Məhkəmə qərarları › İş №1(011)-235/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-235/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-235/2022 22.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3-2 və 29, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında neft kəmərlərinə münasibətdə xeyli miqdarda özgə əmlakını gizli yolla talamağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs neft kəmərinə münasibətdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X4 və digərləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 2020-ci ilin may ayının sonlarından 02 iyun 2020-ci il tarixinədək keçən müddət ərzində «Heydər Əliyev» adına X19 balans və istismarında olan zavodun 7 saylı istehsalatının 1 saylı əmtəə parkından 3 saylı əmtəə parkına gedən neft məhsulu nəql olunan DŞ-250 mm diametrli neft boru kəmərinin 2300 metrliyində, yəni, Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, 25 saylı ünvandakı "xxxx" QSC-yə məxsus terminalın qarşısından keçən hissəsində yerləşən boru kəmərini 15 mm diametrində Niyaməddin Rüstəmov və digərləri ilə birlikdə naməlum şəraitdə deşərək, həmin boru kəmərinin deşilmiş hissəsinə 20 mm ölçüdə kran qoyub, qeyd olunan krana birləşdirdikləri plastik borunu yaxınlıqda yerləşən bağ sahəsinin yanında oğurlayacaqları neft məhsulunu doldurmaq məqsədilə saxladıqları 23 ton tutumuna malik «Kamaz-53212» markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yanına çəkmiş, orada neft borusu vasitəsi ilə nəql edilən, 01 (bir) tonunun orta bazar qiyməti həmin tarixə Azərbaycan Respublikası Tarif Şurasının Qərarına əsasən 1064 manat olan ümumilikdə xeyli miqdarda 24472 (iyirmi dörd min dörd yüz yetmiş iki) manat dəyərində 23 ton A-92 markal avtomobil benzinini oğurluq məqsədilə orada saxladıqları həmin 23 ton tutumuna malik «Kamaz-53212» markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləməyə çalışmaqla oğurlamağa cəhd etmiş, lakin bağ sahibi Şahid4 həmin borunu 04 iyun 2020-ci il tarixdə görüb bu barədə zavodun mühafizəçisinə məlumat verdiyi üçün onlar öz iradələrindən asılı olmayan səbəbdən əməllərini başa çatdıra bilməmiş və nəticədə neft boru kəmərinə edilmiş kənar müdaxilə nəticəsində 20 ton «A-92> markalı avtomobil benzinini torpaq sahəsinə axıtmaqla «Heydər Əliyev» adına X23 xeyli miqdarda, yəni 21280 (iyirmi bir min iki yüz səksən) manat məbləğində maddi ziyan vurmuşlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 2010-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1 və 177.3.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Belə ki, həmin vaxt digər qrup üzvləri ilə birlikdə neft kəmərindən təxminən 15 ton benzin oğurlamışdır. X3 uzun müddətdir ki tanıyır. Şahid2 isə onunla Niyaməddin tanış etmişdir. 2020-ci ilin aprel ayının əvvəllərində Niyaməddin ilə söhbət edən zaman ona, Heydər Əliyev adına X16 ucuz qiymətə benzin ala biləcəyini və onu satıb pul əldə edə biləcəklərini demiş, həmin vaxt maddi cəhətdən sıxıntıları çox olduğundan bu yolla pul qazanmaq istəmişdir. Niyaməddinin də pula ehtiyyacı olduğu üçün onunla razılaşmışdır. Niyaməddinə bunun üçün yanacaq daşımaq üçün “Kamaz" markalı yük avtomobili və benzini alacaq müştəri lazım olduğunu demişdir. Niyaməddinə kamaz almaq üçün pulunun olmadığını dedikdə, o, da pulunun olmadığını ona bildirmişdir. O, Niyaməddinə bildirmişdir ki, hər hansı bir şəxsdən borc almaq lazımdır. Borc alıb 20 ton tutumlu “Kamaz" markalı yük avtomobili alsalar, hər dəfə benzin satıb 2000 manat pul əldə edəcəklər. Razılaşmaya əsasən həmin pulu Niyaməddinlə böləcəklərmiş. X16 benzin götürən şəxslərlə bu barədə danışmış, onlar benzini götürdükləri qiymətdən 0,01 manat bahasına onlara satacaqlarmış, belə olan halda, benzinin bir litrinin qiyməti təxminən 0,72 manat olacaqmış. Niyaməddin Aminin əvvəllər benzin satışı ilə məşğul olduğunu, onlardan benzin alacağını demişdir. 2020-ci ilin may ayının ortalarında Niyaməddin Xocəsən qəsəbəsi ərazisində yol qırağında dayanmış vəziyyətdə “Kamaz 53212” markalı ** DH *** dövlət qeydiyyat nişanlı yük avtomobilini gördüyünü, həmin avtomobilin satıldığını ona demişdir. Həmin yük avtomobilinə baxdıqdan sonra Niyaməddinə avtomobilin işlərinə yarayacağını bildirmiş, bundan sonra Niyaməddin avtomobilin sahibi ilə görüşüb qiymət barədə söhbət etmiş, avtomobilin sahibi kamazın qiymətinin 20000 manat olduğunu demişdir. Niyaməddin ona avtomobilin müəyyən problemləri olduğunu, onları həll edəcəklərini və ilkin olaraq ona 5000 manat beh verəcəyini demişdir. Niyaməddinin deməsinə görə aralarında olan razılaşmaya əsasən həmin şəxs Niyaməddinə qısa müddətli avtomobili idarə etmək üçün etibarnamə verməli, müəyyən müddət ərzində ona pulun geri qalan hissəsini ödənməli olmuşdur. Bundan sonra Niyaməddinin sürücülük vəsiqəsi olmadığından “Kamaz 53212" markalı ** DH *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibi ilə birlikdə notariat kontoruna gedib, onun adından Aminin adına qısamüddətli avtomobili idarə etmək üçün etibarnamə almışdır. Bundan sonra "Kamaz 53212" markalı ** DH *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin bəzi hissələrini təmir etdirmişdir. 2020-ci ilin may ayının sonlarında Niyaməddinə avtomobili Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi ərazisində yerləşən bağ sahəsinin yaxınlığına aparmağını demişdir. Niyaməddin onunla razılaşıb “Kamaz 53212” markalı ** DH *** dövlət qeydiyyat nişanlı yük avtomobilini qeyd olunan ünvana aparmışdır. Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi ərazisində yaşadığından həmin ətrafı yaxşı tanımış, yük avtomobilini qeyd olunan yerə aparmazdan əvvəl orada borunun deşildiyini və yanacaq borusuna kran düzəldildiyini görmüş, həmçinin oradan bağ sahəsinin yanına boru da çəkilmişdir. Belə olan halda həmin yerdən benzin götürüb yük avtomobilinə doldura biləcəyini fikirləşmişdir. Niyaməddinə narahat olmamağını, yanacağı bu formada avtomobilə yükləyəcəklərini demişdir. Niyaməddinə yanacağı satdıqdan sonra ona pul verəcəyini demişdir. 04 iyun 2020-ci il tarixdə Niyaməddin ona zəng vuraraq polis əməkdaşlarının onu Xətai rayon Polisinə çağırdığını bildirmiş, daha sonra yenidən zəng vuraraq polis əməkdaşlarının Amini çağırdıqlarını bildirmiş, ona narahat olmamasını demişdir. Niyaməddin tez-tez ona zəng vurmağa başlamış, eyni zamanda ondan pul işləmiş, belə olan halda mobil telefonunu söndürüb Lerik rayonuna getmiş və onunla əlaqə saxlamamışdır. 2021 -ci ilin iyun ayında Bakı şəhərində olan zaman Niyaməddinlə əlaqə saxlayıb Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən parkda onunla görüşmüş, Niyaməddin ona pul tapmağını dedikdə ona pulunun olmadığını demiş, daha sonra onun həbs edildiyini eşitmişdir. Keçən müddət ərzində Lerik rayonunda olmuşdur. 12 fevral 2022-ci il tarixdə işlədiyi Lerik rayonu, Peştətük kəndi ərazisində yerləşən Atlas restoranında olan zaman polis əməkdaşları onu saxlayaraq Xətai rayon Polis İdarəsinə gətirmişlər. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda ünvan 5 ünvanında yerləşən Heydər Əliyev adına X19 hüquq şöbəsinin böyük hüquq məsləhətçisi vəzifəsində işləyir. Heydər Əliyev adına X23 məxsus Bakı və Sumqayıt şəhəri ərazisində müxtəlif sexlər arasında yerləşən boru kəmərləri vardır. Həmin boru kəmərlərinə nəzarəti sexlərin baxıcıları ilə yanaşı, “Socar’’ın Təhlükəsizlik İdarəsi və Baş Mühafizə İdarəsi həyata keçirir. 04-05 iyun 2020-ci il tarixlərində Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi ərazisindən keçən Heydər Əliyev adına X23 məxsus neft məhsulu nəql olunan Dş-250 mmç (A-92 yanacağı) neft boru kəmərinə edilmiş kənar müdaxilə nəticəsində zavoda ümumilikdə 21280 manat məbləğində ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmamışlar, ona qarşı şikayət və tələbləri vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayında yaşadığı Ramana qəsəbəsindən tanımışdır, münasibətləri normal olmuşdur. Belə ki, Niyaməddin onunla söhbət edən zaman benzin alqı-satqısı ilə məşğul olduğunu bildirib bunun üçün «Kamaz» markalı avtomobil almaq istədiyini və bu səbəbdən ona pul lazım olduğu üçün qardaşına məxsus «Renault» markalı avtomobili satdığını bildirib müştəri tapmağını xahiş etmişdir. O da, bu barədə Ramana qəsəbəsində yaşayan tanışı Mübariz adlı şəxsə demişdir. Mübariz razılaşdıqdan sonra Niyaməddinlə Mübarizi tanış etmişdir. Onlar tanış olduqdan sonra Mübariz avtomobili almağa razılaşmış və Niyaməddin qardaşına məxsus «Renault» markalı avtomobili Mübarizə vermişdir. Mübariz ona beh vermiş, həmçinin Niyaməddin bildirmişdir ki, ertəsi gün qardaşının adından Mübarizin adına sənədləşmə edildikdən sonra yerdə qalan məbləği də Mübariz verər. Niyaməddin pulu götürdükdən sonra «Kamaz» markalı, **-DH- *** dövlət qeydiyyat nişanlı yük avtomobilini almış, lakin ona bildirmişdir ki, həmin avtomobili aldığı şəxsə borcu qaldığı üçün avtomobili onun adına sənədləşdirsin, yəni avtomobilin sahibi tərəfindən onun adına etibarnamə verilsin və həmin yük avtomobilinin pulunu tam ödədikdən sonra qeyd olunan avtomobili onun adından çıxarıb dayısının adına rəsmiləşdirəcəkdir. Onunla razılaşmış, özünə məxsus sənədləri Niyaməddinə vermiş və 20 may 2020-ci il tarixdə Şahid1 tərəfindən onun adına 03 iyun 2020-ci il tarixə kimi etibarnamə verilmişdir. Bundan bir neçə gün sonra o, Ağcabədi rayonuna getməli olduğundan Niyaməddindən özünə məxsus sənədləri almış və 01 iyun 2020-ci il tarixdə Ağcabədi rayonunda yaşayan, benzin alqı-satqısı ilə məşğul olan tanışı Yasinin yaşadığı evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2009-cu ildən «Socar» Təhlükəsizlik idarəsində işləyir. Onun vəzifə bütün xidməti sənədlərin hazırlanması, nəzarət buraxılış məntəqələrinə, postların təmizliyinə, şəxsi heyətin nizam intizamına, geyim forma və qaydalarına nəzarətdən ibarətdir. 30 saylı komanda «Heydər Əliyev» adma X19 obyektlərinin mühafizəsini 42 sutkalıq postla həyata keçirir. Həmçinin həmin obyektlərin mühafizəsini «Heydər Əliyev» adına X19 obyektlərinin mühafizəsi üçün ayrılmış Azərbaycan Respublikası DİN-in mühafizə polisi də həyata keçirir. Həmin postlardan biri də NZS qəsəbəsi, Aşıq Qurban küçəsi 25 ünvanında yerləşir. Qeyd olunan post dörd karaul rəisi və onların hər birinin bir nəfərdən ibarət atıcısı ilə sutkalıq mühafizə olunur. 02 iyun 2020-ci il tarixdə, saat 20:30 radələrində həmin gün axşam növbəsində olan karaul rəisi X6 ona bildirmişdir ki, atıcısı X12 ona demişdir ki, onların mühafizə etdiyi «Nafta» xəttinə kənar müdaxilə aşkar edilmişdir. Bundan sonra Fuad Abdurəhmanovla birlikdə sürücü X7 idarə etdiyi xidməti avtomobillə müdaxilə aşkarlanmış əraziyə getmişlər. Həmin yerə çatan zaman atıcı X12 onları qarşılamış müdaxilə olunan hissəni onlara göstərməsini bildirmişdir. Famil ona həmin hissəni göstərmiş, lakin «Nafta» xəttinə baxsa da müdaxilə olunan hissəni görə bilməmiş, bu zaman Famil ona demişdir ki, «Nafta» xəttinə müdaxilə olunaraq birləşdirilmiş boru həmin xəttin qarşısında olan bağ sahəsinə çıxır. Bundan sonra o, Fuad və Famil ilə birlikdə bağ sahəsinə daxil olmuş və Famil ona naftanın axdığı ərazini göstərmişdir. Famildən bunu necə aşkar etməsini soruşduqda, Famil ona bildirmişdir ki, ərazidə xətt boyu hərəkət edən zaman şırıltı səsi eşitmiş, daha sonra həmin hissəyə baxış keçirən zaman, naftanın qoxusunu aşkar edib ətrafa baxdıqdan naftanın həmin bağ sahəsində plastik borudan fantan formasında axmasını görmüş və dərhal həmin plastik boruya müdaxilə edib əyərək bağlamaqla məhsulun axıntısının qarşısını almışdır. Bundan sonra baş vermiş hadisə barədə komanda rəisi X10 məlumat vermiş, həmin vaxt karaul rəisi Fuad «Heydər Əliyev» adına X19 dispetçerinə məlumat verərək Naftanın axıntısının qarşısını almaq məqsədi ilə qəza xidmətinə məlumat verməsini bildirmiş, bundan sonra zavod daxili xidmətində olan karaul rəisi X8 hadisə yerinə dəvət etmiş, Sərxan hadisə yerinə gəldikdən təxminən 15-20 dəqiqədən sonra hadisə yerinə Təhlükəsizlik idarəsinin rəisi Fizuli Hacıyev, Xidmətin Təşkili Şöbəsinin rəisi Mehman Mehdiyev, onun müavini Nazim Həsənov, böyük mühəndis X11 və kamanda rəisi İlham Əmirov, həmçinin zavodun həmin sahə üzrə məsul şəxsləri gəlmişlər. Bundan sonra birlikdə əraziyə baxış keçirilərək boruya müdaxilə olunan hissə aşkar edilmiş, daha sonra isə hadisə yerinə Mühafizə Polisinin əməkdaşları gələrək hadisə barədə aidiyyəti orqanlara məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 ton tutuma malik ağ rəngli «Kamaz 53212» markalı ** DH *** nömrəli avtomobil qardaşı Həzrətəliyə məxsus olmuşdur Avtomobil həmişə su daşınması üçün istifadə edilib. Qardaşı həmin avtomobili satmaq qərarına gəlmiş, avtomobili rənglətdirdikdən sonra onu Xocəsən yoluna satışa qoymuş və üzərinə də nömrə yazmışdır. 20 may 2020-ci il tarixdə qardaşı onu iş yerinə çağırmış, belə ki, qardaşının «H.Aslanov» qəsəbəsində beton zavodu var. Qardaşının iş otağına getmiş və orada ona məlum olmuşdur ki, «Kamaz» markalı avtomobili almaq istəyən var, həmin müştəri qardaşının yanında olmuşdur. Həzrətəli ona demişdir ki, Niyaməddin adlı şəxs «Kamaz» markalı avtomobili almaq istəyir və ilkin olaraq 2500 manat beh verir. Niyaməddin xahiş etmişdir ki, ona ilkin olaraq sürmək üçün etibarnamə verilsin və o, qısa müddət ərzində avtomobilin təmirə ehtiyacı olan hissələrini təmir etdirsin və qalan pulu da düzəldib iyun ayının 3-nə kimi versin. 22-23 may tarixlərində Niyaməddin tərəfindən təqdim edilmiş şəxsiyyət vəsiqəsinə əsasən notariat kontorunda şəxsiyyət vəssiqəsinin sahibinə etibarnamə vermiş, etibarnamə verdiyi şəxsi canlı olaraq görməmişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yerləşən təxminən 10 sot torpaq sahəsi onlara babasından miras kimi qalmış torpaq sahəsidir. Həmin torpaq sahəsi o, qardaşları Fəttah, Elxan və anası arasında bölümüşdür. Torpaq sahəsindən bağ sahəsi kimi və heyvanlara yonca əkmək üçün istifadə edir. Həmin bağ sahəsinin qapısı taxtadadır və asma qıfılla bağlanır, həmin qıfılın açarı isə yalnız onda olur. Hər gün və ya gün aşırı qeyd olunan bağ sahəsinə gedərək təsərrüfatla məşğul olur. 02 iyun 2020-ci il tarixdə təxminən saat 19 radələrində saxladığı keçilər üçün yonca yığmaq məqsədiilə bağ sahəsinə getmiş, həmin bağ sahəsinə gedən zaman oradan benzin iyi gəlməsinin şahidi olmuş və bu məqsədlə bağ sahəsinə baxan zaman torpaq səthində benzin daşdığını görmüşdür. Hər hansı partlayış ola biləcəyindən ehtiyat edərək, tez bağdan çıxmış və orada xidmət aparan «Socar»m mühafizə işçisinə məlumat vermişdir. Həmin mühafizəçi narahat olmamağını və bununla məşğul olacağını deyərək getmiş və yenidən bağ sahəsinə qayıdanda həmin mühafizəçinin arxa tərəfdən bağdan çıxdığını görmüş, bir neçə dəqiqədən sonra mühafizə işçiləri öz avtomobilləri ilə onun bağ sahəsinə gəlmiş və ona narahat olmamağı və bunu aradan qaldıracaqlarını demişlər. Belə ki, onun bağ sahəsi arxa hissəsindən keçən «Socar»a məxsus benzin borusundan onun bağ sahəsinə doğru dəmir boru çəkilmiş və benzin də, məhz həmin çəkilmiş borudan bağ sahəsinə axmış, bundan sonra «Socar»ın əməkdaşlarının bağ sahəsinə gəldiklərini görüb öz işlərini görəcəklərinə əmin olduqdan sonra hadisə yerindən yaşadığı evə getmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Nizamini uzun müddətdir ki, tanıyır. Nizamini yanacaq alqı-satqısı ilə məşğul olan adam kimi tanımışdır. Şahid2 isə qardaşı Elməddingilə gedib-gələn zaman tanımış,bir müddət sonra onunla aralarında dostluq münasibətləri yaranmışdır. 2020-ci ilin aprel ayının əvvəllərində Nizami ona Heydər Əliyev adına X16 ucuz qiymətə benzin ala biləcəyini və onu satıb pul əldə edə biləcəklərini demiş, həmin vaxt maddi cəhətdən sıxıntıları və borcları olduğundan Nizami ilə razılaşmışdır. Nizami bu işi görmək üçün onlara "Kamaz" markalı yük avtomobili və benzini alacaq müştəri lazım olduğunu bildirmişdir. Pulunun olmadığını dedikdə, Nizami ona demişdir ki, gedib kimdənsə borc alsın, borcu isə satış edərək tez bir zamanda qaytaracaqlar. Nizaminin demişdir ki, 20 ton tutumlu “Kamaz” markalı yük avtomobili ilə hər dəfə yanacaq satışından ona 1000 manat pul qalacaq. Nizami ilk öncə ona Neft Emalı zavodu ilə razılaşdığını, yanacağı ucuz qiymətə alıb baha qiymətə sata biləcəklərini demişdir. Lakin bu fikri həyata keçirmək üçün lazım olan “Kamaz” markalı yük avtomobilini almağa pul tapa bilməmişlər. 2020-ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu. Ramana qəsəbəsi ərazisində qardaşı və anasının yaşadığı evdə olan zaman qardaşı Elməddinə pulunun olmadığını demiş və Elməddinə ona məxsus avtomobili girov qoyub pul götürməyi təklif etmişdir. Elməddin razılaşmasa da, o qardaşına bildirmişdir ki, 10 gün ərzində pulu geri verəcək. Elməddin bundan sonra avtomobili ona verməyə razılaşmışdır. O “Renault Megan” markalı, **-RZ-*** dövlət nömrə nişanlı avtomobili götürüb evdən çıxmışdır. Evdən çıxdıqdan sonra Aminlə əlaqə saxlayıb qardaşına məxsus avtomobili satmaq istədiyini demişdir. Amin bu məsələ ilə bağlı onu Mübariz adlı şəxslə tanış etmişdir. Söhbət əsnasında Mübarizə “Renault Megan" markalı, **-RZ-*** dövlət nömrə nişanlı avtomobili 9500 manata satdığını demiş, Mübariz onun adına etibarnamə verməyini istədikdə qardaşı Elməddinin burada olmadığını, o gəldikdən sonra ona etibarnamə verəcəyini demişdir. Həmçinin Mübarizə avtomobil onda qalmaq şərtilə 5000 manat pul verməsini təklif etmişdir. Mübariz də, onunla razılaşmışdır. Onun məqsədi yanacaq satıb pul əldə etdikdən sonra pulu Mübarizə verib avtomobili geri qaytarmaq olmuşdur. Bundan sonra yanacaq daşımaq üçün “Kamaz” markalı yük avtomobili axtarmağa başlamışdır. 2020-ci ilin may ayının ortalarında Xocəsən qəsəbəsi ərazisində yol qırağında “Kamaz 53212” markalı ** DH *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin satıldığını görüb dərhal sahibi ilə əlaqə saxlamışdır. Bundan sonra həmin şəxslə görüşüb qiymət barədə söhbət etmişdir. Həmin şəxslə razılaşmışdır. Razılaşmaya əsasən avtomobil sahibinə 2500 manat beh verəcəyini demiş, həmin şəxs isə qısa müddətli avtomobili idarə etmək üçün etibarnamə verəcəkmiş. O isə 10-15 gün ərzində pulun geri qalan hissəsini ödəyəcəkmiş. Sürücülük vəsiqəsi olmadığından “Kamaz 53212” markalı ** DH *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibi Şahid1 ilə birlikdə notariat kontoruna gedib, onun adından Aminin adına qısamüddətli sürmək üçün etibarnamə almış, Aminə isə pulu ödəyib qurtardıqdan sonra avtomobili dayısının adına sənədləşdirəcəyini demişdir. Bundan sonra “Kamaz 53212” markalı ** DH *** dövlət qeydiyyat nişanlı yük avtomobili götürüb bəzi hissələrini təmir etdirmiş, Nizamiyə artıq avtomobilin hazır olduğunu demişdir. 2020-ci ilin may ayının sonlarında Nizami ilə əlaqə saxlayan zaman o, avtomobili Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin yanına aparmağı bildirmişdir. X14 adına X16 ucuz qiymətə benzin alaraq bir az daha baha qiymətə sataraq pul əldə etmək olmuşdur, oğurluq etmək fikirləri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 18 dekabr 2021-ci il tarixli qərardan görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-2, 29,177.2.4, 178.2.1, 1782.2, 320.1 və 320.2.ci maddələri ilə təqsirləndirilməsinə dair istintaq edilən cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (cild 1, i.v.1-3); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 04 iyun 2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 29,177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə cinayət işinin başlanılmış və icraata qəbul edilmişdir (cild 1,i.v. 06); baxış keçirilmə haqqında 03 iyun 2020-ci il tarixli protokoldan görünür ki, «Heydər Əliyev» adına X19 balans və istismarında olan zavodun 7 saylı istehsalatının 1 saylı əmtəə parkından 3 saylı əmtəə parkına gedən neft məhsulu nəql olunan DŞ-250 mm diametrli neft boru kəmərinin 2300 metrliyində ünvan 7 ünvanda yerləşən "xxxx" QSC-yə məxsus terminalın qarşısından keçən hissəsində boru kəmərinin 15 mm diametrində deşilməsinə görə neft məhsulunun itkiyə verilməsi faktı ilə bağlı hadisənin baş verdiyi əraziyə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, i.v.11-16); baxış və götürülmə aparılması haqqında 22 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai rayonu, 8 noyabr prospektində yerləşən avtomobillərin təmiri sexindəki KAMAZ markalı ** DH *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş, yük yerində olan krant açılmaqla oradan gələn mayedən 01 litr həcmdə butulkaya doldurulmaqla götürülmüşdür (cild 2, i.v.3-8); məhkəmə-əmtəəşünaslıq eksperizasının 06 dekabr 2021-ci il tarixli 9/8705 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının qərarına əsasən 20 ton A-92 markalı avtomobil benzininin 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 21280 manat (20 ton x 1064 manat), hazırki vaxta olan orta bazar qiymətilə ümumi dəyəri isə 26200 manat (20 ton x 1310 manat) təşkil edir (cild 2, i.v.9-11); kompleks-məhkəmə neft məhsulları və yanacaq sürtkü yağları materiallarının kriminalistik tədqiqi üzrə material, maddə və onlardan hazırlanmış məmulatların kriminalistik və məhkəmə ekoloji ekspertizasının 07 dekabr 2021-ci il tarixli 6/4769 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd butulkadakı sarımtıl neft qoxulu maye neft məhsuludur, (tərkibi neft məhsullarına məxsus karbohidrogenlərdən ibarətdir) Hal-hazırda Mərkəzdə müvafiq avadanlıq olmadığından həmin neft məhsulunun növünü və markasını müəyyən etmək mümkün olmadı. Vizual tədqiqat nəticəsində mayedə maddə və material qarışıqlar aşkar edilmədi. Neft məhsullarına məxsus karbohidrogenlər “Zəhərli maddələrin siyahısına” daxil deyildirlər (cild 2, i.v.12-16); cinayət işi üzrə icraatın dayandırılması haqqında 18 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Təqsirləndirilən şəxs müəyyən olunub istintaqa təqdim olunanadək cinayət işinin icraatı dayandırılmışdır (cild 2, i.v.35-36); cinayət işi üzrə icraatın təzələnməsi haqqında 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (cild 2, i.v.41-42); şübhəli şəxsin tutulması haqqında 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00 radələrində tutulmuşdur (cild 2, i.v.53-54); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 14 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və CM-nin 29, 177.2.1, 29, 177.2.3-2 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (cild 2, i.v. 64-65); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-167/2022 saylı qərarından görünür ki, CM-nin 29, 177.2.1, 29, 177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 2, i.v.87-92); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 07 mart 2022ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Heydər Əliyev adına X19 nümayəndəsi qismində tanınmışdır (cild 2, i.v. 92); hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanınması haqqında qərardan görünür ki, Heydər Əliyev adına Neft Emalı zavodu xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v.93-94); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair işlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.3.1 və 177.3.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xətai rayonu MKTB-nin 66 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 2, i.v.101); sübutların qiymətləndirilməsi haqqında 02 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 29,177.2.1, 29,177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, «Kamaz 53212» markalı ** DH *** nömrəli yük avtomobili maddi sübut kimi tanınaraq sahibi Şahid1 qaytarılması nəzərə alınmışdır (cild 2, i.v.102-109); doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Nərmin adlı qız övladı vardır. Azərbaycan Respublikası Penitensiar Xidmətinin 06.05..2022-ci il tarixli, 17/6-7256 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən cəza müddətinin qurtarmasına görə xx.xx.2012-ci il tarixdə azad edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə vermiş olduğu ifadələrində təqsirini etiraf etmiş, həmçinin verilmiş suallara cavab olaraq, Heydər Əliyev adına X16 yanacaq oğurlamaqda məqsədinin satıb pul əldə etmək olmasını, həmin yerdən oğurluq etmək Niyaməddinlə ikisinin fikri olduğunu, bundan əlavə o öz ifadələrində 2010-cu ildə tanışları ilə birlikdə neft kəmərlərindən artıq bir dəfə oğurluq etdiyini göstərmişdir. İbtidai istintaq zamanı digər cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Nizamini uzun müddətdir ki, tanıyır. Nizaminin atası ilə dostluq münasibəti olmuşdur. Nizaminin əvvəllər yanacaq alqı-satqısı ilə məşğul olması barədə məlumatı olmuşdur. Şahid2 isə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yaşayan qardaşı Elməddingilə gedib-gələn zaman tanımış,ısa müddət ərzində onunla aralarında dostluq münasibətləri yaranmışdır. 2020-ci ilin aprel ayının əvvəllərində Nizami ilə söhbət edən zaman o, Heydər Əliyev adına X16 ucuz qiymətə benzin ala biləcəyini və onu satıb pul əldə edə biləcəyini demiş, həmin vaxt maddi cəhətdən sıxıntıları çox olduğundan və borclarına görə yaşadığı evi satıb kirayədə yaşadığından onun dedikləri ilə razılaşmış, Nizami bunun üçün onlara yanacaq (benzin) daşımaq uçun "Kamaz" markalı yük avtomobili və benzini alacaq müştəri lazım olduğunu demişdir. Pulunun olmadığını dedikdə, Nizami hər hansı bir şəxsdən borc almağını tez bir zamanda borcu qaytaracağını demiş, Nizaminin deməsinə əsasən 20 ton tutumlu “Kamaz” markalı yük avtomobli olacağı təqdirdə hər dəfə yanacaq satışından mənə 1000 manat pul qalacağını bildirmiş, Nizami ilk öncə ona Neft Emalı zavodu ilə razılaşdığını və bir litrinin qiyməti 0,50 manat olmaqla yanacaq alacağını demiş, Aminin əvvəllər benzin satışı ilə məşğul olduğunu bildiyindən ona təklif etmişdir ki, onlardan yanacaq alsın. Belə ki, X22 Emalı zavodu ilə razılaşdığını və oradan ucuz qiymətə yanacaq alacaqlarını demiş, Amin də, bir litrinin qiyməti 0,70 manat olmaqla yanacağı onlardan alacağını bildirmiş, o da, bu barədə Nizamiyə məlumat vermişdir. Lakin keçən müddət ərzində “Kamaz” markalı yük avtomobili almaq üçün pul tapa bilməmiş, 2020-ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu. Ramana qəsəbəsi ərazisində qardaşı və anasının yaşadığı evdə olan zaman qardaşı Elməddin də evdə olmuş, həmin vaxt Elməddin "Renault Megan” markalı, **-RZ-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul clmuş, Elməddindən ona borca pul tapmasını xahiş etmiş, Elməddin pulunun olmadığını, həmçinin pul tapa bilməyəcəyini dedikdə, Elməddinə məxsus avtomobili girov qoyub pul götürə biləcəyini fikirləşmiş və ona avtomobili girov qoymağı təklif etmiş, Elməddin ilk öncə onunla razılaşmasa da, 10 gün ərzində pulu ödəyəcəyini bildirmiş, Elməddin avtomobili ona vermək istəməsə də, anasının təkidi ilə avtomobili ona verməyə razılaşmış, bundan sonra “Renault Megan” markalı, **-RZ-*** dövlət nömrə nişanlı avtomobili götürüb evdən çıxmışdır. Evdən çıxdıqdan sonra Aminlə əlaqə saxlayıb pul lazım olduğundan qardaşına məxsus avtomobili satmaq istədiyini demiş, belə olan halda Amin onu Mübariz adlı şəxslə tanış etmiş və birlikdə Mübarizin yaşadığı evə getmiş, söhbət əsnasında Mübarizə “Renault Megan" markalı, **-RZ-*** dövlət nömrə nişanlı avtomobili 9500 manata satdığını demiş, Mübariz onun adına etibarnamə verməyini istədikdə qardaşı Elməddinin burada olmadığını 2-3 gün ərzində gəldikdən sonra ona etibarnamə verəcəyini demişdir. Həmçinin Mübarizə avtomobil onda qalmaq şərtilə ona 5000 manat pul ve'məsini bildirmiş, Mübariz də, onunla razılaşmış, məqsədi yanacaq satıb pul əldə etdikdən sonra pulu Mübarizə verib avtomobili geri qaytarmaq olmuşdur. Bundan sonra keçən müddət ərzində yanacaq daşımaq məqsədilə “Kamaz” markalı yük avtomobili axtarmağa başlamış, 2020-ci ilin may ayının ortalarında Xocəsən qəsəbəsi ərazisində yol qırağında dayanmış vəziyyətdə olan “Kamaz 53212” markalı ** DH *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin satıldığını görüb dərhal sahibi ilə əlaqə saxlamış, belə ki, avtomobilin sahibinin mobil nömrəsi avtomobilin üzərində yazılmış, bundan sonra həmin şəxslər görüşüb qiymət barədə söhbət etmişdir. Həsrətəli adlı şəxs avtomobili 20000 manata satdığını demiş, ona avtomobilin müəyyən problemləri olduğunu, onları həll edəcəyini və ilkir olaraq ona 2500 manat beh verəcəyini demiş, həmin şəxs onunla razılaşmış, razılaşmaya əsasən ona qısa müddətli avtomobili idarə etmək üçün etibarnamə verməli, 10-15 gün ərzində pulun geri qalan hissəsini ödəməli olmuşdur. Bundan sonra onun sürücülük vəsiqəsi olmadığından “Kamaz 53212” markalı ** DH *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibi Şahid1 ilə birlikdə notariat kontoruna gedib, onun adından Aminin adına qısamüddətli sürmək üçün etibarnamə almış, Aminə isə pulu ödəyib qurtardıqdan sonra avtomobili dayısının adına sənədləşdirəcəyini demiş, Amin də mənimlə razılaşmış, bundan sonra “Kamaz 53212” markalı ** DH *** dövlət qeydiyyat nişanlı yük avtomobili götürüb bəzi hissələrini təmir etdirmiş, Nizamiyə artıq avtomobilin hazır olduğunu demişdir. 2020-ci ilin may ayının sonlarında Nizami ilə əlaqə saxlayan zaman o, avtomobili Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi ərazisində yerləşən bağ sahəsinə aparmağını demiş, onunla razılaşıb qeyd olunan ünvana “Kamaz 53212" markalı ** DH *** dövlət qeydiyyat nişanlı yük avtomobili qeyd edilən bağ sahəsinə aparmış, orada olan zaman Nizaminin yanacaq borusuna kran düzəltdiyini görüb ondan nə üçün zavodun içərisinə girmədiyini soruşmuş, Nizami narahat olmamasını, yanacağı bu formada avtomobilə yükləyəcəklərini demişdir. Belə olan halda onun oğurluq yolu ilə yanacaq əldə edəcəyini başa düşmüş və pul qazanacaqlarınıı fikirləşdiyindən ona heç nə deməmişdir. Nizami 3-4 gün ərzində yanacağı doldurub satacaqlarını demiş, keçən müddət ərzində Nizami ilə tez-tez əlaqə saxlamış, eyni zamanda qardaşı Elməddinin də, onu axtardığını bilmiş, Nizami yanacağı satdıqdan sonra ona pul verəcəyini dediyindən Elməddinə məxsus avtomobili qaytarmaq məqsədilə onu gözləmişdir. 04 iyun 2020-ci il tarixdə Amin ona zəng vuraraq “Kamaz 53212" markalı ** DH *** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə çağrıldığını bildirmiş, Aminin polisin əməkdaşları tərəfindən həbs ediləcəyini bilsə də, ona narahat olmamasını demiş, dərhal Nizamiyə zəng vuraraq polis əməkdaşlarının Amini çağırdıqlarını bildirmişdir. Bundan sonra Nizaminin telefonunu söndürdüyünü, onunla əlaqə saxlaya bilmədiyini, belə olan halda polis əməkdaşlarının onu həbs edəcəklərini fikirləşdiyindən müxtəlif yerlərdə gizləndiyini, beləliklə yanacağı əldə edib sata bilmədiklərini, keçən müddət ərzində Nizami ilə əlaqə saxlamaq istəsə də, bunun mümkün olmadığını bildirərək onu hazırki cinayətin törədilməsində ifşa etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxs və şahid ifadələrini daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 177.2.1, 29, 177.2.3-2 və 29, 177.2.4-cü maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Həmçinin məhkəmə, əlavə şahid qismində dindirilmiş X2 ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğunu, özünündə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclasında vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini sübut kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3-2 və 29, 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində olan Ağır Cinayətlərə Dair işlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası Penitensiar Xidmətinin 06.05..2022-ci il tarixli, 17/6-7256 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən cəza müddətinin qurtarmasına görə xx.xx.2012-ci il tarixdə azad edilmişdir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3-2 və 29, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edilərkən cinayətə cəhdə görə cəzanın həddi nəzərə alınmalı (CM-63.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3-2 və 29, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut - «Kamaz 53212» markalı ** DH *** nömrəli yük avtomobilinin sahibi Şahid1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Ekspertiza tədqiqatının dəyəri 164 (yüz altmış dörd) manat pul məbləğinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-56/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən X1 tutularaq dövlət nəfinə keçirilməsinin hökm edilməsi nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3-2, 29, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - «Kamaz 53212» markalı **-DH-*** nömrəli yük avtomobilinin sahibi Şahid1 təhvil verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 164 (yüz altmış dörd) manat pul məbləğinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-56/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən X1 tutularaq dövlət nəfinə keçirilməsinin hökm edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar