Məhkəmə qərarları › İş №1(011)-238/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-238/2025

22.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-238/2025 22.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs kimi tanınmış hüquqi şəxslər Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi X10 və Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi X6, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X8 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1997-ci ildə Ağsu rayonunun Dilman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağsu rayonu, Kalva Ə/D, Dilman kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş ittihama əsasən o, özgənin əmlakını talama məqsədi ilə 04 dekabr 2024-cü il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri, 48-ci Məhəllə ünvanında Zərərçəkmiş şəxs2 MMC-nin “Buta” aptekinə müştəri qismində gəlib onun girməyi qadağan olan satış yerinə qanunsuz olaraq girməklə onun tərəfindən alınmış dərmana görə pulun qalığını qaytarmaq istəyən əczaçı Zərərçəkmiş şəxs1 kassanın siyirtməsini açmasından istifadə edib sonuncunu oradan kənarlaşmaqla saxlanc yeri hesab edilən kassadan 245 manat nağd pul vəsaitini açıq talayaraq hadisə yerindən qaçmaqla Zərərçəkmiş şəxs1 mənəvi, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə 245 (iki yüz qırx beş) manat miqdarda maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 05 dekabr 2024-cü il tarixdə saat 01:00-da ünvan 2 ünvanda Zərərçəkmiş şəxs4 MMC- nin “Natural” aptekinə müştəri qismində gəlib onun girməyi qadağan olan satış yerinə qanunsuz olaraq əczaçı Zərərçəkmiş şəxs3 həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək saçından tutub sağ əlini burmaqla qışqırmaması üçün ağzını əli ilə bağlayıb yumruqla baş nahiyəsindən vuraraq ona sağ əlin birinci barmağının qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət yetirməklə piştaxta üzərindəki korton qutudan 93 manat nağd pul vəsaitini açıq talayıb Zərərçəkmiş şəxs3 fiziki, zərərçəkmiş hüquqi şəxs "Bahar Pharma” MMC-yə 93 (doxsan üç) manat miqdarda maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsinə göstərmişdir ki, 04 dekabr 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhərində yerləşən “Şamaxinka” adlanan ərazidəki kafelərdən birində yemək yeyib bir litr spirtli içki qəbul etmişdir. Spirtli içkinin təsiri altında olduğundan avtobusa minərək özünə də məlum olmayan səbəbdən Sumqayıt şəhərinə getmişdir. Sumqayıt şəhərində olan zaman küçələrdə bir qədər piyada gəzdikdən sonra yolların kəsişməsində dairə olduğunu, həmin dairənin ortasında yanacaq doldurma məntəqəsinin yerləşdiyini, dairənin sağ tərəfində ticarət obyektlərinin işıqlarının yandığını, lakin özlərinin bağlı olduğunu görmüşdür. Üzərində “Buta” sözləri yazılan aptek görüb ora yaxınlaşanda içəridə işıq yandığını, içəridə bir nəfər satıcı qızdan başqa heç kimin olmadığını gördükdə aptekin qarşısında dayanıb siqaret çəkmişdir. Daha sonra aptekin içərisinə boylandıqda içəridə bir nəfər satıcı qızdan başqa heç kimin olmadığına bir daha əmin olduqdan sonra aptekə daxil olaraq, satıcıya yaxınlaşmışdır. Satıcı qız ondan nə istədiyini soruşduqda qulaq ağrısı üçün dərman verməsini xahiş etmişdir. Satıcı qız dərmanı gətirib piştaxtanın üzərinə qoyaraq ondan aldığı pulun qalığını qaytarmaq üçün piştaxtanın arxasında olan kassaya yaxınlaşıb kassanı açdıqda çəkməcədə pulların olmasını görmüşdür. Bundan sonra satıcıdan geri çəkilib səs çıxarmamasını, hay-küy salmamasını tələb edərək kassada olan pulları götürmüşdür. Satıcı qız qorxaraq pullar olan çəkməcədən aralanıb aptekdən küçəyə qaçmışdır. Çəkməcədən pulları götürdükdən sonra qaçaraq oradan uzaqlaşmışdır. Ələ keçirdiyi pulları yolda gedərkən sayıb cəmi 245 manat olmasını müəyyən etmişdir. Həmin pulu günədlik ehtiyaclarına xəcləmişdir. ünvan 2 ünvanda fəaliyyət göstərən Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Natural” aptekdə baş vermiş epizod üzrə özünü təqsirli bilmir. Həmin cinayəti törətməmişdir. Göstərilənlərə əsasən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilməsi, yəni ünvan 2 ünvanda fəaliyyət göstərən Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Natural” aptekdə cinayət hadisəsi törətməməsi ifadəsi özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, bir müddətdir Zərərçəkmiş şəxs4 MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən “Natural” aptekdə gecə növbəsində əczaçı-satıcı işləyir. İş saatları saat 17:00dan 01:00-dək olan müddəti əhatə edir. 05 dekabr 2024-cü tarixdə saat 00:30-da çalışdığı “Natural” aptekdə işdə olan zaman bir nəfər başında qara rəngli parçadan papaq, ağızında qara rəngli tibbi maska, əynində qara rəngli dəri gödəkçə, göy rəngli cins şalvar, ayaqlarında kənarında ağ rəngdə “Nike” brendinin loqosu olan qara rəngli idman ayaqqabısı (aşağı və loqo hissəsi ağ olmaqla), bel-çiyin nahiyəsində əyrilik olan, ayaq pəncələrini azca içəri tərəfə qoymaqla yeriyən, qarayanız, ortaboylu, təxminən 25-30 yaşlarında adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs müştəri qismində aptekə daxil olmuşdur. Həmin şəxs aptekdə satış pəncərisinə yaxnlaşıb qulaqlarında ağularının oldğuııu bildirərək, tövsiyə edə biləcək dərman soruşmuşdur. O da ona qulaq dərmanı göstərmişdir. Lakin, həmin şəxs iynə müalicəsi almaq istədiyini bildirmiş, o da antibiotik iynələrini təklif etmişdir. Ancaq həmin şəxs kəskin ağrılarının olduğunu bildirərək, piştaxda axrasına keçməyini və aptekin içəri otağında ona iynə vurmasını xahiş etmişdir. O da iynə vurmağa icazəsi və səlahiyyəti olmadığını, aptekə yaxın məsafədə təcili tibbi yardım məntəqəsinin olduğunu və orada iynə vurdura biləcəyini bildirmişdir. Həmin şəxs təcili yardım məntəqəsinin yerini soruşmuş, o da təqribi yerini izah etmişdir. Sonra həmin şəxs aptekin daxilində yerləşən optika bölməsinin işləyib-işləmədiyini soruşmuş, o da optika bölməsində çalışan əməkdaşın iş vaxtının bitdiyindən getdiyini demişdir. Bundan sonra həmin şəxs təcili yardıma getmək adı ilə aptekdən çıxmışdır. Təxminən 20-25 dəqiqə sonra, yəni 05 dekabr 2024-cü tarixdə saat 00:50 radələrində həmin şəxs yenidən aptekə daxil olaraq, ondan aspirin adlı dərman istəmişdir. Aspirin adlı dərmanı rəfdən götürən zaman, Təqsirləndirilən şəxs aptekin əczaçılar və digər əməkdaşları üçün nəzərdə tutulmuş hissəsinə keçərək üzərinə gəlib, yanına çalan kimi sakit dayanmasını, əks təqdirdə öldürəcəyi ilə hədələyərək sağ əli onu pulların yığıldığı yerə tərəf itələmişdir. O, dərhal uca səslə qışqırıb kömək çağırmağa başlamışdır. Bunu görən Təqsirləndirilən şəxs sağ əli ilə saçından tutaraq, sol əli ilə sağ əlini burmaqla qışqırmaması üçün ağız nahiyəsindən əli ilə sıxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs kordon qutuya yığılmış pulları götürmək istədiyini gördükdə müqavimət göstərməyə çalışmışdır. Lakin, Təqsirləndirilən şəxs sağ əli ilə onun başından bir dəfə yumruqla vurub kordon quluda yığılan aptekə məxsus pulları götürmüşdür. Təqsirləndirilən şəxs pulları götürüb qaçmaq istəyərkən əynindəki gödəkçədən tutaraq saxlamağa çalışmışdır. Bu vaxt Təqsirləndirilən şəxs arxaya çevrilib ona qolunun dirsəyi ilə zərbə vurduqda aptekdən taladığı pulların bir qismi yerə tökülmüşdür. Aldığı zərbədən geri gedərək aptekdəki rəfə dəydikdə Təqsirləndirilən şəxs onun əlindən çıxıb aptekdən çölə qaçmışdır. Təqsirləndirilən şəxs arxasınca qışqırmasına baxmayaraq sonuncu dayanmayaraq aptekin qapısından çıxıb sola doğru qaçmağa davam etmişdir. Çölə çıxıb Təqsirləndirilən şəxs arxasınca qaçmaq istəyərkən aptekdə ondan başqa məsul şəxsin olmadığını xatırlayıb geri qayıtmışdır. Bundan sonra aptekin rəhbəri Nümayəndə2 zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra yerə tökülən pulları kordon qutuya yığıb saydıqda, Təqsirləndirilən şəxs aptekdəki kardon qutudan 93 (doxsan üç) manat nağd pul apardığını aşkar etmişdir. Yerə tökülən pulları yığıb, qutuya qoymamışdan əvvəl saymadığından yerə tökülmüş pulların miqdarını bilməmişdir. Səhəri gün aptekin rəhbəri Nümayəndə2la görüşərək hadisə barədə məsləhətləşmişdir. Aparılan məbləğ az olduğundan hadisə barədə polisə məlumat vermək istəməmişlər. Lakin 10 dekabr 2024-cü il tarixdə işlədiyi aptekin qarşısında ərazi üzrə xidmət aparan polis əməkdaşını gördükdə hadisə barədə məlumat vermişdir. Hadisəni törətmiş Təqsirləndirilən şəxs əvvəllər tanımamış ilk dəfə hadisə vaxtı görmüşdür. Aptekdən talanmış həmin 93 manaq miqdarında pul “Natural” aptekin aid olduğu Zərərçəkmiş şəxs4 MMC-yə məxsus olmuşdur. Aptekə mütəmadi olaraq müştəri girib-çıxdığından aptekin əməkdaşları olaraq hər növbə satışın pullarını aptekin pəncərəsinin arxa tərəfində rəfə qoyduqları açıq vəziyyətdə olan kardon qutuya yığırmışlar. Gecə növbəsi bitdikdə satıcısı-əczaçı apteki bağlayanda kardon qutudan yığılmış satış pullarını götürüb sayaraq kassa aparatının siyirməsinə qoyub bağlayırmış. Hadisə aptekin iş saatlarında baş verdiyindən həmin vaxt pullar kardon qutuda imiş. Hadisənin videogörüntülərində Təqsirləndirilən şəxs onu başından vurması, ağızından əli ilə tutub sıxması və sonda əlindən qaçması üçün onu dirsəyi ilə vurması öz əksini tapmışdır. Hadisə 05 dekabr 2024-cü il tarixdə baş vermiş və o, 11 dekabr 2024-cü il tarixdə MTE-nin həkim müayinəsindən keçmişdir. Bu səbəblə də aldığı bəzi xəsarətlər həmin vaxtadək bədənində qalmamışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında zərərçəkmiş şəxs hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi X10 ifadəsində göstərmişdir ki, hadisədə iştirak etməmişdir. Zərər kassadan gündəlik malların satış sayına əsasən hesablanmışdır. Dəymiş zərər 245 manatın ödənməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyun ayından Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən “Buta” aptekdə əczaçı işləyir. 04 dekabr 2024-cü il tarixdə saat 22 radələrində aptekdə olarkən bir nəfər 25-30 yaşlı, beli biraz bükük, qara bəniz, təxminən 170-180 sm boyunda, əynində qara rəngli gödəkcə və qara rəngli papaq, göy rəngli cins şalvar, üzərində ağ rəngli “NİKE” brendinin loqosuna bənzəyən qara, kənarları ağ rəngli idman ayaqqabısı olan bir nəfər şəxs daxil olaraq ona qulaq ağrısı üçün damcı verməsini xahiş etmişdir. O da həmin şəxsə “Borasit” adh qulaq damcısı vermişdir. Lakin həmin şəxs dərmanın qiymətinin beş manat olduğunu bildikdə, qiymətinin ucuz olduğunu bildirib, baha qiymətə olan dərmandan verməyini tələb etmişdir. Buna görə də 17 manat 70 qəpik qiymətində olan “Fovito” qulaq damcısını vermişdir. Həmin şəxs dərmanı qəbul edərək vitrinin üstünə qoymuş, sonra isə cibindən 20 manatlıq pul əskinazı çıxararaq ona uzatmışdır. Pulu qəbul etdikdən sonra qalıq pulu qaytarmaq üçün kassanı açdıqda həmin şəxs kassaya 3 yaxınlaşaraq ondan oradan qaçıb uzaqlaşmasını tələb etmişdir. Əvvəlcə onun nə etmək istədiyini başa düşməyib, ondan kənara çəkilməsini tələb etmişdir. Lakin həmin şəxs üzərinə gələrək kassadakı pulları ona verməyini tələb eldikdə onun hərəkətlərindən qorxub qaçaraq aptekdən çölə çıxmışdır. Sonra isə çöl tərəfdən aptekin giriş qapısını tutub saxlayaraq kömək çağırmaq istəmişdir. Lakin həmin şəxs 10-15 saniyyə sonra qapını çəkib açaraq qapıdan çıxaraq qaçıb getmişdir. Bundan sonra işlədiyi “Buta” apteklər şəbəkəsinin region rəhbəri Şahid1 zəng edərək hadisə barədə məlumat vermişdir. Şahid1 də öz növbəsində hadisə barədə əvvəlcə Azərbaycan Respublikası DİNnin 102 xidmətinə zəng edərək məlumat vermiş, sonra isə ərazi üzrə Sumqayıt ŞPİ-nin 1ci PB- nə şikayət ərizəsi müraciət etmişdir. Araşdırma zamanı aptekdəki kassadan ümumilikdə 245 manat pulun talandığını müəyyən edilmişdir. Hadisəni törətmiş şəxs tərəfindən ona qarşı heç bir formada fiziki qüvvə tətbiq edilməmiş, xəsarət yetirilməmişdir. Hadisəni törədən şəxsin əlində hər hansı bir silah və ya silah qismində istifadə olunan əşya görməmişdir. Kassadan talanmış məbləğin miqdarı 245 manat olmuşdur. Ancaq Şahid1 polisə ilkin müraciət edərkən talanmış məbləği dəqiqləşdirmədən həmin məbləğin 200 manat olduğunu göstərmişdir. Talanmış həmin məbləğ işlədiyi “Buta” apteklər şəbəkəsinində sahibi olan "xxxx" MMC-yə məxsusudur. Dəymiş zərərin ödənməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 2024cü ilin may ayından Zərərçəkmiş şəxs2 MMC-nin bölgə müdiri işləyir. Vəzifəsi Zərərçəkmiş şəxs2 MMC-nin Azərbaycan Respublikasının şimal və cənub bölgələrində yerləşən apteklər şəbəkəsinə nəzarət etməkdən ibarətdir. Həmin apteklər şəbəkəsinə daxil olan apteklərdən biridə Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşir. Sonuncu dəfə 04 dekabr 2024-cü il tarixdə saat 22 radələrində həmin aptekdə əczaçı işləyən Zərərçəkmiş şəxs1 ona telefonla zəng edərək bir nəfər şəxsin aptekə daxil olaraq ona qulaq ağrısı üçün damcı verməsini xahiş etdiyini, həmin şəxsə istədiyi dərmanı verdikdən sonra müştərinin verdiyi pulun qalığını qaytarmaq üçün aptekdəki kassanı açdıqda həmin şəxsin kassadakı pulları götürdüyünü, sonra isə aptekdən qaçıb getdiyini bildirmişdir. Buna görə də dərhal aptekə gəlmiş, müşahidə kameralarına baxıb Zərərçəkmiş şəxs1 dediklərinin həqiqiliyinə əmin olduqdan sonra telefonla zəng vurub hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək hanisə yerinə baxış keçirmişlər. Kassadan talanmış məbləğ 245 manat təşkil etmişdir. Lakin, ilkin olaraq hadisə barədə DİN-nin 102 xidmətinə telefonla, sonradan isə şikayət ərizəsi ilə polis bölməsinə müraciət edərkən kassadan talanmış məbləği dəqiqləşdirmədən həmin məbləğin təxminən 200 manat təşkil ediyini bildirmişdir. Ancaq sonradan aptekdə quraşdırılmış kompyuter vasitəsilə dəqiqləşdirdikdə həmin məbləğin 245 manat təşkil etdiyini müəyyən etmişdir. Belə ki, aptekdə əczaçı iş vaxtı satdığı hər bir dərmanın adını və qiymətini kompyuter vasitəsi ilə qeyd edir. Hadisədən sonra kompyuterə baxaraq satılmış dərmanların ümumi məbləğini hesablamış və talanmış məbləğin 245 manat təşkil etdiyini müəyyən etmişdir. Aptekdən talanmış 245 manat pul Zərərçəkmiş şəxs2 MMC-nə məxsusudur. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 10 dekabr 2024-cü il tarixdə saat 16:20 radələrində xidməti ərazidə olarkən ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Natural” aptekdə əczaçı işlətyən X7 ona yaxınlaşaraq 05 dekabr 2024-cü il tarixdə saat 01 radələrində başında qara rəngli parça papaq, ağızında qara rəngli tibbi maska, əynində qara rəngli dəri gödəkçə, göy rəngli cins şalvar, kənarında ağ rəngdə “Nike” brendinin loqosu olan qara rəngli idman ayaqqabısı olan tanımadığı bir nəfər şəxsin müştəri kimi aptekə daxil olması, ondan qulaq ağrısı üçün dərmanlar istəməsi, aptekin içərisində başqa heç kimin olmadığından əmin olduqdan sonra ona fiziki güc tətbiq etməklə kassadan 100 manata yaxın aptekə məxsus pul vəsaitini götürüb qaçması barədə məlumat vermişdir. O da öz növbəsində bu barədə şöbənin rəhbərliyinə yazılı raportla məruzə etmişdir. Bu barədə tərtib etdiyi raport şöbənin 1 nömrəli törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında qeydiyyata alınaraq hadisənin tam, obyektiv və hərtərəfli araşdırılmasından ötrü aidiyyəti üzrə şöbənin baş təhqiqatçısı, polis mayoru Vüqar Həsənova həvalə edilmişdir. 10 dekabr 2024-cü il tarixdə baş təhqiqatçının əməliyyat tapşırığı əsasında hadisəni törədən şəxsi müəyyən etməkdən ötrü bir sıra əməliyyat tədbirləri keçirməyə başlamışdır. Bununla bağl. hadisə baş verən ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 MMC-yə məxsus “Natural” aptekin video müşahidə kameralarındakı görüntülərdən başlayaraq hadisəni törədən şəxsin şəxsiyyəti müəyyən etməkdən ötrü geriyə doğru izləməyə başlamışdır. Sözü gedən aptekdə quraşdırılmış video müşahidə kameralarının görüntülərində hadisəni törədən şəxsin başında qara rəngli parça papaq, ağızında qara rəngli tibbi maska, əynində qara rəngli dəri gödəkçə, göy rəngli cins şalvar, kənarında ağ rəngdə “Nike” brendinin loqosu olan qara rəngli idman ayaqqabısı olduğunu, həmçinin bel nahiyəsinin yuxarı hissəsində önə doğru əyrilik, ayaq pəncələrini azca içəri tərəfə qoymaqla yeriyən orta bədən quruluşlu bir nəfər şəxs olduğunu müəyyənləşdirmişdir. Bundan sonra baş vermiş cinayət hadisəsi barədə tərəfindən məxfi əməkdaşlarına verilmiş tapşırıqlar nəticəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən həmin cinayətin Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən törədilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının dəqiqliyini yoxlamaqla cinayət hadisəsini törətməkdə şübhəli olan həmin şəxsin xx xxxxxx 1997-ci il təvəllüdlü, əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddələri ilə məhkum olunmuş, Ağsu rayonu Dilman kəndində anadan olan Təqsirləndirilən şəxs olduğunu, habelə adı çəkilən şəxsin 04 dekabr 2024-cü il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri ərazisində eyni üsulla aptekə daxil olaraq soyğunçuluq hadisəsi törətdiyini və həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Sumqayıt rayon Məhkəməsi tərəfindən barəsində həbs növündə qətimkan tədbiri seçilərək istintaq təcridxanasına yerləşdirildiyim müəyyən etmişdir. Bundan başqa bütün ehtimalları dəqiqləşdirməkdən ötrü Təqsirləndirilən şəxs Xətai rayonu ərazisinə hansı yollarla gəldiyini müəyyən etmək qərarına gələrək, bir sıra əməliyyat tədbirləri ilə sonuncunun hadisənin baş verdiyi Xətai rayonu ərazisində yerləşən metronun “Həzi Aslanov” stansiyasının ətrafına **-JU-*** dövlət qeydiyyat nişanlı marşrut avtobusu ilə gəldiyini müəyyən etmişdir. Həmin marşrut avtobusunda 04 dekabr 2024-cü il saat 23:00-dan 05 dekabr 2024-cü il saat 00:20-dək qeydə alınmış videomüşahidə kameralarının görüntülərini rəsmi qaydada əldə etmişdir. Həmin görüntülərdə də başında qara rəngli parça papaq, ağzında qara rəngli tibbi maska, əynində qara rəngli dəri gödəkçə, göy rəngli cins şalvar, kənarında ağ rəngdə “Nike” brendinin loqosu olan qara rəngli idman ayaqqabısı olduğunu, həmçinin bel nahiyəsinin yuxarı hissəsində önə doğru əyrilik, ayaq pəncələrini azca içəri tərəfə qoymaqla yeriyən orta bədən quruluşlu Təqsirləndirilən şəxs Nizami rayonu ərazisində yerləşən metronun “Neftçilər” stansiyasında saat 00:05-də **-JU-*** dövlət qeydiyyat nişanlı marşrut avtobusuna əyləşməsi və saat 00:14-də Xətai rayonu ərazisində yerləşən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında, yəni Azərbaycan Respublikası DSXnin akademiyasının qarşısında avtobusdan düşməsi və hadisənin baş verdiyi aptek istiqamətində getməsi öz əksini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər ödənməmişdir. Lakin Təqsirləndirilən şəxs şikayətçi deyil. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kibercinayətkarlıqla mübarizə üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, DlO-da 2018-ci ildən, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kibercinayətkarhqla mübarizə üzrə əməliyyat müwəkkili vəzifəsində 2024-cü ildən işləyir. 04 dekabr 2024-cü il tarixdə saat 22 radələrində bir nəfər naməlum şəxsin Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən “Buta” aptekə dərman almaq adı ilə daxil olduqdan sonra aptekdəki kassadan ümumilikdə 245 manat məbləğində pul vəsaitini götürüb hadisə yerindən qaçması barədə məlumatla əlaqədar hadisə yerinin müayinəsi zamanı görütülmüş əl-barmaq izlərindən həmin şəxsin xx xxxxxx 1997-ci ildə Ağsu rayonu, Dilman kəndində anadan olmuş, əvvəllər məhkum olunmuş, Ağsu rayonu, Kalva ərazi dairəsi, Dilman kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi ev 23-də yaşayan Təqsirləndirilən şəxs məxsus əl barmaq izləri ilə eynilik təşkil etdiyi müəyyən edildiyindən, 07 dekabr 2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis nəfəri, polis serjantı Şahid4 ilə birlikdə Bakı şəhəri ərazisində, yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq polis bölməsinə gətirib raport tərtib etməklə təhfıl vermişlər. Təqsirləndirilən şəxs saxlanılarkən törətdiyi əməli etiraf edərək, spirtli içkinin təsiri altında 04 dekabr 2024-cü il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri 48-ci məhəllə ərazisində yerləşən aptekdən pul vəsaitlərini açıq yolla taladığını etiraf etmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis nəfəri, polis serjantı Şahid4 Şahid3 ilə analoji məzmunda ifadə verərək onun ifadəsində göstərdiklərini eynilə təsdiqləmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 yanvar 2025-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai araşdırması aparılması üçün icraata qəbul edilmişdir; (cild 1, i.v. 1) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs:

1. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə başlanmış cinayət işi məhkəməyə göndərilmişdir.

2. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə başlanmış ********* nömrəli cinayət işinə AR CPM-nin 39.1.4-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir.

3. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə başlanmış ********* nömrəli cinayət işinə AR CPM-nin 39.1.4-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2017ci ildə cəzasının sonu ilə azad olunmuşdur.

5. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinə AR CPM-nin 39.1.4-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir.

6. Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi hal-hazırda icraatdadır. (cild 1, i.v.34-36) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(011)-174/2014 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi və həmin cəzanın əvvəli 21 iyul 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. (cild 1, i.v.165-182) Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2014-cü il tarixli, 1(103)- 1299/24 saylı qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs haqqındakı 06 avqust 2014-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. (cild 1, i.v.183-189) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, № 1277 canlı şəxsin ekspertizası rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 sağ əlin İ barmağının qançırı müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs3 müəyyən edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi inandırıcı deyildir. (cild 1, i.v.37-38) 15 yanvar 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, i.v.40-41) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 22 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Ağsu rayonu, Dilman kəndində qeydiyyatda olan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. (cild 1, 84) Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-364/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni 07 mart 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu 07 dekabr 2024-cü il tarixdən hesablanmışdır. (cild 1, i.v.86-90) 07 dekabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (cild 1, i.v.91) 09 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (cild 1, i.v.92) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 27 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2023-xx.xx.2023-cü il tarixdə yuxarıda adı göstərilən xəstəxananın gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müayinədə olmuşdur. “yüngül nevrotik reaksiya” diaqnozu qoyulmuşdur. (cild 1, i.v. 97-98) 31 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, i.v.131-132) 31 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında qərardan görünür ki, Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təqsirləndirilən şəxs qismində Sumqayıt şəhər məhkəməsinin hakimi X3 09 dekabr 2024-cü il tarixli qərarı ilə əvvəli 07 dekabr 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay həddində seçilmiş həbs növündə qətimkan tədbirinin qüvvədə olduğu nəzərə alınması qərara alınmışdır. (cild 1, i.v.147-148) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 01 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün xəstəxanaya müraciət etməmişdir. (cild 1, i.v.190) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 04 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmamışdır. xx.xx.2024-cü il tarixdən narkoloji qeydiyyatındadır. “Kannaboidlərin zərərli istifadəsi” diaqnozu qoyulmuşdur. (cild 1, i.v.191) 15 fevral 2025-ci il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. (cild 1, i.v.197) 15 fevral 2025-ci il tarixli cinayət işlərini bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraatımda Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə ********* nömrə altında ibtidai istintaqı davam etdirilsin və Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.4- cü maddələrinə tövsif edilmişdir. (cild 1, i.v.201- 202) 07 dekabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-dan tutulmuş hesab edilmişdir. (cild 1, i.v.231) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinin 25 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs “onurğanın ll dərəcəli skolioz” diaqnozu qoyulmuşdur. (cild 2, i.v.19-20) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 16 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən edildi ki, 01 (bir) ədəd “LD" markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar, kişi cinsindən olan naməlum şəxsə məxsusdur və bu nümunədən əldə olunmuş DNT profili, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. Təqdi edilmiş 01 (bir) ədəd “Kent" və 01 (bir) ədəd “Sobranie" markalı siqaret kötükləri üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və ya deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. (cild 2, i.v.39) 07 yanvar 2025-ci il tarixli hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanınması barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 2, i.v.45) 24 yanvar 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 2, i.v.51) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli, № 25/99 ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri 48-ci məhəllə ərazisində yerləşən "Buta" Aptekdə baş vermiş soyğunçuluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 06 ədəd kağız parçasının üzərinə yapışdırılmış 06 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan 08 ədəd əl barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 2. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl barmaq izlərindən 01 ədədi xx.xx.1997-ci il tarixdə Ağsu rayonunda anadan olmuş Təqsirləndirilən şəxs cu il tarixdə oğlunun sağ əlinin şəhadət barmağının əksi ilə, 01 ədədi isə xx.xx.1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş Zərərçəkmiş şəxs1 sol əlinin adsız barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 06 ədəd əl barmaq izi ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs əl barmaq əksləri ilə müqayisə edilmişdir, müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. (cild 1, i.v.65-68) 10 fevral 2025-ci il tarixli cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Sumqayıt RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işi Xətai RPİ-nin İstintaq Şöbəsində istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilərək bir icraatda istintaqının davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. (cild 2, i.v.129-130) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-116/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti istintaq müddətinin sonuna kimi, yəni 15 aprel 2025-ci il tarixədək uzadılmışdır. (cild 2, i.v.144-148) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin 10 mart 2025-ci il tarixli məktubundan görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Təqsirləndirilən şəxs nikahının və övladlarının doğumunun qeydə alınması barədə məlumat aşkar edilməmişdir. (cild 2, i.v.157) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 747 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental- psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur.(cild 2, i.v.175-178) 02 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi olduğundan, cinayət əməli Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.4-cü maddələrindən həmin Məcəllənin 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi, işdə olan üzərində Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən "Buta" aptekdə 04 dekabr 2024-cü il tarixdə baş vermiş talamanın görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınsın və istintaq materiallarına əlavə edilməsi, işdə olan üzərində ünvan 2 ünvanında yerləşən "Natural" adlı adlı aptekdə baş vermiş hadisə ilə əlaqədar həmin aptekdə 05 dekabr 2024-cü il tarixdə baş vermiş talamanın görüntüsü olan 01 ədəd CD formatlı disk sübut əhəmiyyəti kəsb kimi tanınsın və istintaq materiallarına əlavə edilməsi, işdə olan "xxxx" MMC-dən 09 dekabr 2024-cü il tarixli, 13-18/2-2322/2024 saylı məktubla araşdırmaya daxil 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınsın və istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır. (cild 2, i.v.198-217) 03 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 2, i.v. 219-220) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-189/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti istintaq müddətinin sonuna kimi, yəni 05 may 2025-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş SX № ******* hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs həqiqi hərbi xidmət keçməmişdir. İş materiallarına əlavə edilmiş tibbi-sosial ekspert komissiyasının məlumatından görünür ki, X5 orqanizmin funksiyalarının 80%-i pozulmaqla ikinci dərəcə əlilliyi var. İş materiallarına əlavə edilmiş “Bakı Yeni Klinika” xəstəxanasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs “osteoxondroz əlamətləri. Skolioz” diaqnozu qoyulmuşdur. Məhkəmə istintaqı zamanı 01 ədəd kompakt diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 00:50 radələrində bir nəfər kişi cinsli qara maskalı şəxs aptekə daxil olub satıcı olan hissəyə keçir, kassir olan G.N. Şəfiyevaya fiziki zorakılıq tətbiq etməklə basqın edərək kassadan pul vəsaiti götürüb qaçıb gedir. Hadisə təxminən 1-2 dəqiqə ərzində baş verir. (cild 1, i.v.14) Məhkəmə istintaqı zamanı 01 ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, bir nəfər kişi cinsli şəxs aptekə daxil olub kassadan pul götürərək qaçmışdır. (cild 1, i.v.220) Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilərək əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 07 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - 05 ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 32 (otuz iki) saat iş saatına görə 352 (üç yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı (28 aprel 2025-ci il tarixli dəyişikliklə) ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 07 dekabr 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan 05 (beş) ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 32 (otuz iki) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X11 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 352 (üç yüz əlli iki) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar