Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-241/2022 19.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1972-ci ildə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30.07.2012ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 09 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, 27.02.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 1, mənzil 3-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 5, mənzil 101-də yaşamış, hal-hazırda Ədliyyə Nazirliyi BİT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 6,602 qram olan bitki mənşəli maddə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, ümumi təmiz çəkisi 1,538 qram olan qəhvəyi rəngli dairəvi formalı həb və ağ rəngli kristal şəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə metadonu və külli miqdarda, ümumi təmiz çəkisi 2,077 qram külli miqdarda olan qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlayaraq daşımış, 23 fevral 2022-ci il tarixdə saat 00:10-da özünü şübhəli apardığı üçün DİN-nin ƏÇPA-nın 3-cü PB-nün əməkdaşları tərəfindən ünvan 1 ünvanda saxlanılıb ünvan 2i RPİ-nin 34-cü PŞ-nə gətirilərək video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd rəngli polietilenə bükülmüş təmiz çəkisi 6,496 qram, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,106 qram olmaqla ümumi təmiz çəkisi 6,602 qram bitki mənşəli maddə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 03 ədəd şəffaf sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,048 qram, 0,064 qram, 1,965 qram olmaqla ümumi təmiz çəkisi 2,077 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd ağ rəngli sellefona bükülmüş, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş və 01 ədəd konvalyutda olan ayrı-ayrılıqda təmiz çəkisi 0,883 qram, 0,411 qram, 0,204 qram, 0,04 qram olmaqla ümumi təmiz çəkisi 1,538 qram qəhvəyi rəngli dairəvi formalı həb və ağ rəngli kristal şəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitələr qəbul edir. Narkotik vasitələri tanımadığı, adını və anket məlumatlarını bilmədiyi şəxslədən öz istifadəsi üçün almışdır. Sonuncu dəfə 22 fevral 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Keşlə bazarı” adlanan yerin yaxınlığında olan zaman bir nəfər onun diqqətini çəkmiş və yaxınlaşaraq söhbət etməyə başlamışdır. Həmin şəxs özünü təqdim etməmiş, həmin şəxsin də narkotik vasitə istifadəçisi olduğunu bilmiş və üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdur. Həmin şəxs üzərində həm narkotik vasitə, həm də marixuana olduğunu, narkotik vasitənin hansı növündən istədiyini soruşmuşdur. Həmin vaxt o,artıq narkotik vasitə istifadə etməkdən bezmişdir, ona görə də narkotik vasitəni tərgitmək istəmişdir. Fikirləşmişdir ki, sonuncu dəfə narkotik vasitə alaraq istifadə etsin və istifadə etdikdən sonra narkotik vastəni tərgidən zaman bədənində olan ağırıları sakitləşdirmək üçün əlavə olaraq dərman və marixuana alsın. Həmin şəxsdən 270 manat pul müqabilində iki ədəd bükümdə marixuana, 03 ədəd bükümdə “şüşə”, 01 ədəd bükülmüş zəy daşı, bir ədəd metadon həbi və təxminən 2 qram heroin almışdır. Heroini alan zaman o, həmin şəxsdən 2 qram heroin istəmiş və həmin şəxs ona heroini bir neçə bükümdə verərək bir bükümdə heroinin olmadığını bildirmişdir. Bundan sonra o, aldığı narkotiki üzərində olan qara rəngli dəri bağlamanın içərisinə qoyaraq gödəkçənin sağ yan cibinə qoymuş və yaşadığı evə qayıtmışdır. Narkotiki istifadə etdikdən sonra həmin dərmanları və marixuananı qəbul edərək bədənində olan ağrıları sakitləşdirməyi fikirləşmişdir. 23 fevral 2022-ci il tarixdə 00:10 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə piyada hərəkətdə olduğu zaman 3 nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini təsdiq edən sənədi onlara təqdim etməyini istəmişlər. O da polis əməkdaşlarına şəxsiyyətini təsdiq edən sənədini təqdim etməkdən imtina etmiş, polis əməkdaşları ona narkotik istifadəsində şübhəli olduğunu deyərək onu 34-cü Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifi əsasında şöbəyə getmişdir. Polis şöbəsinə gəldikdən sonra şöbənin xidməti otaqlarından birinə keçmişlər və onun hüquqlarını müdafiə etmək üçün şöbəyə vəkil dəvət olunmuşdur. Hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş vəkil şöbəyə gəldikdən sonra polis əməkdaşlarından biri ona video çəkiliş ilə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Bundan sonra ona üzərindəki əşyaları çıxarıb stolun üstünə qoymağı təklif ediləndə, o, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən qara rəngli dəri bağlamanı və şəxsiyyət vəsiqəni masanın üzərinə qoymuşdur. Dəri bağlama açılan zaman içərisində 01 ədəd rəngli sellofana bükülmüş spesifik iyə malik olan ot şəkilli narkotik vasitə olan “marixuana”, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan “marixuana”, həmin bükümün içərisində 01 ədəd sellofan bükümdə çətənə toxumları, 03 ədəd şəffaf sellofana bükülmüş, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan “heroin”, 03 ədəd ağ rəngli sellofana bükülmüş, ağ rəngli, kristal formalı olan və 01 ədəd həb formasında olan metadon və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş “zəy daşı” adlandırılan maddələr aşkar olunmuşdur. Həmin vaxt dəri bağlamanın içərisində olan bükümlərin içərisində nə olduğu soruşulanda, o, səmimi olaraq həmin qara rəngli dəri bağlamanın içərisində olan 02 bükümdə “ot” adlanan, 03 bükümdə “kokos” adlanan və 03 bükümdə “şüşə” adlanan, bir ədəd isə “metadon” tabletkası adlanan narkotik vasitələrin olduğunu bildirmişdir. Bundan əlavə olaraq həmin narkotik vasitələri “Keşlə bazarı” deyilən ərazidə tanımadığı şəxsdən 270 manata özünün istifadə etməyi üçün aldığını bildirmişdir. Daha sonra onun üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş bir büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Həmçinin o qeyd etmişdir ki, aldığının şüşə olduğunu düşünsə də, sonadan bilmidşir ki, həmin narkotik vasitə metadondur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X5 Alayının 3-cü patrul bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Onunla birlikdə X4 və Şahid2 xidmət edir. ünvan 4 ünvanının qarşısında xidməti avtomobillə keçərkən bir nəfər şəxsin narkotik vasitə istifadəçisi olmasından şübhələnib 00:10 dəqiqədə həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşıb özünü təqdim etməsini istəyən zaman həmin şəxs özünü təqdim etməkdən yayınmışdır. Bundan sonra onlar həmin şəxsə narkotik vasitə istifadəsində şübhəli olduğunu deyərək onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Polis bölməsində olan zaman həmin şəxsin şəxsiyyətini müəyyənləşdirərək Təqsirləndirilən şəxs olmasını öyrənmişlər. Polis şöbəsində olan zaman onlarla bir yerdə olan Amil Nəsibov təcili olaraq geri, əraziyə çağırılmışdır. Polis şöbəsində onunla birlikdə Şahid2 qalmışdır. Polis şöbəsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs müdafiə etmək üçün vəkil dəvət olunmuşdur. Vəkil polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa onlara təqdim etsin, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd qara rəngli dəri bağlamanı, sol yan cibindən isə şəxsiyyət vəsiqəsini çıxardaraq masanın üzərinə qoymuşdur. Dəri bağlamanın içərisinə baxan zaman içərisindən bir ədəd sellofan torbada marixuanaya bənzər maddə, bir ədəd kağızda marixuanaya bənzər maddə, şəffaf sellofana bükülmüş 03 ədəd heronə bənzər maddə, 03 ədəd də kristalşəkilli maddə və 01 ədəd də həb aşkar olunmuşdur. Sorğu zamanı Eldar Sülemanov bildirib ki, həmin bağlamalarda marixuana, heroin və “şüşə” adlandırılan narkotik vasitələr, həb formasında olan metadondur və qalan kağız bağlamada olan 01 ədəd isə zəy daşıdır. Həmin narkotik vasitələri öz istifadəsi üçün Nərimanov rayonu, “Keşlə bazarı” deyilən ərazidən 270 manata almışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs üzrəri axtarılsa da qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitələr qablaşdırılmış, daha sonra bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ƏÇPA-nın 3-cü PB-nün polis serjantı Şahid2 şahid qismində dinidirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul haqqında 23 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.01); Şübhəli şəxsin tutulması haqqında 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:50 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 15); Şəxsi axtarış və götürmə aparılması haqqında 23 fevral 2022-ci il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən içərisində 01 ədəd rəngli sellofana bükülmüş spesifik iyə malik olan ot şəkilli narkotik vasitə olan “marixuana”, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan “marixuana”, həmin bükümün içərisində 01 ədəd sellofan bükümdə çətənə toxumları, 03 ədəd şəffaf sellofana bükülmüş, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan “heroin”, 02 ədəd ağ rəngli sellofana bükülmüş, ağ rəngli, kristal formalı olan narkotik vasitə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, kristal formalı olan narkotik vasitə və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş “zəy daşı” adlandırılan və 01 ədəd “metadon” tabletkası adlandırılan maddələr olan bir ədəd qara rəngli dəri bağlamanı təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrin nədən ibarət olması soruşulduqda sonuncu bildirmişdir ki, dəri bağlamanın içərisində olan 02 bükümdə “ot” adlanan, 03 bükümdə “kakos” adlanan və 03 bükümdə “şüşə” adlanan, bir ədəd isə “metadon” tabletkası adlanan narkotik vasitələrdir və həmin maddələri 22 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Keşlə bazarı adlanan yerdən tanımadığı bir şəxsdən 270 manat məbləğində şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin kütlələr elektron tərəzi vasitəsi ilə çəkilmiş və 03 ədəd bükümdə “kakos” adlanan maddələrin ümümi çəkisi 2.80 qram, iki bükümdə olan “marixuana” adlanan maddələrin ümumi çəkisi 9.54 qram və çətənə toxumu ilə birlikdə 0.27 qram, 03 bükümdə “şüşə” adlandırılan maddələrin qramı 2 qram, 01 ədəd isə gümüşü rəngli kağıza bükülmüş “zəy daşı” adlandırılan kütlənin çəkisinin isə 0.43 qram olması müəyyən olunmuşdur (i.v. 25-26); Məhkəmə-bioloji ekspertizasının 7/174 saylı, 23 fevral 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “4) Təqsirləndirilən şəxs (şübhəli).....” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd rəngli polietilen bükülüdə təmiz çəkisi - 6.496 qram, 1 (bir) ədəd şəffaf sellofan bükümdə kağız bükülüdə təmiz çəkisi - 0.106 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi-6.602 qramdır. Həmin zərfdə 1 (bir) ədəd sellofan bükümdə ümumi sayı 8 ədəd, ümumi çəkisi- 0.079 qram olan bitki toxumları, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyil. Marixuana, Azərbayacan Respublikası 2005-ci il 28 iyun tarixli Qanunu ilə tədiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin” siyahısına aiddir (Siyahı İ) (i.v.32-36); Məhkəmə-kimyəvi ekspertizanın 6/1115 saylı, 23 fevral 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs (imza)” yazısı olan zərfdəki, -3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,048 qr, 0,064 qr, 1,965 qr ümumi təmiz çəkisi 2,077 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir; -3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,883 qr, 0,411 qr, 0,204 qr, ümumi təmiz çəkisi 1,498 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-metadondur; - bir ədəd konvalyutda üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatıdır və həmin həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qramdır; - 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdəki təmiz çəkisi 0,365 qram ağ rəngli iri kristalardan ibarət maddənin tərkibində narkotik, psixotrop və güclü təsir edən maddələrin komponentləri yoxdur. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İ siyahısına daxildir (i.v.37-40); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.54-55); Bakı şəhəri Xətai rayon məhkəməsinin 24.02.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 23.02.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (i.v.80-84); Məhkəmə-narkoloji ekspertizasının 1568 saylı, 04.04.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.108-109); Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs 25.08.2000-ci il tarixli Ali Məhkəmənin Hərbi Kollegiyasının hökmü ilə CM-nin 93-5-ci maddəsinin 2-ci hissəsi, 220-ci maddənin 1-ci hissəsi, 38-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08.01.2004-cü ildə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən Bakı şəhər Nizami rayon məhkəməsinin qərarı ilə 01 il 02 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa 30.07.2012-ci il tarixli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə Azərbayacan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib 09 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, 27.02.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.110-128); Sübutların qiymətləndirilməsi haqqında 11.04.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 6.496 qram narkotik vasitə marixuana maddi sübut kimi tanınnaraq, tədqiqatlar keçirildikdən sonra ümumi qalıq çəkisi 6.562 qram, 03 ədəd bükümdə təmiz çəkisi 2.077 qram narkotik vasitə heroin maddi sübut kimi tanınnaraq, tədqiqatlar keçirildikdən sonra ümumi qalıq çəkisi 1.917 qram, 01 ədəd bükümdə təmiz çəkisi 1.498 qram narkotik vasitə metadon maddi sübut kimi tanınnaraq, tədqiqatlar keçirildikdən sonra ümumi qalıq çəkisi 1.348 qram və 01 ədəd həb maddi sübut kimi tanınaraq təhqiqatlar keçirildikdən sonra qalıq ½ həb cinayət işinin istintaqı başa çatdıqdan sonra saxlanılması üçün Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir (i.v. 133-142); bir ədəd CD diskdə olan videogörüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 23 fevral 2022-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 2.077 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Həmin siyahının 12-ci bəndinə əsasən təmiz çəkisi 6.602 qram narkotik vasitə marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Həmin siyahının 13-cü bəndinə əsasən təmiz çəkisi 1.538 qram narkotik vasitə metadon şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan 25.08.2000-ci il tarixli Ali Məhkəmənin Hərbi Kollegiyasının hökmü üzrə məhkumluğu ödənilsə də, Lənkəran ağır cinayətlər Məhkəməsinin 30.07.2012-ci il tarixli hokmü üzrə məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Lənkəran ağır cinayətlər məhkəməsinin 30.07.2012-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalı(CM-65.2), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3), cəzasının başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 6.602 qram, tədqiqatlar keçirildikdən sonra ümumi qalıq çəkisi 6.562 qram narkotik vasitə marixuana, 03 ədəd bükümdə təmiz çəkisi 2.077 qram, tədqiqatlar keçirildikdən sonra ümumi qalıq çəkisi 1.917 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 1.498 qram, tədqiqatlar keçirildikdən sonra ümumi qalıq çəkisi 1.348 qram psixotrop maddə olan metadon, 01 ədəd həb, tədqiqatlar keçirildikdən sonra ½ həb metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “DVD” fomatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132), 186 (yüz səksən altı) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 6.602 qram, tədqiqatlar keçirildikdən sonra ümumi qalıq çəkisi 6.562 qram narkotik vasitə marixuana, 03 ədəd bükümdə təmiz çəkisi 2.077 qram, tədqiqatlar keçirildikdən sonra ümumi qalıq çəkisi 1.917 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 1.498 qram, tədqiqatlar keçirildikdən sonra ümumi qalıq çəkisi 1.348 qram psixotrop maddə olan metadon, 01 ədəd həb, tədqiqatlar keçirildikdən sonra ½ həb metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd “DVD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 186 (yüz səksən altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-241/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-241/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver