Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-242/2025 06.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 31 iyul 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında "Pakhlava" restoranının qarşısında tanışı Zərərçəkmiş şəxs ilə rastlaşdıqda sonuncunun guya onu söyməsi və bu barədə alçaldıcı söhbətlər yaymasına iradını bildirərkən aralarında yaranmış mübahisə zamanı yumruqla sifət nahiyəsindən və istintaqla müəyyən edilməyən bıçaqla ayaq nahiyələrindən vuraraq ona sol dizaltı dərin venanın kiçik kalibrli səthi şaxəsinin və qamış sinirindən ayrılan səthi innervasiya şaxəsinin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş, sağ budun ön sətinin və sağ sağrı nahiyəsinin kəsilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi materialı aidiyyəti üzrə məhz Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aiddir. Aparılmış ibtidai araşdırma dövründə Azərbaycan Respublikası CPM-nin tələblərinin pozulması məhkəmənin hazırlıq iclası zamanı aşkar edilməmişdir. Yekun protokolun prosessual formasına riayət edilmişdir. Məhkəməyədək icraat hüquqi pozuntulara yol verilmədən aparılmışdır. İş üzrə icraatın dayandırılması üçün əsaslar müəyyən olunmamışdır. İş materiallarında olan: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaq aparılmışdır; (i.v.1) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin 22 avqust 2024-cü il tarixli, 872 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol diz oynağının arxa səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası, sol dizaltı venanın kəsilməsi, qamış sinirinin kəsilməsi, İİİ-İV dərəcəli qanitirmə şoku, sol budun iki ədəd kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər iti uca və kənara malik əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024cü il tarixdə kənar şəxs(lər) tərəfindən bıçaqla törənə bilərdi, dərəcəsinə görə sol diz oynağının arxa səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası, sol dizaltı venanın kəsilməsi, qamış sinirinin kəsilməsi, İİİ-İV dərəcəli qanitirmə şoku həyat üçün təhlükəli olan sağlamlığa AĞİR, sol budun iki ədəd kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə bu xəsarətlərin şəxsin özü-özünə yetirməsi inkar olunmuşdur; (i.v.19-21) - zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə vətəndaş Zərərçəkmiş şəxs qismində tanınmış və ona qərar elan olunmuşdur; (i.v.22-23) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin 20 dekabr 2024-cü il tarixli, T794/2024 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol diz oynağının arxa səthinin deşilmişkəsilmiş yarası ilə əlaqədar dizaltı nahiyədə işemik sahənin olmaması, periferik arteriyalarda zəif nəbzin əllənməsi, sol aşağı ətrafda hərəkət və hissiyyat məhdudiyyətinin olmaması, həmçinin travma alındıqdan bir-neçə saat sonra plastik cərrahiyyə əməliyyatının icra edilməsi və qanda şəkərin 638 mq/dl-ə yüksəlməsi ona dəlalət edir ki, sol dizaltı dərin venanın kiçik kalibrli səthi şaxəsi, eləcə də qamış sinirindən ayrılan səthi inervasiya şaxəsi zədələnmişdir. Belə ki, magistral dərin venanın zədələnməsi baş verdiyi halda dəqiqələrlə ölçülən vaxt ərzində məqsədyönlü təxirəsalınmaz tibbi tədbirlər görülmədikdə terminal vəziyyət geridönməz proseslərlə proqressivləşər və letallıqla sonlana bilərdi. Odur ki, Zərərçəkmiş şəxs qeyd edilən "hemorragik şok İİİ-İV dərəcə vəziyyətində olması hiperqlikemik koma (qanda şəkərin miqdarı - 638 mq/dl) ilə əlaqədar olmuşdur. Beləliklə, onun almış olduğu xəsarətlər sol dizaltı dərin venanın kiçik kalibrli səthi şaxəsinin və qamış sinirindən ayrılan səthi innervasiya şaxəsinin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş, sağ budun ön səthinin və sağ sağrı nahiyəsinin kəsilmiş yaraları iti əşyanın kəsici təsirindən yetirilə bilərdilər və dərəcəsinə görə, istər birlikdə, istərsə ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, müxtəlif qarşılıqlı duruş vəziyyətində yetirilə bilərdilər və qısa zaman kəsiyində baş verdiyindən yetirilmə ardıcıllığı haqqında fikir söyləmək mümkün deyildir; (i.v.58-64) - əməlin tövsif edilməsi haqqında 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmişdir; (i.v.69-70) - təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında 14 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v.94-95) - qətimkan tədbirinin seçilməsi haqqında 14 mart 2025-ci il tarixli qərardan görünür ki, xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbyacan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhərində anadan olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və qərar ona elan edilmişdir; (i.v.115-116) - doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X1 Ümid Əhməd oğlunun övladıdır; (i.v.120) - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2017-ci il tarixdə Gəncə Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 331.2-ci maddəsi ilə təqsirli bilinib, 150 manat cərimə cəzasına məhkum edilmişdir və cərimə tam ödənilmişdir; (i.v.129-130) - Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 198 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1997-ci ildə anadan olmuşdur. ünvan 4 ünvanında qeydiyyatdadır. Yaşadığı müddətdə onun haqqında heç bir şikayət daxil olmamışdır; (i.v.135) - Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 196 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır; (i.v.136) - sübutların qiymətləndirilməsi haqqında 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır; (i.v.137-142) - Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir; - Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, özünü təqsirli bilir, əməlindən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək barışdıqlarını qeyd edərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müddəaları nəzərə alınaraq cinayət işi üzrə cinayət təqibinə hazırlıq mərhələsində xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: Belə ki, 299.3.4-cü maddəsinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. 305.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. 40.1-ci maddəsinə əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Məcəllənin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 20 oktyabr 2017-ci il tarixli Qanunla əlavə edilmiş və 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, Təqsirləndirilən şəxs səmimi peşmanlığını və zərərçəkmiş şəxslə barışmasını, habelə əvvəllər cinayət məsuliyyətindən azad edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə xitam verilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirəyə məruz qalınmalı əmlak və mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 11 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 110 (yüz on) manat ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-242/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-242/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver