Məhkəmə qərarları › İş №1(011)-246/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-246/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-246/2023 27.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Qarakollu Ə/D, Gorazilli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə halhazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 1 ünvanı yaxınlığında X1 məqsədi olmadan qanunsuz olaraq 10 manat nağd pul müqabilində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,219 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 15 noyabr 2022-ci il tarixdə saat 18:05-də Xətai RPİ-nin 34cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 1 ünvanının yaxınlığında saxlanılıb, ünvan 2da yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə keçirilən şəxsi axtarış zamanı, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən təmiz çəkisi 0.219 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf rəngli sellofana bükülmüş şəxsi islehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.737 qram narkotik vasilə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 28 yanvar 2023-cü il tarixdə saat 14:05-də Xətai RPİ-nin 34-cü PŞ- nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 1 ünvanının yaxınlığında saxlanılıb, ünvan 2da yerləşən Xətai RPİ-nin 34-ci PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən təmiz çəkisi 0.737 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 1-2 il müddətdir ki, narkotik vasitə istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 1 ünvanı yaxınlığında olarkən, əvvəllər heroin aldığı X2 10 manata 01 ədəd büküm heroin almışdır. Həmin bükümü şalvarın sağ yan cibinə qoymuşdur ki, bədənində ağrılıar oılıanda istifadə edər. Heroini aldıqdan sonra, həmin gün saat 18:05-də Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 1 ünvanının yaxınlığında olarkən, iki nəfər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra onu 34-cü Polis Şöbəsinə dəvət etmişlər. O, qaçmaq istəsə də polis əməkdaşları onu saxlayıb Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində o, səmimi etiraf edərək narkotik vasitə olan heroin istifadə etdiyini deyib, üzərində də bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Polis Şöbəsində hüquq və vəzifələri ona izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməyini dedikdə, o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş formada olan bükümü çıxardıb təqdim etmişdir. Polis əməkdaşlarına həmin bükümdə heroin olmasını bildirmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan heroin bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. Bundan sonra 28 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində olan zaman əvvəllər də heroin aldığı, lakin anket məlumatlarını bilmədiyi şəxsi uzaqdan görmüş, həmin şəxsə yaxınlaşaraq heroin almaq istədiyini dedikdən sonra, həmin şəxs razılaşmış, 10 manat pul ödəməklə həmin şəxsin verdiyi bir ədəd bükümü götürmüş, bükümü əynində olan şalvarın sağ yan cibinə qoyaraq daha sonra istifadə etmək qərarına gəlmişdir. Həmin gün günorta saatlarında yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 1 ünvanı qarşısında olarkən mülki geyimdə olan iki nələr şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Bundan sonra o, Xətai RPİ-nin 34-cü Polis şöbəsinə dəvət edilmiş, Polis Şöbəsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuş, bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş, bu təklifdən sonra o, könüllü qaydada əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitəni çıxarıb təqdim etmiş, bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmişdir. Ardınca aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmışdır. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, əvvəlki məhkəmə iclasında ona elan olunmuş ittihamla razılaşmayaraq üzərindən narkotik vasitə aşkar olunmaması barədə verdiyi ifadəsini özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq üçün vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-də əməliyyat müvəkkili işləyir. 15 noyabr 2022-ci il tarixdə Xətai rayonu ərazisində Vaqif adlı şəxsin qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və daşıması barədə məlumat əldə olunmuş və bu səbəbdən polis mayoru Şahid1 ilə 15 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 1 ünvanı yaxınlığında olarkən xarici görünüşdən daxil olmuş məlumatda qeyd olunan Vaqif adlı şəxsə bənzəyən və özünü şübhəli aparan bir nəfər şəxsi görmüşlər, həmin şəxsə yaxınlaşaraq mülki geyimdə olduqları üçün xidməti vəsiqələrini təqdim edib, həmin şəxsə özünü təqdim etməsini bildirmişlər, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. X6 dəvət etmişlər. Təqsirləndirilən şəxs ilkin olaraq oradan uzaqlaşmaq istəsə də onun qarşısını alaraq PŞ-nə aparmışlar. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış keçirməmişdən qabaq Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, ondan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində nə olduğu soruşulduqda o, həmin 01 ədəd sellofana bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmiş, həmir bükümü hardan əldə etməsi barədə sual verildikdə Təqsirləndirilən şəxs cavab olaraq həmin maddəni şəxsi istifadəsi üçün saxlanıldığı gün səhər saatlarında “Arzu” adlı şəxsdən almasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Ardınca 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin elektron tərəziyə qoyularaq çəkilmiş, bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olduğundan rəhbərlik tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, digər üzvü isə Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid3 olmuşdur. 28 yanvar 2023-cü il tarixdə saat 14:05-də ünvan 5 ünvanın qarşısında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmişlər və ona özünü təqdim etməsini bildirmişlər. O, özünü xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, şöbəyə Bakı şəhəri 13 saylı Vəkil Bürosundan müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin, Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru Şahid3 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə təhqiqatçı Aqşin Abdullayev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş huquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalravının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, toz şəkilli kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təhqiqatçı həmin bükümü açaraq içərisinə baxmışdır. Təqsirləndirilən şəxs cibindən çıxardığı həmin maddənin "kakos" adlanan narkotik vasitə olduğunu və onu şəxsi istifadə məqsədi ilə Kənd Əhmədli qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı Aqşin Abdullayev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim olunan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və onun 1.08 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş və zərf şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən çəkilişin bitdiyi elan edilmiş və istintaq hərəkəti protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru Şahid1 şahid qismində dindirilmiş Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-də sahə inspektoru vəzifəsində işləyir və polis leytenantı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi barədə birlikdə xidmət apardığı Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 əməliyyat məlumatı daxil olmuş və həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün bölmə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanaraq iki nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvü o, rəhbəri isə Şahid2 olmuş, bununla əlaqədar olaraq 28 yanvar 2023-cü il tarixdə saat 14:05 dəqiqədə Təqsirləndirilən şəxs Xətai rayonu, S.Ə.Şirvani küçəsi yaxınlığında görüb saxlamışlar, xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmişlər və onu 34-cü Polis Şöbəsinə dəvət etmişlər, şöbədə olarkən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, şöbəyə Bakı şəhəri Vəkillər kollegiyasının 13 saylı Vəkil Bürosundan müdafiəçi dəvət olunmuş, onun, müdafiəçinin, Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı Aqşin Abdullayev Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş və üzərində hər hansı qanunsuz, əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs isə əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş, təhqiqatçı tərəfindən büküm açılaraq baxış keçirilmiş və sonradan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan maddə “kakos” adlanan narkotik vasitədir və onu Kənd Əhmədli qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Onun təqdim etdiyi büküm ölçülmüş və zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmış, şəxsi axtarış və götürmə prosesi təhqiqatçı Aqşin Abdullayev tərəfindən protokollaşdırılmış və protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 28 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:05-də Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 24); şəxsi axtarış və götürmə aparılması haqqında 28 yanvar 2023-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli olan maddəni çıxarıb təqdim etmişdir. Ondan həmin bükümdəki maddənin nə olması soruşulduqda o, həmin bükümdəki maddələrin narkotik vasitə hesab edilən heroin olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün “Kənd Əhmədli” adlanan yerdən almasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddə elektron tərəzi vasitəsilə çəkilmiş və həmin maddənin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1.08 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİNnin “Zərflər üçün” 152 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 35-37); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2023-cü il tarixli, 6/528 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №152” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. imzalar, ad, soyadlar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,737 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 42-44); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 29 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (i.v. 54-55); cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi haqqında 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi icraatda olan sonuncunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir (i.v. 69-70); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 74); şübhəli şəxsin tutulması haqqında 15 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:05-də Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 97); şəxsi axtarış və götürmə aparılması haqqında 15 noyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim etmişdir. Ondan həmin bükümdəki maddənin nədən ibarət olması soruşulduqda o, həmin bükümdəki maddənin narkotik vasitə hesab edilən heroin olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 1 ünvanının qarşısında “Arzu” adlı şəxsdən 10 manata almasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddə “Çin” istehsalı elektron tərəzi vasitəsilə çəkilmiş və həmin maddənin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0.29 qram olması müəyyən edilmişdir (i.v. 108-110); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 6/6587 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №152” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs “imza”...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,219 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 116-119); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (i.v. 129-130); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad olunmuşdur (i.v. 148-149); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 151-153); diskə baxış keçirilməsi haqqında 04 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd “CD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 15 noyabr 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 165-166); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan olunmuşdur (i.v. 178-179); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-58/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 28 yanvar 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir(i.v. 203-207); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 208); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsinin xx.xx.2023-cü il tarixli 239 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 218-219); diskə baxış keçirilməsi haqqında 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd “CD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 28 yanvar 2023-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 228-229); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 07 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6587 saylı və xx.xx.2023-cü il tarixli, 6/528 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 239 nömrəli rəyləri sübut növü kimi qiymətləndirilmişlər, 02 ədəd bükümdə ilkin təmiz çəkiləri 0.737 və 0.219 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.687 və 0.169 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 02 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmışdır, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 230-238); Məhkəmə istintaqı zamanı birinci video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli olan maddəni çıxarıb təqdim edir. Ondan həmin bükümdəki maddənin nə olması soruşulduqda o, həmin bükümdəki maddələrin narkotik vasitə hesab edilən heroin olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün “Kənd Əhmədli” adlanan yerdən almasını bildirir. Məhkəmə istintaqı zamanı ikinci video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim edir. Ondan həmin bükümdəki maddənin nədən ibarət olması soruşulduqda o, həmin bükümdəki maddənin narkotik vasitə hesab edilən heroin olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 1 ünvanının qarşısında “Arzu” adlı şəxsdən 10 manata almasını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.219 qram və 0.737 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının 13-cü bəndində göstərilir ki, Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə məsuliyyətə cəlb olunmasını, gənc olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini, üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroinin miqdarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 15 noyabr 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 28 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 02 ədəd bükümdə ilkin təmiz çəkiləri 0.737 və 0.219 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.687 və 0.169 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “CD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 175 (yüz yetmiş beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 02 ədəd bükümdə ilkin təmiz çəkiləri 0.737 və 0.219 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.687 və 0.169 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 175 (yüz yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar