Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-239/2021 07.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1972-ci ildə Masallı rayonunun Gəyəçöl kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Naziriyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını talama məqsədi ilə 17 yanvar 2021-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında istifadə etdiyi ərzaq mağazasının qarşısına gələrək, mağazaya dəmir barmaqlıqlarla örtülmüş qapısının qıfılını və plastik qapısını istintaqa məlum olmayan alətlə sındıraraq qanunsuz daxil olub, oradan plastik qutudakı müxtəlif əskinazlardan ibarət ümumilikdə 371 manat məbləğində nağd pulu, mağazada quraşdırılmış piştaxtalardan qiyməti 07 manat olan 01 ədəd “Samovar” markalı arağı, 01 ədədinin qiyməti 10 manat olmaqla 40 manat qiymətində, 04 ədəd “Terminal” markalı arağı, 01 ədədinin qiyməti 04 manat olmaqla 12 manat qiymətində 03 ədəd “Boqatrsikaya” markalı qavyaddinanı, 01 ədədinin qiyməti 6 manat olmaqla 18 manat qiymətində, 03 ədəd “Qalavprodukt” markalı qavyaddinanı, 01 ədədinin qiyməti 2.20 manat olmaqla 6.60 manat qiymətində, 03 ədəd 100 qramlıq, “Berqa” markalı çayı, qiyməti 2.20 manat olan, 01 ədəd, 100 qramlıq “Final” markalı çayı, qiyməti 2.40 manat olan, 01 ədəd, 100 qramlıq, “Beta” markalı çayı, 01 ədədinin qiyməti 4.80 manat olmaqla 14.40 manat qiymətində, 225 qramlıq, 04 ədəd, “Berqa” markalı çayı, ümumilikdə qiyməti 153 manat olan, 13 kiliqoram çəkidə, müxtəlif markalı “kolbasa” məhsullarını, ümumilikdə qiyməti 15 manat olan, 10 ədəd, böyük ölçülü, “Sinikers”markalı şokoladı, ümumilikdə qiyməti 9 manat olan, 10 ədəd, kiçik ölçülü, “Sinikers” markalı şokoladı, ümumilikdə qiyməti 30 manat olan, 60 ədəd, “Sprit” markalı şokoladı, ümumilikdə qiyməti 20.4 manat olan, 20 paket, “Beloçka” markalı tumu, 01 ədədinin qiyməti 3,5 manat olan ümumilikdə isə 17,50 manat təşkil edən 05 ədəd, “Skumbriya” markalı balıq məhsulunu, 01 ədədinin qiyməti 2 manat olmaqla 34 manat qiymətində 17 ədəd “Klassik” markalı siqareti, 01 ədədinin qiyməti 2 manat olmaqla 117,60 manat qiymətində 56 ədəd, “Vant” markalı siqareti, 01 ədədinin qiyməti 2,80 manat olmaqla 89,60 manat qiymətində 32 ədəd “LD” markalı siqareti, 01 ədədinin qiyməti 3,70 manat olmaqla 148 manat qiymətində, 40 ədəd, “Sabranie” markalı siqareti, 01 ədədinin qiyməti 3,40 manat olmaqla 57,80 manat qiymətində, 17 ədəd, “Davudoff” markalı siqareti, 01 ədədinin qiyməti 3,40 manat olmaqla 163,20 manat qiymətində 48 ədəd, “Kent” markalı siqareti, 01 ədədinin qiyməti 1,80 manat olmaqla 18 manat qiymətində, 10 ədəd, “Göy More” markalı siqareti, 01 ədədinin qiyməti 2,30 manat olmaqla 135,70 manat qiymətində, 59 ədəd, “Vinçester” markalı siqareti, 01 ədədinin qiyməti 2,30 manat olmaqla 55,20 manat qiymətində, 24 ədəd, “Rotmans” markalı siqareti, 01 ədədinin qiyməti 2,30 manat olmaqla 73,60 manat qiymətində, 32 ədəd, “Palman” markalı siqareti, 01 ədədinin qiyməti 1,80 manat olmaqla 72 manat manat qiymətində, 40 ədəd, “Maqna” markalı siqareti, 01 ədədinin qiyməti 1,80 manat olmaqla 54 manat qiymətində, 30 ədəd, “Viçeroy” markalı siqareti, 01 ədədinin qiyməti 1,60 manat olmaqla 25,60 manat qiymətində, 16 ədəd, “Kingstone” markalı siqareti, 01 ədədinin qiyməti 2,30 manat olmaqla 55,20 manat qiymətində, 24 ədəd, “Vest” markalı siqareti, 01 ədədinin qiyməti 1,80 manat olmaqla 36 manat qiymətində, 20 ədəd, “Prima” markalı siqareti, 01 ədədinin qiyməti 3,20 manat olmaqla 224 manat qiymətində, 70 ədəd, “Vinston”markalı siqareti, 01 ədədinin qiyməti 2 manat olmaqla 10 manat qiymətində 10 ədəd, “Senat” markalı siqareti, 01 ədəd qutusunun qiyməti 37 manat olmaqla 74 manat qiymətində, 02 qutu “Sabanie” markalı siqareti, qiyməti 34 manat olan, 01 qutu “Kent” markalı siqareti, qiyməti 20 manat olan, 01 qutu “Klassik” markalı siqareti, qiyməti 23 manat olan, 01 qutu “Maqna” markalı siqareti, 01 ədəd qutusunun qiyməti 32 manat olmaqla 64 manat qiymətində, 02 qutu, “Vinston” markalı siqareti, 01 ədəd qutusunun qiyməti 23 manat olmaqla 46 manat qiymətində, 02 qutu “Rotmans” markalı siqareti gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2.249 (iki min iki yüz qırx doqquz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır: Belə ki, Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən ərzaq mağazasında icarə əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Həmin mağazada işçisi satıcı Şahid işləmiş, sonuncu hər gün səhər saat təxminən 07-08 radələrində mağazanı açaraq fəaliyyətə başlamış və saat 21-22 radələrində mağazanı bağlamışdır. 17 yanvar 2021-ci il tarixdə 07 radələrində Sevda ona mobil telefon vasitəsi ilə zəng edərək mağazada oğurluq hadisəsinin olduğunu bildirmişdir. O, dərhal yaşadığı mənzildən çıxıb, mağazaya getmiş, oraya çatdıqda mağazanın dəmir barmaqlıqlarla əhatə olunmuş qapısının üzərində olan qıfılının sındırıldığını, həmçinin plastik materialdan olan qapı çərçivəsinin ling vasitəsi ilə çıxarıldığını, plastik qapının şüşəsinin sındırıldığını, qapının tutacaq hissəsində şüşə və tutacağın aşağı tərəfində damcı formasında qan ləkələrinin olduğunu görmüşdür. İçəri daxil olarkən piştaxtalarda yerləşdirilmiş ərzaq məhsullarının yerə səpələndiyini, çoxlu sayda tütün məmulatı olan siqaretlərin və plastik materialdan olan qabın içərisində ki, nağd pulların oğurlandığını görmüşdür. O, dərhal oğurluq hadisəsi barədə DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, polis əməkdaşları hadisə yerinə gələrək oranı müayinə etmişlər. Həmçinin onun iştirakı ilə plastik qapıda və şüşədə qalmış qan ləkələrindən nümunə götürmüşlər. İlkin ərizəsində 1881 (bir min səkkiz yüz səksən bir) manat qeyd etsə də sonradan ona ümumilikdə 2249 (iki min iki yüz qırx doqquz) manat məbləğində maddi ziyan dəydiyini müəyyən etmişdir. Oğurluq hadisəsi başverən zaman heç kimdən şübhələnmədiyini bildirmişdir. Lakin təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fəaliyyət göstərdiyi mağazaya gətirildiyi zaman o, təqsirləndirilən şəxsə mağazada nə kimi dəyişiklik olduğunu soruşmuş, sonuncu ona soyuducunun yerinin dəyişdiyini bildirmişdir. O, oğurluq hadisəsinin baş verdiyi günün səhəri gün mağazada bəzi əşyaların yerini dəyişmiş, təqsirləndirilən şəxsin dediyi kimi qısa müddətdə mağazada olmuş olsaydı o, bu dəyişikliyi müəyyən edə bilməzdi. Həmçinin təqsirləndirilən şəxsin oğurladığını etiraf etdiyi məhsullar başqa-başqa piştaxtalarda olmuş, bir dəqiqə ərzində sadaladığı məhsulları götürüb mağazadan çıxması ağlabatan deyildir. Əlavə olaraq ona dəymiş zərərin təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini, təqsirləndirilən şəxslə barışmadığını, ona qarşı şikayətçi olduğunu, təqsirləndirilən şəxsə cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən və Zərərçəkmiş şəxs icarə əsasında sahibkarlıq fəaliyyəti ilə məşqul olduğu ərzaq mağazasında satıcı işləyir. O, hər gün səhər saat təxminən 07-08 radələrində mağazanı açır və saat 21-22 radələrində mağazanı bağlayır. 17 yanvar 2021ci il tarixdə 07 radələrində mağazaya gəldikdə dəmir barmaqlıqlarla əhatə olunmuş qapının üzərində olan qıfılın sındırıldığını, həmçinin plastik materialdan olan qapı çərçivəsinin ling vasitəsi ilə çıxarıldığını, plastik qapının şüşəsinin sındırıldığını, qapının tutacaq hissəsində şüşə və tutacağın aşağı tərəfində damcı formasında qan ləkələrinin olduğunu görmüşdür. İçəri daxil olduqda piştaxtalarda yerləşdirilmiş ərzaq məhsullarının yerə səpələndiyini, çox hissəsinin də yerində olmadığını görmüşdür. O, dərhal bu barədə Daşın Bədəlova mobil telefon vasitəsi ilə zəng edib, məlumat vermiş, bir neçə dəqiqə sonra sonuncu oraya gəlmişdir. Sonuncu mağazaya baxdıqdan sonra pul və əzaq məhsullarının oğurlandığını müəyyən etmişdir. Zərərçəkmiş şəxs oğurluq hadisəsi barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, bir neçə dəqiqə sonra polis əməkdaşları gəlib, hadisə yerini müayinə etmişlər. Daha sonra Zərərçəkmiş şəxs mağazada ödəniş qəbzlərinə əsasən hesablama aparmış və müəyyən etmiş ki, müxtəlif çeşidli ərzaq malları, siqaret və nağd pul oğurlanmışdır. Zərərçəkmiş şəxs ümumilikdə 2.249 (iki min iki yüz qırx doqquz) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. 04 noyabr 2020-ci il tarixdə cəzasını tamamilə çəkərək azadlığa buraxılmışdır. 16 yanvar 2021-ci il tarixdə saat 21:15 radələrində pandemiya ilə əlaqədar olaraq sərt karantin rejimi olduğundan hava almaq məqsədi ilə küçəyə çıxmaq üçün müvafiq “sms icazəsi” almışdır. Daha sonra yaşadığı fərdi yaşayış evindən çıxmış, piyada Nobel prospektinə gəlmiş, oradan piyada olaraq H.Aslanov metrostansiyası istiqamətində hərəkət etmişdir. H.Aslanov metrostansiyasının yaxınlığında sms vaxtını nəzərə alıb, yaşadığı ünvana doğru getmişdir. Yolda olduğu zaman böyrəklərində olan problemə görə təbbi ehtiyacını qarşılamaq məcburiyyətində qalmış, bu məqsədlə ünvan 2 ünvanındakı ərzaq mağazasının yaxınlığında yaşayış binasının arxa hissəsinə getmişdir. Orada biraz gəzişmiş və heç kimin olmadığına əmin olduqdan sonra təbii zərurətini ödəmişdir. Bu vaxt ərzaq mağazasının plastik materialdan olan giriş qapısının sındırıldığını, həmçinin şüşəsinin qırıq vəziyyətdə olduğunu görmüşdür. Gördükləri maraq doğurduğundan içəriyə daxil olub, baxmaq qərarına gəlmiş, bu məqsədlə mağazanın giriş qapısını içəriyə doğru açmışdır. İçəri girmək istəyərkən giriş qapısının sınmış şüşəsi sallanmış vəziyyətdə olmuş, içəridə olarkən ərzaq məhsulları yerə səpələnmiş vəziyyətdə olmuşdur. Ona elə gəlmişdir ki, kimsə mağazanın içərisində nə isə axtarmışdır. O, 100 (bir yüz) manat məbləğində oğurluq etdikdə cinayət məsuliyyətinə cəlb edilməyəcəyini bildiyindən yemək üçün nəisə oğurlamaq qərarına gəlmiş, mağazanın piştaxtasından 01 ədəd “Smirnoff” markalı araq, təxminən 300 qram çəkisi olan “Manqal üstü” markalı kolbasa, 02 ədəd “snikers” markalı şokalad götürüb, əynindəki gödəkçənin cibinə qoymuşdur. Bundan sonra həmin mağazanı tərk etmiş, yolda olarkən sağ əlinin ovuc nahiyəsinin qanadığını görmüş və ərzaq mağazasının giriş qapısındakı sınmış vəziyyətdə olan şüşənin əlini kəsdiyini ehtimal etmişdir. Yaşadığı evə gedərək oğurladığı məhsulları istehlak etmişdir. 01 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində polis əməkdaşları onu saxlayaraq xidməti avtomobillə 36-cı Polis Bölməsinə aparmışlar. O, mağazaya daxil olmamışdan qabaq kimsə mağazanın giriş qapısını sındırıb, içəriyə daxil olmuş və Zərərçəkmiş şəxs məxsus həmin əşyaları oğurlamışdır. İfadəsində qeyd etdiyi ərzaqlardan başqa heç bir ərzaq, tütün məhsulu və ya nağd pul götürməmiş, həmçinin ondan əvvəl mağazaya daxil olmuş şəxsləri görməmişdir. Mağazaya ümumi olaraq bir dəqiqə ərzində girib-çıxmış, həmin vaxt ərzində o qədər məhsulu oğurlamaq fiziki olaraq qeyri mümkündür. Ona qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu, əvvəllər məhkum olunsada azadlığa çıxdıqdan sonra heç bir oğurluq etmədiyini, daxil olduğu mağazadan 100 (bir yüz) manat məbləğindən aşağı məbləğdə oğurluq etdiyini bildirmişdir. Əlavə olaraq təqsirsiz olduğundan barəsində olan cinayət işi üzrə bəraət verilməsini və qanunanmüvafiq olaraq inzibati xətalar məcəlləsinin müvafiq maddəsilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaqı aparılması üçün icraata götürülmüşdür (i.v.1); zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.23); baxış keçirilməsi haqqında 17.01.2021-ci il tarixli protokolundan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi 2 ünvanına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir (i.v.7-11); könüllü təqdim etmə və götürmə haqqında 01 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bəzi tütün məhsullarının alınmasına dair ödəniş qəbzləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyindən surətləri çıxarılaraq cinayət işinə əlavə edilmişdir (i.v.37); şübhəli şəxsin tutulması haqqında 01 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da şübhəli şəxs kimi tutulmuşdur (i.v.66); ifadənin yerində yoxlanılması haqqında 02 fevral 2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi 2 ünvanında yoxlanılarkən o, ifadəsində bildirdiyi oğurluq hadisəsini təsdiqləmişdir. (i.v.81-83); kompakt diskə baxış keçirilməsi haqqında 02 fevral 2021-ci il tarixli protokoldan görünür ki, 17 yanvar 2021-ci il tarixdə saat 06 radələrində əynində kepka, dəri gödəkçə və şalvar olan, bir nəfər orta boylu, dolu bədən quruluşlu kişi cinsinə mənsub olan şəxs yaşayış binasının qarşısında gəzişir. Fayla baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin görüntüdə əks olunmuş şəxs odur. Belə ki, o, həmin vaxt ünvan 2 ünvanındakı ərzaq mağazasının yaxınlığında olarkən böyrəklərində olan xəstəliyi ilə əlaqədar olaraq təbii zərurətini ödəmək məcburiyyətində qalmışdır. Bu məqsədlə həmin küçədə yerləşən 2 saylı yaşayış binasının qarşısına keçmiş, digər şəxslər tərəfindən görünməyən yer axtarmışdır (i.v.88); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan olunmuşdur (i.v.89-90); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-41/21 nömrəli, 03 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 01 fevral 2021-ci il tarixdən hesablanmışdır (i.v.116-120); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 09.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin 11.11.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1; 180.2.41; 29, 181.2.1; 181.2.2; 181.2.4; 181.2.5; 326.2-ci maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bak şəhəri Səbail Rayon Məhkəməsinin 08.11.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 27.08.2018-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə ona təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası 04 (dörd) il 09 (doqquz) aya endirilmişdir. 04.11.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.130-131); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsin 82 nömrəli, 03 fevral 2021-ci il tarixli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs sağ əlin ovuc səthinin bir ədəd səthi kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət iti uca və kənara malik əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitə və 17.01.2021-ci il tarixdə törənə bilərdi, saölamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi dəyin edilmir. (i.v. 86-87); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 04 mart 2021-ci il tarixli 21/178R nömrəli rəyindən görünür ki, ekspertiza nəticəsində, 30 yanvar 2021-ci il tarixdə, ekspertiza nəticəsində, 17.01.2021-ci il tarixdə, ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən 02 (iki) ədəd pambıq tamponda götürülmüş qan nümunəsinin Təqsirləndirilən şəxs (xx.xx.1972 Masallı r.) məxsus olduğu müəyyən edildi (eyni yumurta əkizi istisna olmaqla) (i.v 158-162); diskə baxış keçirilməsi haqqında 29 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi ***-***-**-** mobil nömrəsi 17.01.2021-ci il tarixdə saat 06:21:16-dan 06:54:45-dək “Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 102”, “Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu, 2929-cu məhəllə” və “Bakı şəhəri, Nobel prospekti 56” adlı anten əhatə dairələrində istifadəsi qeydə alınmışdır. Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi ***-***-**-** mobil nömrəsinə həmin saatlarda zəng edən və qəbul edən şəxslərin istifadələrində olan mobil nömrələrinin “Gəncə şəhəri, X6 Vağzalı”, Sumqayıt şəhəri, H.Əliyev prospekti, ev 21/63 saylı binanın damı”, “Gəncə şəhəri, Kəpəz rayonu, Sadili”, “Bakı şəhəri, H.Əliyev prospekti, 106A”, “Bakı şəhəri, Nacaf Nərimanov küçəsi 8”, “Gəncə şəhəri, Kəpəz rayonu, Sadili” adlı anten əhatə dairələrində istifadələr qeydə alınmışdır. Baxış nəticəsində cinayət təqibi üzrə əhəmiyyət kəsb edən başqa məlumat müəyyən edilməmişdir. (i.v. 164); Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından hətta, belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin, Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş X2, bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra dindirilmişlər. Eyni zamanda ibtidai istintaq zamanı Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi 2 ünvanında yerləşən ərzaq mağazasına Təqsirləndirilən şəxs başqa digər şəxsin və ya şəxslərin qanunsuz daxil olmaqla oğurluq etməsi müəyyən edilməmiş, həmçinin zərərçəkmiş şəxs tərəfindən həmin mağazadan 17 yanvar 2021-ci il tarixdən başqa tarixdə oğurluq hadisəsinin olması bildirilməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkumluğun anlayışı Azərbaycan Respublikası CM-in «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, təyin ediləcək cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM-56.1.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün tarixindən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 01 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 02 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev
Məhkəmə qərarları › İş №1(011)-239/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-239/2021
07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver