Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-237/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X11, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 348/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Şahid2 mülkiyyətində olan “Toyota” markalı “Prius” modelli 77-BJ- 539 dövlət qeydiyyat nişanlı avtomobilə aylıq 450 manat ödəniş etməklə 20 ay müddətinə idarə edib sonda mülkiyyətinə keçirilməsi ilə razılaşıb bununla bağlı 20 oktyabr 2021-ci il tarixdə 2 il müddətinə etibarnamə aldıqdan sonra həmin avtomobilin satılmasına dair “Turbo.az” internet saytında elan yerləşdirmiş, 23 avqust 2022-ci il tarixdə avtomobili almaq üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək avtomobilin sahibi olduğunu bildirib, sonda həmin avtomobilə dair mülkiyyət hüququ əldə etmək şərti ilə cəmi 13.500 manata satacağı ilə razılaşdıraraq ilkin ödəniş kimi 4.500 manat hər ay üçün 450 manat, 20 ay müddətində icarəyə verəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 27 avqust 2022-ci il tarixdə ünvan 3 ünvanında onun tərəfindən icarəyə götürülmüş ofisdə Zərərçəkmiş şəxsla avtomobilin alqı-satqısına dair aralarında müqavilə bağlayıb ilkin ödəniş olaraq 3.100 manat pul vəsaitini alıb “Toyota” markalı “Prius” modelli ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması üçün həmin tarixdə Şahid2 “Mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada 1 ay 30 gün müddətinə Zərərçəkmiş şəxs etibarnamə verilməsini təmin edib avtomobilin əvvəlcədən üzərində olan inzibati cərimələrin ödənilməsi üçün 27 avqust 2022-ci il tarixdə Yasamal rayonu, Qələbə dairəsinin yaxınlığında marketdə ödəmə terminalından Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən bank kart hesabına köçürülmüş 650 manat, avtomobilin cərimə meydançasında 2 ay saxlanmasına görə 250 manat, itirilmiş avtomobilin açarının bərpası üçün 150 manat, 28 avqust 2022-ci il tarixdə ünvan 4 ünvanında avtoservisdə avtomobilin ehtiyyat hissələrinin təmiri üçün 1.000 manat Zərərçəkmiş şəxs tərəfindən ödənilməsinə nail olub, guya sonradan həmin xərclərin ümumi hesabda nəzərə alacağını yalandan bildirməklə cəmi 5.150 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 5.150 (beş min yüz əlli) manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 14 il mebel ustası kimi işləmişdir. 2015-ci ildə kafe işlətməyə başlayanda həmin vaxt liziki şəxs kimi vergilər nazirliyindən qeydiyyatdan keçərək adma VÖEN açdırmışdır. Bundan sonra VÖEN-i bağlatdırmışdır. Təxminən 2020-ci ildən o, avtomobillərin icarəsi ilə məşğul olmağa başlamışdır. 2021-ci ilin avqust ayında faktiki olaraq Şahid2 məxsus olan “Toyota” markalı ''Prius" modelində olan **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yanaşı bir neçə avtomobili sonda həmin avtomobilə dair mülkiyyət hüququ əldə etmək şərti ilə aylıq ödənişi 450 AZN olmaqla 20 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş etibarnamə əsasında icarəyə götürmüşdür. Bu məqsədlə bir neçə yerdə icarəyə ofis götürmüş, onlardan biri də ünvan 3 ünvanında “Tikmat” yaşayış kompleksində yerləşən binanın altında olmuşdur. Həmin vaxt o, ayrı-ayrı şəxslərdən icarəyə ucuz qiymətə «Toyota» markalı «Prius» modelində olan avtomobillər götürüb onları nisbətən baha qiymətə icarəyə verirdi. Məsələn bir nəfərdən gündəlik icarə haqqı 25 manat olan avtomobili götürüb həmin avtomobili başqa bir şəxsə gündəlik 35 manat olmaqla icarəyə verirdi. Avtomobilləri sonda ona qalmaq şərti ilə icarəyə götürürdü. Avtomobilləri sadəcə icarəyə verirdi. İcarəyə vermək istədiyi avtomobillərin fotoşəkillərini çəkib onların icarəyə verilməsi ilə bağlı elanları “turbo.az” və “tap.az” saytlarında yerləşdirirdi. Müştərilər də həmin elanlar əsasında ofisinə gəlirdilər. İcarəyə götürdüyü avtomobilləri də o, həmin saytlarda axtarıb tapırdı. Avtomobilləri ilk vaxtlarda müştərilərə icarəyə versə də, sonradan avtomobilləri sonda qalmaq şərti ilə müştərilərə verməyə başlamışdır. Təxminən 1 ildən çox «Uber» şirkəti ilə əməkdaşlıq etmiş, yəni icarəyə götürdüyü avtomobilləri taksi kimi fəaliyyət göstərirdi. Həmçinin icarəyə götürdüyü avtomobillərin sahibləri ilə icarə müqavilələri bağlayırdı. Həmin avtomobilləri icarəyə verdiyi müştərilərlə ilkin alqı-salqı müqaviləsi bağlayırdı, müqavilədə müştərinin ilkin ödəniş kimi ödədiyi məbləğ, aylıq ödəniş məbləği, icarə müddəti və sair şərtlər göstərilirdi. Müştəriyə verdiyi avtomobilə dair etibarnaməni avtomobilin sahibi, onda etibarnamə olduğu halda isə etibarnamə verirdi. Avtomobillərə görə icarə haqlarını da o, qrafik üzrə hər ay ödəyirdi. Bir müddət normal işləsə də, sonradan icarəyə götürdüyü avtomobillərin bir hissəsi müxtəlif səbəblərə görə nasaz vəziyyətə düşmüş, onları icarəyə verə bilməmişdir. Avtomobillərin icarə ödənişlərinin vaxtı çatanda isə məcbur olub icarəyə verdiyi avtomobillərə görə müştərilərdən ilkin ödəniş kimi götürdüyü pul vəsaitinin bir hissəsini nasaz vəziyyətə düşmüş avtomobillərin sahiblərinə verirdi ki, onlara öncə verdiyi pullar batmasın. 24 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə telefonla danışarkən ona avtomobilə gorə nə qədər ilkin ödəniş ödəyə biləcəyini soruşduqda Cəfər 4.500 manat ilkin ödəniş edə biləcəyini bildirmişdir. Cəfəri işlədiyi ofisə dəvət etmişdir. 27 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Xətai rayonu, M.Hadi küçəsi 78 ünvanında “Tikmat” yaşayış kompleksində yerləşən binanın birinci mərtəbəsində yerləşən ofisə bacanağı Valeh adlı şəxs ilə yaxınlaşmış və elana yerləşdirdiyi «Toyota Pıiııs» markalı. ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobili almaq istədiyini bildirmişdir. Həmin avtomobili ümumilikdə 13.500 manata salmağa razılaşmışdır. Belə ki, ilkin olaraq 4.500 manat, 20 ay 450 manat aylıq ödəmək şərli ilə Cəfər həmin avtomobili almaq istədiyini bildirmişdir. Həmin tarixdə Cəfərə avtomobili ilkin alqı-satqı müqaviləsi ilə satmışdır. Cəfər ilə razılaşmışlar ki, ümumilikdə ona 4.500 manat pul verməlidir. Lakin həmin pulun içərisində həm avtomobilin təmiri həmdə cərimələri ödənməlidir. Həmin cərimə və təmirin pullarını Cəfər ilkin ödənişdən çıxaraq özündə saxlayıb ödəniş etmişdir. Cəfər ona konkret olaraq nə qədər pul verdiyini hadisənin üzərindən 3 il keçməsinə görə xatırlamır. Yalnız yadındadır ki, 4.500 manat ilkin ödəniş kimi danışmışlar. O, Cəfərin adına mobil notariat tətbiqi vasitəsi ilə elektron qaydada Şahid2 vasitəsi ilə etibarnamə verdirmişdir. Həmin avtomobil digər sürücü tərəfindən cərimələr ödənilmədiyinə görə yol polisi tərəfindən saxlanılaraq iki ay müddətinə Yasamal rayon ərazisində yerləşən cərimə meydançasında saxlanılmışdır. Cəfər avtomobili cərimə meydançasından götürərkən cəriməni, dayanacaq pulunu və avtomobilin açarı olmadığına görə yeni açar qoydurmuşdur. Avtomobilin mühərrik hissəsində nasazlıq olduğu üçün avtomobillərə daimi xidmət olunan Bakı şəhəri, Xətai rayonu, Lülfi-zadə küçəsində yerləşən avtoservisə aparılmışdır. Orada avtomobilin suyu dəyişdirildikdən sonra Cəfər avtomobili aparmışdır. Bir müddət sonra Cəfər onunla əlaqə saxlayıb avtomobildə nasazlıq olduğunu bildirdikdə avtomobili servisə aparmaq üçün tanışı Şahid3 vasitəsi ilə avtomobili təhvil almışdır. Cəfər işi ilə bağlı çıxa bilmədiyini bildirmişdir. Lakin Cəfər həmin avtomobili bəyənmədiyini başqa avtomobil istədiyini lakin onun hazırda əlində başqa avtomobil olmadığını, bir iki aya başqa avtomobil olarsa 4.500 manat pulun əvəzinə maşın verə biləcəyini bildirmişdir. Belə ki, onun niyyəti Cəfərə qarşı dələduzluq etmək olmamışdır. Şahid3 əvvəllər onun sürücüsü olduğunu sadəcə olaraq onun dediklərini etmişdir. Şahid3 heç bir cinayətdə iştirakı olmamışdır. Cəfərin dedikləri qismən təsdiq edərək Cəfərə telefon ilə danışarkən avtomobilə servisdə tam baxıldıqdan sonra aralarında təhvil təslim olacağını bildirmişdir. Cəfər vaxtının olmadığını avtomobili çox sürməyəcəyini bildirib servisə gətirmək imkanı olmadığını bildirmişdir. Hacıbabanın Cəfərdən aldığı 1.000 manat pulu ilkin ödəniş kimi 4.500 manatda çıxmışdır. Avtomobili 14 sentyabr 2022-ci il tarixdə Hacıbabanın vasitəsi ilə avtoservisdə təmir olunması məqsədi ilə götürmüş, həmin avtomobili Cəfər yağsız sürdüyünə görə mühərrik hissəsindən səs yaranmışdır. Bu barədə Cəfər ilə danışdıqda sonuncu özünündə həmin avtomobildən xoşu gəlmədiyini başqa avtomobil istədiyini bildirmişdir. Cəfər həmin avtomobili istəmədiyinə görə avtomobili Şahid2 özünə qaytarmışdır. Samir isə həmin avtomobili başqa şəxsə satmışdır. Buna görə də Cəfərə avtomobil verə bilməmişdir. Zərərçəkmiş şəxs ilə ümumilikdə 4.500 manat pul danışıldığını, ofisdə ona konkret olaraq Cəfər tərəfindən nə qədər pul verdiyini xatırlamır, həmçinin avtomobilin ümumi xərclərinə görə nə qədər pul verdiyini bilmir. Həmin xərcləri üzərinə götürmüşdür. Qeyd olunan 4.500 manat pulun içərisində olduğunu, avtomomobilin yağının dəyişdirilməsinə, həmçinin texniki qulluq olunmasına görə avtomobili Cəfərdən Hacıbabanın vasitəsi ilə götürüb Suraxanı rayonu, Bakıxanov qəsəbəsində “Akkordun" binalarının yanında servisə aparmışdır. Şahid2 onda 5 avtomobili olmuş, konkret olaraq ona nə qədər borcu olduğunu bilmir, avtomobil Suraxanı rayonu, Bakıxanov qəsəbəsində “Akkordun” binalarının yanında yerləşən servisə aparılıb, lakin orada hansı ustanın baxdığını bilmir, həmin avtomobilə texniki qulluq göstərmədən, mühərrikin yağını dəyişdirmədən Cəfər ilə danışığı belə olmuşdur iki gündən sonra qeyd etdiyi işlər görüldükdən sonra təhvil veriləcəkdir. Avtomobil təhvil təslimi olmamışdır. Cəfər avtomobili evinə aparmaq istədiyini bildirdiyi üçün ona razılıq vermişdir. Hər ikisinin arasında razılaşma olduqdan sonra avtomobili Cəfər vermişdir ki, iki gündən sonra servisə aparsın. Şahid2 götürdüyü avtomobillərin ödənişini edə bilmədiyi üçün avtomobilləri sonuncuya qaytarmışdır. Məhkəmə iclasına Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 23 avqust 2022-ci il tarixdə yaşadığı evdə olarkən avtomobil almaq məqsədlə "Turbo.az" elan saytlarında axtarış apararkən təsadüfən qarşısına «Toyota Prius» markalı avtomobil çıxmışdır. Avtomobilə qoyulan 4.500 manat ilkin ödəniş diqqətini cəlb etmişdir. Həmin elana yerləşdirilmiş ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxladıqda həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs elana qoyulmuş qızılı «Toyota Prins» markalı avtomobil ilə maraqlandıqda sonuncu həmin avtomobilin satılmasını, lakin hazırda qara rəngli «Toyota Prius» markalı avtomobil olduğunu bildirmişdir. O, Valehdən qeyd etdiyi avtomobilidə eyni qiymətə satacağını soruşduqda Valeh ona SMS yazaraq "gözlə deyəcəm" bildirmişdir. 24 avqust 2022-ci il tarixdə saat 13:50-də Valeh SMS yazaraq avtomobil ilə maraqlandıqda sonuncu nə qədər ödəniş edə biləcəyini soruşmuşdur. O, Valehə ilkin ödəniş kimi 4.500 manat ödəyə biləcəyini bildirmişdir. Bundan sonra telefonla danışarkən Valeh ona avtomobildə olan nasazlıqları və qohumu tərəfindən avtoxuliqanlıq edilərkən yol polisi tərəfindən avtomobilin Yasamal rayonu ərazisində yerləşən dayanacağa yerləşdirilınəsini bildirmişdir. Valeh avtomobilin dayanacaqda olan şəkillərin və fin kodunu ona göndərmişdir. O, avtomobilin qara rəngli «Toyota Prins» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu görmüşdür. Həmin günü saat 20:30-da avtomobilə dayanacaqda baxdıqdan sonra Valehə bacanağı Şahid1 avtomobilə baxdıqdan sonra qərar verəcəyini bildirmişdir. 27 avqust 2022-ci il tarixdə Valehin ona göndərdiyi məkana bacanağı ilə birlikdə getmişdir. Həmin məkan ünvan 3 ünvanında hündür mərtəbəli binanın birinci mərtəbəsində yerləşirdi. O, bacanağı ilə Valehin ofisinə daxil olduqda ofisdə Valeh ilə tanışı Şahid3 (***-***-**-**) görüb avtomobil barədə danışdıqda Valeh bildirmişdir ki, avtomobil aldığı gündən 1 ayı tamam olan günü Bakı şəhəri, Xətai rayonu, Lütfi-zadə küçəsində yerləşən servisə aparılmalıdır. İlkin ödəniş kimi Valeh ona 4.500 manat pul ödəyəcəyini 20 ay müddətinə isə 450 manat hər ayın 28-də ödəməli olduğunu bildirmişdir. Ümumilikdə avtomobili 13.500 manata sonda avtomobili alqı satqı edərək ona qalmaq şərti ilə razılaşmışdır. Valeh avtomobilə servisdə baxıldıqdan 40 dəqiqə sonra avtomobili götürə biləcəyini bildirmişdir. Həmçinin Valeh ona bildirmişdir ki, ödəyəcəyi 4.500 manat pulun içərisində özü avtomobilə aid cərimələri, dayanacaq pulunu və təmir xərclərini ödəyəcəkdir. Aralarında ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlanan kimi Valeh avtomobilin sahibi Şahid2 tərəfindən ona 1 ay 30 gün müddətinə mobil notariat tətbiqi vasitəsi ilə elektron qaydada sürmək üçün etibarnamə verdirmişdir. Həmin müqavilənin şərtlərində göstərilmişdir ki, avtomobil 1 ay tamam olan günü servisə getməli, servisdə hər hansı aşkar olunmuş nasazlıqlar tərəfindən qarşılanmalıdır. Həmçinin avtomobilin ödənişi 1 ay tamam olarkən saat 17:00-dək ödənməlidir. O, həmin müqavilənin şərtləri ilə razılaşdıqdan sonra Valehə nə qədər pul verəcəyini bildirdikdə sonuncu ondan ilkin olaraq 2.600 manat pul istəmişdir. O, ofisdə pulu Valehə verib müqaviləni imzalayıb qəbul etmişdir. Ofisdən çıxarkən Valeh ona yaxınlaşaraq əlavə olaraq da 500 manat pul istəyərək aylıq ödənişdən çıxacağını bildirmişdir. O, Valehə 3.100 manat pul vermişdir. Valeh bildirmişdir ki, ilkin alacağı 4.500 manat puldan 1.000 manat pulu saxlasın və həmin 1.000 manat pulu avtomobilin təmirinə, dayanacaqda saxlanılmasına və cərimələrinə ödənilməsi üçün xərcləsin. O, ofisdən çıxaraq Şahid3 ilə birlikdə Yasamal rayonunda yerləşən dayanacağa avtomobili götürmək üçün getmişdir. Valehin dediyi kimi 650 manat avtomobilin inzibati cərimə pulunu Hacıbabaya vermişdir ki, ödəmə terminalı vasitəsi ilə Valehin bank kartına göndərsin ki, sonuncu cərimələri ödəyə bilsin. Avtomobilin dayanacaqda qalmasına görə isə 250 manat, avtomobilin açarı olmadığı üçün 150 manat pultuna Valehin tapşırığı ilə vermişdir. Valeh bildirmişdir ki, həmin pullar ilkin ödəniş kimi danışdığı pullardan silinəcəkdir. 28 avqust 2022-ci il tarixdə avtomobili sürərək Valehin dediyi Xətai rayonu, Lütfi-zadə küçəsində yerləşən avtoservisdə işləyən adını xatırlamadığı ustanın yanına apardıqdan sonra Şahid3 iştirakı ilə avtomobilin ehtiyyat hissələri olan (pər, radiyator, tormoz, pompa, inventur, iki ədəd təzə təkər, antifriz, mühərrik yağını və kondisionerin qazına) Şahid3 iştirakı ilə 1.000 manat pul xərcləmişdir. 11 sentyabr 2022-ci il tarixədək avtomobili idarə edərkən heç bir problem ilə qarşılaşmamışdır. Lakin həmin günü onu Yasamal rayon yol patrul xidmətinin əməkdaşı saxlayaraq avtomobilin cərimələri olduğunu bildirmişdir. O, 50 manat cəriməni ödədikdən sonra evinə getmişdir. Lakin polis əməkdaşları ona hər gün cərimə gələcəyini bildirmişdir. O, 12 sentyabr 2022-ci il tarixdə Valehdən cərimə ilə bağlı maraqlanmağını soruşduqda Valeh ona bildirmişdir ki, 220 manat ödənməlidir. 19 sentyabr 2022-ci il tarixdə avtomobilin texniki baxışın müddəti olmuşdur. Bu barədə Valehə məlumat vermişdir. Valeh həll olunacağını bildirmişdir. Lakin sonradan ona texniki baxışı ödəməsini bildirmişdir. O, Valehdən sığortanın müddətini soruşduqda Valeh ona cavab verməmişdir. Bundan sonra o, Valehə SMS yazaraq avtomobil mövcud cərimələrinə görə yol polisi tərəfindən avtomobil əlindən alınaraq cərimə meydançasına qoyulacağını bildirdikdə Valeh ona SMS yazaraq 5 günə metalik «Toyota Prius» markalı avtomobili gələcəyini bildirmişdir. Ondan səbirli olmağını xahiş etmişdir. 13 sentyabr 2022-ci il tarixdə o, Valehə SMS yazaraq cərimənin ödənilmədiyini bildirdikdə sonuncu axşam evə çatıb alacağını və sabah yəni 13 sentyabr 2022-ci il tarixdə saat 15:00-da avtomobili servisə aparmağını bildirmişdir. O, Valehə 13 sentyabr 2022-ci il tarixdə işi ilə bağlı vaxtı olmayacağını bildirdikdə Valeh ona Hacıbabanı göndərəcəyini bildirmişdir. Hacıbaba 14 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində iş yeri olan Xəzər rayonu, Türkan qəsəbəsi, Hərbi şəhərciyin qarşısına gedərək avtomobili sonuncuya təhvil verib bu barədə Valehə məlumat vermişdir. Valeh bildirmişdir ki, avtomobilin 40 dəqiqəlik ustada işi var. O, həmin günü saat 17 radələrində Valeh ilə əlaqə saxladıqda sonuncu hələ avtomobilin hazır olmadığını bildirmişdir. O, Valehə avtomobili kefindən almadığını bildirdikdə sonuncu ona aqressiv formada “nə olub avtomobil servisdədirdə” yazmışdır. O, həmin servisə gedib baxdıqda avtomobilin orada olmadığını aşkar etmişdir. O, Valehə avtomobilin 40 dəqiqəlik işinin olduğunu bildirdiyini xatırlatdıqda Valeh onun mesajlarına və zənglərinə cavab verməmişdir. 15 sentyabr 2022ci il tarixdə saat 13:40-da ona SMS yazaraq şəhidləri olduğunu və onun dəfni ilə bağlı başının qarışıq olmasını yazmışdır. 16 sentyabr 2022-ci il tarixdə Valeh ona səs ataraq avtomobilin servisdə olduğunu bildirmişdir. O, Valehə hansı servisdə olmasını soruşduqda Valeh ona cavab verməmişdir. 17 sentyabr 2022-ci il tarixdə saat 21:23-də Valeh ona SMS yazaraq borca 5.000 manat pul istədiyini üzərində 1.000 pul verəcəyini bildirmişdir. Bundan sonra əlaqələr kəsilmişdir. O, Valehdən avtomobilini ala bilməmişdir. Hər dəfə zəng etdikdə müxtəlif bəhanələrlə onu aldadaraq guya görüşəcəyini bildirsə də, lakin görüşməkdən yayınmışdır. 09 oktyabr 2022-ci il tarixdə Valeh ona SMS yazaraq “oğulsan məni polisə vermisən” bildirmişdir. O, Valehə “bu hələ başlanğıcdı” yazdıqda Valeh ona “olsun arxasında gözləyirəm” yazmışdır. 10 oktyabr 2022-ci il tarixdə Valehin ona satdığı avtomobilin “tap.az” saytında satışa qoyulmasını görüb Valehə şəklini göndərərək “maşını salarkən heç nə fikirləşmədin” yazmışdır. Valeh isə ona SMS yazaraq “səncanı bunu kim satır” yazmışdır. 11 oktyabr 2022-ci il tarixdə Valehə SMS yazaraq həftə içi konkret vaxt deməsini soruşduqda sonuncu 20-si oktyabrda avtomobil verə biləcəyini söz vermişdir. Sonradan ona məlum olmuşdur ki, Valeh ona xx.xx.2022-ci il tarixdə verdirdiyi etibarnaməni xx.xx.2022-ci il tarixdə ləğv elətdirib. 10 mart 2023-cü il tarixdə Valeh ona SMS yazaraq mart ayının sonunda pulunu qaytaracağını bildirmişdir. Beləliklə o, təqsirləndirilən şəxslə barışmadığını və ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 4 ilə yaxındır ki, tanıyır. Valehin «Toyota Prius» markalı avtomobilləri olduğu üçün icarə əsasında avtomobili götürüb idarə etmişdir. Həmçinin Valeh su işi ilə məşğul olduğuna görə ona suları ünvanlara çatdırmaq işinidə həvalə etmişdir. O, hər iki işdə işləyirdi. Valeh ***-***-**-** mobil nömrəni istifadə edirdi. O, Valehin icarəyə götürdüyü ünvan 3 ünvanında hündür mərtəbəli binanın birinci mərtəbəsində yerləşən ofisində əyləşirdi. Orada həmçinin içməli suların çaldırılması kimi xidmət göstərirdi. Valehin icarəyə verdiyi avtomobillərdə nasazlıq olaraq yolda qalarkən onu həmin avtomobillərin təmirinə göndərirdi. Bunun müqabilində ona aylıq 450 manat məvacib verirdi. 27 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs bacanağı Şahid1 ilə birlikdə ünvan 3 ünvanında hündür mərtəbəli binanın birinci mərtəbəsində yerləşən ofisinə getmişdir. Həmin vaxtı o, Valeh ilə ofisdə əyləşmişdir. Cəfər Şahid1 ilə ofisə daxil olmuşlar. X18 bildirmişdir ki, qara rəngli «Toyota Prius» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili aldığı gündən 1 ayı tamam olan günü Bakı şəhəri, Xətai rayonu, Liitfi-zadə küçəsində yerləşən servisə avtomobil aparılmalıdır. İlkin ödəniş kimi Valeh 4.500 manat pul ödəyəcəyini 20 ay müddətinə isə 450 manat hər ayın 28-də ödəməli olduğunu bildirmişdir. Ümumilikdə avtomobili 13.500 manata razılaşmışlar. Valeh Cəfərə avtomobilə servisdə baxıldıqdan 40 dəqiqə sonra avtomobili götürə biləcəyini bildirmişdir. Həmçinin Valeh bildirmişdir ki, ödəyəcəyi 4.500 manat pulun içərisində özü avtomobilə aid cərimələri, dayanacaq pulunu və avtomobildə olan nasazlıqları ödəyəcəkdir. Valeh ilə Cəfər arasında ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlanan kimi Valeh Şahid2 mobil notariat tətbiqi vasitəsi ilə elektron qaydada Cəfərə sürmək üçün etibarnamə verməsini xahiş etmişdir. Həmin müqavilənin şərtlərində göstərilmişdir ki, avtomobil 1 ay tamam olan günü servisə getməlidir, servisdə hər hansı aşkar olunmuş nasazlıqlar Cəfər tərəfindən qarşılanmalıdır. Həmçinin avtomobilin ödənişi 1 ay tamam olarkən ödənməlidir. Cəfər həmin müqavilənin şərtləri ilə razılaşdıqdan sonra ofisdə Cəfər Valehə nə qədər pul verdiyini xatırlamasa da lakin pul verib müqaviləni imzalayıb özü ilə götürmüşdür. Cəfər özündə pul saxlamışdır ki, avtomobilin təmirinə, dayanacaqda saxlanılmasına və cərimələrinə ödənilməsinə xərcləyər. Ofisdən çıxaraq birlikdə Yasamal rayonu, Qələbə dairəsinin yaxınlığında yerləşən dayanacağa avtomobili götürmək məqsədi ilə getmişlər. Orda avtomobilin cəriməsini ödəmək istədikdə ödəmə terminalına xırda pulu daxil etmək mümkün olmadığı üçün qərara gəlmişlər ki, pulu Valehin bank kart hesabına ödəyək, Valehdə cərimələrin protokol seriyaları olduğu üçün cəriməni ödəməsini bildirmişlər. Cəfər 650 manat pulu ona verdikdə oda Valehin kart hesabına Cəfərin yanında pulu göndərmişdir. Bundan sonra avtomobilin dayanacaqda qalmasına görə 250 manat, avtomobilin açarı olmadığı üçün 150 manat pul vermişlər. Həmin günü avtomobili sürərək ofisə getmişdir. Ofisin qarşısında mühərrik hissəsindən su axdığı üçün Cəfərə avtomobilə su əlavə edə-edə yaşadığı ünvana getmişdir. 28 avqust 2022-ci il tarixdə Cəfər avtomobili Valehin dediyi Xətai rayonu, Liitfi-zadə küçəsində yerləşən avtoservisdə işləyən adını xatırlamadığı ustanın yanına aparmışdır. O, Cəfər ilə avtoservisdə görüşmüşdür. Cəfər avtomobilin ehtiyyat hissələrinə və ustalara zəhmət haqqı olaraq təxminən 1.000 manat civarında pul xərcləyərək avtomobil üçün pər, radiyator, tormoz, pompa, inventur, iki ədəd təzə təkər və antifriz alınmışdır. Qeyd etdiyi ehtiyat hissələrini birlikdə alaraq ustaların yanında dəyişdirmişlər. Bütün bu proseslərdə Cəfərin yanında olmuşdur. Cəfər özü şəxsən ustalara və ehtiyyat hissələrinə pulu vermişdir. Həmin gündən sonra Cəfər avtomobili idarə etsədə lakin ona avtomobildə nasazlıq olması barədə şikayət etməmişdir. 14 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Valeh ona zəng edərək bildirmişdir ki, Cəfərdə olan qara rəngli «Toyota Prius» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil Xəzər rayonu, Tükan qəsəbəsi, Hərbi şəhərciyin qarşısına götürüb Şahid2 Suraxanı rayonu, Bakıxanov qəsəbəsində “Akkordun” binaları olan yerin yaxınlığında işlətdiyi avtoservisə yağını dəyişdirmək məqsədi ilə aparsın. O, həmin avtomobili Cəfərdən iş yerinin qarşısından götürərək Valehin dediyi servisə aparmışdır. Servisə daxil olduqdan sonra Şahid2 avtomobili görüb Valeh ilə danışdıqdan sonra ona məlum olmuşdur ki, Valeh həmin avtomobilin vaxtında ödənişlərini etmədiyi üçün avtomobili ondan alaraq servisin həyətində saxlamışdır. O, Valeh ilə bu barədə danışdıqda Valeh avtomobili Samirə təhvil verməyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Şahid2 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Həmçinin onun barəsində məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə məcburi gətirilmə qərarı qəbul edilərək icrası Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilmişdir. Lakin Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda Şahid2 yerinin müəyyən edilməsinin mümkün olmaması qeyd edilmişdir. İttiham aktında qeyd olunan və məhkəmə iclasında tədqiq olunmuş 19 avqust 2024cü il tarixdə Xəzər Rayon Məhkəməsində verdiyi ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Valeh ondan icarəyə maşın götürmüşdür. “Toyota Prius” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 36 ay müddətinə ondan götürmüş və ilkin ödəniş kimi 1.500 manat pul vermişdir. Maşını baş etibarnamə əsasında öhdəliyinə götürmüşdür. O, maşının satışı barədə məlumat verməmişdir. Zərərçəkmiş şəxs Valehin vasitəsi ilə tanımışdır. Cəfəri sürücü kimi tanış etmişdir. O, maşınlarını cərimə meydançalarından yığmışdır. Valeh ondan maşını 1.500 manatdan götürərək, 6.000 manata vermişdir. Maşınları Valeh şifahi razılaşma ilə götürmüşdür. Valehə yazılı olaraq müqaviləni təklif etsə də ehtiyac olmadığını bildirmişdir. Aralarında olan razılaşmada avtomobili satış kimi deyil, icarə əsasında işlətmək olmuşdur. Naxçıvan MR-da qeydiyyatda olduğundan burada maşınları adına keçirə bilməmişdir. Gün ərzində 2 sürücü dəyişilirdi. Maşın dostunun həyat yoldaşının adınadır. Xanımı narahat etməmək üçün etibarnaməni verirdi. Cəfərə verilən etibarnaməni ləğv etdirdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v. 1); zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 21-22); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xətai RPİ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır (cild 1, i.v. 36); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-348/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 19 iyul 2023-cü il tarixdən hesablanması hökm edilmişdir (cild 1, i.v. 69-83); Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1810/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxslər X4, X9, X2 və X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 1(011)-348/2023 nömrəli hökmü zərərçəkmiş şəxslər X4, X9, X2 və X1 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; 16 yanvar 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 1, i.v. 92-93); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 104-105); qətimkan tədbirinin nəzərə alınması haqqında 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-348/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və həmin hökmə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılması nəzərə alınmışdır (cild 1, i.v. 112); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-535/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiuş vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Xəzər rayon prokuroruna qaytarılmışdır. cinayət işinin icraata qəbul edilməsi haqqında 18 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 2, i.v. 1); 10 mart 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 2, i.v. 52-56); 10 mart 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 2, i.v. 57-60); 10 mart 2025-ci il tarixli mopbil telefonda olan sms məlumatlarına baxış keçirilməsinə haqqında protokoldan və ona əlavə edilmiş “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə aparılan sms mətnlərindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul tələb edir, Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək pulu qaytarmır və zərərçəkmiş şəxsdən şikayətini geri götürməyi tələb edir. (cild 2, i.v. 61-67); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 10 mart 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat CM-nin 178.2.4-cü maddəsinə tövsif edilmişdir (cild 2, i.v. 68-70); təqsirləndirilən şəxsə yenidən ittham elan etmək haqqında 11 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 2, i.v. 71- 72); sübutların qiymətləndirilməsi haqqında 11 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yeni məzmunda elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-348/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün bu barədə cinayət təqibinə xitam verilmiş, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, whatsapp ani mesajlaşma tətbiqi vasitəsilə aparılmış SMS mətnlərinə baxış keçirilməsi haqqında protokol iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (cild 2, i.v. 91- 98); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2022-ci il təvəllüdlü X6 və X7 vardır. Məhkəmə, Təqsirləndirilən şəxs “Toyota” markalı “Prius” modelli ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs satarkən niyyətinin onun etibarından suiistifadə edərək onu aldatmaq olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 11 sentyabr 2022-ci il tarixədək avtomobili idarə edərkən heç bir problem ilə qarşılaşmamışdır. Lakin həmin günü onu Yasamal rayon yol patrul xidmətinin əməkdaşı saxlayaraq avtomobilin cərimələri olduğunu bildirmişdir. O, 50 manat cəriməni ödədikdən sonra evinə getmişdir. Lakin polis əməkdaşları ona hər gün cərimə gələcəyini bildirmişdir. O, 12 sentyabr 2022-ci il tarixdə Valehdən cərimə ilə bağlı maraqlanmağını soruşduqda Valeh ona bildirmişdir ki, 220 manat ödənməlidir. 19 sentyabr 2022-ci il tarixdə avtomobilin texniki baxışın müddəti olmuşdur. Bu barədə Valehə məlumat vermişdir. Valeh həll olunacağını bildirmişdir. Lakin sonradan ona texniki baxışı ödəməsini bildirmişdir. O, Valehdən sığortanın müddətini soruşduqda Valeh ona cavab verməmişdir. Bundan sonra o, Valehə SMS yazaraq avtomobil mövcud cərimələrinə görə yol polisi tərəfindən avtomobil əlindən alınaraq cərimə meydançasına qoyulacağını bildirdikdə Valeh ona SMS yazaraq 5 günə metalik «Toyota Prius» markalı avtomobili gələcəyini bildirmişdir. Ondan səbirli olmağını xahiş etmişdir. 13 sentyabr 2022-ci il tarixdə o, Valehə SMS yazaraq cərimənin ödənilmədiyini bildirdikdə sonuncu axşam evə çatıb alacağını və sabah yəni 13 sentyabr 2022-ci il tarixdə saat 15:00-da avtomobili servisə aparmağını bildirmişdir. O, Valehə 13 sentyabr 2022-ci il tarixdə işi ilə bağlı vaxtı olmayacağını bildirdikdə Valeh ona Hacıbabanı göndərəcəyini bildirmişdir. Hacıbaba 14 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində iş yeri olan Xəzər rayonu, Türkan qəsəbəsi, Hərbi şəhərciyin qarşısına gedərək avtomobili sonuncuya təhvil verib bu barədə Valehə məlumat vermişdir. Valeh bildirmişdir ki, avtomobilin 40 dəqiqəlik ustada işi var. O, həmin günü saat 17 radələrində Valeh ilə əlaqə saxladıqda sonuncu hələ avtomobilin hazır olmadığını bildirmişdir. O, Valehə avtomobili kefindən almadığını bildirdikdə sonuncu ona aqressiv formada “nə olub avtomobil servisdədirdə” yazmışdır. O, həmin servisə gedib baxdıqda avtomobilin orada olmadığını aşkar etmişdir. O, Valehə avtomobilin 40 dəqiqəlik işinin olduğunu bildirdiyini xatırlatdıqda Valeh onun mesajlarına və zənglərinə cavab verməmişdir. 15 sentyabr 2022-ci il tarixdə saat 13:40-da ona SMS yazaraq şəhidləri olduğunu və onun dəfni ilə bağlı başının qarışıq olmasını yazmışdır. 16 sentyabr 2022-ci il tarixdə Valeh ona səs ataraq avtomobilin servisdə olduğunu bildirmişdir. O, Valehə hansı servisdə olmasını soruşduqda Valeh ona cavab verməmişdir. 17 sentyabr 2022-ci il tarixdə saat 21:23-də Valeh ona SMS yazaraq borca 5.000 manat pul istədiyini üzərində 1.000 pul verəcəyini bildirmişdir. Bundan sonra əlaqələr kəsilmişdir. O, Valehdən avtomobilini ala bilməmişdir. Hər dəfə zəng etdikdə müxtəlif bəhanələrlə onu aldadaraq guya görüşəcəyini bildirsə də, lakin görüşməkdən yayınmışdır. 09 oktyabr 2022-ci il tarixdə Valeh ona SMS yazaraq “oğulsan məni polisə vermisən” bildirmişdir. O, Valehə “bu hələ başlanğıcdı” yazdıqda Valeh ona “olsun arxasında gözləyirəm” yazmışdır. 10 oktyabr 2022-ci il tarixdə Valehin ona satdığı avtomobilin “tap.az” saytında satışa qoyulmasını görüb Valehə şəklini göndərərək “maşını salarkən heç nə fikirləşmədin” yazmışdır. Valeh isə ona SMS yazaraq “səncanı bunu kim satır” yazmışdır. 11 oktyabr 2022-ci il tarixdə Valehə SMS yazaraq həftə içi konkret vaxt deməsini soruşduqda sonuncu 20-si oktyabrda avtomobil verə biləcəyini söz vermişdir. Sonradan ona məlum olmuşdur ki, Valeh ona xx.xx.2022-ci il tarixdə verdirdiyi etibarnaməni xx.xx.2022-ci il tarixdə ləğv elətdirib. 10 mart 2023-cü il tarixdə Valeh ona SMS yazaraq mart ayının sonunda pulunu qaytaracağını bildirmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 27 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs bacanağı Şahid1 ilə birlikdə ünvan 3 ünvanında hündür mərtəbəli binanın birinci mərtəbəsində yerləşən ofisinə getmişdir. Həmin vaxtı o, Valeh ilə ofisdə əyləşmişdir. Cəfər Şahid1 ilə ofisə daxil olmuşlar. X18 bildirmişdir ki, qara rəngli «Toyota Prius» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili aldığı gündən 1 ayı tamam olan günü Bakı şəhəri, Xətai rayonu, Liitfi-zadə küçəsində yerləşən servisə avtomobil aparılmalıdır. İlkin ödəniş kimi Valeh 4.500 manat pul ödəyəcəyini 20 ay müddətinə isə 450 manat hər ayın 28-də ödəməli olduğunu bildirmişdir. Ümumilikdə avtomobili 13.500 manata razılaşmışlar. Valeh Cəfərə avtomobilə servisdə baxıldıqdan 40 dəqiqə sonra avtomobili götürə biləcəyini bildirmişdir. Həmçinin Valeh bildirmişdir ki, ödəyəcəyi 4.500 manat pulun içərisində özü avtomobilə aid cərimələri, dayanacaq pulunu və avtomobildə olan nasazlıqları ödəyəcəkdir. Valeh ilə Cəfər arasında ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlanan kimi Valeh Şahid2 mobil notariat tətbiqi vasitəsi ilə elektron qaydada Cəfərə sürmək üçün etibarnamə verməsini xahiş etmişdir. Həmin müqavilənin şərtlərində göstərilmişdir ki, avtomobil 1 ay tamam olan günü servisə getməlidir, servisdə hər hansı aşkar olunmuş nasazlıqlar Cəfər tərəfindən qarşılanmalıdır. Həmçinin avtomobilin ödənişi 1 ay tamam olarkən ödənməlidir. Cəfər həmin müqavilənin şərtləri ilə razılaşdıqdan sonra ofisdə Cəfər Valehə nə qədər pul verdiyini xatırlamasa da lakin pul verib müqaviləni imzalayıb özü ilə götürmüşdür. 28 avqust 2022-ci il tarixdə Cəfər avtomobili Valehin dediyi Xətai rayonu, Liitfi-zadə küçəsində yerləşən avtoservisdə işləyən adını xatırlamadığı ustanın yanına aparmışdır. O, Cəfər ilə avtoservisdə görüşmüşdür. Cəfər avtomobilin ehtiyyat hissələrinə və ustalara zəhmət haqqı olaraq təxminən 1.000 manat civarında pul xərcləyərək avtomobil üçün pər, radiyator, tormoz, pompa, inventur, iki ədəd təzə təkər və antifriz alınmışdır. Qeyd etdiyi ehtiyat hissələrini birlikdə alaraq ustaların yanında dəyişdirmişlər. Bütün bu proseslərdə Cəfərin yanında olmuşdur. Cəfər özü şəxsən ustalara və ehtiyyat hissələrinə pulu vermişdir. Həmin gündən sonra Cəfər avtomobili idarə etsədə lakin ona avtomobildə nasazlıq olması barədə şikayət etməmişdir. 14 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Valeh ona zəng edərək bildirmişdir ki, Cəfərdə olan qara rəngli «Toyota Prius» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil Xəzər rayonu, Tükan qəsəbəsi, Hərbi şəhərciyin qarşısına götürüb Şahid2 Suraxanı rayonu, Bakıxanov qəsəbəsində “Akkordun” binaları olan yerin yaxınlığında işlətdiyi avtoservisə yağını dəyişdirmək məqsədi ilə aparsın. O, həmin avtomobili Cəfərdən iş yerinin qarşısından götürərək Valehin dediyi servisə aparmışdır. Servisə daxil olduqdan sonra Şahid2 avtomobili görüb Valeh ilə danışdıqdan sonra ona məlum olmuşdur ki, Valeh həmin avtomobilin vaxtında ödənişlərini etmədiyi üçün avtomobili ondan alaraq servisin həyətində saxlamışdır. O, Valeh ilə bu barədə danışdıqda Valeh avtomobili Samirə təhvil verməyini bildirmişdir. Bundan əlavə, məhkəmə iclasında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə aparılan sms mətnlərinə baxış zamanı zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatların həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. Bununla da, məhkəmə, zərərçəkmiş şəxsə və şahidə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmələrini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxs və şahidin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını CM-59.1.4cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1810/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-348/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün 19 sentyabr 2023-cü il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini 2021-ci ilin oktyabr ayından 2022-ci ilin avqust ayı aralığında törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, zərərçəkmiş şəxslə barışı əldə etməməsini və dəymiş ziyanı ödəməməsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-348/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun 18 mart 2023-cü il tarixdən 20 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 19 iyul 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 348/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-348/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 mart 2023-cü il tarixdən 20 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-348/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-237/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-237/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver