Məhkəmə qərarları › İş №1(011)-239/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-239/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-239/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, avtomobil təmiri ustası işləyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Kəpəz rayonu A.İmanqşuliyev küçəsi döngə 2, ev 15 A-da qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu İ.Məmmədov küçəsi ev 26, nömrəsiz evdə kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,826 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və 05 fevral 2025-ci il tarixdə saat 20:33-də Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 1 ünvanında saxlanılıb videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,826 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə olan heroindən istifadə edir, hər dəfə naroktik vasitə və psixotrop maddə lazım olduqda Bakı şəhərində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi müxtəlif şəxslərdən alıb istifadə etmişdir. 05 fevral 2025-ci il tarixdə saat 20 radələrində Xətai rayonu İ.Məmmədov küçəsində yerləşən «Araz» marketin yaxınlığında üzdən tanıdığı, lakin adını, soyadını və ünvanını dəqiq bilmədiyi şəxsdən 10 manata şəffaf selefan bükümdə qəhvəyi rəngli, toz şəkilli bir büküm narkotik vasitə olan heroin almış və əynindəki qara rəngli cins şalvarının sağ yan cibinə qoymuş, sonra bir qədər Araz marketin yanında dayanaraq ünvan 3 ünvanla piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün barəsində əməliyyat-axtarış tədbirləri keçirildiyini bildirərək hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üstünə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları üzərində olan qanunsuz əşyaları çıxarıb könüllü olaraq təqdim etməsini təklif etmiş, bu zaman şəxsi istifadəsi üçün 10 manata aldığı bir ədəd bükümdə şəffaf selefan bükümdə qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş, sonra həmin bükülü elektron tərəzidə çəkilərək çəkisinin 1,10 qram olması müəyyən edilmiş, sorğu zamanı həmin heroini tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üstünə baxış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd üzərində ***-***-**-** saylı nömrə olan “Redmi” markalı mobil telefonu aşkar edilərək götürülmüş, əməliyyat tədbiri başa çatdıqdan sonra polis əməkdaşları onu Xətai RPİ-nin 34-cü PŞ-nə aparmış, orada təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsinə aparılan zaman ona qarşı hər hansı bir formada təzyiq göstərilməmiş, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə olan heroini 05 fevral 2025-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu İ.Məmmədov küçəsində yerləşən “Araz” marketin yaxınlığında üzdən tanıdığı, lakin adını, soyadını və ünvanını dəqiq bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata alaraq istifadə etməsi üçün üzərində saxlamış, narkotik vasitə istifadəçisi olsa da heç vaxt satışı ilə məşğul olmamış və ya kiməsə hədiyyə olaraq narkotik vasitə verməmiş, istifadəsində 01 adǝd “Redmi” markalı mobil telefon və içərisində ***-***-**-** saylı nömrə olmuş, adına başqa nömrə olmamış, saxlanılan zaman həmin telefonu da nömrəsi ilə birlikdə təhvil vermişdir. Əlavə olaraq bildirmişdir ki, 44 günlük müharibə zamanı evlərinə raket düşdükdən sonra narktoikdən istifadə etməyə başlamışdır. Törətdiyi əməldən səmimi peşmandır.Ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 05 fevral 2025-ci il tarixdə xidmət etdiyi şöbəyə etimad doğuran, məlum, qərəzsiz mənbədən xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 5 yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satış məqsədi olmadan əldə edib Bakı şəhəri Xətai rayonu İ.Məmmədov 26 ünvanında qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışdır. 05 fevral 2025-ci il tarixdə saat 20:33-də keçirilmiş keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunaraq Xətai rayonu İ.Məmmədov küçəsi 26 ünvanın yaxınlığında saxlanılmış, həmin vaxt özlərini Təqsirləndirilən şəxs təqdim edib Xətai RPİ-nin 34-cü PŞnin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olması, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar olduğunun və üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığını bildirmiş, axtarış aparılmasına başlamazdan əvvəl Təqsirləndirilən şəxs müdafiəçinin köməyindən istifadə etmək hüququnu izah edərək ona üzərində narkotik vasitə, əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir qanunsuz əşya, vasitə və ya predmet vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli toz şəkilli spesifik qoxuya malik narkotik vasitəyə bənzər kütləni və gödəkcəsinin sağ yan cibindən bir ədəd qara rangli “Redmi” markalı mobil telefonunı çıxarıb təqdim etmiş, daha sonra həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 1,10 qram olması müəyyən edilmiş, sonra aşkar edilərək götürülmüş kütlə zərfə qoyularaq qablaşdırılıb möhurlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmş kütlənin narkotik vasitə olan heroin olmasını, həmin heroini 05 fevral 2025-ci il tarixdə saat 20 radələrində Xətai rayonu İ.Məmmədov küçəsində yerləşən “Araz” marketin yaxınlığında üzdən tanıdığı, lakin adını, soyadını və ünvanını dəqiq bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata almasını bildirmişdir. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadə elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 fevral 2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); 05 fevral 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şubhəli bilinirək 05 fevral 2025-ci il tarixdə saat 20:33-də ünvan 8 ünvanın qarşısında saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli toz şəkilli spesifik qoxuya malik narkotik vasitəyə bənzər kütlə və gödəkcəsinin sağ yan cibindən bir ədəd qara rəngli Redmi markalı mobil telefon aşkar edilib götürülmüş, sonra həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 1,10 qram olması müəyyən edilmiş, həmin kütlə zərfə qoyularaq qablaşdırılıb möhurlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apırılması Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı X2 tərəfindən mobil telefon vasitəi ilə video çəkliş aparılmışdır.(i.v. 12-13) 05 fevral 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, polis leytenantı Şahid1, polis leytenantı Şahid2 və videoçəkiliş edən polis leytenantı X2 olması görünür. əynində qara rəngli cins şalvar və qara rəngli gödəkcə olan şəxs isə Təqsirləndirilən şəxsdur. Əməliyyat müvəkkili Şahid1, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya vardırsa onu təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən içərisində heroinə oxşar narkotik vasitə olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edir. Təqdim olunmuş büküm elektron tərəzidə çəkildikdə cəkisinin 1,10 qram olması müəyyən edilir və kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri imzalanır. Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildikdə sonuncunun əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon aşkar olunub götürülür.(i.v 14-15) şübhəli şəxsin tutulması haqqında 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə, saat 21:15-də tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 20:33-dan hesablanmışdır (i.v. 27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 fevral 2025-ci il tarixli 6/520 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün №152-li» dairəvi möhür əksi, “Ə.Asim (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,826 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in İ siahısına daxildir. Heroinin təmiz çəkisi 0,826 qram, tədqiqata sərf elidmişdir 0,05 qram qalıq 0,776 qram.(ekspertiza xərci 114 manat) (i.v 41-45) 07 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v 63-64); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-63/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 fevral 2025-ci il tarixdən hesablanmışdır.(i.v 83-85) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Gəncə Ağır Cinayətlər məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir və xx.xx.2021-ci il tarixdə Gəncə Şəhər Nizami rayon məhkəməsinin qərarı ilə şərti sınaq müddəti ləğv edilərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, AR MM-nin 8 noyabr zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən cəzası 06 ay azladılmış və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v 111-113); Gəncə Ağır Cinayətlər Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(100)- 164/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin məcəllənin 70.1 və 70.3-cü maddələrinə əasasən Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 02 il sınaq müddəti təyin edilmişdir.(i.v 114-120) Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(044)-103/2021 saylı qərarı ilə Gəncə Ağır Cinayətlər Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş tədbiq edilmiş şərti məhkum etmə ləğv edilmiş, həmin hökm ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası icra edilməsi və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır.(i.v 121-125) Doğum haqqında 126691 nömrəli şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü azyşalı X7 adlı övladı vardır(i.v 137) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli 689 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. ( i.v.159-160); Sübutların qiymətləndirilməsi haqqında 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə toplanmış sübutların məcmusu əsasında, cinayət işi üzrə Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılsın və həmin tarixdə barəsində Xətai rayon məhkəməsinin hakimi Aygün Həsənova tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,826 qram narkotik vasitə heroinin mənbəyi barədə material ayrılaraq, aidiyyəti üzrə araşdırılması üçün Xətai RPİ-nin 34-cü PŞ-nə göndərilməsi, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 0,826 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,776 qram narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin saxlancına təhvil verilməsi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərfindən saxlanlmasını və üzərində axtarış aparılmasını özündə əks etdirən 02 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən iş uzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnəməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab edilməsi, Təqsirləndirilən şəxs məsuliyyətini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdıran halların müəyyən edilmədiyi nəzərə alınması, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X4 olmasının müəyyən edilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndi Təqsirləndirilən şəxs tətbiq edilməməsi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinin təmiz çəkisi 0,826 qram olması hesab edilməsi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefon aparatı sübut əhəmiyyəti kəsb etmədiyindən Xətai RPİ-nin saxlancına verilməsi, Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı onun bədən səthində xx.xx.2025-ci il tarixə uyğun hər hansı bir xəsarət aşkar edilmədiyi nəzərə alınması, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə saat 20:27:54-dən saat 20:29:53-dək Bakı şəhəri Xətai rayonu Babək 1 ünvanında olması Bakı şəhər Xətai rayonu icra hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 58 nömrəli məktuba əsasən İlham Məmmədov küçəsi 26 ünvanının Babək prospekti 1 ünvanı ilə paralel istiqamətdə yerləşməsi, hər iki ünvanın Xətai rayonu inzibati ərazi dairəsinə daxil olmaqla coğrafi olaraq bir-birinə yaxın və paralel mövqe tutması, kordinatlar üzrə mobil operator tərəfindən bildirilmiş ünvan 12 ünvanı yaxın ərazi kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə saat 21:11-də Xətai rayonu Xəzər qazanxana ünvanında olmasının göstərilməsi «Azəristilik Təchizat» ASD-dən alınmış xx.xx.2025 tarixli, 13-12/2-443/2025 nömrəli məktuba əsasən ünvan 13 ünvanında Cəmiyyətə məxsus 5 saylı istilik məntəqəsinin yerləşməsi və Xətai rayon ərazisi olması nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, əməliyyat tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılaraq baxış keçirilməsi, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması protokolu, eləcə də həmin prosesləri əks etdirən videodisklərə baxış keçirilməsi protokolları işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır.(i.v.174-184); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında protokol və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokollarda qeyd olunan xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün— ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə heroinin xeyli miqdarının aşağı həddi ) 0,15 qram təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Gəncə Ağır Cinayətlər məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir və xx.xx.2021-ci il tarixdə Gəncə Şəhər Nizami rayon məhkəməsinin qərarı ilə şərti sınaq müddəti ləğv edilərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, AR MM-nin 8 noyabr zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən cəzası 06 ay azladılmış və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin tarixdən 06 il müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətin residivi (CM 61.1) vardır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması (CM 59.1.4), törətdiyi əməldən səmimi peşman olması (CM 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın və əməlində cəzanı ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narktoik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – şəxsi axtarış və baxış keçirilməsi görüntülərini özündə əks etdirən 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 16 (saat) saat üçün nəzərdə tutulan 171 (yüz yetmiş bir) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 05 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,776 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 16 (saat) saat üçün nəzərdə tutulan 171 (yüz yetmiş bir) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar