Məhkəmə qərarları › İş №1(011)-25/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-25/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-25/2023 13.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X1, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Yevlax rayonu, Xaldan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Yevlax rayonu, Xaldan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından suiistifadə etməklə sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilinə mebel düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında 500 manat, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanda 4000 manat, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən sexdə 2000 manat və xx.xx.2021-ci il tarixdə isə ünvan 2 ünvanda yerləşən sexdə 1500 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, verdiyi vədə əməl etməmiş nəticədə Zərərçəkmiş şəxs2 8000 (səkkiz min) manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə sonuncunun yaşadığı mənzilinə mebel düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 6000 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında 1000 manat, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən sexdə 1000 manat və xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən sexdə 1000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, verdiyi vədə əməl etməmiş, nəticədə Zərərçəkmiş şəxs1 9000 (doqquz min) manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə sonuncunun övladına yaşadığı ünvan 3 ünvanda yerləşən evinə mebel düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən sexdə 5000 manat məbləğində pulunu tamah məqsədi ilə alıb, verdiyi vədə əməl etməmiş, nəticədə Zərərçəkmiş şəxs3 5000 (beş min) manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərdən ayrı-ayrı vaxtlarda mebel düzəltmək üçün müəyyən ödənişlər almışdır. Həmin ödənişləri aldıqdan sonra niyyəti mebelləri düzəldib sahiblərinə vermək olmuşdur, lakin pandemiya səbəbindən, həmçinin imkanının zəif olduğundan həmin mebelləri düzəldə bilməmişdir. İmkanı olmadığından heç işçilərinin də maaşlarını verə bilməmişdir. O qeyd etmişdir ki, pandemiyaya qədər normal fəaliyyət göstərmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən sexi icarə müqaviləsi əsasında idarə etmişdir. Lakin icarə müqaviləsini məhkəməyə təqdim edə bilmir. Ölkə ərazisində yayılmış pandemiya ilə əlaqədar olaraq ünvan 2 ünvanda yerləşən mebel sexinin fəaliyyəti məhdudlaşdırıldığından onu maddi vəziyyəti pisləşmişdir. O, müxtəlif vaxtlarda mebel düzəltmək məqsədi ilə ümumilikdə Zərərçəkmiş şəxs2 8000 manat məbləğində, Zərərçəkmiş şəxs1 9000 manat məbləğində və Zərərçəkmiş şəxs3 5000 manat məbləğində pul əldə etsə də onun niyyəti həmin şəxslərin etibarından sui-istifadə edərək onları aldatmaq olmamışdır. Belə ki, o, icarə müqaviləsi əsasında idarə etdiyi sexdə dəfələrlə başqa şəxslər üçün mebellər yığaraq onlarla müştəri müqaviləsi bağlamışdır. Lakin başqa şəxslərə mebel düzəltməsini də təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində özünü tam təqsirli bilmiş və qeyd etmişdir ki, təxminən 8 il müddətdir ki, mebel ustası kimi işləyir. O, Bakı şəhərində bir neçə ünvanda, yəni Nizami rayonunda yerləşən Keşlə qəsəbəsində, ünvan 5 ünvandakı sexləri icarə əsasındə götürərək işlətmişdir. İlkin vaxtlarda bütün işləri qaydasında olmuş, lakin 2021-ci ilin iyun ayından etibarən işləri qaydasında olmamağa başlamış və hətta borclanmağa başlamışdır, icarə əsasında işlətdiyi sexlərdə işçilərinin əmək haqqlarını verməkdə çətinlik çəkdiyindən, müxtəlif şəxslərin etibarından istifadə edərək, mebel düzəltmək adı ilə yalan vəd verib, dələduzluq yolu ilə pul əldə etmək qərarına gəlmişdir. İcarə əsasında işlətdiyi sexlərdə onun yanında işləyən ustaların əmək haqlarını çalışdığı qədər həmişə vaxtı-vaxtında vermişdir. Lakin 2021-ci ilin avqust ayından oktyabr ayınadək olan müddət ərzində onun maddi vəziyyəti pisləşdiyindən əmək haqlarını verə bilməmiş və mobil telefonu söndürməyə başlayaraq gizlənmişdir. Şahid2 2018-ci ilin yay aylarından etibarən tanıyır. Həmin şəxslə Bakı şəhəri, Nizami rayonunda yerləşən ət kombinatında usta kimi işləmişlər. 2021-ci ilin avqust ayında Şahid2 zəng vuraraq icarə əsasında işlətdiyi sexdə usta kimi işləməsi üçün iş təklif etmişdir. Şahid2 onun təklifini qəbul etmiş və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində icarə əsasında işlətdiyi sexdə usta kimi işləməyə başlamışdır. Təxminən 1 həftə onun yanında işlədikdən sonra ünvan 2 ünvanda yerləşən sexə köçdükdə Şahid2 yenədə onun yanında usta kimi işləməyə davam etmişdir. Aralarında olan razılaşmaya əsasən o, hər işlədiyi aya görə Şahid2 1700 (min yeddi yüz) manat pul verməli idi. Şahid2 onun yanında usta kimi 3 ay işləmiş, lakin ona 1 ayın əmək haqqı pulunu vermiş, 2 ayın əmək haqqını isə verə bilməmişdir. 2021-ci ilin oktyabr ayından etibarən artıq o, mobil telefonlarını söndürmüş və gizləndiyindən Şahid2la əlaqəsi təmiz itmişdir. Şahid1 2018-ci ildən etibarən tanımışdır. Həmin şəxsi o, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən sexdə usta kimi işlətmişdir. Sonradan o, Bakı şəhəri, Xəzər rayonunda yerləşən sexə və ondan sonra da ünvan 2 ünvanda yerləşən sexə köçdükdə belə Şahid1 onun yanında işləmişdir. Lakin 2021ci ilin avqust, sentyabr və oktyabr aylarında artıq onun maddi vəziyyəti pisləşdiyindən o, Şahid1 əmək haqqını verə bilməmişdir. Şahid1 son aylarda hər işlədiyi aya görə 2400 manat məbləğində pul vermişdir. Lakin son 3 ay əmək haqqını verə bilməmişdir. 2021-ci ilin yaz aylarından etibarən “instagram” sosial şəbəkəsində “yaquboglu_mebel_merkezi'’ adlı sosial səhifə açmışdır. Həmin səhifə vasitəsi ilə o, icarə əsasında işlətdiyi mebel sexlərində düzəltdikləri mebellərin şəkillərini qoyaraq reklam etmiş və bununla “instagram” sosial şəbəkəsində müştərilər taparaq sifarişlər qəbul etmişdir. Bu minvalla 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs2 adlı şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq yaşadığı ünvana mebel sifariş etmək istədiyini bildirmişdir. O da həmin vaxtlarda artıq maddi vəziyyəti yaxşı olmadığından həmin şəxsi mebel düzəldəcəyinə dair inandırmaqla etibarından sui-istifadə edərək pulunu ələ keçirə biləcəyini düşünmüşdür. 2021-ci ilin iyul ayının sonlarında Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, X.Şuşinski küçəsində yerləşən mənzilinə getmiş və həmin ünvanda Zərərçəkmiş şəxs2 yataq otağında mebellərin ölçülərini götürmüş və mobil telefonunda olan mebel nümunələrinin şəkillərini göstərmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2la mebellərin hazırlanması üçün dəqiq qiymət danışmasa da, ilkin olaraq iş görmək üçün 500 manat məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs2 da onunla razılaşmış və həmin məbləğdə pulu yaşadığı ünvanda ona vermişdir. Həmin gündən bir neçə gün sonra istifadəsində olan mobil nömrənin “whatsapp” internet tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil nömrənin “whatsapp” internet tətbiqinə müxtəlif mebel nümunələrinin şəkillərini göndərmiş və Zərərçəkmiş şəxs2 yaşadığı ünvana düzəldəcəyi mebellərin müqabilində 16400 manat məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs2 da onun qeyd etdiyi pulun çox olduğunu bildirdikdən sonra sonuncu ilə 12000 manat məbləğində pula razılaşmışlar. Ardınca Zərərçəkmiş şəxs2 onun iş yerini görmək istədiyini söyləyib, ünvanı soruşmuşdur. O da iş yerini izah etmiş və xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən sexə gəlmişdir. Zərərçəkmiş şəxs2 sexin ünvanını bilmiş, lakin sexin içərisinə daxil olmamışdır. Zərərçəkmiş şəxs2 sexi gördükdən sonra onda inam yaranmışdır ki, ona mebellər sifariş edərək mebel əldə edəcəkdir. Onlar birlikdə sexin qarşısında söhbətləşmişlər və söhbət əsnasında o, Zərərçəkmiş şəxs2 sifariş edəcəyi mebelləri 1 ay ərzində hazır edəcəyini bildirmişdir. Bundan sonra ilkin olaraq mebellərin materiallarını almaq üçün 4000 manat məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs2 da istifadəsində olan bank hesabı ilə onun "xxxx"-a aid 4169 7413 2122 6332 saylı bank kartına 4000 manat məbləğində pulu göndərmişdir. Bunun ardınca Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, işi ilə əlaqədar Türkiyə Respublikasına gedəcəkdir və avqust ayının sonunadək qayıdacaqdır. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasında olan zaman “whatsapp” internet tətbiqi vasitəsi ilə Əlvana zəng vuraraq artıq materialların alınması üçün 2000 manat məbləğində pulun lazım olduğunu bildirmişdir. Əlvan da onunla razılaşmış və o, ünvan 2 ünvanda yerləşən sexdə olan zaman ona məxsus "xxxx"-a aid bank hesabına 2000 manat məbləğində pul göndərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 müxtəlif vaxtlarda ona zəng vuraraq işin hansı yerdə olması barədə ondan soruşmuş və o, cavabında yaxın vaxt ərzində mebellərin hazır olacağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 artıq Bakıda olmasını və mebellərin hazır olubolmaması barədə ondan soruşmuşdur. O da cavabında mebellərin hazır olması üçün 1500 manat məbləğində pulun lazım olduğunu Əlvana bildirmişdir. Bununla da, Zərərçəkmiş şəxs2 1500 manat məbləğində pulu o, ünvan 2 ünvanda yerləşən sexdə olan zaman ona məxsus bank hesabına göndərmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 da “İnstaqram” sosial şəbəkəsində olan ona məxsus “yaquboglu_mebel_merkezi” adlı səhifədə olan reklam elanı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq yaşadığı ünvanda mətbəx otağına mebel sifariş vermək istədiyi bildirmişdir. Bundan sonra 2021-ci ilin avqust ayının əvvəllərində o, Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən ünvana getmişdir. Həmin ünvanda o, mobil telefonunda olan mebel nümunələrinin şəkillərini göstərmiş və mətbəx otağında olan mebellərin ölçülərini götürmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs1 yaşadığı ünvanda mebelləri hazır edərək quraşdıracağı təqdirdə ondan 16000 manat məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs1 da onunla razılaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 ona işlətdiyi sexi görmək istədiyini bildirmişdir. O da Turanla razılaşmışdır. 2021-ci ilin avqust ayının əvvələrində Zərərçəkmiş şəxs1 onun icarə əsasında işlətdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sexə gəlmiş və sexdə olan mebelləri Turana göstərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 ilkin olaraq 6000 manat məbləğində pulu icarə əsasında işlətdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sexdə nağd formada vermişdir. Qeyd olunan məbləğin ödənilməsi müqabilində hətta müqavilə sənədini də Turana vermişdir. Bunun ardınca 2021-ci ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs1la “whatsapp” internet tətbiqi vasitəsi ilə əlaqə saxladıqda mebellər üçün lazım olan laminatları kəsimə verəcəyini, bunun üçün 1000 manat məbləğində pulun lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 da onunla razılaşmış və Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında görüşmüş və 1000 manat məbləğində pulu Turandan almışdır. Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, mebellərlə bağlı işin hansı yerdə olmasını görmək istəyir. O da onu icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən sexə dəvət etmişdir. Zərərçəkmiş şəxs1 da həmin ünvanda yerləşən sexə gəlmiş və sexdə başqa mebelləri göstərərək Turana məxsus mənzilə düzəltdiyi mebellər olduğunu bildirmişdir. Bundan sonra o, həmin mebellərin rənglənməsi üçün 1000 manat məbləğində pulun lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 da onunla razılaşmış və 1000 manat məbləğində pulu ünvan 2 ünvanda yerləşən icarə əsasında işlətdiyi sexdə ona vermişdir. Bundan sonra 2021-ci ilin sentyabr ayının ortalarında “whatsapp” internet tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs1la əlaqə saxlayaraq bildirmişdir ki, mebellərin artıq hazır olmasına az qalmışdır və bunun üçün 1000 manat məbləğində pul lazımdır. Zərərçəkmiş şəxs1 da onunla razılaşmış və icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerəşən sexdə ona 1000 manat məbləğində pulu vermişdir. Bundan başqa, 2021ci ilin avqust ayında “instagram” sosial şəbəkəsində yerləşdirdiyi elan vasitəsi ilə Zərərçəkmiş şəxs3 ona zəng vuraraq əlaqə saxlamış, övladının yaşadığı evin mətbəx və yataq otağına mebellər sifariş etmək istədiyini bildirmişdir. O da öz növbəsində təklif ilə razılaşıb onun qeyd etdiyi ünvana mebellərin ölçüsünü götürmək üçün getmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 istiqamətlənməsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən evlərin birinə getmişdir. Həmin ünvanda mebellərin ölçülərini götürmüş və mobil telefonunda müxtəlif mebellərin şəkillərini göstərmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs3 sifarişi əsasında 11000 manat müqabilində mebel hazırlayacağını bildirmişdir. Ramiz də onunla razılaşmışdır. Bunun ardınca Zərərçəkmiş şəxs3 işlətdiyi mebel sexini görmək istədiyini ona bildirmişdir. O da Zərərçəkmiş şəxs3 ünvan 2 ünvanda yerləşən mebel sexinə dəvət etmişdir. Həmin gün xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi mebel sexinə gəlmişdir. Həmin sexdə o, Zərərçəkmiş şəxs3 sexdə işləyən işçiləri, hazırlanan mebelləri göstərmişdir. İlkin olaraq Zərərçəkmiş şəxs3 o, 5000 manat məbləğində pul istəmiş və geri qalan 6000 manat məbləğində pulun isə işin sonunda verilməsini bildirmişdir. Zərərçəkmiş şəxs3 da onunla razılaşıb, 5000 manat məbləğində pulu ona ünvan 2 ünvanda yerləşən sexdə vermişdir. Bunun müqabilində o, Ramizə müqavilə sənədi vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 bildirmişdir ki, 1 ay ərzində işi tamamlayaraq mebelləri mənzildə quraşdıracaqdır. Bundan sonra artıq o, istifadəsində olan mobil nömrəni söndürmüş və gizlənməyə başlamışdır. Çünki artıq dələduzluq yolu ilə əldə etdiyi pulun sahibləri onu axtarmışlar. 2021-ci ilin oktyabr ayından etibarən artıq icarə əsasında işlətdiyi sexə getməmişdir. Əməlindən peşmandır və yaxın müddət ərzində dələduzluq yolu ilə əldə etdiyi pulları geri qaytaracaqdır. O, dələduzluq yolu ilə müxtəlif vaxtlarda olsa da, ümumilikdə Zərərçəkmiş şəxs2 8000 manat məbləğində, Zərərçəkmiş şəxs1 9000 manat məbləğində və Zərərçəkmiş şəxs3 5000 manat məbləğində pulu əldə etmişdir. O, qeyd olunan dələduzluq cinayətlərini tək halda etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2021-ci ilin yay aylarında yaşadığı mənzildə uşaqlarının yataq otağına mebel düzəltmək qərarına gəlmişdir. Mebel sifariş etmək üçün “instaqram” sosial şəbəkəsində mebellərin hazırlanması ilə bağlı səhifələr axtarmağa başlamışdır. “İnstagram” sosial şəbəkəsində “yaquboglu_mebel_merkezi” adlı səhifəni tapmışdır. Həmin səhifədə olan mebellərin qiyməti aşağı olmuşdur. Həmin səhifədə qeyd edilən nömrə ilə əlaqə saxlamış və nömrə sahibinin Yaqub olduğunu bilmişdir. Yaqub mobil telefonda ona bildirmişdir ki, ilkin olaraq yaşadığı ünvana gələrək mebellərin ölçülərini götürsün və daha sonra qiymət barəsində razılaşsınlar. xx.xx.2021-ci il tarixdə Yaqub onun mənzilinə gəlmiş və uşaqların yataq otağında mebellərin ölçülərini götürmüşdür. Ona bir neçə mebellərin şəkillərini göstərmişdir ki, belə mebel düzəldəcəkdir. Həmçinin Yaqub qeyd etmişdir ki, onun böyük sexi var və mebelləri aşağı qiymətə düzəldib tezliklə ona təhvil verəcəkdir. Bununla da, Yaqub onda inam yaratmışdır. Yaqub mebellərin düzəldilməsi üçün dəqiq məbləğ deməsə da, ondan ilkin olaraq 500 (beş yüz) manat pul istəmişdir. O da Yaqubla razılaşmış və 500 (beş yüz) manat pulu mənzildə Yaquba vermişdir. 2-3 gün sonra Yaqub ona “whatsapp” internet tətbiqi vasitəsi ilə düzəldəcəyi mebellərin bir neçə nümunəsini şəkil formasında göndərmiş və həmin mebellərin hazırlanıb quraşdırılması üçün 16400 (on altı min dörd yüz) manat pul istəmişdir. O da Yaqubun bildirdiyi məbləğin çox olduğunu söylədikdə, sonda 12000 (on iki min) manat məbləğində pula razılaşmışlar. Məbləğ çox olduğu üçün Yaqubun iş yerini soruşmuş və iş yerini görmək istədiyini bildirmişdir. Yaqub ona iş yerini izah etmişdir. xx.xx.2021-ci il tarixdə o ünvan 2 ünvanda yerləşən 5-mərtəbəli sexə getmişdir. Lakin sexə daxil olmamış və sexin qarşısında Yaqub ilə söhbətləşməyə başlamışdır. Söhbət əsnasında Yaqub ona bildirmişdir ki, bu sex onundur və burada mebel düzəldir. Yaqub qeyd etmişdir ki, 1 ay müddətində sifariş verdiyi mebelləri hazır edərək yaşadığı mənzilə quraşdıracaqdır, bundan əlavə həmin mebellərin materiallarını almaq üçün ilkin olaraq 4000 (dörd min) manat məbləğində pul istəmişdir. O da artıq Yaqubun sahibi kimi ona inandırdığı sexi görmüş və Yaqubun ona sifariş verərək mebellər hazırlayacağına inanmışdır. O, Yaqubun ona verdiyi "xxxx"-a aid 4169 7413 2122 6332 saylı bank kartına mobil telefonunda olan "xxxx" tətbiqi vasitəsi ilə onlayn olaraq 4000 manat məbləğində pul göndərmişdir. Sonda Yaquba işi ilə əlaqədar Türkiyə Respublikası, İstanbul şəhərinə gedəcəyini bildirərək, 2021-ci ilin avqust ayının sonunadək qayıdacağını bildirmişdir. Qayıdanadək Yaqubdan mebellərin hazır vəziyyətdə olmasını tələb etmişdir. Mebellər hazır olduqda yerdə qalan pulu da Yaquba verəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə İstanbul şəhərinə getmişdir. İstanbul şəhərində olarkən “whatsapp” internet tətbiqi vasitəsilə Yaqub ona səsli sms mətnləri ataraq, materialların alınması üçün 2000 (iki min) manat məbləğində pulun lazım olduğunu bildirmişdir. O da razılaşıb yenidən Yaquba məxsus bank kartına 2000 manat məbləğində pul göndərmişdir. O 2021-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhərinə qayıtmışdır. xx.xx.2021-ci il tarixdə yaşadığı ünvanda olarkən, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Yaqubun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq mebel barədə maraqlanmışdır. Yaqub isə cavabında, bir neçə gün ərzində mebellərin hazır olacağını və həmin mebelləri yaşadığı mənzilə gətirəcəyini demişdir. Həmçinin o, mebellərin hazır olması üçün 1500 (min beş yüz) manat məbləğində pul lazım olduğunu bildirmişdir. O da razılaşaraq, Yaquba məxsus bank kartına 1500 (min beş yüz) manat məbləğində pul göndərmişdir. Həmin gündən sonra mütəmadi olaraq Yaquba zəng vuraraq işin hansı vəziyyətdə olması barədə soruşduqda, Yaqub ona müxtəlif bəhanələr gətirərək yaxın vaxt ərzində mebelin hazır olacağını bildirmişdir. Yaqubun vaxtı uzatdığından onda şübhələr yaranmış və Yaqubun ona özününkü kimi təqdim etdiyi ünvan 2 ünvanda yerləşən sexinə getmiş və öyrənmişdir ki, Yaqub həmin sexin sahibi deyil və həmin sexdə müəyyən müddət icarədar kimi işləmiş, sonradan həmin sexdən çıxmışdır. Ona aydın olmuşdur ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək mebel düzəltmək adı ilə ona məxsus 8000 (səkkiz min) manat məbləğində pulunu dələduzluq edərək ələ keçirmişdir. Odur ki o, göstərilənlərə əsasən təqsirləndirilən şəxslə barışmadığını və ona dəymiş ziyanın ödənilmədiyini bildirərək Təqsirləndirilən şəxs barəsində ağır cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, mənzili üçün mebel tələb olunduğundan sosial şəbəkələr vasitəsi ilə təqsirləndirilən şəxsin “yaquboğlu_mebel_merkezi” adlı səhiofəsini tapmışdır. Onların sosial şəbəkədəki səhifələrində bir neçə mebel nümünəsi yerləşdirilmiş və həmin mebellərin bu şirkət tərəfindən hazırlandığı qeyd olunmuşdur. Səhifədə olan ***-***-**-** saylı əlaqə nömrəsinə istifadəsində olan mobil nömrə ilə zəng etmişdir. Nömrəyə cavab verən şəxs Yaqub olmuş və o, Yaquba mebel sifariş vermək istədiyini bildirmişdir. 2021-ci ilin avqust ayının əvvəllərində Yaqub yaşadığı mənzilə gəlmiş və yaşadığı mənzildə mebellərin ölçülərini götürmüşdür. Yaqub ondan yaşadığı mənzildə mebellər hazırlayıb quraşdırmaq üçün 16000 manat məbləğində pul istəmişdir. O da Yaqubla razılaşmışdır. Lakin ondan tələb etmişdir ki, onu işlədiyi müəssisəyə aparsın və iş yerini göstərsin. O həmin şirkətin işlərinə baxmaq üçün Buzovna qəsəbəsində yerləşən mebel sexinə getmişdir. Təqsirləndirilən şəxs həmin sexin rəhbəri olduğunu iddia etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs orada icarə müqaviləsi əsasında işlədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilkin ödəniş qismində 6000 manat məbləğindəki pul vəsaitini almışdır. Sonra Yaqub ona, Süleyman Vəzirov küçəsində yerləşən sexə köçdüyünü bildirmişdir. Yaqub həmin sexin də ona mənsub olduğunu bildirərək özünə inam yaratmışdır. Təqsirləndirilən şəxs daha sonra ondan ayrı-ayrı vaxtlarda ümumilikdə 3000 manat məbləğindəki pul vəsaitini almışdır. Sonuncu dəfə pulu xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən sexdə 1000 (min) manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Axırıncı pulu aldıqıdan sonra yaqub iıtmiışdir, dəfələrlə ona zəng etsə də, telefonlara cavabverməyərək qaçıb gizlənmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə 9000 manat məbləğində zərər vurulmuşdur. 23 avqust 2021-ci il tarixdə o, ünvan 2 ünvanda yerləşən mebel sexinə getmiş və həmin sexdə Yaqubla görüşmüşdür. Görüş zamanı Yaqub həmin sexin ona məxsus olmasını bildirərək, ona bir neçə mebel göstərmiş və həmin mebellərin ona məxsus olmasını söyləmişdir. Lakin o, sonradan həmin mebellərin ona məxsus olmamasını və hətta Yaqub tərəfindən həmin mebellərin düzəldilməməsini öyrənmişdir. Sonda o qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmamışdır və ona dəymiş ziyan ödənilməmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, Təqsirləndirilən şəxs özünü Xətai rayonu, S.Vəzirov küçəsi 33 saylı ünvanda yerləşən çoxmərtəbəli sexin rəhbəri kimi göstərmiş, həmçinin sexdə olan işçilərin onun işçiləri olduğunu qeyd etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs orada icarə müqaviləsi əsasında işlədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs materialı alması üçün ondan pul almış və sonra həmin materialı ona göstərərək onun işi üçün aldığını bildirmişdir. Təxminən bir aydan sonra həmin sexə getdikdə, orada Təqsirləndirilən şəxs onları aldatdığını bildirən başqa şəxsləri də görmüşdür. Əlvan, Ramiz və digərləri ilə də orada tanış olmuşdur. Sonra oraya Röyal adlı şəxs gəlmiş və həmin sexin rəhbəri olduğunu, Təqsirləndirilən şəxs isə obyektdə kiçik bir yer götürərək işlətdiyini bildirmişdir. O, orada olan mebelin onun sifarişinin maketi olduğunu dedikdə, Yaqubun onu aldatdığını və həmin maketin başqa şəxsin sifarişi olduğunu bildirmişlər. Yaqub tərəfindən sifarişin hər hansı bir hissəsi hazırlanmamışdır. O, özü Təqsirləndirilən şəxs hər hansı hazır məhsulu təhvil verdiyinin şahidi olmamışdır. Sadəcə onun sosial şəbəkədə yerləşdirdiyi məhsulları görmüşdür. Təqsirləndirilən şəxs ona göstərdiyi mebel maketi qapısız olmuş və hazır mebel olmamışdır. Təqsirləndirilən şəxs ona göstərdiyi mebelin hissələri qutularda olmuşdur, sonraki dövrdə həmin sexə getdikdə, orada başqa ustanın Yaqubun ona göstədiyi mebelin üzərində işlədiyini görmüşdür. Həmin usta bildirmişdir ki, sifarişi başqa şəxsdən götürmüşdür və bu mebeli başqa şəxs üçün hazırlamışdır. Həmin mebelin Yaquba və ona heç bir aidiyyatı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 2021-ci ilin avqust ayında övladının yaşadığı ünvan 3 ünvanda yerləşən evin mətbəx otağı və yataq otağına mebel sifariş edərək düzəltdirmək qərarına gəlmişdir. "instaqram" sosial şəbəkəsində mebellərin hazırlanması ilə bağlı səhifələr axtarmağa başlamışdır, “instagram” sosial şəbəkəsində “yaquboğlu_mebel_merkezi” adlı səhifəni tapmışdır. Həmin səhifədə olan nömrəyə zəng etmiş, nömrənin sahibinin və mebelləri düzəldən şəxsin Yaqub olduğunu bilmişdir. Yaqub mebellər üçün 11000 (on bir) manat məbləğində pul istəmişdir. O razılaşmışdır. Əmin olmaq üçün Yaqubun iş yerini görmək istəmişdir. xx.xx.2021-ci il tarixdə Yaqub onu icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən sexinə dəvət etmişdir. O da həmin gün qeyd olunan ünvanda yerləşən sexdə olmuşdur. Yaqub ona sexin tam olaraq ona məxsus olduğunu bildirmiş, həmçinin sexdə olan işçilərin onun işçiləri olmasını qeyd etmişdir. Sexdə Yaqub ona müxtəlif mebelləri, işlətdiyi işçiləri və gördüyü işləri təqdim etmişdir. Bu zaman onda Yaquba qarşı inam yaranmışdır ki, Yaqub həqiqətən ona müəyyən pul müqabilində sifariş edəcəyi mebelləri düzəldərək qeyd etdiyi ünvanda həmin mebellləri quraşdıracaqdır. Yaqubun icarə işlətdiyi sexdə 5000 (beş min) manat pulu Yaquba vermişdir. Bundan sonra Yaqub ona bildirmişdir ki, əlində çoxlu işi var, buna görə də, onun sifarişi əsasında işi 1 ay müddətinə hazır edəcəkdir, qalan 6000 manat pulu da mebel hazır olanda verər. O, Yaquba mütəmadi zəng edib işin nə yerdə olması barədə maraqlanmışdır. Yaqub cavabında həmişə 1 ayın sonunda işi mebelin hazır olacağını bildirmişdir. O, 1 ay keçdikdən sonra Yaquba zəng etməyə başlamış, lakin Yaqub artıq onun zənglərini açmamışdır. Bundan sonra o, ünvan 2 ünvanda yerləşən Yaqubun işlətdiyi sexə getmiş, lakin artıq Yaqub həmin sexi tərk edərək qaçıb gizlənmişdir. Sonda o qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmamışdır və ona dəymiş ziyan ödənilməmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, Yaqubla əlaqə saxladıqda, o, başqa işlərinin də olması səbəbi ilə onun sifarişinin hazırlanması üçün bir ay vaxt istəmişdir. Bir aydan sonra həmin obyektə getdikdə, Təqsirləndirilən şəxs qaçıb getdiyini və obyektin qarşısında bir çox narazı şəxslərin toplaşdıqlarını görmüşdür. O, Təqsirləndirilən şəxs 5000 manat məbləğində pulu birdəfəlik ödəniş etməklə vermişdir. O, onunla göstərməli olduğu xidmətə görə müvafiq müqavilə də bağlamışdır. Lakin daha sonra həmin müqavilənin saxta olduğunu və Təqsirləndirilən şəxs orada qanunsuz fəaliyyət göstərdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs özünü həmin sexin rəhbəri kimi təqdim etmişdir. Sonraki dövrdə Təqsirləndirilən şəxs müqaviləsinin olmadığını və orada qanunsuz şəkildə fəaliyyət göstərdiyini öyrənmişdir. Həmin sexin rəhbəri və şirkətin direktoru Röyal adlı şəxsdir. Təqsirləndirilən şəxs həmin obyekti icarəyə götürməsi ilə bağlı Röyal adlı şəxslə heç bir müqaviləsi olmamışdır. O, həmin obyektin qarşısına gəldikdə orada müxtəlif şəxslərin, sex işçilərinin olduqlarını, eləcə də onların arasında prokurorluq işçisinin də olduğunu görmüşdür. Oradaki şikayətçi olan vətəndaşlar nalayiq ifadələrdən istifadə edərək Yaqubun onları aldatdıqlarını demişlər. Bir müddət orada dayandıqdan sonra uzaqlaşaraq oranı tərk etmişdir. Təqsirləndirilən şəxs onun sifarişini yerinə yetirmək üçün ümumiyyətlə hər hansı bir material almamış və iş görməyə başlamamışdır. barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təxminən 9 il müddətidir ki, yaşadığı Mersin şəhərindən Bakı şəhərinə gəlmiş və Bakı şəhərinə gəldiyi andan mebel sexlərində usta kimi işləmişdir. Təqsirləndirilən şəxs bir müddətdir ki tanıyır. O Yaqubun yanında usta kimi işləmişdir. İlk əvvəllər Yaqub onun əmək haqqını hissə-hissə olmaqla versə də, sonradan onun əmək haqqını verməməyə başlamışdır. Yaqub 2021-ci ilin iyul ayından etibarən onun maaşını verməməyə başlamışdır. Bunu gördükdə o, 2021-ci ilin oktyabr ayından etibarən Yaqubla işləməkdən imtina edərək, işdən çıxmışdır. Bununla da, Yaqub onun 3 aylıq maaşını verməməklə ümumilikdə 7200 (yeddi min iki yüz) manat məbləğində pulunu verməmişdir. Yaqub özü sexdə icarədar olduğu halda müştərilərə özünü ünvan 2 ünvanda yerləşən sexin sahibi kimi təqdim etmişdir. Lakin o, bunları görsə də, Yaqubun işçisi olduğundan işlərinə qarışmamışdır. Yaqub bir neçə müştərini mebel düzəldəcəyi adı ilə aldadaraq pullarını talamışdır. Buna görə də, adlarını xatırlamadığı bir neçə müştəri Yaqubun işlədiyi ünvan 2 ünvanda yerləşən sexə gələrək narazılıqlarını bildirmişdir. Lakin Yaqubun özünü sexdə olmadığından o, həmin müştərilərə nə deyəcəyini bilməmişdir. O, özü Yaqubu tapa bilməmiş və öz əmək haqqını Yaqubdan ala bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Şahid2 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Həmçinin onun barəsində məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə məcburi gətirilmə qərarı qəbul edilərək icrası Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilmişdir. Lakin Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda Şahid2 yerinin müəyyən edilməsinin mümkün olmaması qeyd edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, ünvan 11 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır və usta kimi fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs 2018ci ilin yay aylarından etibarən tanımışdır. O, Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən ət kombinatında usta kimi işləmişdir. X7 və o, həmin ət kombinatından işdən çıxmışlar. Həmin vaxtdan bir müddət keçdikdən sonra, yəni 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs xatırlamadığı mobil nömrə ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq onun yanında işləməyini təklif etmişdir və bundan sonra onu icarəyə işlətdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sexə dəvət etmişdir. O da Yaqubla razılaşmış və onun icarə əsasında işlətdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən sexinə getmişdir. Həmin sexdə təxminən 1 həftə işlədikdən sonra Təqsirləndirilən şəxs həmin sexdən çıxaraq ünvan 2 ünvanda yerləşən sexə köçərək icarə əsasında işləməyə davam etmişdir. O da Yaqubla birlikdə qeyd olunan ünvanda yerləşən sexə gedərək usta kimi işləməyə davam etmişdir. Yaqubla onun razılaşmağına əsasən Yaqub ona usta kimi işlədiyi hər ay üçün 1700 (min yeddi yüz) manat məbləğində pul verməli idi. O, Yaqubun sexində ümumilikdə 3 ay müddətinə işləmişdir. Lakin 2021-ci ilin sentyabr və oktyabr aylarında işlədiyi əmək haqqlarını verməyərək ümumilikdə ona 3400 (üç min dörd yüz) manat məbləğində əmək haqqını verməmişdir. 2021-ci ilin oktyabr ayından etibarən Təqsirləndirilən şəxs gizlənərək mobil zəngləri qəbul etməməyə başlamışdır. Artıq Yaqubun mobil telefonuna zəng çatmamışdır. Yaqubun gizlənməyinin əsas səbəblərindən biri də müxtəlif şəxslərə mebel düzəltmək adı ilə müəyyən məbləğdə pul alması olmuşdur, lakin verdiyi vədə əməl etməyərək pulları mənimsəyərək qaçıb gizlənmişdir. Həmin mebel sifarişçiləri də gələrək Yaqubu sexdə axtarmışlar, lakin Yaqub artıq sexə gəlməmiş və qaçıb gizlənmişdir. Bunları gördükdə artıq o, 2021-ci ilin oktyabr ayından etibarən Yaqubun icarə əsasında işlətdiyi sexdən çıxaraq, özü həmin sexdə ayrılıqda işləməyə davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 və qeyrilərinin müraciətləri əsasında Xətai RPİ-nin 37-ci PŞ-də toplanmış HK-1/763 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır (i.v. 1-2); hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında 17 may 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanda yerləşən sexə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 17-19); cinayət işinin icraata qəbul edilməsi haqqında 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanmış cinayət işi icraata qəbul edilmiş və istintaqı aparılmışdır (i.v. 23); zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 31-32); “X5” MMC ilə Zərərçəkmiş şəxs1 arasında bağlanmış 07 avqust 2021-ci il tarixli müştəri müqaviləsindən görünür ki, sonuncu mətbəx mebeli və qarderobun qiyməti kimi ilkin olaraq 6000 manat ödəməyi, qalıq qalmış 10000 manat pulu isə mebel təhvil verildikdən sonra ödəməyi öz üzərinə götürmüş və müqavilə Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla “X5” MMC-yə məxsus möhür ilə möhürlənmişdir (i.v. 42); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 45-46); “Whatsapp” proqram vasitəsilə aparılmış danışıqların ekran görüntülərindən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs məxsus 4169 7413 2122 6332 saylı "xxxx" ASC-yə aid plastik bank kartına ayrı-ayrı vaxtlarda 1500 manat, 2000 manat və 4000 manat məbləğində pul vəsaitləri göndərilmişdir (i.v. 56-64); ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında 04 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün tutulması və barəsində axtarış elan olunması qərara alınmışdır (i.v. 89); axtarışda olan şəxsin tutulması haqqında 22 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:10 radələrində Mingəçevir şəhərində tutulmuşdur (i.v. 96); şübhəli şəxsin dindirilməsi haqqında 22 iyul 2022-ci il tarixli protokoldan görünür ki, o, 2021-ci ilin iyun ayından etibarən işlərinin qaydasında olmadığını, hətta borclanmağa başlandığını, icarə əsasında işlətdiyi sexlərdə işçilərinin əmək haqqlarını verməkdə çətinlik çəkdiyindən, müxtəlif şəxslərin etibarından istifadə edərək, mebel düzəltmək adı ilə yalan vəd verib, dələduzluq yolu ilə pul əldə etmək qərarına gəldiyini, dələduzluq yolu ilə müxtəlif vaxtlarda olsa da, ümumilikdə Zərərçəkmiş şəxs2 8000 manat məbləğində və Zərərçəkmiş şəxs1 9000 manat məbləğində pul aldığını etiraf etmiş və “ifadəmi oxudum, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” qeyd edərək öz imzası ilə təsdiq etmişdir (i.v. 117-120); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 121-122); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 23 iyul 2022-ci il tarixli protokoldan görünür ki, o, 2021-ci ilin iyun ayından etibarən işlərinin qaydasında olmadığını, hətta borclanmağa başlandığını, icarə əsasında işlətdiyi sexlərdə işçilərinin əmək haqqlarını verməkdə çətinlik çəkdiyindən, müxtəlif şəxslərin etibarından istifadə edərək, mebel düzəltmək adı ilə yalan vəd verib, dələduzluq yolu ilə pul əldə etmək qərarına gəldiyini, dələduzluq yolu ilə müxtəlif vaxtlarda olsa da, ümumilikdə Zərərçəkmiş şəxs2 8000 manat məbləğində və Zərərçəkmiş şəxs1 9000 manat məbləğində pul aldığını etiraf etmiş və “ifadəmi oxudum, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” qeyd edərək öz imzası ilə təsdiq etmişdir (i.v. 133-137); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-400/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 22 iyul 2022-ci il tarixdən hesablanmaqla 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 144-147); təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında 23 iyul 2022-ci il tarixli protokoldan görünür ki, o, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək sonuncudan dələduzluq yolu 5000 manat məbləğində pul aldığını etiraf etmiş və “ifadəmi oxudum, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” qeyd edərək öz imzası ilə təsdiq etmişdir (i.v. 148-150); zərərçəkmiş şəxs qismində tanınma haqqında 21 iyul 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 174-175); “X5” MMC ilə Zərərçəkmiş şəxs3 arasında bağlanmış 24 avqust 2021-ci il tarixli müştəri müqaviləsindən görünür ki, sonuncu mətbəx mebeli və yataq dəstinin qiyməti kimi ilkin olaraq 5000 manat ödəməyi, qalıq qalmış 6000 manat pulu isə mebel təhvil verildikdən sonra ödəməyi öz üzərinə götürmüş və müqavilə Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla “X5” MMC-yə məxsus möhür ilə möhürlənmişdir (i.v. 185); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xəzər RPİ-nin İŞ-də başlanmış cinayət işinin icraatına xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 40.3-cü maddəsi ilə xitam verilmişdir (i.v. 186-187); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v. 210-212); 2 saylı Bakı “ASAN xidmət” X3 tərəfindən veilmiş AZ-İİİ seriyalı 589341 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası isə X2r (i.v. 228); ifadənin yerində yoxlanılması haqqında 25 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 229-232); sübutların qiymətləndirilməsi haqqında 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış və ifadənin yerində yoxlanılması haqqında protokollar sübut növü kimi qiymətləndirilmişlər, 06 vərəqədə yazışma mətnləri, 03 vərəqədə qəbzlər və 02 vərəqədə müqavilə sənədlərinin sürətləri maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişlər (i.v. 233-243); “X5” MMC üzrə işə qəbul barədə 23 may 2020-ci il tarixli 001 nömrəli əmrdən və hüquqi şəxsin nizamnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həmin Cəmiyyətin qanuni təsisçisidir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 8000 manat məbləğində, Zərərçəkmiş şəxs1 9000 manat məbləğində və Zərərçəkmiş şəxs3 5000 manat məbləğində pulu əldə etsə də niyyətinin həmin şəxslərin etibarından sui-istifadə edərək onları aldatmaq olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, ibtidai istintaq zamanı ifadəsi alınmış Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayından etibarən işlərinin qaydasında olmadığını, hətta borclanmağa başlandığını, icarə əsasında işlətdiyi sexlərdə işçilərinin əmək haqqlarını verməkdə çətinlik çəkdiyindən, müxtəlif şəxslərin etibarından istifadə edərək, mebel düzəltmək adı ilə yalan vəd verib, dələduzluq yolu ilə pul əldə etmək qərarına gəldiyini, dələduzluq yolu ilə müxtəlif vaxtlarda olsa da, ümumilikdə Zərərçəkmiş şəxs2 8000 manat məbləğində, Zərərçəkmiş şəxs1 9000 manat məbləğində və Zərərçəkmiş şəxs3 5000 manat məbləğində pul aldığını etiraf etmiş və ifadəsini imzası ilə təsdiqləmişdir. Bundan başqa, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs icarə müqaviləsi əsasında idarə etdiyi ünvan 2 ünvanda yerləşən sexdə dəfələrlə başqa şəxslər üçün mebellər yığaraq onlarla müştəri müqaviləsi bağladığını bildirdiyindən, məhkəmə iclası dəfələrlə təxirə salınaraq təqsirləndirilən şəxsə həmin sübutları məhkəməyə təqdim etməsi üçün kifayət qədər vaxt verilmiş və şərait yaradılmış, lakin sonuncu tərəfindən iş üçün əhəmiyyət kəsb edə biləcək həmin sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərlə müştəri müqaviləsi bağlamasının əsas məqsədi həmin şəxsləri verdiyi vədlərə inandırmaq, onların etibarını qazanmaq və pullarını ələ keçirmək olmuşdur ki, sözügedən hal onun törətdiyi əməlin dələduzluq cinayəti olmaması kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Bundan əlavə, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 verdikləri ifadələrində Təqsirləndirilən şəxs onlara özünü ünvan 2 ünvanda yerləşən 5 mərtəbəli sexin rəhbəri kimi tanıtdığını və orada çalışanların onun işçiləri olduğunu, onlara müxtəlif mebel materialları göstərərək məhz onların sifariş verdikləri mebellərin hazırlanması üçün nəzərdə tutulduqlarını bildirməsini qeyd edərək, Təqsirləndirilən şəxs bu minvalla onların etibarından sui-istifadə etdiyini və xeyli miqdarda pullarını ələ keçirdiyini bildirmişlər. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şahid qismində dindirilmiş X8 məhkəmə iclasında verdiyi ifadəsində, Şahid2 isə ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində ünvan 2 ünvanda yerləşən sexdə çalışdıqlarını, lakin müəyyən müddət üçün onların əmək haqqlarının ödənilmədiyini və Təqsirləndirilən şəxs bir neçə müştərini mebel düzəldəcəyi adı ilə aldadaraq pullarını ələ keçirdiyini bildirmişlər. Məhkəmə, zərərçəkmiş şəxslərə və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmələrini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsi və onlara dəymiş ziyanı ödəməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 22 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 06 vərəqədə yazışma mətnləri, 03 vərəqədə qəbzlər və 02 vərəqədə müqavilə sənədlərinin sürətləri cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 22 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən 06 vərəqədə yazışma mətnləri, 03 vərəqədə qəbzlər və 02 vərəqədə müqavilə sənədlərinin sürətləri cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar