Məhkəmə qərarları › İş №1(011)-24/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-24/2024

23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-24/2024 23.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs; müdafiəçi – “Kiçikbəyov və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Naxçıvan MR, Babək rayonunda anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan MR, Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla talamışdır. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə gənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs "Socar" AQS-ə işə düzəlməsinə köməklik edə biləcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs 07 noyabr 2021-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında 500 (beş yüz) manat, 15 noyabr 2021-ci il urixdə saat 16 radələrində ünvan 3 ünvanında yerləşən "Hilton" otelin qarşısında 500 (beş yüz) manat, həmin tarixdə saat 19 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs anası Şahid1 500 (beş yüz) manat pul alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs 1500( min beş yüz manat) manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs ilkin olaraq ona Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, Əlçin Əhmədovdan 1000 manat borca pul istəmiş, Elçin isə ona aldığı pulu 500 manat faizlə qaytarmaq şərti ilə həmin pulu vermişdir. Həmin verilmiş ittiham üzrə 500 manat qaytarmış, qalan məbləği isə qaytaracaqdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, xx.xx.1987ci il tarixdə Naxçıvan MR, Babək rayonunun Zeynəddin kəndində anadan olmuşdur, subaydır, əvvəllər məhkum olunmuşdur, 2022-ci ilin sentyabr ayında Xəzər Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsilə təqsirli bilinərək barəsində 01 il 08 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzası seçilmişdir. Törətdiyi hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, 2021-ci ilin noyabr ayında əvəllər də bir neçə dəfə avtomobil təkəri aldığı Tahirlə söhbət edən zaman Tahirə "Socar" şirkətində tanışı olması və adam işə düzəltmək lazım olacağı halda köməklik göstərə biləcəyini demiş. bundan sonra onunla istifadəsində olan ***-***-**-** saylı mobil nömrsinə ***-***-**-** mobil nömrəsi ilə zəng edib əlaqə saxlayan şəxs Tahirin qohumu olmasını və "Socar" şirkətinə işə düzəlmək istədiyini bildirmiş, o isə həmin şəxsə şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletinin surətini çıxarmasını əlaqə saxlayacağını qeyd etmiş və işə düzəlmək üçün 1500 AZN pul lazım olmasını demiş, bundan sonra ilkin olaraq 07 noyabr 2021-ci il tarixdə həmin şəxsə zəng edərək görüşməklərini və ilkin sənədləşmə üçün pulu götürməli olmağını bildirmiş, həmin gün yəni 07 noyabr 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, "Bakı" kinoteatrı yaxınlığında Elçinin yaşadığı binanın qarşısında görüşmüşlər və Elçin ona 500 AZN verərək qalan pulu hissə-hissə verəcəyini demiş,bundan sonra ilkin olaraq 07 noyabr 2021-ci il tarixdə həmin şəxsə zəng edərək görüşməklərini və ilkin sənədləşmə üçün pulu götürməli olmağını bildirmiş, həmin gün yani 07 noyabr 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, "Bakı" kinoteatrı yaxınlığında Elçinin yaşadığı binanın qarşısında görüşmüşlər və Elçin ona 500 AZN verərək qalan pulu hissə-hissə verəcəyini demiş, bundan sonra xx.xx.2021-ci il tarixdə o yenidən Elçinlə əlaqə saxlayıb qalan pulu verməli olmasını demiş, ardınca həmin tarixdə saat 16 radələrində "Hilton" otelin qarşısında Elçinlə görüşmüşlər və Elçin ona 500 AZN pulu əlbəəl vermiş və 500 AZN pulun da evdə olmasını deyərək özünün işdə olması səbəbi ilə gedə bilməyəcəyini demiş və yaşadığı binanın qarşısında anası ilə görüşüb pulu götürə biləcəyini qeyd etmiş, o, oradan çıxaraq yenidən Elçinin yaşadığı ünvan 2 ünvanı qarşısına getmiş və saat 19 radələrində orada onun anası, adını bilmədiyi qadınla görüşüb 500 AZN pulu ondan almış, sonradan Elçin onunla bir neçə dəfə əlaqə saxlayaraq işin nə yerdə olmasını soruşmuş, lakin o bir neçə bəhanə ilə sənədləşmə işləri aparılmasını deyib müddəti uzatmış, sonradan pulu şəxsi ehtiyacları üçün xərclədiyinə görə qaytara bilməmiş. bundan sonra o, Xəzər RPİ tərəfindən Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində "həbs" qətimkan tədbiri seçilmiş, buna görə də o, Elçinin pulunu qaytara bilməmişdir. Elçindən aldığı 1500( min beş yüz) manat pul müqabilində hər hansı bir iş görməmiş, pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bildiyini, zərərçəkmiş şəxsə vurduğu zərəri ödəyəcəyinə söz verdiyini, barəsində olan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayının əvvəllərində xalası oğlu Tahir onunla əlaqə saxlayaraq tanışı Təqsirləndirilən şəxs ona zəng edib "Socar" AQS-də qohumunun yuxarı vəzifəyə təyin edilməsini və yüksək maaşlı mühafizəçi işi olmasını deməsini bildirmiş, o, Seymurun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış və işlə bağlı olaraq görüşüb danışmaq istəməsini qeyd etmiş, Seymur ona işə qəbul ilə bağlı olaraq sənədlərini və 1500 AZN pul hazırlamasını, sənədləri və pulu ondan götürəcəyini bildirmişdir. 07 noyabr 2021-ci il tarixdə Seymur onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ilkin sənədləşmə işləri üçün görüşməli olmalarını qeyd etmiş, həmin tarixdə saat 15 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısına gəlmiş, o, Seymura şəxsiyyət vəsiqəsi ilə hərbi biletinin surətini və təklikdə olan zaman 500 AZN pul vermiş. Seymur pulu və sənədləri götürdükdən sonra onunla əlaqə saxlayacağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə Seymur yenidən onunla əlaqə saxlayaraq artıq işinin alınmasını və onu qəbul edəcəklərini demiş, buna görə də geridə qalan məbləği verməyini istəmişdir. xx.xx.2021-ci il tarixdə saat 16 radələrində onlar Seymurla ünvan 3 ünvanında yerləşən "Hilton" otelin qarşısında görüşmüşlər və o Seymura 500 AZN pul verərək özünün işdə olması səbəbindən kənara gedə bilməməsini demiş və qalan məbləği yaşadığı ünvanda anasının Seymura verəcəyini bildirmişdir. Təmxinən 3 saat sonra yəni saat 19 radələrində Seymur onunla əlaqə saxlayıb yaşadığı ünvanın qarşısında olmasını bildirmiş, o, anası Şahid1 ilə əlaqə saxlayaraq evdə olan ona məxsus 500 AZN pulu götürüb binanın qarşısında dayanmış Seymur adlı şəxsə verməsini istəmiş, "Socar"-a işə düzəlməsinin son mərhələsi olmasını qeyd etmişdir. Təxminən 2-3 dəqiqə sonra anası onunla əlaqə saxlayaraq pulu Seymura verməsini bildirmişdir. Bundan sonra o bir neçə dəfə Seymurla mobil telefon vasitəsi ilə əlaqə saxlasa da. Seymur ilkin olaraq müxtəlif bəhanələr gətirərək müddəti uzatmış, sonradan isə onn zənglərinə cavab verməməyə başlamışdır. Buna görə də o bu barədə DİN-in rəhbərliyinə müraciət ünvanlamışdır. Hadisə nəticəsində ona 1500 AZN maddi ziyan dəymiş, həmin pul ona məxsus olmuşdur. Ona dəymiş zərərdən 500 manat ödənilmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2-3 ildir ki atası Kamil vasitəsi ilə ondan bir neçə dəfə təkər alması ilə bağlı olaraq tanımışdır, sonradan Seymurun atası Kamil vəfat etmiş və Seymur özü bir neçə dəfə onun yanına gəlib-getmişdir. 2021-ci ilin noyabr ayında Seymur onunla əlaqə saxlayıb "Socar" şirkətinə işçi lazım olmasını və işə düzəldə biləcəyini ona bildirmiş, onun ağlına ilkin olaraq Elçin gəldiyi üçün Elçinlə əlaqə saxlayıb belə bir təklif olmasını deyərək Seymurun istifadəsində olan ***-***-**-** mobil nömrəni Elçinə vermiş, sonradan isə işin nə yerdə olması barədə məlumatı olmamışdır. Təxminən 2-3 ay keçdikdən sonra Elçinlə görüşdükdə Seymura 1500 manat verməsinə baxmayaraq Seymurun müddəti uzatmasını bildirdiyi üçün o özü də Seymurla əlaqə saxlayaraq atası ilə münasibətim olmasını və qohumu Elçini aldatmamasını bildirmiş. Seymur isə işin alınacağını bildirsə də sonradan onun da zənglərinə cavab verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -16 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilib cinayət işi başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında RPİ-nin TŞ-də toplanmış 480/22 nömrəli material üzrə qəbul edilmiş cinayət işinin başlanmsının rədd edilməsi barədə 03 iyun 2022-ci il tarixli qərar ləğv edilərək fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə ********* nömrəli cinayət işi başlamışdır.(i.v1) -11 iyun 2022-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi "01" ədəd CD-R formatlı disk təhqiqat üçün əhəmiyyət kəsb etdiyindən materiala əlavə edilməsi üçün götürüldü, diskə baxış keçirən zaman vət Zərərçəkmiş şəxs özünə məxsus "Samsung" markalı mobil telefon vasitəsi ilə ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayan zaman 1500 manat pulunun qaytarılması ilə bağlı danışıqlar aparması əks olunur və onunla əlaqə saxlayan şəxs bir neçə dəfə müxtəlif bəhanələr gətirərək ondan aldığı pulu qaytaracağını qeyd edir. Vətəndaş Zərərçəkmiş şəxs təqdim etdiyi görüntüdə mobil telefon vasitəsi ilə əlaqə saxladığı ***-***-**-** mobil nömrəsini istifadə edən şəxsin onun 1500 AZN pulunu ələ keçirmiş Təqsirləndirilən şəxs olmasını bildirdi.(01 ədəd CD disk cinayət işi materiallarına əlavə edilmişdir) (i.v 15) -31 mart 2022-ci il tarixli vətəndaş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Seymur adlı şəxs onun etibarından sui-istifadə edərək 1500 manat pulunu ələ keçirərərk dələduzluq etmiş,qanuni tədbirlər görülməsini xahiş etmişdir.( i.v 25) - 12 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki,qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, ərizəçiyə qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır (i.v 27-29) -03 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, ərizəçiyə qeyd olunan xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır ( i.v.34-36) -21 dekabr 2022-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə ********* № cinayət işi icraata qəbul edilmişdir.( i.v 41) -25 dekabr 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınmaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v 44-45) -11 yanvar 2023-cü il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edili tutularaq cinayət təqibinin həyata keçirən orqanının sərəncamına verilməsi məqsədilə barəsində axtarış elan olunmuşdur (i.v 70) -11 yanvar 2023-cü il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-ni 178.1-ci maddəsilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır.(i.v.73) -23 fevral 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində qeyd edilənlərə müvafiq olaraq həmin iş üzrə icraatın təzələnməsi və icraata qəbul edilərərk istintaqın davam etdirilməsi qərara alınmışdır(i.v.79) -23 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır( i.v 97-98) -23 fevral 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir( i.v 111-112) Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-345/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 01 (bir) ay 11 (on bir) gün müddət və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay 10 (on) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş "həbs" qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsi hökm olunmuşdur. (i.v 118-131) 26 fevral 2023-cü il tarixli CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Baxış zamanı məlum olmuşdur ki, həmin fayllarda əks edilmiş görüntülər 11 iyun 2022- ci il tarixdə qeydə alınır. Zərərçəkmiş şəxs ona məxsus "Samsunq" markalı mobil telefon vasitəsi ilə ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq telefonda danışdığı şəxsə verdiyi 1500 manat pulu gətirib qaytarmasını tələb edir. Həmin şəxs isə cavabında yaxın müddət ərzində gələrək onu sevindirəcəyini bildirib sonradan dəstəyi asır. Protokol oxunduqdan sonra Təqsirləndirilən şəxs görüntüdə əks olunan ***-***-**-** mobil nömrəsi vasitəsilə Zərərçəkmiş şəxsla əlaqə saxlayan şəxsin özü olmasını təsdiq etmişdir(i.v 132) 27 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, 27 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadaraq ələ keçirdiyi 1500 manat puldan 500 manat pulu ona məxsus X10 5213******2515 nömrəli kart hesabına köçürməklə maddi ziyanın bir qismini ödəmişdir.(i.v 136) 15 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən barəsində seçilmiş başqa yerə getməməmk haqqında iltizam qətimkan tədbiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə elan edilmiş ittihamın dəyişdirimədən qüvvəsində saxlanması, Təqsirləndirilən şəxs özününü müdafiəsi üçün dəlil gətirməməsinin nəzərə alınması, təqsirləndirilən şəxs X2 əməlində Azərbaycan Respublikası CM-nin 178.24-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, istintaq zamanı iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, təqsirləndirilən şəxsin ifadəsi iş üzrə maddi sübur növü kimi qiymətləndirilməsi, iş materiallarına əlavə edilmiş 01 ədəd CD-R formatlı disk maddi sübit kimi tanınması, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab edilməsi, qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Xətai rayon Prokuroruna göndərilməsi qərara alınmışdır(i.v 139-145) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-279/2023 saylı, 12 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs axtarışının elan edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməsi, iş üzrə icraatın dayandırılması qərara alınmışdır (i.v 187-188) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-279/2023 saylı, 12 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə təqsirləndirilməsinə dair 1(011)-279/2023 saylı cinayət işi üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Həmin qərardan görünür ki, təqsirləndirilən şəxs bildirmişdir ki, ittiham aktının surətini almamış, ibtidai istintaqın qurtarılması barədə ona məlumat verilməmiş və cinayət işi materialları ilə tanış olmamışdır. Əlavə olaraq onu qeyd etdi ki, cinayət işi materiallarında olan məhkəməyədək icraata aid sənədlərdə olan imzalar ona məxsus deyil və onun özü tərəfindən icra edilməmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. (i.v 208-212) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1 noyabr 2023-cü il tarixli, 4/1518 saylı rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, cinayət işinin 81-ci vərəqində olan xx.xx.2023-cü il tarixli X3 adından olan ərizənin orta hissəsində "İmza qrafasında olan imza; cinayət işinin 52-ci vərəqinin aşağı hissəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı vəkil bürosu yazılarının qarşısında olan imza, cinayət işinin 83-cü vərəqində xx.xx.2023-cü il tarixli vəkillərin siyahısının təqdim edilməsi barədə protokolda "Şübhəli şəxs: qrafasında "Təqsirləndirilən şəxs yazılarının qarşısında olan imza, cinayət işinin 88-ci vərəqində olan xx.xx.2023-cü il tarixli müdafiəçinin təqdim edilməsi barədə protokolda "Şübhəli şəxs: qrafasında "Təqsirləndirilən şəxs" yazılarının qarşısında olan imza; cinayət işinin 89-91-ci vərəqlərində olan şübhəli şəxsin CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə bildirişin 1-ci vərəqinin aşağı sol hissəsində soldan sağa 1-ci imza, 2-ci vərəqinin aşağı sol hissəsində soldan sağa 1-ci imza, 3-cü vərəqində "Şübhəli şəxs:" qrafasında "Təqsirləndirilən şəxs" yazılarının qarşısında olan imza; cinayət işinin 92-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda "Şübhəli şəxs: qrafasında "Təqsirləndirilən şəxs" yazılarının qarşısında olan imza; cinayət işinin 93-cü vərəqində olan xx.xx.2023-cü il tarixli bildirişdə "Şübhəli şəxs: qrafasında "Təqsirləndirilən şəxs" yazılarının qarşısında olan imza; cinayət işinin 94-cü vərəqində müstəntiq və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasında "Təqsirləndirilən şəxs" yazılarının qarşısında olan imza; cinayət işinin 95-96-cı vərəqlərində olan şübhəli şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolun 1-ci vərəqində "İmza" qrafalarında olan imzalar, 2-ci vərəqinin aşağı hissəsində "İmza:" qrafasında "Təqsirləndirilən şəxs" yazılarının qarşısında olan imza; cinayət işinin 98-ci vərəqində olan "Təqsirləndirilən şəxs:" qrafasında "Təqsirləndirilən şəxs" yazılarının qarşısında olan imza; cinayət işinin 99-100-cü vərəqlərində olan təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında bildirişin 1-ci vərəqinin aşağı sol hissəsində soldan sağa 1-ci İmza, 2-ci vərəqində "Təqsirləndirilən şəxs: qrafasında "Təqsirləndirilən şəxs yazılarının qarşısında olan imza; cinayət işinin 101-103-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilməsi barədə cəlb etmə qərarının surətinin verilməsi haqqında protokolun 1-ci vərəqinin aşağı sol hissəsində soldan sağa 1-ci imza, 2-ci vərəqinin aşağı sol hissəsində soldan sağa 1-i imza, 3-cü vərəqində "Təqsirləndirilən şəxs qrafasında "Təqsirləndirilən şəxs yazılarının qarşısında olan imza, cinayət işinin 104-105-ci vərəqlərində olan xx.xx.2023-cu il tarixli protokolun 1-ci vərəqinin aşağı sol hissəsində soldan sağa 1-ci imza, 2-ci vərəqində "Təqsirləndirilən şəxs: qrafasında "Təqsirləndirilən şəxs yazılarının qarşısında olan imza, cinayət işinin 106-cı vərəqində olan təqsirləndirilən şəxsə ittiham elan edilməsi barədə qərarın surətinin və hüquq və vəzifələrinin izah edilməsi barədə bildirişin verilməsi haqqında xx.xx.2023cü il tarixli protokolda "Təqsirləndirilən şəxs qrafasında "X5" yazılarının qarşısında olan imza, cinayət işinin 107-ci vərəqində olan təqsirləndirilən şəxsə cinayət təqibi üzrə etiraz etmək hüququnun izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokolda "Təqsirləndirilən şəxs: qrafasında "Təqsirləndirilən şəxs yazılarının qarşısında olan imza; cinayət işinin 108-110-cu vərəqlərində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunun 1-ci vərəqinin aşağı hissəsində "Təqsirləndirilən şəxs" grafasında "Təqsirləndirilən şəxs yazılarının qarşısında olan imza, 2-ci vərəqində "Təqsirləndirilən şəxs: qrafalarında "Təqsirləndirilən şəxs" yazılarının qarşılarında olan imzalar və həmin vərəqin aşağı hissəsində olan imza, 3-cü vərəqinin aşağı hissəsində "İmza:" qrafasında "Təqsirləndirilən şəxs" yazılarının qarşısında olan imza: cinayət işinin 112-ci vərəqində olan barəmdə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar mənə elan olundu və qərarın mahiyyəti mənə aydındır "Təqsirləndirilən şəxs:" qrafasında "Təqsirləndirilən şəxs yazılarının qarşısında olan imza; cinayət işinin 114-ci vərəqində olan xx.xx.2023-cü il tarixli başqa yerə getməmək haqqında iltizamda "Təqsirləndirilən şəxs: qrafasında "Təqsirləndirilən şəxs" yazılarının qarşısında olan imza; cinayət işinin 147-ci vərəqində olan xx.xx.2023-cü il tarixli ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi barədə protokolda "Təqsirləndirilən şəxs: qrafasında "Təqsirləndirilən şəxs" yazılarının qarşısında olan imza; cinayət işinin 149-cu vərəqində olan təqsirləndirilən şəxsi və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış etmək haqqında xx.xx.2023-cü il tarixli protokolda "Təqsirləndirilən şəxs: qrafasında "Təqsirləndirilən şəxs" yazılarının qarşısında olan imza - Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. (məhkəmə ekspertiza xərci 124 manat) 20 iyul 2023-cü il arixli cinayət işi üzrə icraatın təzələnməsi barədə qərardan görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın təzələnməsi qərara alınmışdır Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 aprel 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində oğlu xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 01 il 08 ay 18 gün azadlığım məhdudlaşdırılması cəzası, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.4 maddələri ilə təqsirli bilinərək barəsində 02 il 06 ay 18 gün azadlıqdan məhrum etmə növündə cəzası tətbiq edilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli ,1(005)- 290/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 va 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-345/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 01 (bir) il, 03 (üç) ay müddət hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplanılması və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-345/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs ev dustaqlığında və həbsdə saxlandığı 04 (dörd) ay, 21 (iyirmi bir) gün müddət, həmçinin həmin hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 (bir) ay 13 (on üç) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 21 (iyirmi bir) gün müddət Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və onun üzərində qəti olaraq 02 (iki) il, 06 (altı) ay, 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 03 aprel 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm olunmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etmiş olduğu ərizəsindən görünür ki, ona verilmiş ittiham üzrə özünü təqsirli bilir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq ona verilmiş ittihamda özünü təqsirli bilməməsi ilə bağlı vermiş olduğu ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, məhkəmə iclas zalında sonradan özünü təqsirli bilməsi ilə bağlı vermiş olduğu ifadəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1 noyabr 2023-cü il tarixli, 4/1518 saylı rəyi ilə təkzib edilir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdadiəçisini, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin izahatı, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.2-ci maddələrinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət əməlinin törədildiyi gündən, təqsirləndirilən şəxsin barəsində axtarış elan edilərək tutulanadək işin icraatının dayandırıldığı vaxtdan tutulması ilə əlaqədar işin icraatının təzələndiyi vaxt nəzərə alınmaqla, hal-hazırdək iki ildən artıq müddət keçmişdir. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə həmin halları nəzərə alaraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, müdafiə tərəfinin razılığı ilə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan məsələlərlə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin haqqındakı cinayət işi üzrə icraata xitam verilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir; onun hal-hazırda 08 dekabr 2023-cü il tarixli,1(005)-290/2023 saylı hökmü ilə azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınmalıdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış DVD-R disk icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, müvafiq qərar əsasında dəvət olunmuş vəkilin iş materialları ilə tanış olmaqla birlikdə, ibtidai istintaqda təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2023cü il tarixli,1(005)-290/2023 saylı hökmü ilə azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 124 (yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi “Kiçikbəyov və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar