Məhkəmə qərarları › İş №1(011)-248/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-248/2021

19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-248/2021 19.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci ildə İsmayıllı rayonunun 2-ci Cülyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, hal-hazırda heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonunun 2-ci Cülyan kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, “Şuşa şəhərciyi” adlanan ərazidə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakım gizli olaraq talayıb zərərçəlcmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Şahid2 və Şahid3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 24 fevral 2018-ci il tarixdə saat 02:00 radələrində «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən «Debet Uniform» satış ofisinin giriş qapısını vintaçanla açaraq satış ofisinə qanunsuz daxil olub oradan Məhdud Məsuliyyətli Cəmiyyətin satış şöbəsinin müdiri Zərərçəkmiş şəxs məxsus həmin dövrün məzənnəsi ilə 3.060,18 manat təşkil edən 1.800 ABŞ dolları, 1.600 manat nağd pulu və 150 manat dəyərində «HP 550» markalı notbuku gizli olaraq talayıb zərərçəlcmiş şəxs Zərərçəkmiş şəxs 4.810,18 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsiri bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən Elşən adlı şəxsə məxsus olan avtotəmir sexini icarəyə götürüb işlədir. Həmin sexdə avtomobillərin bamperinin təmiri o cümlədən rəngsaz xidmətini göstərir. X1 tanıdığı qızı təxminən 2018-ci ilin fevral ayından tanımışdır. Belə ki, onun tanışı Elgün Məhəmmədi qəsəbəsində avtotəmir sexində çilingər işləmiş, o da Elgünün yanında işləmək üçün gedib gəlmiş, həmin vaxtlarda ona məlum olmuşdur ki, Elgün Aynur adlı bir qadınla qeyri rəsmi olaraq yaşayır və onlar Məhəmmədi qəsəbəsinə gedən yolda kirayə ev tutub yaşayırlar, orada iki ədəd yanaşı ev vardır, həmin evdən birində Elgünlə Aynur yaşayır, digər evdə isə Aynurun qardaşı Şahid2 ilə X3 yaşayırlar. Beləliklə o da ora gedib gəlmiş və Vüsal Tünzalə ilə tanış olmuşdur. Bunlarla tanış olandan təxminən 2 və ya 3 gün sonra yəni 24 fevral 2018-ci il tarixə keçən gecə Tünzalə və Vüsalla onların yaşadıqları evdə söhbət edən zaman onlar oğurluq etdiklərini, yəni mağazadan və ya digər qeyri yaşayış sahəsindən oğurluq edərək yaxşı pul qazandıqlarını demişlər, ona da təklif etmişlər ki, o da Türizaləgillə birlikdə oğurluğa getsin. Həmin vaxta qədər o, heç bir oğurluq etməmiş, nə də ki, onların oğurluq etmələrindən xəbəri olmamışdır. Aralarında belə razılaşmışlar ki, oğurluğa üçü birlikdə gedəcəklər və oğurladıqları əşyalar üçünün arasında bölünəcəkdir. Onun da pula ehtiyacı olduğu üçün razılaşmışdır ki, onlarla birlikdə oğurluğa getsin. Bundan sonra Tünzalə qonşuluqda yaşayan Kamil adlı taksi sürücüsünü çağırmış və Kamildən xahiş etmişdir ki, onları şəhərə aparsın. Bundan sonra Vüsal və Tünzalə Kamilin idarə etdiyi modeli və nömrəsini xatırlamadığı avtomobillə şəhər istiqamətinə gəlmişlər, Xətai rayonu, Yusif Səfərov küçəsinə çatdıqda orada bir ofis kimi yeri gördükdə Tünzalə Kamildən xahiş etmişdir ki, onları orada düşürsün, onlar maşından düşəndə Tünzalə taksinin pulunu verib onu yola salmış, həmin vaxt artıq 24 fevral 2018-ci il tarix olmuşdur və saat təxminən 02:00 radələri olardı. Sonra qərara gəlmişlər ki, Xətai rayonu, Yusif Səfərov küçəsi 76 L ünvanında yerləşən ofisdən oğurluq etsinlər. Həmin vaxt Tünzalə əlində olan vintaçanla şüşə qapını açmağa başlamış, onunla Vüsal isə Tünzalənin yanında dayanmışlar ki, gələn olsa bilsinlər, sonra Tünzalə qapını açdıqdan sonra üçüdə mağazaya daxil olmuş və hər biri orada axtarış aparmağa başlamışlar, otaqda masanın kənarında olan notbuk çantasını içərisində HP markalı notbukla birlikdə götürmüşlər, Tünzalə ilə Vüsal isə digər yerlərdə axtarış aparmışlar, təxminən 10 dəqiqə ofisin içərisində axtarış apardıqdan sonra çıxmışlar. Tünzalənin oradan nə qədər pul götürməsindən xəbəri olmamışdır. Sonradan Tünzalə demişdir ki, ofisdən 1800 ABŞ dolları və 1600 manat pul götürmüşdür, o isə notbuku çantası ilə birlikdə götürmüş və ofisdən çıxandan sonra qərara gəlmişlər ki, sonradan həmin notbukla bağlı qərar verərlər. Daha sonra isə ofisdən çıxandan sonra Tünzalə yenə də Kamilə zəng etmişdir ki, onları yenidən Zabrat qəsəbəsinə qaytarsın. Ofisdə oğurluq edən zaman hər hansı bir mühafizəçi ilə rastlaşmamışlar və heç kim onların cinayətinin qarşısını almağa çalışmamışdır. Sonra üçü Vüsal və Tünzalənin yaşadığı evə getmişlər, orada o Xətai rayonu, Yusif Səfərov küçəsi 76 L ünvanından götürdüyü nootbuku qoymuşlar ki, səhər axşam onların evində görüşüb pulları bölüşərlər. Həmin gecə o, Vüsal və Tünzalə ilə birlikdə qalmışdır. Səhəri gün o, Elgünün yanına getmiş, həmin gün axşam Vüsal və Tünzalənin yaşadığı evə gələn zaman görmüşdür ki, Vüsal və Tünzaləni Sabunçu RPİ-nin 15-ci PB-nə aparmışlar. Bundan sonra onu da polis əməkdaşları saxlayıb 15-ci Polis bölməsinə aparmışlar. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini, ailəli olduğunu (faktiki nikahda olan), ailəsinin yeganə dolandıranı olduğunu, arvadının hamilə olduğunu, ilk dəfə cinayət törətdiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətində satış şöbəsinin müdiri vəzifəsində işləyir. Məhdud Məsuliyyətli Cəmiyyətin satış ofisi ünvan 2 ünvanında yerləşir. Həmin satış ofisi iki mərtəbədən ibarətdir, onun otağı birinci mərtəbədə yerləşir. Arada özünün xidməti masasının çəkəcək daxılında özünə məxsus olan pulları saxlamışdır. Bundan başqa öz işlərini görmək üçün özünə məxsus olan HP 550 modelli notbuku çantası və adabtoru ilə birlikdə öz xidməti masasının arxa hissəsində divara söykəyib qoymuşdur. Ofisləri şənbə və bazar günlərindən başqa digər günlərdə hər gün 09:00 radələrindən 18:00 radələrinə qədər fəaliyyət göstərir, şənbə və bazar günləri istirahət günləridir. Ofisdə mülki mühafiəziçi ştatı da vardır. Ofisdə mühafizəçinin adı Aleksey adlı şəxsdir. Mühafiəçi kimi o ofisin daxilində iş vaxtından sonra olur, səhər ofisi onlara təhvil verir. 23 fevral 2018-ci il tarixdə saat 18:00 radələrində işdən çıxan zaman özünə məxsus olan 1.800 ABŞ dolları və 1.600 manat pulu masanın çəkəcək daxılında qoymuş, həmçinin HP 550 markalı nootbukunu da masanın arxasında divara söykəyib çıxmışdır. Ofisdən çıxan zaman mühafizəçiyə masanın çəkəcəyində pul qoymağı barədə heç bir məlumat verməmişdir. Çünki bir neçə dəfə masanın çəkəcəyinə pul qoymuş və səhəri gün heç bir problem olmadan pulunu yerində aşkar etmişdir. 24 və 25 fevral 2018-ci il tarixlər şənbə və bazar günləri olduğu üçün onlar işləmirlər. 24 fevral 2018-ci il tarixdə səhər mühafiəzçi Aleksey onun mobil telefonuna zəng vuraraq masanın çəkəcəklərinin açıq vəziyyətdə olduğunu çəkəcəklərdə nəsə olub olmadığını soruşmuş, o da Alekseyə demişdir ki, masanın çəkəcəyində 1.800 ABŞ dolları və 1.600 manat pul var idi, həmçinin nootbuku oradadır, Aleksey isə heç birinin yerində olmadığını bildirmişdir, həmçinin Aleksey ona izah etmişdir ki, gecə ofisin ikinci mərtəbəsində olmuş, ofisə kiminsə girib çıxmasından xəbərsiz olmuşdur. Ətrafda hər hansı bir şübhəli adam görməmişdir. Həmin günlər şənbə və bazar günü olduğu üçün onun şəxsi işləri olduğundan bu barədə polisə ərizə ilə müraciət etməmiş və 25 fevral 2018-ci il tarixdə 1800 ABŞ dolları, 1600 manat pulunun həmçinin HP 550 markalı notbukun oğurlanması barədə 37-ci Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Oğurlanmış 1800 ABŞ dolları, 1600 manat pul, o cümlədən HP 550 markalı notbuk ona məxsus olmuş, şirkətlə heç bir əlaqəsi olmamışdır. Hazırda oğurlanmış puldan 300 ABŞ dolları, 74 manat pulu, həmçinin notbuku çantası və adabtoru ilə birlikdə təhvil almışdır. Hazırda ona dəyən ziyan tam ödənilmişdir. O, Təqsirləndirilən şəxs bağışlayır. Ona qarşı heç bir şikayəti, tələbi yoxdur və məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, o, əvvəllər «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən «Debet Uniform» satış ofisində mühafizəçi işləmişdir. Onun iş qrafiki hər gün saat 18:00-dan 09:00 qədər olur, iş vaxtı qurtarandan sonra ofisin daxilində qalaraq mühafizə xidmətini həyata keçirir. 23 fevral 2018-ci il tarixdə saat 18:00 radələrində o, işinə gəlmişdir. O, gələndə ofisin işçiləri o cümlədən satış şöbəsinin müdiri Zərərçəkmiş şəxs işdən çıxıb evə getmişlər. Zərərçəkmiş şəxs ofisi tərk edən zaman ona ofisdə olan masasında hər hansı bir məbləğdə pul saxlaması barədə məlumat verməmişdir. 24 fevral 2018-ci il tarixdə saat təxminən 01:00 radələrində o, ofisin ikinci mərtəbəsində yerləşən otağa qalxmış və həddindən artıq yorğun olduğu üçün yuxu tutub yatmış, səhərə kimi ofisin daxilində hər hansı bir səs küy eşitməmiş və heç nəyin şahidi olmamışdır. Səhəri gün şənbə günü olduğu üçün ofis fəaliyyət göstərməmiş, səhər yuxudan ayılıb birinci mərtəbəyə düşən zaman o, ofisin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüş və ofisə baxan zaman Zərərçəkmiş şəxs masasasanın çəkəcək daxılının açıq vəziyətdə olduğunu görmüşdür. Belə olduğu halda o, artıq ofisdə oğurluq baş verməsindən şübhələnmiş və Zərərçəkmiş şəxs masasının çəkəcəyinin açıq vəziyyətdə olduğunu gördüyü üçün Emilin mobil telefonuna zəng vuraraq masanın çəkəcəyində hər hansı qiymətli bir şey olub olmamasını soruşmuş, bu zaman Emil ona demişdir ki, masanın çəkəcəyində 1.800 ABŞ dolları və 1.600 manat pul qoymuş, həmçinin masanın arxa tərəfində divara söykənmiş vəziyyətdə çantasının içərisində nootbuk qoyduğunu bildirmişdir. O, da həmin əşyaların yerində olmadığını görmüş və bu barədə Emilə məlumat vermişdir. Emildə gəlib özü bu barədə polisə şikayət edəcəyini ona bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, Şahid2 2016-cı il tarixdən tanıyır. Təqsirləndirilən şəxs da Şahid2 görə tanımışdır. Şahid2 və başqaları ilə əvvəllər bir neçə dəfə oğurluq cinayəti törətmişdir. 23 fevral 2018-ci il tarixdə saat 13:00 radələrində Şahid2 zəng vuraraq görüşmək istədiyini bildirmiş, bundan sonra Şahid2 kirayə yaşadığı evə gələn zaman orada Əlzamanda olmuşdur. Söhbət zamanı Vüsala oğurluq etməyi təklif etmiş, Vüsalda razılaşmış, bundan sonra bu fikirlərini əvvəllər heç bir zaman onlarla birlikdə oğurluqda iştirak etməmiş Təqsirləndirilən şəxs da təklif etmişlər, Əlzaman da razılaşmış, bundan sonra taksi çağırmış və həmin taksi ilə birlikdə şəhərə gəlmişlər. ünvan 3 ünvanında yerləşən satış ofisinin qapısını özündə olan vintaçanla açaraq mağazaya daxil olmuşlar, orada axtarış aparıb masanın çəkəcək daxılından 1800 ABŞ dolları və 1600 manat pulu o cümlədən HP 550 markalı notbuku götürüb satış ofisini tərk etmişlər. Bundan sonra onlar yenidən taksi çağırıb yaşadıqları Zabrat qəsəbəsinə getmişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, Şahid3 2016-cı il tarixdən tanıyır, Təqsirləndirilən şəxs da qeyri rəsmi yeznəsi Elgünə görə tanımışdır. Şahid3 və başqaları ilə əvvəllər bir neçə dəfə oğurluq cinayəti törətmişdir. 23 fevral 2018-ci il tarixdə saat 13:00 radələrində Tünzalə ona zəng vuraraq görüşmək istədiyini bildirmiş, bundan sonra kirayə yaşadığı evdə görüşmüşlər, həmin vaxt Əlzamanda onlarda olmuşdur. Söhbət zamanı Tünzalə ona oğurluq etməyi təklif etmiş, o da razılaşmış, bundan sonra bu fikirlərini əvvəllər heç bir zaman onlarla birlikdə oğurluqda iştirak etməmiş Təqsirləndirilən şəxs da təklif etmişlər, Əlzaman da razılaşmış, bundan sonra Tünzalə taksi çağırmış və həmin taksi ilə birlikdə şəhərə gəlmişlər və Xətai rayonu, Yusif Səfərov küçəsində taksidən düşmüşlər. Sonra Xətai rayonu, Yusif Səfərov küçəsi 76 L ünvanında yerləşən satış ofisinin qapısını Tünzalə özündə olan vintaçanla açaraq mağazaya daxil olmuşlar, orada axtarış aparıb masanın çəkəcək daxılından 1800 ABŞ dolları və 1600 manat pulu o cümlədən HP 550 markalı notbuku götürüb satış ofisini tərk etmişlər. Bundan sonra onlar yenidən taksi çağırıb yaşadıqları Zabrat qəsəbəsinə getmişlər. Cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2018-ci il tarixli, 6828 saylı məhkəmə ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan bir ədəd Çində istehsal edilmiş «HP 550» markalı notbukun aksesuarları ilə birlikdə orta bazar qiyməti 150 manat müəyyən olunur. Cinayət işinin 114-cü vərəqəsində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus “HP 550” markalı notbuku çantası ilə birlikdə təhvil almışdır. Cinayət işinin 222-231-ci vərəqələrində olan 15 aprel 2021-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə götürülmüş 1 (bir) ədəd “HP-550” markalı nootbuk və çantası, həmçinin 300 ABŞ dolları və 74 manat pul maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 91 və 220-221-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 mart 2018-ci il tarixdə və 13 aprel 2021-ci il tarixdə tərtib olunmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakım gizli olaraq talayıb zərərçəlcmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətinin törətməsi, onun özünün istintaq zamanı verdyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, ilk dəfə məhkum olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Daha sonra məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlnması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş 1 (bir) ədəd “HP-550” markalı nootbuk və çantası, həmçinin 300 ABŞ dolları və 74 manat pul hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilməlidir. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar və saxlnması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş 1 (bir) ədəd “HP-550” markalı nootbuk və çantası, həmçinin 300 ABŞ dolları və 74 manat pul hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 50 AZN (əlli manat) Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən şikayət və ya protest verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar