Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-236/2022 05.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Naxçıvan MR, Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmayan, işləməyən, Naxçıvan MR, Culfa rayonu, Yaycı kəndində qeydiyyat olan, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 58A, mənzil 329-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14.04.2022-ci il tarixdə saat 15 radələrində birgə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 58A, mənzil 329-cu mənzilində ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən arvadı Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla vurmaqla döyərək sonuncuya sağ gözaltı nahiyəni, sağ almacıq nahiyəni və burunun sağ yan səthini əhatə edən yumşaq toxumanın hematoması, alt dodağın iç səthinin ağızın selikli qişasının qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2014-cü il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahdan 2 azyaşlı övladları vardır. Yoldaşı Mehriban ilə əvvəllə mehriban yaşasalar da, son zamanlar Mehribanın mobil telefon üzrə istaqram işlətməsi üstündə aralarında tez-tez ailə məişət zəminində mübahisələri yaranmışdır. Sonuncu dəfə 14.04.2022-ci il tarixdə saat 15 radələrində yaşadıqları mənzildə Mehriban ilə aralarında yaranmış mübahisə zamanı, əli ilə onun sifət nahiyəsindən vurmuşdur. Daha sonra yoldaşı Mehriban evdən çıxıb getmişdir. Əməlindən peşman olduğunu, Mehribanla barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını qeyd edərək barəsində olan sadələşdirilmiş icraatın materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2014-cü il tarixdə nikah bağlamışlar və həmin nikahdan 2 azyaşlı övladları vardır. Məhərrəm ilə əvvəllər mehriban yaşasalar da, son zamanlar aralarında tez-tez ailə məişət zəminində mübahisələri yaranmışdır. Sonuncu dəfə 14.04.2022-ci il tarixdə saat 15 radələrində yaşadıqları Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 58A, mənzil 329-cu mənzildə telefonda istaqramdan istifadə etdiyinə görə Məhərrəm ilə aralarında mübahisələri yaranmışdır. Mübahisə zamanı Məhərrəm əli ilə onun sifət nahiyəsindən vuraraq döymüşdür. Daha sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” X1 Şəxsi Xətai rayon şöbəsinin verdiyi 15 aprel 2022-ci il tarixli 379 saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər – sağ gözaltı nahiyəni, sağ almacıq nahiyəni və burunun sağ yan səthini əhatə edən yumşaq toxumanın hematoması, alt dodağın iç səthinin ağızın selikli qişasının qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 14.04.2022-ci il tarixdə kənar şəxslər tərəfindən yetirilə bilərdi, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 15.04.2022ci il tarixli, 370-3020H-3222 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs şikayət vermiş Zərərçəkmiş şəxs ilə barışmışdır. Bu səbəbdən barəsində olan sadələşdirilmiş icraatın materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs şikayət vermiş şəxslə barışmasını, onun tələb və şikayətinin olmamasını nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39,43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-236/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-236/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver