Məhkəmə qərarları › İş №1(011)-247/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-247/2020

28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-247/2020 28.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Dendrologiya İnstitutunda xidmətçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 A ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamışdır. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində xalasının əri Zərərçəkmiş şəxs Bədrədin oğluna məxsus ünvan 3 mənzil 100 ünvanında olan zaman xalası X2 evi bir neçə saatlıq tərk etməsindən istifadə edərək mənzilin yataq otağında olan şkafın içərisində Zərərçəkmiş şəxs məxsus pencəyin sağ iç cibindən 1000 (bir min) manat pul, dolabın siyitməsində ürək formasında olan qabın içərisindən 1700 (bir min yeddi yüz) manat qiymətində 01 ədəd qızıl üzük və briliant komplektə aid 600 (altı yüz) manat qiymətində 01 ədəd qızıl klonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 3300 (üç min üç yüz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs xalası Mətanətin əridir. X9 rayonu Telnov küçəsi ev 21 mənzil 100 ünvanında ailəsi ilə birlikdə yaşayır. Uşaqlıqdan xalasının evinə gedib-gəlmiş, həftələrlə orada qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə xalası qızı X6 getdiyi üçün sonuncunu yola salmaqa üçün onlara getmiş, İranənin yaşadığı evdə çatıdqda sonuncu Türkiyə Cümhuriyyətinə getməyəcəyini və həyat yoldaşı ilə sözlə mübahisə etdiyini bildirmiş və anası Mətanətin yaşadığı evə getməsini xahiş etmiş, bir qədər sonra özününün də oraya gələcəyini bildirmişdir. Bundan sonra İranənin yaşadığı mənzildən çıxıb xalası Mətanətin yaşadığı Xətai rayonu Telnov küçəsi ev 21 mənzil 100 ünvanına getmiş, onu xalası qarşılamış və evə daxil olduqda xalası Mətanətin evdə tək olmasını görmüşdür. Evdə bir qədər xalası ilə söhbət etmiş, sonra xalası İranəyə zəng etmiş və İranənin telefonda ağladığını eşitdikdə mübahisənin ciddi olduğunu görüb evdən çıxıb İranənin yaşadığı evə getmişdir. Xalası getdikdən sonra maddi vəziyyətinin çətin olması və yaşadığı evin kirayə pulunu verə bilmədiyi üçün oğurluq etmək qərarına gəlmiş və xalası Mətanətin onun evdən oğurluq etməsindən şübhələnməyəcəyini və baş verənlər barədə heç nə deməyəcəyini fikirləşmişdir. Xalasının evində əvvəlcədən pul olmasından xəbəri olmuş və buna görədə saat 15 radələrində yataq otağına keçmiş, yataq otağında olan şkafın içərisindəki xalasının yoldaşı Dilanın pencəyinin sağ içəri cibindən 1000 manat pul götürmüş, sonra güzgülü dolaba yaxınlaşmış, həmin dolabın siyirməsini açaraq oradakı ürək formasında olan qabın içərisindən 01 ədəd qızıl üzük və 01 ədəd boyunbağının klonunu götürmüşdür. Təxminən bir saat sonra xalası Mətanət evə gəlmiş, xalası ilə bir qədər İranə barədə söhbət etmiş və həmin gecəni xalası ilə birlikdə onlarda qalmışdır. Səhəri gün, yəni xx xxxxxx 2019-cu il tarixdə axşam radələrində xalasının yaşadığı evdən çıxaraq yaşadığı evə getmiş, bu barədə qeyri-rəsmi yaşadığı Şahid heç nə deməyərək qızılı və pulu yaşadığı evin yataq otağında olan çasrpayının içərisində gizlətmişdir. 2020-ci ilin mart ayına qədər oğurladığı 1000 manat pulu özünün və evinin tələbatı üçün xərcləmiş, sonra pulun qurtardığını görüb oğurladığı qızılı satmaq qərarına gəlmişdir. Qızılı özünün sata bilməyəcəyini başa düşdüyü üçün Xəyala rəfiqəsi Kəmalənin qızıl verdiyini və həmin qızılı satmalı olduğunu demiş, Xəyala qızılı yüksək qiymətə satıb Kəmaləyə ucuz qiymətə satdığını deyərək qalan pulu özlərinə götürəcəyini demişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 12 radələrində Xəyal həmin qızılları satsın deyə yaşadığı evdən çıxaraq Bakı Metropolitenin “28 May” metrostansiyası yaxınlığına getmiş, təxminən bir neçə saatdan sonra Xəyal evə qayıtmış və qızılları 570 manata satdığını demiş, Xəyala həmin puldan 400 manatını Kəmaləyə verəcyini qalan 170 manatı da özünə saxlayacağını deyərək həmin pulu sonuncudan almışdır. Pulun bir hissəsinə evə ərzaq almış, qalan hissəsini isə yaşadığı evin kirəyə haqqını ödəmişdir. xx.xx.2020-ci il tarixdə xalasıgil anasının yaşadığı evə gələrək onu oraya dəvət etmiş, orada xalası Mətanət evindən oğurluq olduğunu və həmin oğurluq hadisəsini onun etdiyini demişdir. İlk öncə evdən oğurluq etmədiyini deyərək onları yanıltmağa çalışmış, lakin sonradan bunun mümkün olmadığını görüb oğurluq etməsini etiraf etmişdir. İlk dəfə törətdiyi bu əməldən səmimi peşman olmuşdur, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın 670 manatını ödəmişdir. Mülki iddianı etiraf edir və təmin edilməsinə etiraz etmir. Bütün bunların, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki,ünvan 3 mənzil 100 ünvanında arvadı Mətanət ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs həyat yoldaşı Mətanətin bacısı qızıdır. Fərdi əməklə məşğul olaraq əldə etdiyi qazancdan hissə-hissə olmaqla 1000 manat pul toplamış və həmin pulu evindəki yataq otağında olan dolabakı pencəyin iç cibində saxlamışdır. Həmin pul təxminən bir ildən artıqdır ki, pencəyin cibində olmuş, pencəyin cibində pul olmasından heç kimin xəbəri olmamışdır. Təxminən 10 ildən artıqdır ki, həyat yoldaşına 1700 manat qiymətində qızıl üzük, iki il əvvəl isə 3000 manat qiymətində brilyant komplekt almışdır. xx.xx.2020-ci il tarixdə qızı istifadəsində olan mobil nömrəsinə zəng edərək pul istəmiş, pəncəyin cibindən pul götürmək istəyən zaman, pencəyin cibində olan 1000 manat pulun olmadığı məlum olmuşdur. Həyat yoldaşı Mətanətə zəng edərək pulunu tapa bilmədiyini demiş, sonuncu da evə gələn zaman axtaracağını bildirmişdir.Təxminən saat 21 radələrində arvadı evə gəlmiş və onlar birlikdə pulu axtarmağa başlamış, lakin pulu tapa bilməmişlər. Evi axtaran zaman 1000 manat pulundan başqa həyat yoldaşına aldığı 1700 manat qiymətində qızıl üzüyün və briliyant komplektə məxsus 01 ədəd qızıl klonun yerində olmadığını görmüşdür. Həyat yoldaşı evə bacısı qızı Əfşandan başqa heç kimin gəlmədiyini bildirmiş və onlar sonuncudan şübhələnməyə başlamış, xx.xx.2020-ci il tarixdə həyat yoldaşı Mətanət bacısı Elmiranın yaşadığı evə gedərək qızı Əfşanın evlərindən oğurluq etməsini demiş, həmin günü onlar Əfşan oraya çağırmış və orada sonuncu etdiyi əməli etiraf etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 3300 manat maddi ziyan dəymişdir. Belə ki, pencəyinin cibindən 1000 manat pul, 1700 manat qiymətində qızıl üzük və 600 manat qiymətində qızıl klon oğurlanmışdır. Hazırda cinayət nəticəsində dəymiş ziyandan 670 manat ödənilmiş, qalan hissə ödənilməmişdir. Ona görə də ona dəymiş ziyanın tam ödənilməsini tələb edir, eyni zamanda mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad kimi yaşayır. X1 xalası, Zərərçəkmiş şəxs isə Əfşanın xalasının həyat yoldaşıdır. Əfşan mütamadi olaraq xalasının evinə gedibgəlmiş, onunla yaşamamışdan əvvəl günlərlə xalasının yaşadığı evdə qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə Əfşanın xalası qızı X3 getdiyi üçün Əfşan icazə alaraq xalası qızını yola salmaqa məqsədilə ilə onlara getmiş, Əfşan gecəni orada qalaraq səhəri gün, yəni xx xxxxxx 2019-cu il tarixdə axşam radələrində evə gəlmiş, bir müddət sonra 01 ədəd qızıl üzük və 01 ədəd qızıl klon verərək həmin qızılları satmağını istəmiş, o, Əfşandan qızılların kimə məxsus olmasını soruşmuş, sonuncu da qızılların rəfiqəsi Kəmaləyə məxsus olmasını və Kəmalənin qızılları ona verərək satmasını demişdir. Əfşandan nə üçün qızılları Kəmalənin özünün satmadığını sorşmuş, bu zaman Əfşan Kəmalənin qızıl-alıq satqısından anlayışının olmdığını, həmin qızılların yüksək qiymətə satıldığı halda Kəmaləyə qiymətini az deyərək qazanc əldə edə biləcəklərini demişdir. Qızılları yüksək qiymətə sataraq pul əldə edəcəyini düşünüb onunla razılaşmış və qızılları Əfşandan götürmüşdür. xx.xx.2020-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı evdən çıxaraq Bakı Metropolitenin Nəsimi rayonu ərazisində olan “28 May” metrostansiyasına getmiş, “28 May” metrostansiyası yaxınlığına çatdıqda orada olan qızıl alqı-satqısı mağazasına daxil olmuş, bir neçə tanımadığı qızıl mağazalarına daxil olaraq üzərində olan 01 ədəd qızıl üzük və 01 ədəd qızıl klonu satmaq istədiyini bildirmiş, mağazada işləyən şəxslərin qane edəcək pulu vermədikləri üçün qızılı satmamışdır. Sonuncu mağazadan çıxdıqdan sonra bir nəfər tanımadığı şəxs yaxılaşaraq qızıl satmağı ilə maraqlanmış, əlində olan qızılları satdığını deyən zaman həmin şəxs qızıllara görə 550 manat verəcəyini demiş, ilk öncə verilən pulla razıalşmasa da sonradan onunla 570 manata qızılları satmağa razılaşmışdır. Bundan sonra 01 ədəd qızıl üzüyü və 01 ədəd qızıl klonu həmin şəxsə 570 manata sataraq oradan uzaqlaşmış və yaşadığı evə qayıtmışdır. Əfşana qızılları 570 manata satdığını demiş, sonuncu həmin puldan 400 manatını Kəmaləyə verəcəyini, qalan 170 manatı da özlərinə saxlayacağını deyərək 570 manat pulu götürmüş və həmin pulları evin ehtiyacı üçün xərcləmişdir. xx.xx.2020-ci il tarixdə Əfşanın xalası anasının yaşadığı evə gələrək Əfşanı da evə çağırmış, o, Əfşanla birlikdə həmin evə getmiş orada xalası Mətanət evindən oğurluq olduğunu və həmin oğurluq hadisəsini Əfşanın etdiyini demişdir. Söhbət zamanı Əfşan ilk olaraq evdən oğurluq etmədiyini demiş, lakin sonradan Əfşan xalasının evindən oğurluq etməsini etiraf etmişdir. Orada məlum olmuş ki, Əfşan xalasının evindən 1000 manat pul, 01 ədəd qızıl üzük və 01 ədəd briliant komplektə məxsus qızıl klon oğurlamışdır. Əfşanın oğurluq etməsindən xəbəri olmamış, sonuncu qızılları satmağa verən zaman həmin qızılların rəfiqəsi Kəmaləyə məxsus olmasını və Kəmalənin qızıl alıbsatmaqdan anlayışı olmadığını bildirib satmasını demişdir. Əfşanın oğurladığı 1000 manat pulu da harada və hansı yolla xərcləməsini bilməmişdir. Əfşanın verdiyi qızılı “28 May” metrostansiyası yaxınlığında satsa da həmin qızılları mağazada satmamışdır. Belə ki, qızılı alanın şəxs qızıl mağazalarına girib-çıxdığını gördükdən sonra yaxınlaşaraq həmin qızılları 570 manata almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs yaşadığı Xətai rayonu Telnov küçəsi ev 21 mənzil 100 ünvanına baxış keçirilmişdir (i.v. 08-13); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 29- 30); ifadənin yerində yoxlanması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı Xətai rayonu Telnov küçəsi ev 21 mənzil 100 ünvanında oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v 40-43); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 48); Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(i.v. 55); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməməmk haqqında” qətimkan tədbiri seçilmişdir (i.v. 80-82); sübutların qiymətləndirilməsi haqqında xx xxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 1 177.1-ci maddəsi ilə elan olunmuş ittihama əlavələr edilməsi zərurəti yaranmadığı üçün həmin ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi nəzərə alınmış, cinayət yolu ilə ələ keçirilmiş 01 ədəd qızıl üzüyün və 01 ədəd qızıl klonun dəyəri zərərçəkmış şəxs Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi miqdara əsasən götürülmüş, Şahid barəsində CM-nin 177 və 194-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət yolu ilə ələ keçirilmiş əmlakı alan istintaqa məlum olamayan şəxsin barəsində CM-nin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, qəbul edilmiş qərar və toplanmış matçrial ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3-cü maddəsi ilə ilə cinayət təqibinin başlanması rədd edilmiş, qəbul edilmiş qərar və toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, zərərçəkmiş şəxs və şahid ifadələri, hadisə yerinə baxış və ifadənin yerində yoxlanılması protokolları sübut növü kimi qəbul olunmuşdur (i.v. 85-91); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyadan hazırda 300 manat da ödəmiş, 2630 manat ziyan ödənilməmişdir; xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxs və mülki iddaçı Zərərçəkmiş şəxs tərəfindən iddia ərizəsi üzrə 30,40 manat məbləğində rüsum ödənilmişdir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talaması faktı onun özünün, zərər çəkmiş şəxsin, şahidin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM 59.2), himayəsində azyaşlı uşağının olmasını (59.1.4), cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (59.1.14) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltiazm” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, mülki iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək 2630 manat pulun Təqsirləndirilən şəxs xeyrinə tutulmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs mülki iddianı etiraf edərək təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talaması, bunun nəticəsində zərərçəkmiş şəxsə 2630 manat ziyan vurulması təsdiq edildiyindən, beləliklə, mülki iddia əsaslı olduğundan, təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı etiraf edərək təmin edilməsinə etiraz etmədiyindən təmin edilməli, Təqsirləndirilən şəxs 2630 manat pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından 15 (onbeş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Rayon (şəhər) İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 2630 (iki min altı yüz otuz) manat pul, 30 manat dövlət rüsumu, ümumilikdə 2660 (iki min altı yüz altmış) manat Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar