Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-247/2021 19.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, hazırda heç bir yerdə işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli 1(007)-329/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2,177.2.3,177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 iyul 2019-cu il tarixindən hesablanmış, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədilə 2019-cu ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, 3-cü yaşayış, 3-cü dairəvi ünvanda yerləşən 4 mərtəbəli evdə heç kəsin olmamasından istifadə edərək mənzilin giriş qapısını açaraq qanunsuz həyətə daxil olub oradan sonuncuya məxsus, 3.000 manat dəyərində bir metrinin qiyməti 0,50 manat olan 4-lük mis əsaslı naqili, bir metrinin qiyməti 0,70 manat olan 6-lıq mis əsaslı naqili, bir metrinin qiyməti 1,10 manat olan mis əsaslı naqili, bir ədədi 40 manat olan 400 manat dəyərində 10 ədəd qazan dəstini, bir ədədinin qiyməti 5 manat olan 50 manat dəyərində mətbəx bıçağını, bir ədədinin qiyməti 3 manat olan 150 manat dəyərində 50 ədəd çəngəli, bir ədədinin qiyməti 2,50 manat olan 250 manat dəyərində 100 ədəd boşqabı, bir ədədinin qiyməti 1,50 manat olan 75 manat dəyərində 50 ədəd nəlbəkini, bir ədədinin qiyməti 1 manat olan 100 manat dəyərində 100 ədəd stəkanı, bir ədədinin qiyməti 20 manat olan 400 manat dəyərində 20 ədəd çayniki, bir ədədinin qiyməti 25 manat olan 750 manat dəyərində 30 ədəd tavanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 5.175 manat məbləğdə, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli 1(007)-329/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2,177.2.3,177.2.4cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 iyul 2019-cu il tarixindən hesablanmışdır. Hazırda o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsində cıza çəkir. 2019-cu ilin iyun ayının əvvəllərində, təxminən saat 20:00 radələrində o, Bakı şəhəri Xətai rayonu, “Əhmədli” metro stansiyası yaxınlığında olan zaman NZS qəsəbəsinə getmək üçün avtobus gözləyirdi. Bir az gözlədikdən sonra 57 nömrəli sərnişin avtobusu gəlmiş və o, həmin avtobusa minmişdir. Həmin avtobusla Nargilə kafesi deyilən ünvanın yaxınlığına gəlmişdir. Oradan avtobus sağa binaların içərisinə doğru getməyə başlamışdır. O, sürücüdən hara getdiyini soruşanda, sürücü cavabında ona binaların qarşısı ilə keçərək axırıncı dayanacağa gedəcəyini demişdir. O, sürücüyə NZS qəsəbəsinə getmək istədiyini bildirəndə sürücü cavabında ona avtobusdan düşməyini və qarşıdan gələn növbəti avtobuslardan birinə minməyini demişdir. Bundan sonra o, avtobusdan düşmüş və NZS qəsəbəsinə getmək üçün növbəti avtobusu gözləməyə başlamışdır. Avobus gözləyən zaman o, ətrafda gəzişmişdir. Gəzişən zaman diqqətini fərdi yaşayış evlərindən biri çəkmişdir. Maddi vəziyyəti yaxşı olmadığından o, həmin ünvandan oğurluq etmək qərarına gəlmişdir. Fikirləşmişdir ki, həmin ünvanda satmaq üçün qiyməti əşya ola bilər. Ev 4 mərtəbəli olmuş və hələ tam tikilib qurtarmamışdır. O, həmin fərdi yaşayış evinin qarşısında təxminən bir saat gözləmiş və evə nəzarət etməyə başlamışdır. Həmin bir saat müddətində evə heç kim gəlməmiş və evdən heç kim çıxıb getməmişdir. O, evdə heç kimin olmadığına əmin olduqdan sonra astaca həmin evə yaxınlaşmışdır. Evin darvazasının açıq olduğunu görüb oradan evin həyətinə girmişdir. Həyətdə pul qarşılığında satmaq üçün qiymətli əşyalar axtarmağa başlamışdır. Bundan əlavə evin mərtəbələrini də gəzərək qiymətli nəsə axtarmışdır. Lakin, evin içərisindən qiymətli heç nə görməyərək o, evi tərk edib həyətə düşmüş və həyətdə olan su hovuzuna yaxınlaşmışdır. Su hovuzunun yanında olan qaynaq aparatı onun diqqətini çəkmişdir. Qaynaq aparatını sökərək içərisində olan qiymətli metalları oğurlamaq qərarına gəlmişdir. Lakin nə qədər cəhd etsə də qaynaq aparatını o, sökə bilməmişdir. Sonra o, evin zirzəmisinə baxmış və orada elektrik naqilləri, məişət əşyaları, yəni qazan, bıçaq, çəngəl, stəkan, nəlbəki, boşqab, çaynik, tava olduğunu görmüşdür. Bundan sonra həmin elektrik naqilləri, məişət əşyaları, yəni qazan, bıçaq, çəngəl, stəkan, nəlbəki, boşqab, çaynik, tavam həyətdən tapdığı iki torbaya yığmışdır. Həmin torbaların ağır olduğunu görüb əvvəl birini, sonra isə digərini evdən çıxarıb təxminən 200-300 metr yaxınlıqda olan dəmir boruların yanında gizlətmişdir. Bundan sonra o, oradan uzaqlaşaraq yaşadığı ünvana qayıtmışdır. Səhəri gün saat 12:00 radələrində o, Nargilə kafesi deyilən əraziyə gəlmişdir. Orada səyyar formada metal və köhnə məişət əşyaları qəbul edən “Qazel” markalı yük avtomobil görmüşdür. Onlara yaxınlaşaraq özünə məxsus elektrik naqili və məişət əşyalarının olduğunu bildirib satmaq istədiyini demişdir. Birlikdə oğurluq yolu ilə əldə etdiyi əşyaları gizlətdiyi həmin yerə gəlmişdirlər. Torbaları gizlətdiyi yerdən çıxartmış və həmin şəxslərə təqdim etmişdir. Həmin şəxslər bu əşyaları haradan əldə etdiyini soruşduqda o, həmin əşyaların ona aid olduğunu, satmaq üçün apardığını, lakin ağır olduğundan apara bilməyib orada gizlətdiyini söyləmişdir. Elektrik naqilləri üçün 50 manat və qab-qacaqlara görə də 50 manat olmaqla cəmi 100 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu isə o, öz ehtiyacı üçün xərcləmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, ailəli olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təmir-tikinti işləri ilə məşğul olur. Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, 3-cü yaşayış, 3-cü dairəvi ünvanında yerləşən 3 mərtəbəli mansarlı fərdi yaşayış evi ona məxsusdur. Təxminən iki ilə yaxındır ki, təmir işləri ilə əlaqədar olaraq həmin evdə yaşayış yoxdur. Həmin vaxtdan etibarən o, qeyd olunan evdə başladığı təmir işlərini dayandırmışdır. ünvan 3 ünvanda yaşadığı üçün qeyd olunan ünvana gəlib getməyib. 05 sentyabr 2020-ci il tarixdə, saat təxminən 16:00 radələrində həmin evin həyətinə daxil olduqda ona məlum olmuşdur ki, naməlum şəxs(lər) həmin evin həyətində olan təmir-tikinti, məişət və digər əşyaları oğurlamışdır. Belə ki, naməlum şəxs evin həytinə darvazadan daxil olaraq 3.000 manat dəyərində bir metrinin qiyməti 0,50 manat olan 4-lük mis əsaslı naqili, bir metrinin qiyməti 0,70 manat olan 6-lıq mis əsaslı naqili, bir metrinin qiyməti 1,10 manat olan mis əsaslı naqili, bir ədədi 40 manat olan 400 manat dəyərində 10 ədəd qazan dəstini, bir ədədinin qiyməti 5 manat olan 50 manat dəyərində mətbəx bıçağını, bir ədədinin qiyməti 3 manat olan 150 manat dəyərində 50 ədəd çəngəli, bir ədədinin qiyməti 2,50 manat olan 250 manat dəyərində 100 ədəd boşqabı, bir ədədinin qiyməti 1,50 manat olan 75 manat dəyərində 50 ədəd nəlbəkini, bir ədədinin qiyməti 1 manat olan 100 manat dəyərində 100 ədəd stəkanı, bir ədədinin qiyməti 20 manat olan 400 manat dəyərində 20 ədəd çayniki, bir ədədinin qiyməti 25 manat olan 750 manat dəyərində 30 ədəd tavanı gizli olaraq talayıb ümumilikdə ona 5.175 manat məbləğində ziyan vurmuşdur. Ona dəymiş ziyan ödənilməsə də o, Təqsirləndirilən şəxs bağışlayır, ona qarşı heç bir şikayəti, tələbi yoxdur və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işinin 226-233-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 19 mart 2021-ci il tarixli, 21/217R nömrəli ekspertin rəyindən görünür ki, 05 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs Mirsədi oğluna məxsus Bakı şəhəri Xətai rayonu, H.aslanov qəsəbəsi, 3-cü yaşayış, 3-cü dairəvi ünvanda yerləşən evin həyətində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 19 ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan 07 ədəd əl-barmaq və 04 ədəd ovuz izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədədi xx xxxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin bpyük barmağı və sağ əlinin ovucu ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 06 ədəd əl-barmaq və 03 ədəd ovuc izi DİN-nin KTİ-nin ADİS-n məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs məxsus əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinin 241-246-cı vərəqələrində olan 01 aprel 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Xətai rayonu, H.Aslanov qəsəbəsi, 3-cü yaşayış massivi, 3-cü dairəvi ünvanda yaşayan Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri maddi sübut kimi tanınmışdır. Cinayət işinin 188-191-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 oktyabr 2020-ci il tarixində tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Fizuli-Qubadlı Qarnizon Hərbi Tribunlaının 03 oktyabr 1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü maddəsi və 83-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 40 və 38-ci maddəsi nəzərə alınaraq əmlakı müsadirə olunmaqla 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; 2) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185-ci maddəsinin 1-ci hissəsi ilə, 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 38 və 39-cu maddələri nəzərə alınmaqla, 02 (iki) il 05 (beş) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 19 mart 2001-ci il tarixdə cəzasının çəklməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur; 3) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyul 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 01 noyabr 2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 4) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 sentyabr 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il tarixli “Amnistiya” Qərarının 4-cü bəndinə əsasən cəzası 07 (yeddi) ay 09 (doqquz) gün müddətinə azaldılmışdır. 27 oktyabr 2009-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; 5) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 noyabr 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.1, 66.3-cü maddələrinə əsasən 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 27 yanvar 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 6) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli qərarı ilə Milli Məclisin 20 may 2016-cı il tarixli “Amnistiya” qərarının 4-cü bndinə əsasən cəzası 06 (altı) ay azaldılmışdır. 29 dekabr 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir; 7) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29, 180.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 237-240-cı vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli 1(007)-329/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2,177.2.3,177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 iyul 2019-cu il tarixindən hesablanmışdır. Cinayət işinin materiallarından müəyyən olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi, onun özünün məhkəmədə və məhkəməyədək icraat dövründə verdikləri ifadələri, zərərçəkmiş şəxsin məhkəmə istintaqında və məhkəməyədək icraat dövründə verdikləri ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli 1(007)-329/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2,177.2.3,177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 iyul 2019-cu il tarixindən hesablanmışdır. Hazırda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli 1(007)-329/2019 saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələri nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli 1(007)-329/2019 saylı hökmünə əsasən təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə, qəti cəza təyin edilməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli 1(007)-329/2019 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli 1(007)-329/2019 saylı hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkməsində çəkməklə, çəkməsinin başlanğıcı 10 iyul 2019-cu il tarixdən hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 10 iyul 2019-cu il tarixdən hesablanmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayonu, H.Aslanov qəsəbəsi, 3-cü yaşayış massivi, 3-cü dairəvi ünvanda yaşayan Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli 1(007)-329/2021 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə, qəti olaraq, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 iyul 2019-cu tarixindən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayonu, H.Aslanov qəsəbəsi, 3-cü yaşayış massivi, 3-cü dairəvi ünvanda yaşayan Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-247/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-247/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver