Məhkəmə qərarları › İş №1(011)-25/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-25/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-25/2024 26.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Xətai rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə 06 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən 238 saylı mənzilə mətbəx otağının eyvanından mətbəxin açıq qapısınından qanunsuz olaraq içəri daxıl olmuş, mənzilin yataq otağında olan yataq dəstinin üzərindəki döşəyın altında 2000 manat məblğində pulu gizli taladıqdan sonra taladığı əmlakı ələ keçirərək həmin mənzili tərk edərkən 2000 manat məbləğində pulun talanması hərəkətlərinin binanın texniki işlərinə nəzarət edən Şahid2 tərəfindən aşkar olunmasını yəqin edib ələ keçirdiyi əmlakı sərəncamında saxlamaq məqsədilə hadisə yerindən qaçaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 2000 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, həmin cinayətdən heç bir xəbəri olmamışdır. Həmişə gəzdiyi yerdən sahildən polis əməkdaşları onu tutub aparmışdılar. O heç kimin evinə girməmişdir, oradan heçnə götürməmişdir. O, evə oğurluğa girsə əlcəksiz girməzdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2013-cü ildən onun əlində barmaqlarında çapıq izləri var. Həmçinin bildirmişdir ki, o şahid Əlövsəti tanımır. İstintaq zamanı tanınma olanda əllərində rəqəmlər tutmuşdular. Oradakı şəxs öncə heç onu tanımamışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 4 ünvanında həyat yoldaşı X2, oğlu X3 ilə birlikdə yaşayır, evlidir, əvvəllər məhkum olunmamışdır. X9 Muxtar Respublikasında nişanını keçirmək üçün 04 noyabr 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasına yola düşmüşdür. Evdən çıxan zaman ümumillikdə ona məxsus olan 4000 manat puldan 2000 manat pulu yaşadığı mənzilin yataq otağında olan döşəyin altına qoyub evin qapısını bağlayıb getmişdir. 06 noyabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda olan zaman yaşadığı binanın texniki işlərinə nəzarət edən Əlövsət adlı şəxs onunla əlaqə saxlayıb ondan yaşadığı evdə olub-olmaması barədə soruşmuşdur. O, ona bütün ailə üzvləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasında olduğunu bildirmişdir. Ona mənzilin işıqlarının yanılı olmağını demişdir. O, ona mənzildə olan bütün işıqları söndürdüyünü bildirmişdir. Ona mənzilinə kiminsə daxil olduğunu demişdir. O, Əlövsətdən xahiş etmişdir ki, yaşadığı mənzilə qalxıb orada kiminsə olub-olmadığına baxsın. Əlövsət mənzilə qalxdıqda onunla yenidən əlaqə saxlamış və bildirmişdir ki, burada tanımadığı bir nəfər şəxs var. O, mənzilin açarının bır nüsxəsini özü ilə aparmışdır. Bir nüsxəsi isə evdə giriş qapısından daxil olduqda sağda olan dolabın üzərində olmuşdur. Həmin şəxs mənzildə olan açarı Əlövsətə göstərərək evin sahibi tərəfindən verildiyini iddia etmişdir. Ona Əlövsət həmin şəxsin onunla danışmaq istədiyini bildirmişdir. O, telefonla həmin şəxslə danışan zaman ona yaşadığı mənzildə nə işi olduğunu və oranı tərk etməsini bildirmişdir. Həmin şəxs ona cavabında “heç bir problem olmadığını” bildirmişdir. O, tez ondan telefonu Əlövsətə verməsini tələb etmişdir. Əlövsət telefona cavab verənədək artıq həmin şəxsin oradan uzaqlaşdığını bilmişdir. Həmçinin bildirmişdir ki, ünvan 5 ünvanından 2000 manat pulu oğurlanmışdır. Oğurluq nəticəsində ona 2000 məbləğində maddi ziyan dəymişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, komendant telefonu ona vermişdir, həmin şəxs də “əmi hər şey yaxşıdır, evə baxdım gedirəm” demişdir. Həmçinin bildirmişdir ki, evdən son çıxan o olmuşdur, pulu o özü döşəyin altına qoymuşdur. Lakin o hazırda təqsirləndirilən şəxslə barışdığını, ziyanın ona ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2017-ci ildən Bakı şəhəri, X.Məmmədov küçəsi 32 və 36 saylı binalarda texniki işlərinə rəhbərlik etmişdir. Daimi olaraq həmin binalarda gündəlik olaraq 09:00 dəqiqədən axşam saat 19-20 radələrinədək həmin binaya giriş çıxış edən vətəndaşlara nəzarət etmiş, binada olan müxtəlif kommunal xidmətlərdə baş verən qəzalara və nasazlıqlarla bağlı müxtəlif dövlət orqanlarına müraciət etmişdir. Onların aradan qaldırılmasına nəzarət etmişdir. Aylıq 300 manat müqabilində həmin işlərlə məşğul olmuşdur. 06 noyabr 2022-cı il tarixdə axşam saat 20 radələrində işlədiyi binanın giriş hissəsində onun üçün ayrılmış hissədə oturmuşdur. Həmin binanın 32 saylı girişində olan 238-ci mənzilin işıqlarının yandığını görmüşdür. Ona məlum idi ki. həmin mənzilin sahibi Zərərçəkmiş şəxs öz oğlunun nişan mərasimi ilə bağlı 04 noyabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına getmişlər. Həmin tarixdən onların yaşadıqları mənzilin işıqları yanmamışdır. O həmin mənzilin işığının yandığını görüb Əli ilə əlaqə saxlamış və ona bu barədə məlumat vermişdir. Suliddin ona yaşadıqları mənzildə heç kimin olmadığı və mənzilin boş olduğunu bildirmişdir. Ondan xahiş etmişdir ki, onun yaşadığı mənzilə getsin. O, həmin mənzil olan mərtəbəyə çatmışdır. Mənzilin dəhlizlə yaxın olan hissəsində eyvan yerləşir. O, həmin eyvana yaxınlaşdıqda orada bır nəfər şəxsin olduğunu qörmüşdür. Ona həmin mənzildə nə etdiyi barədə sual vermiş, o isə, cavabında həmin mənzilin sahibi ilə qohum olduğunu və mənzilə sifariş gətirdiyini bildirmişdir. Mənzilin giriş qapısını açaraq ona mənzilin açarının da onda olduğunu bildirmişdir. Mənzildən çıxaraq mənzilin qapısını açarla bağlamışlar. O, həmin vaxt ev sahibi Suliddinlə telefonla danışan zaman evdən çıxan tanımadığı şəxs ondan telefonunu verməyini xahiş etmişdir. O, telefonunu həmin şəxsə vermişdir. O, ev sahibi ilə telefonla danışan zaman həmin şəxs ona heç bır problem olmadığını bildirmişdir. Onun telefonunu geri qaytardıqdan sonra həmin şəxs qaçaraq oradan uzaqlaşmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə qış aylarında baş vermişdir. O həmin binada komendant işləyir. Həmin vaxt axşam vaxtları idi, işıq yanmırdı. Ev yiyəsi açarı tumbanın üzərinə qoyub getmişdir. Həmin şəxs göy-qırmızı xəttli geyimdə idi, şalvar kostum geyinmişdir. O ondan biraz aralı durmuşdur, aralarında 1,5 metr məsafə olardı. Daha sonra onun telefonu ilə danışmış və qaçmışdır. Kameralara baxmışlar və onun üzünü açıq görmüşdür. İbtidai istintaq zamanı 4-5 nəfər göstərmişlər, onların içindən həmən şəxsi göstərmişdir. Məhkəmə iclas zalında da həmin şəxsin hazırkı təqsirləndirilən şəxs olduğunu təsdiq etmişdir. Məhkəmə iclasında videokonfrans vasitəsilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda xaricdədir. 2022-ci ilin iyul ayının ortalarından taksi fəaliyyəti ilə məşğul olur. 24 avqust 2022-ci il tarixdən isə “Toyota" markalı “Prius” modelli **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 2022-ci ilin oktyabr ayının ortalarında axşam saatlarında Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsindən Ukrayna dairəsi istiqamətində köməkçi yolda hərəkətdə olmuşdur. Avtomobili dayandıran zaman tanımadığı bir şəxs ondan taksi fəliyyəti ilə məşğul olub-olmadığını soruşmuşdur. O, ona taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Həmin şəxs onu Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Amerika səfirliyinin yaxınlığına aparmağını xahiş etmişdir. Həmin şəxsə razılığını bildirib həmin istiqamətdə yola düşmüşlər. Yol boyu söhbət zamanı həmin şəxs ona müasir telefonlardan yaxşı istifadə edə bilmədiyini, daimi taksi sürücüsünə ehtiyacı olduğunu bildirmişdir. Ona onunla daimi taksi kimi fəaliyyət göstərməyi təklif etmişdir. O, həmin şəxslə razılaşmışdır. Razılaşmaları ondan ibarət olmuşdur ki, o, hər dəfə onu apardığı məsafəyə uyğun olaraq ona gediş haqqı ödəyəcəkdi. Amerika səfirliyinin yaxınlığına çatan zaman həmin şəxs ona öz istifadəsində olan +**********54 saylı mobil nömrəsini vermişdir. O, həmin şəxsdən adını soruşduqda o, ona “Yapon" olaraq özünü təqdim etmişdir. Həmin şəxsdən konkret adını soruşduqda o, heç bir söz demədən yenidən “Yapon" olaraq özünü təqdim etmiş və ona isə “Azik" deyə müraciət edəcəyini bildirmişdir. Daha sonra avtomobildən enib naməlum istiqamətdə getmişdir. O da, həmin yerdən uzaqlaşaraq taksi fəaliyyəti ilə məşğul olmağa davam etmişdir. Növbəti gün axşam saatlarında “Yapon" adlı həmin şəxs onunla əlaqə saxlayaraq Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsindən Ukrayna dairəsi istiqamətində köməkçi yolda yerləşən yerüstü piyada keçidinin yaxınlığından onu götürüb Amerika səfirliyinin yanına getməli olduğunu bildirmişdir. Həmin şəxsi qeyd olunan ünvandan götürüb Amerika səfirliyinin yaxınlığındakı ara küçələrin birinə aparmışdır. Yenə "Yapon" avtomobildən enib naməlum istiqamətdə hərəkət etmişdir. O da, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bir neçə gün sonra “Yapon" yenidən onunla əlaqə saxlayaraq Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsindən Ukrayna dairəsi istiqamətində köməkçi yolda yerləşən yerüstü piyada keçidinin yaxınlığından onu götürüb Amerika səfirliyinin yanına getməli olduğunu bildirmişdir. O, həmin şəxsi qeyd olunan ünvandan götürüb Amerika səfirliyinin yaxınlığına aparmışdır. Yenə “Yapon" avtomobildən enib naməlum istiqamətdə nərəkət etmişdir. O da, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bir neçə gün sonra “Yapon" yenidən onunla əlaqə saxlayaraq Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsindən Ukrayna dairəsi istiqamətində köməkçi yolda yerləşən yerüstü piyada keçidinin yaxınlığından onu götürüb Amerika səfirliyinin yaxınlığına getməli olduğunu bildirmişdir. O, həmin şəxsi qeyd olunan ünvandan götürüb Amerika səfirliyinin yaxınlığına aparmışdır. Yol boyu “Yapon” bir nəfər şəxslə telefonla danışırdı. Həmin şəxslə danışıqlarından hansısa dövlət orqanından pul almağı ilə bağlı söhbət getdiyini eşitmişdir. O, Yapona nə üçün pul alacağını soruşduqda, o, əvvəllər məhkum olunduğunu, həbsdən yeni çıxdığı üçün ona dövlət tərəfindən pul ödəniləcəyini bildirmişdir. O, hansı səbəbdən məhkum olunduğunu soruşduqda, o, hər hansı səbəb olmadığını və danışmaq istəmədiyini bildirmişdir. Amerika səfirliyinin yanında olan zaman “Yapon" ona oradakı kluba getməyi təklif etmişdir. O, ona maddi cəhətdən imkanı olmadığını bildirmişdir. “Yapon" ona heç bir narahatlığa əsas olmadığını və bütün xərcləri özünün qarşılayacağını bildirmişdir. O, bu təkliflə razılaşmışdır. “Yapon" həmin kluba daxil olan zaman klubun bütün işçiləri və orada olan müştərilərlə görüşmüşdür. Görüşən bütün şəxslər həmin şəxsə “Yapon” deyə müraciət edirmişlər. Təxminən bir neçə dəqiqə sonra həmin klubu tərk etmişlər. “Yapon" yaxın məsafə olmasına baxmayaraq onu daimi olaraq endiyi Amerika səfirliyi yaxınlığındakı ara küçələrə aparmasını istəmişdir. O, “Yapon"-u düşürdükdən sonra yenidən onlayn formada proqram vasitəsi ilə fəaliyyət göstərməyə başlamışdır. 03 noyabr 2022-ci il tarixdə “Yapon" onunla əlaqə saxlayaraq Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsindən Ukrayna dairəsi istiqamətində köməkçi yolda yerləşən yerüstü piyada keçidinin yaxınlığından onu götürüb Amerika səfirliyinin yaxınlığına getməli olduğunu bildirmişdir. O, həmin ünvana gəlmişdir. Orada Yaponun əlində "Bolt Food"-a məxsus çanta olduğunu görmüşdür. Avtomobilinə əyləşmiş, ondan həmin çantanın onun avtomobilinin yuk yerində saxlamağını xahiş etmişdir. O ona ilkin olaraq narazılıq etmiş və bildirmişdir ki, avtomobillə taksi fəaliyyət; göstərir, yük yerinə müxtəlif sərnişinlərin yüklərini qoyur. “Yapon” təkidlə qalmağını xahiş etmiş o da, razılaşmışdır. Amerika səfirliyinin yaxınlığındakı ara küçələrdə Yapon avtomobildən enərək naməlum istiqamətdə hərəkət etmişdir . O da, həmişəki qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. 06 noyabr 2022-ci ıl tarixdə saat təxminən 18-19 aralığında Yapon əlaqə saxlamış və onu "28 May” metrostansiyası yaxınlığından götürməyini xahiş etmişdir. O da, cavabında hal-hazırda tıxac olduğunu gələ bilməyəcəyini bildirmişdir. Hal-hazırda “Neftçilər” metrostansiyası yaxınlığında olduğunu və həmin ünvana gəlməyi ona təklif etmişdir. Yapon bu təkliflə razılaşmış və metro vasitəsi ilə gələcəyini bildirmişdir. Təxminən yarım saat sonra Yapon onunla əlaqə saxlamışdır. O. onunla “Neftçilər” metrostansiyası yaxınlığındakı "Bakı" restoranının yanında görüşmüşdür. Yapon ona ”Səngər Pub” adlanan restoranın yaxınlığına getməli olduğunu bildirmişdir. Ora çatdıqda Yapon ondan yük yerində olan "Bolt Food'-a məxsus çantanı ona verməsini xahiş etmişdir. O avtomobilin yuk yerindən həmin çantanı götürüb arxa sərnişin oturacağında əyləşən Yapona vermişdir Ondan "Həzi Aslanov” metrostansiyası istiqamətində getməli olduğunu bildirmişdir. Həmin istiqamətdə hərəkətdə olarkən "Əhmədli" metrostansiyası yaxınlığında Yapon ondan ona 01 ədəd dönər və 01 ədəd ayran almağını xahiş etmişdir. Yaxınlıqdakı dönərxanadan 01 ədəd donər və 01 ədəd ayran almış, avtomobilə əyləşən zaman 01 ədəd dönər və 01 ədəd ayranı Yapona vermişdir. Yapon həmin dönər və ayranı "Bolt Food”-a məxsus çantanın içərisinə qoymuşdur. Saat təxminən 19:00 dəqiqədə “Həzi Aslanov” metrostansiyası yaxınlığında yerləşən yaşayış binalarının arasında “Al market”-in yaxınlığındakı dalanda Yapon ona dayanmağı bildirmişdir. Bu vaxt bir nəfər xanım ondan taksi sifariş verdiyini və həmin taksinin o olub-olmamağı barədə sual vermişdir. O, ona heç bir sifariş qəbul etmədiyini bildirdikdə arxada əyləşən Yapon da eyni cavabı vermişdir. O, Yapona baxan zaman əynində “Bolt Food”-a məxsus geyimin və başında motosiklet sürücülərinin istifadə etdiyi dəbilqə olduğunu görmüşdür. Yapon ondan burada dayanıb onu gözləməsini xahiş etmişdir. O, Yapona kuryerlik fəaliyyəti göstərməsi barədə sual vermiş, o isə heç bir kuryerlik fəaliyyəti göstərmədiyini və onu gözləməyini söyləmişdir. O, ona ilkin olaraq narazılığını bildirmişdir. Daha sonra isə ondan təkidlə xahiş etmişdir. Onda razılaşmış, Yapon avtomobildən enmiş və naməlum istiqamətdə getmişdir Təxminən 40 dəqiqə sonra Yapon gəlmişdir. Yapon avtomobilə yaxınlaşdıqda tənginəfəs olmuşdur. Artıq əynində başqa paltarlar olmuşdur. Yapon avtomobilə əyləşərək təcili avtomobili şəhər istiqamətində hərəkət etdirməsini tələb elmişdir. O həmin yerdən çıxıb 8 Noyabr prospekti istiqamətində hərəkətə başlamışdır. Yol boyu ona nə olduğunu və hər-hansı tibb müəssəsinə aparmağı təklif etmişdir. O isə. heç bir narahatlığa səbəb olmadığını və “20 Yanvar" metrostansiyası yaxınlığına getmək istədiyini bildirmişdir. Yapon həmin vaxt “Bolt Food”-a məxsus paltarda gedib başqa geyimdə qayıtmağı onda hər hansı hadisə törətməyinə şübhə yaratmışdır. O ondan ona məxsus olan mobil nömrəni silməsini tələb etmişdir. O da, onun tələbinə əməl edib bütün danışıqları və nömrəni silmişdir. “20 Yanvar” metrostansıyası yaxınlığında Yapon onu Sumqayıt şəhərinə aparmağını istəmiş o isə etiraz etmişdir. O avtomobilə 100 manat pul qoyaraq əvvəldən borclu olduğunu, hallalıq verməyini istəmiş və ondan onu Sumqayıta aparmağını istəmişdir O pulu götürsə də onu Sumqayıt şəhərinə aparamaqdan imtina etmişdir. Bu vaxt Yapon onu Amerika səfirliyinin yanınan aparmağını xahiş etmişdir. O, onun bu təklifinə də etiraz etmişdir. O, yenidən onu Nizami metrostansiyası yaxınlığına aparmağını xahiş etmişdir. O, bu təkliflə razılaşmışdır. Həmin ünvana çatdıqda ondan onun istifadəsində olan mobil telefon vasitəsi ilə taksi sifariş verməyini xahiş etmişdir. O, həmin yerdən Amerika səfirliyinin yaxınlığına taksi sifariş vermişdir. O, onun avtomobilindən enərək sifarişlə gələn avtomobilə əyləşmişdir. Həmin gündən sonra o, bir daha Yaponla nə əlaqə saxlamış, nə də görmüşdür. Baş vermiş hadisə barədə heç bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 12 noyabr 2022-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır; (i.v.1) - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsininin 17 noyabr 2022-ci il tarixli, 011-13481-1222№-li məktubundan görünür ki, Xətai RPİ-nin xx.xx.2022-ci il tarixli, 101-39274-1222 №-li məktubu vasitəsi ilə, xx.xx.2022ci il tarixdə, ünvan 6 ünvanda Zərərçəkmiş şəxs məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin Avtomatlaşdırılmış eyniləşdirilmə sisteminin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (Avtomatlaşdırılmış eyniləşdirilmə sisteminin məlumat bankına Nərimanov RPİ, Binəqədi RPİ və BƏSİİ-dən daxil olan) xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağı (setqa üzərindən) ilə eynilik təşkil etmişdir. Digər eynilik aşkar edilməmişdir; (i.v.35-36) - 12 noyabr 2022-ci il tarixli zərər çəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilmişdir; (i.v.21-22) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 14 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29.10 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Nərimanov rayon Məhkəməsinin hökmü ləğv edilərək bəraət verilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilmişdir; (i.v.39-40) - Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 1(005)- 220/2021 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Raqub oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Raqub oğluna təyin olunmuş və xx.xx.2021-ci il tarixə çəkilməmiş qalan 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs Raqub oğluna qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum elmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Raqub oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəli 08 fevral 2021-ci il tarixindən hesablanması hökm edilmişdir; (i.v.41-52) - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2022-ci il tarixli, 1(103)-234/2022 saylı hökmünün surətindən görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-220/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən ləğv edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir; (i.v.53-89) - 25 dekabr 2022-ci il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ittiham elan etmək üçün tutulması və onun barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs tutulduqda Xətai RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır; (i.v.90) - 25 dekabr 2022-ci il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır; (i.v.91) - 01 mart 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə axtarışa elan olunaraq, barəsində xx.xx.2022-ci il tarixdən 111241/22 saylı axtarış işi açılan xx.xx.1990-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, R.Axundov küçəsi ev 7, mən 14-də yaşayan Təqsirləndirilən şəxs Xətai RPİnin 36-cı PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X12 və PB-nin baş əməliyyat müvəkkili, polis mayoru X4 tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-ci il tarixdə saat 17:30-da saxlanılaraq Xətai RPİ-nin İŞ-nə gətirilmişdir; (i.v.94) - 01 mart 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə istintaq edilən ********* №-li cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır; (i.v.95) - 03 mart 2023-cü il tarixli şəxsin tanınması haqqında protokoldan görünür ki, tanınma zamanı tanıyan şəxs Şahid2 tanınmaya təqdim olunan 4 şəxs arasından 3 nömrəli sıra sayında olan Təqsirləndirilən şəxs göstərərək xarici əlamətlərinə və üz cizgilərinə görə tanıdığını bildirmişdir; (i.v.117-119) - 03 mart 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsindən həmin məcəllənin 180.2.3-cü maddəsinə tövsif edilmişdir; (i.v.125) - 03 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuşdur; (i.v.127-128) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 03 mart 2023-cü il tarixli, 4(011)-159/2023 saylı qərardan görünür ki, təqdimat və vəsatət qismən təmin edilmiş, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır; (i.v.146-149) - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 23 mart 2023-cü il tarixli 23/231 №-li ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 8 ünvanda Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 18 ədəd kağız parçasının üzərinə yapışdırılmış 16 ədəd şəffaf yapışqanlı lent və 02 ədəd daktoplyonka kəsikləri üzərlərində olan əl izlərindən 08 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloskopik xəritəsi müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 03 ədədi xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük, orta və adsız barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 05 ədəd əl-barmaq və 01 ədəd ovuc izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir; (i.v.165- 177) - 24 mart 2023-cü il tarixli sübutların qiymətləndiriləməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cu il tarixdə Azərbaycan Respublikası CM-in 180.2.3cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş uzrə məhkəmə-daktiloskopik ekspertizasının rəyi və istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı uçun iş üzrə subut novu kimi qəbul edilmiş və cinayət işinə əlavə edilmişdir; (i.v.178-184) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 31 mart 2023-cü il tarixli, 4(011)-217/2023 saylı qərardan görünür ki, təqdimat təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirləndirilən sexs Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 (on beş) gün, ümumilikdə 01 ay 15 gün müddətinə, yəni 16 aprel 2023-cü il tarixədək uzadılmışdır; (i.v.207-211) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 4(011)-261/2023 saylı qərardan görünür ki, təqdimat təmin edilmiş, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 (on beş) gün olmaqla, 02 (iki) ay müddətinə, yəni 01 may 2023-cü il tarixədək uzadılmışdır; (i.v.222- 227) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 31 mart 2023-cü il tarixli, 4(011)-217/2023 saylı qərardan görünür ki, ********* saylı cinayət işi üzrə xüsusi qərarın təsviri hissəsində göstərilən Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 yol verdiyi qanun pozuntusu barədə müvafiq tədbir görülməsi üçün hazırkı xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə göndərilməsi qərara alınmışdır; (i.v.244) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 1(011)-301/2023 saylı qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır; (i.v.251-252) - Zərərçəkmiş şəxs 26 may 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən ona dəymiş 2 (iki) min manat tam olaraq ödənilmiş və onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs qarşı şikayəti və maddi tələbi yoxdur; - Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 1(011)-301/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(011)-301/2023 saylı cinayət işi üzrə məhkəmətibbi ekspertizası təyin edilmişdir; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2023-cü il tarixli, 3/1461 №-li ekspert rəyindən görünür ki, 1(011)-301/2023 №-li cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” və “b” əlbarmaq izləri, 2 saylı daktilolentin səthindəki papilyar naxış izi, 3,4 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri, 5,6 saylı daktilolentlərin səthlərindəki "a" əl-barmaq izləri, 7 saylı daktilolentin səthindəki ovuc izi müqayisəli tədqiqat üçün yararlıdır. 1(011)-301/2023 №-li cinayət işi üzrə tədqiqata dqiqata təq təqdim edilmiş 1 saylı daktilolentin səthindəki "a" və "b" əl-barmaq izləri Təqsirləndirilən şəxs sol əlinin orta və adsız barmaqlarından, 2 saylı daktilolentin səthindəki papilyar naxış izi isə onun sol əlinin böyük barmağından qalmışdır. Tədqiqata təqdim edilmiş 3,4 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri, 5,6 saylı daktilolentlərin səthlərindəki "a" əl-barmaq izləri, 7 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdılar. Tədqiqata təqdim edilmiş 5,6,8-18 saylı daktilolentlərin səthlərindəki əl-barmaq, papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdılar; - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 12 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 sentyabr 2018-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi ilə əlaqədar 20 oktyabr 2017-ci il tarixli qanuna əsasən cəzası 07 il 06 aya endirilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29.10 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Nərimanov rayon Məhkəməsinin hökmü ləğv edilərək bəraət verilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilmişdir; - 28 dekabr 2020-ci il tarixli ittiham aktının təsdiq edilmədən cinayət işinin əlavə istintaqa qaytarılması haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Binəqədi RPİ-nin İŞnin baş müstəntiqi, polis mayoru X13 tərəfindən tərtib edilmiş ittiham aktı təsdiq edilməsin və cinayət işi əlavə ibtidai istintaq aparılmasından ötrü Binəqədi RPİ-nin İŞ-nə qaytarılmışdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X15 20 may 2024-cü il tarixli canlı şəxsin ekspertizasının 240/MEŞ №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs "Sol əlinin böyük orta və adsız barmaqlarında çapığın" mövcudluğu faktını və həmin çapığın 06 noyabr 2022-ci il tarixdən əvvələ uyğun gəlibgəlməməsinin dəqiqləşdirilməsi ilə əlaqədar məhkəmə-tibbi meyarları nəzərə alaraq demək olar ki, çapıqların xarici xüsusiyyətlərinə görə, hal hazırkı vaxtdan 1,5 ilə qədər olan müddətdə təxmini əlamətləri haqqında fikir söyləmək mümkündür. Lakin 1,5 ildən artıq vaxt keçdikdən sonra çapıqlar öz daimi görkəmlərini alır, nazikləşir, atrofiyalaşır, parlaq və bəzən qabarıq olur. Bu halda törənmə müddətlərinin dəqiqləşdirilməsi məhkəmə-tibbi kriteriyalarla mümkünsüz olur. Yəni hazırkı vaxtda hadisədən 2 il keçdiyini nəzərə alaraq barmaqda çapığın hadisədən əvvəl yaranması ilə bağlı qəti fikir söyləmək mümkün deyildir. Beləliklə, məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs “06 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 9 ünvanında yerləşən 238 saylı mənzilə mətbəx otağının eyvanından mətbəxin açıq qapısınından qanunsuz olaraq içəri daxıl olmuş, mənzilin yataq otağında olan yataq dəstinin üzərindəki döşəyın altında 2000 manat məblğində pulu gizli taladıqdan sonra taladığı əmlakı ələ keçirərək həmin mənzili tərk edərkən 2000 manat məbləğində pulun talanması hərəkətlərinin binanın texniki işlərinə nəzarət edən Şahid2 tərəfindən aşkar olunmasını yəqin edib ələ keçirdiyi əmlakı sərəncamında saxlamaq məqsədilə hadisə yerindən qaçaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 2000 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etməsi” üzrə əməli Cinayət Məcəlləsinin 180.2.3 madəsi ilə düzgün tövsif edilməmişdir. Onun həmin hadisə üzrə törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə tövsif edilməli olduğuna dair mövqeyini məhkəmə aşağıdakılarla əsaslandırır. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. X11 4-5-ci bəndlərinə görə özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgə əmlakını açıq yolla talayaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla soyğunçuluq cinayətini törətməsi ilə bağlı məhkəməyə hər-hansı bir sübüt təqdim edə bilməmişdir. İş üzrə dindirilmiş Zərərçəkmiş şəxs hadisəni birbaşa görmədiyindən, yalnız kommendantın ona zəng vurmasını, həmin şəxsin onunla danışmaq istədiyini bildirmişdir. O, telefonla həmin şəxslə danışan zaman ona yaşadığı mənzildə nə işi olduğunu və oranı tərk etməsini bildirmişdir. Həmin şəxs ona cavabında “heç bir problem olmadığını” bildirmişdir. O, tez ondan telefonu Əlövsətə verməsini tələb etmişdir. Əlövsət telefona cavab verənədək artıq həmin şəxsin oradan uzaqlaşdığını bildirmişdir. İş üzrə dindirilmiş Şahid2 həmin mənzilin işığının yandığını görüb ev sahibi ilə əlaqə saxlamış və ona bu barədə məlumat vermişdir. Ev sahibinin ona yaşadığı mənzilə getməyi xahiş etmişdir. O, həmin mənzilin dəhlizlə yaxın olan hissəsində eyvana yaxınlaşdıqda orada bir nəfər şəxsin olduğunu görmüşdür. Ona həmin mənzildə nə etdiyi barədə sual verdiyini, o isə, cavabında həmin mənzilin sahibi ilə qohum olduğunu və mənzilin giriş qapısını açaraq ona mənzilin açarının da onda olduğunu bildirmişdir. Mənzildən çıxaraq mənzilin qapısını açarla bağlamışlar. Həmin şəxsi ev sahibi ilə telefonla danışdırdığını, danışan zaman həmin şəxs heç bır problem olmadığını bildirmişdir. Onun telefonunu geri qaytardıqdan sonra həmin şəxs qaçaraq oradan uzaqlaşdığını bildirmişdir. İş üzrə dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxsi özünü ona Yapon ləqəbi ilə təqdim etmişdir. Ona onunla daimi taksi kimi fəaliyyət göstərməyi təklif etmişdir. Həmin tarixdə saat təxminən 19:00 dəqiqədə “Həzi Aslanov” metrostansiyası yaxınlığında yerləşən yaşayış binalarının arasında “Al market”-in yaxınlığındakı dalanda Yaponu düşürtmüşdür. Onun əynində “Bolt Food”-a məxsus geyimin və başında motosiklet sürücülərinin istifadə etdiyi dəbilqə olduğunu görmüşdür. Yapon ondan burada dayanıb onu gözləməsini xahiş etmişdir. Yapon avtomobildən enmiş və naməlum istiqamətdə getmişdir Təxminən 40 dəqiqə sonra Yapon gəlmişdir. Yapon avtomobilə yaxınlaşdıqda tənginəfəs olmuşdur. Artıq əynində başqa paltarlar olmuşdur. Yapon avtomobilə əyləşərək təcili avtomobili şəhər istiqamətində hərəkət etdirməsini tələb elmişdir. Məhkəmə qeyd edir ki, soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirkar cinayəti açıq şəkildə, yəni zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir və bu cinayət çox hallarda şəxsiyyətə fiziki və ya psixi zor tətbiq etməklə müşayiət olunur. Bütün bunlar talamanın digər formalarına nisbətən soyğunçuluğun ictimai təhlükəliliyini artırmış olur. Hüquq ədəbiyyatında qeyd edilmişdir ki, talamanın açıq olmasını müəyyən etmək üçün obyektiv və subyektiv meyarlardan istifadə edilir. Obyektiv meyarın mahiyyəti ondan ibarətdir ki, özgənin əmlakını talama mülkiyyətçinin və ya kənar şəxslərin gözü qarşısında baş verir və onlar bu hərəkətin cinayət olduğunu dərk edirlər. Subyektiv meyarın mahiyyəti ondan ibarətdir ki, təqsirkar onun hərəkətlərinin mülkiyyətçi və ya kənar şəxslər tərəfindən müşahidə edildiyini, yəni özgənin əmlakını açıq taladığını dərk edir. Bu meyarların olması əməlin soyğunçuluq kimi tövsif edilməsinə əsas yaradır. Burada üstünlük subyektiv meyara verilir. Ona görə də təqsirkar özünün özgənin əmlakını talamadan ibarət cinayətkar hərəkətinin kənar şəxslər tərəfindən müşahidə edildiyini hesab edirsə, lakin həmin şəxslər təqsirkarın hərəkətinin mahiyyətinin dərk etmirlərsə, əməl yenə də soyğunçuluq kimi tövsif ediləcəkdir. “Açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır.” Hazırkı halda təqsirkar əmlakı talayarkən bunu əmlak sahibinin və ya digər şəxsin gözü qarşısında etməmişdir. Təqsirləndirilən şəxsin taladığı əmlakı özündə saxlamağa cəhd etməsilə bağlı məhkəmə hesab edir ki, hadisəni aşkar etmiş şəxsin nəinki bu əmlakın geri alınması ilə bağlı hərəkətləri olmamış hətta belə bir əmlakın talanması barədə məlumatı da olmamışdır. Binanın texniki işlərinə nəzarət edən şəxs hər hansı əmlakın talanmasını aşkar etsəydi və onun geri qaytarılmasını tələb etsəydi o halda təqsirləndirilən şəxsin hərəkətləri talanmış əmlakın özündə saxlanılmasına cəhd kimi qiymətləndirilə bilərdi. Əmlakın təqsirləndirilən şəxs tərəfindən özündə saxlamağa çalışması üçün həmin əmlak ən azından geri tələb edilməli idi. Hazırkı halda görünür ki, kənar şəxs özgə əmlakının geri qaytarılması üçün heç bir tədbir görməmişdir. Kənar şəxsin telefon zəngi ilə təqsirləndirilən şəxs ilə ev sahibini danışdırmağa çalışmışdır. Bu ona dəlalət edir ki, həmin şəxs təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqazidd olmasına tam əmin deyildir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı ünvan 9 ünvanında yerləşən 238 saylı mənzildən etdiyi oğurluq cinayətini açıq şəkildə, yəni zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törətməmiş, həmçinin onun hərəkətlərinin mülkiyyətçi və ya kənar şəxslər tərəfindən müşahidə edildiyini görməmiş, kənar şəxs tərəfindən hər hansı əmlakın talanması aşkar edilməmiş və ya talanmış əşyanın qaytarılması tələb edilməmişdir. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək Təqsirləndirilən şəxs əməlinə zərərçəkmiş şəxsə qarşı yaşayış sahəsinə qanunsuz daxil olaraq özgə əmlakını açıq yolla talayaraq zərərçəkmiş şəxsə xeyli ziyan vurmaqla soyğunçuluq etməsi barədə verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapmaması nəticəsinə gəlir. İstintaq orqanı Təqsirləndirilən şəxs özgənin əmlakını talaması barədə əsassız olaraq açıq talama, yəni soyğunçuluq kimi törətməsi barədə səhv nəticəyə gələrək ona CM-in 180.2.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür ki, həmin ittiham əsasında Təqsirləndirilən şəxs göstərilən maddə ilə cinayət məsuliyyətinə cəlb olunması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı mənzildən oğurluq etməməsinə, onun barmağında uzun illərdir çapıq olmasına baxmayaraq hadisə yerindən götürülmüş barmaq izlərində çapıq izlərinin olmamasına dair verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Təqsirləndirilən şəxsin ifadəsi şahid ifadələri və digər sübutlarla təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxsdən fərqli olaraq, şahidlərə və zərərçəkmiş şəxslərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyyət olmamasını nəzərə alaraq və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşması həmin ifadələrinin daha mötəbər olmasına inanır. Müdafiə tərəflərinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri və maddi sübutlarla ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs 06 noyabr 2022-ci il tarixdə saat 20 radələrində ünvan 3 ünvanında yerləşən 238 saylı mənzilə mətbəx otağının eyvanından mətbəxin açıq qapısınından qanunsuz olaraq içəri daxıl olaraq Zərərçəkmiş şəxs əmlakını gizli olaraq talayaraq ona ümumilikdə 2000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və vurulan zərərin əvəzinin ödənilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər talama cinayəti törədərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və yenidən analoji cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 01 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Ekspertiza tədqiqatının dəyəri 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Hadisə yerindən götürülmüş əl izləri nümunələri cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə. hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 01 mart 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Hadisə yerindən götürülmüş əl izləri nümunələri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar