Məhkəmə qərarları › İş №1(011)-24/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-24/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-24/2025 13.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respubikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, “X49” MMC-nin təsisçisi və direktoru vəzifəsində çalışan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi, blankı və möhürü tamah niyyətilə istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qeyrilərinin qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təkrarən təşkil etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qeyrilərinin qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarını təkrarən təşkil etməyə cəhd etmişdir. Belə ki o, istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə 2020-ci ilin yay aylarında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 8 ünvanında yerləşən “Park Azure” biznes mərkəzində birbaşa özünə müraciət etmiş barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Əliyev İbrahim Həsənbala oğlundan qeyd olunan cinayəti təşkil etməsi üçün 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə İbrahim Əliyevdən 2020-ci ilin yay aylarında 700 manat pul vəsaitini vahid niyyətlə nağd qaydada qeyd edilən ünvanda yerləşən “Park Azure” biznes mərkəzində almaqla, ümumilikdə 700 manat pul vəsaitini qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyi vədə əməl edərək əvvəlcədən planlaşdırdıqları qaydada, yəni İbrahim Əliyevin hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslər vasitəsilə 2022-ci ilin yanvar ayında istintaqla müəyyən edilməyən yerdə hüquq verən rəsmi sənəd hesab edilən, türk dilində tərtib edilmiş, İbrahim Əliyevin 2021- 2022-ci tədris ilində Türkiyə Respublikasının Bolu şəhərində yerləşən Bolu X52 Universitetinin Elm və Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin 1-ci kursunda əyani təhsil alması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş, o cümlədən qeyd edilən Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri İsmail Uçar tərəfindən imzalanması görüntüsü yaratmaqla və üzərində Universitetin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Muşavirliyinin təhsil müşaviri Nihat Büyükbaş tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədini saxtalaşdıraraq həmin sənədin guya 1 saylı “Asan Xidmət” mərkəzində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaratmaqla qanunsuz olaraq hazırlanmasına nail olaraq, 2022-ci ilin yanvar ayında İbrahim Əliyevə təqdim etməklə, sonuncu öz növbəsində 2022-ci ilin yanvar ayında bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə İbrahim Əliyevin 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Bolu X52 Universitetinin Elm və Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin 1-ci kursunda əyani təhsil almasına dair saxta arayışı ünvan 3 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə təqdim edərək həmin saxta sənədlər əsasında növbəti hərbi çağırışdan xx.xx.2023-cü il tarixədək möhlət alınmasına nail olaraq qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə İbrahim Əliyevin qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etmişdir (epizod İ). Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə 2021-ci ilin avqust ayında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 8 ünvanında yerləşən “Park Azure” biznes mərkəzində birbaşa özünə müraciət etmiş barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid3 qeyd olunan cinayəti təşkil etməsi üçün 711 (yeddi yüz on bir) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid3 2021-ci ilin yay aylarında 711 manat pul vəsaitini vahid niyyətlə nağd qaydada qeyd edilən ünvanda yerləşən “Park Azure” biznes mərkəzində almaqla, ümumilikdə 711 manat pul vəsaitini qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyi vədə əməl edərək əvvəlcədən planlaşdırdıqları qaydada, yəni Şahid3 hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslər vasitəsilə 2021-cü ilin noyabr ayında istintaqla müəyyən edilməyən yerdə təkrarən hüquq verən rəsmi sənəd hesab edilən, türk dilində tərtib edilmiş, Şahid3 2022- 2023-cü tədris ilində Türkiyə Respublikasının Bolu şəhərində yerləşən Bolu X52 Universitetinin Elm və Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin 2-ci kursunda əyani təhsil alması barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə, o cümlədən qeyd edilən Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri İsmail Uçar tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradaraq saxtalaşdırmaqla hazırlanmış xx.xx.2021-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.Büyükbaş tərəfindən imzalanması və Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədini saxtalaşdıraraq həmin sənədin Bakı şəhəri, 1 saylı notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu F.M.Sabitov tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaratmaqla qanunsuz olaraq təkrarən növbəti hərbi çağırışdan möhlət alınmasına nail olunmasında istifadə edilməsi məqsədilə hazırlanmasına nail olaraq, 2022-ci ilin iyul ayında Şahid3 təqdim etməklə, sonuncu öz növbəsində 2022-ci ilin iyul ayında bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə Şahid3 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Bolu X52 Universitetinin Elm və Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin 1-ci kursunda əyani təhsil almasına dair saxta arayışı Bakı şəhəri, Bakıxanov küçəsi 21-də yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinə təqdim edərək, həmin saxta sənədlər əsasında növbəti hərbi çağırışdan xx.xx.2025-ci il tarixədək möhlət alınmasına nail olaraq qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid3 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etmiş, eyni niyyətlə, 2022-ci ilin dekabr ayında Şahid3 növbəti hərbi çağırışdan möhlət almasına nail olmaq üçün qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslər vasitəsilə 2022-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən yerdə təkrarən hüquq verən rəsmi sənəd hesab edilən, türk dilində tərtib edilmiş, Şahid3 2022-2023-cü tədris ilində Türkiyə Respublikasının Bolu şəhərində yerləşən Bolu X52 Universitetinin Elm və Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin 2-ci kursunda əyani təhsil alması barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə, o cümlədən qeyd edilən Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri İsmail Uçar tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradaraq saxtalaşdırmaqla hazırlanmış xx.xx.2022-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.Büyükbaş tərəfindən imzalanması və Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədini saxtalaşdıraraq həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaratmaqla qanunsuz olaraq təkrarən növbəti hərbi çağırışdan möhlət alınmasına nail olunmasında istifadə edilməsi məqsədilə hazırlanmasına nail olaraq, 2022-ci ilin dekabr ayında Şahid3 təqdim etməklə, sonuncu öz növbəsində 2022-ci ilin dekabr ayında bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə Şahid3 2022-2023-cü tədris ilində Türkiyə Respublikasının Bolu şəhərində yerləşən Bolu X52 Universitetinin Elm və Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin 2-ci kursunda əyani təhsil almasına dair saxta arayışı Bakı şəhəri, Bakıxanov küçəsi 21-də yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinə təqdim etməsinə baxmayaraq, qeyd edilən sənədin xidmətin əməkdaşları tərəfindən aidiyyəti qurumlara sorğular verilərək alınmış cavab əsasında saxta olduğu müəyyən olunması səbəbindən növbəti hərbi çağırışdan möhlət alınmasına nail ola bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid tamah niyyətilə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid tamah niyyətilə Şahid3 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etməyə cəhd etmişdir (epizod İİ). Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə 2021-ci ilin yay aylarında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 8 ünvanında yerləşən “Park Azure” biznes mərkəzində birbaşa özünə müraciət etmiş barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid1 qeyd olunan cinayəti təşkil etməsi üçün 400 (dörd yüz) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid1 2021-ci ilin yay aylarında 400 manat pul vəsaitini vahid niyyətlə nağd qaydada qeyd edilən ünvanda yerləşən “Park Azure” biznes mərkəzində almaqla, ümumilikdə 400 manat pul vəsaitini qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyi vədə əməl edərək əvvəlcədən planlaşdırdıqları qaydada, yəni Şahid1 hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcacan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslər vasitəsilə 2021-ci ilin oktyabr ayında istintaqla müəyyən edilməyən yerdə təkrarən hüquq verən rəsmi sənəd hesab edilən, türk dilində tərtib edilmiş, Şahid1 2021-2022ci tədris ilində Türkiyə Respublikasının Bolu X52 Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə 1-ci kurs tələbəsi kimi əyani təhsil alması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş, o cümlədən qeyd edilən Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri İsmail Uçar tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaratmaqla saxtalaşdırılaraq hazırlanmış xx.xx.2021-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri Nihat Büyükbaş tərəfindən imzalanması və Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədini saxtalaşdıraraq həmin sənədin guya Bakı şəhəri, 1 saylı notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu F.M.Sabitov tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaratmaqla qanunsuz olaraq təkrarən növbəti hərbi çağırışdan möhlət alınmasına nail olunmasında istifadə edilməsi məqsədilə hazırlanmasına nail olaraq, 2021-ci ilin oktyabr ayında Şahid1 təqdim etməklə, sonuncu da öz növbəsində 2022-ci ilin aprel ayında bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə Şahid1 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Bolu X52 Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə 1-ci kurs tələbəsi kimi əyani təhsil almasına dair saxta arayışı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 47 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə təqdim edərək, həmin saxta sənədlər əsasında növbəti hərbi çağırışdan xx.xx.2025-ci il tarixədək möhlət alınmasına nail olaraq qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid1 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etmişdir (epizod İİİ). Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə 2022-ci ilin yay aylarında Bakı şəhəri ərazisində onlayn qaydada istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamaqla birbaşa özünə müraciət etmiş barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid5 qeyd olunan cinayəti təşkil etməsi üçün 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid5 tərəfindən 2022-ci ilin yay aylarında “Milli Ön” ödəmə terminalından 1400 (bir min dörd yüz) manat pul vəsaitini özünün istifadəsində olan “Leo” bank kartına köçürülməklə həmin kart vasitəsilə ümumilikdə 1400 (bir min dörd yüz) manat pul vəsaitini nağdlaşdırmaqla qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyi vədə əməl edərək əvvəlcədən planlaşdırdıqları qaydada, yəni Şahid5 hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslər vasitəsilə 2022-ci ilin avqust ayında istintaqla müəyyən edilməyən yerdə təkrarən hüquq verən rəsmi sənəd hesab edilən, türk dilində tərtib edilmiş, Şahid5 2022-2023-cü tədris ilində Sakarya şəhərində yerləşən Sakarya Universitetinin mühəndislik fakültəsinin Kompyuter mühəndisliyi bölməsinin 1-ci kursunda əyani təhsil alması barədə bilə-bilə yalan məlumatlar daxil etməklə, o cümlədən qeyd edilən Universitetin “tələbə işləri üzrə tədris şöbə rəhbəri Emel Sancaklı” tərəfindən imzalanması görüntüsü yaratmaqla və üzərində Universitetin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradaraq saxtalaşdırmaqla hazırlanmış xx.xx.2022-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.F.Büyükbaş tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradan "İlgili Makama" (Aidiyyəti orqana) sənədini saxtalaşdıraraq həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaratmaqla qanunsuz olaraq təkrarən hazırlanmasına nail olaraq, 2022-ci ilin sentyabr ayında Şahid5 Xətai rayon ərazisində təqdim etməklə, sonuncu da öz növbəsində 2022-ci ilin sentyabr ayında bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə Şahid5 2022-2023-cü tədris ilində Sakarya Universitetinin mühəndislik fakültəsinin Kompyuter mühəndisliyi bölməsinin 1-ci kursunda əyani təhsil almasına dair saxta arayışı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 47 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə təqdim edərək, həmin saxta sənədlər əsasında növbəti hərbi çağırışdan xx.xx.2026-cı il tarixədək möhlət alınmasına nail olaraq qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid5 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etmişdir (epizod İV). Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə 2022-ci ilin yay aylarında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 8 ünvanında yerləşən “Park Azure” biznes mərkəzində birbaşa özünə müraciət etmiş barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid8 qeyd olunan cinayəti təşkil etməsi üçün 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid8 tərəfindən 2022-ci ilin yay aylarında 1200 (bir min iki yüz) manat pul vəsaitini özünün istifadəsində olan "xxxx" bank kartına körüçülməklə həmin pul vəsaitini həmin bank kartı vasitəsi ilə əldə edərək, ümumilikdə 1200 (bir min iki yüz) manat pul vəsaitini qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyi vədə əməl edərək əvvəlcədən planlaşdırdıqları qaydada, yəni Şahid8 hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslər vasitəsilə 2023-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən yerdə təkrarən hüquq verən rəsmi sənəd hesab edilən, türk dilində tərtib edilmiş, Şahid8 2022-2023-cü tədris ilində Sakarya Universitetinin biznesin idarə edilməsi fakültəsinin biznesin idarə edilməsi bölməsinin 1-ci kursunda əyani təhsil alması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş, o cümlədən qeyd edilən Universitetin “tələbə işləri üzrə tədris şöbə rəhbəri Emel Sancaklı” tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradılaraq saxtalaşdırmaqla hazırlanmış xx.xx.2023-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın guya Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.F.Yazıçı tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədini saxtalaşdıraraq həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaratmaqla qanunsuz olaraq təkrarən növbəti hərbi çağırışdan möhlət alınmasına nail olunmasında istifadə edilməsi məqsədilə hazırlanmasına nail olaraq, 2023-cü ilin aprel ayında Şahid8 təqdim etməklə, sonuncu öz növbəsində 2023-cü ilin aprel ayında bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə Şahid8 2022-2023-cü tədris ilində Sakarya Universitetinin biznesin idarə edilməsi fakültəsinin biznesin idarə edilməsi bölməsinin 1-ci kursunda əyani təhsil almasına dair saxta arayışı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 47 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə təqdim edərək, növbəti hərbi çağırışdan xx.xx.2026-cı il tarixədək möhlət alınmasına nail olaraq qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid8 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etmişdir (epizod V). Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə 2022-ci ilin sentyabr ayında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 8 ünvanında yerləşən “Park Azure” biznes mərkəzində birbaşa özünə müraciət etmiş barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X10 qeyd olunan cinayəti təşkil etməsi üçün 1150 (bir min yüz əlli) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Asim Qurbanzadədən 2022-ci ilin sentyabr ayında 1150 manat pul vəsaitini nağd qaydada qeyd edilən ünvanda yerləşən “Park Azure” biznes mərkəzində almaqla, ümumilikdə 1150 manat pul vəsaitini qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyi vədə əməl edərək əvvəlcədən planlaşdırdıqları qaydada yəni, Asim Qurbanzadənin hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslər vasitəsilə 2022-ci ilin sentyabr ayında istintaqla müəyyən edilməyən yerdə təkrarən hüquq verən rəsmi sənəd hesab edilən, türk dilində tərtib edilmiş, Asim Qurbanzadənin 2022-2023-cü tədris ilində Türkiyə Respublikasının Kütahya şəhərində yerləşən X5 və İdarəetmə fakültəsinin İqtisadiyyat bölməsinin 2-ci kursunda əyani təhsil alması barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə, o cümlədən qeyd edilən Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri Hilmi Karaca” tərəfindən imzalanması və üzərində Universitetin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradaraq saxtalaşdırmaqla hazırlanmış xx.xx.2022-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın guya Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri Nihat Büyükbaş tərəfindən imzalanması və Türkiyə Səfirliyinin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədini saxtalaşdıraraq həmin sənədin guya “1 saylı Asan Xidmət” mərkəzində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaratmaqla qanunsuz olaraq təkrarən növbəti hərbi çağırışdan möhlət alınmasına nail olunmasında istifadə edilməsi məqsədilə hazırlanmasına nail olaraq, 2022-ci ilin sentyabr ayında Asim Qurbanzadəyə təqdim etməklə, sonuncu öz növbəsində 2022-ci ilin sentyabr ayında biləbilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə Asim Qurbanzadənin 2022-2023-cü tədris ilində Türkiyə Respublikasının X5 və İdarəetmə fakültəsinin İqtisadiyyat Bölməsinin 2-ci kursunda əyani təhsil almasına dair saxta arayışı ünvan 3 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə təqdim etməsinə baxmayaraq qeyd edilən sənədin xidmətin əməkdaşları tərəfindən aidiyyəti qurumlara sorğu verilərək alınmış cavab əsasında saxta olduğu müəyyən olunması səbəbindən növbəti hərbi çağırışdan möhlət alınmasına nail ola bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Asim Qurbanzadənin qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə təkrarən cəhd etmişdir (epizod Vİ). Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə 2022-ci ilin sentyabr ayında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 8 ünvanında yerləşən “Park Azure” biznes mərkəzində birbaşa özünə müraciət etmiş barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid2 hərbi xidmətdən yayınmasını təşkil edəcəyinə dair vəd verib qeyd olunan cinayəti təşkil etməsi üçün 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid2 2022-ci ilin sentyabr ayında 1200 manat pul vəsaitini nağd qaydada qeyd edilən ünvanda yerləşən “Park Azure” biznes mərkəzində almaqla, ümumilikdə 1200 manat pul vəsaitini qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyi vədə əməl edərək əvvəlcədən planlaşdırdıqları qaydada, yəni Şahid2 hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslər vasitəsilə 2022-ci ilin sentyabr ayında istintaqla müəyyən edilməyən yerdə təkrarən hüquq verən rəsmi sənəd hesab edilən, türk dilində tərtib edilmiş, Şahid2 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Sakarya şəhərində yerləşən Sakarya Universitetinin Biznesin idarə edilməsi fakültəsinin biznesin idarə edilməsi bölməsinin 1-ci kursunda əyani təhsil təhsil alması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş, o cümlədən qeyd edilən Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri Emel Sancaklı” tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradaraq saxtalaşdırılmaqla hazırlanmış xx.xx.2022-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.F.Yazıçı tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədini saxtalaşdıraraq həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaratmaqla qanunsuz olaraq təkrarən növbəti hərbi çağırışdan möhlət alınmasına nail olunmasında istifadə edilməsi məqsədilə hazırlanmasına nail olaraq, 2022-ci ilin sentyabr ayında Şahid2 təqdim etməklə, sonuncu öz növbəsində 2023-cü ilin yanvar ayında bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq Şahid2 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Sakarya Universitetinin Biznesin idarə edilməsi fakültəsinin biznesin idarə edilməsi bölməsinin 1-ci kursunda əyani təhsil almasına dair saxta arayışı Bakı şəhəri, Bakıxanov küçəsi 21-də yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinə təqdim etməsinə baxmayaraq, qeyd edilən sənədin xidmətin əməkdaşları tərəfindən aidiyyəti qurumlara sorğu verilərək alınmış cavab əsasında saxta olduğu müəyyən olunması səbəbindən növbəti hərbi çağırışdan möhlət alınmasına nail ola bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid2 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə təkrarən cəhd etmişdir (epizod Vİİ). Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək hərbi xidmətdən yayınmaq üçün növbəti nərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə 2023-cü ilin oktyabr ayında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 8 ünvanında yerləşən “Park Azure” biznes mərkəzində birbaşa özünə müraciət etmiş barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid4 qeyd olunan cinayəti təşkil etməsi üçün 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid4 2023-cü ilin oktyabr ayında 2500 (iki min beş yüz) manat pul vəsaitini nağd qaydada qeyd edilən ünvanda yerləşən “Park Azure” biznes mərkəzində almaqla, ümumilikdə 2500 (iki min beş yüz) manat pul vəsaitini qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyi vədə əməl edərək əvvəlcədən planlaşdırdıqları qaydada, yəni Şahid4 hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslər vasitəsilə 2023-cü ilin oktyabr ayında istintaqla müəyyən edilməyən yerdə təkrarən hüquq verən rəsmi sənəd hesab edilən, türk dilində tərtib edilmiş, Şahid4 2023-2024-cü tədris ilində Sakarya Universitetinin Sosial Elmlər İnstitunda magistr pilləsi üzrə əyani təhsil alması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş, o cümlədən qeyd edilən Universitetin “tələbə işləri üzrə tədris şöbə rəhbəri Bülent Türkmen” tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaratmaqla saxtalaşdırılaraq hazırlanmış xx.xx.2023-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri Yurdagül Aydoğan tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədini saxtalaşdıraraq həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaratmaqla qanunsuz olaraq təkrarən növbəti hərbi çağırışdan möhlət alınmasına nail olunmasında istifadə edilməsi məqsədilə hazırlanmasına nail olaraq, 2023-cü ilin oktyabr ayında Şahid4 təqdim etməklə, sonuncu öz növbəsində 2023-cü ilin oktyabr ayında bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə Şahid4 2023-2024-cü tədris ilində Sakarya Universitetinin Sosial Elmlər İnstitunda magistr pilləsi üzrə əyani təhsil almasına dair saxta arayışı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 47 ünvanında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə təqdim təqdim etməsinə baxmayaraq, qeyd edilən sənədin xidmətin əməkdaşları tərəfindən aidiyyəti qurumlara sorğular verilərək alınmış cavab əsasında saxta olduğu müəyyən olunması səbəbindən növbəti hərbi çağırışdan möhlət alınmasına nail ola oilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid4 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etməyə cəhd etmişdir (epizod Vİİİ). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxta sənəd hazırlamamış, eləcə də təqdim etdiyi sənədlərin saxta olduğunu bilməmiş, belə ki, sənədlər ona hazır vəziyyətdə gəlmişdir. O, ifadələrində göstərmişdir ki, “X51” MMC-nin direktorudur. Həmin MMC-nin hüquqi ünvanı Şirvan şəhəri, Nəsrəddin Tusi küçəsi 2 olsa da, Bakı şəhəri, ünvan 8 ünvanında faktiki fəaliyyət göstərir. Onların şirkətlərinin əsas məqsədi Türkiyə universitetlərinə tələbələrin qəbul prosesinin həyata keçirilməsindən ibrarətdir. Tələbələrin daha sonradan oxuyuboxumaması onların öhdəliyində deyildir. Onların öhdəliyi tələbələrin qəbul prosesinin həyata keçirilməsidir, müqavilələrdə bu əsasla bağlanılır. Qəbul olduqdan sonra tələbələrin oxuyuboxumamasına dair arayış alınması, hər hansısa bir orqana və ya iş yerinə verilməsi onların öhdəliyində deyildir. Sözügedən uşaqlarında qəbul prosesini o, həyata keçirmişdir, öz öhdəliyini yerinə yetirmişdir, yəni bağlanmış müqavilə üzrə qəbul prosesini həyata keçirmişdir. Onlar qəbul olunana kimi olan prosesi həyata keçirirlər. Sadəcə keçən ilki zəlzələ ilə bağlı və ondan əvvəlki il üzrə müəyyən və qeyri müəyyən məsələlərlə bağlı perevodlarda və digər məsələlərdə olan problemlərlə bağlı 9 nəfərin qəbulunun gecikməsi ilə bağlı məsələ olmuşdur. Türkiyədə bir şəxs həm əyani, həm qiyabi təhsil ala bilər. Əvvəl qiyabi təhsili həyata keçirir, sonra isə paralel olaraq əyani təhsili həyata keçirə bilər. Azərbaycanda bu belə olmur, amma Türkiyədə belədir. Onun qiyabi təhsil öhdəliyi vardır və bu öhdəliyi yerinə yetirmişdir. Əyani təhsil arayışında problem çıxmışdırsa bununda səbəbi ondan ibarətdir ki, əyani təhsilə qəbul üçün 1 ay vaxt verilir, əgər 1 ay və ya 1 ay yarım keçərsə və şəxs gəlməzsə qeydiyyat silinir. Universitet 1 aya sənədi verir ki, istədiyin orqana verə bilərsən, həmin müdətdən 8, 9, 10 ay keçdikdən sonra sorğu göndərilir ki, şəxs orda oxuyur ya oxumur. Sorğunun cavabı şəxs hal-hazırda oxuyur ya oxumur olur, üniversitet arxivə baxmır, əvvəl oxusa belə hal-hazırda oxumadığı üçün cavab olaraq tələbə orada oxumur gəlir. Qiyabi təhsil hal hazırda yerindədir, tələbələrin biletləri də, sistemləri də yerindədir. Sadəcə belə bir əngəl var ki, bəzi tələbələr əsgərlikdədirlər, onlarda qayıtdıqdan sonra təhsillərini davam etdirəcəklər. Bir çox tələbələr hal hazırda qiyabi tələbədir, onlarında tələbə bileti vardır. Tələbə sonradan əyani universitetə qeydiyyat edir, sənədi alır, orda təhsil haqqını ödəyir, sənədi voenkomata gətirib verir və voenkomat sənədi təsdiq edir. 1 il sonra sorğu göndərilir ki, tələbə orda təhsil alır ya yox, sorğuya cavab olaraq da misal üçün deylir ki, “yox hal hazırda təhsil almır” bunun əsasında da deyirlər ki, tələbə təhsil almır. Çünki orada 2022, 2023-cü illərində sənədləri var amma uşaq getmir. Ora qəbul atestatla həyata keçirilir, bütün ölkələrdə də var, xarici vətəndaşlar imtahansız atestatla qəbul edilir. İlkin olaraq bildirmək istəyir ki, Şahid3 atası Cavanşir Həsənov 2021-ci ilin yay aylarında rəhbəri olduğu MMC-yə müraciət edərək övladı Heydərin Türkiyə Respublikasında qiyabi təhsil almasını istədiyini bildirmişdir. Bundan sonra X29 Respublikasında ali təhsil müəssisəsinə qəbul ola bilməsi üçün lazım olan sənədlərin siyahısını hazırlaması üçün təqdim etmişdir. Həmin sənədlərə şəxsiyyət vəsiqəsi, attestat və qiymət cədvəlinin türk dilinə tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş surətləri aiddir. Cavanşir Həsənov övladı Heydərin yuxarıda göstərilən sənədlərini təqdim etdikdən sonra tərəfindən C.Həsənovla xidmət müqaviləsi bağlanmışdır. Həmin xidmət müqaviləsinə əsasən Türkiyə Respublikasında fəaliyyət göstərən Atatürk universitetində qiyabi təhsil üçün qəbul rəhbəri olduğu MMC-nin öhdəliyi olmuşdur. Heydərin həmin universitetə qəbul və qeydiyyat prosesi yekunlaşdırılmışdır. Türkiyə Respublikasının təhsil haqqında qanuna əsasən bir şəxs eyni zamanda həm əyani, həm də qiyabi təhsil almaq hüququna malik olduğundan Heydərin qiyabi təhsili ilə yanaşı Türkiyə Respublikasında əyani təhsil formasında ali təhsil müəssisəsinə qəbulu və qeydiyyatı şərti olaraq tamamlanmışdır. Əyani təhsil alması ilə əlaqədar olaraq Universitetdən əldə edilən arayış əsasında müddətli həqiqi hərbi xidmətə möhlət hüququna müraciət edilmişdir və möhlət alınmışdır. 2022/2023-cü tədris ili üçün də Şahid3 komisarlıq tərəfindən möhlət hüququnun təkrarən verilməsi üçün cari tədris ilinin arayışı tələb edildiyindən 2022-ci ilin sentyabr ayında həmin arayışlar komisarlığa təqdim edilib və qəbul olunmuşdur. Universitet qəbulları ilə əlaqədar Türkiyə vətəndaşları ilə əməkdaşlıqlar edir. Heydərin qiyabi qəbul və qeydiyyatını şəxsən özü etmişdir. Lakin əyani təhsil formasında qəbul, qeydiyyat və arayış məsələlərini yeni tanış olduğu Mehmet adlı şəxs vasitəsilə əldə etmişdir. Arayış həmin şəxs tərəfindən ona kuryer vasitəsilə çatdırılmışdır. Həmin arayış ona tam hazır formada, yəni tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş formada olduğundan tərəfindən heç bir şübhə doğurmamışdır. Buna görə də rahat bir şəkildə həmin arayışı valideynə təqdim etmişdir. Lakin Heydər üçün ikinci dəfə möhlət alındıqdan dörd ay sonra məlum olmuşdur ki, əyani təhsillə bağlı komisarlığa təqdim edilən arayış saxtadır. Bundan başqa, Şahid2 də atası Anar Rəhimov ilə aralarında 2022-ci ilin avqust ayında bağlanmış müqaviləyə əsasən Azər üçün də həm qiyabi, həm də əyani təhsillə bağlı universitetlərə qəbul əldə edilmişdir. Şahid2 üçün də Şahid3 görə həyata keçirilən prosedurlar həyata keçirilmişdir. Şahid2 əyani təhsil formasında universitetə qəbul olması və möhlət hüququnun əldə olunması ilə bağlı olaraq arayışı da Mehmet adlı şəxs tərəfindən ona kuryer vasitəsilə göndərilmişdir. Həmin sənədlər də Azərbaycan dilinə tərcümə olunmuş və notarial qaydada təsdiq edilmiş formada ona göndərildiyindən tərəfindən həmin arayışın saxta olması ilə bağlı heç bir şübhə yaranmamışdır. Buna görə də həmin arayış komisarlığa təqdim edilməsi üçün Şahid2 atası Anar Rəhimova təhvil verilmişdir. Həmin sənəd komisarlığa verildikdən təxminən 2-3 ay sonra, yəni 2022-ci ilin dekabr ayında saxta olması barədə məlumat verilmişdir. Şahid3 və Şahid2 qiyabi təhsil aldığı universitetlə bağlı heç bir problem yoxdur. Hal-hazırda Şahid3 Türkiyə Respublikası Atatürk Universitetinin 2-ci kurs, Şahid2 isə həmin Universitetin 1-ci kurs tələbəsidir. Bundan başqa, Şahid5 hazırda xatırlaya bilmir. Ona elan olunmuş ittihamda adları çəkilən digər şəxsləri tanıyır. Onlar özləri şəxsən ona Türkiyədə əyani və qiyabi təhsillə bağlı müraciət etmişlər. O, da ilkin ifadəsində göstərdiyi kimi onların Türkiyədə universitetlərə qəbulunu Türkiyə vətəndaşları ilə işbirliyi çərçivəsində həyata keçirmişdir. Həmin adları çəkilən şəxslərin də işlərini, yəni Türkiyədə ali məktəblərə qəbul olmalarını Mehmet adlı türk vasitəsilə həyata keçirmişdir. Mehmet də kuryer vasitəsilə notariusda tərcümə olunaraq təsdiq olunmuş şəkildə həmin şəxslərin Türkiyədə təhsil almalarına dair sənədləri ona təqdim etmişdir. O, da həmin sənədləri həmin şəxslərə hərbi xidmətdən möhlət hüququ verilməsi üçün özlərinə təqdim etmişdir. Müraciət edən oğlanların əksəriyyəti hərbi xidmətdən möhlət hüququ almaq üçün əyani əsaslarla qəbula daha çox üstünlük vermişlər. Lakin bu sənədi təqdim edəndən bir müddət sonra onlardan bəziləri yanına gələrək Xidmətdən onlara həmin sənədlərin saxta olduğunu bildirdiklərini ona demişlər. O da bunlardan məlumatsız olduğunu bildirmişdir. Hətta onlardan Şahid4 yanına gələrək buna etiraz edəndə bundan məlumatsız olduğunu, lakin onun məsələsini həll edəcəyini bildirmiş və onu X17 Universitetinə rəsmi qəbulunu həyata keçirmişdir. O, izah etmişdir ki, özü də bu işi Türkiyədə Mehmet adlı şəxslə görmüş və sənədləri ona təqdim etmişdir. Həmin sənədlərin də saxta olmasını özü də bilməmişdir. Həmin sənədləri o, hazırlamamışdır. Tərcümə və təsdiq etdirməmişdir. Həmin sənədləri o, adları çəkilən X27, Əliyev İbrahim Həsənbala oğlu, Şahid1, Şahid8, Şahid5 və Şahid4 təqdim etsə də, həmin sənədləri özü hazırlamamışdır. Həmin sənədləri Mehmet adlı türk vətəndaşı hazırlayaraq tərcümə və təsdiq etdirib hazır vəziyyətdə ona vermişdir. O da həmin sənədləri adı çəkilən şəxslərə təqdim etmişdir. Onun həmin sənədlərin saxta olmasından məlumatı olmamışdır. Həmin sənədlərin saxta olması onda şübhə oyatmamışdır. Çünki sənədlərdə imza və möhür olmuş, o da düşünmüşdür ki, həqiqətən də notariuslar tərəfindən təsdiq olunmuşdur. Mehmet adlı şəxs şirkətin səhifəsini instagramda görmüş və özü şirkətlə instagram sosial şəbəkəsi vasitəsilə əlaqəyə keçərək Türkiyənin İstanbul şəhərində yaşadığını və Türkiyədə universitetə qəbullar təşkil etdiyini bildirmişdir. Beləcə münasibət yaranmış və həmin şəxslə ancaq instagram vasitəsilə əlaqə saxlanılmış, o da qəbulları həyata keçirdikdən sonra pulu ona ödəyəcəyini bildirmişdir. Sonradan o, qəbullarda bu cür hallara yol verdiyinə görə və bu barədə ona vətəndaşlar dediyinə görə onunla əlaqə kəsilmiş və ona həmin vətəndaşlara görə hər hansı bir məbləğdə pul ödənməmişdir. Mehmet adlı şəxsin dəqiq harada yaşaması, onun əlaqə vasitəsi barədə onda heç bir məlumat olmamışdır. O, onunla yalnız instagram üzərindən əlaqə saxlamış və öz dediyinə əsasən demişdir ki, İstanbul şəhərində yaşayır. “Mehmet” adlı şəxsin instagramda olan hesabında olan profili yadında qalmamış, hesabının adını bilmir. İnstagramda axtarışda da çıxmamışdır. Səbəbi də odur ki, hesabı silmiş və bütün məlumatlar yoxa çıxmışdır. Mehmel adlı şəxsin instagramda yazışmada dediyinə görə bir neçə dəfə Azərbaycan Respublikasına gəlib-gedib və dediyinə görə bir çox təhsil şirkətləri ilə işləmişdir, ancaq hansı şirkətlərlə işləməsi barədə məlumat verməmişdir. “Mehmet” adlı şəxs danışıqlar zamanı Azərbaycanla çox sıx əlaqələrinin olduğunu, hətta Bakıda yerləşən Türkiyə təhsil müşavirliyi ilə də əməkdaşlıq etdiyini vurğulamışdır. Lakin özü şəxsən bunun şahidi olmamışdır. Onun Azərbaycan gəlib getdiyini də özündən eşitmiş, şəxsən görməmişdir. Ümumiyyətlə dünyanın hər bir yerində xaricdən ölkəyə daxil olan sənəd həmin ölkənin rəsmi dilinə tərcümə və təsdiq olunmalıdır. Orijinal hər hansı bir notarius sənədi əldə edilərək başqa sənədin saxtalaşdırılması mümkündür, istintaq sənədlərindən görünür ki, Şahid8 Türkiyədə yerləşən Sakarya Universitetinə qəbul üçün 2022-ci ilin yay aylarında ümumilikdə 1200 manat onun "xxxx" ASC-də olan hesabına, Şahid1 atası Mehdi Fərhan oğlunun Türkiyədə yerləşən Universitetə qəbulu üçün 2021-ci silin sentyabr ayında 500 manat, 2022-ci ilin yanvar ayında 250 manat, 2022-ci ilin fevral ayında 200 ABŞ dolları pul ödəmiş, Şahid6 oğlu X26 yerləşən universitetə qəbulu üçün 2020-ci il ərzində 700 manat hissə-hissə əlbəəl pul vermiş, Şahid4 2022-ci ilin oktyabr ayında 2500 manat əlbəəl, Şahid5 bank hesabına 700 manat pul köçürmüşdür. Digər ödənişlər isə adları çəkilən şəxslərin Türkiyədə qiyabi qəbulları ilə bağlı alınmış və alınmış pulun müqabilində də qəbullar yerinə yetirilmişdir. Həmin şəxslərin qiyabi təhsil almalarına dair sənədləri istintaq təqdim edəcəkdir. Asim Qurbanzadədən də pul alınmış və onun işi də yerinə yetirilmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, həm əyani, həm də qiyabi təhsilə qəbul edilməsi ilə bağlı, ittihamda yazılan şəxslərə arayış vermişdir. Arayışı ondan istədikləri üçün vermiş, bəziləri iş yerinə vermək üçün istəmişlər, bəziləri də başqa yerlərə vermək üçün. Arayış verdikləri 3 cü kurs tələbələridir. Arayışın məzmunu ondan ibarət olmuşdur ki, ikinci unversitet olaraq əyani olaraq da qeydiyyatdadırlar. Arayışları tam hazır göndərirdilər, tərcümə, təsdiqini də özləri edirdilər, o, sadəcə vasitəçi kimi verirdi. Onun iştirakı olmadan belə tələbələrin özləri də universitetdən ala bilər arayışı, hal hazırda Türkiyə “Whatsapp” üzərindən belə qəbullar həyata keçirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, 2014-2020-ci il tarixlərdə Türkiyə Respublikasının "Karabük" Universitetində “Beynəlxalq ticarət və menecment” fakültəsində bakalavr təhsili almışdır. Bundan sonra 2020-ci ildən hazıradək isə “Karabük” universitetində təcili tibbi yardım üzrə praktikalara qoşulmuş, təhsilini rəsmi olaraq davam etdirmişdir. Bu dövr ərzində ona Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsindən zəng olunaraq hərbi xidmətə dəvət olunmuş, həmin idarəyə gedərək Türkiyədə təhsil aldığını və bunu təsdiq edən sənədi onlara təqdim etmişdir. Həmin idarənin əməkdaşları sənədin real olduğunu görüb ona möhlət hüququ vermişlər. Bundan sonra təhsilini davam etdirmək üçün Türkiyə Respublikasına getmişdir. 2022-ci ildə yenidən Azərbaycana qayıtmış, bu zaman Xidmətin Sabunçu rayon idarəsinə könüllü getmiş, oradan isə ona möhlət hüququnun davam etdiyi, buna görə gəlməyə ehtiyac olmadığı bildirilmişdir. Sonradan orada sistemə baxılanda artıq həmin rayonda qeydiyyatdan çıxarıldığını bildirmişlər. Belə ki, Sabunçu rayon Polis İdarəsində rəsmi qeydiyyatda olmuş, həmin idarədən də qeydiyyatdan çıxarıldığından ona yeni ünvana qeydiyyata düşməsi bildirilmişdir. Bu vaxtı Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan əmisi Fəxrəddin Sadıqovun evinə qeydiyyata düşərək Türkiyəyə təhsilini davam etdirmək üçün getmişdir. 2023-cü ilin yanvar ayında atası Ələddin Sadıqova Xidmətin Abşeron rayon idarəsindən zəng olunaraq Türkiyə Respublikasında təhsilini davam etdirib-etdirməməsi soruşulmuş, atası isə təhsilini davam etdirdiyini onlara bildirmişdir. Bu zaman onlar hər hansı bir təsdiqedici sənəd istəməmişlər. Özü “Karabük” universitetini bitirdikdən sonra magistr təhsili almaq üçün Türkiyə Respublikasında yerləşən bir neçə universitetə müraciət etmişdir. 2023-cü ilin sentyabr ayında ölkə ərazisinə qayıtdıqda Xidmətin Abşeron rayon idarəsindən zəng olunaraq onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilmiş, təəccüblü qalaraq Xidmətin həmin şöbəsinə getmişdir. Orada onlara magistr təhsilini almaq üçün müraciət etdiyini bildirmiş, həmin şöbədən isə adını hazırda xatırlamadığı əməkdaşı bununla bağlı sənəd təqdim edilməsini bildirmişdir. Bundan sonra internetdə xaricdə təhsillə bağlı “X49” səhifəsinin adına rast gəlmiş və orada yerləşdirilmiş ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Telefona cavab verən Ceyhun adlı şəxs şirkətin rəhbəri olduğunu bildirərək onu “Park Azure” biznes mərkəzindəki ofisinə dəvət etmişdir. Orada 2023-cü ilin oktyabr ayının ortalarında onun “Park Azure” biznes mərkəzinin 17-ci mərtəbəsində yerləşən ofisində görüşmüşlər. Ona vəziyyəti izah edərək Türkiyədə universitetlərə magistr təhsili almaqla bağlı müraciət etdiyini, lakin ölkədən çıxışına qadağa qoyulduğuna görə həmin qeydiyyatı tamamlaya bilmədiyini demiş, bu zaman Ceyhun adlı şəxs heç bir problem olmadığını, özü magistr təhsili alması üçün Universitetlərin birində qanuni şəkildə qeydiyyatdan keçirəcəyini bildirmişdir. Bunun üçün ondan 2500 manat pul istəmişdir. Bundan sonra onunla aralarında müqavilə bağlanmış və müqavilə üzrə ilkin ödəniş 1000 manatı həmin gün, yerdə qalan 1500 manatı isə 3-4 gün sonra onun telefonuna göndərdiyi türk bank hesabına göndərmişdir. İki-üç həftə sonra Ceyhun ona Sakarya Universitetinə magistr pilləsinə qəbul olduğunu və bununla bağlı tərcümə olunaraq notariusda təsdiq olunmuş sənədləri və Türkiyə Səfirliyinin Təhsil Müşavirinin imzası və möhürü ilə təsdiq olunmuş tələbə biletini ona təqdim etmişdir. Həmin sənədlərin imzalı və notariusda təsdiq olunmuş şəkildə olduğunu görüb həqiqiliyinə inanmış və həmin sənədləri aparıb Xidmətin Abşeron rayon şöbəsinə təqdim etmişdir. Xidmətin Abşeron rayon şöbəsi tərəfindən ona qeyd edilən sənədlərin yoxlanılacağı bildirilmişdir. Onlara heç bir problem olmadığını, yoxlaya biləcəklərini demişdir. Bundan bir neçə gün sonra qeyd edilən xidmətdən ona zəng olunaraq təqdim etdiyi Təqsirləndirilən şəxs ona verdiyi sənədlərin saxta olduğu bildirilmişdir. Daha sonra bununla bağlı araşdırma aparılması üçün Abşeron rayon prokurorluğuna material göndərilmiş, həmin prokurorluqda bununla bağlı izahat vermişdir. Daha sonra Ceyhunla görüşüb nəyə görə onu aldatdığını, nəyə görə ona saxta sənəd təqdim etdiyini soruşmuş, Ceyhun isə cavabında həmin sənədlərin saxta olduğunu etiraf edərək bu dəfə həqiqətən də Türkiyədə universitetə qəbul olunacağını təşkil edəcəyini bildirmişdir. Bundan bir həftə sonra artıq Ceyhun onun həqiqətən də X17 Universitetinə qəbul olunmağı barədə sənədi təqdim etmiş və bu dəfə həmin sənədi özü Türkiyə Səfirliyinin Təhsil Müşavirliyinə aparıb təsdiq etdirmiş və həmin sənədi aparıb Xidmətin Abşeron rayon şöbəsinə təqdim etmişdir. Lakin şöbədən ona bildirmişlər ki, qeyd edilən əvvəlki saxta sənədlə bağlı araşdırma getdiyindən və buna hüquqi qiymət verilmədiyindən hazırda həmin sənədi qəbul edə bilməzlər. Onlara bir daha izah etmişdir ki, bu onun günahı deyil. Özü Təqsirləndirilən şəxs adlı şəxsin dələduzluğunun qurbanı olmuşdur. Ceyhun onu ilkin olaraq Türkiyədə Universitetə qəbul olmağı ilə bağlı aldatmışdır. Onun hərbi xidmətdən boyun qaçırmaq niyyəti olmamışdır. Həmin sənədlərin saxta olmasını bilməmişdir. Eyni zamanda Abşeron rayon prokurorluğuna verdiyi izahat həqiqətə uyğun deyil. Belə izahat verməyinə səbəb isə həmin izahatı verməmişdən əvvəl Təqsirləndirilən şəxs ona prokurorluğa həqiqəti danışarsa onun Nişantaşı Universitetinə qəbulla bağlı parol və kodunu təqdim etməyəcəyini bildirmişdir. Ona görə Abşeron rayon prokurorluğuna izahatında onun adını çəkməmiş, əsl həqiqəti danışmamışdır. Amma Təqsirləndirilən şəxs bu günə kimi də parol və kodu təqdim etmədiyindən əsl həqiqəti danışmaq qərarına gəlmişdir. Çünki burda heç bir günahı yoxdur. Onun hərbi xidmətdən yayınmaq fikri olmamışdır. Eyni zamanda saxta sənəd hazırlamamış və istifadə etməmişdir. Sadəcə yuxarıda qeyd etdiyi kimi Təqsirləndirilən şəxs onu aldatması nəticəsində bütün bunlar baş vermişdir. Təqsirləndirilən şəxs saxta sənəd hazrlayaraq ona təqdim etməsindən də məlumatı olmamışdır. Ceyhun sonradan, yəni onun qanunsuz əməlləri ifşa olunduqdan sonra bu barədə sonuncudan pulunu tələb edərkən özü etiraf edərək saxta sənəd hazırladığını bildirmişdir. Hətta onunla dialoq əsasında Ceyhun ona sual formasında şər ataraq bildirmişdir ki, “guya sənin xəbərin yox idi?” deyə bildirmiş, Ceyhuna cavabında “yox” deyə cavab vermiş, eyni zamanda Ceyhun ona istintaqa ifadə verərkən “xəyali ad” çəkməyini, özünün də istintaqda belə bir ifadə verdiyini, guya yalandan bütün bunları türk vətəndaşının etməsini istintaqa bildirdiyini ona demişdir. Həmçinin Ceyhun bildirmişdir ki, istintaq həmin türk vətəndaşını müəyyən etmədən işi məhkəməyə göndərə bilməz. Bütün bu aralarında olan həmin dialoqun səsini yazmışdır. Buna qədər Ceyhunun bunu qanuni əsaslarla gördüyünü düşünmüşdür. Amma onun sonradan İstanbul Nişantaşı Universitetinə qəbul etdirməsi realdır. Çünki özü də Universitetlə əlaqə saxlamış və Universitet onun həmin universitetə qəbul olmağını təsdiq etmişdir. Ceyhunun ikinci dəfə onu Universitetə qəbul etdirməsi real olduğundan ona qarşı dələduzluq etməsindən hər hansı bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində hazırda Türkiyədə qalmış həyat yoldaşını gedib görə bilmir və Türkiyədə təhsilini davam etdirə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, 2022-ci ilin iyun ayında Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbi bitirmişdir. Həmin ili ali məktəbə qəbul olmaq üçün hazırlaşmış, DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmiş, lakin nəticələr ilə maraqlanmamış və ali məktəbə qəbul olmamışdır. Çünki xaricdə təhsil almaq istəmişdir. 2022-ci ilin iyun ayında Türkiyə Respublikasında təhsil almaq qərarına gəlmiş, bununla bağlı internetdə xaricdə yerləşən universitetlərə qəbulu təşkil edən şirkətlərlə maraqlanmış, bu vaxtı instagram sosial şəbəkəsində qarşısına “X49” adlı səhifə çıxmış, həmin səhifənin mesaj bölümünə xaricdə təhsillə bağlı yazmış və həmin gün həmin şirkətin Ceyhun adlı nümayəndəsinin istifadəsində olan mobil nömrəyə zəng edərək Ceyhunla danışmış, sonuncu ona xaricdə təhsil almaq üçün zəruri olan orta məktəbdə təhsil almağına dair arayış, attestat və xarici pasportunun şəklini çəkib onlayn şəkildə onlara göndərməyini bildirmişdir. Qeyd edilən sənədlərin şəklini çəkib Ceyhunun istifadəsində olan mobil nömrəyə “Whatsapp” proqramı vasitəsilə göndərmiş, Ceyhun bildirmişdir ki, onu Türkiyədə yerləşən Universitetlərin birinə qəbul etdirəcəkdir. Bunun üçün 700 manat pulu onun göndərəcəyi bank hesabına “Milliön” vasitəsilə göndərməyini bildirmişdir. Ceyhunla razılaşaraq nömrəsinə göndərdiyi “Leo” bank hesabına Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən Bolmart marketdə olan “Milliön” aparatı ilə 700 manat göndərmişdir. Təxminən bir-iki həftədən sonra Ceyhun istifadəsində olan mobil nömrəyə zəng edərək onun Türkiyənin Sakarya bölgəsində yerləşən Sakarya universitetinin kompyuter mühəndisliyi ixtisasına qəbul olduğunu, təhsilin əyani şəkildə olduğunu və təhsil haqqı üçün də 700 manat pul ödəyəcəyini bildirmişdir. Ceyhun eyni zamanda Türkiyədə Universitetlərdə birinci semestr qayıb limiti olmadığını, buna görə birinci semestr dərslərə getməyə biləcəyini dediyindən həmin semestr Türkiyəyə getməmiş və Türkiyədə universitetə qəbul üçün Azərbaycanda hər hansı bir imtahanda, o cümlədən onlayn imtahanda iştirak etməmişdir. Ceyhun adlı şəxslə də üzbəüz heç vaxt görüşməmiş, yalnız onun ofisinin “Park Azure”-nin 17-ci mərtəbəsində yerləşməsini bilmişdir. İkinci semestr isə Türkiyədə zəlzələ baş verdiyindən həmin semestr Türkiyəyə gedə bilməmişdir. Buna baxmayaraq Sakarya Universitetində tələbələrə onlayn formatda dərs keçirilməsi üçün şərait yaradılmış, lakin onlayn dərslərdə iştirak edə bilməmiş, çünki universitet bu barədə məlumat verməmiş, bunu sonradan bilmişdir. Həmçinin Ceyhun ona tələbə biletini Sakarya Universitetinə gedərək əldə edə biləcəyini demişdir. Qeyd edilən ərəfədə yəni 24 iyul 2022-ci il tarixdə 18 yaşı tamam olduğundan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsindən ona zəng olunaraq həmin şöbəyə dəvət olunmuşdur. Həmin çağırış əsasında həmin şöbəyə yaxınlaşıb orada həkim komissiyasından keçmiş, eyni zamanda orada Türkiyənin Sakarya Universitetində təhsil aldığını bildirmişdir. Həmin vaxtı şöbədən ondan bununla bağlı arayış istənilmiş, dərhal Ceyhunla “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə əlaqə saxlayıb təhsil aldığı Sakarya Universitetindən təhsil almağına dair sənəd təqdim olunması üçün köməklik göstərilməsini xahiş etmişdir. Təxminən 2 həftə sonra “Whatsapp” proqramı vasitəsilə Ceyhun ona zəng edərək metropolitenin Xətai stansiyasının çıxışına gəlməyini bildirmişdir. Həmin metronun çıxışına getmiş, orada olan zaman Ceyhun özü yanına gəlməmiş, lakib cavan bir oğlan ona yaxınlaşaraq Sakarya Universitetində təhsil almağına dair arayış təqdim etmişdir. Həmin sənədləri gətirən şəxs özünü təqdim etməmiş, sənədləri verib ondan uzaqlaşmışdır. Sənədlər Türkiyə Respublikasının səfirliyində apostil olunmuş və ona notariusda tərcümə olunmuş vəziyyətdə təqdim olunmuşdur. Həmin sənədləri aparıb qeyd etdiyi Xidmətin Abşeron rayon şöbəsinə təqdim etmişdir. Sənədləri Abşeron rayon şöbəsinə 2022-ci ilin yay aylarında təqdim etmişdir. 2023-cü ilin sentyabr ayının 25-də Türkiyə Respublikasına təhsili ilə bağlı konkret olaraq Sakarya bölgəsinə getmiş, orada Universitetə baş çəkərkən öyrənmişdir ki, həmin universitetdə tələbə kimi qeydiyyatda yoxdur. Ona görə də 4 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışdır. Ceyhun adlı şəxsi Türkiyədən qayıtdıqdan sonra tapa bilməmiş, çünki həmin vaxt bir neçə telefonu olduğundan konkret hansı telefonla əlaqə saxladığını yadında saxlamamışdır. Ceyhunu Türkiyəyə getməmişdən əvvəl də axtarmışdır. Çünki ikinci kursun ödənişini etmək lazım olmuş, amma həmin vaxt onu tapa bilməmişdir. Buna görə də özü Türkiyəyə getmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, arayışın gecikmə ilə avqust ayında təqdim edilməsinin səbəbi ondan ibarət olmuşdur ki, həmin vaxtı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsindən səhv etmirsə zəng olunmuş, onlara Türkiyənin Sakarya Universitetində təhsil aldığını bildirmişdir. Onlar da arayış gətirilməsini bildirmişdirlər. Hərbi xidmətdən yayınmaq və boyun qaçırmaq kimi fikri olmamış, bunun üçün Xidmətin hər hansı vəzifəli şəxsinə pul və ya sair maddi nemət verməmişdir. O cümlədən Ceyhun adlı şəxs tərəfindən ona təqdim edilən sənədin saxta olmasını bilməmişdir. Düşünmüşdür ki, Türkiyənin Sakarya Universitetində oxuyur. Türkiyədə təhsilin hansı qaydada olmasından da məlumatsızdır. Özü heç vaxt Türkiyədə yerləşən universitetlərə imtahan verməmişdir. Həmin vaxt qeyd etdiyi kimi Türkiyədə təhsilin almaq istəmişdir. Ona görə də həmin vaxtı instagramda qeyd edilən səhifəni tapmışdır və səhifənin çox adam tərəfindən izlənildiyi və bəyənildiyini görmüş, ona görə də etibar etmiş və onlayn qaydada ödənişi edib sənədləri təqdim etmişdir. Burda hərbi xidmətdən yayınmaq və boyun qaçırmaq kimi bir niyyəti olmamışdır. Həmin sənədin saxta olmasını bilməmişdir. Saxta olmasını bilsə idi, Türkiyənin Sakarya bölgəsinə getməzdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin hər hansı əməkdaşı ondan və ya ailə üzvündən hərbi xidmətdən yayınması üçün pul və ya sair maddi nemət istəməmiş və almamışdır. Xidmətin hər hansı əməkdaşını tanımır, onlarla heç bir münasibəti olmamışdır. Həmin Universitetdə oxumağının doğru olduğunu düşünmüşdür. Saxta olmasını ona Sakaryada bildirmişlər. Türkiyə Respublikasının Sakarya Universitetində oxumadığını öyrəndikdən sonra bu barədə Xidmətə və ya hər hansı hüquq mühafizə orqanına müraciət etməyə vaxtı çatmamışdır, çünki ölkəyə qayıtdıqdan bir neçə gün sonra Xidmətin Abşeron rayon şöbəsindən ona zəng olunaraq sənədin saxta olduğu bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2021-ci ildə Bakı şəhəri 8 nömrəli tam orta məktəbi bitirmişdir. Həmin ili ali məktəbə qəbul olmaq üçün hazırlaşmışdır. X38 tərəfindən keçirilən imtahanlarda iştirak etmiş, lakin nəticələri ali məktəbə qəbul üçün yetərli olmamışdır. Elə həmin ildə Türkiyə Respublikasında təhsil almaq qərarına gəlmişdir. Bununla bağlı internetdə xaricdə yerləşən universitetlərə qəbulu təşkil edən şirkətlərlə maraqlanmışdır. Bu vaxtı İnstagram sosial şəbəkəsində qarşısına “thetimes_azerbaijan” adlı səhifə çıxmış və həmin səhifənin mesaj bölümünə xaricdə təhsillə bağlı maraqlanmış və həmin gün həmin səhifədə yazılmış hazırda xatırlamadığı mobil nömrə ilə öz istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Telefona Ceyhun adlı şəxs cavab vermiş və ondan xaricdə təhsillə bağlı maraqlanmaq üçün ofisə dəvət etmişdir. O da atası Mehdi Heydəranla birlikdə “Park Azure” biznes mərkəzinin 21-ci mərtəbəsində Ceyhunun qəbulunda olmuşdur. Ceyhun Türkiyədə yerləşən universitetlər barədə məlumat verdikdən sonra o, həmin universitetlərə hansı qaydada qəbul olacağı barədə maraqlanmışdır. Ceyhun bildirmişdir ki, bunun üçün attestat, təhsil müəssisəsindən arayış və şəxsiyyət vəsiqəsinin surəti lazım olacaqdır. Eyni zamanda Ceyhun danışıq zamanı onun Türkiyədə yerləşən universitetlərdən birinə qəbul olmaq üçün ilkin olaraq 400 manat pulu atası Mehdidən istəmişdir. Atası Mehdi də ona ilkin olaraq 400 manat pulu onun ofisində əlbəəl təqdim etmişdir. Lakin ödənişə dair Ceyhun hər hansı qəbz təqdim etməmişdir. Təxminən iki-üç gün sonra Ceyhunun ondan istədiyi sənədlərlə birlikdə onun ofisinə yaxınlaşıb sənədləri Ceyhuna təqdim etmişdir. Təxminən bir neçə gün sonra Ceyhun atası Mehdi ilə əlaqə saxlayaraq onun Türkiyədə yerləşən Bolu X53 Universitetinə daxil olduğunu bildirmişdir. Bundan sonra atası həmin şirkətin ofisinə yaxınlaşaraq onun həmin universitetdə təhsil almağı barədə arayışı götürmüşdür. Həmin arayış Təqsirləndirilən şəxs ad və soyadlı şəxs tərəfindən hazır şəkildə Türkiyə Səfirliyinin Təhsil Müşavirliyi tərəfindən təsdiq edilmiş qaydada və notariusda tərcümə olunmuş vəziyyətdə təqdim olunmuşdur. 2022-ci ilin mart ayında 18 yaşı tamam olduğundan qeydiyyatda olduğu rayon üzrə, yəni Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. O da həmin şöbəyə gedərək Türkiyədə təhsil aldığını bildirmiş və buna dair sənədi həmin şöbəyə təqdim etmişdir. Təhsili ilə bağlı illik ödənişi etmək üçün Ceyhun adlı şəxsə müraciət etmişdir. Ceyhun bildirmişdir ki, illik ödəniş 500 manat olmaqla hər semestr 250 manat ödəniş etməlidir. Bu səbəbdən də atası Mehdi 2021-ci ilin sentyabr ayında 500 manat ödəmişdir. Lakin o, atasının bunu hansı qaydada etməsini görməmiş, 2021-ci ilin ikinci semestr pulunu, yəni 250 manatı da atası Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında ödəmişdir. Ödəniş qəbzlərini görməmiş və atasının ödənişi hansı qaydada etməsindən də məlumatsızdır. 2022-ci il üzrə təhsil haqqını ödəmək üçün Ceyhundan kart hesabı istəsə də, Ceyhun kart hesabı vermədiyinə görə həmin il üzrə ödəniş etməmişdir. 2022-ci ilin oktyabr ayından hazıradək isə təhsili ilə bağlı maraqlana bilməmişdir. Eyni zamanda 2023-cü ilin yay aylarında atası Mehdi də vəfat etmişdir. O, heç vaxt Türkiyədə olmamış, Türkiyədə yerləşən universitetlərə qəbul üçün heç vaxt imtahan verməmiş, o cümlədən onlayn qaydada imtahan da verməmişdir. Universitetin onlayn dərslər keçib-keçməsini bilməmiş, keçsə belə həmin dərslərdə iştirak etməmişdir. Çünki Ceyhun bildirmişdir ki, dərslərdə iştirak etməyə ehtiyyac yoxdur, Türkiyədə bu təhsildə zərurət deyil. Ona görə də o da Türkiyədə təhsilin hansı qaydada olduğunu bilmədiyindən Ceyhuna inanmışdır. Çünki Ceyhun bildirmişdir ki, universitetlərdə təhsili pulla həll etmək olur. Ona görə də atası Ceyhuna 200 ABŞ dolları pul da bir dəfə vermişdir. Həmin pulu 2022-ci ilin fevral ayında vermişdir. 2023-cü ilin noyabr ayında ona Xidmətin Abşeron rayon idarəsindən zəng olunaraq 2022-ci ildə tərəfindən onlara Türkiyədə təhsil almağı ilə bağlı təqdim etdiyi arayışın saxta olduğunu bildirmişlər. Daha sonra o, Abşeron rayon prokurorluğunda izahat vermişdir. Onun hərbi xidmətdən boyun qaçırmaq fikri olmamışdır. O, sadəcə Ceyhun tərəfindən Türkiyədə universitetə qəbul olunduğunu və orada oxuduğunu düşünmüşdür. Həmin sənədin saxta olmasını bilməmişdir. Türkiyədə təhsilin hansı qaydada olması barədə də məlumatı olmamışdır. Xidmətin Abşeron rayon şöbəsinin hər hansı vəzifəli şəxsi hərbi xidmətdən yayınmasına köməklik müqabilində pul və ya sair maddi nemət istəməsi, alması halları olmamışdır. Xidmətin hər hansı əməkdaşı ondan və ya ailə üzvündən bunun üçün pul və ya sair maddi nemət istəməmiş və almamışdır. O, həmin Universitetdə oxumasının doğru olduğunu düşünmüşdür. Saxta olmasını ona Xidmətin Abşeron rayon şöbəsindən bildirmişlər. Ona Ceyhun sənədləri hazır vəziyyətdə təqdim etmiş, yəni Türkiyə Səfirliyinin təsdiqi və notariusda tərcümə ilə vermişdir. Həmin sənədlərin saxta olmasını düşünməmişdir. Xidmətin hər hansı əməkdaşını tanımır, onlarla heç bir münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, Əliyev İbrahim Həsənbala oğlu doğma övladıdır. Oğlu xx.xx.2004-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Oğlu Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbi 2020-ci ildə bitirmişdir. İbrahim məktəbi bitirdikdən sonra ali məktəbə qəbul üçün imtahan verməmişdir. Bundan sonra İbrahim xaricdə təhsil almaq qərarına gəlmişdir. Bununla bağlı maraqlananda internetdə “Thetimes- azerbaijan” səhifəsinə rast gəlmişlər. Orada yerləşdirilmiş ***-***-**- ** mobil nömrəsi ilə əlaqə saxlamışlar və telefona cavab verən şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək şirkətin rəhbəri olduğunu bildirmiş və onları ofisinə dəvət etmişdir. Ceyhunla “Park Azure” biznes mərkəzində görüşmüşlər. Ceyhuna oğlunun Türkiyədə yerləşən Universitetlərdən birinə qəbul olunmasını istədiyini bildirmiş, Ceyhun adlı şəxs Türkiyədə yerləşən universitetlərlə bağlı onlara məlumat vermiş və eyni zamanda Türkiyədə təhsillə bağlı zəruri olan sənədlərin, yəni attestatın və şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Ceyhun onlara Türkiyədə yerləşən Atatürk Universitetini məsləhət bilmiş, eyni zamanda Ceyhuna oğlunun Türkiyəyə getməsini istəmədiyini demiş, çünki orada onun təhsil alması üçün maddi imkanı olmamışdır. Həmçinin özü kafedə xadimə işləyir və orada aldığı məvacib ailəsini dolandırmağa ancaq yetir. Ceyhun da cavabında heç bir problem olmadığını, oğlunu 700 manat müqabilində Türkiyədə yerləşən Atatürk universitetində təhsil almasını təşkil edəcəyini bildirmişdir. Bundan sonra Ceyhuna 700 manat pulu hissə-hissə 2020-ci il ərzində ödəmişdir. 2022-ci ilin fevral ayında oğlunun 18 yaşı tamam olduğundan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Baş İdarəsindən zəng olunaraq oğlu şöbəyə dəvət olunmuş, orada oğlu onlara Türkiyədə yerləşən Atatürk Universitetində təhsil aldığını bildirmişdir. Bu zaman Xidmətin əməkdaşları oğlundan təsdiqedici sənəd istəmişlər. Bundan sonra Ceyhunla əlaqə saxlayıb oğlunun Atatürk universitetində təhsil almasına dair sənədin istənildiyini və həmin sənədi onlara təqdim etməsini bildirmişlər. Ceyhun da həmin sənədi onlara təqdim etmiş və 2022-ci ildə həmin sənədi aparıb Xidmətin Sumqayıt Baş İdarəsinə təqdim etmişlər. Bundan sonra oğluna təhsillə bağlı möhlət verilmişdir. 2023-cü ildə isə Xidmətin Sumqayıt Baş İdarəsindən onlar idarəyə dəvət olunmuşlar. Oğlu İbrahimlə birlikdə həmin idarəyə gedəndə onlara 2022-ci ildə təqdim etdikləri sənədin saxta olduğu bildirilmişdir. Sənədlərin saxta olması onlara təəccüblü gəlmişdir. Çünki oğlu İbrahimin Türkiyədə təhsil aldığını düşünmüşlər. Oğlu universitetə qəbul olsa da, Türkiyəyə getməmişdir. Çünki Ceyhunun deməsinə görə Türkiyədə təhsil qiyabi mümkündür. Onlar da Türkiyədə təhsilin qaydalarını bilmədiklərinə görə ona inanmışlar. Nə özü, nə də oğlu saxta sənəd düzəltməmişlər, saxta sənəddən heç vaxt istifadə etməmişlər. Ceyhunun təqdim etdiyi sənədlərin saxta olmasını da bilməmişlər. Oğlu hərbi xidmətdən heç vaxt boyun qaçırmamışdır. Oğlunun Türkiyədə təhsil üçün universitetə qəbulu 2020-ci ildə olmuşdur. Hərbi xidmətdən boyun qaçırmaq kimi bir fikirləri və niyyətləri olmamışdır. Oğlu İbrahim hal-hazırda hərbi xidmətdədir. Hərbi Xidmətini Bərdə rayonunda yerləşən Daxili Qoşunların səhv etmirsə N saylı hərbi hissəsində keçir. Sumqayıt Baş İdarəsinin hər hansı vəzifəli şəxsi övladının hərbi xidmətdən yayınmağına köməklik müqabilində ondan və ya ailə üzvündən, o cümlədən oğlu İbrahimdən bunun üçün pul və ya sair maddi nemət istəməmiş və almamışdır. Maddi vəziyyəti də buna imkan vermir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, o, 2020-ci ildə Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbi 9-cu sinifdən bitirmişdir. Həmin ili Bakı Turizm peşə məktəbinə qəbul olmuş və bir il orada təhsil almışdır. Bundan sonra xaricdə təhsil almaq istəmiş, 2022-ci ilin iyun ayında Türkiyə Respublikasında təhsil almaq qərarına gəlmişdir. Bununla bağlı internetdə xaricdə yerləşən universitetlərə qəbulu təşkil edən şirkətlərlə maraqlanmış, bu vaxtı İnstagram sosial şəbəkəsində qarşısına “thetimes_azerbaijan” adlı səhifə çıxmış və həmin səhifədə yerləşdirilmiş ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Telefona cavab verən özünü Ceyhun kimi təqdim edib şirkətin rəhbəri olduğunu bildirmiş və nə ilə bağlı zəng etdiyini soruşmuşdur. Ona Türkiyədə ali təhsil almaq istədiyini bildirmiş, bundan sonra onunla Bakı şəhəri, “Park Azure” biznes mərkəzinin 17-ci mərtəbəsində onun ofisində görüş təyin etmişdir. Ceyhunla orada görüşmüş, Ceyhun hündürboy, saqqallı, uzun saçlı, orta yaşlı bir oğlan olmuşdur. Ceyhun Türkiyədə təhsil almaq üçün zəruri olan orta məktəbdə təhsil almasına dair arayış, attestat və şəxsiyyət vəsiqəsinin şəklini ona verməyi demişdir. Eyni zamanda Ceyhun bildirmişdir ki, onu Türkiyədə yerləşən Universitetlərin birinə qəbul etdirəcəkdir. Bunun üçün 600 manat pulu onun dediyi bank hesabına “Milliön” vasitəsilə göndərmişdir. Ceyhunun nömrəsinə göndərdiyi “Leo” bank hesabına öz adına olan "xxxx" ASC-də olan kartından 600 manat pul göndərmişdir. Təxminən bir-iki həftədən sonra, yəni 2022-ci ilin avqust ayında Ceyhun istifadəsində olan mobil nömrəyə zəng edərək onun Türkiyənin Sakarya bölgəsində yerləşən Sakarya universitetinin işlətmə ixtisasına qəbul olduğunu, təhsilin əyani şəkildə olduğunu və təhsil haqqı üçün də əlavə 600 manat pul ödəyəcəyini bildirmişdir. O, da həmin vəsaiti yenidən öz kartından Təqsirləndirilən şəxs istifadəsində olan hesaba köçürmüşdür. Türkiyədə universitetə qəbul üçün Azərbaycanda hər hansı bir imtahanda, o cümlədən onlayn imtahanda iştirak etməmişdir. Birinci semestr Türkiyədə zəlzələ baş verdiyindən o, həmin semestr Türkiyəyə gedə bilməmişdir. Amma onlayn dərslərdə iştirak etmiş, hətta bir dəfə iştirakının səs yazısını da yazıb Abşeron prokurorluğunda izahat verərkən izahatına əlavə etmişdir. 2022-ci ilin fevral ayında ona Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsindən zəng olunaraq şöbəyə dəvət olunmuşdur. Orada hərbi-həkim komissiyasından keçmişdir. Eyni zamanda orada ayağının yastıpəncə olduğunu və 3-cü dərəcə olduğunu da bildirmişdir. Eyni zamanda orada olarkən bildirmişdir ki, Türkiyənin Sakarya Universitetində ali təhsil alır. Bu zaman oradan ondan bununla bağlı arayış tələb olunmuşdur. O da həmin arayışı əldə etmək üçün Təqsirləndirilən şəxslə əlaqə saxlamışdır. Ceyhun da həmin sənədi hazırlayıb onu ofisinə dəvət etmiş və ona həmin sənədləri təqdim etmişdir. Sənəd Azərbaycan dilinə tərcümə olunmuş və notariusda təsdiq olunmuş, həmçinin Türkiyə səfirliyində apostil olunmuşdur. Ona sənədlər Ceyhun tərəfindən bu şəkildə təqdim olunmuşdur. Ona görə də o, sənədləri götürüb gətirib Xidmətin Abşeron rayon şöbəsinə təqdim etmiş və hərbidən möhlət hüququ almışdır. Təxminən 1 il yarım sonra, yəni 2023-cü ilin noyabr ayında ona Xidmətin Abşeron rayon şöbəsindən zəng olunaraq təqdim etdiyi Sakarya Universitetində təhsil almağı ilə bağlı sənədin saxta olduğu bildirilmiş, bundan sonra bununla bağlı Abşeron rayon prokurorluğunda izahat vermişdir. O, həmin sənədin saxta olmasını bilməmiş, düşünmüşdür ki, Ceyhun onun işini düzəldib və o, Türkiyənin Sakarya universitetində təhsil alır. Sakarya Universitetində təhsil alması və Ceyhun adlı şəxsin təqdim etdiyi arayışın saxta olmasını yeni bilmiş, bununla bağlı hüquq mühafizə orqanı araşdırma aparır. Abşeron rayon prokurorluğuna izahatında həyəcanlı olduğundan onun adını vermək istəməmişdir. Amma bütün Türkiyədə təhsillə bağlı sənədləşmələri Təqsirləndirilən şəxs özü aparmışdır. Buna görə də ona ümumilikdə 1200 manat pul ödəmişdir. Xidmətin hər hansı əməkdaşı ondan və ya ailə üzvündən bunun üçün pul və ya sair maddi nemət istəməmiş və almamışdır. O, həmin Universitetdə oxumasının doğru olduğunu düşünmüşdür. Saxta olmasını bilməmişdir. Türkiyədə təhsilin hansı qaydada olduğunu da bilmir. Xidmətin hər hansı əməkdaşını tanımır, onlarla heç bir münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 bildirmişdir ki, ünvan 10 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Özü 2012-ci ildə 292 saylı tam orta məktəbi 9-cu sinifdən bitirmişdir. Bundan sonra Bakı Humanitar Kollecinin texnologiya müəllimliyi ixtisasına qəbul olmuşdur. 2014-cü ildə həmin kolleci bitirdikdən sonra Şimali Kiprdə yerləşən X50 Universitetinin qrafik dizayner fakültəsinə əyani əsaslarla daxil olmuşdur. Həmin Universitetdə oxuyarkən Türkiyənin İstanbul şəhərində yerləşən Universitetə köçürülmək istəmişdir. Bu zaman sosial şəbəkə vasitəsilə bu işdə ona köməklik edəcək şəxsi axtarmışdır. Həmin vaxtı “facebook” sosial şəbəkəsində Təqsirləndirilən şəxs adına rast gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxslə görüşmüş, Ceyhun bildirmişdir ki, köçürmə çətin olacaq, amma ona belə İstanbulda yerləşən Universitetə qəbul ala bilər. O da razılaşmışdır. Bundan sonra onu Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetinin ictimaiyyətlə əlaqələr ixtisasına qəbulunu təşkil etmiş və o, 1 il 6 ay həmin universitetin İstanbul şəhərində yerləşən filialında təhsil almış və daha sonra distant təhsil formasında Azərbaycanda təhsilini davam etdirmişdir. 2023-cü ildə o, iyun ayında həmin universiteti bitirmişdir. Bu dövrdə o, Təqsirləndirilən şəxs rəhbərlik etdiyi “X51” MMC-də təhsil mütəxəssisi işləmişdir. MMC-nin ofisi “Park Azure” biznes mərkəzinin 17-ci mərtəbəsində yerləşmişdir. Onun əsas işi şirkətə müraciət edən şəxslərə Türkiyədə təhsillə bağlı məlumatlar vermək, onlara universitetləri tanıtmaq, qəbul qaydalarını izah etmək və sairdən ibarət olmuşdur. Müraciət edənlər arasında həm qızlar, həm də oğlanlar olmuşdur. Oğlanlar əsasən hərbi xidmətə görə əyani təhsilə üstünlük vermişlər. Çünki onlara əvvəldən izah olunmuşdur ki, qiyabi təhsilə möhlət hüququ verilmir. Ona görə də onlar əyani təhsilə üstünlük vermişlər. Əyani təhsillə bağlı da əsasən Təqsirləndirilən şəxs müraciət edənləri qəbul etmiş, onların qəbulunu özü şəxsən təşkil etmişdir. 2022-ci ilin yay aylarında Rəhimli X34 təhsillə bağlı müraciət etmiş, ona tərəfindən qəbul qaydaları izah olunmuş və onun atası ilə MMC-nin direktoru Təqsirləndirilən şəxs arasında qiyabi təhsillə bağlı müqavilə bağlanmış, daha sonra o, qəbul üçün zəruri sənədlərin siyahısını Anara təqdim etmişdir. Azər həmin sənədləri topladıqdan sonra vermiş, o da sənədləri Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan sonrakı işləri Təqsirləndirilən şəxs özü görmüşdür. Müraciət edənlərin əvəzinə universitetə qəbulla bağlı müraciət etməmiş, bu işləri şəxsən Təqsirləndirilən şəxs özü görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, artıq Şahid2 Türkiyədə Sakarya Universitetinə qəbul olmuşdur, sənədləri Təqsirləndirilən şəxs hazır vəziyyətdə təqdim etmişdir. Sənədlər ona təqdim ediləndə artıq tərcümə olunmuş və Türkiyə Səfirliyinin Təhsil Müşavirliyi tərəfindən təsdiq olunmuş vəziyyətdə təqdim etmişdir. O da həmin sənədi Şahid2 Təqsirləndirilən şəxs təqdim etdiyi şəkildə təqdim etmişdir. Özü tərəfindən həmin sənədə hər hansı bir düzəliş və yaxud yazı yazılmamışdır. Eyni zamanda özü tərəfindən həmin sənəd hər hansı bir yerdə tərcümə olunmamış və notariusda imzanın həqiqiliyi təsdiq olunmamışdır. Şahid3la bağlı isə bildirmişdir ki, o, həmin şirkətdə işləməmişdən qabaq artıq qəbul edilmişdir. O, qəbulla bağlı ona müraciət etməmiş, onun tərəfindən hər hansı bir sənəd təqdim edilibedilməməsini tam xatırlamır. Amma özü tərəfindən ona hər hansı sənəd tərcümə olunaraq və notariusda təsdiq olunaraq verilməmişdir. Ümumiyyətlə o, heç bir müraciət edən vətəndaşın sənədini tərcümə və notariusda təsdiq edərək verməmişdir. Mehmet adlı türk vətəndaşını tanımır. Adını eşitməmiş və heç vaxt görməmişdir. Ceyhunun Şahid2 və Şahid3 universitetə qəbul məsələsini və onların adına olan sənədləri necə və hansı qaydada əldə etməsindən məlumatı olmamışdır. Ona yalnız Ceyhun hazır vəziyyətdə sənədləri təqdim etmişdir. Nəsimi rayon Polis Şöbəsində araşdırma başlanan zaman bilmiş, buna qədər məlumatı olmamışdır. Təqsirləndirilən şəxs bunu necə və kimlə etməsi barədə məlumatı olmamışdır. Həm də dəqiq deyə bilər ki, heç Şahid2 ilə Şahid3 da həmin sənədlərin saxta olmasından məlumatları olmamışdır. Şahid1, Şahid5, X27, Əliyev İbrahim Həsənbala oğlunu tanıyır. Onları Təqsirləndirilən şəxs yanına gəlib-gedərkən tanımışdır. Amma onların sənəd qəbulunu o, həyata keçirməmişdir. Bu işlə Təqsirləndirilən şəxs məşğul olmuşdur. Xatırladığı qədəri ilə onlar Abşeron rayon və Sumqayıt şəhər sakinləridirlər. Digər adları çəkilən şəxsləri tanımır, onları heç vaxt görməmişdir. Onların qəbulunun Təqsirləndirilən şəxs tərəfindən necə və hansı qaydada həyata keçirməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 bildirmişdir ki, 2022-ci ildən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Baş İdarəsinin çağırış şöbəsinin zabiti vəzifəsində işləyir. Mahiyyəti ilə bağlı göstərmişdir ki, çağırışçı ali təhsil alması barədə təsdiqedici sənəd təqdim etdikdə ona qanunvericiliyə uyğun olaraq möhlət hüququ tanınır. X27, X20 və Əliyev İbrahim Həsənbala oğlu Sumqayıt şəhərində qeydiyyatda olan çağırışçılardır. Onlar 18 yaşı tamam olduqdan sonra Baş İdarəyə hərbi xidmət üçün çağırılmışlar. Həmin şəxslər idarəyə dəvət olunduqda Türkiyədə yerləşən Universitetlərdə ali təhsil almaları barədə məlumat vermişlər. Müvafiq olaraq onlardan bu barədə təsdiq edici sənədlər istəmişlər. Bundan sonra onlar idarəyə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təsdiq etdiyi və notarius tərəfindən tərcümənin təsdiq olunduğu sənədlər təqdim olunmuş, həmin sənədlər idarə tərəfindən Türkiyə səfirliyinə sorğu edilərək yoxlanılmış və müəyyən edilmişdir ki, həmin şəxslər Türkiyədə ali təhsil müəssisələrində təhsil almır, təqdim edilən sənədlər saxtadır. Onları dəvət edib həmin sənədlərin saxta olduğunu bildirmişlər, onlar isə bəhanə gətirərək guya xəbərlərinin olmadığını bildirmişlər, idarə olaraq Qanunvericiliyə uyğun olaraq onların əməllərinə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanına müraciət etmişlər. Həmin çağırışçılar, yəni X27, X20 və Əliyev İbrahim Həsənbala oğlu hərbi xidmətə göndərilmişlər və hazırda ayrı-ayrı hərbi hissələrdə hərbi xidmət keçirlər. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, 2022-ci ildə Türkiyədə Təhsil alması barədə sənədi təqdim edəndə notariusun eləcə də müşavirliyin təsdiqini görüb həqiqiliyinə inanmışlar. Eyni zamanda düşünməmişlər ki, həmin sənədi saxtalaşdırarlar. Bundan başqa hər çağırış ayında çağırışçıların sayı çox olduğundan bununla bağlı sorğu vermək də xeyli vaxt aparır. Amma sonradan belə halların çox olduğu müəyyən olduqdan sonra bununla bağlı artıq dəqiqləşdirmə aparmaq üçün sorğular verməyə məcbur olmuşlar. Ona görə də İbrahim Əliyevin sənədi 2023-cü ildə saxta olduğu müəyyən olunmuşdur. Burda hər hansı bir maraqdan söhbət gedə bilməz. Heç kimdən o, cümlədən İbrahim Əliyevdən hər hansı bir məbləğdə pul və ya sair maddi nemət alınmamışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, 2003-cü ildə X23 ilə ailə qurmuş, həmin nikahdan xx.xx.2004-cü ildə Asim adlı oğlu olmuş, 2010-cu ildə Asim Sumqayıt şəhər 23 saylı orta məktəbin birinci sinfə gedib 2021-ci ildə həmin məktəbi bitirmişdir. 2019-cu ildə orta məktəbin 9-cu sinfində oxuyarkən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi məktəbdə 9-cu sinifdə oxuyan kişi cinsli şagirdləri, o cümlədən oğlu Asimi hərbi xidmətə yararlı olubolmadığını müəyyən etmək üçün həkim mütəxəssislərin tibbi müayinəsindən keçirmişlər, Asim hərbi xidmətə yararlı olduğu üçün Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Sumqayıt şəhər idarəsi tərəfindən ilkin hərbi qeydiyyata alınmış, 2021-ci ildə orta məktəbi bitirib Türkiyə Respublikasında Kütahya Dumlupınar Universitetinə bakalavr səviyyəsinə qəbul olmuşdur, amma təhsili ödənişli idi. Universitet Asimə həmin Universitetdə təhsil almasına dair arayış vermiş, həmin arayışı Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə təqdim etmişlər, həmin arayışa əsasən Asimə təhsil aldığı xx.xx.2023-cü il tarixədək çağırışdan möhlət verilmişdir. 2022-ci ilin iyun ayında Asim birinci kursu bitirib 2-ci kursa keçərək tətilə yanlarına gəlmiş, həmin vaxt artıq atası Rasim qida borusunun xərçəngindən əziyyət çəkirdi, onun müalicəsinə kifayət qədər pul xərclədiyindən maddi cəhətdən çətinlik çəkirdilər, Asimin dərsləri 2022-ci ilin oktyabr ayında başlasa da Universitetin daxili qaydalarına əsasən 1 sentyabr tarixinə təhsil haqqının tam ödənilməsi tələb edilirdi. Qohum, dost və tanışların söhbətlərindən bilirdi ki, Azərbaycanda ali və orta ixtisas məktəblərin ikinci və yuxarı kurslarında təhsil alıb maddi cəhətdən çətinlik çəkən tələbələr təhsil haqqını tədris boyu hissə-hissə ödəyirlər Türkiyə Respublikasında da həmin şərtlərin mövcud olduğunu düşünüb, dərslərin hələ oktyabr ayında başlayacağını nəzərə alıb həmin vaxtadək Asim Universitetlə telefon əlaqəsi saxlayıb atasının ağır xəstəliyini təsdiq edən arayışı göndərib maddi cəhətdən çətinlik çəkdiyini, 2-ci kursda oxuduğu müddətdə təhsil haqqını hissə-hissə ödəyəcəyini bildirərsə başa düşüb güzəşt edərlər. Bu məqsədlə sentyabr ayının əvvəllərində Asim Universitetə zəng etmiş, amma rəhbərliklə əlaqə saxlaya bilməmişdir, bir neçə gündən sonra tələbə yoldaşlarına zəng edib danışarkən onlar demişlər ki, ödənişlər sentyabr ayının 1-dək edilməli idi, ödənişi həmin tarixədək etməyən bir neçə tələbəni o cümlədən oğlu Asimi Universitetdən xaric etmişlər, amma məsələni həll edə bilər, çünki xarici ölkələrdə təhsil alan tələbələrin bu kimi probemlərini həll edən şirkətlər var, o, həmin şirkətlərə müraciət edib məsələsini həll edə bilər. Bu söhbətdən sonra İnternetdə xarici ölkələrdə təhsil alan tələbələrin təhsilində yaranan problemlərə kömək edən şirkət axtarmağa başlamışlar. Asim bu işlə məşğul olan Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «THE TİMES Azərbaycan” MMC-ni tapmış, səhər oğlu Asimlə Bakı şəhərinə gedib «THE TİMES Azərbaycan” MMC-nin ofisini tapmışlar. Ofis Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşməklə rəhbəri Təqsirləndirilən şəxs idi. Təqsirləndirilən şəxs onları qəbul edib oğlunun problemini dinlədikdən sonra demişdir ki, rəhbərlik etdiyi şirkət xaricdə təhsil alıb ödənişlə bağlı məktəbdən xaric edilən tələbələrə hüquqi yardım göstərib onlan oxuduqları həmin ali məktəblərə bərpası ilə məşğul olur, ona arxayın ola bilərlər və əlavə etmişdir ki, Asim olmadan Asimin təhsil problemini həll etmək və adından çıxış etmək üçün Asim ona bir ay müddətinə etibarnamə verilməlidir. Ceyhun Hacızadəyə inanıb 26 sentyabr 2022-ci 3 tarixdə Asimlə Bakı şəhəri 1 saylı notariat kontoruna gedib Asim Təqsirləndirilən şəxs onun adından Türkiyə Respublikasının bütün dövlət orqanlarında, idarələrində, təşkilatlarında, konsulluq idarələrində, Təhsil Nazirliyində, Səfirliklərdə, həmçinin Kütahya Dumlupınar Universitetində təmsil etmək, ona məxsus rəsmi sənədləri Unversitetə təqdim etmək, attestat, attestatın əlavəsini və digər sənədləri Kütahya Dumlupınar Universitetindən almaq, adından sənədləşdirmə işlərini aparmaq, istənilən orqan, təşkilat və idarədən ona aid istənilən arayışı, qeydiyyat vəsiqəsini, şəhadətnaməni və sənədləri almaq, toplamaq, istənilən orqana və idarəyə təhvil vermək, təhsil ilə əlaqədar adından müvafiq müqavilələr bağlamaq, təhsil haqqını ödəniş etmək, ərizə yazıb adından imza etmək, həmin tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməsinə dair bir ay müddətinə etibarnamə ilə səlahiyyətlər vermişdir. X30 bərpa edib təhsil haqqını ödəmək müqabilində həmin gün ondan öz ofisində 1150 (min yüz əlli) manat pul almış və vədd etmişdir ki, təhsil haqqını ödəyib qısa zamanda Asimi oxuduğu Universitetin 2-ci kursuna bərpa etdirəcəkdir. Bu işlərin görülməsi üçün Asim Təqsirləndirilən şəxs cəmi bir ay müddətinə etibarnamə verdiyindən narahat olub Təqsirləndirilən şəxs tez- tez zəng edib danışaraq dərslərinin 2022-ci ilin oktyabr ayının 1-də başladığını nəzərinə çatdırmışdır. Bir neçə gündən sonra Ceyhun zəng edib təhsil haqqını ödəməklə onu oxuduğu Universitetin 2-ci kursuna bərpa etdirdiyini, bu barədə Universitetin arayış təqdim etdiyini, həmin arayışı gəlib aparmasını bildirmişdir. Həmin gün Asimlə birlikdə Ceyhunun ofisinə gedib ondan Kütahya Dumlupınar Universitetinin xx.xx.2022-ci il tarixli, E-180903341-***-*******48 saylı arayışını götürmüşlər. Həmin arayışda onun göstərilən Universitetin «İqtisadi və İdarə Bilimləri” Fakültəsi Bölümünün 2 sinif şagirdi olduğu, təhsilinin 2025-ci ildə bitəcəyi və ona aid kod göstərilmişdir. Səhəri Asim həmin arayışı Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə təqdim etmiş, bu ərəfədə Universitetdə dərslər onlayn rejimə keçmiş, Asim arayışda qeyd edilən ona verilmiş kodla onlayn dərslərə qoşulub dərslərdə iştirak etməyə başlamışdır. Dərslərə qoşulduğundan Universitetə bərpa olduğuna dair Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə təqdim etdiyi arayışa əsasən Asimə təhsilini başa vuranadək çağırışdan möhlət veriləcəyinə əmin olmuşlar. Əri xx.xx.2022- ci il tarixdə vəfat etmiş, bir neçə gündən sonra onu Asimlə birlikdə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə dəvət edərək idarənin əməkdaşları Asimin təqdim etdiyi arayışın saxta oduğunu bildirmişlər. Asim hər gün onlayn dərsə qoşulduğunu söylədikdə demişlər ki, göstərilən Universitetə sorğu etmişlər, verilən cavaba əsasən o, Universitetdən xaric edilmişdir. Daha sonra əməkdaşlar arayışda qeyd edilən kodla Kütahya Dumlupınar Universitetinin öyrənci səhifəsinə daxil olduqda həmin səhifədə kodun başqa şəxsə məxsus olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğluna təqdim etdiyi arayışın saxta olduğunu, ona verdiyi kodla başqa şəxsin adından Universitetin onlayn dərslərinə qoşulduğunu, Təqsirləndirilən şəxs onlardan aldığı pulu Universitetə təhsil haqqı ödəmədiyini, ödəniş edilmədiyi üçün Universitetə bərpa olunmadığını bilmişlər. Səhəri gün Təqsirləndirilən şəxs ofisinə getsələr də onu tapa bilməmişlər. Görüşmək istədikdə sonuncu yayınıb onlarla yalnız mobil telefonla danışıb Asimi Universitetə mütləq bərpa etdirəcəyini vədd etmiş, amma buna yenə əməl etməmişdir. X45 ilə danışarkən o, onlara saxta sənəd düzəldəcəyini deməmiş, nə də bunu ondan xahiş etməmişlər. Kütahya Dumlupınar Universitetinin onun adına verdiyi E-180903341-***-*******48 saylı, xx.xx.2022-ci il tarixli arayışın saxta olduğunu, Ceyhunun həmin arayışı nə vaxt, kimin vasitəsi ilə, harada əldə etdiyini, əvvəllər belə işlə məşğul olub-olmadığını bilmir. Həmin arayışın saxta olduğunu bilsə idilər, Ceyhun Hacızadənin hərəkətlərindən müvafiq orqanlara məlumat verib həmin arayışı Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə təqdim etməzdilər. Oğlu Asim onlayn sistemdə dərslərə qoşulduğu üçün Universitetə bərpa edildiyini yəqin etmişdir. Oğlu Universitetə bərpa edilmədiyini bilib özü ərizə yazaraq 2023-cü ilin iyul ayında könüllü hərbi xidmətə getmiş, hazırda hərbi xidmət keçir. Ceyhun Hacızadəyə onlara təqdim etdiyi sənədin saxta olduğunu bildirmiş, o, bu iş üçün aldığı 1150 manat pulu ona qaytarmış, ona vurulmuş zərər tam ödədiyinə görə Ceyhun Hacızadədən şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs oğlu X18 Kütahya Dumlupınar Universitetində təhsil almasına dir arayış təqdim edərkən sənədin tərcümə edilib- edilməməsini, o cümlədən Türkiyə Səfirliyində Təhsil müşavirliyi tərəfindən təsdiq olunduğunu xatırlamır, amma sənəd səliqəli qırmızı lentlə tikilib möhür vurulmuş vəziyyətdə idi. Sənədin tərcümə edilməsinin, o cümlədən Türkiyə Səfirliyində təhsil müşavirliyi tərəfindən təsdiq olunmasının vacibliyini bilmədiyindən onlara diqqət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 10-11-ci sinifləri Bakı şəhəri, Binə qəsəbəsində yerləşən 37 saylı tam orta məktəbdə oxumuş, 11-ci sinfə başladığı zaman yeni şəxsiyyət vəsiqəsi alarkən ilkin hərbi qeydiyyata düşmüşdür. X38 tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanında az bal topladığına görə ali məktəbə qəbul olmamışdır. 2022-ci ilin avqust-sentyabr aylarında Attestat ilə Türkiyə Cümhuriyyətində ali təhsil müəssisəsinə qəbul olmaq üçün “the.times” adlı şirkətə müraciət etmişdir. Həmin şirkəti İntagram sosial şəbəkəsindən tapmışdır. Həmin şirkətlə əməkdaşlıq etməyə başlayaraq atası Anar Rəhimov ilə həmin şirkətin nümayəndəsi Ceyhunla arasında müqavilə bağlanmışdır. Həmin şirkətə təxminən 1200 manat xidmət haqqı ödəmişlər. Həmin şirkət tərəfindən ona Sakarya universitetinin tələbəsi olmağı barədə sənədlər təqdim edilmişdir. Bundan başqa hərbi xidmətə çağırışla bağlı olaraq möhlət hüququnun verilməsi üçün arayış verilmişdir. Həmin arayışı da SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon idarəsinə təqdim etmişdir. 2022-ci ilin dekabr ayında həmin İdarədən ona zəng edən şəxs universitetə qəbul ilə bağlı verdiyi sənədlərin saxta olduğunu bildirmişdir. Bundan sonra özü və atası Anar “the.times” adlı şirkətə yenidən müraciət edərək onlara təqdim edilən sənədlərin saxta olduğunu bildirdikdə onlar təqdim etdikləri sənədlərin saxta olmadıqlarını demişlər. Daha sonra şirkətə ödədiyi pulları tələb etdikdə pullarını qaytarmışlar. Nə özü, nə də ki atası Anar guya onun Türkiyədə universitetə qəbul olmağı barədə sənədlərin saxta olduğunu, yəni Ceyhunun təqdim etdiyi sənədlərin saxta olduğunu bilməmişlər. Ona ünvanlanmış hansı ixtisas üzrə hansı təhsil müəssisəsində, neçənci kursda və hansı təhsil formasında təhsil almağı barədə suala cavab olaraq göstərmişdir ki, Türkiyə Respublikasında yerləşən Atatürk universitetində biznesin idarə edilməsi ixtisasında birinci kursda qiyabi təhsil formasında təhsil alır. Ona ünvanlanmış SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon idarəsindən hərbi xidmətdən yayınması ilə bağlı olaraq prokurorluğa təqdim edilmiş ali təhsil almağına dair sənədlərlə bağlı göstərmişdir ki, həmin arayışlar onunla bağlıdır. Həmin arayışları “X51” MMC adlı şirkətdən götürərək komisarlığa təqdim etmişdir. Ona ünvanlanmış SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon idarəsindən hərbi xidmətdən yayınmağı ilə bağlı olaraq prokurorluğa təqdim edilmiş ali təhsil almağına dair arayışda onun “X19 X9 İşletme Bölümü 1. sinif gündüzlü (ayani)” oxumağı barədə qeydlərin olmasının görünməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, “X51” MMC ilə atası Anar Rəhimov arasında bağlanmış müqaviləyə əsasən həmin MMC onun Türkiyə Respublikasında universitetə qəbul olmağı ilə bağlı olaraq sənədləşmə prosesini həyata keçirməli olmuş, həmin MMC tərəfindən universitetə qəbul olduğu bildirilmişdir. Bundan sonra universitetə qəbul olmağı ilə bağlı olaraq sənəd verilmiş və həmin sənədi komisarlığa təqdim etməli olduğu bildirilmişdir. Həmin sənədi atası Anar komisarlığa apardıqda komisarlıqdan həmin sənədin Bakı Eğitim Müşavirliyində təsdiq edilməli olduğu bildirilmişdir. MMC-nin işçisi Yasəmən xanım atasına həmin sənədin Müşavirlikdə təsdiq edilməli olduğunu və sənədin həmin MMC-yə aparılmasını daha sonra əməkdaşlar tərəfindən təsdiq edilib təhvil veriləcəyi bildirilmişdir. Daha sonra atası Anar həmin sənədi MMC-yə təqdim etmiş və təsdiqləndikdən sonra isə götürmüşdür. Ona ünvanlanmış ümumvətəndaş pasportunun olub-olmaması, həmçinin Azərbaycan Respublikası hüdudlarından kənara çıxıb-çıxmaması ilə bağlı suala cavab olaraq göstərmişdir ki, ümumvətəndaş pasportu var. Lakin hər hansı xarici ölkəyə getməmişdir. Ona ünvanlanmış qiyabi təhsil formasında ali təhsil aldığı halda 18 yaşı tamam olduqdan sonra müvafiq tibbi komissiyalardan keçdikdən sonra müddətli həqiqi hərbi xidmətə getməli olmağı barədə məlumatı olub-olmaması ilə bağlı suala cavab olaraq göstərmişdir ki, bu barədə məlumatı vardır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 2020-ci ildə şəxsiyyət vəsiqəsi almaq üçün ASAN xidmətə müraciət etdiyi zaman ona ilkin hərbi qeydiyyata düşməli olmağı barədə məlumat verildiyindən qeydiyyat ünvanı üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsində ilkin hərbi qeydiyyata düşmüşdür. Orta məktəbi bitirdikdən sonra 2021-ci ildə X38 tərəfindən keçirilən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanında az bal topladığına görə ali məktəbə qəbul olmamışdır. Daha sonra rayonda yaşayan tanışları vasitəsilə Xaricdə təhsil almaq üçün Attestat ilə Türkiyə Cümuriyyətində yerləşən ali təhsil müəssisələrinə qəbul olmağa kömək edən şirkətin olması barədə məlumatı olmuşdur. Daha sonra evdə valideynləri ilə söhbət zamanı bu barədə məlumat vermiş, valideynləri razılıq verdikdən sonra həmin şirkət barədə məlumatları dəqiqləşdirmiş və həmin şirkətin “X51” MMC olduğunu bilmişdir. Daha sonra valideynləri ilə birlikdə həmin şirkətin ofisinə getmişlər. Həmin şirkətin direktoru Ceyhun ilə valideynləri arasında razılaşma olmuş, bundan sonra zəruri olan sənədləri toplayıb həmin şirkətə təqdim etmişlər. 2021-ci ilin təxminən sentyabr ayında Atatürk Universitetinin Dövlət idarəetməsi ixtisasına qəbul olmağı barədə ona məlumat verilmişdir. Həmin universitetə qəbul olduqdan sonra qiyabi təhsil almağa başlamışdır. Dərsləri Atatürk Universitetinin proqramı vasitəsilə keçirmiş və imtahanları vermişdir. Həmin vaxt şirkət tərəfindən müddətli həqiqi hərbi xidmətə aparılmağına möhlət verilməsi barədə arayış almışlar və həmin arayışı SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon idarəsinə təqdim etmişlər. 2022-ci ilin dekabr ayının ortalarında SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon idarəsinin əməkdaşı atası Cavanşirə zəng edərək təhsil almağı ilə bağlı olaraq həmin idarəyə təqdim etdiyi sənədlərin saxta olduğunu bildirmişdir. Daha sonra xəstə olmağı ilə əlaqədar olaraq Bakı şəhərinə gələ bilməmiş, lakin atası Cavanşir Bakı şəhərinə gələrək ikinci kursda təhsil aldığını bildirsə də həmin sənədlərin saxta olması ilə prokurorluğa müraciət ediləcəyi bildirilmişdir. Hazırda həmin universitetdə ikinci kursda təhsil alır. Ona ünvanlanmış hansı ixtisas üzrə hansı təhsil müəssisəsində, neçənci kursda və hansı təhsil formasında təhsil almağı barədə suala cavab olaraq göstərmişdir ki, Atatürk Universitetində Dövlət idarəetməsi ixtisası üzrə qiyabi təhsil formasında 2-ci kursda təhsil alır. Ona ünvanlanmış SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon idarəsindən onun hərbi xidmətdən yayınmağı ilə bağı olaraq prokurorluğa təqdim edilmiş ali təhsil almağına dair arayışlarla bağlı suala cavab olaraq göstərmişdir ki, həmin arayışlar onunla bağlıdır. Həmin arayışları “X51” MMC adlı şirkətdən alaraq SHXÇDX-nin Bakı şəhəri Nəsimi, rayon idarəsinə təqdim etmişlər. Ona ünvanlanmış SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon idarəsindən hərbi xidmətdən yayınmağı ilə bağlı olaraq prokurorluğa təqdim edilmiş ali təhsil almağına dair arayışlarda onun “X31 X53 Üniversitesi X4 Bölümü gündüzlü (ayani)” oxumağına dair qeydlərin olduğunun görünməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, şirkət tərəfindən təqdim edilmiş arayışları hərbi xidmətə getməyi ilə bağlı möhlət hüququnun verilməsi ilə bağlı olaraq SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon idarəsinə vermişlər. Ona ünvanlanmış ümumvətəndaş pasportunun olub-olmaması, həmçinin Azərbaycan Respublikası hüdudlarından kənara çıxıb-çıxmamağı ilə bağlı suala cavab olaraq göstərmişdir ki, ümumvətəndaş pasportu var. Lakin hər hansı xarici ölkəyə getməmişdir. Ona ünvanlanmış ifadəsindən Azərbaycan Respublikası ərazisində olduğunuz halda Türkiyə Respublikasında yerləşən ali təhsil müəssisəsində təhsil almasının görünməsi, lakin barəsində SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon idarəsinə təqdim edilmiş sənədlərdən onun əyani təhsil formasında Türkiyə Respublikasında təhsil almasının görünməsi ilə bağlı suala cavab olaraq göstərmişdir ki, hazırda Türkiyə Respublikasında yerləşən Atatürk Universitetində 2-ci kursda təhsil alır. Dərsləri isə onlayn qaydada (qiyabi) keçirilir. Ona ünvanlanmış qiyabi təhsil formasında ali təhsil aldığı halda 18 yaşı tamam olduqdan sonra müvafiq tibbi komissiyalardan keçdikdən sonra müddətli həqiqi hərbi xidmətə getməli olmağı barədə məlumatı olub-olmaması ilə bağlı suala cavab olaraq göstərmişdir ki, bu barədə məlumatı vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə başqa cinayət ayrılmış və icraata qəbul edilmişdir (cild 1, i.v. 1-3); cinayət işinin başlanılması haqqında 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, 02/3- 210C saylı material üzrə Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır (cild 1, i.v. 4-5); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayonu Baş İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Şahid5 Türkiyə Respublikasında yerləşən Sakarya Universitetində bakalavr proqramı üzrə təhsil alması barədə arayışın qanunvericiliyə uyğun olmasının müəyyənləşdirilməsi məqsədilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Təhsil Müşavirliyinə sorğu edilmiş və Müşavirliyin cavab məktubuna əsasən Şahid5 aid Sakarya Universitetindən alınmış “Öğrenci Belgesi” və “İlgili Makama” dair sənədlərin saxta olması müəyyən edilmişdir (cild 1. i.v. 14-15); Təqsirləndirilən şəxs tərəfindən Şahid5 təqdim olunmuş “İlgili Makama” və “Öğrenci Belgesi” adlı saxta sənədlərdən görünür ki, Şahid5 2022-2023-cü tədris ilində Türkiyə Respublikasının Sakarya Universitetinin Mühəndislik fakültəsinin Kompyuter Mühəndisliyi bölməsinin birinci kursunda əyani təhsil alır (cild 1. i.v. 16-19); telefona baxış keçirilməsi haqqında 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid5 təqdim etdiyi “İphone 12 Pro” markalı mobil telefona baxış keçirilərkən “instagram” sosial şəbəkəsində “thetimes_azerbaijan” adlı səhifənin əsas ekranda görünməsi öz əksini tapmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v. 35-37); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayonu Baş İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, X15 Türkiyə Respublikasında yerləşən Bolu X53 Universitetində bakalavr proqramı üzrə təhsil alması barədə arayışın qanunvericiliyə uyğun olmasının müəyyənləşdirilməsi məqsədilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Təhsil Müşavirliyinə sorğu edilmiş və Müşavirliyin cavab məktubuna əsasən Fərhad Heydərana aid Bolu X53 Universitetindən alınmış “Öğrenci Belgesi” və “İlgili Makama” dair sənədlərin saxta olması müəyyən edilmişdir (cild 1. i.v. 46, 49); Təqsirləndirilən şəxs tərəfindən Şahid1 təqdim olunmuş “İlgili Makama” və “Öğrenci Belgesi” adlı saxta sənədlərdən görünür ki, Şahid1 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Bolu X53 Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə 1 -ci kurs tələbəsi kimi əyani təhsil alır (cild 1. i.v. 47-48); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayonu Baş İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Şahid8 Türkiyə Respublikasında yerləşən Sakarya Universitetində bakalavr proqramı üzrə təhsil alması barədə arayışın qanunvericiliyə uyğun olmasının müəyyənləşdirilməsi məqsədilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Təhsil Müşavirliyinə sorğu edilmiş və Müşavirliyin cavab məktubuna əsasən Şahid8 aid Sakarya Universitetindən alınmış “Öğrenci Belgesi” və “İlgili Makama” dair sənədlərin saxta olması müəyyən edilmişdir (cild 1. i.v. 72-73); Təqsirləndirilən şəxs tərəfindən Şahid8 təqdim olunmuş “İlgili Makama” və “Öğrenci Belgesi” adlı saxta sənədlərdən görünür ki, Şahid8 2022-2023-cü tədris ilində Sakarya Universitetinin biznesin idarə edilməsi fakültəsinin biznesin idarə edilməsi bölməsinin 1 -ci kursunda əyani təhsil alır (cild 1. i.v. 70-71, 75); “CD” formatlı diskə baxış keçirilməsi haqqında 29 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, diskdə olan görüntüyə baxış zamanı Şahid8 “whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə qrup zənginə qoşulması, qrup zəngində mobil telefonun əlaqələr bölməsinə “Günay hoca”, “Nigar” və “Əsgər” adı yazılmış şəxslərin iştirak etmələri, “Günay hoca” adlı şəxsin müəllim qismində diskussiya halında onlayn dərs üzrə sorğu-sual etməsi, mövzu üzrə sual verib cavab alması, habelə qrup zəngində iştirak edən şəxslərə testləri əzbərləmələri barədə tapşırıq verməsi öz əksini tapmışdır (cild 1, i.v. 88-89); “enpara.com” ödəniş portalından əldə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şahid8 tərəfindən həmin tarixdə Türkiyə Respublikasında yerləşən Sakarya Universitetinin hesabına müəyyən məbləğdə ödəniş edilmişdir (cild 1, i.v. 91); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayonu Baş İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Şahid4 Türkiyə Respublikasında yerləşən Sakarya Universitetində bakalavr proqramı üzrə təhsil alması barədə arayışın qanunvericiliyə uyğun olmasının müəyyənləşdirilməsi məqsədilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Təhsil Müşavirliyinə sorğu edilmiş və Müşavirliyin cavab məktubuna əsasən Şahid4 aid Sakarya Universitetindən alınmış “Öğrenci Belgesi” və “İlgili Makama” dair sənədlərin saxta olması müəyyən edilmişdir (cild 1. i.v. 100); Təqsirləndirilən şəxs tərəfindən Şahin Sadiqliyə təqdim olunmuş “İlgili Makama” və “Öğrenci Belgesi” adlı saxta sənədlərdən görünür ki, Şahid4 2023-2024-cü tədris ilində Sakarya Universitetinin Sosial Elmlər İnstitunda magistr pilləsi üzrə əyani təhsil alır (cild 1. i.v. 98-99); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhəri Baş İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, X16 Türkiyə Respublikasında yerləşən Kütahya Dumlupınar Universitetində təhsil alması barədə arayışın qanunvericiliyə uyğun olmasının müəyyənləşdirilməsi məqsədilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Təhsil Müşavirliyinə sorğu edilmiş və Müşavirliyin cavab məktubuna əsasən Asim Qurbanzadəyə aid Kütahya Dumlupınar Universitetindən alınmış “Öğrenci Belgesi” və “İlgili Makama” dair sənədlərin saxta olması müəyyən edilmişdir (cild 1. i.v. 144); Təqsirləndirilən şəxs tərəfindən Asim Qurbanzadəyə təqdim olunmuş “İlgili Makama” və “Öğrenci Belgesi” adlı saxta sənədlərdən görünür ki, Asim Qurbanzadə 2022-2023-cü tədris ilində Türkiyə Respublikasının Kütahya şəhərində yerləşən X5 və İdarəetmə fakültəsinin iqtisadiyyat bölməsinin 2-ci kursunda əyani təhsil alır (cild 1. i.v. 142); cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında 09 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* və ********* saylı cinayət işləri bir icraatda birləşdirilmiş və ibtidai istintaq Azərbaycan Respublikası CM-nin 308.1, 313, 320.1, 320.2 və 313-cü maddələri ilə ********* nömrə altında davam etdirilmişdir (cild 1, i.v. 160-161); cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 10 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aidiyyəti üzrə Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nə göndərilmişdir (cild 1, i.v. 166-167); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 may 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (cild 1, i.v. 168); cinayət işlərinin bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında 30 may 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə olan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək , cinayət işi üzrə əməl CM-nin 320.1 və 320.2-ci maddələrinə tövsif edilmiş və ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir (cild 1, i.v. 169); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Şahid3 Türkiyə Respublikasında yerləşən Bolu X53 Universitetində bakalavr proqramı üzrə təhsil alması barədə arayışın qanunvericiliyə uyğun olmasının müəyyənləşdirilməsi məqsədilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Təhsil Müşavirliyinə sorğu edilmiş və Müşavirliyin cavab məktubuna əsasən Şahid3 aid Bolu X53 Universitetindən alınmış “Öğrenci Belgesi” və “İlgili Makama” dair sənədlərin saxta olması müəyyən edilmişdir (cild 1. i.v. 173-177); Təqsirləndirilən şəxs tərəfindən Şahid3 təqdim olunmuş “İlgili Makama” və “Öğrenci Belgesi” adlı saxta sənədlərdən görünür ki, Şahid3 2022-2023-cü tədris ilində Türkiyə Respublikasının Bolu X52 Universitetinin Elm və Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin 2- ci kursunda əyani təhsil alır (cild 1. i.v. 178-185); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Şahid2 Türkiyə Respublikasında yerləşən Sakarya Universitetində bakalavr proqramı üzrə təhsil alması barədə arayışın qanunvericiliyə uyğun olmasının müəyyənləşdirilməsi məqsədilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Təhsil Müşavirliyinə sorğu edilmiş və Müşavirliyin cavab məktubuna əsasən Şahid2 aid Sakarya Universitetindən alınmış “Öğrenci Belgesi” və “İlgili Makama” dair sənədlərin saxta olması müəyyən edilmişdir (cild 1. i.v. 196-198); Təqsirləndirilən şəxs tərəfindən Şahid2 təqdim olunmuş “İlgili Makama” və “Öğrenci Belgesi” adlı saxta sənədlərdən görünür ki, Şahid2 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Sakarya şəhərində yerləşən Sakarya Universitetinin Biznesin idarə edilməsi fakültəsinin biznesin idarə edilməsi bölməsinin 1-ci kursunda əyani təhsil alır (cild

1. i.v. 199-202); “X51” MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə X21 arasında bağlanmış Türkiyə təhsil proqramı üzrə xidmət müqaviləsindən görünür ki, bu müqavilə üzrə icraçı 711 manat müqabilində tələbəni Türkiyə Respublikasında yerləşən ali təhsil müəssisələrindən birinə düzəltməyi öhdəsinə götürmüşdür (cild 1, i.v. 257-260); tədqiqat üçün nümunələrin götürülməsi haqqında 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, X32 X3 möhürünün nümunələri 02 vərəqdə olmaqla 21 nümunə götürülmüşdür (cild 1, i.v. 264-266); tədqiqat üçün nümunələrin götürülməsi haqqında 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 1 saylı Asan Xidmət mərkəzində Aytəkin Qasımovanın imzasının və vəzifəsi ilə əlaqədar istifadəsində olan möhürün nümunələri götürülmüşdür (cild 1, i.v. 268-271); tədqiqat üçün nümunələrin götürülməsi haqqında 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 1 saylı Asan Xidmət mərkəzində xüsusi notarius X11 imzasının və vəzifəsi ilə əlaqədar istifadəsində olan möhürün nümunələri götürülmüşdür (cild 1, i.v. 272- 276); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində 8İ-42526 və 8İ-42639 nömrə reyestrli notariat hərəkətləri rəsmiləşdirilməmişdir. Notariat ofisində xx.xx.2022-ci il tarixində və daha sonrakı tarixlərdə 8İ-92059 nömrə reyestrli notariat hərəkəti rəsmiləşdirilməmiş və 8İ reyestri üzrə e-Notariat Sistemində və kağız reyestr kitabları üzrə belə bir qeyd aparılmamışdır. Notariat ofisində “Şəms” tərcümə xidmətlərinin əməkdaşı olaraq X28 adlı imzası tanınan tərcüməçi fəaliyyət göstərmir (cild 1, i.v. 277-281); Bakı şəhəri Nəsimi rayon prokurorluğuna daxil olmuş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Şahid2 Türkiyə Respublikasında yerləşən Sakarya Universitetində təhsil almasına dair “Öğrenci Belgesi” tərəflərindən tərtib edilməmişdir (cild

2. i.v. 10-11); Bakı şəhəri Nəsimi rayon prokurorluğuna daxil olmuş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Şahid3 Türkiyə Respublikasında yerləşən Bolu X53 Universitetində təhsil almasına dair “Öğrenci Belgesi” tərəflərindən tərtib edilməmişdir (cild

2. i.v. 13-14); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cərimə məbləği tam şəkildə ödənildiyidən şöbənin qeydiyyatından çıxarılmışdır; barəsində CM-nin 320.1-ci maddəsi ilə istintaq olunan cinayət işinin icraatına xx.xx.2020-ci ildə CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 46.2 və 69.4-cü maddələri tətbiq olunmaqla 01 il dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutma hüququndan məhrum edilməklə 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir (cild 2, i.v. 20-22); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/302-5/270-5/273 saylı kompleks məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizasının rəyindən görünür ki, 1) ekspertizaya təqdim olunmuş, "X33 Müşavirligi" və "X6 Öğrenci işleri Daire Başkanligi" adından "Şahid2" adina tərtib edilmiş xx.xx.2022-ci il tarixli E-19140293-***-*******8 saylı sənədin Azərbaycan dilinə tərcümə edilərək surətinin təsdiq edilməsi barədə sənəddə “Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imza; xx.xx.2022-ci il tarixli 2807164/533.24-08 saylı sənədin aşağı hissəsində “Emel Sancaklı” yazılarından yuxarıdakı imza, həmin sənədin Azərbaycan dilinə tərcümə edilərək surətinin təsdiq edilməsi barədə sənəddə “Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imza; "X33 Müşavirligi" adından "Şahid3" adina tərtib edilmiş xx.xx.2021-ci il tarixli 18065341-257-E.165835129 saylı sənədin Azərbaycan dilinə tərcümə edilərək surətinin təsdiq edilməsi barədə sənəddə “Notarius” qrafasındakı imza və “Qarayev Ayxan” yazılarının qarşısındakı imza; xx.xx.2022ci il tarixli E-18065341-***-*******48 saylı sənədin Azərbaycan dilinə tərcümə edilərək surətinin təsdiq edilməsi barədə sənəddə “Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imza - X22 tərəfindən yox, X24 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 2) Ekspertizaya təqdim olunmuş, "X33 Müşavirligi" va "X7 Öğrenci işleri Daire Başkanligi" adından "Şahid2" adina tərtib edilmiş xx.xx.2022-ci il tarixli E-19140293-***- *******8 saylı sənədin Azərbaycan dilinə tərcümə edilərək surətinin təsdiq edilməsi barədə sənəddə "Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs" qrafasındakı imzada; xx.xx.2022-ci il tarixli 2807164/533.24-08 saylı sənədin Azərbaycan dilinə tərcümə edilərək surətinin təsdiq edilməsi barədə sənəddə “Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imzada; "X33 Müşavirligi" adından "Şahid3" adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli 18065341-257-E.165835129 saylı sənədin Azərbaycan dilinə tərcümə edilərək surətinin təsdiq edilməsi barədə sənəddə “Notarius” qrafasındakı imzada; xx.xx.2022-ci il tarixli E-18065341-***-*******48 saylı sənədin Azərbaycan dilinə tərcümə edilərək surətinin təsdiq edilməsi barədə sənəddə “Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imzada - oxşadılmaqla icra olunma faktını müəyyən edən əlamətlər müəyyən olunmuşdur. 1) Tədqiqata təqdim edilmiş Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil müşavirliyinin Şahid2 adına xx.xx.2022-ci il tarixli E-19140293-***-*******8 nömrəli arayışda və azərbaycan dilinə tərcüməsində, Şahid3 adına xx.xx.2021-ci il tarixli 18065341- 257-E.165235129 nömrəli və xx.xx.2022-ci il tarixli E-18065341-***-*******48 nömrəli arayışlarda və azərbaycan dilinə tərcümələrində, Türkiyə Respublikası Sakarya Universitetinin Tələbə işləri üzrə şöbəsinin Şahid2 adına xx.xx.2022-ci il tarixli 2807164/533.24-08 nömrəli arayışda və azərbaycan dilinə tərcüməsində olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. 2) Tədqiqata təqdim edilmiş Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil müşavirliyinin Şahid2 adına xx.xx.2022-ci il tarixli E-19140293-***-*******8 nömrəli arayışında, Şahid3 adına xx.xx.2021-ci il tarixli 18065341-257- E.165235129 nömrəli və xx.xx.2022-ci il tarixli E-18065341-***-*******48 nömrəli arayışlarında olan möhür əksləri ekspertizaya təqdim edilmiş X32 X1 möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. 3) Tədqiqata təqdim edilmiş Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil müşavirliyinin Şahid2 adına xx.xx.2022-ci il tarixli E-19140293-***-*******8 nömrəli arayışın və Şahid3 adına xx.xx.2022-ci il tarixli E-18065341-***-*******48 nömrəli arayışın azərbaycan dilinə tərcümələrində, Türkiyə Respublikası Sakarya Universitetinin Tələbə işləri üzrə şöbəsinin Şahid2 adına xx.xx.2022-ci il tarixli 2807164/533.24-08 nömrəli arayışın azərbaycan dilinə tərcüməsində olan möhür əksləri ekspertizaya təqdim edilmiş notarius X12 möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. 4) Tədqiqata təqdim edilmiş Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil müşavirliyinin Şahid3 adına xx.xx.2021-ci il tarixli 18065341-257-E.165235129 nömrəli arayışların azərbaycan dilinə tərcüməsində olan möhür əksi ekspertizaya təqdim edilmiş notarius X11 möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma mütləq tarixini, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli qələmlə icra olunmuş əlyazılarının və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərardadda göstərilən “Ekspertizaya təqdim olunmuş "X33 Müşavirligi" və "X7 Öğrenci işleri Daire Başkanligi" tərəfindən "Şahid2" adına tərtib edilmiş müvafiq olaraq xx.xx.2022-ci il tarixli, E-191140293- ***-*******8 saylı və xx.xx.2022-ci il tarixli, 2807164/533.24-08 saylı sənədlərdə və "X33 Müşavirligi” tərəfindən "Şahid3" adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 18065341-257- E.165835129 saylı və xx.xx.2022-ci il tarixli E-18065341-***-*******48 saylı sənədlərin blanklarının nəşr olunma vaxtı müəyyən edilsin" sualı üzrə tədqiqat aparılmamışdır (cild 2, i.v. 28-35); cinayət işi üzrə icraatın dayandırılması haqqında 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Şahid3 və Şahid2 ilə bağlı İİ və Vİİ epizodlar üzrə icraat dayandırılmışdır (cild 2, i.v. 47-48); cinayət işi üzrə icraatın təzələnməsi haqqında 25 may 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Şahid3 və Şahid2 ilə bağlı İİ və Vİİ epizodlar üzrə icraat təzələnmişdir (cild 2, i.v. 50-51); cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Şahid3 və Şahid2 ilə bağlı İİ və Vİİ epizodlar üzrə icraat dayandırılmışdır (cild 2, i.v. 63-64); cinayət işi üzrə icraatın təzələnməsi haqqında 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Şahid3 və Şahid2 ilə bağlı İİ və Vİİ epizodlar üzrə icraat təzələnmişdir (cild 2, i.v. 65); cinayət işi üzrə icraatın dayandırılması haqqında 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Şahid3 və Şahid2 ilə bağlı İİ və Vİİ epizodlar üzrə icraat dayandırılmışdır (cild 2, i.v. 65a); cinayət işinin icraata qəbul edilməsi haqqında 12 avqust 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə olan ********* saylı cinayət işi üzrə icraat Şahid3 və Şahid2 ilə bağlı İİ və Vİİ epizodlar üzrə təzələnmiş və icraata qəbul edilərək istintaqı aparılmışdır (cild 2, i.v. 68-69); cinayət işi üzrə icraatın dayandırılması haqqında 13 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Şahid3 və Şahid2 ilə bağlı İİ və Vİİ epizodlar üzrə icraat dayandırılmışdır (cild 2, i.v. 71-72); cinayət işi üzrə icraatın təzələnməsi haqqında 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (cild 2, i.v. 74); axtarışda olan şəxsin tutulması haqqında 21 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00 radələrində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində tutulmuşdur (cild 2, i.v. 77); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında haqqında 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 2, i.v. 90-91); qətimkan tədbirinin seçilməsi haqqında 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 2, i.v. 101-102); cinayət işi üzrə icraata xitam veilməsi haqqında 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə istintaq edilmiş ********* saylı cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir (cild 2, i.v. 105-107); cinayət işinin xitam edilməsi haqqında qərarın ləğv edilməsi və əlavə yoxlama aparılması barədə 30 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraata xitam veilməsi haqqında 05 sentyabr 2023-cü il tarixli qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilmişdir (cild 2, i.v. 111-113); qətimkan tədbirinin seçilməsi haqqında 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmış (cild 2, i.v. 122); “X51” MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə Şahid4 arasında bağlanmış Türkiyə təhsil proqramı üzrə xidmət müqaviləsindən görünür ki, bu müqavilə üzrə icraçı 2500 manat müqabilində tələbəni Türkiyə Respublikasında yerləşən ali təhsil müəssisələrindən birinə düzəltməyi öhdəsinə götürmüşdür (cild 2, i.v. 159-162); diskə baxış keçirilməsi haqqında 29 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, diskdə olan 02 ədəd videogörüntülərə baxış zamanı Şahid4 ilə Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunda dialoqun keçməsi öz əksini tapmışdır: -Şahid4: Mənim ondan xəbərim yox idi axı, o söhbətlərdən, siz mənə fərqli dediniz. - Təqsirləndirilən şəxs: Xəbərin yox idi? -Şahid4: Səni qınamıram ey, sənə demirəm ki, şey elə, bir dənə orda öz günahındı məsələn mən duyğusal yanaşdım. -Təqsirləndirilən şəxs: Məhkəməyə tutarlı bir şey olmadan göndərə bilməz. Xəyali bir şəxs var ortada sən görsən mən məsələn desə ki, a qardaş oyun gəlmə. Deyirəm xahiş edirəm ya ver mən yazım, ya da siz yazın. - Şahid4: sizin adınızı veriblər orda başqa uşaqlar zadlar. - Təqsirləndirilən şəxs: Uşaqlar söhbəti deyil, bilir ey bunlar uşaq deyil, prosta tutarlı bir şey yoxdu, mən də gedib orda izahat vermişəm ki, bir türk var, türkdən alınıb. - Şahid4: həə gedib orda izahat vermisiniz ki, türkdən almısınız. -Təqsirləndirilən şəxs: türk gətirib kuryer vasitəsilə verib hazır Türkiyənin peçatı, Müşavirliyin peçatı, notariusun peçatı vəziyyətdə, hazır şəkildə apar qoy vaenkomatın qabağına. (cild 2, i.v. 88-89); sənədin götürülməsi haqqında 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid8 aid 05 vərəqədən ibarət, Şahid1 aid 04 vərəqədən ibarət, Şahid4 aid 05 vərəqədən ibarət, Şahid5 aid 03 vərəqədən ibarət möhlət hüququ almaq üçün Türkiyə Respublikasında təhsil almalarına dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə təqdim edilmiş sənədlər götürülərək protokola əlavə edilmişdir (cild 2, i.v. 170-187); sənədin götürülməsi haqqında 31 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Asim Qurbanzadəyə aid 03 vərəqədən ibarət, Qismət Zülfüqarova aid 04 vərəqədən ibarət, İbrahim Əliyevə aid 03 vərəqədən ibarət möhlət hüququ almaq üçün Türkiyə Respublikasında təhsil almalarına dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Baş İdarəsinə təqdim edilmiş sənədlər götürülərək protokola əlavə edilmişdir (cild 2, i.v. 189-199); tədqiqat üçün nümunələrin götürülməsi haqqında 02 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Şahid9 ümumilikdə 2 vərəqədən ibarət imza nümunəsi götürülərək protokola əlavə edilmişdir (cild 2, i.v. 214-218); tədqiqat üçün nümunələrin götürülməsi haqqında 06 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ümumilikdə 4 vərəqədən ibarət imza və yazı nümunəsi götürülərək protokola əlavə edilmişdir (cild 2, i.v. 233-239); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 21-1/3721-18 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, AR CM-nin 69.4-cü maddəsinə əsasən qəti oaraq 4000 manat cərimə cəzası saxlanılmış Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 39/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü və onun icrası barədə xx.xx.2021-ci il tarixli göstərişi cərimə cəzası hissəsində xx.xx.2021-ci il tarixdə icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixədək məhkum tərəfindən həmin cərimə məbləğindən 2000 manat ödənilmiş, ödənilməmiş cərimə məbləği 2000 manat təşkil etmişdir. Məhkum Təqsirləndirilən şəxs “08 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.11-ci bəndinin təsiri altına düşdüyü üçün Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cərimə cəzasından azad edilmiş və cərimə cəzası üzrə idarənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında və hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 manat məbləğində cərimə cəzası saxlanılmış Təqsirləndirilən şəxs barəsində Xətai Rayon Məhkəməsinin 1(011)-39/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmün və hökmün icrası barədə xx.xx.2021-ci il tarixli göstərişin surəti əlavə cəza hissəsində icra olunması üçün xx.xx.2021-ci il tarixdə icraata qəbul edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş dövlət, yerli özünüidarə orqanlarında və hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəzasının müddəti başa çatdığı üçün xx.xx.2022-ci il tarixdə əlavə cəza üzrə idarənin qeydiyyatından çıxarılmışdır (cild 2, i.v. 280); Bakı şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X24 tərəfindən təsdiq edilmiş 26 sentyabr 2022-ci il tarixli etibarnamədən görünür ki, X27 onun adından Türkiyə Respublikasının bütün dövlət orqanlarında, idarələrində, təşkilatlarında, konsulluq idarələrində, Təhsil Nazirliyində, Səfirliklərində, həmçinin Kütahya Dumlupınar Universitetində təmsil etmək, ona məxsus rəsmi sənədləri universitetə təqdim etmək, ona məxsus attestatı, attestat əlavəsini və digər sənədləri Kütahya Dumlupınar Universitetindən almaq, onu qeydiyyatdan sildirmək, adından sənədləşdirmə işlərini aparmaq, istənilən orqan, təşkilat və idarədən ona aid olan istənilən arayışı, qeydiyyat vəsiqəsini, şəhadətnamələri və sənədləri almaq, toplamaq, istənilən orqana və idarəyə təhvil vermək, təhsil ilə əlaqədar adından müqavilələr bağlamaq, təhsil haqqını ödəmək, həmçinin adından ərizələr yazmaq, imza etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etmək öhdəliyini Təqsirləndirilən şəxs etibar etmişdir (cild 3, i.v. 31); proqrama baxış keçirilməsi haqqında 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Baş X2 sistemində ölkə sərhədindən giriş-çıxış məlumatlarına baxış zamanı müəyyən olmuşdur ki, sərhədkeçmə məlumatları bölümündə “fin” filtrində Şahid1 ölkə sərhədini Biləsuvar və Astara keçid məntəqələrindən keçərək İran İslam Respublikası ərazisinə müxtəlif vaxtlarda səfər etmişdir. Şahid1 Türkiyə Respublikasına səfər etməsi sərhədkeçmə məlumatlarından görünmür. Daha sonra Şahid2 sərhədkeçmə məlumatları yoxlanıldıqda onun yalnız 2023-cü ilin may ayından sonra Türkiyə Respublikasına səfərlər etdiyi görünür. Şahid3 sərhədkeçmə məlumatlarından isə görünür ki, o, yalnız Biləsuvar və Astara keçid məntəqələrindən keçərək İran İslam Respublikası ərazisinə müxtəlif vaxtlarda səfər etmişdir. Şahid3 Türkiyə Respublikasına səfər etməsi sərhədkeçmə məlumatlarından görünmür. Şahid4 sərhədkeçmə məlumatlarından isə görünür ki, 2019-cu ilin may ayından başlayaraq Türkiyə Respublikasına müxtəlif vaxtlarda səfərlər etmişdir. Şahid5, Şahid8 və Əliyev İbrahim Həsənbala oğlunun ölkə sərhədindən giriş-çıxış məlumatları aşkar edilməmişdir (cild 3, i.v. 77-87); tətbiqə baxış keçirilməsi haqqında 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, “İnstaqram” sosial şəbəkəsinin axtarış bölməsində “Thetimes-azerbaijan” sözləri yazan zaman axtarışda “thetimes_azerbaijan” səhifəsinin çıxması, həmin səhifəyə daxil olduqda məlumatlar bölümündə “X49/Xaricdə təhsil, imtahansız-Attestat ilə qəbul imkanı, əyani və qiyabi, ***-***-**-**, “X48, 23-cü mərtəbə” sözləri yazılmıası, həmin səhifənin paylaşdığı şəkillərin aşağı hissəsində “Türkiyə Universitetlərinə sadəcə attestat ilə həm əyani, həm də qiyabi ixtisaslar üzrə qeydiyyatlarımız davam edir, diplomlar Azərbaycanda tam tanınır, Hərbi Xidmətdən möhlət hüququ verilir” şəklində paylaşımlar edilməsi müəyyən edilmişdir (cild 3, i.v. 88-92); "xxxx" MMC-dən götürülmüş mobil telefon zəngləri barədə məlumatlar olan CD diskə baxış haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən göndərilmiş mesaj məlumatlarından görünür ki, onun istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ***-***- **-** mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 16:52-də “Abisi, diploma görə nəsə göndərməliyik. Atayla danış, bir miqdar göndərək heç olmasa, iyun çağırışlarını əngələ salsalar, geri ödəniş etməli olacam o uşaqlara görə” şəklində mesaj göndərilmişdir. Bundan başqa həmin nömrəyə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hal aşkar edilməmişdir (cild 3, i.v. 97); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/226-5/179 saylı kompleks məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizasının rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş, Şahid2 adına olan “Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, Təhsil Müşavirliyi tələb olunan yerə” adlı vərəqin arxa üzündə “notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imza, Şahid2 adına olan “Öğrenci belgesi” sözləri olan vərəqdə “Emel Sancaklı” qrafasındakı imza, “Türkiyə Respublikası Sakarya Universiteti Rektorluğu tələbə işləri üzrə tədris şöbəsi, Tələbə arayışı” adlı vərəqin arxa hisssəsində “notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imza, Şahid3 adına olan “Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, Təhsil Müşavirliyi, tələb olunan yerə, xx.xx.2021” adlı vərəqin arxa üzündə “notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imza, “İvrid dilindən Azərbaycan dilinə tərcümə etdi Ayxan Qarayev” qrafasındakı imza və həmin hissədə “Reyesterdə 8i sözlərindən sonra “10-81728” rəqəmləri, “Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, Təhsil Müşavirliyi, tələb olunan yerə, xx.xx.2022” adlı vərəqin arxa üzündə “notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imza, Qismət Zülfüqarovun adına olan “Türkiyə Respublikası Çankırı Karatekin Universiteti tələbə işləri üzrə şöbə müdiri, tələbə arayışı” adlı vərəqin ön hissəsində “Sənədi Azərbaycan dilinə tərcümə etdi X25” sözünün qarşısındakı imza, həmin vərəqin arxa hissəsində “notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən yox, Şahid9 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.

2. Şahid8 adına olan “öğrenci belgesi xx.xx.2023, İlgili Makama” adlı vərəqdə “Emel Sancaklı” qrafasındakı imza, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, Təhsil Müşavirliyi tələb olunan yerə xx.xx.2023” adlı vərəqin arxa üzündə “notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imza, eyni zamanda “Azərbaycan dilindən türk dilinə tərcümə etdi X28” qrafasının qarşısındakı imza, Şahid4 adına olan “X6, Öğrenci belgesi xx.xx.2023, İlgili Makama” adlı vərəqdə “Bülent Türkmen” qrafasındakı imza, Türkiyə Respublikasının Azerbaycan Respublikasındakı Səfirliyi, Təhsil Müşavirliyi, tələb olunan yerə xx.xx.2023” adlı vərəqin arxa üzündə “notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imza, eyni zamanda həmin vərəqdə “Azərbaycan dilindən türk dilinə tərcümə etdi X28” qrafasının qarşısındakı imza, Şahid5 adına olan “Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, Təhsil Müşavirliyi, tələb olunan yerə, xx.xx.2022” adlı vərəqin arxa üzündə “notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imza, İbrahim Əliyevin adına olan “Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, Təhsil Müşavirliyi, tələb olunan yerə, xx.xx.2022” adlı vərəqin arxa üzündə “notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imza, Asim Qurbanzadənin adına olan “X8. X42 Başkanlığı, Öğrenci belgesi xx.xx.2022," adlı vərəqdə “Hilmi Karaca” qrafasındakı imza, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, Təhsil Müşavirliyi, tələb olunan yerə xx.xx.2022” adlı vərəqin arxa üzündə “notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imza - X22 tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, Şahid9 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. 3. Şahid1nin adına olan “Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, Təhsil Müşavirliyi, tələb olunan yerə, xx.xx.2021” adlı vərəqin arxa üzündə “notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imza, “Türk dilindən Azərbaycan dilinə tərcümə etdi Şərəf Musayev” qrafasının qarşısındakı imza və həmin hissədə “Reyesterdə 8i sözlərindən sonra “10-44817” rəqəmləri - X24 tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, Şahid9 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.

1. Tədqiqata təqdim edilmiş Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil müşavirliyinin İbrahim Əliyevin adına xx.xx.2022-ct il tarixli 18065341-270-E.165235142 nömrəli, Asim Qurbanzadənin adına xx.xx.2022-ci il tarixli E-18090341-***-*******48 nömrəli, Şahid8 adına xx.xx.2023-cü il tarixli E-1706603-***-*******1 nömrəli, Fərhan Heydərənin adına xx.xx.2021-ci il farixli 19092749-240-E.15142175 nömrəli, Şahid4 adına xx.xx.2023cü il tarixli E-19097528-***-******* nömrəli, Şahid5 adına xx.xx.2022-ci il tarixli E-1914930- ***-*******4 nömrəli arayışlarda olan möhür əksləri və İbrahim Əliyevin, Asim Qurbanzadənin, Şahid8, Fərhan Heydərənin, Şahid4, Şahid5 adına olan sənədlərin azərbaycan dilinə tərcümələrinin arxa tərəfində olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur.

2. Tədqiqata təqdim edilmiş Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil müşavirliyinin İbrahim Əliyevin adına xx.xx.2022-ci il tarixli 18065341-270-E.165235142 nömrəli, Asim Qurbanzadənin adına xx.xx.2022-ci il tarixli E-18090341-***-*******48 nömrəli, Şahid8 adına xx.xx.2023-cü il tarixli E-1706603-***-*******1 nömrəli, Fərhan Heydərənin adına xx.xx.2021-ci il tarixli 19092749-240-E.15142175 nömrəli, Şahid4 adına xx.xx.2023cü il tarixli E-19097528-***-******* nömrəli, Şahid5 adına xx.xx.2022-ci il tarixli E-1914930- ***-*******4 nömrəli arayışlarda olan möhür əksləri ekspertizaya təqdim edilmiş X32 X1 möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. .

3. Tədqiqata təqdim edilmiş İbrahim Əliyevin, Asim Qurbanzadənin, Şahid8, Şahid4, Şahid5 adına olan sənədlərin azərbaycan dilinə tərcümələrinin arxa tərəfində olan möhür əksləri ekspertizaya təqdim edilmiş notarius X12 möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir.

4. Tədqiqata təqdim edilmiş Fərhan Heydərənin adına olan sənədin azərbaycan dilinə tərcüməsinin arxa tərəfində olan möhür əksi ekspertizaya təqdim edilmiş notarius X13 möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir (cild 3, i.v. 99-105); sübutların qiymətləndirilməsi haqqında 30 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 308.1, 313, 320.1, 320.2 və 321.1ci maddələrindən CM-nin 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs CM-nin 320.1-ci maddəsi ilə ela edilmiş ittiham dəyişdirilərək ona CM-nin 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, habelə üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən İbrahim Əliyevin 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Bolu şəhərində yerləşən Bolu X52 Universitetinin Elm və Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin 1-ci kursunda əyani təhsil alması barədə Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri İsmail Uçar tərəfindən imzalanması görüntüsü yaratmaqla və üzərində Universitetin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli saxta arayış və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri Nihat Büyükbaş tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədi, həmin sənədin guya 1 saylı “Asan Xidmət” mərkəzində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan sənəd, Şahid5 2022- 2023-cü tədris ilində Sakarya şəhərində yerləşən Sakarya Universitetinin mühəndislik fakültəsinin Kompyuter mühəndisliyi bölməsinin 1-ci kursunda əyani təhsil alması barədə qeyd edilən Universitetin “tələbə işləri üzrə tədris şöbə rəhbəri Emel Sancaklı” tərəfindən imzalanması görüntüsü yaratmaqla və üzərində Universitetin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradaraq saxtalaşdırılmaqla hazırlanmış xx.xx.2022-ci il tarixli saxta arayış və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.F.Büyükbaş tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədi, həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan sənəd, Asim Qurbanzadənin 2022-2023-cü tədris ilində Türkiyə Respublikasının Kütahya şəhərində yerləşən X5 və İdarəetmə fakültəsinin İqtisadiyyat bölməsinin 2-ci kursunda əyani təhsil alması barədə Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri Hilmi Karaca tərəfindən imzalanması və üzərində Universitetin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradaraq saxtalaşdırmaqla hazırlanmış xx.xx.2022-ci il tarixli saxta arayış və eyniməzmunlu arayışın guya Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri Nihat Büyükbaş tərəfindən imzalanması və Türkiyə Səfirliyinin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədi, həmin sənədin guya 1 saylı “Asan Xidmət” mərkəzində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənəd, Şahid3 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Bolu şəhərində yerləşən Bolu X52 Universitetinin Elm və Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin 2-ci kursunda əyani təhsil alması barədə Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri İsmail Uçar tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradaraq saxtalaşdırmaqla hazırlanmış xx.xx.2021-ci il tarixli saxta arayış və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.Büyükbaş tərəfindən imzalanması və Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədi, həmin sənədin Bakı şəhəri, 1 saylı notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu F.M.Sabitov tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənəd, Şahid3 2022-2023-cü tədris ilində Türkiyə Respublikasının Bolu şəhərində yerləşən Bolu X52 Universitetinin Elm və Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin 2-ci kursunda əyani təhsil alması barədə Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri İsmail Uçar tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradaraq saxtalaşdırmaqla hazırlanmış xx.xx.2022-ci il tarixli saxta arayış və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.Büyükbaş tərəfindən imzalanması və Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədi, həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənəd, Şahid2 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Sakarya şəhərində yerləşən Sakarya Universitetinin Biznesin idarə edilməsi fakültəsinin biznesin idarə edilməsi bölməsinin 1-ci kursunda əyani təhsil alması Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri Emel Sancaklı tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradaraq saxtalaşdırılmaqla hazırlanmış xx.xx.2022-ci il tarixli saxta arayış və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.F.Yazıçı tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədi, həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənəd, Şahid8 2022-2023-cü tədris ilində Sakarya Universitetinin biznesin idarə edilməsi fakültəsinin biznesin idarə edilməsi bölməsinin 1-ci kursunda əyani təhsil alması barədə Universitetin “tələbə işləri üzrə tədris şöbə rəhbəri Emel Sancaklı tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradılaraq saxtalaşdırmaqla hazırlanmış xx.xx.2023-ci il tarixli saxta arayış və eyniməzmunlu arayışın guya Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.F.Yazıçı tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədi, həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənəd, Şahid4 2023-2024-cü tədris ilində Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda magistr pilləsi üzrə əyani təhsil alması Universitetin “tələbə işləri üzrə tədris şöbə rəhbəri Bülent Türkmen tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaratmaqla saxtalaşdırılaraq hazırlanmış xx.xx.2023-cü il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri Yurdagül Aydoğan tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədi, həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənəd, Şahid1 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Bolu X52 Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə 1-ci kurs tələbəsi kimi əyani təhsil alması barədə Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri İsmail Uçar tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaratmaqla saxtalaşdırılaraq hazırlanmış xx.xx.2021-ci il tarixli saxta arayış və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri Nihat Büyükbaş tərəfindən imzalanması və Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədi, həmin sənədin guya Bakı şəhəri 1 saylı notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu F.M.Sabitov tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənəd, Təqsirləndirilən şəxslə Şahid4 arasında olan dialoqu əks etdirən “CD” disk, "xxxx" MMC-dən daxil olmuş CD disk, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsindən və Sumqayıt şəhər Baş İdarəsindən, Nəsimi rayon idarəsindən daxil olmuş məktublar maddi sübut kimi tanınmış, şahid ifadələri, baxış protokolları, ekspertiza rəyləri və digər sənədlər sübut növü kimi qiymətləndirilmişlər (cild 3, i.v. 122-164); cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 30 mart 2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1, 311.3.2, 313, 320.1, 320.2, 321.1, 341.2.1 və 341.2.3cü maddələri ilə başqa cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (cild 3, i.v. 169-172); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 30 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 3, i.v. 182-193); Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 3, i.v. 208). Məhkəmə, Təqsirləndirilən şəxs saxta sənədləri hazırlamaması və arayışların saxta olmasından məlumatının olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid9 və Şahid10 məhkəmə iclasında verdikləri ifadələri ilə də Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham qeyd olunan əməli törətməsi sübuta yetirilmişdir. Həmçinin, Şahid4 təqdim etdiyi onunla Şahin Hacıyev arasında olan dialoqun öz əksini tapdığı videogörüntülərə baxış zamanı da müəyyən edilmiş “Məhkəməyə tutarlı bir şey olmadan göndərə bilməz. Xəyali bir şəxs var ortada, Uşaqlar söhbəti deyil, bilir ey bunlar uşaq deyil, prosta tutarlı bir şey yoxdu, mən də gedib orda izahat vermişəm ki, bir türk var, türkdən alınıb. Türk gətirib kuryer vasitəsilə verib hazır Türkiyənin peçatı, Müşavirliyin peçatı, notariusun peçatı vəziyyətdə, hazır şəkildə apar qoy vaenkomatın qabağına” cümlələri də sözügedən əməlin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bir daha təsdiqləmişdir. Odur ki, yuxarıda qeyd olunan xüsusatlardan və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla ona müraciət edən şəxslərin hərbi xidmət keçməkdən boyun qaçırmalarını təşkil etməsi cinayətinin tərkib əlamətlərinin mövcud olması tam olaraq sübuta yetirilmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmələrini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələr iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət etdiyini hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma — iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu Məcəllənin 321-ci maddəsində “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1.bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə. Məhkəmə, Təqsirləndirilən şəxs verilmiş ittihamda İ epizod üzrə, həmçinin Təqsirləndirilən şəxs təkrarən istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə 2021-ci ilin avqust ayında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 8 ünvanında yerləşən “Park Azure” biznes mərkəzində birbaşa özünə müraciət etmiş barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid3 qeyd olunan cinayəti təşkil etməsi üçün 711 (yeddi yüz on bir) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid3 2021-ci ilin yay aylarında 711 manat pul vəsaitini vahid niyyətlə nağd qaydada qeyd edilən ünvanda yerləşən “Park Azure” biznes mərkəzində almaqla, ümumilikdə 711 manat pul vəsaitini qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyi vədə əməl edərək əvvəlcədən planlaşdırdıqları qaydada, yəni Şahid3 hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslər vasitəsilə 2021cü ilin noyabr ayında istintaqla müəyyən edilməyən yerdə təkrarən hüquq verən rəsmi sənəd hesab edilən, türk dilində tərtib edilmiş, Şahid3 2022-2023-cü tədris ilində Türkiyə Respublikasının Bolu şəhərində yerləşən Bolu X52 Universitetinin Elm və Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin 2-ci kursunda əyani təhsil alması barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə, o cümlədən qeyd edilən Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri İsmail Uçar tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradaraq saxtalaşdırmaqla hazırlanmış xx.xx.2021-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.Büyükbaş tərəfindən imzalanması və Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana)sənədini saxtalaşdıraraq həmin sənədin Bakı şəhəri, 1 saylı notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu F.M.Sabitov tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaratmaqla qanunsuz olaraq təkrarən növbəti hərbi çağırışdan möhlət alınmasına nail olunmasında istifadə edilməsi məqsədilə hazırlanmasına nail olaraq, 2022-ci ilin iyul ayında Şahid3 təqdim etməklə, sonuncu öz növbəsində 2022-ci ilin iyul ayında bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə Şahid3 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Bolu X52 Universitetinin Elm və Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin 1-ci kursunda əyani təhsil almasına dair saxta arayışı Bakı şəhəri, Bakıxanov küçəsi 21-də yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinə təqdim edərək, həmin saxta sənədlər əsasında növbəti hərbi çağırışdan xx.xx.2025-ci il tarixədək möhlət alınmasına nail olaraq qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid3 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etməsinə dair hissədə İİ epizod üzrə, bundan başqa İİİ epizod üzrə, İV epizod üzrə, bundan başqa, Təqsirləndirilən şəxs verilmiş ittihamda təkrarən istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə 2022-ci ilin yay aylarında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 8 ünvanında yerləşən “Park Azure” biznes mərkəzində birbaşa özünə müraciət etmiş barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid8 qeyd olunan cinayəti təşkil etməsi üçün 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid8 tərəfindən 2022-ci ilin yay aylarında 1200 (bir min iki yüz) manat pul vəsaitini özünün istifadəsində olan "xxxx" bank kartına körüçülməklə həmin pul vəsaitini həmin bank kartı vasitəsi ilə əldə edərək, ümumilikdə 1200 (bir min iki yüz) manat pul vəsaitini qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyi vədə əməl edərək əvvəlcədən planlaşdırdıqları qaydada, yəni Şahid8 hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslər vasitəsilə 2023-cü ilin fevral ayında istintaqla müəyyən edilməyən yerdə təkrarən hüquq verən rəsmi sənəd hesab edilən, türk dilində tərtib edilmiş, Şahid8 2022-2023-cü tədris ilində Sakarya Universitetinin biznesin idarə edilməsi fakültəsinin biznesin idarə edilməsi bölməsinin 1-ci kursunda əyani təhsil alması barədə biləbilə yalan məlumatlar daxil edilmiş, o cümlədən qeyd edilən Universitetin “tələbə işləri üzrə tədris şöbə rəhbəri Emel Sancaklı” tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradılaraq saxtalaşdırmaqla hazırlanmış xx.xx.2023ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın guya Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.F.Yazıçı tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədini saxtalaşdıraraq həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaratmaqla qanunsuz olaraq təkrarən növbəti hərbi çağırışdan möhlət alınmasına nail olunmasında istifadə edilməsi məqsədilə hazırlanmasına nail olunmasına dair hissədə V epizod üzrə, eləcədə Vİ epizod üzrə, bundan başqa Təqsirləndirilən şəxs verilmiş ittihamda təkrarən istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədi ilə 2022-ci ilin sentyabr ayında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 8 ünvanında yerləşən “Park Azure” biznes mərkəzində birbaşa özünə müraciət etmiş barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş Şahid2 hərbi xidmətdən yayınmasını təşkil edəcəyinə dair vəd verib qeyd olunan cinayəti təşkil etməsi üçün 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini istəyərək sonuncunun razılığını alıb, həmin niyyətlə Şahid2 2022-ci ilin sentyabr ayında 1200 manat pul vəsaitini nağd qaydada qeyd edilən ünvanda yerləşən “Park Azure” biznes mərkəzində almaqla, ümumilikdə 1200 manat pul vəsaitini qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslərlə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib, aldıqları pulun müqabilində verdiyi vədə əməl edərək əvvəlcədən planlaşdırdıqları qaydada, yəni Şahid2 hərbi xidmətdən yayınmasına köməklik etmək məqsədilə qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslər vasitəsilə 2022-ci ilin sentyabr ayında istintaqla müəyyən edilməyən yerdə təkrarən hüquq verən rəsmi sənəd hesab edilən, türk dilində tərtib edilmiş, Şahid2 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Sakarya şəhərində yerləşən Sakarya Universitetinin Biznesin idarə edilməsi fakültəsinin biznesin idarə edilməsi bölməsinin 1-ci kursunda əyani təhsil təhsil alması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş, o cümlədən qeyd edilən Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri Emel Sancaklı” tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradaraq saxtalaşdırılmaqla hazırlanmış xx.xx.2022-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.F.Yazıçı tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədini saxtalaşdıraraq həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaratmaqla qanunsuz olaraq təkrarən növbəti hərbi çağırışdan möhlət alınmasına nail olunmasında istifadə edilməsi məqsədilə hazırlanmasına nail olunmasına dair hissədə Vİİ epizod üzrə cinayət məsuliyyətinə cəlb edilmə müddətinin keçməsini, müdafiə tərəfinin həmin epizodlarda qeyd olunan əməlləri törətməsini etiraf etməməsini və xitam edilməsi ilə bağlı razılığının olmamasını nəzərə alaraq hesab edir ki, CPM-nin 44.2-ci maddəsinə əsasən həmin epizodlar üzrə cəza təyin edilməməli, bu hal təqsirləndirilən şəxsə ümumilikdə cəza təyini zamanı nəzərə alınmalıdır. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda onun qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid3 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etmiş, eyni niyyətlə, 2022-ci ilin dekabr ayında Şahid3 növbəti hərbi çağırışdan möhlət almasına nail olmaq üçün qabaqcadan əlbir olduğu istintaqla şəxsiyyəti araşdırılan şəxslər vasitəsilə 2022-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən yerdə təkrarən hüquq verən rəsmi sənəd hesab edilən, türk dilində tərtib edilmiş, Şahid3 2022-2023-cü tədris ilində Türkiyə Respublikasının Bolu şəhərində yerləşən Bolu X52 Universitetinin Elm və Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin 2-ci kursunda əyani təhsil alması barədə bilə-bilə yalan məlumatlar daxil edilməklə, o cümlədən qeyd edilən Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri İsmail Uçar tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradaraq saxtalaşdırmaqla hazırlanmış xx.xx.2022-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.Büyükbaş tərəfindən imzalanması və Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədini saxtalaşdıraraq həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaratmaqla qanunsuz olaraq təkrarən növbəti hərbi çağırışdan möhlət alınmasına nail olunmasında istifadə edilməsi məqsədilə hazırlanmasına nail olaraq, 2022-ci ilin dekabr ayında Şahid3 təqdim etməklə, sonuncu öz növbəsində 2022-ci ilin dekabr ayında bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq məqsədilə Şahid3 2022-2023-cü tədris ilində Türkiyə Respublikasının Bolu şəhərində yerləşən Bolu X52 Universitetinin Elm və Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin 2-ci kursunda əyani təhsil almasına dair saxta arayışı Bakı şəhəri, Bakıxanov küçəsi 21-də yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinə təqdim etməsinə baxmayaraq, qeyd edilən sənədin xidmətin əməkdaşları tərəfindən aidiyyəti qurumlara sorğular verilərək alınmış cavab əsasında saxta olduğu müəyyən olunması səbəbindən növbəti hərbi çağırışdan möhlət alınmasına nail ola bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid tamah niyyətilə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid tamah niyyətilə Şahid3 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təkrarən təşkil etməyə cəhd etməsinə dair hissədə İİ epizod üzrə, eləcə də Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında bilə-bilə saxta sənəddən istifadə etməklə hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmaq Şahid2 2021- 2022-ci tədris ilində Türkiyə Respublikasının Sakarya Universitetinin Biznesin idarə edilməsi fakültəsinin biznesin idarə edilməsi bölməsinin 1-ci kursunda əyani təhsil almasına dair saxta arayışı Bakı şəhəri, Bakıxanov küçəsi 21-də yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinə təqdim etməsinə baxmayaraq, qeyd edilən sənədin xidmətin əməkdaşları tərəfindən aidiyyəti qurumlara sorğu verilərək alınmış cavab əsasında saxta olduğu müəyyən olunması səbəbindən növbəti hərbi çağırışdan möhlət alınmasına nail ola bilməyərək bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədi, rəsmi möhürü və rəsmi blankı istifadə etmək məqsədi ilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, istintaqla şəxsiyyəti araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə Şahid2 qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti çağırışdan boyun qaçırmasını təşkil etməyə təkrarən cəhd etməsinə dair hissədə Vİİ epizod üzrə icraat xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olmaqla, ümumilikdə 4 ay 8 gün müddətinə dayandırılmışdır. Bu səbəbdən icraatın dayandırılması nəzərə alınmaqla Təqsirləndirilən şəxs verilmiş ittihamda yuxarıda qeyd edilən İİ epizoda dair hissədə cinayət məsuliyyətinə cəlb etmə müddəti 2025-ci ilin aprel ayında və Vİİ epizoda dair hissədə cinayət məsuliyyətinə cəlb etmə müddəti 2025-ci ilin may ayında bitir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM- 59-cu maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-39/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 4000 manat məbləğində cərimə cəzasından 2000 manatını ödəmiş, qalan hissəsindən isə “08 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.11-ci bəndinə əsasən azad edilmiş və Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cərimə cəzası üzrə idarənin qeydiyyatından çıxarılmışdır. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 39/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında və hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəzanın müddətinin xx.xx.2022-ci il tarixdə başa çatmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi halda cinayət əməlləri törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cinayətin təkrar törədilməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 15-ci bəndində qeyd edilmişdir ki, şəxs bir neçə başa çatmamış cinayət törətmişsə onlardan hər birinə görə cəza Cinayət Məcəlləsinin 63-cü maddəsinə uyğun təyin edilir, lakin cinayətlərin məcmusu üzrə qəti cəza Cinayət Məcəlləsinin 66.2 və 66.3-cü maddələri ilə müəyyən edilən qaydalara uyğun olmalıdır. Bu zaman CM-in 66.2-ci maddəsi ilə müəyyən edilən qaydalara uyğun olaraq (cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə) təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə CM-in Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq, CM-in 66.3-cü maddəsinin müəyyən etdiyi qaydalara uyğun təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasının müddəti isə iyirmi ildən çox ola bilməz. Başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CM-in 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, CM-nin 29, 32.3, 321.1-ci maddəsinə münasibətdə cəza təyin edilərkən cinayətə cəhdə görə cəzanın həddi nəzərə alınmalı (CM-63.3), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona cəza təyin edilməli, onun 21 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), yuxarıda qeyd edilən epizodlar və epizodların hissələri üzrə CPM-nin 44.2-ci maddəsinə əsasən cəza təyin edilməməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 13 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - İbrahim Əliyevin 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Bolu şəhərində yerləşən Bolu X52 Universitetinin Elm və Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin 1-ci kursunda əyani təhsil alması barədə Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri İsmail Uçar tərəfindən imzalanması görüntüsü yaratmaqla və üzərində Universitetin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri Nihat Büyükbaş tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədin, həmin sənədin guya 1 saylı “Asan Xidmət” mərkəzində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan sənədin, Şahid5 2022-2023-cü tədris ilində Sakarya şəhərində yerləşən Sakarya Universitetinin mühəndislik fakültəsinin Kompyuter mühəndisliyi bölməsinin 1-ci kursunda əyani təhsil alması barədə qeyd edilən Universitetin “tələbə işləri üzrə tədris şöbə rəhbəri Emel Sancaklı” tərəfindən imzalanması görüntüsü yaratmaqla və üzərində Universitetin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradaraq saxtalaşdırılmaqla hazırlanmış xx.xx.2022-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.F.Büyükbaş tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədin, həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan sənədin, Asim Qurbanzadənin 2022-2023-cü tədris ilində Türkiyə Respublikasının Kütahya şəhərində yerləşən X5 və İdarəetmə fakültəsinin İqtisadiyyat bölməsinin 2-ci kursunda əyani təhsil alması barədə Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri Hilmi Karaca tərəfindən imzalanması və üzərində Universitetin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradaraq saxtalaşdırmaqla hazırlanmış xx.xx.2022-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın guya Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri Nihat Büyükbaş tərəfindən imzalanması və Türkiyə Səfirliyinin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədin, həmin sənədin guya 1 saylı “Asan Xidmət” mərkəzində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənədin, Şahid3 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Bolu şəhərində yerləşən Bolu X52 Universitetinin Elm və Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin 2-ci kursunda əyani təhsil alması barədə Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri İsmail Uçar tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradaraq saxtalaşdırmaqla hazırlanmış xx.xx.2021-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.Büyükbaş tərəfindən imzalanması və Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədin, həmin sənədin Bakı şəhəri, 1 saylı notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu F.M.Sabitov tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənədin, Şahid3 2022-2023-cü tədris ilində Türkiyə Respublikasının Bolu şəhərində yerləşən Bolu X52 Universitetinin Elm və Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin 2-ci kursunda əyani təhsil alması barədə Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri İsmail Uçar tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradaraq saxtalaşdırmaqla hazırlanmış xx.xx.2022-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.Büyükbaş tərəfindən imzalanması və Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədin, həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənədin, Şahid2 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Sakarya şəhərində yerləşən Sakarya Universitetinin Biznesin idarə edilməsi fakültəsinin biznesin idarə edilməsi bölməsinin 1-ci kursunda əyani təhsil alması Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri Emel Sancaklı tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradaraq saxtalaşdırılmaqla hazırlanmış xx.xx.2022-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.F.Yazıçı tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədin, həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənədin, Şahid8 2022-2023-cü tədris ilində Sakarya Universitetinin biznesin idarə edilməsi fakültəsinin biznesin idarə edilməsi bölməsinin 1-ci kursunda əyani təhsil alması barədə Universitetin “tələbə işləri üzrə tədris şöbə rəhbəri Emel Sancaklı tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradılaraq saxtalaşdırmaqla hazırlanmış xx.xx.2023-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın guya Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.F.Yazıçı tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədin, həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənədin, Şahid4 2023-2024-cü tədris ilində Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda magistr pilləsi üzrə əyani təhsil alması Universitetin “tələbə işləri üzrə tədris şöbə rəhbəri Bülent Türkmen tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaratmaqla saxtalaşdırılaraq hazırlanmış xx.xx.2023-cü il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri Yurdagül Aydoğan tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədin, həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənədin, Şahid1 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Bolu X52 Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə 1-ci kurs tələbəsi kimi əyani təhsil alması barədə Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri İsmail Uçar tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaratmaqla saxtalaşdırılaraq hazırlanmış xx.xx.2021-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri Nihat Büyükbaş tərəfindən imzalanması və Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədin, həmin sənədin guya Bakı şəhəri 1 saylı notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu F.M.Sabitov tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənədin, Təqsirləndirilən şəxslə Şahid4 arasında olan dialoqu əks etdirən 01 ədəd “CD” diskin, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” diskin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsindən, Sumqayıt şəhər Baş İdarəsindən, Nəsimi rayon idarəsindən daxil olmuş məktubların cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 259 (iki yüz əlli doqquz) manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1, 29, 32.3, 321.1 və 32.3, 321.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 29, 32.3, 321.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 32.3, 321.1-ci maddəsi ilə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 13 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - İbrahim Əliyevin 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Bolu şəhərində yerləşən Bolu X52 Universitetinin Elm və Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin 1-ci kursunda əyani təhsil alması barədə Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri İsmail Uçar tərəfindən imzalanması görüntüsü yaratmaqla və üzərində Universitetin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri Nihat Büyükbaş tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədin, həmin sənədin guya 1 saylı “Asan Xidmət” mərkəzində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan sənədin, Şahid5 2022-2023-cü tədris ilində Sakarya şəhərində yerləşən Sakarya Universitetinin mühəndislik fakültəsinin Kompyuter mühəndisliyi bölməsinin 1-ci kursunda əyani təhsil alması barədə qeyd edilən Universitetin “tələbə işləri üzrə tədris şöbə rəhbəri Emel Sancaklı” tərəfindən imzalanması görüntüsü yaratmaqla və üzərində Universitetin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradaraq saxtalaşdırılmaqla hazırlanmış xx.xx.2022-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.F.Büyükbaş tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədin, həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan sənədin, Asim Qurbanzadənin 2022-2023-cü tədris ilində Türkiyə Respublikasının Kütahya şəhərində yerləşən X5 və İdarəetmə fakültəsinin İqtisadiyyat bölməsinin 2-ci kursunda əyani təhsil alması barədə Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri Hilmi Karaca tərəfindən imzalanması və üzərində Universitetin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradaraq saxtalaşdırmaqla hazırlanmış xx.xx.2022-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın guya Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri Nihat Büyükbaş tərəfindən imzalanması və Türkiyə Səfirliyinin əksi ilə eynilik təşkil etməyən dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədin, həmin sənədin guya 1 saylı “Asan Xidmət” mərkəzində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənədin, Şahid3 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Bolu şəhərində yerləşən Bolu X52 Universitetinin Elm və Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin 2-ci kursunda əyani təhsil alması barədə Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri İsmail Uçar tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradaraq saxtalaşdırmaqla hazırlanmış xx.xx.2021-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.Büyükbaş tərəfindən imzalanması və Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədin, həmin sənədin Bakı şəhəri, 1 saylı notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu F.M.Sabitov tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənədin, Şahid3 2022-2023-cü tədris ilində Türkiyə Respublikasının Bolu şəhərində yerləşən Bolu X52 Universitetinin Elm və Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin 2-ci kursunda əyani təhsil alması barədə Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri İsmail Uçar tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradaraq saxtalaşdırmaqla hazırlanmış xx.xx.2022-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.Büyükbaş tərəfindən imzalanması və Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədin, həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənədin, Şahid2 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Sakarya şəhərində yerləşən Sakarya Universitetinin Biznesin idarə edilməsi fakültəsinin biznesin idarə edilməsi bölməsinin 1-ci kursunda əyani təhsil alması Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri Emel Sancaklı tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradaraq saxtalaşdırılmaqla hazırlanmış xx.xx.2022-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.F.Yazıçı tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədin, həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənədin, Şahid8 2022-2023-cü tədris ilində Sakarya Universitetinin biznesin idarə edilməsi fakültəsinin biznesin idarə edilməsi bölməsinin 1-ci kursunda əyani təhsil alması barədə Universitetin “tələbə işləri üzrə tədris şöbə rəhbəri Emel Sancaklı tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaradılaraq saxtalaşdırmaqla hazırlanmış xx.xx.2023-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın guya Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri N.F.Yazıçı tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədin, həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənədin, Şahid4 2023-2024-cü tədris ilində Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda magistr pilləsi üzrə əyani təhsil alması Universitetin “tələbə işləri üzrə tədris şöbə rəhbəri Bülent Türkmen tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiq olunması görüntüsü yaratmaqla saxtalaşdırılaraq hazırlanmış xx.xx.2023-cü il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri Yurdagül Aydoğan tərəfindən imzalanmaqla Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədin, həmin sənədin guya Bakı şəhəri 1 saylı Asan Xidmət mərkəzində notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu X22 tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənədin, Şahid1 2021-2022-ci tədris ilində Türkiyə Respublikasının Bolu X52 Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə 1-ci kurs tələbəsi kimi əyani təhsil alması barədə Universitetin “tələbə işləri üzrə şöbə rəhbəri İsmail Uçar tərəfindən imzalanması və üzərində Universitetin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaratmaqla saxtalaşdırılaraq hazırlanmış xx.xx.2021-ci il tarixli saxta arayışın və eyniməzmunlu arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin təhsil müşaviri Nihat Büyükbaş tərəfindən imzalanması və Türkiyə Səfirliyinin möhürü ilə təsdiq olunması görüntüsü yaradan “İlgili Makama” (Aidiyyəti orqana) sənədin, həmin sənədin guya Bakı şəhəri 1 saylı notariat ofisində tərcümə olunaraq notariat ofisinin notariusu F.M.Sabitov tərəfindən imzası saxtalaşdırılmaqla notariat ofisinin dairəvi möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan saxta sənədin, Təqsirləndirilən şəxslə Şahid4 arasında olan dialoqu əks etdirən 01 ədəd “CD” diskin, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” diskin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsindən, Sumqayıt şəhər Baş İdarəsindən, Nəsimi rayon idarəsindən daxil olmuş məktubların cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 259 (iki yüz əlli doqquz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar