Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-240/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi “Sigma” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X2 onu və ailə üzvlərini təhqir etdiyinə və tikinti qaydalarını pozduğuna görə barəsində cinayət işinin başlanması və ünvan 1 ünvanında yaşayışın qadağan edilməsinə dair xüsusi ittiham qaydasında şikayət vermiş X1 ərizəsinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onu və ailə üzvlərini təhqir etdiyinə və tikinti qaydalarını pozduğuna görə X2 barəsində cinayət işinin başlanması və ünvan 1 ünvanında yaşayışın qadağan edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında X3 xüsusi ittiham qaydasında verdiyi ərizəsini müdafiə edərək şikayətini icraata götürülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Müdafiəçi ərizənin xüsusi ittihamla heç bir əlaqəsinin olmaması səbəbindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsininin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, X1 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsindən aydın olur ki, ona olunan təhqir kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında baş verməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində göstərilmiş “Təhqir”in tərkibinin yaranması üçün - təhqir kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldığı təqdirdə yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinin imperativ göstərişinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: - 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada təqib edilməli olduqda. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilir. Məhkəmə hesab edir X1 şikayət ərizəsi xüsusi ittiham qaydasında baxılması mümkün olmadığından icraatına qəbul edilməsindən imtina edilməli və ərizə baxılması üçün Xətai Rayon Polis İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1. 302.2.2 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X1 şikayət ərizəsi baxılması üçün Xətai Rayon Polis İdarəsinə göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-240/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-240/2022
04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver