Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-246/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Zəngibasar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin sentyabr ayından dayəlik xidməti göstərmiş olduğu Zərərçəkmiş şəxs mülkiyyətində olmaqla yaşadığı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 33 A saylı evin 137 nömrəli mənzilindən sonuncunun razılığı ilə mənzildən və onun bütün yaşayış və qeyri-yaşayış hissələrindən istifadə etmək hüququna malik olduğundan hüquqa müvafiq qaydada mənzildə icazəli olaraq olduğu zaman özünün həmin dövrə olan borcunu ödəmək məqsədi ilə heç kimin görmədiyi şəraitdə mənzilin yataq otağındakı kiçik həcmli iki siyirtməli paltar dolabının içərisində vahid niyyətlə əhatə olunan qəsdlə 16 noyabr 2024-cü il tarixdə, 10 yanvar 2025-ci il tarixdə, 18 yanvar 2025-ci il tarixdə, 21 yanvar 2025-ci il tarixdə, 22 yanvar 2025-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus cəmi 5000 manat dəyərində olan bir ədəd ağ qızıldan olan brilliant qaşlı 585 əyarlı qolbağını, bir cüt sırğanı, bir ədəd boynubağını, bir ədəd 1000 manat dəyərində sarı qızıldan olan gül formalı «roberto coin» firmasınının 14 əyarlı dəstin üzüyünü, cəmi 1000 manat dəyərində sarı qızıldan olan dairəvi formalı «messika» firmasının 14 əyarlı üzük, sırğa, kulon dəstinin bir ədəd kulon və bir ədəd sırğasını, cəmi 1000 manat dəyərində sarı qızıldan olan dairəvi formalı «tiffany» firmasına aid 14 əyarlı nazik boyunbağı və kulonu, bir ədəd 1000 manat dəyərində sarı qızıldan olan dairəvi formalı «cartier» firmasına aid 14 əyarlı qolbağını, bir ədəd 1000 manat dəyərində sarı qızıldan olan dairəvi formalı «vancilift» firmasına aid 14 əyarlı qolbağını, bir ədəd 500 manat dəyərində dairəvi formalı gümüş üzüyünü ümumilikdə 10.500 manat dəyərində əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 10.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Rəksanə adlı Moskva univermağında satıcı işləyən qohumuna son 1 il müddət ərzində etmiş olduğu 3500 manat dəyərində qızıl alış-verişindən sonra borcu yaranmış və qızılların dəyərini qaytara bilməmişdir. Bundan başqa 100 manat 50 manat olmaqla cəmi 470 manat kimi bazardan almış olduğu paltarlara görə bir neçə şəxsə borcu olmuşdur. Qohumu Təranəyə ərinin işsiz olmasını, iş olan zaman ona bildirməsini demişdir. 2024-cü ilin sentyabr ayında Təranə ona bildirmişdir ki, bəs bir nəfər onların tanışına təmizlik, yemək bişirmə işləri ilə bağlı adam lazım olmasını bildirmişdir. O da razılıq vermiş və sonra o, Əlinin qaynanası olan Rəvanə ilə danışmış və onlarla razılaşmış, həmin aydan etibarən ev sahibi olan Şahid3 ilə danışmış, onunla olan danışıqdan sonra onu Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 33 A mənzil 137-də olan evlərinə dəvət etmiş, oda həmin ünvana getmişdir. Həmin mənzil yeni tikilidə olmaqla 2 otaqlı olmuşdur. Mənzilin qapısı üzərində 2 ədəd giriş açarı olmuş, həmin 2 açarlardan hər hansı biri onda olmamış və ev sahibləri açarı ona verməmişdirlər. Mənzil 16 mərtəbəli MTK-nın 8-ci mərtəbəsində olmuşdur. O, evə gələndə bilmişdir ki, Aliyə ali məktəbdə qiyabi təhsil alır, həmin vaxtlar semestr zamanı əri Əli onu dərsə aparır. Əri digər hallarda evdə olur və saat 13 radələrindən sonra işə gedir və axşam saat 18 radələrində evə gəlir. Həmçinin bilmişdir ki, Aliyə qiyabi olaraq təhsil almasına görə semestr ərzində 16 gün olmaqla səhər saat 08:30-dan 13:00-dək dərsdə olur və onun tədris korpusu Gənclikdə yerləşmişdir. Həmçinin 2024-cü ilin təxminən iyul ayından onların evində X1 adlı onun bir dəfə görmüş olduğu hər hansı bir ədavət düşmənçiliyi olmayan qadın xidmətçi olaraq işləməsini lakin onun daimi iş yeri olmasına və onun evlərinə gəlməsinə görə vaxtı problemləri olmuş ona görə Təranə onu onlara məsləhət etmişdir. 2024-cü ilin sentyabr aynın ilk 10 günlüyündən onların evində işə başlamış və o bir gündən bir olmaqla səhər saat 13 radələrindən saat 17 radələrinə kimi olan müddət ərzində Əli və arvadı evdə olan zaman gəlib təmizlik işləri görməli idi. Belə ki, xx.xx.2024cü il tarixdə onların qızı doğulmuşdur. Bundan sonra Aliyə ona daimi gəlməsini bildirmiş və o, artıq hər gün səhər saat 10 radələrindən axşam saat 18 radələrinə kimi evə gəlib təmizlik işləri ilə yanaşı uşağın saxlanması bəslənməsi təmizlənməsi və.s digər işlər görməyə başlamış və ona aylıq olaraq 550 manat xidmət haqqı verilmişdir. Lakin o günlük və ya hissə-hissədə pullar almışdır. O pulu tam olaraq verilmiş, onlar arasında hər hansı narazılıq olmamışdır. Əlidən yeni il bayramı, ailə xərcləri çox olması sonra isə toy adı ilə vaxtından öncə ödənişlərdə istəmişdir və o da ona pulu vermişdir. xx.xx.2025-ci il tarixdə hətta Əlidən ərinin ürək əməliyyatı ilə bağlı 2500 manat ona borca pul istəmiş, lakin əri 3 il öncə həmin əməliyyatı etdirmiş və həmin pulu borca istəmişdir. O isə razılıq verməmiş, Aliyənin qış imtahan sessiyası xx.xx.2025-ci il tarixdə başlamış, həmin müddətin 16 gün davam edəcəyini bildirmiş və həftənin bazar günü istisna olmaqla dərsdə olduğu müddətdə ona səhər saat 07:30 radələrində evə gəlmiş və bundan sonra onlar onu uşaqla evdə tək qoymuş və birlikdə getmişdir. Həmin gün saat 13:30-da evə gəlmişdirlər. Həmin vaxta kimi olan müddət ərzində o evdə tək olmuş, övladlarının gecə saatlarında saxlanmasına köməklik məqsədi ilə onların Süsən Veyisovanıda həftənin ilk 4 günü axşam saat 19:00-dan səhər saat 09:00-dək olan müddət ərzində köməklik üçün dəvət etmişdirlər. Sonra arvadı özünü yaxşı hiss etmiş və buna görə Süsən Veyisovaya ehtiyac olmamışdır. Süsən Veysovanın evdə tək olmadığını bilməmişdir. O isə 16 günülük yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdək olan müddət ərzində həftənin bazar günləri istisna olmaqla saat 08:00-dan saat 13 radələrinə kimi olan müddət ərzində evdə tək olmuşdur. Həmin mənzilin girişdən dəhliz, sağ tərəfdə 4x3 olan yataq otağı, digər sol tərəfdə isə qonaq otağı, mətbəx və sanitar qovşaq olmuşdur. Qonaq otağında sol tərəfdə qab qacaq kamodu, sağ tərəfdə televizor və masası, eyvana çıxışı, sol tərəfdə divan və yazı masası ondan sol tərəfdə isə stol və stullar olmuşdur. Yataq otağında isə girişdən solda uşağın paltar dolabı, onun yanında Aliyənin 2 rəflik dolabı, sağ tərəfdə yataq dəsti, onun yanında iri paltar dolabı sol tərəfdə isə 2 rəfdən ibarət Əliyə məxsus dolab, uşaq dolabı ilə üzbəüz isə çarpayı olmuşdur. Belə ki, mənzildə yataq otağında olan iri paltar dolabında onun 40x50 sm ölçüdə olan dəmir seyf olmuşdur. Təmizlik zamanı qızılların yataq otağında 2 rəfli Aliyəyə aid olan dolabın üst tərəfdən 1-ci siyirtməsində kvadrat şəkilli qutuda olmuşdur. O artıq xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə və xatrlmadığı digər tarixlərdə mənzildən hissə-hissə olmaqla mənzildə yataq otağında qutuda olan qızıllardan 1 ədəd ağ qızıldan olan brilyant qaşlı qolbağı, 1 cüt sırğası, 1 ədəd boynubağı, 1 ədəd sarı qızıldan olan gül formalı «roberto coin» firmasınının dəstin üzüyünü, 1 ədəd sarı qızıldan olan dairəvi formalı «messika» firmasının üzük sırğa kulon dəstinin 1 ədəd kulon və 1 ədəd sırğasını, bir ədəd sarı qızıldan olan dairəvi formalı «tiffany» firmasının nazik boyunbağısını, kulonununu, 1 ədəd sarı qızıldan olan dairəvi formalı «cartier» firmasına aid olan qolbağını, 1 ədəd sarı qızıldan olan dairəvi formalı «vancilift» firmasına aid olan qolbağını, 1 ədəd dairəvi formalı gümüş üzüyü Rəksanəyə olan 3500 manat borcunu bağlamaq üçün Bakı şəhəri, Sabunçu ticarət mərkəzində qızıl bölməsində işləyən Rövşən adlı şəxsə 1400 manat, 660 manat,205 manat, 650 manat, 1520 manat və digər qəbzi olmayan şəxsiyyət vəsiqəm üzərində mobil nömrəsini və imzasını çəkmək şərti ilə eyni şəxsə satmışdır. Amma həmin qəbzlər içərisində olmayanıda var və o götürdüyü qızılları ora satmışdır. Əli göstərəndən başqa o hər hansı əşya oğurlamamış, həmin əşyaları lom qiymətinə satmış gümüş üzüyü isə hara satmasını xatırlamamışdır. Onlar evdə olmayan zaman dolabda olan qutudan götürüb əl kisəsinə qoymuş və sonra aparıb göstərmiş olduğu ünvandan qızının qızılları adı ilə satmışdır. Başqa evdən hər hansı əşya oğurlamamış və evdən hər hansı bir şəxs onun əməllərini bilməmişdir və Rəksanə də həmçinin həmin pulu necə əldə etməsini bilməmişdir. Eyni zamanda, əməlindən səmimi peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslə barışdığını və ona dəyən ziyanı tamamilə ödədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şahid3 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2024-cü il tarixdə qızı X2 doğulmuş və birlikdə onun Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 33 A saylı evin 137 saylı mənzilində yaşamışlar. Həmin mənzil 57,6 kv metr olmaqla 1 otaqlı mənzil olmuşdur lakin təmir zamanı evi 2 otaqlı 2 otağa çevrilmişdir, köçürülmüşdür. Mənzilin giriş qapısı üzərində 2 ədəd giriş açarı olmuş, həmin 2 açar 3 dəst olmuş, həmin dəstlərdən biri onda, biri arvadında, digəri isə daimi olaraq evin dəhlizində giriş qapısının aslıqdan olmuş, o hər dəfə evə giriş çıxış edən zaman asılqanda olan açarlara diqqət etmişdir və açarlar yerində olmuşdur. Həmin tikili "xxxx" MTK tərəfindən tikilmiş 16 mərtəbəli binanın 8-ci mərtəbəsində olan 2 otaqlı mənzil olmuşdur. O, hüquqi şəxs yaratmadan vergi ödəyicisi olaraq rəsmi qeydiyyatdan keçməklə fərdi mühasibatlıq ilə məşğul olmuşdur. Arvadı Şahid3 Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə işi fakültəsinin 5-ci kursunda qiyabi təhsil almışdır. O, hər gün günortaya kimi evdən kimi evdən müvafiq işləri internet üzərində idarə edir və günortadan sonra yəni 13 radələrindən sonra o icarə əsasında Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində olan «KHALİLİ» Plazanın 3-cü mərtəbəsində olan ofisimdə işləyir. İşdə saat 18 radələrinə kimi olur amma bu işdən asılı olur və sonra evinə gəlir. Arvadı isə qiyabi olaraq təhsil almasına görə semestr ərzində 16 gün olmaqla səhər saat 08:30-dan 13:00dək dərsdə olur və onun tədris korpusu Gənclikdə yerləşmişdir. 2024-cü ilin təxminən iyul ayından evlərində X1 dayə olaraq xidmət etmiş, həmin qadını baldızı onun qayınatasının evində təmizlik işləri görmüş və baldızı tərəfindən onlara məsləhət olunmuşdur. O, onların evlərinə gələn zaman övladları olmamışdır və o, evlərinə həmin vaxtdan gəlməklə təmizlik işləri görmüşdür. Onun qrafiki həftədə 2-3 dəfə olmaqla saat səhər saat 10 radələrindən axşam saat 16 radələrinə kimi evə gəlir və evdə müvafiq təmizləmə işlərini görmüş və o evdə olan işin həcmindən asılı olaraq arvadı tərəfindən dəvət olunmuş və o, evdə olan zaman evdə daimi olaraq adam olmuş və buna görə evinin giriş qapısının 2 açarından hər hansı biri ona verilməmişdir. O, evin girişinə gəlib damafon xidməti vasitəsi ilə evin kodunu yığmaqla mənzildə olan şəxs tərəfindən qapı açılması ilə bağlı komanda verildikdən sonra o evə qalxmışdır. O, evdə heç bir zaman tək olmamışdır. Süsən evlərində zəng əsasında həyətdə 2-3 dəfə qısa müddətli təmizlik işləri görmüşdür, lakin onu kənarda eyni fəaliyyətlə məşğul olduğu daimi iş yeri olmuşdur və onun artıq evinə gəlməsində vaxtı bağlı məhdudiyyətləri olmuşdur. Ona görə qayınatasının qohumu olan Təranə onlara bildirmişdir ki, bəs onun qohumu olan həmçinin həmyerlisi olmaqla məsləhətli Təqsirləndirilən şəxs olmasını bildirmiş və onun artıq yoldaşının hamiləlik müddətində olmasına görə dami olaraq gəlməklə təmizlik işləri aparıb yemək bişirməli idi. 2024-cü ilin sentyabr aynın ilk 10 günlüyündə Təqsirləndirilən şəxs onların evlərinə gəlmiş və arvadı onun bir gündən bir olmaqla səhər saat 13 radələrindən saat 17 radələrinə kimi olan müddət ərzində o və ya arvadı evdə olan zaman gəlib təmizlik işləri görməli idi. Belə ki, xx.xx.2024-cü il tarixdə qızı doğulmuş, bundan sonra arvadı onun daimi gəlməli olmasını bildirmiş və Rəna artıq hər gün səhər saat 10 radələrindən axşam saat 18 radələrinə kimi onların evlərinə gəlib təmizlik işləri ilə yanaşı uşağın saxlanması bəslənməsi təmizlənməsi və.s digər işləridə aylıq 550 manat olmaqla xidmət etməli idi və həmin vaxta kimi olan müddət ərzində göstərmiş olduğu xidmətin müqabilində və ondan sonra o hər ay onun pulunu tam olaraq vermişdir. Hətta o xidmətə başlanmamışdan öncə iki aylıq xidmətin pulun əvvəlcədən istəmiş və o da ona pulunu verilməsi təmin etmiş və o, yeni il bayramı, ailə xərcləri çox olması sonra isə toy adı ilə vaxtından öncə ödəniş istəmiş və oda onun pulunu demiş olduğu vaxtlarda vermişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ona ərinin ürək əməliyyatı ilə bağlı 2500 manat ona borca pul verməsini bildirmiş, o isə onun qısa müddət ərzində işləyib ondan artıq qeyd edilən miqdarda pul istəməsinə görə razılıq verməmişdir. O və arvadı ona evin hər hansı açarını verməmişdir. Arvadının qış imtahan sessiyası xx.xx.2025-ci il tarixdə başlamış, həmin müddət 16 gün davam etmiş, həftənin bazar günü istisna olmaqla dərsdə olduğu müddətdə Təqsirləndirilən şəxs səhər saat 07:30 radələrində evə gəlmiş, bundan sonra onları uşaqla Rənanın evində tək qoymuş və oda arvadının dərslərindən irəli gələrək onu ali məktəbə aparmaq üçünün birlikdə saat 08:00 radələrində evi tərk etmiş və saat 13:30-da o arvadını dərsdən götürüb evə gəlmişdir. Həmin vaxta kimi olan müddət ərzində Təqsirləndirilən şəxs evdə tək olmuşdur. Artıq övladları olandan sonra gecə saatlarında onun saxlanmasına köməklik məqsədi Süsən Veyisova həftənin ilk 4 günü saat axşam saat 19:00-dan səhər saat 09:00-dək olan müddət ərzində onlara köməklik etmişdir. Sonra arvadı özünü yaxşı hiss etməmiş, buna görə Süsən Veyisovaya ehtiyac olmamışdır lakin arvadı ilə olan zəngləşmədən sonra o yenə zərurət olduğu zaman həmin saatlarda gəlib onlara köməklik etmişdir. Bir sözlə Süsən Veysova heç bir zaman evdə tək olmamışdır. Təqsirləndirilən şəxs isə 16 günlük yəni xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində həftənin bazar günləri istisna olmaqla saat 08:00-dan saat 13 radələrinə kimi olan müddət ərzində evdə tək olmuşdur. Yaşadığı mənzil girişində dəhliz, sağ tərəfdə 4x3 olan onların yataq otağı, digər sol tərəfdə isə qonaq otağı, mətbəx və sanitar qovşaq olmuşdur. Qonaq otağında sol tərəfdə qab qacaq kamodu, sağ tərəfdə televizor, masası, eyvana çıxış, sol tərəfdə divan və yazı masası ondan sol tərəfdə isə stol və stullar olmuşdur. Yataq otağında isə girişdən solda uşağın paltar dolabı, onun yanında arvadının 2 rəflik dolabı, sağ tərəfdə yataq dəsti, onun yanında iri paltar dolabı sol tərəfdə isə 2 rəfdən ibarət ona məxsus dolab, uşaq dolabı ilə üzbəüz isə çarpayı olmuşdur. Belə ki, mənzildə yataq otağında olan iri paltar dolabında onun 40x50 sm ölçülərində olan dəmir seyf olmuş, o pullarını həmin seyfdə saxlamışdır. Ora isə hər hansı müdaxilə olunmamış, onun kodunu o və arvadı bilmiş, həmin seyf həm açar həm də kod vasitəsi ilə açılmışdır. Qızıllar isə yataq otağında olan 2 rəfli arvadına aid olan dolabın üst tərəfdən 1-ci siyirtməsində kvadrat şəkilli qutuda onun tərəfindən arvadına alınmış faktiki olaraq ona məxsus olmaqla onun istifadəsində olan qızıllar olmuşdur. Həmin qızıllar 1 ədəd ağ qızıldan olan brilliant qaşlı 585 əyarlı qolbağı, 1 cüt sırğası, 1 ədəd boyunbağı ilə birlikdə cəmi 5000 manat, 1 ədəd sarı qızıldan olan gül formalı «roberto coin» fırmasınının 14 əyarlı dəstin üzüyü 1000 manat, 1 ədəd sarı qızıldan olan dairəvi formalı «messika» firmasının 14 əyarlı üzük sırğa kulon dəstinin 1 ədəd kulon və 1 ədəd sırğası ilə birlikdə cəmi 1000, bir ədəd sarı qızıldan olan dairəvi formalı «tiffany» firmasının 14 əyarlı nazik boyunbağısı, kulonu ilə birlikdə cəmi 1000 manat, 1 ədəd sarı qızıldan olan dairəvi formalı «cartier» firmasına aid olan 14 əyarlı qolbağı cəmi 1000 manat, 1 ədəd sarı qızıldan olan dairəvi formalı «vancilift» firmasına aid olan 14 əyarlı qolbağı 1000 manat, 1 ədəd dairəvi formalı gümüş üzük 500 manat olmuşdur. 26 yanvar 2025-ci il tarixdə o arvadı ilə evdə olan zaman ona bildirmişdir ki, bəs o niyə qızıllarını onun seyfimə qoymamasına görə irad bildirmiş və həmçinin demişdir ki, bəs evdə 2 dayə işləyir həmin əşyalar niyə əl altında olmalıdır. O isə ona dolabında olan qızıl zinət əşyalarını mütəmadi olaraq istifadə etdiyinə görə ələ altında olmalıdır əks halda hansı qızılları olduğunu bilməyəcəyini bildirmişdir. 27 yanvar 2025-ci il tarixdə səhər saatlarında evdə o və arvadı olmuş və arvadı yenə dərsə hazırlaşan zaman dolabında saxlamış olduğu qızıllarına baxan zaman ilkin olaraq 2 ədəd qolbağısının və bir ədəd gümüş üzüyünün yerində olmadığını bildirmişdir. Bu zaman ona onun qızıllarını saxladığı qutuya baxmış və evə onlardan və dayələrdən başqa hər hansı bir şəxs gəlmədiyini, Süsənin onlarda xeyli müddət olar ki, işləməsinə, digərinə nisbətən yaxın tanışı olmasına və onlar olmayan zaman evdə tək olmaması ehtimalı üzərindən əsas şübhələri Təqsirləndirilən şəxs üzərinə cəmləşdirmişdir lakin bunun üçün əsaslı şübhə yaratmadan həmin qabda olan qızıllarım yerləşmə yerinin fotoşəkilini çəkmişdir ki, əgər dayənin hər hansı bir tərəfindən oğurlanmışsa onda yenə də oğurlana bilər və onun əlində sübut olsun deyə fotoşəkillərini çəkib saxlamış, Aliyəyə də həmin qızıllara toxunmamasını və hər hansı şəxsə bu barədə deməməsini bildirmişdir ki, bunu gələcəkdə sübut edə bilsin. 28 yanvar 2025-ci il tarixdə səhər Təqsirləndirilən şəxs onlara gəlmiş, o, ona arvadı ilə birlikdə yalandan Süsənin oğurluq etməsini bildirmişdir. O özünü heçnə etməmiş kimi aparmış, lakin boğazı qurumasına görə danışa bilməmiş, təzyiqi düşmüş, onlar su verib özlərinə gətirmişlər və o bildirmişdir ki, bəs Allah Süsənin bəlasını versin. O da Rəna İbarahimovada arxayınlıq yaratmaq üçün ondan şübhə etmədiyini, Süsənin oğurluq etməsi fikrində olduğunu bildirmişdir. O da bundan sonra rahatlaşıb Süsən barəsində xoşagəlməz sözlərdən istifadə etmiş, onunda doğru olmasını bildirmiş və onun gözlərinin onun xoşuna gəlmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bəs 2 gün vaxt verir gətirib qızılları yerinə qoymasını onun evində yalnız gələnin o və Süsənin olmasını, onun evdə tək olmadığını və onun üzərində ehtimalım az olmasın və həmçinin onun kimi pula meylli olmaqla hər dəfə pul barədə ona ehtiyaclarını deməməsinə görə onun dəfələrlə pul istəməsini yəqin ki, o demiş olduğu problemlərin məhz onun pulu ilə həll etməsinə görə onun əşyalarını gətirib yerində qoymasını ilə bağlı Rənaya konkret söz deməmiş, əks halda polisə şikayət edəcəyini və bundan sonra onun üçün yaxşı olmadığını demişdir. Bu da onun əlində ona qarşı sübutu varsa rəsmi olaraq şikayət etməsini bildirmişdir. Daha sonra o ondan şəxsiyyət vəsiqəsini istəmişdir ki, o ona verməmiş və evdə hara qoymasını untuduğunu bildirmişdir. Növbəti günü o artıq 102 xidmətinə məlumat vermiş, 27 yanvar 2025-ci il tarixdən artıq o onların evinə gəlməmişdir. Süsən ilə heç bir əşyaya müdaxilə etməməsini və ədalətin yerini tapmasını və polisə güvənməsini bildirmişdir. Həmin hadisə nəticəsində ona cəmi 10.500 manat maddi ziyan dəymişdir. Belə ki, Rəna İskəndərovanın onların evində dayə olmaqla onun evə giriş çıxış bütün otaqlara daxil olmaq və orda təmizlik işləri etmək hüquq olmuşdur lakin onun evdə hər hansı bir əşyanı onlara demədən götürmək hüququ olmamışdır. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və sonuncu ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, ibtidai istintaqda vermiş olduğu ifadəsinin elan edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 20 il müddət olar ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində olan Bakıxanov Ticarət Mərkəzində qızıl piştaxtasında satıcı işləyir. Həmin ətrafda yaşayan şəxslər və digər şəxslər qızıl və sair zinət əşyalarının alğı-satqısı zamanı onlara müraciət etmişlər və Təqsirləndirilən şəxs 1-2 il müddət olar ki, mağazaya qızıl təmiri ilə bağlı müraciət etmişdir və həmin mağazada olan ustalar tərəfindən həmin qızılları təmir olunmuşdur. O işlədiyi mağazada qızıl alış-satışı ilə bağlı lisenziyası olmuş və həmin qızıllar müxtəlif şəxslər tərəfindən gətirilmiş, o həmin şəxslərə ilə qızıl alğı-satqısını onun təqdim etmiş olduğu şəxsiyyət vəsiqəsinin surətini çıxarışı və həmin şəxsdən almış olduğu qızılın qramı, əyyarı və həmin qızıla görə ödənmiş olan məbləği qeyd edir və daha sonra onun mobil nömrəsini həmin sənədin üzərində şəxsi imzasının çəkdikdən sonra onun gətirmiş olduğu qızılı yoxlayıb pulunu ödəməklə qəbul edir və həmin hallar ilə bağlı qızıl qəbul etmiş piştaxtanın qəbul hissəsinə doğru mağazanın daxilində müşahidə kamerası olmuş və həmin müşahidə kamerası təxminən 3 ay müddətində yaddaşda saxlanması funksiyası olmuşdur. Təqsirləndirilən şəxs 16 noyabr 2024-cü il tarixdə mağazasına gəldi və həmin vaxtı onun əlində dəst qızıl brilyant qaşlı qolbağı, bir cüt sırğası, bir ədəd boyunbağısı olmuş, o ondan nə qızılı olmasını xəbər alan zaman o ona qızına aid olan qızıllar olmasını bildirmiş və o həmin qızıllar ilə tanış olmuş və yuxarıda qeyd etmiş olduğu formada ondan qəbul etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixlərində ola bilsin ki xatırlamadığı digər hansısa tarixdə mağazaya gəlməklə ona 1 ədəd ağ qızıldan olan brilyant qaşlı qolbağı, 1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd sarı qızıldan olan gül formalı dəstin üzüyünü, 1 ədəd sarı qızıldan olan dairəvi formalı üzük sırğa kulon dəstini, 1 ədəd kulon və 1 ədəd sırğa, bir ədəd sarı qızıldan olan dairəvi formalı nazik boyunbağını, 1 ədəd kulon, 1 ədəd sarı qızıldan olan dairəvi formalı qolbağı, 1 ədəd sarı qızıldan olan dairəvi formalı qolbağını gətirib ona satmışdır və ona həmin qızıllara görə müvafiq olaraq cəmi 4435 manat olmaqla ilkin 1400 manat, 660 manat, 205 manat, 650 manat, 1520 manat və.s pul ödəmiş və həmin hallara dair olan videogörüntüdə imza edib ona vermiş qızıllara dair şəxsiyyət vəsiqələrinin surətini və həmçinin mağaza daxilində olan videomüşahidə kamerasında olan görüntüləri təqdim etmişdir. Həmin qızılları ona hər dəfə qızına aid olan qızıllar olaraq təqdim etmiş, üzərində həmçinin mobil nömrəsini yazmış, həmin qızılın oğurluq yolu ilə əldə olmasını bilmiş və əgər onun həmin qızılın oğurluq yolu ilə əldə edilməsini bilmiş olsaydı heç bir zaman ondan həmin qızılları qəbul etməzdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunmuşdur (i.v. 1-2); hadisə yerinə baxış keçirilməsi barədə 29 yanvar 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 33 A saylı evin 137 saylı mənzilinə baxış keçirilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 10-11); “DVD” diskə baxış keçirilməsi haqqında 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:49-dan saat 15:59:50-dək olan müddət ərzində qeydə alınmış və Təqsirləndirilən şəxs qızıl piştaxtasında (satıcı Şahid1 yaxınlaşması və əynində qara rəngli uzun palto olması və tərəflər söhbət edən zaman Təqsirləndirilən şəxs əlində olan açıq çəhrayı rəngli pul kisəsindən müxtəlif görüntülərdə olan tam olaraq aydın seçilməyən boyunbağı, qolbağı, üzük, sırğa, kulon və.s kimi uzaq görüntüdən görünən tam olaraq əlamətləri aydın olmayan sarı və ağ qızıldan olan əşyaları Şahid1 təqdim etməsi və sonuncunu həmin təqdim olunmuş əşyaları bir-bir yoxladıqdan və ya zərgər aparatında baxdıqdan sonra piştaxta üzərində olan elektron tərəziyə qoymaqla həmin qızıl zinət əşyalarını çəkməsi və bundan sonra piştaxta üzərində yanında olan elektro hesablama cihazında hesablamaqla uzaqdan aydın görünməyən həmin qiymətləndirmənin nəticəsi ilə bağlı hesabı Təqsirləndirilən şəxs təqdim etməsi, sonuncunun həmin hesabla bağlı razılıq birdirməsindən sonra ondan şəxsiyyət vəsiqəsini götürüb surətini mağazada olan kserokopiya aparatından çıxarmaqla əslini özünə təqdim etməsi və Şahid1 tərəfindən surəti çıxarılmış şəxsiyyət vəsiqəsinin üzərində həmin şəxsdən almış olduğu qızılın qramı, əyyarı və həmin qızıla görə ödənmiş olan məbləği qeyd etməsi və daha sonra onun mobil nömrəsini həmin sənədin üzərində yazmaqla imza etmək üçün Təqsirləndirilən şəxs təqdim etməsi və bundan sonra onun gətirmiş olduğu qızılı pulunu müxtəlif nominallı əskinazlarda Təqsirləndirilən şəxs verməsi və sonuncu pulunu alıb əlində olan pul kisəsinə yerləşdirdikdən sonra mağazanı tərk etməsi aydın əks olunmuşdur (i.v. 29-31); zərərçəkmiş şəxs qismində tanınma haqqında 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 32); ifadənin yerində yoxlanılması barədə 31 yanvar 2025-ci il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 33 A saylı evin 137 saylı mənzilində yerləşən otağı və qızıl zinət əşyalarını götürdüyü siyirməni, həmçinin qızıl zinət əşyalarını satmış olduğu mağazanı göstərmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 50-58); şübhəli şəxsin tutulması haqqında 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:20-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 68); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 79-80); Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs əri onun evindən oğurlanmış əşyaların dəyərindən 2000 manatı ona geri qaytarmışdır (i.v. 93); qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması haqqında 02 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, dərhal MSY-dən azad edilmişdir (i.v. 94); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və ona əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-278/2010 saylı 16 sentyabr 2010-cu il tarixli hökmü ilə AR CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 150 manat cərimə cəzası məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəriməni tam şəkildə ödəmişdir (i.v.98-106); Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs oğlu onun evindən oğurlanmış əşyaların dəyərindən 1300 manatı ona geri qaytarmışdır (i.v. 128); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin qohumları tərəfindən dəymiş ziyanın qismən ödənilməsi yüngülləşdirici hal olaraq qiymətləndirilmişdir (i.v. 129-140); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş və o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini (CM-59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 31 yanvar 2025-ci il tarixdən 02 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 (bir) ədəd “DVD” disk iş materiallarında saxlanılmalıdır (CPM-132). Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün axşam saat 22:00-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmək üçün cinayət işi materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 19 (on doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği artırılaraq 06 manat müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci il tarixdən 02 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 01 (bir) ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs 19 (on doqquz) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 209 (iki yüz doqquz) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-246/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-246/2025
30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver