Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-241/2021 10.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Beyləqan rayonu 1-ci Şahsevən kəndində qeydiyyatda olan və ünvan 5-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 26 oktyabr 2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs ünvan 1 ünvanında icarə əsasında işlətdiyi “Ucuzluq Parfumeriya” adlı mağazanın yaxınlığına gəlmiş, orada digər şəxs gələn olarsa xəbər vermək üçün yaxınlıqda dayanmış, o isə mağazaya yaxınlaşaraq əlində olan dəmir parçası ilə mağazanın plastik qapısının üzərində olan dəmir barmaqlığın asma kilidini qırıb, plastik qapının kilidini sındırdıqdan sonra o və digəri mağazaya qanunsuz daxil olaraq, mağazadan 1050 manat dəyərində “Kenzo”, “Jade”, “Givenchy”, “Versace”, “Kenzo Par”, “Chanel 5", “212 Men”, “Moschino Funny”, “Eqoist platinum”, “Platinuim Bulu”, “Marry Me”, “X6”, “Xplare”, “Valentine” markalı və 1 ədəd 20 manat dəyərində “Xeplore Woman” markalı ətirləri, 20 ədəd 60 manat dəyərində “X7” markalı, 12 ədəd 36 manat dəyərində “She” markalı, 10 ədəd 36 manat dəyərində “Nivea” markalı, 10 ədəd 36 manat dəyərində “Axe” markalı tər əleyhinə qarşı spreyləri, 10 ədəd 40 manat dəyərində “102” nömrəli pudraları, 6 ədəd 24 manat dəyərində “oriflame” markalı maqqaşı, 2 ədəd 15 manat dəyərinə bijuteriya qolbağı, 8 ədəd 20 manat dəyərinə bijuteriya qolbağı, 5 ədəd 50 manat dəyərində qaralmayan materialdan olan üzükləri, 72 ədəd 180 manat dəyərində bijuteriya qadın üzüklərini, 6 ədəd 30 manat dəyərində qaralmayan metaldan olan qadın qolbağı, 2 ədəd 24 manat dəyərində kişi qol saatını, 6 ədəd 90 manat dəyərində kişi qol saatını, 150 manat dəyərində müxtəlif markalı bijuteriya qadın sırğalarını, 25 ədəd 50 manat dəyərində pudra kislərini (şotkasını), 12 ədəd 36 manat dəyərində “Aksedant” markalı saç açıcı kremi, ədəd 17 manat dəyərində “Kolboran” markalı saç açıcı tozu, 24 ədəd 67 manat dəyərində “İpək” markalı saç şampunu, 6 ədəd 33 manat dəyərində “Keratin” markalı saç şampunu, 4 ədəd 100 manat dəyərində “Adidas” idman dəstini, 4 ədəd 80 manat dəyərində “Adidas” uşaq dəstini, 20 ədəd 60 manat dəyərində “Koteks” markalı paketləri, 95 manat dəyərində kameranın tavana bərkidilmiş qurğusunu və saxlanc yeri hesab edilən kassada olan 30 manat qəpikdən ibarət nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 2429 (iki min dörd yüz iyirmi doqquz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhərində müxtəlif ünvanlarda fəhlə kimi işləmişdir. Şahid1 təxminən 2020-ci ilin avqust ayından ortaq tanışlarının vasitəsi ilə tanımışdır. Həmin vaxtdan Səbuhi ilə arasında yoldaşlıq münasibəti yaranmış və onlar tez-tez “Xalqlar” dostluğu metro stansiyasının yaxınlığında görüşmüşlər. O, ilk vaxtlar müxtəlif yerlərdə fəhlə kimi işləsə də, sonradan “Covid 19” pandemiyası ilə əlaqədar olaraq Respublikada tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı işlər dayandırıldığı üçün özünə iş tapa bilməmiş və maddi cəhətdən sıxıntı çəkməyə başlamışdır. 25 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində Səbuhi ilə “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında görüşmüş və bir qədər söhbət etdikdən sonra sərnişin avtobusuna minərək Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsinə getmişlər. Həmin vaxt artıq karantin vaxtı olduğu üçün onlar geri qayıda bilməmişlər. Bundan sonra Səbuhi ilə birlikdə NZS qəsəbəsində olan ara küçələrlə gəzişməyə başlamış və 26.10.2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi A.Qurban küçəsindən keçən zaman “Ucuzluq Parfumeriya” adlı mağazanın olduğunu görmüşlər. Həmin vaxt onlar mağazaya daxil olaraq oradan oğurluq etmək qərarına gəlmişlər. Buna görə də, onlar bir qədər ətrafa göz gəzdirmiş və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra ilk öncə o, həmin mağazaya yaxınlaşmışdır. Səbuhi isə gələn olarsa məlumat vermək üçün kənarda dayanıb ətrafa göz gəzdirməyə başlamışdır. Mağazanın giriş qapısı plastmas materialdan olsa da, qarşı hissəsində dəmir barmaqlıq olmuşdur. O, yerdən tapdığı dəmir parçası ilə ilk öncə dəmir barmaqlığın üzərində olan asma kilidi qırıb dəmir barmaqlığı açmışdır. Bundan sonra o, əlində olan dəmir parçası ilə plastik qapını da açaraq içəri daxil olmuşdur. Səbuhi də onun arxasınca mağazaya daxil olmuşdur. Onlar üzərlərində olan alışqanın işığını yandırıb içəri baxan zaman orada müxtəlif markalı ətir, parfumeriya və bijuteriya əşyalarının olduğunu görmüşlər və mağazadan üç ədəd sellofan torba tapıb vitrində olan müxtəlif markalı ətir, parfumeriya və biyuteriya əşyalarının bir hissəsini həmin torbalara yığmışlar. Onlar mağazada müşahidə kamerasının quraşdırıldığını görüb kameranın onları oğurluq edən zaman qeydə aldığını düşünüb həmin kameranı vurub qırmışlar. Bundan sonra onlar mağazadan çıxaraq piyada gəzə-gəzə Bakı şəhəri Nizami rayonu “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığına getmişlər. Orada Səbuhi oğurladıqları əşyalardan 02 ədəd müxtəlif markalı ətri ona verib qalan ətirləri, parfumeriya və bijuteriya əşyalarını özü götürüb çıxıb getmiş və həmin vaxtdan sonra Səbuhini bir daha görməmişdir. Səbuhinin ona verdiyi 02 ədəd ətirləri tanımadığı şəxsə 10 manata satmış və əldə etdiyi pulu şəxsi işlərinə xərcləmişdir. Şahid1 qalan oğurladıqları bütün əşyaları özünə götürüb aparmış, həmin mağazdan digər əşya və qəpik pulları götürməmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, zərəri qismən ödəmişdir, bir daha belə hallara yol verməyəcək, qeyd edilənlərin nəzərə alınmasını və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Şahid2 onun doğma oğludur. O, ünvan 1 ünvanında yerləşən “Ucuzluq Parfumeriya” adlı mağazanı icarə əsasında işlətmişdir. Həmin mağazada gündəlik tələbat mallarının satışını həyata keçirmişdir. Hər gün səhər saat 08 radələrində işlədiyi “Ucuzluq Parfumeriya” adlı mağazanı açaraq işə başlamış və həmin günü axşam 21 radələrində bağlayaraq yaşadığı evə getmişdir. 25 oktyabr 2020-ci il tarixdə həmişəki kimi saat 08 radələrində mağazanı açaraq işə başlamış və həmin gün saat 21 radələrində bağlayaraq yaşadığı evə getmişdir. Evə gedən zaman mağazanın giriş hissəsində olan plastmas qapını kilidini açarla bağlamışdır. Bundan sonra qapının çöl tərəfində olan dəmir barmaqlığı da asma kilidlə bağlayıb yaşadığı evə getmişdir. Səhəri gün, yəni 26 oktyabr 2020-ci il tarixdə saat 08 radələrində işlətdiyi “Ucuzluq Parfumeriya” adlı mağazanı açmaq üçün getmişdir. Həmin vaxt o, mağazanın giriş qapısının çöl tərəfində olan dəmir barmaqlığın kilidinin qırılaraq plastik qapının açıq vəziyyətdə olduğunu görmüşdür. O, bundan şübhələnib tez mağazaya daxil olmuşdur. Həmin vaxt o, mağazada olan müxtəlif markalı ətirlərin vitrindən götürüldüyünü, mağazada tavana bərkidilmiş kamera aparatının bərkidildiyi yerdən qoparılaraq götürüldüyünü aşkar etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, naməlum şəxslər işlətdiyi mağazaya daxil olaraq oğurluq etmişlər. O, tez oğlu Bahəddinə zəng vuraraq bu barədə məlumat verib mağazada oğurluq olduğunu bildirmişdir. Buna görə də, Bahəddin ona mağazada heç nəyə toxunmamağı deyərək çölə çıxıb polisin gəlməsini gözləməsini bildirmişdir. Bahəddin işdə olsa da, DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir qədər sonra 37-ci PŞ-nin əməkdaşları ilə birlikdə oğlu Bahəddin işlədiyi mağazaya gəlmişdir. Polis əməkdaşları hadisə yerinə baxış keçirtmiş və Bahəddin ərizə ilə müraciət etmişdir. O, mağazadan dəqiq olaraq nələrin götürüldüyünə baxan zaman müəyyən etmişdir ki, baş vermiş hadisə zamanı kassa hissədə qabın içərisində olan 30 manat qəpikdən ibarət pul, vitrində olan 1050 manat dəyərində “Kenzo”, “Jade”, “Givenchy”, “Vrsace”, “Kenzo Par”, “Chanel 5”, “212 Men”, “Moschino Funny”, “Eqoist platinum”, “Platinuim Bulu”, “Marry Me”, “X6”, “Xplare”, “Valentine” markalı ətirlər, 60 manat dəyərində 20 ədəd “Rexona MotionSence” markalı, 36 manat dəyərində 12 ədəd “She” markalı, 36 manat dəyərində 10 ədəd “Nivea” markalı, 36 manat dəyərində 10 ədəd “Axe” markalı, 40 manat dəyərində 10 ədəd “102” nömrəli pudraları, 24 manat dəyərində 6 ədəd “orfilame” markalı pinset, 25 manat dəyərinə 10 ədəd bijuteriya qolbaq, 50 manat dəyərində 5 ədəd qaralmayan materialdan olan üzüklər, 180 manat dəyərində 72 ədəd bijuteriya qadın üzükləri, 30 manat dəyərində 6 ədəd qaralmayan metaldan olan qadın bilərziyi, 24 manat dəyərində 2 ədəd kişi qol saatı, 90 manat dəyərində 6 ədəd kişi qol saatı, 150 manat dəyərində müxtəlif markalı bijuteriya qadın sırğaları, 50 manat dəyərində 25 ədəd pudra kisləri (şotkası), 36 manat dəyərində 12 ədəd “Aksedant” markalı saç açıcı krem, 17 manat dəyərində 02 ədəd “Kolboran” markalı saç açıcı toz, 67 manat dəyərində 24 ədəd “İpək” markalı saç şampunu, 33 manat dəyərində 6 ədəd “Keratin” markalı saç şampunu, 100 manat dəyərində 4 ədəd “Adidass” idman dəsti. 80 manat dəyərində 4 ədəd “Adidass” uşaq dəsti, 60 manat dəyərində 20 ədəd “Koteks” markalı paketlər və 95 manat dəyərində kameranın yaddaş qurğusu oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2169 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyandan 300 manatını ödəmiş, qalan pulu isə 2 ay ərizdə ödəməsi barədə razılaşmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə vermişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində bildirmişdir ki, o, təxminən 2020-ci ilin avqust ayında Bakı şəhəri Nizami rayonu “Xalqlar” metro stansiyasının yaxınlığında Kənan adlı şəxslə tanış olmuşdur. Kənan da onun kimi heç bir yerdə işləməmiş və bütün günü orada olmuşdur. Həmin vaxtdan Kənanla arasında yoldaşlıq münasibəti yaranmışdır. Son zamanlar pulu olmadığı üçün “Xalqlar” metro stansiyasının yaxınlığında küçələrdə gecələmişdir. 25 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində Kənanla həmişəki kimi “Xalqlar” metro stansiyasının yaxınlığında görüşmüşdür. Söhbət zamanı Kənan ona Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsinə bir nəfər tanışı ilə görüşəcəyini və buna görə də birlikdə oraya getməyi təklif etmişdir. O da Kənanla razılaşmış və birlikdə 49 nömrəli sərnişin avtobusu ilə Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsinə getmişlər. Onlar oraya getsələr də, Kənan görüşmək istədiyi şəxslə görüşə bilməmişdir. Həmin vaxt artıq karantin vaxt olduğu üçün onlar geri qayıda bilməmiş və onlar gecəni NZS qəsəbəsində küçədə keçirmək qərarına gəlmişlər. Bundan sonra Kənanla birlikdə NZS qəsəbəsində olan ara küçələrlə gəzişməyə başlamış və 26.10.2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi A.Qurban küçəsindən keçən zaman orada “Ucuzluq Parfumeriya” adlı mağazanın olduğunu görmüşlər. Həmin vaxt onlar mağazaya daxil olaraq oradan oğurluq etmək qərarına gəlmişlər. Buna görə də, onlar bir qədər ətrafa göz gəzdirmiş və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra ilk öncə Kənan həmin mağazaya yaxınlaşmışdır. O, isə gələn olarsa Kənana məlumat vermək üçün kənarda dayanıb ətrafa göz gəzdirməyə başlamışdır. Mağazanın giriş qapısı plastmas materialdan olsa da qarşı hissəsində dəmir barmaqlıq olmuşdur. Bundan sonra Kənan əlində olan dəmir parçası ilə ilk öncə dəmir barmaqlığın üzərində olan asma kilidi qırıb dərmir barmaqlığı açdıqdan sonra, əlində olan dəmir parçası ilə plastik qapını da açaraq içəri daxil olmuşdur. O da Kənanın arxası ilə həmin mağazaya daxil olmuşdur. Onlar üzərlərində olan alışqanın işığını yandırıb içəri baxan zaman orada müxtəlif markalı ətir, parfumeriya və bijuteriya əşyalarının olduğunu görmüşlər. Həmin vaxt onlar mağazadan üç ədəd sellofan torba tapmışlar və vitrində olan müxtəlif markalı ətir, parfumeriya və bijuteriya əşyalarının bir hissəsini həmin torbalara yığmışlar. Onlar mağazada müşahidə kamerasının quraşdırıldığını görüb həmin kameranın onların oğurluq edən zaman qeydə aldığını düşünüb həmin kameranı vurub qırmışlar. Bundan sonra onlar mağazadan çıxmış və piyada gəzə-gəzə Bakı şəhəri Nizami rayonu “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığına getmişlər. Orada aralarında olan razılığa əsasən oğurladıqları müxtəlif markalı ətirləri o, götürmüşdür. Kənan isə müxtəlif markalı parfumeriya və bijuteriya əşyalarını götürmüşdür. Həmin vaxt Kənan götürdüyü parfumeriya əşyalarından 02 ədəd tor əleyhinə olan spreyi, bijuteriya olan 01 ədəd üzük və 02 ədəd qolbağı ona vermişdir. Orada Kənan oğurladıqları əşyalardan ətirləri ona vermiş, qalan əşyaları isə götürüb özü ilə aparmışdır. Bundan sonra o, həmin ətirləri “Xalqlar dostluğu" metro stansiyasının üzərində əlində gəzdirib tanımadığı şəxslərə sataraq pul əldə etmək istəsə də, sata bilməmişlər. 29.10.2020-ci il tarixdə saat 08 radələrində o, oğurladığı əşyaları sellofan torbaya yığıb satmaq üçün həyətə çıxmışdır. Həmin vaxt Bakı şəhəri Nizami rayonu “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında olan zaman polis əməkdaşları onu saxlayaraq 37-ci polis şöbəsinə dəvət etmişlər və o, orada yalan danışmağın heç bir mənası olmadığını görüb törətdiyi cinayət əməlini etiraf etmişdir. O, tanışı Kənanla birlikdə mağazadan sayını bilmədiyi müxtəlif markalı ətir, parfumeriya və bijuteriya əşyalarını oğurlamışdır. Kənan birlikdə oğurladıqları əşyalardan müxtəlif markalı ətirləri, 02 ədəd sprey, 01 ədəd üzük və 02 ədəd qolbağı o, qalan parfumeriya və bijuteriya əşyalarını Kənan götürmüşdür. Həmin əşyaları da, polis əməkdaşlarına təqdim etmişdir. O, ifadəsində qeyd etdiyi oğurluq cinayətindən başqa hər hansı bir cinayət törətməmişdir. Həmin cinayət əməlini tanışı Kənanla birlikdə törətmişdir. O. Kənanla birlikdə həmin mağazdan vitrində olan sayını bilmədiyi müxtəlif markalı ətirləri, spereyləri, parfumeriya və bijuteriya əşyalarını götürsələr də, həmin mağazadan qəpik pulları götürməmişlər. Nə də ki, Kənanın həmin pulları götürməsini görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 19 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilərək istontaqı aparılmışdır ( i.v. 1-3); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 28 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir ( i.v. 6); Xətai RPİ-nin 37-ci PŞ-in rəisi polis polkovnik leytenantı cənab Elsəvər Qədirova ünvanlanan 26.10.2020-ci il tarixli, HK-1 1930 nömrəli raportdan görünür ki, Şahid2 Xətai rayonu NZS qəsəbəsi A.Qurban küçəsi oba marketlə üzbəüz ucuzluq parfumeriya dükanından mağazanın kilidinin sındırılması yolu ilə daxil olub içərisindən dağınıq vəziyyətə salınmasının, qramla ətirlərinin kameranın, borc dəftərinin oğlurlanması barədə məlumat vermişdir ( i.v. 10); zərərçəkmiş şəxs qismində tanınma haqqında 28.10.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 21); əşyanın tanınmaya təqdim edilməsi haqqında 29.10.2020-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı Elgiz Məmmədov Şahid1 təqdim etdiyi əşyaları Zərərçəkmiş şəxs təqdim edib protokol tərtib etmişdir. Tanınma Xətai RPİ-nin 207 saylı iş otağında aparılmış, tanınma istintaq hərəkəti aparılmazdan əvvəl Zərərçəkmiş şəxs CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşur. Predmetlər qoyulduqdan sonra Zərərçəkmiş şəxs iş otağına dəvət olunmuş, o, həmin predmetləri nəzərdən keçirib bildirmişdir ki, işlətdiyi mağazadan oğurlanmış 1 ədəd “Kenzo”, 1 ədəd “Jade”, 1 ədəd “Givenchy”, 1 ədəd “Versage”, 1 ədəd “Kenzo Par”, 1 ədəd “Chanel 5”, 1 ədəd “212 Men”, 1 ədəd “moschino Funny”, 1 ədəd “Eqoist platinum”, 1 ədəd “Platinuim Bulu”, 1 ədəd “Marry Me”, 1 ədəd “X6”, 1 ədəd “Xplare” və 1 ədəd “Xeplore sprey”, 01 ədəd üzük və 02 ədəd qolbaq ona məxsusdur. Zərərçəkmiş şəxs əlavə olaraq bildirdi ki, o, həmin ətir, sprey və bijuteriya əşyalarını formasından, firmasından, rəngindən tanımışdır ( i.v. 55-57); cinayət işi üzrə əməlin tövsif edilməsi barədə 30 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsindən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir ( i.v. 58-59); Azərbaycan Respublikası “xxxx” MMC-nin 571 nömrəli, 11 dekabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan iki ədəd qolbaq və üzük əlvan metaldan hazırlanıb, üzüyün üzərində olan qaş qiymətsiz qaşlar sindinə aiddir. Həmin zərgərlik məmulatlarının və parfümeriya ləvazimatlarının 2020-ci il oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri 1026,00 manat müəyyən edilir ( i.v. 84-88); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 118); məhkəmə-daktiloskopik ekspertizanın 19.02.2021-ci il tarixli 21/146R nömrəli rəyindən görünür ki, 26.10.2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən vətəndaş Şahid2 işlətdiyi mağazada baş vermiş oğurluq laktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata tədim edilmiş 18 ədəd kağız parçasının üzərinə yapışdırılmış 18 ədəd şəffaf yapışqanlı lent kəsiklərinin üzərində olan 07 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 06 ədədi xx.xx.2000-ci ildə Beyləqan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuz (02 dəfə) və sağ əlin ovuc (04 dəfə) ilə eynilik təşkil etmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 07 ədəd əl-barmaq və 01 ədəd ovuc izi DİN-in KPİ-nin ADlS-in məlumat bankında olan şəxslərin əl- barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir ( i.v. 130-133); axtarışda olan şəxsin tutulması barədə 02.03.2021-ci il tarixli protokoldan görünür ki, 02.03.2021-ci il tarixdə, saat 12:00 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı axtarışda olan Təqsirləndirilən şəxs Xəzər rayonu Şüvəlan qəsəbəsi yaxınlığında saxlanılmışdır ( i.v. 139); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə 04 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ( i.v. 171-172); ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir ( i.v. 178-181); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 10.03.2021-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama şərti olaraq tətbiq edilmişdir ( i.v 182-184); Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-171/2019 saylı, 27 avqust 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama şərti olaraq tətbiq edilmişdir ( i.v. 187-194); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 29 mart 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının 11.12.2020-ci il tarixli 571 nömrəli və məhkəmə-daktiloskopik ekspertizasının 19.02.2021-ci il tarixli 21/146R nömrəli rəyləri sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, iş üzrə Təqsirləndirilən şəxs oğurluq yolu ilə ələ keçirdiyi Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Kenzo”, 1 ədəd "Jade”, 1 ədəd “Givenchy”, 1 ədəd “Vrsace”, 1 ədəd “Kenzo Par”, 1 ədəd “Chanel 5”, 1 ədəd “212 Men”, 1 ədəd “Moschino Funny”, 1 ədəd “Eqoist platinum”, 1 ədəd “Platinuim Bulu”, 1 ədəd “Marry Me”, 1 ədəd “X6”, 1 ədəd “Xplare” və 1 ədəd “Xeplore Woman” markalı ətirlər, 1 ədəd “Rexona MotionSence” və 1 ədəd “She” markalı spreylər, 01 ədəd üzük və 02 ədəd qolbağın ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 2429 manat hesab edilmiş, naməlum şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası Baş prokurorunun "İşin təşkili qaydalarının" 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvilmişdir (i.v. 210-222); Zərərçəkmiş şəxs 10.06.2021-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş ziyandan 300 manatını ödəyib, qalan pulu isə 2 ay ərizdə ödəməsinə razıdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs mağazadan 30 manat qəpik pulları, 4 ədəd “Adidass” idman dəstini, 4 ədəd “Adidass” uşaq dəstini, 20 ədəd “Koteks” markalı paketləri götürməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, zərərçəkmiş şəxs ibtidai istintaq dövründə vermiş olduğu və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsində, mağazasında həmin əşyaların olduğunu və 26 oktyabr 2020-ci il tarixdə oğurlandığını göstərmişdir. Məhkəmə, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Təqsirləndirilən şəxsin qeyd olunan ifadəsi zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, habelə digər toplanmış istintaq materialları ilə təkzib edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs gənc olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq qismən ödənilməsini (59.1.14) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 5 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş - 1 ədəd “Kenzo”, 1 ədəd "Jade”, 1 ədəd “Givenchy”, 1 ədəd “Vrsace”, 1 ədəd “Kenzo Par”, 1 ədəd “Chanel 5”, 1 ədəd “212 Men”, 1 ədəd “Moschino Funny”, 1 ədəd “Eqoist platinum”, 1 ədəd “Platinuim Bulu”, 1 ədəd “Marry Me”, 1 ədəd “X6”, 1 ədəd “Xplare” və 1 ədəd “Xeplore Woman” markalı ətirlər, 1 ədəd “Rexona MotionSence” və 1 ədəd “She” markalı spreylər, 01 ədəd üzük və 02 ədəd qolbağn zərərçəkmiş şəxsə qaytarılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 mart 2021-ci il tarixdən 04 mart 2021-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş 02 (iki) 06 (altı) müddətində azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş – 1 ədəd “Kenzo”, 1 ədəd "Jade”, 1 ədəd “Givenchy”, 1 ədəd “Vrsace”, 1 ədəd “Kenzo Par”, 1 ədəd “Chanel 5”, 1 ədəd “212 Men”, 1 ədəd “Moschino Funny”, 1 ədəd “Eqoist platinum”, 1 ədəd “Platinuim Bulu”, 1 ədəd “Marry Me”, 1 ədəd “X6”, 1 ədəd “Xplare” və 1 ədəd “Xeplore Woman” markalı ətirlər, 1 ədəd “Rexona MotionSence” və 1 ədəd “She” markalı spreylər, 01 ədəd üzük və 02 ədəd qolbağ sahibi - Zərərçəkmiş şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-241/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-241/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver