Məhkəmə qərarları › İş №1(011)-240/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-240/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-240/2025 12.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazidiyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,514 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 18 fevral 2025-ci il tarixdə saat 16:04-də Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Xətai rayonu, NZS qəsəbəsi, Marat Əmirxanov küçəsi 16 saylı ünvanın qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi-axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,514 qram olan boz rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dədənində ağrılar olduğu üçün uzun illərdir ki, “patı və şüşə” kimi bildiyi psixotrop maddəni və narkotik vasitələri özü üçün alıb istifadə etmişdir. Psixotrop maddəni və narkotik vasitəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alıb heç kimin görmədiyi ərazilərdə istifadə etmiş və qəbul etməsindən heç kimin məlumatı olmamışdır. 18 fevral 2025-ci il tarixdə saat 16 radələrində yaşadığı evdən çıxıb narkotik vasitə almaq məqsədi ilə NZS qəsəbəsinə gedərək üzdən tanıdığı, lakin adını və anket məlumatını bilmədiyi şəxsə 30 manat pul verərək istifadə etmək məqsədi ilə bir ədəd bükümdə narkotik vasitə hesab edilən heroin kimi bildiyi maddəni alıb yaşadığı evə getmək istəmişdir. Xətai rayonu, NZS qəsəbəsi, Marat Əmirxanov küçəsi 16 saylı ünvanın qarşısından keçib gedən zaman 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərinin polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirərək, üzərinə videogörüntü ilə baxış keçirəcəklərini bildirən zaman o, əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin kütlə barədə soruşduqda narkotik vasitə heroin olmasını və özü istifadə etmək məqsədi ilə alıb üzərində daşıyaraq saxladığını bildirmişdir. Sonra üzərində başqa hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə soruşduqda əynində olan gödəkçənin digər cibindən bir ədəd üzərində ***-***-**-** GSM nömrə olan “Samsung” markalı mobil telefonu, iki ədəd ətri və bir ədəd alışqanı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə baxış keçirmiş, lakin baxış zamanı heç bir qeyri-qanuni əşya, predmet aşkar olunmamışdır. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd büküm elektron tərəzidə çəkilmiş və 0,55 qram olması müəyyən olunmuşdur. Sonra həmin maddə zərfə qoyularaq qabalaşdırılmış və o da iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. Daha sonra isə o, polis əməkdaşları ilə birlikdə Xətai RPl-nin 37-ci Polis Şöbəsinə gəlmiş və orada təhqiqatçı dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələrini izah edərək bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokollara imza etmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmur, narkotik vasitəni əldə etdiyi şəxsi yalnız üzdən tanıyır, lakin nə adını, nə də ki, anket məlumatlarını bilmir. Həmin şəxsi zahiri əlamətlərinə görə narkotik aludəçisi və satışı ilə məşğul olmasına görə yaxınlaşıb pul verərək almış, lakin əlamətləri yadında qalmadığı üçün bu barədə dəqiq heç nə deyə bilməz, üzərindən aşkar olunmuş narkotik vasitədən başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. Saxlanılan vaxtı və polis şöbəsində ona qarşı heç bir zor və ya təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsini daşıyır. 18 fevral 2025-ci il tarixdə saat 16 radələrində Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3 və polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılıb Orxan adlı şəxsin narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin Orxan adlı şəxsin Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Maral Əmirxanov küçəsində olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə birlikdə qeyd edilən ünvana gələrək ünvan 2dı sonradan məlum olan Təqsirləndirilən şəxs piyada hərəkət edərkən onlar tərəfindən saxlanılmış və tərəfindən videoçəkiliş aparılarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olması barədə soruşduqda Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan narkotik vasitə heroindir. Bundan sonra onun üstünə baxış keçirilmiş, və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, lakin başqa hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin 0,55 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni Xətai rayonu, NZS qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən istifadə etmək məqsədi ilə 30 manata almışdır. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və zərf iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X1 xidməti otağına gətirilmişdir. Orada yenidən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə təlıqiqatçı Elnur Abdullayevə təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni Xətai rayonu, NZS qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 30 manata almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop 3 maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Lakin Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs yalnız narkotik vasitənin istifadəsi ilə məşğul olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə olan narkotik vasitə heroin onların özlərində olan elektron tərəzi ilə çəkilmiş, təhqiqatçı Elnur Abdullayev isə özündə olan elektron tərəzi ilə həmin narkotik vasitəni çəkmiş və narkotik vasitənin çəkisində fərq olmuşdur. Ola bilsin ki, elektron tərəzilər ayrı-ayrı olduğundan çəkidə fərq etmişdir. Həm təhqiqatçı, həm də tərəflərindən narkotik vasitə sellofan bükümdə çəkilmiş, lakin ekspertiza mərkəzində narkotik vasitə sellofan bükümlə deyil, təmiz çəkisi müəyyən edilmişdir. Narkotik vasitənin çəkidə olan fərqini bununla izah edə bilər. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsini daşıyır. 18 fevral 2025-ci il tarixdə saat 16 radələrində Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3 və polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılıb Orxan adlı şəxsin narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin Orxan adlı şəxsin Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Maral Əmirxanov küçəsində olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə birlikdə qeyd edilən ünvana gələrək ünvan 2dı sonradan məlum olan Təqsirləndirilən şəxs piyada hərəkət edərkən onlar tərəfindən saxlanılmış və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən videoçəkiliş aparılarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olması barədə soruşduqda Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan narkotik vasitə heroindir. Bundan sonra onun üstünə baxış keçirilmiş, və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, lakin başqa hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin 0,55 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni Xətai rayonu, NZS qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən istifadə etmək məqsədi ilə 30 manata almışdır. Daha sonra isə aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və zərf iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X1 xidməti otağına gətirilmişdir. Orada yenidən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə təlıqiqatçı Elnur Abdullayevə təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni Xətai rayonu, NZS qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 30 manata almışdır. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, lakin Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində sonuncunun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olması müəyyən edilməmiş, Təqsirləndirilən şəxs yalnız narkotik vasitənin istifadəsi ilə məşğul olması müəyyən edilmişdir. Şahid1 narkotik vasitənin çəkisində olan fərqi izah edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə olan narkotik vasitə heroin onların özlərində olan elektron tərəzi ilə çəkilmiş, təhqiqatçı E.Abdullayev isə özündə olan elektron tərəzi ilə həmin narkotik vasitəni çəkmiş və narkotik vasitənin çəkisində fərq olmuşdur. Elektron tərəzilər ayrı-ayrı olduğundan çəkidə fərq etmiş, həm təhqiqatçı, həm də onlar tərəfindən narkotik vasitə sellofan bükümdə çəkilmiş, lakin ekspertiza mərkəzində narkotik vasitə sellofan bükümlə deyil, təmiz çəkisi müəyyən edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı rütbəsini daşıyır. 18 fevral 2025-ci il tarixdə saat 16 radələrində Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1 və polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılıb Orxan adlı şəxsin narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin Orxan adlı şəxsin Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Maral Əmirxanov küçəsində olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə birlikdə qeyd edilən ünvana gələrək ünvan 2dı sonradan məlum olan Təqsirləndirilən şəxs piyada hərəkət edərkən onlar tərəfindən saxlanılmış və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən videoçəkiliş aparılarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olması barədə soruşduqda Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan narkotik vasitə heroindir. Bundan sonra onun üstünə baxış keçirilmiş, və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, lakin başqa hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin 0,55 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni Xətai rayonu, NZS qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən istifadə etmək məqsədi ilə 30 manata almışdır. Daha sonra isə aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və zərf iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X1 xidməti otağına gətirilmişdir. Orada yenidən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə təlıqiqatçı Elnur Abdullayevə təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni Xətai rayonu, NZS qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 30 manata almışdır. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, lakin Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində sonuncunun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olması müəyyən edilməmiş, Təqsirləndirilən şəxs yalnız narkotik vasitənin istifadəsi ilə məşğul olması müəyyən edilmişdir. Şahid1 narkotik vasitənin çəkisində olan fərqi izah edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə olan narkotik vasitə heroin onların özlərində olan elektron tərəzi ilə çəkilmiş, təhqiqatçı E.Abdullayev isə özündə olan elektron tərəzi ilə həmin narkotik vasitəni çəkmiş və narkotik vasitənin çəkisində fərq olmuşdur. Elektron tərəzilər ayrı-ayrı olduğundan çəkidə fərq etmiş, həm təhqiqatçı, həm də onlar tərəfindən narkotik vasitə sellofan bükümdə çəkilmiş, lakin ekspertiza mərkəzində narkotik vasitə sellofan bükümlə deyil, təmiz çəkisi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v.1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 18 fevral 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli şəffaf sellofana bükülmüş toz şəkilli, qəhvəyi rəngdə, narkotik maddəyə bənzər heroin aşkar olunmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs əynində olan sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Narkotik maddəyə bənzər bir ədəd kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmişdir. Çəkisinin 0,55 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və tərəflərindən imzalanmış və götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmiş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan bükümdə olan maddə sonuncudan götürülmüşdür. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitələrin heroin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış ünvan 3 ünvanının qarşısında keçirilmişdir (i.v. 13-15); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 18 fevral 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli «heroin»ə bənzər maddə və 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuş, «heroin»ə bənzər maddə Çin istehsallı elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0,57 qram olduğu müəyyən edilmiş, sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 1 ədəd CD-yə “HP” markalı kompüterdə baxış keçirilmişdir. CD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitə «heroin»-ə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs həmin maddənin ondan aşkar olunmasını bildirməsi əksini tapmışdır (i.v. 19-20); şübhəli şəxsin tutulması haqqında 18 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:04 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2025-ci il tarixli, 6/779 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №153” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.514 qram olan boz rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 38-41); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 58-59); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-88/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (i.v. 78-79); diskdə olan videoyazıya baxış keçirilməsi haqqında 21 fevral 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 18 fevral 2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 83-86); maddi sübut kimi tanınma haqqında 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.514 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.464 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanılma anbarına göndərilmişdir (i.v. 90-91); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Əliyev X2 Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə AR CM-nin 143.2 və 143.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 38 və 39-cu maddələri tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1998-ci ildə CM-nin 50-ci maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 01 il 01 ay 08 günü hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir; Qazax Qarnizonunun Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə AR CM-nin 242-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 01 il 13 ay 02 günü hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi yarıyadək azaldılmış, xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad edilmişdir; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmünə əsasən CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq ediməklə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 06 ay 13 günü hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i.v. 102-105); Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 140); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin xx.xx.2025-ci il tarixli, 1446 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 141-142); cinayət işi üzrə sübutların qiymətləndirilməsi, müxtəlif xüsusatlar üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, ilkin materiallar, baxış keçirilməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, şahidlərin və təqsirləndirilən şəxsin ifadələri, maddi sübutun tanınması qərarı iş üzrə sübut növü kimi qiymətləndirilmiş, 02 ədəd “CD-R” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 143-151). Məhkəmə istintaqı zamanı birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli şəffaf sellofana bükülmüş toz şəkilli, qəhvəyi rəngdə, narkotik maddəyə bənzər heroin aşkar olunur. Daha sonra isə Təqsirləndirilən şəxs əynində olan sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülür. Narkotik maddəyə bənzər bir ədəd kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilir və çəkisinin 0,55 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitələrin heroin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə istintaqı zamanı ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli «heroin»ə bənzər maddə və 01 ədəd “Samsung” markalı mobil telefon aşkar olunur, «heroin»ə bənzər maddə Çin istehsallı elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0,57 qram olduğu müəyyən edilir, sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənir, daha sonra 1 ədəd CD-yə “HP” markalı kompüterdə baxış keçirilir. CD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitə «heroin»-ə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs həmin maddənin ondan aşkar olunmasını bildirməsi əksini tapır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.514 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-nin-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan hökmlər üzrə olan məhkumluğu ödənildiyindən CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. –hökmlərin tarixləri adları Lakin Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 06 ay 13 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən, yəni 18 fevral 2025-ci il tarixdə hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzasının əvvəli 18 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0.514 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.464 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “CD- R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, ilkin təmiz çəkisi 0.514 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0.464 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar