Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-245/2025 17.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,953 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən 03 mart 2025-ci il tarixdə saat 17:26-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibindən “Sobranie” siqaret qutusunda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,953 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 03 mart 2025-ci il tarixdə Sahib adlı şəxs ona zəng edərək onun yoldaşına verdiyi 265 manat məbləğində borcu qaytarmaq istədiyini və həmin pulu razılaşdıqları ünvanda kanalizasiyanın yanına qoyacağını bildirmişdir. Həmin tarixdə o, Sahibin dediyi yerə getmiş, lakin pulu tapa bilmədikdə biraz şübhələnmiş və Sahibə zəng vurub pulun harda olduğunu soruşmuşdur. Daha sonra o, taksiyə əyləşib həmin yerdən uzaqlaşmış və maşınla dönən zaman polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşlarından biri maşının arxa şüşəsini sındırmış və onu maşından düşürmüşlər. Hadisə baş verən zaman polis əməkdaşları onu vurmuşlar, lakin bədənində heç bir xəsarət olmamışdır. Həmin vaxt orada xeyli adam yığışmışdır. Polislər taksi sürücüsünü də saxlamaq istədiklərindən o, onlara hər şeyi etiraf edəcəyini, videoçəkilişdə iştirak edəcəyini, sürücünü buraxmalarını demişdir. Polis Şöbəsində olan zaman da təhqiqatçıya taksi sürücüsünü müdafiə etmək üçün törətmədiyi əməli üstünə götürdüyünü bildirmişdir. Həmin yerdə müşahidə kameraları olmuş və o, müstəntiqdən hadisəsin videogörüntülərini almasını xahiş etmişdir. Lakin bu istiqamətdə heç bir tədbir görülməmişdir. O, narkotik vasitə istifadəçisi deyil və hadisə baş verən zaman da üzərindən aşkar olunmuş narkotiki həmin vaxt məhz polis əməkdaşları üzərinə qoymuşlar. Beləliklə o, heç bir cinayət əməli törətmədiyini, ona əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunduğunu bildirərək barəsində bərəat hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 03 mart 2025-ci il tarixdə saat 17:26-da polis leytenantı Şahid3 və polis kapitanı Şahid2 ilə birlikdə Xətai rayonu, Mingəçevir küçəsi 17 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki cara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd telefonu, bir ədəd alışqanı, cibindən 8 manat pulu, bir ədəd “Sobranie” siqaret qutusunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “Sobranie” siqaret qutusunun içərisindən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümün içərisində "kakos" kimi tanıdığı narkotik vasitə olmasını həmin bükümü tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almasını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, bir ədəd kağız zərfdə qablaşdırlıb möhürlənib üzəri imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs 37-ci PŞ-nə, şöbənin təhqiqatçısı polis mayoru X1 təqdim etmişlər. Raqif Qocayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsinin görüntünsü olan bir ədəd DVD-R formatlı diskə baxış keçirildikdə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə heç bir narazılığının olmadığını və üzərindən aşkar edilmiş bükümün ona məxsus olmasını bildirmişdir. Videoçəkiliş yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs özü könüllü olaraq narkotik vasitəni təqdim etmiş və ona heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri polis leytenantı Şahid3 və polis kapitanı Şahid2 ifadələrində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə ibtidai araşdırılması aparılmışdır (i.v. 1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 03 mart 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ yan cibindən bir ədəd “M-Horse” markalı mobil telefonu, həmin cibindən bir ədəd alışqanı, gödəkçənin sol yan cibindən bir ədəd “Sobranie” siqaret qutusunu və ümumilikdə 8 manat pulu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisində bir ədəd şəffaf sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Təqdim olunan büküm elektron tərəzidə çəkildikdə 0.99 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalarla təsdiq edilmişdir. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmiş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə və 1 (bir) ədəd mobil telefon sonuncudan götürülmüş və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitənin heroin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış ünvan 2 ünvanında keçirilmişdir (i.v. 11-13); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 03 mart 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış bir ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunmuş və elektron tərəzidə çəkildikdə qablaşdrıma ilə birlikdə 1.02 qram olduğu müəyyən edilmişdir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra bir ədəd DVD diskə HP markalı kompyuterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapmışdır (i.v. 23-25); şübhəli şəxsin tutulması haqqında 03 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:26-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 35); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2025-ci il tarixli, 3-16-16/2-6/947/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №153» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs.. (imza)» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,953 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 46-49); şübhəli şəxsin dindirilməsi haqqında 04 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, 20 ildir müxtəlif ünvanlarda anket məlumatlarını bilmədiyi şəxslərdən narkotik vasitə və psixotrop maddə alıb istifadə etdiyini, 03 mart 2025-ci il tarixdə günorta saatlarında Xətai rayonu, NZS qəsəbəsində anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən “kakos” kimi tanıdığı narkotik vasitəni 20 manata şəxsi istifadəsi üçün aldığını, 03 mart 2025-ci il tarixdə saat 17:26-da Xətai rayonu, Mingəçevir küçəsi 17 ünvanın qarşısında hərəkətdə olduğu zaman üç nəfər şəxsin telefonla videoçəkiliş edərək ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitələrin dövriyəsində şübhəli olduğunu bildirdiklərini, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd üzərində ***-***-**-** nömrə olan “M- Horse” markalı mobil telefonu, həmin cibindən bir ədəd alışqan, gödəkcənin sol yan cibindən 8 manat pulu, həmin cibindən bir ədəd “Sobranie” siqaret qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etdiyini, təqdim etdiyi siqaret qutusunun içərisində bir ədəd şəffaf sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə olmasını və həmin bükümü tanımadığı şəxsdən əldə etdiyini etiraf etmiş və həmin protokolu imzalamışdır (i.v. 55-58); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərədə tutulan ittiham elan olunmuşdur (i.v. 59-60); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, 20 ildir müxtəlif ünvanlarda anket məlumatlarını bilmədiyi şəxslərdən narkotik vasitə və psixotrop maddə alıb istifadə etdiyini, 03 mart 2025-ci il tarixdə günorta saatlarında Xətai rayonu, NZS qəsəbəsində anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən “kakos” kimi tanıdığı narkotik vasitəni 20 manata şəxsi istifadəsi üçün aldığını, 03 mart 2025-ci il tarixdə saat 17:26-da Xətai rayonu, Mingəçevir küçəsi 17 ünvanın qarşısında hərəkətdə olduğu zaman üç nəfər şəxsin telefonla videoçəkiliş edərək ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitələrin dövriyəsində şübhəli olduğunu bildirdiklərini, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd üzərində ***-***-**-** nömrə olan “M-Horse” markalı mobil telefonu, həmin cibindən bir ədəd alışqan, gödəkcənin sol yan cibindən 8 manat pulu, həmin cibindən bir ədəd “Sobranie” siqaret qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etdiyini, təqdim etdiyi siqaret qutusunun içərisində bir ədəd şəffaf sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə olmasını və həmin bükümü tanımadığı şəxsdən əldə etdiyini etiraf etmiş və həmin protokolu imzalamışdır (i.v. 74-76); “CD-R” disklərə baxış keçirilməsi haqqında 05 mart 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 77-78); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-122/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (i.v. 99-104); Sabunçu RİHB-nın Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 123); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən xx.xx.2009-cu il tarixli Amnistiya qərarının 4-cü bəndinə ilə xx.xx.2009-cu il tarixədək cəzasının çəkilməmiş qalan hissəsi yarıyadək azaldılmışdır; ACDİÜ Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə AR CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 29 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad etmə qərarı ləğv edilmiş və məhkum çəkilməmiş qalan 01 il 29 gün cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinə geri qaytarılmış, xx.xx.2015-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 06 ay 12 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 16 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 05 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (i.v. 136-138); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X2 xx.xx.2025-ci il tarixli, 1353 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 163-164); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 xx.xx.2025-ci il tarixli, 732 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədilən anda öz hərəkətlərini ölçüb biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında hal-hazırda gerilik əlamətləri aşkar edilmir. Onda xasiyyətin psixopatik cizgilərinə xas olan qıcığa qarşı həssaslıq, inadkarlıq, hövsələsizlik və s. kimi xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs qeyd edilən hadisə zamanı onun şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (i.v. 166-168); CD diskə baxış keçirilməsi haqqında 11 aprel 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 17:10:27 və saat 17:12:01-də ünvan 3 ünvanında olması müəyyən edilmişdir (i.v. 176)-182; cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 11 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının 04 mart 2025-ci il tarixli, 3-16-16/2-6/947/2025 saylı, məhkəmə-narkoloji ekspertizasının 06 mart 2025-ci il tarixli, 1353 saylı, məhkəmə kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 732 nömrəli rəyləri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.953 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.903 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, 02 ədəd DVD-R disklər maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmış, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, AZF/LGL-2727/24 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD-R disk sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir (i.v. 188-194); Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, videomüşahidə qurğuları tərəfindən qeydiyyata alınmış videogörüntülərin saxlanılma müddəti bitdiyindən təqdim olunması mümkün olmamışdır. Məhkəmə iclasında birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ yan cibindən bir ədəd “M-Horse” markalı mobil telefonu, həmin cibindən bir ədəd alışqanı, gödəkçənin sol yan cibindən bir ədəd “Sobranie” siqaret qutusunu və ümumilikdə 8 manat pulu çıxardıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisində bir ədəd şəffaf sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə olmasını bildirir. Təqdim olunan büküm elektron tərəzidə çəkildikdə 0.99 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalarla təsdiq edilir. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitənin heroin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə iclasında ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış bir ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunmuş və elektron tərəzidə çəkildikdə qablaşdrıma ilə birlikdə 1.02 qram olduğu müəyyən edilir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənir, daha sonra bir ədəd DVD diskə HP markalı kompyuterdə baxış keçirilir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 03 mart 2025-ci il tarixdə saat 17:26da polis leytenantı Şahid3 və polis kapitanı Şahid2 ilə birlikdə Xətai rayonu, Mingəçevir küçəsi 17 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişlər. Təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki cara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd telefonu, bir ədəd alışqanı, cibindən 8 manat pulu, bir ədəd “Sobranie” siqaret qutusunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “Sobranie” siqaret qutusunun içərisindən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümün içərisində "kakos" kimi tanıdığı narkotik vasitə olmasını həmin bükümü tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almasını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, bir ədəd kağız zərfdə qablaşdırlıb möhürlənib üzəri imzalarla təsdiq edilmişdir. Həmçinin o, bildirmişdir ki, Təqsirləndirilən şəxs özü könüllü olaraq narkotik vasitəni təqdim etmiş və ona heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri polis leytenantı Şahid3 və polis kapitanı Şahid2 ifadələrində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Habelə, məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə yazılı vəsatətlə müraciət edərək ünvan 4 ünvanında quraşdırılmış təhlükəsizlik kameralarından 03 mart 2025-ci il tarixdə qeydə alınmış görüntülərin təqdim edilməsini xahiş etsə də, həmin videogörüntülərin məhkəməyə təqdim edilməsi üçün müvafiq orqana sorğu göndərilmiş, lakin həmin ünvanda quraşdırılmış təhlükəsizlik kameralarında olan görüntülərin saxlanılma müddətləri bitdiyindən təqdim edilmələri mümkün olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.953 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CMnin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Belə ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, ACDİÜ Məhkəməsinin xx.xx.2010-cu il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmləri üzrə olan məhkumluqları Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən ödənildiyindən CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 05 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən, yəni 03 mart 2025-ci il tarixdə hazırki cinayət əməlini törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, cinayətin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzasının əvvəli 03 mart 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.953 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.903 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsini, təqdim olunan əşyaya baxış keçirilmə və götürməni əks edən videogörüntülər olan 2 ədəd “CD-R” formatlı disk və "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, AZF/LGL- 2727/24 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 03 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.953 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.903 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-245/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-245/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver