Məhkəmə qərarları › İş №1(011)-250/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-250/2021

25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-250/2021 25.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1981-ci ildə Göyçay rayonu, Şəhadət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göyçay rayonu, Şəhadət kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi nömrəsiz evdə kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 13 noyabr 2016-cı il tarixdə saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən və Zərərçəkmiş şəxs1 yaşadığı nömrəsiz fərdi yaşayış evinin qarşısına gəlmiş, həmin evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub, evin həyətdə olan divarına bərkidilmiş bir ədəd 450 (dörd yüz əlli) manat qiymətində «Airfel 24» markalı istilik sistemi kombi aparatını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 10 dekabr 2016-cı il tarixdə saat 23 radələrində alkoqol sərxoşluğu vəziyyətində ünvan 1 ünvanda yerləşən və Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin qarşısına gəlmiş, həmin evə pəncərəsinə bərkidilmiş dəmir barmaqlığı sıxıb, çıxararaq pəncərədən qanunsuz daxil olub, evin yuyunma otağında quraşdırılmış bir ədəd 500 (beş yüz) manat qiymətində «İmerqaz» markalı istilik sistemi kombi aparatını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, şatış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əldə edib, saxlamaqla üzərində daşıyaraq 01 fevral 2021-ci il tarixdə saat 11:00 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən 22 saylı yaşayış binasının yaxınlığına gəlmiş, həmin vaxt Xətai RPİ-in 35-ci PB-in əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 2 ünvanında yerləşən 35-ci PB-in inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sol yan cibindən kağız parçasına bükülmüş 01 ədəd şəffaf sellofan bükümdə 0,175 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid3 ilə dini kəbinli, qeyri-rəsmi nikah əsasında ərarvad münasibətlərində birgə yaşayır. O, əvvəllər bir dəfə Xətai Rayon Məhkəməsi tərəfindən 28 noyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Amnistiya Qərarına əsasən, azadlığa çıxmışdır, fərdi qaydada şəxsi evlərdə rəngsazlıq etməklə ailəsini dolandırır. O, 2016-cı ildə ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsində kirayədə yaşamış, azadlığa çıxandan sonra bir müddət işləsə də, 2016-cı ilin noyabr-dekabr aylarında maddi cəhətdən vəziyyəti yaxşı olmamış, bu səbəbdən, müxtəlif evlərdən oğurluq etməklə bir qədər pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə, 13 noyabr 2016-cı il tarixdə axşam saat təxminən 18 radələrində oğurluq etmək məqsədi ilə əvvəllər görmədiyi Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində nömrəsiz bir evin yanından keçərkən evin işığının yanmadığını görmüş və hasardan aşaraq həyətdə olan evin çöldən divarına bərkidilmiş kombi aparatına bərkidilmiş boruları açaraq kombini qucağına götürmüşdür. Sonra həyətin darvazasını taybatay açaraq çölə çıxmış, təxminən 300 metr qabaqda «VAZ 21011» markalı, dövlət nömrəsini görmədiyi taksini saxlatdırıb həmin avtomobilə əyləşmiş və oğurladığı kombi aparatını Xətai rayonu, H.Aslanov qəsəbəsi, Zığ şosesində yerləşən kirayə yaşadığı nömrəsiz evə aparmışdır. O, 2014-2015-ci illərdə təsadüfən metronun «28 May» stansiyasının yaxınlığında «Əli» adlı şəxslə tanış olmuş, tanış olduğu zaman Əli ona əslən Yevlax rayonundan olduğunu, metronun «28 May» stansiyasının yaxınlığında yerləşən avtodayanacaqda işlədiyini demişdir. O, oğurladığı kombi aparatını 3-4 gün sonra evinə çağırdığı «Əli» adlı şəxsə 350 (üç yüz əlli) manata satmış, «Əli» adlı şəxsə satdığı kombi aparatının pullarının bir qismi ilə kirayə haqqını ödəmiş, qalanını isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan əlavə, o, 10 dekabr 2016-cı il tarixdə axşam saatlarında Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən pivəxanaların birində təxminən 9-10 bokal pivə içmiş və sonra Həzi Aslanov qəsəbəsi ilə kirayə yaşadığı evə piyada getmiş, həmin vaxtı Xətai rayonu, Həzi Aslanov qəsəbəsi 12-ci dairə adlanan küçəsi ilə gedərkən həmin küçədə yolun kənarında yerləşən iki mərtəbəli evin işığının yanmadığını görmüş və həmin evdə yaşayış olmadığını başa düşdüyü üçün evə girib oğurluq etmək qərarına gəlmişdir. Həmin gün saat təxminən 23:30 radələrində o, həmin evin küçəyə baxan birinci mərtəbəsində yerləşən pəncərəsinə yaxınlaşmış, pəncərənin üzərinə vurulmuş dəmir barmaqlıqların evə birləşən birinin yerindən boşaldığını görüb həmin dəmir barmaqlığı əli ilə tutub dartaraq yerindən çıxartmışdır. Sonra əli ilə güc verib pəncərəni arxaya itələmiş və pəncərəni açıb oradan evə daxil olmuşdur. O, evə daxil olandan sonra evin otaqlarını gəzmiş və evdə adam olmadığına tam əmin olmuş, həmin evin yuyunma otağında quraşdırılmış kombi aparatını söküb götürmək istəmiş, lakin orada kombi aparatını açmaq üçün açar tapmamışdır. Ona görə də, həmin evə daxil olduğu yolla, yəni pəncərədən çıxıb öz evinə getmişdir ki, açar gətirsin. Onun yaşadığı ev ilə həmin evin arasında təxminən 500 metr məsafə olduğundan, o, evdən qaz açarını götürüb yenidən həmin evə qayıtmış və eyni üsulla, pəncərədən girməklə həmin evə daxil olmuş, sonra yuyunma otağına keçmiş və özü ilə apardığı qaz açarı ilə kombi aparatını sökmüşdür. O, kombi aparatını qucağına götürüb pəncərədən çölə çıxmış, evdən təxminən 20 metr aralıda, yolun kənarında olan zibil qutularının arxasında kombi apartını yerə qoyub orada gizlətmişdir. Sonra piyada əsas yola çıxmış, yoldan keçən markası və dövlət nömrə nişanına fikir vermədiyi taksi avtomobilini saxlatdırıb həmin avtomobillə zibil qutularının yanına getmiş, orada kombi aparatını yerdən götürüb taksinin yük yerinə qoymuş və öz yaşadığı evə aparmışdır. O, oğurladığı həmin kombi aparatını yaşadığı evdə qoymuş, oğurladığı kombi aparatını təxminən 5-6 gün evdə saxladıqdan sonra onu da əvvəllər tanıdığı «Əli» adlı şəxsə 500 (beş yüz) manata satmışdır. Lakin kombi aparatını alandan təxminən 3-4 gün sonra Əli həmin dayanacaqdan işdən çıxmış və o, Əli ilə bir daha görüşməmiş, Əlinin yaşadığı və hazırda işlədiyi ünvanı bilməmişdir. Onun ikinci dəfə oğurladığı kombi aparatı ağ rəngli olmuş, üzərinə «İmerqaz» sözü yazılmışdır. O, iki dəfə kombi aparatlarını tək oğurlamış, ona heç kim kömək etməmiş və yanında da heç kim olmamışdır, oğurluq etməsi barədə o, heç kimə heç bir məlumat verməmişdir. Birinci taksi avtomobilinin sürücüsünə kombi aparatının təmir işləri gördüyü evin sahibi tərəfindən ona əmək haqqı əvəzi verildiyini, ona görə də, özü ilə apardığını, ikinci taksi sürücüsünə isə, kombi aparatını zibil qutularının yanından tapdığını, özü usta olduğu üçün kombi aparatının işlək vəziyyətdə olduğunu gördüyü üçün onu zibil qutuların yanından tapıb özü ilə apardığını demişdir. «Əli» adlı şəxs onun satdığı kombi aparatlarının oğurluq olduğunu bilməmiş, çünki Əliyə də demişdir ki, həmin kombi aparatları usta işlədiyi ev sahibləri tərəfindən ona zəhmət haqqının bir hissəsi kimi verilmişdir. O, kombi aparatlarını satarkən Əliyə heç bir sənəd verməmiş, Əli də onu tanıdığı üçün heç bir sənəd istəməmişdir. O, təxminən bir il olar ki, el içində “kakos” kimi tanınmış narkotik vasitə olan heroini inyeksiya, yəni məhlul şəklində damarına iynə ilə vurmaqla qəbul etmişdir, bu müddət ərzində narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən əldə etmişdir. 01 fevral 2021-ci il tarixdə saat təxminən 09:00 radələrində hava almaq məqsədi ilə yaşadığı evdən çıxmış və piyada olaraq metronun «Əhmədli» stansiyasının yaxınlığına getmişdir. Orada olarkən əvvəllər bir neçə dəfə həmin yerdə gördüyü və narkotik vasitə aludəçisi kimi tanıdığı «İsmayıl» adlı şəxslə təsadüfən qarşılaşmış, İsmayılla görüşüb söhbət etdiyi zaman İsmayıla narkotik vasitə qəbul etmədiyi üçün bədənində ağrıların olduğunu demiş və narkotik vasitə istəmişdir. İsmayıl ona məlum olmayan şəxsdən özü üçün 20 manat məbləğdə pula bir büküm “kakos” adlandırılan narkotik vasitə heroin aldığını demiş, o, İsmayıldan xahiş edib 20 manat məbləğdə pul verərək həmin bükümü almış və əynində olmuş göy rəngli cins şalvarın sol yan cibinə qoymuş, içərisində narkotik vasitə olan büküm şəffaf sellofan materialdan olmaqla, kağız parçasının arasında olmuşdur. Bundan sonra o, bir az piyada gəzmək qərarına gəlmiş, piyada olaraq «Neapol» dairəsi istiqamətində hərəkət etmişdir. Həmin gün, saat təxminən 11 radələrində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən 22 saylı yaşayış binasının yaxınlığına çatdıqda, iki nəfər polis əməkdaşı ona yaxınlaşmışlar, özlərini təqdim edib 35-ci Polis bölməsinin əməkdaşları olduqlarını bildirmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib 35-ci Polis bölməsinə dəvət etmişlər. O, könüllü olaraq polis əməkdaşları ilə birlikdə xidməti avtomobillə 35-ci Polis Bölməsinin inzibati binasına getmiş, orada hüquqlarını müdafiə etməsi üçün vəkil ilə təmin edildikdən sonra ona qanunvericiliklə müəyyən edilmiş hüquqları və vəzifələri izah edilmiş, sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşı ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşyanın olub-olmamasını soruşmuş, olduğu halda, könüllü təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra o, həmin gün saat 09 radələrində metronun «Əhmədli» stansiyasının yaxınlığında «İsmayıl» adlı şəxsdən 20 (iyirmi) manat məbləğdə pul müqabilində aldığı kağız parçasına bükülmüş, içərisində “kakos” kimi tanınan narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan bükümü əynində olmuş göy rəngli cins şalvarının sol yan cibindən çıxarıb masanın üstünə qoyaraq polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin kağız parçasının arasında olan şəffaf rəngli büküm açılmış və içərisində qəhvəyi rəngli toz kimi maddə olduğu müəyyən edilmiş, o, polis əməkdaşının suallarına cavab verərək bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, üzərindən aşkar edilmiş narkotik vasitə «kakos»-u həmin gün iki saat əvvəl «İsmayıl» adlı şəxsdən 20 manat məbləğdə pulun müqabilində metronun «Əhmədli» stansiyasının yaxınlığında almışdır. Bundan sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarışı davam etdirmişlər, lakin qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş həmin büküm polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və müəyyən olunmuşdur ki, çəkisi 0,175 qramdır. Bundan sonra həmin büküm bir ədəd boş zərfə qoyulmuş, möhürlənmiş və o da, daxil olmaqla, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Buna uyğun olaraq müvafiq protokol tərtib edilmiş, oxunulmuş və o da, bütün iştirakçılar kimi protokolun düzgünlüyünü imzası ilə təsdiq etmiş, sonda Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. O, təxminən bir ildir «kakos» kimi adlanan narkotik vasitə heroin qəbul etməyə başlamış, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 01 fevral 2021-ci il tarixdə saat 09:00 radələrində metronun «Əhmədli» stansiyası yaxınlığında olarkən «İsmayıl» adlı şəxsdən özünün şəxsi istifadəsi üçün 20 (iyirmi) manat pul ödəyərək almış, heç vaxt narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. O, göstərdiyi oğurluqlar və narkotik vasitələrdən istifadə etməkdən başqa heç bir cinayət törətməmiş, oğurluq etməsi və ya narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi barədə heç kimə heç bir məlumat verməmişdir. Bundan əlavə o bildirmişdir ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisədən təxminən 03 ay əvvəl 700 manata istilik sistemi kombi aparatını almış, həmin kombi aparatını evində istifadə etmişdir. 13 noyabr 2016-cı il tarixdə saat 09 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi nömrəsiz evdən çıxıb işə getmiş, həmin vaxtı evdə heç kim olmamışdır. O, həmin gün təxminən saat 18:00 radələrində işdən evə qayıdan zaman evinin çöl qapısının açıq vəziyyətdə olduğunu görmüş, həmin an evindən oğurluq baş verdiyini fikirləşmiş, həyətə daxil olan zaman həyətin sağ künc tərəfində quraşdırılmış istilik sistemi - kombi aparatının oğurlandığını aşkar etmişdir. Onun evindən başqa qiymətli əşya oğurlanmamış və yaşadığı evə daxil olunmamış, yalnız həyətdən oğurluq olmuşdur. Hadisə ilə əlaqədar ona 700 (yeddi yüz) manat məbləğdə ziyan dəymiş, hadisə ilə əlaqədar konkret olaraq şübhələndiyi şəxs olmamışdır. O, Təqsirləndirilən şəxs tanımamış, həmin şəxs ilə nə qohumluq, nə də tanışlıq münasibəti olmamış, sonuncu haqqında heç bir məlumatı olmamışdır. Hadisə baş verən tarixdə saat 09:00-dan 18 radələrinədək nə o, nə də qızı X3 evdə olmamışlar. O, oğurlanmış kombi aparatını 2016-cı ilin sentyabr ayında Bakı şəhəri, Nizami rayonunda yerləşən «Diglas» Ticarət mərkəzindən 700 manata almışdır. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir və onun heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, 12-ci dairə küçəsində yerləşən 25 saylı fərdi yaşayış evi ona məxsusdur. Lakin 2001-ci ildən etibarən Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyasının Prezidenti vəzifəsində çalışdığından ailə üzvləri ilə birlikdə həmin Respublikanın ərazisində yaşayır. Bununla yanaşı Azərbaycan Respublikası vətəndaşı olmaqla arabir Bakı şəhərinə gəlib-gedir. Ona məxsus olan həmin fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən üç otaqlı evdə icazəsi ilə həmyerlisi X4 ailəsi ilə birlikdə yaşayır. 11 dekabr 2016-cı il tarixdə o, Kanada Respublikası ərazisində olarkən qardaşı oğlu Şahid1 ona zəng edib, bildirmişdir ki, ona məxsus olan evin mətbəxinin dəmir barmaqlığı çıxarılmışdır, pəncərədən daxil olan naməlum şəxs sanitar qovşağından kombini oğurlamışdır. Həmin “İmerqaz” markalı kombi aparatını o, 5 il əvvəl 1.000 (bir min) manat pula almışdır. Həmçinin ona bildirmişlər ki, oğurluq hadisəsi ilə əlaqədar hüquqmühafizə orqanlarına məlumat verilmişdir. Həmin kombi aparatı ona məxsus idi və qiyməti isə 1.000 manat olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir və onun heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Bakı şəhəri Xətai RPİ-in 35-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantıdır, 01 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi ərazisində “Aqil” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mötəbər mənbələrdən əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış, o da, həmin əməliyyat qrupunun rəhbəri kimi, qrupun tərkibində olmuşdur. 01 fevral 2021-ci il tarixdə saat 11:00 radələrində ünvan 3 ünvanda yerləşən yaşayış binasının yaxınlığında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xarici görünüşünə görə “Aqil” adlı şəxsə bənzəyən şəxs müəyyən edilmiş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, polis əməkdaşları olduqlarını bildirmişlər və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra sonuncunu xidməti avtomobillə Xətai RPİ-nin 35-ci Polis Bölməsinə dəvət etmişlər. 35-ci Polis Bölməsində olduqları vaxt həmin şəxsin xx.xx.1981-ci ildə Göyçay rayonu, Şəhadət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, hazırda işləməyən, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə məhkum olunmuş, Göyçay rayonu, Şəhadət kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində kirayədə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sonra 35-ci Polis Bölməsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs hüquqları və vəzifələri izah ediləndən sonra sonuncunun üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində əldə edilməsi, istifadəsi, daşınması, satışı, saxlanılması və digər formada dövriyyəsi qanunla qadağan olunmuş əşya, maddə və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd kağız parçasına bükülmüş şəffaf sellofanda olan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini 01.02.2021-ci il tarixdə saat 09:00 radələrində metronun “Əhmədli” stansiyası yaxınlığında bir neçə dəfə gördüyü “İsmayıl” adlı şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını və istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm açıldıqda, içərisindən qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş, aşkar olunmuş bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisinin 0,23 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin büküm bir ədəd boş kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 154 saylı möhürü ilə möhürlənərək götürülmüş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin sonuncunun üzərindən əhəmiyyət kəsb edə biləcək heç bir əşya, maddə və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başa çatmış, bu barədə protokol tərtib olunmuş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonda isə Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Əməliyyat tədbirlərindən əvvəl o, Təqsirləndirilən şəxs tanımamış və sonuncu ilə heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-in 35-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 və polis serjantı Şahid2 Şahid4 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, “Araz” marketdə satıcı işləyir. 2006-cı il tarixdə X11 ilə nikaha daxil olmuş, 2010-cu il tarixdə məhkəmə yolu ilə nikahına xitam verilmiş, 2007-ci il təvəllüdlü oğlu X6 onun öhdəliyində qalmışdır. 2012-ci il tarixdə Təqsirləndirilən şəxs ilə kəbin nikahı əsasında ailə qurmuşdur, Təqsirləndirilən şəxs oğlu Səxavət İbadova heç bir valideynlik hüququ yoxdur. Təxminən 5-6 ay olar ki, Təqsirləndirilən şəxs, oğlu Səxavət və o, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində kirayə əsasında yaşayırlar. Təqsirləndirilən şəxs əvvəllər narkoman olduğunu bilməmiş, lakin bir ay əvvəl Aqil ona demişdir ki, narkotik vasitə çəkir və müalicə almaq istəyir. Bu məqsədlə Aqil 10 gün müddətinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzdə müalicə almış, müalicədən sonra ona səhhətinin yaxşı olduğunu bildirmiş, o, heç nədən şübhələnməmişdir. 01 fevral 2021-ci il tarixdə saat 12 radələrində ona məlum olmuşdur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmuşdur. O, başa düşmüşdür ki, Aqil yenidən narkotik vasitə qəbul etməyə başlamışdır, lakin o, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etdiyini, həmçinin narkotik vasitəni haradan əldə etdiyini görməmişdir. Aqil bu işləri ondan gizli etmiş, sadəcə olaraq, Aqilin narkotik vasitə qəbul etdiyini xarici görkəmindən hiss etmişdir. O, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə görməmiş, narkotik vasitəni kimdən əldə etməsi barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını həyata keçirməsi, yaxud yaşadığı evə narkotik vasitə gətirməsi və narkomana bənzər şəxslərin yaşadıqları evə gəlməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Lerik rayonunda anadan olmuşdur, «İlham» adlı şəxs onun həmyerlisidir. İlhamın ünvan 4 ünvanda həyət evi vardır. İlham ailəsi ilə birlikdə Kanadada yaşayır, sonuncunun iki mərtəbəli evinin həyətyanı sahəsində, həyətin girişinin sağ tərəfindən üç otaqlı evi vardır, 08 ildir ki, o, ailəsi ilə həmin evdə yaşayır, ümumi ev həyətə baxır. 11 dekabr 2016-cı il tarixdə saat 08:30 radələrində qapını açıb İlhamın evinə baxmış, evin sol tərəfdə olan otağının dəmir barmaqlığı çıxarılmış vəziyyətdə olmuşdur. O, vanna otağına baxıb aşkar etmişdir ki, kombi naməlum şəxs (şəxslər) tərəfindən sökülüb aparılmışdır. O, İlhamın qardaşı oğlu Elvinə zəng edib bu barədə demiş, Evin İlhamla danışıb onunla əlaqə saxlayacağını demiş, bir neçə saat sonra Elvin ona zəng edərək DİN-in 102 xidmətinə məlumat verməsini bildirmiş və o, DİN-in 102 xidmətinə zəng edərək oğurluq barədə bildirmişdir. Kombi aparatı İlhama məxsus olmuş, o, kombi aparatının markası və qiymətini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun əmisidir, İlham 1956-cı ildə anadan olmuşdur, 2001-ci ildən Kanada dövlətində diasporanın Kanada-Azərbaycan əməkdaşlıq Assosiasiyasının rəhbəri vəzifəsində işləyir və ailəsi ilə birlikdə orada yaşayır. X13 rayonu, Həzi Aslanov küçəsi 12ci dairədə yerləşən ev 25 ünvanda həyət evi vardır, hazırda həmin evdə həmyerliləri X4 ailəsi ilə birlikdə yaşayır. 11 dekabr 2016-cı il tarixdə Südabə ona zəng edib bildirmişdir ki, mətbəxin dəmir barmaqlığı çıxarılmışdır, pəncərədən daxil olan naməlum şəxs sanitar qovşağından kombini oğurlamışdır. O, Südabəyə DİN-in 102 xidmətinə məlumat verməsini bildirmiş, əmisi İlhamla əlaqə saxlamış və İlham ona demişdir ki, «İmerqaz» markalı kombi aparatını 05 il əvvəl 1.000 (bir min) manat pula almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 02 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (01 cild, i.v.01); şübhəli şəxsin tutulması haqqında 01.02.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 11:50-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (01 cild, i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 01 fevral 2021-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları və müdafiəçinin iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol cibindən kağızın içində olan şəffaf rəngli sellofana bükülmüş, 01 ədəd tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli narkotik vasitə hesab olunan heroinə oxşar maddələr olan bükümləri çıxarıb təqdim edərək həmin bükümlərdəki maddələrin narkotik vasitə hesab edilən heroin olduğunu, 01 fevral 2021-ci il tarixdə saat 9 radələrində Əhmədli metrostansiyasının yaxınlığından anket məlumatlarını bilmədiyi üzdən tanıdığı İsmayıl adlı şəxsdən ümumilikdə 20 (iyirmi) manat pul müqabilində şəxsi istifadə məqsədi ilə aldığını, 01 fevral 2021-ci il tarixdə saat 11:00-da Xətai rayonu, Neapol küçəsi 22 saylı binanın yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələrin çəkisini müəyyən etmək məqsədilə “Pocket Scale” markalı elektron tərəzidən istifadə olunmuş və şəffaf rəngli sellofana bükülmüş maddənin ümumi çəkisinin 0.23 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da heç bir əşya və predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 154 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılarkən “Panasonic” markalı videokameradan istifadə edilmiş və bir ədəd “CD-R” diskə yazılaraq materiala əlavə edilmişdir (01 cild, i.v. 32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2021-ci il tarixli 6/447 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)” və sair qeydlər olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.175 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir (01 cild, i.v. 39-42); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 03 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (01 cild, i.v. 63-64); tutulmuş şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 03 fevral 2021-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Bakı şəhəri, Xətai RPİ-nin MSY-dən azad edilmişdir (01 cild, i.v. 76-77); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 02.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hərbi Hava Qüvvələri Hərbi Məhkəməsinin 31.08.2000-ci il tarixli hökmü ilə AR CM-nin 42- 1, 241-ci maddəsinin “A” bəndində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası 02 il müddətinə təxirə salınmışdır. Naxçıvan Hərbi Məhkəməsinin 27.02.2001-ci il tarixli hökmü ilə AR CM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 21.06.2001-ci il tarixli qərarı ilə CM-nin 70-ci maddəsinin tətbiqi əsasında cəzası 2 il şərti sınaq müddəti ilə əvəz olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.11.2012-ci il tarixli hökmü ilə AR CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18.05.2013-cü il tarixdə AR Milli Məclisinin 07.05.2013-cü il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (01 cild, i.v. 92-94); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 03.02.2021-ci il tarixli, 314 nömrəli Ambulator X1 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (01 cild, i.v. 99-100); cinayət işi üzrə icraatın təzələnməsi, icraata qəbul edilməsi və cinayət işlərinin birləşdirilməsi haqqında 01 mart 2021-ci il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə 07 mart 2018-ci il tarixdə dayandırılmış icraat təzələnmiş, ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmiş, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrəli altında istintaqı davam etdirilmişdir (01 cild, i.v.102-105); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 17 dekabr 2016-cı il tarixli qərarın surətindən görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (01 cild, i.v.107); cinayət işi üzrə icraatın dayandırılması haqqında 17 fevral 2017-ci il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək dayandırılmışdır (01 cild, i.v.126); cinayət işi üzrə icraatın təzələnməsi haqqında 22 fevral 2017-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (01 cild, i.v.128); zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 fevral 2017-ci il tarixli qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (01 cild, i.v. 130); cinayət işi üzrə icraatın dayandırılması haqqında 23 fevral 2017-ci il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (01 cild, i.v.139); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 21.12.2016-cı il tarixli 011-4676-1216 saylı məktubundan görünür ki, 11.12.2016-cı il tarixdə ünvan 6 ünvanında yaşayan vətəndaş Şahid1 evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 15.12.2016-cı il tarixdə KTİyə daxil olmuşdur. Həmin əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədəd ovuc və 01 ədəd əl-barmaq izləri (ADİS-in məlumat bazasında olan) xx.xx.1981-ci il tarixdə Göyçay rayonunda anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs sol və sağ əllərinin ovuclarının, 01 ədəd əl-barmaq izi ilə sol əlinin böyük barmağının əksləri ilə eynilik təşkil etmişdir (01 cild, i.v. 142-143); cinayət işi üzrə icraatın təzələnməsi haqqında 30 yanvar 2018-ci il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (01 cild, i.v.148-149); şübhəli şəxsin tutulması haqqında 30.01.2018-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 16:50-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (01 cild, i.v. 155); ifadənin yerində yoxlanması haqqında 31.01.2018-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ünvan 7 ünvanda yerləşən Evin qarşısına gələrək həmin evin yan tərəfini göstərərək bildirmişdir ki, 10.12.2016-cı il tarixdə evin həmin göstərdiyi yerində pəncərə olmuşdur və həmin pəncərənin üzərinə dəmir barmaqlıqlar vurulmuşdur və həmin vaxtı dəmir barmaqlığı söküb yerə qoyaraq pəncərəni əli ilə itələyib açaraq oradan evə daxil olmuşdur. Təqsirləndirilən şəxs göstərdiyi yerə nəzər saldıqda müəyyən olmuşdur ki, evin həmin hissəsində 1.5 metr enində və 2 metr uzunluğunda olan yeri sonradan mişar daşı ilə hörülmüşdür və əvvəllər orada pəncərə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə həmin evin həyət darvazasından həyətə daxil olub evin giriş qapısından evə keçmişlər. Evin içərisində Təqsirləndirilən şəxs evin çöl tərəfində göstərdiyi pəncərə olan hissəsinin evin içəri tərəfindən göstərərək həmin yerdə pəncərə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi hissəyə baxdıqda orada həqiqətəndə pəncərə olduğunu, pəncərənin evin çöl tərəf hissəsinin daşla hörülməsinə baxmayaraq içəri hissəsində pəncərənin yerində qaldığını müşahidə etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs evin içərisində olan yuyunma otağına keçərək orada quraşdırılmış kombi aparatını göstərərək bildirmişdir ki, həmin kombi aparatının yerində 10.12.2016-cı il tarixdə bir ədəd “İmerqaz” markalı kombi aparatı olmuşdur və həmin kombi aparatını özü ilə gətirdiyi açarla açıb götürərək evə daxil olduğu həmin pəncərədən çölə çıxardaraq oğurlayıb özü ilə yaşadığı evinə aparmışdır. Təqsirləndirilən şəxs göstərdiyi həmin yerə baxdıqda orada həqiqətəndə kombi aparatının quraşdırıldığını müşahidə etmişlər (01 cild, i.v. 163-168); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 01 fevral 2018-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (01 cild, i.v. 171-172); qətimkan tədbirinin seçilməsi haqqında 01 fevral 2018-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (01 cild, i.v. 179-180); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2018-ci il tarixli 3314 nömrəli rəyindən görünür ki, iş materiallarında olan məlumatlara əsasən bir ədəd 1000 manat məbləğinə alınmış “İmerqaz” markalı kombinin 2016-cı ilin dekabr ayına nəzəri hesablama yolu ilə qiyməti 500 (beş yüz) manat müəyyən olunmuşdur (01 cild, i.v. 192-193); cinayət işi üzrə icraatın dayandırılması haqqında 09 fevral 2018-ci il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq müvəqqəti dayandırılmışdır (01 cild, i.v.195); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2018-ci il tarixli 3256 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 1,2 saylı daktilolentlərin səthindəki ovuc izi və 3 saylı daktilo lentin səthindəki əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 4,5,6,7,8 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sol ovucunun hipotenar hissəsindən, 2 saylı daktilolentin səthindəki ovuc izi onun sağ ovucunun hipotenar-tenar İ hissəsindən və 3 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sol əlinin baş barmağından qalmışdır (01 cild, i.v. 198-206); cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında 07 mart 2018-ci il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (01 cild, i.v.212); cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 07 mart 2018-ci il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi icraatında istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmiş və bir icraatda istintaqı aparılmışdır (01 cild, i.v.214-215); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 22 noyabr 2016-cı il tarixli qərarın surətindən görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (01 cild, i.v.218); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 23.11.2016-cı il tarixli 011-4040-1216 saylı məktubundan görünür ki, 13.11.2016-cı il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar sahəsində yerləşən nömrəsiz evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 16.11.2016-cı il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədəd əl-barmaq izləri (ADİS-in məlumat bazasında olan) xx.xx.1981-ci il tarixdə Göyçay rayonunda anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksi ilə eynilik təşkil etmişdir (01 cild, i.v. 230-231); zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 noyabr 2016-cı il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (01 cild, i.v. 243); cinayət işi üzrə icraatın dayandırılması haqqında 22 dekabr 2016-cı il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (02 cild, i.v.6); cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsi və icraatın təzələnməsi haqqında 03 noyabr 2017-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar əsassız olduğundan ləğv edilmişdir (02 cild, i.v.12-13); cinayət işinin icraata qəbul edilməsi haqqında 04 noyabr 2017-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (02 cild, i.v. 14); cinayət işi üzrə icraatın dayandırılması haqqında 10 noyabr 2017-ci il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (02 cild, i.v.22- 23); cinayət işi üzrə icraatın təzələnməsi haqqında 31 yanvar 2018-ci il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və istintaqı davam etdirilmişdir (02 cild, i.v.27); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 12 fevral 2018-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (02 cild, i.v. 42-43); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2018-ci il tarixli 3826 nömrəli rəyindən görünür ki, Airfel 24 kW markalı kombinin 2016-cı ilin noyabr ayına təzə vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 650 manat, istifadədə olmuş vəziyyətdə 450 manat, 2018-ci ilin yanvar ayına istifadədə olmuş vəziyyətdə 400 manat müəyyən edilmişdir (02 cild, i.v. 61-62); cinayət işi üzrə icraatın dayandırılması haqqında 07 mart 2018-ci il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq müvəqqəti dayandırılmışdır (02 cild, i.v.72); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2018-ci il tarixli 4073 nömrəli rəyindən görünür ki, ********* nömrəli cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi müqayisəli tədqiqat üçün yararlıdır, həmin iz əlin barmaq hissəsinin dırnaq falanqının toxunması nəticəsində qalmışdır. ********* nömrəli cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin orta barmağından qalmışdır. Tədqiqata təqdim edilmiş 2 saylı daktilolentin səthindəki ovuc və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır (02 cild, i.v. 77-81); cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 12 mart 2021-ci il tarixli qərarın surətindən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmiş, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız parçasına bükülmüş şəffaf sellofan bükümdə təmiz çəkisi 0,175 qram olan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq çəkisi 0,125 qram olan heroin məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icra olunmasınadək saxlanılması üçün Xətai RPİ-in saxlanc yerinə təhvil verilmiş, cinayət işinin təhqiqat araşdırılması zamanı videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən, üzərində “Princo CD-R” yazıları olan 01 ədəd DVD (digital video disc) iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş, ********* və ********* saylı cinayət işləri üzrə istintaq zamanı hadisə yerlərindən götürülmüş və müqayisəli tədqiqat nəticəsində üzərində Təqsirləndirilən şəxs əl-barmaq və ovuc izlərini əks etdirməsi müəyyən edilmiş daktilolentlər cinayət işi üzrə maddi sübut kimi tanınmış və iki ədəd zərfdə qablaşdırılmış vəziyyətdə cinayət işinin materiallarına əlavə olunmuşdur. Zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması, hadisə yerinə baxış keçirilməsi, diskə baxış keçirilməsi və ifadələrin yerində yoxlanılması protokolları, məhkəmə-kimyəvi ekspertizasının 6/447 saylı, 01 fevral 2021-ci il tarixli, məhkəmə-narkoloji ekspertizasının 214 saylı, 03 fevral 2021-ci il tarixli, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 3314 saylı, 06 fevral 2018-ci il tarixli və 3826 saylı, 22 fevral 2018-ci il tarixli, məhkəmə-daktiloskopik ekspertizasının 3256 saylı, 21 fevral 2018-ci il tarixli və 4073 saylı, 28 fevral 2018-ci il tarixli ekspert rəyləri, üzərində “Princo CD-R” yazıları olan 01 ədəd DVD (digital video disc) iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. (02 cild, i.v.86-103); Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlanmış məktubundan görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmiş, onun heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,175 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan hökmlər üzrə məhkumluğu ödənildiyindən CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri üzrə cəza təyin edərkən CM-nin 60.1-ci maddəsinin tələblərini nəzərə almalıdır. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 30.01.2018-ci il tarixdən 01.02.2018-ci il tarixədək, 01.02.2021-ci il tarixdən 03.02.2021-ci il tarixədək Təqsirləndirilən şəxs 04 (dörd) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 25.06.2021ci il tarixdən hesablanmalı(CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə ambulator X1nın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 0,175 qram, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,125 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı bir büküm narkotik maddə olan heroinin aşkar edilərək götürülməsini əks etdirən 1 ədəd “DVD” formatlı disk və 02 ədəd zərfdə daktilolentlər cinayət işinin materiallarında saxlanılmalıdırlar. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 430.86 (dörd yüz otuz manat səksən altı qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30.01.2018-ci il tarixdən 01.02.2018-ci il tarixədək, 01.02.2021-ci il tarixdən 03.02.2021-ci il tarixədək 04 (dörd) gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 2 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 25 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Bakı şəhəri Xətai RPİ-nin saxlancında saxlanılan, 0175 qram ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,125 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən 1 ədəd “DVD” formatlı disk və 02 ədəd zərfdə daktilolentlər cinayət işinin materiallarında saxlanılsınlar. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 430.86 (dörd yüz otuz manat səksən altı qəpik) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar