Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-243/2021 23.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, müdafiəçilər – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Lənkəran rayonu, Liman şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X12 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 50, 71 saylı mənzildə dayə işlədiyi dövrdə Zərərçəkmiş şəxsla aralarında şifahi razılaşdırılmış şərtlərə əsasən həftənin dərs olan günlərində Zərərçəkmiş şəxs oğlu Davud Həsənovu təhsil aldığı Xətai rayonu, Şıxlinski küçəsində yerləşən 264 saylı orta məktəbdən dərsləri qurtardıqdan sonra təxminən saat 12 radələrində götürərək mənzilə gəlib əvvəlcədən valideynləri tərəfindən D.Həsənovun çantasına qoyulmuş açarla qapını açaraq mənzilə daxil olmalı olduğu halda və onun özünə mənzilin açar nüsxəsi verilmədiyi üçün istintaqa məlum olmayan tarixdə və şəraitdə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən Şahid5 işlətdiyi açar təmiri və surətçıxarılması yerində mənzilin açarının nüsxəsini çıxardaraq özündə saxlamış, 26 dekabr 2018-ci il tarixdə, saat 12 radələrində Davud Həsənovu məktəbdən götürmək üçün həmin vaxtda Zərərçəkmiş şəxs yaşadığı məhəlləyə gəlməli olduğu halda saat 10:30 radələrində gələrək Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid6 artıq işdə olduğunu bilməsinə baxmayaraq sonuncunun mənzildə olmadığına tam əmin olmaqdan ötrü ona yemək bişirməsi üçün soyuducudan ət çıxartması barədə mesaj yazıb ondan işdə olması barədə cavab alaraq saat 10:30-dan 11:30-a qədər olan müddət ərzində açarseçmə üsulu ilə 71 saylı mənzilə qanunsuz daxil olaraq yataq otağındakı şkafda olan Zərərçəkmiş şəxs məxsus 800 (səkkiz yüz) manat və 2000 (iki min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 3400 (üç min dörd yüz) manat məbləğində pulu, cəmi dəyəri 11000 (on bir min) manat olan qolbaq, üzük, bir cüt sırğa və boyunbağından ibarət üzərində brilyant qaşları olan bir ədəd ağ qızıl dəstini, 3000 (üç min) manat dəyərində bir ədəd ağ qızıldan olan qadın nişan üzüyünü, 1500 (min beş yüz) manat dəyərində bir ədəd ağ qızıldan olan kişi nişan üzüyünü, 100 (yüz) manat dəyərində bir cüt uşaq qızıl sırğasını, 200 (iki yüz) manat dəyərində bir cüt qızıl sırğanı, 300 (üç yüz) manat dəyərində bir cüt qızıl sırğanı, hər biri 200 (iki yüz) manat olmaqla 400 (dörd yüz) manat dəyərində iki cüt uşaq sırğasını və 250 (iki yüz əlli) manat dəyərində üzərində klon olan qızıl boyunbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 20950 (iyirmi min doqquz yüz əlli) manat olmaqla xeyli miqdarda ziyan vuraraq oğurluq cinayəti törətdikdən sonra mənzildə oğurluq olmaması, otaqdakı uzaq sağ küncdə çarpayının yanında divarda olan elektrik yuvasında qısaqapanmadan baş vermiş yanğın nəticəsində pul və qızılların yanması görüntüsünü yaratmaq məqsədilə həmin yerə neft məhsulu töküb yandıraraq giriş qapısını açarla bağlayıb mənzili tərk etmiş, kənar şəxslər mənzildə yanğın baş verməsini Zərərçəkmiş şəxs məlumat verdikdən sonra sonuncunun tapşırığına əsasən Davud Həsənovun çantasında olan açarı götürüb binanın yaxınlığına gəlmiş, lakin öz cinayətkar niyyətinin, yəni yanğın nəticəsində pul və qızılların yanması görüntüsünü yaratmaq məqsədilə otağın tam yanmasının başa çatması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının mənzilə daxil olmasını gecikdirmək məqsədilə binanın yaxınlığında ayaqlarının tutulduğunu bəhanə edib bir neçə dəqiqə hərəkətsiz dayandıqdan sonra açarı çatdırana qədər yanğınsöndürən şəxslər mənzilin giriş dəmir qapısını çətinliklə qıraraq içəri daxil olub yanğını söndürmüş, nəticədə yataq otağında olan bütün əşyalar yanaraq, o cümlədən yaranmış isti temperaturdan digər otaqların bəzi əşyaları əriyərək yararsız hala düşməklə Zərərçəkmiş şəxs ümumilikdə 24801 (iyirmi dörd min səkkiz yüz bir) manat olmaqla xeyli miqdarda ziyan vuraraq özgənin əmlakını qəsdən məhv etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2008-ci ildə X13 ilə ailə qurmuş və 2011-ci ildə birgə nikahdan Nazilə adlı qızı dünyaya gəlmişdir. 2016-cı ildə münasibətləri pisləşdiyinə görə Elmandan ayrılmışdır. 2018-ci ilin may ayının ortalarında ayda 350 manat pulun müqabilində Şirvan adlı şəxsin yaşadığı ünvanda dayə kimi işləməyə başlamışdır. O, evdə təmizlik işləri aparırmış və Şirvanın oğlu Davudu məktəbdən evə gətirirmiş. O bildirmişdir ki, evində dayə kimi işlədiyi Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etməmiş, həmin evdə baş vermiş yanğın hadisəsi ilə heç bir əlaqəsi yoxdur. O, Şirvana məxsus evin açarını heç bir yerdə hazırlatmamışdır, belə ki, evin açarı həmişə Şirvanın oğlu Davudda olmuşdur. 2018-ci ilin dekabr ayının ortalarında o, Şirvana məxsus evin açarı ilə evin qapısını bağlayan zaman açar kilidə ilişdiyinə görə açarı yoxlamaq məqsədi ilə kilidə salıb yoxlamışdır. Həmin vaxtı qadın xəstəliyi ilə əlaqədar aptekə getmək istəsə də, bu barədə evin sahibi Zərərçəkmiş şəxs deməyə utandığına görə kontur almaq istədiyini demişdir. O, əvvəllər qadın xəstəliyi ilə əlaqədar cərrahiyyə əməliyyatı keçirdiyinə görə hərdən qadın xəstəliyinə vaxtından əvvəl tutulur. 28 dekabr 2018-ci il tarixdə dayə işlədiyi evin sahibinin arvadı Şahid6 evdə yanğın baş verməsi barədə zəng edib ona məlumat verən kimi o, dərhal həmin evə getmiş və evin giriş qapısının açarını yanğınsöndürənlərə vermişdir. Əlavə olaraq bildirmişdir ki, o, Mira adlı qadınla yay vaxtlarında, mağazada satıcı işlədiyi zaman tanış olmuş, həmin vaxtdan da onunla rəfiqədir. Zərərçəkmiş şəxs yaşadığı evdə yanğın hadisəsi baş verən günü, yəni 28 dekabr 2018-ci il tarixdə o, Mira ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında yerləşən qadın gözəllik salonuna getmişdir. Mira salonda saçını qaynaq etdirmiş, o, isə Zərərçəkmiş şəxs oğlunu məktəbdən gətirmək üçün getmişdir. Mira heç vaxt onun dayə kimi işlədiyi evdə olmamışdır. O, Şirvanın evində yanğın hadisəsi baş verən günü Təhmiraz adlı tanışının adına olan ***-***-**-** və özünün adına olan ***-***-**- ** nömrələrindən istifadə etmiş, hazırda ***-***-**-** nömrəsini Təhmiraza qaytarmışdır. 17 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən qızıl alqı-satqısı mağazasına gedib, üzərində üç ədəd brilyant qaşları olan qızıl üzüyü həmin mağazada işləyən satıcıya 240 manata satmışdır. Həmin üzüyü 2010-cu ildə rəhmətə getmiş əmisi hədiyyə etmişdir. Üzüyü satmaqda məqsədi Gülnar adlı rəfiqəsinə olan 100 manat, Xəyaləyə olan 20 manat pul borcunu vermək olmuşdur. O, bildirmişdir ki, Şirvanın yaşadığı evdə baş vermiş yanğın və oğurluq hadisələri ilə heç bir əlaqəsi yoxdur, həmin hadisələrin kim tərəfindən törədilməsini bilmir. Bundan başqa o, əlavə ifadəsində bildirmişdir ki, Şahid3 istintaqa düzgün ifadə vermişdir, həmin üzüyü o, 240 manata ona satmışdır. Satdığı üzüyü ona rəhmətlik əmisi 2010-cu ildə Moskva şəhərindən hədiyyə olaraq gətirmişdir. Onun pula ehtiyacı olduğundan həmin üzüyü mağazaya 240 manata satmışdır. O, Miraya həmin üzüyün ona Xəyalə tərəfindən borc əvəzi verilməsi barədə söz deməmişdir. Ola bilsin ki, Mira onu səhv anlayıb. Əsl həqiqətdə onun rəfiqəsi Gülnara telefon borcu olub, həmin pulu, yəni aylıq 100 manat pulu Gülnara qaytarmaq üçün və əlavə olaraq Xəyaləyə 20 manat borcu olduğu üçün o, həmin üzüyü satmışdır. Bir daha bildirmişdir ki, satıcıya satdığı üzük onun öz üzüyü olub və Şirvanın evində baş verən oğurluq və yanğın hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Həmçinin o, əlavə ifadəsində bildirmişdir ki, xalasının rəfiqəsi vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs evində onun uşaqlarının dayəsi kimi 2018-ci ilin may ayından 26 dekabr 2018-ci il tarixə kimi işləmişdir. Həmin günü Şirvanın evində oğurluq və yanğın hadisəsi olmuşdur, bu səbəbdən də onlar həmin evdə deyil, Şirvanın anasının evində yaşamağa başlamışlar, ona da demişdilər ki, hələ ki işə gəlməsin, lazım olsa xəbər edərlər. Lakin növbəti 2-3 gün ərzində Şirvan ona mesaj yazıb baş vermiş hadisə barədə maraqlanırmış, həmin vaxtı məhəllədə kimləri görməyini soruşurmuş. 4 gün sonra isə onu 35-ci Polis Bölməsinə çağırmışlar və evdə işləyən dayə kimi ondan izahat almışlar. Sonra isə Şirvan baş vermiş oğurluq və yanğında onu günahlandırmağa başlamışdır. Bildirmişdir ki, Şirvanın evində işləyən vaxtı o, günortaya yaxın saat 12-yə qalmış Şirvanın oğlunun oxuduğu 264 saylı məktəbin həyətində olur və uşağı gözləyir. Şirvanın oğlu saat 1-ə işləmiş məktəbdən çıxırmış, o, onu götürüb öz evlərinə gəlirmiş, mənzilin açarı uşağın məktəb çantasında olurmuş, onun özündə açar olmurmuş. O, uşağın açarı ilə mənzilin qapısını açırmış və onlar içəri keçirmişlər. Bir-iki saat sonra isə o, Şirvanın oğlunu həmin binada digər blokda müəllim yanına hazırlığa aparıb qoyurmuş, mənzili açarla bağlayırmış və açar həmin vaxtı onda qalırmış, o, Şirvanın oğlunu hazırlığa qoyandan sonra bağçada olan Şirvanın qızını gedib evə gətirirmiş və onun yeməyini verəndən sonra qızla birlikdə digər bloka keçib Şirvanın oğlunu da hazırlıqdan götürüb evə gətirirmiş. Axşama yaxın Şirvan yoldaşından daha tez evə gəlirmiş, Şirvan evə gələn kimi o, uşaqları və mənzilin açarını da Şirvana təhvil verib evdən çıxıb gedirmiş. bildirmişdir ki, o, 2018-ci ilin dekabr ayının əvvəllərində Şirvanın evinə vaxtından tez getməmişdir, yalnız oğlu Davudu məktəbdən götürüb getmişdir. Şəhanə yataq otağında onun qaşında əməliyyat edən vaxtı o, Rəvanədən maaşını istəmişdir, Rəvanə də evə gedənə yaxın pulunu verəcəyini demişdir. Sonra Rəvanə yataq otağında şkafdan çiyin çantasını götürüb digər otağa keçmiş və həmin günü axşam tərəfi Rəvanə ona 350 manat pul vermişdir, o da 50 manatı Şəhanəyə vermişdir. Bildirmişdir ki, o, ümumiyyətlə Şirvanın mənzilində olanda qapını içəridən açarla bağlayırmış. Şirvan da həmin günü geri qayıdanda o, həqiqətən də aşağı düşmək istəyirmiş və bu məqsədlə qapının içəri tərəfində olan açarı çıxardıb bayırdan bağlayıb aşağı düşəcəkmiş, lakin açar ilişdiyi üçün Şirvan gəlib kömək etmişdir. Həmin açar əvvəldən də ilişirmiş. Bildirmişdir ki, o, 2014-cü ildə Lənkəran rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunmuşdur və sol yumurtalığı çıxarılıb, ona görə də o, ayda iki dəfə aybaşı olur. 17 yanvar 2019-cu il tarixdə Nərimanov rayonu ərazisində satdığı qızıl üzük üzərində 3 yanaşı qaşı olan ağ qızıl üzük imiş, qaşları brilyant deyilmiş. Həmin üzüyü rəhmətlik əmisi Rəşid təxminən 2008-ci ildə ona hədiyyə etmişdir. O, həmin üzüyü Mira və onun adını bilmədiyi oğlan tanışı ilə birlikdə satmışdır. Üzüyü alan şəxs ona 220 manat pul vermişdir. O, üzüyü əvvəl Miranın vəsiqəsi ilə satmaq istəyirmiş, çünki öz vəsiqəsi üstündə deyilmiş. Lakin qızılı alan qadına o, üzüyün özünə məxsus olduğunu dediyi üçün qadın tələb etmişdir ki, mütləq onun öz vəsiqəsi olmalıdır, ona görə də o, yenidən kirayə qaldığı Qaraçuxur qəsəbəsindəki evinə gedib şəxsiyyət vəsiqəsini götürmüş və öz vəsiqəsi ilə həmin qızılı satmışdır. 220 manatın 100 manatdan çox hissəsini «Kontakt home» dükanından götürdüyü telefonun kreditini ödəmişdir, qalan hissəsini xərcləmişdir. Mira düzgün göstərmir, həmin üzüyü ona rəfiqəsi Xəyalə verməyib, üzüyü ona əmisi hədiyyə verib. Miranın niyə belə bir izahat verməsini bilmir. O, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı nömrələr işlətmişdir. ***- ***-**-** saylı nömrə onun adına olsa da onu rəfiqəsi Mira işlədib. ***-***-**-** saylı nömrə də onun adına olsa da onu keçmiş həyat yoldaşı işlədib. O, Şirvangildə işləməmişdən əvvəl «28» may metrosu yanında yerləşən «Kola» marketdə satıcı işləyirmiş, Elnur da həmin marketə çörək paylayırmış, Elnuru həmin vaxt tanımışdır. Sonra onun Elnurla əlaqəsi olmamışdır. Şirvanın evində işə başlayandan təxminən 3 ay sonra, yəni 2018-ci ilin təxminən avqust ayında Şirvanın evinin yanında olan «Oba» marketdə yenə Elnuru görmüş və Elnur onun telefon nömrəsini götürüb onunla əlaqə saxlamağa başlamış və təxminən bir ay sonra Elnurla onun arasında sevgili münasibəti yaranmış, sonra Şirvanın evində olan hadisə ilə bağlı o, müstəntiq Elnur müəllimə ifadə verəndən sonra müstəntiqin istəyi ilə Elnura mesaj yazıb onun da istintaqa gəlməsini demişdir, Elnur gələcəyini bildirmişdir. Ondan sonra Elnurla əlaqəni kəsmişdir. X1 dostu imiş, Elnurla birlikdə çörək firmasında işləyirmiş. Elnuru «Oba» marketdə gördüyü vaxtdan Azadı da tanımışdır, Azadı onunla Elnur tanış edib. O da Azadı Mira ilə tanış etmişdir, sonra onlar arasında sevgi münasibəti olmuşdur. O, Elnuru «Kola» marketdə işləyəndə üzdən görmüşdür, lakin aralarında heç bir tanışlıq, münasibət və telefon zəngi və yazışması olmayıb. Dəqiq tarixi xatırlamır. Şirvanın evində işləyəndə Elnur onu «Oba» marketdə görüb Sehran vasitəsilə ona nömrəsini göndərmişdi, o da Elnura zəng vurmuşdu, bu qaydada aralarında münasibət yaranmışdı. Sonra da Azad və Mira tanış olmuşlar. O, Elnurun kredit kartına pul qoymamışdır. Şirvanın evində hadisə baş verməmişdən iki ay əvvəl o, Elnura bir dəfə 40 manat, bir dəfə də 50 manat borc pul vermişdir. 25 dekabr 2018-ci il tarixdə o, Elnur, Azad və Mira axşam saatlarında Türkanda yerləşən «Caspian» otelə getmişlər və gecə orada qalmışlar. Onları Elnurun hansısa dostu öz maşını ilə aparıb ora düşürtmüşdü və özü qayıtmışdı. Səhərə yaxın onlar oteldən çıxmışlar, Elnur ağ rəngli Sovet istehsalı olan taksi tapmışdı, Elnurgillə birlikdə onun Qaraçuxurda kirayə qaldığı evə gəlmişlər. O, Mira ilə düşmüş, Elnurgil çıxıb getmişlər. Mira həmin günü Şirvanın məhəlləsində olan qadın salonuna getməli imiş. Ona görə də 81 saylı avtobusla Mira ilə birlikdə Şirvanın məhəlləsinə gəlmişlər. Məhəlləyə çatanda saat 10:30 olarmış. Mira salona getmişdir. O da salonda az müddət söhbət etmiş və sonra Şirvanın oğlunun məktəbinin qarşısına getmişdir. Bildirmişdir ki, həmin zaman o, görürmüş ki, Mira Azada yazır ki, o, onun işlədiyi məhəllədə salonda olacaq, gəlib onu götürər. Ona Rəvanə zəng vurub yanğın barədə məlumat verəndə o, məktəbdə Şirvanın oğlundan açarı götürüb məhəlləyə gələndə görmüşdür ki, Mira, Azad və Elnur üçü də məhəllədə dayanıb. Elnur polisə çağırılanda ondan soruşmuşdur ki, onu tanımağı ilə bağlı nə ifadə vermişdir, o da demişdir ki, ona «Kola» marketdə işləyəndən tanıdığını demiş. O, Elnura deməmişdir ki, yalandan polisə 100 manatla bağlı bir söz desin və ona yalan mesaj yazmamışdır. Elnurdan 600 manat borcunu ona qaytarması ilə bağlı mesaj yazdığı yadına gəlmir. Hansı səbəbdən belə məzmunda mesaj yazdığını xatırlamır. O, Elnurun özünə 90 manat borc pul vermişdir. Banka hansısa ödəniş etməmişdir. Onun özünün 600 manat Təhmiraza borcu var imiş. Elnurdan ona görə pul istəyirmiş. O, Elnura bir ildir yox, bir-iki aydır ki, borc pul vermişdir. Niyə bir illə bağlı mesaj yazdığını bilmir. 26-01-2019-cü il tarixdə istifadəsində olan ***-***- **-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə «Men gedirem bolmeye telimi orda olacaq hecne yazmaya artiq cixanda deyerem» məzmununda mesaj yazması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, həmin nömrənin sahibi Elxan adlı oğlandır, onu Miraya görə tanımışdır, Elxanla o qədər də yaxın münasibəti olmayıb, sadəcə yazmışdır ki, telefon üstündə olmayacaq, artıq heç nə yazmasın. 30-01-2019-cu il tarixdə ***-***-**-** saylı nömrənin onun ***-***-**-** saylı nömrəsinə «Omrum nadir esinin dalinca gedir galsin sanin dalinca sanida gotursun gal pati qoyaq askim dartasak biraz mana xabar de bu nomraya nadir manladi nadirin nomrasidi», «Cox saxol ay ilkana allah komayin olsun prosda dedim biraz pati qoyaq dartasak takiydim var olasan yaqin yanindaki mandan artiqdi opuram sani hormatdi ol» məzmununda yazdığı mesajlarla bağlı bildirmişdir ki, Miranın Şirin adlı sevgilisi var imiş, Nadir də Şirinin qardaşı imiş, Esi də Nadirin münasibətdə olduğu qız imiş. Həmin şəxs bəlkə Mira ilə yazışıb, o, onu tanımır, bu mesajlar da yadında deyil. O, heç vaxt narkotik və psixotrop maddə qəbul etməmişdir. 06- 02-2019-cu il tarixdə ***-***-**-** saylı nömrənin onun ***-***-**-** saylı nömrəsinə «Get obyektde demiwem 24 min gotur apar Rufete.indi geldim Bakiya. Yatacam Kim soruwsa bilmirsen gelmiwem. De Almanyadadi.» məzmununda mesaj yazması ilə bağlı bildirmişdir ki, o, bu mesajı xatırlamır, ona tanış deyil. Bu nömrə də ona tanış deyil. 22.01.2019-cu il tarixdə ***-***-**-** saylı nömrəsindən ***-***-**-** saylı nömrəyə «Elnur zeng gekmese getme bildin birde deki qizi 28 iwdiyirdi cola marketde bele de men orda iwdiyirdim orda almiwdim 100m getsen hele de fiso bawqa hence» məzmununda mesajla bağlı bildirmişdir ki, o, Elnurun təklifi ilə ona bu məzmunda yalan mesaj yazmışdır. Elnur özü demişdir ki, o, ona mesaj yazsın ki, guya 100 manatı ondan «kola» marketdə almışdır. Elnurun ona belə mesaj yazdırmasının səbəbini bilmir. Onun ***-***-**-** saylı nömrə ilə ***-***-**-** saylı nömrə arasında apardığı qızıl və lombardla bağlı mesajlarla əlaqədar bildirmişdir ki, o, 2019-cu ilin təxminən yanvar ayının axırlarında o, işsiz imiş, rəfiqəsi Aysu ona demişdir ki, Bakıxanovda «Ağrı dağ» çay evində işçi axtarırlar. O, həmin çay evinə gedəndə çay evinə müştəri kimi gələn Farizlə tanış olmuşdur. Aysu ona görə Farizi tanımışdır. O, ilkin ifadəsində Aysu ilə Farizin tanışlığı barədə düzgün göstərməmişdir. 2019-cu ilin fevral ayının əvvəllərində Fariz onunla görüşəndə demişdir ki, onun maddi sıxıntısı var və pul lazımdır. Bundan sonra o, Farizə demişdir ki, özünün bir neçə qızılı var, onları girov qoyub pul götürüb ona kömək edə bilər, amma bir şərtlə ki, pulu lombarda ödəsin və onun qızılları batmasın. Fariz razı olmuşdur. Təxminən iki gün sonra Farizlə birlikdə Fərahimin lombardına getmişlər, o, Fərahimə özünə məxsus bir ədəd boyunbağı, bir ədəd qolbaq və bir ədəd üzüyü vermişdir. Həmin qızıllar ağ qızıl imiş, 750 əyarlı imiş. Qızılların ümumi çəkisi yadında deyil. Fariz demişdir ki, ona çox pul lazımdır, bu qızıllara görə nə qədər çox pul verilsə daha yaxşı olar. Fərahim qızıllara baxıb demişdir ki, bu qızıllara çox pul düşmür, amma ona görə 2000 manat verə bilər. Onlar razı olmuşlar. Fariz öz adından həmin onun 3 ədəd qızılını Fərahimə girov qoyub 2000 manat pul götürmüşdür. Fariz həmin 2000 manatdan ona 150 manat pul vermişdir. Belə ki, o, Farizdən evinin kirayə haqqı üçün 100 manat və özünə ayaqqabı almaq üçün 50 manat pul istəmiş, Fariz də vermişdir. Təxminən bir neçə gün sonra Fariz onunla zəngləşib Bakıxanovda kirayə qaldığı evin yanına gəlmiş və o, aşağı düşüb onunla görüşmüşdür. Farizin yanında bir oğlan var imiş. Fariz əlində sarı qızıl dəsti, yəni boyunbağı, qolbaq və üzük göstərib demişdir ki, həmin qızıllar yanında olan şəxsə məxsusdur və ona olan borcunun əvəzinə həmin qızılı verir. Fariz bildirmişdir ki, bu qızılları lombarda qoyub pul götürmək istəyir və xahiş etmişdir ki, Fərahimə zəng vurub xahiş etsin ki, qızılları qəbul etsin. O da Fərahimə zəng vurmuş, Fərahim demişdir ki, Fariz gəlsin qızılları gətirsin, o da baxıb qiymət desin. Sonra o, getməmişdir, Fariz isə gəldiyi oğlanla Fərahimin yanına getmişdir. Sonra Fariz onunla telefonla danışıb demişdir ki, qızılları qoyub lombarddan 500 ya 600 manat pul götürüb. Ondan sonra o, Farizlə əlaqə saxlaya bilməmiş, o, telefonlara cavab verməmişdir. Fərahim onunla əlaqə saxlayıb Farizi tapa bilmədiyini deyirmiş. O, məcbur olub Farizin girov qoyduğu öz qızıllarına görə birinci ayın faizini ödəmişdir. Lakin ondan sonra o, ödəniş edə bilməmiş, Farizi də tapa bilməmişdir ki, o, ödəniş etsin. Sonra o, lombarddan Farizin şəxsiyyət vəsiqəsinə baxıb onun Neftçala rayonunda yaşadığını bilmişdir. Sonra o, rəfiqəsi Aysunun tanışı Əfqan adlı oğlanla birlikdə rayona gedib Farizin evini tapmışdır. Lakin Fariz evdə yox imiş, valideynləri də onun harada olduğunu bilmədiklərini demişlər. Bildiyi qədər onun qızılları lombardda batmışdır. İlkin ifadəsində Farizin lombarda qoyduğu qızılların Farizin özünə məxsus olması, istintaqa verdiyi ifadəsində isə Farizin lombarda qoyduğu birinci qızılların ona məxsus olduğunu, ikinci qızılların isə Farizə kiminsə borc əvəzi verdiyini bildirməsi ilə bağlı bildirmişdir ki, Fariz tərəfindən lombarda qoyulmuş ona məxsus qızıllar lombardda batdığı üçün o, istintaqa bu barədə məlumat verməmişdir. Farizin ifadəsində lombarda qoyduğu ona məxsus boyunbağı, qolbaq və üzüyün cinayət işinin materiallarındakı şəkillərdə olan Şirvanın həyat yoldaşı Rəvanənin boynunda və qolundakı qızıllar olmasını bildirməsi ilə bağlı qeyd etmişdir ki, Fariz düzgün göstərmir, həmin qızıllar ona məxsus olmuşdur, şəkillərdəki qızıllar həmin əlamətdə olan qızıllar deyil. Boyunbağını və üzüyü o, təxminən 2008-2009-cu illərdə Lənkəranda hansısa dükandan almışdır. Qolbağı isə hədiyyə vermişlər. Bundan başqa bildirmişdir ki, həqiqətən də yadında qalmayan tarixdə yaxın qohumları ona qızıl sırğa hədiyyə etmişdilər, o, həmin sırğanın bir tayını itirmişdi. Sonra isə dəqiq tarix yadında deyil, çox güman ki, Şirvanın evində olan yanğından sonra o, həmin qızıl sırğanı girov qoyub pul götürmək istəmiş, bu məqsədlə Elnura demişdir. Elnur demişdir ki, onun ailə üzvlərinin də qızılları "xxxx" MMC-yə girov qoyulub, orada işləyənləri tanıyır. Sonra Elnurla birlikdə həmin MMC-yə getmişlər. Həmin zaman onun üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün qızıl sırğa Elnurun adından girov qoyulmuş və onlara 155 manat pul verilmişdir. 155 manatı o, götürmüşdür. Bir müddət sonra o, həmin 155 manatı faizi ilə birlikdə ödəmiş və Elnurla birlikdə "xxxx" MMC-yə getmişlər, orada Elnur lazımi sənədlərə imza etmiş və razılıq vermişdir ki, növbəti gün qızıl sırğanı o, qəbul etsin. Növbəti gün də o, gedib sırğanı oradan götürmüşdür. Həmin sırğa hazırda atasıgilin yaşadığı Lənkəran rayonunda olmalıdır. Ona təqdim edilən 04 yanvar 2019-cu il tarixdə "xxxx" MMC-yə bir ədəd qızıl sırğa girov qoyulub 155 manat kredit götürülərkən tərtib edilmiş sənədlərin surətləri arasında olan MMC-dən götürülmüş həmin qızıl sırğanın fotoşəkli ilə bağlı suala cavab olaraq bildirmişdir ki, istintaq dövrünə fotoşəkli nəzərdən keçirmişdir. O, fotoşəkildə olan sırğanı Elnurla birlikdə girov qoymamışdır. Onların girov qoyduğu sırğa, yəni ona məxsus olan bir ədəd sırğa 750 əyarlı, uzun sallanan, aşağı hissəsi yumru, üzəri qaşlı formada imiş. O, həmçinin qeyd etmişdir ki, oğurluq və yanğın hadisəsinə heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 10 ildən artıqdır ki, mühəndis işləyir. Ailə ilə Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, ev 50, 71 saylı mənzildə yaşayır. O, 2009-cu ildə Şahid6 ilə ailə həyatı qurmuş və bundan sonra ata evindən çıxaraq həmin məhəllədə başqa ünvanda kirayədə yaşamışdır. Rəvanə ilə nikahdan onun 2011-ci il təvəllüdlü Davud və 2015-ci il təvəllüdlü Leyla adlı iki övladı var. Təxminən 2017-ci ildə atası Mehmandarov küçəsində həyət evi tikdiyi üçün anası və ailə həyatı qurmayan böyük qardaşı ilə birlikdə həmin evə köçmüşlər. 3 bacısı isə evlidirlər və ayrı ünvanlarda yaşayırlar. 2017-ci ilin noyabr ayında o, Rəvanə və iki övladı ilə birlikdə atasına məxsus Mehmandarov küçəsi, ev 50, 71 saylı mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Həmin mənzil 3 otaqlı imiş, binanın 4-cü blokunda 9-cu mərtəbəsində pilləkəndən qalxanda sol tərəfdə yerləşir. Qapının açarla bağlanan iki kilidi var. Qapı üzərində olan kilidlərdən yalnız birindən istifadə edirmişlər, digəri isə həmişə açıq qalırmış. İlk köçdükləri vaxt həyat yoldaşı Rəvanə işləmirmiş, evdə uşaqlarla qalırmış, o, isə işə gedirmiş. Oğlu Davud məktəbəqədər hazırlığa Köhnə Günəşlidə yerləşən 265 nömrəli məktəbə gedirmiş, qızı Leyla isə həmin vaxtdan Şıxlinski küçəsində yerləşən 264 saylı məktəbin yanında yerləşən bağçaya getməyə başlamışdır. Övladlarının məktəbə və bağçaya aparılıbgətirilməsi ilə Rəvanə məşğul olurmuş. Bildirmişdir ki, Rəvanə əvvəllər saç ustası olaraq işləmişdir, sonra isə ailə həyatı qurması və övladlarının olması ilə bağlı işdən uzaqlaşmışdı. Lakin bu ərəfələrdə Rəvanə imkan olduqca sənəti ilə bağlı müəyyən kurslara gedib işini təkmilləşdirmişdir. 2018-ci ilin təxminən aprel ayında qərara gəlmişlər ki, Rəvanə hansısa salonda usta olaraq işə başlasın, lakin bunun üçün onlara evdə uşaqlara baxan və onları məktəbə və bağçaya aparıb-gətirən dayə lazım imiş. Rəvanə ilə o, hər ikisi münasib bir dayə axtarmağa başlamışlar, lakin ilk əvvəl tapılan dayələr onlara düz gəlmirmiş, yəni tapdıqlarının yaşlı olmaları və yaşadıqları evlərin uzaqda yerləşməsi onları qane etmirmiş. Həmin ərəfədə onun yadına düşmüşdür ki, əvvəllər onunla birlikdə işləmiş Elnarə adlı iş yoldaşı evində dayə işlədirmiş. Ona görə də o, Elnarə ilə 2018-ci ilin iyun ayının axırında «vatsap» proqramı ilə yazışıb münasib bir dayə tanışının olubolmamasını soruşmuşdur. Elnarə ona demişdir ki, hazırda Bakıda deyil, qayıtdıqdan sonra maraqlana bilər, lakin onun evində əvvəllər dayə işləmiş Elmira adlı qadın hazırda boşdur, onun nömrəsini ona göndərir, bildiyi qədər Elmiranın bacısı qızı da olmalıdı, o da iş axtarır, o, özü Elmira ilə danışsın, ya Elmira özü ya da onun bacısı qızı və ya tanıdığı kimsə varsa həmin adamı dayə kimi işə götürsün. Onun Elmira ilə danışıb-danışmadığı tam yadında deyil, lakin sonrakı günlərdə Elnarə ona Elmiranın bacısı qızı İlkanənin telefon nömrəsini göndərmişdir. Təxminən yadındadır ki, Elnarə yəqin ki, onun nömrəsini də Elmiraya veribmiş və növbəti günlərdə Elmiranın bacısı qızı İlkanə özü ona zəng vurmuş və onlar danışıb evdə görüşmək barədə razılığa gəlmişlər. Ona qədər isə Elnarə ona məlumat vermişdi ki, Elmiranın bacısı qızı İlkanəni də tanıyır, İlkanənin valideynlərinin yaşadığı Lənkəran rayonundakı evlərində olub, atası və anası normal insanlardır. Elnarə həmçinin demişdir ki, İlkanə əvvəllər də dayə işləyib və iş təcrübəsi var, hətta ona tapşırıb ki, onların aralarında vasitəçi olduğu üçün onu utandırmasın, işinə vicdanla yanaşsın. İlkanə birinci dəfə onlara tanımadığı rəfiqəsi ilə gəlmişdi. Həmin rəfiqəni o, birinci və axırıncı dəfə elə həmin vaxtı görmüşdür, adını da bilmir. İlkanə ilə evində Rəvanənin iştirakı ilə söhbət etmişlər və İlkanənin onların evində dayə kimi işləməsi barədə razılığa gəlmişlər. Razılaşmaya görə İlkanəyə ayda 350 manat pul verəcəkmiş. İlkanə hər gün səhər saat 9da evə gəlib saat 19:00-da getməli imiş. İlkanə özü haqqında qısa məlumat verib demişdir ki, valideynləri Lənkəran rayonunda yaşayırlar, o, özü ailəli olub ayrılmışdır və bir övladı var ki, o da valideynlərinin yanında yaşayır. İlkanə özü Bakı şəhəri Qaraçuxur qəsəbəsində həyət evində başqa bir rəfiqəsi ilə aylıq 100 manata kirayədə yaşayır. Növbəti gün İlkanə səhər gələrək dayə kimi işə başlamışdır. Onlar İlkanəyə mənzilin açarının bir nüsxəsini vermişlər. İlkanə səhər gələndə onlar evdə olurmuşlar, İlkanə gəldikdən sonra uşaqlarla evdə qalırmış və o, Rəvanə ilə evdən çıxıb işə gedirmişlər. Axşam isə ya o, ya da Rəvanə evə qayıtdıqdan sonra İlkanə onlardan çıxıb gedirmiş. Gün ərzində İlkanə yalnız Leylanı bağçadan evə gətirirmiş, həmin vaxtı Davud evdə qalırmış, İlkanə mənzili bağlayıb Leylanın dalınca gedirmiş. O, İlkanənin aylıq maaşını vaxtında verirmiş, bu məsələ ilə bağlı aralarında heç vaxt hər hansı narazılıq olmayıb. Birinci iki ayda İlkanənin istirahət günü olmayıb, o, hər gün işə gəlib, çünki Rəvanə hər gün işə gedirmiş. O, isə şənbə və bazar günləri işləmirmiş, həmin günlərdə İlkanə evə səhər deyil, günorta saatlarında gəlirmiş, uşaqlar günortaya kimi evdə onunla qalırmışlar və İlkanə evə gələndən sonra o, etika xətrinə evdən çıxırmış, yalnız Rəvanə işdən evə qayıtdıqdan sonra o da evə gəlirmiş. 2018-ci ilin sentyabr ayının 15-dən etibarən oğlu Davud Şıxlinski küçəsində yerləşən 264 saylı orta məktəbə birinci sinifə getməyə başlamışdır. Artıq həmin vaxtdan etibarən İlkanənin evə gəlmə vaxtı, yəni ümumən iş qrafiki dəyişmişdir. Belə ki, hər gün səhər Rəvanə qızını və oğlunu bağça və məktəbə aparıb qoyub işə gedirmiş, o, özü də adi qaydada işə gedirmiş. Onu da bildirmişdir ki, mənzillərinin 3 nüsxə açarı var imiş, onlar hər üçü kilidin üstündə olan zavod üsulu ilə hazırlanmış nömrəli açarlar imiş. Həmin açarlardan biri onda, biri Rəvanədə, biri isə oğlu Davudun məktəb çantasında olurmuş. Belə ki, Davudun məktəbi başlayandan sonra onlar İlkanədən mənzilin onda olan açarını götürmüşlər və Davudun məktəb çantasına qoymuşlar. Həmin vaxtdan İlkanədə evə daxil olmaq üçün açar olmamışdır, o evə yalnız Davudu məktəbdən gətirdikdən sonra daxil ola bilərmiş. Davud məktəbə getməyə başlayandan sonra İlkanə artıq evə səhərlər gəlmirmiş, İlkanə Davudun məktəbdən çıxma vaxtını Rəvanə ilə telefonla dəqiqləşdirib həmin dəqiqədə məktəbdə olurmuş, yəni dərsdən çıxma vaxtına uyğun saat təxminən 12- 13:00 radələrində məktədə gedib Davudu götürüb evə gəlirmiş və Davudun çantasında olan açar nüsxəsi ilə mənzili açırmış. Sonra isə İlkanə Davudu qonşu blokda yaşayan müəllimənin evinə hazırlığa aparırmış və evə qayıdırmış, hazırlıq qurtaran vaxtı gedib Davudu götürüb evə gətirirmiş, bundan sonra isə evdən çıxıb qızı Leylanı bağçadan götürüb evə gətirirmiş və onların gəlməyini gözləyirmiş. Onlar gəldikdən sonra İlkanə gedirmiş, lakin qeyd etdiyi kimi evin 3-cü açarı yenə də Davudun çantasında qalırmış. Bildirmişdir ki, İlkanə onlara demişdi ki, o, yaşadığı evdən Davudun məktəbinə 81 nömrəli avtobusla gəlir, sonra isə Davudu məktəbdən götürüb onların evlərinə piyada gəlirlər. Bildirmişdir ki, İlkanə işə başlayandan sonra ilk aylarda Rəvanə ilə söhbət zamanı ona demişdir ki, Təhmiraz adlı oğlanla sevgi münasibətindədir, Təhmirazın ailəsi var, lakin onunla da münasibət saxlayır. X19 deyibmiş ki, Təhmiraz ona balansında 500 manat olan hansısa kredit kart hədiyyə edib və ondan istifadə qaydasını Rəvanədən öyrənmək istəyib, Rəvanə də bu barədə ondan soruşmuşdu və o, bilmədiyini demişdi. Bildirmişdir ki, İlkanə onlarda işləməyə başlayanda o, ***-***-**-** saylı nömrə işlədirmiş, onunla əsasən Rəvanə danışırmış, o, İlkanənin nömrəsini telefonunda qeyd etməmişdi, lakin bildiyi qədər İlkanə sonralar eyni zamanda ikinci telefonda ***-***-**-** saylı nömrə də işlətməyə başlamışdır. Bundan başqa bildirmişdir ki, İlkanə onlarda işləməyə başlayanda aralarında olan razılığa əsasən o, şəxsiyyət vəsiqəsini Rəvanəyə vermişdir ki, onda qalsın. Yəni onunla bağlı hər hansı problem olsa onlar İlkanənin anket məlumatlarını və ünvanını bilsinlər. Bundan başqa bildirmişdir ki, dəqiq tarix yadında deyil, Rəvanənin deməsinə görə 2018-ci ilin dekabr ayının əvvəllərində Rəvanə hansısa bir səbəbdən işə getməyibmiş, o, saat təxminən 10-11 arası zibili bloka qoymaq məqsədilə qapını açanda İlkanənin qapının dalında blokda dayandığını görüb təəccüblənmiş və bu saatda bura niyə gəldiyini soruşmuşdur. Belə ki, İlkanə həmişə olduğu kimi günortaya yaxın Davudu məktəbdən götürüb evə gəlməli imiş, bu tez saatda onun onlara gəlməsi təəccüblü imiş. İlkanə deyibmiş ki, gəlib qapını döyəcəkmiş ki, Rəvanənin evdə olub-olmadığını bilsin, evdə olmayacağı halda aşağı qadın salonuna düşüb orada Davudun məktəbdən çıxma vaxtını gözləyəcəkmiş. Rəvanə İlkanənin tez gəlməsini adi bir təsadüf kimi qarşılayıb və ağlına başqa bir şübhəli fikir gətirməyib. Bundan başqa bildirmişdir ki, 2018-ci ilin dekabr ayının 10-da axşam saatlarında baldızı Şahanə onlara gəlmişdir, həmin vaxtı artıq Rəvanə də işdən qayıdıbmış. İlkanə Şahanədən xahiş edib ki, pul müqabilində onun qaşlarına tük effekti versin. Şahanə də salonda usta işləyir. Şahanə evin yataq otağında İlkanənin qaşlarına tük effekti vermişdir və gördüyü işin qiymətinin 150 manat olduğunu demiş, 130 manata razılaşmışlar. İlkanə də həmin vaxtı Rəvanədən xahiş etmişdir ki, onun maaşı hələ növbəti gün verilməli olmasına baxmayaraq Şahanənin pulunu ödəməsi üçün ona maaşını həmin gün versin. Belə ki, İlkanə deyibmiş ki, Rəvanə onun maaşından 50 manatı Şahanəyə, 300 manatı isə ona versin. O, Şahanənin pulunun qalan 80 manat hissəsini sonra verəcək. Rəvanə də razılaşmış və elə həmin onların olduğu yataq otağında yerləşən paltar şkafının orta gözünü açıb orada olan qara rəngli çiyin çantasını (rüqzaq) bayıra çıxartmış və çantanın yan cibində olan pul qabından 350 manat götürüb 50 manatı Şahanəyə, 300 manatı isə İlkanəyə vermişdir. Rəvanə çantadan pulu İlkanənin gözünün qarşısında çıxartmışdır. Bildirmişdir ki, Rəvanə evdə olan ehtiyyat pulunu həmin qara rəngli çiyin çantasının cibində olan pul qabında, həmçinin qızıl-zinət əşyalarını isə qızılların öz qablarında çantanın içərisində saxlayırmış. Bundan başqa bildirmişdir ki, 16 dekabr 2018-ci il tarixdə, həftənin bazar günü o, evdə imiş, lakin Rəvanə işdə imiş. Həmin günü saat təxminən 14:30 radələrində Rəvanə ona zəng vurub demişdir ki, İlkanə binanın aşağısında gözləyir, o, evdən çıxmaq üçün hazırlaşsın ki, İlkanə evə girən kimi o, çıxsın. Həqiqətən də az sonra İlkanə evə gəlmiş və o, uşaqları ona tapşırıb evdən çıxmışdır. O, liftə keçib aşağı düşəndə lift təxminən beşinci mərtəbədə olanda yadına düşmüşdür ki, siqareti evdə qalıb, ona görə də stop düyməsi ilə lifti dayandırıb yenidən 9-cu mərtəbəyə qalxmışdır. Mənzilin qapısına yaxınlaşanda qapının aralı olduğunu görüb təəccüblənmiş, mənzilin qapısı içəri açılırmış və qapı aradan adam keçəcək səviyyədə açıq imiş, o, içəri keçəndə görmüşdür ki, qapının arxasında İlkanə başı aşağı vəziyyətdə qapının kilidində olan açarı çıxartmağa çalışır. O, nə baş verdiyini maraqlanmış, İlkanə demişdir ki, açar kiliddə ilişib və onu çıxartmağa çalışır. O, İlkanəyə kənara çəkilməsini demişdir. İlkanə kənara çəkilmiş və o, açarı kiliddən çıxartmağa çalışmış və təxminən 30 saniyə çalışaraq açarı kilidin içərisində sağa-sola, dala-qabağa oynadıb birtəhər çıxartmışdır və İlkanədən nə üçün açarı kilidə saldığını və nə etmək istədiyini soruşmuşdur. İlkanə özünü itirmiş vəziyyətdə imiş və sanki onun gəlişini gözləmirmiş və İlkanə demişdir ki, kontur almaq üçün məhəllədə olan dükana düşmək istəyirmiş. O, İlkanəyə təklif etmişdir ki, özünün bank kartı vasitəsilə mobil telefondan onun nömrəsinə pul göndərsin. Lakin İlkanə buna qəti etiraz edib istəmədiyini demişdir. Bundan sonra o, mənzilin özündə olan açarını kilidə salıb yoxlamış və məlum olmuşdur ki, kiliddə heç bir problem yoxdur və onda olan açar da rahat işləyir. Ona görə də o, öz açarını İlkanəyə verib, onda olan açarı götürmüşdür və demişdir ki, bundan sonra onun açarından istifadə etsin. Sonra siqaretini evdən götürüb çıxmış və İlkanənin açarı onda qalmışdır. Sonra həmin günü axşam o, dostları ilə çayxanada oturan zaman İlkanənin açarına əlində diqqət etmiş və görmüşdür ki, açar onda və Rəvanədə olan açara oxşamır, kustar üsulla kobud formada hazırlanıb, üzərində də döymə zavod nömrəsi yoxdur. Sonra o, axşam evdə İlkanədən götürdüyü açarı Rəvanəyə göstərib onun həmin açarı Davudun çantasına qoyub-qoymadığını soruşmuşdur və özündə olan açarla müqayisə etməsini istəmişdir. Rəvanə özündə olan açarı çıxardıb hər ikisinə müqayisə məqsədilə baxanda görmüşlər ki, onlar bir-birindən xeyli fərqlənir və Rəvanə həmin açarın ona tanış olmadığını və onun tərəfindən Davudun çantasına qoyulmuş açar deyil, başqa açar olduğunu bildirmişdir. Bu barədə Rəvanə «vatsap»la İlkanədən həmin onda olan açarın niyə fərqli olması və açarı kiməsə verib-verməməsi barədə soruşmuş və İlkanə demişdir ki, o da görmüşdür ki, açar fərqlidir, üzərində mıxla deşik zədələri var və kilidi çətinliklə açır, lakin o, kiməsə açar verməmişdir və həmin açar elə əvvəldən Davudun çantasına qoyulmuş açardır. Bu məsələ ilə bağlı onlar İlkanənin üstünə çox getməmişlər, lakin Rəvanə ilə aralarında danışıb məsələt etmişlər ki, burada nəsə bir problem var, artıq İlkanə ilə yolları ayırmaq lazımdır. Lakin buna qədər qeyd etdiyi kimi İlkanəni onlarla iş yoldaşı Elnarə tanış etdiyi və ona zamin durduğu üçün İlkanənin onlara qarşı hər hansı bir pis hərəkət edəcəyini ağıllarına belə gətirmirmişlər və ondan şübhələnmirmişlər. Təsadüfi deyil ki, yuxarıda ifadəsində göstərdiyi kimi bir dəfə İlkanənin vaxtından əvvəl mənzilə gəlməsini Rəvanə zibil atmaq istəyərkən gördükdə belə bu məsələnin üstündən keçmişdilər və ağıllarına heç bir şübhəli məqam gəlməmişdir. Lakin artıq bu dəfə açar məsələsi onları şübhələndirmişdir, çünki o, liftdən çıxıb mənzilə gələndə İlkanə bayır paltarını, yəni qalın üst geyimini geyinmədən açarı içəri tərəfdən kilidə taxması həmin vaxtı olmasa da sonradan onda əsaslı şübhələr yaratmışdır, çünki əgər bir adam mənzildən çıxmaq istəyirsə o, nə səbəbdən açarı kilidə bayırdan deyil, içəri tərəfdən keçirməlidir. Bir də İlkanənin dediyi kimi əgər onda olan açar elə əvvəldən kiliddə ilişirdisə o, nə üçün bu barədə onlara əvvəldən xəbər vermirmiş və ümumiyyətlə bu açardan necə istifadə edirmiş. Çünki o, açarı çox çətinliklə kiliddən çıxarmağı bacarmışdır. İlkanə ilə yolları ayırmaq barədə düşünəndə onunla tanışlıqda ortada Elnarə olduğu üçün hər bir halda inciklik yaranmaması məqsədilə Rəvanə yalandan İlkanəyə demişdi ki, ola bilsin ki, o, iş yerini evə yaxın salona dəyişsin və ona görə də artıq evdə dayəyə ehtiyac olmasın. Bildirmişdir ki, həmin gündən sonra o, İlkanədən götürdüyü şübhəli açarı Rəvanəyə vermiş, Rəvanənin açarını isə özü götürmüşdür. Bundan başqa bildirmişdir ki, 2018-ci ilin noyabr ayının dəqiq yadında qalmayan tarixində onların mənzilinin giriş qapısının kilidinin bayır dəstəyi İlkanə qapını açarkən qırılmışdı, o da yalınz dəstək alıb qonşu Yusiflə köməkləşib yeni dəstəyi kilidə bağlamışlar. İlkanə də bunu görmüş, nə açarın ilişməyi, nə də kilid barədə onlara heç nə deməmişdir. Lakin 16 dekabr 2018-ci il tarixdə olan açar məsələsindən sonra İlkanə Rəvanəyə deyibmiş ki, guya o, bir xeyli əvvəl də uşaqları evdə qoyub harasa gedibmiş və qapını da bayırdan bağlayıbmış. Sonra qayıdanda açar kiliddə ilişib və qapını aça bilməyib, ona görə də qapı qonşu Turalı köməyə çağırıb. Tural qapını açmaqda ona kömək edib. Lakin məlum oğurluq və yanğın hadisəsindən sonra o, Turaldan bu barədə soruşmuşdur, Tural demişdir ki, o, İlkanəyə qapının kilidinin dəstəyi qırılan günü qapını açmaqda kömək edib, həmin vaxtı açarın kiliddə ilişməsi halı olmayıb, o, yalnız qırılmış dəstəyi kilidə keçirib qapını açmaqda köməklik edib. Həmçinin qeyd edir ki, 16 dekabrda o, İlkanədən həmin şübhəli açarı götürüb ona öz açarını verdikdən sonrakı günlərdə İlkanə Rəvanədən bir neçə dəfə həmin ilişən açarın ona qaytarılıbqaytarılmayacağını soruşmuş, Rəvanə də demişdir ki, sən nədən narahatsan, sənə normal açar verilib, İlkanənin açar barədə bir neçə dəfə soruşması Rəvanəni əsəbiləşdirmiş və bildirmişdir ki, həmin ilişən açarı çantasına qoyub özündə saxlayır. Bundan başqa bildirmişdir ki, anası 15 may 1954-cü il təvəllüdlü X6 18 dekabr 2018-ci il tarixdə bacısıgillə birlikdə Fransaya getməyi planlaşdırmışdı. Rəvanənin isə 24 dekabr 2018-ci il tarixdə ad günü olacaqmış, həmin günü anası Bakıda olmayacağından Fransaya getdiyi gün, yəni 18 dekabr 2018-ci il tarixdə qardaşı Ceyhunla Rəvanəyə qaşsız bir cüt sarı qızıl sırğa hədiyyə göndərmişdi. Rəvanə də həmin qızılı yataq otağındakı şkafda pul və qızılların saxlandığı çiyin çantası olan gözdən yuxarıdakı gözə qoymuşdur. Belə ki, Rəvanə gündəlik istifadə etmədiyi qızıllarını çiyin çantasında bir qədər aşağı gözdə, gündəlik istifadə etdiyi qızılları və bijuteriyanı isə yuxarı gözdə saxlayırmış, həmin gözdə bijuteriya ilə yanaşı ümumilikdə 4 cüt qızıl sırğa və bir ədəd qızıl boyunbağı olmuşdur. Rəvanə anasının verdiyi qızıl hədiyyəni həmin yerə bijuteriyanın yanına qoyanda İlkanə də yanında olub, yarı zarafat və yarı kinayə halında İlkanəyə deyibmiş ki, burdan nəsə itsə ondan biləcək. İlkanə bu sözə mat vəziyyətdə dayanıb heç bir cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, 25 dekabr 2018-ci il tarixdə Rəvanə işdən evə gələndə İlkanə ona demişdir ki, Davud deyir ki, evdən qaz iyi gəlir. Belə ki, İlkanə Davudun iyə qarşı çox həssas olduğunu bilirmiş. Rəvanə İlkanənin yanında Davuddan qaz iyi barədə soruşmuş, Davud bilmədiyini demişdir. Rəvanə də heç nə başa düşməyib buna əhəmiyyət verməmişdir. Rəvanə ilə İlkanəni işdən çıxarmaq barədə qərara gəlsələr də hələki bu barədə real bir addım atmamışdılar, çünki gərək yeni bir dayə tapardılar, anası ona bir dayə təklif etsə də o, sonra bu məsələyə baxacağını demişdir. 26 dekabr 2018-ci il tarixdə həmişə olduğu kimi o, Rəvanə və uşaqlar evdə imişlər və səhər tezdən Rəvanə hər iki uşağı götürüb bağça və məktəbə qoymaq məqsədilə evdən çıxmışdır, sonra isə onları qoyub evə qayıtmışdır. Belə ki, saat 09:00-da Rəvanə qalxanabənzər vəzi ilə bağlı olaraq konkret həmin saatda dərman içməli imiş, Rəvanə gəlib həmin saatda dərmanını içib evdən çıxıb işə getmişdir. Rəvanə marşrut avtobusu ilə işə gedir. Rəvanə çıxandan 10 dəqiqə də sonra o, qapını bağlayıb işə getmişdir. Yadındadır ki, evdə paltaryuyan maşın mətbəxdə işləyirmiş. Həmçinin həmişə olduğu kimi soyuducu da cərəyana qoşulu imiş. Həmin günü Davudun 5 dərsi var imiş və İlkanə saat 12:15-də məktəbin qarşısında olub Davudu dərsdən götürüb evə gətirməli imiş. Rəvanə Davudun dərs saatı və onu götürmək vaxtı barədə İlkanəyə həmin günü «vatsap»da Davudun dərsdən çıxma vaxtını demiş, İlkanə də təsdiq edib bildiyini göstərmişdir. O, işdə olanda saat 11:34-də ona qonşu binada 8-ci mərtəbədə yaşayan Vüqar zəng vurub onların mənzilindən tüstü çıxmasını bildirmişdir. O, cəld müdirəsi Lalə xanıma mənzilinin yandığını deyib dərhal da iş yerindən çıxmış və yol kənarında dayanmış taksiyə əyləşib dərhal Mehmandarov küçəsinə sürməsini demişdir. O, ilk əvvəl İlkanəyə zəng vurmaq istəmiş, çünki fikirləşmişdir ki, artıq Davudun məktəbdən çıxma vaxtına 40 dəqiqə qalıb, bəlkə də İlkanə artıq avtobusla yoldadır. Öz telefonu ilə İlkanəyə zəng vuranda məlum olmuşdur ki, telefonu borcdan bağlıdır. Ona görə də taksi sürücüsündən xahiş edib onun telefonunu alıb İlkanəyə zəng vurub harada olduğunu soruşmuşdur, İlkanə demişdir ki, hazırda Davudun məktəbinin həyətindədir. O, evdə yanğın olduğunu və təcili formada Davuddan açarı götürüb özünü evə çatdırmasını bildirmişdir. İlkanə gedəcəyini bildirmişdir. Sonra təxminən 15 dəqiqəyə o, məhəlləyə çatmış, səhv etmirsə yolda o, taksi sürücüsünün telefonu ilə bir dəfə də İlkanəyə zəng vurmuş, İlkanənin ona nə deməsini xatırlamır. Yol boyu qonşu Vüqar yenə ona zəng vururmuş və evin açarını tez çatdırmaq lazımdır, ev yanıb qurtarmışdır. O da dayəyə dediyini və açarı tez bir zamanda çatdıracağını demişdir. Həmçinin özü düşünmüşdür ki, ola bilsin ki, paltaryuyan maşının naqili alışıb, çünki onun naqilini o, özü bir müddət əvvəl təmir etmişdir, bunu düşündüyü üçün bir qədər də rahat imiş ki, paltaryuyan maşın mətbəxdə kafelin üstündədir və o, alışsa da ciddi yanğın olmaz. O, binanın arxa tərəfinə çatanda görmüşdür ki, onların mənzilinin yataq otağının pəncərəsindən bayıra alov çıxır və yataq otağı yandığı üçün çox həyəcanlanmışdır, taksidən düşüb qaçaraq məhəlləyə girmiş, görmüşdür ki, məhəllədə xeyli insan toplaşıb və 2 ədəd yanğınsöndürən maşın gəlib. O, liftə minib 9-cu mərtəbəyə qalxmış və liftdən çıxanda görmüşdür ki, atası, qonşularda bəziləri, ona zəng edən Vüqar, 3 nəfər polis və 2 nəfər yanğınsöndürən əməkdaş oradadırlar. Yanğınsöndürən əməkdaşlar əllərində olan ağır çəkili dəmir aləti mənzilin qapısına zərbə ilə vurub onu açmağa çalışırlar, o, çatanda hələ qapı açılmamışdı. Həmin an o, görmüşdür ki, yanğınsöndürən əməkdaş əlində olan mənzilin açarını kənara tullamış və demişdir ki, artıq qapı əyilib, açara ehtiyac yoxdur, onunla qapını açmaq olmayacaq. O, İlkanəni orada görməsə də təxmin etmişdir ki, İlkanə ondan əvvəl gəlib açarı yanğınsöndürənlərə verib aşağı düşmüşdür. O, ora çatandan təxminən 30 saniyə sonra yanğınsöndürənlər qapını qırıb açmışlar və içəri daxil olub yanğını təxminən 10 dəqiqə müddətində söndürmüşlər. O da ilk əvvəl mənzilə daxil olmuş və görmüşdür ki, evdə ancaq girişdən sağdakı yataq otağı yanır, dəhliz isə tüstü olduğundan orada dayana bilməyib bayıra çıxmışdır. Artıq yanğın sönən vaxtı Rəvanə gəlib çatmış, yanğın söndüyü üçün o, polis əməkdaşları ilə birlikdə mənzildə imiş. O, həyəcanlı və şokda imiş. Bu zaman Rəvanə demişdir ki, yataq otağındakı şkafda onun qızıl əşyaları və pulu olmalıdır. Bildirmişdir ki, İlkanə onlarda işə başlayanda o, evdə artıq kənar adam olduğunu düşünüb hər ehtimala qarşı Rəvanəyə demişdir ki, qızıl və pullarını mətbəxdə yerləşən paltaryuyan maşının altında gizlətsin. Rəvanə də onları salafan torbada həmin yerə qoymuşdu. Yanğın vaxtı Rəvanənin gəlib pul və qızılın yataq otağındakı şkafda olmasını deməsi onu təəccübləndirmişdi, sonra Rəvanə ona demişdi ki, İlkanə ondan tez-tez maaş məbləğindən ay ərzində hissə-hissə pul istəyirmiş, o da hər dəfə paltaryuyanın altından pul götürməyə çətinlik çəkdiyi üçün salafan torbanı oradan götürmüş və qara çiyin çantasına qoyub yataq otağında olan şkafda gizlətmişdir. Həmin vaxtı yanğınsöndürən və polis əməkdaşları ilə birlikdə yataq otağına daxil olmuşlar, görmüşlər ki, yataq otağında olan bütün əşyalar demək olar ki, yanıb və yararsız hala düşüb, yalnız şkaf tam kül olmayıb, üstü yanaraq maketi qalıb. Şkafla yanaşı yataq otağında olan taxt, iki ədəd dolab, pərdə, bir ədəd «Canon 7D» markalı fotoaparat, bir ədəd «Acer» markalı, bir ədəd «Dell» markalı noutbuklar, 1 ədəd «Apple» markalı ipad, 4 ədəd xalça, «Samsung» markalı tozsoran, televizor, şkafda olan paltarlar və digər xırda əşyalar, o cümlədən otağın döşəməsi, qapısı, pəncərəsi, divar oboyları, çilçıraq tam yanmışdır. Həmçinin yanğın zamanı istinin təsirindən digər otaqlarda da bir çox əşyalar ərimiş və yararsız hala düşmüşdür. Bildirmişdir ki, o, sonradan dəqiq hesablama apararaq bilmişdir ki, yanğın nəticəsində evində yanmış və yararsız hala düşmüş əşyaların dəyəri 16150 manat edir. Sonradan o, həmin yataq otağının tam təmirinə, yəni divarlar, tavan və döşəmənin təmiri, qapı və pəncərələrin yenisinin qoyulmasına və digər otaqlarda yanğınla əlaqədar yaranmış izlərin aradan qaldırılmasına, yəni ümumilikdə mənzilin əvvəlki vəziyyətə gətirilməsinə cəmi 8651 manat pul xərcləmişdir. Qeyd edir ki, şkafda olan Rəvanənin təxminən 5 ədəd çantası yansa da bəzi yanmayan hissələri qalmışdı və onların çanta olduğu aydın görünürmüş. Rəvanə və o, nə qədər baxsalar da yanmış əşyaların arasından içərisində pul və qızıl olan qara rəngli süni dəridən olan çiyin çantasını tapa bilməmişlər. Həmçinin şkafın yanında yerdə iki ədəd bijuteriya üzük tapmışlar. Həmçinin onlar orada içərisində pullar olan bir tərəfi yanmış süni dəridən pul qabını tapmışlar. Pul qabıya baxanda görmüşlər ki, içərisindəki pullar yoxdur, lakin vizit kartları yarı yanmış vəziyyətdə pul qabında imiş, yəni pulların orada yanması mümkün deyildi, pullar yanmış olsaydı onların külü və ya bir hissəsi pulqabında qalarmış. Həmin vaxtı onlar bu qənaətə gəlmişlər ki, evlərindən oğurluq olub, pul və qızıl əşyaları oğurlanıb, sonra isə izi itirmək məqsədilə yataq otağı yandırılıb. Bildirmişdir ki, yataq otağında cərəyana qoşulmuş vəziyyətdə heç bir elektrik əşyası olmayıb, yalnız mətbəxdə məişət avadanlıqları cərəyana qoşulmuş olub ki, mətbəxdə də hər hansı yanğın izi yox imiş. Yanğın konkret olaraq yataq otağında başlamışdı və digər otaqlara keçməmiş yanğınsöndürənlər yanğını söndürmüşlər. Bildirmişdir ki, yataq otağındakı şkafda qara çiyin çantasında və şkafın yuxarı gözündə bijuteriyaların yanında olan bütün qızıl əşyaları oğurlanmışdır. Həmin qızıl zinət əşyalarını vaxtilə 6500 manata almışdır. Həmçinin pul qabından 2000 ABŞ dolları və 800 manat pul oğurlanmışdır. Bildirmişdir ki, o, oğurlanmış qızıl əşyalarının şəkillərini, yəni hadisədən əvvəl toyda və digər tədbirlərdə çəkilmiş fotoşəkilləri istintaqa təqdim etmişdir. Daha sonra Fövqəladə Hallar Nazirliyinin təhqiqatçısı mənzilə gəlib yanğın olan otağa baxış keçirmiş, o da orada imiş və baxış zamanı müəyyən edilmişdir ki, yataq otağının rozetkalarında qısaqapanma və yanğın izi yoxdur. Yanğınsöndürən əməkdaşlar hələ mənzildə olan vaxtı İlkanə aşağıdan qalxıb mənzilə daxil olmuş, həmin vaxtı yanğınsöndürən əməkdaşlar hamının yanında demişlər ki, bu sıradan bir yanğın deyil, bu daha çox yandırılmaya oxşayır. Bu zaman İlkanə demişdir ki, guya yataq otağında olan rozetkalardan biri «cızıldayırmış». İlkanə bunu deyib daha orada dayana bilmədiyini bildirib aşağı düşmüşdür. Sonra Rəvanə də İlkanənin arxasınca aşağı düşmüşdü və Rəvanə ona demişdi ki, o, İlkanəyə tapşırıb ki, binanın arxa tərəfinə nəzər yetirsin, bəlkə kimsə ora oğurlanmış çantanı atmış olar. İlkanə də baxıb orada çanta olmadığını demişdir. Həmin vaxtı oğlu Davudu qonşuluqda yaşayan sinif yoldaşının valideyni gətirib öz evində saxlayırmış. Rəvanə deyirmiş ki, İlkanə həmin vaxt ərzində özünü çox şübhəli aparmış, aidiyyəti olmayan sözlər demiş və suallar vermiş, təcili getməli olduğunu bildirmişdir. Rəvanə isə ona deyirmiş ki, uşaqlara bəs kim baxsın, ona görə heç yerə getmə. Rəvanə İlkanəni birtəhər saat 4-ə kimi gözlətmiş, İlkanə həmin saatda Leylanı bağçadan götürüb gətirib Rəvanəyə vermiş, sonra isə özü çıxıb getmişdir. Onlar artıq evləri yandığı üçün qərara gəlmişlər ki, müvəqqəti olaraq atasının evinə köçsünlər. İlkanə də həmin günü getməmişdən əvvəl Rəvanə ona deyib ki, növbəti gün onun atasının evinə gəlsin. İlkanə isə buna təəccüblənmiş və heç nə deməmişdir. Lakin həmin günü axşam İlkanə Rəvanəyə mesaj yazmışdır ki, növbəti gün o da Rəvanə də dincəlsin, işə gəlməsin. Rəvanə də heç nə deməmişdir. Lakin ondan sonrakı gün də İlkanə işə gəlməmiş və onlar bir daha onu görməmişlər. Yəni kimsə İlkanəyə işə gəlməməsi ilə bağlı bir söz deməmişdi, əksinə Rəvanə ona gəlib işinə davam etməyi desə də İlkanə heç bir səbəb gətirmədən işə gəlməmişdir. Bu fakt özü də onlarda əhəmiyyətli şübhə yaratmışdır. Bundan başqa bildirmişdir ki, İlkanə həmişə onlara qara rəngli iri çiyin çantası ilə gəlirmiş. Rəvanənin deməsinə görə o, çantada özünə paltar gətirirmiş. Hadisə günü də o, həmin çanta ilə gəlmiş və çantanı məhəllədəki Kəmalə adlı qadının işlədiyi salona qoymuş, lakin hadisədən sonra gedəndə çantasız getmişdir. 28 dekabr 2018-ci il tarixdə o, 102 xidmətinə zəng vurub evinin yandırılması və oğurluq olması barədə məlumat vermişdir. Həmçinin o, keçmiş iş yoldaşı Elnarədən İlkanənin atası Teymurun telefon nömrəsini öyrənib ona zəng vurmuş və evinin oğurlanması və yandırılmasında İlkanənin iştirakının olması barədə əsaslı şübhə və faktlarının olduğunu bildirib ona demişdir ki, qızı ilə danışsın, İlkanənin bu işdə əli varsa məsələ polisdə böyüməmiş gətirib pul və qızılları qaytarsın. Sonra Teymur onunla təkrar danışıb İlkanənin and-aman edərək bu işdə heç bir əlinin olmadığını bildirmişdir. O da demişdir ki, bu məsələ polisdə araşdırılıb həqiqət ortalığa çıxar. Bildirmişdir ki, polisdə gedən araşdırma ilə yanaşı o, özündə Rəvanə ilə birlikdə bəzi məsələləri analiz etməyə başlamış və ortalığa İlkanə ilə bağlı əhəmiyyətli şübhə və faktlar çıxmışdır. Belə ki, o, İlkanənin hadisə günü məhəlləyə saat neçədə və kiminlə gəlməsini müəyyən etmək üçün məhəllədə olan ticarət və digər obyektlərin kamera görüntülərinə baxmaq qərarına gəlmiş, yalnız «Oba» market kamera görüntülərinə baxmağa icazə vermişdir. O, görmüşdür ki, marketin kamerasının saatı vaxtı bir qədər irəli göstərir, real saatla müqayisə edib görmüşdür ki, İlkanə bir qızla birlikdə saat 10:30 radələrində 81 nömrəli avtobus dayanağı istiqamətindən məhəlləyə daxil olur və Kəmalənin qadın salonu istiqamətində gedir. Sonra o, «Oba» marketin işçisi Seyrandan bu barədə soruşmuşdur. Seyran demişdir ki, o, həmin vaxtı pul xırdalamaq məqsədilə məhəllədə onların binası ilə üzbəüz yerləşən «Hüseyn» marketə gedəndə İlkanə və yanında olan bir qızın marketin qarşısında dayandıqlarını və İlkanənin yanında olan qızın böyrəninin ağrıdığını gördüyünü demişdir. X17 burda nə etdiklərini soruşmuş, İlkanə də ona nəsə bir cavab vermişdir. Sonra o, İlkanənin məhəlləyə tez gəlməsi barədə 35-ci Polis Bölməsinin əməliyyat müvəkkili Sənana məlumat vermişdir. Bununla bağlı araşdırmadan sonra o, bilmişdir ki, İlkanə hadisə günü Mira adlı bir rəfiqəsi ilə məhəlləyə gəlmiş, sonra Mira ilə Kəmalənin salonuna keçmişlər, Mira salonda qalmış, İlkanə isə vaxtından əvvəl Davudun məktəbinə getmişdir. Sonra o, sahə müvəkkili İslam Cəfərovla birlikdə Kəmalənin salonuna getmişlər. Kəmalə bildirmişdir ki, salonda saatı işləməsə də təxminən deyir ki, hadisə günü İlkanə saat 12-nin yarısı Mira adlı bir arıq qızla onun yanına gəlmiş, Mira saçını düzəltdirməli imiş, o, İlkanəyə oturub çay içməyi təklif etsə də İlkanə özünü pis hiss etdiyini və ürəyi bulandığını bildirmiş və çantasını salonda qoyub uşağın dalınca məktəbə getdiyini deyib salondan çıxmışdır. Təxminən 10-15 dəqiqə sonra isə onların binasında yanğın barədə xəbər tutmuşlar və onların mənzilinin yandığını bildikləri üçün Mira telefonla İlkanəyə zəng vurub yanğın barədə məlumat vermişdir. Bundan başqa bildirmişdir ki, onların binasında qonşu blokda Davudun hazırlığa getdiyi müəllimənin qaynanası Səlimə xanım hadisə günü Rəvanə və İlkanə ilə söhbət edərkən İlkanəyə demişdir ki, o, bu gün məhəlləyə həmişə olduğundan tez gəlmiş və Davudun dalınca da məktəbə tez getmişdir. Həmçinin o, özü hadisədən bir neçə gün sonra İlkanəyə «vatsap»da yazaraq ona bir neçə suallar vermiş, şübhəli məqamları nəzərinə çatdırmışdır, İlkanə də ona bir-biri ilə əlaqəsi olmayan cavablar verib şübhələri özündən yayındırmağa çalışmışdır. Həmin yazıları istintaqa təqdim etmişdir. Sonra o, Rəvanə ilə birlikdə həm onun, həm də özünün İlkanə ilə yazışmalarına birlikdə diqqət yetirmişlər, o, görmüşdür ki, İlkanə hadisə günü saat 10:30da Rəvanəyə yazıb buzunun açılması üçün əti çıxartmağı demişdir. Rəvanə də artıq evdə olmadığını bildirmişdir. Bu da onlarda şübhə oyatmışdır, çünki İlkanə həmişə səhər nə bişirəcəyini gecədən dəqiqləşdirirmiş. O, güman edir ki, hadisə günü İlkanə rəfiqəsi Mira ilə saat 10:30-da məhəlləyə gəlib Rəvanəyə də mesaj yazmaqla onun evdə olubolmadığını dəqiqləşdirmək istəyib. Həm də İlkanə əslində dəqiq bilirmiş ki, o saatda Rəvanə heç vaxt evdə olmur, o, sadəcə ət məsələsini yazmaqla Rəvanənin evdə olmadığını bir daha dəqiqləşdirmək istəyib. Həmçinin şübhəli məqamlardan biri də odur ki, hadisə günü İlkanə açarı gətirib yanğınsöndürənlərə verdikdən sonra aşağı düşüb məhəllədə gözləmişdir. Bu zaman qapı qonşusu Turalın həyat yoldaşı da orada imiş. Həmin qadın Rəvanəyə deyibmiş ki, İlkanə açarı gətirib yanğınsöndürənlərə verdikdən sonra aşağı düşüb məhəllədə gözləyərkən İlkanəyə dayanmadan zənglər gəlirmiş, lakin o, telefona cavab vermirmiş, Turalın yoldaşı İlkanəyə deyib ki, telefona cavab ver, bəlkə kimsə vacib söz deyir. İlkanə isə zəng edənin Rəvanə olduğunu bildirib, lakin telefona yenə cavab verməyib. Əslində isə həmin vaxtı Rəvanə öz telefonu bağlı olduğu üçün yalnız bir dəfə gəldiyi taksi sürücüsünün telefonu ilə İlkanəyə zəng vurub tez özünü evə çatdırmasını bildirmişdir. Həmçinin növbəti şübhəli məqam odur ki, yanğından sonra məhəllədə Rəvanə İlkanəyə deyibmiş ki, yataq otağında olan digər çantaları yarı yanmış vəziyyətdə orada qalsalar da içərisində pul və qızıl olan çantasının yoxa çıxdığını bildirmiş, lakin yoxa çıxan çantanın əlamətlərini deməmişdir. İlkanə isə özü Rəvanədən soruşmuşdur ki, «həmin o, balaca qara çantanı deyirsən». Sonrakı söhbətlərdə X7 yanında yataq otağında ona çantadan pul götürüb verməsini təsdiq etməsə də yanğından sonra çantanın əlamətlərini Rəvanəyə deməsi bir daha onu təsdiq edir ki, İlkanə həmin içində pul və qızıl olan çantanı görmüşdür. Həmçinin bildirmişdir ki, yanğından sonra o, birinci dəfə İlkanənin atası Teymurla telefonla danışanda o, hələki evin hansı şəraitdə yanmasını bilmirmiş, yəni yandırılma barədə onlarda dəqiq məlumat yox imiş. Teymur isə ona demişdir ki, İlkanə hadisədən sonra ona deyib ki, Şirvanın düşmənləri çoxdur, yəqin ki, onlar evi yandırıblar. O, isə Teymura demişdir ki, İlkanə onlarda cəmi 5 aydır ki, işləyir, İlkanə onun düşməninin olub-olmadığını haradan bilə bilər, əgər bilirsə birinin adını desin. Bundan başqa bildirmişdir ki, Şahanə İlkanənin qaşlarında etdiyi əməliyyatı davam etdirib tamamlamalı imiş, əslində İlkanə Şahanənin işlədiyi salona gəlməli imiş, lakin o, Şahanəyə tapşırmışdır ki, bir bəhanə ilə özü İlkanənin evinə getsin. 10 yanvar 2019-cu il tarixdə Şahanə İlkanənin evinə getmişdir. Həmin vaxtı İlkanə yanğın və oğurluqla bağlı heç bir söhbət açmayıb. Şahanə evdə yeni çanta görüb götürüb baxmaq istəyəndə İlkanə kobud formada çantanı Şahanənin əlindən alıb baxmağa qoymamışdır. Şahanə İlkanədən soruşmuşdur ki, əvvəlki çantanı nə etmisən, o da rəfiqəsinə satdığını demişdir. Həmin çanta hansı ki, yanğın günü İlkanədə olmuş və Kəmalənin salonunda qoyub getmişdir. Şahanə İlkanənin qaşlarında əməliyyat edəndə İlkanənin «vatsap»la Elnur adı yazılmış şəxslə mütəmadi yazışdığını görmüşdür, lakin İlkanə gizlin yazışdığından yazışmanın məzmununa diqqət edə bilməmişdir. Sonradan onlara məlum olmuşdur ki, həmin Elnur adlı şəxs onların məhəlləsində yerləşən marketlərə çörək daşımaqla məşğuldur, o, «nömrə 1» çörək zavodunda işləyir, İlkanəni də tanıyır, lakin aralarında nə münasibət olduğunu bilmir. Həmçinin hadisə günü də Elnur onların məhəlləsində olmuşdur. Sonradan polisdə araşdırma zamanı İlkanənin telefonundan Elnurun nömrəsi götürülmüşdü, onun nömrəsi ***-***-**-** imiş. O, sonra Elnurun nömrəsində «vatsap» profilinin şəklinə baxmışdır, o, profilə «Vaz-2106» markalı şəkil qoymuşdu, maşının nömrəsi **-KK-*** imiş. O, hətta özü Elnura zəng edib onunla görüşmək istədiyini demiş, Elnur Lənkəranda olduğunu bildirmişdi. Hətta o, Elnurla qəsdən kobud formada danışmışdır ki, onunla görüşə çıxsın, lakin Elnur gəlməmişdir. «Oba» marketdə işləyən Seyran ona demişdir ki, yanğından iki həftə sonra Elnur işdən çıxıb. Bundan başqa bildirmişdir ki, İlkanə yanğından qabaq onlarda işlədiyi vaxtda Şahanənin işlədiyi qadın salonuna getmiş və orada salonda işləyən Müşfiqə adlı saç ustasını görüb görüşmüşdür. İlkanə Şahanəyə demişdir ki, o, əvvəllər həmin Müşfiqənin evində kirayədə qalmışdır, ona görə də Şahanədən hansısa səbəbdən xahiş etmişdir ki, o, İlkanənin bacısının evində dayə işləməsi barədə Müşfiqəyə məlumat verməsin. Şahanə də İlkanənin sözünə ciddi əhəmiyyət verməyib Müşfiqəyə heç nə deməmişdir. Lakin yanğından sonra X4 ilə İlkanə barədə söhbət edərkən Jalə demişdir ki, bir neçə il əvvəl həqiqətən İlkanə onların səhv etmirsə Bakıxanov qəsəbəsində yerləşən evlərində kirayədə qalmış və həmin dövrdə Jalə İlkanə ilə birlikdə Jalənin hansısa qohumlarının evinə getmişlər. Sonra həmin qohum evindən qızılın yoxa çıxması barədə məlumat vermişdir, daha sonra həmin ev sahibi başqa bir polisdə işləyən qohumunu bu işi araşdırmaq üçün dəvət etmiş və evdən İlkanənin əl izi çıxmışdır. İlkanə isə oğurluğu Jalənin üstünə atmışdır. Sonra İlkanə qızılları qaytarmışdır, hətta ev sahibinin şikayət etməməsi üçün Jalə ilə birlikdə ev sahibinə 3000 manat pul da vermişlər. Jalə deyibmiş ki, İlkanə ona şər atıb, əslində qızılları İlkanə oğurlayıbmış. Bundan başqa bildirmişdir ki, İlkanə bir nəfər Aynur adlı tanışını Rəvanənin yanına müştəri kimi göndərmişdi. Sonra isə Aynur Şahanənin də işlədiyi salona müştəri kimi gedibmiş və söhbət zamanı Şahanəyə deyib ki, o, İlkanə ilə Qaraçuxur qəsəbəsində xırdavat mağazasında birlikdə işləyiblər, həmin zaman bir nəfər oğlan mağazaya gəlib İlkanənin üstünə bıçaq çıxardıb onu hədələyib ki, məni aldada bilməzsən, sənin də qızın var. Məlum olub ki, İlkanə həmin oğlandan müəyyən məbləğdə pul alıb qaytarmayıb. Sonra oğlan pulunu tələb etdiyindən İlkanənin pulu olmadığı üçün onun əvəzinə onlarla işləyən Ayaz adlı şəxs oğlanın pulunu qaytarıb. Bundan başqa bildirmişdir ki, İlkanədən götürdüyü ilişən açarın orijinal açardan surətinin çıxarıldığına əmin imiş, qeyd etdiyi kimi həmin ilişən açar kobud formada hazırlanmışdı və üzərində zavod nömrəsi yox imiş, ona görə də həmin açarın harada surətinin çıxarıldığını axtarmağa başlamışdır. O, bilirmiş ki, ustalar açar nüsxəsi çıxardanda onun üzərində özlərinə məxsus hansısa nişan qoyurlar. O da açara baxıb onun bir tərəfində olan «for» yazısının kustar üsulla üzərindən xətt cızılmasını və açarın həmin üzündə yuxarı sağ küncündə «N» hərfinə oxşar işarənin cızıldığını görmüşdür. O, onlara yaxın ətrafda olan açar düzəldən yerlərə bir-bir baxıb İlkanədən götürdüyü şübhəli açarın onlar tərəfindən çıxarılıb-çıxarılmadığını soruşmuş, lakin təsdiq edən olmayıb. Sonra o, İlkanənin onlara gəlib-getdiyi 81 saylı marşrut avtobusuna əyləşib onun getdiyi yolda olan açar düzəldən yerlərə də baxmağa başlamışdır. Həmin yolda «Neftçilər» metrosundan Bakıxanova gedən yolun üstündə «Star» idman kompleksi ilə üzbəüz binanın zirzəmisində yerləşən açar düzəldən yerə daxil olmuşdur. Məlum olmuşdur ki, orada lal usta işləyir, açarla yanaşı ayaqqabı da təmir edir. O, çətinliklə də olsa əl işarələri ilə lal ustadan İlkanədən götürdüyü şübhəli açarı düzəldibdüzəltmədiyini soruşmuş və onun diqqətini açarın üzərində olan «N» hərfinə oxşar işarəyə cəlb etmişdir. Usta təsdiq etmişdir ki, həmin açar nüsxəsini o, düzəldib. O, ona bildirmişdir ki, açar nüsxəsi çıxarılıb evindən oğurluq edilib və evi yandırılıb. Bundan sonra telefonunda olan İlkanənin şəklini ona göstərmişdir. Usta da ona işarə ilə başa salmışdır ki, bura çox adam gəlib-gedir, ona görə də təqdim etdiyi açar nüsxəsini çıxartdıran şəxsi xatırlamır. Bildirmişdir ki, İlkanə onlarda işə başlayanda onun nömrəsi ***-***-**-** imiş. Təxminən 2018-ci ilin noyabr ayının axırlarında İlkanə Rəvanəyə deyibmiş ki, Təhmirazla mübahisəsi olubmuş və hazırda Təhmiraz barışıq münasibətilə ona təzə telefon hədiyyə edib, ondan əvvəl isə İlkanə deyibmiş ki, Təhmirazın onunla əlaqə saxlamasını istəmir və bu səbəbdən təzə nömrə almaq istəyir və buna görə də Rəvanədən şəxsiyyət vəsiqəsini götürübmüş ki, özünə yeni nömrə alsın. İlkanə yeni nömrə alıb Rəvanəyə yazıbmış ki, bundan sonra ***-***-**-** saylı nömrə işlədir. Təhmirazın telefon hədiyyə etməsi bundan sonra olub. X11 danışırmış ki, onun Təhmiraza 2000 manat borcu var və o, Təhmirazdan ayrılmaq istəyəndə Təhmiraz ondan həmin pulu qaytarmasını tələb edir. Bundan başqa bildirmişdir ki, onların blokunda 8-ci mərtəbədə yaşayan qonşu Rəsmiyyənin adını bilmədiyi qızı yanğından 4-5 gün sonra məhəllədə ona demişdir ki, yanğın vaxtı o və bir çox qonşular məhəlləyə düşübmüş, həmin vaxtı İlkanə 81 saylı avtobusun dayanacağı tərəfdən bir sarışın oğlanla məhəlləyə daxil olub və qonşuların yanından keçib gedəndə əl işarəsi ilə oğlanın ondan arxada qalmasını demiş, sonra oğlanla onlar ayrı istiqamətlərdə getmişlər. İlkanə isə yanğına heç bir reaksiya verməmişdir. Həmçinin onların binasında yerləşən mənzil istismar sahəsində işləyən Əzimə xanım ona demişdi ki, yanğın vaxtı İlkanə məhəllədə olanda bir sarışın oğlan onu sakitləşdirib deyirmiş ki, burda sənlik bir şey yoxdur. Məlum hadisə ilə bağlı cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, İlkanə rəfiqəsi Mira ilə birlikdə 17 yanvar 2019-cu il tarixdə Nərimanov metrosunun üstündə yerləşən qızıl qəbulu məntəqəsinə qızıl üzük satmışdır, bu barədə istintaqa məlumatı Mira vermişdir. Həmin qızıl məsələsi ilə bağlı Mira və İlkanə fərqli izahat və ifadələr vermişlər. Sonradan həmin qızıl əşyası, yəni 750 əyarlı üzərində 3 ədəd yanaşı brilliant qaşı olan ağ qızıl üzük qızılı alan qadından götürülüb ona təqdim edilmişdir və o, həmin qızıl üzüyü xüsusi əlamətindən tanıyıb onlara məxsus olduğunu bildirmişdir. Belə ki, üzüyün qaşını kənarlarından saxlayan metal hissədə əyrilik var imiş. Bu faktla bağlı onu da bildirmişdir ki, qızıl üzük məsələsi ortaya çıxandan sonra İlkanə istintaqı aldadıb satdığı üzüyün onun özünə məxsus olduğunu demiş və hətta istintaqa bir şəkil də təqdim etmişdir. Həmin şəkildən də aydın görünür ki, İlkanənin barmağında olan üzük təkqaşlıdır, o, İlkanənin sosial şəbəkədə başqa şəkillərini də tapmışdır, həmin şəkillərdə də barmağında eyni təkqaşlı üzük olmuşdur. O, İlkanənin atasına zəng vuranda atası ona demişdir ki, İlkanə 2005-ci ildə rəhmətə getmiş əmisinin ona hədiyyə etdiyi üzüyünü yanğından əvvəl satıb. Hətta atası onu da demişdir ki, nə vaxtsa onların da rayondakı evləri yanıb və evdəki bütün qızıllar əriyib gedib. Atası ilə İlkanənin fərqli danışıqları bu məsələdə bir daha şübhələri ortaya çıxardır. Həmçinin qeyd edir ki, 16 dekabr 2018-ci il tarixdə yuxarıda qeyd etdiyi kimi İlkanənin mənzilin qapısına düzəltmə açarı saldığını gördüyü vaxt İlkanə ona kontur almağa düşmək istədiyini demişdi və o da buna əhəmiyyət verməmişdir. Hadisədən sonra Rəvanə ilə söhbət edəndə sonuncu ona demişdir ki, həmin günü İlkanə ona yazıb və səs göndərib demişdir ki, guya aybaşı olubmuş və aşağı düşməkdə məqsədi özünə gigiyenik vasitə almaq imiş. Sonra Rəvanə telefonuna baxanda görüb ki, İlkanə ondan 15 gün əvvəl, yəni 1 dekabr 2018-ci il tarixdə də mesaj yazıb aybaşı olduğunu demişdir. Qadının ayda iki dəfə, yəni 15 gündən bir aybaşı olması tibbi baxımdan da uyğun deyil, bu fakt da onlarda bu nəticəyə gəlməyə əsas vermişdir ki, 16 dekabrda İlkanə aybaşı məsələsini yalandan uydurub və qapıya açar salması, əlində başqa açarın tutulması, aşağı düşmək istəməsi və özünü itirməsinə bir don geyindirmək istəyib. Bundan başqa üzük məsələsi ortaya çıxandan sonra o, keçmiş iş yoldaşı Elnarə ilə danışarkən sonuncu ona demişdir ki, İlkanənin anası ona deyib ki, oğlunun hansısa borclarına görə onlar bütün qızıllarını onların evində olan hadisədən bir il əvvəl satıb. Bundan başqa o, İlkanə ilə bağlı sosial şəbəkədə araşdırma aparmış və görmüşdür ki, İlkanə yanğından 20 gün sonra «instaqram» sosial şəbəkəsində brend paltar mağazalarından müəyyən paltarlarla maraqlanmağa başlamışdır. İlkanənin ayda 350 manat maaşa işləməsi, onlardan işdən çıxdıqdan sonra da işsiz olmasına baxmayaraq brend paltarlarla maraqlanması onda şübhə oyatmışdır, belə ki, İlkanə yanğından əvvəlki illərdə heç vaxt brend paltar mağazaları ilə maraqlanmamışdır. Bundan əlavə o qeyd etmişdir ki, Şahid3 tərəfindən istintaqa təqdim edilmiş və iş materiallarında olan üzük onun evindən oğurlanan qızıl zinyət əşyalarındandır. Həmçinin o bildirmişdir ki, evindən oğurlanmış qızıl zinyət əşyalarını 6500 manat pul müqabilində almış, lakin hazırkı dövrdə həmin qızıl zinyət əşyalarının qiyməti qalxmışdır. Beləliklə o, mülki iddiasının təmin edilərək ona dəymiş maddi ziyan 43750 (qırx üç min yeddi yüz əlli) manat pul məbləğinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini və barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, 2009-cu ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və bundan sonra onlar kirayədə yaşamışlar. Şirvanla nikahdan onların 2011-ci il təvəllüdlü Davud və 2015-ci il təvəllüdlü Leyla adlı iki övladları var. Təxminən 2017-ci ildə Şirvanın atası Mehmandarov küçəsində həyət evi tikmiş və onlar yeni evə köçmüşlər. 2017-ci ilin noyabr ayında o, Şirvan və iki övladı ilə birlikdə onun atasına məxsus Mehmandarov küçəsi, ev 50, 71 saylı mənzilə köçmüşlər və orada yaşamağa başlamışlar. Həmin mənzil 3 otaqlıdır. Həmin vaxtı o, işləmirmiş, evdə uşaqlarla qalırmış, Şirvan isə işləyirmiş. Oğlu Davud məktəbəqədər hazırlığa Köhnə Günəşlidə yerləşən 265 nömrəli məktəbə gedirmiş, qızı Leyla isə həmin vaxtdan Şıxlinski küçəsində yerləşən 264 saylı məktəbin yanında yerləşən bağçaya getməyə başlamışdır. Uşaqların məktəbə və bağçaya aparılıb-gətirilməsi ilə o, məşğul olurmuş. Bildirmişdir ki, o, əvvəllər saç ustası işləmiş, sonra isə ailə qurduğu və övladları olduğu üçün işdən uzaqlaşmışdır. Lakin son vaxtlar o, öz sənəti ilə bağlı müəyyən kurslara gedib işini təkmilləşdirmişdir. 2018-ci ilin təxminən aprel ayında qərara gəlmişlər ki, o, hansısa salonda usta olaraq işə başlamış, lakin bunun üçün onlara evdə uşaqlara baxan və onları məktəbə və bağçaya aparıb-gətirən dayə lazım imiş. Şirvanla birlikdə münasib dayə axtarsalar da tapa bilmirmişlər. X23 adlı iş yoldaşının vasitəsilə İlkanə adlı qızı tapmışdır. Elnarə demişdir ki, İlkanə əvvəllər də dayə işləyib və iş təcrübəsi var, hətta ona tapşırıb ki, onların arasında vasitəçi olduğu üçün onu utandırmasın, işinə vicdanla yanaşsın. İlkanə birinci dəfə onlara tanımadığı rəfiqəsi ilə gəlmişdi. Həmin rəfiqəni o, birinci və axırıncı dəfə elə həmin vaxtı görmüş, adını da bilmir. İlkanə ilə evində Şirvanın iştirakı ilə söhbət etmişlər və İlkanənin onların evində dayə kimi işləməsi barədə razılığa gəlmişlər. Razılaşmaya görə İlkanəyə ayda 350 manat pul verəcəkmişlər. Sonrakı aylarda onlar hər ayın 11-i İlkanəyə maaşını verirmişlər. İlkanə hər gün səhər saat 9-da evə gəlib saat 19:00-da getməli imiş. İlkanə özü haqqında qısa məlumat verib demişdir ki, valideynləri Lənkəran rayonunda yaşayırlar, o, özü ailəli olub ayrılmışdır və bir övladı var ki, o da valideynlərinin yanında yaşayır. İlkanə özü Bakı şəhəri Qaraçuxur qəsəbəsində həyət evində başqa bir rəfiqəsi ilə aylıq 100 manata kirayədə yaşayır. Növbəti gün İlkanə səhər gələrək dayə kimi işə başlamışdır. Onlar İlkanəyə mənzilin açarının bir nüsxəsini vermişlər. İlkanə səhər gələndə onlar evdə olurmuşlar, İlkanə gəldikdən sonra uşaqlarla evdə qalırmış və o, Şirvanla evdən çıxıb işə gedirmişlər. Axşam isə ya o ya da Şirvan evə qayıtdıqdan sonra İlkanə onlardan çıxıb gedirmiş. Gün ərzində İlkanə yalnız Leylanı bağçadan evə gətirirmiş, həmin vaxtı Davud evdə qalırmış, İlkanə mənzili bağlayıb Leylanın dalınca gedirmiş. Onlar İlkanənin aylıq maaşını vaxtında verirmişlər, bu məsələ ilə bağlı aralarında heç vaxt hər hansı narazılıq olmayıb. Birinci iki ayda İlkanənin istirahət günü olmayıb, İlkanə hər gün işə gəlib, çünki o, hər gün işə gedirmiş. Şirvan isə şənbə və bazar günləri işləmirmiş, həmin günlərdə İlkanə evə səhər deyil, günorta saatlarında gəlirmiş, uşaqlar günortaya kimi evdə Şirvanla qalırmışlar və İlkanə evə gələndən sonra Şirvan etika xətrinə evdən çıxırmış, yalnız o, işdən evə qayıtdıqdan sonra Şirvan da evə gəlirmiş. 2018-ci ilin sentyabr ayının 15-dən etibarən oğlu Davud Şıxlinski küçəsində yerləşən 264 saylı orta məktəbə birinci sinifə getməyə başlamışdır. Artıq həmin vaxtdan etibarən onlarda İlkanənin evə gəlmə vaxtı, yəni ümumən iş qrafiki dəyişmişdir. Belə ki, hər gün səhər o, qızını və oğlunu bağça və məktəbə aparıb qoyub işə gedirmiş, Şirvan da özü işə gedirmiş. Bildirmişdir ki, mənzillərinin 3 nüsxə açarı var imiş, onlar hər üçü kilidin üstündə olan zavod üsulu ilə hazırlanmış nömrəli açarlar imiş. Həmin açarlardan biri onda, biri Şirvanda, biri isə oğlu Davudun məktəb çantasında olurmuş. Belə ki, Davudun məktəbi başlayandan sonra onlar İlkanədən mənzilin onda olan açarını götürmüşlər və Davudun məktəb çantasına qoymuşlar. Davud məktəbə getməyə başlayandan sonra İlkanə artıq evə səhərlər gəlmirmiş, İlkanə Davudun məktəbdən çıxma vaxtını onunla telefonla dəqiqləşdirib həmin dəqiqədə məktəbdə olurmuş, yəni dərsdən çıxma vaxtına uyğun saat təxminən 12-13:00 radələrində məktədə gedib Davudu götürüb evə gəlirmiş və Davudun çantasında olan açar nüsxəsi ilə mənzili açırmış. Sonra isə İlkanə Davudu qonşu blokda yaşayan müəllimənin evinə hazırlığa aparırmış və evə qayıdırmış, hazırlıq qurtaran vaxtı gedib Davudu götürüb evə gətirirmiş, bundan sonra isə evdən çıxıb qızı Leylanı bağçadan götürüb evə gətirirmiş və onların gəlməyini gözləyirmiş. Onlar gəldikdən sonra İlkanə gedirmiş, lakin qeyd etdiyi kimi evin 3-cü açarı yenə də Davudun çantasında qalırmış. Bildirmişdir ki, İlkanə onlara demişdi ki, o, yaşadığı evdən Davudun məktəbinə 81 nömrəli avtobusla gəlir, sonra isə Davudu məktəbdən götürüb evlərinə piyada gəlirlər. Bildirmişdir ki, İlkanə işə başlayandan sonra ilk aylarda ona söhbət zamanı demişdir ki, Təhmiraz adlı oğlanla sevgi münasibətindədir, Təhmirazin ailəsi var, lakin onunla da münasibət saxlayır. Hətta İlkanə ona demişdi ki, Təhmiraz ona balansında 500 manat olan hansısa kredit kart hədiyyə edib və kartdan istifadə qaydasını ondan öyrənmək istəmişdir, o da bilmədiyi üçün bu barədə Şirvandan soruşmuş, lakin Şirvan da bilməmişdir. Bildirmişdir ki, İlkanə onlarda işləməyə başlayanda ***-***-**-** saylı nömrə işlədirmiş, lakin bildiyi qədər İlkanə sonralar eyni zamanda ikinci telefonda ***-***-**-** saylı nömrə də işlətməyə başlamışdır. Bundan başqa bildirmişdir ki, İlkanə onlarda işləməyə başlayanda aralarında olan razılığa əsasən İlkanə şəxsiyyət vəsiqəsini ona vermişdi ki, onlarda qalsın. Yəni İlkanə ilə bağlı hər hansı problem olsa onlar İlkanənin anket məlumatlarını və ünvanını bilsinlər. Bundan başqa bildirmişdir ki, dəqiq tarix yadında deyil, 2018-ci ilin dekabr ayının əvvəllərində o, səhhətində narahatlıq olduğu üçün işə getməmişdir, saat təxminən 10-11 arası zibili bloka qoymaq məqsədilə qapını açanda görmüşdür ki, İlkanə qapının dalında blokda dayanıb. İlkanəni bu saatda blokda görüb təəccüblənmiş və bu saatda bura niyə gəldiyini soruşmuşdur. Belə ki, İlkanə həmişə olduğu kimi günortaya yaxın Davudu məktəbdən götürüb evə gəlməli imiş, bu tez saatda İlkanənin onlara gəlməsi təəccüblü imiş. İlkanə demişdir ki, gəlib qapını döyəcəkmiş ki, onun evdə olub-olmadığını bilsin, evdə olmayacağı halda aşağı qadın salonuna düşüb orada Davudun məktəbdən çıxma vaxtını gözləyəcəkmiş. O, daha İlkanəni çox sorğu-sual etməmiş, İlkanə evə keçmiş və Davudun məktəbdən çıxma vaxtını gözləmişdir. Bu barədə sonra o, Şirvana desə də ümumiyyətlə İlkanənin tez gəlməsini adi bir təsadüf kimi qəbul etmişlər və ağıllarına başqa bir şübhəli fikir gətirməmişlər. Bundan başqa bildirmişdir ki, 2018-ci ilin dekabr ayının 10-da axşam saatlarında bacısı Şahanə onlara gəlmişdir, həmin vaxtı artıq o da işdən gəlibmiş. İlkanə Şahanədən xahiş etmişdir ki, pul müqabilində onun qaşlarına tük effekti versin. Şahanə də qadın salonda usta işləyir. Şahanə evin yataq otağında İlkanənin qaşlarına tük effekti vermiş və gördüyü işin qiymətinin 150 manat olduğunu demişdir, sonda onlar 130 manata razılaşmışlar. İlkanə də həmin vaxtı ondan xahiş etmişdir ki, onun maaşı hələ növbəti gün verilməli olmasına baxmayaraq Şahanənin pulunu ödəməsi üçün ona maaşını həmin gün versin. Belə ki, İlkanə demişdir ki, onun maaşından 50 manatı Şahanəyə, 300 manatı isə özünə versin, o, Şahanənin pulunun qalan 80 manat hissəsini sonra verəcək. O da razılaşmış və elə onların olduğu yataq otağında yerləşən paltar şkafının orta gözünü açıb orada olan qara rəngli çiyin çantasını (rüqzaq) bayıra çıxartmış və çantanın yan cibində olan pul qabından 350 manat götürüb 50 manatı Şahanəyə, 300 manatı isə İlkanəyə vermişdir. O, çantadan pulu İlkanənin gözünün qarşısında çıxartmışdır. Bildirmişdir ki, o, evdə olan ehtiyat pulunu həmin qara rəngli çiyin çantasının cibində olan pul qabında, həmçinin qızıl-zinət əşyalarını isə qızılların öz qablarında çantanın içərisində saxlayırmış. Bundan başqa bildirmişdir ki, 16 dekabr 2018-ci il tarixdə, həftənin bazar günü o, işdə imiş, Şirvan isə evdə imiş. Şirvanın ona sonradan deməsindən o, bilmişdir ki, həmin günü saat təxminən 14:30 radələrində İlkanə evə gəlmiş və Şirvan uşaqları ona tapşırıb evdən çıxmışdır. Şirvan liftə keçib aşağı düşəndə yadına düşmüşdür ki, siqareti evdə qalıb, ona görə də yenidən 9-cu mərtəbəyə qalxmışdır. Mənzilin qapısına yaxınlaşanda qapının aralı olduğunu görüb təəccüblənmiş, mənzilin qapısı içəri açılırmış və qapı aradan adam keçəcək səviyyədə açıq imiş, Şirvan içəri keçəndə görmüşdür ki, qapının arxasında İlkanə başı aşağı vəziyyətdə qapının kilidində olan açarı çıxartmağa çalışır. Şirvan nə baş verdiyini maraqlanmış, İlkanə demişdir ki, açar kiliddə ilişib və onu çıxartmağa çalışır. Şirvan İlkanəyə kənara çəkilməsini demiş. İlkanə kənara çəkilmiş və Şirvan açarı kiliddən çıxartmağa çalışmış və bir xeyli sonra açarı birtəhər kiliddən çıxarda bilmişdir və İlkanədən nə üçün açarı kilidə saldığını və nə etmək istədiyini soruşmuşdur. İlkanə özünü itirmiş vəziyyətdə imiş və sanki Şirvanın gəlişini gözləmirmiş və demişdir ki, kontur almaq üçün məhəllədə olan dükana düşmək istəyirmiş. Şirvan İlkanəyə təklif etmişdir ki, mobil telefondan onun nömrəsinə pul göndərsin. Lakin İlkanə buna qəti etiraz edib istəmədiyini demişdir. Bundan sonra Şirvan mənzilin özündə olan açarını kilidə salıb yoxlamış və məlum olmuşdur ki, kiliddə heç bir problem yoxdur və onda olan açar da rahat işləyir. Ona görə də Şirvan öz açarını İlkanəyə vermiş, onda olan açarı götürmüşdür. X18 götürdüyü açara diqqət edəndə həmin açarın özündə və onda olan açara oxşamadığını görmüşdür. Açar kustar üsulla kobud formada hazırlanıb, üzərində də döymə zavod nömrəsi yox imiş. Sonra axşam evdə İlkanədən götürdüyü açarı ona göstərmiş və bu dediklərini danışmışdır. O, özündə olan açarı çıxardıb hər ikisini müqayisə edəndə görmüşdür ki, onlar bir-birindən xeyli fərqlənir və o, həmin açarı tanımamış, o, Davudun çantasına qoyduğu açar deyilmiş. Bu barədə o, «vatsap»la İlkanədən həmin onda olan açarın niyə fərqli olması və açarı kiməsə verib-verməməsi barədə soruşmuş və İlkanə demişdir ki, o da görmüşdür ki, açar fərqlidir, üzərində mıxla deşik zədələri var və kilidi çətinliklə açır, lakin o, kiməsə açar verməmişdir və həmin açar elə əvvəldən Davudun çantasına qoyulmuş açardır. Bu məsələ ilə bağlı onlar İlkanənin üstünə çox getməmişlər, lakin Şirvanla aralarında danışıb məsləhət etmişlər ki, burada nəsə bir problem var, artıq İlkanə ilə yolları ayırmaq lazımdır. Lakin buna qədər qeyd etdiyi kimi İlkanəni onlarla Şirvanın iş yoldaşı Elnarə tanış etdiyi və ona zamin durduğu üçün İlkanənin onlara qarşı hər hansı bir pis hərəkət edəcəyini ağıllarına belə gətirmirmişlər və ondan şübhələnmirmişlər. Lakin artıq bu dəfə açar məsələsi onları şübhələndirmişdir. İlkanə ilə yolları ayırmaq barədə düşünəndə onunla tanışlıqda ortada Elnarə olduğu üçün hər bir halda inciklik yaranmaması məqsədilə o, yalandan İlkanəyə demişdir ki, ola bilsin ki, o, iş yerini evə yaxın salona dəyişsin və ona görə də artıq evdə dayəyə ehtiyac olmasın. Həmçinin qeyd etmişdir ki, 16 dekabrda Şirvan İlkanədən həmin şübhəli açarı götürüb ona öz açarını verdikdən sonrakı günlərdə İlkanə ondan bir neçə dəfə həmin ilişən açarın ona qaytarılıb-qaytarılmayacağını soruşmuş, o da demişdir ki, sən nədən narahatsan, sənə normal açar verilib, İlkanənin açar barədə bir neçə dəfə soruşması onu əsəbiləşdirmiş və bildirmişdir ki, həmin ilişən açarı çantasına qoyub özündə saxlayır. Bundan başqa bildirmişdir ki, qaynanası Yaqut xanım 18 dekabr 2018-ci il tarixdə baldızıgillə birlikdə Fransaya getməyi planlaşdırmışdı. Onun isə 24 dekabr 2018-ci il tarixdə ad günü olacaqmış, həmin günü qaynanası Bakıda olmayacağından Fransaya getdiyi gün, yəni 18 dekabr 2018-ci il tarixdə qaynı Ceyhunla ona qaşsız bir cüt sarı qızıl sırğa hədiyyə göndərmişdi. O da həmin qızılı yataq otağındakı şkafda pul və qızılların saxlandığı çiyin çantası olan gözdən yuxarıdakı gözə qoymuşdu. Belə ki, o, gündəlik istifadə etmədiyi qızıllarını çiyin çantasında bir qədər aşağı gözdə, gündəlik istifadə etdiyi qızılları və bijuteriyanı isə yuxarı gözdə saxlayırmış, həmin gözdə bijuteriya ilə yanaşı ümumilikdə 4 cüt qızıl sırğa və bir ədəd qızıl boyunbağı olmuşdur. O, qaynanasının verdiyi qızıl hədiyyəni həmin yerə bijuteriyanın yanına qoyanda İlkanə də yanında imiş, yarı zarafat və yarı kinayə halında İlkanəyə demişdir ki, burdan nəsə itsə ondan biləcək. İlkanə bu sözə mat vəziyyətdə dayanıb heç bir cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, 25 dekabr 2018-ci il tarixdə o, işdən evə gələndə İlkanə ona demişdir ki, Davud deyir ki, evdən qaz iyi gəlir. Belə ki, İlkanə Davudun iyə qarşı çox həssas olduğunu bilirmiş. O, İlkanənin yanında Davuddan qaz iyi barədə soruşmuş, Davud isə qaz iyi hiss etmədiyini və bu barədə İlkanəyə heç nə demədiyini demişdir. O da heç nə başa düşməyib buna əhəmiyyət verməmişdir. Bildirmişdir ki, İlkanəni işdən çıxarmaq barədə qərara gəlsələr də hələki bu barədə real bir addım atmamışdılar, çünki gərək yeni bir dayə tapardılar. 26 dekabr 2018-ci il tarixdə həmişə olduğu kimi o, Şirvan və uşaqlar evdə imişlər və səhər tezdən o, hər iki uşağı götürüb bağça və məktəbə qoymaq məqsədilə evdən çıxmış, sonra isə onları qoyub evə qayıtmışdır. Belə ki, saat 09:00-da o, qalxanabənzər vəzi ilə bağlı olaraq konkret həmin saatda dərman içməli imiş, o, gəlib həmin saatda dərmanını içib evdən çıxıb işə getmişdir. O, marşrut avtobusu ilə işə gedir. O, bilmişdir ki, ondan az sonra Şirvan da qapını bağlayıb işə getmişdir. Həmin günü Davudun 5 dərsi var imiş və İlkanə saat 12:15-də məktəbin qarşısında olub Davudu dərsdən götürüb evə gətirməli imiş. O, Davudun dərs saatı və onu götürmək vaxtı barədə İlkanəyə həmin günü «vatsap»da Davudun dərsdən çıxma vaxtını demişdir, İlkanə də təsdiq edib bildiyini göstərmişdir. O, işdə olanda saat təxminən 10:30-da İlkanə ona «vatsap»da yazıb demişdir ki, soyuducudan buzunun açılması üçün ət çıxartsın. O, isə ona səsli mesaj göndərib artıq evdə olmadığını demişdir. Əslində İlkanə onun həmin saatda artıq işdə olduğunu yaxşı bilirmiş və nə bişirəcəyini özü bilirmiş. İlkanənin həmin saatda ona evlə bağlı iş deməsi onu təəccübləndirmiş, lakin yenə ciddi əhəmiyyət verməmişdir. Sonra saat təxminən 11:35-də onlardan aşağı mərtəbədə yaşayan qonşu Rəsmiyyə xanım ona zəng vurub mənzillərinin yandığını demişdir. O, çox həyəcanlanmış və şoka düşmüşdür. Ani anda Rəsmiyyə yenə zəng vurub evdə kiminsə olub-olmadığını soruşmuş, o, heç kimin olmadığını demiş, Rəsmiyyə bildirmişdir ki, yanğınsöndürənlər gəlib, mənzilin açarı lazımdır. Sonra dərhal İlkanəyə «vatsap»da yazaraq harada olduğunu soruşmuş, onun cavabını gözləmədən dərhal telefonu çantasına qoyub işdən çıxıb taksi axtarmağa başlamışdır. Onun öz telefonunda interneti olmadığı üçün iş yerində olan «vayfay» aparatı ilə internetə qoşulurmuş. Ona görə də işdən çıxdıqdan sonra İlkanənin ona «vatsap»da nə cavab yazmasını görə bilməmişdir. Taksiyə əyləşdikdən sonra öz telefonu çıxan zənglərə bağlı olduğu üçün taksi sürücüsündən xahiş edib onun telefonu ilə İlkanəyə zəng vuraraq mənzildə yanğın olduğunu demiş və onun harada olduğunu soruşmuşdur. İlkanə yanğın barədə məlumatı olmadığını demiş və ondan soruşmuşdur ki, necə olub, ev çox yanıb. İlkanə çox soyuqqanlı danışırmış. O, İlkanəyə tapşırmışdır ki, cəld məktəbə qaçıb Davudun çantasından açarı götürüb mənzilə getsin və açarı yanğınsöndürənlərə versin. O, təxminən yarım saat sonra məhəlləyə çatmışdır, məhəlləyə xeyli adam toplaşmışdı, yanğınsöndürən maşınlar və polislər də var imiş. O, gözü ilə ətrafa baxıb İlkanəni axtarmış, sonra onun kənarda pilləkənlərin üstündə dayandığını görmüşdür, İlkanəni yanına çağırmağına baxmayaraq sonuncu onu görüb yanına gəlmirmiş. Xeyli sonra nəhayət İlkanə yanına gəlmiş və nə baş verdiyini soruşmuşdur. O, mənzilin yandığını demiş, İlkanə mənzilin necə yandığını soruşmuşdur. O da demişdir ki, bunu necə bilə bilər, indi gəlib çıxmış, qalxıb bir yerdə səbəbini bilərlər. İlkanə demişdir ki, ayaqları tutulub, o, qalxa bilməz. O, mənzilə qalxmaq üçün bloka girmək istəsə də hələ yanğının tam söndürülmədiyini deyib onu buraxmamışlar, yanğın sönəndən sonra o, mənzilə qalxmış, Şirvan yuxarıda imiş. Yanğın söndüyü üçün onlar mənzilə girmişlər və o, mənzildə yataq otağının yandığını görmüşdür. O, həyəcanlı və şokda imiş. Bu zaman demişdir ki, yataq otağındakı şkafda onun qızıl əşyaları və pulu olmalıdır. Bildirmişdir ki, İlkanə onlarda işə başlayanda Şirvan evdə artıq kənar adam olduğunu düşünüb hər ehtimala qarşı ona demişdir ki, qızıl və pulları mətbəxdə yerləşən paltaryuyan maşının altında gizlətsin. O da onları salafan torbada həmin yerə qoymuşdur. Lakin sonra İlkanə ondan tez-tez maaş məbləğindən ay ərzində hissə-hissə pul istəyirmiş, o da hər dəfə paltaryuyanın altından pul götürməyə çətinlik çəkdiyi üçün salafan torbanı hadisədən 20- 25 gün əvvəl oradan götürmüşdü və qara çiyin çantasına qoyub yataq otağında olan şkafda gizlətmişdi. O, hər gün axşam işdən evə gəldikdən və İlkanə də onlardan getdikdən sonra çantaya baxıb pul və qızılın yerində olduğunu yoxlayırmış, həmin gecə də, yəni 25 dekabr 2018-ci il tarixdə də axşam o, çantanı yoxlamışdır, qızıl və pul yerində imiş, hətta o, həmin günü işdən qazandığı pulu da oradakı pulun üstünə qoymuşdur. İçində pul və qızıl olan çantanın yataq otağında olmağını Şirvan bilmirmiş, o, hadisə vaxtı mənzilə girib yataq otağında pul və qızılının olduğunu deyəndə Şirvan təəccüblənmiş və o, qızıl və pulun yerini dəyişməyinin səbəbini demişdir. Həmin vaxtı yanğınsöndürən və polis əməkdaşları ilə birlikdə yataq otağına daxil olmuşlar, görmüşlər ki, yataq otağında olan bütün əşyalar demək olar ki, yanıb və yararsız hala düşüb, yalnız şkaf tam kül olmayıb, üstü yanaraq maketi qalıb. Şkafla yanaşı yataq otağında olan taxt, iki ədəd dolab, pərdə, bir ədəd «Canon 7D» markalı fotoaparat, bir ədəd «Acer» markalı, bir ədəd «Dell» markalı noutbuklar, 1 ədəd «Apple» markalı ipad, 4 ədəd xalça, «Samsung» markalı tozsoran, «Samsunq» markalı televizor, şkafda olan paltarlar və digər xırda əşyalar, o cümlədən otağın döşəməsi, qapısı, pəncərəsi, divar oboyları, çilçıraq tam yanmışdır. Həmçinin yanğın zamanı istinin təsirindən digər otaqlarda da bir çox əşyalar ərimiş və yararsız hala düşmüşdür. Bildirmişdir ki, onlar sonradan dəqiq hesablama apararaq bilmişlər ki, yanğın nəticəsində evlərində yanmış və yararsız hala düşmüş əşyaların dəyəri 16150 manat edir. Sonradan Şirvan həmin yataq otağının tam təmirinə, yəni divarlar, tavan və döşəmənin təmiri, qapı və pəncərələrin yenisinin qoyulmasına və digər otaqlarda yanğınla əlaqədar yaranmış izlərin aradan qaldırılmasına cəmi 8651 manat pul xərcləmişdir. Qeyd edir ki, şkafda olan onun təxminən 5 ədəd çantası yansa da bəzi yanmayan hissələri qalmışdı və onların çanta olduğu aydın görünürmüş. Onlar nə qədər baxsalar da yanmış əşyaların arasından içərisində pul və qızıl olan qara rəngli süni dəridən olan çiyin çantasını tapa bilməmişlər. Həmçinin şkafın yanında yerdə iki ədəd bijuteriya üzük tapmışlar. Eləcə də onlar orada içərisində pullar olan bir tərəfi yanmış süni dəridən pul qabını tapmışlar. Pul qabıya baxanda görmüşlər ki, içərisindəki pullar yoxdur, lakin vizit kartları yarı yanmış vəziyyətdə pul qabında imiş, yəni pulların orada yanması mümkün deyilmiş, pullar yanmış olsaydı onların külü və ya bir hissəsi pulqabında qalarmış. Həmin vaxtı onlar bu qənaətə gəlmişlər ki, evlərindən oğurluq olub, pul və qızıl əşyaları oğurlanıb, sonra isə izi itirmək məqsədilə yataq otağı yandırılıb. Bildirmişdir ki, yataq otağında cərəyana qoşulmuş vəziyyətdə heç bir elektrik əşyası olmayıb, yalnız mətbəxdə məişət avadanlıqları cərəyana qoşulmuş olub ki, mətbəxdə də hər hansı yanğın izi yox imiş. Yanğın konkret olaraq yataq otağında başlamışdı və digər otaqlara keçməmiş yanğınsöndürənlər yanğını söndürmüşlər. Bildirmişdir ki, yataq otağındakı şkafda qara çiyin çantasında və şkafın yuxarı gözündə bijuteriyaların yanında olan bütün qızıl əşyaları oğurlanmışdır. Onlar həmin qızıl zinət əşyalarını alanda qiymətləri cəmi 6500 manat təşkil etmişdir. Həmçinin pul qabından 2000 ABŞ dolları və 800 manat pul oğurlanmışdır. Bildirmişdir ki, onlar oğurlanmış qızıl əşyalarının şəkillərini, yəni hadisədən əvvəl toyda və digər tədbirlərdə çəkilmiş fotoşəkilləri istintaqa təqdim etmişlər. Daha sonra Fövqəladə Hallar Nazirliyinin təhqiqatçısı mənzilə gəlib yanğın olan otağa baxış keçirmiş, o da orada imiş və baxış zamanı müəyyən edilmişdir ki, yataq otağının rozetkalarında qısaqapanma və yanğın izi yoxdur. Yanğınsöndürən əməkdaşlar hələ mənzildə olan vaxtı İlkanə aşağıdan qalxıb mənzilə daxil olmuşdur, həmin vaxtı yanğınsöndürən əməkdaşlar hamının yanında demişlər ki, bu sıradan bir yanğın deyil, bu daha çox yandırılmaya oxşayır. Bu zaman İlkanə demişdir ki, guya yataq otağında olan rozetkalardan biri «cızıldayırmış». İlkanə bunu deyib daha orada dayana bilmədiyini bildirib aşağı düşmüşdür. Sonra o da onun arxasınca aşağı düşmüş və İlkanəyə demişdir ki, binanın arxa tərəfinə nəzər yetirsin, bəlkə kimsə ora oğurlanmış çantanı atmış olar. İlkanə də baxıb orada çanta olmadığını demişdir. Həmin vaxtı oğlu Davudu qonşuluqda yaşayan sinif yoldaşının valideyni gətirib öz evində saxlayırmış. İlkanə həmin vaxt ərzində özünü çox şübhəli aparırmış, aidiyyəti olmayan sözlər deyirmiş və suallar verirmiş, təcili getməli olduğunu bildirirmiş. O, isə ona deyirmiş ki, uşaqlara bəs kim baxsın, ona görə heç yerə getmə. İlkanə saat 4-də Leylanı bağçadan götürüb gətirib ona vermiş, sonra isə özü çıxıb getmişdir. Onlar artq evləri yandığı üçün qərara gəlmişlər ki, müvəqqəti olaraq qaynatasının evinə köçsünlər. İlkanə də həmin günü getməmişdən əvvəl o, ona demişdir ki, növbəti gün qaynatasının evinə gəlsin. Lakin həmin günü axşam İlkanə ona mesaj yazmışdır ki, növbəti gün özü də, o da dincəlsin, işə gəlməsin. O, da heç nə deməmişdir. Lakin ondan sonrakı gün də İlkanə işə gəlməmiş və onlar bir daha onu görməmişlər. Yəni kimsə İlkanəyə işə gəlməməsi ilə bağlı bir söz deməmişdi, əksinə o, İlkanəyə gəlib işinə davam etməyini desə də İlkanə heç bir səbəb gətirmədən işə gəlməmişdir. Bu fakt özü də onlarda əhəmiyyətli şübhə yaratmışdır. Bundan başqa bildirmişdir ki, İlkanə həmişə onlara qara rəngli iri çiyin çantası ilə gəlirmiş. O, çantada özünə paltar gətirirmiş. Hadisə günü də İlkanə həmin çanta ilə gəlmiş və çantanı məhəllədki Kəmalə adlı qadının işlədiyi salona qoymuş, lakin hadisədən sonra gedəndə çantasız getmişdir. 28 dekabr 2018-ci il tarixdə Şirvan 102 xidmətinə zəng vurub evin yandırılması və oğurluq olması barədə məlumat vermişdir. Bildirmişdir ki, sonradan Şirvan məhəllədə olan «Oba» marketin kamera görüntülərinə baxıb bilmişdir ki, İlkanə hadisə günü bir qızla birlikdə saat 10:30 radələrində 81 nömrəli avtobus dayanağı istiqamətindən məhəlləyə daxil olur və Kəmalənin qadın salonu istiqamətində gedir. Həmçinin növbəti şübhəli məqam odur ki, yanğından sonra məhəllədə o, İlkanəyə deyirmiş ki, yataq otağında olan digər çantaları yarı yanmış vəziyyətdə orada qalsalar da içərisində pul və qızıl olan çantasının yoxa çıxdığını bildirmiş, lakin yoxa çıxan çantanın əlamətlərini deməmişdir. İlkanə isə özü ondan soruşurmuş ki, «həmin o, balaca qara çantanı deyirsən». Bundan başqa bildirmişdir ki, Şirvan özü axtarıb İlkanənin bizim mənzilin açarın nüsxəsini çıxartdırdığı yeri tapmış və bu barədə istintaqa ətraflı məlumat vermişdir. Bildirirmişdir ki, İlkanə onlarda işə başlayanda onun nömrəsi ***-***-**-** imiş. Təxminən 2018-ci ilin noyabr ayının axırlarında İlkanə ona demişdi ki, Təhmirazla mübahisəsi olubmuş və hazırda Təhmiraz barışıq münasibətilə ona təzə telefon hədiyyə edib, ondan əvvəl isə İlkanə deyirmiş ki, Təhmirazın onunla əlaqə saxlamasını istəmir və bu səbəbdən təzə nömrə almaq istəyir və buna görə də ondan şəxsiyyət vəsiqəsini götürmüşdür ki, özünə yeni nömrə alsın. İlkanə yeni nömrə alıb ona yazmışdır ki, bundan sonra ***-***-**- ** saylı nömrə işlədir. Təhmirazın telefon hədiyyə etməsi bundan sonra olub. Həmçinin İlkanə ona danışırmış ki, onun Təhmiraza 2000 manat borcu var və o, Təhmirazdan ayrılmaq istəyəndə Təhmiraz ondan həmin pulu qaytarmasını tələb edir. Həmçinin bildirmişdir ki, istintaq vaxtı İlkanənin Nərimanov rayonu ərazisində qızıl üzük satması məlum olub və həmin üzük polislər tərəfindən götürülüb ona tanınmaya təqdim edilmişdir, ona təqdim edilən üzükləri nəzərdən keçirib dərhal öz üzüyünü tanımışdır, onun üzüyü üzərində 3 ədəd brilyant qaşları olan qadın üzüyü imiş, yəni ifadəsində göstərdiyi 11000 manat dəyəri olan komplektin üzüyü imiş. Həmçinin qeyd edir ki, 16 dekabr 2018-ci il tarixdə yuxarıda qeyd etdiyi kimi Şirvan İlkanənin mənzilin qapısına düzəltmə açarı saldığını gördüyü vaxt İlkanə Şirvana kontur almağa düşmək istədiyini demişdi və o da buna əhəmiyyət verməmişdi. Hadisədən sonra Şirvanla söhbət edəndə o, Şirvana demişdir ki, həmin günü İlkanə ona yazıb və səs göndərib demişdir ki, guya aybaşı olubmuş və aşağı düşməkdə məqsədi özünə gigiyenik vasitə almaq imiş. Həmin səs yazısı Şirvan tərəfindən istintaqa təqdim edilib. Sonra o, telefonuna baxanda görmüşdür ki, İlkanə ondan 15 gün əvvəl, yəni 1 dekabr 2018-ci il tarixdə də ona mesaj yazıb aybaşı olduğunu demişdir. Qadının ayda iki dəfə, yəni 15 gündən bir aybaşı olması tibbi baxımdan da uyğun deyil, bu fakt da onlarda bu nəticəyə gəlməyə əsas vermişdir ki, 16 dekabrda İlkanə aybaşı məsələsini yalandan uydurub və qapıya açar salması, əlində başqa açarın tutulması, aşağı düşmək istəməsi və özünü itirməsinə bir don geyindirmək istəyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, həmin vaxtı ünvan 3 ünvanında yerləşən «Oba» marketdə inzibatçı işləmişdir. Evi yanan Şirvan adlı şəxsin yaşadığı 50 saylı bina onun işlədiyi «Oba» marketin arxa hissəsində yerləşir. Həmin evdə dayə kimi işləyən adını İlkanə kimi bildiyi qadın tez-tez işlədiyi marketə gəlib getdiyindən onu qiyabi tanıyırmış və sadəcə adının İlkanə olduğunu bilirmiş. Hadisə günü, yəni 26 dekabr 2018-ci il tarixdə səhv etmirsə saat 10:00-10:30 radələrində o, işlədiyi «Oba» marketdən çıxıb pul xırdalamaq üçün qonşu marketə getmək istəyəndə Şirvanın evində dayə işləyən İlkanə xanımı yanında başqa tanımadığı birinci dəfə gördüyü arıq bədən quruluşlu qadınla «Hüseyn» marketin qarşısında görmüşdür. Onlar hər ikisi marketin arxasında dayanmışdılar. O, İlkanədən nə səbəbə küləkli havada çöldə dayandığını soruşanda İlkanə yanında dayanmış arıq bədən quruluşlu qızın böyrəyindən ağrı tutduğunu ona demişdir, o da tələsdiyindən və hava küləkli və soyuq olduğundan yoluna davam edərək marketə daxil olmuşdur. O, marketə daxil olduğundan daha sonra onların hara və hansı istiqamətə getdiyini görə bilməmişdir və bu barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Ağa Nemətulla küçəsi 45 ünvanında yerləşən telefon və qızıl-alqı satqısı mağazasında satıcı kimi işləyir. O, həmin mağazada qızılların alışı və satışı ilə də məşğul olur. İstintaqa təqdim olunmuş Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətinin altında 3.75 qram qızılı satmağı barədə yazılan yazılar olan sənədin surətini polis əməkdaşlarına o, təqdim etmişdir. Şəxsiyyət vəsiqəsinin sahibi İlkanə adlı qadını əvvəllər tanımamış və heç bir əlaqəsi olmayıb. 17.01.2019-cu ildə axşam saatlarında İlkanə yanında nisbətən arıq bədən quruluşlu tanımadığı və adının sonradan Mira olduğunu öyrəndiyi qızla mağazaya gələrək ondan qızılı neçəyə qəbul etdiyini soruşmuşdur. O da İlkanəyə qızılı lom qiymətinə qramını 45 manatdan aldığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs barmağından bir üzük çıxararaq ona təqdim etmiş və demişdir ki, həmin qızıl üzük özünə məxsusdur və üzüyü satıb kreditini ödəmək fikrindədir. İlkanə ona demişdir ki, üzüyün üzərində olan qaşlar sadə deyil, o da həmin üzüyü mağazada olan cihazla yoxlamış və müəyyən etmişdir ki, qaşlar sadə yox brilyantdır. Buna görə də o, üzüyü İlkanədən lom kimi yox adi üzük kimi, yəni qramını 64 manata ümumilikdə 240 manata almışdır. Üzüyün üzərində üç ədəd 4 sotluq xırda brilyant qaşları var imiş. Qızıl alan zaman İlkanənin şəxsiyyət vəsiqəsinin surətini çıxartmışdır və həmin sənədin üzərinə İlkanənin ona istifadəsində olduğunu bildirdiyi ***-***-**-** saylı mobil nömrəni, üzüyün əyarı və çəkisini, həmçinin alış qiymətini və aldığı tarixi, yəni 17.01.2019-cu il tarixini qeyd etmişdir və həmin sənədin surətini polis əməkdaşlarına təqdim etmişdir. O, üzüyü İlkanədən alan zaman satmağı düşünsə də üzük xoşuna gəldiyinə görə sonradan üzüyü özü üçün istifadə etməyə saxlamaq qərarına gəlmişdir. Buna görə də istintaqa verdiyi ilkin ifadəsində üzüyü tanımadığı şəxsə 270 manata satdığını bildirmişdir. Belə ki, o, düşünmüşdür ki, üzüyü polis əməkdaşlarına təqdim etsə onun üzüyə görə İlkanəyə verdiyi 240 manat pulu batacaq. Buna görə də üzüyü satdığını bildirmişdir. Əslində isə üzüyü satmamışdır və öz istifadəsi üçün saxlamışdır. Sonradan isə Təqsirləndirilən şəxs ona satdığı və ondan 240 manata aldığı üzüyü istintaqa təqdim etmişdir və həmin üzük maddi sübut kimi tanınaraq istintaq dövründə iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, sənəddə adı Kəmalə olsa da hamı onu Leyla kimi çağırır. Xətai rayonu, Mehmandarov küçəsi, 50 saylı binanın yaxınlığında yerləşən salonda saç ustası işləyir. Qeyd etmişdir ki, baş vermiş məlum hadisədən sonra adını bildiyi Şirvan adlı şəxsin yandığı evi ilə onun işlədiyi salonun arasındakı məsafə 150-200 metr olar. Hətta Şirvanın evində dayə işləyən İlkanə adlı qadını da hadisədən əvvəl tanıyırmış və bir neçə dəfə görmüşdür, amma kimin evində işlədiyini bilmirmiş. Ev yanandan sonra bilmişdir ki, həmin evin sahibinin adı Şirvandır və həmin İlkanə adlı qadın da Şirvanın evində dayə işləyir. İlkanə ev yanmamışdan təxminən 1-2 ay əvvəldən tez-tez onun işlədiyi salona gəlib saçını düzəltdirirmiş. 26 dekabr 2018-ci il tarixdə saat təxminən 11:00-11:30 radələrində o, salona gələn zaman İlkanəni yanında tanımadığı, birinci dəfə gördüyü, adını sonradan Mira kimi bildiyi arıq bədən quruluşlu qızla salonun giriş qapısının yanında görmüşdür. Onlar həmin günü onu gözləyirmişlər. O, salona gələndə Mira sağ böyrəyini tutmuşdu. O, nə baş verdiyini soruşanda Mira ona böyrəyində ağrılar olduğunu demişdir. Həmin günü Mira ona demişdir ki, o, saçını boyatdırmaq və qaynaq etdirmək istəyir. O, Miranın saçını boyamışdır və qaynaq etmişdir. İlkanə isə ona demişdir ki, o, Şirvanın uşağını məktəbdən gətirməyə gedir. İlkanə getmişdir və həmin ərəfədə çöldən yanğın söndürmə maşınlarının səsini eşitmişlər və çölə çıxanda uzaqdan ev yandığını görmüşlər. O, çöldən yenidən içəriyə gələndə orada qadınlardan kimsə ona demişdir ki, yanan ev bayaq salona gələn qadının dayə işlədiyi mənzildir. O, tez Miraya İlkanəyə zəng etməyini və evin yanması barədə xəbər verməyini deyəndə Mira həyəcanlı şəkildə telefonda nömrəni yığsa da danışa bilməmişdir və ondan xahiş etmişdir ki, məlumatı İlkanəyə o, versin. O, İlkanəyə evin yanmasını deyəndə İlkanə ona demişdir ki, məlumatı var, evin sahibəsi ona bu barədə deyib. Lakin sonradan İlkanə salona gəlmiş və Mira ilə bir yerdə çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. ünvan 5 ünvanda yerləşən ev onun adına sənədləşsə də, oğlu Şirvana məxsusdur, Şirvanın mülkiyyətidir. 26 dekabr 2018-ci il tarixdə saat 11:35 radələrində avtomobilini təmir etdirmək məqsədi ilə yaşadığı evin yaxınlığında yerləşən avtomobillərin təmiri sexinə getmiş, həmin vaxtı qonşuluğunda yaşayan Əhməd adlı şəxs mobil telefonuna zəng edərək, oğlu Şirvana məxsus evdə yanğın hadisəsi baş verdiyini bildirmişdir. Ona görə də dərhal sürücüsünü tanımadığı taksi ilə oğlu Şirvana məxsus evin yaxınlığına gəlmiş, binanın qarşısında olan yanğınsöndürənlər və polis əməkdaşları ilə birlikdə Şirvana məxsus doqquzuncu mərtəbədə yerləşən mənzilə qalxmışlar. Mənzilin açarı olmadığına görə yanğınsöndürənlən evin qapısını sındırıb içəri daxil olmuş və yanğını söndürmüşlər. Bundan sonra oğlu Şirvan və gəlini Rəvanə ilə birlikdə mənzilə daxil olmuşlar. Həmin vaxtı oğlu Şirvan və gəlini Rəvanə mənzildə olan əşyaların yerində olub-olmamasını yoxladıqdan sonra məlum olmuşdur ki, evdə olan müxtəlif adda qızılzinət əşyaları, 2000 ABŞ dolları və 800 manat pul yerində yoxdur, yəni oğurlanmışdır. Oğlu Şirvana məxsus həmin evdə baş vermiş yanğın və oğurluq hadisələrinə görə həmin evdə dayə kimi işləmiş İlkanə adlı qadından şübhələnir. ünvan 5 ünvanda yerləşən ev oğlu Şirvana məxsusdur. Ona görə də həmin evdə baş vermiş oğurluq və yanğın hadisələri nəticəsində ona heç bir məbləğdə maddi ziyan dəyməmişdir. Maddi ziyan oğlu Şirvana dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, bacısı, həyat yoldaşı və bir övladı ilə birlikdə yaşayır. O, 2017-2018-ci illərdə Ukrayna dairəsi yaxınlığında yerləşən «№1» çörək zavodunda çörəkpaylayan sürücü işləyirmiş. Həmin zavodda işlədiyi son bir ili o, Yeni və Köhnə Günəşli qəsəbələrinə çörək paylamışdır. Həmçinin o, X5 küçəsində yerləşən marketlərə də çörək paylayırmış. 2018-ci ilin dekabr ayının təxminən ortaları olarmış, dəqiq günü yadında deyil, o, Mehmandarov küçəsi, 50 nömrəli bina ilə üzbəüz yerləşən «Oba» marketə çörək verəndə həmin zaman marketdə alver edən əvvəllər tanımadığı, adını sonradan bildiyi İlkanəni görmüş və İlkanə bir xanım kimi onun xoşuna gəlmişdir. O, İlkanəni bir neçə dəfə həmin marketdə görmüşdür. Həmin ərəfədə o, «Oba» marketin administratoru Sehran adlı oğlandan İlkanə ilə münasibətinin olub-olmadığını soruşmuşdur. Sehran demişdir ki, İlkanə də cənub zonasındandır, salam-sağolu var. O, Sehrana demişdir ki, İlkanəyə desin ki, onun ondan xoşu gəlir. Sehran bu barədə İlkanəyə demişdi və İlkanənin nömrəsini də ona vermişdi. O, özü İlkanə ilə danışıb onunla münasibət qurmuşdur. O, İlkanə ilə ***-***-**-** saylı nömrəsi ilə danışırmış. Bildirmişdir ki, həmin zaman onunla eyni çörək zavodunda Azad adlı Hövsan qəsəbə sakini də işləyirmiş, onunla yaxın münasibəti var imiş. İlkanə ilə söhbət zamanı Azad adlı dostunun da olduğunu və onun rəfiqəsi varsa dördü görüşə biləcəklərini demişdir. İlkanə Mira adlı rəfiqəsinin olduğunu demiş və onlar birinci dəfə görüşüb dördü birlikdə Türkan qəsəbəsində yerləşən «Caspian» otelinə getmişlər və orada gecə qalmışlar. İlkanə ilə aralarında intim münasibət olmuşdur. Sonrakı vaxtlarda onlar telefon əlaqəsi saxlayırmışlar. İlkanə ona demişdi ki, Mehmandarov küçəsində bir qohumunun evində qalır və həmin qohumun uşaqlarına baxır. Sonra bir dəfə Q.Qarayev metrosunun yanında kafedə dördü çay içirmişlər. İlkanə söhbət zamanı demişdir ki, ona kredit götürmək lazımdır, onlar da firmada işlədikləri və maaşları olduğu üçün onların adına kredit götürə biləcəyini soruşmuşdur. O da, Azad da demişlər ki, onların adlarına kreditləri var. Lakin o, İlkanəyə demişdir ki, 500 manat balansı olan «Unibank»ın «albalı plus» kredit kartı var və həmin kartdan 200 manatdan artıq pul çıxartmışdır, əgər istəyirsə kartın balansını bərpa etsin, sonra 500 manatı çıxartsın. İlkanə razılaşmış və demişdir ki, bir-iki günə pul tapıb kartın balansını bərpa edər. Həqiqətən də İlkanə bir-iki gündən sonra kartının balansına pul qoyub balansı 500 manat etmişdir. İlkanənin konkret hansı məbləğdə kartın balansına pul qoyması yadında deyil, onun fikrincə 200 manatdan artıq imiş. Razılaşmışdılar ki, bir gün sonra o, kartdan pul çıxardıb İlkanəyə verməli imiş. Lakin həmin gecə İlkanəgil Azadla danışmışdılar və söhbət belə alınmışdı ki, guya o, kartının balansını bərpa etdirib özü də evdə oturmuş və bayıra çıxmır. O da İlkanəyə demişdir ki, pul onundur, istəyirsə görüşüb xərcləsinlər. Bundan sonra onlar İlkanəgillə danışdılar ki, dördü, yəni o, İlkanə, Mira və Azad yenə də görüşüb «Caspian» otelə getsinlər. Səhv etmirsə o, otel və digər xərcləri ödəmək üçün özündə pulu olmadığından «albalı» kartından 100 manatdan artıq pul çıxartmışdır. O və Azad taksi ilə gedib Əhmədlidə dəqiq yadında qalmayan ünvanda İlkanəgillə görüşmüşlər və onların olduğu taksi ilə Türkan qəsəbəsinə «Caspian» otelə getmişlər. Həmin oteldə iki yataq otağı olan otaq tutmuşlar və gecəni orada qalmışlar. Səhər İlkanə demişdir ki, o, Mehmandarov küçəsindəki qohumunun evinə getməlidir, Mira da onunla getməlidir, həmin həyətdə olan gözəllik salonunda işi var. Azad öz məhəllələrində daimi dayanan taksi sürücüsünü çağırmışdır. Həmin şəxsin adını bilmir, göy rəngli «Vaz-2106» markalı avtomobili var imiş. Həmin taksi sürücüsü dördünü də oteldən götürmüş və onlar Mehmandarov küçəsinə gəlmişlər. İlkanənin qohumları yaşayan binanın arxa tərəfindən keçən avtomobil yolunda taksidən düşmüşlər. İlkanə ilə Mira onlarla sağollaşıb məhəlləyə keçmişlər. Onlar gedəndə sonra Azadla qərara gəlmişdir ki, onlar da orada düşüb gəzişib vaxt keçirtsinlər. Belə ki, həmin günü onun istirahət günü imiş. Gəldikləri taksi sürücüsü sürüb çıxıb getmişdir. Həmin vaxtı Azad demişdir ki, onun çəkməyə nəşəsi var, sakit bir yerdə nəşə çəksinlər. O da razılaşmışdır. Belə ki, o, hərdənbir nəşə çəkirmiş. Sonra Azadla ikisi məhəllədəki «Oba» marketin arxası ilə keçib bağlar arası yolla üzü aşağı düşmüşlər. Onlar İlkanəgili daha orada görməmişlər. Sonra bağların arasında dayanıb nəşə çəkmişlər. Bir az vaxt da keçmişdir. Həm də fikirləşmişlər ki, işlədikləri firma maşını çörək və şirniyyat paylamaq üçün həmin əraziyə gələcəkmiş və onlar ondan bir az şirniyyət götürüb piyada «Əhmədli» metrosuna gedib oradan bir manatlıq taksi ilə Hövsana getsinlər. Bu zaman yanğın söndürən maşınların siqnal səsləri gəlmişdir. Onlar «Oba» market olan məhəlləyə gəlirmişlər. Azadla ikisi yenidən məhəlləyə qayıtmışlar, görmüşlər ki, İlkanənin qohumları qalan binanın 8 ya 9-cu mərtəbəsində mənzildə yanğın var. Həmin zaman məhəlləyə yığışmış qadınlar danışırmışlar ki, həmin yanan mənzildə uşaqlara baxan xadimə ya baxıcı olan bir qız qalırmış. Həmin vaxtı o, Sehranı da orada görmüşdür. Həmin zaman arxa tərəfdən İlkanə qaçaraq gəlmiş, onlar ondan nə baş verdiyini soruşmuşlar. İlkanə demişdir ki, yanğın onun işlədiyi mənzildə baş verib, o, uşağın dalınca məktəbə gedibmiş, ona zəng gəlib ki, mənzildə yanğın var. O, Miranın harada olduğunu soruşmuş, İlkanə Miranın məhəllədəki gözəllik salonunda olduğunu demişdir. Səhv etmirsə İlkanə mənzilin açarını gətirmişdi, onu yanğınsöndürənlərə vermişdir. Məhəlləyə adamlar yığılmışdı. Təxminən 10-15 dəqiqə sonra Miranı da məhəllədə görmüşlər. Mira demişdir ki, o, buralarda imiş. İlkanə də demişdir ki, yanğın məsələsi onluq deyil, o, evdə olmayıb, ev sahibi də artıq gəlib. Mira və İlkanə özləri çox sakit imişlər. Sonra Azadla o, oradan uzaqlaşmışlar. Piyada «Əhmədli» metrosuna tərəf getmişlər. İlkanəgillə telefonla əlaqə saxlayanda İlkanə demişdir ki, yanan mənzildən qızıl oğurlanıb, ev sahibi də ondan şübhələnir. İlkanə demişdir ki, o, isə üzbəüz qonşuluqda yaşayan bir narkomandan şübhələnir. Sonrakı vaxtlarda İlkanə ondan «albalı» kartdan pulu çıxardıb ona verməyini istəyirmiş, o da deyirmiş ki, pulu oteldə bir yerdə xərcləmişlər. Həmin ərəfədə Azada pul lazım olduğundan o, kartdan pul çıxardıb ona vermişdir. İlkanə də bunu bilirmiş. Ona mesaj yazırmış ki, pulu ona qaytarsın. Sonra İlkanənin işlədiyi evdən oğurluq və yanğın olması ilə bağıl polisdə araşdırma başlamışdır. Ona polis əməkdaşı zəng vurub çağırırmış, hətta ev sahibi də ona zəng vurmuşdu, o da İlkanəyə demişdir ki, həmin hadisənin ona nə aidiyyəti var ki, onu niyə çağırırlar. İlkanə demişdir ki, polisdə onun ona pul verməsi məsələsi bilinib, o, da deyib ki, guya onu bir ildir tanıyır və ona 100 manat borc pul verib, həmin pulu istəyir. İlkanə demişdir ki, o da polisə onun dediyi kimi desin. Hətta İlkanə bu məzmunda ona yalandan mesaj da yazmışdı ki, guya ona bir ildir pul verib. Sonra o, polisə getməmişdir. Hazırda isə əsl həqiqəti bildirir ki, İlkanə onun kartının balansına 200 manatdan artıq pul qoyub ki, o, kartdakı bütün pulu çıxardıb İlkanəyə versin, lakin o, birlikdə pul xərclədikləri üçün İlkanəyə sonra pul verməmişdir, İlkanə də ondan pulu istəyirmiş. Sonra o, bir müddət İlkanə ilə danışdığı nömrəni işlətməmiş və onunla əlaqəsi kəsilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Azad ***-***-**-** saylı nömrə işlədirmiş, səhv etmirsə Azad 1988-ci il təvəllüdlü imiş, digər anket məlumatlarını bilmir, Hövsanda bina evində qalırmış, təxminən 5-6 aydan çoxdur ki, Azad Rusiyaya atasının yanına gedib. Bildiyinə görə İlkanənin iki nömrəsi var imiş, yadındadır ki, o, əsasən İlkanənin ***-***-**-** saylı nömrəsi ilə danışırmış. Azadla İlkanə arasında 23 dekabr 2018ci il tarixdən başlayaraq hadisə günü, yəni 26 dekabr 2018-ci il tarix də daxil olmaqla ondan sonrakı günlərdə də çoxsaylı telefon əlaqələri barədə suala cavab olaraq bildirmişdir ki, bu barədə onun məlumatı olmayıb. Azad bir-iki dəfə onun yanında İlkanə ilə danışıb, lakin çoxsaylı zəngləri barədə məlumatı olmayıb. 26 dekabr 2018-ci il tarixdə İlkanənin işlədiyi məhəllədə olarkən yanğın baş verdiyi müddətə qədər Azad onun yanında olub, Azadın onun yanından aralandığı yadında qalmayıb. İlkanənin işlədiyi mənzildə oğurluq və yanğın hadisəsinin kim tərəfindən törədilməsi, həmin cinayətin İlkanə tərəfindən törədilib-törədilməməsi barədə onun dəqiq məlumatı yoxdur. İlkanənin ***-***-**- ** saylı nömrəsindən 2019-cu ilin yanvar ayının əvvəlində ona mesaj yazıb 600 manat verməli olduğunu bildirməsi, onun isə ifadəsində kartının 500 manat balansının olduğunu və həmin məbləği çıxardıb ona verəcəyini söz verməsi ilə bağlı bildirmişdir ki, İlkanə elə bilirmiş ki, kartdan 600 manat pul çıxacaq. Ona görə o, məbləği istəyirdi. Bundan başqa o qeyd etmişdir ki, onun "xxxx" MMC-yə verdiyi bir ədəd qızıl sırğa Təqsirləndirilən şəxs məxsus olmuşdur və o, İlkanənin xahişi ilə onunla birlikdə "xxxx" MMC-yə getmiş və İlkanə bir ədəd qızıl sırğanı onun adına "xxxx" MMC-yə girov qoymuşdur. O, İlkanə ilə birlikdə Əhmədli metrosunun yanında olan "xxxx" MMC-yə getmişdi və həmin yerdə sənədləşməni MMC-nin işçisi Elmar adlı şəxs aparmışdır. Sənədləşmənin İlkanənin adına deyil, onun adına aparılmasının səbəbini hazırda xatırlamır. Həmin qızıl sırğa İlkanənin imiş və götürülmüş kredit məbləği olan 155 manatı da o, İlkanəyə vermişdir. Kredit ödənişlərini İlkanə özü edəcəkmiş. Bildirmişdir ki, o, həmin "xxxx" MMC-yə daha əvvəllər öz həyat yoldaşının qızıllarını girov qoyub kredit götürmüşdü, ona görə də oranı tanıyırmış. İlkanə də ona bir ədəd qızıl sırğası olduğunu və ona hara girov qoyub pul götürə biləcəyini deyəndə o da "xxxx" MMC-ni tanıdığı üçün həmin yeri məsləhət bilmişdir. Təxminən bir ay sonra İlkanə ona demişdir ki, artıq sırğanın ödənişi tam edib və sırğanı girovdan götürmək lazımdır. İlkanə demişdir ki, o, özü MMC-yə getsə də Elnurun gəlməli olduğunu bildirib qızılı ona verməmişlər. Sonra o, İlkanə ilə birlikdə "xxxx" MMC-yə getmiş və qızılı qəbul etməyi ilə bağlı lazım olan sənədləri imzalamış və şifahi razılıq vermişdir ki, növbəti gün İlkanə gəlib özü qızılı qəbul edib götürsün. Onun bildiyinə görə növbəti gün İlkanə gedib qızılı götürmüşdür. Həmin qızıl onda deyil. Sonra isə İlkanə ilə yaxın əlaqələri olmadığından onun həmin qızıl sırğanı nə etməsi barədə məlumatı yoxdur. İstintaq dövründə ona təqdim edilmiş 04 yanvar 2019-cu il tarixdə "xxxx" MMC-yə bir ədəd qızıl sırğa girov qoyub 155 manat kredit götürməyi ilə bağlı tərtib edilmiş sənədlərin surətləri arasında olan MMC-dən götürülmüş həmin qızıl sırğanın fotoşəklinə baxmış və təsdiq edir ki, İlkanə ilə birlikdə həmin qızıl sırğanı girov qoyub 155 manat kredit götürmüşdür. Sırğa İlkanəyə məxsus imiş, o, İlkanənin xahişi ilə sırğanı girov qoymuşdur. Sonra da sırğa İlkanə tərəfindən geri götürülmüşdür. İlkanə həmin sırğanı girov qoyanda ona demişdir ki, həmin sırğa onun adını çəkmədiyi qohumuna məxsusdur. İstintaqda ifadəsi alınarkən cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs məxsus qızıl əşyalarının fotoşəkillərini nəzərdən keçirmişdir, şəkillərdə Zərərçəkmiş şəxs yoldaşı Şahid6 qulağında olan damcı formalı uzun sallanan sırğa İlkanənin “Kredit Evinə” qoyduğu sırğadır. Həmin sırğanın Zərərçəkmiş şəxs məxsus olmasını həmin vaxtı bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 il bundan əvvəl tanımış və bundan sonra aralarında münasibət yaranmışdır. 2018-ci ilin ortalarında ona məlum imiş ki, İlkanə Əhmədli qəsəbəsində bir ünvanda dayə işləyir. 2018-ci ilin təxminən payız aylarında İlkanə ona demişdir ki, Elnur adlı oğlanla sevgilidir və Elnurun dostu Azad adlı oğlanla da onu tanış edəcək. Onlar dördü şəhərdə görüşmüşlər və o, həmin vaxtı birinci dəfə Elnuru və onun dostu Azadı görmüşdür. Azadla aralarında münasibət yaranmışdır. Bildirmişdir ki, dördü birlikdə Türkan qəsəbəsində bir oteldə olmuşdular, lakin o, Azadla intim əlaqədə olmamışdır. Elnurla İlkanə isə əlaqədə olublar. O, həmin vaxtı görmüşdür ki, Azad, Elnur və İlkanə üçü də nəşə çəkmişlər. Ona görə də o, Azadgillə yaxınlıq etmək istəməmişdir. Bir dəfə də onlar dördü 25 dekabr 2018-ci il tarixdə Türkan qəsəbəsində həmin oteldə olmuşlar. Belə ki, İlkanə ondan xahiş etmişdi ki, o da onlarla getsin. O da razı olmuşdur. Həmin günü o, İlkanənin kirayədə qaldığı Qaraçuxur qəsəbəsində olan evində imiş. Yəni o, öz evində olanda gecə harasa çıxa bilmir, Azadgillə görüşəcəkləri üçün o, əvvəlcədən İlkanənin evinə gəlmişdir. Axşam saatlarında o, İlkanə ilə taksi maşını ilə Hövsan qəsəbəsinə getmişdir, Elnurla Azad onları X2 yanında gözləyirmişlər. Onlar Türkanda olan otelə getmişlər. Azad, Elnur və İlkanə nəşə çəkmişlər, spirtli içki içmişlər. Onlar iki yataq otağı və bir zalı olan nömrə götürmüşdülər. Səhər onlar İlkanənin dayə işlədiyi evin məhəlləsinə gəlmişlər. Onlar gecədən İlkanə ilə danışmışdılar ki, o, İlkanənin işlədiyi məhəllədə yerləşən qadın salonuna gedəcək. Onlar avtobusla gəlib məhəllənin yanında düşmüşlər və İlkanə ilə məhəlləyə girmişdir. Onlar məhəlləyə piyada girəndə saat təxminən 10:30 imiş. Onlar avtobusda olanda Elnur İlkanəyə zəng vurmuşdu ki, onların dalınca gəlirlər. İlkanə də demişdir ki, işlədiyi ev sahibinin uşağını məktəbdən götürməlidir. O da hirslənmişdir ki, Elnurgilin onları yolda düşürdüb sonra da arxalarınca gəlmələri nə hərəkətdir. İlkanə ilə məhəlləyə girəndən sonra İlkanə məhəllədə olan «Oba» marketə girib su almış, qadın salonu hələ açılmamışdı, onlar təxminən 15-20 dəqiqə gözləmişlər, sonra salon açılmış və İlkanə ilə salona girmişlər, İlkanə təxminən 15 dəqiqə salonda olmuş və ümumi söhbət etmişlər. Sonra İlkanə demişdir ki, uşağı götürmək üçün məktəbə getməlidir. İlkanə salonda işləyən qadına deyirmiş ki, ürəyi bulanır, özünü pis hiss edir, halsızdır. O, İlkanəni salonun qapısından yola salanda görmüşdür ki, Azadla Elnur salonun yaxınlığındakı meyvə dükanının qarşısında dayanıblar. Onların orada dayanması onu təəccübləndirmişdir, lakin o, onlara heç nə deməmişdir. İlkanə gedəndən təxminən 15-20 dəqiqə sonra küçədən səs gəlməyə başlamışdır, salonda işləyən Leyla adlı qadın bayıra çıxmışdır ki, nə baş verdiyini maraqlansın, 5 dəqiqə ərzində Leyla qayıtmamışdır, ona görə o da küçəyə çıxmışdır, görmüşdür ki, məhəlləyə yanğınsöndürən maşın gəlir, o, başa düşmüşdür ki, nəsə yanğın var, əvvəl yanğının harada olduğunu bilməmişdir, adamların əsasən daha çox toplaşdığı yerə baxanda görmüşdür ki, binanın yuxarı mərtəbəsindən alov çıxır. Qonşulardan kimsə, həmçinin Leyla bildirmişdir ki, İlkanənin işlədiyi mənzil yanır. Ora yığışan qonşular demişlər ki, İlkanəni tapın mənzilin açarını gətirsin. O, həmin vaxtı üstündə olan xatırlamadığı nömrədən İlkanənin nömrəsinə zəng vurub yanğın barədə məlumat vermişdir. İlkanə demişdir ki, artıq bilir, ona zəng olunub, gəlir. Sonra o, təxminən 20 dəqiqə sonra görmüşdür ki, İlkanə kənardan binaya tərəf gəlir. Sonra İlkanə onların yanına gəlmiş və 2-3 dəqiqə dayanıb ev sahibinin gəlib-gəlməməsi ilə bağlı sorğusual etmişdir. Artıq çox qarışıqlıq imiş, İlkanənin binaya girib-girməməsini dəqiq bilmir. Bundan sonra artıq yanğın sönmək üzrə imiş, o və Leyla salona girmişlər. Təxminən 15 dəqiqə sonra İlkanə də salona gəlmişdir. Leyla onun saçını saat təxminən 17 radələrində işləyib qurtarmış, İlkanə də həmin vaxta kimi salonda imiş. Sonra o, İlkanə ilə salondan çıxıb avtobusla İlkanənin evinə getmişlər. O, gecə İlkanənin evində qalmışdır. Təxminən iki gün sonra o, İlkanə ilə Əhmədli qəsəbəsində «Boranı» kafesində oturmuşdular. Azad da ora gəlmişdir. Sonra İlkanə deyirmiş ki, işlədiyi evdə həm oğurluq olub, həm də yanğın olub. Ev sahibi də ondan şübhələnir, amma İlkanə deyirmiş ki, onun bu işdə bir günahı yoxdur. Təxminən bir həftə sonra İlkanə ona demişdir ki, artıq həmin iş bağlanıb, onun günahı olmadığı öz təsdiqini tapıb. Ondan sonra İlkanə Lənkərana gedib qayıtmışdır. 2019-cu ilin yanvar ayında İlkanə demişdir ki, ailəsi ona qızıl üzük verib ki, satsın. O da onunla Nərimanov rayonu ərazisində qızıl qəbulu məntəqəsinə getmiş və İlkanə həmin üzərində 3 qaşı olan üzüyü satmışdır. Üzük İlkanənin şəxsiyyət vəsiqəsi əsasında A.Nemətulla küçəsində onun göstərdiyi mağazada bir qadına 240 manata satılıb. Həmin üzük barədə onu deyə bilər ki, həmin üzük 4 qrama yaxın ağ qızıl imiş, üzərində ağ rəngli 3 ədəd brilyant qaşı var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, təxminən 5 ildir ki, Xətai rayonu, Neapol dairəsində yerləşən lombardı işlədir, o, fiziki şəxs olaraq vergi qeydiyyatına durmuşdur. O, lombardda olan sənədlərinə baxaraq bildirmişdir ki, 2019-cu ildə 14 yanvar tarixindən başlayaraq qızıl qəbul etmişdir. 2018-ci ilin sənədlərini isə saxlamayıb məhv etmişdir. 14 yanvar 2019-cu il tarixdən bu günə kimi bütün girov biletlərini saxlamışdır. Həmin sənədlərə əsasən bildirmişdir ki, onun lombardına İlkanə və Fariz adlı şəxslər qızıl qoymayıb. Mobil telefon isə o, ümumiyyətlə qəbul etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, 2018-ci ilin əvvəllərindən 2019-cu ilin sonlarına qədər «Bakıxanov» ticarət mərkəzinin yanında yerləşən lombardı işlətmişdir. Hazırda isə «Neftçilər» metrosunun yanında «Yelo» bankın yaxınlığında yerləşən lombardı işlədir. Bildirmişdir ki, əvvəllər tanımadığı, adını sonradan bildiyi İlkanə adlı qız Bakıxanovda olan lombarda gəlib-gedərək onların telefon girova götürüb-götürmədiklərini maraqlanmışdır. O da telefon götürdüyünü demişdir. Təxminən yadındadır ki, 08 fevral 2019-cu ildə İlkanə Fariz adlı tanımadığı oğlanla lombarda gəlmişdir və Fariz lombarda 750 əyarlı cəmi 43,7 qram çəkidə bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbaq və bir ədəd qızıl üzük girova qoyub bir ay müddətinə qaytarmaq şərtilə 2000 manat pul götürmüşdür. Fariz həmin məbləği bir aylıq ödəmək şərtilə götürmüşdür və qaytaranda üzərində 160 manat da faiz ödəməli imiş. Həmin qızılların rəsmiləşməsi Farizin adına aparılmışdır. Bir müddət sonra isə Fariz özü səhv etmirsə təklikdə lombarda gəlmiş və Fariz bu dəfə 585 əyarlı qızıl əşyaları girov qoymuşdur, 550 manat pul götürmüşdür. Fariz 585 əyarlı qızılları qoyanda əvvəl qoyduğu 750 əyarlı qızılların faizini və əsas məbləği tezliklə ödəyəcəyini bildirmişdi. Bundan sonra İlkanə ya özü tək ya da Farizlə birlikdə lombarda gəlmiş və təxminən yadındadır ki, Samsunq markalı A7 modelli telefonu girov qoyub pul götürmüşdür. Ümumiyyətlə İlkanə onun lombardına bir neçə dəfə həmin telefonu girov qoyub pul götürmüş, sonra da ödəniş edib telefonu geri almışdır. Həmçinin yadındadır ki, bundan sonra 24 avqust 2019-cu il tarixdə İlkanə bir rəfiqəsi ilə lombarda gəlib 585 əyarlı bir ədəd üzük və bir cüt sırğa girov qoyaraq 100 manat pul götürmüşdür. Onun bildiyinə görə həmin qızıllar İlkanə ilə gələn adını bilmədiyi rəfiqəsinə məxsus olmuşdur. Sonradan həmin məbləğ ödənilmişdir və onlar həmin üzük və bir cüt sırğanı götürmüşlər. Lakin Farizin adına qoyulmuş qızılların ödənişi Fariz tərəfindən edilməmiş və o, dəfələrlə Farizə və İlkanəyə zəng vurub ödənişi etmələrini istəmişdir. Lakin Fariz ödəniş etmədiyi üçün bir neçə ay sonra o, ümumi qaydaya uyğun olaraq Fariz tərəfindən iki dəfəyə qoyulmuş həm 750, həm də 585 əyarlı qızılları lom kimi qızıl alan alverçilərə satmışdır. Bildirmişdir ki, Farizin şəxsiyyət vəsiqəsinin surəti qızılları girov götürərkən tərtib edilmiş sənədlərdə var. O, Fariz və İlkanə tərəfindən lombarda qızıl və telefon qoyularkən tərtib edilmiş bütün sənədləri istintaqa təqdim etmişdir. Həmin sənədlərdə girov qoyulmuş qızılların əyarı, növü və digər əlamətləri qeyd edilmişdir. O, Fariz tərəfindən girov qoyulmuş 750 və 585 əyarlı qızılları girov qoyulduqdan və ödəniş edilmədiyindən 3 ay sonra üzdən tanıdığı qadın alverçiyə 750 əyarlı qızılı təxminən 2500- 2600 manata, 585 əyarlı qızılı isə təxminən 650 manata satmışdır. Həmin alverçinin əlaqələri onda yoxdur. İstitaqda ifadəsi alınarkən ona təqdim edilmiş cinayət işinin materiallarında olan fotoşəkilləri nəzərdən keçirmişdir. Fotoşəkillərdə olan qadının gəlin paltarında və digər qara paltarda boynunda olan boyunbağı və qolunda olan qolbaq, həmçinin fotoşəkildə kişinin sol əlinin barmağında olan üzük Farizin lombarda qoyduğu 750 əyarlı qızıl əşyaları ilə eyni formadadır və həmin qızıllara oxşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, Bakıda usta işlədiyi üçün təxminən 2010-cu ildən Bakıxanov qəsəbəsində kirayədə yaşayırmış. O, Bakıxanov qəsəbəsində «Asan xidmət»in yaxınlığında yerləşən «Ağrı dağ» çay evinə gedib-gəlirmiş. Həmçinin həmin çay evinin birinci mərtəbəsində yerləşən avtoyuma məntəqəsində özünə məxsus «Mercedes C klas» markalı **-NV-*** nömrəli avtomobilini yuduzdururmuş. 2019-cu ilin sonlarında, yeni il ərəfəsində həmin çay evində əvvəllər tanımadığı, adını sonradan bildiyi əslən Lənkərandan olan İlkanə adlı qız ofisiant kimi işə başlamışdır. O, həmin vaxtı İlkanə ilə tanış olmuş, sonradan aralarında daha yaxın intim münasibət yaranmışdır. İlkanə bir neçə dəfə onun kirayədə qaldığı evə gəlmiş və aralarında intim əlaqə olmuşdur. Söhbət zamanı İlkanə deyirmiş ki, o, əvvəllər heç vaxt ofisiant işləməmişdir, Bakıda bir evdə dayə kimi işləmişdir, sonra isə həmin ev yanmışdır, lakin ev sahibi onu günahlandırır ki, guya evi o, yandırıb. İlkanə deyirmiş ki, ev sahibi ondan polisə şikayət edib. O, İlkanədən soruşurmuş ki, həqiqətən ev yanmağında onun günahı varmı. İlkanə and-aman edirmiş ki, onun həmin işdə heç bir günahı yoxdur. Hətta o, İlkanəyə təklif etmişdir ki, özü ustadır, yanmış evin təmiri ilə bağlı ona köməklik edə bilər. İlkanə isə deyirmiş ki, bu işlə atası məşğuldur, onun bir problemi yoxdur. O qeyd etmişdir ki, 2019-cu ilin əvvəllərində onun Zabrat yolunda yerləşən bir elektrik malları dükanına 4000 manata yaxın borcu var imiş, o, həmin dükandan nisyə mal götürüb təmir işi apardığı evdə işlətmişdir, sonra işi gördükcə ev sahibi ödəniş edirmiş, o da dükana olan borcu ödəyirmiş, malların bir hissəsini isə başqa dükanlara nisbətən baha qiymətə verirmiş, həmin dukanlarda da mallar satıldıqca öz gəlirini götürüb qalan pulu Zabrat yolundakı dükana ödəyirmiş. Həmin ərəfədə isə çətinliyi olduğu üçün dükana borcunu ödəyə bilmirmiş. 2019-cu ilin fevral ayının əvvəllərində İlkanə gecə onun Bakıxanovdakı kirayədə qaldığı mənzildə qalmışdı. Həmin vaxtı dükandan ona zəng edilib borcu ödəməyini istəyirmişlər, İlkanə də bu barədə eşidib məlumatı olmuşdur. İlkanə ondan nə məsələ olduğunu soruşduqda o, dükana borclu olduğunu demiş və ən azı yarısını ödəməli olduğunu bildirmişdir. İlkanə ona demişdir ki, narahat olmasın, o, ona köməklik edə bilər. Belə ki, İlkanə demişdir ki, həyat yoldaşından ayrılmışdır və yoldaşından ona qızıllar qalmışdır, onları lombarda qoyub pul götürüb ona verə bilər. İlkanə həmin vaxtı çantasını açıb ona ağ qızıldan olan bir boyunbağı, bir qolbaq, bir üzük və bir cüt kiçik sırğanı göstərmişdir. O, həmin qızılları gümüşə oxşatmışdır, demişdir ki, bunlara lombard pul verməz. Lakin İlkanə demişdir ki, onun həyat yoldaşı imkanlı olub, bu qızıllar da brilyant qaşlı bahalı qızıllardır. O, İlkanəyə demişdir ki, əgər belə qızılları varsa niyə çay evində işləyir və niyə qızılları çantasında saxlayır. İlkanə demişdir ki, çantası həmişə yanında olur və qızılları olmasına baxmayaraq o, özü işləyib pul qazanmaq istəyir, ona görə də çay evində işləyir. Səhəri günü İlkanə təklif etmişdir ki, Bakıxanovdakı ticarət mərkəzinin yanında yerləşən lombarda gedib qızılları ora qoysunlar, həm də İlkanə özünə ticarət mərkəzindən ayaqqabı alar. O, razılaşmış və birlikdə dediyi lombarda getmişlər. İlkanə orada demişdir ki, özünün şəxsiyyət vəsiqəsi üstündə deyil, ona görə də qızılları onun şəxsiyyət vəsiqəsi əsasında rəsmiləşdirib girov qoymalı olmuşlar. Həmin lombardı Fərahim adlı şəxs işlədirmiş, həmin şəxsin adını həmin zaman bilmişdir. İlkanə ona ağ qızıldan bir ədəd qolbaq, bir ədəd boyunbağı və bir ədəd üzük vermişdir. O, görmüşdür ki, boyunbağının üstü xırda qaşlardan ibarətdir, yəni boyunbağının bir tərəfi tam qaşlardan ibarət imiş, səhv etmirsə qolbaq da həmin formada qaşlardan ibarət imiş. Üzük isə kişi üzüyü imiş, üzərində xırda qaşları var imiş. İlkanə sırğaları özündə saxlamış və demişdir ki, sırğalar kiçik qızınındı. Fərahim hesablayıb həmin qızıllara görə onlara 2300 manat pul verə biləcəyini demişdir. O, isə 2000 manat lazım olduğunu demiş və bildirmişdir ki, az götürsün ki, ödəmək də asan olsun. Fərahim girov bileti yazaraq qızılları götürmüş və onlara 2000 manat pul vermişdir. Sonra o, İlkanə ilə lombarddan çıxmışdır. İlkanə həmin puldan 50 manata özünə ayaqqabı almış və 100 manatı da özünə götürmüşdür ki, qaldığı evin kirayə haqqını verməlidir. 1850 manatı isə o, götürmüşdür. Sonra o, 1850 manatı borclu olduğu dükana ödəmişdir. Bildirmişdir ki, həmin ərəfədə o, Ramana qəsəbəsində bir evdə təmir işi görmüşdür və ev sahibinin ona 650 manat pul borcu var imiş, lakin ödəyə bilmirmiş. O da pulunu istəyirmiş. Ev sahibi ona demişdir ki, pulun əvəzinə həyat yoldaşının qızılını ona verə bilər. O da həmin şəxsə təklif etmişdir ki, həmin qızılı lombarda qoyub pul götürsün. Pulun faizini isə ev sahibi ödəsin, imkanı olanda isə ana məbləği ödəyib öz pulunu götürsün. Vasif adlı həmin ev sahibi razılaşmış və ona sarı qızıldan bir üzük, bir qolbaq və bir boyunbağıdan ibarət komplekt vermişdir, onların brilyant qaşı yox imiş. Bundan sonra o, özü təklikdə həmin qızılları Fərahimin işlədiyi lombarda aparmış və girov qoyaraq 550 manat pul götürmüşdür. Bundan sonra isə 2019-cu ilin mart ayında o, özünə məxsus «İphone 7 plus» markalı mobil telefonu Fərahimin işlədiyi lombarda girov qoyaraq 350 manat pul götürmüşdür. Bildirmişdir ki, həmin telefonu «28 may» metrosu yaxınlığında dükandan kreditə almışdır. Həmçinin sonra o, bilmişdir ki, İlkanə özünə məxsus «Samsung A 7» markalı mobil telefonunu həmin lombarda girov qoyub pul götürmüşdür. Bildiyi qədər İlkanə bir neçə dəfə həmin telefonu girov qoyub pul götürmüş və sonra pulu ödəyib telefonu girovdan çıxartmışdır. Həmçinin həmin ərəfədə İlkanə ona qızına məxsus olduğunu dediyi bir cüt sırğanı vermişdir ki, lombarda girov qoyub pul götürsün. O da həmin sırğanı Fərahimin lombardına öz adına girov qoyub 70 manat pul götürüb İlkanəyə vermişdir. Bildirmişdir ki, o, İlkanənin qızıllarına görə lombarddan götürdüyü pulun ödənişlərini ödəyə bilməmişdir. İlkanə də onun ***-***- **-** saylı nömrəsinə öz nömrəsindən bir neçə dəfə mesaj yazıb lombarda ödəniş edib qızılları çıxartmağını istəyirmiş. İlkanə deyirmiş ki, həyat yoldaşı ilə barışmaq istəyir, ona görə də həmin qızıllar vacib ona lazımdır. O, isə pul tapıb lombarda ödəyə bilməmiş və qızıllar da girovda qalmış olmuşdur. Həmçinin işlədiyi evin sahibi Vasif də demişdir ki, o da ödəniş edə bilmir, onun qızılları da lombardda batsın. Onun telefonu da lombardda batmışdır, onun da pulunu ödəyə bilməmişdir. Lakin telefonun dükana olan kredit borcunu ödəmişdir. 2019-cu ilin təxminən aprel ayından sonra o, Bakıda iş olmadığı üçün Neftçalaya getmişdir. Həmçinin lombardın da pulunu ödəyə bilmədiyi üçün İlkanə ilə aralarında narazılıq yaranmışdı və münasibətləri soyumuşdu. Həmin vaxtdan daha onunla əlaqə saxlamamışdır. 2019-cu ilin yay aylarında o, Neftçalada olanda İlkanə tanımadığı bir oğlanla onun evinə gəlmişdi ki, qızılların pulunu lombarda ödəməyini istəsin. Həmin vaxtı o, evdə olmamışdır, valideynləri evdə olmuşdur. Lakin onun imkanı olmadığından lombardın 2000 manatını ödəyə bilməmiş, qızıllar da lombardda batmışdır. Hazırda İlkanə ilə heç bir əlaqəsi yoxdur. İstintaq dövründə ona təqdim edilən cinayət işinin materiallarında olan fotoşəkilləri nəzərdən keçirmişdir. Fotoşəkillərdə olan qadının gəlin paltarında və digər qara paltarda boynunda olan boyunbağı və qolunda olan qolbaq, həmçinin fotoşəkildə kişinin sol əlinin barmağında olan üzük İlkanənin onun adına lombarda qoyduğu qızıl əşyaları ilə tam eynidir. O dəqiqliklə bildirmişdir ki, İlkanənin onun adına Fərahimin işlədiyi lombarda qoyduğu boyunbağı, qolbaq və üzük fotoşəkildəki həmin boyundağı, qolbaq və üzükdür. İlkanə dayə işlədiyi evin yanması ilə bağlı sadəcə ona məlumat vermişdir, ətraflı heç nə deməmişdir. O, İlkanədən söhbət əsnasında bu barədə soruşanda İlkanə həmişə sualdan yayınırmış və söhbətin məzmununu dəyişirmiş. İlkanə ilə münasibəti olduğu dövrdə İlkanənin adını bilmədiyi bir arıq bədən quruluşlu rəfiqəsi var imiş, çay evinə gəlib-gedirmiş. Başqa hər hansı qızla və ya oğlanla əlaqəsi barədə məlumatı yoxdur. Həmçinin İlkanənin telefonunda onun bir oğlanla şəklini görmüşdür, oğlanın üzü tam düşməmişdi, amma arıq sifətli az saqqallı oğlan imiş. İlkanə demişdi ki, əvvəllər münasibətdə olduğu oğlandır. Həmçinin o, lombardın pulunu ödəyə bilmədiyi vaxtlarda İlkanənin telefon nömrəsindən bir oğlan ona zəng vurub İlkanənin qızıllarına görə lombardın pulunu ödəməyini tələb edirmiş. Həmin oğlanın adını bilmir. O, İlkanə ilə tanışlığı müddətində ***-***-**-** saylı nömrə ilə danışmışdır. Onun həmin vaxtı istifadəsində başqa nömrə olmayıb. O, Təqsirləndirilən şəxs rəfiqəsi Miranı cəmi bir dəfə görmüşdür. Belə ki, o, İlkanə ilə «Ağrı dağ» çay evində tanış olandan sonra, səhv etmirsə İlkanə ilə qızılları lombarda qoyandan sonrakı vaxtda İlkanə ondan xahiş etmişdir ki, onun Mira adlı rəfiqəsini Keşlə qəsəbəsindən maşınla götürüb «Ağrı dağ» çay evinə gətirsin. O da Miranı dediyi yerdən götürüb çay evinə gətirmişdir. Dediyi kimi Miranı birinci və sonuncu dəfə həmin vaxtı görmüşdür. Sonrakı vaxtlarda o, özü görməsə də İlkanə deyirmiş ki, Mira çay evinə gəlib-gedir. Miranın göstərdikləri barədə onun bir məlumatı yoxdur. O, Mira və İlkanə ilə «Neapol» dairəsində yerləşən lombarda getməmiş və ora qızıl qoymamışdır. İfadəsində dediyi kimi o, İlkanə ilə Fərahimin lombardına qızıl qoymuşdur. Həmçinin həmin vaxtlar onun özünə məxsus «Mercedes C klass» markalı **-NV-*** nömrəli maşını var imiş, o, taksi ilə hərəkət etmirmiş. Yəqin ki, Mira onu kiminləsə qarışdırır. Həmçinin o, İlkanə ilə Nərimanovda qızıl satışında iştirak etməmişdir. İlkanə onunla Fərahimin lombardına qızıl qoyandan sonra deyirmiş ki, Nərimanov rayonu ərazisində də adını çəkmədiyi rəfiqəsinin tanışı olan lombarda bir ədəd qızıl üzük qoymuşdur və batmaması üçün onu çıxartmalıdır. Həmçinin o bildirmişdir ki, öz istəyi ilə Zərərçəkmiş şəxs lombarddan götürdüyü məbləği geri vermişdir, Zərərçəkmiş şəxs məxsus qızılları lombarda qoyub pul əldə etməsindən peşmançılıq çəkir. Şahid qismində dindirilmiş Şahid13 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində bildirmişdir ki, 2018-ci ilin yanvar ayından ünvan 8 ünvanında yerləşən "xxxx" QSC-də kredit işçisi işləyir. Ümumilikdə QSC-in işi müraciət edən vətəndaşlardan təqdim etdikləri qızıl əşyalarını qəbul edib qiymətləndirib onun dəyəri müqabilində həmin vətəndaşa kredit verməkdən ibarətdir. Qeyd edir ki, vətəndaşın onlara təqdim etdiyi qızıl əşyası zərgər tərəfindən çəkilir və ona qiymət qoyulur, əgər qızılın üzərində sadə qaş varsa qaşın çəkisi qızılın çəkisindən çıxılır və ancaq qızılın xalis çəkisinə qiymət qoyulur. Lakin qızılın üzərində brilyant qaş varsa həmin predmet çəkilir və qaşın çəkisi qızılın qramına daxil edilməklə heç bir çəki çıxılmadan ümumilikdə predmetin çəkisi qızıl çəkisi kimi hesab olunub qiymət qoyulur, yəni brilyant qaşa ayrıca qiymət qoyulmur, həmçinin qızılın fotoşəkli çəkilsə də zərgər tərəfindən tərtib olunan aktda qaş barədə qeyd aparılmır, yalnız qızılın adı və çəkisi yazılır. Bildirmişdir ki, 03 iyul 2018-ci il tarixdə əvvəllər tanımadığı Şahid7 işlədiyi "xxxx" QSC-yə müraciət edərək 583 əyarlı bir ədəd qolbaq, bir ədəd boyunbağı və iki ədəd üzük girov qoyaraq kredit pul götürmüşdür. Zərgər tərəfindən həmin qızıl əşyaları qiymətləndirilib paketlənmişdir, o, isə bundan sonra zəruri sənədləşməni aparmış və Elnura kredit verilmişdir. Yadındadır ki, Elnur həmin vaxtı onların iş yerinə anası ilə gəlmiş və həmin qızılların anasına məxsus olduğunu bildirmişdir. Elnur sonradan ödənişləri etmiş və həmin krediti ödəyib bağlamışdır. Daha sonra isə Elnur bir neçə dəfə həmin qızılları girov qoyub pul götürüb ödəyib yenidən həmin qızılları girov qoyub pul götürmüşdür. Hazırda da həmin qızıllar onlarda girovdadır və Elnur götürdüyü kreditin ödənişlərini edir. Bununla bağlı o, gecikmələr olduqda özünün ***-***-**-** saylı nömrəsindən Elnurun mobil nömrəsinə zəng edib mesaj yazaraq ödəmələrini etməsini istəmişdir. Bildirmişdir ki, Elnurun həmin qızılları onlarda girovda olduğu müddətdə, yəni 04 yanvar 2019-cu il tarixdə o, yenidən "xxxx" QSC-yə müraciət edərək 750 əyarlı bir ədəd qızıl sırğanı, yəni sırğanın bir tayını girov qoyub kredit götürmək istəmişdir. Bundan sonra ümumi qaydada həmin qızıl əşyası zərgər tərəfindən yoxlanılıb qiymətləndirilib paketlənmiş və o, zəruri sənədləşməni aparmışdır və Elnura 155 manat kredit verilmişdir. Elnur həmin vaxtı onların ofisinə nisbətən dolu bədənli orta boylu cavan qızla gəlmişdi. Həmin vaxtı Elnur həmin qızın kim olduğunu onlara deməmişdir. Bir aydan sonra ödəmə gecikdiyi üçün o, Elnurla telefonla danışmış, Elnur ödəniş edəcəyini bildirmişdir və aralarında olan söhbətin məzmunu tam yadında qalmasa da xatırlayır ki, Elnur qızıl əşyasını girov qoyanda onunla gələn qızın sevgilisi olduğunu bildirmişdir. Sonra isə Elnur ofisə gəlmədən ödəmə terminalı vasitəsilə həmin kredit məbləğini bir dəfəyə ödəyib krediti bağlamışdır. Az müddət sonra isə Elnur ofisə tək gəlib bir ədəd sırğanı təhvil götürmüşdür. Bildirmişdir ki, onların ofisində qızıl əşyası qəbul ediləndə onun fotoşəkli çəkilir və kredit materiallarına əlavə edilir. Elnur tərəfindən girov qoyulmuş bütün qızılların şəkilləri çəkilmişdir. Elnura verilmiş bütün kreditlə bağlı sənədlər, o cümlədən qızılların fotoşəkilləri QSC tərəfindən istintaqa təqdim edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onlar adətən müştəridən təqdim etdiyi qızıl əyşasının kimə məxsus olduğunu soruşurlar, lakin Elnur onların əvvəlki müştəriləri olduğu və ödənişlərini də vaxtında etdiyi üçün tək sırğanı girov qoyanda həmin sırğanın kimə məxsus olduğunu soruşmamışlar. Buna baxmayaraq qaydalara uyğun olaraq Elnur həmin qızılın onun özünə məxsus olması barədə razılıq ərizəsi vermişdir. Ona təqdim edilən Təqsirləndirilən şəxs fotoşəklini nəzərdən keçirmişdir. Fotoşəkildə olan şəxs 04 yanvar 2019-cu il tarixdə Elnurun yanında gələn qızdır. Lakin həmin qızla ünsiyyəti olmayıb(cild 3, i.v.275-277); Şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində bildirmişdir ki, qadın salonunda qaş ustası işləyir. Şahid6 onun bacısıdır. Rəvanə Zərərçəkmiş şəxsla ailə qurub və onların iki övladı var. Onlar Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 50, mənzil 71-də yaşayırlar. Bildirmişdir ki, 2018-ci ilin yay aylarında ona məlum imiş ki, Rəvanəgil İlkanə adlı qızı evlərinə dayə kimi işə götürmüşlər. O, Rəvanəgilə gedib-gələndə İlkanəni onlarda görmüşdür. Bildirmişdir ki, 2018-ci ilin dekabr ayının 10-da axşam saatlarında o, Rəvanəgilə getmişdi, həmin vaxtı artıq Rəvanə də işdən gəlmişdi. İlkanə ondan xahiş etmişdir ki, pul müqabilində onun qaşlarına tük effekti versin. O, evin yataq otağında İlkanənin qaşlarına tük effekti verməyə başlamış və gördüyü işin qiymətinin 150 manat olduğunu demiş, İlkanə endirim etməyini istəmiş, o da 130 manata razılaşmışdır. İlkanə də həmin vaxtı Rəvanədən xahiş etmişdir ki, onun maaşı hələ növbəti gün verilməli olmasına baxmayaraq həm onun pulunun bir hissəsini vermək, həm də öz evinin kirayə haqqını ödəmək üçün ona maaşını həmin gün versin. Belə ki, İlkanə demişdir ki, onun maaşından 50 manatı ona, 300 manatı isə özünə versin. İlkanə demişdir ki, onun pulunun qalan 80 manat hissəsini sonra verəcək. Rəvanə də razılaşmış və elə yataq otağında onların yanında paltar şkafının orta gözünü açıb orada olan qara rəngli çiyin çantasını bayıra çıxartmış və çantanın yan cibində olan pul qabından 350 manat götürüb 50 manatı ona, 300 manatı isə İlkanəyə vermişdir. Rəvanə çantadan pulu İlkanənin gözünün qarşısında çıxartmışdır. Bundan başqa bildirmişdir ki, o, İlkanənin qaşlarında etdiyi əməliyyatı davam etdirib tamamlamalı imiş, əslində İlkanə onun işlədiyi salona gəlməli imiş, lakin Rəvanəgilin evlərində oğurluq və yanğın olduğundan və onlar İlkanədən şübhələndikləri üçün Şirvan ona tapşırmışdır ki, bir bəhanə ilə özü İlkanənin evinə getsin və onun hərəkətlərinə fikir versin. 10 yanvar 2019-cu il tarixdə o, İlkanənin evinə getmişdir. Həmin vaxtı İlkanə yanğın və oğurluqla bağlı heç bir söhbət açmamışdır. O, İlkanənin evində yeni çanta görüb götürüb baxmaq istəyəndə İlkanə kobud formada çantanı onun əlindən alıb baxmağa qoymamışdır. O, İlkanənin qaşlarında əməliyyat edəndə İlkanənin «vatsap»la «Elnur Elnur» adı yazılmış şəxslə mütəmadi yazışdığını görmüşdür, lakin İlkanə gizlin yazışdığından yazışmanın məzmununa diqqət edə bilməmişdir. O, İlkanə ilə işini qurtardıqdan sonra onun rəfiqəsi Mira adlı qız onlara gəlmişdir. Mira onun Rəvanənin bacısı olduğunu bilmirmiş. Sonra onlar üçü İlkanənin evindən çıxmışlar. İlkanə, o və Mira birlikdə taksi ilə qayıdırmışlar. Mira qabaqda oturmuşdu və yol boyu danışırmış. Miranın nə danışdığını o, heç başa düşmürmüş. Ortada İlkanə öz telefonunu Miraya uzadıb ekrana baxmağını demişdir. Mira baxmadığını deyəndə telefon ani olaraq İlkanənin əlində havada qalanda o, onun ekranına baxıb gül şəkli olduğunu görmüşdür. Mira nəhayət İlkanənin telefonun ekranına baxanda gülü görüb demişdir ki, nə olsun ki, İlkanə demişdir ki, gülün altındakı yazını oxu. Mira da yazını oxuyan kimi sanki donub qalmış və bütün danışıqlarını kəsmiş və daha heç nə danışmamışdır. O, həmin yazını oxuya bilməmişdir. Sonra İlkanə ona telefonda başqa şəkil göstərib onu Miraya göstərdiyini demişdir. O, şəklə baxıb onun əvvəlki şəkil olmadığını görmüşdür. Yəni həmin vaxtlarda İlkanə özünü çox şübhəli aparırmış. Bundan başqa bildirmişdir ki, İlkanə yanğından qabaq onun işlədiyi qadın salonuna gəlmişdi və orada salonda işləyən Müşfiqə adlı saç ustasını görüb görüşmüşdü. İlkanə ona demişdir ki, o, əvvəllər həmin Müşfiqənin evində kirayədə qalmışdır, ona görə də ondan xahiş etmişdir ki, onun bacısının evində dayə işləməsi barədə Müşfiqəyə məlumat verməsin. O da İlkanənin sözünə ciddi əhəmiyyət verməyib Müşfiqəyə heç nə deməmişdir. Lakin yanğından sonra o, Müşfiqənin qızı Jalə ilə İlkanə barədə söhbət edərkən Jalə demişdir ki, bir neçə il əvvəl həqiqətən İlkanə onların səhv etmirsə Bakıxanov qəsəbəsində yerləşən evlərində kirayədə qalmış və həmin dövrdə Jalə İlkanə ilə birlikdə Jalənin hansısa qohumlarının evinə getmişlər. Sonra həmin qohum evindən qızılın yoxa çıxması barədə məlumat vermişdir, daha sonra həmin ev sahibi başqa bir polisdə işləyən qohumunu bu işi araşdırmaq üçün dəvət etmiş və evdən İlkanənin əl izi çıxmışdır. İlkanə isə oğurluğu Jalənin üstünə atmışdır. Sonra İlkanə qızılları qaytarmışdır, hətta ev sahibinin şikayət etməməsi üçün Jalə ilə birlikdə ev sahibinə 3000 manat pul da vermişlər. Jalə demişdir ki, İlkanə ona şər atıb, əslində qızılları İlkanə oğurlayıbmış. Bundan başqa bildirmişdir ki, İlkanə bir nəfər Lalə adlı tanışını Rəvanənin yanına müştəri kimi göndərmişdi. Sonra isə Lalə onun da işlədiyi salona müştəri kimi gəlmişdi və söhbət zamanı ona deyirmiş ki, o, İlkanə ilə Qaraçuxur qəsəbəsində xırdavat mağazasında birlikdə işləyiblər, həmin zaman bir nəfər oğlan mağazaya gəlib İlkanənin üstünə bıçaq çıxardıb İlkanəni hədələyib ki, onu aldada bilməzsən, sənin də qızın var. Məlum olub ki, İlkanə həmin oğlandan müəyyən məbləğdə pul alıb qaytarmayıb. Sonra oğlan pulunu tələb etdiyindən İlkanənin pulu olmadığı üçün onun əvəzinə onlarla işləyən Ayaz adlı şəxs oğlanın pulunu qaytarıb(cild 2, i.v.262-265); Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində bildirmişdir ki, təxminən 10 il olar ki, müxtəlif markalı avtomobillərin və mənzillərin qapılarının açarlarının surətini çıxarmaqla məşğul olur. Gün ərzində tanımadığı müxtəlif vətəndaşların sifarişlərinə əsasən onlara məxsus avtomobil və ya mənzillərin açarlarının surətini çıxarır. 2009-cu ildən hal-hazıradək Bakı şəhərində yerləşən Neftçilər metrostansiyasından Qaraçuxur qəsəbəsinə gedən yolda yerləşən beşmərtəbəli binanın alt hissəsində, 81 saylı avtobus dayanacağının arxasında, zirzəmidə yerləşən emalatxananın bir hissəsində, icarə əsasında işləyir. Hazırda ona təqdim edilən növdən olan açarların surətini dəfələrlə çıxarmışdır. O, Zərərçəkmiş şəxs tanıyır. Şirvanın ifadəsində göstərdikləri doğrudur. Belə ki, 2019-cu ilin təxminən yanvar ayında Şirvan onun işlədiyi emalatxanaya gəlmişdi və Şirvanın təqdim etdiyi açarın onun tərəfindən hazırlanması barədə soruşduqda o, Şirvana demişdir ki, həmin açarı o, hazırlamışdır. Əlavə olaraq bildirmişdir ki, həmin açarı hazırlamağının sifarişini səhv etmirsə təxminən 25-26 yaşlı bir qadın vermişdi və o da həmin sifarişə əsasən qeyd edilən açarın surətini hazırlayıb həmin qadına vermişdir. Təqsirləndirilən şəxs tanıması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, ifadəsinin əvvəlində göstərdiyi kimi gün ərzində çox sayda vətəndaşlar tərəfindən sifariş qəbul edir, həmin şəxslərin hamısını dəqiq yadında saxlaya bilmir(cild 2, i.v.16-17); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 21 yanvar 2019-cu il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işinin başlanılmış və icraata qəbul edilmişdir (cild 1, i.v. 1); zərərçəkmiş şəxs qismində tanınma haqqında 21 yanvar 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 33); şübhəli şəxsin tutulması haqqında 27 fevral 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 67-68); şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında 01 mart 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 78-79); əşyanın tanınması haqqında 04 mart 2019-cu il tarixli protokoldan görünür ki, Şahid3 masa üzərində düzülmüş 07 ədəd fotoşəkildən 05-ci fotoşəkildə olan üzüyün Təqsirləndirilən şəxs tərəfindən ona satılan üzüyə oxşatdığını bildirmiş, lakin dəqiq bilmədiyini qeyd etmişdir (cild 1, i.v. 95-99); 15 mart 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrini üzləşdirmə zamanı bir daha təsdiq etmişlər (cild 1, i.v. 111-112); Lənkəran rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İİ seriyalı 837106 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 31.10.2011-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, anası Muradlı (Yusubova) İlkanə Teymur qızı, atası isə X9r (cild 1, i.v. 114); baxış keçirilməsi haqqında 26 dekabr 2018-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 50 ünvanında yerləşən 71 saylı mənzilə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir (cild 1, i.v. 128-135); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən alınmış MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 50 ünvanında yerləşən 71 saylı mənzil Şahid4 adına 1426 nömrəli reyestr kitabının 130570 nömrəli vərəqində qeydiyyata alınmışdır (cild 1, i.v. 141); Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin 11.01.2019-cu il tarixli və 10.01.2019-cu il tarixli protokollarından görünür ki, lövhə ultrabənövşəyi şüalarda tədqiq edilərkən təqdim olunmuş 4 nümunədən üçüncü və dördüncü nümunələrin lüminessensiya zonaları uyğun sübut zonaları ilə üst-üstə düşmüşdür. Təqdim edilmiş yanğından sonrakı 4 nümunədən üçüncü və dördüncü nümunələrin tərkibində yüksək temperatur təsirindən, ilkin şəklini dəyişmiş neft məhsullarının izləri aşkar edilmişdir. Təqdim edilmiş elektrotexniki əşyaların yanğından sonrakı qalıqları üzərində elektrotexniki qəza hallarını təsdiqləyən izlər aşkar edilməmişdir (cild 1, i.v. 143-145); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.02.2019-cu il tarixli 4340 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 50 ünvanında Şahid4 məxsus 71 nömrəli mənzildə yanğının mənbəyi, mənzilin dəhlizinə girişdən sağ tərəfdə yerləşən yataq otağının daxilində, otağa girişdən uzaq sağ küncdə çarpayı yerləşən sahədə olmuşdur. Mənbə zonasında istilik ixrac edə bilən texniki qurğulardan divarda elektrik rozetkasının yerləşdiyini və müəyyən edildiyi kimi həmin rozetkaya hadisə ərəfəsində hər-hansı elektrik qurğusunun qoşulu olmadığını, eləcə də mənbə zonasından götürülmüş yanğından sonrakı qalıqların üzərindən neft məhsullarının izlərinin aşkar edildiyini, o cümlədən də mənzilə qeyri-leqal müdaxilə hallarının əlamətlərinin olduğunu, yəni yanğından sonra mənzildə mal-əmtəənin çatışmamazlığını nəzərə alaraq, yanğın kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən baş verməsi üçün xarakterikdir (cild 1, i.v. 149-152); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 17.12.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat kartotekasında məlumat mövcud deyildir (cild 1, i.v. 181-183); baxış keçirilməsi və götürülməsi haqqında 10 may 2019-cu il tarixli protokoldan görünür ki, Şahid3 könüllü olaraq istintaq orqanına təqdim etdiyi 01 ədəd üzərində 03 ədəd iri ağ rəngli qaşlar olan ağ rəngli materialdan olan qadın üzüyü iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün ondan götürülmüşdür. Şahid3 təqdim etdiyi 01 ədəd üzük dairəvi formalıdır, üzərində 03 ədəd ağ rəngli qaşlar vardır, içəri hissəsində 750 rəqəmlərinin həkk edilməsi müşahidə olunur (cild 1, i.v. 198); əşyanın tanınmaya təqdim edilməsi haqqında 10 may 2019-cu il tarixli protokoldan görünür ki, tanınmalı olan əşya 01 ədəd üzərində 03 ədəd iri ağ rəngli qaşlar olan qadın üzüyü Xətai RPİ-nin İstintaq şöbəsində xidməti otaqda eyni növdən olan oxşar formalı qadın üzükləri ilə birgə bir sırada düzülmüş və “1”, “2”, “3” və “4” rəqəmləri ilə nişanlanmışdır. Zərərçəkmiş şəxs təqdim edilən əşyaları nəzərdən keçirib “2” rəqəmi ilə nişanlanmış üzərində 03 ədəd iri ağ rəngli qaşlar olan qadın üzüyünü göstərərək ona məxsus olduğunu bildirmişdir (cild 1, i.v. 199); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.10.2019-cu il tarixli 25556/25557 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd gümüşü rəngli metaldan, üzərində 3 ədəd eyni ölçülü ağ şəffaf qaşlar olan üzük – üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, qaşları brilliyantdır, 3 ədədinin hər birinin ölçüsü 0,128 karat, 3/3 keyfiyyətlidir, çəkisi 3,74 qramdır. Ekspertiza tədqiqatına təqdim olunan 1 ədəd üzüyün 2018-ci ilin dekabr ayına olan orta bazar qiyməti 525 manat müəyyən edilir (cild 1, i.v. 227-230); maddi sübut kimi tanıma haqqında 26 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd gümüşü rəngli metaldan, üzərində 3 ədəd eyni ölçülü ağ şəffaf qaşlar olan üzük maddi sübut kimi tanınmışdır (cild 1, i.v. 233); əşyanın tanınmaya təqdim edilməsi haqqında 30 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, tanınmalı olan əşya 01 ədəd üzərində 03 ədəd iri ağ rəngli qaşlar olan qadın üzüyü Xətai RPİ-nin İstintaq şöbəsində xidməti otaqda eyni növdən olan oxşar formalı qadın üzükləri ilə birgə bir sırada düzülmüş və “1”, “2”, “3” və “4” rəqəmləri ilə nişanlanmışdır. Şahid6 təqdim edilən əşyaları nəzərdən keçirib “3” rəqəmi ilə nişanlanmış üzərində 03 ədəd iri ağ rəngli qaşlar olan qadın üzüyünü göstərərək ona məxsus olduğunu bildirmişdir. Belə ki, həmin üzüyü formasından, rəngindən, üzərində olan qaşlardan və digər əlamətlərindən tanıyır, həmin üzük onun yaşadığı mənzildən talanmışdır. Həmçinin həmin üzük əri Zərərçəkmiş şəxs tərəfindən toy məclisində ona hədiyyə edilmiş komplekt dəstinin üzüyüdür (cild 1, i.v. 234-236); "xxxx" MMC-nin Şahid4 məxsus daşınmaz əmlakın bərpasına sərf olunan xərclərin qiymətləndirilməsi haqqında hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 50 ünvanındakı, “Leninqrad” layihəli, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən, 70.0 kv.m. ümumi sahəsindən ibarət 3 otaqlı, 71 saylı mənzilin bərpasına sərf olunan xərclərin 7 noyabr 2019-cu il tarixinə olan bazar dəyəri 8651 manat təşkil edir (cild 1, i.v. 239-249); baxış keçirilməsi haqqında 23 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, 26 dekabr 2018-ci il tarixdə saat 10:35 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** nömrəli mobil telefonla ***-***-**-** nömrəli mobil telefon arasında 69 saniyə (Xətai rayonu, G.Mehmandarov küçəsi), həmin günü saat 11:42 dəqiqədə ***-***-**-** nömrəli mobil telefonla 32 saniyə (Xətai rayonu, G.Şıxlinski küçəsi) müddətində danışıqlar olmuşdur (cild 1, i.v. 264); maddi sübut kimi tanıma haqqında 23 noyabr 2019-cu il tarixli qərardan görünür ki, “Azerfon MMC”dən əldə edilmiş 01 ədəd disk maddi sübut kimi tanınmışdır (cild 1, i.v. 266); sənədin götürülməsi haqqında 27 noyabr 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi evindən oğurlanmış qızılların fotoşəkilləri cinayət işi üçün əhəmiyyət kəsb etdiklərindən cinayət işinə əlavə olunmuşlar (cild 1, i.v. 267-272); sübutların qiymətləndirilməsi haqqında 02.12.2019-cu il tarixli qərardan görünür ki, cinayət işi CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.4 və 186.2.2-ci maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir, Təqsirləndirilən şəxs əməlində CM-nin 177.2.3-cü maddəsinin əlamətləri olmadığından barəsində cinayət təqibi üzrə icraata xitam verilmişdir, Şahid3 əməlində CM-nin 194.1-ci maddəsinin əlamətləri olmadığından barəsində cinayət təqibi üzrə icraata xitam verilmişdir, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, 20 fevral 2019-cu il tarixli 4340 saylı və 15 oktyabr 2019-cu il tarixli 25556-25557 saylı ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (cild 1, i.v. 279-285); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 07 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.4 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v. 293-294); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 dekabr 2019-cu il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 308); cinayət işinin əlavə ibtidai istintaq aparılması və ittiham aktının yenidən tərtib edilməsi üçün qaytarılması haqqında 25 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.4 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi əlavə ibtidai istintaq aparılması və ittiham aktının yenidən tərtib edilməsi üçün Xətai RPİ-nin İŞ-nə qaytarılmışdır (cild 2, i.v. 3-8); cinayət işinin icraata qəbul edilməsi haqqında 25 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.4 və 186.2.2-ci maddələri ilə olan ********* saylı cinayət işi icraata qəbul edilmişdir (cild 2, i.v. 9); cinayət işinin əlavə ibtidai istintaq aparılması və ittiham aktının yenidən tərtib edilməsi üçün qaytarılması haqqında 16 aprel 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.4 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi əlavə ibtidai istintaq aparılması və ittiham aktının yenidən tərtib edilməsi üçün Xətai RPİ-nin İŞ-nə qaytarılmışdır (cild 2, i.v. 59-65); baxış keçirilməsi haqqında 16 aprel 2020-ci il tarixli protokoldan görünür ki, 01 ədəd diskdə olan “səs yazıları”, “şəkillər” və “video” adlı 3 qovluğa baxış keçirilmişdir (cild 2, i.v. 89-91); sənədə baxış keçirilməsi haqqında 16 aprel 2020-ci il tarixli protokoldan görünür ki, 26 noyabr 2018-ci il tarixdən 30 dekabr 2018-ci il tarixə kimi Təqsirləndirilən şəxs ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələrdə danışıq aparması müəyyən olmuşdur (cild 2, i.v. 92); sənədə baxış keçirilməsi haqqında 02 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə 26 dekabr 2018-ci il tarixdə saat 01:38-də Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində, 26 dekabr 2018ci il tarixdə saat 10:35-də Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942-ci məhəllədə (Zərərçəkmiş şəxs yaşadığı məhəllə), 26 dekabr 2018-ci il tarixdə saat 11:42-44-də Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində (Zərərçəkmiş şəxs oğlu Davudun təhsil aldığı məktəbin ərazisi), 26 dekabr 2018-ci il tarixdə saat 11:50-də Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942-ci məhəllədə (Zərərçəkmiş şəxs yaşadığı məhəllə) işləmişdir (cild 2, i.v. 248-249); sənədə baxış keçirilməsi haqqında 02 iyul 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə ***-***-**-** saylı nömrə arasında 23 dekabr 2018-ci il tarixdən başlayaraq 09 yanvar 2019-cu il tarixə kimi dəfələrlə olmaqla ümumilikdə 113 dəfə, o cümlədən hadisə günü, yəni 26 dekabr 2018-ci il tarixdə saat 10:37-dən saat 22:07-yə qədər dəfələrlə olmaqla cəmi 14 dəfə zəng qeydə alınmışdır. ***-***-**-** saylı nömrə ünvan 11 ünvanda qeydiyyatda olan Heydər Hüseynovun adınadır və həmin nömrə 26 dekabr 2018-ci il tarixdə saat 10:15-dən saat 11:45-ə qədər hadisə baş verən ərazidə, yəni Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində işləmişdir (cild 2, i.v. 253); sənədə baxış keçirilməsi haqqında 24 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 01 iyul 2018-ci il tarixdən 16 aprel 2020-ci il tarixə kimi daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısına, mesajların məzmununa, anten məlumatlarına, eləcə də mobil rabitə operatorlarının hadisə yerinin yaxınlığında Bakı şəhəri, Xətai rayonu, N.Tusi və Gen.Şıxlinski küçələrinin kəsişməsində “Afrodita” şadlıq sarayının yaxınlığında yerləşən ötürücü anteni ilə 26 dekabr 2018-ci il tarixdə saat 10:15-dən saat 11:45-ə qədər olan müddət ərzində şəbəkəyə çıxmış bütün abonentlərin və onlarla əlaqədə olmuş şəxslərin telefon nömrəsi, mesajların məzmunu, anket məlumatları və anten dairəsinə dair məlumatlara baxış keçirilmişdir (cild 3, i.v. 5-8); qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında 24 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması və Xətai RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (cild 3, i.v. 12-13); təqsirləndirilən şəxsin tutulması haqqında 25 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:05-də tutulmuşdur (cild 3, i.v. 15); təqsirləndirilən şəxsin Xətai RPİ-nin MSY-dən azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında 27 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmış və o, Xətai RPİ-nin MSY-dən azad edilmişdir (cild 3, i.v. 30- 31); üzləşdirmə haqqında 08 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid12 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (cild 3, i.v. 104-109); üzləşdirmə haqqında 08 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha birbirilərinin iştirakı ilə təsdiq etmişlər (cild 3, i.v. 110-129); pulun təqdim edilməsi barədə 19 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Şahid12 Zərərçəkmiş şəxs məxsus qızıl əşyalarını lombarda girov qoyaraq götürdüyü 1850 manatdan 600 manatı istintaqa təqdim etmiş, həmin məbləğdə pul tərəfindən götürülərək Zərərçəkmiş şəxs ödənilməsi üçün cinayət işinə əlavə edilmişdir (cild 3, i.v. 148); pulun təqdim edilməsi barədə 06 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Şahid12 Zərərçəkmiş şəxs məxsus qızıl əşyalarını lombarda girov qoyaraq götürdüyü 1850 manatdan 500 manatı istintaqa təqdim etmiş, həmin məbləğdə pul tərəfindən götürülərək Zərərçəkmiş şəxs ödənilməsi üçün cinayət işinə əlavə edilmişdir (cild 3, i.v. 182); pulun təqdim edilməsi barədə 26 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Şahid12 Zərərçəkmiş şəxs məxsus qızıl əşyalarını lombarda girov qoyaraq götürdüyü 1850 manatdan 500 manatı istintaqa təqdim etmiş, həmin məbləğdə pul tərəfindən götürülərək Zərərçəkmiş şəxs ödənilməsi üçün cinayət işinə əlavə edilmişdir (cild 3, i.v. 188); "xxxx" QSC-nin 01.03.2021-ci il tarixli 011/21 saylı sorğuya cavab məktubundan görünür ki, Şahid7 hal-hazırda aktiv krediti vardır. 08.12.2020-ci il tarixdə EH0085507-2020 saylı müqavilə əsasında 1485 AZN məbləğində kredit götürmüşdür (cild 3, i.v. 189); mülki iddiaçı qismində tanınma haqqında 09 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır (cild 3, i.v. 284-285); mülki cavabdeh qismində tanınma haqqında 02 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır (cild 4, i.v. 132-133); sübutların qiymətləndirilməsi haqqında 09 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 177.2.4 və 186.2.2-ci maddələri ilə yanaşı həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və ona CM-nin 177.2.4 və 186.2.2-ci maddələri ilə elan edilmiş ittihama dəyişikliklər edilərək CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələri yenidən ittiham elan edilmiş, istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş hadisə baş vermiş mənzilin giriş qapısının surəti çıxarılmış açarı iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (cild 4, i.v. 1-56); təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilməsi və yenidən ittiham elan olunması haqqında 09 mart 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yeni ittiham elan edilmişdir (cild 4, i.v. 59-61); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-96/2021 saylı 09.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir (cild 4, i.v. 92-100); pulun təqdim edilməsi barədə 11 mart 2021-ci il tarixli protokoldan görünür ki, Şahid12 Zərərçəkmiş şəxs məxsus qızıl əşyalarını lombarda girov qoyaraq götürdüyü 1850 manatdan 250 manatı istintaqa təqdim etmiş, həmin məbləğdə pul tərəfindən götürülərək Zərərçəkmiş şəxs ödənilməsi üçün cinayət işinə əlavə edilmişdir (cild 4, i.v. 101); pulun təqdim edilməsi barədə 11 mart 2021-ci il tarixli protokoldan görünür ki, Şahid12 tərəfindən Zərərçəkmiş şəxs ödənilməsi məqsədilə istintaqa təqdim edilmiş cəmi 1850 manat Zərərçəkmiş şəxs təqdim edilmişdir (cild 4, i.v. 102); təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 15 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 4, i.v. 103- 104); zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 29 mart 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ünvan 12 ünvanında hadisənin xüsusatlarını göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olumuşdur (cild 4, i.v. 114-120); cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə 01 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətmiş X12 və qeyriləri barəsində CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 4, i.v. 121-124). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, ibtidai araşdırma orqanının məhkəməyədək icraat dövründə gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri göstərilsə də, digər şəxslərin həmin cinayət əməllərini törətmələri sübuta yetirilmədiyindən, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarına əlavə olunmuş sübutlarla təsdiq olunmadığından, Təqsirləndirilən şəxs əməlinin CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilmiş oğurluq kimi qiymətləndirilməsi və adıçəkilən maddə ilə təqsirli bilinərək məhkum edilməsi istisna olunur. Belə olduğu təqdirdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələri üzrə verilmiş ittihamdan CM-nin 177.2.1-ci maddəsi xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihama görə onun mənzilə qanunsuz daxil olmaqla özgənin 4200 manat pulunu və cəmi dəyəri 16950 (on altı min doqquz yüz əlli) manat olan qızıl zinət əşyalarını gizli olaraq talayıb oğurluq etməsi göstərilmişdir. Lakin, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, mənzilindən oğurlanmış qızıl-zinət əşyalarını vaxtilə 6500 manata almışdır. İlkin ərizəsində Zərərçəkmiş şəxs evindən 5000-6000 dəyərində qızıl-zinyət əşyalarının və 3000 manat pulunun oğurlandığını bildirmişdir. Daha sonra 21 yanvar 2019-cu il tarixdə verdiyi ifadəsində isə bildirmişdir ki, 2000 ABŞ dolları, 800 manat pulun, 6500 manat dəyərində qızıl-zinyət əşyalarının oğurlanmışdır. Buna baxmayaraq zərərçəkmiş şəxsə məxsus qızıl-zinət əşyalarının cəmi dəyəri 16950 (on altı min doqquz yüz əlli) kimi göstərilmiş və zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiyi təxmini hesablamalara istinad edilmişdir. Bununla da, istintaq orqanı tərəfindən əsassız olaraq dəymiş zərərin məbləği 16950 (on altı min doqquz yüz əlli) manat kimi qeyd edilmişdir. Beləliklə, məhkəmə, oğurlanmış qızıl-zinət əşyalarının dəyəri ilə bağlı zərərçəkmiş şəxsin ilkin ərizə və ifadəsində həmin əşyalarının ümumilikdə dəyərinin 6500 manat olduğunu göstərməsini, məhkəmə baxışı zamanı da, qeyd edilən qızıl-zinət əşyalarının aldığı zaman ümumilikdə dəyərinin 6500 manat olduğunu bildirməsini, iş materiallarında həmin əşyaların qiymətinin müəyyən edilməsi üçün başqa əsaslı sübut olmadığını nəzərə alaraq hesab edir ki, həmin hissədə verilmiş ittihamın həcmi 16950 (on altı min doqquz yüz əlli) manatdan 6500 manatadək azaldılmalı, həmin məbləğ və qızıl zinyət əşyalarından əlavə olaraq mənzildən oğurlanmış 2000 ABŞ dolları və 800 manat pul Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət tərkibi yaratdığından cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdikləri və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinə əsasən əmlakı qəsdən məhv etmə və ya zədələmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməməsi və özünü təqsirli bilməməsi, həqiqəti əks etdirməməklə yanaşı cinayət məsuliyyətindən yaxa qurtarmaq xarakteri daşıyır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 27.02.2019cu il tarixdən 01.03.2019-cu il tarixədək, 25.08.2020-ci il tarixdən 27.08.2020-ci il tarixədək 04 (dörd) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınmalıdır, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 23.11.2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 43750 (qırx üç min yeddi yüz əlli) manat maddi ziyanın Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı iddianın təmin edilməsini, təqsirləndirilən şəxs və mülki cavabdeh isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı proses iştirakçılarını dinləyib, mülki iddiaya dair ərizəni, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması əks etdirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi tələb edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs ünvan 13 ünvanında baş vermiş oğurluq hadisəsi nəticəsində oğurlanmış qızıl zinət əşyalarının 15000 manat, həmçinin yanğın hadisəsi nəticəsində yararsız hala düşmüş əşyaların və onların təmirinə sərf olunacaq məbləğin 24750 manat təşkil etməsinə dair məhkəməyə hər hansı rəsmi qaydada təsdiq olunmuş sübut təqdim etməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» 02.10.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Mülki iddiaya əlavə edilmiş yanmış əşyaların siyahısında Zərərçəkmiş şəxs məxsus əşyaların yararsız hala düşməsi nəticəsində ona 16150 manat ziyan dəydiyi göstərilsə də, həmin siyahı müvafiq qiymətləndirmə rəyi alınmadan tərtib olunmuş və zərərçəkmiş şəxsə ümumilikdə 43750 (qırx üç min yeddi yüz əlli) manat məbləğində maddi ziyanın vurulmasının təqdim edilmiş sənədlərə müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona məxsus qızıl zinət əşyalarını aldığı zaman 6500 manata əldə etdiyini qeyd etmiş, halbu ki, mülki iddiada qızıl zinət əşyalarına görə 15000 manat tələb etmiş, bunu, hazırda əşyaların dəyərinin artması ilə izah etmişdir. Göründüyü kimi, mülki iddiaya hazırkı cinayət mühakimə icraatı çərçivəsində təqdim edilmiş sübutlarla tam qiymət verilməsi mümkün olmamaqla, mülki iddiaya mülki mühakimə icraatı qaydasında baxılması və həll edilməsi həm, mülki iddiaçının həm də mülki cavabdehin mənafeyinə uyğundur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə əsasən mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ Zərərçəkmiş şəxs izah olunmalıdır. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində olan yetkinlik yaşına çatmayan 31.10.2011-ci il təvəllüdlü övladı X3 hüquqları və mənafeyi nəzərə alınaraq, onun himayə olunması yaşayış yeri üzrə İcra Hakimiyyəti orqanına həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 160.1-ci maddəsinə əsasən valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. İş üzrə 211.50 (iki yüz on bir manat, əlli qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut – bir ədəd mənzil açarı, bir ədəd qızıl üzük və "xxxx" MMC-dən daxil olmuş bir ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi Təqsirləndirilən şəxs verilmiş ittihamdan xaric edilsin (çıxarılsın). Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27.02.2019-cu il tarixdən 01.03.2019-cu il tarixədək, 25.08.2020-ci il tarixdən 27.08.2020-ci il tarixədək tutulub saxlandığı 04 (dörd) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 3 (üç) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablansın. Mülki iddia baxılmadan saxlanılsın, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs himayəsində olan yetkinlik yaşına çatmayan 31.10.2011-ci il təvəllüdlü övladı X3 himayə olunması yaşayış yeri üzrə İcra Hakimiyyəti orqanına həvalə edilsin. İş üzrə maddi sübut – bir ədəd mənzil açarı, bir ədəd qızıl üzük və "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 211,50 (iki yüz on bir manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-243/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-243/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver