Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-25/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Peşə Litseyinin yataqxanası, otaq 117-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0,544 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 15 mart 2024-cü il tarixdə, saat 11:20-da ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 44-cü PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,544 qram açıq-bozumtul rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, 15 mart 2024-cü il tarixdə səhər saat 10 radələrində polis əməkdaşları onu evdən yatdığı yerdə gəlib aparmışlar. Sonra isə ona izahat yazdırmışdırlar ki, Neftçilərdə olmuş və orada tanımadığı şəxsdən narkotik almışdır. Guya o narkotik alıb gəlib və daha sonra onu tutmuşdurlar. Onu məhkəməyə sanksiyaya gətirəndə o hakimə bildirmişdir ki, onu analizə göndərsinlər, əgər ondan narkotik çıxsa nə desələr razıdır, lakin müstəntiq bildirmişdir ki, onun axtarışı var və həbs olunsun. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 15 mart 2024-cü il tarixdə Polis Şöbəsinə məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Xətai rayonu, Neapol küçəsi 43 ünvanda və oraya yaxın yerlərdə mütəmadi olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olur. Məlumatı aldıqdan sonra tərəfindən Şöbə rəisinə məruzə olunmuş və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qrupun rəhbəri özü və üzvü Şöbənin sahə inspektoru, polis leytenantı Şahid2 təyin olunmuşdur. Həmin günü Xətai rayonu, Neapol küçəsində müşahidə aparmağa başlamışlar. Saat 11:20-də həmin küçənin 43 saylı ünvanın yaxınlığında Təqsirləndirilən şəxs bənzəyən bir şəxsi görüb ona yaxınlaşmışlar. Həmin şəxsə özünü təqdim etməyini xahiş etdikdə Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etdikdə razılaşmış və Şöbəyə gedərək bu barədə PŞ-nin rəsinə raportla məruzə etmişlər. PŞ-nin xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər hansı maddə və ya əşya varsa təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin maddənin nə olması soruşulduqda bildirmişdir ki, həmin maddə kakos kimi tanıdığı narkotik vasitədir, onu həmin günü saat 10.50 radələrində Neftçilər Metrostansiyasının yaxınlığından tanımadığı şəxsə 10 manat verib özü üçün istifadə etmək məqsədi ilə əldə edib üzərində saxlamışdır. Sonra üzərinə axtarış davam etsə də qanunla qadağan olunmuş hər hansı bir maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra həmin maddə bükümü ilə ölçülmüş və 0,61 qram olması müəyyən edilmişdir. Daha sonra həmin büküm zərfə qoyularaq möhürlənmiş və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, Muradəli ilə bağlı əvvəllər də məlumatlar daxil olmuşdur, həmin vaxt onun özünə pis əməllərdən çəkinməsi barədə şifahi xəbərdarlıq edilmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsi Şahid2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq edir. Məhkəmə iclas zalında elan edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində bildirmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Sonuncu dəfə 15 mart 2024-cü il tarixdə Neftçilər metrosunun yaxınlığında tanımadığı şəxsdən 1 ədəd bükümdə narkotik vasitə heroini 10 manata şəxsi istifadəsi üçün alıb üzərində saxlamış və həmin günü saat 11:20 radələrində ünvan 7 ünvanının yaxınlığında olduğu zaman ona mülki geyimli əməkdaşlar yaxınlaşıb polis işçiləri olduqlarını və onu polisə dəvət etmişlər. O polis əməkdaşları ilə birlikdə Xətai RPİ- nin 34-cü PŞ-nə getmiş və orada xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 1 büküm maddəni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin maddənin nə olması soruşulduqda narkotik vasitə olan heroin olduğunu və özü üçün istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Uzun müddətdir narkotik vasitə istifadə etsə də, narkotik vasitə və ya psixotrop maddəni heç kimə satmamış və pay verməmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 16 mart 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaq aparılmışdır; (i.v.1) - 15 mart 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərardan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Ağdam şəhəri, M.F.Axundov küçəsi, ev 70-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 43, 2 saylı yataqxana, mənzil 117-də yaşayan, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlaması və gəzdirilməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədan məlumat daxil olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsülları vasitəsilə qeyri-mümkünlüyünü nəzərə alaraq Ağdam şəhəri, M.F.Axundov küçəsi, ev 70-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 43, 2 saylı yataqxana, mənzil 117-də yaşayan, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması qərara alınmışdır; (i.v.5-6) - Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin 15 mart 2024-cü il tarixli əməliyyat qrupunun yaradılması barədə əmrindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Ağdam şəhəri, M.F.Axundov küçəsi, ev 70-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 43, 2 saylı yataqxana, mənzil 117-də yaşayan, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlaması, isitfadə etməsi və gəzdirməsi barədə ehtimal doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün Arərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri - Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, qrupun üzvü - Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru polis leytenantı Şahid2 olmuşdur; (i.v.9) - 15 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdə saat 11:20-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v.26) - 15 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddəni çıxararaq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrin nə olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynində olan göy rəngli idman şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə (kakos) heroindir. Qeyd olunan maddələri necə əldə etməsini soruşduqda o, şəxsi istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, Neftçilər metrostansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat dəyərində nağd şəkildə aldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində gəzdirilməsini və satışını həyata keçirilməsi ilə bağlı verilən suala o, narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir; (i.v.37-38) - Cinayət işində olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd “DVD-R” disk sübut kimi tanınmışdır; (i.v. 39) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fizikikimyəvi ekspertizalar şöbəsinin ekspertinin 3-16-16/2-6/1552 nömrəli 15 mart 2024-cü il tarixli rəyində göstərilmişdir ki, tədqiqat obyekti üzərində AR DİN “Zərflər üçün № 152” möhür əksi, “Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,544 qram açıq-bozumtul rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi – 0,544 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,494 qram; (i.v.45-49) - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X6 09 dekabr 2014-cü il tarixdə 273 №-li qeydlə nikah bağlamışlar; (i.v.51) - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 17 iyun 2019-cu il təvəllüdlü X1 Muradəli Adil oğlunun övladıdır; (i.v.51) - 16 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir; (i.v.57-58) - 16 mart 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında “DVD-R” disk üzrə videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təhqiqatçı Elçin Qəhrəmanlının qarşısında oturmuş şəxs, Bakı şəhəri 13 saylı hüquq bürosunun vəkili X5r. Xidməti otaqda təhqiqatçı Elçin Qəhrəmanlının sol tərəfində ayaq üstə dayanmış şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sağ və sol yanında dayanmış şəxslər-adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Xətai RPİnin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2dur. Video çəkilişin davamında təhqiqatçı Elçin Qəhrəmanlı Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izahedir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf bükümü çıxarıb masanın üzərinə qoyur. Daha sonra təhqiqatçı Elçin Qəhrəmanlı həmin bükümdə nə olmasını soruşduqda, Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi 01 ədəd şəffaf bükülünün içərisində ki, heroin kimi tanıdığı narkotik vasitədir, onu xx.xx.2024-cü il tarixdə, saat 10:50 radələrində Neftçilər metrosunun yaxınlığından tanımadığı şəxsdən 10 manata özü üçün istifadə etmək məqsədi ilə aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs digər qanunsuz əşya və predmet olduğu soruşulmuş və təhqiqatçı Elçin Qəhrəmanlı tərəfindən üzərinə şəxsi axtarış aparıldı. Qeyd olunanlardan əlavə Təqsirləndirilən şəxs üzərindən və geyim əşyalarında hər hansı bir əşya və ya maddə aşkar edilmir. Həmin bükümün çəkisini müəyyən etmək üçün elektron tərəziyə qoyur və bükümdə olan Təqsirləndirilən şəxs heroin adı ilə tanıdığı narkotik vasitə Heroinin 0,61 qram olması müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd içərisində narkotik vasitə heroin olan bükümü görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün" 151 saylı möhürü ilə möhürlənir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanır; (i.v.72-73) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 4(011)-217/2024 saylı, 16 mart 2024-cü il tarixli qərarının surətindən görünür ki, təqdimat və vəsatət təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 15 mart 2024-cü il tarixdən hesablanmışdır; (i.v.80-82) - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Bakı Baş Səhiyyə Mərkəzi” X13 7 nömrəli Şəhər Poliklinikasının 02 may 2024-cü il tarixli məktubdan görünür ki, xx xxx 1992-ci il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, Neapol küç.43 ünvanında yaşayan Təqsirləndirilən şəxs psixiatr müşahidəsində deyil; (i.v.94) - Yataqxanada məskunlaşmış məcburi köçkünlərlə iş üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, o ailə üzvləri ilə birlikdə Xətai rayonu, Neapol küçəsi 43 ünvanda yerləşən Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında məskunlaşmışdır. Yataqxanada məskunlaşdığı müddətdə yataqxana rəhbərliyinə şifahi və ya yazılı şikayət daxil olmamışdır. Yataqxanada yaşadığı müddətdə o özünü nizam-intizamlı şəxs kimi aparmışdır; (i.v.95) - Yataqxanada məskunlaşmış məcburi köçkünlərlə iş üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 may 2024-cü il tarixli arayışdan görünür ki, Ağdam rayonundan məcburi köçkün olan Təqsirləndirilən şəxs Xətai rayonu, Neapol küçəsi 43 ünvanında yerləşən Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında məskunlaşmışdır; (i.v.96) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 27 aprel 2024-cü il tarixli tələbnamədən, Bakı şəhəri Xətai rayon məhkəməsinin 31 may 2020-ci il tarixli, 1(011)-105/2020 saylı hökmünün və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2020-ci il tarixli, 1(103)- 671/2020 saylı qərarından görünür ki, sonuncu dəfə Bakı şəhəri Xətai rayon məhkəməsinin 31 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək Təqsirləndirilən şəxs cəzası 11 ay 28 gün azadlıqdan məhrumetmə ilə əvəz olunmuş və 26 oktyabr 2021-ci il tarixdə cəzası başa çatmışdır. Qüvvədə olan Azərbaycan Respublikasının CM-in 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzalarını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunurlar. Buna görə də Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs hesab olunmuşdur; (i.v.99-101) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 1(011)- 293/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir; (i.v.112-120) - Respublika Psixiatriya Xəstəxanasının 14 may 2024-cü il tarixli 6160№-li məktubundan görünür ki, xx xxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır; (i.v.121) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxs ambulator məcburi narkoloji tibb ekspertinin xx.xx.2024-cü il tarixli 3169 saylı rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v.122-123) - 14 may 2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 16 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir; (i.v.124-127) - Bakı şəhər Səbail Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli 1(009)-12/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli bilinərək cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həbsdə olduğu 2 gün həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2024-cü il tarixli, 1(103)-1605/2024 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Baş prokurorun müavini tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli 1(009)-12/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası müddəti 02 (iki) il 06 (altı) ay müddətinə artırılmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarlar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçənin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişinə, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına və digər sübutlara əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar hansılar ki, 15 mart 2024-cü il tarixdə səhər saat 10 radələrində polis əməkdaşları onu evdən yatdığı yerdə gəlib aparması, onun həmin vaxt Neftçilərdə olması və orada tanımadığı şəxsdən narkotik almasını izahat yazdırmaları barədə dedikləri həqiqətə uyğun deyil. Belə ki, məhkəmə iclasında maddi sübut kimi tanınmış diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, şəxsi axtarış və götürmə aparılması zamanı ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddəni çıxararaq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrin nə olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynində olan göy rəngli idman şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə (kakos) heroindir. Qeyd olunan maddələri necə əldə etməsini soruşduqda o, şəxsi istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, Neftçilər metrostansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat dəyərində nağd şəkildə aldığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunması və himayəsində azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,544 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Həmçinin birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1605/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzasına qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 14 aprel 2023-cü il tarixdən 15 aprel 2023-cü il tarixədək, 30 avqust 2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixədək tutulduğu müddətlər nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını hazırda cəza çəkdiyi ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 15 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,494 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunduğu qeyd edilən iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 260 (iki yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1605/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 15 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,494 qram narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saat iş saatına görə 260 (iki yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-25/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-25/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver