Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-242/2021 11.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Ağstafa rayonu, Dağkəsəmən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağstafa rayonu, Dağkəsəmən ərazi dairəsi, Dağkəsəmən kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 2-ci Sovxoz, fərdi tikilmiş evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan 09 fevral 2021-ci il tarixdə saat 18 rədələrində əvvəllər işlədiyi ünvan 1 ünvanında yerləşən “Nur №1” avtoyuma məntəqəsinin yaxınlığında təmizlənməsi üçün verilmiş, vətəndaş Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata" markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ və nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmadan işə salıb avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmış, həmin avtomobillə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi istiqamətindən Zığ yolu şosesi istiqamətində hərəkətdə olarkən Sadıqcan küçəsi 44 ünvanında yerləşən “Ekzotika” restoranının daş divarına çırpılmış, “Hyundai Sonata” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmaqla zərərçəkən şəxs Zərərçəkmiş şəxs 4290 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Ağstafa rayonu, Dağkəsəmən ərazi dairəsi, Dağkəsəmən kəndində qeydiyyatda olsa da faktiki olaraq, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sovxoz 2-də ünvansız evdə ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Təxminən 2020-ci ilin sonlarından fevral ayınadək Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən “Nur №1” adlanan avtoyumada çalışmış, hər gün müxtəlif markalı avtomobilləri yuyaraq pul qazanıb öz maddi ehtiyaclarını qarşılamışdır. Həmin avtoyumada çalışarkən orada çoxdan tanıdığı müştəriləri yanına gələrək öz avtomobillərini yuduzdurmaq üçün maşının açarlarını ona təhvil verib bir neçə saatdan sonra gəlib maşını təhvil almışlar. Fevral ayının 7-dən artıq o işlədiyi “Nur №1” avtoyuma məntəqəsindən çıxmışdır. Maddi ehtiyaclarını qarşılamaq üçün digər avtoyuma məntəqələrinə gedib köhnə müştərilərdən olardısa, avtomobilləri yuyub pul qazanmışdır. 09 fevral 2021-ci il tarixdə saat 17 radələrində köhnə işlədiyi avtoyuma məntəqəsinin yaxınlığında gəzişmişdir. Həmin vaxt köhnə müştərilərindən olan Seymur və Teymur qardaşlarının onun köhnə işlədiyi avtoyuma məntəqəsinə yaxınlaşdığını görmüşdür. O, cəld addımlar ilə həmin avtoyuma məntəqəsinə yaxınlaşmışdır. Orada köhnə müşləriləri olan Seymur və Teymur qardaşlarının dayandığını görmüşdür. Ora çatan zaman qardaşlardan biri ona avtomobilin açarını maşını yumaq və kondisionerə hava vurmaq üçün təhvil vermiş, 2 saata gələcəklərini bildirərək çıxıb getmişlər. Bundan sonra o. həmin "Hyundai Sonata" markalı avtomobilə əyləşərək Sadıqcan küçəsinin yuxarısında olan avtoyuma məntəqələrindən birinə getmiş, orada maşının kondisioner olan hissəsinə hava vurdurmağı düşünmüşdür. Avtoyuma məntəqəsinə çatan zaman orada çoxlu müştərinin olduğunu görüb bir az gözləməyi qərara almışdır. Təxminən 1 saat gözlədikdən sonra müştərinin azalmadığını görüb avtomaşını yumaq üçün yenidən Sadıqcan küçəsinin üzü Zığ şosesinə gedən hissəsində olan avtoyuma məntəqələrindən birinə getməyi düşünmüşdür. Təxminən saat 18 radələrində sürücülük vəsiqəsi və avtomobilə dair etibarnaməsi olmadan Zərərçəkmiş şəxs məxsus "Hyundai Sonata" markalı avtomobili ilə saatda 70 km sürətlə hərəkətdə olarkən qəfildən qarşısına maşın çıxmış, o da həmin maşına toxunmamaq üçün avtomobili sağ tərəfə istiqamətləndirmişdir. Həmin vaxt idarəetməni itirmiş, Sadıqcan küçəsinin üzü Zığ şosesi tərəfinə çatan istiqamətində yerləşən "Ekzotika" restoranının divarına çırpılmışdır. Qəza nəticəsində o xəsarət almışdır. Bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım briqadası gəlmiş və onu 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. O, avtomobili yalnız yumaq üçün təhvil almış və avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etmişdir. Hadisə baş verən zaman o avtomobili 70 km saat sürətlə idarə etmişdir. Beləliklə o, əməlindən peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir. **-ZE-*** dövlət qeydiyyat nişanlı, "Hyundai Sonata" markalı minik avtomobilini 2015-ci il tarixdə almışdır. Özü Zəngilan rayonunda qeydiyyatda olduğundan avtomobilə Bakı qeydiyyat nişanı ilə başlayan qeydiyyat nişanı ala bilmək üçün həmin avtomobili Bakı şəhərində qeydiyyatda olmaqla yaşayan əmisi oğlu X1 adma rəsmiləşdirmişdir. Avtomobilin qeydiyyat şəhadətnaməsi əmisi oğlu Səbuhi Süleymanovun adına olsa da, o, avtomobili öz vəsaiti hesabına almışdır. O, və qardaşı Şahid həmin avtomobili etibarnamə əsasında idarə edirmiş. 09.02.2021-ci il tarixdə saat 14:40 radələrində qardaşı Şahid ilə birlikdə evdən çıxmış, avtomobili yuduzdurmaq məqsədilə hər zaman olduğu kimi “Nur №1" avtoyuma məntəqəsinə gətirmişdir, işlərinin çox olduğundan və növbədə maşın çox olduğundan avtomobili və avtomobilin açarlarını yumaq məqsədilə avtoyuma məntəqəsində işləyən Təqsirləndirilən şəxs təhvil vermiş, 1 saata gələcəyini bildirərək çıxıb getmişdir. Təxminən 30 dəqiqə sonra dostu Piriyev Mirsahib onun istifadəsində olan 051 *** ** ** nömrəsinə zəng vuraraq avtoyumanın qarşısından keçərkən ona məxsus avtomobilin avtoyumanın yaxınlığında yerləşən "Ekzotika" restoranının divarına dəyməsini və əzilməsini bildirmişdir. O, qardaşı Seymurla birlikdə tələsik avtoyuma məntəqəsinə getmişdir. Avtoyuma məntəqəsinin yanına çatarkən orada ona məxsus avtomobilin restoranın divarına dəyərək yararsız hala düşdüyünün şahidi olmuşdur. Orada ona və qardaşına məlum olmuşdur ki, avtomobili təhvil verdiyi Təqsirləndirilən şəxs onun icazəsi olmadan özbaşına olaraq ona məxsus avtomobili idarə edərkən, idarəetməni itirmiş və restoranın daş divarına çırpılmışdır. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı ona 6180 manat maddi ziyan dəymişdir. O, avtomobili sürmək üçün heç kəsə icazə verməmiş, yalnız yuduzdurmaq məqsədilə Təqsirləndirilən şəxs vermişdir. Beləliklə o, hazırda Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində bildirmişdir ki, o, 2019-cu ilin iyun ayından bu vaxta qədər Binəqədi RPİ-nin 5-ci PB-nin cinayət axtarış üzrə kiçik inspektoru vəzifəsində işləyir. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, **-ZE-*** dövlət qeydiyyat nişanlı, "Hyundai Sonata" markalı minik avtomobilini 2015-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs öz şəxsi vəsaiti hesabına almışdır. Qardaşı Zəngilan rayonu qeydiyyatlı olduğundan avtomobilə Bakı qeydiyyat nişanı ilə başlayan qeydiyyat nişanı ala bilmək üçün həmin avtomobili Bakı şəhərində qeydiyyatda olmaqla yaşayan əmisi oğlu X1 adına rəsmiləşdirilmişdir. Avtomobilin qeydiyyat şəhadətnaməsi onun adına olsa da o və qardaşı Zərərçəkmiş şəxs həmin avtomobili etibarnamə əsasında idarə edirmiş. 09.02.2021-ci il tarixdə saat 14:40 radələrində qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə evdən çıxmış avtomobili yuduzdurmaq məqsədilə hər zaman olduğu kimi "Nur №1" avtoyuma məntəqəsinə gətirmişlər. İşlərinin və növbədə maşının çox olduğunu görüb qardaşı avtomobili və avtomobilin açarlarını yumaq məqsədilə avtoyuma məntəqəsində işləyən Təqsirləndirilən şəxs təhvil vermiş, 1 saata gələcəyini bildirmiş və çıxıb getmişdir. Təxminən 30 dəqiqə sonra qardaşının dostu Piriyev Mirsahib, qardaşının istifadəsində olan 051 *** ** ** nömrəsinə zəng vuraraq avtoyumanın qarşısından keçərkən Zərərçəkmiş şəxs məxsus avtomobilin avtoyumanın yaxınlığında yerləşən "Ekzotika" restoranının divarına dəyməsini və əzilməsini bildirmişdir. O, qardaşı Muxtarla birlikdə tələsik avtoyuma məntəqəsinə getmişdir. Avtoyuma məntəqəsinin yanına çatarkən orada qardaşına məxsus avtomobilin restoranın divarına dəyərək yararsız hala düşdüyünün şahidi olmuşdur. Orada ona və qardaşına məlum olmuşdur ki, avtomobili təhvil verdiyi Təqsirləndirilən şəxs qardaşının və onun icazəsi olmadan özbaşına olaraq qardaşına məxsus avtomobili idarə edərkən idarəetməni itirib və restoranın daş divarına çırpılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmış və icraata qəbul edilmişdir (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 09 fevral 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilməklə müvafiq sxem tərtib olunmuş və “Hyundai Sonata” minik markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin fotoşəkilləri əlavə olunmuşdur (i.v. 7-15); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i. v. 34); Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasının 09 mart 2021-ci il tarixli 65 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, nəzəri hesablama yolu ilə iş materiallarında olan məlumatlara əsasən, 2014-cü il buraxılışlı “Hyundai Sonata” minik markalı, Az **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən günə təxminən 6140 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 4290 manat; təmir-bərpa işlərinin qiyməti 1850 manatdır (i.v. 66-69); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 10 mart 2021-ci il tarixli 147 saylı rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarət – sol əlin barmağı nahiyəsindəki piqmentasiya sağalmış sıyrığın yeri olub küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan 09.02.2021-ci il tarixdə və şəraitdə, yəni sürücü qismində yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. 3 saylı ŞKX-da vətəndaş Təqsirləndirilən şəxs müəyyən edilmiş “Sol diz oynağı və sol aşıq – baldır oynağın əzilməsi” diaqnozu xəsarətlərin obyektiv əlamətləri (qançır, sıyrıq, yara, şişkinlik və sair) ilə əsaslandırılmadığına və məhkəmə-tibbi müayinə zamanı öz obyektiv əlamətlərini tapmadığına görə onların xəsarət kimi qiymətləndirilməsi mümkün deyil (i.v. 70-71); ifadənin yerində yoxlanılması haqqında 29 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir (i.v. 79-81); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş (i.v. 91-92); qətimkan tədbirinin seçilməsi haqqında 29 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (i.v. 107-109); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 09.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş daha sonra cinayət işinin icraatına xitam verilmişdir (i.v. 112- 113); cinayət işinin icraatına xitam verilməsi haqqında 01 aprel 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir (i.v. 114- 116); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 01 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ittiham elan olunmuş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 mart 2021ci il tarixli, 65 saylı rəyi və məhkəmə-tibbi ekspertizasının 10 mart 2021-ci il tarixli, 147 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, “Hyundai Sonata minik” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinə geri qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177 və 263-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir (i.v. 117-123); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-242/2021 saylı 26.05.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, tutulduğu təqdirdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz olunması qərara alınmış və təqsirləndirilən şəxsin yeri müəyyən olunanadək cinayət işinin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai Rayon polis idarəsindən göndərilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2021-ci il tarixdə tutulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-242/2021 saylı 22.07.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığından, ona dəymiş ziyan tamamilə ödənildiyindən, ona qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zərərçəkmiş şəxsin, şahidin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ; 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. İş üzrə maddi sübut - “Hyundai Sonata” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının qiyməti 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut – “Hyundai Sonata” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının qiyməti 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-242/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-242/2021
11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver