Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-242/2022 25.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə və xx xxxxxx 1981-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham olunmuşdur. Məhkəməyədək istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur ona görə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını talama məqsədi ilə 21 yanvar 2022-ci il tarixdə saat 21 radələrində ünvan 3 ünvanda yerləşən "151 saylı Körpələr evi-Uşaq Bağçası”nın yerləşdiyi ünvana gələrək əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, tanışı Təqsirləndirilən şəxs2 bayırda gözləmək şərtilə sonuncu orada bağçanın barısından aşma yolu ilə bağçanın birinci mərtəbəsinin plasmas pəncərəsini üzərində gəzdirdiyi vintaçandan istifadə etməklə oraya qanunsuz daxil olaraq bağçanın birinci mərtəbəsində yerləşən direktor otağında olan seyfin qapısını lom vasitəsilə sındırmaqla içərisində 1000 manat pul, digər seyfin içərisindən 1 ədəd dəyəri 400 manat olan Canon markalı EOS 650D modelli fotoaparatı, otaqda olan dolabın üzərindən 01 ədəd LG markalı 82 dioqanal dəyəri 1062 manat manat olan televizoru, 01 ədəd dəyəri 342.2 manat olan al qurudan aparat, 01 ədəd dəyəri 1908 manat olan Lenovo markalı noutbuku, 1 ədəd dəyəri 180 manat olan gümüşü rəngli Lucky Star markalı LS-733 modelli musiqi mərkəzi səsgücləndirici və mikrofon dəstini, bir ədəd LG markalı 806 manat dəyərində işlənmiş monitor, 01 ədəd dəyəri 310 manat olan DVD aparati, 1 ədəd dəyəri 300 manat olan 4x3 ölçülü xalçanı, 01 ədəd dəyəri 39 manat olan işlənmiş mətbəx kombaynı, 01 ədəd dəyəri 50 manat olan tuner, 01 ədəd dəyəri 20 manat olan kofe üyüdən aparatı, saxlanc ərzaq anbarındakı 1 kq 16.57 manat olan cəmi dəyəri 165.7 manat olan 10 kq kərə yağını, 1 kq 12 manat olan cəmi dəyəri 120 manat təşkil edən 10 kq mal ətini, 1 kg 5.04 manat olan cəmi dəyəri 100,8 manat təşkil edən 20 kq toyuq ətini, 1 litri 2.4 manat olan cəmi dəyəri 57,6 manat təşkil edən 24 litr südü, 1 litri 1.86 manat olan cəmi dəyəri 14.88 manat təşkil edən 8 litr qatığı, 1 kq 11.22 manata olan cəmi dəyəri 112.2 manat olan 10 kq quru meyvəni, 1 kq 1.49 manata olan cəmi dəyəri 59,60 manat təşkil edən 40 kq şəkər tozunu, dəyəri 19.4 manat olan çayı, 1 litri 6 manat olan cəmi dəyəri 90 manat təşkil edən 15 litr qarğıdalı yağını, əşya anbarında olan 1 odɔdi 48 manat olan cəmi dəyəri 1776 manat təşkil edən 37 ədəd yay ədyalı, 01 ədədi 13.5 manat olan cəmi dəyəri 405 manat təşkil edən 30 ədəd əl-üz dəsmalı, 1 ədədi 46 manat olan cəmi dəyəri 1748 manat təşkil edən 38 ədəd yun ədyalı, dəsti 55.46 manat olan cəmi dəyəri 1663.8 manat təşkil edən 30 dəst uşaq uniformaları, dəsti 49.56 manat cəmi dəyərləri 1486.8 manat təşkil edən 30 dəst əsgər kostyumunu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "151 saylı Körpələr evi-Uşaq Bağçası"na ümumilikdə 13695.98 manat olan xeyli miqdarda əmlakı gizli talamaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 27 yanvar 2022-ci il saat gecə 04 radələrində ünvan 4 ünvanında yerləşən "202 saylı Körpələr evi və Uşaq Bağçası"-nın arxa tərəfindən barıdan tullanaraq bağçanın həyətinə qanunusuz daxil olub, pəncərəsini vint açanla açmaqla inzibati binanın müxtəlif otaqlarından 2 ədədinin dəyəri 240 manat olan 56 sm diaqanallı “LG” markalı arxa hissəsi ağ rəngli olan sağ üst tərəfində "FLATRON H3061" və arxa hissəsində isə qara rəngli dəmir bərkidici alət televizor, dəyəri 120 manat olan "Samsung" markalı 56sm diaqanallı, sağ üst tərəfində "HDTV monitor" və sol üst hissəsində "SyncMaster T22B300" yazılmış arxa hissəsində isə qara rəngli dəmir bərkidici alət olan televizoru, dəyəri 80 manat ədəd göy rəngli "Samsung" markalı üzərində "Air Track, 1600W, TWİN chamber" yazılmış tozsoran, 1 ədəd dəyəri 90 manat olan, qırmızı rəngli "Samsung" markalı, üzərində "2400Watt" yazılmış tozsoran, 1 ədəd dəyəri 15 manat olan boz rəngli sağ hissəsində “Sanford" markalı"SF45Cİ” modelinə məxsus ütünün, 1 ədəd dəyəri 20 manat olan ağ rəngli "Vivocare" markalı üzərində elektron monitor olan və həmin monitorun sağ hissəsində "Who", sol hissəsində isə alt-alta cərgə ilə "SYS mmHg, DİA mmHg, Pulsemin" yazılmış təzyiq ölçən aparat və həmin aparatın qara rəngli parça materialdan olan qabını, 1 cüt dəyəri 80 manat qara rəngli “LG” markalı, arxa hissəsində olan etiketin üzərində "Model NO. DMS5420V" yazılmış səsgücləndiricini, 2 ədəd dəyəri 40 manat olan üzərində "X5" yazısı olan yanğın söndürən maşını olan uşaq oyuncağını, 2 ədəd dəyəri 30 manat olan qapağının üzərində rus dilində "Portativniy Komputer» yazısı olan uşaq üçün oyuncaq noutbukunu, 1 cüt dəyəri 10 manat olan qara rəngli 1 ədədinin üzərində "Genius" markalı yazısı olan digər 1 ədədinin üzərində "volume" və "po Wer” yazısı olan səs gücləndiricini, 1 ədəd dəyəri 25 manat olan qara rəngli “LG” markalı üzərində "Design in Korea" yazısı olan DVD playeri, 1 ədəd dəyəri 40 manat olan qara rəngli "Sinbo" markalı şirə çəkəni, 1 ədəd dəyəri 25 manat olan qara rəngli “RAİL KİNG” markalı üzərində "İNTELLİGENT CLASSİCAL TRAİN” yazısı mövcud olan qatar uşaq oyuncağını, 1 ədəd dəyəri 25 manat olan “Admiral” markalı qara rəngli üzərində "Admiral AD-222" yazılmış DVD playerin, 1 ədəd dəyəri 80 manat olan qara rəngli “LG” markalı sol üst hissəsində "RMS 110W" və "PMPO 1800W” yazısı olan səsgücləndiricini, 1 ədəd dəyəri 80 manat olan boz rəngli "Panasonic" üst tərəfində "DVD STEREO SYSTEM SA-VK650" markalı səs gücləndiricini, 1 ədəd dəyəri 60 manat olan boz rəngli "EUR ZASS” markalı üst tərəfində "3VCD CHANGER" yazısı olan səs gücləndiricini, 1 cüt dəyəri 70 manat olan boz rəngli "Panasonic" markalı arxa hissəsində qara rəngli etiketdə "Model No. SB-VK650" yazısı olan səs gücləndiricini, 3 ədəd cəmi dəyərləri 1,80 manat olan CD disk qabılarını, cəmi dəyərləri 49 manat olan 4 ədəd “LG” markalı, 1 ədəd "Samsung" markalı, 1 ədəd "Admiral" markalı və 1 ədəd "Epson" markalı 7 ədəd pultu, 1 ədəd dəyəri 60 manat olan “LG” markalı qara rəngli səs gücləndiricini, 1 ədəd dəyəri 60 manat olan qara rəngli "Samsung" markalı səs gücləndiricini, 1 ədəd dəyəri 250 manat olan boz rəngli "HP" markalı notbuku, 1 ədəd şəffaf rəngli plastik qabda yerləşən dəyəri 40 manat olan 200 ədəd yumurtaları, 1 ədəd dəyəri 12 manat olan şəffaf rəngli qutuda üzərində "Carpent TOOLS" yazısı olan uşaq oyuncaq alətlərini, 24 ədəd dəyəri 43,20 manat olan 1 litrlik "Sevimli Dad" markalı süd məhsulunu, 1 ədəd dəyəri 3 manat olan ağ rəngli qutuda olan "Fairy" markalı qabyuyan şampunu, 1 ədəd dəyəri 3 manat olan qırmızı rəngli qutuda olan "Gold Max” markalı şampunu, 1 ədəd dəyəri 4 manat olan ağ rəngli qutuda olan "Palmolive" markalı şampunu, 7 ədəd dəyəri 42 manat olan ağ rəngli qutuda olan "Azərçay” markalı quru çayı, 1 ədəd dəyəri 6 manat olan qırmızı "Tess" markalı quru çayı, ümumilikdə 1704,00 manat dəyərində əşyaları talamaqla təkrarən oğurluq etmişdir. E.X. Vəlibəyov tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını talama məqsədi ilə 21 yanvar 2022-ci il tarixdə saat 21 radələrində ünvan 5 ünvanda yerləşən “151 saylı Körpələr evi-Uşaq Baxçası”nın yerləşdiyi ünvana gələrək əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, tanışı Təqsirləndirilən şəxs2 bayırda gözləmək şərtilə sonuncu orada bağçanın barısından aşma yolu ilə bağçanın birinci mərtəbəsinin plastik pəncərəsini üzərində gəzdirdiyi vintaçandan istifadə etməklə oraya qanunsuz daxil olaraq bağçanın birinci mərtəbəsində yerləşən direktor otağında olan seyfin qapısını lom vasitəsilə sındırmaqla içərisində 1000 manat pul, digər seyfin içərisindən 1 ədəd dəyəri 400 manat olan Canon markalı EOS 650D modelli fotoaparatı, otaqda olan dolabın üzərindən 01 ədəd LG markalı 82 dioqanal dəyəri 1062 manat manat olan televizoru, 01 ədəd dəyəri 342.2 manat olan əl qurudan aparat, 01 ədəd dəyəri 1908 manat olan Lenovo markalı noutbuku, 1 ədəd dəyəri 180 manat olan gümüşü rəngli Lucky Star markalı LS-733 modelli musiqi mərkəzi səsgücləndirici və mikrofon dəstini, bir ədəd LG markalı 806 manat dəyərində işlənmiş monitor, 01 ədəd dəyəri 310 manat olan DVD aparatı, 1 ədəd dəyəri 300 manat olan 4x3 öıçülü xalçanı, 01 ədəd dəyəri 39 manat olan işlənmiş mətbəx kombaynı, 01 ədəd dəyəri 50 manat olan tuner, 01 ədəd dəyəri 20 manat olan kofe üyüdən aparatı, saxlanc ərzaq anbarındakı 1 kq 16.57 manat olan cəmi dəyəri 165.7 manat olan 10 kq kərə yağını, 1 kq 12 manat olan cəmi dəyəri 120 manat təşkil edən 10 kq mal ətini, 1 kq 5.04 manat olan cəmi dəyəri 100,8 manat təşkil edən 20 kq toyuq ətini, 1 litri 2.4 manat olan cəmi dəyəri 57,6 manat təşkil edən 24 litr südü, 1 litri 1.86 manat olan cəmi dəyəri 14,88 manat təşkil edən 8 litr qatığı, 1 kq 11.22 manata olan cəmi dəyəri 112.2 manat olan 10 kq quru meyvəni, 1 kq 1.49 manata olan cəmi dəyəri 59,60 manat təşkil edən 40 kq şəkər tozunu, 1 kq dəyəri 19.4 manat olan çayı, 1 litri 6 manat olan cəmi dəyəri 90 manat təşkil edən 15 litr qarğıdalı yağını, əşya anbarında olan 1 ədədi 48 manat olan cəmi dəyəri 1776 manat təşkil edən 37 ədəd yay ədyalı, 01 ədədi 13.5 manat olan cəmi dəyəri 405 manat təşkil edən 30 ədəd əl-üz dəsmalı, 1 ədədi 46 manat olan cəmi dəyəri 1748 manat təşkil edən 38 ədəd yun ədyalı, dəsti 55.46 manat olan cəmi dəyəri 1663.8 manat təşkil edən 30 dəst uşaq uniformaları, dəsti 49.56 manat cəmi dəyərləri 1486.8 manat təşkil edən 30 dəst əsgər kostyumunu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “151 saylı Körpələr evi-Uşaq Baxçası”na ümumilikdə 13695.98 manat olan xeyli miqdarda əmlakı gizli talamaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 27 yanvar 2022-ci il saat gecə 04 radələrində ünvan 4 ünvanında yerləşən “202 saylı Körpələr evi və Uşaq Baxçası”-nın arxa tərəfindən barıdan tullanaraq baxçanın həyətinə qanunusuz daxil olub, pəncərəsini vint açanla açmaqla inzibati binanın müxtəlif otaqlarından 2 ədədinin dəyəri 240 manat olan 56 sm dioqanallı “LG” markalı arxa hissəsi ağ rəngli olan sağ üst tərəfində “FLATRON H3061” və arxa hissəsində isə qara rəngli dəmir bərkidici alət televizor, dəyəri 120 manat olan “Samsung” markalı 56sm dioqanallı, sağ üst tərəfində “HDTV monitor” və sol üst hissəsində “SyncMaster T22B300” yazılmış arxa hissəsində isə qara rəngli dəmir bərkidici alət olan televizoru, dəyəri 80 manat 1ədəd göy rəngli “Samsung” markalı üzərində “Air Track, 1600W, TWİN chamber” yazılmış tozsoran, 1 ədəd dəyəri 90 manat olan, qırmızı rəngli “Samsung” markalı, üzərində “2400Watt” yazılmış tozsoran, 1 ədəd dəyəri 15 manat olan boz rəngli sağ hissəsində “Sanford” markalı“SF45Cİ” modelinə məxsus ütünün, 1 ədəd dəyəri 20 manat olan ağ rəngli “Vivocare” markalı üzərində elektron manitor olan və həmin manitorun sağ hissəsində “Who”, sol hissəsində isə alt-alta cərgə ilə “SYS mmHg, DİA mmHg, Pulsemin” yazılmış təzyiq ölçən aparat və həmin aparatın qara rəngli parça materialdan olan qabını, 1 cüt dəyəri 80 manat qara rəngli “LG” markalı, arxa hissəsində olan etiketin üzərində “Model NO. DMS5420V” yazılmış səsgücləndiricini, 2 ədəd dəyəri 40 manat olan üzərində “X5” yazısı olan yanğın söndürən maşını olan uşaq oyuncağını, 2 ədəd dəyəri 30 manat olan qapağının üzərində rus dilində “Portativnıy Kompğöter» yazısı olan uşaq üçün oyuncaq noutbukunu, 1 cüt dəyəri 10 manat olan qara rəngli 1 ədədinin üzərində “Genius” markalı yazısı olan digər 1 ədədinin üzərində “volume” və “poWer” yazısı olan səs gücləndiricini, 1 ədəd dəyəri 25 manat olan qara rəngli “LG” markalı üzərində “Design in Korea” yazısı olan DVD playeri, 1 ədəd dəyəri 40 manat olan qara rəngli ”Sinbo” markalı şirə çəkəni, 1 ədəd dəyəri 25 manat olan qara rəngli “RAİL KİNG” markalı üzərində “İNTELLİGENT CLASSİCAL TRAİN” yazısı mövcud olan qatar uşaq oyuncağını, 1 ədəd dəyəri 25 manat olan “Admiral” markalı qara rəngli üzərində “Admiral AD-222” yazılmış DVD playerin, 1 ədəd dəyəri 80 manat olan qara rəngli “LG” markalı sol üst hissəsində “RMS 110W” və “PMPO 1800W” yazısı olan səsgücləndiricini, 1 ədəd dəyəri 80 manat olan boz rəngli “Panasonic” üst tərəfində “DVD STEREO SYSTEM SA-VK650” markalı səs gücləndiricini, 1 ədəd dəyəri 60 manat olan boz rəngli “EUR ZASS” markalı üst tərəfində “3VCD CHANGER” yazısı olan səs gücləndiricini, 1 cüt dəyəri 70 manat olan boz rəngli “Panasonic” markalı arxa hissəsində qara rəngli etiketdə “Model No. SB-VK650” yazısı olan səs gücləndiricini, 3 ədəd cəmi dəyərləri 1,80 manat olan CD disk qabılarını, cəmi dəyərləri 49 manat olan 4 ədəd “LG” markalı, 1 ədəd “Samsung” markalı, 1 ədəd “Admiral” markalı və 1 ədəd “Epson” markalı 7 ədəd pultu, 1 ədəd dəyəri 60 manat olan “LG” markalı qara rəngli səs gücləndiricini, 1 ədəd dəyəri 60 manat olan qara rəngli “Samsung” markalı səs gücləndiricini, 1 ədəd dəyəri 250 manat olan boz rəngli “HP” markalı notbuku, 1 ədəd şəffaf rəngli plastik qabda yerləşən dəyəri 40 manat olan 200 ədəd yumurtaları, 1 ədəd dəyəri 12 manat olan şəffat rəngli qutuda üzərində “Carpent TOOLS” yazısı olan uşaq oyuncaq alətlərini, 24 ədəd dəyəri 43,20 manat olan 1 litrlik ”Sevimli Dad” markalı süd məhsulunu, 1 ədəd dəyəri 3 manat olan ağ rəngli qutuda olan “Fairy” markalı qab-yuyan şampunu, 1 ədəd dəyəri 3 manat olan qırmızı rəngli qutuda olan “Gold Max” markalı şampunu, 1 ədəd dəyəri 4 manat olan ağ rəngli qutuda olan “Palmolive” markalı şampunu, 7 ədəd dəyəri 42 manat olan ağ rəngli qutuda olan “Azərçay” markalı quru çayı, 1 ədəd dəyəri 6 manat olan qırmızı rəngli “Tess” markalı quru çayı, ümumilikdə 1704,00 manat dəyərində əşyaları talamaqla təkrarən oğurluq etmişdir. Dövlət ittihamçısı vəsatət verərək bildirmişdir ki, cinayət işinin materialları məhkəmə hazırlıq iclasından əvvəl öyrənilərkən müəyyən edilmişdir ki, işin ibtidai istintaq mərhələsində kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, ittiham aktının nəticə hissəsində Təqsirləndirilən şəxs2 cinayət əməlləri təsvir edilərkən ikinci epizod üzrə onun Təqsirləndirilən şəxs2la (özü ilə) qabaqcadan əlbir olaraq cinayəti törətməsi, habelə müvafiq olaraq ona aid hissədə cinayət qanununun maddəsi göstərilərkən digər Təqsirləndirilən şəxs1 (soyad, ad,atasının adı) göstərilmişdir. Bundan başqa təqsirləndirilən şəxslərə elan edilmiş ittiham əsasən 151 saylı Uşaq baxçasından oğurlanmış əmlakın ümumi dəyəri 13695.98 manat kimi göstərilmişdir. Halbuki, elan olunmuş ittihamda sadalanan əmlakların ümumi dəyəri 14.236.98 manatdır. Bundan başqa Təqsirləndirilən şəxs2 151 saylı uşaq bağçasından cəmi 700 manat pulu (ittihama əsasən 1000 manat) və verilmiş ittihamda göstərilən oğurlanmış əşyalardan daha az sayda əşyaları oğurladığını göstərmişdir. Təqsirləndirilən şəxs1 da ifadəsi oxşar məzmunludur. Buna baxmayaraq iş üzrə ittiham aktında təqsirləndirilən şəxslərin cinayət əməllərini tam etiraf etməklə öz müdafiəsi üçün heç bir dəlil gətirmədikləri göstərilmişdir. Təqsirləndirilən şəxslərin cinayət əməllərinin nəticəsi (dəymiş ziyanın məbləği) elan edilmiş ittihamda dəqiq əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası CPM-nin 223.3.2-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Həmçinin, CPM-nin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar, həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Göründüyü kimi, cinayət işi üzrə ittiham aktı həmin hissədə cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə tərtib edilmədiyindən CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir. Cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması CPM-nin 303.3.1-ci maddəsinə, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Qeyd olunanlardan başqa cinayət işinin istintaqı zamanı daha bir sıra qanun pozuntularına və nöqsanlara yol verilmişdir. Belə ki, iş materiallarından görünür ki, 151 saylı Uşaq bağçasından oğurluq edilən zaman həmin bağçanın müdiri Nümayəndə2 məxsus 1000 manat pul və 400 manat dəyərində fotoaparat oğurlanmışdır. Təqsirləndirilən şəxslərə elan edilmiş ittihamdan görünür ki, qeyd olunanlar da 151 saylı Uşaq bağçasına məxsus əmlak kimi göstərilmiş, Nümayəndə2 özü zərərçəkmiş şəxs kimi tanınmamış, ona dəymiş ziyan fərdiləşdirilməmiş, zərərçəkmiş hüquqi şəxs 151 saylı Uşaq bağçasının nümayəndəsi kimi tanınmışdır. Bundan başqa 202-saylı bağçanın müdiri Nümayəndə1 Əlmirzə qızı zərərçəkmiş hüquqi şəxs 202 saylı uşaq bağçasının nümayəndəsi kimi tanınsa da Bakı şəhər icra hakimiyyətindən müvafiq etibarnamə alınmamışdır. Bundan başqa iş materiallarından görünür ki, 202 saylı Uşaq bağçasında tərbiyəçi köməkçisi işləyən Şahid1 ərizə ilə Xətai RPİ-nin 34-cü PŞ-yə müraciət edib bağçadan 800 manat pul oğurlandığını göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş həmin uşaq bağçasında tərbiyəçi işləyən X1 ifadəsində uşaq bağçasından yataq dəstləri və uşaq paltarlarının da oğurlandığını göstərmişdir. Şahid1 da ifadəsində uşaq bağçasından yataq dəstləri və uşaq paltarlarının da oğurlandığını göstərmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixli ifadəsində 202 saylı uşaq bağçasından 3 ədəd mavi rəngli yataq dəsti və 3 ədəd ağ rəngli stolüstü parça və 1 ədəd tibbi pambıq oğurladıqlarını göstərmişdir. Lakin, təqsirləndirilən şəxslərə 800 manat pulun, yataq dəstlərinin, stolüstü parça, uşaq paltarları və tibbi pambığın oğurlanmasına görə ittiham elan edilməmiş və ümumiyyətlə həmin xüsusatlara hüquqi qiymət verilməmişdir. Bundan başqa iş materiallarında olan, istintaqa 202 saylı uşaq bağçası tərəfindən təqdim edilmiş oğurlanmış əşyaların siyahısından görünür ki, həmçinin ümumilikdə uşaq bağçasından 5 ədəd televizor, 1 ədəd mikser və 1 ədəd blender aparatları oğurlanmışdır. Lakin, təqsirləndirilən şəxslərə verilmiş ittihamdan görünür ki oğurlanan televizorların sayı 3 kimi göstərilmişdir. Mikser və blender aparatlarının oğurlanması ittihamda əks olunmamış və həmin xüsusatlara hüquqi qiymət verilməmişdir. İş materiallarında olan protokollardan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Ramil Qabulov təqsirləndirilən şəxsləri və müdafiəçiləri məhkəmə-trasoloji ekspertizasının keçirilməsi haqqında qərarla tanış etmişdir. Lakin, iş materiallarına ümumiyyətlə məhkəmə-trasoloji ekspertiza keçirilməsi haqqında qərar və müvafiq rəy yoxdur. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddəslərinə əsasən xitam verməklə ibtidai araşdırmaya prosessual rəhbəliyi həyata keçirən prokurora qaytarılmasını və məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. zərərçəkmiş hüquqi şəxslərin nümayəndəsi Nümayəndə1 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Digər proses iştirakçıları verilmiş vəsatətin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Həmçinin iş materialları məhkəmə tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, məhkəmə-trasoloji ekspertizasının keçirilməsi ilə əlaqədar qərarla təqsirləndirilən şəxsin tanış edilməsi haqqında 29 yanvar 2022-ci il tarixli protokollarda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin protokollarla tanış edilmişlər, onların Azərbaycan Respublikası CPM-nin 268.1.1 və 268.1.8-ci maddələrinə nəzərdə tutulmuş hüquqları izah edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 268.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin protokol tərtib edilməklə ekspertizanın aparılmasından əvvəl onun təyin edilməsi haqqında müstəntiqin qərarı ilə tanış olmaq və ona məxsus olan hüquqların izahını almaq hüququna malikdir. Lakin müstəntiq həmin hüququ protokollarda qeyd edərək təqsirləndirilən şəxslərə izah etsə də, iş materiallarında məhkəmə-trasoloji ekspertizasının təyin edilməsi haqqında müstəntiqin qərarı mövcud olmamışdır. Həmçinin məhkəmə-trasoloji ekspertizasının keçirilib-keçirilməməsi iş materiallarından müəyyən etmək mümkün olmamış, ekspertiza keçirildiyi halda məhkəmə-trasoloji ekspertizasının rəyi iş materiallarına əlavə edilməmişdir. Bundan başqa məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar qərarla təqsirləndirilən şəxsin tanış edilməsi haqqında 29 yanvar 2022-ci il tarixli protokollarda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin protokollarla tanış edilmişlər, lakin protokolun məzmununda məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı qərarın ********* nömrəli cinayət işi üzrə olduğu qeyd edilmiş, halbuki cinayət işinin nömrəsi ********* olmuşdur. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalstik tədqiqatlar idarəsi tərəfindən ünvanlanmış 30 fevral 2022-ci il tarixli 011-1290-1222 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 28 yanvar 2022-ci il tarixli, 101-3116-1222 nömrəli məktubu vasitəsi ilə 27 yanvar 2022-ci il tarixdə, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 157 ünvanında yerləşən uşaq baxçasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə DİN-in KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi əl izi (ADİS-in məlumat bankına Sumqayıt ŞPİ-dən daxil olmuş) xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin orta və adsız barmaqlarının əksləri ilə eynilik müəyyən edilməsi göstərilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalstik tədqiqatlar idarəsinin 30 fevral 2022-ci il tarixli 011-1290-1222 nömrəli məktubunda Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 28 yanvar 2022-ci il tarixli, 101-3116-1222 nömrəli məktubu vasitəsi ilə hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərinin xx.xx.2022-ci il tarixdə DİN-in KTİyə daxil olması göstərilsə də, ********* nömrəli cinayət işinin materiallarında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 28 yanvar 2022-ci il tarixli, 101-3116-1222 nömrəli məktubu əlavə edilməmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalstik tədqiqatlar idarəsinin 30 fevral 2022-ci il tarixli 011-1290-1222 nömrəli məktubun hansı sorğu əsasında alınması müəyyən edilə bilməmişdir. Bundan başqa 27 yanvar 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolda hadisə yeri olan 202 saylı körpələr evi uşaq bağçasına çağrılmış ekspert tərəfindən əl-barmaq izlərinin müəyyən edilməsi və həmin əl-barmaq izləri eyniləşdirilməsi üçün götürülməsi göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 236.6-cı maddəsində baxış qurtardıqda müstəntiqin protokol tərtib etməsi və həmin protokolda baxışda iştirak edən şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadıqları və qeydiyyatda olduqları yerlərin göstərilməsi qeyd edilmişdir. Eyni zamanda CPM-nin 236.7-ci maddəsinə əsasən protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları və müstəntiq tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər vərəqi istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Göründüyü kimi müstəntiq tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual məcəlləsinin CPM-nin 51-ci maddəsinin tələbləri pozulmuş, hadisə yerinə baxış keçirilməsi haqqında protokolda (cild İ, i.v. 6-7) hadisə yerinə çağrılmış ekspert tərəfindən əl-barmaq izlərinin müəyyən edilməsi və həmin əl-barmaq izləri eyniləşdirilməsi üçün götürülməsi göstərilsə də, həmin ekspertin anket məlumatları qeyd edilməmiş və hadisə yerinə baxış keçirilməsi haqqında protokol ekspert tərəfindən imzalanmamış və əl-barmaq izlərinin hadisə yerində haradan, hansı üsulla və neçə barmaq izi götürülməsi hadisə yerinə baxış keçirilməsi haqqında protokolda qeyd edilməmişdir. Həmçinin həmin əl-barmaq izləri iş materiallarına əlavə edilməmiş, maddi sübut kimi tanınmamış, onlar üzrə məhkəmədaktiloskopik ekspertizası təyin edilməmişdir. Bundan başqa cinayət işinin materiallarında oğurluq hadisəsi zamanı oğurlanmış əşyaların bağçaların mülkiyyətində olması qeyd edilərək zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi bağça müdirləri tanınmış, lakin həmin əşyaların hansı qaydada, hansı sənədlərlə bağçanın mülkiyyətinə keçməsi araşdırılmamış, əgər həmin əşyalar bağça müdirlərinə məxsus olmuşsa, hansı hissəsinin sonunculara məxsus olması müəyyən edilməmişdir. 151 saylı körpələr evi – uşaq bağçasının müdiri Xəlilova tərəfindən təqdim edilmiş siyahıda (cild İ, i.v. 185-186) 20 (iyirmi) adda ərzaq və avadanlıq göstərilmişdir. Siyahı ilə tanış olduqda müəyyən olunur ki, ərzaqların ümumi çəkisi 138 (bir yüz otuz səkkiz) kiloqram təşkil edir, bundan başqa 01 ədəd xalça, 37 ədəd “yay adyal”-ı, 30 ədəd əl-üz dəsmalı, 38 ədəd “yun adyal”-ı, 30 dəst uşaq uniforması, 30 dəst əsgər kostyumu, televizor və s. əşyalar oğurlanmışdır. Lakin istintaq zamanı həmin əşyaların həqiqətəndə körpələr evi – uşaq bağçasına məxsus olması araşdırılmamış, bir nəfər şəxsin bu miqdarda və çəkidə əşyaları daşıması və bir avtomobilə yerləşdirilə bilməsi yoxlanılmamışdır. Göründüyü kimi nə 202 saylı körpələr evi uşaq bağçasında, nə də 151 saylı körpələr evində invertarlaşdırma və yaxud reviziya təyin edilməmişdir. Həmin əşyaların mühasibatlıq sənədləri iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda əgər 151 saylı körpələr evi – uşaq bağçasından oğurlanmış (Nümayəndə2 ifadəsinə görə) 1000 (bir min) manat bağçaya məxsusdursa həmin məbləğin hansı sənəd əsasında 151 saylı körpələr evi – uşaq bağçasının seyfində olması müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 27 yanvar 2022-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci polis bölməsində izahat (cild İ, i.v. 169-170) verdiyi zaman təhqiqatçının digər Təqsirləndirilən şəxs2 oğurladığı pullardan ona hansı məbləğdə pulun verilməsi barədə sualına cavab olaraq ona 10 (on) manat verməsini bildirmiş, lakin ibtidai istintaq zamanı bu hal müstəntiq tərəfindən araşdırılmamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən istintaq zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işi materialına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 223.3.2-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Həmçinin, CPM-nin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar, həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Göründüyü kimi, cinayət işi üzrə ittiham aktı həmin hissədə cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə tərtib edilmədiyindən CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir. Şəxslərə elan edilmiş ittihamda cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinə uyğun cinayət qanununun maddəsinin düzgün göstərilməməsi, o, cümlədən onun mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxsin malik olduğu müstəsna hüquqdan, müdafiə hüququndan məhrum olmuş, ona münasibətdə istər daxili, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Həmçinin Konvensiyanın 6-cı maddəsinin 3 “b” yarımbəndində göstərilənlərə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır. CPM-nin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması CPM-nin 303.3.1-ci maddəsinə, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-nin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. CPM-nin 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. Beləliklə, məhkəmə verilmiş vəsatəti, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən dövlət ittihamçısının vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılmalıdır. Eyni zamanda məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. CPM-nin 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 306.2.1 və 307.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətində, yəni 25 iyun 2022-ci il tarixədək müəyyən olunsun. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən Rəşid Rzayev
Məhkəmə qərarları › İş №1(011)-242/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-242/2022
25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver