Məhkəmə qərarları › İş №1(011)-246/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-246/2024

15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-246/2024 15.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1975-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işləməyən, Şərur rayonu, Yengicə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Qaranquş lagerində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,646 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2024-cü il tarixdə, saat 20:00-də Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 1 ünvanın yaxınlığında saxlanılıb ünvan 2nin 35-ci PB-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi-axtarış və götürmə zamanı əynindəki boz rəngli şalvarın arxa sağ cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,646 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 yanvar 2024-cü il tarixdə “Ağ Çiçəyim” mağazası ilə üzbəüz dayanacaqda 62 saylı avtobusa minərək “Medical Plaza” klinikasının qarşısında düşmüşdür. Oradan köhnədən tanıdığı Fikrət adlı şəxsin evinə getmişdir. Fikrətin yaşadığı binanın və “Medical Plaza” klinikasının qabağında da 02 ədəd müşahidə kamerası quraşdırılmışdır. O, qapını döymüş və Fikrət açdıqda yanında əvvəldən tanıdığı Könül adlı xanımın da olduğunu görmüşdür. Təxminən yarım saat oturduqdan sonra qapının döyüldüyünü eşitmişlər. Həmin gün yaxın adamın məhkəməsi olduğu üçün Fikrətin evinə getmişdir ki, vaxt keçirsin. Yarım saatdan sonra qapı döyülən zaman qapını döyən şəxslər qaz idarəsinin işçiləri olduqlarını bildirmişlər. Əgər desə idilər ki, polis əməkdaşıdırlar onlar qapını açardılar. Həmin vaxt stres və həyəcan keçirdiyi üçün özünü balkondan aşağı atmaq istəmişdir, lakin sonradan görmüşdür ki, polis əməkdaşları içəriyə daxil olmuşlar. Hadisə vaxtı üzərində 15-20 manat dəyərində mobil telefon, 113 manat məbləğində pul vəsaiti, 01 ədəd metro kartı və 03 ədəd bank kartı olmuşdur, lakin hal-hazırda heç biri yoxdur. Həmin mülki geyimli şəxslər içəri daxil olduqdan sonra başlamışlar onları döyməyə, üzərlərini və hər yeri axtarmışlar. Onları təxminən 20:00 radələrində polis bölməsində qeydiyyata almışlar. Həmçinin, polis əməkdaşları qapını döyən zaman o, həmin binanın arxasında yaşayan Tural Məmmədova zəng vurmuşdur ki, baxsın görsün qapını döyən şəxslər kimdir. Lakin polis əməkdaşları onları döyən zaman Tural Məmmədovu da onların yanına gətirmişlər və hal-hazırda o, həbsdədir. Bundan sonra onları iki maşınla aparmışlar Bakı şəhəri Xətai RPİ-nin 35-ci PBnə və orada da döyməyə davam etmişlər. Həmçinin, sonra onları aparmışlar rəis müavinin yanına və diz çökərdərək təpik, yumruq, dirsəklə vurmuşlar. Bütün bu hadisələrdən sonra onları aparmışlar polis bölməsinin müvəqqəti saxlama yerinə və təxminən 1 saat ərzində orada qalmışlar. Sonra bir nəfər kapitan rütbəli şəxs gəlib onu çağıraraq demişdir ki, ona yaxşılıq edirlər və o, folqaya bükülmüş bükümü qəbul etsin. Otağa daxil olanda görmüşdür ki, bir nəfər qadın müdafiəçi oturub, bir nəfər oğlan da əlində telefonla videoçəkiliş aparır. Əgər hər şey qanuni idisə o zaman onları saxladıqları vaxtdan çəkməyə başlayardılar. Fiziki təzyiqə məruz qaldığı üçün ibtidai istintaq zamanı törətmədiyi əməli etiraf etmək məcburiyyətində qalmışdır və Bakı İstintaq Təcridxanasına daxil olan zaman aldığı xəsarətlərlə bağlı heç bir məlumat verməmişdir. Bundan sonra isə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır, halbuki o, üzərində narkotik vasitə daşımamışdır. Beləliklə o, göstərilənlərə əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Bundan əlavə o qeyd etmişdir ki, polis əməkdaşlar evə gələndə onda narkotik vasitə olmuşdur, lakin o həmin narkotiki kanalizasiyaya atmışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 2011-ci ildə qeyri rəsmi olaraq X2 ilə nikaha daxil olmuş və bu nikahdan xx.xx.2012-ci il təvəllüdlü qızı X9 dünyaya gəlmişdir 1997-ci ildən narkotik vasitələrdən istifadə edir. 1998ci ildə Cinayət Məcəlləsinin 242 “A" maddəsi ilə Naxçıvan Qarnizonun Hərbi Tribunalının hökmü ilə 05 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2003-cü ildə Türkiyə Respublikasının İstanbul Eyub 1 saylı Ağır Cəza Məhkəməsinin hökmü ilə 06 il 08 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 2016-cı ildə Astara Rayon Məhkəməsinin hökmü ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 2016-cı ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 04 ilə endirilmiş və xx.xx.2019-cu il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdır. 2021-ci ildə Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Narkotik vasitələri müxtəlif ünvanlarda anket məlumatlarını bilmədiyi şəxslərdən müxtəlif qiymətə alaraq istifadə edir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən 25 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 20:00-də ünvan 4 ünvanın yaxınlığında iki nəfər şəxs ona yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyib Xətai RPİ-nin 35-ci PB-nə dəvət edərək aparmışlar. Polis bölməsində olan zaman ona hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunmuşdur. Vəkil gəldikdən sonra üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə aparmağa başlamışlar. Həmin vaxtı əynində olan boz rəngli şalvarın sağ yan cibində olan kakos kimi tanıdığı narkotik vasitəni çıxaraq polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar xx.xx.2024-cü il tarixdə saat 20:00-da Xətai RPİ-nin 35-ci PB-də əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə keçirilən əməliyyat tədbiri zamanı Xətai rayonu, N.Tusi küçəsi 22 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib Xətai RPİ-nin 35-ci PB-nə dəvət edərək gətirmişlər. Polis bölməsində olan zaman üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, bölməyə müdafiəçi dəvət olunmuşdur. Onun, Xətai RPİ-nin 35-ci PB-də əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı X3 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs cibindən çıxardığı həmin bükümün içərisində kakos kimi tanıdığı narkotik vasitə olmasını bildirmiş və öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Ardınca isə təqdim olunan büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş zərfə qoyularaq möhürlənmiş, zərf şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin o, bildirmişdir ki, Təqsirləndirilən şəxs özü könüllü olaraq narkotik vasitəni əşəxsi axtarış və götürmə zamanı təqdim etmiş və ona heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar xx.xx.2024-cü il tarixdə, saat 20:00-da Xətai RPİ-nin 35-ci PB-də əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə keçirilən əməliyyat tədbiri zamanı Xətai rayonu, N.Tusi küçəsi 22 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib, 35-ci PB-nə dəvət edərək gətirmişlər. Polis bölməsində olan zaman üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, bölməyə müdafiəçi dəvət olunmuşdur. Onun, Xətai RPİ-nin 35-ci PB-də əməliyyat müvəkkili polis kapitanı Şahid1 və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı X3 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs cibindən çıxardığı həmin bükümün içərisində kakos kimi tanıdığı narkotik vasitə olmasını bildirmiş və həmin bükümü Sabunçu rayonu ərazisində üzdən tanıdığı şəxsdən 25 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Ardınca isə təqdim olunan büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və zərfə qoyularaq möhürlənmiş, zərf şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin o, bildirmişdir ki, Təqsirləndirilən şəxs özü könüllü olaraq narkotik vasitəni təqdim etmiş və ona heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs dostudur, aralarında heç bir düşmənçilik və ədavət yoxdur. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman Təqsirləndirilən şəxs onun yaşadığı ünvanda onunla birlikdə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə ibtidai araşdırılması aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 26 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında 26 yanvar 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş 01 ədəd içərisində qəhvəyi rəngli spesifik qoxuya malik, narkotik vasitə olan heroinə bənzər maddə olan bükümü təqdim edərək bükümün içərisindəki maddənin heroin olmasını, həmin narkotik vasitəni Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 25 manata almasını, şəxsi istifadəsi üçün üzərində gəzdirərkən xx.xx.2024-ci il tarixdə ünvan 5 ünvanın yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin çəkisinin müəyyən etmək məqsədilə “Pocket Scale” markalı elektron tərəzi ilə çəkilən zaman 01 ədəd ədəd gümüşü rəngli kağıza bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik olan narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisinin 0.90 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağıza bükülmüş, içərisində qəhvəyi rəngli spesifik qoxuya malik olan narkotik vasitə olan heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 31- 33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2024-cü il tarixli, 3-16/16/2-6/704 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.646 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 44-48); şübhəli şəxsin dindirilməsi haqqında 27 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, 1997-ci ildən narkotik vasitələrdən istifadə etdiyini, narkotik vasitələri müxtəlif ünvanlarda anket məlumatlarını bilmədiyi şəxslərdən müxtəlif qiymətə alaraq istifadə etdiyini, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən 25 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını, xx.xx.2024-cü il tarixdə, saat 20:00-də ünvan 4 ünvanın yaxınlığında iki nəfər şəxsin ona yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirdiklərini, həmin şəxslərin onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyib Xətai RPİ-nin 35-ci PB-nə dəvət edərək apardıqlarını, polis bölməsində olan zaman ona hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunduğunu, şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibində olan kakos kimi tanıdığı narkotik vasitəni çıxaraq polis əməkdaşlarına təqdim etdiyini etiraf etmiş və “ifadəmi oxudum, düzdü” qeyd edərək həmin protokolu imzalamışdır (i.v. 53-56); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərədə tutulan ittiham elan olunmuşdur (i.v. 57-58); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 28 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, 1997-ci ildən narkotik vasitələrdən istifadə etdiyini, narkotik vasitələri müxtəlif ünvanlarda anket məlumatlarını bilmədiyi şəxslərdən müxtəlif qiymətə alaraq istifadə etdiyini, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən 25 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını, xx.xx.2024-cü il tarixdə, saat 20:00-də ünvan 4 ünvanın yaxınlığında iki nəfər şəxsin ona yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirdiklərini, həmin şəxslərin onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyib Xətai RPİ-nin 35-ci PB-nə dəvət edərək apardıqlarını, polis bölməsində olan zaman ona hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunduğunu, şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibində olan kakos kimi tanıdığı narkotik vasitəni çıxaraq polis əməkdaşlarına təqdim etdiyini etiraf etmiş və “ifadəmi oxudum, düzdü, imzamla təsdiq edirəm” qeyd edərək həmin protokolu imzalamışdır (i.v. 69-71); diskə baxış keçirilməsi haqqında 28 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 26 yanvar 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 73-74); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-74/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (i.v. 81-86); Şərur rayonu, Yenicə kənd ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 109); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Əlizadə X4 Qarnizonunun Hərbi Tribunalının xx.xx.1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 242ci maddəsinin “a” bəndi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli amnistiya qərarının 3.1-ci maddəsinə əsasən cəzadan azad edilmişdir; xx.xx.2001-ci ildə Türkiyə Respublikasında narkotik maddələrin satışı cinayətində Türkiyə cəza məhkəməsi tərəfindən həbs edilmiş, xx.xx.2003-cü ildə cəzadan azad edilmişdir; İstanbul Eyub 1 Ağır Cəza Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən qanunsuz olaraq sərhəd keçməyə görə 06 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Astara Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq olunmaqla 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən hökm dəyişdirilərək cəza müddəti 04 ilə endirilmiş, xx.xx.2019-cu il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2019-cu il tarixdə cəzası başa çatmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4, 9.2, 9.3-cü bəndlərinə əsasən cəzası 06 ay azaldılmış və qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir (i.v. 115-117); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsinin xx.xx.2024-cü il tarixli, 729 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 127-128); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə fizikikimyəvi ekspertizasının 27 yanvar 2024-cü il tarixli, 3-16/16/2-6/704 saylı, məhkəmənarkoloji ekspertizasının 05 fevral 2024-cü il tarixli, 729 saylı rəyləri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.646 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.596 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, 01 ədəd DVD-R disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır (i.v. 136- 141); Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar İdarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X11 tərəfindən qəbul edilmiş 03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs münasibətdə Xətai RPİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara yol verilməsi müəyyən edilmədiyi üçün onun müraciəti əsasında toplanmış 537-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı onun bədənində xəsarət aşkar edilməmiş, hər iki yuxarı ətraflarda narkotik qəbulu ilə bağlı postinyeksion döyənəklər, sol saidin ön səthində köhnə çapıq izi müşahidə olunmuşdur; “Medika Hospital” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, tibb müəssisəsində quraşdırılmış video-nəzarət kameralarında video yazısının saxlanılma müddəti 02 (iki) həftəyə qədərdir; Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 7 ünvanında quraşdırılmış videomüşahidə kameralarının yaddaş qurğusunun saxlama müddəti az olduğu üçün 26 yanvar 2024-cü il tarixə aid görüntülərin təqdim edilməsi mümkün olmamışdır; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X6 vardır. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş 01 ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə olan bükümü təqdim edərək bükümün içərisindəki maddənin heroin olmasını, həmin narkotik vasitəni Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 25 manata almasını, şəxsi istifadəsi üçün üzərində gəzdirərkən xx.xx.2024-ci il tarixdə ünvan 5 ünvanın yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7 narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə onun, Xətai RPİ-nin 35-ci PB-də əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs cibindən çıxardığı həmin bükümün içərisində kakos kimi tanıdığı narkotik vasitə olmasını bildirmiş və həmin bükümü Sabunçu rayonu ərazisində üzdən tanıdığı şəxsdən 25 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Ardınca isə təqdim olunan büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və zərfə qoyaraq qablaşdırılmışdır. Həmçinin o, bildirmişdir ki, Təqsirləndirilən şəxs özü könüllü olaraq narkotik vasitəni təqdim etmiş və ona heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə onun, Xətai RPİ-nin 35-ci PB-də əməliyyat müvəkkili polis kapitanı Şahid1 və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı X3 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs cibindən çıxardığı həmin bükümün içərisində kakos kimi tanıdığı narkotik vasitə olmasını bildirmiş və həmin bükümü Sabunçu rayonu ərazisində üzdən tanıdığı şəxsdən 25 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Ardınca isə təqdim olunan büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və zərfə qoyaraq qablaşdırılmışdır. Həmçinin o, bildirmişdir ki, Təqsirləndirilən şəxs özü könüllü olaraq narkotik vasitəni təqdim etmiş və ona heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə əlavə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman onun yaşadığı ünvanda onunla birlikdə olması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, X10 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-223/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və o, məhkəmə iclasında verdiyi ifadəsində özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bildiyini, xx.xx.2024-cü il tarixdə, saat 18:30 radələrində yaşadığı Xətai rayonu, N.Tusi küçəsi 22 ünvanın yaxınlığı ilə gedən zaman mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nə aparıldığını etiraf etmiş və daha sonra onun tərəfindən barəsində qəbul edilmiş hökmdən apellyasiya şikayəti də verilməmişdir. Məhkəmə şahid X1 məhkəmə iclasında verdiyi ifadəsini əvvəldən tanıdığı və dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Bununla da onun hazırki məhkəmə iclasında verdiyi ifadəsi inandırıcı hesab edilə bilməz. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Habelə, məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə yazılı vəsatətlə müraciət edərək ünvan 7, ev 86 nömrəli binanın girişində və “Medika Hospital”da quraşdırılmış təhlükəsizlik kameralarından 26 yanvar 2024-cü il tarixdə qeydə alınmış görüntülərin təqdim edilməsini xahiş etsə də, həmin videogörüntülərin məhkəməyə təqdim edilməsi üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin həmin ünvanda quraşdırılmış təhlükəsizlik kameralarında olan görüntülərin saxlanılma müddətləri bitdiyindən təqdim edilmələri mümkün olmamışdır. Məhkəmə iclasında verdiyi ifadəsində, habelə ibtidai istintaq zamanı barəsində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, 26 yanvar 2024-cü il tarixdə üzərində narkotik vasitə olmamışdır, lakin Polis Şöbəsində olan zaman polis əməkdaşları ona təzyiq göstərək narkotik vasitəni qanunsuz olaraq üzərində daşımasını etiraf etməsini bildirmişlər və o da məcbur qalıb törətmədiyi əməli etiraf etmişdir. Lakin məhkəmə bu faktla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar İdarəsində araşdırma aparılmış və 03 may 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, ilkin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmiş, hər iki yuxarı ətraflarda narkotik qəbulu ilə bağlı postinyeksion döyənəklər, sol saidin ön səthində köhnə çapıq izi müşahidə olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalaraq ifadə verməsi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.646 qram olan narkotik vasitə - heroin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını (CM- 59.1.4), yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Belə ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Naxçıvan Qarnizonunun Hərbi Tribunalının xx.xx.1998-ci il tarixli və Astara Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmlər üzrə olan məhkumluqları Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən ödənildiyindən CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin, Əlizadə X5 Eyub 1 Ağır Cəza Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə məhkum edilməsinə baxmayaraq həmin hökm üzrə məhkumluğu cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il qərarının 7-ci bəndinə əsasən Xarici ölkələrin məhkəmələrinin hökmlərinə əsasən yaranmış məhkumluqlara görə cinayətlərin residivinin müəyyən edilməsinin mümkünlüyü məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 7 iyun 2019-cu il tarixli qərarına əsasən “yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir”. Müvafiq olaraq bu qərara görə Azərbaycan Respublikası ilə digər dövlət (dövlətlər) arasında xarici ölkənin məhkəmə hökmü əsasında yaranmış məhkumluğun birbaşa və yaxud hökmün Azərbaycan Respublikasının ərazisində tanınması prosedurundan sonra nəzərə alınmasını nəzərdə tutan beynəlxalq müqavilə yoxdursa, başqa ölkənin məhkəmə hökmü əsasında yaranmış məhkumluq cinayətlərin residivi məsələsinin həlli zamanı nəzərə alına bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm Azərbaycan Respublikası ərazisində tanınmadığından və bununla bağlı beynəlxalq müqavilə olmadığından əvvəllər məhkum olunmuş şəxs kimi, eləcə də cinayətin residivi kimi nəzərə alına bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 06 ay azaldılmaqla 05 ay 28 gün həddində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasını xx.xx.2022-ci il tarixdə çəkib qurtarmasına baxmayaraq, azad edildiyi vaxtdan 02 il keçmədən hazırki cinayət əməlini törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, cinayətin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzasının əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.646 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.596 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.646 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.596 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar