Məhkəmə qərarları › İş №1(011)-245/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-245/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-245/2021 01.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, “VEKA” mebelsexində usta kimi işləmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 08 (səkkiz) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Dirçəliş küçəsi ev 13-də qeydiyyatda olan və Bakı şəhəri Xətai rayonu Mədinə Gülgün küçəsi ev11 mənzil 9A-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 31.01.2021-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xətai rayonu Zığ yolu küçəsi 11-də yerləşən “Göyçə” kafesinə hasardan keçməklə qanunsuz daxil olaraq kafenin həyətindəki hasara birləşdirilmiş 1 metri 2 manat 60 qəpik olmaqla 100 metr uzunluğunda, ümumi qiyməti 260 manat olan elektrik naqilini, həyətdə yerləşən və müştərilər üçün nəzərdə tutulmuş mini banket zalının giriş qapısını sındıraraq içəri daxil olub oradan 01 ədədinin qiyməti 20 manat olmaqla ümumi qiyməti 120 manat olan 06 ədəd oturacaq stullarını, banket zalının divarına quraşdırılmış 01 ədədinin qiyməti 05 manat olmaqla ümumi qiyməti 20 manat olan 04 ədəd elektrik avtomatlarını və kafenin həyətindəki hamam otağından 01 ədədinin qiyməti 50 manat olmaqla ümumi qiyməti 100 manat olan 02 ədəd su kranlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mebel ustası kimi işləmiş, əvvəllər qazancı yaxşı olsa da sonradan ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar iş olmamış və işsiz qalmışdır. İşsizlik maddi vəziyyətini çətinləşdirdiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 31 yanvar 2021-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri Xətai rayonu Zığ yolu küçəsində yerləşən Göyçə kafesindən oğurluq etmək qərarına gəlmişdir. Kafenin hasarı balaca olduğu üçün içəri daxil olmaqda çətinlik çəkməmişdir. Hasardan içəri girib kafenin digər hasarında yerləşən təxminən 100 metr uzunluğunda elektrik kabelini kəsib yerə yığmışdır. Kafenin həyətində müştərilərin yemək yeməsi üçün nəzərdə tutulmuş mini banket zalı olmuşdur. Banket zalının qapısına yaxınlaşıb açmaq istəyərkən qapının sınıq vəziyyətdə və açıq olduğunu görmüşdür. İçəri girib oradan 2 dəfə olmaqla üç-üç, ümumi 6 ədəd stul çıxartmış, sonra banket zalının divarında quraşdırılmış 4 ədəd elektrik avtomatlarını, hamamda olan 2 ədəd su kranını yerindən çıxarıb götürmüşdür. Əvvəl sutulları aparmış, stulları apardıqdan sonra kabeli, su kranlarını və elektrik avtomatlarını da məhlələrinə stulların yanına aparmışdır. Həmin gün axşam məhlədə boşluq olan sahədə kabeli ocaq yandırıb satmaq məqsədi ilə əritmişdir. Stullar, su kranları və elektrik avtomatları da orada qalmışdır. Əritdiyi kabeli ağacların arasında gizlətmiş, əritdiyi kabeli 25 manata, su kranları və elektrik avtomatlarını isə ümumilikdə 50 manata dəmir yığanlara satmışdır. Həmin günün axşam tərəfi isə stulları Zaur adlı şəxsə ümumilikdə 20 manata satmışdır. Bu hadisədən bir neçə gün sonra 36-cı PB-nin əməkdaşları evinə gələrək oğurluqda şübhəli olduğunu ona bildirmişlər və onu 36-cı PB-nə aparmışlar. Əməlindən səmimi peşman olduğunu, zərərçəkən şəxsələ barışdığını nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəllər fərdi sahibkkarlıqla məşğul olmuşdur. Təxminən 10 il olar ki Xətai rayonu Zığ yolu küçəsi 11 saylı ünvanda yerləşən “Göyçə” kafesini işlədir. 2020-ci ilin sentyabr ayının əvvəllərində “Göyçə” kafesini işlətməsi üçün Vüsal adlı tanışına arendaya vermişdir. Kafeni Vüsal işlətsə də, Vüsal yalnız arenda pulunu vermişdir. Kafe və kafedəki əşyalar ona məxsus olmuşdur. Ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar kafelər işləmədiyi üçün o da kafeni işlətməmişdir. Lakin 3-4 gündən bir nəzarət məqsədi ilə Vüsal onun tapşırığı əsasında kafeyə baş çəkmişdir. Sonuncu dəfə 31.01.2021-ci il tarixdə saat 20 radələrində Vüsal yenə də onun tapşırığı əsasında kafeyə baş çəkəndə hərşeyin yerində olduğunu, heç bir problemin olmadığını görmüşdür. 01.02.2021-ci tarixdə ölkə üzrə karantin tədbirlərinin yumşaldılması ilə bağlı kafelərin açılmasına icazə verildiyi üçün səhəri gün o, da kafeni açmağı Vüsala tapşırmışdır. 01.02.2021-ci il tarixdə səhər saat 11 radələrində Vüsal kafeni açıb ona zəng edərək kafedəki əşyaların bir qisminin oğurlandığını demişdir. O, cəld şəkildə yaşadığı ünvandan çıxıb kafeyə gəlmişdir. Gələn zaman Vüsalla birlikdə içəri baxış keçirmişdir. Baxış zamanı kafenin həyətindəki hasara birləşdirilmiş 1 metri 2 manat 60 qəpik olmaqla 100 metr uzunluğunda ümumi qiyməti 260 manat olan elektrik naqili, 1 ədədinin qiyməti 5 manat olmaqla 4 ədəd ümumi qiyməti 20 manat olan elektrik avtomatlarının olmadığını aşkar etmişdir. Daha sonra həyətdəki müştərilər üçün nəzərdə tutulmuş mini banket zalının giriş qapısının sındırıldığını və içəridən 1 ədədinin qiyməti 30 manat olmaqla 6 ədəd ümumi qiyməti 180 manat olan oturacaq stullarının oğurlandığını aşkar etmişdir. Daha sonra digər otaqlara nəzər yetirərkən hamam otağındakı 1 ədədinin qiyməti 50 manat olmaqla 2 ədəd ümumi qiyməti 100 manat olan su kranlarının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Daha sonra bu barədə ərazi polis orqanına məlumat vermişdir. Ona dəyən ziyan ödənilməmişdir, buna baxmayaraq təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq təqsirləndirilən şəxsə ədalətli cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayının əvvəllərində ünvan 1 ünvanda yerləşən “Göyçə” kafesini Zərərçəkmiş şəxs arendaya götürüb işlətməyə başlamışdır. Ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar kafelər işləmədiyi üçün o da kafeni işlətməmiş, lakin 3-4 gündən bir nəzarət məqsədi ilə Zərərçəkmiş şəxs tapşırığı ilə kafeyə baş çəkmişdir. Sonuncu dəfə 31.01.2021-ci il tarixdə saat 20 radələrində kafeyə baş çəkəndə hərşeyin yerində olduğunu, heç bir problemin olmadığını görmüşdür. 01.02.2021-ci tarixdə ölkə üzrə karantin tədbirlərinin yumşaldılması ilə bağlı kafelərin açılmasına icazə verildiyi üçün səhəri gün o da kafeni açmaq qərarına gəlmişdir. 01.02.2021-ci il tarixdə səhər saat 11 radələrində o kafeni açmış, lakin içəri baxış keçirən zaman içəridən müəyyən əşyaların oğurlandığını görmüşdür. Dərhal Zərərçəkmiş şəxs zəng edərək kafedəki əşyaların oğurlandığını demişdir. Onun zəngindən sonra Yaşar kafeyə gəlmişdir. Yaşar gələn zaman birlikdə içəri baxış keçirmişlər. Baxış zamanı kafenin həyətindəki hasara birləşdirilmiş 100 metr uzunluğunda ümumi qiyməti 260 manat olan elektrik naqili, 4 ədəd ümumi qiyməti 20 manat olan elektrik avtomatlarının yerində olmadığını aşkar etmişlər. Daha sonra həyətdəki müştərilər üçün nəzərdə tutulmuş mini banket zalının giriş qapısının sındırıldığını və içəridən 6 ədəd ümumi qiyməti 180 manat olan oturacaq stullarının olmadığını aşkar etmişlər. Daha sonra digər otaqlara nəzər yetirərkən hamam otağındakı 2 ədəd ümumi qiyməti 100 manat olan su kranlarının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişlər. Bu barədə Zərərçəkmiş şəxs ərazi polis orqanına məlumat vermişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, bunun səbəbləri barədə bildirməmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 20 ildən artıqdır ki, Xətai rayonu Azadlıq küçəsi ev 16 mənzil 2-də yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. O, İlyası çoxdan tanıyır. Belə ki, İlyas hərdənbir ondan borca pul almışdır. Arada bir isə gəlib ondan içməyə pivə almasını xahiş etmiş, İlyasa yazığı gəldiyi üçün həmişə kömək etmişdir. Sonuncu dəfə 01 fevral 2021-ci il tarixdə günorta saatlarında o, yaşadığı evin qabağında dayanarkən İlyas ona yaxınlaşaraq əlində saz vəziyyətdə oturacaq stullarının olduğunu və ondan alıb-almaq istəmədiyini soruşmuşdur. O, İlyasa ehtiyacının olmadığını və istəmədiyini demişdir. Daha sonra İlyas pula ehtiyacının olduğunu bildirmiş və ondan borca 20 manat pul istəmişdir. O da qonşu kimi İlyasın bu istəyini geri çevirməmiş və İlyasa 20 manat borca pul vermişdir. İlyas pulu ondan götürdükdən sonra ona təşəkkür edib yanından ayrılmışdır. Həmin günün axşamı saat 22 radələrində o, yaşadığı evdən bayıra çıxarkən İlyasın onun qapısının ağzına 6 ədəd oturacaq stulları qoyduğunu görmüşdür. Stullar barədə İlyasa sual verərkən İlyas bildirmişdir ki, stulları evdə qoymağa yeri yoxdur və onun həmişə yaxşılıq etdiyini bildirib stulları ona hədiyyə kimi verdiyini demişdir. İlyasın hərəkətlərindən şübhələnib stulların oğurluq olub-olmadığını soruşanda İlyas stulların özünə məxsus olduğunu və oğurluq olmadığını demişdir. O da İlyasa inanıb İlyasın ona hədiyyə kimi verdiyi bu stulları yaşadığı evin həyətinə istifadə üçün qoymuşdur. Bu hadisədən bir neçə gün sonra polis əməkdaşları ona zəng edərək İlyasın oğurladığı oturacaq stullarının onda olduğunu demiş və stulları geri qaytarmağı ondan tələb etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 06 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış, icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır (i.v. 01); zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 13); tutma haqqında 06 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 38); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 08 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 47); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-45/2021 saylı, 08.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 06 fevral 2021-ci il tarixdən hesablanmışdır (i.v 66-70); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 16 mart 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.01.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13.11.2017-ci il tarixdə cəza müddətinin sonu ilə azad edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.83-85); götürmə haqqında 18 mart 2021-ci il tarixli qərardan görünür ki, 06 ədəd oturacaq stulların gələcəkdə maddi sübut əhəmiyyətinə malik ola biləcəyi nəzərə alınıb götürülmüşdür (i.v. 90); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-191/2020 saylı, 04.08.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 aprel 2020-cu il tarixindən 04 avqust 2020-ci il tarixinədək həbsdə saxlanıldığı 03 (üç) ay 11 (on bir) gün, yəni 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq, 11 (on bir) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v. 100-106); Azərbaycan Respublikası “xxxx”nın 30 mart 2021-ci il tarixli, 93 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan 6 ədəd üzərində heç bir markalanma yazısı olmayan, oturacaq hissəsi parça ilə üzlənmiş ofis üçün nəzərdə tutulmuş oturacaqların 2021-ci ilin yanvar ayına orta bazar qiyməti ümumi 120,0 manat müəyyən edilir (i.v. 107-110); əşyanın maddi sübut qismində tanınması haqqında 01.04.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün istintaq orqanına təqdim edilmiş 06 ədəd oturacaq stulları maddi sübut qismində tanınmışdır (i.v. 111); sübutların qiymətləndirilməsi haqqında 04 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və 08.02.2021-ci il tarixdə barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbirinin öz qüvvəsində saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadəsi işin digər halları ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs ifadəsi, Şahid1 və Şahid2 ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, üzləşmə protokolu və məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası “xxxx” MMC-nin 30 nart 2021-ci il tarixli 93 nömrəli rəyi sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs törətdiyi bu cinayət əməli cinayətin resdivi kimi qiymətləndirilməmiş, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab olunmuş, iş üzrə Şahid2, o cümlədən oğurluq əşyaların satıldığı həmin “dəmir yığan” naməlum şəxslərin əməllərində qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan stifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam verməyə görə məsuliyyət nəzərdə tutulan Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin tərkibi olmadığından barələrində həmin xüsusat üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə oğurlanmış 06 ədəd oturacaq stullarının ümumi qiyməti məhkəmə-emtəəşünaslıq ekspertizasının verdiyi rəyə əsasən qəbul olunmuş və talanmış digər əmlakın qiyməti isə Zərərçəkmiş şəxs ifadəsinə əsasən qəbul olunmuş, Təqsirləndirilən şəxs əməlində özgə əmlakını qəsdən məhvetmə və zədələməyə görə məsuliyyət nəzərdə tutulan Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində “daxil olma” əlamətinin olması nəzərə alınmış, iş üzrə 06 ədəd oturacaq stullarının maddi sübut qismində tanınması, həmçinin istifadə olunması və istintaq müddətinin sonuna qədər saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır (i.v. 118-124); Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 133 saylı Mənzil Kommunal İstismar Sahəsinin 211 nömrəli, 05.04.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Mədinə-Gülgün küçəsi ev 9 mənzil 1 ünvanında qeydiyyatsız yaşayır (i.v. 126); təqsirləndirilən şəxs elan olunmuş ittihama əlavələr edilərək ona yenidən ittiham elan edilməsi haqqında 07 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 129); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələb yoxdur. Bakı şəhər Probasiya İdarəsinin 25 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzasını çəkməmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM- 59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını (59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə məhkum edilməsi, həmçinin cəza çəkdiyi müddətdə yenidən cinayət əməli törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, bununla da, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halar, ağırllaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cinayət Məcəlləsinin 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla hökmlərin məcmusu üzrə qəti cəza müəyyən olunmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut 06 ədəd oturacaq stullarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinin hesabına keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin edilmiş və çəkilməmiş 11 (on bir) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 05 (beş) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 06 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub “xxxx” MMC-nin hesabına keçirilsin. İş üzrə maddi sübut- 06 ədəd oturacaq stullarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar