Məhkəmə qərarları › İş №1(011)-237/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-237/2020

27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-237/2020 27.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Res-pub-li-ka-sı-nın vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Xətai rayonu Q.Nəbi küçəsində yerləşən 6 saylı yataqxanada qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxsnа Azərbaycan Gömrük Komitəsinin Bakı şəhər Gömrük İdarəsində inspektor vəzifəsinə bərpa olunmasına kömək edəcəyinə dair yalandan vəd verib aldadaraq, sonuncudan 2019-cu ilin iyun ayının sonunda ünvan 1 saylı ünvanda yerləşən “Nəriman Nərimanov” adına istirahət parkında 10000 manat, təxminən iki ay sonra, yəni 2019-cu ilin avqust ayının sonunda eyni adla ünvan 1 saylı ünvanda yerləşən “Nəriman Nərimanov” adına istirahət parkında 8000 manat və sonuncu dəfə isə 2019-cu ilin sentyabr ayının əvvəlində ünvan 2 saylı ünvanda yerləşən ”Neapol” dairəsinin yaxınlığında 11500 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 29500 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2019-cu ilin iyun ayında tanışı Mirvəli ilə kafedə görüşərkən Mirvəli ona uzaq qohumu Zərərçəkmiş şəxs Naxçıvan MR-da gömrük xidmətində işlədiyini və hazırda işdən çıxdığını və Bakıda gömrükdə işləmək istədiyini demişdir. Onun həmin ərəfələrdə maddi durumu aşağı olduğundan Şahid1 Dövlət Gömrük Komitəsində yaxın adamlarının işlədiyini deyib bu işi həll edə biləcəyini demişdir. Mirvəlidən qohumu Əlinin nömrəsini ona verməsini xahiş etmiş, Mirvəli Zərərçəkmiş şəxs telefon nömrəsini ona vermiş və Əli ilə onun özünün danışmasını demişdir. O, Əliyə zəng edib Əli ilə Bakı şəhərinin Nərimanov metrostansiyası yaxınlığında görüşmüş, Əliyə Dövlət Gömrük Komitəsində yüksək vəzifədə yaxın tanışlarının olduğunu və işi onlar vasitəsi ilə həll edəcəyini bildirmişdir. Əli ona gömrükdə pulla işin həll olunmadığını deyib kimin vasitəsi ilə iş məsələsini həll edəcəyini ondan soruşmuş, o, Əliyə guya həmin adamın vəzifəli adam olduğunu və ona adını deyə bilməyəcəyini, sadəcə olaraq həmin şəxsə şirinlik veriləcəyini demişdir. Əli bundan sonra ondan işin həlli üçün hansı məbləğdə pulun tələb olunduğunu soruşduqda o, Əliyə 35000 manat lazım olduğunu demişdir. Onların söhbətindən biraz keçdikdən sonra Mirvəli ona zəng edib işi həll edə bilib-bilməyəcəyini soruşduqda o, Mirvəlini tam arxayın edib Əlinin işini həll edəcəyini bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs 2019-cu ilin sentyabr ayına kimi ona ümumilikdə 29500 manat pul vermiş, o, Əlidən götürdüyü pulları öz ehtiyaclarına xərcləmişdir. O, Mirvəliyə Əlidən aldığı puldan hər hansı bir məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs aldığı 29500 manat puldan istintaq zamanı 7400 manat qaytarmış, hazırda isə tam olaraq zərəri ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən səmimi peşman olduğunu, habelə zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməklə onunla barışıq əldə etdiyini, himayəsində azyaşlı uşaqlarının olduğunu bildirib barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, uzun illər Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləmiş və 2018-ci ildə gömrük xidməti mayoru xüsusi rütbəsi ilə öz xahişi ilə işdən azad olunmuşdur. Onun işdən azad olunmasına səbəb ailə üzvlərinin Bakı şəhərinə köçməsi və onun da onlarla birlikdə yaşamaq istəməsi olmuşdur. İşdən azad olunduqdan sonra o, özünə iş axtarsa da tapa bilməmişdir. 2019-cu ilin iyun ayı tarixində bacısının yoldaşının xalası əri Şahid1 onun bacısının Naxçıvan Muxtar Respublikasındakı evində qonaq olarkən onun haqqında maraqlanmış və hansı səbəbdən işdən azad olunduğunu bildikdən sonra ona zəng etməsini istəmişdir. O, Mirvəlinin telefonuna zəng edərkən Mirvəli ondan nə işləmək istədiyini soruşduqda o, Mirvəliyə Bakı Gömrük İdarəsində işə bərpa olmaq istədiyini bildirmişdir. Mirvəli bu işin onun yaxın tanışı Təqsirləndirilən şəxs Tofıq oğlu tərəfındən həll edilə biləcəyini deyib Təqsirləndirilən şəxs telefon nömrəsini ona vermiş, o, Vüqarın telefonuna zəng etmiş və 2019-cu ilin iyun ayında Vüqarla Nərimanov metrostansiyasının yaxınlığında görüşmüş, söhbət zamanı Vüqara 30000 manat pulu olduğunu deyib Vüqardan onu Dövlət Gömrük Komitəsinə işə düzəldə bilib-bilməcəyəni soruşmuşdur. Vüqar ona Dövlət Gömrük Komitəsində işləyən yüksək vəzifəli tanışlarının vasitəsi ilə işi həll edəcəyini dedikdə o, Vüqarla razılaşmış, həmin vaxt o, Vüqardan həmin vəzifəli şəxslərin adlarını soruşsa da, Vüqar ona həmin şəxslərin adlarını deyə bilməyəcəyini bildirmişdir. Bundan sonra o, qohumu Mirvəliyə zəng etmiş, Vüqarın ilk baxışdan düz adam olmamasından şübhələndiyini bildirdikdə Mirvəli ona həqiqətən Vüqar iş görən adam olmasını və Vüqarın yaxın əlaqələri olduğunu deyərək arxayın etmiş və həmçinin Mirvəli ona deyilən pulu verməsini məsləhət görmüşdür. Mirvəliyə inandığından o, 2019-cu ilin iyun ayının sonunda Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov” parkında 10000 manat, təxminən iki ay sonra, yəni 2019-cu ilin avqust ayının sonunda Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov” parkında 8000 manat, sonuncu dəfə isə 2019-cu ilinin sentyabr ayının əvvələrində Bakı şəhəri Xətai rayonu Neapol dairəsinin yaxınlığında 11500 manat olmaqla, ümumilikdə 29500 manat pulu Vüqara vermişdir. Vüqara şəxsiyyət vəsiqəsinin surətini və “CV” də vermişdir. Bunları aldıqdan sonra Vüqar ona narahat olmamasını və onu bir həftəyə Bakı şəhərində yerləşən Gömrük Kömitəsinə inspektor vəzifəsinə işə düzəldəcəyini demişdir. Danışığa görə pul verildikdən az sonra onun əmri çıxmalı olmuşdur. Həmin bir həftə müddəti keçdiyindən o, Mirvəliyə və Vüqara zəng edib işi barədə soruşduqda, onlar hər dəfə ona narahat olmamasını, işin düzələcəyəni deyib bu cür bəhanələr gətirmişlər. Onların onu aldatdığını görüb pulunu onlardan geri istəmişdir. Sonralar o, Mirvəli və Vüqarın birləşərək onu aldadıb pulunu ələ keçirmələrini başa düşmüşdür. O, həmin pulları Vüqara verərkən tək olmuş və onların yanında heç kəs olmamışdır. O, Bakı şəhərinin Nəsimi rayonunda yerləşən “Məkan” kafesində olmamış, Mirvəli, Mustafa və Vüqarla həmin kafedə görüşməmiş və bu barədə söhbət etməmişdir. Vüqar ondan aldığı puldan 7400 manat istintaq zamanı pul ödəmiş, lakin qalan 22100 manatı isə qaytarmamışdır. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Mirvəli və Vüqarı əvvəlcədən tanımışdır. Bir müddət bundan qabaq Mirvəli ona zəng edərək Təqsirləndirilən şəxs tanıyıb-tanımadığını soruşduqda o, Mirvəliyə Vüqarı tanıdığını demiş, həmin vaxt Mirvəli ondan Vüqarın bir nəfəri işə düzəltmək istədiyini, onun işi düzəldə bilib-bilməyəcəyini soruşduqda, o, Mirvəliyə “yəqin deyibsə düzəldər” sözlərini demiş və bundan sonra onun nə olduğundan xəbəri olmamışdır. O, Mirvəli və Vüqarla Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən “Məkan” kafesində görüşmüş, həmin vaxt Mirvəli və Vüqar bir-birlərini tanımışlar. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini bildirmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid1 həmin ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır və fərdi işlə məşğul olur. Zərərçəkmiş şəxs onun baldızının gəlininin qardaşıdır. Əli əvvəllər Naxçıvan MR-da Gömrük Komitəsində çalışmışdır. 2019-cu ilin təxminən iyun aylarnda o, Əlinin bacısı evində olarkən Əlinin bacısının yoldaşı Əlinin Naxçıvanda gömrükdən çıxdığını və Bakıda Gömrük xidmətinə işə düzəlmək istədiyini dedikdə o, bu işdə Əliyə köməklik edəcəyini bildirmişdir. O, bu iş barədə tanışı və Xüsusi Dövlət Mühafızə xidmətində işləyən Mustafa adlı şəxslə Mustafanın Nəsimi rayonunda yerləşən “Məkan” kafesində görüşmüş, həmin vaxt orada Əli, o, Mustafa və Vüqar olmuşdur. Söhbət zamanı o, Mustafaya Əlinin Bakı şəhərində Gömrük xidmətində işləmək istədiyini bildirmiş, Mustafa isə ona bu barədə danışıb həll edəcəyini demişdir. Həmin vaxt Vüqarı o, Mustafanın vasitəsi ilə tanımış və Vüqarın normal adam olduğunu bilmişdir. Sonradan onun özü Vüqarla da danışmış, Vüqar ona gömrükdə işləyən vəzifəli şəxslərlə münasibətlərindən danışıb onu buna inandırmış, buna görə də o, Əlinin nömrəsini Vüqara vermişdir. Sonrakı müddətdə Əli ona zəng etmiş və Vüqarın ondan 30000 manat pul istədiyini bildirmiş, o, Mustafa ilə danışdıqda Mustafa ona Vüqarın işi həll edə biləcəyini dediyinə görə o da Əliyə pulu Vüqara verməsini demiş, bundan sonra Əli Vüqara bildiyinə görə 30000 manata yaxın pul vermişdir. Sonradan Əli ona zəng edib Vüqarın telefonlarını söndürdüyünü, zənglərə cavab vermədiyini və onu aldadaraq pulunu aldığını demiş, bundan sonra o, Əli ilə bərabər Vüqarı axtarmış, Vüqarı axtarıb tapıb öz evinə dəvət etmiş, həmin vaxt Əlini də dəvət etmiş və Əli onlara qardaşı ilə gəlmişdir. Vüqar onun evində olarkən hamının yanında Əlini və onu aldatdığını, pulları öz ehtiyaclarına xərclədiyini etiraf etmiş, bundan sonra Vüqar pulu qaytarmağa görə Əlidən vaxt istəmiş, lakin vaxt verilməsinə baxmayaraq yenə pulllar qayıtmamışdır. O, Vüqarla əlbir olmayıb və Zərərçəkmiş şəxs pulunu almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 01); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 28-29); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 29, 32.3,120.2.1, 29, 32.3, 120.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü dəyişdirilmiş, CM-nin 29, 32.3, 120.2.1, 29, 32.3, 120.2.5-ci maddələri CM-nin 32.3, 127.2.2-ci maddələrinə tövsif edilərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə cəzasını çəkməsi üçün məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.4, 69.4, 70.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 07 (yeddi) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilmiş və üzərində 02 (iki) il şərti müddəti müəyyən edilmiş, xx.xx.2018-ci il tarixdə sınaq müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (i.v. 54-56); təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan olunması haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 57); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən onun həbsdə olduğu müddət təyin edilmiş azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilmiş və üzərində 02 (iki) il şərti müddəti müəyyən edilmiş, (i.v. 67-74); Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(101)-594 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 29, 32.3,120.2.1, 29, 32.3, 120.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 78-91); təqsirləndirilən şəxsin əməlinin tövsifinin dəqiqləşdirilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 112); təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan olunması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 113-114); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(005)- 745/2020 saylı qərarından görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 18 (on səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (i.v. 129-134); xx.xx.2020-ci il tarixli üzləşdirmə protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti yerinə yetirilmiş, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini eynilə təsdiq etmişdir (i.v.135-140); xx.xx.2020-ci il tarixli üzləşdirmə protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti yerinə yetirilmiş, Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini eynilə təsdiq etmişdir (i.v.141- 145); cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə yeni məzmunda ittiham elan olunmuş və barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçildiyi nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 311, 310, 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid1 və Şahid2 barəsində CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 29, 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs barəsində CM-nin 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsə elan ediləcək ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə ilkin araşdırma materialları, zərərçəkmiş şəxsin dindirmə protokolu, üzləşdirmə protokolları, şahidlərin dindirmə haqqında protokolları və təqsirləndirilən şəxsi dindirmə protokolu cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət törətməyə görə məhkumluğu ödənildiyindən və götürüldüyündən cinayətin residivi kimi müəyyən edilməmişdir (i.v.150-157); təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan olunması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir (i.v. 163-164); Zərərçəkmiş şəxs notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, cinayət işi üzrə ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), törətmiş olduğu cinayət nəticəsində vurmuş olduğu ziyanı ödəməklə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-59.1.12-13), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Qasımov X1 Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xətai rayonu Q.Nəbi küçəsində yerləşən 6 saylı yataqxana ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xətai rayonu Q.Nəbi küçəsində yerləşən 6 saylı yataqxana ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar