Məhkəmə qərarları › İş №1(011)-240/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-240/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-240/2024 24.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 10 avqust 1991-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, İmişli rayonu, K.Qasımov küçəsi ev 14 ünvanında qeydiyyatda olan və ünvan 1anında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan 0,269 qram heroini əldə edib daşımaqla saxlamış,onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 21:30-da ünvan 2 ünvanının yaxınlığında saxlanılıb ünvan 3əşən Xətai RPİ-nin 34-cü Polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi-axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,269 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilən ittihamda özünü qismən təqsirli bilərək bildirmişdir ki, özü narkotik vasitə istifadəçisi olsa da, tutularkən üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün müvafiq sənədlərə qol çəkməyə məcbur olmuşdur. Ona cəza təyin edilərkən gənc olmasını və himayəsində 2 azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilkin olaraq törətmiş olduğu cinayət əməlini etiraf etsə də, sonradan ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heç zaman narkotik vasitənin satışı ilə məşğul olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 21:30-da ünvan 5 ünvanı yaxınlığında olan vaxtı iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitənin istifadəsində şübhələndikləri üçün saxlayıb birgə Xətai rayon 34-cü Polis Şöbəsinə getməyini izah etmişlər. O da polis əməkdaşları ilə birgə 34-cü polis şöbəsinə getmişdir. Şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri ona izah edilməklə təqdim olunmuş vəkillər siyahısı əsasında seçmiş olduğu vəkilin, polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılması ətraflı izah edilmişdir. Bununla bağlı üzərində olan qeyri- qanuni və digər əşyaları masanın üzərinə qoymağı təklif olunmuşdur. Bu təklifdən sonra əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan bükülüdə olan maddəni təqdim etmişdir. Ondan həmin 1 ədəd sellofana bükülmüş bükülünün içərisində nə olması soruşulduqda həmin bükümdəki kütlənin narkotik maddə olan "heroin" olmasını bildirmişdir. Həmin sellofan açıldıqda, içərisində qəhvəyi rəngli toz halda, spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdu ki, kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,37 qramdır. O, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul müqabilində almış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra onun üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün möhürlə möhürlənərək götürülmüşür. Bununla bağlı protokol tərtib edilmiş və o, həmin protokolla tanış olaraq iştirakçılarla birgə imza etmişdir. O, narkotik vasitə heroin istifadə etsə də, heç vaxt narkotik vasitəni heç kəsə satmamış və heç kəsə pay olaraq verməmişdir. Təqdim etdiyi narkotik vasitələrdən başqa, heç bir yerdə narkotik vasitə saxlamamışdır. Onu polis əməkdaşları saxlayan zaman və polis şöbəsinə dəvət edərkən tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, 15 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu yonu ərazisində narkotik qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan və Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. O və Emil birlikdə məlumat əsasında həmin gün saat 21:30 radələrində ünvan 5 ünvanının yaxınlığında getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə İlqarın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasınını, həmin şəxsin özünü şübhəli apardığını görüb, yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1991-ci ildə İmişli rayonunda anadan olmuş, İmişli rayonu K.Qasımov küçəsi ev 14 ünvanında qeydiyyatda olan və ünvan 6da yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. İlqara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib sonuncunu saxlayaraq Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. İlqar da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhər, Sabunçu rayonu Zabrat qəsəbəsində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 0,37 qram olması müəyyən edilmişdir. Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki zor və güc tədbiq edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bir daha təsdiqləmişdir. Şahid əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs döyülməsi yalandır, ona qarşı heç bir fiziki zor və güc tədbiq olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə ********* cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdə, saat 22:00-da tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 21:30-dan hesablanmışdır (i.v. 26-27); şəxsi axtarış və götürmə aparılması haqqında 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 Şiaslan oğlu, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə hesab olunan heroindir. Həmin bükümdə maddə elektron tərəzidə çəkisi çəkildi və həmin qızılı rəngli falqaya bükülmüş ağ rəngli kristal halında olan kütlənin çəkisi 0.37 qram olması məlum oldu. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, o bildirdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindən tanımadığı şəxsdən almış və bunun qarşılıqında 20 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 152 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir.(i.v 40-42) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-6/239 saylı rəyinə əsasən müəyyən edilmişdir ki,tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün N152"-li dairəvi möhür əksi "Təqsirləndirilən şəxs (imza)" yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,269 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v 51-54) (ekspertiza xərci 114 manat) təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin tarixdə, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 62-63); Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(011)-33/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmışdır (i.v 81-84) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 03 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Səbail Rayon Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş azadlğın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 07 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay 17 gün vaxtından əvvəl şərti olaraq azad edilərək, xx.xx.2023-cü il tarixdə cəza sonu ilə qeydiyyatdan çıxarılmışdır.(i.v 93-95) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 7(009)-59/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 7 (yeddi) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün hissəsi hazırki hökmlə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 17 dekabr 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməsi və onun hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınması höküm olunmuşdur.(i.v 96-99) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator X1 15 fevral 2024-cü il tarixli, 997 saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. ( i.v 110-111); Sübutların qiymətləndirilməsi haqqında 04 mart 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən,Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanması, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/239 saylı və məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 997 saylı rəyləri sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiyymətləndirilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlamasının rədd edilməsi və Azərbaycan Respublikası Baş Prokurorunun “İşin təşkili qaydalarının” 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materialar cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, iş üzrə narkotik vasitə heroinin və narkoktik vasitə heroinin çəkisinin xüsusi biliyə malik olan eskpert tərəfindən verilməsinin əsas götürərək Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin ümumi çəkisi 0,269 qr hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,269 qr olan narkotik vasitə heroin maddi sübut kii tanınması və qalıq qalmış 0,219 qr çəkidə narkotik vasitə heroin saxlanış üçün Xətai RPİnin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işindən material ayrılmaqla icraata qəbul edilməsi və qərarın surətinin əməliyyat-axtrış tədbirlərinin gücləndirilməsindən ötrü Xətai RPİ-nin 34-cü PŞ-ə göndərilməsi, qərarın surəti ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır.(i.v.116-121); Xətai Rayon Məhkəməsinin 4(011)-176/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəməm iclas zalından həbsdən azad olunması qərara alınmışdır. Həmin qərardan görünür ki, təqsirləndirilən şəxs məhkəmə iclas zalında bildirmişdir ki, Bakı şəhəri X11 İdarəsi 34-cü Polis Şöbəsində olarkən ona fiziki təzyiq göstərilmiş, o da buna etiraz əlaməti olaraq ayaqyolunda olarkən su kranının başlığını qopararaq udmuşdur. Udduğu dəmir cisim təxminən 5-6 sm ölçüdə olmuşdur. (i.v 135-137) “AZEMİS” elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı övladları vardır. Azərbaycan Respublikası Baş Prokurorluğundan məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə məlumat və müraciət daxil olmamış, həmçinin bu barədə material üzrə araşdırma aparılmamışdır. 07 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs özünü öldürməyə cəhd etməsi faktında cinayət hadisəsi olmadığından toplanmış 19-c-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilməsinə dair protokolda qeyd olunan xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclas zalında polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi özünü cinayət məsuliyyətdən kənar qoymaq niyyətinə dəlalət edir. Belə ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatinə baxarkən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində ayaqyolunda dəmir parçası udmasını bildirmiş və bu səbəbdən əməliyyat olması üçün barəsində seçilmiş qətimkan tədbirinin əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təsirləndirilən şəxsin döyülməsi Baş Prokurorluqdan təqdim edilmiş məktub və Bakı Şəhəri Xətai Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə də təkzib edilir. Məhkəmə tədqiq edilən sübutlara əsasən hesab edir ki, məhkəmə süründürməçiliyinin qarşısının alınması üçün tədqiq edilən sübutlar Təqsirləndirilən şəxs ona ittiham olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi üçün kifayət hesab edilməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər;. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq müddəti ödənilmiş hesab edilir. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik maddə olan heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal himayəsində iki azyaşlı uşağının olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 ay 17 gün hissəsindən şərti olaraq azad olunduğu 29 dekabr 2022-ci il tarixdən 02 il keçmədən yenidən az ağır cinayət törətmişdir. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 5.a bəndindən görünür ki, azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz: a) islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan AR CM-nin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzalar məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxslər; Göstərilən müddəalara əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin azadlqıdan məhrumetmə etmə cəzası ilə əvəz edilsə də, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumemtə cəzasına 1 dəfə məhkum edilmiş şəxs tərəfindən yenidən az ağır cinayət törətmiş şəxs şəxs hesab edilməli və məhkumluğu ödənilmədən yenidən cinayət törətmiş şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların və əməlində cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu müddət ona təyin edilmiş cəzadan çıxılmalı və qəti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – şəxsi axtarış və baxış keçirilməsi görüntürlərini özündə əks etdirən 01 (bir) ədəd disk maddi sübut kimi tanınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 06(altı) ay 9(doqquz) gün müddət ona təyin edilmiş 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və o, qəti olaraq 11(on bir) ay 21(iyirmi) gün müddətinə azadlıqdan məhrumemtə cəzasına məhkum edilsin Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 24 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taborunun vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan qalıq 0,219 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar