə Türkiyədə fəaliyyət göstərən universitetlərin siyahısını göndərmişdir. Lakin konkret bir universitet seçə bilməmiş və bu işi Zərbalının öhdəsinə buraxmışdır. 20 dekabr 2016-cı il tarixdə Zərbalı ilə «Gənclik» metrostansiyasının yaxınlığında «Tofiq Bəhramov» stadionunun qarşısında görüşmüş və oğlunun Türkiyədə təhsil alması ilə bağlı müqavilə bağlamışdır. Aralarında olan danışığa əsasən Zərbalıya ilkin olaraq 5000 ABŞ dollar pul ödəyir, oğlu Universitetə qəbul olunandan sonra isə qalan 15000 ABŞ dollar pulu ödəyir. 15.01.2017-ci il tarixdə «Gənclik» metrostansiyasının yaxınlığında «Tofiq Bəhramov» stadionunun qarşısında Təqsirləndirilən şəxs ilkin olaraq 5000 ABŞ dollar pul vermişdir. Zərbalı isə 2017-ci ilin yayında oğlunu Türkiyədə fəaliyyət göstərən universitetlərin birinin tibb fakültəsinə qəbul etdirəcəyini demişdir. 2017-ci ilin fevral ayında Azərbaycan Respublikasının Serbiyadakı səfirliyində işə başlamışdır. Serbiyadan bir neçə dəfə Zərbalıya zəng etsə də, Zərbalı zənglərinə cavab verməmişdir. Artıq başa düşmüşdür ki, Zərbalı onu aldadır. Sonradan Zərbalı ilə əlaqə yarada bilmiş və pulunu tələb etməyə başlamışdır. Zərbalı isə hər dəfə pulunu qaytaracağını desə də, vədinə əməl etməmişdir. 2018-ci ilin avqust ayında Bakıya məzuniyyətə gələndə Zərbalıdan Nərimanov RPİ-nin 18ci PŞ-ə şikayət etmiş, lakin nəticə olmamışdır. Məzuniyyəti qurtarandan sonra isə Serbiyaya qayıtmışdır. Bu ilin fevral ayından isə işini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində davam etdirir. Təqsirləndirilən şəxs aldadaraq 5000 ABŞ dollar pulunu ələ keçirmiş və bu günə qədər heç bir ödəniş etməmişdir. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatladırılmasına baxmayaraq, o, məhkəmənin baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbi barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, Zərərçəkmiş şəxs9 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatladırılmasına baxmayaraq, o, məhkəmənin baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbi barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq etmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Zərbalı ilə yaşadıqları Həzi Aslanov qəsəbəsində qonşu olmuşlar. Zərərçəkmiş şəxs8 da tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Sadətlə birlikdə Həzi Aslanov qəsəbəsində icarəyə market götürüb işlətmişdir. 2014-cü ilin aprel ayında Sadət ona qardaşı oğlu Xəzəri Bakı şəhərində fəaliyyət göstərən Azərbaycan Respbulikası DİNin X49 Hərbi Məktəbinə qəbul etdirmək istədiyini və bu işdə ona kömək edə biləcək şəxs axtardığını demişdir. Təqsirləndirilən şəxs Ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən şəxslərə kömək etdiyini bildiyi üçün Sadəti Zərbalı ilə tanış etmişdir. X12 arasında olan danışıqdan heç bir məlumatı olmamışdır. Təxminən 2015-ci ilin yayında Sadət zəng edərək Təqsirləndirilən şəxs onun işini görmədiyini və onu aldatdığını bildirmişdir. Sadətə Zərbalının qardaşını tanıdığını və bu haqda onunla danışacağını demişdir. Zərbalının qardaşına zəng edərək Zərbalı ilə maraqlanmışdır. Zərbalının qardaşı isə Zərbalının Türkiyədə olduğunu bildirmişdir. Təxminən 2015-ci ilin payızında Zərbalı Bakıya qayıtmışdır. Zərbalı ilə Sadətgilə getmişlər. Orada Zərbalı və Sadət söhbət etmiş, Zərbalı pulu qaytarmağı və ya Xəzəri növbəti il qəbul etdirməyi təklif etmişdir. Sadət isə Xəzərin növbəti ildə qəbul olunmasını istəmişdir. Lakin sonradan Sadət insult keçirtmiş və Zərbalıdan pulunu geri tələb etməyə başlamışdır. Zərbalının həmin vaxt Sadətin 3000 manat pulunu qaytarmağa imkanı olmadığı üçün, Zərbalı 2016-cı ilin mart ayının əvvəlində evinə gələrək özü ilə bir neçə qızıl-zinyət əşyasını gətirib həmin əşyaları Sadətə girov kimi qoymaq istədiyini, Sadətin pulunu ödəyəndən sonra həmin əşyaları geri götürəcəyini bildirmişdir. Bu haqda Sadətin qardaşı oğlu Xəzərə demiş, sonuncu buna etiraz etməmişdir. Bir müddət sonra Xəzər ona Sadətin müalicəsi üçün 500-600 manat pula ehtiyacın olduğunu bildirmişdir. Xəzərə Zərbalının girov kimi verdiyi qızıl-zinyət əşyalarını lombarda girov qoyub pul götürməyi təklif etmişdir. Xəzər razılaşmışdır. 22.03.2016-cı il tarixdə «Əhmədli» metrostansiyasının yaxınlığında fəaliyyət göstərən lombarda gedib Zərbalının verdiyi qızıl-zinyət əşyalarını orada girov qoymuş və bir aylıq əlavə 31 manat ödəmək şərti ilə 556 manat pul götürmüşdür. Bu haqda Xəzərə deyəndə Xəzər pulun ona lazım olmadığını bildirmiş və yalnız 100 manat pul istəmişdir. 100 manat pulu yaşadığı evin yaxınlığında Xəzərə vermiş, 456 manat puldan isə 300 manat pulu yaşadığı evin kirayə pulunu ödəmiş, qalan pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. 24.03.2016-cı il tarixdə Təqsirləndirilən şəxs onlara gələrək qızıllarla maraqlanmış, Zərbalıya qızılları lombarda girov qoyub pul götürdüyünü demişdir. Sonra Zərbalı ilə birlikdə lombarda getmiş, orada sözlərini təsdiq etmişlər. 24.03.2016-cı il tarixdə Xəzər Zərbalı ilə danışaraq pula ehtiyacının olduğu üçün həmin qızılları onun vasitəsilə lombarda girov qoyub pul götürdüyünü bildirmiş, belə ki, Xəzərə demişdir ki, 456 manat pulu ona tez bir zamanda qaytaracaq. Zərbalı da Xəzərlə razılaşmışdır. 2016-cı ilin aprel ayında Zərbalı iki dəfəyə lombarda əsas borcu faizlərlə birlikdə ödəyərək qızıl-zinyət əşyalarını lombarddan götürmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 01 may 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən vətəndaşlar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq pullarının ələ keçirilməsinə dair müraciətləri əsasında toplanmış materiallar əsasında fakta görə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi ayrılmış və icraata qəbul edilmişdir ( İ cild, i.v. 1-2); Xətai RPİ-nin 37-ci PŞ-yə ünvanlanan Zərərçəkmiş şəxs2 12.11.2019-cu il tarixli ərizəsindən görünür ki, 14.03.2019-cu il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs işə düzəltmək adı ilə etibarından sui-istifadə edərək 6000 (altı min) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir ( İ cild, i.v. 7); Xətai RPİ-nin rəisinə ünvanlanan raportdan görünür ki, 12.11.2019-cu il tarixdə Zərərçəkmiş şəxs4 ərizəsi icraata qəbul edilmişdir. 12.11.2019-cu il tarixdə vət. Zərərçəkmiş şəxs4 ərizə və izahatı alınmış və o bildirmişdir ki, 14.03.2019-cu il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs işə düzəltmək adı ilə etibarından sui-istifadə edərək dələduzluq yolu ilə 9700 manat pulunu ələ keçirmişdir ( İ cild, i.v. 11); Xətai RPİ-nin 37-ci PŞ-yə ünvanlanan Zərərçəkmiş şəxs4 12.11.2019-cu il tarixli ərizəsindən görünür ki, 14.03.2019-cu il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs işə düzəltmək adı ilə etibarından sui-istifadə edərək 6000 (altı min) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir ( İ cild, i.v. 12); Xətai RPİ-nin rəisinə ünvanlanan raportdan görünür ki, 12.11.2019-cu il tarixdə Zərərçəkmiş şəxs3 ərizəsi icraata qəbul edilmişdir. 12.11.2019-cu il tarixdə vət. Zərərçəkmiş şəxs3 ərizə və izahatı alınmış və o bildirmişdir ki, 06.12.2018-ci il tarixdə internet vasitəsilə “xxxx” şirkəti barədə məlumat almış, daha sonra həmin şirkət barədə maraqlanaraq orada işləyən Təqsirləndirilən şəxs adlı şəxslə bir neçə dəfə görüşüb və sonucda Təqsirləndirilən şəxs Polşada işə düzəlməsi üçün 1000 manat pul verib. Lakin indiyənə qədər nə işə düzəlməmiş, nə də ki, 1000 manat pulunu geri ala bilmişdir ( İ cild, i.v. 15); Xətai RPİ-nin 37-ci PŞ-yə ünvanlanan Zərərçəkmiş şəxs3 12.11.2019-cu il tarixli ərizəsindən görünür ki, 06 dekabr 2018-ci il tarixdə Nobel prospektində yerləşən Park Azur-da yerləşən “Study Turkey” şirkətinin işçisi kimi tanıdığı Təqsirləndirilən şəxs Əli oğlu adlı şəxs işə düzəltmək adı ilə etibarından sui-istifadə edərək dələduzluq yolu ilə 1000 manat pulunu mənimsəmişdir ( İ cild, i.v. 17); zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 mart 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İ cild, i.v. 24); 14 mart 2019-cu il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, Zərərçəkmiş şəxs2 Kanadada iş üçün xidmət haqqı (proqram xərci) üçün 6000 (altı min) manat pul ödəmişdir ( İ cild, i.v. 31); 03/19 nömrəli, 14 mart 2019-cu il tarixli müqavilədən görünür ki, “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs və digər tərəfdən Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs2 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “xxxx” MMC “Sifarişçi” Aqşin Əli oğlu X24 Meneceri vakansiyası üzrə işə qəbulunu öhdəsinə götürmüşdür (İ cild, i.v. 32-35); zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 mart 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İ cild, i.v. 37); 14 mart 2019-cu il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, Zərərçəkmiş şəxs2 Kanadada iş üçün xidmət haqqı (proqram xərci) üçün 6000 (altı min) manat pul ödəmişdir ( İ cild, i.v. 44); 03/19 nömrəli, 14 mart 2019-cu il tarixli müqavilədən görünür ki, “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs və digər tərəfdən Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs4 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “xxxx” MMC “Sifarişçi” Zərərçəkmiş şəxs4 Kanadada Satış Meneceri vakansiyası üzrə işə qəbulunu öhdəsinə götürmüşdür (İ cild, i.v. 45-48); zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 mart 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İ cild, i.v. 49); 18/05 nömrəli, 06 dekabr 2018-ci il tarixli müqavilədən görünür ki, “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs və digər tərəfdən Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs3 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “xxxx” MMC “Sifarişçi” Zərərçəkmiş şəxs3 Polşada işlə təmin edilməsini öz öhdəsinə götürmüşdür (İ cild, i.v. 55-58); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 08.05.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (İ cild, i.v. 71-72); Sabunçu RPİ-yə ünvanlanan 21.11.2019-cu il tarixli raportdan görünür ki, Səfərov X10 RPİ-nin 13-cü PB-yə şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, 15.02.2019-cu il tarixdə oğlu X26 Ankara Qazi Universitetinin “Dişçilik” fakultəsinə qəbul olunması üçün internet vasitəsilə tanıdığı özünü “xxxx” MMC-nin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən “Gülüstan” ailəvi istirahət mərkəzində 5000 ABŞ dolları pul vermiş, lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək onu aldadıb pulunu ələ keçirmişdir ( İ cild, i.v. 78); Zərərçəkmiş şəxs5 11.11.2019-cu il tarixli Sabunçu RPİ-nin 13-cü PB-yə ünvanlanan ərizəsindən görünür ki, 15.02.2019-cu il tarixdə oğlu X26 Ankara Qazi Universitetinin “Dişçilik” fakultəsinə qəbul olunması üçün internet vasitəsilə tanıdığı özünü “xxxx” MMC-nin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən “Gülüstan” ailəvi istirahət mərkəzində 5000 ABŞ dolları pul vermiş, lakin Təqsirləndirilən şəxs oğlunu universitetə qəbul etdirməmiş, onu aldadaraq pulunu mənimsəmişdir (İ cild, i.v.81); “xxxx” MMC ilə Zərərçəkmiş şəxs5 arasında 14 fevral 2019-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “xxxx” tələbənin qəbul olmaq istədiyi Universitetin Azərbaycan Respublikasında tərəfdaşı olaraq “xxxx” tələbənin və ya valideynin müraciəti əsasında tələbənin seçdiyi Universitetə qəbul olunmasını təşkil edir ( İ cild, i.v. 85-87); 15 fevral 2019-cu il tarixli, 692895 seriya nömrəli kassa mədaxil orderindən görünür ki, Zərərçəkmiş şəxs5 universitetə qəbul üçün xidmət haqqı olaraq səkkiz min beş yüz manat ödəniş etmişdir ( İ cild, i.v. 88); zərərçəkmiş şəxs qismində tanınma haqqında 03 iyun 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İ cild, i.v. 118); axtarışda olan şəxsin yaxalanması haqqında 27.06.2020-ci il tarixli protokoldan görünür ki, barəsində 110798/20 nömrəli axtarış işi olan Təqsirləndirilən şəxs 27.06.2020ci il tarixdə, saat 11:30 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 20 ünvanında yaxalanmışdır ( İ cild, i.v. 127); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 29 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur ( İ cild, i.v. 143-144); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-418/2020 saylı, 29.06.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “həbs” seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 27 iyun 2020-ci il tarixdən hesablanmışdır ( İ cild, i.v. 158-162); 15.07.2020-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qardaşı X42 1000 manat pulu Zərərçəkmiş şəxs3 ödəmişdir (İ cild, i.v. 172); 15.07.2020-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qardaşı X42 3000 manat pulu Zərərçəkmiş şəxs5 ödəmişdir (İ cild, i.v. 173); 15.07.2020-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qardaşı X42 3000 manat pulu Zərərçəkmiş şəxs4 ödəmişdir (İ cild, i.v. 174); 15.07.2020-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qardaşı X42 3000 manat pulu Zərərçəkmiş şəxs2 ödəmişdir (İ cild, i.v. 175); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-479/2020 saylı, 24.07.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair müdafiəçisi X18 tərəfindən verilmiş vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur ( İ cild, i.v. 177-182); 15.08.2020-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 2000 manat pulu Zərərçəkmiş şəxs2 ödəmişdir (İ cild, i.v. 184); 15.08.2020-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 2000 manat pulu X19 ödəmişdir (İ cild, i.v. 185); Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraatla birləşdirilmiş və cinayət işi üzrə istintaq ********* nömrə altında davam etdirilmişdir ( İ cild, i.v. 189-190); cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında 31 dekabr 2015-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmış, cinayət işinə ********* sayı verilmişdir ( İ cild, i.v. 196); Zərərçəkmiş şəxs7 Bakı şəhər BPİ-nin 22-ci PB-yə ünvanlanan 24.11.2015-ci il tarixli ərizəsindən görünür ki, 2015-ci il iyul ayının sonlarında Təqsirləndirilən şəxs onu Türkiyə Respublikasında universitetlərin birinə qəbul etdirmək məqsədi ilə onun işlədiyi 28 May küçəsi 31 ünvanında yerləşən ofisində Zərbalıya 2500 AZN pul vermişdir. Lakin Zərbalı veridyi vədə əmək etməyərək onu aldatdı, nə də ki, pulunu geri qaytarmır ( İ cild, i.v. 227); Hadisə yerinə baxış haqqında 24.11.2015-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 22-ci PB-nin təhqiqatçısı polis kapitanı X6 Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PBnin sahə rəisi polis mayoru Elman Məmmədovun, Zərərçəkmiş şəxs7, X7, X1 iştirakları ilə vətəndaş Zərərçəkmiş şəxs7 şikayət ərizəsi əsasında zərurət yarandığından hadisənin baş verdiyi ünvana baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu ki, hadisə ünvan 22 ünvanda baş verməsini baxışda iştirak etmiş vətəndaş Zərərçəkmiş şəxs7 ifadəsini bir daha təsdiq etdi. Sonuncunun deməsinə görə yuxarıda qeyd olunan ünvanda Təqsirləndirilən şəxs onu Türkiyə Respublikasındakı universitetlərin birinə qəbul etdirmək məqsədi ilə ondan 2500 manat pul almış, lakin verdiyi vədə əməl etməyərək onu aldatmışdır. Qeyd olunan faktlarla bağlı hadisə yerinə baxış keçirildi, protokol tərtib olundu, fotoşəkillər çəkildi, tərtib olunmuş protokol iştirakçılara ucadan oxundu, heç bir ərizə və təklif daxil olmadı və protokolun düzgünlüyü imzalarla təsdiq edildi ( İ cild, i.v.236-238); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 yanvar 2016-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs kimi tanınmışdır ( İ cild, i.v. 240); zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 yanvar 2016-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır ( İ cild, i.v. 248); Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və qanuni təmsilçisidir ( İİ cild, i.v. 3); zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 iyun 2016-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır ( İİ cild, i.v. 22); 30 noyabr 2016-cı il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur ( İİ cild, i.v. 55); cinayət işi üzrə cinayət əməlin tövsif edilməsi haqqında 30 noyabr 2016-cı il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir ( İİ cild, i.v. 61); təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında 02 dekabr 2016-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur ( İİ cild, i.v. 67); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-913/2016 saylı, 02 dekabr 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir ( İİ cild, i.v. 87-89); qətimkan tədbiri seçmə barədə 02 dekabr 2016-cı il taroxli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir ( İİ cild, i.v. 90-91); “xxxx” MMC ilə Xarici Universitetlərə qəbul olmaq istəyən Tələbə arasında bağlanmış 27 avqust 2015-ci il tarixli müqavilədən görünür ki, “xxxx” MMC ilə Türkiyə Cumhuriyyəti vətəndaşı Zərərçəkmiş şəxs9 ilə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “xxxx” tələbənin və ya valideynin müraciəti əsasında tələbənin seçdiyi universitetə qəbul olunmasını təşkil edir. Universitetə qəbul olmaq üçün Tələbənin “xxxx”ə ödəməli olduğu xidmət haqqı 2100 AZN (iki min yüz) Yeni Azərbaycan Manat təşkil edir ( İİ cild, i.v. 109-111); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 03 yanvar 2017-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İİ cild, i.v. 128); Zərərçəkmiş şəxs7 Nəsimi RPİ-yə ünvanlanan 11.01.2017-ci il tarixli ərizəsindən görünür ki, təxminən 1 il qabaq Təqsirləndirilən şəxs adlı şəxs ona qarşı dələduzluq edərək 2500 manat maddi ziyan vurmuşdur. Hal-hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Ona dəyən ziyanın tam ödənildiyinin nəzərə alınmasını xahiş edir ( İİ cild, i.v. 139); cinayət işinin icraata qəbul edilməsi barədə 21 fevral 2016-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair olan ********* saylı cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır ( İİ cild, i.v. 143); axtarışda olan şəxsin tutulması barədə 27 aprel 2017-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27.04.2017-ci il tarixdə saat 16:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nərimanov RPİ-nin İŞ-nə təhvil verildi ( İİ cild, i.v. 156); qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirəndirilən şəxsin tutulması barədə protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs tutulmuşdur ( İİ cild, i.v. 169); təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 29 aprel 2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirəndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.4cü maddələri ilə nzəərdə tutulan ittiham elan edilmişdir ( İİ cild, i.v. 182); sübutlara qiymət və cinayət təqibinə hissəvi xitam verilməsi barədə 08 iyun 2017-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CMin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmış və icraata qəbul olunaraq istintaq edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X4 məxsus 8000 manatın dələduzluq yolu ilə ələ keçirilməsinə Təqsirləndirilən şəxs aidiyyatı sübuta yetmədiyindən, həmin xüsusatla bağlı barəsində olan cinayət təqibinə hissəvi xitam verilmiş, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu əməl AR CMin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmiş, ********* saylı cinayət işi istintaqın davam etdirilməsi üçün ərazi aidiyyatı üzrə Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir ( İİ cild, i.v. 213-218); “xxxx” MMC ilə Xarici Universitetlərə qəbul olmaq istəyən Tələbə arasında bağlanmış 20 dekabr 2016-cı il tarixli müqavilədən görünür ki, “xxxx” MMC ilə Azərbaycan Respublikası vətəndaşı X36 ilə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “xxxx” MMC tələbənin qəbul olmaq istədiyi Universitetin Azərbaycan Respublikasında tərəfdaşı olaraq, “xxxx” tələbənin və ya valideynin müraciəti əsasında tələbənin seçdiyi universitetə qəbul olunmasını təşkil edir. Universitetə qəbul olmaq üçün Tələbənin “xxxx”ə ödəməli olduğu xidmət haqqı 20000 dollar (iyirmi min) dollar təşkil edir ( İİ cild, i.v. 247- 249); BÖO seriyalı 392866 nömrəli kassa mədaxil orderindən görünür ki, Zərərçəkmiş şəxs1 universitetə qəbul üçün xidmət haqqı doqquz min əlli manat (5000 $) 5000 ABŞ dolları ödəmişdir ( İİ cild, i.v. 250); baxış keçirilməsi haqqında 10 avqust 2018-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-in təhqiqatçısı, polis kapitanı Emin Quliyevin, X3, hal şahidləri X8, X27 iştirakları ilə vətəndaş X3 ərizəsi əsasında hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, vətəndaş X9 05.12.2018-ci il tarixdə Təbriz 102 ünvanında yerləşən “Nərimanov” istirahət parkının qarşısında Təqsirləndirilən şəxs 3000 ABŞ dolları pul vermişdir. Baxış təbii işıqlanma şəraitində keçirildi. Baxış zamanı 02 ədəd fotoşəkil çəkildi ( İİİ cild, i.v. 3-4); təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 29 aprel 2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü mddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir ( İİİ cild, i.v. 13-14); axtarışda olan şəxsin tutulması barədə 05 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, barəsində axtarış işi açılan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbrləri nəticəsində 05.09.2019-cu il tarixdə saat 09:50 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir ( İİİ cild, i.v. 32); təqsirəndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 07 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi şamxal Nəcəfovun 07.09.2019-cu il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs həbslə bağlı olayan qətimkan tədbiri seçilmişdir ( İİİ cild, i.v. 40-43); 23.09.2020-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 3000 manat pulu Zərərçəkmiş şəxs4 ödəmişdir ( İİİ cild, i.v. 84); zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İİİ cild, i.v. 86); zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İİİ cild, i.v. 91); Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin 17.10.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 28.09.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, 09.10.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir ( İİİ cild, i.v. 117); Fəxri Fərmandan görünür ki, İmanov X23 və Zəngilan rayonlarının işşğaldan azad olunmasında fəaliyyətinə, yüksək intizamına, bacarığına və vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə N nömrəli hərbi hissənin komandiri tərəfindən təltif olunmuşdur ( İİİ cild, i.v. 146); başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 10 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir ( İİİ cild, i.v. 156-157); 11.03.2021-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 800 manat pulu Zərərçəkmiş şəxs2 ödəmişdir ( İİİ cild, i.v. 161); 11.03.2021-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 580 manat pulu Zərərçəkmiş şəxs4 ödəmişdir ( İİİ cild, i.v. 162); Zərərçəkmiş şəxs4 Xətai RPİ-nin İŞ-in baş müstəntiqi Ruslan Sadıqova ünvanlanan 11.03.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onu Kanada dövlətində işə qəbul etdirmək adı ilə 9700 ( doqquz min yeddi yüz) manat pulunu alıb ələ keçirmişdir. Lakin hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ona tam şəkildə ödədiyi üçün onunla barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur ( İİİ cild, i.v. 163); Zərərçəkmiş şəxs2 Xətai RPİ-nin İŞ-in baş müstəntiqi Ruslan Sadıqova ünvanlanan 11.03.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onu Kanada dövlətində işə qəbul etdirmək adı ilə 6000 (altı min) manat pulunu alıb ələ keçirmişdir. Lakin hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ona tam şəkildə ödədiyi üçün onunla barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur ( İİİ cild, i.v. 164); Zərərçəkmiş şəxs5 notarial təsdiqli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən onunla barışmışdır, ona qarşı hər hansı bir tələb, iddia və şikayəti yoxdur ( İİİ cild, i.v. 165); Zərərçəkmiş şəxs8 Xətai RPİ-nin İŞ-in baş müstəntiqi Ruslan Sadıqova ünvanlanan 14.03.2021-ci il tarixli ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ona tam şəkildə ödədiyi üçün onunla barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur ( İİİ cild, i.v. 180); sübutların qiymətləndirilməsi haqqında 16 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən təqsirləndirilən şəxs qismində cəlb edimiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində 10.03.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxslər X28, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, X43, şahidlər X29, X47, X44, Şahid1 ifadələri və Təqsirləndirilən şəxs əməllərinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs 2011-ci ilin iyul ayında “xxxx” MMC-nin rəhbəri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib, X11 etibarından sui-istifadə etməklə aldadaraq sonuncuya məxsus 11143 manata bərabər olan 10000 avro pulu alıb ələ keçirilməsi xüsusatı üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün Təqsirləndirilən şəxs oğunun barəsində cinayət təqibinin başlanması rədd edilmiş, X11 zərərçəkmiş şəxs qismində qalmasına əsaslar olmadığı üçün həmin şəxsin cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmiş, Təqsirləndirilən şəxs X30 məxsus 10000 ABŞ dollar pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirilməsi təsdiqini tapmadığı üçün bu xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, X20 zərərçəkmiş şəxs qismində qalmasına əsaslar olmadığı üçün həmin şəxsin cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmiş, X21 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkibləri olmadığı üçün bu xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, X3 cinayət işində prosessual statusu müəyyən edilmədiyindən sonuncunun ərizəsində göstərdiyi xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmişdir ( İİİ cild, i.v. 193-212); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 16 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan yeni məzmunda ittiham ona elan olunmuşdur ( İİİ cild, i.v. 213-215); Zərərçəkmiş şəxs1 Xətai RPİ-nin İŞ-in baş müstəntiqi Ruslan Sadıqova ünvanlanan 17.03.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ona tam şəkildə ödədiyi üçün onunla barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur ( İİİ cild, i.v. 237); Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanlanan 08.06.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs5 məhkəməyə ünvanlanan 08.06.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs8 məhkəməyə ünvanlanan 08.06.2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlanan ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslə barışmamışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs7 məhkəməyə ünvanlanan 08.06.2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs6 məhkəməyə ünvanlanan 08.06.2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanlanan ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs9 məhkəməyə ünvanlanan teleqramından görünür ki, onun Zərbalı adlı şəxsə qarşı heç bir iddiası yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs hərbi biletindən görünür ki, o, 09 oktyabr 2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, təkrar, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını, 09 oktyabr 2020-ci il tarixdən Qarabağ müharibəsində döyüşlərdə iştirak etməsini, Cəbrayıl və Zəngilan rayonunun işğaldan azad olunmasında fəaliyyətinə, yüksək intizamına, bacarığına və vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə təltif edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslərlə (Zərərçəkmiş şəxs2 başqa) barışıq əldə etməsini (59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Nizami rayonu N.Abdullayev küçəsi ev 94 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 noyabr 2016-cı il tarixdən 02 dekabr 2016-cı il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün, 27 aprel 2017-ci il tarixdən 29 aprel 2017-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün, 05 sentyabr 2019-cu il tarixdən 07 sentyabr 2019-cu il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün, 27 iyun 2020-ci il tarixdən 24 iyul 2020-ci il tarixədək həbsdə və 24 iyul 2020ci il tarixdən 27 sentyabr 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay, ümumilikdə 03 (üç) ay 06 (altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 25 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-235/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-235/2021
16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver