Məhkəmə qərarları › İş №1(011)-249/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-249/2023

02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-249/2023 02.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs, müdafiəçi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə tanışı Zərərçəkmiş şəxs 13.500 AZN müqabilində 2 ay müddətində vaxtı ilə işlədiyi X2 xidmətə bərpa olunmasında köməklik edəcəyini yalandan vəd verib aldadaraq bu məqsədlə 30 may 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 22 ünvanında 13.500 AZN məbləğində pulu aldıqdan sonra 2022-ci ilin iyul ayında onu X4 qəbuluna salacağını və Nərimanov RPİ-nin PPXB-nə işə qəbul məsələsinin həll olunacağını yalandan bildirərək vədinə əməl etməmiş və 13.500 AZN pul vəsaitini ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdar hesab edilən 13.500 AZN məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində özünü tam təqsirli bilərək göstərmişdir ki, 2002-ci ildən 2020-ci ilədək DİO-da xidmət etmişdir. Sonuncu dəfə 2020-ci ildə Nərimanov RPİ-nin 17-ci PB-də baş təhqiqatçı vəzifəsindən azad olunaraq DİO-dan xaric olmuşdur. Zərərçəkmiş şəxs DİN-nin X7 Alayında işlədiyi müddət ərzində tanımışdır. Təxminən 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs yenidən DİO-na bərpa olunması məqsədi ilə onunla telefon əlaqəsi yaradaraq yenidən DİO-na bərpa olunmasında ona köməklik göstərə bilən tanışlarının olub olmamasını soruşmuşdur. O, Zərərçəkmiş şəxs bildirmişdir ki, DİN-nin ƏÇPA-na, alınmadığı halda onu Nərimanov RPİ-nin PPXB-nə polis nəfəri kimi bərpa etdirə bilər. Tanışlarının vasitəsilə X4 qəbuluna salacağına söz vermişdir. Bu işlərin görülməsi üçün Zərərçəkmiş şəxs 15.000 manat pul istəmişdir. Xəqani Əziziov onunla razılaşmış və 30 may 2022-ci il tarixdə onunla yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən «Fəridə» şadlıq sarayının arxasında olan binanın həyətində görüşmüş və ona 13.500 manat pul vermişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, 2022-ci ilin iyul ayında qəbula salmağa köməklik edəcəkdir. Zərərçəkmiş şəxs deyilən vaxtadək onu gözlətmişdir, lakin onu nazirin qəbuluna sala bilməmişdir. Zərərçəkmiş şəxs ondan pulunu geri tələb etdikdə o, bildirmişdi ki, pulu Sahib adlı şəxsə vermişdir. Sahib adlı şəxsin pulu qaytaran kimi onun pulunu qaytaracağına söz vermişdir. Hal-hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri ödəmiş, onunla barışıq əldə etmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2009- 2020-ci ilədək DİO-da xidmət etmişdir. 2020-ci ildə buraxdığı nöqsanlara görə DİO-dan xaric olmuşdur. Təqsirləndirilən şəxs Zahir oğlunu DİO-da işlədiyi dövrdən tanımışdır. Təxminən 2022-ci ilin may ayında o, DİO-na bərpa olmaq məqsədi ilə Təqsirləndirilən şəxsla telefon əlaqəsi yaratmış və X3yıtmağında köməklik göstərə bilən tanışlarının olub olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onu DİN-nin ƏÇPA-na, alınmadığı halda isə Nərimanov RPİ-nin PPXB-nə polis nəfəri kimi bərpa etdirə bilər. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onun tanışı olan Sahib adlı şəxs Prezident Aparatında işləyir və onun vasitəsilə X4 qəbuluna salacaqdır. Bu işlərin görülməsi üçün Təqsirləndirilən şəxs ondan 15.000 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxsla razılaşmış və 30 may 2022-ci il tarixdə Mahirlə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən «Fəridə» şadlıq sarayının arxasında olan binanın həyətində görüşmüş və Mahirə 13.500 manat pul vermişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, 2022-ci ilin iyul ayında onu nazirin qəbuluna salmağa köməklik edəcəkdir. O, deyilən vaxtı gözləmiş, lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmişdir. O, Təqsirləndirilən şəxs pulunu geri tələb etmiş, lakin Mahir ona bildirmişdir ki, Sahib adlı şəxs pulu qaytaran kimi onun pulunu qaytaracaqdır. Təqsirləndirilən şəxs onun hazır ki, vaxtadək 10.000 manat pulunu qaytarmışdır. Baş vermiş dələduzluq hadisəsi nəticəsində ona 13500 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona vurulmuş zərər tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 22 dekabr 2022-ci qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdir. zərərçəkmiş şəxs qismində tanıma haqqında 27 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 09 mart 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 1(011)-249/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək iltizam» qətimkan tədbiri dəyişdirilsin, onun barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasının 18 may 2023-cü il tarixli məktubundan göründüyü kimi, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə saxlanılaraq 17 may 2023-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, barışmışdır, şikayət və tələbi yoxdur. İş materiallarında olan "xxxx" ASC-nin 25 may 2023-cü il tarixli 17416 saylı ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X1 hesabına 3375 (üç min üç yüz yetmiş beş) manat vəsait köçürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında vəsaiti dövlət büdcəsinə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar