Məhkəmə qərarları › İş №1(011)-239/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-239/2020

28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-239/2020 28.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Şəmkir rayonunun Kür qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, hazırda heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Xətai rayonu, Zeytun küçəsi, 155 saylı evdə qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadanəlbirolanbirqrupşəxshalında tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə xx xxx 2020-ci il tarixdə saat 02:00 radələrində ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus qarajın qarşısına gəlmiş, X4 qarajın dəmir qapısının seyf qıfılını özü ilə gətirdiyi istintaqa məlum olmayan lingdən (lom) istifadə etməklə sındırmış, razılaşmaya əsasən Təqsirləndirilən şəxs ərtafa nəzarət etmək üçün qarajın qapısının qarşısında dayanmış, X4 isə saxlanc yeri hesab edilən qaraja giriş qapısından ora qanunsuz daxil olub – l (bir) ədədinin qiyməti 20 (iyirmi) manat olan ümumi dəyəri 40 (qırx) manat olan 2 (iki) ədəd Rusiya istehsalı olan üzun müddət istifadə olmuş, tünd yaşıl rəngli direlləri, 1 (bir) ədədinin qiyməti 15 (on beş) manat olan l (bir) ədəd “Zubr D-55 GR” markalı, kiçik ölçülü şrup bağlayan, 1 (bir) ədədinin qiyməti 80 (səksən) manat olan ümumi dəyəri 180 (yüz səksən) manat olan 2 (iki) ədəd “BOSCH” markalı, “GBH2-24” model tünd-yaşıl rəngli perfarator, 1(bir) ədədinin qiyməti 80 (səksən) manat olan l (bir) ədəd “Einhell” markalı, BH-G 826” model böyük perfarator, l (bir) ədədinin qiyməti 65 (altmış beş) manat olan 1 (bir) ədəd markasız perfarator, l (bir) ədədinin qiyməti 35 (otuz beş) manat olan ümumi dəyəri 70 (yetmiş) manat olan 2 (iki) ədəd üzərində “Vicounte VKP 60 0,37KW” yazısı olan tünd-yaşıl rəngli su nasosu, 1 (bir) ədədinin qiyməti 50 (əlli) manat olan 1 (bir) ədəd üzərində “RTR MAX MAG 180” yazıları olan laqonda, l (bir) ədədinin qiyməti 35 (otuz beş) manat olan l (bir) ədəd üzərində “MARS XKM 60 0,37 KW” tünd göy rəngli su nasosu, 1 (bir) ədədinin qiyməti 15 (on beş) manat olan l (bir) ədəd yaşıl rəngli üzərində “W 15GKama” yazılari olan balaca su nasosu, l (bir) ədədinin qiyməti 35 (otuz beş) manat olan l (bir) ədəd balaca üzərində “Kalibr WG 260” yazıları olan tünd göy rəngli su nasosu, l (bir) ədədinin qiyməti 2 (iki) manat olan 2 (iki) ədəd ümumi dəyəri 4 (dörd) manat olan laqonda üçün taxta mişarlar, l (bir) ədədinin qiyməti 20 (iyirmi) manat olan 1 (bir) ədəd latun metaldan smistitel, 1 ədəd 65 manat dəyərində perforator, 1 ədəd 30 manat dəyərində lobzik, hər biri 3 manat 50 qəpik olmaqla, cəmi 87 manat dəyərində olan 25 (iyirmi beş) ədəd 25-lik plastmas kranları, hər biri 30 manat olmaqla, cəmi 2970 manat dəyərində 99 ədəd latun metaldan smestitellər, hər biri 5 manat olmaqla cəmi 10 manat dəyərində 2 (iki) ədəd 180-lıq taxta kəsən mişar, hər biri 8 manat olmaqla 16 manat dəyərində 2 (iki) ədəd kafel kəsən 180-lıq mişarlar, hər biri 3 manat 50 qəpik olmaqla cəmi 280 manat dəyərində 80 (səksən) ədəd amerikanka, hər biri 20 (iyirmi) qəpik olmaqla cəmi 14 manat dəyərində 70 ədəd 20-lik plastmass künclüklər, hər biri 40 qəpik olmaqla cəmi 16 manat dəyərində 40 (qırx) ədəd plastmas 0,25 lik üçlük, 100 manat dəyərində 40 metr uzunluğunda miss kabel, hər biri 2 manat 50 qəpik olmaqla cəmi 250 manat dəyərində 100 ədəd işlənmiş Rusiya istehsalı 15-20-lik latun vintillər, hər biri 70 qəpik olmaqla cəmi 140 manat dəyərində 200 ədəd latun 15-20 lik baçonkalar, hər biri 4 manat olmaqla cəmi 80 manat dəyərində 20 ədəd latun amerikanka, 1 ədəd 16 manat dəyərində qara rəngli çemodan, hər biri 20 manat olmaqla cəmi 60 manat dəyərində 5-dəqiqəlik işlənmiş Rusiya istehsalı 3 ədəd radiatorlar, bir paket 10 manat dəyərində 4-lik elektrod, 30 manat dəyərində 100 metr uzunluğunda internet kabeli, hər biri 6 manat olmaqla cəmi 96 manat dəyərində 16 ədəd 16-lıq kranlar, hər biri 1 manat olmaqla cəmi 14 manat dəyərində 14 ədəd 16-lıq mufta gizli talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 4873 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 (bir) il, 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx xxxxxxx 2019-cu il tarixdə isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 (iki) ay 18 (on səkkiz) gün azadlıqdanməhrum etmə cəzası ilə əvəz edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə o, cəzanın sonu ilə cəzadan azad olunmuşdur. O, yaşadığı ərazidə müxtəlif binaların zirzəmilərində yaşayan Əli adlı şəxslə çayxanada təsadüfən tanış olmuş, sonra da yaşadığı ərazidə gələndə bir-biri ilə görüşmüşlər. Əli onların həyətinə də bir iki dəfə gəlmişdir. Əli adlı şəxsin özünün ona deməsinə görə konkret olaraq yaşadığı yeri, evi yoxdur, harda gəlir gecələyir, metal qəbulu məntəqələrinə metal təhvil verilməsi üçün dəmir yığır. xx xxx 2020-ci il tarixdə təxminən saat 17-18 radələrində o, «Köhnə günəşli» qəsəbəsində 40 saylı marşurut avtobusun axırıncı dayanacağında dayanmış, Əli adlı şəxs ora onun yanına gəlmiş, onunla söhbət zamanı Əli adlı şəxs ona demişdir ki, əvvəllər avtomobil rəngsazı kimi işləyən zaman Xətai rayonu Mehmandarov küçəsində 147 a nömrəli qarajın qarşısında iki kisə dəmir qoyub, oradan qısa müddətə aralanıb sonra qayıdanda iki kisə dəmirin yerində olmadığını görmüşdür. Əli ona təklif etmişdir ki, həmin qarajın yanına getsinlər orada qarajın qarşısında köhnə avtomobil saxlanılıb, həmin avtomobilin üstü tentlə örtülmüşdür, dəmir metalları həmin avtomobilə yığıb saxlamışdır. Avtomobilin yanında olan qaraja gedib oradan oğurluq etsinlər, o, də Əli adlı tanışının təklifi ilə razılaşmışdır. Əlinin ona deməsinə görə təxminən 52 yaşı var. Əli arıq, boyu təxminən 1,70 sm, başında qara tükləri və bığı var. Əli saqqal saxlamır, göy rəngli idman formasında gəzir. Əli ilə orada razılaşmışlar ki, 40 saylı marşurut avtobusun axırıncı dayanacağında axşam saat 24 :00 radələrində görüşsünlər. xx xxx 2020-ci il tarixdə axşam saat 01:00 radələrində o, 40 saylı marşurut avtobusun son dayanacağına Köhnə günəşli qəsəbəsinə gələndə Əli adlı şəxs orada onu gözləyir, onun əlində bir başı mismar çıxartmaq üçün istifadə olunan dəmir ling (lom) və iç-içə qoyulmuş iki ədəd əl arabası vardır, dayanacaqda başqa heç kim olmamışdır, Əli adlı şəxs tək olmuşdur. O, orada Əli adlı şəxslə birlikdə onun təklif etdiyi Xətai rayonu, G.Mehmandarov küçəsində olan 147a saylı qarajın qarşısına gəlib, ora çatanda təxminən saat 01:30 radələri olarmış, qarajın iki laylı dəmir qapısı daxili seyf qıfılla bağlı olduğundan, ətrafda heç kimin olmadığından və qarajın qarşısında işıq olmadığından. Əlinin dediyi üstü tentlə örtülü köhnə avtomobil qarajın qarşısından aralıda saxlamışdı. Həmin avtomobil köhnə olmaqla «VAZ 21011» markalı, üstündə nömrəsi olmamışdır. Əli özü ilə gətirdiyi lingi (lom) qarajın dəmir qapılarının arasına salıb qarajın qapısının daxili qıfılını əyməklə qarajın qapısını açmışdır. Əli qaraja içəri daxil olub, ona demişdir ki, qapının ağzında qalsın, həm kənara nəzarət etsin, o, çöldə qarajın qapısında dayanmışdır. Əli qarajın içərisinə daxil olandan sonra iki kisə ağızları bağlı dəmir qırıntılarını çıxarıb ona vermiş, o, də qapının ağzından kisələri dolu vəziyyətdə götürüb kənara təxminən 20 metr aparıb arabaların yanına yığmışdır. Eyni zamanda qarajdan laqonda olan iki kisə də götürüb kənara aparmış əvvəlki kisələrin yanına, beləliklə də qarajdan o, Əli adlı şəxslə cəmi dörd kisə içərisi dolu metalla birlikdə oğurlamışlar. Bundan sonra o, Əli ilə birlikdə qarajdan oğurladığı içərisi dəmir qırıntılar olan kisələrin yanına getmişlər. İki kisə içərisində laqondalar olanları o, əl arabasına qoyub, öz evinə aparıb, iki kisə digər dəmir qırıntıları olanları da Əli ikinci əl arabasına qoyub özü aparmışdır. Əlinin əl arabası ilə digər iki kisə oğurladığı əşyaları hara aparmasını bilməmişdir. O, araba ilə apardığı iki kisədə olan laqondaları yaşadığı evin həyətindəki köhnə şeyləri yığdığı komaya qoyub gizlətmişdir. Gecə olduğundan onunla birlikdə yaşayanlar evdə yatmışlar, onların onun oğurluq etməyindən və oğurladığı əşyaları həyətə gətirib həyətdə olan komada gizlətməyindən xəbərləri olmamış, sonra da özü də evinə gedib yatmışdır. xx xxx 2020-ci il tarixdə təxminən saat 11-12 radələrində yatan yerdən durub Köhnə Günəşliyə 40 saylı marşurut avtobusun son dayanacağına Əlini axtarmağa getmiş, orada onu Xətai RPİ-nin 35-ci Polis bölməsinin əməkdaşları yaxalayıb polis bölməsinə aparmışlar. Bödmədə Xətai rayonu, Mehmandarov küçəsi 147 a ünvandakı qarajdan Əli ilə birlikdə oğurluq etmələrini etriraf etmiş, ondan izahat almışlar. Qarajdan oğurluq edərkən hər ikisi tikintidə istifadə edilən sarı əlcəklər geymiş, qarajın qapısının qıfılını linglə (lomla) Əli açmışdır. Tanışı Əli oğurluqdan sonra öz gətirdiyi lingi (lomu) özü ilə aparıb, ona verməmişdir. Təxminən orada bir saata kimi əlləşmişlər, sındırılmış qıfıl qapının üstündə qalmışdır, daha doğrusu əyib açılmış, qarajın qapısının üzərində içəridən qapının cəftəsinə asılı qıfıl keçirilmiş, lakin bağlanmamışdır, açıq vəziyyətdə olmuşdur. Əvvəllər Əli ilə heç bir oğurluq etməmişdir. Əli narkotik vasitələrdən istifadə edir, tanışı Əli adlı şəxslə oğurluq etdiyi qarajda əvvəllər olmamış, orada dəmir məmulatların və alətlərin olmasını bilməmişdir. Lakin tanışı Əli ilə söhbət zamanı ona demişdir ki, əvvəllər həmin qarajda olmuşdur, orada dəmir məmulatlarının olmasını bilir. Kisələri də Əli qarajdan götürmüşdür və dəmir məmulatlarını içərisinə yığmışdır. Əli adlı şəxsin əl arabası ilə apadığı digər iki kisələrdəki əşyaları hara arparması barədə məlumatı yoxdur. Hadisədən sonra Əli adlı şəxslə görüşməmiş və onun harada olması barədə məlumatı yoxdur. Hazırda o, dəymiş ziyanın bir qismini zərərçəkmiş şəxsə qaytarmışdır. Əməlindən peşman olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, ünvan 2 ünvanında avtomobil üçün qarajı var, həmin qaraj onun adına olmaqla qarajın çıxarışı vardır. Qaraj daşdan hörülməklə dəmirdən ibarət ikilaylı qapısı var, qarajın qapısı seyf qıfılı ilə bağlanır, qarajda avtomobil saxlanılmır, qarajda usta alətlərini saxlayırlar. Onun qarajının sağı və solu da qarajlardan ibarətdir, qarajların kimə məxsus olmasını bilmir. Ona məxsus qarajdan təxminən 10-12 metr aralıda üstü çadırla örtülü bir xarab avtomobil saxlanılmışdır, həmin avtomobilin kimə məxsus olmasını bilmir, lakin həmin avtomobil çoxdandır ki, orada saxlanılmışdır, avtormobilin markasını da bilmir. O, xx xxx 2020-ci il tarixdə günortaya kimi qarajda atası Məcid ilə birlikdə olmuş, günorta saatlarında qarajın qapısını bağlayıb evinə getmişlər. xx xxx 2020-ci il tarixdə saat 09:30 radələrində qaraja gedib görmüşdür ki, qarajın qapısının qıfılı sındırılıb, qapı açıqdır, sındırılmış qıfıl qapının üzərindədir. O, əvvəl atası Məcidə bu barədə telefonla məlumat vermiş, özü bir az atası ilə birlikdə axtarmışlar ki, görsünlər ki, qarajın qapısını kim sındırıb, lakin heç bir nəticə əldə edə bilmədiyindən saat 13:44-də Azərbaycan Respublikası DİN-nin zəng mərkəzinə atasının istifadəsində olan 050 ***-**-** mobil nömrə ilə zəng vurub məlumat vermişdir, sonra da Xətai RPİ-nin 35-ci polis bölməsinin əməkdaşları gəlmişlər, polis bölməsinə atası Məcidlə birlikdə gedib ərizə və izahat yazmışdır. Özünə məxsus olan qaprajın içərisini atası Məcid ilə birlikdə nəzərdən keçirəndə sonra müəyyən eləmişlər ki, hər biri 60 (altmış) manat dəyərində 2 (iki) ədəd elektrik drelləri, hər biri 100 (yüz) manat dəyərində olmaqla 2 (iki) ədəd perforatorlar, 30 manat dəyərində l (bir) ədəd lobzik, 25 manat dəyərində 1 (bir) ədəd şurup bağlayan drel, 80 (səksən) manat dəyərində l (bir) ədəd laqonda, hər biri 50 (əlli) manat qiymətində olmaqla Rusiya istehsalı 2(iki) ədəd drellər, hər biri 3 manat 50 qəpik qiymətində olmaqla 25 (iyirmi beş) ədəd 25-lik plastmass kranlar (cəmi 87) manat, hər biri 30 manat dəyərində latun metaldan smestitellər 100 ədəd (cəmi 3000) manat, hər biri 5 manat dəyərində 2 (iki) ədəd 180-lıq taxta kəsən mişar 10 manat, hər biri 8 manat dəyərində 2 (iki) ədəd kafel kəsən 180-lıq mişarlar 16 manat, hər biri 3 manat 50 qəpik dəyərində 80 (səksən) ədəd amerikanka 280 manat, hər biri 20 (iyirmi) qəpik dəyərində 20-lik plastmas uqolniklər 70 ədəd 14 manat, hər biri 40 qəpik dəyərində olmaqla 40 (qırx) ədəd plastmas traynik 0,25 lik 16 manat, hər biri 40 manat dəyərində 3 (üç) ədəd Markus markalı su nasosları 120, hər biri 35 manat dəyərində 2 (iki) ədəd işlənmiş su nasosları 70 manat, 100 manat dəyərində 40 metr uzunluğunda mis kabel, hər biri 2 manat 50 qəpik olmaqla 100 ədəd işlənmiş Rusiya istehsalı 15-20 lik latun vintillər cəmi 250 manat, latun 15-20-lik baçonkalar 200 ədəd, hər biri 70 qəpik dəyərində 140 ədəd, hər biri 4 manat dəyərində 20 ədəd latun amerikanka 80 manat, 16 manat dəyərində Rusiya istehsalı bir ədəd qara rəngli çamadan, hər biri 20 manat dəyərində 5-dəqiqəlik işlənmiş radiatorlar 3 (üç) ədəd 60 manat, bir paçka 4-lük elektrod 10 manat dəyərində, 30 manat dəyərində 100 metr uzunluğunda internet kabeli, 6 manat dəyərində 16 ədəd 16-lıq kranlar, cəmi 96 manat, hər biri 1 manat dəyərində 14 ədəd 16-lıq mufta 14 manat olmaqla ümumilikdə baş vermiş oğurluq hadisəsi nəticəsində ona 4964 (dörd min doqquz yüz altmış dörd) manat 50 qəpik məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. O, Təqsirləndirilən şəxs bağışlamırvə məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, ünvan 3 ünvandakı həyət evindəyaşayır, təqaüdçüdür. Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Təqsirləndirilən şəxs 2018-ci ildə oğurluq etdiyinə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən məhkum olunmuş, məhkum olduğundan o, oğlunu nəzarətsiz buraxmamışdır, kimlə oturub durmasına nəzarət etmişdir. Lakin 2020-ci ilin aprel aynın axır günlərində axşam tərəfi təxminən saat 17-18 radələrində oğlu Elçin həyətlərinə girəndə görmüşdür ki, yanında uzun arıq, təxminən 50-55 yaşlarında bir kişi var. O, oğlu Elçindən soruşmuşdur ki, yanında olan kişi kimdir, oğlu Elçin ona bildirmişdir ki, tanışı Əli adlı şəxsdir, rayona getməlidir, onu yola salar. Həmin vaxt onun yanında həyətlərində və evində heç kim olmamış, tək olmuşdur, Əli adlı şəxs onun oğlu Elçin ilə birlikdə həyətdə oturublar, ikisi həyətdə söhbət ediblər. Əli adlı şəxsin həyətlərində oğlu Elçin ilə birlikdə nə qədər oturmasını bilmir, sonra da ondan xəbərsiz həyətdən çıxıb getmişlər, hara getmələrini bilməmiş, bu barədə özləri də ona heç nə deməmişlər. O, oğlu Elçinin yanında həmin Əli adlı şəxsi görəndə oğluna demişdir ki, onunla oturub durmasın, Əli adlı şəxsdən xoşu gəlmir, narkomana oxşayır. Həmin günün səhəri yatdığı yerdə olmuş, oğlu Elçinin evdən çıxıb getməsindən onun xəbəri olmamışdır, belə ki, oğlu Elçin ayrı otaqda yatır, o, isə ayrı otaqda yatır. xx xxx 2020-ci il tarixdə o, həyətdə olarkən, təxminən saat 11:00 radələrində Əli ilə birlikdə oğlu Elçin həyətə girmişlər, o, oğlu Elçindən soruşmuşdur ki, hardan gəlir, oğlu Elçin ona heç nə deməmişdir. Oğlu Elçin həmin vaxt Əli ilə nə qədər həyətdə birlikdə oturmuşlar bilmir, xəbəri olmamışdır. xx xxx 2020-ci il tarixdə axşam yeməyini yeyəndə sonra yatanda oğlu Elçin öz otağında evdə olub, təxminən saat 23:00 radələrində yatmışdır, o, yatanda oğlu Elçin öz otağında olmuşdur. xx xxx 2020-ci il tarixdə həmişə olduğu kimi təxminən səhər saat 08:00 radələrində yatan yerdən durmuş, oğlu Elçinin otağına baxmışdır. Elçin otağında olmamış, hara getməsini bilməmişdir. Həmin günü o, yaşadığı evin həyatində olarkən təxminən saat 11-12 radələrində oğlu Elçin tanışı Əli adlı şəxslə həyətə gəlmişlər, onların əlində heç nə olmamışdır. O, oğlu Elçindən soruşmuşdur ki, hardan gəlirlər, oğlu Elçin ona demişdir kı, Əli ilə başqa yerə getmişdir, lakin hara getməsi barədə heç nə bildirməmişdir. Aradan çox keçməmiş, Əli adlı şəxs həyətndən çıxıb getmiş, oğlu Elçin isə evdə qalmışdır. Oğlu Elçin evdə paltarlarını dəyişəndən sonra o, da çıxıb getmiş, bir daha evə qayıtmamışdır. xx xxx 2020-ci il tarixdə təxminən saat 13-14 radələrində sahə inespektoru Nizami Abdullayev tanımadığı başqa polis əməkdaşları ilə həyətə gəlmişlər və həyətdə toyuq hini kimi əvvəllər istifadə etdiyi son vaxtlar isə artıq şeyləri yığdığı dama baxıblar, həmin damdan sintetik materialdan olan bir neçə ağ rəngli kisədə usta işlədən ləvazimatları drel, laqonda, perferatorlar, su nasosları və başqa əşyaları götürmüşlər, ona bildirmişlər ki, həmin əşyları oğlu Elçin ilə Əli adlı şəxs götürmüşlər. Həyətlərindəki dam həmişə açıq olur, damın qapısı olsa da qapıya qıfıl vurmurlar. Həmin damda oğlu Elçinlə tanışı Əli adlı şəxsin oğurlayıb gətirdikləri əşyalardan başqa heç nə qalmamışdır, nə vardısə kisələrdə polis əməkdaşları hamısını götürmüşlər. Polis əməkdaşları apardıqları əşyaların oğlu Elçinin və Əli adlı şəxsin oğurlamasını ona deməmişlər, lakin o, başa düşmüşdür ki, oğlu Elçin gecə ondan xəbərsiz evdən çıxıb gedib və Əli adlı şəxslə görüşüb oğurluq etmişlər. Əli adlı şəxsi təxminən 2-3 dəfə oğlu Elçinlə birlikdə görmüş, həyətinə birlikdə gəliblər. Əli sir-sifətindən narkotik vasitələrdən istifadə edən şəxsə oxşayır. Əli adlı şəxsi görsə tanıyar. Əli adlı şəxs uzun boylu, arıq, başının tükləri ağ və qara olmaqla, başına dimdikli qara kepka qoyur, bığı yoxdur. Əli adlı şəxsi əynində də göy idman formasında görmüş, oğlu Elçinin deməsinə görə Əli adlı şəxsin valiydenləri yoxdur, binaların zirzəmilərində, qarajlarda gecələyir, yaşayış evi yoxdur, tüfeyli həyat tərzi keçirir. Bu hadisədən sonra eşitmişdir ki, oğlu Elçinlə birlikdə oğurluq etdikləri qarajın yanında Əli adlı şəxsin də qarajı var, həmin qaraj asılı qıfılla bağlıdır. Polislər oğlu Elçini tutandan sonra o, yaşadığı ərazilərdə Əli adlı şəxsi görməmiş, onun harada olmasını bilmir və bu barədə heç bir məlumatı yoxdur. Əli adlı şəxsin harada olması barədə hər hansı bir məlumat əldə etsə dərhal polis orqanlarına bildirər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, usta kimi fərdi əmək fəaliyyəti ilə məşğul olur. ünvan 4 mənzil 44 ünvanda oğlu Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə yaşayırlar. X7 Zafira minik markalı ** DK *** dövlət nömrə nişanlı avtomobili var, həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq çörək pulu qazanmaqla ailəsini dolandırır. Oğlu Zərərçəkmiş şəxs adına Xətai rayonu Ceneral Mehmandarov küçəsi 147a ünvanında avtomobil üçün qarajları var, həmin qaraj oğlunun adına olmaqla özəlləşdirilərək qarajın çıxarışı var, qarajda artıq əşyaları, usta kimi işlətdiyi alətləri saxlayırlar. Qarajın içərisində hər iki tərəfdə rəflər var, həmin rəflərə müxtəlif ləvazimatlar yığılmışdır, qarajın içərisində elektrik xətti yoxdur. Qarajın iki laylı dəmirdən qapısı olmaqla, qarajın qapısı seyf açarı ilə bağlanır, onda və oğlu Musada qarajın açarları var, qarajda avtomobil saxlanılmır, ancaq əşyaları saxlayırlar. Həmin qaraj daşdan hörülməklə dəmirdən ibarət ikilaylı qapısı var. Qapının bir layının üstünə içəri tərəfdən asma qıfıl keçirilmişdir, açarı da üstündədir, lakin asma qıfıl bağlanmamış vəziyyətdədir. Oğlu Musaya məxsus qarajın sağı və solu da qarajlardan ibarətdir. Oğlu Musaya məxsus qarajdan təxminən 10-12 metr aralıda üstü çadırla örtülü bir xarab avtomobil saxlanılmışdır, həmin avtomobilin kimə məxsus olmasını bilmir, lakin həmin avtomobil çoxdandır ki, orada saxlanılmışdır, avtormobilin markasını bilmir. xx xxx 2020-ci il tarixdə günortaya kimi qarajda oğlu Musa ilə birlikdə olmuşlar, günorta saatlarında qarajın qapısını seyf açarı ilə bağlayıb evlərinə getmişlər. xx xxx 2020-ci ıl tarixdə saat 09:30 radələrində oğlu Musa qaraja getmiş və görmüşdür ki, qarajın qapısının seyf qıfılı sındırılıb, qarajın qapısı açıqdır, sındırılmış seyf qıfılı qapının üzərindədir. Oğlu Musa qarajın qapısının sındırılmasını görəndə əvvəl ona bu barədə telefonla məlumat vermişdir. Oğlu Musa qarajın qapısının açıq olmasını ona bilirəndən sonra o, dərhal ora getmiş və görüb ki, qarajın seyf açarı dəmir salınıb əyməklə açılıb. Ona görə də oğlu Musa ilə birlikdə qarajın qapısının qııfılı əyməklə açanları birlikdə axtarmışlar ki, görsünlər qarajın qapısını kim sındırıb. Buna baxmayaraq heç bir nəticə əldə edə bilmədiklərindən saat 13:44-də Azərbaycan Respubltikası DİN-nin zəng mərkəzinə öz istifadəsində olan 050 ***- **-** mobil nömirə ilə zəng vurub məlumat vermişdir. Bundan sonra Xətai RPİ-nin 35-ci polis bölməsinin əməkdaşları hadisə yenrinə gəliblər, oğlu Musa ilə polis bölməsinə birlikdə gedib, Musa ərizə və izahat yazmışdır. Musa ilə birlikdə oğluna məxsus olan qaprajın içərisini nəzərdən keçirəndə müəyyən eləmişlər ki. qarajdan aşağıda adları göstərilən əmlak oğurlanmışdır; hər biri 60 (altmış) manat qiymətində 2 (iki) ədəd elektrik drelləri, hər biri 100 (yüz) manat qiymətində 2 (iki) ədəd perforatorlar, 30(otuz) manat qiymətində 1 (bir) ədəd lobzik, 25 (iyirmi)manat qiymətində l(bir) ədəd şürüp bağlayan drel, 80 (səksən) manat qiymətində l(bir) ədəd laqonda, hər biri 50 (əlli) manat qiymətində Rusiya istehsalı 2 (iki) ədəd drellər, hər biri 3 (üç) manat 50 qəpik qiymətində 25 (iyirmi beş) ədəd 25- lik plastmass kranlar (cəmi 87) manat, hər biri 30(otuz) manat qiymətində latun metaldan smestitellər 100 (yüz) ədəd 3000 manat, hər biri 5 (beş) manat qiymətində 2(iki) ədəd 180-lıq təxtə kəsən mişar 10(on) manat, hər biri 8(səkkiz) manat qiymətində 2 (iki) ədəd kafel kəsən 180-lıq mişarlar 16 (on altı) manat, hər biri 3(üç) manat 50 qəpik qiymətində 80(səksən) ədəd amerikanka 280 (iki yüz səksən) manat, hər biri 20 (iyirmi) qəpik qiymətində 20-lik plastmass uqolniklər 70 (yetmiş) ədəd 14 (on dörd) manat, hər biri 40 (qırx) qəpik qiymətində 40 (qırx) ədəd plastmas traynik 0.25 lik 16(on altı) manat, hər biri 40 (qırx) manat qiymətində 3 (üç) ədəd Markus markalı su nasosları 120 (yüz iyirmi), hər biri 35(otuz beş) manat qiymətində 2 (iki) ədəd işlənmiş su nasosları 70 (yetmiş) manat, l00 (yüz) manat qiymətində 40 (qırx) metr uzunluğunda mis kabel, hər biri 2 (iki) manat 50 qəpik olmaqla 100 (yüz) ədəd işlənmiş Rusiya istehsalı 15-20 lik latun vintillər cəmi 250 (iki yüuz əlli) manat, latun 15-20 lik baçonkalar 200 (iki yüz) ədəd hər biri 70 (yetmiş) qəpik qiymətində 140 (yüz qırx) manat, hər biri 4 (dörd) manat qiymətində 20 (iyirmi) ədəd latun amerikanka 80 (səksən) manat, 16 (on altı) manat qiymətində 1 (bir) ədəd qara rəngli çamadan, hər biri 20 (iyirmi) manat qiymətində Rusiya Federasiyası istehsalı 5-dəqiqəlik işlənmiş radiatorlar 3 (üç) ədəd 60 (altmış) manat, bir paçka 4-lük elektrod 10 (on) manat qiymətində, 30 (otuz) manat qiymətində 100 (yüz) metr uzunluğunda internet kabeli, 6 (altı) manat qiymətində 16 (on altı) ədəd 16-lıq kranlar, cəmi 96 (doxsan altı) manat, hər biri l (bir) manat qiymətində 14 (on dörd) ədəd 16-lıq mufta 14 (on dörd) manat olmaqla ümumilikdə baş vermiş oğurluq hadisəsi nəticəsində oğlu Musaya 4964 (dörd min doqquz yüz altmış dörd) manat 50 qəpik dəyərində maddi ziyan dəymişdir. Qarajdan kimin oğurluq etməsini bilmir, lakin sonradan eşitmişdir ki, oğlu Musaya məxsus qarajdan oğurluq edən şəxsi 35-ci polis bölməsinin əməkdaşları tapmışlar və oğurlanmış əmlakın bir qismini onun yaşadığı evin həyətindən götürüblər. Oğurlanmış əmlakın har hansı əlamətlərini göstərə bilmir, lakin onu qeyd edə bilər ki, oğurlanmış su nasoslarından birinin giriş yeri deşildiyindən o, alminiumdan həmin su nasosunun deşilən yerini zaklepat etməklə bağlamış, su nasosunu işlək vəziyyətinə gətirmiş və su nasosu işlək vəziyyətində olmuşdur. Qarajın qapısının seyf açarı ling salınıb əyməklə qapı açılmışdır. Qarajın seyf açarının düzəldilməsi nəticəsində oğlu Musaya 100 (yüz) manat maddi ziyan dəymişdir, yəni seyf açarın düzəldilməsi üçün 100 (yüz) manat xərci çıxmışdır, qarajın seyf qıfılını oğlu Musa düzəltdirmişdir və hal-hazırda qarajın seyf qıfılı işlək vəziyyətdədir, qaraj həmin seyf qıfılı ilə əvvəllər bağladıqları vəziyyətdə oğlu Musa tərəfindən bağlamışdır. Musaya məxsus qarajın yanında başqa qarajlar da var, həmin qarajların kimə məxsus olmasını bilmir. Oğlu Musaya məxsus olan qarajdan oğurlanmış əşyaların əlamətlərini göstərə bilməsə də oğurlanmış alətlərdən gündəlik olmasa da lazım olanda istifadə edir və oğurlanmış alətləri görsə tanıyar. Əli adlı şəxsin adını də eşitmişdir, qarajların ətrafında görmüş, eşitdiyinə görə avtomobil rəngləməklə məşğul olan ustadır, hadisədən sonra oralarda görməmişdir. Əli adlı şəxsin təxminən 50 yaşı olar, arıq hündür boyludur, başında çox vaxtlar qara papaq, qara rəngdə parçadan gödəkçə geyinir, sarışın olmaqla əynində qara şalvar görmüş, eşitdiyinə görə Salyan rayonundandır. Cinayət işinin 33-cü vərəqəsində olan xx xxx 2020-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 90-95-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 164-166-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-cu il tarixli, 9/1241 saylı məhkəmə-əmtəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 12 adda malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 589,00 manat, təqdim edilməyən 2 adda mallar nəzəri qaydada 3.035,00 manat müəyyən edilir. Tədqiqata təqdim edilməyən 17 adda malların markası, modelini, istehsal yerini, texniki vəziyyətini müəyyən etmək mümkün olmadığından həmin mallar üzrə qiymətləndirmə aparılmamışdır. Cinayət işinin 169-170-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanınması və maddi sübutun saxlanması haqqında qərardan görünür ki, Bakı şəhəri Xətai rayonu, General Mehmandarov küçəsi, 147 a ünvanında yerləşən qarajdan oğurlanmış 02 (iki) ədəd göy-qara rəngli drellər, Rusiya Federasiyası istehsalı olan 02 (iki) ədəd tünd yaşıl rəngli drel, 01 (bir) ədəd şrup bağlayan, 02 (iki) ədəd tünd-yaşıl rəngli böyük perferator, 01 (bir) ədəd tünd-yaşıl rəngli su nasosu, 01 (bir) ədəd tünd göy rəngli su nasosu, 01 (bir) ədəd yaşıl rəngli «Kama» markalı balaca su nasosu, 01 (bir) ədəd balaca su nasosu, 02 (iki) ədəd laqonda üçün taxta mişarlar, 01 (bir) ədəd smistel və 01 (bir) ədəd 180-lık laqonda cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 195-ci vərəqəsində olan qəbzdən görünür ki, 02 (iki) ədəd göy-qara rəngli drellər, Rusiya Federasiyası istehsalı olan 02 (iki) ədəd tünd yaşıl rəngli drel, 01 (bir) ədəd şrup bağlayan, 02 (iki) ədəd tünd-yaşıl rəngli böyük perferator, 01 (bir) ədəd tündyaşıl rəngli su nasosu, 01 (bir) ədəd tünd göy rəngli su nasosu, 01 (bir) ədəd yaşıl rəngli «Kama» markalı balaca su nasosu, 01 (bir) ədəd balaca su nasosu, 02 (iki) ədəd laqonda üçün taxta mişarlar, 01 (bir) ədəd smistel və 01 (bir) ədəd 180-lıq laqonda sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 167-168-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx xxxx 2020ci il tarixli, 1622 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sintetik tərkibli tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdır. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 129-130-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X1 İdarəsi tərəfindən xx xxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 131-137-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(010)-150/2018 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlandığı müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 137-143-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 7(011)-421/19 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(010)-150/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 (beş) ay 07 (yeddi) gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 02 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Cinayət Prosesual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs qabaqcadanəlbirolanbirqrupşəxshalında tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayəti törətməsi, onun özünün ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə istintaqında və məhkəməyədək icraat dövründə verdiyi ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CinayətMəcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini qytardığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(010)-150/2018 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına, sonradan isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 7(011)- 421/19 saylı qərarına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(010)-150/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 (beş) ay 07 (yeddi) gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 02 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməsi hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzaçəkmə müsəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə ambulator X2nın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş 02 (iki) ədəd göy-qara rəngli drellər, Rusiya Federasiyası istehsalı olan 02 (iki) ədəd tünd yaşıl rəngli drel, 01 (bir) ədəd şrup bağlayan, 02 (iki) ədəd tünd-yaşıl rəngli böyük perferator, 01 (bir) ədəd tünd-yaşıl rəngli su nasosu, 01 (bir) ədəd tünd göy rəngli su nasosu, 01 (bir) ədəd yaşıl rəngli «Kama» markalı balaca su nasosu, 01 (bir) ədəd balaca su nasosu, 02 (iki) ədəd laqonda üçün taxta mişarlar, 01 (bir) ədəd smistel və 01 (bir) ədəd 180-lık laqonda hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilməlidir. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən (azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan), yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş 02 (iki) ədəd göy-qara rəngli drellər, Rusiya Federasiyası istehsalı olan 02 (iki) ədəd tünd yaşıl rəngli drel, 01 (bir) ədəd şrup bağlayan, 02 (iki) ədəd tünd-yaşıl rəngli böyük perferator, 01 (bir) ədəd tünd-yaşıl rəngli su nasosu, 01 (bir) ədəd tünd göy rəngli su nasosu, 01 (bir) ədəd yaşıl rəngli «Kama» markalı balaca su nasosu, 01 (bir) ədəd balaca su nasosu, 02 (iki) ədəd laqonda üçün taxta mişarlar, 01 (bir) ədəd smistel və 01 (bir) ədəd 180-lık laqonda hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar