Məhkəmə qərarları › İş №1(011)-239/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-239/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-239/2023 26.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1985-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2rəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən gizli olaraq yaşayış yerinə və saxlanc yerinə daxil olaraq özgənin əmlakını gizli olaraq talamış, həmçinin avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Belə ki, o özgənin əmlakını talama məqsədilə 19 noyabr 2022-ci il tarixdə saat 04:30 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 75 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 icarədarı olduğu “Emilli” adlı ərzaq mağazasının giriş qapısını əli ilə açaraq qanunsuz olaraq içəri daxil olub oradan bir qutusu 2 manat olan 14 manat dəyərində 7 qutu “Arqo”, bir qutusu 2 manat 70 qəpik olan 21 manat 60 qəpik dəyərində 8 qutu “Rotmans kompakt”, bir qutusu 2 manat 70 qəpik olan 21 manat 60 qəpik dəyərində 8 qutu “Rotmans göy”, bir qutusu 2 manat 70 qəpik olan 27 manat dəyərində 10 qutu “Rotmans mentol”, bir qutusu 3 manat 80 qəpik olan 38 manat dəyərində 10 qutu “Kent qalın 8”, bir qutusu 3 manat 80 qəpik olan 30 manat 40 qəpik dəyərində 8 qutu “Kent qalın 4”, bir qutusu 4 manat 10 qəpik olan 41 manat dəyərində 10 qutu “Sobranie qalın”, bir qutusu 4 manat 10 qəpik olan 24 manat 60 qəpik dəyərində 6 qutu “Sobranie qalın ağ”, bir qutusu 4 manat 10 qəpik olan 24 manat 60 qəpik dəyərində 6 qutu “Sobranie qalın göy”, bir qutusu 4 manat 10 qəpik olan 24 manat 60 qəpik dəyərində 6 qutu “Sobranie qalın qara”, bir qutusu 3 manat olan 30 manat dəyərində 10 qutu “LD kompakt ağ”, bir qutusu 3 manat 70 qəpik olan 37 manat dəyərində 10 qutu “Winston kompakt”, bir qutusu 3 manat 70 qəpik olan 29 manat 60 qəpik dəyərində 8 qutu “Winston kompak Ballı”, bir qutusu 3 manat 80 qəpik olan 26 manat 60 qəpik dəyərində 7 qutu “Davıdoff Sarı”, bir qutusu 2 manat 50 qəpik olan 15 manat dəyərində 6 qutu “West qalın”, bir qutusu 3 manat 70 qəpik olan 29 manat 60 qəpik dəyərində 8 qutu “Winston nazik boz”, bir qutusu 3 manat 80 qəpik olan 38 manat dəyərində 10 qutu “Kent nazik 4”, bir qutusu 3 manat 80 qəpik olan 22 manat 80 qəpik dəyərində 6 qutu “Kent nazik 1”, bir qutusu 3 manat 80 qəpik olan 22 manat 80 qəpik dəyərində 6 qutu “Kent mentol”, bir qutusu 4 manat 10 qəpik olan 32 manat 80 qəpik dəyərində 8 qutu “Sobranie nazik göy”, bir qutusu 4 manat 10 qəpik olan 41 manat dəyərində 10 qutu “Sobranie qara”, bir qutusu 4 manat 10 qəpik olan 41 manat dəyərində 10 qutu “Sobranie qara”, bir qutusu 2 manat 20 qəpik olan 15 manat 40 qəpik dəyərində 7 qutu “Maqna qara”, bir qutusu 2 manat 20 qəpik olan 13 manat 20 qəpik dəyərində 6 qutu “Maqna boz”, bir qutusu 2 manat 20 qəpik olan 13 manat 20 qəpik dəyərində 6 qutu “Maqna ağ”, bir qutusu 2 manat 20 qəpik olan 17 manat 60 qəpik dəyərində 8 qutu “Maqna kompakt boz”, bir qutusu 2 manat olan 12 manat dəyərində 6 qutu “ Arqo ballı” markalı siqareti, bir qutusu 2 manat 70 qəpik olan 18 manat 90 qəpik dəyərində 7 qutu “Palmal boz”, bir qutusu 2 manat 70 qəpik olan 18 manat 90 qəpik dəyərində 7 qutu “Palmal ağ”, bir qutusu 2 manat 70 qəpik olan 24 manat 30 qəpik dəyərində 9 qutu “Palmal mentol”, bir qutusu 2 manat 40 qəpik olan 12 manat dəyərində 5 qutu “Klassik kompakt”, bir qutusu 2 manat 40 qəpik olan 21 manat 60 qəpik dəyərində 9 qutu “Klassik uzun”, bir qutusu 2 manat 20 qəpik olan 13 manat 20 qəpik dəyərində 6 qutu “Veqas”, bir qutusu 2 manat 40 qəpik olan 16 manat 80 qəpik dəyərində 7 qutu “Klassik nazik”, bir qutusu 3 manat 20 qəpik olan 19 manat 20 qəpik dəyərində 6 qutu “LD nazik boz”, bir qutusu 2 manat 70 qəpik olan 21 manat 60 qəpik dəyərində 8 qutu “Winchester boz nazik”, bir qutusu 2 manat 70 qəpik olan 16 manat 20 qəpik dəyərində 6 qutu “Winchester göy nazik”, bir qutusu 2 manat 70 qəpik olan 24 manat 30 qəpik dəyərində 9 qutu “Winchester boz kompakt”, bir qutusu 2 manat 70 qəpik olan 16 manat 20 qəpik dəyərində 6 qutu “Winchester göy kompakt” markalı siqaretlər, bir qutusu 2 manat olan 30 manat dəyərində 15 qutu “Alpen Gold” markalı şokalat, bir qutusu 2 manat olan 10 manat dəyərində 5 qutu sexdə hazırlanmış şirniyyat, bir qutusu 8 manat olan 40 manat dəyərində 5 qutu “HeadShoulders”, markalı böyük qutu şampun, bir qutusu 4 manat 50 qəpik olan 18 manat dəyərində 4 qutu “HeadShoulders” markalı kiçik qutu şampun, bir qutusu 8 manat olan 40 manat dəyərində 5 qutu “Panten” markalı böyük qutu şampun, bir qutusu 4 manat 50 qəpik olan 22 manat 50 qəpik dəyərində 5 qutu “Panten” markalı kiçik qutu şampun, bir qutusu 10 manat olan 30 manat dəyərində 3 ədəd “Ocean Dhaff” markalı şampun, bir qutusu 1 manat 10 qəpik olan 11 manat dəyərində 10ədəd “Safeguard” “markalı sabun, bir qutusu 1 manat 40 qəpik olan 7 manat dəyərində 5 ədəd “Dhaff” markalı sabun, bir qutusu 3 manat 50 qəpik olan 10 manat 50 qəpik dəyərində 3 ədəd “Gillette” markalı (üz qırxan cilet) pena, bir qutusu 2 manat 20 qəpik olan 13 manat 20 qəpik dəyərində 6 ədəd “Faıry” markalı qab şampunu, bir qutusu 2 manat 50 qəpik olan 15 manat dəyərində 6 ədəd “Colgate” markalı diş pastası, bir qutusu 60 qəpik olan 6 manat dəyərində 10 ədəd “Orbit” markalı saqqız, bir qutusu 60 qəpik olan 6 manat dəyərində 10 ədəd “Dirol” markalı saqqız, saxlanc yeri hesab olunan şkafın içərisindən bir ədəd 70 manat dəyərində İphone, markalı, “A1457” modelli mobil telefon aparatını içərisində dəyəri 10 manat olan ***-***-**-** saylı nömrə ilə, bir ədəd 150 manat dəyərində olan mağazanın müşahidə kamerasının drayverini və 245 manat pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş şəxs E.Zərərçəkmiş şəxs2 ümumilikdə 1.662 manat 40 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 14 yanvar 2023-cü il tarixdə saat 16:00 dəqiqədə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, 7-ci Əhmədli küçəsində 17 ünvanda yerləşən “Al” marketin qarşısında saxladığı ağ rəngli, 2013-cü il buraxılışlı “Renault Tondar” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili açarının üzərində olmasından istifadə etməklə mühərriki işə salıb idarə edərək talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri iş üzrə toplanmış istintaq sübutları; özünün etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri, hadisə yerinə baxış protokolları, ifadələrin yerində yoxlama protokolları, ekspertiza rəyləri, diskə baxış protokolu və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 177.2.3 və 185.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi, ev 5 ünvanda yaşayır, avtomobil ustası işləyir və subaydır. 14 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində olarkən “Al” marketin qarşısında bir nəfər tanımadığı şəxsin ağ rəngli “Renault” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb marketə daxil olmasını görmüşdür. Avtomobilin yanına yaxınlaşdıqda açarının üzərində olmasını və içərisində heç kəsin olmamasını müəyyən etdikdən sonra avtomobilə əyləşərək avtomobilin mühərrikini işlək vəziyyətə gətirərək hərəkətə gətirib oradan uzaqlaşmışdır. Kənd Əhmədlinin içərisinə tərəf avtomobillə hərəkət etdikdən 100-150 metr sonra avtomobili saxlayaraq polis əməkdaşları tərəfindən saxlanılmamaq məqsədi ilə dövlət qeydiyyat nişanlarını çıxarmış və sonra yenidən avtomobili idarə etməyə başlamışdır. Bakıxanov qəsəbəsinə gedib gəldikdən və 20-30 dəqiqə avtomobili idarə etdikdən sonra yenidən Xətai rayonu ərazisinə qayıtmış və kirayədə yaşadığı binanın yaxınlığında olan Q.Məmmədov küçəsi 1 ünvanda binanın qarşısında avtomobili saxlayaraq açarını üzərində qoymaqla oradan uzaqlaşmışdır. Avtomobili idarə edərkən hadisə törətməmiş, avtomobildən gizli olaraq hər hansı bir hissəsini və əşyanı götürməmişdir. Avtomobili idarə etmək məqsədi ilə qaçırmış, başqa hər hansı məqsədi olmamışdır. Bundan başqa pul lazım oduğundan və işsizlikdən 19 noyabr 2022-ci il tarixdə saat 04:30 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 75 ünvandan keçən zaman orada yerləşən “Emilli” adlı market görmüş və ora girmək qərarına gəlmişdir. Həmin marketin qapısında dəmir barmaqlıqdan ibarət, sonra isə almunimdan ibarət əlavə qapı olmuşdur. Birinci qıfılı sındırmağa cəhd etsədə qıra bilməmiş, bunun yerinə qıfılın bağlanmış olduğu dəmir barmaqlığın bir hissəsi sınmışdır. Daha sonra isə qapını itələmiş və qapı açıq olduğu üçün açılmışdır. Qapını açıb içəri daxil olmuşdur. İçəri daxil olan zaman mağazaya daxil olduqda sol tərəfdə kassa aparatı olan yerdə stolun altında çox sayda müxtəlif markalı siqaretlər və “İphone” markalı, “A1457” modelli mobil telefon görmüşdür. Siqaretləri sellofan paketə yığmışdır. Müəyyən miqdarda saqqız, şampun və diş pastası, qab şampunu və 245 manat pul götürmüşdür. Daha sonra isə telefonu götürmüşdür. Mağazada kamera olduğundan kameranın yaddaş aparatını da götürmüşdür. Götürdüyü əşyalarla birlikdə oradan uzaqlaşmışdır. Oradan uzaqlaşaraq icarəyə götürmüş olduğu avtomobilə aparmış və oğurladığı əşyaları Balaxanı qəsəbəsinə gətirmişdir. Orada Baba adlı şəxsin evinə getmişdir. Telefonu evə qoymuşdur ki, sonra götürər. Yaddaş kartı olan aparatı isə sobaya atmışdır. Aparatı sobaya ataraq yandırdıqda Babanın bundan xəbəri olmamışdır. Belə ki, özü tək etmişdir. Orda bir qədər əyləşdikdən sonra çıxmışdır. Səhəri günü isə oğurladığı siqaretləri və şampunları Bakıxanov qəsəbəsində tanımadığı şəxsə satmışdır. Siqaretləri satdıqdan sonra isə əldə etdiyi pulu şəxsi məqsədləri üçün xərcləmişdir. Telefonu üzərində götürməklə saxlamışdır. Həmin siqaret və şampunların bir hissəsini Bakıxanov qəsəbəsində tanımadığı şəxslərə satmış, bir hissəsini isə özü istifadə etmişdir. Satdığı siqaretlərdən 200-300 manat pul əldə etmiş, belə ki, həmin əşyaları ucuz satmışdır. Oğurluq etməyi barədə heç kimə məlumat verməmişdir. Son sözündə əməlindən peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanın ödənilməsini və ona qarşı heç bir şikayət və tələbinin olmamasını, AR CMnin 185.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə zərərçəkmiş şəxsə isə heç bir ziyan dəymədiyini və əslində talama niyyətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 330.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində(329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.) göstərilən qaydada yol verilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 75 ünvanda yerləşən mağazanı icarəyə götürmüşdür. Həmin mağazanı Əli adlı şəxsdən aylıq 300 manat ödəmək şərti ilə icarəyə götürərək 2 il 6 ay işlətmişdir. Mağazanın adı “Emili” marketdir. Mağazanı hər gün səhər səhər saat 09 radələrində açmış, axşam saat 22 radələrində isə bağlamışdır. 18 noyabr 2022-ci il tarixdə saat 21 radələrində mağazanı bağlayaraq çıxıb getmişdir. 19 noyabr 2022-ci il tarixdə saat 09 radələrində mağazanı açmağa getdikdə görmüşdür ki, mağazanın qapısı açıqdır. Mağazaya baxdıqda görmüşdür ki, mağazaya daxil olaraq ordan oğurluq etmişlər. Mağazanın giriş qapısının dəmir barmaqlıqlarını qıfılla bağlamışdır. Mağazaya daxil olmaq üçün qıfılın bağlandığı barmaqlığa bitişik olan keçəcəyi sındırılaraq dəmir barmaqlığı açılmışdır. Daha sonra isə mağazanın qapısına fiziki zor tətbiq edərək mağazanın qapısını açmış və daxil olmuşdur. Mağazadan kassanın yerləşdiyi şkafın alt gözündən bir qutusu 2 manat olan ümumilikdə 14 manat dəyərində 7 qutu “Arqo” markalı siqareti, bir qutusu 2,7 manat olan ümumilikdə 21.60 manat dəyərində 8 qutu “Rotmans kompakt” markalı siqareti, bir qutusu 2,7 manat olan ümumilikdə 21.60 manat dəyərində 8 qutu “Rotmans göy” markalı siqareti, bir qutusu 2,7 manat olan ümumilikdə 27 manat dəyərində 10 qutu “Rotmans mentol” markalı siqareti, bir qutusu 3.8 manat olan ümumilikdə 38 manat dəyərində 10 qutu “Kent qalın 8” markalı siqareti, bir qutusu 3.8 manat olan ümumilikdə 30.40 manat dəyərində 8 qutu “Kent qalın 4” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 41 manat dəyərində 10 qutu “Sobraniya qalın” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 24.60 manat dəyərində 6 qutu “Sobraniya qalın ağ” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 24.60 manat dəyərində 6 qutu “Sobraniya qalın göy” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 24.60 manat dəyərində 6 qutu “Sobraniya qalın qara” markalı siqareti, bir qutusu 3 manat olan ümumilikdə 30 manat dəyərində qutu “LD kompakt ağ” markalı siqareti, bir qutusu 3.7 manat olan ümumilikdə 37 manat dəyərində 10 qutu “Winston kompakt” markalı siqareti, bir qutusu 3.7 manat olan ümumilikdə 29.60 manat dəyərində 8 qutu “Winston kompak Ballı” markalı siqareti, bir qutusu 3.8 manat olan ümumilikdə 26.6 manat dəyərində 7 qutu “Davıdov Sarı” markalı siqareti, bir qutusu 2.5 manat olan ümumilikdə 15 manat dəyərində 6 qutu “West qalın” markalı siqareti, bir qutusu 3.7 manat olan ümumilikdə 29.6 manat dəyərində 8 qutu “Winston nazik boz” markalı siqareti, bir qutusu 3.8 manat olan ümumilikdə 38 manat dəyərində 10 qutu “Kent nazik 4” markalı siqareti, bir qutusu 3.8 manat olan ümumilikdə 22.80 manat dəyərində 6 qutu “Kent nazik 1” markalı siqareti, bir qutusu 3.8 manat olan ümumilikdə 22.80 manat dəyərində 6 qutu “Kent mentol” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 32.80 manat dəyərində 8 qutu “Sobraniya nazik göy” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 41 manat dəyərində 10 qutu “Sobraniya qara” markalı siqareti, bir qutusu 4.1 manat olan ümumilikdə 41 manat dəyərində 10 qutu “Sobraniya qara” markalı siqareti, bir qutusu 2.2 manat olan ümumilikdə 15.40 manat dəyərində 7 qutu “Maqna qara” markalı siqareti, bir qutusu 2.2 manat olan ümumilikdə 13.20 manat dəyərində 6 qutu “Maqna boz” markalı siqareti, bir qutusu 2.2 manat olan ümumilikdə 13.20 manat dəyərində 6 qutu “Maqna ağ” markalı siqareti, bir qutusu 2.2 manat olan ümumilikdə 17.6 manat dəyərində 8 qutu “Maqna kompakt boz” markalı siqareti, bir qutusu 2 manat olan ümumilikdə 12 manat dəyərində 6 qutu “Arqo ballı” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 18.90 manat dəyərində 7 qutu “Palmal boz” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 18.90 manat dəyərində 7 qutu “Palmal ağ” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 24.3 manat dəyərində 9 qutu “Palmal mentol” markalı siqareti, bir qutusu 2.4 manat olan ümumilikdə 12 manat dəyərində 5 qutu “Klassik kompakt” markalı siqareti, bir qutusu 2.4 manat olan ümumilikdə 21.60 manat dəyərində 9 qutu “Klassik uzun” markalı siqareti, bir qutusu 2.2 manat olan ümumilikdə 13.20 manat dəyərində 6 qutu “Veqas” markalı siqareti, bir qutusu 2.4 manat olan ümumilikdə 16.80 manat dəyərində 7 qutu “Klassik nazik” markalı siqareti, bir qutusu 3.2 manat olan ümumilikdə 19.20 manat dəyərində 6 qutu “LD nazik boz” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 21.60 manat dəyərində 8 qutu “Winchester boz nazik” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 16.20 manat dəyərində 6 qutu “Winchester göy nazik” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 24.30 manat dəyərində 9 qutu “Winchester boz kompakt” markalı siqareti, bir qutusu 2.7 manat olan ümumilikdə 16.20 manat dəyərində 6 qutu “Winchester göy kompakt” markalı siqaretləri olmaqla ümumilikdə 927.80 manat dəyərində siqaretləri, həmçinin bir qutusu 2 manat olan ümumilikdə 30 manat dəyərində 9 qutu “Alpen qold” markalı şokalat, bir qutusu 2 manat olan ümumilikdə 10 manat dəyərində 5 qutu sexdə hazırlanmış şirniyat, bir qutusu 8 manat olan ümumilikdə 40 manat dəyərində 5 qutu “Head&Shoulders” markalı böyük qutu şampun, bir qutusu 4,5 manat olan ümumilikdə 18 manat dəyərində 4 qutu “Head&Shoulders” markalı kiçik qutu şampun, bir qutusu 8 manat olan ümumilikdə 40 manat dəyərində 5 qutu “Panten” markalı böyük qutu şampun, bir qutusu 4,5 manat olan ümumilikdə 22.50 manat dəyərində 5 qutu “Panten” markalı kiçik qutu şampun, bir qutusu 1.1 manat olan ümumilikdə 13.20 manat dəyərində 10 ədəd “sefqart” markalı sabun, bir qutusu 1,4 manat olan ümumilikdə 7 manat dəyərində 5 ədəd “daff” markalı sabun, bir qutusu 10 manat olan ümumilikdə 30 manat dəyərində 3 ədəd “Ocean Daff” markalı şampun, bir qutusu 3.5 manat olan ümumilikdə 10.50 manat dəyərində 3 ədəd “gillet” markalı uz təmizləmək üçün pena, bir qutusu 2.2 manat olan ümumilikdə 8.2 manat dəyərində 6 ədəd “Feri” markalı qab şampunu, bir qutusu 2.5 manat olan ümumilikdə 15 manat dəyərində 6 ədəd “Colget” markalı diş pastası, bir qutusu 0.6 manat olan ümumilikdə 6 manat dəyərində 10 ədəd “orbit” markalı saqqız, bir qutusu 0.6 manat olan ümumilikdə 6 manat dəyərində 10 ədəd “dirol” markalı saqqız, şkafın içərisindən 1 ədəd 90 manat dəyərində “İphone, markalı, “A1457” modelli mobil telefon aparatı içərisində dəyəri 10 manat olan ***-***-**-** saylı nömrə ilə, 1 ədəd dəyəri 150 manat olan mağazada quraşdırılmış təhlükəsizlik kameralarının drayverini və 245 manat dəyərində pulu oğurlamışdır. Ümumilikdə 1434.7 manat dəyərində əmlakı talanmışdır. Mağazadan oğurluq etmiş şəxs mağazanın təhlükəsizlik kamerasının yaddaş drayverini də oğurlamışdır(cild 1, i.v 118-121, 239-241) İş üzrə digər Zərərçəkmiş şəxs1 isə məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, həmçinin onun barəsində məcburi gətirilməsinə dair məhkəmə qərarı çıxarılmış, lakin AR DİN Xətai RPİ-nin 36-cı Polis Bölməsi tərəfindən məhkəməyə ünvanlanmış məktubla zərərçəkmiş Zərərçəkmiş şəxs1 yerini müəyyən etmək mümkün olmadığı üçün qərarın icra edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə həmin zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Uzunoba kəndində qeydiyyatdadır, lakin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində nömrəsiz fərdi yaşayış evində ailəsi yaşayır və evlidir. “Renault Tondar” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobil tam mülkiyyət üzrə özünə məxsusdur. Avtomobili idarə etmək üçü B dərəcəli sürücülük vəsiqəsi vardır. 14 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, 7ci Əhmədli küçəsində yerləşən “Al” marketin qarşısında özünə məxsus olan “Renault Tondar 90” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlayaraq marketə daxil olmuşdur. Marketə daxil olduqda avtomobilin qapılarını kilidləməmiş və açarı üzərində qalmışdır. Marketə daxil olduqdan 2-3 dəqiqə ərzində ərzaq aldıqdan sonra küçəyə çıxmışdır. Küçəyə çıxdqıda avtomobilini saxladığı yerdə olmamasın və naməlum şəxs tərəfindən qaçırılmasını görmüşdür. Bundan sonra DİN-in 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları yaxınlaşaraq hadisə yerinə baxış keçirmiş və həmin gün saat 21 radələrində özünə məxsus avtomobil Xətai rayonu ərazisində nömrələri çıxarılmış vəziyyətdə tapılmışdır. Avtomobilindən heç bir əşya oğurlanmamış və avtomobili saz vəziyyətdə olmuşdur. Həmin hadisə nəticəsində ona hər hansı maddi ziyan dəyməmişdir.(cild 1, i.v 31-33) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 185.1-ci maddəsi ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (cild1, i.v. 01); 14 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsində “Renault” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırıldığı yerə baxış keçirilmişdir. (cild1, i.v. 09-13); BD253017 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Renault Tondar 90” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1206498 ban nömrəli avtomobil xx.xx.2022-ci il tarixdən Xaçmaz rayonu, Xaçmaz şəhəri, Krasnı-Xutor kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs1 mülkiyyətindədir. (cild1, i.v. 15); xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınmaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild1, i.v. 24-25); xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, 7-ci Əhmədli küçəsində “Renault” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qaçırmasını təsdiq etmiş və göstərmişdir. (cild1, i.v. 36-38); xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild1, i.v. 48-49); xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild1, i.v. 63-64); Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, barəsində 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. (cild 1, i.v 68-69) xx.xx.2023-cü il tarixli avtomobilə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakı ilə “Renault” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. (cild 1, i.v 70-74) xx.xx.2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, hər iki cinayət işi eyni şəxs barəsində olduğundan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. (cild 1, i.v 75-78) Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 əmlakının oğurlanması faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (cild1, i.v. 85-86); 19 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 75 ünvanında yerləşən marketə baxış keçirilmişdir. (cild1, i.v. 93-104); Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin vergi uçotu haqqında ********** qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixdən sahibkar kimi qeydiyyata alınmışdır. (cild1, i.v. 109); xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 75 ünvanında yerləşən obyekt icarə müqaviləsi əsasında X8 tərəfindən Zərərçəkmiş şəxs2 verilmişdir. (cild1, i.v. 110); xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild1, i.v. 112); xx.xx.2022-ci il tarixli cinayət işinin bir icraatda birləşməsi barədə qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış 3844 nömrəli material eyni icraatda ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (cild 1, i.v 122-123) 22 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, zərərçəkmiş şəxs X4 və hal şahidlərinin iştirakı ilə ünvan 6 ünvanına baxış keçirilmişdir. (cild1, i.v. 128-129); 22 noyabr 2022-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs X3 məxsus Huavei Y6 markalı mobil telefonun oğurlanması faktı barədə ünvan 6 ünvanında yerləşən təkər təmiri sexində quraşdırılmış kameralar vasitəsilə qeydə alınmış videogörüntülərə baxış keçirilmiş və telefonu ordan götürən şəxsin görünüşü müəyyən edilmişdir. (cild1, i.v. 131); xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, cinayəti törətmiş şəxsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (cild1, i.v. 141-142); 17 yanvar 2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə qərardan görünür ki, bir sıra istintaq hərəkətləri keçirilməsi zərurəti yarandığından Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (cild1, i.v. 144-145); 18 yanvar 2023-cü il tarixli ittiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (cild1, i.v. 148-149); 18 yanvar 2023-cü il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:25 radələrində tutulmuşdur. (cild1, i.v. 153); 18 yanvar 2023-cü il tarixli cinayət işinin tövsif edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (cild1, i.v. 154-155); 18 yanvar 2023-cü tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, X4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild1, i.v. 158); 18 yanvar 2023-cü tarixli əşyanın götürülməsi haqqında qərardan görünür ki, 2 ədəd mobil telefon cinayət işi üzrə istintaq üçün sübut əhəmiyyətinə malik olduğu üçün Təqsirləndirilən şəxs götürülmüşdür. (cild1, i.v. 183-184); 18 yanvar 2023-cü tarixli ifadənin yerində yoxlanması haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə ünvan 6 və Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 75 ünvanlarında şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə yerində yoxlanmışdır. (cild1, i.v. 186-188); 19 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild1, i.v. 189-192); 19 yanvar 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə hadisə yerlərinin görüntüsü əks olunmuş hər iki diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs hər iki epizodu etiraf etmişdir. (cild1, i.v. 203); Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 01 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (cild1, i.v. 217-222); 19 yanvar 2023-cü il tarixli əşyanın zərərçəkmiş şəxsə tanınmaya təqdim edilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərərçəkmiş şəxs X4 tərəfindən ona məxsus mobil telefon tanınaraq göstərilmişdir. (cild1, i.v. 226-228); 17 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild1, i.v. 229); xx.xx.2023-cü il tarixli cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi əlavə istintaq davam etdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 216.1-ci maddəsinə əsasən Bakı şəhər Prokurorluğu vasitəsilə ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Polis İdarəsinə göndərilmişdir. (cild1, i.v. 230-232); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 fevral 2023-cü il tarixli, 9/590 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, istifadə olması və üzərində qüsurlar nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 120,00 manat müəyyən olunur. O cümlədən 01 ədəd “İphone” markalı, A1457 modelli telefon üçün 70,00 manat, bir ədəd “Huawei” markalı, MED-LX9N modelli telefon üçün 50,00 manat müəyyən edilmişdir. (cild1, i.v. 237); Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 01 gün həmin cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzanın icrası müddətinin təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm olunmuşdur (cild2 i.v 2-11); 01 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 177.2.3 və 185.1-ci maddələrinə tövsif edilməsi və ona həmin maddələlə yenidən ittiham elan edilməsi, barəsində seçilmiş “Həbs” qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və şahid qismində dindirilmiş X5 ifadələrinin, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 fevral 2023-cü il tarixli 9/590 saylı rəyinin, hadisə yerlərinə, diskə, avtomobilə baxış, götürmə və baxış keçirmə, ifadənin yerində yoxlanılması və tanınma protokollarının iş üzrə sübut kimi qiymətləndirilməsi, bir ədəd “İphone” markalı, “A1457” modelli və bir ədəd “Huawei” markalı, MED-LX9N modelli telefonların maddi sübut kimi tanınması və tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icra olunmasınadək saxlanılması üçün sahibinə təhvil verilməsi, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi “Renault” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icra olunmasınadək saxlanılması üçün sahibinə təhvil verilməsi, cinayət işində olan Təqsirləndirilən şəxs cinayət törətməsini əks etdirən bir ədəd “DVD” diskin sübut kimi tanınması, Təqsirləndirilən şəxs Nərimanov rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduqdan sonra cəzasını çəkib qurtardığı gündən iki il müddət keçdiyi halda yenidən cinayət törətməsinə görə əvvəllər məhkum edilmiş şəxs hesab edilməməsi, Təqsirləndirilən şəxs Nərimanov rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının məhkum olunmasına görə Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cəzasının residiv kimi qiymətləndirilməməsi, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs Nərimanov rayon Məhkəməsi tərəfindən təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildikdən sonra Azərbaycan Respublikası CM-nin 177 və 185-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməməsi, bir ədəd “İphone” markalı, “A1457” modelli və bir ədəd “Huawei” markalı, MED-LX9N modelli telefonların dəyərinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən götürülməsi, Zərərçəkmiş şəxs2 məxsus müxtəlif markalı siqaretlərin, şokoladların, şirniyyatların, şampunların, sabunların, penanın, saqqızların və təhlükəsizlik kamerasının drayverinin dəyərinin Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiyi miqdarlara əsasən götürülməsi, Zərərçəkmiş şəxs2 məxsus cinayət yolu ilə ələ keçirilmiş bir ədəd “İphone” markalı telefon aparatının modelinin “5S” kimi deyil, “A1457” kimi oxunması, X5 barəsində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlinə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi hissəsində hissəvi xitam verilməsi, X2 cinayət işində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın surətinin 24 saat müddətində məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır. (cild 2, i.v 25-39); 02 mart 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 185.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (cild 2, i.v 41-42); xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 bir ədəd “İphone” markalı, “A1457” modelli mobil telefonu həmin tarixdə Xətai RPİ-dən təhvil almışdır. (cild 2, i.v 63); xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X4 bir ədəd “Huawei” markalı, “MED- LX9N” modelli mobil telefonu həmin tarixdə Xətai RPİ-dən təhvil almışdır. (cild 2, i.v 64); Naxçıvan İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-339/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hömü xx.xx.2021-ci il tarixində Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və məhkum Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli bildirişlə gəlib qeydiyyatdan keçməsi təklif olunmuş, lakin məhkum Təqsirləndirilən şəxs şöbəyə gəlib qeydiyyatdan keçmədiyi üçün cəzasını çəkilməmiş qalmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə göndərdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanında qeydiyaytda olan Zərərçəkmiş şəxs1 yerini müəyyən etmək mümkün olmadığı üçün barəsində seçilmiş məcburi gətirilmə barədə qərarı təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin ibtidai isintaq zamanı vermiş olduqları ifadələrində göstərmiş olduqları xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ibtidai araşdırma zamanı vermiş olduqları ifadələrinə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin ona elan edilmiş müvafiq maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsaəsn cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən birinin şikayətçi olmamasını, yəni cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi (CM 59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını və cəzasını çəkmədən yenidən cinayət törətməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 185.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və və ağırllaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməli və ona qəti cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut olan 01 ədəd “DVD-R” disk cinayət işi materiallarında saxlanılmalı, maddi sübut kimi tanınmış “İphone” markalı, “A1457” modelli və bir ədəd “Huawei” markalı, MED-LX9N modelli telefonların və “Renault” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı və onların istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 50 (əlli) saat üçün nəzərdə tutulan 300 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 185.1-ci maddəsi ilə təqsirli bilinərək ona 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-339/2020 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla 01 il 05 (beş) ay 29(iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş 02(iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 02(iki) il 06(altı)ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd “DVD-R” disk cinayət işi materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış “İphone” markalı, “A1457” modelli və bir ədəd “Huawei” markalı, MED-LX9N modelli telefonların və “Renault” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın və onun istifadəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 50 (əlli) saat üçün nəzərdə tutulan 300(üç yüz) manat pul ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar